Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-420/2021 01.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrli yi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 və hakim köməkçisi X1, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı2, Müdafiəçi– Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər– Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi 10 saylı yataqxanada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə təkrar hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən tanışları Şahid4 və Şahid3 yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşitdikdən sonra Şahid2, Şahid3 Mavıl oğlu. Şahid1, Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakım tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq cinayətkar qrupun üzvlərindən biri olmaqla proseslərdə pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən Şahid3 21 yanvar 2019-cu il tarixdə saat 15 radələrində görüşmək adı ilə yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri. Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırdıqdan sonra Şahid4 ifşa olunmaması üçün çayxananın digər otağında Zərərçəkmiş şəxs2 gizlənib hadisələrin gedişatını gözləmiş, Təqsirləndirilən şəxs, Şahid2 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri isə əvvəlcədən planlaşdırdıqları kimi Şahid3 cinayətdə iştirakının ifşa olunmaması və ona qarşı zərərçəkmiş şəxsin şübhələrinin yaranmaması üçün Şahid3, daha sonra isə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 sillə ilə vuraraq zor tətbiq edib, dostu olaraq qəbul etdiyi Şahid3 və özünün sərbəst buraxılmaları qarşılığında həmin dövrün məzənnəsinə görə xeyli miqdarda 42.500 manat təşkil edən 25.000 ABŞ dollar pul verməsini Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə tələb etmiş, bu məqsədlə sonuncunu iradəsinə zidd olaraq kafedən çölə çıxarıb həyətdə qabaqcadan onları gözləyən və proseslərdə taksi sürücüsü rolunda pərdələnmiş, görünməyən tərəf kimi iştirak edən cinayətkar qrupun digər üzvü Şahid1 idarə etdiyi “Opel Vectra” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşdirmiş. Şahid2, Şahid3 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 iradəsinə zidd şəkildə salonuna əyləşdirdikləri Şahid1 idarə etdiyi “Opel Vectra” markalı avtomobillə “Sultanlar” çay evinin qarşısından yaşadığı ünvan 2 ünvanının yaxınlığına qanunsuz olaraq aparıb qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə yetkinlik yaşına çatmayan barəsində adam oğurluğu cinayətini törətmiş və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 hədə-qorxu təsiri altında həmin ünvanda yerləşən 150 saylı mənzilinə qalxaraq seyfdə saxlanılan atası Qanuni nümayəndə məxsus puldan həmin dövrün məzənnəsinə görə 42.500 manat təşkil edən 25.000 ABŞ dolları pul vəsaitini götürüb həyətə düşərək saat 18 radələrində həmin yerdə Şahid2 verdikdən sonra Zərərçəkmiş şəxs2 sərbəst buraxmışlar. Bundan başqa Təqsirləndirilən şəxs tanışları Şahid2. Şahid3. Şahid1. Şahid4 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etmə hədəsi ilə özgənin əmlakını tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Bəhruz Rəfıyevin göstərişi əsasında cinayətkar qrupun üzvü Şahid2 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2lə əlaqə saxlayaraq təkrarən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 10.000 ABŞ dolları pulu verməsini hədə-qorxu ilə tələb etmiş, sonuncu hədə-qorxu təsiri altında yaşadığı ünvan 2-də yerləşən 150 saylı mənzildən götürdüyü həmin dövrün məzənnəsinə görə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini həmin gün saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 128-də yerləşən “Neftçilər" metrostansiyasmm yaxınlığında Şahid2 və cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid4lə bir məktəbdə oxumuş, Şahid1 taksi sürücüsü kimi tanımış, Şahid3, Şahid2, zərərçəkmiş şəxslər Mütəllim və Zərərçəkmiş şəxs2ləri isə tanımamışdır. 2020-ci ilin fevral ayında barəsində Xətai Rayon Polis İdarəsində axtarış elan olunduğunu eşitmiş və o, könüllü olaraq Xətai rayon polis idarəsinə getmişdir. Oradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar. Orada ona təzyiq göstərilmiş, lakin o, ona təqdim olunan sənədlərə imza çəkməmişdir. Barəsində verilən ittihamla razı deyil və o, bu cinayət əməllərini törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə bildirmişdir ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır. Oğlu Zərərçəkmiş şəxs2 deməsinə görə hədə-qorxu gələrək ondan pul alan şəxslərin arasında Bəhruz adlı şəxs olmuşdur. Lakin o, Bəhruz adlı şəxsi görməmiş və tanımamışdır. Oğlu Nicat ona kiminsə təqsirləndirilən şəxsləri bağışlaması ilə bağlı təzyiq etdiyini deməmişdir. Lakin onun evinin yanında Bəhruz adlı şəxs oğlu Nicata yaxınlaşaraq onunla dost olmaq istədiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hazırda həqiqi hərbi xidmətdədir və həmin vaxt baş vermiş çox şey yadında qalmamışdır. Məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər iki dəfə kafedə olarkən təsadüfən görmüş, lakin sonuncu ona heç vaxt təzyiq göstərməmiş və ondan pul tələb etməmişdir. Kafedə həmin Bəhruz adlı şəxs bıçağın arxası ilə onun sinəsindən vuraraq ondan pul tələb etmişdir. Lakin, həmin Bəhruz hazırda məhkəmə zalında olan Təqsirləndirilən şəxs deyildir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs məktəb vaxtlarından tanımış, lakin Təqsirləndirilən şəxslə heç vaxt münasibəti olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu və ləqəbinin olduğunu bilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə bağlı suallara o, Bəhruzun sözü gedən cinayət əməlində heç bir iştirakçılığı olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə o, üzləşdirilməmiş, sənədlərə isə təzyiq altında imza çəkmişdir. O, Bəhruza sözü gedən cinayətlə bağlı pul verməmişdir. İttiham aktında yazılan ifadəni təsdiq etmir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamışdır. İbtidai istintaq zamanı Bəhruzun həmin cinayət əməlində heç bir iştirakçılığı olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə o, üzləşdirilməmiş, sənədlərə isə təzyiq altında imza çəkmişdir. O, Bəhruza həmin cinayətlə bağlı pul verməmişdir. İttiham aktında adınan yazılan ifadəni təsdiq etmir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə bağlı suallara o, Bəhruzun sözü gedən cinayət əməlində heç bir iştirakçılığı olmadığı nı bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə o, üzləşdirilməmiş, sənədlərə isə təzyiq altında imza çəkmişdir. O, Bəhruza sözü gedən cinayətlə bağlı pul verməmişdir. İttiham aktında adından yazılan ifadəni təsdiq etmir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməllərində onun iştirakı olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxslə o, üzləşdirilməmiş, sənədlərə isə təzyiq altında oxumadan imza çəkmişdir. O, Bəhruza həmin cinayətlə bağlı pul verməmişdir. İttiham aktında adınan yazılan ifadəni təsdiq etmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Qanuni nümayəndə Ayəddin oğlu və Zərərçəkmiş şəxs2, habelə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə istintaqında verdiyi ifadələrini onların ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlarla birlikdə təhlilini və bir-biri ilə müqayisəsini aparmaqla aşağıdakıları müəyyən edir; İbtidai istintaq zamanı 18 sentyabr 2020-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 1 nömrəli Bakı Peşə liseyinin 3-cü kursunda təhsil alır. Atası Qanuni nümayəndə əvvəllər neft şirkətində işləyib, 2014- cü ildən işdən çıxıb və fərdi qaydada ev alqı-satqısı ilə məşğul olur, anası “Ella Studio” gözəllik salonunda kosmetoloq işləyir, qardaşı Murad Şadiyev isə orta məktəb şagirdidir. Qardaşı Muradla aralarında 3 yaş fərqi olmasına baxmayaraq, onunla bütün sirrlərini bölüşür. Belə ki. evlərində atası Mütəllimə məxsus seyfin qapısının kodunu qardaşı Murad bildiyi üçün o, pul lazım olanda qardaşı Muraddan xahiş edərək seyfin qapısını açdırmış və müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə həmin seyfdən pullar götürmüşdür. 2018-ci ilin yay aylarında dostu Məhəmmədə (Maqa) avtomaşın almasında köməklik etmək üçün seyfdən 9.500 ABŞ dolları, digər dostu Nahid üçün avtomaşın alınması üçün kömək edərək seyfdən 7.500 ABŞ dolları pul götürmüşdür. Daha sonra isə onunla eyni peşə liseyində təhsil alan Elvin Məmmədova istifadəsində olan “Opel Astra” markalı avtomaşının təmirinə maddi köməklik etmiş, ancaq avtomaşının təmiri alınmadığı üçün 2019-cu ilin yanvar ayının 10-da dostu Elvinlə həmin avtomaşını “Babək” prospektində yerləşən. Elvinin tanıdığı şəxslərin işlədiyi avtomaşın təmiri sexinə aparmışlar. X5 avtomaşın təmiri sexinə getdiklərində orada BMV markalı bir avtomaşın görüb bəyənmişlər və məlum olmuşdur ki, avtomaşın həmin sexdə işləyən Vüsal adlı şəxsə məxsusdur. Daha sonra avtomaşının sahibindən avtomaşını 16.500 manata satmaq istədiyini öyrənmiş və avtomaşının sahibi ilə ümumi razılığa gəlmişlər ki, Elvin Məmmədova məxsus “Opel Astra” markalı avtomaşının üzərində 9.500 manat verməklə hamin “BMV” markalı avtomaşını alsınlar. Bu məqsədlə o, dostu Elvin üçün alınacaq avtomaşının pulunu ödəyəcəyinə söz vermiş və zəng edib qardaşı Murada bildirmişdir ki, atasının evdə seyfdə saxladığı puldan 9.500 manat pul götürüb ona versin. Qardaşı Murad pulu nə üçün istədiyini soruşduqda o, yalandan qardaşına avtoservis üçün qaldırıcı qurğu almaq istədiyini bildirmişdir. Daha sonra o, taksi ilə evlərinə getmiş, nənəsi ilə qardaşı Muradın evdə olduğunu görüb qardaşı Murada sakitcə avtomaşın təmiri üçün icarəyə yer götürdüyünü və təmir yerində istifadə üçün qaldırıcı qurğu almaq istədiyini bildirmişdir. Qardaşı Murad evlərində atalarına məxsus seyfi açaraq seyfdən 5.600 ABŞ dolları pul götürüb ona vermiş və o, pulu qardaşından alaraq qardaşı ilə birlikdə evdən çıxmışdır. Daha sonra o, evdən götürdükləri pulu valyuta dəyişmə məntəqəsində manata çevirmiş, həmin puldan 1.000 manatını BMV markalı avtomaşını satan Vüsal adlı şəxsə beh olaraq vermiş, ancaq qardaşı Murad elə zənn etmişdir ki, o, qaldırıcı qurğu üçün beh verir. Növbəti günü, yəni 18.01,2019-cu il tarixdə o, dostu Elvinlə görüşmüş, qardaşı Murad dostları Xeyrullanın avtomaşınına, o, isə Elvinin avtomaşınına əyləşərək birlikdə Əhmədli qəsəbəsində yerləşən “McDonalds” kafesinə getmişlər. O, Elvinlə yemək sifariş verdiklərində Muradgildə avtomobildən düşmədən bir qədər aralıda gözləmişlər. Bu zaman Murad yaşadıqları blokun qarşısında əvvəllər gördüyü bir oğlanın onlara yaxınlaşdığını görüb Xeyrullaya maşını sürüb uzaqlaşmasını bildirmişdir. Murad həmin vaxtı ona telefonla bunu bildirmiş və Muradgil getdikləri üçün Elvinlə Muradgildən ayrılmışdır. Daha sonra Elvinlə birlikdə Elvinin idarə etdiyi maşına əyləşərək Bakı şəhəri Xətai rayonu ərazisində Babək prospektində həmin avtomaşın sexinə getmişlər. Sexə çatandan sonra Elvin maşını sexin yanında saxlayaraq maşından enib BMV markalı avtomaşına əyləşib maşının sahibi Vüsalla birlikdə notariusa getmişlər. Notariusda Elvinin adına etibarnamə alınandan sonra geri qayıdıb Vüsalı sexin yanında maşından düşürmüş və özləri yollarına davam etmişlər. Onlar Bakı kinoteatrı tərəfdən, yarmarka olan yerdən "Babək” körpüsünə tərəf avtomaşınla hərəkətdə olduqları vaxtı, yəni körpünün yaxınlığında, saat təxminən 18 radələrində arxadan bir maşın onların olduqları avtomaşına toxunmuş. Elvin idarə etdiyi avtomaşını kənara çəkib saxlamışdır. Daha sonra arxada olan həmin ağ-boz rəngli "Hoval” markalı avtomaşından üç nələr tanımadıqları şəxslər enib onların olduqları maşına yaxınlaşmışlar. Həmin şəxslər ona və maşını idarə edən Elvinə maşından enib arxa oturacağa keçmələrini tələb etmişlər. O, Elvinlə maşından enib arxa oturacağa əyləşmişlər. Həmin üç nəfər şəxsdən sonradan adının Aydəm olduğunu bildiyi şəxs maşının arxa salonunda onunla Elvinin arasında əyləşmiş, digəri sükanın arxasında, üçüncüsü isə qabaq oturacaqda əyləşmişdir. Daha sonra həmin tanımadığı şəxs maşını sürüb getmişdir. Yolda gedərkən maşını idarə edən şəxs onlara döyülmək istəmirlərsə ciblərində olan pulları vermələrini tələb etmişdir. Həmin şəxsin sözündən sonra Elvin cibində olan 1.200 manatı, o, isə portmanatında olan 2.000 ABŞ dolları pulu çıxardıb yanlarında əyləşən sonradan adının Aydəm olduğunu bildikləri şəxsə vermişlər. Həmin vaxtı maşını idarə edən şəxs maşını əvvəlcə beton yolla Zığ istiqamətində sürmüş, daha sonra Hovsan qəsəbəsi istiqamətdə hərəkətini davam etdirmişdir. Daha sonra həmin şəxs Hovsan qəsəbəsi istiqamətində boşluq bir yerdə maşını kənara çəkib saxlamış, maşında qabaqda əyləşən adım bilmədiyi şəxs əyləşdiyi yerdən ona əllə bir neçə dəfə vurmuş və tələb etmişdir ki, 15.000 ABŞ dolları pul tapsınlar. O, öz istifadəsində olan ***-***-**-** nömrəsindən qardaşı Muradın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib qardaşına bildirmişdir ki, onları tutublar və təcili 15.000 ABŞ dolları pul vermək lazımdır. Həmçinin Aydəm adlı şəxs bildirmişdir ki, pulu Keşlə qəsəbəsində dəmir yolu xəttinin yaxınlığına aparıb orada versinlər. O, yenidən qardaşına zəng edərək pulu Keşlə qəsəbəsində dəmir yolu xəttinin yaxınlığına aparmasını bildirmişdir. Daha sonra həmin şəxslər maşını hərəkətə gətirib Keşlə qəsəbəsi istiqamətində getmişlər. Həmin şəxslər maşını Keşlə qəsəbəsində dəmir yolu xəttinin yaxınlığında saxlamışlar, saat təxminən 21 radələrində Xeyrulla öz avtomaşını ilə gəlmiş, kənarda avtomaşını saxlamış, Aydəm maşından enərək Xeyrullanın maşınına yaxınlaşmış, Xeyrulla maşının şüşəsini aşağı salaraq əlində tutduğu pulu Aydəınə vermişdir. Aydəm Xeyrulladan pulu alıb onların olduqları maşına qayıtmış və maşında pulu saydığında Xeyrullanın 7.200 ABŞ dolları pul vermiş olduğunu görmüşlər. Bundan sonra həmin şəxslər ona pulun az olduğunu bildirmiş və zəng edib əlavə pul istəməsini tələb etmişlər. O, yenidən qardaşı Murada zəng edərək əlavə pul gətirməsini bildirmişdir. Qardaşı Murad üzərində 1000 manat pul olduğunu bildirmişdir. Aydəm və digərləri olan pulu gətirməsini tələb etmişlər və o, qardaşına zəng edərək onda olan min manatı dəmir yolu xəttinin digər tərəfinə gətirməsini demişdir. Az sonra Xeyrulla maşını ilə dəmir yolunun digər hissəsinə yaxınlaşmış, Aydəm maşından enərək Xeyrullanın maşını olduğu yerə getmiş və onlardan pulu alıb geri qayıtmış və maşına əyləşdiyində məlum olmuşdur ki, qardaşı Murad Xeyrulla ilə 400 ABŞ dolları və 300 manat pul gətiriblər. Aydəm və digərləri həmin pulları aldıqdan sonra növbəti gün üçün əlavə 5.000 ABŞ dolları pul verəcəkləri şərti ilə maşından enmişlər və pulu çatdırmalarını bildirib getmişlər. O, Elvinlə maşını idarə edib oradan uzaqlaşmışlar, yəni Elvin onu evlərinə düşürdüb getmişdir. Növbəti gün, yəni 19.01.2019-cu il tarixdə onlar Elvinə zəng edib 5.000 ABŞ dolları tələb etdikləri üçün o, qardaşı Murada bu barədə demiş və Murad seyfi açıb 5.000 ABŞ dolları pul götürüb ona vermişdir. O, özü həmin şəxslərlə qarşılaşmamaq üçün elə həmin günü saat təxminən 16 radələrində Xətai rayonu, Babək prospektində, "Astoriva" otelinin yaxınlığında həmin 5.000 dolları Xeyrullaya vermişdir ki, Aydəmgilə çatdırsın. Bu hadisədən iki gün sonra, yəni 2019-cu ilin yanvar ayının 21 -də saat 15 radələrində Xeyrulla ona zəng edərək onu kafeyə dəvət etmiş, o, Xeyrulladan nə üçün çağırdığını soruşanda Xeyrulla ona bildirmişdir ki, çayxanaya gedəndə özü nə üçün çağırıldığını öyrənəcəkdir. O, Xeyrullanın sözü ilə "Babək" prospektində yerləşən “Sultanlar" kafesinin ikinci mərtəbəsinə qalxaraq Xeyrullanın olduğu otağa getmişdir. O, otağa daxil olduğunda Xeyrullanın yanında adlarını bilmədiyi, tanımadığı iki şəxsin olduğunu görmüş və onlardan birinin adı Təqsirləndirilən şəxs olmuşdur. Xeyrullanın əyləşdiyi masada əyləşmiş, ona heç nə deyən olmamış, lakin təxminən 15 dəqiqə keçmiş sonradan adının Elsevər olduğunu bildiyi şəxs otağa daxil olmuş və Xeyrulla ilə onu hədələməyə başlamışdır. Daha sonra əlavə 4-5 nəfər tanımadıqları şəxslər də, otağa daxil olmuşlar, həmin şəxslərdən biri onun, digəri isə Xeyrullanın vanında əyləşmişlər. Elsevər və qeyriləri əvvəlcə Xeyrullanı əllə vurmuşlar, daha sonra Xeyrullanı qapının yanına apardıqdan sonra Elsevər və Bəhruz ona bir-iki şillə vurmuşlar. Sonra Elsevər onun boynundan tutaraq kafedən çölə çıxartmış, kafenin qarşısında dayanmış qırmızı rəngli “Opel Astra" markalı, üzərində taksi işarəsi olan avtomaşına oturtmuşdur. Sonra Elsevər özü də maşının arxa oturacağında onun yanında əyləşmiş, ondan qəbristanlığa getmək istədiklərini, yaxud pul verib Xeyrullanı və özünü azad etdirmək istədiyini soruşmuşdur. O. pulu ödəməyə hazır olduğunu deyəndə Elsevər ona 25.000 ABŞ dolları pul ödəməsini tələb etmişdir. O, razılıq verdiyində Elsevər bu barədə heç kimə deməməsi barədə onu xəbərdar etmiş və hədələmişdir. Daha sonra Xeyrullanı da, onun olduğu həmin avtomaşına əyləşdirmişlər. Sonra maşını onun yaşadığı evin yerləşdiyi yerə sürmüşlər, evlərinin yaxınlığında maşını saxlamışlar və o, maşından enib evlərinə getmiş. Xeyrulla isə maşında qalmışdır. O, evlərinə gedib evdə olan qardaşı Murada seyfi açmasını demiş, qardaşı seyfdən 25.000 ABŞ dolları pul götürüb ona vermişdir. O, saat təxminən 18 radələrində 25.000 ABŞ dolları pulu götürüb evdən çıxaraq Elsevərgilin yanına qayıtmış, lakin Xeyrullanı orada görməmişdir. Maşına əyləşəndən sonra 25.000 ABŞ dolları pulu Elsevərə vermiş, Elsevər pulu aldıqdan sonra maşını sürüb onu metronun “Neftçilər” metrostansiyasının yaxınlığına aparmışlar. Neftçilər metrostansiyasımn yaxınlığında o, maşından enmiş, Elsevər tanımadığı bir taksi saxlatdırıb ona 10 manat pul verərək taksi ilə evlərinə yola salmışdır. Həmçinin Elsevər ona bildirmişdir ki, 3 günə ona əlavə 10.000 ABŞ dolları pul tapıb versin. Əks təqdirdə onun üçün pis olacağını demişdir. O, daha sonra evlərinə getmiş, lakin baş verənlər barədə heç kimə bildirməmişdir. Növbəti günü o, 10.000 ABŞ dolları tapmaq üçün Elvindən və Xeyrulladan kömək etmələrini xahiş etmiş, lakin onların heç biri ona köməklik etməmişlər. 2019-cu ilin yanvar ayının 25-də axşam saat 18 radələrində Elsevər ona Ukrayna nömrəsindən zəng edib pulun hazır olubolmadığını soruşmuşdur. Həmin vaxtı Nərimanov rayonu ərazisində. “Çapayev küçəsi adlanan yerdə olmuş və Elsevərə pulun hazır olduğunu bildirmişdir. Daha sonra özünün idarə etdiyi motosikletlə evlərinə getmiş, qardaşı Murada seyfi açıb 10.000 dollar pul verməsini bildirmişdir. Qardaşı Murad məsələdən məlumatlı olduğu üçün seyfi açıb 10.000 ABŞ dolları götürüb ona vermişdir. O, 10.000 ABŞ dolları pulu götürüb saat 19 radələrində Elsevərin dediyi yerə, yəni metronun “Neftçilər” stansiyasının yaxınlığına getmişdir. O, “Neftçilər” metrostansiyasımn yaxınlığında olanda Elsevər onun yanına gəlmiş, onu ara yola aparmış və ondan 10.000 dollar pulu alıb getmişdir. Bundan başqa bildirmişdir ki, “Sultanlar” çay evində ona hədə qorxu gələn şəxslərdən biri Təqsirləndirilən şəxs olmuşdur. Ona qarşı törədilmiş cinayət Təqsirləndirilən şəxs rəhbərliyi altında həyata keçmişdir. Hadisədən sonra onların polisə şikayət etmələri nəticəsində Aydəm Cəfərov, Şahid1, Şahid2, Şahid3 və Şahid4 həbs olunmuşlar, lakin Təqsirləndirilən şəxs tutulmadığından dəfələrlə ona yaxınlaşaraq barəsində şikayət etməməsini xahiş etmişdir. O, bu barədə atası Qanuni nümayəndə məlumat vermişdir. Əvvəllər verdiyi ifadədə Təqsirləndirilən şəxs adını bilmədiyi üçün istintaqda sonuncunun adını çəkə bilmədiyini bildirmişdir. Ona hədə qorxu gələrək pul tələb edən şəxslərin içində Təqsirləndirilən şəxs olduğunu tədiq etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, ona qarşı adam oğurluğu və hədə qorxu ilə tələb etmə cinayətlərini törətmiş Bəhruz adlı şəxsin hazırki iş üzrə Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. İbtidai istintaq zamanı 21 dekabr 2019-cu il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən Qanuni nümayəndə övladı X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı 11 fevral 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid2 bildirmişdir ki, 2019-cu ilin yanvar ayında tanışı Hüseyn digər tanışı Elnur adlı taksi sürücüsünə demişdir ki, Nicat adlı uşaq var, onun əlinə bir ərəbin bank kartı keçmişdir. Nicat həmin ərəbin bank kartından istifadə etməklə «bitkoin» alqı-satqısı ilə məşğul olur və bu şəkildə həmin ərəbin bank kartına pullar yığılır. Nicat isə həmin bank kartından bankomatdan pullar çıxarır, həmin pulları da, Nicat sağa-sola xərcləyir. Hüseynin deməsinə görə, Nicatın maddi imkanı o qədər yüksəkdir ki, hamı istifadə edir, dost-tanışları Nicatın pullarını sağa-sola xərcləyirlər. Hüseynin deməsinə görə Nicat bir neçə dostuna avtomaşın. «İPhone X» markalı mobil telefon alıb hədiyyə etmiş, yanındakı dost-tanışları Nicatdan istifadə edib pulunu xərcləmiş, hər dəfə də. üstündə azı 5000 ABŞ dolları pul olur. O. Hüseyn və Hüseynin tanışı Xeyrulladan eşitmişdir ki. Adəm adlı oğlan Nicatdan hədə-qorxu ilə 19000 manat pul alıb, 5000 dolları da gətirməsi üçün Nicata vaxt vermişdir. Nicat da Xeyrullaya 5000 dolları verib ki, Xeyrulla da həmin pulu Adəmə versin. 2019-cu ilin yanvar avında Xeyrulla Nicatdan pulu götürəndən sonra «Babək» prospektində yerləşən «Nicat» kafesinin arxasına gəlmiş, orada Xeyrulla Hüseyn, Elnur və onunla görmüşdür. Xeyrulla onunla məsləhətləşmişdir ki, Nicatın verdiyi 5000 dollarını Adəmə versin, ya verməsin. Hüseyn də Xeyrullaya məsləhət bilmişdir ki, həmin pulu Adəmə verməsin, özləri öz aralarında, yəni Xeyrulla, Hüseyn, Elnur və onun arasında bölünsün. Belə də etmişlər, həmin pul dördünün, yəni onun, Xeyrullanın, Hüseynin və Elnurun arasında bərabər bölünmüşdür. Həmin vaxtı Hüseyn məsləhət bilmişdir ki, bu mövzunu Bəhruz adlı tanışlarına bildirsinlər və məsləhət alsınlar. O, Hüseyn, Xeyrulla və Elnurla birlikdə «Babək» prospektində yerləşən «Sultanlar» çay evinə gedib orada Bəhruzla görüşmüşlər. Hüseyn və Xeyrulla bütün məsələləri Bəhruza danışmışlar. Bəhruz bir neçə gündən sonra Nicatı onun yanına gətirməyi, yalandan bir oyun qurmağı və Nicatı qorxudub pul almağı bildirmişdir. Plana əsasən səhəri günü axşam saat 18 radələrində Hüseyn və Xeyrulla Nicatı «Sultanlar» çay evinə gətirmiş, orada oturub çay içmişlər. Həmin ərəfədə plana uyğun olaraq o və Elnur onların əyləşdikləri kabinetə keçmiş və orada yalandan səs-küy salmağa başlamışdır. Sonra yalandan Xeyrullaya bir-iki yumruq vurmuş, Xeyrulla da yalandan ağlamağa başlamışdır. Sonra o, Nicata bir-iki şillə vurmuşdur ki. Nicat qorxsun. Xeyrulladan soruşduqda ki, onlar kimlərə pul veriblər? Xeyrulla da bildirmişdir ki, Adəm adlı oğlan Nicatdan pul istəyib, Nicat da həmin pulu veribdir. Həmin vaxtı Bəhruz da oraya gəlmişdir. Bəhruz yalandan Xeyrullanın üstünə qışqırmış və demişdir ki, «bundan sonra bizə də pul verməlisiniz». Həmin vaxtı Nicat yalvarmışdır ki, Xeyrulla m vurmasınlar, özü evdən pul gətirib verəcəkdir. O, Nicat və Xeyrulla kabinetdən çıxıb həyətə düşmüşlər. Kafenin qabağında qırmızı rəngli, Şahid1 məxsus «Opel» markalı, üstündə taksi işarəsi olan avtomaşını dayanmışdır. Xeyrulla və Nicatla birlikdə avtomobilin arxa oturacağında oturmuşlar. Sükan arxasında Elnur oturmuşdur. Beləcə, Elnurun taksi avtomaşını ilə Günəşli qəsəbəsinə, 62 saylı marşrutun son dayanacağına getmiş, avtomaşını Nicatgilin evindən bir qədər aralıda saxlamışdır. O, Xeyrulla və Nicat maşından düşmüş, Nicat evlərinə getmiş, o isə Xeyrulla ilə Nicatgilin yaşadığı binanın yaxınlığındakı pilləkənlərin başında dayanıb gözləmişdir. Təxminən saat 20 radələrində hava qaralan vaxtı Nicat qayıdıb gəlmiş, cibindən bir paçka rezinli 100-lük ABŞ dolları pulları və açıq vəziyyətdə olan 100-lük dollarını çıxarıb maşında ona uzatmışdır. O, pulları sayarkən bir paçkada 10.000 ABŞ dolları, bir paçkada isə 7800 ABŞ dolları, yəni cəmi 17800 ABŞ dolları olmuşdur. Xeyrulla onunla qayıdıb gəlməmiş, o Xeyrullaya demişdir ki, «sən çıx get». Xeyrulla çıxıb getmiş, Nicat və o, Elnurun taksisinə əyləşib yola düşmüşdür. O, «Neftçilər» metro stansiyasının yaxınlığında Elnura avtomaşını saxlatmış, Nicatı yerə düşürmüşdür. Yaşı az olduğundan baxanda hiss olunmuşdur ki. Nicat bərk qorxmuşdur. Fikirləşmişdir ki, uşaqdır, birdən qorxudan özünə bir şey edər və buna görə də, yalandan Nicata ürək-dirək vermişdir ki, «narahat olma, daha səninlə işimiz yoxdur, çıx get evinizə». Nicatı orada bir taksiyə əyləşdirib öz pulundan Nicata 20 manat yol pulu vermişdir. Nicatı yola salanda ona iki günə 10,000 dollar da hazırlamağını bildirmiş. Nicat da razılaşmışdır. Özü isə Elnurla birlikdə «Sultanlar» çay evinin vanına gəlmişdir. O, 17800 dollar pulun hamısını həmin çay evində Bəhruza vermişdir. Bəhruz da həmin puldan ona 3500 dollar pul vermişdir. Bəhruz həmin puldan Elnura da 800 dollar vermişdir. İki gün keçəndən sonra Nicatla o, metronun «Neftçilər» stansiyasının vanında görüşmüş, Nicat orada ona 10000 dollar vermişdir. Həmin yerdən ayrılaraq Bəhruzla «Sultanlar» çay evində görüşmüş, həmin pulu Bəhruza vermişdir. Bəhruz da ona həmin puldan 3000 dollar vermişdir. İbtidai istintaq zamanı 11 fevral 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid3 bildirmişdir ki, üç ildir Elvin adlı oğlanı tanıyır. Elvin vasitəsi ilə təxminən bir ay əvvəl Nicatı tanımışdır. 2019-cu ilin yanvar ayının sonunda söhbət vaxtı bilmişdir ki, Elvin öz maşınını satıb, üstünə pul qoyub başqa maşın almaq istəyir və maşın almaq üçün pul dəstəyini də Nicat edəcəkdir. Nicat və Elvin ondan xahiş etmişlər ki, hansısa müştəridən maşın alsalar, o da onlarla birlikdə maşına baxmağa getsin, bir mütəxəssis kimi maşına baxıb nasazlıq olub-olmamasım müəyyən etsin, O da razılaşmış və bildirmişdir ki, maşın almağa gedəndə ona xəbər versinlər. Həmin müddətdə axşam saat 23 radələrində Hüseyn adlı tanışı ona zəng edib onu görüşə çağırmışdır. O, Bayıl qəsəbəsində yerləşən «Bakı gecələri» restoranının qarşısında Hüseynlə görüşmüşdür. Hüseyn ona demişdir ki, onun Nicat və Elvini tanıdığını bilir, buna görə də ondan soruşmuşdur ki, «Nicatın pulu varmı». O da bildirmişdir ki. Elvinin maşın almasına görə Nicat ona pul köməkliyi edəcək, buna görə də Nicatın pulu var. Hüseyn ona üç nəfər tanımadığı oğlanları göstərib bildirmişdir ki. həmin oğlanlarla birlikdə Nicatdan hədə-qorxu ilə pul tələb edib almaq istəyirlər, əgər bu işdə onlara o da köməklik etsə, hədə qorxu ilə aldıqları puldan ona pul verəcəklər. O da razılaşmışdır. Hüseyn ona demişdir kı. Nicat və Elvin evlərindən çıxıb maşın almağa gedəndə o, Hüseynə bu barədə xəbər versin, onlar da yolda Nicatı tutub Nicatdan pul alacaqlar. Hüseyn Nicatdan nə qədər məbləğdə pul tələb edib alacaqlarını və ona nə qədər pul verəcəklərini deməmişdir. Səhəri günü səhər saatlarında Elvin ona zəng edib onu «Əhmədli» metrosunun yanına dəvət etmiş və bildirmişdir ki, orada görüşsünlər. O, Hüseynə zəng edib bildirmişdir ki. Nicat və Elvinlə görüşə gedir. Hüseyn də ona demişdir ki, digər tanışları ilə birlikdə Nicatın yaşadığı evin yanına gedib orada pusquda dayanacaqlar, Nicat da çıxan kimi Nicatı tutacaqlar. Lakin sonradan ona məlum olmuşdur ki, Hüseyn Nicatı gözləyərkən nəsə almaq üçün mağazaya girib, Hüseyn mağazadan çıxanda görüb ki, Nicat taksiyə minib getmişdir. O da evdən çıxıb «Əhmədli» metrosunun yanında yerləşən «Mak donalds» restoranının yanında Nicatla və Elvinlə görüşmüşdür. Həmin vaxtı orada Nicatın qardaşı «malış» ləqəbli oğlan və Nicatın xalası oğlu da olmuşdur. Amma Nicatın xalası oğlunun adını bilmir. Nicat və Elvin birlikdə «Opel» markalı maşınla oradan ayrılmış və «Babək» prospektində yerləşən avtosalona getmişlər. O, Nicatın qardaşı və xalası oğlu da onun maşınına əyləşmişdir ki, onların arxası ilə getsin. Həmin vaxtı Nicatın qardaşı «Mak donalds» restoranından kofe almaq istəmişdir. O da maşını restoranın yanına sürmüşdür. Həmin vaxtı tanımadığı iki nəfər oğlan maşına doğru piyada hərəkət elmiş, həmin şəxslərdən biri maşının arxa sol tərəf qapısını açıb ayağını salonun içərisinə salmış, o, da maşını cəld sürüb oradan uzaqlaşmış, həmin oğlan da çöldə qalmışdır. Həmin ərələdə Hüseyn ona zəng edib soruşmuşdur ki, «Nicatgil hara getdi?». O da demişdir ki, Nicatgil «Babək» prospektində yerləşən salona getmişlər. Hətta Hüseyn ona demişdir ki, az öncə onun maşınına əyləşmək istəyən oğlan onun adamıdır, ondan soruşmuşdur ki, «həmin oğlanın maşına minməsinə niyə imkan vermədin9» Hüseyn demişdir ki, həmin oğlan pulu götürmək üçün onun maşınına əyləşmək istəmişdir. O, da Hüseynə demişdir ki, pul Nicatgildədir. Nicat da onun maşınında deyil, əgər həmin oğlan pul götürmək istəyirsə, onun deyil, Nicatgilin olduğu maşına daxil olmalı imiş. Bundan sonra o da Nicatgilin vanına maşını sürmüşdür. Qeyd edilən vaxt Nicat ona zəng edib bildirmişdir ki, onlar maşına baxıblar və Elvinlə birlikdə maşını rəsmiləşdirməyə aparırlar. Buna görə də ona demişdir ki, onların arxasınca gəlməsin. O da maşını «Gənclik» metrosunun yanında yerləşən «Mcdonalds» restoranına sürmüşdür bu vaxt Hüseyn ona zəng edib Nicatın harada olduğunu soruşmuş, o, da Nicat və Elvinin maşını rəsmiləşdirmək üçün Qaradağ rayonuna getdiyini, oradan da yenidən salona qayıdacaqlarını bildirmişdir. Hüseyn də adamları ilə birlikdə salonun yanında Nicatgili gözlədiklərini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Nicat və Elvin maşını rəsmiləşdirdikdən sonra maşının əvvəlki sahibi ilə birlikdə yenidən salona qayıdıblar, maşının əvvəlki sahibini yola saldıqdan sonra özləri həmin maşınla yollarına davam etmişlər. Həmin vaxtı Hüseyngil də arxadan onları maşınla izləyiblər, sonra maşınla arxadan Nicatgilin maşınını vurmuşlar. Nicatgil də maşını saxlayanda Hüseyngil onların maşınına əyləşib onlardan pulları tələb etmişlər. Bu vaxtı o, Nicatın qardaşı və xalası oğlu Nəsimi rayonu, 28 may küçəsində olmuşdur. Nicatın qardaşına Nicatdan zəng gəlmişdir. Danışıq zamanı Nicat qardaşından pul istəmişdir. Danışığı bitirəndən sonra Nicatın qardaşı ondan xahiş etmişdir ki, onu evlərinə aparsın, o da maşını Nicatın qardaşının evinə sürmüşdür. Həmin ev «Həzi Aslanov» metrosundan 3-4 kilometr aralıda, 62 nömrəli avtobusun sonuncu dayanacağında yerləşmişdir. Nicatın qardaşı evlərinə qalxmış, sonra yenidən qayıdıb maşına əyləşmiş və evdən 7200 ABŞ dollar pul gətirmişdir. Nicatın qardaşının xahişi ilə o, maşını Keşlə qəsəbəsinə sürmüşdür. «Heydər Əliyev» prospektinin üzərindən keçən körpüdə maşını saxlamışdır. Həmin vaxtı hava qaranlıq olmuş, saat təxminən 22 radələri olmuşdur. Onun maşınının arxasında bir «BMV» markalı maşın saxlamış, həmin maşından bir nəfər tanımadığı oğlan maşına yaxınlaşmış, Nicatın qardaşı pəncərədən 7200 dolları ona vermişdir. Həmin oğlan da qayıdıb «BMV» markalı maşında əyləşmişdir. Həmin maşında Hüseynin adamları, həmçinin Nicat və Elvin də olmuşdur, Hüseynin adamları həmin maşında Nicat və Elvini girov kimi saxlamışdır. Təxminən 20 dəqiqədən sonra Nicat qardaşına yenə də zəng edib bildirmişdir ki, pul tam deyil, pulu tam gətirməsələr, onları buraxmayacaqlar. Nicatın qardaşı da demişdir ki, cibində əlavə olaraq 650 manat pul var. Həmin vaxtı Hüseynin adamlarından biri telefonla Nicatın qardaşı ilə danışmış, Nicatın qardaşına demişdir. Nicatın qardaşı da telefonu ona vermişdir. Daha sonra həmin adam ona bildirmişdir ki, əlavə 5000 dollar da lazımdır. Daha sonar həmin oğlan ona demişdir ki. Nicatın qardaşının cibində olan 650 manat pulu maşının "bardaçok”una qoyaq, özümüz də maşını tərk edək, onlar maşını özlərinə götürəcəklər, əgər qalan pul onlara çatmasa, maşını hissələrə bölüb satacaqlar. O da Hüseynə zəng edib bildirmişdir ki, adamları onun maşınını da götürmək istəyirlər. Hüseyn də bildirmişdir ki. narahat olmasın. Həqiqətən də həmin oğlanlar Nicatın qardaşına zəng edib soruşmuşdur ki. «pulun qalanını 5000 dollar sabah verə biləcəksənmi?». Nicatın qardaşı da söz vermişdir ki. qalan 5000 dollar da sabah çatdıracaqdır. Bundan sonra o. Nicatın qardaşını evlərinə aparmış. Nicatın qardaşı və xalası oğlu maşından düşmüşlər. Həmin gün axşam saat 23 radələrində Hüseyn ona zəng edib görüşməli olduğunu bildirmiş, o, Xətai rayonunda yerləşən «50 qəpik» adlı restoranın yanında Hüseynlə görüşmüşdür. Hüseyn ona demişdir ki, pulu götürən oğlanlar telefona cavab vermirlər. Səhəri günü saat 12 radələrində Nicat onu yaşadığı evin yanına çağırmış, ona 5000 dollar pulu və Elvinin telefonunu vermişdir. Nicat ona demişdir ki, «həmin adamlar bir azdan Elvinin telefonuna zəng edib pulun qalanını, yəni 5000 dollar tələb edəcəklər». O da görüşüb onlara pulu versin. Bir neçə saatdan sonra Hüseyn ona zəng etmişdir. O da Hüseynə dedmişdir ki, Nicatgil pulu ona verib ki, həmin oğlanlara çatdırsın. Hüseyn ona bildirmişdir ki, hazırda «Babək» prospektində yerləşən hərbi hissənin yanındadır və o da taksi ilə həmin yerə gedib Hüseynlə görüşmüşdür. Hüseyn ona demişdir ki, 5000 dolları həmin oğlana versin. O da pulu həmin oğlana vermiş, həmin oğlan da 5000 dollardan ona 800 dollar vermişdir. O da pulu Hüseynə vermişdir ki, qoy Hüseyndə qalsın. Sonradan məlum olmuşdur ki, Hüseyn həmin 800 dollar pulu həmin oğlana vermişdir. O da sonradan qayıdıb Elvinlə görüşmüş və Elvinin telefonunu özünə qaytarmışdır. Səhəri günü Hüseyn ona zəng edib «NZS» qəsəbəsində olduğunu bildirmiş və onu da ora çağırmışdır. O, həmin yerə getmiş, Hüseynin yanında həmin 5000 dollar verdiyi oğlan da olmuşdur. Lakin sonradan bir neçə nəfər oğlan da oraya gəlmişdir. Birlikdə «NZS» qəsəbəsində çayxanada əyləşmişlər. Hüseynin yanında olan şəxs Nicatın harada olduğunu soruşmuşdur. O, Nicatın harada olduğunu bilmədiyini demişdir. Həmin oğlan Nicatı da oraya çağırmasını bildirmişdir. O da Nicatı olduğu verə çağırmış və bildirmişdir ki, yanında Hüseyn və 5000 dolları alan oğlan da vardır. Belə bir plan qurmuşlar ki, Nicat gələndən sonra Hüseyngil yalandan səs-küy salıb Nicatı qorxutsunlar. Hətta Nicatı daha da qorxutmaq üçün onu yalandan döyməli imişlər, o da yalandan ağlamalı imiş. Lakin əslində o da qurulmuş planın tərkibində olmuşdur. Məqsəd bu olmuşdur ki. Nicatı qorxudub əlavə pul tələb etsinlər. Belə də etmişlər. Bir az sonra Nicat oraya gəlmişdir. Sonra Hüseyn və tanışları kabinetə daxil olmuş, onlar onu və Nicatı döyməyə başlamışdır. Həmin vaxtı Hüseyngil Nicata bildirmiş ki, yenə də pul lazımdır. Nicat demişdir ki, təxminən 1000 manat düzəldib verə bilər. Lakin həmin oğlanlar 1000 manatla razılaşmamışlar. Həmin adamlar Nicat və onu çayxanadan çıxardıb bir maşında arxa oturacaqda əyləşdirmiş və Nicatgilin məhləsinə apararaq maşından düşürtmiişlər. Hüseyngil Nicata bildirmişdir ki, gedib evdən pul gətirib verməsə, onun barmaqlarını sındıracaqlar. Nicat qorxmuş və demişdir ki, gedib evdən 5000 dollar gətirəcəkdir. Nicat həqiqətən də evə getmiş, bir neçə dəqiqədən sonra evdən çıxıb oraya geri qayıtmışdır. Nicat Hiiseyngilə məbləğini bilmədiyi qədər pul vermişdir. İbtidai istintaq zamanı 11 fevral 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid1 bildirmişdir ki, icarəyə götürdüyü qırmızı rəngli, "Opel” markalı 90- FP-195 dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti göstərir. Bakı şəhəri Xətai rayonu. NZS qəsəbə sakini Elsevəri məktəbdə oxuduğu vaxtlardan tanıyır, dostluq münasibəti vardır. 2019-cıı ilin yanvar ayının 21-də, yaxud 22də NZS qəsəbəsində yaşayan, qonşu kimi Hüseyn adlı tanıdığı şəxs ona zəng edərək Elsevərlə görüşmək istədiyini bildirmiş, o. Elsevərlə nə üçün görüşmək istədiyini soruşanda, Hüseyn işi olduğunu bildirmişdir. O, Elsevərə zəng edib Hüseynin görüşmək istədiyini bildirmiş, daha sonra Hüseynlə “Babək” prospektində yerləşən “Nicat” çay evinə gedib orada Elsevərlə görüşmüşlər. Hüseyn söhbət əsnasında bildirmişdir ki, tanıdığı 17 yaşlı Nicat adlı bir şəxs var, çoxlu pulu var və Hüseyn əslən Naxçıvan şəhərindən olan və əvvəllər bır müddət NZS qəsəbəsində yaşamış Aydəm adlı şəxsə Nicat barəsində işarə vermiş, plan hazırlamışdır ki, Aydəm hədə-qorxu gələrək Nicatın pulunu alsın. Daha sonra Hüseynin planı üzrə hərəkət edən Aydəm İsi və başqa bir tanışı ilə birlikdə Nicatı və Nicatın dostu Elvini oğurlayaraq 9.600 ABŞ dolları və 1.500 manat pulunu alıb, lakin Aydəm Hüseyni aldadaraq pul verməyibdir. Hüseyn həmçinin Elsevərə bildirmişdir ki, Aydəmgil Nicatdan əlavə olaraq 5.000 manatda pul tələb ediblər və gözləyirlər. Aydəmgilin həmin pulu götürüb Hüseynə yenə pul verməyəcəldərini düşünərək Elsevərə demişdir ki, pulu özləri götürsünlər. Həmçinin Hüseyn özünün Aydəmlə qurduğu oyunda iştirak edən Xeyrullanın həmin pulu Nicatdan götürə biləcyini də Elsevərə demişdir. Elsevərlə danışıqdan sonra qərara gəlmiş ki, Hüseyn Xeyrullanı kafeyə çağırsın və Hüseynin zəngindən sonra həmin kafeyə gələn Xeyrulla Hüseynin dediklərini təsdiq edərək Aydəmgilin düz oyun oynamadıqlarını. Xeyrullanın və Hüseynin pulunu vermədiklərini bildirmişdir. Elsevər bildirmişdir ki, Xeyrulla gedib pulu alıb gətirsin və Xeyrulla da pulu almaq üçün getmişdir. Xeyrulla gedəndən sonra o, Hüsenyn və Elsevərlə birlikdə Hüseynin maşınında oturub gözləmişlər, təxminən 30 dəqiqədən sonra Xeyrulla gəlmiş və Nicatdan Aydəmgilə çatdırılması üçün aldığı 5.000 manat pulu Elsevərə vermişdir. Elsevər pulu götürüb bildirmişdir ki, pulu Aydəmə verəcək və sonra Hüseynə və Xeyrullaya çatacaq pulları Aydəmdən alacaqdır. Onların danışıqlarının məqsədi Nicat adlı şəxsdən əlavə pul almaq üçün plan hazırlamaq olmuşdur. Nicat adlı şəxsə hədə-qorxu gəlinərək əlavə pul alınması üçün Elsevərin hazırladığı plana uyğun olaraq o, sürücü olaraq iştirak etməli olmuş. Belə ki, o, törədiləcək cinayəti dərk etsə də, ancaq maddi çətinlik üzündən iştirak edəcəyinə razılıq vermiş və Elsevərə demişdir ki, nə vaxt lazım olsa zəng edib xəbər etsinlər. Bir gün sonra, saat təxminən 18 radələrində Elsevər ona zəng etmiş və onu “Babək” prospektində yerləşən “Sultanlar’1 çay evinə çağırmış və o, anlamışdır ki, Elsevər onu planlaşdırılan cinayətin törədiləməsi üçün çağırır. Odur ki, o, cəld evdən çıxaraq idarə etdiyi “Opel” markalı avtomaşınla “Sultanlar” kafesinə getmiş və kafedə Elsevər, Hüseyn, Xeyr ulla, Bəhruz və digər şəxslərin oturub çay içdiklərini görmüşdür. O, Elsevərin söhbətindən anlamışdır ki, Nicatı gözləyirlər. Az sonra müştəri olduğu üçün 10 dəqiqəlik kafeni tərk edib getmiş, müştərini ünvana düşürüb qayıtdığında Hüseyni orada görməmişdir. Daha sonra Nicat adlı uşaq kafeyə gəlmiş, aralarında olan plana uyğun olaraq Elsevər əvvəlcə Xeyrullanın yaxasından tutub silkələyərək hədə-qorxu gəlməyə başlamış, daha sonra Nicatın yaxasından tutub silkələməklə hədə-qorxu gəlmişdir. Daha sonra Elsevər kənardan insanlar şübhələnməsinlər deyə dostcasına Nicatın qolundan tutaraq kafedən çölə çıxartmış, o, Xeyrulla ilə Elsevər və Nicatın arxasında kafedən çölə çıxmışdır. Digərləri isə kafedə qalmışlar. Elsevər ona maşına oturmağı bildirmiş, özü isə Nicatla kənarda söhbət etmiş, daha sonra Elsevər, Nicat və Xeyrulla onun idarə etdiyi avtomaşının arxa oturacağına oturmuşlar. O isə sükan arxasına əyləşərək Elsevərin buyruğu ilə maşını 62 saylı marşrut avtobusun son dayanacağı istiqamətində sürmüşdür. “Maşın bazan” adlanan yerə çatanda Elsevər ondan maşını yolun kənarında saxlamasını tələb etmiş, o, maşını yolun kənarında saxlamış, bu zaman Nicat öz telefonu ilə qardaşına zəng edib rus dilində nəsə demiş, o. Nicatın qardaşına pulu hazırlamasını tapşırdığını anlamışdır. Daha sonra hərəkəti davam etdirmiş, 62 saylı marşrut avtobusun son dayanacağına çatanda yolun kənarında maşını saxlamış. Elsevər, Nicat və Xeyrulla maşından enmişlər, o, isə maşında qalmışdır. 15-20 dəqiqə sonra Nicatla Elsevər qayıdıb onun maşınına əyləşsələr də, ancaq Xeyrulla onlardan ayrılmış, gəlməmişdir. Elsevərin tapşırığına əsasən o, maşını 8-ci km qəsəbəsində restoranların çox olduğu yerə sürmüş, orada Elsevərlə Nicat maşından enmiş və Elsevər ona zəng edəcəyini bildirmişdir. Daha sonra o, “Babək” prospektinə gedib saçını kəsdirmiş və sonra isə evlərinə getmişdir. Təxminən bir saat sonra Elsevər zəng edib onu “Sultanlar” kafesinə çağırmış, o. kafeyə daxil olanda Elsevərin Bəhruz və digərləri ilə oturub çay içdiyini görmüşdür. Elsevər onu kənara çəkib ona 500 ABŞ dolları pul vermişdir. Növbəti günü isə saat 15 radələrində yolda gedərkən Elsevər ona əlavə 100 manat da pul vermişdir. İbtidai istintaq zamanı 12 fevral 2019-cu il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Şahid4 bildirmişdir ki, o, özünə məxsus “Hyundai Elantra ” markalı. Az **-RT-*** qeydiyyat nişanlı avtomobillə *9111 və digər taksi xidmətlərinə qoşulub sərnişin daşımaqla çörək pulu qazanır. NZS qəsəbə sakini Elvin Məmmədovla uzaqdan qohumluq əlaqəsi vardır. Təxminən 2018-ci ilin payız aylarında qohumu Elvinin vasitəsi ilə Elvinin peşə məktəbində oxuyan dostu Nicatla tanış olmuş və bir müddətdən sonra Nicatla aralarında vaxın münasibət yaranmışdır. Nicatla aralarında olan dostluq münasibətinə görə dəfələrlə birlikdə yemək yemiş, ona müxtəlif hədiyyələr almışdır. Həmçinin onun idarə etdiyi avtomobil xarab olanda Nicat avtomobilinin təmirinə köməklik edərək pul xərcləmişdir. Bir sözlə az vaxt içərisində çox yaxın olmuş və hər işində ona maddi köməklik etmişdir. Həmçinin o da lazım olan köməklikləri etmişdir. Təxminən iki aya yaxın müddətdə münasibəti çox yaxşı olmuş, ancaq sonra o, Nicatdan 100 manat borca pul istəmişdir ki, maşınının yağını dəyişsin, ancaq Nicat verməmişdir. Həmin vaxtdan sonra Nicat ondan kənar gəzməyə başlamışdır. 2018-ci ilin təxminən dekabr avında eşitmişdir ki. Nicat başqa dost-tanışlarına hədiyyələr alıb verir. Nıcai ondan uzaqlaşandan sonra Bayıl qəsəbəsində yaşayan Xeyrulla, Zeynal və başqaları ilə yaxınlıq etmişdir. Nicatın bu hərəkətləri onun pisinə getdiyi üçün o da əvvəllər NZS qəsəbəsində onunla bir məhəllədə 5-6 il yaşamış, onunla vaxın münasibəti olan və sonradan Naxçıvan şəhərinə köçmüş Aydəm adlı dostuna zəng edib demişdir ki, Nicat adlı bir nəfər şəxs var, çoxlu pulu var. Dost-tanışlarına hədiyyələr alıb verir. Yəni Aydəmə məsləhət görmüşdür ki, Bakı şəhərinə gəlsin. Nicat adlı şəxsi göstərsin və qorxudub pul alsın. Aydəm ona demişdir ki, yeni ildən sonra Bakı şəhərinə gələcək və ətraflı söhbət edəcək. 2019-cu ilin yanvar ayının təxminən 16-17-də Aydəm gecə vaxtı ona zəng etmiş və Bakı şəhərinə gəldiyini demişdr. Səhər saatlarında Aydəm onun yaşadığı evin qarşısına gəlmiş, yanında da bir oğlan olmuşdur. Aydəm ona demişdir ki, o, Nicatgilin evlərini göstərsin. Aydəm ondan soruşmuşdur ki, Nicat kimlərlə yoldaşlıq edir. O da demişdir ki. Nicatın yaxınlıq etdiyi Xeyrulla adlı bir dostu var, Nicatın nə alıb-satdığım Xeyrulla daha yaxşı bilir. Aydəm demişdir ki, onu Xeyrulla ilə görüşdürsün. O, həmin günü Aydəmi öz maşını ilə Bayıl qəsəbəsinə aparıb Xeyrulla ilə görüşdürüb tanış etmişdir. Xeyrulla demişdir ki, növbəti günü Nicat Elvin adlı dostuna maşın alacaq və üstündə pul olacaqdır. Daha sonra o, Aydəmi öz maşını ilə Kürdəxam qəsəbəsinə aparmış, Aydəm gecəni Kürdəxam qəsəbəsində qalmışdır. Həmçinin o, Nicatın onun telefonunda olan şəklini Aydəmə göstərmişdir. Növbəti günü, 18 yanvar 2019-cu il tarixdə səhər saatlarında o, maşınla gedib Aydəmi Kürdəxam qəsəbəsindən götürmüş və Aydəmin təklifi ilə onu Nicatgilin evlərinin qarşısına aparmışdır ki, Nicat evdən çıxanda Nicata yaxınlaşıb üstündəki pulu Nicatdan ala bilsin. O, Aydəmi düşürdüb getmiş, bir qədər sonra Aydəm ona zəng etmişdir ki, Nicat bir taksiyə əyləşib gedibdir. O, maşınla gəlib Aydəmi oradan götürmüş, həmçinin Xeyrullaya zəng etmiş və Xeyrulladan Nicatın harada olduğunu soruşmuşdur. X3 metro stansiyasının yaxınlığında pul dəyişdirdiyini demişdir. Saat təxminən 15-16 radələrində o, maşını Nicatgilin pul dəyişdirdikləri yerə sürmiş, Nicatı kənardan Aydəmə göstərmiş və elə orada Aydəmi düşürdüb çıxıb getmişdir. Daha sonra Aydəm ona zəng edib demişdir ki, Xeyrullanın maşınına yaxınlaşmaq istədiyində Xeyrulla sürüb getmişdir. Aydəmin istəyi ilə gedib Aydəmi oradan götürmüş və Xeyrullaya zəng etmişdir. Xeyrulladan Nicatgilin harada olduğunu soruşanda Xeyrulla demişdir ki, Nicat dostu Elvinlə Babək prospektində maşın təmiri sexində işləyən Vüsalın yanına getmişlər. Bundan sonra o, maşını sürüb həmin sexin qarşısına getmiş və sexdən bir az kənarda maşınında oturub gözləmişdir. Nicatla dostu Elvin "Opel” markalı avtomaşından enib "BMV” markalı avtomaşına əyləşmiş və getmişlər. O, maşını onların arxasınca sürmüş və Babək prospektində maşın bazarının yaxınlığına qədər onların arxasınca getmişdir. Ancaq orada fikrini dəyişmiş və bu işdən kənar olmaq istəmişdir. Odur ki, Aydəmə demişdir ki, onların getdikləri istiqaməti itirmişdir. Bundan sonra o, istiqaməti dəyişib yenidən həmin sexin qarşısına qayıtmış və sexdən bir az kənarda maşını saxlamışdır. Həmçinin Aydəmə demişdir ki, «Nicatgil mənim maşınımı tanıyırlar və mən onların arxasınca gedə bilmərəm, başqa maşın tap”. Aydəm telefonunda konturu olmadığını bildirib ondan telefonu almış və kiməsə zəng etmişdir. Zəng etdiyi şəxsə demişdir ki, bir nəfər var üzərində pulu var, həmin şəxsə hədə-qorxu gəlib pulu almaq lazımdır, ancaq maşınsız mümkün deyildir. O, Aydəmin danışığından anlamışdır ki, həmin şəxs razılaşmış və təxminən 20-30 dəqiqə sonra ''Haval” markalı bir maşın bir qədər kənarda dayanmış, Aydəm onun maşınından düşüb getmişdir. O isə maşınını sürüb NZS qəsəbəsinə taksi fəaliyyəti ilə məşğul olmaq üçün getmişdir. Bir-iki saat sonra, təxminən 18-19 radələrində Aydəmin yanında gördüyü, adını bilmədiyi oğlan ona zəng edib demişdir ki, Aydəm Taleh və İsi adlı dostları ilə birlikdə Nicatı və Elvini maşına oturdub aparıblar. Həmin oğlan ondan xahiş etmişdir “Xalqlar” metrostansiyasmm yaxınlığından, fəhlələr dayanan yerdən onu götürsün. O, idarə etdiyi maşınla həmin yerə getmiş, adını bilmədiyi Aydəmin dostu iki saat əvvəl Aydəmin oturub getdiyi həmin maşını sürüb ona arxasınca sürməsini demişdir. Birlikdə "Xalqlar” parkı adlanan parkın yanma getmişlər. Aydəmin adını bilmədiyi dostu həmin maşını kənarda saxlamış, qapılarını bağlayıb onun maşınına əyləşmiş və Aydəmgili gözləməyi demişdir. Təxminən bir saat onun maşınında əyləşib gözləmişlər. Saat təxminən 21 radələrində Aydəmdən ona zəng gəlmiş və həmin şəxs maşından düşüb getmiş, həmin "Haval” markalı avtomaşına əyləşmiş və çıxıb getmişdir. O isə öz işinin arxasınca getmiş və təxminən 20-30 dəqiqə sonra Aydəmə zəng etmişdir. Aydəm bir iki zənginə cavab verməsə də, ancaq sonra telefonu acmış və ona da, Xeyrullaya da hörmət edəcəyini bildirmişdir. Ancaq Aydəm zəng etməmişdir. O, Aydəmin yanındakı oğlana zəng etmiş, həmin oğlan telefonu açmış və demişdir ki, Aydəmin başı qarışıqdır, sabah zəng edəcəkdir. Daha sonra o, bir neçə dəfə zəng etsə də, ancaq onlar telefonu açmamışlar. Saat təxminən 24 radələrində o, Xeyrullaya zəng etmiş və Xeyrulla ilə Xətai metro stansiyasının arxasında görüşmüşdür. Xeyrulla demişdir ki, Aydəm Taleh və İsi adlı dostları ilə Elvinin və Nicatın cibindən pul götürüblər, həmçinin Nicatdan əlavə 10 min dollara yaxın pul alıblar. Həmçinin Xeyrulla demişdir ki, Nicata deyiblər növbəti gün 5.000 ABŞ dolları pul versin və ola bilsin ki, Nicat getməsin Xeyrulla pulu alıb aparıb Aydəmə verəcəkdir. Daha sonra o, çıxıb evə getmişdir. Növbəti gün, 19.01.2019-cu il tarixdə o, NZS qəsəbəsində yaşayan, tanışı taksi sürücüsü Elnuru görmüş və Elnura Aydəmgilin məsələsini danışmış və onu aldatdıqlarını demişdir. Elnur onu dinləyəndən sonra demişdir ki. «hər ikimizin tanıdığımız Elsevərlə görüşək və mən bu məsələni Elsevərə danışım». Daha sonra günorta saatlarında Elnurla zəngləşib Babək prospektində "Nicat” kafesində Elsevər, o, Elnur görüşmüşlər. O, bir daha həmin söhbəti Elsevərə danışmış, Aydəmin onu aldatdığını, ona pul vermədiyini demiş, həmçinin 5 min dolları Xeyrullanın Nicatdan götürüb Aydəmə verəcəyini də demişdir. Elsevər demişdir ki, Xeyrullaya zəng etsin və desin ki, pulu aparıb verməsin. O, Xeyrullaya zəng etmiş və demişdir ki, pulu götürüb gəlsin onun olduğu kafeyə. Təxminən 30-40 dəqiqə sonra Xeyrulla oraya gəlmiş və demişdir ki, hələ pulu götürməyibdir. Elsevər demişdir ki. gedib pulu götürsün və Adəmgilə verməsin, yəni özü aralarında bölsünlər. Daha sonra Xeyrulla ayrılıb pulu götürməyə getmişdir. Bir qədər sonra Xeyrulla gedib pulu götürmüş və daha sonra Elsevər, Elnur və Xeyrulla ilə NZS-də görüşmüşlər. Xeyrulla Nicatdan götürdüyü 5.000 ABŞ dollarını Elnura vermişdir. Elnur 5 min dolları aralarında bölmüş və həmin puldan 800 ABŞ dolları ona vermişdir. Ancaq Elnur pulu böləndə 800 ABŞ dolları da ayrıca ayırıb demişdir ki. bu da, "Çıqana” yəni hamının hörmətli oğlan kimi tanıdığı, türmədə yatıb-çıxmış Bəhruza çatacaqdır. Pulu böləndən sonra NZS qəsəbəsində Bəhruzgilin evlərinin yanına getmişlər. Bəhruzu götürüb Babək prospektində yerləşən "Sultanlar” kafesində oturmuşlar. Elsevər onun əyləşdiyi otağa gəlib demişdir ki, pulların hamısı qayıtmalıdır Bəhruza və həmin pulların hamısını Elsevərə vermişlər. Elsevər isə onlardan həmin 5 min dolları tam şəkildə alıb demişdir ki, Bəhruza verəcəkdir. Həmin vaxtdan sonra o, çıxıb getmiş, ancaq Bəhruz demişdir ki, zəng edəcəkdir. 21.01.2019-cu il tarixdə Bəhruz ona zəng edib "Sultanlar” kafesinə çağırmışdır. O, kafeyə getmiş və Elsevər, Elnur və Bəhruz orada olmuşdur. Bəhruz ona demişdir ki, zəng edib Xeyrulladan Nicatı kafeyə gətirib-gətirə bilməyəcəyini soruşsun. O,Xeyrullaya zəng edib bunu soruşmuş, Xeyrulla demişdir ki, Nicatı kafeyə gətirə bilər. Daha sonra Xeyrulla kafeyə gəlmiş, ancaq o, Bəhruzdan xahiş etmişdir ki, onu görən olmasın. Bəhruz isə narahat olmamağını və heç kim görməyəcəyini demişdir. Daha sonra Nicatın kafeyə gəldiyini görmüş, Nicat onlar olan otağa getmiş, ancaq o, başqa otaqda olduğu üçün orada nə olduğunu görə bilməmişdir. Daha sonra Elnur ondan maşınının açarını almış, o isə otaqda qalmışdır. Onların getdiklərini görə bilməmiş, çünki ona otaqda gözləməsini demişlər. Təxminən iki saat gözləmiş, daha sonra Bəhruz kafeyə gəlmiş, onun maşınının açarını verib evə getməsini demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 18 sentyabr 2020-ci il tarixdə "şəxsin tanıması haqqında" protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanıması üçün 4 nəfər şəxs təqdim edilmiş və təqdim olunan şəxslərin içərisindən Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədən şəxsi tanıyaraq Təqsirləndirilən şəxs olduğunu göstərmişdir. Məhkəmə iclasında 18 sentyabr 2020-ci il tarixli tanınma protokolu tədqiq edilməzdən əvvəl, proses iştirakçılarının suallarını cavablandırarkən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı tanınma keçirilib-keçirilmədiyini xatırlamadığını bildirmşdir. Lakin, tanınma protokolu və fotoşəkillər tədqiq edilərkən Zərərçəkmiş şəxs2 müstəntiqin sözü ilə Təqsirləndirilən şəxs Əfqan oğlunu tanıdığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tanınmaya təqdim edilməsindən bilavasitə sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti ilə bağlı 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qarşısında oturan Təqsirləndirilən şəxs yanvar ayının 21-də “ Sultanlar” kafesində olarkən tanıdığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədəki ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməməsini, Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət əməlini törətmədiyini göstərməsini, onun özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla və digər mötəbər istintaq sənədləri ilə təkzib edildiyindən, öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından özünümüdafiə kimi qiymətləndirir. Bundan başqa məhkəmə zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2, şahidlər Şahid3, Şahid1, Şahid4 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, şahidlərin, eləcə də zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, iş üzrə şahidlər Şahid3, Şahid1, Şahid4 və Şahid2 məhkəmədə verdikləri ifadələri obyektiv həqiqəti əks etdirməməklə Təqsirləndirilən şəxs müdafiə etmək, onun cinayət məsuliyyətindən azad olunması məqsədi daşıyır. Eyni zamanda, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələri qanunazidd əməllər nəticəsində vurulmuş maddi zərərin ödənilməsi, barışığın əldə olunması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması məqsədi daşıyır. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxsə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Nəsimi rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay ame cəzasına məhkum edilmiş, habelə həmin hökmlə Nəsimi rayonn məhkəməsinin 18.03.2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Penitensiar Xidmətinin 03 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş 26.02.2020-ci il tarixli, 130 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04.09.2018-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən həmin xidmətin 03 saylı MTCM-ə qəbul edilmiş və Şabran rayon məhkəməsinin 09.01.2020-ci il tarixli qərarı ilə şərti olaraq azadlıqdan məhrum etmə cəzasından 03 ay 13 gün vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs həmin müəssisədə cəza çəkərkən 2019-cu il ərzində müraciəti əsasında bir neçə dəfə xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunması üçün Bakı şəhərinə getməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət əməllərinə görə cəza çəkdiyi dövrdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: - qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; -qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Göründüyü kimi, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, onun əməlində cinayətlərin təhlükəli residivini yaranacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın həddini müəyyən edərkən yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 25 fevral 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-420/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-420/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver