Məhkəmə qərarları › İş №1(101)-420/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-420/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-420/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədriyi, hakimlər X9, Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X4, X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru - Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, X7, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 Cəlal oğlunun və Müdafiəçi2, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X10, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1, xx xxxx 1965-ci ildə Naxçıvan MR-ın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məhəmmədi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 2/50 mənzil 25-də yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolu küçəsi 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, myəyyən etdi: Təqsirləndirilən şəxs1 gəlir əldə etmək niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əvvəlcədən aralarında olan razılığa əsasən özünə məxsus olan “Mercedes Benz “200” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Əli” adlı şəxsin Bakı şəhərində çatdırdığı yerdən bir bükümdə təmiz çəkisi 263,163 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 9,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,562 qram, 1,049 qram, 0,789 qram, 0,467 qram, 0,459 qram, 0,256 qram və 360 qram, ümumilikdə təmiz çəkisi 364,582 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək, həmin narkotik maddələrdən 263,163 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 9,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 6 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 1,562qram, 1,049 qram, 0,789 qram, 0,467 qram, 0,459 qram, 0,256 qram ümumilikdə təmiz çəkisi 4,582 qram ağ rəngli kristal formada olan maddə metamfetamini Təqsirləndirilən şəxs2 vermiş, 29 may 2021-ci il tarixdə saat 01.20-da Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bağlamada təmiz çəkisi 360 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar olunmuş psixotrop maddə metamfetaminlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 gəlir əldə etmək niyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satma məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 sonuncunun özünə məxsus olan “Mercedes Benz “200” markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Əli” adlı şəxsin Bakı şəhərində çatdırdığı yerdən götürdüyü külli miqdarda bir bükümdə təmiz çəkisi 263,163 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 9,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,562 qram, 1,049 qram, 0,789 qram, 0,467 qram, 0,459 qram, 0,256 qram, ümumilikdə təmiz çəkisi 4,582 qram ağ rəngli kristal formada olan maddə metamfetamini əldə edib yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Dəmir yolu küçəsi 1 saylı mənzildə saxlamış və 28 may 2020-ci il tarixdə saat 13-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Suraxanı rayonu, Yeni ünvan 5 ünvanda müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə axtarış aparılarkən özünə məxsus otağın küncündə oturacağın üzərində olan torbanın içərisindən külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 263,163 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 9,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,562 qram, 1,049 qram, 0789 qram, 0,467 qram, 0,459 qram və 0,256 qram ümumilikdə təmiz çəkisi 4,582 qram ağ rəngli kristal formada olan maddə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminlə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin mart ayının axırlarında Əli adlı şəxsi özünün istifadəsində olan **-EX-*** dövlət qeydiyyat nişanlı, “Mersedes C-200” markalı avtomobillə müştəri qismində “Koroğlu” metrostansiyasının yaxınlığından götürərək “Lökbatan dairəsi” adlanan yerdə düşürmüşdür. Yolda söhbət zamanı Əli onun mobil nömrəsini götürərək Bakı şəhərində yükü olan zaman lazımi ünvanlara çatdırmağını xahiş etmişdir. O da Əli ilə razılaşaraq istifadəsində olan ***-***-**-** csm nömrəsini əlaqə üçün ona vermişdir. 28 may 2021-ci il tarixdə saat 22.30 radələrində Əli adlı şəxs hazırda yadında qalmayan nömrədən onun istifadəsində olan yuxarıda qeyd olunan nömrəyə zəng edərək Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dəmiryol stansiyasında Gədəbəy rayonundan gələn avtobusda bir nəfər şəxsin ona yük verəcəyini, həmin yükü Yeni Suraxanı qəsəbəsində İbrahim adlı şəxsə çatdıracağını demişdir. O da razılaşıb deyilən yerə getmiş və Gədəbəy rayonundan gələn avtobusdan düşən 2 nəfər şəxsdən sellofan paketi götürərək Yeni Suraxanı qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdırm. İbrahimlə əlaqə saxlamaq üçün həmin 2 nəfərdən biri ona İbrahimin mobil nömrəsini vermişdir ki, onunla əlaqə saxlayıb haradadısa yükü çatdırsın. O da İbrahimlə əlqaə saxlayaraq onun dediyi ünvana getmişdir. Artıq xx.xx.2021-ci il tarixdə saat 00.30 radələrində İbrahimin verdiyi ünvana çataraq onun yaşadığı həyətyanı sahəyə daxil olduqda mülki geyimli şəxslər onu saxlamışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları sellofan poketi əlindən alaraq onu İbrahimin yaşadığı mənzilin eyvanına aparmışlar. Təxminən 5 dəqiqədən sonra polis əməkdaşları əllərində bir ədəd kiçik sellofan bağlama yaxınlaşaraq həmin bağlamanın nə olduğunu bildirmişlər. O, polis əməkdaşlarına həmin bağlamanın içində nə olması barədə məlumatı olmadığını söyləmişdir. Bundan sonra polis əməkdaşlarından biri onun sifət nahiyyəsindən şillə vurmuş və ona təklif etmişdir ki, iki nəfər narkotik satışı ilə məşğul olan şəxsin adını onlara verərsə onu sərbəst buraxacaqdır. O, hər hansı bir narkotik satışı ilə məşğul olan şəxsi tanımadığı üçün imtina etmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilində qeyri-qanuni olaraq axtarış aparmışlar. Daha sonra polis əməkdaşları onu yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Orada ona hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına vəkil təyin edilmiş və müdafiəçinin iştirakı ilə videoçəklişdən istifadə etməklə üzərində axtarış keçirilmişdir. Video çəkilişdən əvvəl polis əməkdaşları ona fiziki və psixi təzyiq göstərərək həmin sellofan bağlamada olan narkotik vasitəyə bənzər maddəni və bir ədəd ona məxsus olmayan elektron tərəzini cibinə qoyaraq çəkiliş zamanı təqdim etməsini istəmişlər. O da həmin təzyiqlərdən qorxaraq polis əməkdaşları dediyi kimi edib, sellofan bağlamanı və elektron tərəzini cibinə qoymuş və çəkiliş zamanı təqdim edərək həmin bağlamanın narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin bağlamanı və elektron tərəzini zərfə qoyub qablaşdırmışlar və həmin zərfin üzəri iştirakçılar və eyni zamanda da onun tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrin satışı ilə məşğul olanlara da çox pis baxmışdır. Əlini ilk dəfə 2021-ci ilin mart ayında müştəri qismində avtomobilinə əyləşdirərək Koroğlu metrostansiyasından Lökbatan dairəsinin yaxınlığında düşürmüşdür. Hər hansı bir münasibəti olmamışdır. Ara bir onunla telefon danışıqları olmuşdur. İbrahim adlı şəxsi əvvəllər tanımamış, ilk dəfə xx.xx.2021-ci il tarixdə onunla telfon vasitəsi ilə əlaqə saxlayaraq ona çatacaq yuxarıda göstərilən bağlamanı çatdıracaqmış. Lakin polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs2la əvvəllər də Əlinin xahişi ilə bir neçə dəfə telefon əlaqəsi yaratmış və Əlinin sözlərini ona çatdırmışdır. Onun həmin bağlamanın içində nə olması barədə məlumatı olmamış, sadəcə Əlinin xahişi ilə bağlamanı İbrahimə çatdırmışdır. O, bundan əvvəlki ifadəsini təstiq etməmiş və təzyiq altında verdiyini qeyd etmişdir. Hazırki, müdafiəçinin iştirakı ilə yazılan ifadəsini təstiq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadələrində göstərdr ki, 28 may 2021-ci il tarixdə saat təxminən 13 radələrində mülki geyimdə olan şəxslər həyət qapısına gəlmış, onu çağırıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib yaşadığı ünvanda baxış keçiriləcəyi barədə qərarla tanış edilmiş, yaşadığı evdə baxış keçiriməsinə razılıq verməyi barədə ərizə yazmış və təqdim etmiş, iştirakı ilə yaşadığı ünvanda ona məxsus olan otağına video çəkilişlə baxış keçirilərkən ona verilən suallara cavab olaraq 2015-ci ildə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasını, narkotik maddə qəbul etməsini bildirmiş, sonra ona yaşadığı ünvanda qanunsuz əşya, maddə varsa təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra yaşadığı ünvanda ona məxsus otağında yerləşən taburetkanın üstündəki əşyaların altından bir ədəd selofan torbada olan narkotik maddələri çıxarıb təqdim etmiş, torbanın içərisində bir ədəd bükülüdə heroinə bənzər kütlə, plasmas dairəvi qutunun içərisində bir ədəd bükümdə tiryəkə bənzər kütlə, altı ədəd bükümdə metamfetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi aşkar olunmuş, verilən suallara cavab olaraq təqdim etdiyi narkotik maddələri Əli adlı İranlıdan əldə etdiyini Əli ilə 2-3 gün əvvəl telefon əlaqəsinə çıxmasını, Əli həmin maddələri Yeni Suraxanı qəsədəsinin girəcəyində axşam vaxtı yolda atmasını, özü gedib götürüb yaşadığı evə gətirərək saxlamış, İranlı Əli ona zəng vurub kimə verəcəyini və bunun müqabilində ona 500 manat pul çatdıracağını bildirmiş, İranlı Əli əvvəllər ona narkotik maddə göndərməmiş, əldə etdiyi maddələrdən qəbul etməmiş, heç kimə verməmiş, heç kimə satmamışdır. Cəlilabad şəhər sakini Şahid4 narkotik maddə heroin verməmiş, belə bir adamı tanımır. Yaşadığı ünvanda otaqda aşkar edilmiş kütlələr elektron tərəzidə çəkdikdə 01 ədəd selofan bükülüdə olan narkotik vasitə heroin 260 qram çəkidə, 01 ədəd bükümdə olan narkotik vasitə tiryək 10,62 qram, 06 ədəd bükümdə psixotrop maddə metamfetamin cəmi 7,78 qram çəkidə olmuş, sonra həmin maddələr və bir ədəd elektron tərəzi zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Verilən suallara cavab olaraq yaşadığı ünvanda təqdim etdiyi maddələrdən başqa heç bir qanunsuz əşya və ya maddə olmadığını bildirmiş, sonra ona üzərində nə varsa çıxarıb təqdim ediməsi təklif edilmiş, əynindəki idman şalvarımın sol yan cibindən bir ədəd «İhone» markalı mobil telefon, öz adına olan şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən iki ədəd alışqanı, içərisində 16 ədəd siqaret olan «Kent» siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusu içərisində olan siqaretlərlə birlikdə və iki ədəd alışqan ona qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyi üçün götürülmüş və protokola əlavə olunmuşdur. Sonra Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə gəlmiş, şöbədə otaqların birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl axtarış və götürmənin aparılması barədə qərarla tanış olmuşdur. Bundan sonra üzərində qanunsuz əşya və ya maddə varsa təqdim edilməsi təklif olnunmuş, bu təklifdən sonra üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmiş, daha sonra yaşadığı ünvanda baxış keçirilərkən narkotik maddə heroin, tiryək, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülməsi barədə, bundan sonra regional şöbəyə gətirilməyi, şübhəli şəxs qismində tutulmağı, müdafiəçi ilə təmin olunmağı barədə məlumat verilmişdir. Bundan əlavə verilən suallara cavab olaraq yaşadığı ünvanda aşkar edilmiş narkotik maddələri İranlı Əli adlı şəxs onun üçün göndərdiyini həmin narkotik maddələri Bakı şəhər sakini, taksi kimi işləyən Teyyub adlı şəxs gətirib ona verməsini, törətdiyi əmələ görə peşiman olmasını, yaşadığı ünvanda baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə ayrı-ayrı protokollar tərtib edilmiş, məzmunu ucadan oxunmuş, doğru olduğunu iştirakçılar ilə birlikdə imzalarla təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istsisntaq zamanı təqsirləndirilən Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 istintaq orqanına verdiyi ifadəni təsdiq edərək bir faha Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, təxminən bir ildir narkotik vasitələrdən istifadə edir. 25 may 2021-ci il tarixdə Watsap sosial şəbəkəsi vasitəsi ilə həmişə narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə əlaqə saxlayaraq Bakı şəhərində olduğunu və ona öz istifadəsi üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Əli də ona bir saatdan sonra Suraxanı rayon ərazisinə getməyini və onun dediyi yerə narkotik qoyulacağını və daha sonra həmin yerin şəklini çəkib vatsap vasitəsi ilə ona göndərəcəyini bildirmişdir. O, Əlinin dediyi kimi etmişdir. Təxminən bir saatdan sonra Əli ona zəng vuraraq İbrahim adlı şəxsin onunla görüşəcəyini və istədiyi narkotik vasitəni ona verəcəyini bildirmişdir. Təxminən bir neçə dəqiqədən sonra o, Yeni Suraxanı qəsəbəsində olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq adının İbrahim olduğunu bildirmiş və ona narkotik vasitə uzatmışdır. O da həmin narkotik vasitəni İbrahimdən büküm şəklində alaraq onun müqabilində 50 manat vermiş və ondan ayrılmışdır. Həmin narkotik vasitənin bir qismini münasib vaxtda istifadə etmişdir. Bir qismini də üzərində saxlayaraq yaşadığı Cəlilabad rayonuna getmişdir. Əldə etdiyi narkotik vasitənin çox hissəsini istifadə etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamışlar. Saxlayan zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin zaman polis əməkdaşları narkotik vasitənin haradan əldə etməyi barədə sual vermişlər. O da həmin narkotik vasitəni Suraxanı rayon ərazisində İbrahim adlı şəxsdən 50 manat müqabilində əldə etdiyini bildirmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin baş əməliyyat müvəkilli vəzifəsində çalışır. Polis kapitanı xüsusi rütbəsindədir. Əməliyyat yolu ilə xx.xx.1960-ci il təvəllüdlü, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tərəfimizdən əməliyyat tədbirləri həyata keçirilərək Şahid4 üzərində narkotik vasitənin əldə olunaraq saxlanmasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin gətirilmiş, Şahid4 paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alaraq barəsində müvafiq tədbir görülməsi üçün rəhbərliyə müraciət etdikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparalıması keçirilməyə balanmış və şəxsi axtarış zamanı Şahid4 üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təklif edilməsi təklif edilmiş, bu təklifdən sonra o, narkotik vaitə təqdim etmiş və Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Dəmir yol küçəsi ev 1-sə yaşayan Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Dəmir yol küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı İbarhim Bağırova yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya maddə olduğu halda təklif edilmiş, o, bu təklifdən sonra yaşadığı ünvanda ona məxsus olan otaqda yerləşən taburetkanın üstündəli əşyalrının altından bir ədəd selifan torba çıxsrıb təqdim etmiş, torbanın işərisində bir ədəd büklüdə heroinə bənzər kütlə, plasmas dairəvi qutunun içərisində bir ədəd bükümdə tiryəkə bənzər kütlə, altı ədəd bükümdə metamfetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi aşakar olunmuş, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq təqdim etdiyi narkotik maddələri Əli adlı İranlıdan əldə etməsini, Əli ilə 2-3 gün əvvəl telefon əlaqəsinə çıxmasını, Əli həmin maddələri X15 girəcəyində axşam vaxtı yola atdırmasını özü gedib həmin maddələri götütüb yaşadığı evə gətirməsini bildirmiş,həmçinin heç kimə narkotik vasitə satmadığını,Cəllabad sakini Şahid4 tanımadığını ona narotik vasitə satmadığını demiş,Bundan sonra Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərək elektron tərəzi ilə birlikdə zərfə yerləşdirilmış və üzəri möhürlənmişdir.Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində olanları təqdim edilməsi təklif edilmiş, o, əynində olan idman şalvarının sol yan cibindən bir ədəd telefon,özünə məxus şəxsiyyət vəsiqəsi,siqaret və alışqan təqim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənə gəldikdən sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hüç bir qanunsuz əşya predmet və narkotik vasitə aşkar edilməmişdir.Qeyd edilən bütün prosseslər video çəklişlə müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Daha sonra Şahid1 göstərmişdir ki, əməliyyat tədbirinin davamı olaraq tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələr gətirmiş Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Dəmiryol küçəsi 1 nömrəli evin yaxınlığında küçədə saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş, Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alaraq barəsində müvafiq tədbir görülməsi üçün rəhbərliyə müraciət etdikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparalıması keçirilməyə balanmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təklif edilməsi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan bağlama, 236 manat pulu, sol yan cibindən 1 ədəd telefon və bir ədəd elektron tərəzi təqdim etmiş,Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellefon bağlamaya baxış keçirilmiş, baxış zamanı həmin sellofan bağlamanın içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, çəkisi 368 qram olması müəyyən edilmiş, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi ağ rəngli bağlamadan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamindir. Həmin maddəni 2 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 29.05.21-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Balaxanı qəsəbəsinin girişində gizlədilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Əli adlı şəxsin ona verdiyi “İbiş” adlı şəxsə çatdırmaqla pul əldə etməli olduğunu,əvvəllərdə “İbiş” adlı şəxsə narkotik vasitələr gətirib verdiyini,bu fəaliyyətə görə pul əldə etdiyini, “İbiş” və “Əli” adlı şəxslərin əlaqə nömrələrinin mobil telefonunda qeyd etdiyini demiş və bütün prosseslər video çəklişlə müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Daha sonra əməliyyat tədbirinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələr gətirmiş Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Dəmiryol küçəsi 1 nömrəli evin yaxınlığında küçədə Təqsirləndirilən şəxs1 saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alaraq barəsində müvafiq tədbir görülməsi üçün rəhbərliyə müraciət etdikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparalıması keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təklif edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan bağlama, 236 manat pulu, sol yan cibindən 1 ədəd telefon və bir ədəd elektron tərəzi təqdim etmişdir. Həmin bir ədəd sellefon bağlamaya baxış keçirilmiş və baxış zamanı həmin sellofan bağlamanın içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 368 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sorğı zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi ağ rəngli bağlamada olan ağ rəngli, kristal şəkilli psixotrop maddənin metamfetamin olduğunu, həmin maddəni 2 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 29.05.21-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Balaxanı qəsəbəsinin girişində gizlədilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Əli adlı şəxsin ona verdiyi “İbiş” adlı şəxsə çatdırmaqla pul əldə etməli olduğunu, əvvəllər də “İbiş” adlı şəxsə narkotik vasitələr gətirib verdiyini, bu fəaliyyətə görə pul əldə etdiyini, “İbiş” və “Əli” adlı şəxslərin başqa qanunsuz hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 hər hansı bir şəxs tərəfindən fiziki və ya psixiki təzyiq və təsirlər göstərilməmişdir. Təqsirləndirilən şəxs1 özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş və üzərində olmuş narkotik maddəni təqdim etmişdir. Şahid3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin polis nəfəri, polis serjantı Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək eyni xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zaman Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zaman Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirməi keçirilmiş, onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanCinayət işinin istintaqı zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən şəxsi axtarış və götürmə zamanı Əİiyev Teyyub İskəndər oğlunun üzərində olan psixotrop maddə metamfetami təqdim etdiyi zaman vidiçkliş qeyə alınmış 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, 29 may 2021-ci il tarixdə Əİiyev Teyyub İskəndər oğlu hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mərkəz Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan bağlama, 236 manat pulu, sol yan cibindən 1 ədəd telefon və bir ədəd elektron tərəzi təqdim edir, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellefon bağlamaya baxış keçirilir, baxış zamanı həmin sellofan bağlamanın içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir, elektron tərəzidə çəkilir, çəkisi 368 qram olması müəyyən edilir, sonra zərfə qoyularaq qablaşdırlmışıdr. Sorğı zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi ağ rəngli bağlamada olan ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 2 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Əli adlı İran İslam Respublikası vətəndaşı vasitəsi ilə 29.05.21-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Balaxanı qəsəbəsinin girişində gizlədilmiş yerdən götürdüyünü, həmin narkotik vasitəni Əli adlı şəxsin ona verdiyi “İbiş” adlı şəxsə çatdırmaqla pul əldə etməli olduğunu, əvvəllərdə “İbiş” adlı şəxsə narkotik vasitələr gətirib verdiyini, bu fəaliyyətə görə pul əldə etdiyini, “İbiş” və “Əli” adlı şəxslərin əlaqə nömrələrinin mobil telefonunda qeyd etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, 30 may 2021-ci il tarixdə tərəfimdən Əİiyev Teyyub İskəndər oğlunun yaşadığı mənzilə baxış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, 30 may 2021-ci il tarixdə Əİiyev Teyyub İskəndər oğlu hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Mərkəz Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılır və əvvəlcə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olnur. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunan hər hansı bir əşya, maddə olmadığını bildirir. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilir və sonuncunun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə, büküm aşkar edilmir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, 28 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən baxış və götürmə zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Lənkəran rayon Vəkil Bürosunun vəkili X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə yaşadığı ünvanda ona məxsus otağda yerləşən taburetkanın üstündəki əşyaların altından bir ədəd selefon torba çıxarıb təqdim edir,torbanın içərisində bir ədəd büklüdə heroinə bənzər kütlə, plasmas dairəvi qutunun içərisində bir ədəd bükümdə tiryəkə bənzər kütlə, altı ədəd bükümdə metemfetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi aşkar olunur.Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi madələr narkotik maddələrdir Əli adlı İranlıdan əldə etmiş,Əli həmin maddələri X15 girəcəyində axşam vaxtı yolda atdırmış, özü gedib götürüb yaşadığı evə gətirərək saxlamış,İranlı Əli zəng vurub mimə verəcəyini və bunun müqabilində ona 500 manat pul çatdırcaqdır demiş, İranı Əli əvvəllər ona narkotik maddələr göndərmiş, əldə etdiyi maddələrdən qəbul etməmiş, heç kimə verməmiş, Şahid4 narkotik vasitə heroin vermədiyini qeyd etmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarından görünür ki, 28 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olunmuşdur ki, 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Lənkəran rayon Vəkil Bürosunun vəkili X21, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 şöbənin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanılır və Təqsirləndirilən şəxs2 üzərində qanunsuz hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olnur. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunan hər hansı bir əşya, maddə olmadığını bildirri. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilir və sonuncunun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə, büküm aşkar edilmir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 29 may 2021ci il tarixli 6/2151 nömrəli məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 360 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metemfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin, siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 16 sentyabr 2021-ci il tarixli 6/4074 nömrəli məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərində” yazısı olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 359,90 qram metamfetamin ilə üzərində “Vət Təqsirləndirilən şəxs2n” yazısı olan zərfdə 6 ədəd bükümdə ümumi çəkisi 4,402 qram metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 29 may 2021-ci il tarixli 19\480 nömrəli məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda aşkar edilmiş 01 ədəd büklüdə narkotik vasitə heroinə bənzər kütlə,01 ədəd bükümdə tiryəkə bənzər kütlə,06 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləmdi” sözlər və imzalar olan paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi 163,163 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.1 ədəd bükümdə təmiz çəkisi 9,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tirkəkdir, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,562 qr, 1,049 qr, 0,789 qr,0,467 qr,0,459 qr, 0,256 qr, ümumi təmiz çəkisi 4,582 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir və tərkiblərinə görə eynidir, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəklində olduğuna görə onun dəqiq çəkisini, həmçinin təhqiqata təqdim olunmuş heroinlə müqayisəli təhqiqat eynilik aparmaq mümkün olmadı. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (siyahı İ), siyahısına daxildir. Tiryək-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (siyahı İ), siyahısına daxildir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin, siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 X17-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2021-ci il tarixli 2420 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Əliyev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məvburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 X17-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2021-ci il tarixli 2402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş sonuncuya məxsus 263,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,799 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 4,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonrakı qalıq 359,85 qram psixotrop maddə metamfetamin, qalıq 263,113 qram narkotik vasitə heroin, 9,749 qram narkotik vasitə tiryək, qalıq 4,322 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-nin məsul saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk və mənzilə baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli bildiklərini göstərdilər,lakin onların ittiham olunduqları cinayət əməllərini törətməsi qismən onların özlərini, şahidlərin, ilkin və istintaq materialları, istintaq protokolları, ekspertiza rəyləri, iş üzrə maddi sübütlar kimi tanıınmış narkotik maddələr, vasitələr, onları ölçmək üçün istfadə olunmuş edektron tərəzilər və işinin faktiki hallları ilə təsdiq Buna görə də, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin həmin hissəsini özlərinn müdafəsinə yönlən cəhd kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərəhəlsində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, telefon məlumatlarını, baxış protokollarını və digər sübutları onlara elan edilmiş ittihamda nəzərdə tutlan cinayət əməllərinin onlar tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. İstintintaq orqanı göstərilənlərlə bərabər təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş səthində psixotrop maddə metafetaminə məxsus izlər olan bir ədəd “CAS CUX 420” markalı elektron tərəzini də ittihamın həcminə daxil etmişdir. Məhkəmə həmin tərəzinin sərbəst dövriyyəsinin qadağan edilməməsini nəzərə alıb həmin tərəzinin ittihamdan xaric edilməsini əsaslı sayır və ittihamın həcmindən xaric edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin onlar tərəfindən qəsdən törədilməsi sübuta yetirildi. Məhkəmə, işin faktiki hallarının məcmusuna qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əmələ görə təqsirli bilinib qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların ittiham olunduqları əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 itiham olunduqları cinayət əməllərinin xarakterini nəzərə alıb onlara azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olmadığı qənatəinə gəlib onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qənaətinə gəlir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayon Məhkəmsinin 02 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 ay 03 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 sentyabr 2016-cı il tarixdə isə cəzasının sonu il azad edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlinn törədilməsi halları barəsində qismən etirafedici ifadələr verib cinayətin açılmasında fəali iştirak edib, törətdikləri əməllərdən peşman olmasını, yayşayış yerindən müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həcmini, səmərəliliyini müəyyən edərkən həmin halları nəzərə alır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə, həmin xərclərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər hissələrlə tutulub Məhkəmə ekspertiza mərəkəzinin hesabına ödənilməsini əsəaslı sayır. Çünkü onların həmin ödəmələrdən azad edilməsi üçün əsəas müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 40 (qırx) saat, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Cəlal oğlu tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Bu səbədən də onlara hər saatı 6 (altı) manat olmaqla hər birinə 240(iki yüz qırx) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğin, yəni hər birinə 240 manat olmaqla dövlət büdcəsi hesabına 4 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 Cəlal oğluna və Müdafiəçi2 ödənilib bu məbləğlərin təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə ödənilməsi əsaslı sayır. Çünki onları bu məbələğin ödənilməsindən azad etmək üçün əsas müəyyən olunmadı. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub ödənilməsini əsaslı sayır. Çünkü onların həmin ödəmədən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş sonuncuya məxsus 263,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,799 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 4,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonrakı qalıq 359,85 qram psixotrop maddə metamfetamin, qalıq 263,113 qram narkotik vasitə heroin, 9,749 qram narkotik vasitə tiryək, qalıq 4,322 qram psixotrop maddə metamfetamini sərəbst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, 02 ədəd elektron tərəzini istehlak dəyərlərini itirmiş əşyalar kimi məhv edilməsini, şəxsi axtarış və götürmə prosessinin video görüntüləri əks olunmuş 02 ədəd DVD disk və mənzilə baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə hazırkı iş üzrə 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub, 30 may 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilməsi, 29 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulması, 30 may 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılması və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməsi qənaətinə gəldiyindən onların barələrində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbirilərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqlarından cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, onların cəzalarını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halın olmamasını o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 may 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 28 may 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat Abramov Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertiza Mərəkəzinə ödənilsin. Təqsirləndirilən şəxs1 hüquqi ardım göstərdiyinə görə dövlət büdcəsindən Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 240(iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 hüquqi ardım göstərdiyinə görə dövlət büdcəsindən Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Cəlal oğluna ödənilməsi üçün 240(iki yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün iş üzrə maddi sübut kimi tanınınıb saxlanılması üçün Suraxanı RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş sonuncuya məxsus 263,163 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 9,799 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 4,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonrakı qalıq 359,85 qram psixotrop maddə metamfetamin, qalıq 263,113 qram narkotik vasitə heroin, 9,749 qram narkotik vasitə tiryək, qalıq 4,322 qram psixotrop maddə metamfetamini sərəbst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, 02 ədəd elektron tərəzini istehlak dəyərlərini itirmiş əşyalar kimi məhv edilsin, şəxsi axtarış və götürmə prosessinin video görüntüləri əks olunmuş 02 ədəd DVD disk və mənzilə baxış zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan kdən 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar