Məhkəmə qərarları › İş №1(101)-419/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-419/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-419/2025 05.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Cəlilabad Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olumamış, Bakı şəhəri, Səbai rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı «Zakoo» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Zakoo» adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 10080 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, YYS-də adsız mərasim evinin arxasına kimi daşıyıb, onun narkotik vasitə və psixotrop maddələrin qanusuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş müvafiq məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılaraq həmin İdarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə aparılarkən onun əlində olan üzərində ağ, qara və qırmızı damalar olan çantanın içərisində 02 ədəd qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 7075 qram, 3005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 02 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, təxminən 3-4 il olar ki, marixuanadan istifadə edir. Marixuananı sosial şəbəkələrdə tanış olduğu «Zakoo» kimi tanıdığı iranlıdan karta pul köçürməklə əldə edirdi. Lakin Zakoo ilə münasibətləri dəymiş, belə ki, Zakoonun göndərdiyi karta 5 qram marixuana almaq üçün 30 manat pul köçürmüş, lakin Zakoo ona həmin narkotiki göndərməmiş, o, narkotiki tələb etdikdə onun telefonunu bloka salmışdır. Bundan iki gün sonra Zakoo özü ona zəng edərək demişdir ki, «bağışla, səni incitdim, sənə 5 qram əvəzinə 10 qram göndərəcəyəm». Bundan sonra 09 mart 2024-cü il tarixdə, saat 22 radələrində Zakoonun göndərdiyi konum əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi əraziyə gedərək Zakoonun dediyi siqaret qutusunu axtarmışdır. Belə ki, Zakoo ona bildirmişdir ki, 10 qram marixuananı siqaret qutusuna qoyacaqdır. Siqaret qutusunu tapa bilməmiş, lakin anidən ora maşınlar gəlmiş, maşınlardan çıxan mülki geyimli polislər onu saxlayaraq özləri həmin ərazini axtarmış və hansısa taxtaların altından böyük sellofan torbasını tapıb onu və həmin torbanı maşina qoyaraq polisə aparmışlar. Maşında ətrafında oturan polis əməkdaşları onu dirsəkləri ilə bədəninə vuraraq sakit durmasını tələb edirdilər. Polis idarəsində də ona qarşı fiziki zor tətbiq etmişlər. Lakin bədənində görünən hər hansı bir iz qalmamışdır. Polislərin tələbi o idi ki, özlərinin iranlının bildirdiyi yerdən tapdıqları sellofan torbadakı əşyanın ona məxsus olmasını etiraf etsin. Əks təqdirdə polislər onun evindən bundan da çox narkotik çıxaracaqlarını demişlər. O da onların hədələrindən və təzyiqlərindən qorxaraq həmin sellofan torbada olan təxminən 10 kq marixuananın ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs ilə qonşu küçədə yaşayır, onunla münasibəti dost kimi həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. Özünə məxsus “Kia Ceed” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşımaqla məşğuldur. 09 mart 2024-cü il tarixdə, saat 22 radələrində Mirəziz ona zəng edərək idarə etdiyi avtomobil ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə getmələrini xahiş etmişdir. Mirəziz ona Mərdəkan qəsəbəsindən gedib qayıdacaqlarını demişdir. Həmin vaxt sərxoş olduğu üçün idarə etdiyi “Kia Ceed” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını idarə etmək üçün Mirəzizə vermiş, o isə qabaq sərnişin oturacağında oturmuşdur. Mirəziz avtomobili idarə edərkən o, sərxoş olduğu üçün yatmışdır. Maşının nə vaxt dayanmasını, Mirəzizin maşından nə vaxt çıxıb hara getməsini görməmişdir. Yalnız polis əməkdaşları onu oyadıb maşından çıxardıqları zaman görmüşdür ki, polis əməkdaşları Mirəzizi maşının yanında saxlamışlar. Hava qaranlıq olduğu və yuxulu olduğu üçün Mirəzizin əlində və ya üzərində hər hansı bir əşyanın olmasını xatırlamır. Onların ikisini də maşını ilə birlikdə Xəzər RPİnə aparıb hər birinin üzərinə ayrılıqda baxış keçirmişlər. Onun üzərinə baxış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu səbəbdən o, polisdən evinə buraxılmışdır. Ona ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, özü marixuana qəbul edir, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Mirəzizin bir yerə gedib narkotik götürməsi xahişi ilə əlaqədar maşının açarını ona vermiş, özü də onunla birlikdə həmin narkotikin dalınca getmişdir. Bu ifadəsini təsdiq etmir. Bir daha göstərir ki, həmin gün sərxoş olaraq maşında yatmış və heç nə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin günün axşamı Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində zakladkadan narkotik vasitələri götürməlidir. Dərhal məlumat barədə idarənin rəhbərliyinə məruzə etmiş, tədbirin keçirilməsinə dair qərar qəbul etmiş, həmkarları qrupun rəhbəri özü olmaqla Xəzər RPİ-nin NMB-nin rəisi polis polkovnikleytenantı Şahid3, həmin bölmənin baş əməlliyyat müvəkkili polis mayoru Şahid5, idarənin CAŞ-nin baş əməlliyyat müvəkkili polis mayoru Şahid4, həmin şöbənin əməlliyyat müvəkkili polis baş leytenantı Şahid7, kiçik əməlliyyat müvəkkili, polis baş serjantı Şahid8, kiçik əməlliyyat müvəkkili, polis baş serjantı Şahid9 və KCMQ-nin əməlliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zakladkadan qanunsuz əşyaların götürülməsi guman edilən Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, YYSdə adsız mərasim evinin olduğu əraziyə çıxaraq oranı müşahidəyə götürmüşlər. xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində həmin əraziyə maşınla gəlməsini, sükan arxasında özünün olmasını, yanında isə başqa bir nəfər şəxsin olmasını görmüşlər. Maşını saxladıqdan sonra Təqsirləndirilən şəxs maşından çıxaraq mərasim evinin yanına getmiş, az müddət sonra maşının yanına əlində üzərində ağ, qara və qırmızı damalar olan çanta ilə yaxınlaşdıqda onu saxlamışlar. Həmçinin maşında sərnişin yerində oturan Şahid1 maşından çıxmağı təklif etmişlər. Şahid1 maşından çıxdıqdan sonra Təqsirləndirilən şəxs yanında durmuş və onun Mirəzizin əlində olan çantanı görməməsi qeyri-mümkündür. Bu şəxsləri saxlayan zaman hava artıq qaralmış, saat təxminən 24 radələri olmuşdur. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. Sonuncu hər iki saxlanılan şəxs üçün müdafiəçi dəvət edərək hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirmişdir.Şahid1 üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Lakin təhqiqatçıya verdiyi izahatında etiraf etmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur, özü və Təqsirləndirilən şəxs narkotik istifadəçisidilər. xx.xx.2024-cü il tarixdə Mirəziz ona zəng edərək maşınla onunla birlikdə narkotik vasitə götürmək üçün Qala qəsəbəsi ərazisinə getməyi xahiş etmişdir. O da buna etiraz etməmiş, lakin sərxoş olduğu üçün maşını Mirəziz tərəfindən idarə etməsini xahiş etmiş, birlikdə maşınla Qala qəsəbəsi ərazisinə gedərək orada Mirəziz maşından enib harasa gedərək əlində çanta qayıdan zaman polis əməkdaşları onların ikisini də yaxalamışdır. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkildikdə xatırladığı qədər 10 kq-a yaxın çəkiləri olmuşdur. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ki, guya o, cəmi 10 qram marixuana götürmək üçün zakladka yerinə gəlmişdir, həqiqətə uyğun deyildir, onu məsuliyyətdən yayınmaq üçün bildirir. Təqsirləndirilən şəxs saxladıqları zaman əlində olan çantasına və üzərinə baxış keçirməmişlər. Həmin çantadan savayı o, bir ədəd mobil telefonu da təhqiqatçıya təqdim etmişdir. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin NMB-nin rəisi, polis polkovnik-leytenantı Şahid3 Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin günün axşamı Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində zakladkadan narkotik vasitələri götürməlidir. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupa o da daxil edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində həmin ərazidə əlində üzərində ağ, qara və qırmızı damalar olan çanta olan Təqsirləndirilən şəxs və maşında sərnişin yerində oturan Şahid1 saxlayıb idarəyə gətirmişlər. Bu şəxsləri saxlayan zaman hava artıq qaralmış, saat təxminən 24 radələri olmuşdur. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərində üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkildikdə xatırladığı qədər 10 kq-a yaxın çəkiləri olmuşdur. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid4 Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin günün axşamı Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində zakladkadan narkotik vasitələri götürməlidir. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupa o da daxil edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində həmin ərazidə əlində üzərində ağ, qara və qırmızı damalar olan çanta olan Təqsirləndirilən şəxs və maşında sərnişin yerində oturan Şahid1 saxlayıb idarəyə gətirmişlər. Bu şəxsləri saxlayan zaman hava artıq qaralmış, saat təxminən 24 radələri olmuşdur. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərində üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkildikdə xatırladığı qədər 10 kq-a yaxın çəkiləri olmuşdur. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 Təqsirləndirilən şəxs keçirdikləri əməliyyataxtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin günün axşamı Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində zakladkadan narkotik vasitələri götürməlidir. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupa o da daxil edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində həmin ərazidə əlində üzərində ağ, qara və qırmızı damalar olan çanta olan Təqsirləndirilən şəxs və maşında sərnişin yerində oturan Şahid1 saxlayıb idarəyə gətirmişlər. Bu şəxsləri saxlayan zaman hava artıq qaralmış, saat təxminən 24 radələri olmuşdur. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərində üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkildikdə xatırladığı qədər 10 kq-a yaxın çəkiləri olmuşdur. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Həmin tədbirin rəhbəri Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 olmuş, o isə digər həmkarları ilə birlikdə əməliyyat qrupunun üzvü olmuşdur. Şahid2 aldığı əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə gecə saat bir radələrində Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində yerləşən adsız mərasim evinin həyətində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ağacın altından götürdüyü və əlində tutduğu üzərində qırmızı xətlər olan qara rəngli çanta ilə zakladka yerindən aralanıb taksi avtomaşının yanında dayanmış Şahid1 yaxınlaşan zaman onların hər ikisini saxlayaraq idarəyə gətirmişlər. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkilmiş, lakin çox vaxt keçdiyi üçün çəkisini artıq xatırlamır. Baxışla bağlı tərtib olunmuş protokoldakı məlumatları və istintaqa verdiyi ifadəsini tam təsdiq edir. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Həmin tədbirin rəhbəri Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 olmuş, o isə digər həmkarları ilə birlikdə əməliyyat qrupunun üzvü olmuşdur. Şahid2 aldığı əməliyyat məlumatına əsasən xx.xx.2024-cü il tarixdə gecə saat bir radələrində Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində yerləşən adsız mərasim evinin həyətində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ağacın altından götürdüyü və əlində tutduğu üzərində qırmızı xətlər olan qara rəngli çanta ilə zakladka yerindən aralanıb taksi avtomaşının yanında dayanmış Şahid1 yaxınlaşan zaman onların hər ikisini saxlayaraq idarəyə gətirmişlər. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkilmiş, lakin çox vaxt keçdiyi üçün çəkisini artıq xatırlamır. Baxışla bağlı tərtib olunmuş protokoldakı məlumatları və istintaqa verdiyi ifadəsini tam təsdiq edir. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, xeyli vaxt keçdiyi üçünn hadisəni tam dəqiqliklə xatırlaya bilmir. Həmin tədbirin rəhbəri Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin rəisi Şahid2 olmuş, o isə digər həmkarları ilə birlikdə əməliyyat qrupunun üzvü olmuşdur. Şahid2 aldığı əməliyyat məlumatına əsasən xx.xx.2024cü il tarixdə gecə saat bir radələrində Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində yerləşən adsız mərasim evinin həyətində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ağacın altından götürdüyü və əlində tutduğu üzərində qırmızı xətlər olan qara rəngli çanta ilə zakladka yerindən aralanıb taksi avtomaşının yanında dayanmış Şahid1 yaxınlaşan zaman onların hər ikisini saxlayaraq idarəyə gətirmişlər. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxışda iştirak etmiş, Şahid1 üzərindən bir ədəd mobil telefon aşkar edilmiş, qanunsuz digər əşyalar aşkar edilməmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. Bu torbalar çəkilmiş, lakin çox vaxt keçdiyi üçün çəkisini artıq xatırlamır. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid2 xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, N.Paşayeva küçəsi, ev 8, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin günün axşamı Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində zakladkadan narkotik vasitələri götürməlidir. Məlumatla bağlı keçirilmiş tədbirə əməliyyat qrupunun üzvü kimi o da daxil edilmiş, xx.xx.2024-cü il tarixdə, saat 00:50 radələrində Şahid2 rəhbərliyi ilə digər qrupun üzvüləri ilə birlikdə nəqliyyat vasitələri ilə Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, adsız mərasim evinin yanına getmişlər, ərazini müşahidə etdikdə həmin mərasim evinin qarşısında bir maşının dayandığını, mərasim evinin arxa hissəsindən isə hal-hazırda məhkəmədə gördüyü Mirrəziz Mirhəsənlinin əlində çanta ilə maşına tərəf gəldiyini görmüşlər. Dərhal onu saxlayıb mərasim evinin qarşısında maşının yanına gətirdikdə həmin maşında qabaq sərnişin yerində daha bir nəfərin olduğunu görmüşlər . Şahid2 suallarına cavab olaraq bu şəxslər bildirmişlər ki, bu ünvana bu nəqliyyat vasitəsilə birlikdə gəlmiş, məqsədləri də mərasim evinin arxasındakə ağaclıqda gizlədilmiş narkotik vasitələri götürmək olmuşdur. Təqsirləndirilən şəxs əlindəki çantanın üzərində ağ, qara və qırmızı damalar olmuşdur. Bu şəxsləri saxlayan zaman hava artıq qaralmış, saat təxminən 24 radələri olmuşdur. Hər ikisini idarəyə gətirib raportla təhqiqatçıya təqdim etmişlər. Şəxsən o, Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə sonuncu əlində tutduğu çantanı təqdim etmiş, həmin çanta açıldıqda içində 2 ədəd qara rəngli sellofan torba aşkarlanmış, həmin torbalar təhqiqatçı tərəfindən açıldıqda hər ikisində marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, torbalardakı nəşədir, həmin nəşələri ona İİR-sı vətəndaşı konum göndərməklə saxlanıldığı ərazidən götürmüşdür. İstər saxlanılan zaman, istərsə də polis idarəsinə aparıldığı zaman, həmçinin idarənin özündə də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixoloji təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Lakin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmədə təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Xəzər RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportda müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli 45/Ə82/2024 №-li “əməliyyat qrupunun yaradılması barədə” əmrdən və həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhər Xəzər RPİ-nin CA üzrə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə Təqsirləndirilən şəxs saxlayarkən onunla birlikdə narkotik vasitə əldə etmək üçün gələn Şahid1, saat 00:50-də Bakı şəhəri Qala qəsəbəsi YYS-də adsız mərasim evinin arxasında saxlamış, saat 01:05-də Bakı şəhər Xəzər RPİ-nə gətirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 09 mart 2024-cü il tarixdə, saat 02:00-da müdafiəçisi X5 iştirakı ilə tutulmuşdur. Tutulduğu vaxt azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 09 mart 00:55-dən hesab edilimişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti şübhəli şəxsin müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl o, bu barədə qərarla tanış edilərək əlində, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, sağ əlində olan 01 (bir) ədəd üzəri ağ, qırmızı və qara rəngli damalar olan çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar maddə kütləsini çıxarıb könüllü təqdim edib masanın üzərinə qoyaraq, həmin narkotik vasitənin adının “nəşə”, yəni marixuana olduğunu bildirərək İran İslam Respublikasının vətəndaşı olan adını və anket məlumatlarını bilmədiyi tanımadığı kişi cinsli şəxsə məxsus həmin narkotik vasitəni 09 mart 2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yuxarıda qeyd olunan yerdən götürərək kuryer kimi tanımadığı digər şəxsə çatdırılması üçün üzərində daşıdığını demişdir. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən üzəri çatlamış vəziyyətdə olan 01 ədəd qara rəngli “Samsung A71” markalı mobil telefonu masanın üzərinə qoyaraq həmin mobil telefonun özünnə məxsus olmasını bildirmişdir. Təqdim etdiyi 01 (bir) ədəd üzəri ağ, qırmızı və qara rəngli damalar olan çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülüyə baxış keçirilərkən içərisində marixuanaya bənzər maddə kütləsi olması müəyyən edilmişdir. Hər iki sellofan torbanın üzərində ağ kağızın üzərinə böyük “K” hərfi yazılmışdır. Təqdim etdiyi 01 (bir) ədəd üzəri ağ, qırmızı və qara rəngli damalar olan çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülüdəki kütlə və 01 (bir) ədəd “Samsung A71” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə baxışı zamanı “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş və bu istintaq hərəkəti əks etdirən CD diskdə olan görüntülərə baxılmış, baxış zamanı protokolda qeyd olunan bütün hallar öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Şahid1 Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqinə verdiyi izahatından müəyyən olunur ki, təxminən 1 (bir) il olar ki, marixuanadan istifadə edir, marixuananı öz istifadəsi üçün çəkir. Təqsirləndirilən şəxs ilə qonşu küçədə yaşayır, onunla münasibəti dost kimi həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. “Kia Ceed” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Mahiyəti üzrə bildirmişdir ki, 09 mart 2024-cü il tarixdə, saat 22 radələrində dostu Mirəziz ona zəng edərək idarə etdiyi avtomobil ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə getmələrini xahiş etmişdir. Mirəziz ona mobil telefonda Mərdəkan qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün marixuana götürüb deyilən ünvana qayıdacaqlarını demiş, həmin vaxt sərxoş olduğu üçün idarə etdiyi “Kia Ceed” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını idarə etmək üçün Mirəzizə vermişdir. Mirəziz avtomobili idarə edərək birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi əraizinə getmişlər. Deyilən ünvana çatanda Mirəziz avtomobildən düşərək harasa getmiş, o, isə isə avtomobildə qalmışdır. Bir az keçdikdən sonra avtomobildən düşərək Mirəziz tərəfə gedən zaman Mirəzizin əlində 01 ədəd üzəri ağ, qırmızı və qara rəngli damalar olan çanta olduğunu görmüşdür. Bu zaman ani olaraq polis əməkdaşlarının onlara tərəf yaxınlaşdıqlarını görmüş, polislər özlərini təqdim edərək dostu Mirəziz ilə birlikdə onu narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilib Xəzər rayon polis idarəsinə dəvət etmişlər. Qeyd olunan izahat ibtidai araşdırma orqanına müdafiəçisinin iştirakı ilə verilmiş, izahatı özü oxumuş və imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş 01 ədəd “Samnsun A 71” markalı mobil telefona baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin telefonun “Qalereya” və “Vhatsap” bölməsində olan 07 ədədi Təqsirləndirilən şəxs yer bildirimi (koordinat) olaraq göndərilmiş fotoşəkillər vardır və həmin fotoşəkillərdə narkotik vasitənin qoyulduğu ünvan, yer və həmin yerin cizgizlərlə işarələnmiş olduğu müəyyən edilmişdir. Əlavə olaraq telefonun “Vhatsap” bölməsində narkotik vasitələrin alışı və ya satışına dair +**********50 nömrəli adının “Zakoo” kimi qeyd edilmiş şəxsin səs qeydləri və mesaj mətnləri aşkar olunmuşdur. Həmin mesaj mətnlərinin “qaqa 10 kilo güldü ha qadan alım götür at bir yerə çöldə qalmasın canım qurban” “nie setan çxdn qardaşım mene bir söz de de ürayim partdadı”, “bilirsan manim orda neçə minlik malım var”, “Qardaç menim o sumkada 10 kilo neysem var menim neysemi götürmürsense apar meyveli bazarı tərəfə konum elə mene at ünvanı, menim adamım gelib götürsün genceye aparacaq onu” kimi yazışmalardan ibarət olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 4(003)- 100/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 04 (dörd) ay müddətinə, əvvəli xx.xx.2024-cü il tarixdən olmaqla həbs edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Xəzər rayon məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər RPİ-nin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2024cü il tarixli, 3-16-16-2-7/400 saylı məhkəmə-bioloji ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində üzərində “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bir ədəd damalı sintetik zənbildəki 02 (iki) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 7075 qram; 3005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi – 10080 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 10080 (1-2№ ob, tədqiqata istifadə olundu-0,4 qram, (hər obyektdən 0,2 qram götürüldü) qalıq -10079,6 qram. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə-narkoloji ekspertizasının 29 mart 2024-cü il tarixli, 1989 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 752 saylı rəyindən müəyyən olunur ki: - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “toplanmış sübutların qiymətləndirilməsi” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10079,6 qramı olan marixuana Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd disk cinyət işinin materiallarında əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işindən “Zakooo” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli yeni cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadəsi, həmçinin şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol, CD disklərə məhkəmədə baxış keçirilməsi ilə, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 206.3.2-ci maddəsi ilə ona ittiham verilmişdir ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlamış və satmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarından müəyyən olunur ki, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir (qərarın 1-ci bəndi); Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (qərarın 9-cu bəndi); Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin (qərarın 12-ci bəndi); CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır (qərarın 16-cı bəndi). Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması yuxarıda sadalanmış mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmişdir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müayinə zamanı Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə X4 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 mart 2024-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anabrına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10079,6 qramı olan marixuana məhv edilməli, 01 ədəd disk cinyət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anabrına təhvil verilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10079,6 qramı olan marixuana məhv edilsin, 01 ədəd disk cinyət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar