Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2024 24.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X10 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7Q, mənzil 17-də qeydiyyatda olan, həbs olunanadək ünvan 5-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və internet-telekommunikasiya şəbəkələrindən istifadə etməklə istifadəsində olan ***-***-**-** nömrəli “İphone" markalı mobil telefonla qeydiyyatdan keçirdiyi "Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Şəhnam” adlı şəxslə cinayət əlaqəsinə girərək, istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik vasitələrin qoyulacağı ünvanlar barədə “Şəhnam” adlı şəxsdən məlumat aldıqdan sonra Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında gizlədilmiş külli miqdarda 19,898 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 25,532 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib “Şəhnam” adlı şəxsin bildirəcəyi müxtəlif ünvanlara qoymaq məqsədi ilə üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 05:30-da Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3nda yerləşən Xətai RPİ-nin 35ci PB-nə gətirilərək müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,795 qram, 7,057 qram, 8,046 qram olmaqla, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ümumi təmiz çəkisi 19,898 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd sarı rəngli sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 0,801 qram və 24,731 qram olmaqla, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ümumi təmiz çəkisi 25,532 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan qara rəngli şalvarının sol yan cibindən isə əldə edib və satışını həyata keçirdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qeydiyyatını apardığı 01 ədəd qara rəngli kitabça, 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan “İphone” markalı mobil telefon, 01 ədəd üzərində mobil nömrə olmayan və istifadəyə yararsız “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında kirayədə yaşamışdır. Gecə saat 04:00-05:00 radələrində o, ailəsi ilə birgə evdə yatdığı zaman Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları evə daxil olmuşlar. Həmin şəxslər evə daxil olub özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları evə daxil olduqdan sonra ondan guya evdə saxladığı külli miqdarda narkotik vasitənin yerini soruşmuşlar. O, polis əməkdaşlarına evdə narkotik vasitə olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onun xəbəri olmadan və görmədiyi yerdən narkotik vasitələr çıxarıb onun qarşısına qoymuşlar və həmin narkotik vasitələrin onun evindən aşkar edildiyini bildirmişlər. Həmin vaxt o, polis əməkdaşları tərəfindən fiziki və zorakı təzyiqə məruz qalmışdır. O, Bakı İstintaq Təcridxanasında olarkən bədəni səthi üzərində gözlə görünəcək dərəcədə zədələri olmuşdur. Prokurorluğun əməkdaşı onun yanına Bakı İstintaq Təcridxanasına gəlmiş və o, prokurorluğun əməkdaşına da polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq döyüldüyünü bildirmişdir. Xətai RPİ-nin 35-ci Polis bölməsində ona polis əməkdaşları tərəfindən edilmiş zorakılığın nəticəsində o, videoçəkiliş zamanı psixi təsir altında hər şeyi boynuna götürmüş və narkotik vasitəni cibindən çıxararaq həmin narkotik vasitələrin üzərindən aşkar edildiyini etiraf etmişdir. Həmin narkotik vasitələr ona Xətai RPİ-nin 35-ci Polis bölməsində verilmiş və ondan həmin narkotik vasitələri videoçəkiliş zamanı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etməyini tələb etmişlər. O, evinin təmiri ilə aldığı qum, aqlay və sair materialların növü və qiyməti barədə bloknotda qeydlər aparmışdır. Evinin təmiri ilə bağlı qeydlər apardığı cib bloknotunda o, xəbəri olmadan yazılmış qeydlər görmüşdür. İttiham aktında həmin cib bloknotu ilə bağlı yazılıb ki, guya həmin cib bloknotunda o, narkotik vasitələrin alqı-satqısı ilə bağlı qeydlər aparmışdır. Lakin hesab edir ki, bu cür qeydlər polislər tərəfindən həmin bloknota əlavə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilən zaman o, pis vəziyyətdə olduğu üçün olis əməkdaşları tərəfindən saxlanıldığı zaman və Xətai RPİ-nin 35-ci Polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən döyüldüyünü hakimə bildirməmişdir. O, Xətai RPİ-nin 35-ci Polis bölməsində olduğu zaman əməliyyat qrupunun üzvləri tərəfindən taxta, dəyənək (dubinka) və digər alətlər ilə döyülmə nəticəsində bədənində xəsarətlər yaranmışdır. Həmin xəsarətlər onun qulağındakı şişlər və ayaqlarındakı qaraltılardan ibarət olmuşdur. Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən onun üzərindən 01 kiloqram narkotik vasitənin tapılmasını etiraf etməyi boynuna götürmədiyinə görə o, polis əməkdaşları tərəfindən evində də döyülmüşdür. O, polis əməkdaşlarına onda narkotik vasitənin olmadığını bildirməyinə baxmayaraq, polis əməkdaşları onu evdə döyməyə davam etmişlər. O, evdə polis əməkdaşları tərəfindən döyülərkən həyat yoldaşı evdə olmuş və bütün bu hadisələr həyat yoldaşının gözləri qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edib ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etməməsi, üzərində saxlamaması və daşımaması, ittiham aktında göstərildiyi yerdə və şəraitdə polis əməkdaşları tərəfindən saxlanılmamasını, əksinə yaşadığı evə polis əməkdaşlarının basqın etməsi nəticəsində həmin evdə saxlanılması, həmin vaxt üzərində və kirayədə yaşadığı evdə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr olmamasını, saxlanıldıqdan sonra işgəncəyə məruz qaldığından ona aid olmayan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin ona məxsus olmasına dair etirafedici ifadə verməsi barədə məhkəmədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin fevral ayında Xətai RPİ-nin 35-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 35-ci Polis Bölməsinin rəhbərliyinə raportla mərizə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar 35-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu olaraq onlar təxminən səhərə yaxın saat 05:00-06:00 radələridə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fəaliyyət göstərən hərbi liseyin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanmasında və daşınmasında şübhəli olduğunu, eləcə də pzlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə əlaqədar onlar Təqsirləndirilən şəxs 35-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla 35-ci Polis Bölməsinə getməyə razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 35-ci Polis Bölməsinə getmişdir. 35-ci Polis Bölməsində tədqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə tədqiqatçı və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 04 ya da 05 bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələr tədqiqatçı və vəkilin iştirakı ilə zərfə qoyularaq qablaşdıırlmış, üzəri möhürlənmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, bundna sonra həmin zərf təhqiqatçı tərəfindən ekspertizaya göndərilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o Azim ilə birlikdə daxil olmuş məlumat əsasında saat 05:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən “Hərbi” liseyin yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ruslanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7Q, mənzil 17-də qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ruslana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Ruslan da buna etiraz etmədikdən sonra onlar Ruslanı PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Zakir Bəhrəmova təhvil vermişlər. Zakir Bəhrəmov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Ruslanı şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Ruslana üzərində qanunsuz maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Ruslan da, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli və 02 ədəd sarı rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, 03 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan maddənin narkotik vasitə heroin, 02 ədəd sarı rəngli sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şəhnam” adlı şəxsin vasitəsi ilə qoyulduğu Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığından həm şəxsi istifadə etmək, həm də Şəhnamın bildirəcəyi ünvanlara qoymaq məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra Ruslanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı, 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd qara rəngli kitabça və 01 ədəd ümumvətəndaş pasportu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli kitabçada narkotik vasitələrin qeydiyyatını apardığını, “İphone” markalı mobil telefonda olan mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı Şəhnam adlı şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri əldə etməsini bildirmişdir. Ruslanın üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 02 ədəd sarı rəngli sellofan bükümdə olan metamfetaminə bənzər maddənin 25,91 və 1,03 qram, 03 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddənin 7,90, 5,91 və 9,39 qram olmaqla, ümumilikdə 05 ədəd bükümlərin çəkisinin 50,09 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Ruslanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ruslan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün, daha dəqiq desə 23 fevraldan 24 fevrala keçən gecə saat 04:00 radələrində Ruslan onunla birlikdə evdə olmuşdur. Onlar yatdıqları zaman müvəqqəti yaşadıqları Naximov küçəsində yerləşən iki mərtəbəli evə polis əməkdaşları tərəfindən basqın olunmuşdur. Həmin vaxt uşaqları yenicə dünyaya gəlmiş və o, yenicə əməliyyat olunduğuna görə digər 2 (iki) övladı onlarla birlikdə deyil, nənəsigildə olmuşdur. Yəni həmin vaxt evdə o, Ruslan və yeni doğulmuş körpə olmuşdur. Onlar yatdıqları zaman polis əməkdaşları evin və balkonun qapısını qıraraq içəri daxil olmuşlar. Evə təxminən 15 nəfər polis əməkdaşı daxil olmuş, lakin o, həmin şəxslərin kim olduğunu bilməmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra Ruslanı yataq otağından çıxarıb yan otağa aparmışlar. O, polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, polislər ona susmalı olduğunu bildirmişlər. Sonra polis əməkdaşları evdə axtarış keçirmişlər. Həmin vaxt polis əməkdaşları onun əri Ruslanı döymüşlər. Həmçinin Ruslan yan otaqda olarkən o, Ruslanın qışqırıq səsini eşitmişdir. Polis əməkdaşları Ruslanın üstünə qışqıraraq “boynuna al” demişlər. Daha sonra polis əməkdaşları Ruslanı evin 1-ci mərtəbəsində yerləşən mətbəxə apararaq orada təxminən 1 saata yaxın müddət ərzində Ruslanı döymüşlər. Polis əməkdaşları evə daxil olan kimi əvvəlcə onların telefonlarını götürmüşlər. O, polis əməkdaşlarından telefonunu istədikdə, polislər ona demişlər ki, “səsini kəs”. Polis əməkdaşları ona qarşı köbüdluq etməmişlər, lakin o, polislərə dəfələrlə yeni doğulmuş körpə uşağının yemək vaxtı olduğunu və bununla bağlı mətbəxə gedib uşağa yemək hazırlamalı olduğunu bildirib icazə istəsə də, polis əməkdaşları uşağa yemək hazırlamağına belə icazə verməmişlər. Polis əməkdaşları evə daxil olduqdan sonra təxminən 1 saat-1 saat 30 dəqiqə evdə qalmışlar. Polis əməkdaşları Ruslanı evdən çıxardıqları zaman o, Ruslanı görməmişdir. Sadəcə olaraq həmin vaxt polis əməkdaşları ondan Ruslanın gödəkçəsini istəmişlər. Ruslanı apardıqdan sonra bütün polis əməkdaşları evi tərk etməmişlər, bir neçə nəfər polis əməkdaşı evdə gözləmişdir. Polis əməkdaşları ona hədə-qorxu gələrək “əgər ərin imza çəkməsə, səni də aparacayıq” demişlər. Evdə olduqları zaman polis əməkdaşları bir çox əşyaları götürmüşlər, həmin əşyaları o, bir-bir yazmışdır. Polis əməkdaşlarının götürdükləri əşyaların arasında kompüter, qol saatı, səs gücləndiricilər, nəm salfetlər, oğlunun yığdığı 1 ABŞ dollarlar olmuşdur. Bütün bu əşyaları polis əməkdaşları sellofan paketin içinə yığaraq aparmışlar. Polis əməkdaşları evi tərk etdikdən sonra o, qayınatası və qaynına zəng edərək məlumat vermiş, təxminən saat 05:30-06:00 radələrində qayınatası onların yaşadığı evə gəlmişdir. Polis əməkdaşları Ruslanı onun qabağında döyməmişlər, polislər Ruslanı yan otağa aparıb orada döymüşlər. Ruslan narkotik vasitələrdən istifadə etməmiş, əksinə Ruslan ailəsinə bağlı, pis insanlardan ayrı olan bir insan olmuşdur. Ruslan həbs olunanadək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ruslan təxminən 5-6 il əvvəl təmir-tikinti işləri ilə məşğul olmuşdur. Onlar anasıgili ilə birlikdə anasına məxsus evdə yaşamışlar və bu səbəbdən 5-6 il əvvəl həmin evin təmiri üçün Ruslan qum, aqlay, çınqıl və digər tikinti materialları almışdır. Ruslanın balaca qeyd dəftəri olmuş və Ruslan həmin dəftərə aldığı tikinti materiallarını qeyd etmişdir. O, Ruslanın telefonunda kiminsə Ruslana və ya Ruslanın kiməsə torpaq, qum və “kola” barədə mesaj göndərdiyini görməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun əməkdaşına daxil olmuşdur. Həmin əməliyyat məlumatının əməliyyatdan əvvəl nə zaman daxil olmasını o, dəqiq xatırlamır. Əməliyyatda 2-3 nəfər əməkdaş iştirak etmiş və əlavə olaraq köməyə gələn 2-3 nəfər əməkdaş olmuşdur. Köməyə gəlmiş əməkdaşların adlarını o, xatırlamıram. Polis əməkdaşları Təqsirləndirilən şəxs təxminən Polad Həşimov küçəsində saxlamışlar. Polis əməkdaşları tədbir keçirdikdən sonra o, həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 35-ci Polis Bölməsinə aparılmış və orada sənədləşmə işləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə və evinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, lakin o, həmin vaxt orada iştirak etməmişdir. O, Polis Bölməsinə getmişdir. Şahid1 və X9 RPİ-nin 35-ci PB-nin əməkdaşlarıdır. O, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra gəlmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs saxlanılma yerini dəqiq bilmir. O, Xətai rayon prokurorluğunda dindirilən zaman hazırda verdiyi məzmunda ifadə vermişdir. Ola bilsin ki, uzun müddət keçməsi ilə əlaqədar o, həmin vaxt verdiyi ifadəsini tam xatırlamır. O, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilən zaman orada iştirak etməmişdir. Əməliyyat tədbiri keçirildikdən sonra o, 35-ci Polis Bölməsinə yaxınlaşmışdır. Həmin vaxta qədər o, Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə müraciəti olmuş, lakin döyülmə faktı aşkar olunmamışdır. Prokurorluqda Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı araşdırma aparılan zaman o, 1 (bir) dəfə izahat vermişdir. Onun Təqsirləndirilən şəxs barəsində keçiriləcək əməliyyat tədbiri barədə məlumatı olmuş, lakin o, əməliyyat tədbirini keçirən əməliyyat qrupunun üzvü olmamış və həmin əməliyyatda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat qrupunun yaradılması haqqında əmrdən (cild 1, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatla bağlı əməliyyat qrupu yaradılmış, Xətai RPİ-nin 35-ci Polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 həmin qrupun rəhbəri, Xətai RPİ-nin 35-ci Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 isə həmin qrupun üzvü təyin edilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8-9) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında onun qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fəaliyyət göstərən Hərbi liseyin yaxınlığında saxlanılaraq 35-ci Polis Bölməsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olmuş qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofan büküm, 02 ədəd sarı rəngli sellofan büküm, əynində olan qara rəngli şalvarının sol yan cibindən isə 01 ədəd qara rəngli kitabça, 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan “İphone” markalı mobil telefon və 01 ədəd üzərində mobil nömrə olmayan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1124 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-46) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, “Məmmədov” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,795 qram, 7,057 qram, 8,046 qram, ümumi təmiz çəkisi 19,898 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,801 qram, 24,731 qram, ümumi təmiz çəkisi 25,532 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 56-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt telefonda quraşdırlmış “Whatsapp” proqramına Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi, “Sehnam” adı ilə qeyd edilmiş istifadəçi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi və satışı barədə yazışma və səs yazılarının, narkotik vasitələrin qoyulduğu ünvanların işarələnmiş şəkilləri və məkan məlumatlarının göndərilməsi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda “Sehnam” adı ilə qeyd edilmiş istifadəçinin narkotik vasitələr əldə etdiyi İran İslam Respublikası vətəndaşı olan “Şəhnam” adlı şəxs olduğunu, Şəhnamm bildirdiyi ünvanlardan narkotik vasitəni götürüb sonuncunun dediyi başqa ünvanlara qoyaraq şəkillərini çəkib Şəhnama göndərdiyini, bunun qarşılığında Şəhnamın ona istifadə etmək üçün narkotik vasitə və pul verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 65-70) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 01 ədəd üzərində “DİARY” sözləri yazılmış kitabçaya baxış keçirilmiş və həmin vaxt kitabçanın ilk 08 vərəqində cədvəl şəkildə əlyazma olması, cədvəldə birinci qrafikdə tarix, ikinci qrafikdə qum, üçüncü qrafikdə aglay, dördüncü qrafikdə isə cəmi sözləri yazılması, tarix hissəsində gün, ay və il olmaqla, digər qrafiklərdə isə rəqəmlər yazılması müəyyən edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs kitabçada qeyd edilən əlyazma cədvəldə İran islam Respublikası vətəndaşı Şahnamdan qəbul etdiyi narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin siyahısını qramlarla qeydiyyatını apardığını bildirmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-142/2023 saylı qərarından (cild 1, iş vərəqə 90-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin ekspertiza rəyindən (cild 1, iş vərəqə 120-121) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon prokurorluğunun qərarından (cild 2, iş vərəqə 14-17) görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət izi aşkar olunması faktı ilə əlaqədar araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığından polis əməkdaşlarının barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavabdan və cavaba əlavə edilmiş tibbi kitabçadan (cild 1, iş vərəqə 247-252) görünür ki, Təqsirləndirilən şəxs sağ budun aşağı 1/3 hissəsində bənövşəyi rəngli və arxa nahiyyədə tünd bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən verilmiş cavab məktubundan (cild 2, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət izi aşkar olunması faktı ilə əlaqədar araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 232) görünür ki, xx.xx.2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X1 arasında nikah bağlanmışdır. xx.xx.2010-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Muhamməd adlı övladı anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 111) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Zəhra adlı övladı anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 112) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Əliabas adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar və vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi - Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən və dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Eyni zamanda ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Bu isə onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxslə (şəxsiyyəti müəyyən edilmir, Təqsirləndirilən şəxs ifadəsinə əsasən “Şəhnam” adlı şəxs, habelə Təqsirləndirilən şəxs mobil telefonunda qeyd edilən şəxs “Sehnam” kimi qeyd olunmuş) cinayət əlaqəsinə girərək sonuncunun Bakı şəhərində yerləşdirilməsini təmin etmiş narkotik vasitələr və psixotrop maddələri həmin yerlərdən qanunsuz olaraq əldə edilməsi və sonradan realizə edilməsi barədə razılığa gəlmiş, daha sonra “Şəhnam” adlı şəxsin istiqamət verdiyi yerlərə gedərək əvvəlcədən razılaşdırılmış yerlərdən müxtəlif narkotik vasitələri və psixotrop maddələri sonradan realizə etmək məqsədi ilə qanunsuz olaraq götürmüşdür. Müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı mübahisələndirərək aşağıdakıları iddia etmişdir: - Təqsirləndirilən şəxs yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılması, həmin vaxt orada onun arvadı Şahid3 olması, - Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi, arvadı Şahid3 bunu görməsi, - Təqsirləndirilən şəxs əməliyyat qrupunun yaradılması barədə əmrdə adları göstərilmiş polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən deyil, tamamilə başqa 2 (iki) nəfər polis əməkdaşı olan Şahid4 və Şahid5 tərəfindən saxlanılması, - Təqsirləndirilən şəxs saxlanılarkən üzərində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmaması, göstərilən vasitə və maddələrin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması və Təqsirləndirilən şəxs ona aid olmayan vasitə və maddələrin ona məxsus olmasına dair etirafedici ifadə alınması, - Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaması. Müdafiə tərəfinin iddia etdiyi dəlillər irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına birbaşa təsir etdiyindən məhkəmə müdafiə tərəfinin iddia etdiyi hər bir dəlillə bağlı araşdırma aparmış və nəticədə müəyyən edilmişdir ki, iddia olunan dəlillər işin hallarına və həqiqətə uyğun deyil. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlillərə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə vaxtı kirayədə yaşadığı evə polis əməkdaşlarının basqın etməsi nəticəsində saxlanılmasını və arvadı Şahid3 buna şahid olmasını bildirsə də, bu hissədə onun dəlili öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Şahid3 məhkəmədə dindirilərkən ziddiyyətli ifadə vermişdir. Ziddiyyət onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadıqları evə 3-4 nəfər polis əməkdaşının daxil olduğunu bildirdiyi halda, Şahid3 evə 10- 15 nəfər polis əməkdaşının daxil olduğunu, daha dəqiq isə həmin polislərin evin və balkonun qapılarını qıraraq daxil olduqlarını bildirmiş, bundan başqa, Şahid3 verilmiş suallara cavab olaraq gah Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini gördüyünü, gah da Təqsirləndirilən şəxs döyülməsini görmədiyini, bunun əksinə yan otaqdan Təqsirləndirilən şəxs qışqırıq səsinin eşitdiyini və ona görə də Təqsirləndirilən şəxs döyülməsini düşündüyünü bildirmişdir. Həmçinin Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs 5-6 il əvvəl tikinti işləri ilə məşğul olmuş, bu məqsədlə özünə aid kitabçada aldığı tikinti materiallarının qeydiyyatını aparmışdır. Bu hissədə xüsusilə qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş kitabçaya dair çıxarışdan açıq-aşkar görünür ki, “qum”, “aqlay” və sair adlar altında qeydi aparılmış yazılara dair tarix, yəni hesabat məhz 2023-cü ilə təsadüf edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Şahid3 Təqsirləndirilən şəxs yaxın qohumu olduğundan məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına zidd ifadə verməklə əri Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına nail olmaq istəmişdir. Məhkəmə Şahid3 ifadəsinin mötəbər olmaması nəticəsinə gələrkən onun eyni suallara ziddiyyətli cavablar verməsini, eyni halı bir dəfə təsdiq etdiyi halda, ikinci dəfə həmin halı inkar etməsini və verdiyi məlumatların həqiqətə uyğun olmamasını əsas tutmuşdur. Eyni zamanda müdafiə tərəfinin vəsatəti əsasında əməliyyat qrupunun yaradılması barədə əmrdə göstərilmiş və məhkəmədə şahid qismində çıxış edən polis əməkdaşlarının istifadəsində olması ehtimal edilən mobil nömrələrə dair verilmiş anten məlumatları əsasında da Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhz onun kirayədə yaşadığı ünvanda saxlanılması nəticəsinə gəlmək mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, müdafiə tərəfinin - Təqsirləndirilən şəxs yaşadığı evdə polis əməkdaşları tərəfindən edilmiş basqın nəticəsində saxlanılması halı həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı dəlilə gəldikdə isə, qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı bu hissədə araşdırma aparılmış, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, üzərində olan xəsarət izinin polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranması ilə bağlı bildirdiyi hallar yoxlanılmış, zəruri prosessual hərəkətlər aparılmış və prokurorluqda aparılmış araşdırmanın nəticəsinə əsasən fakt öz təsdiqini tapmadığından polis əməkdaşlarının barəsində cinayət işinin başlanması rədd edilmişdir. İbtidai araşdırma zamanı səlahiyyətlərinə aid edilmiş Xətai rayon prokurorluğunda bununla bağlı araşdırma aparıldığından, nəticədə fakt öz təsdiqini tapmadığından və cinayət işinin başlanması rədd edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə də müdafiə tərəfinin iddia etdiyi hal həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən deyil, əksinə Xətai RPİ-nin əməkdaşları olan Şahid4 və Şahid5 tərəfindən saxlanılması ilə bağlı məsələyə gəldikdə, məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında bu barədə ziddiyyətli məlumatlar olsa da, məhkəmə tərəfindən həyata keçirilmiş araşdırma nəticəsində təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhz 35-ci Polis Bölməsinin əməkdaşları olan Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. Məhkəmə belə nəticəyə gələrkən bir neçə hala istinad etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən bildirmişdir ki, onu saxlayan 35-ci Polis Bölməsinin əməkdaşları olmuşlar. Bundan başqa, cinayət işinə əlavə edilmiş raportlardan, əməliyyat qrupunun yaradılması barədə əmrdən, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərardan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi barədə diskdən görünür ki, onun üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı ilə keçirilmiş, habelə orada Şahid1 və Şahid2 iştirak etmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 tərəfindən saxlanılmışdır. Şahid4 və Şahid5 Xətai rayon prokurorluğunda ayrı-ayrılıqda vermiş olduqları izahatlar əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının Şahid4 daxil olması, sonradan Ruslanın Nicat və Heydər tərəfindən saxlanılması görünsə də, məhkəmə hesab edir ki, bu 2 (iki) izahat cinayət işinə əlavə edilmiş sübutlardan üstün sübut kimi sayıla bilməz. Belə ki, Şahid4 müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs barəsində keçiriləcək əməliyyat tədbiri barədə məlumatlı olmuş, şəxsən Ruslanın saxlanılmasında iştirak etməmiş, lakin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 35-ci Polis Bölməsinə gələrək orada Ruslanı görmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Şahid4 məhkəmədə verdiyi ifadəsində Xətai rayon prokurorluğunda verdiyi izahatını təkzib etdiyindən, eləcə də cinayət işinə əlavə edilmiş mötəbər sübutlar əsasında Ruslanın məhz Şahid1 və Şahid2 tərəfindən saxlanılması təsdiq olunduğundan Şahid4 və Şahid5 izahatları hazırkı işdə mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs Nicat və Heydər adlı polis əməkdaşları tərəfindən deyil, 35-ci X7 və Azim adlı polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Ona görə də bu hissədə də müdafiə tərəfinin iddia etdiyi hal həqiqəti əkz etdirmir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmaması, həmin vasitə və maddələrin polis əməkdaşları tərəfindən ona verilməsi, fiziki zorakılıq nəticəsində onun həmin vasitə və maddələrin ona məxsus olması barədə etirafedici ifadə verməsi ilə bağlı dəlilə gəldikdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən və bundan sonrakı prosessual hərəkətlərdə, eləcə də onun üzərinə şəxsin axtarış keçirilərkən müdafiəçi ilə təmin olunması, başqa sözlə, onun üzərində dövriyyəsi qadağan edilmiş külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr aşkar edilərkən orada müdafiəçinin iştirak etməsi, prosessual hərəkətlərinin nəticəsinə dair tərtib edilmiş prosessual sənədlərdə müdafiə tərəfinin heç bir qeyd aparmaması ona dəlalət edir ki, bu hissədə də müdafiə tərəfinin iddia etdiyi dəlil həqiqəti əks etdirmir. Müdafiə tərəfinin sonuncu dəlilinə gəldikdə isə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda quraşdırılmış və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalara baxış keçirildikdə, məlum olmuşdur ki, ona Bakı şəhərinin müxtəlif ünvanlarının şəkilləri göndərilmiş, həmin ünvanlar işarəedici oxlarla istiqamətləndirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kitabçadan da görünür ki, həmin kitabçada 2023-cü ilin yanvar ayına təsadüf edən çoxlu sayda hesabat var, həmin hesabatlar qum, aqlay və sair adlar altında aparılmış, tikinti materialları kimi qeyd edilən sözlərin yanında tikintinin sahibləri barədə (ad, ünvan və sair) qeydiyyat aparılmamış, əksinə rəqəmlərdə ifadə olunmuş çoxlu qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs kitabça ilə bağlı bildirmişdir ki, o, tikinti işləri ilə məşğul olmuş, kitabçada bununla bağlı qeydiyyat aparmış, habelə həmin kitabçada ona aid olmayan və polis əməkdaşları tərəfindən aparılmış başqa qeydlər var. Təqsirləndirilən şəxs arvadı Şahid3 isə məhkəmədə ifadə verərək bildirmişdir ki, Ruslan 5-6 il əvvəl tikinti işi ilə məşğul olmuşdur. Göründüyü kimi bir ailədə yaşayan və ailənin qazancı ilə bağlı ər-arvadın birbirinə ziddiyətli ifadələri, habelə kitabçada aparılmış qeydlərin 2023-cü ilin yanvar ayına təsadüf etməsi, Təqsirləndirilən şəxs isə həmin ilin fevral ayında saxlanılması ona dəlalət edir ki, o, həqiqətən də qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Beləliklə də, müdafiə tərəfinin iddia etdiyi bütün dəlillər məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılsa da, həmin dəlillərin həqiqiliyi məhkəmədə təsdiq olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən çoxlu sayda mesajlar aşkar olunmuş, həmin mesajlar isə “jarqon” terminlər vasitəsilə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qeyrisindən (ifadəsinə əsasən “Şəhnam” adlı şəxs) külli miqdarda narkotik vasitə heorini və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz “əqd” əsasında almamış, əksinə qeyrisi ilə cinayət barədə razılığa gələrək davamlı şəkildə dövriyyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin muzd (bəzi hallarda istifadə etmək üçün narkotik vasitə və psixotrop maddələr, bəzi hallarda isə pul) müqabilində realizə edilməsini planlaşdırmış və bununla bağlı onlar qarşılıqlı şəkildə razılığa gəlmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Ali Məhkəmə Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün təkcə narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi deyil, bununla yanaşı, digər, yəni istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o, deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədinin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən isə şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan, evli olmaqla, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisini məcmu halda nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzanın əvvəli xx.xx.2023-cü tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,748 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 25,432 qram təşkil edən psixotop maddə metamfetamin, 1 (bir) ədəd kitabça məhv edilməli, 1 (bir) ədəd "İphone” və 1 (bir) ədəd “Samsung” markalı markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 2 (iki) ədəd "DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,748 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 25,432 qram təşkil edən psixotop maddə metamfetamin, 1 (bir) ədəd kitabça məhv edilsin, 1 (bir) ədəd "İphone” və 1 (bir) ədəd “Samsung” markalı markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 2 (iki) ədəd "DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-423/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver