Məhkəmə qərarları › İş №1(101)-420/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-420/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-420/2025 23.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:10 X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Şükür qızının və Müdafiəçi1 Əvəz oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Ağdam rayonunun Zəngişah kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, məcburi köçkün şəhərciyi, ev 8, mənzil 31-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1988-ci il tarixdə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Ağdam rayonunun Şişpapaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək Bakı şəhəri Qaradağ rayonu Müşfıqabad qəsəbəsi, məcburi köçkün şəhərciyi, ev 2, mənzil 66-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, bundan başqa cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. Təqsirləndirilən şəxs2 cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

4. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,233 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində həmin gün, saat 18:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,233 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında Təqsirləndirilən şəxs2 və qeyrisi ilə birləşib 07 mart 2024-cü il tarixdə saat 21 radələrində birlikdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, külli miqdarda olmaqla 01 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümün birində təmiz çəkisi 2145 qram və digər bükümdə isə təmiz çəkisi 1965 qram olmaqla ümumi təmiz çəkisi 4110 qram olan narkotik vasitə qurudulmuş marixuananı birgə əldə edib üzərlərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə saat 21:50-də ünvan 2 ünvanında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nərimanov RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək, həmin polis idarəsində üzərlərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 olan sellofan torbanın içərisində 02 ədəd bükümün birində təmiz çəkisi 2145 qram və digər bükümdə isə təmiz çəkisi 1965 qram olmaqla ümumi təmiz çəkisi 4110 qaram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Səfərov X8 Vüsal Fikrət oğlu və qeyrisi ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib 07 mart 2024-cü il tarixdə saat 21 radələrində birlikdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olan, külli miqdarda olmaqla 01 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümün birində təmiz çəkisi 2145 qram və digər bükümdə isə təmiz çəkisi 1965 qram olmaqla ümumi təmiz çəkisi 4110 qram olan narkotik vasitə qurudulmuş marixuananı birgə əldə edib üzərlərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nərimanov RPİ-nin CAŞ-nm əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək, həmin polis idarəsində üzərlərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 olan sellofan torbanın içərisində 02 ədəd bükümün birində təmiz çəkisi 2145 qram və digər bükümdə isə təmiz çəkisi 1965 qram, ümumi təmiz çəkisi 4110 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

6. Nərimanov RPİ-nin CAŞ-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Qabil Xəlilovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nərimanov rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur.

7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 08 mart 2024-cü il tarixdə, saat 00:05 dəqiqədən tutulmuş hesab edilmişdir.

8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 mart 2024-cü il tarixdə, saat 00:05 dəqiqədən tutulmuş hesab edilmişdir.

9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 08 mart 2024- cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində Nərimanov RPİ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 üzərindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər olan maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir.

10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/391 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağız üzərində “Şübhəli şəxs : imza Təqsirləndirilən şəxs1....” sözləri yazılmış qara rəngli polietilen bağlamada bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 2145 qram və ağ kağız üzərində “...Şübhəli şəxs: imza Təqsirləndirilən şəxs1....” sözləri yazılmış qara rəngli polietilen bağlamada bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 1965 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 4110 qramdır. Qeyd: Marixuananın ümumi çəkisi 4110 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 4109,8 qramdır.

11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.

12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 349/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-892/2024 nömrəli qərarına əsasən həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 350/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-891/2024 nömrəli qərarına əsasən həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 156/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)- 519/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək üzərində qəti cəza 1 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası saxlanılmışdır.

18. Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Səfərov X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası təyin olunmuş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Resoublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmiş və xx.xx.2021-ci il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır.

19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(010)- 244/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

20. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2024-cü il tarixdə, saat 18:55 dəqiqədən tutulmuş hesab edilmişdir.

21. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə Nəsimi RPİ-nin 19-cu PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir.

22. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/679 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №187 dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” yazıları vəimzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,233 qram olan qəhvəyi rəngli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,233 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,183 qram

23. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

24. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

25. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir.

26. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4110 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və ilkin təmiz çəkisi 0,233 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4109,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 0,183 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir.

27. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasında aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Nərimanov RPİ-nin təhqiqatçısı, polis kapitanı Mirsənan Ağalarov tərəfindən X15, Təqsirləndirilən şəxs2 və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə onları təqdim etməsini izah etdi. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli torbanı təqdim edir. Təqsirləndirilən şəxs1 Ölədəd sellofan torbanın içərisində 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu və İran İslam Respublikasının vətəndaşın məlumatı ilə götürdüyünü bildirir. 02 büküm təhqiqatçı tərəfindən götürülərək qablaşdırılır, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olub olmaması barədə sual verilir və Təqsirləndirilən şəxs2 qüzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılır və onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir.

28. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi RPİ-nin inzibati binasında aparılmış "Şəxsi axtarış və götürmə" istintaq hərəkətinin gedişatını özündə aks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Nərimanov RPİ-nin təhqiqatçısı, polis kapitanı Cəmaləddin Mehvalıyev tərəfindən Təqsirləndirilən şəxs1 və şəxsi axtarışın digər iştirakçılarına hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə onları təqdim etməsini izah etdi. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən bir ədəd büküm təqdim edir. Təqsirləndirilən şəxs1 01 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu və tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirdi. 01 büküm təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldı.

29. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adı göstərilən mərkəzdə xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə opioid qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır.

30. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə Opioid qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə xx.xx.2017xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021- ci il tarixlərdə könüllü surətdə, xx.xx.2020-xx.xx.2021-ci il tarixdə isə məcburi surətdə stasionar müalicədə olmuşdur.

31. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir.

32. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir.

33. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X13” X18 xx.xx.2024-cü il tarixli, 252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarət sağ baldırın sıyrığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs2 almış olduğu xəsarətin xarakterinə, lokalizasiyasına, əmələ gəlmə mexanizminə və ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarət qaçarkən şəxsin öz boyu hündürlüyündə yıxılması nəticəsində əmələ gəlməsi istisna edilmir.

34. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Şəxsiyyətin emosional-davamsız tipli pozuntusu, özünü kəsmələrlə” diaqnozu ilə xəstəxanada stasionar müayinədə olmuşdur.

35. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 “Qısamüddətli depressiv reaksiya. Adaptasiya pozulması nəticəsində” diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur.

36. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1466 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranmış ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

37. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X18 Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2991 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN qəbulu nəticəsində yaranmış ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

38. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1004 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Emosional davamsı şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur.

39. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1879 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2n hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur.

40. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir.

41. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

42. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

43. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizanın 27 yanvar 2024-cü il tarixli 3-16- 16/2-6/679 saylı, məhkəmə-bilolji ekspertizanın 08 mart 2024-cü il tarixli 3-16-16/2-7/391 saylı, məhkəmə- narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1466 və xx.xx.2024-cü il tarixli 2991 saylı, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1004 saylı və xx.xx.2024-cü il tarixli, 1879 saylı və məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 252 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, ibtidai araşdırma dövrü sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4110 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və ilkin təmiz çəkisi 0,233 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 4109,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 0,183 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 02 ədəd DVD formatlı disk və "Azercell” MMC-dən götürülmüş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.

44. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etməsində iştirak edən cinayətkar qrupun üzvü hesab edilən Şahid6 və şəxsiyyətləri istintaqa məlum olmayan-qeyriləri barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır.

45. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 icraatında olmuş ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə istintaqı tamamlamaq mümkün olmadığından bu cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etməsində iştirak edən cinayətkar qrupun üzvü hesab edilən Şahid6 və şəxsiyyətləri istintaqa məlum olmayan-qeyriləri barələrində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır.

46. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:15-də ünvan 9 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra ondan özünü təqdim etməyini bildirmişlər. O, da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib səmimi olaraq narkotik vasitənin üzərində olduğunu demiş və onu bölməyə dəvət etmişlər. Nəsimi rayonu, 19-cu polis şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmışdır. O, könüllü olaraq müdafiəçi istəmiş və dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra təqdi etdiyi bükülünün narkotik vasitə olan kakos olduğunu bildirmiş və həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Bundan başqa o, yaşadığı ərazidən tanıdığı Şahid6 ilə arasında olan razılıqa görə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gələrək oradan əvvəlcədən Ayhanın tanıdığı və danışdığı İran İslam Respublikasının vətəndaşının gizlətmiş olduğu nəşəni götürəcəkmişlər. Daha sonra Ayhan həmin nəşəni digər bir şəxsə çatdırmalı imiş və onlar bunun müqabilində 800 manat pul əldə edərək öz aralarında böləcəkmiş. Onlar yaşadığları Müşfıqabad qəsəbəsindən çıxaraq əvvəlcə 20 Yanvar metrostansiyasına gəlmiş və orada Ayhanın qardaşı Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. O da həmçinin Ayhan və onunla birlikdə Nərimanov rayonuna həmin narkotik vasitəni götürməyə gəlmişdir. Bu zaman Ayhan həmin pulun aralarında bölünəcəyini bildirmiş və o, etiraz etməmişdir. Onlar Nərimanov rayonu ərazisinə gəldikdə Ayhan əlindəki mobil telefon vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayırmış və İran vətəndaşının göndərdiyi məkan məlumatları ilə qeyd edilən yerə yaxınlaşmışlar. İran vətəndaşı Ayhana bağlamanın ağacın altında olmasını bildirmişdir. Bu zaman Rəşad onlardan təxminən 5-6 addım kənarda olan zibil qablarının yanında dayanmışdır. O, ağacın altındakı bağlamanı götürdükdən sonra oradan uzaqlaşmaq istədikdə kənardan polis əməkdaşları yaxınlaşıblar. Bu zaman Ayhan oradan qaçaraq uzaqlaşa bilmişdir. Lakin o, qaçmağa imkan tapmamışdır. Belə ki, polis əməkdaşları onu və Ayhanın qardaşı Təqsirləndirilən şəxs2 saxlamışlar. Onları saxlayan zaman Təqsirləndirilən şəxs2 da oradan qaçaraq uzaqlaşmaq işəmiş və həmin vaxt Rəşad yılxılaraq kürək nahiyyəsindən xəsarət almışdır. Onların ikisini saxlayaraq Polis İdarəsinə gətirmişlər. Polis idarəsində olan zaman ona hüquq və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Daha sonra otaqların birində onun və Rəşadın üzərində şəxsi axtarış keçirilmişdir. O, şəxsi axtarış keçirilən zaman əlindəki sellofan paketin içərisinə baxmasa da orada nəşə olması barədə məlumatının olduğunu bildirmişdir. Daha sonra onun əlində olan sellofan bükümlərin içərisinə baxış keçirilmiş və hər ikisin içərisindən bitki mənşəli ot kütləsi aşkar edilmişdir. Daha sonra hər iki büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 da üzərində şəxsi axtarış aparılmış və onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğum müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır. Həmin narkotik vasitəni tanışı Şahid6 xx.xx.2024-cü il tarixdə, 21:50-də ünvan 2 ünvanından İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə birlikdə gedib götürmüşdür və həmin narkotik vasitənin başqa şəxsə çatdırılaraq əldə olunacaq 800 manat pul hər üçü arasında bölünəcəkmiş. Üzərindən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə dediyi ünvana aparacaqmış. O, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə dediyi ünvana apardıqdan sonra həmin narkotik vasitəni kimin gəlib götürəcəyini, həmin narkotik vasitəninin kimə çatacağını bilmirmiş. Üzərindən aşkar edilmiş narkotik vasitəni kimin, hansı formada qeyd olunan əraziyə yerləşdirdiyini bilmirmiş. X11 məxsus avtomobildən oğluduğu o, etməmişdir. Lakin Polis şöbəsində həmin hadisə ilə bağlı onun izahatı alınan zaman o, qorxaraq belə bir hərəkət etdiyini demişdir. Çünki o, həmin vaxtda narkotik vaitənin təsiri altında imiş və narkotik vasitənin təsiri altında olduğuna görə yalandan səmimi etirafedici ifadə verib polis şöbəsindən ayrılmışdır. Onun həmin hadisə ilə heç bir əlaqəsi yoxdur.

47. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən inyeksiya yolu ilə istifadə edir və narkoloji dispanserdə qeydiyyatdadır. Axşamüstü o, qardaşı Şahid6 ilə əlaqə saxladıqda ona ağrılarının olmasını bildirmişdir. Bu zaman qardaşı ona əvvəlcədən danışdığı şəxsdən Nərimanov rayonu ərazisində narkotik vasitə götürəcəyini və ona da kömək edəcəyini bildirmişdir. O, qardaşı Ayhanı 20 Yanvar metrostansiyasının qarşısında gözləmişdir. Bu zaman qardaşı onunla bir məhəllədə yaşayan Vüsal ilə birlikdə gəlmişdir. O, qardaşı Ayhan və Vüsalla birlikdə Nərimanov rayonuna gəlmişdir. Bu zaman Ayhan əlində olan mobil telefon ilə İran vətəndaşı ilə əlaqə saxlayaraq göndərdiyi məkan məlumatlarını Vüsal ilə birlikdə axtarırmışlar. Ayhan və Vüsalla təxminən 5-6 addım məsafədə o, zibil qablarının yanında dayanmışdır. Bu zaman qəfildən polis əməkdaşları yaxınlaşıblar. Qardaşı polis əməkdaşlarının gəldiyini görüb qaçaraq oradan uzaqlaşsa da polis əməkdaşları onu və Vüsalı saxlayaraq polis idarəsinə gətirmişlər. Polis İdarəsində olan zaman ona əvvəlcə hüquq və vəzifələri izah edilmiş daha sonra müdafiəçi təyin edildikdən sonra otaqların birində video çəkiliş vasitəsi ilə üzərilarində şəxsi axtarış keçirilmişdir. Vüsal şəxsi axtarış keçirilən zaman əlindəki sellofan paketin içərisinə baxmasa da orada nəşə olması barədə məlumatının olduğunu bildirmişdir. Daha sonra Vüsalın əlində olan sellofan bükümlərin içərisinə baxış keçirilmiş və hər ikisinin içərisindən bitki mənşəli ot kütləsi aşkar edilmişdir. Daha sonra hər iki büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmamışdır. O, saxlanılan zaman xəsarət almasada saxlanılmazdan əvvəl yıxılmış və beli səkiyə dəymişdir. Həmin narkotik vasitəni qardaşı Şahid6 xx.xx.2024cü il tarixdə, 21:50-də ünvan 2 ünvanından İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə birlikdə gedib götürmüş və həmin narkotik vasitənin başqa şəxsə çatdırılaraq əldə olunacaq 800 manat pul hər üçü arasında bölünəcəkmiş. Aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə dediyi ünvana aparacaqmış. O, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının yönləndirməsi ilə dediyi ünvana apardıqdan sonra həmin narkotik vasitəni kimin gəlib götürəcəyini, həmin narkotik vasitəninin kimə çatacağını bilmirmiş. Üzərindən aşkar edilmiş narkotik vasitəni kimin, hansı formada qeyd olunan əraziyə yerləşdirdiyini bilmir.

48. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Vüsal və Rəşad adlı şəxslərin mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması, satması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili X7, CAŞ-ın kiçik inispektoru, polis serjantı Şahid2h və CAŞ-ın kiçik inispektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yollanmışlar. Həmin gün saat 21:50 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən şəxsiyyətini soruşmuşaq istəyən zaman Təqsirləndirilən şəxs2 qardaşı Şahid6 hadisə yerindən qaçaraq uzaqlaşmış. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da hadisə yerindən qaçaraq uzaqlaşmaq istəyən zaman saxlanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 yerə yıxılaraq bel nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs1 isə əlində olan torba ilə birlikdə saxlanmışdır. Həmin şəxslərə narkotik vasitə saxlamaqda, satmaqda və daşımaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində Nərimanov Rayon Polis İdarəsinə dəvət etmişlər. Sonuncular onlarla birlikdə polis İdarəsinə getməyə razılıq vermiş və birlikdə polis İdarəsinə yollanmışlar. Polis İdarəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil polis İdarəsinə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində olan torbanı təqdim etdi və masanın üzərinə qoydur. Həmin torbanın içərisinə baxdıqda 02 ədəd bükümdə bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülülərin içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni tanımadığı başqa şəxsə çatdırmaq üçün İran İslam Respublikası vətəndaşının göstərişi ilə götürmüşdür. Əlavə olaraq Təqsirləndirilən şəxs1 üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 götürülmüş bükülülər qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzrəində şəxsi axtarış aparıldı və onun da üzəruindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir.

49. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru vəzifəsində işləyən, polis serjantları Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

50. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, o, 26 yanvar 2024-cü il tarixdə Vüsal adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 19-cu PŞ-yə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyi adma raportla müraciət olunmuşdur. Daha sonra isə Nəsimi RPİnin 19-cu PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və ondan ibarət əməlyyat qrupu yaradılmışdır və Vüsal adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında Vüsal adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edildi. Dail olmuş məlumat əsasında həmin tarixdə yəni 26 yanvar 2024-cü il tarixdə saat 17:55 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət gözlədikdən sonra təxminən saat 18: 15 radələrində Vüsal adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özünü ona təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, istifadə etmə və gəzidrməsi ilə bağlı məlumatlara sahib olduğunu bildirib üzərində şəxsi axtarış aparılması məqsədilə Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etdik. Şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Cəmaləddin Mehvalıyev tərəfindən müdafiəçi təyin edildi, onun, Nəsimi RPİ- nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldı və üzərində qanunla dövriyysəi qadağan edilmiş hər hams əşya və ya predmet varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masının üzərinə qoydu. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldı və üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirdi. Təqsirləndirilən şəxs1 həmin bükümün kakos olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində tanımadığ şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını və 3-4 il olar ki, narkotik vasitə qəbul etdiyini qeyd etmişdir. Bundan sonra iştirakçılara narkotik maddəyə bənzər kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəəyn edildi. Bundan sonra içərisində narkoitik vasitəyə bənzər kütlə olan büküm zərfə qoyuldu və Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulan 187 nömrəli möhrü ilə möhürləndi və hər bir iştiraçı tərəfindən həmin zərfin üzəri imzalandı.

51. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

52. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, oğlu Şahid6 təxminən 1 ay yarım əvvəl görmüşdür. Oğlu qaçqınlar üçün olan qəsəbədə onunla eyni yerdə yaşamışdır. O, oğluna arada xəbər göndərmişdir ki, qayıtsın, yoxsa polis onu axtarışa verəcək. O, oğluna iş üzrə şahid qismində dindiriləcəyini desə də, oğlu Bakı şəhərində olmadığını bildirmişdir. O, hazırda oğlunun harada olduğunu bilmir və onu görməmişdir. Polis əməkdaşları da Şahid6 tapmaq üçün ona zəng etmişlər. Təqsirləndirilən şəxslərin müdafiə məqsədilə irəli sürdüyü sübutlar aşağıdakılardır:

53. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, həbs edilənədək qardaşına məxsus avtomobillə ara-sıra taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanmışdır. Qardaşı idmançıdır. 2016-cı ildən narkotik vasitələrdən istifadə edir, 3-4 gündən bir metamfetamin istifadə etsə də, marixuana növündə narkotik vasitədən heç vaxt istifadə etməmişdir. 2015-ci ildə narkotik vasitə ilə bağlı ittiham üzrə Binəqədi Rayon Məhkəməsində bəraət almış, hazırki iş üzrə digər Təqsirləndirilən şəxs2 qardaşı Şahid6la birlikdə şəxsi istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. Narkotik vasitəni satan şəxslə telefon danışıqlarını Ayhan həyata keçirmiş, Ayhan ona narkotik vasitə almaq üçün birlikdə getməyi təklif etmişdir. 15 manat o, 15 manat isə Ayxan pul qoymuş və Ayxanla birlikdə narkotik vasitəni götürmək üçün Nərimanov rayonu ərazisinə getmişlər. Ayhan narkotik vasitənin Nərimanov rayonu ərazisində olduğunu bildirmiş, onlar piyada 20 Yanvar metrostansiyası yaxınlığında olan zaman Təqsirləndirilən şəxs2la qarşılaşmış və üçü birlikdə Nərimanov rayonuna yollanmışlar. Nərimanov rayonunda axşam saatlarında narkotik vasitəni axtaran zaman Ayhan ona istiqaməti göstərərək sellofan bağlamanın orada olmasını bildirmiş, o, yaxınlaşmağa macal tapmamış, polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Polislər onları saxlayan zaman üzərilərində narkotik vasitə olmamışdır. Sərxan adlı polis əməkdaşı onlara ölkədə “COP-29” tədbirinin keçirildiyini və onların həbs edilməli olduqlarını bildirmişdir. İlk dəfə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polislərin onu yaşadığı evdən götürdüklərini, həmin ərazidə oğurluq faktı olduğu üçün guya onun da görüntüsü videokameralara düşdüyü üçün polislərin evinə gəldiyini bildirmişdir. Videoçəkiliş zamanı polis əməkdaşlarının təzyiqi və hədə-qorxusu nəticəsində narkotik vasitənin özünəməxsus olmasını bildirmiş, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız özü istifadə etmişdir. Polislər sellofan paketi özləri gətirib polis bölməsində onlara vermiş, o, həmin yerdə narkotik vasitəni görməmişdir. Polis əməkdaşlarının onu ibtidai istintaq zamanı aldadaraq sənədlərə qol çəkdirdiklərini bildirmiş, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu yalnız məhkəmə iclasında bilmişdir.

54. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, fərdi qaydada kondisioner ustası kimi fəaliyyət göstərir. Ara-sıra narkotik vasitədən istifadə edir. 7 mart tarixində Yasamal rayonu ərazisində narkotik vasitə götürüb istifadə etsə də, həmin narkotik vasitə onun ağrılarını azaltmamış, 20 Yanvar metrostansiyası tərəfə gəlib qardaşı Şahid6 zəng etmiş, Ayhan ondan harada olduğunu soruşan zaman o, 20 Yanvar metrostansiyasının yanında olduğunu, Yasamal rayonu ərazisində narkotik vasitə əldə edib istifadə etsə də, həmin narkotikin “keyfiyyətsiz” olmasını demişdir. Qardaşı 20 Yanvar metrostansiyası tərəfdə gözləməyini, birazdan gələcəklərini, narkotik vasitə əldə edib ona da istifadə etmək üçün verəcəyini bildirmişdir. Qardaşı Şahid6 narkotik vasitəni kimdən əldə edəcəyini bilməmiş, 20 Yanvar metrostansiyası yaxınlığında qardaşı Şahid6 və Təqsirləndirilən şəxs1la görüşmüşlər. Nərimanova çatdıqda o, qardaşı Şahid6 və Təqsirləndirilən şəxs1 aralıda dayanmışdır. Ona bir qədər gözləməyi deyilmiş, Ayhan və Vüsal ağaclıq kimi yerə girmişlər. Bir müddət sonra polislər gəlmiş və onlar qaçmağa başlamışdır. Lakin, qaça bilməmiş və polislər onu saxlamışlar. Polis idarəsində olan zaman qardaşı Şahid6 tutulmadığını görmüş, o, şəxsi istifadəsinə görə narkotik vasitə əldə etmək məqsədilə gəldiyini bildirmişdir. Narkotik vasitə olan sellofanı polis idarəsində görmüşdür. Qardaşı Şahid6 narkotik vasitəni Nərimanov metrostansiyası yaxınlığından götürəcəyini demişdir. Videoçəkiliş zamanı da bildirmişdir ki, üzərində narkotik vasitə yoxdur, şəxsi istifadəsinə görə narkotik vasitə əldə etmək məqsədilə həmin yerə gəlmişdir. Polis idarəsində ona qarşı edilmiş təzyiqlər nəticəsində xəsarət almış, bununla əlaqədar şikayətinə baxılan zaman polislər onun səkidən yıxılaraq xəsarət almasını bildirmişlər. O, ağrıları olduğu üçün narkotik vasitə istifadə etmək istəmişdir. O, aralıda dayanmış, heç bir narkotik vasitə götürməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

55. CM-nin 234.1. maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - xeyli miqdarda törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

56. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

57. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

58. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

59. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

60. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

61. Maddə 56.1.3. xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

62. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.

63. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

64. Maddə 18.1., 83.3.3., 83.1-ci maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

65. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

66. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

67. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

68. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

69. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

70. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

71. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

72. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

73. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmçinin, qurudulmuş marixuananın 5 qrama qədəri şəxsi istehlak miqdarı, 5 qram və ondan artıq miqdarı külli miqdar hesab edilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

74. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

75. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

76. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

77. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı

78. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

79. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

90. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

91. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda və bükümlər halında olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

92. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

93. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

94. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında ifadə verən zaman Təqsirləndirilən şəxs1 narkotik vasitələri Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 10 ünvanından götürdüyünü bildirmişdir.

95. Qeyd olunanlara əsasən məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsinə görə narkotik vasitə əldə etmək məqsədilə Ayhan və Rəşadla həmin yerə gəldiklərini, polis əməkdaşlarının təzyiqi və hədə-qorxusu nəticəsində narkotik vasitənin özünəməxsus olmasını bildirdiyini (istər Nəsimi, istərsə də Nərimanov epizodu üzrə), sellofan paketin polis əməkdaşları tərəfindən polis bölməsində onlara verdiklərini, Nəsimi epizodu üzrə polis əməkdaşlarının onu küçədə deyil evində tutduqlarını, Təqsirləndirilən şəxs2 isə şəxsi istifadəsinə görə narkotik vasitə əldə etmək məqsədilə həmin yerə gəldiyini, polis idarəsində ona qarşı edilmiş təzyiqlər nəticəsində xəsarət aldığını, bildirmişdir.

96. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində qeyd etmişdir ki, Şahid6 ilə arasında olan razılıqa görə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gələrək oradan əvvəlcədən Ayhanın tanıdığı və danışdığı İran İslam Respublikasının vətəndaşının gizlətmiş olduğu nəşəni götürəcəkmişlər. Daha sonra Ayhan həmin nəşəni digər bir şəxsə çatdırmalı imiş və onlar bunun müqabilində 800 manat pul əldə edərək öz aralarında böləcəkmiş. Onlar yaşadıqları Müşfıqabad qəsəbəsindən çıxaraq əvvəlcə 20 Yanvar metrostansiyasına gəlmiş və orada Ayhanın qardaşı Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. O da həmçinin Ayhan və onunla birlikdə Nərimanov rayonuna həmin narkotik vasitəni götürməyə gəlmişdir. Bu zaman Ayhan həmin pulun aralarında bölünəcəyini bildirmiş və o, etiraz etməmişdir. Onlar Nərimanov rayonu ərazisinə gəldikdə Ayhan əlindəki mobil telefon vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxlayırmış və İran vətəndaşının göndərdiyi məkan məlumatları ilə qeyd edilən yerə yaxınlaşmışlar. İran vətəndaşı Ayhana bağlamanın ağacın altında olmasını bildirmişdir. Bu zaman Rəşad onlardan təxminən 5-6 addım kənarda olan zibil qablarının yanında dayanmışdır. O, ağacın altındakı bağlamanı götürdükdən sonra oradan uzaqlaşmaq istədikdə kənardan polis əməkdaşları yaxınlaşıblar.

97. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə Bakı İstintaq Təcridxanasına sorğu verilmiş, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan görünür ki, baxışı zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbsdən əvvəl zədə aldığını və şikayəti olmadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ dizin ön səthində 1-2 sm ölçüdə üzəri qərtməkli yara, qarnın ön divarında sol saidin ön səthində, sol bazunun bayır səthində köhnə çapıq toxuması aşkar edilmişdir.

98. Eyni zamanda, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həsdən əvvəl yıxılaraq zədə aldığını və şikayətinin olmadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki dizdə, sol baldırın yuxarı 1/3-nin arxa səthində sıyrılmış üzəri qərtməkli yaraları aşkar edilmişdir.

99. Bundan başqa, xəsarət ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə sorğu verilmiş, həmin İdarədən daxil olmuş məktub və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 1002-C-24 və Təqsirləndirilən şəxs2 müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 1034-C-24 nömrəli material üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qanunsuz hərəkətlərə və davranışlara yol verilməsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunmuşdur.

100. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmir. Odur ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

101. Məhkəmə təqsirləndirilən şəxslərdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir.

102. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

103. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında bir ildən üç ilədək və beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

104. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22, 23, 24, 25-ci bəndləri).

105. Təqsirləndirilən şəxs1 ailəli olması və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən, əməlində cinayətlərin sadə residivinin olması isə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır.

106. Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən haldır.

107. Təqsirləndirilən şəxs2 əməlində ağırlaşdıran hal müəyyən edilmədi.

108. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-156/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

109. AR CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

110. AR CM-nin 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət hesab olunur.

111. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

112. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət əməli ilə bağlı məhkumluğu ödənilmədən o, ağır cinayətlər təsnifatına daxil olan cinayət əməlləri törətmişdir.

113. AR Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

114. Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətlərin sadə residivini yaradır (hökmün 30-cu bəndi).

115. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onlardan aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

116. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

117. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir.

118. AR Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

119. Odur ki, Təqsirləndirilən şəxs1 cəza AR CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin olunmalıdır.

120. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir.

121. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə, həmin Məcəllənin 68.1.1- 1-ci azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur.

122. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 66.5-ci maddəsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-156/2024 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir.

123. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

124. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

125. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

126. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

127. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir.

128. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

129. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni 08 mart 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

130. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

131. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4109,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,183 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 02 ədəd DVD formatlı disk və "Azercell” MMC-dən götürülmüş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 71-ci bəndi).

132. Məhkəmə, məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə təyin olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 133 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 169 (yüz altmış doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 72-ci bəndi)

134. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi 46 (qırx altı) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Şükür qızına və Müdafiəçi1 Əvəz oğluna ayrı-ayrılıqda 506 (beş yüz altı) manat məbləğində pul ödənilməlidir.

135. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-156/2024 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu qaydasında ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla, Təqsirləndirilən şəxs1 26 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Nərimanov Rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4109,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,183 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, həmçinin 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 169 (yüz altmış doqquz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Şükür qızına və Müdafiəçi1 Əvəz oğluna ayrı-ayrılıqda 506 (beş yüz altı) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Elmin Rüsəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar