Məhkəmə qərarları › İş №1(101)-422/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-422/2023

07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-422/2023 07.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Pro-Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 və Mənsimov Pərvin oğlu , Müdafiəçi3, Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həbsxanasında cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, 4 yanvar 1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ünvansız fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 4 ünvanında yaşamış, lakin məhkumluğu ödənilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 5 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 arvadı - Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs3 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 əri - Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs3 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs3 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmət 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmiş, belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs3 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmış, 24 yanvar 2022-ci il tarixdə isə saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Məhkəmə iclasında ifadə verməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs2 elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən təxminən 2-3 gün əvvəl həmin ərəfədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 yanına getmiş, orada onunla görüşən zaman Anar bir şəxsin 23 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasından Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini deyib onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Özü də Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar ona onda bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini ona vermişdir. 23 yanvar 2022-ci il tarixdə, günorta vaxtı Emilə zəng edib Anarın deməsinə görə kiminsə Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini, ondan həmin ehtiyat hissəsini gedib götürməyini, lakin xəstə olduğu üçün onu götürə bilməyəcəyini dediyini, Anarın isə həmin ehtiyat hissəsini götürmək üçün Emilə deməyini bildirib Emildən Anarın dediyi ehtiyat hissəsini gedib götürməsini xahiş etmiş, Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demişdir. Özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng edərək ondan ehtiyat hissəsini təhvil alacaq şəxs olduğunu bildirmiş və nə vaxt götürə biləcəyini soruşmuş, həmin şəxs də həmin gün saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demişdir. Bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan 2 saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, o, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında qorxduğu üçün yaşadığı evdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 1 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisənin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 01 fevral 2022-ci il tarixdə şübhəli və 03 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həmçinin göstərmişdir ki, 1998-ci ildə Rahim Məmmədovla ailə həyatı qurmuş, bu nikahdan üç övladı dünyaya gəlmişdir. 2015-ci ildə əri Rahim Məmmədov infarkt keçirdiyi üçün vəfat etmişdir. Bir qızı hazırda ərdədir, digər qızı isə onunla birlikdə yaşayır. Hazırda 17 yaşında olan oğlu isə 2020-ci ilin noyabr ayında qonşuluqda yaşayan şəxslə dalaşıb ona xəsarət yetirdiyinə görə həbs edilib və barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə Sumqayıt şəhər prokurorluğunda istintaq aparılaraq məhkəmə məsuliyyətinə verilib. Son olaraq məhkəmə qərarı ilə oğlu 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd etdiyi vaxtdan da oğlu həbsdədir, hazırda yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəssisəsində saxlanılır. 2019-cu ilin yanvar ayında Nərimanov metrostansiyasının yaxınlığında təsadüf nəticəsində ya 1988, ya da 1989-cu ildə Bakıda anadan olmuş, Bakı şəhərində, Binəqədi rayonunun “Xutor” qəsəbəsi adlanan ərazisində dəqiq bilmədiyi ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1la tanış olduqdan 7-8 ay keçdikdən sonra həmin ilin sentyabr ayında onunla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Anar özünə məxsus avtomobillə fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmuş, özü də dayəlik etməklə pul qazanmış və bu yolla dolanışıqlarını təmin etmişlər. 2020-ci ilin fevral ayında Anarın idarə etdiyi avtomobildən silah və narkotik maddə aşkar edildiyinə görə həbs edilmiş və məhkəmə hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, hazırda Ədliyyə Nazirliyinin tabeliyində olan 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Anar həbs edilsə də, onunla münasibətləri davam etmiş, hətta 2021-ci ilin yay ayında Anarla rəsmi vətəndaş nikahına daxil olmuşlar. 2021-ci ilin iyun-iyul aylarında Anarın görüşünə gedən zaman söhbət əsnasında Anara döş hissəsində şiş olduğu üçün ağrıları olmağından söz açmış, Anar da ona İran İslam Respublikasında tanışları olduğunu, onların yanına gedərək müayinə və müalicə olunmağını, hətta əməliyyat etdirməyi təklif etmişdir. Anara orada tanışları olmadığını dedikdə Anar oradakı tanışının həyat yoldaşı ilə danışmağını, onunla münasibət qurduqdan sonra bu məsələdə yekun qərar verməyini demişdir. Anarla razılaşdığı üçün Anar Rza adlı tanışının +**********92 saylı mobil nömrəsini vermiş, 3 gün sonra Anar zəng edərək Rza ilə danışıb-danışmamağı ilə maraqlanmış, Anara birdən-birə, durduq yerə Rzaya zəng edə bilməyəcəyini demiş, Anar isə Rza ilə danışdığını, bu barədə ona məlumat verdiyini, Rzanın və həyat yoldaşının onun zəngini gözlədiyini bildirmişdir. Bundan sonra “Whatsapp Messenger” vasitəsi ilə Rzanın nömrəsinə zəng edib özünü təqdim etmiş, o isə evdə olmadığını, evə çatdıqda həyat yoldaşı ilə danışdıracağını demişdir. Təxminən 2 saat sonra Rzanın istifadəsində olan nömrədən zəng gəlmiş və Rzanın Nigar adlı həyat yoldaşı ilə danışıb problemlərini ona bildirmişdir. Nigar da ona mütləq həkim müayinəsinə gəlməli olduğunu demiş, özü isə ona pandemiya vəziyyəti ilə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. Nigar isə ona xəstəliyi ilə bağlı sənəd ala biləcəyi halda İran İslam Respublikasına səfər edə biləcəyini demiş, bundan sonra da bir neçə dəfə Rza və həyat yoldaşı Nigarla “Whastapp Messenger” vasitəsi ilə danışmışlar. Sonradan isə oğlunun məhkəmələri ilə əlaqədar başı qarışdığı üçün bu işlərlə məşğul ola bilməmişdir. Təqsirləndirilən şəxs3 səhv etmirsə 2021ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, belə ki, həmin vaxt Anarla görüşən zaman Anar Emilin cəzaçəkmə yerinə dustaqlar üçün siqaret, lazımi ləvazimatlar göndərdiyini bildirib onunla əlaqə yaratmağını, lazım olduqda onun verdiyi yükləri götürüb cəzaçəkmə müəssisəsinə gətirməyini, hətta özü gələ bilməyəcəyi halda ona göndərəcəyi əşyaları Emilə verməyi bildirmişdir. Özü Emilin istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsini götürmüş, bundan bir neçə gün sonra Emilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Anarın həyat yoldaşı olduğunu demişdir. Emil də ona cəzaçəkmə müəssisəsinə hər hansı bir əşya göndərəcəyi halda onunla əlaqə saxlayacağını bildirmiş, Anarın deməsinə görə onun sinif yoldaşı olmuş Elnarə adlı xanıma bənzətdiyindən özü də ona Elnarə deyə müraciət etmiş, hətta onun vasitəsi ilə tanıdığı adamlara da onu Elnarə kimi təqdim etmişdir. Emillə ilk görüşləri aralarında danışıq olduqdan 10-15 gün sonra olmuşdur. Belə ki, həmin vaxt Bakı şəhərində, Bakıxanov küçəsində, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yaxınlığında Emillə görüşüb ona içərisində yemək, siqaret, şirniyyat olan çantanı vermiş və o da çantanı əri Anara çatdırmışdır. Bir neçə dəfə də Emil ona oğlunun yanına gedən zaman bir blok siqaret vermiş, aralarında başqa hər hansı bir münasibət olmamışdır. 22 yanvar 2022-ci il tarixdə, saat 17-18 radələrində Anar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ertəsi gün, yəni 23 yanvar 2022-ci il tarixdə bir şəxsin traktor ehtiyat hissəsi gətirəcəyini deyib, onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar onda bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini vermişdir. Emillə bu barədə danışıb xəstə olduğunu, həm də nəvəsinin onlarda olduğunu deyib Anarın dediyi ehtiyat hissəsini götürməsini xahiş etmişdir. Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demiş, özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng etmiş və ondan ehtiyat hissəsini təhvil alacağını bildirmişdir. Həmin şəxs də həmin gün, saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demiş, bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan 2 saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, o, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə qorxduğu üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırmış və sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 1 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir.Emil tutulduqdan sonra ehtiyat hissəsinin içərisində narkotik vasitə olmasını bilmiş, həmin maddənin kimə məxsus olduğunu bilməmiş, amma Anar həmin ehtiyat hissəsini bir nəfər şəxsin gəlib götürəcəyini demişdir. Təqsirləndirilən şəxs3 nə İşlə məşğul olduğunu bilməmiş, lakin narkotik maddələrdən istifadə etdiyini Anarın sözlərinə əsasən bilmiş, özü bunun şahidi olmamış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını nə görmüş, nə də eşitmişdir. Rzanın istifadəsində +**********92 saylı mobil nömrə olmuş, Təqsirləndirilən şəxs3 içərisində narkotik vasitə olan ehtiyat hissəsini götürməyə ilk əvvəl tək getdiyini bilsə də, Rza ona iki nəfərin tutulduğunu demişdir. Emilin yanında olan adamın kim olduğunu bilməmiş, Təqsirləndirilən şəxs4 tanımamışdır. Təqsirləndirilən şəxs3 izahat və ifadəsində ondan 200 manat və 300 manat olmaqla ümumilikdə 500 manat borc pul aldığını hansı səbəbdən göstərdiyini bilmir, ona hər hansı məbləğdə borc pul verməmişdir. Anar onu Elnarə adlı sinif yoldaşına bənzətdiyi üçün Elnarə deyə xitab etmiş və tanışlarına da bu adla təqdim etmişdir. Məhkumluq həyatı yaşamamış, Emillə də elə hər hansı bir məclisdə görüşməmişdir. Emillə tanışlıqları ifadəsində qeyd etdiyi kimi olmuşdur. Emilin hansı səbəbdən belə ifadə verməsini başa düşə bilmir. Həyəcan keçirdiyi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 23 yanvar 2022-ci il tarixdən, yəni Təqsirləndirilən şəxs3 tutulduqdan sonra Anarla 2 gün ərzində təxminən 10 dəfə danışmış, amma sonradan Anar dava etdiyinə görə dörd nəfərlik, cəza kamerasında olduğu üçün onunla nə danışa, nə də görüşə bilmişdir. Anarla həmin danışıqları qısa müddətli olmuş, şəxsi məsələlərdən danışmışlar. Emilin tutulması ilə bağlı soruşduqda, Anar ona telefonların dinlənildiyini demiş, odur ki, bu mövzuda danışmamışlar. Hər dəfə Anara bu barədə söz demək istəyəndə Anar onun sözünü kəsərək əlaqənin dinlənildiyini xatırlatmış, ona görə də çox söz deyə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə “Sizin mobil telefonunuza baxış keçirilərkən “Whatsapp” proqramında sizin istifadə etdiyiniz ***-***-**-** saylı mobil nömrənizdən telefonunuzun adlar bölməsində “Lalow” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə “Lali, bu Emili tutmamışdılar?, məni sizdən gəlib axtarırdılar axı. Bu günləri, bu gün yox e, dünən aformit elədilər, göndərdilər getdi Kürdəxanıya. Day mənə elə də qorxusu yoxdur, nətər qorxusu yoxdur? Gözə görsənməyəcəyəm da, axtardılar-axtardılar, gördülər çıxmıram ortalığa. Prosto sən ora gedəndə bu nömrə, başqa uşaqdır da kimdirsə tutulub, onun telefonunda olub mənim nömrəm, yaxşı? deyirəm bəlkə heç o deyil, o vaxt əxi var idi ее, Anar gedib telefon-zad götürmüşdü mənim adıma, mənim adıma götürməmişdi e, məni zamin kimi, deyirəm bəlkə ona görə məni axtarırlar, nə isə da axırı. Prosto orada nə badə mənim adımı çəkmə da, demə xalama vermişəm. Çünki xala desən, bildin? Deyəcəklər ki, xalan gəlsin, mən də ora gedən kimi, mənim şəklimi görən kimi vsyo, naxadı getdim. Yaxşı Lalə? Allah haqqı bezmişəm e, belə gəzməkdənsə çöldə, elə gedib tutulmaq hamısından yaxşıdır. Bir dənə Şəfiyə görə qalmışam belə. De ki, itirmişəm, qurtardı. Yaxşı lalə sənə qurban? Birdən səni dilə tutarlar, müstəntiq kimi da, yadındadır, Xəqani kimi, de ki, heç nə, itirmişəm, de ki, o vaxt itib nömrəm, ondan sonra da heç maraqlı olmayıb mənim üçün nömrə. Xalanın adını çəkmə, çəkdin vsyo. Pox-poxa qarışacaq. Çünki mənə zəng elədi, dedilər ki, bəs, Emil uje aformut oldu, sənin məsəl üçün dalınca gələn olmayacaq, amma ortalığa çıxma. Ona görə deyirəm ki, gedəndə de ki, o vaxt itirmişəm, vəssalam. Nə də onlar səni saxlaya bilməzlər. Yaxşı lalə?” məzmunlu səsli mesaj göndərməsi müəyyən edilmişdir. O isə bütün bu olanlar barədə məlumatsız olduğunu bildirmişdir. “Telefonunun adlar bölməsində ***-***-**-** saylı mobil nömrə ilə “Lalow” adı ilə qeyd edilmiş şəxs kimdir və siz nə üçün həmin şəxsə Təqsirləndirilən şəxs3 tutulması barədə məlumat verərək axtarıldığınız zaman həmin nömrəni itirməsi kimi bildirməsini tapşırmışınız və söhbət konkret olaraq hansı mobil telefon nömrəsindən gedir” sualı verilmiş, o, bu suala “Telefonumun adlar bölməsində “Lalow” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı mobil nömrə bacımın qızı Fəxrəndə Hüseynovaya məxsusdur. Mən bu hadisədən təxminən 2-3 gün sonra onlara getmişdim və ağlayırdım. Fəxrəndə məndən nə üçün ağladığımı soruşmuşdu, mən də Anarın mənə ehtiyat hissəsi götürməyi tapşırdığım və sonrada baş verənlər barədə ona danışmışdım. Həmçinin həmin ərəfədə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin müstəntiqi ona məktub göndərərək ***-***-**-** saylı mobil telefon nömrə onun adına olduğu üçün ifadə vermək üçün istintaq şöbəsinə çağırmışdı. Həmin nömrəni isə mən istifadə edirdim. Amma 4-5 ay olar ki, onu işlətmirdim. Ona görə də bacımın qızı Fəxrəndəyə tapşırdım ki, başı ağrımasın və get-gələ düşməsin deyə gedib ifadə verəndə desin ki, nömrəni itirmişəm” cavabını, “Həmçinin sizin mobil telefonunuza baxış keçirilərkən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefonun “adlar” bölməsində “Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxslə xx.xx.2022-ci il tarixdə saat 14:00-dan saat 14:06-dək olan müddət ərzində yazışmadan müəyyən edilir ki, sizin qızınız sizin mobil telefonunuza cavab verərək sizin saxlanıldığınızı bildirmiş, həmin şəxs isə “Yaxşı anam. Dedim da ona uzaq ol bu zibillərdən” məzmunlu mesaj göndərmişdir. Mobil telefonunuzda olan yazışmalar sizə təqdim edilir. Siz xx.xx.2022-ci il tarixdə saxlanılmışdınızsa xx.xx.2022-ci il tarixdə nə üçün telefonunuzun adlar bölməsində “Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxsə tutulmadığınız halda tutulduğunuz barədə məlumat vermişiniz? və həmin şəxs sizin mobil nömrəyə yazdığı mesajda “Dedim da ona uzaq ol bu zibillərdən” dedikdə nə demək istəmişdir” sualına, “***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefonumun “adlar” bölməsində “Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxs mənim tanışımdır. Belə ki, onun qardaşı mənim həyat yoldaşım Anarla dost olublar. Cəmilə ona görə də həmişə mənə məsləhət verirdi ki, Anardan uzaqlaşım, tez-tez belə məsləhətlər verdiyindən bezmişdim, ona görə də qəsdən qızımın adından guya tutulduğumu bildirdim ki, bir daha məni narahat etməsin” cavabını, “Mobil telefonunuza baxış keçirilərkən ***-***- **-** saylı mobil telefon nömrəsi ilə “Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxsə “vatsap” proqramında “gülü mən öldürəcəyəm sevinci”, ondan sizə “niyə?” sizdən ona “ciracam onu, mənimlə oyun oynayır, əri petuxia, Anarin da ölüsünü XXXXX”, ondan sizə “həqi, nə oldu ki”, sizdən ona “XXXX məni əsəbə salıblar Gülü”, ondan sizə “nə edib?”, sizdən ona “XXXX” edirəm Anarı da, elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anarı da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajların göndərildiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxs kimdir, mesajlarda adı keçən Anar adlı şəxs kimdir? Nə üçün mesajlarda Anar adlı şəxsdən narazılığınızı bildirmişiniz” sualına “***-***-**-** saylı mobil telefon nömrəsi və “Gulum Gence” adı ilə telefonumun “adlar” bölməsində qeyd edilmiş şəxsin adının dəqiq nə olduğunu bilmirəm, onu mənimlə Anarın dostu Rüfətin arvadı Sevinc tanış etmişdi və aramızda normal rəfiqə münasibəti yaranmışdı. Ona görə də hərdən onunla dərtləşirdim. Bu səbəbdən Anarın başıma açdığı bu hadisəni ona da danışmışdım” cavabını, “Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 100 manat pulun "xxxx" bankının kartı hesabına 100 manat pul köçürülməsinə dair qəbz aşkar edilmiş, Təqsirləndirilən şəxs3 qeyd edilən pulun kimə və hansı məqsədlə köçürdüyünü soruşduqda o, qeyd edilən 100 manat pulun sizin kartınıza köçürdüyünü və sizə borcu olduğu üçün köçürdüyünü bildirmişdir. Bu barədə nə deyə bilərsiniz” sualına “Təqsirləndirilən şəxs3 yalan ifadə veribdir. Onun mənə heç bir borcu yox idi. Mən özüm imkansız adamam, mənim o qədər pulum yoxdur ki, kiməsə borc pul verəm. O, qeyd edilən 100 manat pulu mənim kartıma köçürmüşdü ki, hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, həyat yoldaşım Təqsirləndirilən şəxs1 yanına gedəndə Emilin adından ona bəzi şeylər alıb aparım” cavabını vermişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən ifadələri ilə əlaqədar verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Anar tutulduqdan sonra sonuncunun yanına gedə bilməsi üçün aralarında nigah bağlamışlar. Oğlum qonşuyla mübahisə etdiyi üçün məhkum edilmiş hal-hazırda cəzaçəkmə müəssəsində cəza çəkir. Anar tutulmamışdan qabaq narkotik vasitə istifadə etdiyini bilməmişdir. Digər təqsirləndirilən şəxsləri demək olar ki, tanımır. X28 vasitəsilə tanımış,Anar Musayevi isə Təqsirləndirilən şəxs1 tutulmadığı dövrdə onunla tanış etmişdir. Təqsirləndirilən şəxs1 da X28 vasitəsilə tanıyıb. Bildiyi qədər Anar Musayev 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Anar Musayevi tanıyarkən o, hələ tutulmamışdı, lakin həmin zaman həm oğlu, həm əri türmədə olmuşdur. Cəzaçəkmə müəssisəsinə isə yalnız Təqsirləndirilən şəxs1la görüşmək üçün getmişdir. Anar Musayevlə onun tanış olmasında məqsəd həm oğlunun, həm də ərinin türmədə olması, siqaret, pul lazım olanda sonuncuya köməklik edilməsi olmuşdur. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində olanda yalnız Baxtilə ilə əlaqəsi olmuş, başqa şəxslərlə əlaqəsi barədə məlumatsız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 məişət üçün lazım olan hər şeyin sonuncuya çatdırılmasını ondan istəmişdir. Lakin ehtiyat hissələrinə münasibətdə bildirmək istəyir ki, ilk dəfə idi ki, tanımadığı adamdan nəsə götürmüşdür. Hadisə baş verməzdən 2-3 gün əvvəl və Təqsirləndirilən şəxs3 tutulduqdan sonra Anarın göstərişi ilə onun yanına getmişdir. Anar ona balaca ölçülü traktor hissəsi olan dəmir gətirildiyini, onu Ələtdən götürmək lazım olduğunu, götürdükdən sonra həmin ehtiyat hissəsini özündə saxlamasını, Anarın özünün əlaqə saxlayacağı şəxslər tərəfindən özünün Təqsirləndirilən şəxs2 bildirdiyi vaxtda gəlib ondan götürcəklərini bildirmişdir. Anarla tanışlığı tutulmamışdan əvvəl cəmi 8 ay müddət çəkmiş, sonuncunun azadlıqda olduğu dövrdə hansı fəaliyyətlə məşğul olduğunu bilməmişdir. Həmin ehtiyat hissəsini götürdüyü şəxs Azərbaycanlı olsa da kim olduğunu, hansı nəqliyyat vasitəsi ilə gələcəyini bilməmişdir. Həm xəstə olması, həm nəvəsinin yanında olması səbəbindən Ələt limanına gedə bilməmiş, ehtiyat hissəsinin qeyd etdiyi ünvandan götürülməsini Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs3 xahiş etmişdir. Emilə zəng edərək ehtiyat hissəsi olduğunu və Anarın xahişi ilə onun götürülməsini xahiş etmiş, o isə cavabında ehtiyat hissəsini götürə biləcəyini bildirmişdir.Emilə təxminən həmin gün axşam saat 5-6 radələrində “whats up” tətbiqi proqramı ilə zəng etmişdir. Emil də ona öz növbəsində Anarın yanına gedib getməyəcəyini soruşmuş, o da pulunun olmadığını dedikdə o, 100 AZN məbləğində pulu Anarın yanına getmək üçün onun kartına atacağını bildirmişdir. Emil həmin əşyanı götürdükdən sonra ona təhvil verməli, səhəri gün tanımadığı şəxs həmin əşyanı ondan götürməli imiş. Ələkbərlə əlaqə saxlayan zaman sonuncu özünün gəlməməsini, başqa şəxsin göndərilməsini xahiş etmişdir. Emil tutulduqdan sonra bilmişdir ki,əşya özündə qeyri-qanuni maddə ehtiva etmişdir. Özünün tutulduğu gün Təqsirləndirilən şəxs1 xahişi ilə sonuncuya pul aparılması üçün 15 saylı cəzaçəkmə müəssisəsinə getmiş, oradan çıxarkən tutulmuşdur. Emil tutulduqdan sonra heç kimlə 1 həftə ərzində danışmamış, heç kimdən gizlənməmişdir. ********** saylı mobil telefon nömrəsi onun istifadəsindədir. Həmin nömrəyə zəng edən xarici vətəndaşı Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu vasitəsilə onunla bir dəfə danışmışdır. Həmin nömrəylə xəstəliyi ilə bağlı müalicə olmaq üçün İran islam Respublikasına getmək üçün bir dəfə danışmış, amma əvvəlcə oğlunun məhkəməsinin həmin dövrə təsadüf etməsi, həmçinin pandemiya ilə əlaqədar İrana gedə bilməmişdir.Təqsirləndirilən şəxslərdən Tariyeli tanımır, bir dəfə türməyə gedəndə uzaqdan Emilin yanında Tariyeli görmüşdür. Şahid9 də Emilin vasitəsi ilə tanımışdır. 28 mayda Emil və Tariyellə birlikdə Ülvinin mənzilində patı və heroin qəbul etməmişdir. Təqsirləndirilən şəxslərdən Anar onun ünvanını tanıyır.Emil onun yaşadığı məhəlləni tanısa da dəqiq ünvanını bilmir. Anar həmişə telefon vasitəsilə əlaqə saxlaya bilmədiyindən ehtiyat hissələrinin götürülməsini Emildən Təqsirləndirilən şəxs2 özü xahiş etmişdir. Emilin tutulması barədə tanımadığı Rza adlı şəxsdən zəng gələrkən o, Anarla telefonla danışmışdır. Daha sonra Rza adlı şəxs onu bloka atmışdır. Onun hər iki nömrəsi Təqsirləndirilən şəxs1 tərəfindən Rza adlı şəxsə verilmiş, Rza adlı şəxslə əvvəllər danışmamış, ehtiyat hissəsinin məhz həmin şəxs tərəfindən ona göndəriləcəyi barədə məlumatsız olmuşdur. Emilin 100 manatı ona verilməsində məqsədinin həbsxanaya gedəndə həm Anara, həm də oğluna zəruri əşyaları alıb aparması olması barədə ibtidai istintaq dövründəki ifadəni təsdiq edir. Elnarə adını ona Təqsirləndirilən şəxs1 qoyub. Anar Musayev onun adının Baxtilə olduğunu bilirdi. Ehtiyat hissəsini göndərən Rza adlı şəxs onun telefonundan sms-ləri aşkar edilmiş şəxsdir.Anarla telefonda danışan zaman, təxminən axşam radələrində saat səkkiz, səkkizə qalmış zaman Rza adlı şəxs zəng edərək Emilin tutulduğunu ona bildirmişdi. Təqsirləndirilən şəxs1la həmin zaman danışarkən hansı nömrədən istifadə etdiyini xatırlamır. Onu deyə bilər ki, Anarla mobil nömrə ilə danışdığı zaman Rza adlı şəxs ona eyni telefona lakin “whats app” tətbiqi ilə zəng etmişdi. Həmin gündən sonra 24-25 fevral tarixlərində Anarın yanına gedib təqsirləndirilən şəxslərin tutulduğunu və bunun axırının necə olacağını soruşmuş, o isə cavabında heç bir problemin olmadığını və onları iki-üç gün ərzində sərbəst buraxacaqlarını bildirmişdir. Anar ona yenə ehtiyat hissəsinin içərisində narkotik vasitə olmadığını, ehtiyat hissəsinin Azərbaycan ərazisinə girişinin qadağan olduğunu, bu səbəbdən onların tutulduğunu, araşdırmadan sonra onları sərbəst buraxacaqlarını söyləmişdir. Şahid12 mobil nömrəsini tanımadığı üçün ona gizli nömrə ilə zəng vurmuş, istifadəsində olan hər iki nömrəni ayrı-ayrı mobil telefonlarda paralel şəkildə istifadə etmişdir. Rzanın onun hər iki nömrəmi bilməsindən məlumatlı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun barəsində istintaq düzgün aparılmamışdır. Hazırda o, Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə məhkum olunduğuna görə cəza çəkir. Onun hazırki cinayət işindən və 10 ay davam etmiş istintaqdan xəbəri olmamışdır. İttiham olunan cinayətlərlə bağlı heç bir sübut, o cümlədən telefon danışıqlarına dair məlumatlar mövcud deyildir. O, tutulanların heç birini tanımır, onlarla heç vaxt telefon danışığı aparmamış, ümumiyyətlə ünsiyyəti olmamışdır. Emilin onun yanına görüşə gəlməsi və hər hansı əşya gətirməsi də həqiqəti əks etdirmir. İstintaq dövründə də araşdırılmışdır ki, bu adda olan adam onun yanına gəlməmişdir. Həbsxanaya gələn istənilən şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilir və bu barədə qeydiyyat aparılır. Həmçinin, Rza adlı şəxsi tanımır və onun yanına gəlməmişdir. O, cəza almamışdan əvvəl, İranla əlaqəsi olmuş, orada tutulmuşdur. Lakin Rza adlı şəxsi orada görməmişdir. Cəzaçəkmə müəssisəsində İranla yaxınlığı olan adamı tanımır. Cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Təqsirləndirilən şəxslərdən yalnız Baxtiləni tanıyır. Baxtilə görüş günlərində - ayda bir dəfə onun yanına gəlmiş, onunla telefonla danışmışdır. Baxtilə onun azadlıqda olan işlərinin heç birində kömək etməmişdir. Baxtilənin Emillə tanışlığı Anar Musayev vasitəsilə olmuşdur. O, 2020-ci ildə tutulmuş, Anar Musayev isə təzə tutulmuşdur. Onun traktor hissəsi ilə, o cümlədən Baxtilənin həmin ehiyat hissəsini götürməsi, ona zəng gəlməsi və zəngdə İrandan gələn ehtiyat hisssəsi ilə bağlı xəstə olduğuna görə limana gedə bilməməsi barədə məlumatı yoxdur. Baxtilə ilə ədavəti, düşmənçiliyi olmamışdır. O, Baxtilə ilə 1 ildir ki rəsmi qaydada nigaha daxil olmuşdur. Bu müddət ərzində Baxtilə onun yanına gəlmiş,ərzaq gətirmişdir. Baxtilənin onunla ədavətinin olub-olmadığını, nəyə görə İran Respublikasından göndərilən ehtiyat hissəsinin götürülməli olmasını Anarın ona deməsi məzmununda ifadələr verməsinin səbəbini bilmir. Baxtilənin onun olduğu cəzaçəkmə müəssisəsində başqa şəxslə görüşü olmamışdır. Baxtilənin cəzaçəkmə müəssisəndə və ondan kənarda olan tanışlarından Anar Musayevlə tanışlıq münasibəti var. Anar Musayev əslən İranlı olan Rzaya görə tutulmuşdur. O, Anar Musayevin vasitəsilə Baxtiləyə nəsə söz çatdırmamışdır. Baxtilə ilə hər gün 10 dəfə danışmışdır. Aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 verilən suallara cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 “Gülüm Gəncə” adlı şəxslə barəsində danışdığı Sevinc xanım Rüfət adlı cəzaçəkmə müəssisəsindən tanıdığı şəxsin yoldaşıdır. Baxtilənin Sevincin tanış etdiyi “Gülüm Gəncə” adı ilə telefonda qeyd etdiyi şəxslə danışıq zamanı bütün bunların Baxtilənin başına onun açmağını qeyd etməsinin səbəbi X16 Anarın karsdan çıxarılması məqsədilə pul verilməsi üçün oraya çağırtdırması olmuşdur. Nə Təqsirləndirilən şəxs3, nə Təqsirləndirilən şəxs4, nə iranlı şəxsi tanımamışdır. Belə ki, Cəzaçəkmə müəssisəsində İran nömrəsi ilə əlaqə saxlanılması imkan xaricindədir, “whats up” tətbiqi proqramı olması üçün də mobil telefonlardan istifadəyə yol verilmir. Həmin şxsləri bir-birilə tanış edən şəxs Anar Musayev olmuşdur. O özü də Təqsirləndirilən şəxs2 ilə nikaha girdikdən sonra onun adının Elnarə olmadığını bilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 əxi Anar vasitəsilə tanıdığını bildirmişdir. Əxi Anar dedikdə Təqsirləndirilən şəxs1 nəzərdə tutmur. Təqsirləndirilən şəxs1 ilk dəfə məhkəmədə görmüşdür. Baxtilənin həbsxanada övladı olması səbəbindən ona maddi köməklik göstərirlər. “Əxi Anar” Baxtiləni onlara Elnarə olaraq tanıtmış və Baxtilə ilə tanışlığının xırdalıqları barədə əxi Anarla onun arasında hər hansı söhbət olmamışdır. Zərurət olduğu təqdirdə Baxtilənin oğluna maddi kömək etməklə kifayətlənməmiş, ehtiyacı olan predmetləri də ona təqdim etmişdir. “Əxi Anar” hal-hazırda tutulsa da, Baxtilə ilə onu tanış edən zaman azadlıqda olmuşdur. Belə ki “Əxi Anar” Baxtilə ilə onu tutulmamışdan 7-8 ay əvvəl tanış etmişdir. Ehtiyat hissəsini ona götürmək lazım olduğunu Baxtilə demişdir, belə ki sonuncu nəvəsinin yanında olduğundan götürməli olduğu ehtiyat hissəsinin arxasınca getməyi ona tapşırmışdır. Baxitlənin nə işlə məşğul olması barədə heç bir məlumata malik deyil, sadəcə insan kimi oğlunun həbsxanada olması ilə əlaqədar ona kömək etmişdir. Özü uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar 7 dəfə məhkum olunmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və satışla əlaqədar məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxslərdən həmçinin taksi sürücüsü qismində Tariyeli tanımış, onun harada yaşamasından ümumiyyətlə xəbəri olmamışdır. Tutulana qədər “Zavağzalnidə” yaşamış, taksi xidmətinə ehtiyacı olduğu hallarda Tariyellə əlaqə saxlamışdır. Aralarındakı münasibətlər də taksi – müştəri xidmətlərindən kənara çıxmamışdır. Tərəfindən narkotik vasitəni tanıdığı şəxslərdən əldə edilsə də Azərbaycan Respublikasından kənarda olan şəxslərdən narkotik vasitə almamışdır. “Əxi Anarın” narkotik vasitə istifadə edib-etmədiyini bilmir, “Əxi Anar” onun yanında narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib-etmədiyini bilmir. Əxi Anar onu Baxtilə ilə tanış etdikdən sonra sərbəst şəkildə Baxtilə ilə əlaqə saxlamışdır. Baxtilə kömək lazım olanda onunla əlaqə saxlamışdır. O da elə olubdur ki, Baxtilədən pul götürmüşdür. Baxtilənin ona dediyi ehtiyat hissəsini axşam saat 6-da Ələtdən, tır şoferindən götürməli idi. Baxtilədən maşın ehtiyat hissəsini hansı səbəblərdən əldə etdiyini soruşmamışdır. Həmin ehtiyat hissəsini görməmişdir. Ələtə onu aparması üçün Tariyeli çağırmış, ehtiyat hissəsi balaca əşya olduğuna görə onun Tariyelin maşınına yerləşəcəyini fikirləşmişdir. Həm də fikirləşmişdir ki, əgər həmin ehtiyat hissəsi böyük ölçüdə olsaydı ona böyük maşınla getməsi tapşırılardı. Gediş üçün xidmət haqqı 60 manat müəyyənləşdirmişlər. Həmin xidmət haqqını Baxtilədən alacağını düşünməmiş, Baxtilənin evinin ünvanını tanımamış, ehtiyat hissəsini Baxtiləyə çatdırılması yerini müəyyən etməmişlər. Ələtə gələn zaman sürücü ilə görüşdükdən sonra yükü götürəndə tutulmuş və onu Gömrük İdarəsinə gətirmişdirlər. Maşın ehtiyat hissəsi yumru dəmir parçasına bənzəmişdir. Maşın ehtiyat hissəsinin mənbəyi və onun haradan gəlməsi ilə bağlı məlumatı olmamışdır. Maşın ehtiyat hissəsini götürməkdə xeyri olmamış, hadisə günü üzərindən aşkar edilmiş pul qəbzi ilə əlaqədar onu qeyd edir ki, həmin pul vəsaiti Baxtilədən aldığı 200 manat borcdan 100 manatının qaytarılması ilə bağlı olmuşdur. Maşın ehtiyat hissəsini götürmək üçün Baxtiləyə kömək etməsinin onun verdiyi borca aidiyyatı olmamışdır. Tır sürücüsü Əkbərlə görüşənə qədər aralarında bir dəfə telefon danışığı olmuşdur. Tır sürücüsü ilə əlaqə saxlamasını Tariyeldən xahiş etmişdir. Getməli olduğu yeri ona tır sürücüsü izah etməli idi. Sürücü ehtiyat hissəsini ona maşının baqajından təqdim etməli idi. Lakin maşın ehtiyat hissəsinin dəqiq tırın hansı hissəsindən çıxarıldığını görməmişdir.Baxtilənin adının Elnarə olduğunu tutulandan sonra bilmişdir. Sonuncu ilə ictimai yerdə oturmamışdır, Baxtilə ilə əvvəllər öz tanışları ilə 1-2 dəfə görüşmüşdür. Ələtə Tariyellə getməsini ona Baxtilə tapşırmamışdır. Sürücü ilə Tariyelin danışmasının səbəbi onun telefonunda “whats up” tətbiqi proqramının olmaması, bu səbəbdən həmin proqram vasitəsi ilə zəng edə bilməməsi, habelə sürücü Tariyel olduğundan yolun başa düşülən şəkildə sonuncuya izah edilməsi olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs4 dərzi işlədiyini, boş vaxtlarında taksi xidməti kimi fəaliyyət göstərdiyini, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıdığını, onunla da hadisədən 4-5 ay əvvəl taksi xidməti ilə əlaqədar “28 may” metrostansiyası tərəfdə tanış olduğunu, bundan sonra münasibətlərinin yarandığını, birlikdə “nəşə” çəkdiklərini, Təqsirləndirilən şəxs3la başqa münasibətlərinin olmadığını bildirmişdir. Daha sona qeyd etmişdir ki, Azərbaycan prospektində taksi xidməti kimi dayandığı bazar günü Emil ona 17-18 radələrində zəng edərək ona ehtiyat hissəsi götürmək üçün Ələtə getməli olduğunu, Ələti tanıyıbtanımadığını soruşmuş, o, da tanıdığını bildirmişdir.Xidmət haqqı kimi əvvəlcə 80 manat, daha sonra 60 manat məbləği razılaşmışlar. Emil yolda yatdığından Ələtə çatana qədər aralarında hər hansı söhbət olmamışdır.Ehtiyat hissəsinin haradan gəlməsini, tır ilə gətirilməsini, niyə Ələtə gətirilməsini bilməmiş, onu ancaq ödəniləcək xidmət haqqının məbləği maraqlandırmışdır. Ələtə çatanda Emildən konkret hara gedəcəyini soruşmuş, sonuncu telefonla kimsə ilə yazışdıqdan sonra ona konturunun olub-olmamasını soruşmuş, o isə konturunun olduğunu bildirdikdən sonra telefon nömrəsinin qeyd edilməsini və həmin nömrəyə zəng edilməsini xahiş etmişdir. Emilin dediyi nömrəyə zəng etmiş, ehtiyat hissəsi götürməyə gəldiyini bildirmiş, nömrənin sahibindən harada olmasını soruşmuş, sonuncu isə onun sualını dəniz limanın yanında olmasını bildirmişdir. Dəniz limanında əlaqə saxladıqları şəxsə yaxınlaşanda 7-8 nəfər Emili yıxmış, o, həyəcandan maşını sürüb getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 hadisədən sonra Bakıya qayıtdığını və həmin gün əməliyyatçılardan ona zəng gəldiyini, lakin sonradan ona zəng edən şəxslərin əməliyyatçı olduqlarını bildyini, özünə arxayın olduğundan və bu işlə əlaqəsi olmadığından əməliyyatçılara 1 gün sonra gələcəyini söylədiyini bildirmişdir. O, həmçinin Təqsirləndirilən şəxs1 tanımadığını, Baxtilə Məmmmədovanı “28 may” metrostansiyası tərəfdə Emilin yanında uzaqdan gördüyünü, Təqsirləndirilən şəxs2 Elnarə kimi tanınmasından xəbəri olmadığını bildirmişdir. Telefonuna baxış keçirilməsi zamanı aşkar edilən bank kartı şəkilləri qızlarının və anasının bacanaqlarına, habelə Ülvi və Vüsala aid olmuşdur. Emil və Vüsalın kartının onda olmasının səbəbi Vüsaldan nəşə almağı ilə əlaqədar olmuşdur. İranlı şəxsdən heç vaxt heçnə almamışdır.İstintaq zamanı müstəntiqə Emillə nəşə ilə bağlı əlaqəsinin olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 yerini deməsi üçün ona təzyiq edərək döymüşlər. Ehtiyat hissəsinin isə İran ərazisindən gəldiyini bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. O terminalda fəhlə işləyir, hadisə ilə əlaqədar hal şahidi qismində iştirak etmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Hadisə ilə əlaqədar onu deyə bilər ki, gömrükdən ehtiyat hissəsinin keçirilməsi zamanı it həmin ehtiyat hissəsinə reaksiya vermiş, o hal şahidi kimi dəvət olunmuş, iştirakı ilə həmin ehtiyat hissəsi açılmış və içərisində 2 kiloqram narkotik vasitə aşkar edilmişdir. Daha sonra həmin istintaq hərəkətinin gedişatı protokollaşdırmış və müvafiq protokola iştirakçılar imza etmişdirlər. Həmin maşının sürücüsü ağlayaraq, onun hamin maddədən xəbəri olmadığını, ehtiyat hissəsinin daşınmasına görə ona 30-40 man pul veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıyır. Hadisə Astara rayonunun gömrük postunda baş vermişdir. Hadisə baş verdiyi dövrdə o, Əməliyyat İstintaq Baş İdarəsində işləmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid4 olmuş, əməliyyat məlumatı da ona daxil olmuşdur. Bu səbəbdən əməliyyat məlumatının məzmunu barədə məlumatı yoxdur. Rəhbərliyin göstərişinə əsasən daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat tapşırığı üzrə həmin narkotik vasitənin daşınması ilə bağlı onlar Qaradağ rayonu, Ələt qəsəbəsində gömrük postunun qarşısına gedərək gözləmiş, Təqsirləndirilən şəxs4 adlı şəxs avtomobili ilə gəlmiş, Təqsirləndirilən şəxs3 adlı şəxs maşından düşərək yolun əks tərəfinə keçərkən saxlanılmışdır. Sürücü isə avtomobili sürərək hadisə yerindən uzaqlaşmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 24 yanvar 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs4 Nəsimi rayonunda telefon mağazasında tutularaq Baş İdarəyə gətirilmişdir. Tədbirlər keçirilərkən o, mülki geyimdə olmuşdur. Həmin şəxs avtomobilin nömrəsi ilə müəyyənləşdirilmişdir. Tutulan zaman Təqsirləndirilən şəxs3 əlində sürücü tərəfindən təqdim edilmiş narkotik vasitə olan bağlama olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, inspektor onu çağıraraq şübhəli hal olduğunu bildirmiş, kinoloq dəvət edilmiş və gətirilmiş it ehtiyat hissəsinə reaksiya vermişdir. Həmin itlər yalnız narkotik vasitəyə reaksiya verirlər. Bu səbəbdən ehtiyat hissəsi açılmış, açılan əşya yumru dəmir formasında olmuş, içərisindən tiryəkə oxşayan maddə aşkar edilmişdir. Aşkar olunan maddə eyni idarədə tədqiqata aparılmış orada çəkisi ölçülmüşdür. Baxış zamanı alətlər inspektor tərəfindən “atverka” ilə açılmışdır.Müvafiq hərəkətlər protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır və tutulmalarında iştirak etməmişdir. 23 yanvar 2022-ci il tarixində yük xəttində nəqliyyat vasitələrinə baxış keçirərkən Azərbaycan Respublikasının vətəndaşı Şahid12 yük xəttinə “Mercedes” markalı avtomobillə daxil olmuşdur. Onu yoxlama zamanı sorğu-sual edərkən ondan hər-hansısa əşyanı İran tərəfdən götürülməsi üçün verilib-verilməməsini soruşmuş, həmin şəxs ona “Traktor”un ehtiyyat hissələrini verdiklərini, onları Ələt qəsəbəsinə çatdırmalı olduğunu, orada “Murtuz” adlı şəxsin tanışının onu götürəcəyini bildirmişdirlər. Baxış keçirilən zaman şübhələndiyi üçün sürücüdən ehtiyyat hissələrini yerə qoymasını xahiş etmiş, kinoloqdan it gətirməsini xahiş etmiş, həmin it reaksiya verdiyinə görə protokol tərtib olunmuş, hal şahidləri çağırılmış, birgə baxış zamanı qara rəngli tiryəkə oxşar maddə aşkar edilmiş, çəkilərək tədqiqat şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, prosesin başlama vaxtından bitmə vaxtınadək orada iştirak etmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tutulmasında şəxsən iştirak etmişdir. 23 yanvar 2022-ci il tarixində İran islam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirilməsi barədə məlumat daxil olmuş, keçirilmiş tədbir zamanı Astara Gömrük İdarəsində nəqliyyat vasitəsinə baxış keçirilərkən sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin oturacaq hissəsində iki ədəd bükümdə ümumi çəkisi 2 kiloqram narkotik vasitə olan tiryəkin yerləşdirildiyi ehtiyat hissəsi aşkar olunmuşdur. Daha sonra sürücü ilə əlaqə saxlayan, özünü Elnarə kimi təqdim edən əsl adı isə Təqsirləndirilən şəxs2 olan şəxsin göndərdiyi Emil və Tariyel adlı şəxslər saxlanılmış, bir müddət sonra isə Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılmışdır. Emil adlı şəxs saxlanılarkən Tariyel adlı şəxsi avtomobili sürərək oradan uzaqlaşan zaman onun üz cizgilərini təxmini görmüş, daha sonra həmin şəxs saxlanılan zaman onu tanımış, şəxsiyyətini müəyyənləşdirmişdirlər. Nəqliyyat vasitəsinin kimə məxsus olması ilə bağlı sorğu verilmiş və o müəyyənləşdirilmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid4 olmuş, ehtiyat hissələri onun iştirakı ilə açılmışdır. Sürücünün heç bir məlumatı olmamış, “Murtuz” adlı şəxs həmin ehtiyyat hisslərini ona verərək Ələt qəsəbəsində təhvil verməli olduğunu bildirmişdir. Sürücü onun yanında olarkən özünü Elnarə olaraq təqdim edən şəxs telefonda ona harda olduğunu, nə vaxta çatacağını soruşmuşdur. Nəqliyyat vasitəsində sellofanı götürərək Emil adlı şəxsə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, İran vətəndaşı Murtuz adlı şəxsin ona çox köməyi dəymiş, onunla maşın üçün avadanlıq almağa getmişdir. Murtuz adlı şəxsin marketi İrana İslam Respublikasına keçən kimi piyada keçidindən təxminən 100 metr uzaqlıqda olmuşdur. Həmin ərazidə kababçı, kafe olduğundan həmin ərazidə yeməkdə yemişdirlər. O, Murtuza maşın üçün təkər almağa getməyi təklif etsə də təkər ala bilməmişdir. Belə ki, həm təkərin disk satılan yeri bağlı olmuş, həm də gömrükdən tək təkəri keçirtmək mümkün olmamışdır. Təkərin qiyməti barədə məlumatı yoxdur. Sadcə İranda ehtiyat hissələri ucuz olduğu üçün təkəri oradan almaq istəmişdir. Murtuz isə ondan bibisi oğlunun maşın üçün ehtiyat hissəsi aldığını və onu da özü ilə Azərbaycan Respublikasına aparmasını xahiş etmişdir. Ehtiyat hissəsi şübhə doğurmayacaq qədər yeni və sənədləri qaydasında olmuşdur. Həmçinin o, Murtuza inandığı üçün ehtiyat hissəsini aparmağa razı olmuşdur. Murtuz ona yükü aparmasının qarşılığında nə edə biləcəyini soruşsa da o buna razı olmamışdır. Ehtiyat hissəsini açıq və görülən şəkildə maşına qoymuş, maşını yoxlayarkən onun üzərinə baxış keçirilsə də, heç bir narkotik vasitə aşkar olunmamış, cibində yalnız pul olmuşdur. Onun maşını “Mercedes” markalı yük maşını olmuş, maşında bibər gətirmiş, ehtiyat hissəsini salonda yanına qoymuşdur. Murtuz adlı şəxs ehtiyat hissəsinin Bakıya gedəcəyini bildirsə də o, Qazaxıstana qədər gedəcəyini və ehtiyat hissəsini Ələtə qədər apara biləcəyini bildirmiş, Ələtdə onu qarşılayıb kiminsə ehtiyat hissəsini götürəcəyi ilə razılaşmış, ehtiyat hissəsi barəsində heç bir şübhəsi olmamışdır. O, neytral hissədə 20-30 dəqiqə dayandıqdan sonra, Azərbaycan gömrüyündə gizli nömrədən bir xanım ona zəng edərək, onda olan ehtiyyat hissəsini Bakıya neçə saata çatdıracağını soruşmuş, o isə cavabında təxminən 5- 6 saata Bakıya çatacağını bildirmişdir. Gömrük işçiləri maşına baxış keçirərkən ondan ehtiyat hissəsinin nə olduğunu soruşmuş və ehtiyat hissəsini yoxlamağa aparacaqlarını bildirmişdirlər. Onlar ehtiyat hissəsini direllə deşməyə başlayarkən narkotik vasitə direlin üzərinə ip kimi dolanmağa başlamışdır. Əməliyyatçılar ona şübhəli şəxslərin tutulması üçün onlara kömək etməsini xahiş etmişdirlər Bundan sonra əməliyyatçılar onunla birlikdə Ələt qəsəbəsinə gəlmişdirlər. Xanım ona zəng edərkən artıq saat səkkizə işləmiş qeyd olunan ərazidə olmuşdur. Xanım ona tez gəldiyi üçün özünün gələ bilməyəcəyini və başqa şəxsin gəlib qeyd olunan ehtiyat hissəsini götürəcəyini bildirmişdir. Əməliyyatçılardan iki nəfər onun yanında, üç-dörd nəfər isə ərazidə xidmətdə olmuşdurlar. Hava qaralana yaxın bir nəfər ona yaxınlaşmış, ona çatacaq əşya olduğunu bildirmişdir. O, ehtiyat hissəsinin dəqiq həmin şəxsə aid olmasını bilmək üçün əşyanın adını soruşmuş, sonuncu cavabında ehtiyat hissəsi götürməyə gəldiyini bildirmişdir. Bundan sonra əməliyyatçılar həmin şəxsi mühasirəyə alaraq saxlamışdırlar.Təqsirləndirilən şəxsin tutulmasından sonra İranlı şəxsə zəng edib hər hansı bir məlumat verməmişdir. O, 2019-cu ildə İran istiqamətində ardıcıl olaraq on-on iki dəfə hərəkət etmiş, bundan sonra iki-üç il həmin istiqamətdə hərəkət etməmişdir. İran ərazisindən daha öncə Azərbaycan ərazisinə heç bir vasitə keçirməmişdir. Maşında onunla bərabər iki nəfər əməliyyatçı da olmuşdur. Yanındakı əməliyyatçılar digər əməliyyatçılarla əlaqə saxlamışdırlar. O, tutulduğu zamandan telefonu artıq əməliyyatçıların əlində olmuşdur. O, Murtuza zəng edərək gəmiyə gecikdiyini və ehtiyat hissəsini götürəcək şəxsin tez gəlməsini bildirmişdir. Üzərinə baxış keçirilən zaman üzərindən pul aşkar olunmasa da maşınında pulu olmuşdur. O pulu maşında saxlamış və nəyisə almağa gedərkən özünə lazım olan qədər maşından pul götürmüşdür. İran sərhəddindən keçirdiyi həmin ehtiyat hissəsi “skif” adlanır. Şkifin ağırlığı onda hansısa bir şübhə doğurmamışdır. Ehtiyat hissəsinin kitabında “şkif”in çəkisi barəsində məlumatı oxumamışdır. Ehtiyat hissəsini onun yanından götürərək, rentgen adlanan hissədə baxışdan keçirdikdən sona həmin ehtiyat hissəsini direllə deşəcəklərini bildirmişdirlər. Onu əməliyyatçılar binada ikinci mərtəbəyə apardıqdan sonra narkotik vasitəni ona göstərmişdirlər. Maşında narkotik vasitə aşkar olunduqdan sonra axtarış üçün maşına it cəlb edilmişdir. Murtuzla ən son gördükdən bir gün yarım sonra gömrük məntəqəsinə gəlmiş və bu müddət ərzində ora çatıb-çatmadığı barəsində kimsə zəng etməmiş, ona ehtiyat hissəsini götürmək üçün Emil adlı şəxs yaxınlaşmışdır. Ehtiyat hissəsinin çatdırılması ilə bağlı xanım onunla gizli nömrə vasitəsilə əlaqə saxlamışdır. Zəng edən xanım hətta ona Əli deyərək müraciət etmişdir. Xanım ona zəng edərkən adını bilsə də o, xanımın adını bilməmişdir. O, yükü təhvil verərkən, təhvil alan şəxs ehtiyat hissəsi olan sumkanı ondan istəmişdir. Həmin zaman başqa şəxsə verəcək ehtiyat hissəsi olmamışdır. O da bunun qarşılığında ona öz təşəkkürünü bildirmişdir. Bundan sonra ona zəng gəlmiş, zəng edən şəxsə maşının hansı ərazidə dayandığını bildirmişdir. Həmin şəxs qarşı tərəfdən maşından düşərək onlara yaxınlaşmışdır. Həmin maşının aqibətini və maşının sürücüsünün kim olduğunu bilməmişdir. Maşının sürücüsünün bu işlə bağlılığının olubolmaması barəsində məlumatı yoxdur. Murtuzun mobil nömrəsi İran nömrəsi olduğundan və rəqəm sayı çox olduğundan onu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, o təqsirləndirilən şəxs Emillə tanışlığı qonşu olmaları ilə əlaqədardır. O, xəstə anası ilə birlikdə yaşayır. Emil və Taleh onun evində bir-iki dəfə olmuş, Təqsirləndirilən şəxs2 isə onların evində olmamışdır. Narkotik vasitənin marixuana növündən bir-iki dəfə təkbaşına istifadə etmişdir. Hadisə baş verən günü Təqsirləndirilən şəxs3 zəng etsə də onun mobil nömrəsinə zəng çatmamış, Təqsirləndirilən şəxs4 ilə zəng vasitəsilə əlaqə saxlayarkən sonuncu ona “traktor karopkası” götürmək üçün getdiklərini və polis əməkdaşları tərəfindən tutulduqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 ilə isə əlaqə saxlamamışdır. İbtidai istintaqda verdiyi ifadəsində kiminsə onların evində narkotik vasitə istifadə etməsini bildirməmişdir. Təqsirləndirilən şəxs2 Emilin vasitəsilə tanımışdır. Baxtilə Çapayev tərəfdə işləmiş, uşağa baxmışdır. Emillə Tariyeli küçədə yerləşən avtoyuma məntəqəsində bir maşında olarkən görmüş, zəng etdikdə Ələtə ehtiyat hissəsi götürmək üçün getdiklərini bildirmişdirlər. O, ibtidai istintaqda verdiyi ifadəsi ilə tam tanış olmamışdır. Baxtilə ilə görüşdüyü zamanlarda Tariyel onların yanında olmamışdır. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 bir yerdə görməmişdir. Məhkəmə iclasında şahid qismində didirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, əməliyyat qrupuna rəhbərliyini o etmiş, Biləsuvar postunda ehtiyat hissəsinin içərisində narkotik vasitə aşkar olunmuşdur. Həmin maddi sübut əməkdaşların dediyinə görə, avtomobildə iki oturacağın arasında aşkar olunmuşdur. Orada sürücü onlara ehtiyat hissəsinin İran İslam Respublikasından verildiyini və Bakıya çatdırılmalı olduğunu bildirmişdir. Yolda gələrkən sürücüyə xanım tərəfindən gizli nömrə ilə zəng gəlmiş və sürücü Ələtə çatacağını ona bildirmişdir. Bundan sonra aşkar nömrə ilə sürücüyə zəng gəlmiş və sürücü nəqliyyat vasitəsinin harada saxlandığını zəng edən şəxsə bildirmişdir. Bir nəfər ehtiyat hissəsini götürmək üçün gəlmiş, yol ikitərəfli olduğu üçün “Opel” markalı maşının sahibi şəxsin saxlanıldığını gördükdə həmin ərazidən uzaqlaşmışdır. Ələtdə təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunmasını görə biləcək qədər məsafədə olmuşdur. O, əməliyyat tədbiri zamanı sürücü ilə bir maşında gəlməmişdir, sürücünün yanında Rahil İskəndərov adlı əməkdaş oturmuşdur. Saxladıqları şəxs ilkin olaraq onu Elnarə adlı xanımın göndərdiyini bildirmiş, yaşayış yerini onlara Hövsan olaraq bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Əməliyyat İstintaq Baş İdarəsinə Astara Gömrük Postundan yük maşınının saxlanıldığı və maşının kabinə hissəsində kustar üsulla hazırlanmış narkotik vasitə aşkar olunduğu barədə məlumat daxil olmuşdur. O, əməliyyat istintaq qurupunun üzvü olmuş, əməliyyat qurupunun rəhbəri isə Toğrul Şabazov olmuşdur. Sürücü dindirilərkən ehtiyat hissəsinin tanıdığı İran vətəndaşı tərəfindən Ələt istiqamətində tanımadığı şəxsə çatdırılması məqsədilə ona verildiyi bildirmişdir. İdarədən zəng edib onlara bildirmişdirlər ki, Ələt gömrük postunda həmin nəqliyyat vasitəsini gözləsinlər. Yük maşını Astara gömrük postu əməkdaşlarının müşayiəti altında Ələt gömrük postunun yaxınlığına gətirildikdən sonra orada gözləyərkən qırmızı rəngli “Opel Astra” markalı minik avtomobili həmin əraziyə yaxınlaşmışdır. Bundan sonra təqsirləndirilən şəxs Emil maşından düşərək yük avtomobilinin sürücüsünə yaxınlaşıb ehtiyat hissəsini götürərkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Bu məqamda “Opel Astra” markalı nəqliyyat vasitəsinin sürücüsü həmin ərazidən uzaqlaşmışdır. Emil idarədə dindirilərkən onlara bağlamanın Elnarə adlı xanıma məxsus olduğunu bildirmişdir. O, hadisə yerinə yaxın olmuşdur. Emil ehtiyat hissəsini götürən zaman əməkdaşlar ona yaxınlaşmış, onları görən kimi müqavimət göstərməyə çalışmış, şəxsin üzərində bıçaq olmuş və onu çıxartmaq istəmişdir. Hadisə zamanı adam sayı çox olduğu üçün ilk olaraq şəxsə kimin yaxınlaşdığını xatırlamır. Hadisə yerində 7-8 nəfər əməkdaş olmuşdur. Bağlamanı götürmək üçün neçə nəfər gələcəyi barəsində nə onların, nə də ki, Şahid12 məlumatı olmamışdır. Sürücüyə bağlamanı götürəcək şəxsin mobil nömrəsi və az miqdarda pul da verilmişdir. Maşında sürücünün yanında kimin olduğunu bilməmişdir. Bağlama kabinka hissədən götürülərkən o görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslərdən iki nəfəri tanısa da Təqsirləndirilən şəxs2 tanımır. 2022-ci ili yanvar ayının 23-ü idarəyə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirilməsi, həmin narkotik vasitələrin Şahid12 idarə etdiyi nəqliyyat vasitəsində maşının ehtiyat hissəsi olan iki ədəd diskin içərisində olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Astara gömrük postunda maşına baxış keçirilən zaman iki ədəd ehtiyat hissəsinə bənzər diskin içərisindən hər birində təxminən bir kiloqrama yaxın narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin aşkar olunması kinoloqlar vasitəsilə aparılmışdır. O, əməliyyat axtarış şöbəsinin rəisi olduğundan birbaşa maşına baxış keçirtməmiş, narkotik vasitə aşkar olunandan sonra onu görmüşdür. Baxış keçirilərkən hal şahidləri, inspektor və kinoloqlar da orada iştirak etmişdirlər. Daha sonra sürücü ilə şifahi söhbət aparılarkən o, İran İslam Respublikasında Murtuz adlı şəxsin həmin bağlamanı verərək Ələt ərazisində kiminsə götürəcəyini bildirmişdir. Rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qurupu yaradılmış, o da həmin əməliyyat qurupunun üzvü olmuşdur. Maşın nəzarət altında Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına gətirilmiş, liman yolunda maşını saxlamış, axşam vaxtı təxminən saat 17 radələrində yolun əks istiqamətində Opel Astra markalı maşının dayandığını müşahidə etmişdir. Həmin maşından onlara adı sonradan məlum olan Təqsirləndirilən şəxs3 düşərək yük maşınına yaxınlaşmış və narkotik vasitəni götürərkən əməkdaşlar tərəfindən saxlanılmış, təqsirləndirilən şəxs olan Emil həmin bağlamanı Elnarə adlı xanımın xahişi ilə hadisə yerindən götürməyə gəldiyini bildirmişdir. Opel markalı avtomobil ərazidən uzaqlaşdığı üçün onu saxlaya bilməmiş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs4 olduğu məlum olmuş, həmin şəxs Nəsimi rayonu ərazisində, Azadlıq prospektində mobil aksesuarlar dükanında saxlanılaraq istintaqa cəlb edilmişdir. Əməliyyat axtarış tədbirləri nəticəsində Elnarə adlı xanımın adının Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. Fevral ayının biri Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsinə gələcəyi məlum olmuş, o, əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılaraq istintaqa gətirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işi üzrə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda tərtib edilmiş “Malların və nəqliyyat vasitələrinin yoxlanılmasına dair” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid12 idarə etdiyi “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən dartıcının kabinasındakı iki oturacağın arasında olan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 2 ədəd dairəvi formalı, metaldan ibarət avtomobil ehtiyat hissəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş ayrı-ayrılıqda çəkiləri 1010 qram və 938 qram olmaqla, ümumilikdə çəkiləri 1948 qram təşkil edən tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüş, sorğu- sual zaman Şahid12 həmin ehtiyat hissələrinin daxilindəki boşluqdan aşkar edilən maddələrdən məlumatsız olmasını, həmin ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində yerləşən dükanlardan birində satıcı işləyən “Murtuz” adlı şəxs tərəfindən ona verildiyini və Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirmişdir(Cild 1, iş vərəqə 09-15). 23 yanvar 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin rəisi tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid4, həmin şöbənin baş əməliyyat müvəkkili Şahid7, həmin şöbənin böyük əməliyyat müvəkkili Şahid5, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməliyyat şöbəsinin rəisi Şahid8 və həmin idarənin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir (Cild 1, iş vərəqə 20-21). 23 yanvar 2022-ci il tarixli “aşkar edilmiş predmetin yerləşdirilməsi haqqında” və “əməliyyat tədbirinin davam etdirilməsi və şəxsin saxlanılması haqqında” protokollarla müəyyən edilmişdir ki, aşkar edilmiş tiryək narkotik vasitəsinə bənzər maddə hal şahidlərinin iştirakı ilə yenidən qablaşdırıldığı bağlamadan çıxarılaraq əvvəlki vəziyyətinə qaytarılmış, nəzarət qaydasında həmin maddəni qəbul edəcək şəxsə çatdırması üçün Şahid12 idarə etdiyi yük avtomobilində Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsinə göndərilmiş, həmin gün saat 19 radələrində sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs3 qırmızı rəngli “Opel” markalı, “Astra” modelli, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobilindən düşərək həmin bağlamanı Şahid12 təhvil alarkən gömrük əməkdaşları tərəfindən saxlanılmış, həmin avtomobilin sürücüsü isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır(Cild 1, iş vərəqə 22-25). Qeyd edilən bağlamaya 23 yanvar 2022-ci il tarixdə saxlanılan Təqsirləndirilən şəxs3 iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirildikdə tiryək narkotik vasitəsinə bənzər maddənin qoyulduğu bağlamanın tamlığının pozulmadığı müəyyən edilmişdir (Cild 1, iş vərəqə 26-29). 23 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs3 əynindəki cins şalvarının arxa cibindən bir ədəd bıçağı çıxararaq gömrük əməkdaşlarına təqdim etmiş, həmçinin üzərindən müxtəlif şəxsi əşyalarla yanaşı xx.xx.2022-ci il tarixdə, saat 15:27-də Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Bolmart” marketində olan ödəniş terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 51236*******2237 plastik kart hesabına 100 manat pul ödənilməsinə dair qəbz aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 6/452 saylı ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş 1 ədəd bağlamada olan maddənin ümumi təmiz çəkisinin 1946,4 qram təşkil edən tiryək narkotik vasitəsi olması müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra narkotik vasitə olan tiryəkin qalıq çəkisi 1946,05 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 113-114). 26 yanvar 2022-ci il tarixli əşyanın maddi sübut qsimində tanınması haqqında” qərardan görünür ki, 23 yanvar 2022-ci il tarixdə Şahid12 idarə etdiyi “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanılması zamanı aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1946,05 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq, saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar saxlanc otağına təhvil verilmişdir (Cild 2, iş vərəqə 1-2). 26 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən avtomobil ehtiyat hissələrinin Bakı şəhərinin Ələt qəsəbəsindən götürülməsini ona tapşıran Elnarə adlı şəxsin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi barədə göstəriş verilmişdir (Cild 2, iş vərəqə 3-4). 02 fevral 2022-ci il tarixli əşyaya (mobil telefona) baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 Bayram qızından götürülmüş “Mİ A3” modelli üzərində "xxxx" operatoruna aid “055 418-15-15” saylı möbil telefon nömrəsi olan 1 ədəd “Xiaomi” markalı telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə telefonun “adlar” bölməsində “R” adı ilə qeyd edilmiş İran İslam Respublikası operatoruna aid +**********92 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 12:22-də “Taksiyəm, bu nə sözdür, taksiyəm, bunu mənə verib burda gətirəm verəm, Elnarə adlı xanım verib gətirirəm verəm burda, bu nə sözdür?!” məzmunlu, həmin gün, saat 12:25-də ***-***-**-** saylı mobil telefon nömrədən +**********92 saylı mobil nömrəyə “Rza, ürəyim bilirəm e, taksiyəm, demək istəyirəm ki, həm də ki, etibarlı adam olsun, aparan adam, bilirsən nəyə görə deyirəm? inan ki, bu polis məsələsi elə düşüb ortaya ki, ürəyim səksəkədədir, inandığın adam olsun da, ona görə deyirəm ki, İraq olsun, sabahları Allah uzaq eləsin, onlar tutularlar, məni ələ keçirmək üçün, məni tapmaq üçün, deyərlər ki, oğlu türmədədir, oğlumun əli ilə məni taparlar, bildin onu demək istəyirəm Rza? İndi sizdə iranda bilmirəm türmə necədir, burda bir az türməyə ciddi yanaşırlar da, azyaşlı olanda lap qorxurlar, qurban olum ona görə deyirəm bildin? İnanırsan ki, bax bu Emil bilirdi da mən məsəl üçün oğlumun türmədə olduğunu, nə yaxşı ki, tam adını bilmirdi. Ürəyim özümözümə fikirləşirəm ki, bax məni onun əli ilə də tapardılar. Deyərdi ki, onun oğlu var türmədə, adı, familyası budur, anasını çağırtdırın, belə tutun, bildin rza? Belə şeylər var e qurban olum, yaxşı ki, adını familyasını bilmirdi. Sən kimi göndərsən ora mənə bir kəlmə de ki, qapıdadırlar, türmənin qapısmdadır, vsyo, Mən orda zəng edəcəyəm, kişiyə deyəcəyəm, rəisə, rəis çıxıb götürəcək onlardan. Əsas odur ki, ora kimsə gedib çatanda, sənə xəbər etsin ki, Rza qapının ağzındayam. Mən də zəng edim, deyim rəisə, rəis çıxsın götürsün. De ki, gedən adama 4 saylı şeydədir da, Xətaidə türmə. Xətai metrosunun arxasında, Xətai metrosunun yanında, özü bilir da” məzmunlu, telefonun “adlar” bölməsində “Lalow” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə “Lali, bu Emili tutmamışdılar?, məni sistemdən gəlib axtarırdılar axı. Bu günləri, bu gün yox e, dünən aformit elədilər, göndərdilər getdi Kürdəxanıya. Day mənə elə də qorxusu yoxdur, nətər qorxusu yoxdur? Gözə görsənməyəcəyəm da, axtardılar-axtardılar, gördülər çıxmıram ortalığa, prosto sən ora gedəndə bu nömrə, başqa uşaqdır da kimdirsə tutulub, onun telefonunda olub mənim nömrəm, yaxşı? deyirəm bəlkə heç o deyil, o vaxt əxi var idi ее, Anar gedib telefon-zad götürmüşdü mənim adıma, mənim adıma götürməmişdi e, məni zamin kimi, deyirəm bəlkə ona görə məni axtarırlar, nə isə da axırı. Prosto orada nə badə mənim adımı çəkmə da, demə xalama vermişəm. Çünki xala desən, bildin? Deyəcəklər ki, xalan gəlsin, mən də ora gedən kimi, mənim şəklimi görən kimi vsyo, naxadı getdim. Yaxşı Lalə? Allah haqqı bezmişəm e, belə gəzməkdənsə çöldə, elə gedib tutulmaq hamısından yaxşıdır. Bir dənə Şəfiyə görə qalmışam belə. De ki, itirmişəm, qurtardı. Yaxşı lalə sənə qurban? Birdən səni dilə tutarlar, müstəntiq kimi da, yadındadır, Xəqani kimi, de ki, heç nə, itirmişəm, de ki, o vaxt itib nömrəm, ondan sonra da heç maraqlı olmayıb, de ki, mənim üçün nömrə. Xalanın adını çəkmə, çəkdin vsyo. Pox-poxa qarışacaq. Çünki mənə zəng elədi, dedilər ki, bəs, Emil uje aformut oldu, sənin məsəl üçün dalınca gələn olmayacaq, amma ortalığa çıxma. Ona görə deyirəm ki, gedəndə de ki, o vaxt itirmişəm, vəssalam. Nə də onlar səni saxlaya bilməzlər. Yaxşı lalə?”, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxsə “vatsap” proqramında “elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anan da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajlar göndərilməsi aşkar edilmişdir (Cild 2, iş vərəqə 47-72). 03 fevral 2022-ci il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilərkən o, Təqsirləndirilən şəxs1 foto şəklini 3 nəfər oxşar şəkilin arasından tanımış və protokola “ifadələrimdə göstərdiyim, içərisindən narkotik vasitə aşkar olunan ehtiyat hissəsini gedib götürməyi mənə tapşıran Təqsirləndirilən şəxs1 foto cədvəldə 2 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsdir” deyə protokola qeyd vermişdir (Cild 2, iş vərəqə 91-93). "xxxx" MMC-dən daxil olmuş 01 mart 2022-ci il tarixli, BKC/LGL-3598/22 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsinə dair 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55504 İMEİ kodlu mobil telefonda xx.xx.2021-ci il tarixdən (saat 20:35-dən) xx.xx.2021-ci il tarixədək (saat 11:06dək) olan müddət ərzində X6 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsinin, xx.xx.2021-ci il tarixdən (saat 14:54-dən) xx.xx.2021-ci il tarixədək (saat 23:03-dək) olan müddət ərzində X4 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsinin, xx.xx.2021-ci il tarixdən (saat 04:16-dan) xx.xx.2022-ci il tarixədək, (saat 09:38-dək) olan müddət ərzində X2 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsinin, xx.xx.2022-ci il tarixdən (saat 09:42-dən) xx.xx.2022-ci il tarixədək (saat 15:33-dək) olan müddət ərzində X7 adına qeydə alınan, lakin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadə edilmişdir. beləliklə də baş vermiş cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs2 əvvəllər istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əvəz etməsi öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqə 212-227). 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd mobil telefona iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilərkən vatsap proqramında olan mesajların silindiyi müəyyən edilmişdir (Cild 3, iş vərəqə 44). Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 16 mart 2022-ci il tarixli, 06/02-783 saylı məktuba əlavə edilmiş eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tibbi müayinəsi zamanı sol saidinin ön tərəfinin 2 yerindən qərtməkli yara izləri aşkar edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat daxil olmuş, məlumatın araşdırılması zamanı izahat vermiş Təqsirləndirilən şəxs4 gömrük əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini, bədəni üzərində aşkar edilmiş xəsarətləri həbs olunmazdan əvvəl nə vaxt və hansı şəraitdə aldığını xatırlamadığını, buna görə də məhkəmə-tibbi ekspertizanın keçirilməsindən imtina etdiyini bildirmiş, bu səbəbdən də həmin faktla bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (Cild 1, iş vərəqə 45-48). "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli AZF/LGL-7963/22 nömrəli məktuba əlavə edilmiş disk və həmin diskə baxış keçirilməsinə dair 18 aprel 2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli, AZF/LGL-6260/22 nömrəli məktuba əlavə edilmiş disk və həmin diskə baxış keçirilməsinə sair 18 aprel 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid12 Əmərli oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 23 yanvar 2022-ci il tarixdə, saat 12:48-də zəng edilərək 34 saniyə, həmin gün saat 16:38-də zəng edilərək 16 saniyə, həmin gün saat 16:41-də zəng edilərək 53 saniyə, həmin gün saat 16:49-da zəng edilərək 80 saniyə, həmin gün saat 18:38-də zəng edilərək 33 saniyə, həmin gün saat 18:56-da zəng edilərək 15 saniyə, həmçinin Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin gün, saat 18:56-da zəng edilərək 111 saniyə danışıq aparılmış, həmçinin hər üç təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq (Təqsirləndirilən şəxs2 yalnız bir dəfə) X8 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışıqlar aparmış, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 18:21-də ***-***-**-** saylı mobil telefon nömrəsindən “Emil san manim canim bida podarka hazirla da mana v jidkom vide ya seycas sdoxnu. Vallah rasscitayemsa. İmkan varsa 10 daygiya çatıram” (tərcüməsi - “Emil bir dənə maye halında hədiyyə hazırla da mənə, indi öləcəyəm, vallah hesablaşacağıq, imkan varsa, 10 dəqiqəyə çatıram”), həmçinin həmin gün, saat 18:25:55-də “Emka umolayu podarok hazirla da mana v jidkom vide.pliz.vallah rasscitayemsa ya sdixayu. 10 dayg çatıram” (“Emka sənə yalvarıram hədiyyə hazırla da mənə, maye halında, xahiş edirəm, vallah hesablaşacayıq, indi öləcəyəm, 10 dəqiqəyə çatıram”) məzmunlu mesajlar göndərilmişdir (Cild 3, iş vərəqə 99-210). "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilərkən həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 012 kodu ilə başlayan nömrələrə zəng edilən nömrələrin hansı ünvana aid olması müəyyənləşdirilərkən həmin nömrələrdən bir neçəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin olduğu müəyyən edilmişdir (Cild 3, iş vərəqə 211-212). 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılarkən üzərindən xx.xx.2022-ci il tarixdə, saat 15:27-də Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Bolmart” marketində olan ödəniş terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 51236*******2237 plastik kart hesabına 100 manat pul ödənilməsinə dair qəbz aşkar edildiyindən, həmin qəbzin üzərində olan ******************** hesab nömrəsi kimin adına və hansı nömrəli plastik kartın qeydə alınması məqsədi ilə "AZƏR-TÜRK BANK” ASC-ə məhkəmə qərarı göndərilmiş, "AZƏR-TÜRK BANK” ASC-dən daxil olan 15 aprel 2022-ci il tarixli, xx/xx-1518 saylı məktub və məktuba əlavə edilmiş çıxarışla həmin hesab nömrəli plastik bank kartının Təqsirləndirilən şəxs2 məxsus olması, müqavilənin xx.xx.2021-ci il tarixdə bağlanması və 100 manat pulun xx.xx.2022-ci il tarixdə həmin hesaba keçməsi müəyyən edilmişdir (Cild 3, iş vərəqə 213-217). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişdir (Cild 3, iş vərəqə 232-233, 238). Məhkəmə iclası zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin obyektiv cəhətinə daxil olan hərəkətləri bilavasitə icra etməməsi, habelə onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmaması ilə əlaqədar onlara həmin maddə ilə elan edilmiş ittihamla razılaşmayaraq onların qaçaqmalçılıqda ifadə olunan əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsi 32.5-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin tarixli 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edidlməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respubliası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəzhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə narkotik vasitələrin keçirilməsi formasında təzahür edən qaçaqmalçılıq əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcələsinin 206.2-ci, həmin əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuşdur. Qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilən cinayətlərin anlayışına aydınlıq gətirilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adı çəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Həmin əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi isə həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 12-ci bəndinə əsasən - 50 qram və daha artıq çəkidə narkotik vasitə tiryək külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 göstərilən cinayətlə ümumiyyətlə əlaqəsinin olmaması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 göndərilən ehtiyat hissəsinin içərisində narkotik vasitənin olmasından xəbərsiz olması barədə məhkəmədə verdiyi ifadələrini iş materialları ilə təkzib olunması əsası onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Əvvəla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında dindirilərkən ehtiyat hissəsinin haradan gəlməsindən, kim tərəfindən göndərilməsindən məlumatsız olması, Emilin tutulmasından sonra həmin əşyanın içərisində qanunsuz əşya olması barədə xəbərdar olması, Emilin tutulmasını Rza adlı şəxsdən eşitsə də həmin şəxsin onu telefon nömrəsini “blok” etməsi səbəbindən sonuncudan Emilin tutulması səbəblərini soruşa bilməməsi, bu işə aidiyyəti olmadığından istintaqdan gizlənməməsi barədə verdiyi ifadələri, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 ehtiyat hissəsini qəbul etmək üçün Ələt qəsəbəsinə göndərdikdən və ehtiyat hissəsini gətirəcək sürücünün mobil telefon nömrəsini Təqsirləndirilən şəxs3 bildirdikdən 2 saat sonra ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını deyən Rzadan yükü onun göndərib- göndərməməsi barədə suallarının sonuncu tərəfindən cavablandırılmaması, sonradan Rza ilə danışmağa çalışsa da, Rzanın onun zənglərinə cavab verməməsi barədə ifadələri 2 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bayram qızından götürülmüş 1 ədəd "Xiaomi” markalı, “Mİ A3” modelli, mobil telefona baxış keçirilərkən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefonun “adlar” bölməsində “R” adı ilə qeyd edilmiş İran İslam Respublikası operatoruna aid +**********92 saylı mobil nömrə arasında aparılan danışıqlarla təkzib edilir. Həmin danışıqlarla Təqsirləndirilən şəxs2 hadisələrdən məlumatı olmaqla istintaqdan gizlənməsi halı müəyyən edilməklə yanaşı həmçinin, hadisədən sonra Rza adlı şəxslə mesajlaşması, hətta özünün polislər tərəfindən axtarılması barədə məlumat verməsi belə öz təsdiqini tapmışdır. Belə ki, hadisə 23 yanvar 2022-ci il tarixdə baş vermiş, Təqsirləndirilən şəxs2 isə Rza adlı şəxslə 31 yanvar 2022-ci il tarixdə, yəni hadisə günü istifadə etdiyi mobil telefon nömrəsini dəyişdirdikdən sonra yeni nömrə ilə yazışmış, özü isə 01 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq dindirilmişdir. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin kimin tərəfindən göndərilməsini bilmədiyini, onun yalnız Təqsirləndirilən şəxs1 dediyi kimi İran İslam Respublikasından ehtiyat hissəsi gətirilməsi barədə məlumatlı olması barədə ilkin ifadələrini həqiqətəuyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında sualları cavablandırarkən +**********92 saylı mobil nömrənin Rza adlı şəxsə məxsus olmasını, ehtiyat hissəsinin də onun tərəfindən göndərilməsini etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Rza adlı şəxs tərəfindən ona əvvəlcədən məlumatlandırılmadan içərisində narkotik vasitə olan ehtiyat hissəsinin göndərilməsi ilə əlaqədar başına gələn bu hadisədən sonra onunla əlaqəsini kəsməməsi səbəbləri barədə verilən suallar isə onun tərəfindən cavablandırılmamış qalmış, yeni istifadə etməyə başladığı nömrənin də Təqsirləndirilən şəxs1 tərəfindən Rza adlı şəxsə verildiyini qeyd etmişdir. Məhkəmə heç kimə özünün və oğlunun adını belə etibar etmədiyi halda Rza adlı şəxslə özü haqqında əksər məlumatları“səmimi” şəkildə paylaşması, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən də İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirilməsinə görə məhkum edilməsini və Təqsirləndirilən şəxs1 tərəfindən ona götürülməsi tapşırılan ehtiyat hissəsinin də İran İslam Respublikasından “Rza” adlı şəxs tərəfindən göndərildiyini bilməsi hallarını vurğulayaraq Təqsirləndirilən şəxs2 göndərilən ehtiyat hissəsinin içərisində narkotik vasitənin olmasını bilməməsi barədə verdiyi ifadəsini həqiqətəuyğun hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 araşdırılan cinayət işinə əlaqəsi olmaması barədə ifadələri həm Təqsirləndirilən şəxs2 bilavasitə məhkəmə iclasında dindirilməsi zamanı, həm də istifadəsində olan mobil telefona baxış zamanı ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə “Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxslə “elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anarı da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajlar barəsində dindirilərkən “***-***-**-** saylı mobil telefon nömrəsi və “Gulum Gence” adı ilə telefonumun “adlar” bölməsində qeyd edilmiş şəxsin adının dəqiq nə olduğunu bilmirəm, onu mənimlə Anarın dostu Rüfətin arvadı Sevinc tanış etmişdi və aramızda normal rəfiqə münasibəti yaranmışdı. Ona görə də hərdən onunla dərtləşirdim. Bu səbəbdən Anarın başıma açdığı bu hadisəni ona da danışmışdım” məzmunda sms-ləri ilə təkzib edilmişdir.(Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 həqiqətən də Sevinc adlı şəxsi tanıdığını, onun tanışı Rüfətin arvadı olduğunu etiraf etmişdir ) Digər tərəfdən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihama daxil edilən əməllərin Təqsirləndirilən şəxs2 ilə Anar Musayev tərəfindən törədilməsi, İran İslam Respublikasından mal gətirilməsindən xəbəri olmaması, həmin ehtiyat hissəsini özü götürə bilməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs3 tərəfindən götürülməsini Təqsirləndirilən şəxs2 xahiş etməməsi, belə ki, Təqsirləndirilən şəxs3 ümumiyyətlə tanımaması barədə ifadələri Təqsirləndirilən şəxs2 ona “Elnarə ” adını Təqsirləndirilən şəxs1(sinif yoldaşına oxşatdığı üçün) qoyması, onu ətrafdıkılara elə təqdim etməsi,Anar Musayevin onun adının Təqsirləndirilən şəxs2 olduğunu bilməsi, Təqsirləndirilən şəxs3 həqiqətən də Təqsirləndirilən şəxs2 adını bilməməsi, onu “Elnarə ”kimi tanıması(belə ki, əgər X30 Heybətovla Təqsirləndirilən şəxs2 tanış etsəydi onu, Elnarə kimi təqdim etməzdi), Emilin tutulması zamanı Təqsirləndirilən şəxs1la danışması və bu barədə ona məlumat verməsi, sonuncunun isə telefon dinlənildiyinin onun nəzərinə çatdırması barədə, habelə Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə 15 saylı cəzaçəkmə müəssisəsinə “ iki blok “prima” markalı siqaret” alaraq aparması barədə verdiyi ifadələri, hadisə baş verən gün Təqsirləndirilən şəxs2 məhz Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 15 saylı Cəzaçəkmə Müəssisəsi ilə əlaqə saxlaması halları ilə təkzib edilir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən Təqsirləndirilən şəxs1 saxlanıldığı cəzaçəçəkmə Müəssisəsinə sonuncu ilə görüşlərin qeydiyyatı barədə verilmiş vəsatəti ilə əlaqədar Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onun görüşünə gəlməsi barədə faktı inkar etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında onun araşdırılan cinayətə əlaqəsi olmaması barədə verdiyi ifadələri də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tapşırığına əsasən hadisə yerinə getməmişdən bir neçə saat əvvəl (23 yanvar 2023-cü il tarix, saat 15 :27(Cild 1 , səh 59)) sonuncuya məxsus "xxxx" bankının kartı hesabına 100 manat pul köçürülmüşdür. Köçürmənin səbəbi barədə ibtidai istintaq dövründə dindirilərkən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 aldığı borc ilə əlaqədar olduğunu bildirsə də Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona heç bir borcunun olmamasını, özünün imkansız adam olmasını, qeyd edilən 100 manat pulu 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, həyat yoldaşı Təqsirləndirilən şəxs1 yanına gedəndə Emilin adından ona bəzi şeylər alıb aparması üçün verməsi barədə ifadə vermiş, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında qeyd edilən ifadəni təsdiq etmişdir. Bundan başqa məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs4 ilə getməsinə baxmayaraq bağlamanın götürülməsi Təqsirləndirilən şəxs2 tərəfindən məhz ona tapşırılmışdır. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında onun araşdırılan cinayətə əlaqəsi olmaması, Təqsirləndirilən şəxs2 tanımaması barədə verdiyi ifadələri də iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində ifadə verərkən Tariyel adlı şəxslə yükü götürməyə gedərkən söhbətlərindən Tariyelin də avtomobil ehtiyat hissəsini götürməyə getdiyini başa düşdüyünü, Elnarə Tariyeli tanısa da yükün onun tərəfindən götürülməsini tapşırdığından Tariyelin taksi sürücüsü kimi getdiyini, Elnarənin nə üçün ehtiyat hissəsini götürməyi ikisinə tapşırdığının səbəbini bilmədiyini, Tariyelin Elnarəni taksi kimi daşıdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 “Tariyel adlı şəxs və siz bunun içərisində narkotik vasitəsindən xəbərsiz idinizsə, yükü götürdükdən sonra Tariyel nəyə görə avtomobilini sürüb oradan uzaqlaşıb” məzmunda verilmiş sualı o, “mən bunu izah edə bilmirəm. Bəlkə də Tariyel bundan xəbərdar idi” məzmunda cavablandırmışdır. İbtidai istintaq dövründə şahid qismində ifadə verən Bayramov X10 tanıdıqları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə onu Təqsirləndirilən şəxs3 tanış etdiyini, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 bir neçə dəfə onlara gətirdiyini, özü də daxil olmaqla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə heroin narkotik vasitəsindən, Təqsirləndirilən şəxs2 isə el arasında “patı” deyilən metamfetamin narkotik vasitəsindən istifadə etdiyini, narkotik vasitələri Təqsirləndirilən şəxs3 təşkil etdiyini, lakin haradan təşkil etdiyini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs3 və Şahid9 ibtidai istintaq dövründə verdiyi ifadələri təkzib edərək Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 bir-birini tanınamamasını bildirsə də ifadələri arasında mövcud ziddiyətləri tutarlı səbəblərlə əsaslandıra bilməmişdir. Bundan başqa "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi protokolu ilə müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid6 23 yanvar 2022-ci il tarixdə, saat 22:18-də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilmiş, şəxs istintaq orqanına dəvət edilmişdir. Lakin şəxs istintaq orqanına gəlməkdən yayındığına görə əməliyyat axtarış tədbiri həyata keçirilməklə 24 yanvar 2022-ci il tarixdə saxlanılmışdır. Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş şəkillərdən də müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin telefonunda Təqsirləndirilən şəxs3 şəkli olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs4 istifadəsində olan telefon danışıqları barədə "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında mütəmadi şəkildə danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ona nəyşə vermiş, aralarındakı ödənişi bəzən taksi xidməti ilə əvızləşdirmişlər. Məhkəmə qeyd olunan halları nəzərə alaraq Təqsirləndirilən şəxs4 istintaqdan qaçıb gizlənməməsi, hadisəyə aidiyyəti olmaması, Təqsirləndirilən şəxs2 tanımaması, göndərilən ehtiyat hissəsinin içərisində narkotik vasitənin olmasını bilməməsi barədə verdiyi ifadəsini həqiqətəuyğun hesab etmir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, habelə, Təqsirləndirilən şəxs2 “Elnarə” adlı şəxs kimi tanınması, ehtiyat hissələrini götürməyə özünün getməməsi, başına gələn hadisələrdən sonra da Rza adlı şəxslə əlaqəni kəsməməsi, əksinə sonuncunun onun cəzaçəkmə müəssisəsində cəza çəkən oğluna zəruri əşyaları aparmaqla gizlənməsi üçün şərait yaratması, Təqsirləndirilən şəxs2 telefonundan başına gələn bütün hadisələrin baş verməsinə Anarın səbəb olması barədə smsləri, qazanc mənbəyini göstərə bilməyən Təqsirləndirilən şəxs3 yalnız uşağının türmədə olması barədə məlumata sahib olduğu, əsl adı, yaşayış yeri barədə informasiyaya malik olmadığı Təqsirləndirilən şəxs2 nə məqsədlə özünün dediyi kimi “kömək” təyinatlı pul vəsaiti verməsi, həmçinin hadisə baş verəndən bir neçə saat əvvəl sonuncunun kartına 100 manat köçürməsi,onun tapşırığına əsasən ehtiyat hissəsinin götürmək üçün getməsi, Təqsirləndirilən şəxs2 ilə “whats up messenger” proqramı vasitəsilə danışması, Ələtə gəlməzdən əvvəl aralarında olan bütün yazışmaları silməsi, taksi sürücüsünə (Təqsirləndirilən şəxs4 ) ödəniləcək məbləğin də ödənilməsini öz boynuna götürməsi, Təqsirləndirilən şəxs4 heç bir şeydən xəbəri olmadığı təqdirdə hadisə yerindən qaçması, Təqsirləndirilən şəxs3 da əvvəllər aldığı narkotik vasitəni taksi xidməti ilə əvəzləşdirməsi, Təqsirləndirilən şəxs2 ilə birgə narkotik vasitə istifadə etməsi, narkotik vasitənin miqdarı kimi işin hallarını təhlil edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 narkotik vasitə əldə edilməsi ilə bağlı əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmçinin 206.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və ittiham onunla əsaslandırılmışdır ki, adı çəkilən şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan üzvləri külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsini tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirməklə saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan “Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuşlar. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarınının 19-cu hissəsinə əsasən məhkəmələrə, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Cinayət Məcəlləsinin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq Cinayət Məcəlləsinin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq Cinayət Məcəlləsinin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Toplanmış sübutlar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göstərişi ilə “Rza” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən götürülməklə əldə edilməsinə əvvəlcədən vəd verməklə razılığa gəlmiş, həmin narkotik vasitə- aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 2 ədəd dairəvi formalı, metaldan ibarət avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirmiş şəkildə “Murtuz” adlı şəxs tərəfindən idarə etdiyi “Mercedes -Benz” markalı avtomobillə Azərbaycan Respublikası sərhəddindən keçirilməsi üçün Şahid12 təqdim edilmişdir. Lakin nə Təqsirləndirilən şəxs3, nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2, Tariye Əlizadə tərəfindən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı biri və ya bir neçəsi törədilməmiş, onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətləri mövcud olmamışdır. Bundan başqa məhkəmə kollegiyası Şahid12 hazırkı cinayətin predmeti olan narkotik vasitənin“Murtuz” adlı şəxs tərəfindən ona təqdim edilməsi barədə, habelə Təqsirləndirilən şəxs2 ehtiyat hissəsinin “Rza” adlı şəxs tərəfindən göndərilməsinə dair ifadələrini qarşılıqlı şəkildə və iş üzrə toplanmış digər sübutlarla məcmu şəkildə qiymətləndirməklə (Təqsirləndirilən şəxs2 telefonuna baxış keçirilməsi haqqında protokola əsasən “Rza” adlı şəxsin +**********92 saylı mobil telefon nömrəsindən, Şahid12 ibtidai istintaq dövründə verdiyi ifadələrə əsasən “Murtuz” adlı şəxsin +**********90 mobil telefon nömrəsindən istifadə etməsi, Şahid12 telefonunun sərhəd keçdikdən sonra əməliyyatçılarda olması və davam edən əməliyyat axtarış tədbiri dövründə əməliyyatçıların nəzarəti altında Murtuz adlı şəxslə əlaqə saxlaması) hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1946,4 qram tiryək narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 2 ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirməklə saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olduqlarından onların əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən birbaşa həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə ibtidai istintaq orqanının gəldiyi ilkin nəticə ilə razılaşmayaraq dövlət ittihamçısının təqsirləndirilən şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə tövsif edilməli olması barədə mövqeyinin düzgün olması qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 64, 66.3cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmin Məcəllənin 64-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərdən hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan övladının tərbiyə müəssisəsində cəza çəkməsini, onun ailədə yeganə qazanc mənbəyi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 23 dekabr 2009 və 16 aprel 2010-cu il təvəllüdlü iki azyaşlı ovladı olmaqla, dörd övladı var, ailənin yeganə qazanc mənbəyidir, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 14 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə qeyd edilən halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 barəsində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Nəsimi rayon Xalq məhkəməsinin 28 aprel 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 220-2, 207-ci maddəsinin 3-cü hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə (2000-ci ilədək qüvvədə olan CM-nin maddələri ilə) təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 iyul 1997-ci ildə cəzasının sonu ilə azad edilmiş, Binəqədi rayon xalq məhkəməsinin 13 iyun 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsinin 2-ci hissəsi ilə (2000-ci ilədək qüvvədə olan CM-nin maddələri ilə) təqsirli bilinib ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli amnistiya qərarının 1.5-ci maddəsinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 13 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 sentyabr 2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 iyul 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 24 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 fevral 2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 mart 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. (Cild 2, iş vərəqə 234-237). Göründüyü kimi Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilsə də Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən əməlində cinayətlərin residivi yaranmamışdır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 noyabr 2006-cı tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.3.2, 187.2, 180.2.2, 180.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 noyabr 2006-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 9 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək üzərində qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 185.3.2-ci maddəsindən 185.2.4-cü maddəsinə tövsif edilərək cəzası 5 il 3 aya endirilmiş, Bakı Apelyasiya məhkəməsinin 02 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı dəyişdirilərək qərarda istinad edilən Cinayət Məcəlləsinin 66.3-cü maddəsi 66.2-ci maddəsi ilə əvəz olunmuş, Təqsirləndirilən şəxs1 qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə 16 gün vaxtından əvvəl cəzadan azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 2, iş vərəqə 239-241, Cild 3, iş vərəqə 15-23, Cild 4, iş vərəqə 191-203). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddələrinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işi materiallarına əlavə edilmiş hökmlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilən cəzaya Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 noyabr 2006-cı tarixli hökmü ilə təyin edilmiş cəza birləşdirilmiş, həmin cəzadan 28 dekabr 2018-ci il tarixdə azad edilmişdir. (Təqsirləndirilən şəxs1 məhkum edildiyi Binəqədi rayon məhkəməsinə hökmünə əsasən hökmlərin məcmusuna daxil olan cinayətlərdən yalnız biri əvvəllər ağır cinayət hesab olunsa da sonradan “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən əməli Cinayət Məcəlləsinin 185.3.2-ci maddəsindən 185.2.4-cü maddəsinə tövsif olunmuşdur ) Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, həmin əməllərə görə məhkumluğun ödənilməsi müddəti keçdiyindən qeyd olunan ödənilmiş məhkumluqlar Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimini yaratmır. Lakin Təqsirləndirilən şəxs1 həmçinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal hazırda cəza çəkən şəxsdir. Məhkəmə qeyd olunan halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi kimi həmin Məcəllənin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi, Təqsirləndirilən şəxs1 isə həmçinin həmin Məcəlləsinin 65.2-ci və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş məhkumlar və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki: -Təqsirləndirilən şəxs2 01 fevral 2022-ci il tarixdə ittiham elan edilməsi üçün tutulmuş(cild 2, iş vərəqə 33), Bakı şəhər Yasamal rayon məhkəməsinin 03 fevral tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 fevral 2022ci il tarixdən hesablanması qərara alınmışdır (cild 2, 107-109). - Təqsirləndirilən şəxs3 23 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 46), Bakı şəhər Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 23 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 199-201). - Təqsirləndirilən şəxs4 oğlu 24 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 137), Bakı şəhər Yasamal rayon məhkəməsinin 2 yanvar 2022ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 24 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 243-248). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 fevral 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Namazov X18 Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş cəzaçəkməsinin əvvəli 11 fevral 2020-ci il tarixdən hesablanmış(cild 3, iş vərəqə 15-23), Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən günə Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 4(dörd) il 8(səkkiz) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi təşkil edir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, habelə Cinayət Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməklə Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş və çəkilməmiş 4(dörd) il 8(səkkiz) ay 20 (gün)azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaya qismən birləşdirilməklə cəzaçəkilməsi müddətinin başlanğıcı 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 23 may 2022-ci il tarixli məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. (Cild 4, iş vərəqə 157-159) 23 may 2022-ci il tarixli məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs4 barəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir Cild 4, iş vərəqə 151-152) 23 may 2022-ci il tarixli məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromunun qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəzaçəkmə müəssisəsində saxlanıldığı nəzərə alınaraq barəsində məhkəmə-narkoloji ekspertiza təyin edilməmiş, lakin həmin cinayət işi üzrə istintaq dövrü barəsində verilmiş xx.xx.2020-ci il tarixli, 1791 saylı Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi cinayət işinə əlavə edilmiş və həmin rəylə Təqsirləndirilən şəxs1 periodik olaraq metamfetamin psixotrop maddəsindən istifadə etmə hallarının olması, lakin halhazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin aşkar edilmədiyi, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1946,05 qram təşkil edən tiryək narkotik vasitəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına saxlanılması üçün verilmiş narkotik vasitənin aşkar edildiyi iki ədəd dairəvi formal dəmirdən olan ehtiyat hissəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 114 manat ekspertiza xərci bərabər paylarla təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik, Təqsirləndirilən şəxs2 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik, Təqsirləndirilən şəxs3 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik və Təqsirləndirilən şəxs1 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 87-93). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Pro-Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi5 Təqsirləndirilən şəxs1 , X1 Tariyel Tahir oğlunun, Müdafiəçi3 Təqsirləndirilən şəxs3, Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiəsini həyata keçirmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə mərhələsində göstərilmiş 100 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi5, X17, Müdafiəçi3 və Müdafiəçi1 vəkil kimi işlədikləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Pro-Bono” Vəkil Bürosunun hesabına hər birinə ayrıayrılıqda ödənilməsi üçün 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplamaqla ona 8(səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 67.1 –ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini təşkil edən 4 il 8 ay 21 gün azadıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş qəti cəzaya qismən birləşdirilməklə üzərində 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı ona hazırki cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplamaqla ona 5 (beş)il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzalar qismən toplamaqla ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzalar qismən toplamaqla ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1946,05 qram təşkil edən tiryək narkotik vasitəsi; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına saxlanılması üçün verilmiş narkotik vasitənin aşkar edildiyi iki ədəd dairəvi formal dəmirdən olan ehtiyat hissəsi məhv edilsin. 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci bərabər şəkildə bölünərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik, Təqsirləndirilən şəxs2 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik, Təqsirləndirilən şəxs3 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik və Təqsirləndirilən şəxs1 28 (iyirmi səkkiz) manat 50 (əlli)qəpik məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “Pro-Bono” Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi5, X17, Müdafiəçi3, Müdafiəçi1 ödənilməsi məqsədilə hər biri üçün ayrı -ayrılıqda 600 (altı yüz)manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar