Məhkəmə qərarları › İş №1(101)-423/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məsləhətçilər X8 və Quliyev Fərman Rafiq oğlunun katibliyi, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, müdafiəçi – “A.İ.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Biləsuvar şəhəri, Nizami küçəsi, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 109, mənzil 77-də yaşamış, 04 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, 06 avqust 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri şeçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə görə ittiham verilmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində qohumları Şahid12, X4 və “Nicat” adlı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs nikaha girməyə məcbur etmək məqsədi ilə, qrupun üzvü Şahid12 idarə etdiyi “Opel Omeqa” markalı, **-TM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində yerləşən “Ellada” şadlıq sarayının yanına gəlmiş, orada Zərərçəkmiş şəxs yerini müəyyən etdikdən sonra avtomobilini saxlayıb ona yaxınlaşaraq Zərərçəkmiş şəxs bədənindən yapışıb sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib ona üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sağ əlin kəsilmiş yaraları, sol əlin V barmağının əzilmiş yarası ilə müşaiyət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirib, iradəsinə zidd olaraq avtomobilin salonuna salmaqla avtomobilini idarə edib Bakı şəhəri, Xəzər rayonu ərasizinə “Koroğlu” metrostansiyasının çıxışına gələrək qrupun üzvü “Nicat" adlı şəxsə avtomobili idarə etməsini tapşıraraq, özü avtomobilin arxa oturacağına əyləşib Zərərçəkmiş şəxs tutub saxlamış, “Nicat" adlı şəxs isə avtomobili idarə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmiş, orada gözləyən X3 həmin avtomobilə arxa oturacaqda əyləşib Zərərçəkmiş şəxs əlini yapışqan lentlə bağlamış, daha sonra Şahid12 onunla mobil telefonla zəngləşərək avtomobilində yaranmış nasazlıq səbəbindən öz avtomobili ilə Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlməsini tapşırmış və Zərərçəkmiş şəxs Şahid12 ilə birlikdə zorla onun idarə etdiyi “Mersedes” markalı dövlət nömrəsi məlum olmayan qara rəngli avtomobilinin arxa oturacağına əyləşdirmiş, qrupun üzvü “Nicat” adlı şəxs isə “Opel Omeqa” markalı, ** TM *** dövlət nömrə nişanlı avtomobili sürüb apardıqdan sonra digər qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs başqa yerə aparılması üçün tutub saxlamaqla qohumları Şahid1 İsmayıllı rayonunun Diyallı kəndindəki fərdi yaşayış evinə aparıb saxlayaraq adam oğurluğu cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid12 onun birinci həyat yoldaşının bibisi oğludur. Onun Elturanla münasibətləri həmişə yaxşı olmuşdur. O, Elturanın hansısa bir qızı istədiyini, ailəsinin Humay adlı həmin qız üçün elçi getdiklərini bilmiş, lakin həmin vaxt Humayın anası onlara oğlanın evinin olmasını bəhanə edərək qızı verməmişdir. Bundan sonra Elturan borc-xərc pul düzəldib, dost-tanışlarının köməkliyi ilə ev tikməyə başlamışdır. O da, həmin evin tikintisində Elturana köməklik etmişdir. Elturan həmin ərəfədə Humayla əlaqə saxlayıb danışdığından və evin tikintisində onun da kömək etdiyini bildirdiyindən, belə fikirləşir ki, Humay həmin söhbətlər zamanı Elturanın Coşqun adlı qohumu olduğunu bilmişdir. Lakin Elturan ona Humayı qaçırmaq istəməsi barədə heç nə deməmiş və qızı qaçırmaqda ona köməklik göstərməsini xahiş etməmişdir. O da, heç vaxt maşını ilə Elturanı və Humayı İsmayıllı rayonuna aparmamışdır. Bununla belə, 25 noyabr 2020-ci il tarixli məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, İsmayıllıya getmiş, amma qıza qarşı zor tətbiq etməmişdir. Maştağa qəsəbəsinə Elturan zəng vurmaqla onu çağırmış və işi olduğunu bildirmiş, lakin bu zaman qız qaçırdığı barədə ona heç nə bildirməmişdir. Elturanın zəngindən sonra o, Maştağa qəsəbəsinə getmiş, orada Humayın özü maşından düşüb onun maşınına minmişdir. Sonra Elturanın təklifi ilə onlar İsmayıllıya yola düşmüş, yolboyu gedəndə o, Humaydan narazılığı olub-olmamasını soruşmuş, Humay da heç bir narazılığı olmadığını bildirmişdir. Lakin növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin ifadəsindən imtina edərək, ilk dəfə verdiyi ifadəsini zərərçəkmiş şəxsin və onun qohumlarının təzyiqi və təsiri altında verdiyini, birinci məhkəmə iclasından əvvəl zərərçəkmiş tərəfin öz qohumları vasitəsilə ona təsir östərdiklərini, Humayın qaçırdıldıqdan sonra məhz onun maşını ilə İsmayıllıya aparıldığını boynuna almağının və cinayətin törədilməsində iştirak etdiyini etiraf etməsinin təklif olunduğunu, belə olacağı halda, zərərçəkmiş şəxsin ondan şikayətçi olmayacağını bildirdiklərini, bu səbəbdən onun məhkəmədə etirafedici ifadə verdiyini, lakin sonradan zərərçəkmiş tərəfin onun qohumlarından şikayət etməmək müqabilində 10000 manat pul tələb etdiklərini, qeyd olunanlara görə, onun əsl həqiqəti məhkəməyə danışdığını, onun Zərərçəkmiş şəxs qaçırılmasında heç bir rolunun olmadığını və bu cinayətin törədilməsində ümumiyyətlə iştirak etmədiyini məhkəməyə bildirdi. İş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmiş, həmçinin istintaqın bütün gedişi zamanı Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab verməkdən də imtina etmişdir (cild 5, iş vərəqi 170-172). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ancaq Şahid12 tanımış, Tərlanı isə hadisə günü görmüşdür. Cinayət hadisəsi 29 iyul 2019-cu ildə baş vermişdir. O, həmin vaxt Bakıxanov qəsəbəsində kurslarda işləmiş və rəsm dərsi demişdir. Axşam saat 19 radələrində o, kursdan çıxmış və bacısına əng vuraraq evə gəldiyini bildirmişdir. Daha sonra dayanacağa getmiş, 60 nömrəli avtobusa minmiş və “Ellada” şadlıq sarayının qabağında avtobusdan düşmüşdür ki, oradan ayaqla evə getsin. Bu zaman qarşısında maşın dayandığını görmüş və nə olduğunu başa düşməmişdir. Sonra Elturanın maşından düşüb üstünə gəldiyini görmüş, Elturan onu sürüyə-sürüyə maşına tərəf aparmaq istəmişdir. O, əvvəlcə müqavimət göstərmiş, lakin Elturan onun başını maşına çırpmışdır. Həmin vaxt onun dişi sınmışdır. Sonra Elturan onu zorla maşının içərisinə atmışdır. Həmin vaxt o, özündə olmamış, maşında başqa kimlərin olmasına fikir verməmişdir. Özünə gələndə maşının körpü kimi yerdə dayandığını görmüş, amma özündə olmadığına görə həmin yerin hara olduğunu tam ayırd edə bilməmişdir. Orada başqa bir nəfər maşına minmiş, həmin adam Nicat adlı şəxs olmuşdur. Nicat maşını sürmüş, Elturan isə onun yanında oturmuşdur. O, müqavimət göstərmiş, qışqırmış, bağırmış, köynəyi və şalvarı qan olmuşdur. O, həmçinin maşının şüşəsini də sındırmışdır. Ona görə də, Elturan kömək üçün Tərlana zəng vurmuş və ona «əvvəlcə sənə tapşırdıqlarımı gətir» demişdir.Qarşı tərəf başa düşmədiyinə görə Elturan Tərlana skoçla dərmanı gətirməsini tapşırmışdır. Bir az keçmiş və artıq hava qaranlıq olmuşdur. Onlar maşını məhəllə kimi bir yerdə saxlamışlar. Bir nəfər onlara yaxınlaşmış, danışıqlarından həmin şəxsin Tərlan olduğunu başa düşmüşdür. Köməkləşib ona skoc vurmuşlar. O, çabalayaraq bir neçə dəfə əllərini açmış, onlar bu maşınla da hərəkət edə bilməyəcəklərini anlamışlar. Buna görə məcbur qalaraq Coşquna xəbər etmişlər. Az keçmiş bir maşın onun olduğu maşının önündə saxlamış, Elturan və Tərlan biri onun əlindən, digəri isə ayağından tutaraq zibil kimi o biri maşına atmışlar. Digər maşına keçəndə artıq onun ayağında ayaqqabıları olmamışdır. Həmin maşını isə Coşqun idarə etmişdir. Maşına onu oturtduqdan sonra maqnitofona səs verməyə başlamışlar. Elturan da, Tərlan da izi itirmək üçün öz telefonlarındakı nömrələri sındırmağa başlamışlar. Coşqunun maşınında gedəndə, maşını bir yerdə saxlamışlar. O, İsmayıllıya gedəndə çölü görməmiş və əl-ayağı skoçla bağlı olmuşdur. İsmayılıya gedəndə Nicat bir dəfə maşını dayandırmış, benzin almaq üçün bunu etmişdir. Həmin zaman arxada da bir maşın dayanmış, o, maşına baxmağa cəhd etsə də, görə bilməmişdir. Maşında olan şəxslərdən biri gedib arxa maşından benzin gətirmiş və qabaq oturacağa benzini qoymuşlar. Ondan sonra olan danışıqlarından İsmayıllıya getdiklərini başa düşmüşdür. Yol boyu onun ağzına dəfələrdə dərman tökməyə cəhd etmişlər. X16 maşını saxlayanda skoç vurmağa kömək etmişdir. Bir də xatirində o qalmışdır ki, maşın kəndə çatanda bir yoxuş olmuş, Coşqun maşını ora sürmək istəməmiş, lakin Elturanın təzyiqi ilə məcbur qalaraq maşını evin qabağına sürmüşdür. Maşından düşəndə Elturan qoluna girmiş, bıçağı ona dayamışdır ki, səsini çıxarmasın. O da, qorxudan səsini çıxarmamışdır. Onu məcbur edib evə salmışlar. Onlar içəri girdikdən 5-10 dəqiqə sonra Elturanın qardaşı və nənəsi, bir də bir nəfər deyəsən xalası gəlmişdir. Sonra ona guya könüllü gəlməsini yazdırmaq istəmişlər, lakin o, buna razılaşmamışdır. Az keçdikdən sonra Tərlan və Coşqun getmişlər. Sonra Elturan Bakıya gedəcəklərini bildirmişdir. Sonradan bilmişdir ki, Elturanın Bakıda Xalidə adlı bibisi var və Xırdalanda yaşayır. Onlar bir taksi ilə ev sahibi, Elturan, nənəsi və maşını sürən şəxslə birlikdə Xırdalana getmişlər. Xırdalana gedəndə Elturanın babasına da qolunu göstərmiş, həmçinin dişinin sındırıldığını bildirmişdir. Valideynləri Xırdalana gəlib onu həmin evdən götürmüşlər. Hadisə günü Elturanın onu zorla aparmasının görüntüləri də vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. O, qızının Elturanla telefonla danışmasından məlumatlı olmuşdur. Təxminən 3 il əvvəl Elturanın anası, nənəsi onlara elçiliyə gəlmiş, lakin qızından soruşduqda, Humay həmin oğlanı sevmədiyini bildirmiş, buna görə elçilərə razılıq verməmişdir. Humay Elturanın normal davranmamasına görə ondan uzaqlaşmışdır. Hadisədən təqribən 15 gün əvvəl yenə Elturanın anasıgil onlara elçiliyə gəlmiş, yenə də Humay razılaşmadığından, onlar gələn elçilərə razı olmadığını bildirmişlər. O, heç vaxt Elturanın evinin olmamasını qızı vermək üçün bəhanə kimi istifadə etməmişdir. Humay ona Elturanı istəmədiyini dediyinə görə qızı həmin oğlana verməmişdir. Qızı Humay rəsm kursunda işləmiş, iş yeri ilə evin arası isə təxminən 15 dəqiqəlik yol olmuşdur. 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində qızı Humay işdən çıxdıqdan sonra telefonla danışarkən evə gəldiyini bildirmişdir. Saat 19:30 radələrinə qədər Humay gəlib çıxmadığı üçün bacısı Humayın mobil telefonuna zəng etmiş, lakin ona zəng çatmamışdır. Bir neçə dəfə yenə zəng olunsa da, Humaya zəng çatmadığından o, məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək qızının itməsi barədə məlumat vermişdir. Sonra o, adını xatırlamadığı Humayın qrup yoldaşı qıza zəng vurduqda, həmin qız Elturanın Humayın dalınca gəzdiyini, lakin Humayın harada olmasını bilmədiyini demişdir. O, Humayı Elturanın oğurladığını başa düşmüş, həmin qızdan Elturanın ünvanını soruşmuş, qız da Elturanın ünvanını ona başa salmışdır. Bundan sonra o, Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları dərhal Elturanın yaşadığı ünvana getmiş, o, bacısı Bəsti, onu nəri Cəfər, oğlu Aydın və öz oğlu Tahirdə birlikdə taksi ilə Elturanın evinə getmişlər. Oraya çatdıqda polis əməkdaşlarının həmin ünvanda olduqlarını görmüşdür. Elturanın anası və atası oğullarının harada olmasını bilmədiklərini deyib, 102 xidmətinə zəng vurub polis əməkdaşlarını çağırmışlar. Həmin ünvana Xəzər RPİ-nin əməkdaşları gəlib onların izahatlarını almışlar. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə Xırdalan şəhərinə getmişlər. Elturanın babası Rasim, nənəsi Zenfira, adlarını xatırlamadığı başqa qohumları da orada olmuşlar. O, evə girdikdə Humayın üzünün cızıq-cızıq, dişinin qırıq, çənəsinin partlaq, dodağının üstünün şişmiş vəziyyətdə olmasını görmüşdür. Humay onu görən kimi qusub qaytarmışdır. Həmin vaxt Humayın əlləri açıq olmuş, nə üçün qızını bu hala salmalarını Elturanın qohumlarına irad bildirmişdir. Xalidəgil «bir hadisədir, olub» deyərək, Elturandan şikayət etməmələrini və barışıq olmasını istəmişlər. O, bu cür vəhşilikdən sonra onlarla barışmayacağını demiş, sonra qızı Humayı da götürüb 13-cü Polis şöbəsinə gedərək orada şikayət ərizəsi yazıb izahat vermişlər. Şahid7 ifadəsində Elturanla Humayın əvvəllər danışmasını bildiyini, lakin sonradan Elturanın normal davranmamasına görə Humayın ondan uzaqlaşdığını, ümumiyyətlə, Humayın ona Elturanı istəmədiyini dediyini, İsmayıllı rayonundan qayıdandan sonra Humay ona Elturanın onu zorla döyədöyə qaçırdığını və həmin vaxt onun tək olmadığını bildirdiyini, Elturana Nicat, Tərlan və Coşqun adlı qohum və tanışlarının köməklik etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 anası Şahid7 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi (cild 3, iş vərəqi 28-30). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Şahid12 onun qızı Lamiyənin oğludur, Zərərçəkmiş şəxs isə əvvəllər görməmiş və tanımamışdır. 29 iyul 2019-cu il tarixdə evdə olarkən ailə üzvləri Elturanın sevgilisi Humay adlı qızla bir-birinə qoşulub İsmayıllı rayonuna qaçdıqlarını bildirmişlər. O, bilmişdir ki, Humayın anasıgilə onlar bir neçə dəfə elçiliyə getsələr də, razılıq olmamış, buna görə qızla oğlan özləri könüllü qoşulub qaçmışlar. Sonra Humayın anası ilə özləri danışmış və anası onlara Bakıya qayıtmalarını, məsələni həll edərək razılıq verəcəyini bildirmişdir. Həmin vaxt onun ailə üzvləri Humayla Elturanın Bakıya qayıtdıqlarını bildirmiş və ondan hara qayıtmaları barədə məsləhət aldıqda, o, Elturanla Humayın onun bacısı Xalidənin Xırdalan şəhərindəki evinə gəlmələrini demişdir. 30 iyul 2019-cu il tarixdə o da, Xırdalan şəhərinə bacısı Xalidənin evinə getmişdir. Evdə Xalidə, onun əri Cabbar, Elturan və Humay olmuşlar. Humay ona yaxınlaşıb onunla görüşmüş, o da, gözaydınlığı vermişdir. Hətta o, Humaya onlara toy edəcəyini, onları Naxçıvana da apraracağını demişdir. Humay isə hər şeyin anasından asılı olduğunu və anası nə desə, onun olacağını demişdir. Bir müddət sonra oraya bir neçə nəfərlə Humayın anası Tamam hikkəli, narahat halda gəlmiş, səs-küy saldıqdan sonra qızı Humayı da götürüb çıxıb getmişdir. Bundan təxminən 20 gün sonra o, Humayın polisə şikayət etdiyini və Elturanın zorla adam qaçırması ilə ittiham edilərək tutulduğunu eşitmişdir. Xalidənin evində Humayı gördükdə, sonuncunun üzərində hər hansı xəsarət izləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid4 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid10 bildirmişdir ki, Şahid12 onun nəvəsidir. Zərərçəkmiş şəxs isə onun 5 il sevdiyi qız olmuş və onların məqsədləri evlənmək olmuşdur. Hətta Elturan əsgərlikdən gəldikdən sonra bu məqsədlə ev də tikmişdir. Bir neçə dəfə Humayın anasıgilə elçiliyə getmişdir. Sonuncu dəfə 15 iyul 2019-cu il tarixdə Elturan yenə də ondan Humaygilə elçi getməsini istəmiş, lakin o, Elturandan nə üçün tələsməsini soruşmuş, o da, Humayla razılaşdıqlarını, sonuncu dəfə də anası Tamam razılıq verməsə, onunla qoşulub evlənmək üçün qaçmağa razılaşdıqlarını demişdir. O da, 2019-cu ilin iyul ayının 20-də və 25-də iki dəfə Humayın evinə elçiliyə getmişdir. Birinci dəfə Elturanın qardaşı Nurəddinlə Humayın evinə elçi gedərkən Humayın anası Tamam onlarla normal danışmış və onlara cavab verəcəklərini demiş və onun nömrəsini almışdır. İkinci dəfə isə Elturanın anası Lamiyə ilə yenidən Humaygilə elçiliyə getdikdə, Tamam artıq kobud formada qızı Humayı Elturana verməyəcəyini və başqa varlı qohumuna verəcəyini bildirmişdir. Humay da anasının sözü nədirsə, elə olacağını demişdir. Elturan onun bildiyinə görə, Humayı könüllü olaraq qaçırarkən İmayıllı rayonuna taksi ilə getmişdir. 29.07.2019-cu il tarixdə saat 20:25 radələrində Tamam ona zəng edərək Elturanı soruşmuş, o isə, işdə olmasını demiş, lakin Tamam yalan dediyini iddia edərək, Humayın da evə gəlmədiyini bildirmişdir. O da, Humayın Elturana qoşulub evlənmək üçün qaçdığını etiraf etmişdir. Tamam isə telefona onun sülaləsini sürgün edəcəyi ilə hədələmişdir. Yarım saat sonra Tamam, onun bacısı, oğlu Tahir və bacısı oğlu Aydın onların evinə gələrək onların evinin qapı- pəncərəsini sındırmağa başlamışlar. Tamam həyətdəki dibçəkdəki gülləri onun və qudası Gülzarın başına vurmuşdur, evin pəncəsərini sındırmış və səs-küy salmışlar. O da, məcbur olub 102 xidmətinə məlumat vermişdir. Xəzər rayon Polis idarəsinin əməkdaşları gəlib onları aparmışlar. Bundan sonra vəziyyətin gərgin olduğunu görüb onlar da Elturanı axtarmaq üçün dost, tanışlarına zəng etmişlər və sonradan onlara xəbər gəlmişdir ki, Elturan onun bacısı Məlahətin İsmayıllı rayonu, Diyallı kəndindəki evindədir. O, Elturanın qardaşı Nurəddinlə birgə taksi avtomobili ilə təcili İsmayıllı rayonuna getmişlər. 30.07.2019-cu il tarixdə saat 04 radələrində onlar Şahid1 evinə çatmışlar. Nurəddin isə işə qayıtmalı olduğundan həmin taksi ilə geri qayıtmışdır. O, Xəyalın evinə girdikdə orada Elturanı, Humayı, Xəyalı, onun arvadı Aygünü görmüş və onların yemək yediklərinin şahidi olmuşdur. O, evə girdikdən sonra Elturan və Humaya nə üçün başlarına oyun açmalarına görə irad bildirmişdir. O, Humaydan fikrinin nə olduğunu, Elturanı sevib-sevmədiyini soruşmuş, Humay isə başını aşağı salıb “Anam nə desə, o olacaq” demiş, o da, bəs nə üçün Elturana qoşulub gəldiyini deyib, onu danlamış və anası ilə danışıq qərarlarını bildirməsini demişdir. Bu zaman Tamamla Humay telefonla danışarkən, anası Elturanın ona toxunub-toxunmamağını, yəni ər-arvad münasibətində olması barədə soruşmuş, Humay da heç bir şey aralarında olmadığını demişdir. Tamam da qayıdıb Bakıya gəlmələrini və qərara gələcəklərini bildirmişdir. Danışıqların yekununda Humayı Xırdalan şəhərində baldızı Xalidənin evinə aparmaq barədə razılaşmışlar və anası Tamam da oraya gəlmiş və Humayı qolundan tutub sürütdüyə-sürütdüyə aparmışdır. Xəzər rayon Polis idarəsində Tamamla aralarında olan dava-dalaş zamanı aldığı xəsarətlərlə bağlı nə o, nə də qudası Gülzar şikayətçi olmamış və barışıq ərizəsi yazmışlar, lakin sonradan Tamam onları aldadıb Elturan barədə ərizə yazdırıb Elturanı haqsız yerə tutdurmuşdur (Cild 2, iş vərəqi 118-122). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailəsi ilə İsmayıllı rayonu, Diyallı kəndində yaşayır, Şahid12 onun xalası nəvəsidir. 29 iyul 2019-cu il tarixdə evdə olan zaman təxminən gecə saat 02 radələrində evin həyətindən səs eşidib bayıra çıxmış, qohumu Elturanın yanında bir qızla gəldiyini görmüşdür. Elturan onları evində qonaq etməyi xahiş etmiş, yanındakı xanımın isə nişanlısı olmasını bildirmişdir. Elturanla Humay onlara gələndə evdə o, arvadı və 2 azyaşlı uşaqları olmuşlar. O, Elturandan Humayı nə üçün Bakı şəhərindəki qohumlarının deyil, onun evinə gətirməsini soruşmamışdır. Həmin gecəni yatmamışlar və onların gəlişindən təxminən bir saat sonra saat 4-də xalası Zemfira onlara gəlmişdir. Elturanla Humay onlara gələndən sonra oturub çay içib, yemək yemişlər. Zemfira xalası ona Elturanın sevdiyi həmin qızı Bakı şəhərindən onlara gətirdiyini dedikdən sonra o, qızın qaçırıldığını bilmişdir. 30 iyul 2019cu il tarixdə səhər xalası Zemfiranın telefonuna zəng gəlmiş və telefonla danışdıqdan sonra sevinərək Bakıya gedəcəklərini və barışıq olacağını demişdir. Bundan sonra o, qonşusu Şahid3 çağırıb qonaqları Bakı şəhərinə aparmasını demiş və Azad da razılaşmışdır. Bundan sonra, özünün də Bakı şəhərində işi olduğundan, o da, həmin avtomobillə Bakı şəhərinə gəlmişdir. Avtomobildə qabaq oturacaqda o, arxada xalası Zemfira, Elturan və Humay əyləşmiş və onlar Xırdalan şəhərinə Elturanın qohumu Xalidə adlı qadının evinə getmişlər. Orada Elturan, Humay və Zemfira xala avtomobildən düşmüş və Elturanın babası Rafiq dayı ilə görüşdükdən sonra Azadla birlikdə oradan çıxıb getmişlər. O, gecə saatlarında Elturanın onun evinə hansı avtomobillə gəldiyini görməmiş, Coşqun və Tərlan adlı şəxsləri görməmişdir. Həmin şəxslər onun evində olmamışlar. Onların həyətində olan tualetə Humayın koftasının atılmasını bilmir. Humay onlara gələndən sonra onun həyat yoldaşının koftasını geyinmiş və Bakıya gələndə də həmin kofta ilə gəlmişdir. O, Humayın bədəni üzərində xəsarət izləri görməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun həyat yoldaşı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 171-173). Məhkəmə iclasında Şahid3 Şahverən oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu, Diyallı kəndində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. 30 iyul 2019-cu il tarixdə səhər saatlarında qonşusu Şahid1 onu çağıraraq Bakı şəhərindən qonaqları olduğunu bildirmiş, qonaqlarını avtomobili ilə Bakı şəhərinə aparmağı xahiş etmişdir. O, Xəyalın qonaqlarını yol haqqı olaraq 50 manata apara biləcəyini demiş və bu qiymətə razılaşmışlar. Sonra idarə etdiyi “VAZ 21012” markalı “**-BG-***” dövlət nömrə nişanlı avtomobili ilə Xəyalı, qohumları Elturanı, xalası Zemfiranı və bir nəfər də sonradan adını bildiyi Humay adlı qızı Xırdalan şəhərinə aparmışdır. Sonra Xəyalla birlikdə İsmayıllı şəhərinə qayıtmışlar. Avtomobildə olarkən Elturanın Humayla münasibəti normal olmuş və onlar söhbət etmişlər. Elturanın Humay adlı sevdiyi qızı İsmayıllı rayonu, Diyallı kəndinə qonşusu Xəyalın evinə qaçıraraq gətirməsindən onun məlumatı olmamış və bu barədə Xəyal ona bildirməmişdir. Xəyalla sadəcə qonaqları olması və onları Bakı şəhərinə aparmaq barədə danışmışlar. Yolda gələrkən cəmi bir yerdə avtomobili saxlamış və Elturanla Humay bir yerdə maşından düşüb su alıb qayıtmışlar. Xəyalla onun heç bir qohumluq əlaqələri yoxdur. Xırdalan qəsəbəsinə çatanda hamı maşından könüllü düşmüşdür. İstər maşında, istərsə də maşından düşərkən maşından düşənlər arasında heç bir narazılıq görməmişdir (cild 1, iş vərəqi 174-176). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 oğu ifadəsində göstərdi ki, Şahid12 dostu Samirin bacısı oğlu kimi tanımış, Təqsirləndirilən şəxs isə tanımamışdır. 30 iyul 2019-cu il tarixdə təxminən saat 12-13 radələrində dostu Samirin atası Şahid4 ona zəng edərək onu öz avtomobili ilə Xırdalan şəhərinə aparmağı xahiş etmiş, nəvəsi Elturanın sevdiyi qızı qaçırdığını bildrimişdir. O, Şahid4 Xırdalan şəhərinə bacısı Xalidənin evinə aparmışdır. O, həyətdə oturmuş, Rafiq müəllim isə evə daxil olmuşdur. Təxminən 1 saat sonra Xalidənin evinə bir neçə qadın və kişi gəlmişlər. O, sonradan həmin şəxslərin Humayın anası, bacısı, qardaşı və digər şəxslər olduğunu bilmişdir. Təxminən yarım saat sonra Humayla anası həyətə çıxıb bir az söhbət etmiş, sonra Humay, anası və onunla gələn şəxslər çıxıb getmişlər. Humay evdən çıxanda qızın üz-gözündə xəsarət olub-olmamasına fikir verməmişdir. Orada mülki geyimdə polis işçiləri də olmuşdur. O, həyətdə oturan zaman içəridən səs-küy gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, Şahid12 onun qardaşı Rafiqin qız nəvəsidir. Zərərçəkmiş şəxs isə onun əri Cabbarın bacısı nəvəsidir. O, Elturanın 5 ildir ki, Humayı sevməsindən məlumatı olmuşdur. 30.07.2019-cu il tarixdə səhər saatlarında Elturanın anası Lamiyə ona zəng vuraraq Elturanın Humayla birlikdə evlənmək üçün İsmayıllı rayonuna qaçmasını, lakin Humayın anasının buna razı olmamasını, elçi getsələr də, qızını verməməsini danışmış və Elturanla Humayın Bakı şəhərinə qayıtmaq istədiklərini və məsələni Humayın anası Tamamla danışıb sakit formada həll etmək istədiklərini, bu işdə əri Cabbarla danışıb razılıq olması üçün köməklik etməsini xahiş etmişdir. O da, Tamamın mobil nömrəsini alaraq, ona zəng edib X7 rayonunda olmasını, narahat qalmamasını və Xırdalana gəlmələri üçün icazə verməsini xahiş etmiş və onun da Xırdalana onun evinə gələ biləcəyini bildirmişdir. Tamam da əsas qızı Humayın sağsalamat Bakıya qayıtmasını, qızını evə aparmasını və daha sonra ədəb-ərkanla qızının oğlan evinə köçməsinə razılıq verəcəyinə söz vermiş və and içmişdir. O da, 2-3 saat sonra Elturanla Humayın onların Xırdalandakı evində olacağını Tamama demişdir. Təxminən 3 saat sonra Elturan, Humay və Elturanın nənəsi Zenfira xanım onun evinə gəlmişdir. Həmin vaxt əri Cabbar da evdə olmuşdur. Bir müddət sonra qardaşı Rafiq də gəlmiş və o, qonaqlara çay süfrəsi açmışdır. Qısa müddət ərzində Humayın anası Tamam, adını bilmədiyi qardaşı, Tamamın adını bilmədiyi bacısı və Aydın adlı bacısı oğlu da onların evinə gəlmişlər. Tamam Humaydan soruşmuşdur ki, aralarında ər-arvad münasibəti olub, ya yox. Humay da demişdir ki, heç bir münasibəti olmamışdır. Tamamın qohumları evə girdikdən sonra evdə səs-küy salmışlar. O da, onlara bildirmişdir ki, qohum evinə gəliblər, sakitçiliklə məsələni həll etmək lazımdır. Daha sonra Humayın böyük bacısı da oraya gəlmiş və daha da ara qarışmışdır. Tamam isə Humayı götürüb aparmışdır. Təxminən 20 gün sonra isə ona məlum olmuşdur ki, Elturandan Humay polisə zorla qaçırılması barədə şikayət etmişdir. Humay onların evinə gələrkən onda heç bir xəsarət olmamışdır. Humay da evə Elturanla birlikdə gələrkən ona zorla qaçırılması barədə heç bir şey deməmişdir (Cild 3, iş vərəqi 13-16). Məhkəmə iclasında Şahid12 qardaşı Şahid9 şahid qismində verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qardaşı Elturan 5 ildən artıq müddətdə bir-birini sevmişlər. İlk dəfə o, Humayı 2016-cı ildə görmüş, həmin vaxt Elturan əsgərlikdən məzuniyyətə gəlmiş, o isə, evin həyətindən çıxarkən Humayın Elturanın maşınında oturduğunu görmüşdür. Bu barədə ailə üzvlərinə də demiş, hətta arvadı Xəyalə də evdən çıxıb Humayla tanış olub söhbət etmişlər. Humay dəfələrlə Elturanı ailə üzvlərini onlara elçi göndərib onların nişanlanmasına məcbur etmişdir. Humayın anası Elturanın ayrıca evi olacağı təqdirdə, evlənmələrinə razı olacağını bildirmişdir. Buna görə Elturan əsgərlikdən qayıtdıqdan sonra yaşadıqları həyətdə özünə ev tikdirməyə başlamış və evin tikintisi ilə bağlı həmişə Humayla məsləhətləşmişlər. Hadisədən təxminən 1 həftə əvvəl o, nənəsi Zenfira ilə Humaygilin evinə elçiliyə getmiş, Elturan da onlarla olmuşdur. Onları Humayın anası və bacısı qarşılamışlar. Qızın anası Elturanla Humayın münasibətindən xəbəri olmadığını deyib, onların evlənməsinə razılıq verməmişdir. X13 bir-birlərini sevdiklərini, Humaya görə Elturanın ev də tikdirdiyini və daim Elturanla Humayın “instaqram” vasitəsi ilə danışdıqlarını demişlər. Lakin Humayın anası Tamam razı olmamışdır. 29 iyul 2019-cu il tarixdə o, işdə olan zaman saat 21 radələrində anası Lamiyə ona zəng vurub Humayın anasının qızının yoxa çıxmasına görə Elturanı axtardığını və Elturanın başına oyun açacağını bildirdiyini demişdir. Həmin vaxt o, Hövsanda yaşayan nənəsi Gülzarı da götürüb evə aparmışdır. Evə çatanda əvvəllər tanımadığı, sonradan Humayın qardaşı olmasını bildiyi Tahir adlı şəxs onun üstünə hücum çəkib, bacısının harada olduğunu soruşmuşdur. Bir qədər sonra Sabunçu RPİ-nin əməkdaşları gəlib, Elturanın harada olmasını soruşmuşlar. O, Elturanın harada olmasını bilmədiyini demişdir. Elturana zəng vursa da, ona zəng çatmamış, həmin vaxt Humayın ailə üzvləri onun ailə üzvlərinin üzərinə hücum çəkmişlər. Onlar 102 xidmətinə məlumat verdikdən sonra Tamamı və Tahiri oradan uzaqlaşdırmışlar. Bundan sonra onlar Elturanı axtarmağa başlayıb, bir-bir qohumlara zəng vurmuşlar. Anasının xalası oğlu Xəyal zəng edərək Elturanın Humayla birlikdə onların İsmayıllı rayonu, Diyallı kəndində yaşadığı evində olmasını demişdir. Bu səbəbdən o, nənəsi Zenfira ilə birlikdə taksi ilə Diyallı kəndinə getmişlər. Kənddə nənəsini düşürdükdən sonra o, özü Bakıya qayıtmışdır. Onun Elturanın əvvəlcədən Humayı qaçırıb İsmayıllı rayonuna aparacağı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 5 ildən çoxdur tanıyır. Onlar bir-birini sevmişlər, lakin Humayın ailəsi onların evlənməsinə razılıq verməmişdir. Onun valideynləri müxtəlif vaxtarda dörd dəfə el adəti ilə Humaygilə elçiliyə getmiş, lakin Humayın ailəsi, əsasən də anası qızın onunla evlənməsinə razılıq verməmişdir. Lakin onlar bir-biriini sevdikləri üçün evlənmək fikri qəti olmuşdur. Hətta ilk dəfə elçi gedərkən Humayın anası onun evinin olmadığını bəhanə gətirdiyi üçün o, əvvəlcə özü üçün ev tikdirmək qərarına gəlmişdir. Bundan sonra o, özü üçün ev tikməyə başlamış, lakin hərbi xidmətə getdiyi üçün evin tikintisi yarımçıq qalmışdır. Əsgərlikdən sonra da Humayla danışmağa davam etmiş, anası Humayın onunla danışmasını qadağan etsə də, onlar gizli danışmışlar. Həmin vaxt o, artıq evi tikib hazır etmiş, hətta Humay da gəlib kənardan onun tikdiyi evə baxmışdır. Sonra Humay anasına onunla ailə qurmaq istəməsini desə də, anası Tamam yenə də razılıq verməmiş, ancaq Humay anasını özünün razı salacağını demişdir. Humayın razılığı ilə o, yenə elçilərini göndərmiş, lakin Humayın anası Tamam razılıq verməmiş, qızını başqa imkanlı qohumuna ərə verəcəyini bildirmişdir. Humayın evinə elçi göndərdikdən təxminən 1 həftə sonra Humayla birlikdə sonuncunun sənədlərini götürmək üçün Bakı Rabitə Nəqliyyat kollecinə getmişlər. Daha sonra Humay və rəfiqəsi Ramilə ilə birlikdə «28 May» metrostansiyasına gələrək, şəhərdə bir müddət gəzib sonra birlikdə yemək yemişlər. Sonradan Ramilə onlardan ayrılmışdır. O, Humayla birlikdə metronun “Ulduz” stansiyasına getmiş, Humay onsuz qala bilmədiyini, anasının onu ərə vermək istədiyi oğlanla evlənmək istəmədiyini bildirmişdir. Onlar birlikdə qoşulub qaçmağa razılaşmışlar və belə fikirləşmişlər ki, bundan sonra Humayın anası məcbur olub onların evlənməsinə razılıq verəcəkdir. Buna görə 29 iyul 2019-cu il tarixdə Humay onunla könüllü olaraq evlənmək məqsədi ilə qoşulub getməyə razılıq vermişdir. Onlar Humayla 29 iyul 2019-cu il tarixdə Sabunçu rayonunda yerləşən «Ellada» şadlıq sarayının yaxınlığında görüşmək barədə razılığa gəlmişlər. Danışdıqları vaxt Humay həmin yerə avtobusla gəlmiş və onun idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar avtomobillə “20 Yanvar” metrosu istiqamətində hərəkətdə olan zaman maşında nasazlıq yaranmış, buna görə avtomobili aparıb Maştağa qəsəbəsində saxlayıb, açarı buferin altına qoymuş, qohumu Nicata zəng edərək avtomobili oradan götürməsini tapşırmışdır. Maşında Humayla ondan başqa kimsə olmamışdır. O, 80 manata taksi sürücüsü ilə danışıb, həmin gün Humayla birlikdə İsmayıllı rayonuna qohumu Xəyalgilin evinə getmişlər. Onlar İsmayıllıya çatanda gecə saat 24 radələri olmuş və taksini gedəcəkləri evdən bir az uzaqda saxlayıb həmin evə piyada getmişlər. Qohumugilə qonaq kimi getmişlər və Humayı da sevdiyi qız kimi onlara təqdim etmişdir. İsmayıllıda yaşayan qohumlarına gələcəkləri barədə əvvəlcədən heç nə bildirməmiş, qohumları da onları qonaq kimi qəbul etmişlər. İsmayıllı rayonunda olarkən Humay anası Tamamla telefonda danışmış, anası Humaydan aralarında hər hansı münasibət olub-olmamasını soruşmuş, Humay da onunla arasında heç bir intim münasibəti olmadığını bildirmişdir. Anası Tamam qayıdıb gəlmələrini və onların evlənməsinə razılaşdığını demişdir. O da, öz ailəsi ilə əlaqə saxlayıb atası ilə danışmış, atası ona Humayın ailəsi ilə razılaşdıqlarını və Bakıya gəlmələrini tapşırmış, buna görə də qohumu Xəyal qonşuda yaşayan taksini çağırmış və həmin taksi ilə o, Humayla birlikdə Xırdalan şəhərində yaşayan qohumu Xalidənin evinə gəlmişlər. Saat 15 radələrində Xalidənin evində olan zaman Humayı Xalidəyə təhvil verib, oradan çıxaraq “28 May” metrostansiyasına getmişdir. Humayla Bakıya qayıdanda Humayın qohumugilə gələcəklərini bildiklərindən, anası, dayısı və həyat yoldaşı, onun babası, qardaşı da oraya gəlmişlər. Babası oradan getməməyi, özlərinin danışıb işi həll edəcəklərini, hər şeyin qaydasında olduğunu bildirmişdir. O, Humaya qarşı heç bir zor tətbiq etməmiş və ona xəsarət yetirməmişdir. Onu qohumlarına təhvil verərkən də onda heç bir xəsarət olmamışdır. Humay qaldıqları evdə köynəyi tər olduğu üçün dəyişmiş, evdə olan arvad qohumunun köynəyini geyinmişdir. Bakıya qayıdanda əynində nə olmasını xatırlamır. Rayondan qayıdanda Humayın ayağında hansı ayaqqabı olduğunu xatırlamır. 20 avqust 2019-cu ilə qədər o, evində olmuş, həmin müddət ərzində də Humayla əlaqələri olmuşdur. 20 avqust 2019-cu il tarixdə atası zəng edərək onu polis idarəsinə çağırdıqlarını bildirmiş, həmin vaxt Humayın şikayət etdiyi ona məlum olmuşdur. Şahid12 ifadəsinə görə, qohumları Coşqun, Tərlan və Nicat Humayın qaçırılmasında iştirak etməmişlər. O, ev tikərkən həmin qohumları tikinti işlərində ona kömək etdiklərindən, Humay onları da tanımışdır. Humayın ailəsindən gizli də telefonu olmuş, həmin telefonla onlar əlaqə saxlamışlar. Həmin yazışmalarda rayona getməkləri barədə danışmamışlar. Onlar rayona gedəndə Humayın qohumları onların evinə hücum çəkmişlər, nənəsi xəsarət də almışdır, lakin nənəsi şikayət etməmiş, ekspertizaya da getməmişdir. Humayın anası istintaq dövründə barışığa gəlmələri üçün onlardan 10.000 manat pul almışdır. Həmin pulu Humayın anası onun vəkilinin iştirakı ilə almışdır. Məhkəmə iclasında ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəci elan və tədqiq olundu. Tərlan Daşdəmirov ona Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Bununla belə, Tərlan Daşdəmirov istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, o, onun əmisi oğlu Şahid12 sevgilisi olmuşdur. 29 iyul 2019-cu il tarixdə əmisi oğlu Şahid12 təxminən saat 17:30 radəsində ona məxsus ***-***-**-** nömrəsinə zəng etmiş və harada olduğunu soruşmuşdur. Bu zaman o, Elturana bildirmişdir ki, yaşadığı Xəzər rayonundakı evə gedir. Həmin zaman Elturan ona demişdir ki, “tez gəl Maştağa yoluna”. O da, bundan sonra onun dediyi yerə, yəni Xəzər rayonundan Sabunçu rayonu Maştağa qəsəbəsi istiqamətinə getmişdir. Bu zaman o, Elturanı Maştağa qəsəbəsində yol kənarında gözləmişdir və o, idarə etdiyi Opel markalı avtomobillə onun yanına gəlmişdir. O, həmin zaman avtomobilə qabaq oturacaqda əyləşmişdir və görmüşdür ki, avtomobilin arxa oturacağında Elturanın sevdiyi Zərərçəkmiş şəxs vardır. Bu zaman Elturan ona demişdir ki, o, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmışdır. Həmin zaman Elturandan Humayı aparacağı yeri soruşsa da, o, bu barədə ona deməmişdir. Bundan sonra o, avtomobili idarə edərək Maştağa qəsəbəsində ərazisində olarkən Elturan bibisinin kürəkəni Coşquna zəng etmiş və onu da Maştağa qəsəbəsinə çağırmışdır. Bundan təxminən 1 saat sonra Coşqun idarə etdiyi qara rəngli, Mersedes markalı avtomobillə Maştağa qəsəbəsinə gəlmiş və onlar görüşmüşlər. Həmin zaman Elturan Coşquna bildirmişdir ki, Humayı qaçırmış saxlamağa yer axtarır. Bundan sonra Elturanın avtomobili yaxşı işləmədiyi üçün yol kənarında avtomobili saxlamışdır və qohumu X11 ilə əlaqə saxlamışdır və avtomobili yol kənarından götürməsini tapşırmışdır. Sonra isə o, Elturan və Humay Coşqunun avtomobilinə əyləşmişlər. Həmin zaman avtomobili Coşqun idarə etmişdir. O və Elturan avtomobildə arxa oturacaqda əyləşmişlər. Humay isə onların ortasında əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Elturan Humayı aparmağa yer axtarırmış. Humay avtomobildə olan zaman səs küy salmağa başlamış, o və Coşqun Elturana bildirmişdir ki, qızın razılığı yoxdur. Buna görə də o, avtomobildə səs-küy salır. Həmin zaman isə Elturan demişdir ki, Humay ondan inciklidi deyə avtomobildə səs-küy salır. Sonra isə Elturan Coşquna demişdir ki, onları İsmayıllı rayonuna aparsın, belə ki, onun İsmayıllı rayonunda xalası Məlahət yaşayır. Onlar həmin vəziyyətdə, yəni Zərərçəkmiş şəxs yol boyu yolda polis eləcə də əhalinin sıx olan yerində səs-küy sala-sala səhərə yaxın təxminən saat 05 radəsində İsmayıllı rayonun Diyalı kəndinə gəlmişlər. Onlar Diyalı kəndində yaşayan bibisi Məlahətin evinə gəldikdən sonra Humayı Elturan evdə olan otaqların birinə aparmış və bundan təxminən 1-2 saat sonra o Coşqun ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Humayın anası Elturanın ailəsi ilə razılaşmış və onlara demişdir ki, Elturan qızı gətirib təhvil versin və toyların etsinlər. Sonradan isə bilmişdir ki, həmin günü yəni 30 iyul 2019cu il tarixdə axşam saatlarında X14 şəhərində yaşayan qohumlarına gətirib təhvil vermişdir. Şahid12 Humayı anası vermədiyi üçün evlənmək məqsədi ilə onu 29.07.2019-cu il tarixdə qaçırmış və bundan sonra onun yanına gələrək bu barədə demişdir. Bundan sonra o, Coşqunu çağırmış və onlar birlikdə Coşqunun avtomobili ilə Humayı İsmayıllı rayonuna aparmışlar. Coşqunun avtomobilində o və Elturan arxa otracaqda əyləşmişlər. Həmin zaman Humay isə onların arasında əyləşmişdir. Humayı aralarında əyləşdirməkdə məqsədləri onun avtomobildən düşüb qaçmaması olmuşdur. Humayı Elturanın avtomobilindən Coşqunun avtomobilinə əyləşdirən zaman Humay müqavimət göstərməsin deyə Elturanın avtomobilində o Humayın əlini tutmuş, Elturan isə yapışqan lentlə Humayın əlini bağlamışdır. Bundan sonra, Humay avtomobildən düşəndə əlini bir-birinə sürtərək yapışqan lenti açmış və özü sərbəst şəkildə Elturanla birlikdə adımlayıb Coşqunun avtomobilinə əyləşmişdir. Onlar Coşqunun avtomobili ilə İsmayıllı rayonuna gedəndə Humay səsküy salsa da o, Elturan eləcə də avtomobili idarə edən Coşqun ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O törətdiyi cinayət əməlinə görə polis əməkdaşları tərəfindən axtarıldığını bilirmiş, lakin Şahid12 tutulduqdan sonra onun vəkili Fərman Cəfərov ona Elturanın atası Emilin vasitəsi ilə söz göndərmişdir ki, ortalıqda görsənməsin. O da vəkil Fərman Cəfərovun sözünə görə istintaqdan gizlənməyə başlamışdır. Məhkəmə iclasında həmçinin ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş X2 ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində isə Tərlan Daşdəmirov bildirmişdir ki, o, ona elan edilmiş cinayət əməlində özünü təqsirli bilmir və ilkin istinaqa verdiyi ifadəsini təsdiq etmir. Belə ki, axtarışda olması səbəbindən polis əməkdaşları tərəfindən tutulan zaman həmin gün ona işgəncə verilməsi səbəbindən nə etdiyini, harada olmasını bilməmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən döyüldükdən sonra, onu Sabunçu RPl-nin İŞ-nə təhvil verilmişdir. Orada isə ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə ifadəsi alınmışdır. 29.07.2019-cu il tarixdə həmin hadisə günü o, Buzovna qəsəbəsində yaşayan tanışı Ramiz adlı şəxsin bağında olmuşdur, belə ki, o, həmin şəxsin bağında işləyir. O, ilkin dindirmə zamanı Şahid12 zəngi əsasında 29.07.2019-cu il tarixdə saat 19 radələrində Maştağa qəsəbəsinə gəlməsi və avtomobildə Elturanın sevdiyi Humay adlı qızı tutub saxlaması, əlini yapışqan lentlə bağlaması və sonradan Coşqunla görüşüb onun avtomobili ilə İsmayıllı rayonuna qaçıraraq aparmaları barədə ifadələrini təsdiq etmir və o, tutulan zaman işgəncələrin şokunda olduğu üçün, tərtib edilmiş sənədləri oxumadan imza edib təsdiq etmişdir (cild 3, iş vərəqi 215-218, cild 4, iş vərəqi 183-185). Məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli hökmü təqdid edilərkən müəyyən olundu ki, həmin iş üzrə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş X4 özünü Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli bilməmiş, həmin ifadəsində göstərmişdir ki, hadisə olan günü axşam saat 21:00-a kimi o, iş yerində olmuşdur. İstintaq zamanı verdiyi ifadələrini təzyiq altında vermişdir. 29 iyul 2019-cu il tarixdə, yəni hadisə baş verən gün o, Buzovna qəsəbəsində yaşayan tanışı Ramiz adlı şəxsin bağında işləmiş və saat 09:30-da işə getmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman Sabunçu RPİ 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən döyülmüş, sonra Sabunçu RPİnin İstintaq şöbəsinə təhvil verilmişdir. Onun üzərində xəsarət izləri də olmuş, lakin tələb etməsinə baxmayaraq onu ekspertizaya göndərməmişlər. Onu beş nəfər döymüşdür. Onu gəlib saxlayıb apararkən hətta əmisinin həyətində döyməyə başlamışlar. İndi də bir qulağı eşitmir. Onu həyətdə döyərkən telefona çəkildiyini görüb polislər telefonu da almışlar. Onu döyən şəxslərin adlarını, digər anket məlumatlarını bilmir. Həmin şəxsləri görsə də, indi tanıya bilməz. O, ilkin dindirmə zamanı Şahid12 zəngi əsasında 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində Maştağa qəsəbəsinə gəlməsini və avtomobildə Elturanın sevdiyi Humay adlı qızı tutub saxladığını, əlini yapışqan lentlə bağlayaraq sonradan Coşqunla görüşüb onun avtomobili ilə İsmayıllı rayonuna qaçıraraq aparmaları barədə ifadələrini təsdiq etmir. Çünki o, tutulan zaman işgəncələrin şokunda olduğu üçün tərtib edilmiş sənədləri oxumadan imza etmişdir. Birinci dəfə ondan ifadə alınanda vəkili olmamış, ikinci dəfə o, sərbəst ifadə verəndə onun vəkili olmuşdur. Əslində isə həmin hadisədə o, iştirak etməmişdir. Zərərçəkmiş şəxs da tanımamışdır. Elturanla əmi oğlu kimi həmişə münasibətləri yaxşı olmuşdur, vaxtı olanda həmişə gedib Elturanın tikdirdiyi evin tikilməsinə də kömək etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01.08.2019-cu il tarixli 424 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs üst alveol qövsünün sağdan İ dişinin hissəvi sınması ilə müşaiyət olunan üst dodağın yumşaq toxumasının əziyi, selikli qişasının və üst damağın qansızması, üz nahiyəsinin sıyrıqları, sağ saidin, sol saidin sağ diz oynağının, sağ budun, sağ baldırın, sol diz oynağının və sol baldırın qançırları, sol əlin V barmağının əzilmiş yarası bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Sağ əlin kəsilmiş yaraları kənarı və ucu iti alətin təsirindən əmələ gəlmişdir. Qeyd edilən xəsarətlərin əmələ gəlmə müddəti 29.07.2019-cu il tarixinə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığı qısa müddətdə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. X5 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Qeyd edilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (cild 1, iş vərəqi 40-42). İstintaq zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulub saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmiş, daha sonra şəxsin tanınması istintaq hərəkətləri keçirilərək, Zərərçəkmiş şəxs tanınma zamanı Təqsirləndirilən şəxs tanıyaraq, 29 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs avtomobilinə zorla mindirilərək qaçırıldığını bildirmişdir (cild 5, iş vərəqi 33-36). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 4, iş vərəqi 134). Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş yuxarıda şərh olunan sübutlarla əlaqədar aşağıdakıları qeyd etməyi lazım bilir: - göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanır. Məhkəmə baxışı zamanı həmin ittihamı təsdiq edən hər hansı şahid ifadələri və digər sübutlar müəyyən edilmədi. İş üzrə dindirilmiş 13 nəfər şahiddən yalnız 2 nəfər – Şahid7 və Şahid8 ifadələrində Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinin törədilməsində iştirak etdiyini bildirsələr də, onların heç biri hadisənin bilavasitə şahidi olmamış, həmin halı zərərçəkmiş şəxsin sözlərinə istinadən vermişlər. Bu zaman həm də nəzərə alınmalıdır ki, adları çəkilən şahidlərdən biri Zərərçəkmiş şəxs anası, digəri isə doğma qardaşıdır. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadəsinə tənqidi yanaşaraq həmçinin qeyd etməyi lazım bilir ki, həmin ifadədə Şahid12 Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmələri barədə heç nə deyilmir. Həmin ifadədə zərərçəkmiş şəxs yalnız Şahid12 onu qaçırdıqdan sonra idarə etdiyi maşın xarab olduğuna görə Coşqunu çağırıb onun maşınında İsmayıllı rayonuna getdiklərini bildirmişdir. - cinayət işi üzrə istintaq materialları araşdırılarkən məlum oldu ki, ibtidai istintaq orqanı tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup halında cinayət törətmələri ilə bağlı ittiham verilmiş Şahid12 və X2 istifadə etdikləri mobil telefonlarla aparılmış danışıqlar, onların əhatə dairələri haqqında məlumatlar əldə edilsə də, Təqsirləndirilən şəxs istifadəsində hansı mobil nömrələrin olması, onların əhatə dairəsi barədə məlumatlar əldə edilib təhlili aparılmamış, tərtib olunmuş ittiham aktına hadisə baş verən gün Təqsirləndirilən şəxs Şahid12 və Tərlan Daşdəmirovla əlaqə saxlamaları barədə hər hansı sübut əlavə edilməmişdir. - Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixli məhkəmə iclasında hadisə baş verən gün İsmayıllıya getməsi, amma qıza qarşı zor tətbiq etməməsi, Maştağa qəsəbəsinə Elturannın zəng vurmaqla onu çağırması və işi olduğunu bildirməsi, lakin bu zaman qız qaçırdığı barədə ona heç nə bildirməməsi, Elturanın zəngindən sonra onun Maştağa qəsəbəsinə getməsi, orada Humayın özünün maşından düşüb onun maşınına minməsi, sonra Elturanın təklifi ilə onların İsmayıllıya yola düşməsi, yolboyu gedəndə onun Humaydan narazılığı olub-olmamasını soruşması, Humayın da heç bir narazılığı olmadığını bildirməsi, hətta yol gedərkən onları yol polisinin də saxlaması, sənədləri yoxlayıb onları buraxması, Humay maşını saxladan polis əməkdaşına da heç bir narazılıq bildirməməsi barədə ifadəsinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, növbəti məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona zərərçəkmiş tərəfin onun qohumları vasitəsilə göstərilən təzyiq və təsir nəticəsində həmin ifadəni verdiyini, Humay qaçırdıldıqdan sonra onun maşını ilə İsmayıllıya aparıldığını etiraf edəcəyi halda, zərərçəkmiş şəxsin ondan şikayətçi olmayacağını bildirdiklərini və bu səbəbdən ilk məhkəmə iclasında həmin ifadəni verdiyini göstərmişdir. Lakin sonradan zərərçəkmiş tərəfin onun qohumlarından şikayət etməmək müqabilində 10000 manat pul tələb etmələri səbəbindən əsl həqiqəti məhkəməyə danışmaq qərarına gəldiyini, onun Zərərçəkmiş şəxs qaçırılmasında heç bir rolu olmadığını və bu cinayətin törədilməsində ümumiyyətlə iştirak etmədiyini bildirdi. Burada həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, ümumiyyətlə hər hansı ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası həmçinin xüsusilə qeyd etməyi lazım bilir ki, 29 iyul 2019-cu il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs qohumları Şahid12, X4 və “Nicat” adlı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs nikaha girməyə məcbur etmək məqsədi ilə oğurlamaları ilə bağlı Şahid12 və Tərlan Daşdəmirovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 21 oktyabr 2020-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli hökmü ilə ləğv edilmiş, X2 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş, Şahid12 münasibətdə isə onun zərərçəkmiş şəxsi oğurlayarkən həyat və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsi sübuta yetirilmədiyindən ona CM-nin 144.2.4-cü maddəsi ilə bəraət verilmiş, CM-nin 144.2.3-cü maddəsinə münasibətdə isə Şahid12 Zərərçəkmiş şəxs könüllü azad etdiyindən onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Göründüyü kimi, baş vermiş həmin cinayət əməli üzrə hazırda preyudisial qüvvəyə malik məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs və Şahid12la qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd olunan cinayət əməlini törətməkdə ittiham olunan X1 ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilməmiş və 29.07.2019-cu il tarixdə hadisə günü Buzovna qəsəbəsində yaşayan tanışı Ramiz adlı şəxsin bağında olduğunu, istintaq zamanı ona işgəncələr verildiyindən təzyiq altında ilkin etirafedici ifadəni imzaladığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi öz hökmündə birinci instansiya məhkəməsinin Tərlan Daşdəmirovun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini inandırıcı hesab etməsi ilə razılaşmamış, yuxarı instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin inandırıcı hesab etdiyi həmin ifadədə göstərilən xüsusatlar nə Şahid12 və Tərlan Daşdəmirova verilmiş ittihamda göstərilən hallarla, nə Şahid12, nə zərərçəkmiş şəxsin, nə də iş üzrə dindirilmiş digər şahidlərin ifadələrində göstərdikləri xüsusatlarla uzlaşmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixli məhkəmə iclasında verdiyi etirafedici ifadəsini onun növbəti məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin qeyd olunan cinayət əməlini onunla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməklə bağlı ittihamlar verilmiş Şahid12 ifadəsi və məhkəmədə tədqiq olunmuş Tərlan Daşdəmirovun ifadəsi ilə, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlarla, həmçinin iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, həmin ifadənin işin həqiqi halları ilə uyğunluq təşkil etmədiyi və cinayət işinin materialları ilə öz təsdiqini tapmadığı qənaətinə gəlir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli olması Zərərçəkmiş şəxs ifadəsi istisna olmaqla, aşağıdakı sübutlarla tam təkzib olunur. Belə ki, baş vermiş cinayət hadisəsinin əsas iştirakçısı Şahid12 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsindən başlayaraq birinci instansiya və yuxarı instansiya məhkəmələrində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs hadisə baş verən gün onunla birgə olmadığını, Coşqunla Zərərçəkmiş şəxs oğurlamaq barədə qabaqcadan heç bir danışıq aparmadığını, ümumiyyətlə Coşqunun baş vermiş hadisədən xəbəri olmadığını qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməkdə ittiham verilmiş Tərlan Daşdəmirov da ilkin etirafedici ifadəsindən başqa, digər verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi barədə məlumatı olmadığını bildirmiş, onun həmin etirafedici ifadəsi isə preyudisial qüvvəyə malik yuxarı instansiya məhkəməsinin hökmü ilə mötəbər olmayan sübut hesab edilmişdir. Bundan başqa, ibtidai istintaq zamanı, həmçinin birinci instansiya və apellyasiya instansiyası məhkəməsində dindirilmiş Şahid1 hadisə baş verən gün Şahid12 Zərərçəkmiş şəxs ilə İsmayıllı rayonu, Diyallı kəndində yerləşən onun evinə tək gəldiklərini, onlardan başqa kimisə, o cümlədən Təqsirləndirilən şəxs görmədiyini, zərərçəkmiş şəxsin Coşquna məxsus avtomaşınla yaşadığı kəndə gətirilməsi barədə hər hansı məlumata sahib olmadığını göstərdi. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə iclasında dindirilmiş şəxslərin, o cümlədən təqsirləndərilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində, eləcə də məhkəmədə tədqiq olunmuş cinayət işinin bütün digər sənədlərində və protokollarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə bir qrup şəxs halında adam oğurluğu cinayətini törətməsi məqsədilə qabaqcadan kiminləsə danışıqlar aparıb sövdələşməsini, bu cinayət əməlinin törədilməsində iştirakına razılıq verməsini təsdiq edən hər hansı düzünə və ya dolayı sübutların mövcud olması müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə uyğun olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə uyğun olaraq, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-prosessual qanunvericiliyə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Həmin qərarın 8-ci bəndində məhkəmələrə izah edilir ki, təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə toplanmış və məhkəmə baxışına təqdim olunmuş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350-ci maddəsinin tələblərinə görə, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56 və 62.1-ci maddələrinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli zor tətbiq etməklə adam oğurluğu cinayətini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən olunmadığından ona həmin maddələrlə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun haqqında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumluq, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələlərin məhkəmə hökmündə müzakirəsi istisna təşkil edir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 04 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş həmin qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və mülki iddia verilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs zorla avtomobilə əyləşdirilərək oğurlanmasını əks etdirən görüntülər olan SD diskin ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs ona qarşı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 344-347, 348.3, 349, 350.1-350.3, 352-353, 356, 358, 384-385.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs zorla avtomobilə əyləşdirilərək oğurlanmasını əks etdirən görüntülər olan SD diskin ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və mülki iddia verilməməsi nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar