Məhkəmə qərarları › İş №1(101)-422/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-422/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-422/2025 26.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Masallı rayonu, Çayqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Bədəlan ərazi dairəsi, Çayqıraq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 12:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,379 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Ramana sovxozunda saxlanılaraq ərazi aidiyyəti üzrə 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,379 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülmüşdür. 2.Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi - 0,249 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmini və 01 ədəd bükümdə təmiz çəkisi - 0,254 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 17 may 2024-cü il tarixdə, saat 03 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq ərazi aidiyyəti üzrə 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,249 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmin və 01 ədəd bükümdə təmiz çəkisi - 0,254 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Sovxoz Ramanı onun əvvəl yaşadığı ərazi olmuş və bir tərəfi qəbiristanlığa baxmışdır. O, həmin yerdə dayanıb maşınını düzəldərkən qəbiristanlığın işçisi Əhməd adlı şəxs yaxınlaşaraq orada nə etdiyini soruşmuş, o da cavabında maşınını düzəltdiyini bildirmişdir. Həmin şəxs ona dəfələrlə orada oğurluq hadisəsi olduğunu bildirmiş və orada olması ilə bağlı zəng edib “102” xidmətinə məlumat vermişdir. Bundan sonra polislər gəlib onu bölməyə aparmışlar. Üzərindən saat yarım keçdikdən sonra təzədən həmin əraziyə qayıtmışlar və polislər qəbiristanlığın işçisi ilə dəmirləri onun maşınına yığıb aparmışlar. Onu bölməyə apararaq birinci oğurluqla, sonra isə narkotik vasitə daşıması ilə bağlı sənədləşdirmişlər. Lakin iş materiallarında şikayətlə bağlı məlumat olmamışdır. O, əslində oğurluqda şübhəli bilinmiş, dörd gün polis bölməsində qalmış, iki gün boynuna almamış və çox döyüldüyündən dözə bilməyərək məcburiyyətdən narkotiki üzərinə götürüb ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları ona “denən ki, narkotik mənimdir, biz də səni buraxaq get, çəkisi azdı, gedəcəksən məhkəməyə hə, yox edib buraxacaqlar” demişlər. Onun cibində siqareti və maşınının açarı olmuş, lakin videoçəkiliş aparılarkən onun cibində narkotikdən başqa heç nə olmamışdır. Müstəntiq işini aparanda sübuta yetirilmədiyindən oğurluq maddəsini çıxarmış, lakin narkotik ilə bağlı maddəni saxlamışdır. Onun dediklərinin heç bir faydası olmamışdır. İkinci epizodla bağlı bildirir ki, “Bolt” xidmətində taksi fəaliyyəti göstərməklə X8 müştəri aparmış, sifarişi yerinə yetirib geri qayıdanda yolda bir nəfər götürmüş və yolda olarkən futbol meydanı tərəfdə onları Post Patrul Xidmətinin əməkdaşları saxlamışlar. Polislərdən biri maşından “nəşə”, digəri isə “patı” tapmışdır. Sonra onu bölməyə aparmışlar və bölməyə gətirildikdən sonra videoçəkiliş etmişlər, yenə də çəkilişdə telefonu və maşının açarı olmamışdır. Bu hadisələr olanda onun maşınında Abuzər adlı sərnişin olmuşdur. Abuzər hazırda Türkiyədədir. O, elan edilmiş ittiham üzrə 234.1-ci maddə ilə özünü təqsirli bilir, çünki onun maşınında “nəşə” olmuşdur. O, birinci epizodla bağlı saxlanılarkən üzərində ***-***-**-** saylı nömrə olan mobil telefon olmuş, telefonu ayın 14-nə kimi işləmiş, həmin müddət ərzində onun telefonu polislərdə olmuş və onun telefonunu axtarmışlar. Həmin ərəfədə avtoqəza etdiyindən və şəxsiyyət vəsiqəsi olmadığından nömrəsi qonşusu Aslan Muradovun adına olmuşdur. O, vəkildən imtina barədə ərizə yazmamış, həmin ərizəni oxumadan imzalamış və müdafiəçi şəxsi axtarışdan sonra gəlmişdir. İfadəsini “buraya qol çək” dediklərindən imza etmişdir. Azadlıqda olduğu müddət ərzində işinin bağlanıldığını düşünərək şikayət etməmişdir. O, ikinci epizodla bağlı saxlanılarkən ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmiş və şəxsiyyət vəsiqəsi olduğundan nömrəni öz adına almışdır. İkinci dəfə narkotiklə bağlı aparanda onu döyən olmamış və bölmədə onu hansı aqibətin gözlədiyini bildiyindən etiraf etmişdir. İkinci epizodla bağlı onun üzərində ancaq marixuana olmuşdur. O, əvvəllər metamfetamin və marixuana istifadə etmiş, lakin artıq islah olunaraq narkotikdən istifadə etməmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təqribən 3 ilə yaxın müddətdir narkotik vasitələrdən “kakos” yəni heroin, psixotrop maddə “patı”dan və nəşə kimi tanınan marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz-Südçülük Ramana qəsəbəsində 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş və üzərində heroin olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ondan şübhələnmiş və getməsinin qarşısını alaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyi təklif etmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getmişdir. Şöbəyə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olan narkotik vasitəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-cü polis şöbəsinin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Üzərində narkotik vasitə olduğundan, müdafiəçinin bunu öz gözü ilə görməsini ismədiyindən, eləcə də gələcəkdə bu halın onun daha yaxşı müdafiə edilməsinə mane olduğunu düşünərək müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş və oradan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, bükümdəkinin kakos olduğunu, onu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyulmuş, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Həmçinin o, bildirmişdir ki, narkotik vasitəyə və psixotrop maddəyə olan asılılığını birdən tərgidə bilməmişdir. Bu səbəbdən adətən, “nəşə” kimi tanınan marixuanadan və arada bir “patı” kimi tanınan metamfetamindən mütəmadi istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən bir büküm “nəşə” və bir büküm “patı”-nı 20 manata alaraq şəxsi istifasi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala ramana qəsəbəsində piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini və şəxsiyyətini təsdiq edən sənədi verməsini xahiş etmişlər. Üzərində “nəşə" və bir büküm “patı” olduğudan, eləcə də üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığından həyəcanlanmış, polis əməkdaşlarının suallarına dağınıq cavablar vermiş, növbəti dəfə tutulmaq istəmədiyindən yayınmağa çalışmış, lakin iki polis əməkdaşından yayına bilməyəcəyini başa düşmüşdür. Polis əməkdaşları ondan şübhələnmiş və getməyinin qarşısını alaraq Sabunçu RPİ-nin 12ci PŞ-nə getməyi təklif etmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ- nə getmişdir. Polis Şöbəsinə aparılan müddət ərzində polis əməkdaşlarının müşahidəsi altında olmuş, bu səbəbdən üzərində olan narkotik vasitəni və psixotrop maddəni hər hansı bir yolla özündən kənarlaşdıra bilməmişdir. Həmçinin onlardan istifadə edə bilməmişdir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmiş, üzərində patı və nəşə olduğundan müdafiəçinin bunu öz gözü ilə görməsini istəməmiş, eləcə də gələcəkdə bu halın daha yaxşı müdafiə olunmağına mane olacağını düşünmüş, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə ərizə yazmış, şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü təqdim etmiş, polis əməkdaşları tərəfindən bükümlərə baxış keçirilmiş və bükümün birindən ağ rəngli maddə, digərindən isə açıq yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Polis əməkdaşları bükümlərdə olan maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuş, polis əməkdaşlarının sualına cavab olaraq bükümdəkinin birinin “patı”, digərinin isə “nəşə” olduğunu, onları xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələr qablaşdırılmış, zərfin üzəri o və polis əməkdaşları tərəfindən imzalanmış, aşkar edilmiş maddənin növünün, çəkisinin, tərkibin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin olunacağı ona izah edilmiş, daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunan narkotik maddə heroini, eləcə də xx.xx.2024-cü il tarixdə saxlanılarkən üzərindən aşkar edilmiş metamfetamin və marixuananı şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar olunan narkotik maddə və psixotrop maddədən kiməsə hədiyyə vermədiyini, xx.xx.2023-cü il tarixdə həm, də xx.xx.2024-cü il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, zor tətbiq edilmədiyini, xx.xx.2023-cü il tarixədək ***-***-**-** mobil nömrəsini, hazırda isə ***-***-**-** nömrəsini işlətdiyini bildirmişdir (İ cild, səh. 55-56, 174 -176). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi 2023-cü il tarixdə, oktyabr ayında Ramana Sovxozu deyilən ərazidə sahə müvəkkili Rəşad ilə birlikdə xidməti ərazilərində olan qəbiristanlığın yanında saxlamışlar, saxlanılan zaman təqsirləndirilən şəxs tək və piyada olmuşdur. Tam dəqiq xatırlamır, amma özünü şübhəli apardığından polis şöbəsinə dəvət etmişlər. Şəxsi bölməyə sahə müvəkkilinin maşını ilə aparmışlar. Polis şöbəsində təhqiqatçının otağında videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qəhvəyi rəngdə narkotik maddə, səhv etmirsə “kakos” aşkar edilmişdir. Sənədləşdirib narkotik vasitə olub-olmadığının müəyyən edilməsi üçün ekspertizaya göndərmişlər. Şəxs aşkar edilmiş maddə ilə bağlı bir, ya da iki gün əvvəl Balaxanıdan aldığını bildirmiş, neçə manata alması isə onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs tam olaraq hansı tarixdə və saat neçədə saxlanılması onun yadında qalmamış, səhv etmirsə gündüz vaxtlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən təhqiqatçı tərəfindən çəkilmədən qablaşdırılmış və üzərindən narkotikdən başqa nəyin aşkar edilməsi onun yadında qalmamışdır. Onlar şəxsi əməliyyatla deyil, şübhəli olduğu üçün saxlamışlar. Onda oğurluq olması barədə hansısa məlumat olmamış, ola bilsin ki, sahə müvəkkilində bu barədə məlumat olmuşdur. Şəxsin saxlanılmasında məqsəd oğurluq yox, onun özünü şübhəli aparması olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları vaxt yox, sonradan onun oğurluq etməsi barədə eşitmiş, lakin həmin faktın öz təsdiqini tapıb-tapmadığını bilməmişdir. Şəxslə bağlı ona şikayət daxil olmamış və şəxs barəsində şikayət daxil olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxsdən qəbiristanlıqda işləyən Əhməd adlı şəxsin şikayət etməyindən onun məlumatı olmamışdır. Onlar əməliyyatda iki nəfər olmuşlar və şəxsin saxlanılmasında post patrul xidmətinin iştirakını görməmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2la Sabunçu rayonu, Ramana-Südçülük sovxozunda xidmət apararkən narkotik vasitə və psixotrop maddələrin istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edərək Sabunçu RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Murad olduğunu bildirmiş, daha sonra ondan soyad, ad, ata adını soruşuqda nisbətən həyəcanlı şəkildə cavab vermişdir. Bu halda onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs isə üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək onlardan yayınmağa çalışmış, onun özünü həyəcanlı aparmasından şübhələnmiş və ona şəxsiyyəti barədə məlumatların dəqiqləşdirilməsi üçün bölməyə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmiş və onun gətirilməsi ilə bağlı raport yazaraq bölmənin növbətçi hissəsinə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis kapitanı Ramin Kəngərliyə həvalə edilmiş, Ramin Kəngərli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, dövlət hesabına müdafiəçi dəvət edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək, müdafiəçi X4 gəldikdən sonra təhqiqatçı Ramin Kəngərli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahiş etmiş, bunu isə onunla əsaslandırmışdır ki, üzərində olan və aşkar olunacaq narkotik vasitənin müdafiəçisi tərəfindən görülməsini istəməmişdir. Daha sonra ondan şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə aparılmasına etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bükümə baxış keçirilən zaman orada qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Suala cavab olaraq, bükümdəkinin “kakos”, yəni heroin olduğunu, onu 13 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddə qablaşdırılmış, qablaşmanın üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, həmin maddənin ekspertiza mərkəzinə göndəriləcəyi izah edilmişdir. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş həmin protokol Təqsirləndirilən şəxs və tərflərindən imzalanmışdır (İ cild, səh. 83- 85). 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 80- 82). 8.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü il tarixdə, gecə saatlarında, təxminən saat 2-3 radələrində Şahid4lə birlikdə saxlamışlar, lakin hansı tarixdə saxlanılmasını xatırlamır. Şübhəli şəxs qismində bölməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs 12-ci Polis Şöbəsinə apararaq təhqiqatçının otağında çəkilişlə üzərinə baxış keçirilmiş və baxış zamanı ondan narkotik vasitə aşkar edilmişdir. Axtarış aparılan zaman müdafiəçi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman piyada yol kənarında dayanmışdır. Üzərindən hansı narkotik vasitənin aşkar edilməsi tam yadında qalmamışdır. Aşkar edilmiş maddələri təqsirləndirilən şəxs etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa nəyinsə aşkar edilməsi onun dəqiq yadında qalmamışdır. Şəxsi bölmədə raportla növbətçi hissəyə təhvil vermişlər. Muradın saxlanılma səbəbi özünü şübhəli aparması olmuş və səsinin titrəməsi, özünü təqdim etməsi onlarda şübhələr yaratmışdır. Saxlanıldıqdan sonra, polisə gətirildikdə təqsirləndirilən şəxsə qarşı hansısa formada zor və təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin bildirdiyi hallar olmamış, onlar şəxsin avtomobilinə baxış keçirməmişlər və Abuzər adlı şəxsi harasa aparmamışlar. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 17 may 2024-cü il tarixində, saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, nömrəsiz fərdi evlərin yaxınlığında bölük yoldaşı Şahid4 ilə birlikdə xidmət apararkən narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli bilinən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsi saxlamış, özlərini təqdim edərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər, Təqsirləndirilən şəxs isə üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs şöbəyə təmin etmiş, şöbədə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmiş və onun gətirilməsi ilə bağlı raport yazaraq şöbənin növbətçi hissəsinə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis mayoru Elşən Abbasova həvalə edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul etmiş, hüquq və vəzifələrini izah edərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi X3 gəldikdən sonra baş təhqiqatçı Elşən Abbasov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilərək barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs ərizə yazaraq şəxsi axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahiş etmiş, şəxsi axtarışın videoçəkilişlə keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü təqdim etmişdir. Bükümlərə baxış keçirilən zaman birindən ağ rəngli kristalşəkilli maddə, digərindən isə yaşılımtıl rəngli xırdalanmış bitki tərkibli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdəki maddələrin nə olduğu soruşulan zaman, bükümün birində “patı”, digərində isə “nəşə” olduğunu, onları 16 may 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən 30 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmiş, bundan sonra aşkar edilmiş maddələr təhqiqatçı Elşən Abbasov tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmiş, zərfin üzəri Təqsirləndirilən şəxs və tərəflərindən imzalanmışdır (İ cild, səh. 188-190). 10.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 191-193). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5411 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin’’-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 34-38). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli 3-16-16/2-6/2796-7/769 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddə və ot kütləsi...” yazı və imzalar olan paketdə 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,249 qram ağ rəngli kristalşəkiili maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin paketin içərisində olan 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,254 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 150-155). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 15 noyabr 2023-cü il tarixli, 7437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 94-95). 14.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli sellafan büküm təqdim etmişdir. Həmin şəffav rəngli bükümdəkinin narkotik maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə kakos kimi tanıdığı narkotik maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən adını bilmədiyi bir nəfər şəxsdən 30 manat dəyərində aldığını və daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17:00 dəqiqədə polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Ramana Südçülük sovxozda yerləşən ünvanda olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər vasitə olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biəcək digər əşya və maddələr aşkar edilməmişdir (İ cild, səh. 26-27). 15.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 may 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şubhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında. əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla gövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, bir ədəd ağ kağıza bükülmüş içərisində spesifik iyə malik olan yaşıl rəngli ot kütləsi təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq, həmin ot kütləsinin narkotik vasitə “nəşə”, maddənin isə narkotik vasitə “patı” olduğunu, Suraxanı rayonundan üzdən tanıdığı adını bilmədiyi şəxsdən hər bükümün 10 manata olmaqla ümumilikdə 20 manata istifadə üçün aldığını bildirmişdir. Əlavə suallara cavab olaraq 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş ot kütləsi və maddə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 140-141). 16.İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********57 saylı mobil telefon nömrəsinə daxil olan, həmin nömrədən çıxan zənglər və ötürücü stansiyalara (anten əhatə dairəsinə) dair məlumatların əks olunduğu CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 13:07:18-dən 14 oktyabr 2023-cü tarixdə, saat 23:52:12-dək eyni ünvanda, yəni ünvan 3ilən ərazidə (LBBK0501O2/LBBK0501 Sabunchu ticaret merkezi/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 5"/Sabunchu/ (40.442xx/xx.94275) anten əhatə dairəsində) olmuşdur. 17.«Sübutların qiymətləndirilməsi haqqında» 30 may 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 2,379 qram heroin, 0,254 qram marixuana, 0,249 qram metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi və biloji tədqiqatlardan sonra qalıq çəkiləri 2,329 qram heroin, 0,204 qram marixuana və 0,209 qram metamfetamin məsul saxlanış üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPl-nin 12-ci PŞ-nin və Sabunçu RPl-nin PPXB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən iki ədəd “CD" disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (İ cild, səh. 213-221). 18.Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 24 aprel 2024-cü məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:50-də Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirildikdə üzərinə baxış keçirilmiş və xəsarət aşkar olunmamışdır. 19.«Şübhəli şəxsin tutulması haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 16). 20.«Qətimkan tədbiri seçilməsi haqqında» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 64-66). 21.«Axtarışda olan şəxsin tutulması barədə» 06 mart 2024-cü il tarixli protokodan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (İ cild, səh. 97). 22.«Tutulmuş şəxsin X10 azad edilməsi barədə» 08 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin X10 azad edilmişdir (İ cild, səh. 100). 23.«Şübhəli şəxsin tutulması haqqında» 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 129). 24.«Qətimkan tədbiri seçilməsi haqqında» 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 may 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 184-186). 25.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(006)-347/2023 nömrəli hökmündən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(007)-256/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmış və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilən cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 67.1-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəza qismən, əlavə cəza tam birləşdirilməklə, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmı cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 20 may 2025-ci il tarixdən hesablanmışdır (İ cild, səh. 87-89). 26.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 27.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 29.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 31.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin olunmalıdır. 32.Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşıması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 33.Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübutlar qiymətləndirilərkən iş materialları ilə birlikdə ilk növbədə Təqsirləndirilən şəxs verilmiş ittihamda istinad edilən cinayət əməli təhlil edilməlidir. 34.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 35.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 38.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. 39.Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və təqsirləndirilən şəxsin təqsirliliyinə dair başqa sübutlar aşkar olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə Təqsirləndirilən şəxs bəraət verilməlidir. 40.Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun verdiyi etirafedici ifadəsi qeyd edilmişdir. 41.Məhkəmə qeyd olunan ifadəyə münasibətdə belə qənaətə gəlir ki, istintaq orqanının təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs qeyd edilən ifadəsində göstərilənlər həqiqəti əks etdirmir. 42.Məhkəmə ibtidai istintaq zamanı tərtib olunmuş Təqsirləndirilən şəxs həmin etirafedici ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 43.Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,379 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Ramana sovxozunda saxlanılaraq ərazi aidiyyəti üzrə 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,379 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülmüşdür. 44.Göründüyü kimi Təqsirləndirilən şəxs verilmiş ittihamda sonuncunun 14 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Ramana sovxozunda saxlanılaraq ərazi aidiyyəti üzrə 12-ci Polis Şöbəsinin inzibati binasına gətirildiyi və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 2,379 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürüldüyü qeyd edilmişdir. Lakin, iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********57 saylı mobil telefon nömrəsinə daxil olan, həmin nömrədən çıxan zənglər və ötürücü stansiyalara (anten əhatə dairəsinə) dair məlumatların əks olunduğu CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə, saat 13:07:18-dən 14 oktyabr 2023-cü tarixdə, saat 23:52:12-dək eyni ünvanda, yəni ünvan 3ilən ərazidə (LBBK0501O2/LBBK0501 Sabunchu ticaret merkezi/"Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 5"/Sabunchu/ (40.442xx/xx.94275) anten əhatə dairəsində) olmuşdur. Qeyd olunan məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs azadlığın faktiki olaraq 13 oktyabr 2023-cü il tarixdə, saat 13:07:18-dən məhdudlaşdırılmışdır. 45.Belə ki, iş materiallarında olan «Google Maps»dən götürülmüş çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Ramana sovxozu ərazisindəki yerlə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi arasında kifayət qədər (təxminən 9 km) məsafə vardır. Bu səbəbdən, həmin ərazilərin eyni ötürücü stansiyalarda (anten əhatə dairəsində) olmadığı öz təsdiqini tapmışdır. 46.Beləliklə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində saxlanılma yeri və şəraiti barədə göstərdiyi xüsusatların həqiqəti əks etdirdiyi məhkəmədə şübhə doğurmur. 47.Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdəki şifahi izahatını zorakılığa və hədəyə məruz qalması nəticəsində verməsi ilə əsaslandırmışdır. 48.Təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə «Şəxsi axtarış və götürmə aparılması» barədə videoçəkilişdə ifadələrin əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilməz. 49.Belə ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan sənədlərə əsasən müdafiəçi ilə təmin edilməsinə baxmayaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmişdir. 50.İş materiallarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 14 oktyabr 2023cü il tarixdə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiəsi edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilməsini xahiş etmiş və həmin tarixdə vəkil dəvət edilərək şübhəli şəxsə təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquq müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılarkən müdafiəçinin iştirakı təmin edilməmişdir. 51.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3-cü maddəsinə əsasən, cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə; 92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə və s. 52.Cinayət işinin materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin prosessual hərəkətdə Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirak edərək saat 18:10-dan 18:20-dək tərtib olunmuş protokolu imzalamış, daha sonra təhqiqatçı Ramin Kəngərli tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş, şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildiriş və 14 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş digər sənədlərdə müdafiəçi X4 imza etmişdir. Lakin, daha sonra 18:45-dən 19:00-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquq müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmasına heç bir etirazının olmadığını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ərizə ilə cinayət təqibi orqanına müraciət etməsini cinayət işinin materiallarından görür, lakin Təqsirləndirilən şəxs həmin istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etməsini inandırıcı saymır. 53.Göründüyü kimi müdafiəçi təqdim edildikdən sonra 14 oktyabr 2023-cü il tarixdə, saat 18:10-dan 18:20-dək protokol tərtib edilməklə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə, 18:45-dən 19:00-dək üzərinə keçirilən şəxsi axtarış zamanı müdafəçinin iştirak etməməsi Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kifayət qədər pozulmasına əsas verir. 54.Məhkəmə hesab edir ki, həmin gün ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etmiş şəxsin daha sonra keçiriləcək şəxsi axtarışda müdafiəçinin iştirakından imtina etməsi inandırıcı deyil. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı X12 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs müdafiəçi təyin etmiş, müdafiəçinin təxminən 25 dəqiqə əvvəl Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında olmasına baxmayaraq müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparmış, Təqsirləndirilən şəxs qeyd olunan istintaq hərəkətində müdafiəçinin iştirakından imtina etməsini əsas götürmüşdür. Lakin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etməsininin səbəbini şəxsi axtarış aparılarkən nə videoçəkiliş zamanı, nə də ki, protokolda göstərməmişdir. 55.Məhkəmə hesab edir ki, şübhəli şəxs hər hansı istintaq hərəkətində müdafiəçinin iştirakından imtina edirsə bu müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə verilməli və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinin müdafiəçidən imtinaya dair tələblərinə uyğun olmalıdır. 56.İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ formal olaraq təmin olunmuşdur. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. 57.Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Bundan başqa, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyəti yaxşı olmadığından hüquqlarının müdafiəsi edilməsi üçün ona vəkil ayrılmasına köməklik edilməsini xahiş etdiyindən sonuncunun şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtinası qəbul edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs axtarış və götürmə aparılması zamanı müdafiəçidən imtina etməsi barədə ərizəsini vəkilin iştirakı ilə vermədiyindən qeyd olunan ərizənin onun sərbəst iradəsi əsasında yazılmasını şübhə atına alır. 58.Eyni zamanda, müdafiəçi X4 «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 oktyabr 2023-cü il tarixli qərarİa tanış olaraq imza etməmiş, lakin cinayət işi üzrə məhkəməyədək icraat dövründə onun iştirakı olmadan keçirilmiş şəxsi axtarışın mötəbərliliyini şübhə altına alaraq mübahisələndirməmişdir. Bu hal özlüyündə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiəsindən imtina hesab edilə bilər. 59.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 oktyabr 2023-cü il tarixli protokolun məzmunundan və həmin istintaq hərəkətinin videogörüntüsündən də göründüyü kimi ittiham tərəfinin sübutları siyahısında mühüm yeri tutan qeyd olunan sübutun əldə olunması prosesində müdafiəçi X4 iştirak etməmişdir. Digər istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə zamanı vəkilin iştirakından imtina etməsi, Təqsirləndirilən şəxs bu ərizəsinin təhqiqatçı tərəfindən qəbul edilərək, müdafiəçinin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilməsinin izahını ağlabatan mühakimə əsasında tapmaq mümkün deyildir və qeyd edilən hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarına əsasən müdafiə hüququnun və həmin istintaq hərəkətinin aparılması ilə bağlı cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir. 60.«Sakit Zayidov Azərbaycana qarşı» olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. 61.«Layicov Azərbaycana qarşı» olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayətprosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. 62.Təqsirləndirilən şəxs azadlığı faktiki məhdudlaşdırıldığı və polisin tam nəzarəti altına keçdikdən təxminən 01 saat 45 dəqiqə sonra (protokollara əsasən faktiki olaraq daha çox) müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmışdır. Bununla Təqsirləndirilən şəxs polis əməkdaşlarının nəzarəti altına keçdikdən (protokollara əsasən faktiki olaraq daha çox) təxminən 01 saat 45 dəqiqə sonra üzərinə şəxsi axtarış keçirilməsinin ağlabatan izahını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında rəsmi sənədlərlə belə 01 saat 45 dəqiqədən çox vaxtın keçməsi narkotik vasitənin mənbəyi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Təqsirləndirilən şəxs ittiham üzrə istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə bu sübutun mötəbərliyi şübhə altına alınır. Məhkəmə şəxsin barəsində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini cinayət prosessual qanunvericiliyin müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini müəyyən edən və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan edən müddəalarının tələblərinin kobud pozuntusu kimi qiymətləndirməklə, qeyd olunan sübutu Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsi baxımından mümkünsüz hesab edir. 63.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. 64.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. 65.Bununla da təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlə ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı narkotik vasitənin götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. 66.Şəxsi axtarış şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtda və yerdə deyil, azadlığı məhdudlaşdırıldıqdan bir neçə saat sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında aparılmışdır. Şəxsin azadlığı faktiki məhdudlaşdırıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsinə mane olan hal olmamışdır. Göstərilən halların məcmusu təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın şəffaf şəkildə keçirilmədiyini təsdiq edir. 67.Məhkəmə polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə münasibətdə qeyd edir ki, həmin şəxslərin şəxsin saxlanılması ilə bağlı ifadələri həmin ifadələrin mötəbərliyini şübhə altına aldığından və məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış sübutların məcmusu ilə təkzib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Qeyd olunan şahid ifadələri cinayət işinin hallarına uyğun olmamış, ibtidai istintaqı zamanı prosessual pozuntulara yol verilmiş və ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmişdir. 68.Sadalanan hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə təqsirləndirilən şəxsə istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi kütlələr ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyini şübhə altına alır. 69.Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutları də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. 70.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. Ehtimal və fərziyyə ilə irəli sürülən ittiham təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilməlidir. 71.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci və 21.3maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 72.Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən məhkəmə araşdırması zamanı təqsirsizlik prezumpsiyasının əsası sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşərək, irəli sürülmüş ittiahmın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasındadır. 73.Eyni zamanda məhkəmənin şəxsin təqsirliliyi barədə gəldiyi nəticə yetərlilik tələblərinə uyğun olmalı və sual doğurmayan hüquqi müəyyənlik olmalıdır. 74.Qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin əməlinin cinayət hadisəsi olub-olmamasının müəyyən edilməsi, barəsində ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittaham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun. 75.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. 76.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 77.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 78.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

79. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsinin cinayət məsuliyyəti yaratmasını nəzərdə tutur. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. 80.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini nəzərdə tutan 7-ci maddəsində göstərilir ki, yalnız törətdiyi ictimai-təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. 81.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. 82.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında göstərilmişdir ki, Konstitusiyanın 63cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəllənin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirlərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsaitləri əsasında sübutun qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Cinayət- Prosessual Məcəllənin 33.4, 33.8, 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tətbiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tətdiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlar istinad edilə bilməz. 83.Məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından ona həmin maddəyə aid hissədə verilən ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. 84.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 85.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 86.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. 87.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 88.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 89.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 90.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. 91.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. 92.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 93.Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 94.Beləliklə, məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 95.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 96.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 97.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 98.Məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə aid hissədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu həmin cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 99.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə aid hissədə şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» 17 may 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 100.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 101.Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə aid hissədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 102.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 103.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 104.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 105.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 106.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 107.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 108.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 109.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 110.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 111.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 112.Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(007)-256/2025 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 67.1-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəza qismən, əlavə cəza tam birləşdirilməklə, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmı cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 20 may 2025-ci il tarixdən hesablanmışdır. 113.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4.-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 114.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(007)- 256/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza tamamilə və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən hazırki iş üzrə təyin ediləcək cəza ilə toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. 115.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 116.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 117.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 118.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 119.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 120.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 121.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(007)- 256/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmışdır. 122.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 20 may 2025-ci il tarixdən hesablanmalıdır. 123.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 124.Məhkəmə, iş üzrə aşkar edilərək götürülmüş 2,379 qram çəkidə narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini əsaslı hesab edir. 125.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 126.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 127.Məhkəmə, maddi sübut kimi tanınmış, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,329 qram çəkidə narkotik vasitə heroinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılmasını əsaslı hesab edir. 128.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,209 qram çəkidə psixotrop maddə metamfetaminin və 0,204 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 129.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. 130.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. 131.Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə bəraət alması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilməlidir. 132.İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak yoxdur. 133.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 134.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 135.Məhkəmə məsrəfi hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 136.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 137.Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 693 (altı yüz doxsan üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 138.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(007)-256/2025 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanı tamamilə və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı qismən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə aid hissədə bəraət alması ilə əlaqədar təqsirləndirilən şəxsə qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra sübut kimi tanınmış - iş üzrə aşkar edilərək götürülmüş, 2,379 qram çəkidə narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,379 qram çəkidə narkotik vasitə heroin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılsın. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,209 qram çəkidə psixotrop maddə metamfetamin və 0,204 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 693 (altı yüz doxsan üç) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar