Məhkəmə qərarları › İş №1(101)-423/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2020

17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2020 17.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və x1 ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, mütəxəssis (müəllim-psixoloq) x6 iştirakları ilə qapalı məhkəmə iclasında 03 avqust 2002-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Masazır kəndi, A.Abbasov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək niyyəti ilə 15 sentyabr 2019-cu il tarixdə, saat 13 radələrində qonşusu x5 məxsus Abşeron rayonu, Masazır kəndi, A.Abbasov küçəsində yerləşən iki mərtəbəli nömrəsiz evin həyətinə sement götürmək üçün gələrkən həmin evin birinci mərtəbəsində yerləşən zirzəmiyə daxil olaraq orada arxasınca zirzəmiyə gəlmiş onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxsın ona qarşı müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə etməklə azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmayan Zərərçəkmiş şəxs qarşı seksual xarkaterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edərək gərginləşmiş cinsiyyət orqanını onun ağız nahiyəsinə salmaqla öz cinsi ehtirasını təmin edib seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun 17 yaşı var, peşə litseyində təhsil alır. Ata-anası və qardaşı ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Akim Abbasov küçəsində fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs Leyla Məmmədli isə üzbəüz olan qonşuları Kənanın 5 yaşlı qızıdır. Onların ailəsinin Kənanın ailə üzvləri ilə münasibətləri çox yaxşı olmuşdur. Anaları yaxın qonşu olaraq demək olar ki, hər gün biri-digərinin evinə qonaq gedib gəlirdi. Həmçinin hər iki ailənin uşaqları da mehriban idi. Hətta o atası ilə birlikdə Kənangilin evinin tikintisi və təmirində iştirak etmişlər. 15 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində o, atası və dayısı ilə birlikdə yaşadıqları evin həyətində beton tökürmüşlər. Bu vaxt atası sement qurtardığı üçün ona demişdir ki, Kənangilin zirzəmisində işlədikləri dövrdən sement qalmalıdır, getsin həmin sementdən bir vedrə gətirsin ki, işlərini tamamlaya bilsinlər. O, Mayagilin fərdi evinin həyətinə gəlmiş, həmin zaman Mayanın anası Leyla həyətdə 4 az yaşlı uşağı ilə birlikdə oturmuşdur. O, Leyladan sement istəmiş və sonuncu etiraz etməmişdir. O, Leylagilin fərdi yaşayış evinin giriş qapısından içəri daxil olub birinci mərtəbədə yerləşən zirzəmiyə daxil olmuşdur. Bu vaxt Leylanın azyaşlı qızı Maya da onun arxası ilə zirzəmiyə gələrək ona baxmışdır. O, isə zirzəmidəki otaqlarda sement axtarmış, lakin sement tapmamışdır. O, otaqlarda sement tapmadıqdan sonra Mayanın zirzəminin giriş qapısından bayıra çıxdığını görmüşdür. O, zirzəmidə olan vaxt onun sidiyi gəldiyi üçün həmin yerə işəmək istəmişdir. Buna görə də o, əynimdə olan idman şalvarını dizindən təxminən 5-6 santimetr yuxarıya qədər yendirmişdir. O, geri otağın giriş qapısına tərəf dönüb baxanda Mayanın zirzəmidə onun olduğu otağın giriş qapısından «Elçin əmi, Elçin əmi» sözlərini deyə-deyə ona tərəf gəldiyini görmüşdür. O, Mayanın gəldiyini görüb əynində olan idman şalvarını dərhal yuxarı çəkmişdir. Maya ona 1 metrə qədər yaxınlaşaraq ona «Elçin əmi nağayrırdın burda» sualını vermişdir. O, Mayaya «heçnə, heçnə gəl çıxaq çölə» sözlərini demişdir. O, Mayanı həmin otaqda qoyub zirzəminin çıxışına tərəf getmiş, Maya da onun arxası ilə gəlmişdir. O, zirzəminin giriş qapısına çatıb arxaya dönüb baxan zaman, Mayanın taxtanın üzərində qaldığını görmüşdür. O, barmağını dodaqlarımın üzərinə qoyub, Mayaya «bunu heç kimə demə» sözlərini demişdir. Maya da ona «Elçin əmi nəyi» sözlərini deyərək sual vermişdir. O, Mayaya «heçnə» sözlərini deyib zirzəmidən bayıra çıxaraq öz həyətlərinə getmişdir. Təxminən 15-20 dəqiqə sonra atası Leylagilin həyətindən bir vedrə şeben gətirməyi tapşırmışdır. O da Leylagilin həyətindən «otsep» gətirmək üçün qardaşı x9 ilə birlikdə dəmir vedrə götürüb onların həyətinə gəlmişdir. Bu vaxt Leyla və uşaqları evlərində olmuşlar. O, Leylanı çağıraraq şeben götürmək istədiyini bildirmişdir. Leyla isə ona qaynanası Ofelyanın icazə vermədiyini demiş, o da Leylaya cəmi bir vedrə götürəcəyini deyəndən sonuncu ona icazə vermişdir. Həmin vaxt o, gətirdiyi vedərini şebenlə doldurduqdan sonra Elminlə birlikdə vedrəni götürüb getmişlər. Təxminən 30 dəqiqə keçmiş ki, Leyla yaşadığı evin pəncərəsindən anası Qanuni nümayəndə1 çağırmışdır. Anası yeni əməliyyat olduğu üçün o, yaşadığı evin darvazasını açıb Leylaya «anam xəstədir evdədir, nəsə lazımdır mən gəlim» sözlərini demişdir. Leyla da «hə-hə gəl» demiş və o, Leylagilin həyətinə daxil olub pilləkənlə ikinci mərtəbədə yerləşən evin giriş qapısına gəlib dayanmışdır. Leyla bu vaxt ona birinci mərtəbədə zirzəmidə nə hadisə baş verdiyini soruşmuşdur. O, öz növbəsində sual formasında Leyladan «nə baş vermişdir ki» soruşmuşdur. Leyla ona «bax gör Maya nə deyir» sözlərini demişdir. Maya da həmin vaxt “Elçin əminin götü açılmışdır “ sözlərini demişdir. Maya öz bədənini bel nahiyyəsinin arxa hissəsini göstərmişdir. Daha sonra isə Maya hər iki əli ilə qabaq hissəsini göstərib “Elçin əminin götü açılmışdır “sözünü təkrar etmişdir. O, Leylaya «ay Leyla, sizin podvallar bir az aşağıdı, əyilmişəm uşaq belimi görübdür, burda nə var ki» sözlərini demişdir. Bu vaxt Leyla ona «ona bir xət çəkək, buna nə deyək bəs» sözlərini demişdir. O, boynundan atmaq istəmiş «yəgin uşaqdır, çöldə görüb eşidib, ola bilsin ki, onu deyir» sözlərini demişdir. Leyla isə ona «bilmirəm ay Elçin vallah» sözləri ilə cavab vermişdir. O, bu zaman Leylaya «bu elə bir işdir ki, bu açılsa gərək mən özümü öldürəm» sözlərini demişdir. Leyla ona «Elçin sənin şalvarının qarşısı niyə açılmışdır» sözəlrini demişdir. O, boynundan atıb şalvarının qarşısının açılmadığını demişdir. Leyla ona «mən də sənə inanmaq istəyirəm, həqiqətən də bu söhbət açılsa, Kənan səni də məni də öldürər» sözlərini demişdir. O, Leylaya «burda açılmalı olan bir söhbət yoxdur, buna görə də bağla məsələni» sözəlrini demişdir. Bundan sonra o, Leylaya «gələn il əsgərliyə gedirəm, onsuzda bundan belə məni görməyəcəksən, dərslər açılır, mən sizdən uzaqlaşacağam, demirsən ki, sizin evə gəlməyim, sizin evə gəlmərəm» sözlərini demişdir. Bu zaman Leyla ona «əgər eləmisənsə denən ki, üzr istəyirəm, eləmişəm pox yemişəm, qələt eləmişəm, mənim də əsəbim soyusun» sözlərini demişdir. O, Leylaya elməmişəm, ancaq sənin əsəbin soyuyacaqsa «əgər etmişəmsə də üzr istəyirəm, pox yemişəm, qələt etmişəm» sözlərini demişdir. Həmin vaxt Leylagilin yaşadığı evin giriş qapısından anası Şərafətin girdiyini görmüşdür. Bu zaman ansı Şərafət «nə olub, nə məsələdir» sözlərini deyib sual vermişdir. O, anasına «heç nə yoxdur, heç nə yoxdur» sözlərini deyib, Leylanın üzünə baxmış, Leyla da anasına «heç nə yoxdur, Elçinlə işim var idi» sözlərini demiş və anası ilə birlikdə öz evlərinə getmişdir. Leylanın qaynanası Ofelya həmin axşam onlara gəlmiş, anasını başqa otağa çəkib apararaq nə barədəsə söhbət etmişlər. Həmin vaxt onun dişi ağrıdığı üçün üzünü dəsmalla bağlamışdır. Ofelya ilə anasının nə söhbət etdiklərini bilməmişdir. Anası ona bu barədə bir söz deməmişdir. Bundan bir neçə gün sonra Leylagil ondan polisə şikayət etmişlər. O, polisdə Mayaya qarşı seksual xarakterli hərəkətlər törətməsini inkar etmişdir. Lakin müstəntiqin «əməli boynuna al, səni buraxacam» vədinə inanaraq 25 sentyabr 2019-cu il tarixdə Abşeron rayon məhkəməsində qanuni nümayəndəsi olan atası və müdafiəçisinin iştirakı ilə xanım hakimin suallarına cavab verərək Mayaya qarşı seksual xarakterli hərəkətlər, yəni ona verilmiş ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş, əməlindən peşman olmasını bildirmişdir. Buna baxmayaraq, hakim onun barəsində həbs qətimkan tədbiri seçmişdir. Müstəntiqə məhkəmədən sonra ifadə verərkən və 26.09.2019-cu il tarixdə «ifadəsinin yerində yoxlanılması» zamanı yenə etdiyi əməli etiraf etmiş, bunun da səbəbi müstəntiqin ona kömək edəcəyi barədə vədi olmuşdur. Sonra səhvini başa düşdüyü üçün ifadəsini ibtidai istintaqın sonunda dəyişmiş, yəni bu gün verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşularıdır. Həyətləri üzbəüz olduğu üçün onun anası və nənəsi Elçinin anası Şərafət xala ilə yaxın münasibətdə olmuşdur. Elçinlə heç vaxt pis münasibətləri olmamış və Elçin hadisə gününə qədər ona qarşı pis hərəkət etməmişdir. 15.09.2019-cu il tarixdə günorta saatlarında Elçin onların həyətinə gəlmiş və anasından evdə sementin olub-olmadığını soruşmuşdur. Anası da Elçinə evdə sementin olmadığını bildirmişdir. Lakin Elçin anasına zirzəmidə sementin olmasını dedikdə anası Elçinə zirzəmidən sement götürməsinə icazə vermişdir. Zirzəmiyə giriş qapısı evin ikinci mərtəbəsinə gedən pilləkanın yanındadır. O, qardaşının arxasınca pilləkanla qalxarkən Elçin onu birinci mərtəbədə yerləşən zirzəmiyə çağırmış və o, Elçinin yanına zirzəmiyə getmişdir. Orada Elçin götünü açaraq sovurmağı təklif etmiş, daha doğrusu, qabaq hissəsini, penisini ona tərəf uzadıb sümürməsini təklif etmiş, o da ağzını açıb Elçinin penisini sormuşdur. Sonra Elçin şalvarını yuxarı çəkib ona heç kimə bu barədə deməməsini tapşırıb zirzəmidən çıxmışdır. Elçin bundan sonra evinə getmiş, o, da pilləkənlə evinə çıxmışdır. Bir azdan sonra Elçin yenə vedrə əlində qum dalınca gəlmişdir. Elçini gördükdə Elçinin ona qarşı etdiyi hərəkəti yadına düşmüş və o anası Leylaya Elçinin ona penisini sümürtdüyünü demişdir. Polisdə hadisəni olduğu kimi danışmışdır. O, hər şeyi düz danışır. Məhkəmə iclasında şahid qismində dindilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızı olmaqla 6 yaşı vardır. Təqsirləndirilən şəxs isə valideynləri ilə birlikdə onların evi ilə üzbə-üz yerləşən fərdi evdə yaşayır. Elçin və onun valideyinləri ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Hətta Elçinin atası Elxan onların zirzəmisinin təmirində Elçinlə birlikdə iştirak etmişdir. 15.09.2019-cu il tarixdə, saat 14 radələrində o, azyaşlı uşaqları ilə həyətdə olarkən Elçin həyətlərinə gələrək ondan bir vedrə sement istəmişdir. O, Elçinə evdə sementin olmadığını deyəndə Elçin ona «yox mən zirzəmiyə baxım orada olmalıdır» sözlərini deyib evin birinci mərtəbəsində yerləşən zirzəmiyə getmişdir. Zirzəmiyə giriş qapısı evin ikinci mərtəbəsinə qalxan pilləkanla yanaşıdır. Elçin zirzəmiyə girən vaxtı qızı Maya qardaşı ilə birlikdə ikinci mərtəbəyə qalxmağa getmişlər. Lakin o, Elçinin zirzəmiyə necə girməsini, Mayanın isə qardaşı ilə ikinci mərtəbəyə qalxmasını görməmişdir. Təxminən 10 dəqiqə sonra, Elçin həyətə çıxıb sement tapmadığını deyib getmişdir. Elçinin ardı ilə qızı Maya onun yanına gəlib onunla birlikdə yuxarı evə çıxmışlar. Təxminən 10 dəqiqə sonra Elçin yenidən həyətə gəlib vedrə ilə «şeben» aparmaq istəyərkən, o, Elçinə icazə verməmişdir. Elçində ona yarım vedrə lazım olduğunu bildirdikdə o, icazə vermişdir. Daha sonra Elçin vedrəni götürüb getmişdir. Bu vaxt azyaşlı qızı Maya ona Elçinin evin birinci mərtəbəsində şalvarını açıb cinsiyyət orqanını qızının ağzına soxduğunu və sümürtdüyünü bildirmişdir. O, bir neçə dəfə Mayadan hadisəni soruşmuş və Mayanın həqiqəti deməsinə əmin olduqda balkondan üzbəüz həyətdə olan Elçinin anası Şərafəti və Elçini səsləyərək həyətlərinə çağırmışdır. Onun çağırışına Şərafət və Elçin həyətlərindən çıxaraq onların həyətinə gəlməyə başlamışlar. Lakin Elçin birinci olaraq qaçaqaça onun yanına gəlmişdir. O Elçinə “alt evdə Maya ilə nə etmisən” sözlərini demişdir. Elçin də ona «ne olub ki?» sözlərini demişdir. O, Elçinə «gör Maya nə deyir» demişdir. Maya Elçinin üzünə qarşı onun zirzəmidə ağzına cinsiyyət orqanını salıb sümürtdüyünü bildirmişdir. Elçin and-aman edərək, Mayanı qardaşı qızı kimi çox istədiyini və elə bir şeyin olmadığını bildirmişdir. Elə bu vaxt Elçinin anası Şərafət həyətə daxil olaraq ondan nə olduğunu soruşmuş, lakin Elçin ona yalvararaq demişdir ki, «əgər bu barədə anama nəsə desən özümü öldürəcəm». O, buna görə Elçinin anasına bu barədə heç bir söz deməmiş və Elçində çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra o, pəncərədən baxarkən Elçini həyətin girişində dayandığını görmüş və Elçini həyətə çağırmışdır. O, Elçinə Mayaya elədiyi hərəkət barədə deyərkən sonuncu ona “eləmədiyini, lakin, əgər Mayaya elə hərəkət etmişəmsə də pox yemişəm, qələt eləmişəm, məni bağışla, elə elə ki, uşağın yadından çıxsın, əgər bu barədə bir qonşu bilsə özümü öldürəcəm” sözlərini demişdir. O, Elçinə «yox özünü öldürmə, polis var qayda qanun var» sözlərini demişdir. Həmin günün axşamı qaynanası Ofelya evə gələrkən, o, baş verənləri sonuncuya danışmışdır. Qaynanası dərhal Elçingilin evinə gedib təxminən 10 dəqiqə sonra evə qayıtmışdır. Qaynanası Elçinin anasına bu hadisə barədə danışdığını və evlərini satıb köçmələrini yoxsa qan düşəcəyini dediyini bildirmişdir. Səhəri gün o, Elçinin anası Şərafətin yanına gedib küçədən köçüb getmələrini yoxsa polisə şikayət edəcəklərini demişdir. Şərafət də ona nə evini satacağını nə də ki, heç yerə getməyəcəyini bildirmiş və o da Şərafətə oğlu Elçin barəsində polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qsimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə qonuşusu Kənanın azyaşlı qızıdır. Qonşu kimi ailələri çox mehriban olmuş, hətta o Elçinlə birlikdə Kənangilin evinin zirzəmisini təmir etmişlər. 15 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində yaşadıqları evin həyətində oğlu Elçinlə birlikdə beton işi gördükdə sement qurtarmış və o, oğlu Elçinə qonşusu Kənangilin evində sement varsa gətirməsini xahiş etmişdir. Oğlu Elçin də sement gətirmək üçün qonşusu Kənanın evinə getmişdir. Təxminən 10 dəqiqə sonra Elçin həyətə gələrək sementin olmadığını bildirmişdir. Sementlə yanaşı şebeni də qurtarmışdır. Bu səbəbdən o, Elçinə Kənanın həyətində olan «şeben»-dən bir verdrə gətirməsini xahiş etmişdir. Elçin də dəmir vedrəni götürüb «şeben» gətirmək üçün Kənanın həyətinə getmişdir. Təxminən 2-3 dəqiqədən sonra oğlu Elçin bir vedrə «şeben» gətirib beton tökdükləri yerə qoymuşdur. Hadisəni ondan Elçin və yoldaşı gizlətmiş, yalnız hadisədən təxminən 2-3 gün sonra o, işə gedərkən Kənanın anası Ofelya küçədə onu saxlayıb Elçinin onların evinə sement götürmək üçün gəldiyi zaman zirzəmidə azyaşlı nəvəsi Mayanın ağzına cinsiyyət orqanının soxduğunu demişdir. O, Ofelyaya oğlu Elçinin həmin hərəkəti etmədiyini və dediklərinə inanmadığını bildirmişdir. Bu vaxt azyaşlı Mayanın anası Leyla bu sözdən əsəbiləşərək, ona «mən dəliyəm ki, azyaşlı qızımın adına bu cür ləkə yaxam» sözlərini demişdir. Bundan sonra qonşuları oğlu Elçini polisə vermişlər. 25 sentyabr 2019-cu il tarixdə Abşeron rayon məhkəməsində oğlu barəsində hakim Sevinc Quliyeva onun və müdafiəçiləri Azər İsmayılovun iştirakı ilə qətimkan tədbiri seçdikdə oğluna hadisə barədə suallar vermiş və oğlu Elçin etdiyi hərəkətləri etiraf etmiş, təbii ehtiyacını ödəmək üçün qonşularının zirzəmisində tualetə gedən zaman Zərərçəkmiş şəxs zirzəmiyə gəlib əlini cinsiyyət orqanına vurduğuna görə ehtiraslanıb belə bir hərəkət etdiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuları, Zərərçəkmiş şəxs isə oğlu Kənanın qızı, yəni nəvəsidir. Bir qonşu kimi Elçinlə və onun valideynləri ilə münasibətləri çox yaxşı olmuşdur. 15 sentyabr 2019-cu il tarixdə saat 10 radələrində o işə getmiş, gəlini Leyla uşaqları ilə evdə qalmışlar. Həmin gün saat 21 radələrində işdən evə gəlmiş və Leyla ona qonşuları Elçinin evin birinci mərtəbəsində cinsiyyət orqaınını nəvəsi Mayanın ağzına soxduğunu demişdir. O, hadisəni dəqiqləşdirmək üçün nəvəsi Mayanı sorğu-sual etmiş və Maya ona Leylanın dediklərini danışmışdır. O, bunu eşidən kimi tez Elçingilə getmiş, sonuncunun anası Şərafəti ayrı otağa çağıraraq ona baş verənləri danışmış, sonuncu ağlaya-ağlaya «ola bilməz» sözlərini demiş, ona bu barədə heç kəsə deməməyi yalvarmışdır. O, Şərafətə «nə qədər ki, oğlum Kənan bu söhbəti bilmir köçün gedin yoxsa başqa hadisələr baş verəcək» sözlərini demişdir. Daha sonra o evlərinə gəlmiş, səhəri gün gəlini Leyla da Şərafətə gedib məhəllədən köçmələrini tələb etmişdir. Lakin, Şərafət oğlu Elçinin həmin hərəkəti etmədiyini deyərək heç yerə köçməyəcəklərini bildirmişdir. Bundan sonra o, Elçinin atası Elxanın səhər saatlarında evdən çıxıb işə getməsini gözləyərək qarşısına çıxıb hadisəni ona danışmışdır. Elxan belə bir hadisənin baş verməsinə inanmadıqda isə onu həyətlərinə dəvət etmiş və nəvəsi Mayadan hadisəni Elxana danışmağı xahiş etmişdir. Maya da evin zirzəmisində Elçinin öz cinsiyyət orqanını ona sümürtdüyünü demişdir. Elxan Mayanın oğluna şər atmasını bildirdikdə aləm bir-birinə qarışmışdır. Onun və gəlini Leylanın qışqıprığına bütün qonşular toplaşmış və baş verən hadisəni hamı bilmişdir. Bundan sonra şəxsən nəvəsini götürüb polisə gedərək şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə qonuşusu Kənanın azyaşlı qızıdır. Kənangilin ailəsi ilə onlar bir evli kimi olmuş, hətta evləri bir məhəllədə üzbəüz yerləşmişdir. 15 sentyabr 2019-cu il tarixdə əri və oğlanları yaşadıqları evin həyətində beton tökürdülər. Bu vaxt sement qurtardığı üçün əri Elxan oğlu Elçini Kənangilin evindən sement gətirməyə göndərmişdir. x8 əliboş qayıtmış, Kənangildə sementin olmadığını bildirmişdir. Həmin gün təxminən saat 14 radələrində həyətdə olan zaman Kənanın arvadı Leyla onu çağıraraq onlara gəlməsini demişdir. O, yolu keçib Leylanın yanına getdiyi zaman Elçin ora ondan qabaq qaça-qaça Leylanın yanına getmişdir. O, Leylanın həyətinə gəlib nə baş verdiyini soruşduqda, Leyla ona «heç, Elçin ilə öz aramızda olan məsələdir» demiş, bundan sonra o, oğlu Elçini də götürüb evinə qayıtmışdır. Həmin gün axşam saat 21 radələrində o, əri Elxan, oğlanları Emin və Elçinlə evdə olan zaman qonşusu Kənanın anası Ofelya onların evinə gəlmişdir. Ofelya 3-5 dəqiqə oturduqdan sonra, ona söhbət etmək işarəsini verdiyi üçün o, arxa otağa keçmiş, Ofelya da onun arxası ilə həmin otağa gəlmişdir. O, Ofelyadan nə baş verdiyini soruşduqda, sonuncu ona Elçinin onların evinə gəlib sement axtararkən həmin vaxt azyaşlı nəvəsi Mayaya qarşı əxlaqsız hərəkətlər etdiyini demiş, lakin bu hərəkətlərin nədən ibarət olmasını deməmişdir. O, Ofelyaya oğlu Elçinin Mayaya qarşı hər hansı pis hərəkət etməsinə inanmadığını demişdir. Ofelya ona bundan sonra bir söz demədən çıxıb getmişdir. O, həmin vaxt özünü pis hiss etmiş, lakin, evdə heç kimə bu barədə bir söz deməmişdir. Səhəri gün, yəni 16 sentyabr 2019-cu il tarixdə o, evdə olarkən, Kənanın arvadı Leyla onların həyətinə gələrək ona “sən bilirsən də oğlun Elçin nə qələt edib” sözlərini demişdir. O, Leylaya axşam Ofelyadan bu barədə eşitdiyini bildirmişdir. Bundan sonra Leyla ondan evlərini satıb məhəllədən köçməyi və yaxud onların evini satıb başqa bir ev almasını demişdir. O, Leylaya bu işdə köməklik edə bilməyəcəyini bildirdikdən sonra, Leyla ona bir söz demədən çıxıb getmişdir. Təxminən 1-2 gün sonra əri Elxan işə gedən zaman, qonuşusu Ofelya küçədə əri Elxanı saxlayıb sonuncuya baş verənləri danışmışdır. Elxan da Ofelyaya oğlu Elçinin həmin hərəkəti etməyəcəyini deyəndə, azyaşlı Mayanın anası Leyla bu sözdən sonra əsəbiləşərək, «mən dəliyəm ki, azyaşlı qızımın adına bu cür ləkə yaxam» sözlərini demişdir. Bundan sonra Ofelyagil oğlu Elçini polisə vermişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı verdikləpi ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə2 Abşeron RPİ-nin rəisinə yazdığı 19 sentyabp 2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 15.09.2019-cu il tarixdə yaşadıqları evin 1-ci mərtəbəsində qonşuları Təqsirləndirilən şəxs azyaşlı qızı Zərərçəkmiş şəxs qaprşı seksual xarakterli zorakı hərəkətlər etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19.09.2019cu il tarixli protokoldan müəyyən olunur ki, baxış yeri Abşeron rayonu, Masazır kəndi, A.Abbasov küçəsində yerləşən iki mərtəbəli nömrəsiz evin zirzəmisidir. Zərərçəkmiş şəxs qonşusu Elçinin şalvarını aşağı salıb cinsiyyət orqanını onun ağzına salıb sümürtürdüyü yeri göstərmişdir. Baxış protokoluna fotocədvəl əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 23 sentyabr 2019-cu il tarixli «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri onun qanuni nümayəndəsi olan atası - Şahid1 və müdafiəçisinin iştirakı ilə seçilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2019-cu il tarixdən müəyyən edilmiş, həmin qərarın təsviri əsaslandırıcı hissəsindən müəyyən olunur ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmişdir. O, bildirmişdir ki, təbbi ehtiyacını ödəmək üçün tualetə gedən zaman Zərərçəkmiş şəxs gəlmiş və əlini cinsiyyət orqanına vurduğuna görə ehtiraslanmış və belə bir hərəkət etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizanın 1952 saylı, 01.10.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. O, baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Fikirlərini adekvat olaraq çatdırmaq imkanına malikdir. Cinsi əlaqə barədə məlumatsızdır. Zərərçəkmiş şəxs azyaşlı olduğundan onunla edilən hərəktlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 554 saylı, 06.10.2019-cu il tarixli rəyində göstərilmişdir ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.

2. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 2004 saylı, 08.10.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəktələrinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi ikişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə estravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, məsuliyyətsizlik, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Motivasiya sferası yetişkəndir, emosional iradı sferasında, hərəkət və davranışını iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Onda özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən edilmir, lakin fərdi psixoloji xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, fərdi-psixi xüsusiyyətlərindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini, xarakter və mənasını dərk etmək, hərəkət və davranışını tənzimləməmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizanın 681 saylı, 02.12.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterixə olunur. Məhkəmədə elan edilib araşdırılmış AZ-İİİ № 340623 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə anadan olmuş, hadisə zamanı onun 5 yaşı tamam olmuş və o, 14 yaşına çatmayan şəxsdir. Məhkəmə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin iştirakı olmadan keçirilmiş istintaq hərəkətlərinin protokollarına istinad etmir, belə ki, məhz bu səbəbə görə, yəni təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əlaqədar 07 yanvar 2020-ci il tarixdə ilkin məhkəmə hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna qaytarılmışdır. Bundan sonra ibtidai araşdırma orqanı tərəfindən təqsitrləndirilən şəxsin qanuni nümayəndəsi qismində sonuncunun anası Qanuni nümayəndə1 tanınaraq, onun və müdafiəçinin iştirakı ilə ibtidai araşdırma aparılmış, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilmiş, o təqsirləndirilən şəxs qismində dindirilmişdir. Həmçinin qanuni nümayəndə və müdafiəçinin iştirakları ilə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs iş üzrə təyin edilmiş ekspertiza qərarları elan edilmiş, təqsirləndirilən şəxs, onun nümayəndəsi və müdafiəçisinin bu qərarlarla bağlı heç bir etirazı və vəsatəti olmamışdır. Həmçinin təqsirləndirilən şəxsə, qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri elan edilmiş və bu rəylər üzrə onların heç birinin etirazı və vəsatəti olmamışdır. Həmçinin ibtidai araşdırma zamanı, 27.01.2020-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxs və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, hər ikisinin qanuni nümayəndələri, zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Nümayəndə və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə üzləşdirilməsi keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs hadisə vaxtı evlərinin zirzəmisində Elçinin şalvarının qabağını açaraq ona sümür deməsini, ondan sonra sümürdüyünü bildirmişdir. Həmçinin ibtidai araşdırma zamanı 29.01.2020-ci il tarixdə azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 arasında, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi və müdafiəçisinin iştirakları ilə üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 hadisə günü təqsirləndirilən şəxsin həyətinə sement götürmək üçün gəldiyini, bu məqsədlə evin zirzəmisinə keçib getdiyini, eyni vaxtda qızı Maya azyaşlı qardaşı ilə zirzəmiyə olan girişdən yuxarı, evə aparan pilləkənlarla qalxmalarını zənn etdiyini, 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs zirzəmidən həyətə çıxıb sement tapa bilmədiyini bildirdiyini, onun ardınca qızı Mayanın yanına gəldiyini, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs yenidən vedrə əlində şeben götürməyə gəldiyini, Elçin çıxıb getdikdən sonra isə qızı Maya ona Elçinin şalvarını soyunub sümür dediyini bildirmiş, o təkrar Mayadan nə dediyini soruşduqda sonuncu qarşısını göstərib evin birinci mərtəbəsində Elçinin şalvarını açıb sümürməyi dediyini bildirmişdir. Elçini həyətlərinə çağırıb Mayanın dediklərini ona bildirdikdə Elçinin Mayanın dediklərini inkar etdiyini, «eləməmişəm, lakin, əgər Mayaya elə hərəkət etmişəmsə də pox yemişəm, qələt eləmişəm, məni bağışla, elə elə ki, uşağın yadından çıxsın, əgər bu barədə bir qonşu bilsə özümü öldürəcəm, anam, atam biabır olar, neçə ildir burada qonşuyuq» demişdir. Öz növbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmədiyini, lakin Qanuni nümayəndə2 «pox yemişəm, qələt eləmişəm, üzr istəyirəm» sözlərini dediyini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, nənəsi Ofelya Behbudovanın istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışında Təqsirləndirilən şəxs əməllərini ifşa edən ifadələri həqiqətə uyğundur, azyaşlı Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-psixoloji ekspertizanın rəyindən də müəyyən olunur ki, o, baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir, fikirlərini adekvat olaraq çatdırmaq imkanına malikdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, qaynanası Ofelya Behbudovanın istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrindən müəyyən olunur ki, onların ailəsi Təqsirləndirilən şəxs ailəsi ilə, yəni ata və anası ilə qonşu olmaqla mehriban və səmimi münasibətlərdə olmuşlar. Azyaşlı Mayanın adına ləkə gətirmək, həmçinin yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs şər atmaq məqsədləri olmamışdır, hətta Təqsirləndirilən şəxs valideyinlərinə evlərini satıb köçüb getmələrini demişlər ki, məsələ böyüməsin, lakin onlar razı olmamışdır. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid1 ifadəsində göstərmişdir ki, 25.09.2019-cu il tarixdə Abşeron rayon məhkəməsində oğlu Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən o, oğlunun qanuni nümayəndəsi qismində iştirak etmiş, həmçinin oğlu üçün müqavilə bağladığı vəkil də iştirak etmişdir. Hakim bir xanım idi, hakim oğlundan azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər törətməsini soruşduqda oğlu bu hərəktələri törətməsini etiraf etmiş və peşman olduğunu bildirmişdir. Həmçinin məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs də Abşeron rayon məhkəməsində qanuni nümayəndəsi olan atası və müdafiəçisinin iqştirakı ilə 25 sentyabr 2019cu il tarixdə hakimin sualına cavab olaraq ona CM-nin 150.3.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bildiyini və peşman olmasını hakimə bildirmişdir. Hətta onun barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq növbəti günlərdə müstəntiqə əlavə ifadə verərkən Zərərçəkmiş şəxs qarşı seksual xarakterili hərəkətləri, yəni cinsiyyət orqanını ona sormağa verdiyini etiraf etmiş, həmçinin Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisində ifadəsinin yerində yoxlanılması zamanı bir daha etdiyi əməlləri etiraf etmiş, Zərərçəkmiş şəxs ağzına öz cinsiyyət orqanını alıb sormağı məcbur etdiyi yeri də göstərmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, yetkinlik yaşına çatmayan təqsitrləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2014cü il təvəllüdlü, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə uyğun olaraq cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan x4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03 avqust 2002-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində doğulmuş, cinayət əməlini törətdiyi 15 sentyabr 2019-cu il tarixə yetkinlik yaşına çatmamışdır. CM-nin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri və 10 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 23 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli “23” sentyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar