Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X2 və X31 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Yardımlı rayonunun Odurakəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Yardımlı rayonunun Odurakəran kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq elməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Cinayət Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək işgəncə verməklə oğurlanmış şəxsə əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs adam oğurluğu, əzab vermə və hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədilməsi barədə tanışları X19, X16 və X12 ilə Zərərçəkmiş şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə cəzalandırıb pul vəsaitini ələ keçirmək məqsədilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin aprel ayının ortalarında qrup üzvləri Vaqif Hüseynovun idarə etdiyi “Opel Astra” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısına gəldikdən sonra Əli Xangəldiyev, Elkhan Valievi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq aralarında olan vəzifə bölgüsünə əsasən Elkhan Valievi silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirərək narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda günahlandırıb Təqsirləndirilən şəxs ilə birlikdə onun qollarından tutaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə iradəsi ziddinə Vaqif Hüseynovun idarə eldiyi “Opel Astra” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib qrupun üzvü Əli Xangəldiyevin qabaqcadan cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkil etdiyi ünvan 2 ünvanına aparmaqla tamah məqsədi ilə adam oğurluğu etmiş, orada X33 Zeynalovun paltarlarını soyundurub əllərini arxadan iplə, ağzını isə köynəklə bağlayaraq Əli Xangəldiyev, Elkhan Valievi və Təqsirləndirilən şəxs ilə birlikdə ona yumruq və təpik zərbələri vuraraq Zərərçəkmiş şəxs1 yerə yıxıb mütəmadi olaraq döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoymaqla oğurlanmış Zərərçəkmiş şəxs1 üç gün müddətində işgəncə edərək əzab vermiş, həmçinin Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə yenidən döyəcəyi, ona əzab verəcəyi hədəsi ilə sərbəst buraxılması müqabilində 5000 (beş min) manat pulu hədə-qorxu ilə tələb etmiş, nəticədə Zərərçəkmiş şəxs1 burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan burunun küt travması xəsarəti yetirib sağlamlığa yüngül zərər vurmuşlar. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları X19, X16 və X12 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Vaqif Hüseynov 2021-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə videogörüntü ilə zəng edib Zərərçəkmiş şəxs1 yerdə əlləri arxadan bağlı vəziyyətdə uzadıldığını və narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün qrup üzvləri tərəfindən döyülməsini göstərib Zərərçəkmiş şəxs2 da şəxsiyyəti üzərində zor tətbiq edəcəyi hədəsi ilə ondan 500 (beş yüz) manat pulu hədə-qorxu ilə tələb edərək 2021-ci ilin aprel ayının ortalarında Əli Xangəldiyev, Elkhan Valievi, Təqsirləndirilən şəxs və X39 İsmayılovanın 500 (beş yüz) manat pulunu ələ keçirmişlər. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X12 və X19 onun tanışlarıdır. X1 idarə etdiyi ağ rəngli “Opel Astra” markalı avtomobillə Əli və Elxanla şəhərdə gəzərkən Vaqifin telefonuna Şahid zəng etmiş və Xaliq adlı şəxsin onu narahat etdiyini bildirmişdir. Onlar birlikdə həmin ünvana getmişlər və onlar ünvana çatanda Xaliq də orada olmuşdur. Xaliq onlara həmin yerdə çox adam olduğunu bildirmiş, söhbət etmək üçün başqa yerə getmələrini təklif etmişdir. Onların adam qaçırmaq kimi niyyəti olmamışdır. O, Əli, Valievi Elkhan, Vaqif və Xaliq Sabunçu rayonu Hövsan qəsəbəsinə gəlmişlər. O, orada 10-15 dəqiqə olmuş, sonradan oranı tərk edib getmiş və 2 gün sonra qayıtmışdır. Xaliqin əl-qolunu açaraq, yola salmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Xaliqlə görüşən zaman o, Əli, Valievi Elkhan və Vaqif bir yerdə olmuşlar. Onlar şəhərdə gəzən zaman Vaqifin telefonuna Şahid zəng etmişdir. Qönçə Vaqifə zəng edərək Xaliqin onun üzərinə gəldiyini və əl qaldırmaq istədiyini bildirmişdir. Onlar gələrkən Xaliq məhəllədə-blokun qarşısında olmuşdur. Xaliq öz şəxsi istəyi ilə maşına oturmuş, onlar Hövsandakı evə çatanda evdə heç kim olmamışdır. O, 2 gün ərzində nə Xaliqlə, nə də dostları ilə əlaqə saxlamamışdır. Hadisə ilə bağlı olan videogörüntü haqqında məlumatı var. Hadisədən əvvəl aralarında Xaliq haqqında söhbət olmamışdır. Qönçənin evinə çatanda Xaliqlə aralarında heç bir mübahisə olmamışdır. Xaliqi maşına mindirəndə heç bir zor tətbiq edilməmişdir. O, Hövsanda olan zaman Vaqiflə Xaliq mübahisə etmişlər. O, 2 gün sonra hadisə yerinə gələndə Xaliqin sifətində əziklər görmüşdür. Xaliqin buraxılmasında təşəbbüskar o olmuşdur. Xaliqin başına heç kim zərbə vurmamış, Xaliq buraxılan gün Xaliqə yemək, su və siqaret alıb gətirmişdir. Vaqifin Xaliqdən 5000 manat istəməsi ilə bağlı heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq elməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında Cinayət Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək işgəncə verməklə oğurlanmış şəxsə əzab verməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq elməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etməsi, yəni Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, adını tanış olduğu şəxslərə “Nərgiz” kimi təqdim edən X13 uzun müddətdir, təxminən 6-7 ildir tanıyır. Qönçə müxtəlif kafelərdə xidmətçi işlədiyi vaxtlarda o da onun azyaşlı qızı X14 baxmışdır. Zərərçəkmiş şəxs1 Şahid ilə birlikdə qeyri-rəsmi nikah münasibətində olan şəxs kimi tanımışdır. 2021-ci ilin aprel ayında Qönçə onun evinə gəlmiş, Xaliqdən ayrılmaq istədiyini, lakin Xaliqin ondan əl çəkmədiyini bildirmişdir. Həmin gün axşam saatlarında hava qaranlıq olarkən Xaliq kirayənişin yaşadığı Cümşüd Naxçıvanski küçəsi 48 ünvanının qarşısına gəlib Qönçə ilə görüşüb danışmaq istədiyini bildirmiş, liftin qarşısında Xaliq Qönçənin yaxasından tutaraq onunla evə getməsini tələb etmişdir. Qönçə də onunla evə getmək istəmədiyini demiş, ondan əl çəkməsini istəmişdir. Xaliq ilə Qönçənin səsləri yüksəldiyi üçün, o, Xaliqə onu qonşularının yanında pis etməmələrini demişdir. Xaliq ona, “bibi, onda Qönçəyə de ki, mənimlə getsin” demişdir. O, Xaliqə Qönçənin onunla gedəcəyinə söz vermiş, Qönçə də Xaliqə evə qalxıb evdə olan bəzi əşyalarını götürüb gələcəyini demişdir. Qönçə evə girdikdən sonra telefon ilə zəng etməyə başlamış, o, Qönçənin telefonda kiminlə danışdığını bilməmişdir. Qönçənin telefonla danışdığı şəxsin Qönçədən “haradadır” deyə soruşduğunu, Qönçənin isə ona “həyətdədir” dediyini eşitmişdir. Qönçənin telefonda danışdığı şəxs bildirmişdir ki, “onun başını qatsın gəlir”. O, Qönçədən kiminlə danışdığını soruşmuş, sonra ona narahatçılıq yaratmamasını xahiş etmişdir. Qönçə ona bildirmişdir ki, onun yaxın adamı var, o, həmin şəxsə Xaliqin onu incitdiyini, həmin adamın da gəlib Xaliqi buradan aparacağını demişdir. Bir müddət keçdikdən sonra, Qönçə mətbəxin pəncərəsindən baxıb, Xaliqi götürdüklərini demişdir. O, bu barədə ona sual verəndə, Qönçə bildirmişdir ki, onsuz da həmin şəxslər Xaliqi axtarırmışlar. Xaliqi apardıqdan bir müddət sonra Qönçəyə “whatsapp” proqramı vasitəsilə zəng gəlmiş, Qönçə ona demişdir ki, “gəl bax, Xaliqi döyürlər”. Onun ürəyi dözmədiyi üçün həmin görüntülərə baxa bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Xaliq Qönçə ilə birlikdə kirayədə yaşamış, yaşadıqları evin ünvanını tam dəqiq bilmir. Qönçə ilə Xaliqin yaşadığı evə getməmişdir. O, Qönçəni təxminən 6-7 ildir ki tanıyır. Vaqif ilə Valievi Elkhanı əvvəllər tanımamış, yalnız Xaliq və Qönçəni tanımışdır. Qönçə onun yaşadığı evə, uşağının yanına gəlmiş, həmin gün təsadüfən Xaliq də onların evinin qarşısına gəlmiş, Qönçə ilə Xaliq liftin qarşısında qarşılaşdıqları zaman dalaşmağa başlamışlar. Xaliqi gəlib aparmaları üçün Qönçənin kimə zəng etdiyini bilməmişdir. Xaliq döyülərkən o, həmin görüntüyə baxa bilməmiş, sonradan eşitmişdir ki, Xaliqi gəlib məhəllədən götürən şəxslər Vaqif, Əli adlı şəxslər olmuş, başqa bir şəxsin də adı çəkilmiş, lakin həmin şəxsin adını tam dəqiq xatırlamır. Xatırladığı qədəri ilə üç nəfər olmuşlar. Bir müddət keçdikdən sonra Vaqif ona zəng etmiş və demişdir ki, “Vaqifdir, Xaliqi aparıb döyən oğlan, bəlkə eşidərsən”. Vaqif özünü ona tanıdandan sonra ilk öncə 700 manat pul istəmişdir. Vaqifin ondan pul istəməsinin səbəbi isə Qönçənin narkotik vasitə ilə bir-iki dəfə onun yaşadığı evə gəlməsi olmuşdur. Vaqifin onu tutduracağı ilə hədələmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Vaqif ilk öncə 700 manat istəyərək onu hədələmişdir ki, guya o, narkotik vasitələrin satışı ilə məşğul olur, əgər ona pul verməsə onu tutduracaq, doğmalarına bu barədə məlumatlar verəcək. O da bu vəziyyətdən qorxduğu üçün həmin pulu qonşuları vasitəsilə düzəldib Vaqifə vermişdir. Pulu Vaqifə vermək üçün Qönçə gəlib ondan götürmüşdür. Qönçənin həmin şəxslərlə nə kimi əlaqəsinin olduğunu bilmir. Vaqif özü Qönçəni göndərmişdir ki, gəlib pulu ondan alsın və aparıb onlara versin. Qönçənin narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını bilmir, lakin Qönçə özü ona narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Xaliqin narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını bilmir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində ifadə verməmiş, hal-hazırda məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən şəxsi tanımır, onu ilk dəfə məhkəmə iclas zalında görür. Yaranmış ziddiyyətlə əlaqədar Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, adını tanış olduğu şəxslərə “Nərgiz” kimi təqdim edən Şahid uzun müddətdir, yəni təxminən 6-7 ildir tanıyır. Belə ki, Qönçə müxtəlif kafelərdə ofisiant işlədiyi vaxtlarda o da Qönçənin azyaşlı qızı X14 baxmışdır. O, Qönçənin vasitəsi ilə Vaqif Hüseynov və Elkhan Valievi adlı şəxsləri tanımış olsa da, Ruslan və Əli adlı şəxsləri tanımamış və həmin şəxslərin adlarını sonradan eşitmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Şahid ilə birlikdə qeyri-rəsmi nikah münasibətində olan şəxs kimi tanımışdır. O, Xaliqlə Qönçənin əvvəlki vaxtlarda kirayəşin yaşadığı ünvan 3 ünvanında tanış olmuşdur. Sonradan o, özü də həmin ünvanda Qönçə ilə birlikdə yaşamağa başlamışdır. O, Qönçənin vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olmuş, həmçinin Qönçə əxlaqsızlıqla məşğul olduğu üçün əldə etdiyi nağd pul vəsaitlərinin çox hissəsini ona vermişdir. Onun Qönçə ilə yaxşı münasibətləri olmuşdur. Bundan sonra Xaliq Qönçənin vasitəsi ilə ondan narkotik vasitələr və psixotrop maddələr almağa başlamışdır. Xaliq özü istifadə etməklə yanaşı, həmin maddələrin satışı ilə də məşğul olmuşdur. Son vaxtlarda Xaliq Qönçəni qısqanmış və Qönçənin bütün işlərinə müdaxilə etməyə başlamışdır. Buna görə də Qönçə Xaliqlə görüşmək istəməmişdir. Həmçinin o və Qönçə Vaqifin tanışları Əli, Ruslan və Elxanla birlikdə Xaliqi axtardıqlarını, Xaliqin narkotik vasitələrin satışı ilə məşğul olması müqabilində Vaqifgilə hər ay 300 manat pul verməsini istədiklərini bilmişdir. 2021-ci ilin aprel ayının orta on günlüyündə axşam saatlarında hava qaranlıq olarkən Xaliq onunla Qönçənin birlikdə kirayəşin yaşadığı C.Naxçıvanski küçəsi 48 ünvanının qarşısına gəlib Qönçə ilə görüşüb danışmaq istədiyini bildirdikdə, X28 zəng edərək Xaliqin yerini bildirmişdir. Qönçənin zəngindən təxminən 25 dəqiqə vaxt keçdikdən sonra Vaqif Qönçənin istifadəsində olan mobil telefona “Whatsapp” vasitəsi ilə videogörüntü ilə zəng etmiş, həmin zaman o da Qönçənin yanında olmuş və videogörüntünü görmüşdür. Vaqif idarə eldiyi avtomobilin içini göstərmiş, həmin zaman Vaqifin idarə etdiyi ağ rəngli “Opel Astra” markalı avtomobildə qabaq sərnişin oturacağında Əli oturmuş, arxa oturacaqda Elkhan Valievi və Ruslan, onların ortasında isə Xaliq oturmuşdur. Həmin zaman Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmiş vəziyyətdə olmuşdur. Ruslan və X29 arxa oturacaqda yumruqlarla vuraraq döymüş, sonra video zəngi yekunlaşdırmışdır. Bir müddət vaxt keçdikdən sonra Vaqif yenə də mobil telefonla “Whatsapp” proqramı vasitəsi ilə Qönçəyə zəng etmişdir. Artıq Vaqifgil hansısa ünvanını bilmədiyi evdə olmuş, orada Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olmuşdur. Xaliqi Vaqif, Ruslan, Əli və Elkhan Valievi təpiklə vuraraq döymüşlər. Bu zaman Vaqif Qönçəyə “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram” deməsini Xaliqdən tələb etmişdir. Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra Qönçə telefonu ona vermiş, Vaqif ona Xaliqi nə günə saldığını görməsini, onun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay Vaqifə 500 manat pul verməli olduğunu, əks halda onu da bu hala salacağını, hətta saçını qırxıb onu keçəl edəcəyini demişdir. O, Vaqifdən qorxduğu üçün razılaşmış, həmin 500 manat pulu göndərəcəyini bildirmişdir. Danışıqdan 3 gün sonra ünvan 3 ünvanında olarkən Qönçə ona Vaqif Hüseynovun adlarını yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə binanın həyətində olduğunu və Vaqifə söz verdiyi 500 manat pulu vermək lazım olduğunu bildirmişdir. O da Qönçəyə 500 manat pul vermiş, Qönçə binanın həyətinə düşərək həmin pulu Vaqifə vermişdir. Bundan sonra o, Vaqifgilin əlindən həmin mənzildən çıxaraq ünvan 5 ünvanına kirayəşin olaraq köçmüş və Vaqiflə heç bir kontaktı olmadığından Vaqif onu tapa bilməmişdir. Sonrakı aylarda Vaqifə heç bir məbləğdə pul verməmişdir. Həmçinin, Vaqiflə yanında olan şəxslərin Xaliqi 3 gün müddətində həmin yerdə saxladıqlarını, Xaliqi döyərək 5000 manat pul tələb etdiklərini, daha sonra pulu olmadığını gördükdə, 5000 manat dəyərində verəcəkləri narkotik vasitələri salıb pullarını verməsi müqabilində Xaliqi buraxdıqlarını eşitmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsinin arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalaması ilə əsaslandırmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qönçəni Nərgiz adı ilə tanımış, Nərgiz ilə bir il bundan öncə tanış olmuşdur. Bir müddət Nərgizlə münasibəti olduqdan sonra, Nərgiz onu 8-ci kilometrdə kirayə yaşadığı evə qonaq çağırmış, o, orada olduğu zaman “bibi” dedikləri Arzu, Nərgizi tez-tez digər otağa çağıraraq ona nə isə söz demişdir. Nərgizdən Arzunun ona nə dediyini soruşmuş, o isə daha sonra deyəcəyini bildirmişdir. Bir müddət sonra Nərgiz ilə görüşməli olmuş, ona demişdir ki, axşam saat 6-7 arası binanın qarşısına gəlsin. O da Nərgizin dediyi vaxtda onun kirayə yaşadığı binanın qarşısına getmiş və bir az gözlədikdən sonra, Nərgizə zəng edib soyuqda onu gözlədiyini demişdir. Nərgiz də ona “indi düşürəm” desə də, yenə bir müddət gözlədikdən sonra Nərgiz gəlməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Vaqifgilin idarə etdiyi maşın binanın qarşısında, yəni onun yanında dayanmışdır. Maşını Vaqif idarə etmiş, onun yanında əyləşən Əli olmuş, arxa oturacaqda solda Ruslan, sağda isə Valievi Elkhan əyləşmişdir. Onlar maşından aşağı düşmüşlər, Elkhan onun sağ tərəfinə keçmiş və bıçaq çıxararaq ona demişdir ki, “səs-küy etmə, otur maşına gedək”. Bu zaman Ruslan da onun sağ tərəfində dayanmışdır. O, onların maşınında arxa oturacaqda orta hissədə əyləşmiş, Ruslan sol tərəfində, Elkhan Valievi isə sağ tərəfində əyləşmişdir. X23 yumruq ilə onu vuraraq, əllərini arxadan bağlayaraq başını aşağı salmışdır ki, qarşıdan gələn maşınların işığı üzünə düşməsin. O, başını aşağı saldığı zaman üzünə və başına yumruqla vurmuşlar. Hara getdiklərini bilməmiş, lakin ünvana çatdıqları zaman bilmişdir ki, onu Hövsana gətirmişlər. Hövsana çatana qədər onu maşında döymüşlər. Hövsana çatdıqları zaman ona, “biz sənə deyəndə maşından çıx, lakin səs-küy etmə, qonşular var” demişlər. Həmin an onda səsküy salmağa hal olmamışdır. Həyətə girdikdə, iki qapı olmuşdur. O, iki qapının birindən içəri girmiş, içəri girdikdən sonra Vaqif ona demişdir ki, əynindəki paltarları çıxarsın. Onun əlləri bağlı olmuşdur. Vaqif digərlərinə tapşırmışdır ki, onun əlini açsınlar, onlar da əllərini açmışlar. O, şalvarını çıxarmış, əynində yalnız qısa şort qalmışdır. Daha sonra yenidən əllərini bağlamışlar. Yerdə olan parça ilə ağzını bağlamışlar. Daha sonra yenidən onu döyməyə başlamışlar. İlk olaraq Vaqif başlamış, daha sonra Vaqif onu döymələri üçün digərlərinə göstəriş vermişdir. Bu zaman onun gözləri bağlı olduğu üçün kimlərin onu döydüyünü görməmişdir. Daha sonra yerdə içi qurğuşunlu olan “bita” ilə onu döyməyə başlamışlar. O, huşunu itirmiş, ayıldığı zaman Vaqifin Nərgizlə görüntülü danışaraq, Nərgizə “Necədir? Yaxşıdır, yoxsa biraz da döyüm?” dediyini eşitmişdir. Nərgiz “Bəsdir” deyib, daha sonra telefonu ona baxması üçün “bibi”yə, yəni Arzuya vermək istəmişdir. Arzunun səsini eşitmişdir ki, o, “yox mənim şəkərim var, mən baxa bilmərəm” demişdir. Bir az danışdıqdan sonra, Vaqif Arzuya “pul demişdin, onu necə edək?” demiş, bir neçə gün orda qaldıqdan sonra, Ruslan ilə Elkhan Valievi harasa getmişlər, onun yanında Əli qalmış, digər otaqda isə Vaqif olmuşdur. Onun qaldığı otaqda heç bir şərait olmamasına baxmayaraq Vaqifin olduğu otaqda istilik sistemi, yeməyi və şəraiti olmuşdur. Orada qaldığı müddət ərzində bir dəfə Əli ona yemək gətirmiş, bir gecə də Ruslan yemək gətirib vermişdir. İkinci gün Ruslangil getdikdən sonra Əli onun yanında qalmışdır. Vaqif isə digər otaqda olmuş və Şəmkir rayonundan tanımadığı şəxslə görüntülü danışmışdır. Həmin adamla görüntülü danışdığı zaman bildirmişdir ki, “necə edim mən bu adamdan pul alım? Bundan pul çıxmır”. Həmin görüntülü danışdığı adam da bildirmişdir ki, “Necə yəni pul çıxmır? Özbaşına deyil ki? Yaxşı döyməmisiz, ona görə pul çıxmır”. Vaqif yanlarına gələrək Əliyə “mən bir də eşitməyim ki, bundan pul çıxmır deyəsiz, mən qayıdana qədər ondan pul çıxsın” demiş və getmişdir. O, Əlidən onu niyə döydüklərini soruşmuş və binanın qarşısına qızla sağollaşıb getmək üçün gəldiyini bildirmişdir. Əli ona demişdir ki, Vaqif onlara bildirib ki, guya o, Nərgizdən Arzugilin narkotik vasitə satdıqlarına görə ayrılır, onlara problem yaratmaqla bağlı hədələmişdir. Əli ona bildirmişdir ki, onlar onu tanımır, yalnız Vaqifin sözünə görə gəlib bura çıxmışlar. Əli ona tapşırmışdır ki, Vaqif ona nə desə razılaşsın, təki burdan çıxıb getsin. Əli ilə danışdıqdan sonra bilmişdir ki, Əli ilə Ruslan dostdur. Üçüncü gün X21 gəlmişlər, o, artıq Vaqifin öz otağında olmuşdur. Vaqif əvvəlcə Ruslana demişdir ki, “telefonu ver, evə zəng etsin”. Ruslan isə bildirmişdir ki, telefonun enerjisi yoxdur, o, sonra öz telefonunu vermişdir ki, evə zəng etsin və desin ki, adam vurub, 5.000 (beş min) manat pul lazımdır. O da demişdir ki, onun atası kafedə aşpaz işləyir, onun 400 (dört yüz) manat maaşı var, işə də təzə düzəlib. Onun atasında 5.000 (beş min) manat pul yoxdur, olsaydı o, bir otaqlı evdə kirayə qalmazdı. Ruslan öz telefonunu götürərək digər otaqda telefonunun batareyasını doldurmağa getmişdir. Sonra Vaqif demişdir ki, anasına zəng vursun, o da bildirmişdir ki, onun atasında pul olmayandan sonra anasında hardan pul olsun? Həmin vaxt Vaqif onun sifət nahiyəsindən yumruq vuraraq, onu yenidən döyməyə başlamışdır. Vaqif digərlərinə demişdir ki, “gəlin bunu götürün aparın, başa salın”. Ruslangil onu digər otağa aparmışlar. Sonra Vaqif yenidən gələrək “Siz bundan necə pul ala bilmirsiz? İndi görərsiz mən necə alıram” deyərək kəməri ilə onun baş nahiyəsindən 4-5 zərbə vurduqdan sonra, digər otağa keçmiş və “şəmkirli” dediyi şəxslə görüntülü danışmışdır. Həmin şəxsin Vaqifə “barmağını kəsin” dediyini eşitmişdir. X35 taxta gətirərək əllərini həmin taxtanın üzərinə qoymuş və özündə olan xəncəri çıxararaq ona demişdir ki, “ya barmağın, ya pul”. O da ona, “pulum olsa verərdim, pul canımdan artıq deyil, gəlib mənim yaşadığım evə baxın, görün ki, 5.000 manat pulu olan adama oxşayırammı?”. O, xəncəri bir balaca barmağına sürtmüş və barmağı bir azca qanamışdır. Axşam tərəfi o, Əliyə demişdir ki, böyrəkləri ağrıyır, onu tualetə aparsın. Əli onu tualetə aparan zaman ona demişdir ki, Ruslana vəziyyəti danışıb, o da bilir. O, bildirmişdir ki, bura Vaqifin sözü ilə gəliblər. Səhəri gün ona yemək gətirəndə Əliyə demişdir ki, yemək yeyə bilmir ancaq su içir. Ağzından qan gəldiyi üçün heç nə yeyə bilmir. Əli və Ruslan arada ona su və siqaret gətirmişdir. Səhəri gün Vaqif ilə Valievi Elkhan onu yenidən döyməyə başlamışdır. Bir müddət keçdikdən sonra, Vaqif yanına gələrək, “sənə yazığım gəldiyi üçün sənə bir yaxşılıq edəcəm. Səni evə buraxıram, sənə telefon da verəcəm, 5.000 (beş min) manat dəyərində ot, yəni narkotik vasitə marixuana da verəcəm ki, satıb pulunu hissə-hissə verəsən”. Axşam hava qaranlıq olan zaman taksi ilə onu evə yola salmışlar. Evə getdikdən sonra, həyat yoldaşı onun vəziyyətini görüb, həkim çağırıb-çağırmamağı soruşduqda, o, yoldaşına həkim çağırmamasını, sadəcə aptekə gedib lazım olan dərmanları almasını demişdir. Bir müddət keçdikdən sonra evdə qapı döyülmüş, yoldaşı qapıya baxdıqdan sonra gəlib ona demişdir ki, Vaqif və Valievi Elkhan adlı şəxslər gəlib, onu çağırır. Evdə tək olmadığı üçün qapını açmamışdır. Vaqif ona demişdir ki, “bizə söz vermişdin, sənə mal, yəni narkotik vasitə gətirmişik” O, Vaqifə bildirmişdir ki, hal-hazırda xəstədir, sağaldığı zaman onunla özü əlaqə saxlayacaq. Onlar ona “bizdən incimə” deyib getmişlər. Bir neçə gündən sonra o, Əli ilə danışmış, Əliyə demişdir ki, o Ağdama gedir. Vaqifə görə Ağdama getmiş, bir müddət orada qalmışdır. Daha sonra onun “İnstagram” səhifəsinə İran İslam Respublikası səhifəsindən döyülmə videoları göndərilmiş və həmin video ilə birlikdə “bundan da betər günə qalacaqsan” deyə təhdid mesajları gəlmişdir. Daha sonra o, Məhəmməd adlı bir şəxslə tanış olmuş, ona bildirmişdir ki, çıxılmaz vəziyyətdə qalmışdır. Məhəmməd ona bir tanışı vasitəsi ilə hüquq mühafizə orqanlarına şikayət etmək üçün istiqamət vermiş, o da şikayət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Ruslan ona gizlincə su, yemək və siqaret vermiş, digərləri ilə müqayisədə Ruslan onunla yaxşı davranmışdır. Ruslan sadəcə Vaqifin göstərişlərini yerinə yetirmişdir. Nərgiz həmin vaxt kirayədə qalmışdır. Həmin vaxt Nərgiz onunla görüşmək istədiyini, evdə problemləri olduğunu və özünü pis hiss etdiyini demişdir. Evdən çıxandan sonra, o, aşağıda yarım saat onu gözləmişdir. O, Ruslanı tanımamışdır. Onlar 4 nəfər birlikdə gəlmişdir. Onun həmin şəxslərlə aralarında söhbət olmamışdır. O, özü demişdir ki, nə isə problem varsa, həll etsinlər. Onlar maşından düşəndən sonra, o bu barədə fikrini bildirmişdir. Onu bıçaqla hədələyərək maşına minməyə məcbur edən Valievi Elkhan olmuşdur. Ruslan Vaqifin göstərişlərini yerinə yetirmişdir. Ruslan onun oradan çıxmasına köməklik etmişdir. Vaqifdən başqa, maşından hamısı düşmüş, onlardan biri arxada durmuş, Ruslan yanında dayanmışdır. Valievi Elkhan da əlində bıçaq onu təhdid etmişdir. Ruslan maşında onun sol tərəfində oturmuşdur. Onun əli və gözləri bağlı olmuşdur. Ona görə də onu kimin vurduğunu bilmir. Gözü açıq olandan sonra Ruslan və digər şəxsləri görmüşdür. Onun oradan çıxmasına kömək edən şəxs Əli və Ruslan olmuşdur. Ruslan ona getməsi üçün 5 manat taksi pulu vermişdir. O, evə gedəndən sonra halallıq niyyəti ilə görüşmüşlər. Onu buraxanda demişlər ki, “Vaqif nə desə razı ol, bircə burdan çıx”. “Şəmkirli” ona görüntülü zəng etmiş və 5000 manat pul verməli olduğunu demişdir. O, sağaldıqdan sonra verəcəyini demiş, 20 gün sonra ona təkrar zəng edib pulu istəyəndə, hələ də sağalmadığını bildirmişdir. O, saxlandığı yerdən çıxanda ona papaq və maska vermişlər ki, üzü görünməsin. Onun Ruslana qarşı heç bir tələbi yoxdur, Ruslanla barışmışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən on ay olar Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur və onunla Xaliq arasında qeyri-rəsmi nikah münasibəti olmuşdur. O, Xaliqə özünü Nərgiz kimi təqdim etmişdir. O, Xaliqlə hərdən bir görüşmüş, onların görüşməsindən təxminən 4 ay keçdikdən sonra o, Xaliqi həmin ərəfələrdə kirayəşin yaşadığı ünvan 3 ünvanına dəvət etmişdir. Həmin zaman Arzu adlı tanışı da orada olmuşdur. Arzu onun azyaşlı övladına baxmış və narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, hətta müxtəlif kafelərdə ofisant işlədiyi vaxtlarda Arzunun onun 7 yaşlı qızı X7 vasitəsi ilə tanımadığı şəxslərə narkotik vasitə satdığını sonradan bilmişdir. Arzu narkotik vasitəni yaxınlıqda gözləyən müştəriyə çatdırması üçün onun qızına vermişdir. X8 yaşadığı evdə tanış olduqdan sonra Xaliq Arzudan narotik vasitələr alıb istifadə etməklə yanaşı satışı ilə məşğul olmağa başlamışdır. O da Xaliqlə birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Lakin son zamanlar Xaliq onun bütün işlərinə müdaxilə etməyə və onu qısqanmağa başlamışdır. O, artıq Xaliqdən canını qurtarmaq istəmiş, həmçinin Vaqifin tanışları Əli, Ruslan və Valievi Elkhanla birlikdə Xaliqi axtardıqlarını, narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün Vaqifgilə hər ay 300 manat pul verməsini istədiklərini bilmişdir. Buna görə də 2021-ci ilin aprel ayının son on günlüyündə axşam saatlarında hava qaranlıq olarkən Xaliq onun evinin qarşısına gəlib onu narahat etməyə başladıqda, o, Vaqifə zəng edərək Xaliqi axtarmasından məlumatının olduğunu, Xaliqin hazırda onun evinin qarşısında olduğunu və Xaliqi orada tuta biləcəyini demişdir. O, bu yolla Xaliqdən canını qurtarmaq istəmişdir. Vaqif 15 dəqiqəyə gəlib çatacağını bildirmişdir. Onun zəngindən təxminən 25 dəqiqə vaxt keçdikdən sonra Vaqif onun istifadəsində olan mobil telefona “Whatsapp” proqramı vasitəsi ilə videogörünlü ilə zəng etmişdir. Həmin zaman Arzu da onun yanında olmuş və videogörüntünü görmüşdür. Vaqif idarə etdiyi avtomobilin içərisini görüntüdə göstərmiş, Vaqif Hüseynovun idarə etdiyi ağ rəngli “Opel Astra” markalı avtomobildə Vaqifin yanında qabaq sərnişin oturacağında Əli, arxa oturacaqda Valievi Elkhan və Ruslan, ortada isə Zərərçəkmiş şəxs1 oturmuşdur. Həmin zaman Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmiş vəziyyətdə olmuşdur. Ruslan və Elxan Xaliqi arxa oturacaqda yumruqlarla vuraraq döymüşlər. Sonra zəngi yekunlaşdırmışlar və bir müddət vaxt keçdikdən sonra Vaqif yenə də mobil telefonla “whatsapp” proqramı vasitəsi ilə ona zəng etmişdir. Artıq Vaqifgil hansısa ünvanını bilmədiyi evdə olmuşlar. Orada Xaliq soyundurulmu, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olmuş və Xaliqi Vaqif, Ruslan, Əli və Valievi Elkhan təpiklə vuraraq döymüşlər. Bu zaman Vaqif “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram“' deməsini Xaliqdən tələb etmişdir. Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə Xaliqin arxa nahiyəsindən vurmuşdur. Bundan sonra o, telefonu Arzuya vermişdir. X42 nə günə saldığını görməsini, Arzunun da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün hər ay 500 manat pul verməli olduğunu, əks halda Arzunu da bu hala salacağını, hətta saçını qırxıb keçəl edəcəyini demişdir. Arzu Vaqifdən qorxaraq razılaşmış, həmin 500 manat pulu göndərəcəyini bildirmişdir. Danışıqdan 3 gün sonra ünvan 3 ünvanında olarkən Vaqif ona zəng edib yuxarıda qeyd etdiyi şəxslərlə birlikdə binanın həyətində olduğunu və Arzunun söz verdiyi 500 manat pulu vermək lazım olduğunu demişdir. Arzu ona 500 manat pul vermiş və o, binanın həyətinə düşərək həmin pulu Vaqifə vermişdir. Bundan sonra Arzu Vaqifin əlindən həmin mənzildən çıxaraq ünvan 5 ünvanına kirayəşin olaraq köçmüş və Vaqiflə heç bir kontaktı olmadığından Vaqif Arzunu tapa bilməmişdir. Buna görə sonrakı aylarda Arzu Vaqifə heç bir məbləğdə pul verməmişdir. Həmçinin Vaqiflə yanında olan şəxslərin Xaliqi 3 gün müddətində həmin yerdə saxladıqlarını, Xaliqi döyərək 5000 manat pul tələb eldiklərini, daha sonra pulu olmadığını gördükdə Vaqifgil üçün 5000 manat dəyərində verəcəkləri narkotik vasitələri satıb pullarını verməsi müqabilində Xaliqi buraxdıqlarını eşitmişdir. (i/v: cild İ, səh. 47-49) Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən 2 il əvvəl tanımışdır. Hadisə günü o, Ruslan, Elxan və Əli ilə birlikdə kafedə oturmuşlar, həmin vaxt onun tanışı olan qadın zəng edərək birlikdə yaşadığı bir oğlanın onu incitdiyini, əlində bıçaq qapını döydüyünü, onu öldürmək istədiyini deyərək ondan kömək istəmişdir. Onlar da birlikdə həmin ünvana getmiş, o, tək avtomaşından düşüb Zərərçəkmiş şəxs1 orda görüb onun əlindən bıçağı alıb onu sakitləşdirmişdir. Sonra Xaliq özü ona təklif etmişdir ki, orada qonşular var, səs-küy olmasın deyə gedib kənarda söhbət etsinlər. Onlar maşına oturub birlikdə Hövsan qəsəbəsinə getmişlər. Ruslan onun tanışıdır, Ruslan bu hadisələrdə iştirak etməmiş, Xaliqin aparılmasında, döyülməsində iştirak etməyib. Ruslan həmin ərazidə yaşadığı üçün qonaq kimi evə gəlib-gedib, başqa heç bir hərəkəti olmayıb, bu cinayətin törədilməsində ümumiyyətlə iştirak etməmişdir. Bu məsələ onun məsələsi olmuş, qadını incitdiyi üçün Xaliqi aparıb cəzalandırmışdır. Başqa heç kimin orada rolu olmamışdır. O, Xaliqi 2019-cu il tarixdən tanımış, onunla əvvəllər münasibəti olmuş, Xaliq həmişə həmin Hövsanda yerləşən evə gəlib-gedən adam olmuşdur. O da Xaliqi cəzalandırmaq məqsədi ilə evə gətirmiş, evdə çay içmişlər. O, Xaliqin barəsində başqa söhbətlər eşitmişdir, belə ki, eşitdiyinə görə Xaliq narkotik vasitə satmışdır, məktəb uşaqlarına da “patı” vermişdir. Bu səbəbdən də onu sillə təpiklə vurub döymüşdür. Sonra Xaliq ondan xahiş etmişdir ki, üzündə xəsarət var axşam evdə qalsın sonra gedər. O da buna etiraz etməmişdir. Ruslan isə ümumiyyətlə orada olmamışdır. O, Xaliqin atasından anasından pul tələb etməmiş, yalnız Nərgizdən borca pul istəmiş, lakin sonradan lazım olmamışdır. Nərgiz də həmin pulu Arzudan almış özündə saxlamışdır. O, otağa heç kimi buraxmamış, Xaliqi özü döymüşdür. Ruslan ondan Xaliqi buraxmasını xahiş etmişdir. Ruslan ümumiyyətlə Xaliqin döyülməsini görməmiş, sadəcə səsini eşitmişdir. Ruslanla nə Arzunun, nə də Xaliqin evinə getməmişdir. Xaliq ümumiyyətlə evdə 3 gün saxlanılmamış, səhəri gün özü onu aparıb Əhmədli qəsəbəsində yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə günü Vaqif, Elxan, o və Ruslan kafedə oturan zaman, Vaqifə zəng gəlmiş, həmin vaxt Vaqif bildirmişdir ki, tanışı olan bir qadın zəng edib kömək istəyir, kimsə onun qapısına əlində bıçaqla gələrək onu narahat edir. Bundan sonra onlar birlikdə maşınla həmin yerə getmişlər, ünvana çatdıqda Vaqif maşından düşüb Xaliqi sakitləşdirib maşına əyləşdirmiş və birlikdə Hövsan qəsəbəsində olan evə gəlmişlər. Maşında gələrkən Vaqif sükanda, o, qabaq sərnişin yerində, Xaliq arxa orta oturacaqda, Elxan və Ruslan Xaliqin sağ və sol tərəflərində əyləşmişlər. Evə gəldikdən sonra Ruslan çıxıb getmiş, o da dükana getmiş, qayıdıb gələndə Xaliqin Vaqif tərəfindən döyüldüyünü bilmişdir. Xaliqin üzündə döyülmə izləri olmuşdur. Xaliq öz xahişi ilə gecəni orada qalmış, səhəri gün Vaqif onu avtomaşınla Əhmədli qəsəbəsinə aparıb oradan evinə yola salmışdır. Xalqin getməsi ilə bağlı pul alınmasının şahidi olmamışdır. Ümumiyyətlə Ruslanın orada heç bir rolu, hərəkəti olmamışdır. Xaliqin Ruslan tərəfindən, döyülməsini, ona qarşı hər hansı bir qanunsuz hərəkətinin olduğunun şahidi olmamışdır. X43 ilə və ya başqası ilə danışdığını görməmiş, orada kimdənsə pul tələb olunmasını eşitməmişdir. Xaliqin hansı şərtlə buraxıldığını bilmir, ondan sonra Xaliq ilə münasibəti yaranmışdır. İstintaq zamanı vermiş olduğu ifadəsini oxumamış imza etmişdir, o ifadə yazmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 şahid X3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiqləmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, X16, X19 və X12 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin istinad etdiyi hazırki cinayət əməlini törətmələri qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)-737/2023 nömrəli hökmü ilə sübuta yetirilmişdir. Başqa sözlə, yuxarıda qeyd olunan məhkəmə hökmü ilə müəyyən edilmiş hallar məhkəmə üçün preyudisial əhəmiyyət daşımaqla yenidən sübut etmənin predmetini təşkil etmir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Nizami RPİ-ə ünvanlanmış “təhqiqat tapşırığı”nda göstərilmişdir ki, 29 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək bildirmişdir ki, 2021-ci ilin iyul ayında Nizami rayon C.Naxçıvanski küçəsi 48 ünvanının qarşısında Ağ rəngli “Opel” markalı, lakin dövlət qeydiyyat nişanı bilinməyən avtomaşından düşən 4- 5 nəfər tanımadığı şəxs onun əlini və gözlərini bağlayaraq avtomaşının arxa oturacağına əyləşdirərək Hövsan qəsəbəsinə apardıqlarını, onu orada 3 gün saxlayaraq hər gün döydüklərini, 3 gündən sonra onu buraxaraq polisə məlumat verdiyi halda onu ölümlə hədələdiklərini və həmin şəxslərdən birinin adının Vaqif olduğunu bildirmişdir (i/v: cild İ, səh. 19) Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 03 iyun 2022-ci il tarixli 285/MEŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət - burun tənəffüsünün sol tərəfli mülayim dərəcədə pozulması ilə müşayiət olunan burunun küt travması bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, müayinədən 1-1,5 il əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterini, lokalizasiyasını və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən, o cümlədən ilkin yardımla əlaqədar tibbi məlumat olmadığından dəqiq olaraq hansı şəraitdə və vaxtda törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. (i/v: cild İ, səh.127- 129) İş üzrə Zərərçəkmiş şəxs1 döyülməsini əks etdirən videogörüntüyə Zərərçəkmiş şəxs1 iştirakı ilə 05 oktyabr 2021-ci il tarixdə baxış keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yerdə üzü aşağı uzadılması, əynində yalnız göy rəngli şortik olması, yanında olan şəxslər tərəfindən təpik zərbələri ilə vurulması, həmin şəxslərin ona “bariqalıq edirsən ə” demələri, ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin şəxslərin X16, X19, X12 və Ruslan adlı şəxslər olmasını, onu oğurlayaraq Hövsan qəsəbəsində yerləşən evə aparıb orada döyülərkən çəkdikləri videogörüntülər olmasını bildirmişdir. (i/v: cild İ, səh. 44) Eyni zamanda Zərərçəkmiş şəxs1 döyülməsini əks etdirən videogörüntünün əks olunduğu bir ədəd CD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: cild İ, səh. 45). İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 döyülməsini əks etdirən videogörüntü məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və videogörüntülərin diskə baxış keçirilməsi haqqında protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X37 06 sentyabr 2022-ci il tarixli 8228 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (i/v: cild İ, səh. 237) Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqi ifadə verərək zərərçəkmiş şəxlərə qarşı törədilmiş cinayət hadisəsində iştirak etmədiyini, Zərərçəkmiş şəxs1la Hövsan qəsəbəsinə gəldikdən sonra həmin yerdən uzaqlaşaraq 2 gün sonra qayıdıb Zərərçəkmiş şəxs1 saxlanıldığı yerdən buraxdığını öz müdafiəsi üçün dəlil gətirərək ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs2 pul tələb etmədiyini göstərmişdir. Ancaq onun bu dəlili ilkin araşdırma materialları ilə, zərərçəkmiş şəxslərin ilkin ifadələri ilə, ekspert rəyləri ilə, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi və onun döyülmə videogörüntüsü ilə, istintaq hərəkətlərinin protokolları ilə, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təkzib edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərək ittiham olunduğu əməl üzrə özünü tam təqsirli bilib törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələr verməsini polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslandırmış, lakin təqsirləndirilən şəxsin ifadəsini həmin hissədə yoxlamaq məqsədi ilə onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu verilmiş, istintaq təcridxanasında onun adına açılmış tibbi kitabçanın surəti əldə edilməklə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmiş, lakin ilkin tibbi müayinə zamanı onun üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etmir və hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 onun oğurlanması, döyülüb işgəcələrə məruz qalması, ondan pul tələb olunması ilə bağlı prosesi əvvəlindən axırına qədər tam təfərrüatı ilə təsvir etmiş və ifadəsində göstərmişdir ki, o, Şahid gözləyən zaman Vaqifin idarə etdiyi maşın binanın qarşısında, yəni onun yanında dayanmış, maşını Vaqif idarə etmiş, onun yanında Əli əyləşmiş, arxa oturacaqda solda Ruslan, sağda isə Elxan əyləşmişdir. Həmin şəxslər maşından aşağı düşmüş, Elkhan onun sağ tərəfinə keçmiş və bıçaq çıxararaq ona demişdir ki, “səs-küy etmə, otur maşına gedək”. Bu zaman Ruslan da onun sağ tərəfində dayanmışdır. O, onların maşınında arxa oturacaqda orta hissədə əyləşmiş, Ruslan sol tərəfində, Elkhan Valievi isə sağ tərəfində əyləşmişdir. X23 yumruq ilə onu vuraraq, əllərini arxadan bağlayaraq başını aşağı salmışdır ki, qarşıdan gələn maşınların işığı üzünə düşməsin. O, başını aşağı saldığı zaman üzünə və başına yumruqla vurmuşlar. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, gözləri bağlı olduğu üçün onu kimin döydüyünü bilməmiş, orada qaldığı müddət ərzində bir dəfə Əli ona yemək gətirmiş, bir gecə də Ruslan yemək gətirib vermişdir. Üçüncü gün X21 gəlmişlər, o, artıq Vaqifin öz otağında olmuşdur. Vaqif əvvəlcə Ruslana demişdir ki, “telefonu ver, evə zəng etsin”. Ruslan isə bildirmişdir ki, telefonun enerjisi yoxdur, o, sonra öz telefonunu vermişdir ki, evə zəng etsin və desin ki, adam vurub, 5.000 (beş min) manat pul lazımdır. Ruslan öz telefonunu götürərək digər otaqda telefonunun batareyasını doldurmağa getmişdir. Həmin vaxt Vaqif onun sifət nahiyəsindən yumruq vuraraq, onu yenidən döyməyə başlamışdır. Vaqif digərlərinə demişdir ki, “gəlin bunu götürün aparın, başa salın”. Ruslangil onu digər otağa aparmışlar. Sonra Vaqif yenidən gələrək “Siz bundan necə pul ala bilmirsiz? İndi görərsiz mən necə alıram” deyərək kəməri ilə onun baş nahiyəsindən 4-5 zərbə vurduqdan sonra, digər otağa keçmiş və “şəmkirli” dediyi şəxslə görüntülü danışmışdır. Həmin şəxsin Vaqifə “barmağını kəsin” dediyini eşitmişdir. X35 taxta gətirərək əllərini həmin taxtanın üzərinə qoymuş və özündə olan xəncəri çıxararaq ona “ya barmağın, ya pul” demiş, o da pulunun olmadığını dedikdən sonra xəncəri bir balaca barmağına sürtmüş və barmağı bir azca qanamışdır. Əli və Ruslan arada ona su və siqaret gətirmişdir. Bununla da təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 maşına mindirilməsində heç bir rolunun olmaması, onu Hövsanda yerləşən mənzilə gətirdikdən sonra çıxıb getməsi, bir də 3 gündən sonra həmin mənzilə gələrək Xaliqi evinə yola salması, onun döyülməsini görməməsi, onun döyülməsində iştirak etməməsi, ondan pul tələb edilməsi ilə bağlı heç bir məlumatının olmaması ilə bağlı ifadəsi tam təkzib olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı tutarlı bir mövqe bildirə bilməmişdir. Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq elməklə silah qismində istifadə edilən əşyalardan istifadə edərək adam oğurluğu etməsi, həmçinin ona işgəncə verməklə oğurlanmış şəxsə əzab verməsi tam təsdiqini tapmışdır. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs2 cinayət törətməkdə təqsirli bilinərək məhkum edilmiş, o, özü də kriminal aləmin üzvlərindən biri olmaqla təqsirləndirilən şəxsin xeyrinə ifadə verməyə və onun vəziyyətini yüngülləşdirməyə çalışmış, bu məqsədlə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini bildirmişdir. Halbuki o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Vaqif Hüseynovun video görüntü ilə zəng edən zaman Təqsirləndirilən şəxs və X18 yumruqlarla vuraraq döydüyünü gördüyünü, daha sonra Vaqif ikinci dəfə video görüntü ilə zəng edən zaman Xaliqin hansısa evdə soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı olduğunu, Xaliqi Vaqif, Ruslan, Əli və Elxanın təpiklə vuraraq döydüyünü bildirmişdir. Bundan başqa məhkəmə X16, X12 və X5 məhkəmə iclasında verdikləri ifadələrinə qiymət verərək qeyd edir ki, Vaqif Hüseynov, Əli Xangəldiyev və Elikhan Valievinin məhkəmə iclasında verdikləri ifadələri ümumiyyətlə işin faktiki halları, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, həmçinin Təqsirləndirilən şəxs ifadəsi ilə ziddiyyət təşkil edir, xüsusilə Vaqif Hüseynovun ifadəsi aşkar surətdə təqsirləndirilən şəxsi məsuliyyətdən kənarda qoymağa yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Hövsan qəsəbəsində yerləşən mənzilə aparılmasında, orada saxlanılmasında, Zərərçəkmiş şəxs1 döyülməsində ümumiyyətlə heç bir rolunun olmaması, işin faktiki halları, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi ilə zidiyyət təşkil edir. Xususilə Zərərçəkmiş şəxs1 həmin mənzilə özünün təklifi ilə gəlməsi, ona heç bir zor tətbiq olunmaması, həmin mənzildə birlikdə çay içmələri, Zərərçəkmiş şəxs1 həmin mənzildə ümumiyyətlə üç gün qalmaması, özünün xahişi ilə bir gecə qalması, səhəri gün Vaqif Hüseynov tərəfindən onun öz evinə yola salınması isə ümumiyyətlə ağlabatan və inandırıcı olmamaqla, tamamilə hadisələrin təhrif olunmasına yönəlmişdir. Bununla da məhkəmə, X16, X12 və X5 məhkəmə iclasında verdikləri ifadələrini qeyri-səmimi hesab edir və bir-birilərinin əleyhinə ifadə verməmək üçün həqiqəti əks etdirməyən, təhrif edilmiş və işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: cild İ, səh. 235-236). Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərin hər ikisi Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş Yardımlı rayon X11 Hüquqi Şəxsin 01 noyabr 2022ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X9 xx.xx.2015-ci il tarixdən sağ əlin 1,2,3-cü barmaqları əl darağı-falanqa oynaqların səviyyəsində amputasion güdül (3-cü qrup əlil) diaqnozu ilə Yardımlı MRX-da dispanser qeydiyyatındadır. Eləcə də, Yardımlı RMX X37 01 noyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X10 xx.xx.2019-cu il tarixdən “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları (2-ci qrup əlil)” diaqnozu ilə Yardımlı MRX-da dispanser qeydiyyatındadır. Həmçinin, Yardımlı RMX X37 01 noyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X6 xx.xx.2017-ci il tarixdən “Şəkərli diabet İİ tip” diaqnozu ilə Yardımlı MRX-da dispanser qeydiyyatındadır. Bundan əlavə, Yardımlı rayon icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ziyalı ailəsində doğulmuş, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmçinin, iş materiallarına əlavə edilmiş Sumqayıt Hospitalın 463 nömrəli, 06 noyabr 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X15 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC klinikasında həkim Kardioloq və EXO müayinəsində olmuş, “Ürək çatmamazlığı” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən qardaşlarının əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ata və anasının xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun ittiham elan edilməsi üçün tutulduğu 23 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 23 iyul 2022-ci il tarixdə ittiham elan edilməsi üçün tutulmuş (i/v: cild İ, səh.202), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablanmış (i/v: cild İ, səh. 219-224), bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və digərləri tərəfindən döyülməsini əks etdirən videogörüntünün əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulan əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6-cı maddəsi ilə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-423/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver