Məhkəmə qərarları › İş №1(101)-420/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-420/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-420/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, sübay, himayəsində 2011-ci təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib,üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 2,407qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 iyul 2022-ci il tarixdə həmin psixotrop maddə metamfetaminin 1,396qram hissəsini Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ərazisində 10 manat pul müqabilində tanışı Şahid1 satmış, 01 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 ünvan 1 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı Şahid1 əynindəki qara rəngli qısa cins şalvarının sağ yan cibindən onun satdığı bir ədəd bükümdə təmiz çəkisi 1,396 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 20:30 radələrində o, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81 B ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki busqalterinin sol iç tərəfindən bir ədəd bükümdə təmiz çəkisi 1,011qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, salonda saç ustası işləmişdir. Bir ilə yaxın müddət olar ki, metamfetamin istifadə etmişdir. Həmin maddəni NZS qəsəbəsində Vüsal adlı şəxsdən alırdı. Hər dəfə Vüsaldan 20 manat ödəyərək bir qrama yaxın metamfetamin alır, bir qram ona bir həftə bəs edirdi. Özünü psixotrop maddə olan metamfetaminin istifadəçisi kimi təqsirli bilir, lakin psixotrop maddə olan metamfetaminin və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İttihamda göstərilən Şahid1 onun tanışıdır, qonşu olmuşlar, ikisi birlikdə çay evində onun əldə etdiyi psixotrop maddə olan metamfetamini istifadə edirdilər. Həmin maddəni Təbrizə təmənnasız vermişdir. Təbrizi polislər saxlamış, o da metamfetamini ondan əldə etdiyini demiş, bundan sonra polislər onu da saxlamışlar. Polislər onu saxlayan zaman üzərində bir qrama yaxın metamfetamin aşkar edilmişdir. Həmin metamfetamin onun özünə məxsusdur. 24-cü PŞ-də xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilərkən üzərində olan «Samsung» markalı mobil telefonu və bir bükümdə olan metamfetamini təqdim edib metamfetamini özü üçün istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına Təbrizlə də metamfetamini bölüşdüyünü etiraf etmişdir. Əslən Şəmkir rayon Təzəkənd kəndindəndir, ailəli olmuş, lakin boşanmışdır, anası və 10 yaşlı qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır. İlk öncə şöbəyə daxil olmuş məlumata əsasən rayon ərazisində Şahid1 01 iyul 2022-ci ildə saxlanılmış, şöbədə üzərinə baxış keçirilərkən üzərindən az çəkidə metamfetamin aşkar edilmiş, Təbriz bildirmişdir ki, metamfetamini tanışı Təqsirləndirilən şəxs əldə etmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilərək elə həmin gün, yəni 01 iyul 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu UPD deyilən qəsəbədə saxlanılaraq şöbəyə gətirilmiş, burada təhqiqatçı ona vəkil dəvət etmiş, üzərinə baxış keçirilməsi isə qadın polis əməkdaşının iştirakı ilə keçirilməklə Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan bükümü təqdim etmiş, bükümdə “patı” yəni metamfetamin olmasını bildirmiş, həmçinin özü də etiraf etmişdir ki, Şahid1 tanışıdır və Təbrizə o metamfetamini satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sücaət oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24 PŞ-nin əməliyyat müvəkkilidir. Şöbəyə Təbriz adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin şəxs rayon ərazisində saxlanılaraq şöbəyə dəvət olunmuş, burada təhqiqatçı Təbrizin üzərinə baxış keçirdikdə sonuncuda bir büküm metamfetamin aşkar edilmişdir. Təhqiqatçının sualarına cavab olaraq Təbriz metamfetamini pul ödəyərək tanışı Dilbər adlı qadından əldə etdiyini bildirmişdir. Əməliyyat tədbiri davam etdirilərək elə həmin gün saat 20 radələrində Xətai rayonu UPD deyilən yerdə saxlanılaraq şöbəyə gətirilmiş və onun da üzərindən bir büküm metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış qadın polis əməkdaşının iştirakı ilə keçirilmiş və Dilbər özü üzərində olan bükümü təqdim etmişdir. Dilbər həmin gün Təbrizə bir büküm metamfetamin satdığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, yaxın münasibəti olmuş, ikisidə metamfetamin istifadəçisi olmuş, metamfetamini Dilbər öz tanışlarından əldə etmişdir, pulu isə yarıbayarı vermişdir. 01 iyul 2022-ci il tarixdə səhər Dilbərə zəng edib istifadə etmək üçün metamfetamin istəmiş, Dilbər isə UPD qəsəbəsində olduğunu, onun ora gəlməsini bildirmişdir. O da Dilbərin yanına getmiş, Dilbərə 10 manat pul vermiş, sonuncu isə bir büküm “patı” vermişdir. Həmin gün saxlanıldıqda metamfetamini Dilbərdən əldə etdiyini demişdir və bu gündə bunu təsdiq edir. Dilbər ona bir neçə dəfə “patı” təşkil etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Şahid1 X7 dövriyyəsində şübhəli şəxs kimi ünvan 4 ünvanında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, Şahid1 üzərinə baxış keçirilən zaman aşkarlanmış bir büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş və Təbri Əsgərov həmin maddəni “Dilbər” adlı qadından aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 24-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri UPD qəsəbəsində psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan “Dilbər” adlı şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat İ qəsəbəsində nömrəsiz evdə yaşadığı müəyyən olunmuş və xx.xx.2022-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli ibtidai araşdırma orqanına təqdim edilmiş ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış zamanı müdafiəçi X8 iştirakı olmadan axtarışın keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” protokolundan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə qadın polis əməkdaşının iştirakı ilə baxış zamanı o sağ əlində olan “Samsung” markalı mobil telefonu, busqalterinin içəri tərəfində saxladığı şəffav sellofana bükülü halda ağ rəngli spesifik iyə malik olan maddəni təqdim etmiş, bükülünün içərisində olan həmin maddənin “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında 20 manata UPD qəsəbəsində Vüsal adlı şəxsdən “Ramin Nur” restoranının yanında aldığını, satış üçün üzərində gəzdirdiyini bildirmişdir.Həmin narkotik maddə sübut əhəmiyyətə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə iştirakçılar tərəfindən həmin zərf imzalanraq götürülmüşdür. Protokol iştirakçıları ucadan oxunaraq imzalanmış və şikayət, təklif və qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırlımış məhkəmə-kimyəvi ekspertizasının 6/3647 saylı 02 iyul 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164-li dairəvi möhür əksi, ”(imza) Təqsirləndirilən şəxs «yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,011 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixitrop maddə metamfetamindir. Metamfetamin 28 iyul 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin»in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4628 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində Təqsirləndirilən şəxs arxiv məlumatına görə müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs axtarış zamanı aşkarlanmış “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən sms yazışma və telefon danışıqları müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Telefon danışıqlarının siyahısına baxış keçirilməsi haqqında» 18 avqust 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng daxil olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «toplanmış sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 0,951 qr., psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddı sübutların saxlanc anbarına təhvil verilmiş, axtarış keçirilməsinin özündə əks etdirən 01 ədəd və zənglərin daxil olmasını özündə əks etdirən 01 ədəd CD formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün hal hazırkı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində ********* saylı cinayət işi ayrılmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyəni olunur ki, Şahid1 01 iyul 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 10 manat ödəyərək 1,396 qram psixotrop maddə metamfetamin əldə etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Şahid1 barəsində çıxarılmış hökmdə iş üzrə maddi sübut olan qalıq çəkisi 1,346 qram olpan psixotrop maddə metamfetaminin məhv edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli göstərişin surətindən müəyyən olunur ki, Şahid1 barəsində hökm icraya yönəldilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2011-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsini və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnın azyaşlı uşağının anası X6 himayəsində olduğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 01 iyul 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 0,951 qr psixotrop maddə metamfetamin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabınetinin 2005-ci il 06 oktyabr tarixli, 181 nömrəli qəravrı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhv edilməsi Qaydası»nın tələblərinə uyğun olaraq Narkomanlığa və X1rşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci il 09 yanvar tarixli 01 nömrəli sərəncamına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekusorlarının məhv edilməsi prosesi şəhər və rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və X1rşı mübarizə üzrə məhv etmə komissiyaları tərəfindən həyata keçirilir. Şahid1 barəsində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,346 qr psixotrop maddə metamfetaminin məhv edilməyə yönəldilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 180 AZN (yüz səksən) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,951 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Psixotrop maddənin məhv edilməsi ərazi üzrə fəaliyyət göstərən Məhvetmə Komissiyası tərəfindən həyata keçirilsin. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,346 qram psixotrop maddə metamfetaminin Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhv edilməyə yönəldilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul “VERDİKTUM” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar