Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-421/2020 28.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X10; Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə X3 Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı2; Zərərçəkmiş şəxsin hüquqi varisi - X9; Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1968-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət X6 İdarəsinin 5 saylı X1 motorçu işləyən, Cəbrayıl rayonunun Qaracallı kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 12 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, təkrarən xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər qonşusu olmuş Zərərçəkmiş şəxs1 son aylarda bir neçə dəfə yaşadığı ünvan 2 ünvanında yerləşən 12 №-li mənzilinin qarşısında dayanaraq, mənzilinin pəncərəsinə baxdığını görüb, arvadı Şahid6 ilə münasibətdə olmasından və sonuncuya əxlaqsız təkliflər etməsindən şübhələnib Zərərçəkmiş şəxs1 qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək, xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq onun mobil telefonuna zənglər etməklə görüşmək istədiyini bildirmiş, sonuncunun işdən gec saatlarda çıxdığından, ancaq istirahət günündə görüşə biləcəyini deməsindən sonra onunla xx xxxxxxxx 2019-cu il tarixdə görüşmək barədə razılaşaraq, yaşadığı ünvan 3 mənzil 12 ünvanına çağırmış, Zərərçəkmiş şəxs1 həmin tarixdə saat 11 radələrində qeyd olunan ünvana gəldikdə onunla mənzilin qonaq otağında olan stolun arxasında oturub bir qədər söhbət etdikdən sonra öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə stolun arxasına keçərək televizorun yanında olan şirniyyat qoyulması üçün nəzərdə tutulmuş şüşə materialdan olan qabı əlinə götürüb həmin əşya ilə stulda arxası ona tərəf əyləşmiş Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün əhəmiyyətli olan baş və bədən nahiyələrinə zərbələr vurmaqla, sağ əlin arxa səthinin 2 ədəd sıyrıqları kimi sağlamlığa zərər vurmayan, sol ənsə nahiyəsinin 1 ədəd əzilmiş-cırılmış yarası, sol ənsəgicgah nahiyəsinin 1 ədəd, sol ənsə-təpə nahiyəsinin 1 ədəd, sol alın-təpə nahiyəsinin 1 ədəd, sol bazu oynağının 1 ədəd, sol saidin 1 ədəd kəsilmiş yaraları kimi xəsarətlər yetirmiş, bundan sonra onunla əlbəyaxa olaraq, mənzilin girişindəki dəhlizdə əvvəlcədən gizlətdiyi ümumi uzunluğu 242 mm olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs1 zərbələr endirməklə sağ bazu oynağının 1 ədəd, sol əlin üst səthinin 3 ədəd, boyunun sol yan səthinin 2 ədəd, döş qəfəsinin arxa səthinin onurğa üzərində 1 ədəd olmaqla deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, ağır yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 evin əsas qapısından çıxıb qaçmaq, kömək çağırmaq istəməsinin qarşısını alaraq, sonuncunun paltarından dartıb yenidən dəhlizə salaraq, üzü üstə yerə uzadıb rəhmsizlik göstərməklə və zərərçəkmiş şəxsin onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymadan ona aşkar surətdə xüsusi ağrılar yetirdiyini, əzab və işgəncə verdiyini dərk etməklə xüsusilə qəddarlıq göstərərək həyat və sağlamlığı üçün əhəmiyyətli və ölümü ilə birbaşa səbəbli əlaqəsi olan boyun nahiyəsinin yuxu arteriya və venasının, boyun üzvlərinin tam kəsilməsi ilə müşayiət olunan 1 ədəd kəsilmiş yarası, boyunun ön səthinin sol yarısının, traxeyanın zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz edərək kəskin qanitirməyə, ürəyin və sol ağciyərin yaralanmasına səbəb olan 10 ədəd deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin biri yoğun bağırsağın evanterasiyası ilə müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid çoxsaylı xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürdükdən sonra təxminən 20 i! əvvəl qardaşı Şahid2 keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu “sınıqçı” kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 da öldürmək qərarına gələrək, xx xxxxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs1 qəsdən öldürdüyü mətbəx bıçağını paltarında gizlədib yaşadığı ünvan 2 ünvanda yerləşən 12 №-li mənzildən çıxaraq, istintaqa məlum olmayan taksi xidməti göstərən avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 mənzil 23 ünvanına gedərək, həmin vaxt evində xəstə müayinə edən Zərərçəkmiş şəxs2 gözləmiş, sonuncu dəhlizə çıxan zaman üzərində olan, qeyd olunan bıçaqla təkrarən qəsdən adam öldürmək məqsədilə, yəni Zərərçəkmiş şəxs2 qisas alıb qəsdən öldürmək niyyəti ilə sonuncunun yaxın qohumu olan oğlu Şahid9 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk etməklə, qəddarlıq nümayiş etdirib xüsusi amansızlıq göstərərək Zərərçəkmiş şəxs2 zərbələr endirib qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək qaraciyəri, öd kisəsini, yoğun bağırsağı zədələyən 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaya aid, sol said nahiyəsinin 1 ədəd kəsilmiş- deşilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də sağ bazu nahiyəsinin sıyrıqlı qançırı və sol said nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Şahid9 araya girib onun cinayətkar hərəkətlərinin qarşısını aldığı üçün və zərər çəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayət törətməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni başqa şəxsi xüsusi amansızlıqla təkrarən qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-ci ildə Şahid6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 41, mənzil 12 ünvanında yaşamışlar. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət X6 idarəsinin 5 saylı X1 sürücü-motorçu işləmişdir. Həyat yoldaşı Şahid6 əvvəllər onlarla qapı bir qonşu olan, sonralar isə Xəzər rayonunun Şağan qəsəbəsinə köçüb orada yaşayan Zərərçəkmiş şəxs1la münasibətinin olmasından şübhələndiyi üçün evdə dəfələrlə həyat yoldaşı ilə mübahisə etmiş, şübhələnməyinin səbəbi həm qonşuların ona qarşı münasibətlərinin dəyişməsi, həmçinin bir neçə dəfə İlhamın onların evinin yanında gəzməsi, onların pəncərəsinə tərəf baxması olmuşdur. Həyat yoldaşı ilə mübahisə etdikdən sonra, bu ilin sentyabr ayının 2-də onu və övladlarını Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan qayınatasının evinə göndərmiş, həmin vaxtdan hadisə baş verən günə kimi evdə tək yaşamışdır. Hadisə gününə qədər, yəni xx xxxxxxxx 2019-cu il tarixədək İlhamla bir neçə dəfə telefonla danışıb onunla görüşmək istədiyini bildirmiş, sonuncu əvvəl işlərinin olmasını bəhanə edərək onunla görüşməkdən yayınmış, ancaq 29 sentyabr tarixdə onunla görüşmək barədə razılaşmış və həmin gün saat təxminən 11 radələrində İlhamı evə dəvət etmiş, öldürəcəyindən şübhələnməməsi üçün sonuncu ilə xoş görüşmüş, qonaq otağında onunla söhbət etməyə başlamış, ona şübhələri barədə danışmış, həyat yoldaşı ilə nə kimi münasibətlərinin olduğunu soruşmuş, İlham da andaman edərək həyat yoldaşı ilə heç bir münasibətinin olmadığını demiş, hətta telefonunu da baxmağı üçün ona təqdim etmişdir. Telefona baxdıqdan sonra Zərərçəkmiş şəxs1 arxasına keçərək, televizorun yanında qoyulmuş, şüşə materialdan olan konfet qabını (vaza) götürüb arxadan sonuncunun baş nahiyəsinə dayanmadan zərbələr vurmağa başlamış, həmin vaxt qab qırılmış, qabın qırığı ilə İlhamı vurmağa davam etmiş, bu zaman qabın qırığı sağ əlinin baş barmağını kəsmiş, ilham zərbələrin təsirindən səndələmiş və qaçmaq istəmiş, o isə əvvəlcədən evin dəhlizində hazır qoyduğu, mətbəxdə mütəmadi istifadə etdikləri, təxminən 20-25 sm uzunluğunda olmaqla, dəstəyi açıq qəhvəyi rəngli taxta materialdan ibarət, tiyəsi düz formada olan bıçağı götürüb ilhamın sol qabırğa və qarın nahiyəsindən dayanmadan vurmağa başlamışdır. Zərərçəkmiş şəxs1 neçə bıçaq zərbəsi vurmağını xatırlamır. Zərbələrdən sonra ilham çöl qapını açıb bloka çıxmaq istəmiş, bu zaman yüksək səslə qışqırmış, sonuncunun qolundan dartıb yenidən evə salaraq qapını arxadan bağlamış və ona bıçaqla zərbələr vurmağa davam etmiş, İlham üzü üstə yerə yıxılan zaman arxadan onun boyun nahiyəsindən tutub bıçaqla boğaz nahiyəsini kəsməyə başlamış, bu zaman hələ o, sağ olmuşdur. Boğaz nahiyəsini kəsdikdən təxminən 1-2 dəqiqədən sonra onun nəfəsi kəsilmiş, həmin vaxt artıq qonşular qapını döyməyə başlamışlar, Paltarları qan olduğu üçün hamam otağında paltarlarını dəyişib yuyunmuş, həmin paltarları orada qoyub başqalarını geyinmiş, həmçinin cinayətin aləti qismində istifadə etdiyi bıçağı da yuyaraq şalvarının cibində gizlətmiş, hamamdan çıxanda qardaşı Afərin pəncərənin barmaqlığının kilidini sındıraraq evə daxil olub qapını açdığım görmüşdür. O, blokda olan qonşulara yalandan polisə gedib könüllü təslim olacağını bildirmiş, ancaq 1997-ci ildə böyük qardaşı Afərin keçmiş arvadı ilə münasibəti olan həmkəndlisi, həmçinin uzaq qohumu Füzuli adlı şəxsi də öldürmək qərarına gəlmiş, törətdiyi cinayətə, yəni İlhamı öldürdüyünə görə onsuz da cinayət məsuliyyətinə cəlb olunacağını, ona görə də Füzulini də öldürüb hər iki cinayətə görə cəza çəkmək istədiyi barədə düşünmüş və bu məqsədlə evdən çıxıb piyada “aeroport” yoluna çıxaraq tanımadığı “Fiat” markalı taksiyə minərək Füzulinin yaşadığını güman etdiyi Binəqədi rayonu, 9-cu mikrorayonda olan Tərlan şadlıq sarayının yanına getmiş, ərazidə “sınıqçı” kimi tanınmış Füzuli barədə digər şəxslərdən maraqlandıqdan sonra onun yaşadığı məhləyə getmiş, bu zaman bir neçə xəstənin onun evinin blokuna daxil olmağını və çıxmağını görmüş, həmin xəstələr kimi Füzulinin yaşadığı evə qalxmış, qapının zəngini çalmış, bu zaman qapını xəstə gətirən şəxslərdən biri açmış, içəri daxil olanda Füzulinin digər otaqda xəstəyə baxdığını görmüş, ona görə də dəhlizdə oturub gözləmiş, bir qədər sonra Füzuli otaqdan çıxmış, bu zaman ayağa qalxıb heç bir söz demədən şalvarının kəmərinə keçirdiyi, İlhamı öldürdüyü bıçaqla Füzulinin qarın nahiyəsindən bir neçə bıçaq zərbələri vurmuş, bu zaman otaqda olan digər şəxslər, həmçinin Füzulinin təxminən 18-19 yaşlı oğlu da dəhlizə çıxaraq onun əlindən tutmuş, buna baxmayaraq, yenə də Füzulini vurmağa çalışmış, həmin vaxt Füzulinin oğlunun qolu kəsilmiş, həmin şəxslər bıçağı onun əlindən aldıqdan sonra evdən çıxmış və pilləkənlərlə aşağı düşmüş, Füzulinin oğlu onun arxasınca gəlib dabankeşlə onun sağ qolundan vurmuş, dabankeşi onun əlindən alıb kənara atmış, məhəlləyə düşəndə qonşular onu tutmuş və polisə zəng etmişlər. Bir qədər sonra polis əməkdaşları gəlib onu Binəqədi rayon Polis İdarəsinə aparmışlar. Zərərçəkmiş şəxs1la qonşuluqda yaşayan zaman münasibətləri normal olmuş, ancaq sonuncu Xəzər rayonu, Şağan qəsəbəsinə köçdükdən sonra tez-tez onun yaşadığı evin yaxınlığına gəlməsi və qonşuların da ona münasibətinin dəyişməsi səbəbindən bir bəhanə ilə onunla görüşüb onu öldürmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs2 oğlu Şahid9 hadisə zamanı ehtiyatsızlıqdan bıçaqla xəsarət almasında məqsədi sonuncunu da öldürmək olmamış, onun nə vaxt dəhlizə gəlməsini görməmiş, Füzulini bıçaqla vurmağa, yəni öz cinayət əməlini başa çatdırıb onu öldürməyə çalışan vaxt bıçaq təsadüfən atasına kömək etmək istəyən Elçinin qolunu kəsmişdir. Hadisə günü spirtli içki qəbul etməmiş və ya hər hansı narkotik tərkibli vasitələrdən istifadə etməmişdir. Cinayət əməlini törətmə səbəbləri və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasının nəzərə alınmaqla barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, vaxtı və inkişafı barədə işin faktiki hallarına uyğun etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu, hadisələrin baş vermə ardıcıllığını ətraflı şəkildə təsvir edən və iş materiallarındakı digər obyektiv sübutların məcmusu ilə uzlaşan ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma atasıdır. Ailə üzvləri ilə birlikdə təxminən 2002-ci ildə Masallı rayonundan Bakı şəhərinə köçüb gəlmiş, həmin vaxtdan hazıradək Suraxanı rayonu, Bülbülə qəsəbəsində bir neçə yerdə kirayədə qalmışlar. Atası Zərərçəkmiş şəxs1 Sədərək bazarında fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxslə bir neçə il üzbəüz qonşu kimi yaşamış, həmin müddətdə də münasibətləri normal olmuşdur. Onlarla gediş-gəlişləri olmamış, sadəcə normal qonşu kimi bir binada yaşamışlar, 2016-cı ildə Xəzər rayonunun Şağan qəsəbəsində tikdikləri ev hazır olduqdan sonra həmin evə köçmüş, həmin vaxtdan sonra arada atası həmin binadakı qonşularla münasibəti yaxşı olduğundan əvvəlki məhlələrinə gedib-gəlmişdir. Hadisə günü, yəni 29 sentyabr tarixində səhər tezdən Badamdar qəsəbəsində olan maşın bazarına getmiş, təxminən saat 12 radələrində mobil telefonuna atasının iş yoldaşı Ceyhun zəng vuraraq atasının Bülbülə qəsəbəsində köhnə məhlələrində yaşayan Aqşinlə hansısa səbəbdən mübahisə etdiyini, təcili ora getməli olduğunu demiş, o da öz avtomobili ilə ora getmiş, həmin yerə çatanda binanın qarşısında çoxlu sayda insanın və polislərin toplaşdığını görmüş və Aqşinin atasını bəhanə ilə evinə çağırıb orada çoxsaylı bıçaq zərbələri vuraraq öldürdüyünü bilmişdir. Təqsirləndirilən şəxs hadisədən bir neçə gün əvvəl də atası İlhama zəng edib görüşə çağırdığı barədə yalnız hadisədən sonrakı günlərdə bilmiş, belə ki, atasının iş yoldaşı Şahid3 ona Aqşinin İlhama zəng edib onunla işi olduğunu, görüşmək istədiyini demiş, İlham da işdən gec saatlarda çıxdığı üçün onunla yalnız bazar günü görüşə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri, yəni onun arvadı ilə atası İlhamın hər hansı bir münasibətinin olması yalandır. Təqsirləndirilən şəxs heç bir əsas olmadan atasından şübhələnmiş və nəticədə cinayət hadisəsini törətmişdir. Belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli insanlığa sığmayan bir əməldir. Bu səbəbdən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həyat yoldaşı və üç uşağı ilə birlikdə Binəqədi rayonu, Z.Qənbərov küçəsi ev 1, mənzil 23 ünvanında yaşayır. Ali təhsilli olmaqla, həm də "sınıqçı kimi fəaliyyət göstərir və ərazidə tanınır, Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs guya onun qardaşı Şahid2 arvadı ilə onun arasında təxminən 20 il əvvəl intim münasibətin olmasından şübhələndiyi üçün onunla uzun müddətdir ki, qərəzli münasibətdə olmuşdur. Həmin vaxtdan indiyədək onunla və ailə üzvləri ilə heç bir əlaqələn olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 13 radələrində yaşadığı evdə xəstə qəbul edən zaman qapı döyülmüş, həmin vaxt müayinəyə gəlmiş tanımadığı şəxslərin birindən qapını açmasını xahiş etmiş, qapı açılan zaman kiminsə ‘Füzuli burada olur?” sualını verdiyini eşitmiş, digər otaqdan səslənərək həmin şəxsə xitab edərək içəridə, dəhlizdə gözləməsini bildirmiş, içəridəki xəstənin müayinəsi bir qədər uzun çəkdiyindən həmin şəxsə bu barədə xəbərdarlıq etmək üçün otaqdan çıxan zaman dəhlizdə oturan şəxs yerindən qalxaraq “səni öldürəcəyəm, qoymayacam yaşamağa” deyərək əlində olan bıçaqla qarın nahiyəsinə iki zərbə vurmuş, zərbələrdən sonra həmin şəxsi tanımış və Aqşin olduğunu bilmiş, onun daha çox zərbə vurmasının qarşısını almaq üçün onunla əlbəyaxa olmuş, onun qolunu sıxaraq zərərsizləşdirməyə çalışmış, bu zaman çöl qapıdan içəri daxil olan oğlu Elçin də onun əlindən bıçağı almağa çalışmış, bu zaman bıçaq sonuncunun qolunu kəsmiş, bıçaq Aqşinin əlindən düşdükdən sonra o, çölə çıxıb qaçmağa başlamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Aqşin ailə üzvləri, yəni həyat yoldaşı Sahilə və iki uşağı ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşamışdır. Aqşin təxminən 1 ay əvvəl arvadını və uşaqlarını evdən qovmuş, ona görə də evdə tək qalmışdır, Aqşindən bunun səbəbini soruşduqda o, arvadının ona İlham adlı şəxslə xəyanət etdiyini bildirmiş, hansı səbəbdən bu fikrə düşməsini soruşduqda o, dəfələrlə evdə olarkən arvadının uzun müddət evin pəncərəsindən çölə baxdığının şahidi olmuş, çölə çıxdıqda əvvəllər onlarla qonşu olmuş İlhamı da çöldə görmüşdür. Bu proses təxminən 7-8 ay əvvəl baş vermişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində qonşuluqda yaşayan azyaşlı uşaqlar yaşadığı evə gəlib Aqşinin evində nəsə baş verdiyini demiş, bundan sonra oraya getmiş və evin qapısının bağlı olduğunu, oraya çoxlu sayda qonşuların toplaşdığını görmüş, evin pəncərəsinin şüşəsini sındıraraq evə daxil olmuş və Aqşinin hamamda qana bulaşıq əllərini yuduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşduqda sonuncu İlhamı öldürdüyünü demişdir. X8 rayonu ərazisində öldürməyə cəhd etdiyi Zərərçəkmiş şəxs2 onların həmyerliləri, eyni zamanda uzaq qohumları olmuş, onunla aralarında yaxşı münasibətləri olmamışdır. Belə ki, təxminən 20 il əvvəl Füzuli ilə onun keçmiş arvadı arasında intim münasibət olmuş və onu öz evində tutmuşdur. Buna görə onunla aralarında ziddiyyət olmuş, ancaq onunla indiyədək hər hansı bir formada münaqişəyə girməmişlər. Aqşin həmişə ona qarşı kin saxlamış və onun etdiyi əməli hansısa formada cəzalandıracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qardaşı Şahid2lə eyni məzmunda ifadə vermiş və həmçinin göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yaşadığı evin yaxınlığında olan "xeyir-şər” yerində qonşularla domino oynamış, həmin vaxt qardaşı Afərin arvadı Safura ona yaxınlaşaraq Aqşinin özünə nəsə etdiyini bildirmiş, Aqşinin yaşadığı evə gedən zaman evə giriş qapısının bağlı olduğunu görmüş, bir neçə dəfə qapını döyüb Aqşini səsləsə də açan olmamış, məcbur olub binanın blokunun yanından çəpərlənmiş sahədən keçərək mənzilin pəncərəsindən içəri keçmək istəmiş, lakin pəncərənin dəmir barmaqlığı olduğu üçün içəri keçə bilməmiş, Aqşinin onu daha yaxşı eşitməsi üçün pəncərəni sındıran zaman sağ qolu bilək nahiyəsindən kəsilmiş, həmin vaxt Aqşinin evdə paltarını dəyişməsini görmüş, Aqşindən nə baş verdiyini soruşmuş və qapını açmağını deyərək qapıya yaxınlaşmış, qapını döydükdə Aqşin yenə də açmamış, həmin vaxt digər qardaşı Afər pəncərənin dəmir barmaqlıqlarının qıfılını sındırıb, pəncərədən içəri keçib qapını açmış, qapının qarşısında İlhamı qan içində döşəmədə uzanıqlı formada görmüş, tez təcili tibbi yardıma zəng etməyini desə də Aqşin "təcili tibbi yardıma zəng etməyə ehtiyac yoxdur, İlhamın başını kəsmişəm” demiş, bundan sonra polis çağırmağı dedikdə, Aqşin özü polisə gedib təslim olacağını deyərək evdən polis idarəsinə getmək adı ilə çıxmış, bir neçə dəqiqədən sonra qonşusu Nazimlə Suraxanı RPİ-nin 31-ci PB-nə gedən zaman Aqşini orada görməmişlər və hadisə barədə polisə məlumat vermişlər. Qardaşı Afər təxminən 20 il bundan əvvəl Zərərçəkmiş şəxs2 öz evində mətbəxdə gizlənən görmüş, həmin vaxt onunla arvadının arasında intim münasibət olduğunu anlamışdır. Ancaq buna baxmayaraq, ona heç nə etməmiş və bundan sonra arvadından boşanmışdır. Həmin vaxtdan etibarən bu hadisə Aqşinə çox pis təsir etmiş, sonuncu həmişə Füzulidən qisas almalı olduqlarını, onun etdiyi hərəkəti cəzasız buraxmamalı olduqlarını demişdir. Digər ailə üzvləri ilə birlikdə həmişə onu sakitləşdirməyə çalışmışlar. Aqşin isə içində Füzuliyə qarşı həmişə kin saxlamışdır. Hadisə günü və ya ondan əvvəlki günlərdə Aqşin Zərərçəkmiş şəxs2 öldürəcəyi ilə bağlı onlara heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Mərhum Zərərçəkmiş şəxs1 ilə birlikdə Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində fəhlə işləmişlər. Bildiyinə görə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 Suraxanı rayonu, Bülbülə qəsəbəsində qonşuluqda yaşadıqları müddətdə onların münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsinə köçdükdən sonrakı müddətdə onların münasibətlərinin necə olması barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hadisədən bir neçə gün əvvəl İlhama zəng edərək, onunla görüşmək istədiyini demiş, sonuncu da ona işdən gec çıxdığını, imkan tapan kimi onunla görüşəcəyini bildirmişdir. Hadisə günü həyat yoldaşı ona zəng edərək, qonşuların Aqşinin yaşadığı evin ətrafına toplaşdığını və qonşulardan eşitdiyinə görə sonuncunun öz evində İlhamı bıçaqla vurub öldürdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma əmisidir. Onunla birlikdə Qaradağ rayonunda yerləşən “Sədərək" ticarət mərkəzində fəhlə işləmişlər. Təqsirləndirilən şəxs da tanıyır. Bildiyinə görə Təqsirləndirilən şəxslə mərhum Zərərçəkmiş şəxs1 Suraxanı rayonu, Bülbülə qəsəbəsində qonşuluqda yaşadıqları müddətdə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs hadisədən bir neçə gün əvvəl əmisi ilhama zəng edərək, onunla görüşmək istədiyini demiş, sonuncu da ona işdən gec saatlarda çıxdığını, imkan tapan kimi onunla görüşəcəyini bildirmişdir. Hadisə günü iş yoldaşı Ceyhunun həyat yoldaşı ərinə zəng edib Aqşinin öz evində İlhamı bıçaqla vurub öldürdüyünü demiş, o da bu barədə atası Mailə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla 2000-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladı vardır. Onlardan Elçin 2001, Elvin 2003, Ayşən isə 2007-ci il təvəllüdlüdürlər. Evləndikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşamışlar. Zərərçəkmiş şəxs1 və ailəsi də orada onlarla qonşuluqda yaşamışlar. Onlarla münasibətləri yaxşı olmuş, təxminən 15 ilədək müddətdə qonşu kimi yaşamışlar. Aqşinlə birlikdə evli olduqları müddətdə münasibətləri yaxşı olmuş, ancaq son 8-9 ayda sonuncunun ona olan münasibəti dəyişmiş, bunun səbəbi isə onu haqsız yerdən qısqanmağı olmuşdur, Aqşin heç bir səbəb olmadan onu ümumilikdə hamıya, ancaq konkret olaraq Zərərçəkmiş şəxs1 qısqanmış, buna səbəbin nə olduğunu heç vaxt bilməmişdir. Aqşin “SOCAR”-da işlədiyindən və bununla bağlı 15 gün dənizdə olduğunu əsas gətirərək həmin müddət ərzində İlhamla ona xəyanət etdiyini düşünmüş, bu səbəbdən onu bir neçə dəfə döymüşdür. Mərhum Zərərçəkmiş şəxs1la heç bir intim münasibəti olmamış, dəfələrlə bu barədə Aqşinlə söhbət etməyə çalışsa da sonuncu onu dinləmək istəməmişdir. Əri Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 qonşuluqda yaşadıqları müddətdə və ya bundan sonra onların aralarındakı münasibətləri həmişə normal olmuş, aralarında heç vaxt mübahisə olmamışdır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyi olmamış, ancaq əsəbləşəndə çox aqressiv davranmışdır. Aqşinin onu döyməsi barədə polisə müraciət etməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Aqşinlə aralarında yenə mübahisə yarandığından və sonuncunun onu döydüyündən uşaqlarını da götürüb atası evinə getmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Həşimova Növrəstə Hidayət qızı, Şahid7, Şahid9 Fizuli oğlu, Şahid11 məhkəmə iclasında iştirak etməmələri, eyni zamanda şahidlər Şahid8 və Şahid10 məhkəmə iclasında iştirak etməmələri ilə yanaşı teleqramla məhkəməyə müraciət etmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə həmin şahidlərin ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilərək məhkəmə baxışında tədqiq edilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 doğma atasıdır. Ailə üzvləri ilə birlikdə ünvan 4 mənzil 23 ünvanında yaşayır. Atası Füzuli evlərində “sınıqçı” kimi fəaliyyət göstərir və yanına müayinəyə gələn şəxslərə əlindən gəldiyi qədəri ilə tibbi yardım göstərir. xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 12-13 radələrində məhlədən evə qayıdan zaman, evin qapısını açanda tanımadığı bir şəxsin əlində bıçaqla atasını vurmağa çalışdığını gördükdə dərhal onun üzərinə gedərək bıçağı onun əlindən almaq istəmiş, bıçağı həmin şəxsin əlindən alan zaman ehtiyatsızlıqdan bıçaq sağ qolunu kəsmiş, atası ilə birlikdə bıçağı həmin şəxsin əlindən alan zaman o, qapıdan çölə çıxaraq qaçmağa başlamış, həmin şəxs evin girişdə olan dabankeşi (rajok) götürərək blokda olan zaman həmin dabankeşlə onu vurmağa çalışmış, onun arxasınca pilləkənləri düşərək qonşuları səsləyib onu tutmalarını bildirmiş, həmin şəxs qonşular tərəfindən tutulmuş və bu barədə polisə məlumat verilmişdir. Sonradan həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmiş, həmin şəxsi əvvəllər görməmişdir. (cild 02, i.v. 85-91) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Həşimova Növrəstə Hidayət qızının ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Onunla 1993-cü ildə ailə həyat qurmuş, birgə nikahlarından iki övladları vardır. 2002-ci ildə yaşadıqları Masallı rayonundan Bakı şəhərinə köçüb gəlmiş, həmin vaxtdan sonra Bakı şəhərində Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşamışlar. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə təxminən 15 ilədək müddətdə qonşuluqda yaşamışlar. Qeyd olunan müddət ərzində aralarında hər hansı problem olmamışdır. Xəzər rayonu, Şağan qəsəbəsinə köçmələrinə baxmayaraq, uzun müddət yaşadıqları məhlə ilə əlaqələrini kəsməmişlər. İlham da tez-tez həmin məhləyə gedir, qonşularla çay içir, domino oynamışdır. Təqsirləndirilən şəxslə mərhum əri İlhamın qonşuluqda yaşadıqları müddətdə və ya bundan sonra münasibətləri normal olmuş, aralarında heç vaxt mübahisə olmamışdır. X14 Quliyevin arvadı Sahilənin arasında hansısa münasibətin olmasına inanmır. xx xxxxxxxx 2019-cu il tarixdə Masallı rayonunda olmuş, oğlu Altay ona zəng edərək Aqşinin öz evində İlhamı bıçaqla vurub öldürdüyünü bildirmişdir. (Cild 2, i.v. 31-35) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, ancaq Zərərçəkmiş şəxs1 tanımamışdır. Aqşinlə münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxslə mərhum Zərərçəkmiş şəxs1 Suraxanı rayonu, Bülbülə qəsəbəsində qonşuluqda yaşadıqları müddətdə onların münasibətlərinin necə olması barədə hər hansı bir məlumatı yoxdur, Zərərçəkmiş şəxs1 həmin ərazidən Xəzər rayonuna köçüb getməsinə baxmayaraq arada həmin məhləyə gələrək, qonşularla çay içmiş, domino oynamışdır. Ancaq hadisə günü onu orada görməmişdir. Hadisə günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə qonşularla həyətdə olarkən uşaqların və qonşuların qışqırıq səslərini eşitmiş, Aqşinin yaşadığı binanın blokunun qarşısında insanların toplaşdığını görmüş, oraya yaxınlaşan zaman Aqşinin evinin qapısının bağlı olduğunu bilmişlər. Aqşinin qardaşı Afər və Azər də orada olmuş, onlardan hansısa biri evin pəncərəsini sındırıb evə daxil olaraq qapını içəridən açmışdır. Aqşin bir müddətdən sonra çölə çıxaraq polisə təslim olacağını deyərək oradan uzaqlaşmışdır. Həmin vaxt Aqşinin İlhamı evində bıçaqla vuraraq öldürdüyünü bilmişlər. (Cild 1, i.v. 245-249) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır, onlarla münasibətləri normal olmuşdur. Həmin şəxslər uzun müddət qonşu kimi yaşamışlar. Hadisə günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində həyətdə çoxlu sayda insanın toplaşdığını görüb nə baş verdiyini soruşmuş, qonşular da ona Aqşinin evində İlhamı bıçaqla vurub öldürdüyünü demiş, Aqşin artıq polisə gedib könüllü təslim olacağı adı ilə oradan uzaqlaşmışdır. (cild 1, i.v. 240-244) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsindən görünür ki, 1990-cı ildən 2011-ci ilədək daxili işlər orqanlarında işləmiş, hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətləri yaxşı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 da qonşuluqda yaşayan şəxs kimi tanımışdır. Aqşinlə İlham uzun müddət üzbəüz qonşu kimi yaşamışlar. Təxminən 2-3 ildir ki, İlham Xəzər rayonunda özünə ev tikib oraya köçmüş, lakin uzun müddət məhəllədə yaşadığından qonşuların xeyir-şər işlərinə gəlmişdir. xx xxxxxxxx 2019cu il tarixdə, saat 11 radələrində məhəllədə olarkən İlhamı görmüş, onunla hal-əhval tutmuş, sonuncu burada işlərinin olduğunu demişdir, Lakin konkret olaraq nə işi olduğunu və kimlə görüşəcəyini bildirməmişdir. Bir müddət sonra yaşadığı mənzilin blokuna daxil olanda səs-küy eşitmiş, Aqşinin yaşadığı mənzilin blokunun qabağında bir neçə şəxsin toplaşdığını, həmin yerə yaxınlaşdıqda Aqşinin qardaşı Azərin blokun yanında olan çəpərlənmiş sahədən çölə tullandığını görmüş, Azərdən nə baş verdiyini soruşduqda Azər evdə adam olduğunu, Aqşinin içəridən qapını açmadığını demişdir. Azər çöldən pəncərəni sındırmış, lakin pəncərədə dəmir maneə olduğundan içəri keçə bilməmiş, pəncərəni sındırdığına görə əli kəsilmişdir. Bundan sonra evin qapısını döyməyə başlamış, ancaq qapını heç kim açmamışdır. Bir neçə dəqiqədən sonra Aqşinin digər qardaşı Afər mənzilin balkonunun dəmir maneəsinin kilidini sındıraraq içəri daxil olub içəridən mənzilin qapısını açmış, bu zaman İlhamın qan içində mənzilin dəhlizində yerdə uzandığını, Aqşinin də ayaq üstə dəhlizdə dayandığını, yaxasını düymələdiyini görmüşlər. Aqşindən nə baş verdiyini soruşduqda sonuncu İlhamı öldürdüyünü demişdir. Aqşinin qardaşı Azərə onu polisə təslim etməsini bildirən zaman Aqşin buna ehtiyac olmadığını, özünün gedib polisə təslim olacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Aqşinin qardaşı Azər və qonşulardan birinin avtomobili ilə Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, orada baş vermiş hadisə barədə məlumat vermiş, bundan sonra birlikdə polis əməkdaşları hadisə yerinə gəlmişlər. (Cild 1, i.v. 40-44) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 ilə eyni binada yaşayır. Füzuli “sınıqçı” olaraq fəaliyyət göstərir və onunla münasibəti yaxşıdır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində yaşadığı evin qarşısında dayanıb qonşularla söhbət etmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 oğlu Şahid9 yüksək səslə qışqıraraq “tutun qaçdı, tutun qaçdı” səsini eşitdikdə binaya giriş qapısından əvvəlcədən tanımadığı şəxs qaçaraq çıxdıqda həmin şəxsin qarşısına keçib onu saxlamış, həmin şəxsi saxlayan zaman digər qonşular və Şahid9 yaxınlaşaraq onun Zərərçəkmiş şəxs2 bıçaqladığını bildirmişlər. Həmin vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və yaxaladığı şəxsi əraziyə yaxınlaşan polis əməkdaşlarına təhvil vermişdir. Sonradan Zərərçəkmiş şəxs2 bıçaqlayan şəxsin adının Təqsirləndirilən şəxs olmasını bilmiş, həmin şəxsin Zərərçəkmiş şəxs2 hansı səbəbə və yaxud səbəblərə görə bıçaqla xəsarət yetirməsini bilməmişdir. (Cild 2, i.v. 239- 242) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlamaq barədə” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı otağın sol küncündən götürdüyü şüşə qabla əvvəlcə Zərərçəkmiş şəxs1 arxadan baş nahiyəsinə güclü zərbə endirməsi, sonradan isə mətbəxdən götürdüyü bıçaqla sonuncunu boğaz, qarın və kürək nahiyələrinə çoxsaylı zərbələr vurub qətlə yetirərək hadisə yerindən qaçması ilə bağlı Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 05) “Baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Suraxanı rayon prokurorluğunun müstəntiqi tərəfindən, prokurorluq əməkdaşlarının, ekspertin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürdüyü hadisə yerinə, yəni ünvan 3 mənzil 12 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzil binanın birinci mərtəbəsində olmaqla, blokdan girdikdə sağ tərəfdə yerləşir. Giriş qapısının üzərində bir ədəd müşahidə kamerası quraşdırılmışdır. Mənzilin girişində, dəhlizdə bədəni, paltarları və ətrafı qana bulaşmış üzü üstə uzanıqlı vəziyyətdə, əynində göy rəngli, üzərində qara rəngli göndən kəməri olan cins şalvar və göy rəngli köynək olan kişi meyiti aşkar edilmişdir. Dəhlizə bitişik olan qonaq otağında olan stolun üzərində içərisində siqaret kötükləri olan kül qabı, siqaret qutusu, bir ədəd alışqan, şüşə materialdan olan sınıq meyvə qabı, bir ədəd eynək, həmçinin digər müxtəlif əşyalar vardır. Otaqda əşyalar dağınıq, stullar aşmış vəziyyətdədir. Həmin otaqda da müşahidə kamerası quraşdırılmışdır. Otağın döşəmə hissəsində və digər yerlərdə çoxlu sayda və miqdarda qanabənzər ləkələr vardır. Hadisə yerində olan video qeydiyyat cihazına yerində baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 baş nahiyəsinə əvvəlcə şüşə qabla, sonra isə dəhlizdən bıçaq götürərək ona çoxsaylı bıçaq zərbələri vurması müəyyən edilmişdir. Hadisə yerindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək Təqsirləndirilən şəxs hamam otağında dəyişdiyi, cinayəti törədərkən əynində olmuş şalvar, köynək, mayka, tuman və bir cüt corab, şüşə materialdan olan sınıq meyvə qabı və onun sınmış hissələri, eynək, video qeydiyyat cihazı, həmçinin mənzilin qonaq otağında üç yerdən götürülmüş qanabənzər ləkələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, hadisə yerinin və meyitin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 8-26) “Meyitin xarici müayinə edilməsi barədə” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinə keçirilmiş baxış zamanı sol əlin üst səthində, başın ənsə, təpə və alın nahiyələrində, sol və sağ bazu nahiyələrində, sol said nahiyəsində, döş qəfəsinin sol-yan, sağ-yan və arxa səthinin sağ yarısında, boyunun solyan səthində, sol qoltuqaltı nahiyədə, onurğa üzərində, həmçinin qarnının sol yarısında çoxsaylı xəsarətlər aşkar edilmişdir. Müayinə zamanı meyitin əynində olmuş göy rəngli damalı uzunqol köynək, üzərində qara rəngli dəridən kəməri olan göy rəngli cins şalvar, şalvarın sağ yan cibindən aşkar edilmiş 10 ədəd beş manatlıq, 2 ədəd bır manatlıq əskinaslardan ibarət 52 manat pul və 2 ədəd mobil telefon müvafiq qaydada protokollaşdırılaraq götürülmüş, meyitin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 27-32) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxxxx 2019cu il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13.00 radələrində Təqsirləndirilən şəxs ünvan 8 mənzil 23 ünvanında Zərərçəkmiş şəxs2 üzərində gəzdirdiyi bıçaqla qəsdən vuraraq “döş qəfəsinin kəsilmiş-deşilmiş yarası” kimi ağır dərəcəli bədən xəsarəti yetirməsi faktına görə Binəqədi RPİ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 01, iş vər. 64) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etdiyi hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri, ünvan 10 mənzil 23 ünvanıdır. Hadisə yerinə baxış zamanı mənzilin giriş qapısının qarşısında olan döşəmədə metlax üzərində, girişdəki dəhlizin sol tərəfindəki otağın qapısının qarşısında, otağın içərisindəki döşəmədə, eyni zamanda otaqda olan çarpayının üzərində tünd qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir, Baxışda iştirak edən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs dəhlizdə döşəmə üzərində olan açıq qəhvəyi dəstəyi, metal tiyəsi olan bıçağa işarə edərək, həmin bıçaqdan cinayətin aləti kimi istifadə etdiyini, cinayət hadisəsini hansı şəraitdə və necə törətməsini əyani göstərərək, mənzildə aşkar edilmiş qanabənzər ləkələrin Zərərçəkmiş şəxs2 məxsus olmasını bildirmişdir. Qeyd edilən hadisə yerindən üç ədəd qan nümunəsi, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar və cinayətin aləti qismində istifadə olunmuş bıçaq müvafiq qaydada götürülmüşdür. (Cild 1, i.v. 67-77) “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, sat 14.50-də Binəqədi RPİ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 88-89) “Götürə aparılması və baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-in müstəntiqi tərəfindən Şahid9 və KTM-nin həkimcərrahı Alim Məmmədovun təqdim etdiyi Zərərçəkmiş şəxs2 cinayət hadisəsi baş verən zaman əynində olmuş paltarları (göy rəngli damalı köynək və ağ rəngli qolsuz mayka) götürülmüşdür. (cild 01, iş vər. 110-112) Binəqədi RPİ-nin 4-cü PŞ-nin məsul növbətçisinin həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsə olan 29.09.219-cu il tarixli raportundan görünür ki, məsul növbətçi məruzə edərək xx.xx.2019-cu il tarixdə saat 13.13 radələrində DİN-in 102 xidmətindən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi ev 9 ünvanda yaşayan Şahid8 təqaüddə olan polis əməkdaşı olduğunu, qonşusunu bıçaqlayan şəxsi ütüb saxladığı barədə məlumat verməsini bildirmişdir. (cild 01, iş vər. 114) Binəqədi RPİ-nin PPX bölüyünün polis nəfərlərinin Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi vəzifəsinə icra edən səlahiyyətli şəxsə olan xx.xx.2019-cu il tarixli raportundan görünür ki, məruzə olunaraq xx.xx.2019-cu il tarixdə saat 13.26 radələrində 18 sayı marşrut üzrə xidmətdə olarkən 4-cü PŞ-nin növbətçi hissəsinin onlara məlumat verərək Zahid Qəmbərov küçəsinə yaxınlaşmaları tapşırıldığından oraya getdikləri, oraya çatdıqda inzibati ərazidə olan polis sahə inspektoru polis mayoru Vüqar İsmayılovun yanında saxladığı şəxsin Füzuli adlı şəxsi bıçaqla xəsarət yetirdiyini bildirməsi və həmin şəxsi 6455 çağırışlı avtopatrulla şöbəyə gətirdikləri, orada həmin şəxsin 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikləri barədə məlumat vermişlər. (cild 01, iş vər. 116) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən digər iştirakçıların, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun cinayəti törətdiyi Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi ev 41, mənzil 12 ünvanında ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkətinin keçirilməsi prosesində Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti, yəni Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qətlə yetirməsini əyani şəkildə göstərmişdir. Qeyd olunan istintaq hərəkəti videoçəkilişlə aparılmaqla, müvafiq qaydada protokollaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, i.v. 138-139) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 4(009)548/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2,7-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir.(Cild 1, i.v. 149-151) Baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hər iki cinayət əməlinin törədilməsində istifadə olunmuş bıçağa baxış zamanı müəyyən olunmuşdur ki, bıçaq qatlanmayan tiplidir, ümumi uzunluğu 242 mm-dir, tiyə və dəstəkdən ibarətdir, tiyənin bir tərəfi itilənmiş, digər tərəfi isə kütdür. Bıçağın dəstəyi qəhvəyi rənglidir. (Cild 1, i.v. 157-158) Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan mənzilin giriş qapısının üstündə (blokda) və evin qonaq otağında quraşdırdığı kameranın xx xxxxxxxx 2019-cu il tarixə olan video görüntülərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd olunan tarixdə saat 11:14-də Zərərçəkmiş şəxs1 mənzilə daxil olmuş, qonaq otağında olan stolun arxasında hər ikisi üz-üzə oturub söhbət etmiş, saat 11:25-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oturduğu stulun arxasına keçib əlinə götürdüyü şüşə qabla sonuncunun başına zərbələr vurduqdan sonra onlar əlbəyaxa olmuş, Təqsirləndirilən şəxs otaqdan çıxıb dəhlizə getmiş və əlində bıçaqla içəri daxil olaraq, həmin bıçaqla Zərərçəkmiş şəxs1 sol qabırğa, kürək, qarın nahiyələrinə çoxlu zərbələr vurmuş, sonuncu müqavimət göstərməyə çalışmış, ancaq zərbələrin qarşısını ala bilməmişdir. Zərərçəkmiş şəxs1 otaqdan dəhlizə çıxmış və bir neçə saniyə sonra yerə yıxılmışdır. Həmin yerdə, yəni dəhlizdə bundan sonra baş verənləri qonaq otağında quraşdırılmış kameradan tam şəkildə müşahidə etmək mümkün olmamışdır. Saat 11:27-də Təqsirləndirilən şəxs qanlı paltar və əlində bıçaqla qonaq otağına daxil olaraq, sağ çiyni üstə qonaq otağının qapısının qırağına söykənməklə yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 meyitinə baxmış və digər otağa keçmişdir. (Cild 1, i.v. 170-171) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 1906 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək qaraciyəri, öd kisəsini, yoğun bağırsağı zədələyən iki ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın (alətin), sol said nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın (alətin), sağ bazu nahiyəsinin sıyrıqlı qançırı tinli küt əşyanın, sol said nahiyəsinin qançırı isə küt əşyanın təsirindən əmələ gəlmişlər, əmələ gəlmə müddəti xx.xx.2019-cu il tarixə uyğun gəlirlər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək qaraciyəri, öd kisəsini, yoğun bağırsağı zədələyən 2 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, sol said nahiyəsinin kəsilmiş yarası ilə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş kəsilmiş və deşilmiş-kəsilmiş yaraların xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bıçağın tiyəsinin kəsici və deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş iki ədəd deşilmişkəsilmiş və bir ədəd kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş mətbəx bıçağı ilə yetirilməsi istisna olunmur. (Cild 1, i.v. 209-212) Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefona baxış keçirilən zamanı müəyyən edilmişdir ki, həmin telefonun sim kart yerinə ***-***-**-** mobil nömrəsi daxil edilmişdir. Telefona baxış zamanı həmçinin zənglər və mesaj bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. (Cild 2, i.v. 6-7) Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus “Honor” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin telefonun sim kart yerinə daxil edilmiş ********** mobil nömrə ilə ********** mobil nömrə arasında xx.xx.2019-cu il tarixdə, saat 11:59:49-da 44 saniyə, həmin tarixdə saat 17:52:48-də 27 saniyə, həmin tarixdə saat 18:45:43-də 25 saniyə, 29.09,2019-cu il tarixdə, saat 10;53;04-də 14 saniyə telefon danışığı olmuşdur. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. (Cild 2, i.v. 8-9) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X7 ad soyadlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. (cild 02, iş vər. 64-65) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 102). “«xxxxxxxxxxxxxxxx» MMC-dən təqdim edilmiş telefon danışıqlarına dair CD-də olan məlumatlara baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** və mərhum Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ********** saylı mobil telefon nömrələrinə daxil olmuş və çıxmış zənglərin vaxtı, müddəti, sahibləri, habelə həmin dövrdə göndərilən və daxil olan "SMS”-lərin mətni və tarixi barədə məlumatların köçürüldüyü 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında 2019-cu ilin sentyabr ayının 26-dan başlayaraq bir neçə dəfə telefon danışığı qeydə alınmışdır. İstintaq materiallarından da təsdiq edildiyi kimi Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs1 zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Qeyd olunan dövr ərzində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında hər hansı mesajlaşma müəyyən edilməmişdir. (cild 2, i.v. 110-112) “«xxxxxxx» MMC-dən təqdim edilmiş telefon danışıqlarına dair CD-də olan məlumatlara baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mol telefon nömrəsi onun adına qeydiyyatda olmaqla, Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsindən aktiv şəkildə istifadə etməmiş, hadisə olan gün, yəni xx.xx.2019-cu il tarixdə ona yalnız 01 dəfə, -**********10 saylı mobil nömrədən zəng gəlmiş, həmin vaxt da aranan, yəni Təqsirləndirilən şəxs sonuncu cinayəti törətdiyi yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində olmuşdur. (cild 02, iş vər. 128) “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi X2 tərəfindən daxil olmuş Təqsirləndirilən şəxs yaşadığı evdə olan ***-***-**-** nömrəli ev telefonuna daxil olmuş və çıxmış zənglərin vaxtı barədə 06 vərəqdən ibarət müvafiq sənədlərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan telefon nömrəsindən əsasən ev telefonlarına zəng edilmiş və qəbul edilmişdir. Həmin ev telefonlarının sahibləri ilə bağlı hər hansı bir məlumat göstərilməmişdir. Həmin telefon nömrəsindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ***-***-**-** saylı mobil telefon nömrəsinə, xx.xx.2019-cu il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsinə, xx.xx.2019-cu il tarixdə isə iki dəfə ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edilmişdir. Həmin telefon nömrələrinin sahibləri barəsində cinayət işinin materiallarında hər hansı bir məlumat yoxdur. (cild 02, iş vər. 130- 137) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 95 №li məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində sağ əlin arxa səthinin sıyrıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən şəxsin ölümündən bir neçə saat əvvələ qədər törənməklə, 29.09,2019-cu il tarixə uyğun gəlir və canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs1 meyitində sol ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol ənsə-gicgah nahiyəsinin 1 ədəd, sol ənsə-təpə nahiyəsinin 1 ədəd, sol alın-təpə nahiyəsinin 1 ədəd, sol bazu oynağının 1 ədəd, sol saidin hər nahiyədə bir ədəd olmaqla (cəmi 5 ədəd) kəsilmiş yaraları, sağ bazu oynağının 1 ədəd, sol əlin üst səthinin 3 ədəd, boyunun solyan səthinin 2 ədəd, döş qəfəsinin arxa səthinin onurğa üzərində 1 ədəd olmaqla (cəmi 7 ədəd) deşilmiş-kəsilmiş yaraları vardır. Qeyd edilən xəsarətlərdən əzilmiş-cırılmış yara bərk küt əşya, ola bilsin ekspertizaya təqdim edilmiş şüşə qabın küt təsirindən, kəsilmiş yaralar iti kənarlı əşya (alət) təsirindən, deşilmiş kəsilmiş yaralar isə deşici-kəsici alət (alətlər), ola bilsin ekspertizaya təqdim edilmiş bıçaq təsirindən törənmişlər, törənmə müddətləri şəxsin ölümündən bir neçə saata qədər əvvələ uyğun gəlməklə xx.xx.2019-cu il tarixə uyğun gəlirlər və dərəcələrinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 meyitində boyun nahiyəsinin yuxu arteriya və venasının, boyun üzvlərinin tam kəsilməsi ilə müşayiət olunan 1 ədəd kəsilmiş yarası, boyunun ön səthinin sol yarısının 1 ədəd traxeyanın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin daxilə nüfuz edərək kəskin qanitirməyə, ürəyin və sol ağciyərin yaralanmasına səbəb olan 10 ədəd deşilmiş-kəsilmiş yaraları, qarın nahiyəsinin biri yoğun bağırsağın evanterasiyası ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaraları vardır. Qeyd edilən kəsilmiş yara iti kənarlı əşya (alət) təsirindən, deşilmiş-kəsilmiş yaralar isə deşici-kəsici alət (alətlər), ekspertizaya təqdim edilmiş bıçaq təsirindən onun ölümündən az əvvəl törənmişlər və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı- ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb yuxu arteriya və venasının, qida borusunun, traxeyanın, ürəyin və sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir, Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən şəxs xəsarət alanın arxa və nisbətən sol tərəfində olmağa uyğundur, Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 02, i.v. 139-144) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2631 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, həmin şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və qeyd olunan xəstəlikdən məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, i.v. 149-151) Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2123 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs həm müayinə vaxtı, həm də cinayət törədilən zaman hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin ekspertiza rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət törədən vaxt baş verən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, i.v. 152-157) Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli 520-MTKŞ №li ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəkdə və zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus paltarlarda aşkar edilmiş kəsilmiş-deşilmiş və kəsilmiş zədələrin forma, xətti ölçüləri, morfoloji əlamətləri, həmçinin təqdim edilmiş bıçağın tiyəsinin konstruktiv xüsusiyyəılərini nəzərə alaraq demək olar ki, bu zədələrin qeyd olunan bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus köynəyin bütün səthində, şalvarın ön sağ yuxarı, orta, aşağı, sol yuxarı, arxa sağ və sol nahiyələrində olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin sağ yuxarı nahiyəsində, ön səthinin sol orta-aşağı nahiyəsində və şalvarın sol arxa səthinin orta-aşağı nahiyəsində olan qan ləkələri mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxarıdan aşağıya, bəziləri bucaq altında, ola bilsin ki, az hündürlükdən səthə düşən damcılar nəticəsində əmələ gəlmişlər, Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa səthinin sol orta-aşağı nahiyəsində olan bir qrup qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus qolsuz mayka və qısaqol köynəyin üzərində aşkar edilmiş geniş sahəli qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Təqsirləndirilən şəxs məxsus köynəyin on səthində sağda tikilmiş 07 ədəd düymələrdən 3nün (yuxarıdan saymaqla 2-ci, 3-cü və 4-cü düymələr) öz yerində olmaması aşkar olundu. Bu döymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah olunur. Ekspertiza tədqiqatına təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 2, i.v. 159-171) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 775/2019-MTBŞ №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A-beta/ll/, Zərərçəkmiş şəxs2 qan qrupu A/ll/, Təqsirləndirilən şəxs qan qrupu B/lll/-dür. Həmin rəyə əsasən mərhum Zərərçəkmiş şəxs1 məxsus köynək, cins şalvar, Təqsirləndirilən şəxs məxsus sonuncunun mənzilinin hamam otağından götürülmüş qısaqol köynək, cins şalvar, mayka və hadisə yerindən götürülmüş maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 03 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş ləkələrdə, eləcə də Zərərçəkmiş şəxs2 məxsus qısaqol köynək, mayka, həmçinin bir ədəd mətbəx bıçağı üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Rəyə əsasən Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərindəki qan onun özünə, Zərərçəkmiş şəxs2 paltarlarının üzərindəki qan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs paltarlarında, bir ədəd mətbəx bıçağının tiyəsi üzərində, hadisə yerindən götürülmüş maddi sübutlar üzərindəki izləri götürmək üçün nəzərdə tutulmuş 03 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş qan (A-beta/ll/) həm mərhum Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 məxsus ola bilər, Təqdim edilən mətbəx bıçağının dəstəyinin sağ səthində (dəstəyi özünə sarı, tiyənin iti kənarını aşağı tutmaq şərti ilə) aşkar olunan qan Təqsirləndirilən şəxs məxsus ola bilər. Bıçağın dəstəyi üzərindəki ləkələrdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanının olması inkar olunur. Təqsirləndirilən şəxs məxsus trusik üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. (cild 02, iş vər. 172-178) “Əşyanın tanınması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə hadisə yerindən götürülmüş dəstəyi ağac materialdan hazırlanmış, ümumi uzunluğu 242 mm olan bıçaq və onunla xarici görünüşcə oxşar digər bıçaqlar müvafiq olaraq 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmiş halda xx.xx.2019-cu il tarixdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu qeyd olunan bıçaqlara baxaraq, cinayətin aləti qismində istifadə etdiyi “2” nömrə ilə nömrələnmiş bıçağı rəngindən, əlamətlərindən, ölçülərindən tanıdığını bildirməklə, həmin bıçaqla Zərərçəkmiş şəxs1 öldürdüyünü və Zərərçəkmiş şəxs2 da öldürməyə cəhd etdiyini bildirmişdir. (Cild 2, i.v, 201-202) Əlavə məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 24/2020- MTKŞ №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. (Cild 2, i.v. 243-246) Əlavə məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 41/2020-MTBŞ №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus cins şalvar, Zərərçəkmiş şəxs1 məxsus kəmər, ünvan 3 mənzil 12 ünvanından götürülmüş eynək, 2 ədəd şüşə (vaza) qırıqları üzərində insan qan ləkələri aşkar olundu. Həmin qan ləkələri Zərərçəkmiş şəxs1 və eyni qruplu Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Həmin maddi sübutlar üzərində təqsirləndirilən Təqsirləndirilən şəxs qanının olması inkar olunur, (Cild 2, i.v. 247-252) “Maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evin 12 nömrəli mənzilindən götürülmüş, cinayətin aləti qismində istifadə edilmiş şüşə materialdan ibarət vaza və onun qırıqları, 3 ədəd qan nümunəsi, DVR formatlı video qeydiyyat cihazı, kamera görüntülərinin olduğu 1 ədəd DVD disk, 1 ədəd eynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd cins materialdan olan şalvar, bir ədəd mayka, bir ədəd tuman və bir cüt corab, mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək və üzərində dəri kəmər olan bir ədəd cins materialdan olan şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus Binəqədi rayonu, Z.Qənbərov küçəsi ev 1, mənzil 23 ünvanından götürülmüş və hər iki cinayət əməlinin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq, 3 ədəd qan nümunələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir ədəd üzərində qanabənzər ləkələr olan cins materialdan olan şalvar öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. (Cild 3, i.v, 1-2) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ilkin ifadələrində Zərərçəkmiş şəxs2 öldürməyə cəhd edən zaman sonuncunun oğlu Şahid9 tanımaması barədə qeyd etdiyi xüsusatlar özünü müdafiə kimi qiymətləndirilərək sübut kimi qəbul olunmadan rədd edilmiş, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilməklə, ona həmin məcəllənin 120.2.4, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.7 və 120.2.9 maddələri ilə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128, 131, 157 və 228.4-cü maddələri cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs və Şahid1 xəsarət alması xüsusatı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1, Şahid2, Şahid11 və Şahid10 barələrində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə hadisə yerinə və meyitə baxış zamanı götürülmüş sübut əhəmiyyətinə malik olmayan Zərərçəkmiş şəxs1 əynində olan şalvarın sağ yan cibindən aşkar edilmiş 10 ədəd beş manatlıq, 2 ədəd bir manatlıq əsginaslardan ibarət 52 manat pul və 2 ədəd mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon, sürücülük vəsiqəsi, bonus kartı, iş yerindən verilmiş xidməti vəsiqə sonuncunun qardaşı Şahid1 qaytarılması qərara alınmışdır. (cild 03, iş vər. 03-28) Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısının üstündə (blokda) və evin qonaq otağında quraşdırdığı kameraların xx xxxxxxxx 2019-cu il tarixə olan video görüntülərin qeyd olunduğu bir ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə Baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək və ifadələrini elan etməklə tədqiq edərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün həmi ibtidai istintaq zamanı və həmçinin məhkəmə baxışı zamanı işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri və elan edilərək tədqiq edilmiş ifadələri, həmçinin hadisənin baş verməsinin əks olunduğu videogörüntülər, iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarlarındakı tövsiyələrini, həmçinin işin faktiki hallarını nəzərə alıb, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Bakı şəhəri, Suraxanı rayonu, Bul-Bülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evin 12 nömrəli mənzilindən götürülmüş, cinayətin aləti qismində istifadə edilmiş şüşə materialdan ibarət vaza və onun qırıqları, 3 ədəd qan nümunəsi, 1 ədəd eynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd cins materialdan olan şalvar, bir ədəd mayka, bir ədəd tuman və bir cüt corab, mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək və üzərində dəri göndən kəmər olan 1 ədəd cins materialdan şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus Binəqədi rayonu, Z.Qənbərov küçəsi ev 1, mənzil 23 ünvanından götürülmüş və hər iki cinayət əməlinin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq, 3 ədəd qan nümunələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd mayka və 1 ədəd üzərində qanabənzər ləkələr olan cins materialdan şalvar dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, Bakı şəhəri, Suraxanı rayonu, Bul-Bülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evin 12 nömrəli mənzilindən götürülmüş DVR formatlı video qeydiyyat cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara xx xxx 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.4 və 29,120.2.10-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Bakı şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Bakı şəhəri, Suraxanı rayonu, Bul-Bülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evin 12 nömrəli mənzilindən götürülmüş, cinayətin aləti qismində istifadə edilmiş şüşə materialdan ibarət vaza və onun qırıqları, 3 ədəd qan nümunəsi, 1 ədəd eynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd cins materialdan olan şalvar, bir ədəd mayka, bir ədəd tuman və bir cüt corab, mərhum Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək və üzərində dəri göndən kəmər olan 1 ədəd cins materialdan şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus Binəqədi rayonu, Z.Qənbərov küçəsi ev 1, mənzil 23 ünvanından götürülmüş və hər iki cinayət əməlinin törədilməsində istifadə olunmuş 1 ədəd bıçaq, 3 ədəd qan nümunələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd mayka və 1 ədəd üzərində qanabənzər ləkələr olan cins materialdan şalvar dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evin 12 nömrəli mənzilindən götürülmüş DVR formatlı video qeydiyyat cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq “Fides” Vəkil Bürosunun “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəqliyyat filialındakı hesabına (kod 805711, VÖEN **********, SWİFT İBAZAZ2X, hesab №-si AZ03NABZ********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-421/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-421/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver