Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2025 23.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 12 avqust 1990-cı ildə Ağstafa rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM-də nömrəsiz evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 15 mart 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində yol kənarında müəyyən edilərək saxlanılıb gətirildiyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy sarı qarışıq rəngli gödəkçənin sol üst zəncirbəndli cibindən təmiz çəkisi 10,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç siqarət belə çəkmir. Onu dini əqidəsinə görə tutmuşlar. Ona işgəncə versələr də, o, elan edilmiş ittihamı qəbul etməmişdir. O, videoçəkilişlə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin ona məxsus olmasını etiraf etməmişdir. Narkoloji ekspertizanın rəyində narkotik vasitə istifadəçisi olması da müəyyən olunmamışdır. İttiham aktı yalnız şahidlərin ifadələrinə əsaslanır. O, özü tikinti ustasıdır. O, 15 mart 2024-cü il tarixdə, saat 11 radələrində işə gedirmiş. Həmin vaxt markasını dəqiq bilmədiyi cip avtomobilinin içərisində olan 3 nəfər ona yaxınlaşmışlar. Ondan ad, soyadının Təqsirləndirilən şəxs olmasını soruşmuşlar. O da “bəli” deyə cavab vermişdir. Ona bildirmişlər ki, oğurluq hadisəsi olmuşdur və onlarla getməlidir. O, buna etiraz etdikdə, avtomobildən 14-cü polis şöbəsinin əməkdaşları olan 3 nəfər polis əməkdaşı düşüb ona təzyiq etmişlər. Sonra onu idarəyə aparmışlar. O, polis əməkdaşlarından nəyə görə onlarla getməli olduğunu soruşduqda onu yerə yıxıb işgəncə vermişlər. Ona bildirmişlər ki, narkotik maddənin ona məxsus olmasını məcburi etiraf etməlidir. O da nəyə görə narkotik vasitənin onun olmadığı halda üzərinə götürməli olduğunun səbəbini soruşmuşdur. Bu zaman polis əməkdaşları bu məsələnin onlarla əlaqəsinin olmadığını bildirib qeyd etmişlər ki, “qərar var və narkotik vasitəni üzərinə götürməlisən”. Polis əməkdaşları əlavə olaraq bildirmişlər ki, ən rahatı odur ki, daha pis vəziyyətə düşməmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etsin. Həmin maddə bir büküm narkotik vasitə olmuşdur, o, heç həmin narkotik vasitəni görməmişdir. Ona işgəncə verib gödəkçəsini cırmışlar. Daha sonra onu yuxarı mərtəbədə Firon Məmmədovun otağına aparmışlar. Oraya gödəkçəsini güya tikməyə aparmışlar. Gödəkçəsini gətirib bildirmişlər ki, narkotik vasitəni boynuna almalıdır. Lakin o, narkotik vasitənin ona məxsus olmasını etiraf etməmişdir. Sonra iki nəfər hal şahidi gətirmişlər və onlar onun üzünə durmuşlar ki, güya o, narkotik vasitəni hardansa alanda cibindən çıxmışdır. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, ona ilk öncə təzyiqlər edərək polis avtomobilinə güclə əyləşdirmişlər. Sonra onu idarəyə aparıb orada adını unutduğu rəis müavini ona bildirmişdir ki, narkotik vasitəni öz üzərinə götürməlidir. Onu həmin müavinin otağında çənə nahiyəsindən iki dəfə zərbə vuraraq yerə yıxıb təpikləməyə başlamışlar. Polis şöbəsinin rəisi gəlib ona “Tərlan, sən getməlisən” deyə bildirmişdir. Onu üç nəfər 14-cü polis şöbəsinin əməkdaşı döyərək avtomobilə əyləşdirmiş və daha sonra idarəyə aparıb orada da döymüşlər. Görmüşlər ki, o, narkotik vasitəni öz üzərinə götürmür, iki nəfər şahid gətirmişlər və həmin polis əməkdaşları ona qarşı yalançı şahidlik etmişlər. Gödəkçəsini əvvəlcə cırmışlar, daha sonra tikməyə aparmışlar. Sonra həmin gödəkçəsini əyninə geyindirib video çəkilişlə şəxsi axtarışa başlamışlar. Orada üzərini yoxlamışlar və gödəkçəsinin cibindən narkotik vasitəni çıxarmışlar. Şəxsi axtarış zamanı dövlət hesabına Mirsəməd adlı vəkil gəlmiş, lakin vəkil heç bir söz deməmişdir. O, vəkilə döyüldüyünü demişdir. Bir ildən artıq vaxt keçdiyi üçün istintaq təcridxanasında xəsarətləri ilə bağlı qeydlərin aparılıb-aparılmadığını xatırlamır. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiqlər olmuşdur. O, X5 daxil olarkən, eyni zamanda İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlər olmuşdur. Amma bununla bağlı qeydlər aparılıb-aparılmadığını xatırlamır. Onu ibtidai istintaq zamanı vurmuşlar, döymüşlər, yenə də narkotik vasitəni qəbul etmədiyindən iki nəfər hal şahidi gətirmişlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun üz nahiyəsində çapıq izləri var. Həmin çapıq izləri o, 2003-cü ildə motosikletdən yıxıldıqdan sonra yaranmışdır. Həmin köhnə çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Polis əməkdaşları onu vurmuşlar, onun əlinə qandal bağladıqları üçün əli qızarmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq daha sonra göstərmişdir ki, onun əynindəki gödəkçəsini polis əməkdaşları aparmışlar, gətirdikdən sonra isə narkotiki cibindən çıxarmışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 mart 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 16 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, sonra həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində o, özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamış, fərdi əməklə məşğul olur. O, heç bir narkotik vasitələrdən istifadə etmir və satışını həyata keçirmir. 15 mart 2024-cü il tarixdə, saat 11 radələrində işə getmək məqsədi ilə yaşadığı evdən çıxmış və Tavaylıq deyilən ərazidə olarkən avtomaşınla 3 nəfər şəxs ona yaxınlaşaraq ilk öncə Tərlan olub-olmadığını soruşmuşlar. O da özünü təqdim etdikdən sonra onlar özlərini təqdim edərək polis əməkdaşları olduğunu deyərək oğurluq hadisəsinin baş verdiyini bildirərək onu 14-cü Polis Şöbəsinə dəvət etmişlər. Lakin onun oğurluqda əli olmadığını dedikdən sonra onlar avtomaşından düşərək ona yaxınlaşmışlar. Onlar ona yaxınlaşan zaman onlardan biri qoluna qandal vurmuş və digərləri isə zorla avtomaşına əyləşdirmişlər. Bundan sonra, o, məcbur qalaraq onlarla birlikdə 14-cü Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olan zaman əsassız gətirildiyi üçün əsəbi olduğundan uca səs tonu ilə danışmış və bu zaman polis əməkdaşlarından biri onun çənə nahiyyəsindən vuraraq sakitləşməyini demişdir. O, yenə də sakitləşməmişdir, buna baxmayaraq onlar ona qarşı daha zor tətbiq etməmişlər. Bundan sonra, onu Polis Şöbəsində olan otaqların birinə aparmışlar və üzərinə hal şahidlərinin iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilmişdir. İlk öncə üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 29 manat kağız pul əskinazları, 1 manat 0,30 qəpik (04 ədəd 0,20 qəpik və 01 ədəd 0,50 qəpik olmaqla) təqdim edərək başqa əşyası olmadığını bildirmişdir. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki sarı-göy qarışıq rəngli gödəkcənin sol üst cibindən 01 ədəd sellofana bükülü maddə aşkar edilmişdir. Lakin həmin maddədən onun məlumatı yoxdur və maddənin nə olduğunu bilmədiyini demişdir. Bundan sonra həmin maddə qablaşdırılaraq götürülmüş və yuxarda qeyd edilən məbləğdə pul tamamilə ona geri qaytarılmışdır. O, üzərindən aşkar edilmiş maddə qablaşdırılan zaman zərfi imza etməkdən imtina etmişdir. Onun həmin narkotik vasitə barədə heç bir məlumatı yoxdur və narkotiki əldə etməmiş və üzərində saxlamamışdır. Şəxsi axtarış və götürmə keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. Onun istifadəsində sadə “Nokia” markalı mobil telefonda işlətdiyi ***-***-**-** saylı nömrə var (iş vərəqə: cild İ, səh.33-34, 57-59, 71-73). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, elan edilmiş ifadələrini fiziki təzyiqlərlə bağlı hissədə təsdiq etmir. Belə ki, ona ibtidai istintaq zamanı fiziki təzyiqlər olmuşdur, onu yerə yıxıb döymüşlər. O, ibtidai istintaq zamanı ifadəsində ona təzyiqlər olunmasını və döyülməsini söyləmişdir, lakin ifadəsini yazan müstəntiq bu faktı tam şəkildə qeyd etməmişdir. İbtidai istintaq zamanı müstəntiq X5 və İstintaq Təcridxanasına onun ifadəsini almağa gələn zaman vəkillə təmin olunmuşdur. O, imza edən zaman ona ifadəsini oxumaq üçün vaxt verməmişlər və oxumağa şərait yaratmamışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri saxlamasında, əldə etməsində, daşımasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə Maştağa qəsəbəsində Tavaylıq deyilən ərazidə saxlanılmışdır. Polis Şöbəsinə gətirilərək bu barədə raportla rəhbərliyə məruzə olunmuşdur. X3 xidməti otağında onların və hal şahidlərinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin büküm zərfə qoyularaq tərəflərindən imzalanaraq ekspertizya göndərilmişdir. Sonradan məlum olmuşdur ki, həmin maddə narkotik vasitə heroindir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun qoluna qandal bağlamamışlar. Narkotik vasitə Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən çıxmışdır. Videoçəkilişlə şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs sənədlərə imza etməkdən imtina etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixoloji təsir və ya təzyiqlərə yol verilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşıması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Əməliyyat məlumatında Tərlanın narkotik vasitənin satışı ilə məşğul olması öz əksini tapmamışdır. O, Təqsirləndirilən şəxs təzyiq göstərməmiş, qolunu qandalla bağlamamışdır. O, Təqsirləndirilən şəxs yaxınlaşıb oğurluq olması barədə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2024-cü ilin mart ayının ortalarında əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o da həmin əməliyyat qrupunun tərkibinə daxil olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, daşınmasında şübhəli şəxs qismində tərəflərindən saxlanılmış və Polis Şöbəsinə gətirilmişdir. Şöbədə onların və hal şahidlərinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi atxarış zamanı Təqsirləndirilən şəxs üzərindən nakotik vasitəyə bənzər maddə aşkar edilərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, həmin əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində Tavaylıq deyilən ərazidə yoldan gedərkən saxlamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman qoluna qandal bağlamamışlar. Tərlan onlarla şöbəyə gedərkən etirazını bildirməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir qanunsuz təsir və ya təziqlər olmamışdır. Onlar Təqsirləndirilən şəxs qətiyyən vurmamışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 15 mart 2024-cü il tarixdə marketə çörək almağa gedərkən polis əməkdaşı ona yaxınlaşaraq bir nəfər şəxsin üzərində şəxsi axtarışın keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da razılaşmışdır. Polis şöbəsində bir nəfər şəxsin cibindən kağızın içərisində nəsə aşkar olunmuşdur. Lakin həmin maddənin nə olduğunu xatırlamır. Həmin maddənin miqdarı da onun yadında deyil. O, sadəcə xatırladığı qədərilə həmin maddə bir ədəd olmuş və həmin şəxsin cibindən çıxmışdır. Şahid3 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, ilk dəfə imiş ki, hal şahidi kimi iştirak edirmiş. Şəxsi axtarış zamanı orada polislərdən başqa bir nəfər də hal şahidi var imiş. Şəxsi axtarış video çəkilişlə keçirilirdi. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin kimə məxsus olması barədə heç nə deməmişdir. Şahid3 məhkəməyədək icraat zamanı daha da təfərrüatlı və ətraflı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, Şahid3 məhkəməyədək icraat zamanı 15 aprel 2024-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. 15 mart 2024-cü il tarixdə günorta radələrində Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin yaxınlığından keçən zaman ona iki nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşaraq özünü təqdim etmiş və onu Polis Şöbəsinə saxlanılan şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zaman hal şahidi qismində iştirak etmək üçün dəvət etdikdə o, razılaşmışdır. Daha sonra 14-cü Polis Şöbəsinin inzibati binasına otaqlardan birinə daxil olmuşdur. Orada ona və dəvət edilmiş digər Zaur adlı hal şahidinə hüquq və vəzifələri izah edilmiş, otaqda iki nəfər mülki geyimli polis əməkdaşlarının iştirakı ilə saxlanılan şəxsin, sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı elan edilmiş və iştirakçılar və özü-özünü təqdim etdikdən sonra təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bu zaman əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 29 manat kağız pul əskinazları, 1 manat 0,30 qəpik (04 ədəd 0,20 qəpik və 01 ədəd 0,50 qəpik olmaqla) təqdim edərək başqa əşyası olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildikdə onun əynində olan göy sarı qarışıq rəngli gödəkçənin sol üst cibindən 01 ədəd sellofanda qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı ona və digər hal şahidindən aşkar edilən maddəyə şahid olub-olmadığını və həmin şəxsi tanıyıb-tanımadığını soruşduqda, o, saxlanılan şəxsi tanımadığını və onun Təqsirləndirilən şəxs üzərindən bir ədəd sellofan bükümündə həmin qəhvəyi maddənin aşkar edilməsini gördüyünü bildirmişdir, eyni cavabı digər Zaur adlı hal şahidi də təsdiq etmişdir. Daha sonra aşkar olunmuş bir ədəd bükümdəki maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanaraq zərfdəki maddə ekspertizaya göndəriləcəyi elan edilmiş və Təqsirləndirilən şəxs zərfin üzərini imza etməkdən imtina etmişdir. 29 manat pul və qəpiklər isə təhqiqtçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. 14-cü X7 Səyadova onun yanında olan zaman heç bir fiziki və psixi zorakılıq edilməmişdir (iş vərəqə: cild İ, səh.109-111). Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi və elan edilmiş həmin ifadəsini təsdiq edir. O, həmin ifadəsini oxumuş və ifadəsi onun sözləri ilə doğru yazılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə polis əməkdaşı ona yaxınlaşıb 14-cü Polis şöbəsində getməyini və bir nəfər şəxsin üzərində keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, razılaşmışdır. Polis Şöbəsində şəxsin üzərində şəxsi axtarış zamanı qəpik pul, 16-17 manat məbləğində kağız pul və sellofan torbanın içərisində nəsə aşkar edilmişdir. Lakin o, həmin sellofan torbanın içərisində nə olduğunu bilməmişdir. Şahid4 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşı ona yaxınlaşan zaman o, tək imiş və poçta gedirmiş. Şəxsi axtarış video çəkilişlə keçirilmişdir. O, Təqsirləndirilən şəxs ilk dəfə hal şahidi olarkən görmüşdür. O, Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiqlər olmasını görməmişdir. Aşkar edilən sellofan torbanın içərisində nə olduğunu bilməmişdir, həmin şəxs özü həmin torbanın ona məxsus olmadığını bildirmişdir. Onu ilk dəfə imiş ki, hal şahidi kimi dəvət etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç nədən xəbərinin olmamasını söylədiyini eşitmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün ona məxsus olmadığını bildirmişdir. Həmin büküm Təqsirləndirilən şəxs cibindən çıxmışdır. O, Polis Şöbəsində olarkən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir qanunsuz təsir və ya təzyiqlər olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _15 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy sarı qarışıq rəngli gödəkçənin sol üst zəncirbəndli cibindən 01 ədəd siqaret sellofanında qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin nə olmasından xəbərsiz olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.30-32). _27 mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindən 29 manat kağız pul əskinazları, 1 manat 0,30 qəpik (04 ədəd 0,20 qəpik və 01 ədəd 0,50 qəpik olmaqla) təqdim edərək başqa əşyası olmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildikdə onun əynində olan göy sarı qarışıq rəngli gödəkçənin sol üst zəncirbəndli cibindən 01 ədəd siqaret sellofanında qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin nə olmasından xəbərsiz olduğunu bildirir. Daha sonra hal şahidi Şahid3 aşkar edilən maddəyə şahid olub-olmadığı və həmin şəxsi tanıyıbtanımadığı soruşulduqda, o, saxlanılan şəxsi tanımadığını və onun üzərindən bir ədəd sellofan bükümündə həmin qəhvəyi maddənin aşkar edilməsinə şahid olmasını bildirir, eyni cavabı digər hal şahidi Zaur Zeylanov da verir (iş vərəqə: cild İ, səh.100-101). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1555 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 10,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (iş vərəqə: cild İ, səh.45- 47). _18 mart 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,983 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.95-96). _30 mart 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefona baxış keçirilərkən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumatlar müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.102). _28 iyun 2024-cü il tarixli “telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarının əks olunduğu bir ədəd diskə baxış zamanı narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.129). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X8 məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli, 3491 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.139-140). _ Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin 11 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasına dair hər hansı fakt, məlumat əldə edilməmişdir (iş vərəqə: cild İ, səh.126). _01 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntülər olan bir ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.141-146). _01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 10,033 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi üçün hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.149-150). _15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.19). _Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.82-87). _Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh.92-94). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.124-125). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 15 mart 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq ərazisində yol kənarında müəyyən edilərək saxlanılıb gətirildiyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy sarı qarışıq rəngli gödəkçənin sol üst zəncirbəndli cibindən təmiz çəkisi 10,033 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 oğlu və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, əldə etməsi, daşıması ilə bağlı olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda məlumat olmadığını, əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasının öz əksini tapmadığını bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə həmin maddələri satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 10,033 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin kütləsinin 10,033 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə narkotik maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş sübutların məcmusu və cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs məxsus olan mobil telefona baxış keçirilmiş və onun telefonunda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə edilməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.102), həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş və "xxxx" MMC-dən götürülmüş mobil telefon nömrəsinə dair məlumatların əks olunduğu bir ədəd diskə baxış zamanı da onun narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsinə dair heç bir məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.129). Eyni zamanda, Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 14-cü Polis Şöbəsinin 11 iyun 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasına dair hər hansı faktın, məlumatın əldə edilmədiyi göstərilmişdir (iş vərəqə: cild İ, səh.126). İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdar həddində olsa da, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin həmin maddəni məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edə biləcək hər hansı fakt, sübut əldə edilib təqdim edilməmişdir. Buna görə də yalnız narkotik vasitənin külli miqdar həddində olması əsasına görə buna dair heç bir sübutlar olmadığı təqdirdə, ehtimal və fərziyyə əsasında həmin maddənin satış məqsədilə saxlanması qənatinə gəlinməsi heç bir hüquqi əsası olmayan tamamilə yanlış gəlinmiş nəticədir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlayıb daşıması formal olaraq göstərilsə də, Təqsirləndirilən şəxs kiminlə, nə zaman, hansı qaydada narkotik maddələrin satışına dair sövdələşməsinin və ya razılığının olması, həmin maddələri kimə, hansı qaydada, nə zaman satacağı ümumiyyətlə müəyyən edilməmiş, satış məqsədinin nədə ifadə olunduğu göstərilməmiş və buna dair təqdim edilmiş sübutlar da ittihamın faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə yanaşı, satması barədə də əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 4), cinayət işinin materiallarında narkotik vasitələrin satışına dair daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs həmin maddəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 10,033 qram narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş heroini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayıb və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla (“şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri), həmçinin cinayət işinin obyektiv halları ilə təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini mübahisələndirərək, onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərdiklərinə, üzərinə şəxsi axtarış keçirilərkən üzərində hər hansı narkotik vasitə olmamasına, narkotik maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğuna dair göstərdiklərini məhkəmə cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırıb tədqiq edərkən müəyyən olunmuşdur ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti videoçəkiliş vasitəsilə və hal şahidlərinin iştirakı ilə keçirilmişdir (iş vərəqə: cild 1, səh.30-32). Həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüləri məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs üzərində həmin istintaq hərəkəti keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş və şəxsi axtarış zamanı həqiqətən də onun üzərindən ittihamda göstərilən narkotik maddənin aşkar edildiyi təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçada köhnə çapıqların aşkar edildiyi göstərilsə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həmin çapıq toxumalarının tutulmamışdan xeyli əvvəl yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin X5 daxil olunarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Sabunçu rayon Polis İdarəsindən də məhkəməyə göndərilmiş 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X5 qəbul edilərkən bədəni üzərində hər hansı xəsarətlər müəyyən edilməmişdir, həmçinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nın müvafiq səhifələrinin surətindən görünür ki, Səyadov X1 Saxlama Yerinə qəbul olunarkən onda hər hansı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Qeyd edilənlərdən başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiqlərə və ya digər qanunsuz hərəkətlərə yol verilib-verilməməsinin müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində 628-C-24 nömrəli material əsasında araşdırma aparılmış, araşdırma zamanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Həmin qərardan görünür ki, Məhkəmə-tibbi və X4 X9 Sabunçu rayon Şöbəsinin 27 aprel 2024-cü il tarixli, 911 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmadığından 29 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları), həmçinin təqsirləndirilən şəxs tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi inkaredici hallar “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri və həmin obyektiv sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 mart 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,983 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 mart 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,983 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-423/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver