Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-424/2022 29.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 avqust 2021-ci il tarixdə, saat 17:15 dəqiqədə Xətai rayonu, NZS qəsəbəsi, Savxoz küçəsi 25 ünvanın qarşısında saxlanılıb ünvan 3 37-ci PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən siqaretin gümüşü rəngli falqasına bükülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,120 qram, 1,896 qram, 0,349 qram, 1,116 qram, ümumi təmiz çəkisi 4,481 qram külli miqdarda xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan tünd qəhvəyi rəngli axıcı kütlə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin heç vaxt narkotik vasitə satmamışdır. Həbs edilməzdən bir həftə əvvəl, yəni sonuncu dəfə 01 avqust 2021-ci il tarixdə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən pulla almışdır. Narkotik vasitənin “Kakos” kimi tanıdığı heroin növündən siqaret falqasında çəkmək yolu ilə istifadə etmişdir. 2021-ci ilin avqust ayının əvvəllərindən müalicə olunmuş, yəni özü lazım olan dərmanları alaraq qəbul etmiş və narkotik vasitə istifadə etməyi tərgitmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 07 avqust 2021-ci il tarixdə xalası Lalə zəng edərək internetdə narkotik alış-verişi barədə görüntülər yayıldığını və onun polislər tərəfindən axtarıldığını bildirmişdir. Bundan sonra xalasının deməsi əsasında yaxın tanışları Cavid və ailə üzvlərinin yaşadığı mənzilə getmişdir. Oradan xalası Lalə, Cavid və arvadı Leyla ilə yaşadığı evin yaxınlığındakı sahə inspektorunun otağına getmişlər. Orada onları Natiq adlı əməkdaş qarşılamışdır. Natiqdən nə üçün axtarıldığını soruşmuş və artıq narkotik vasitə aludəçisi olmadığını, müalicəyə başladığını, hazırda da üzərində narkotik olmadığını bildirmişdir. Bundan sonra Natiq üzərini axtarmış və Vüsal adlı polis əməkdaşına zəng edərək sonuncunu çağırmışdır. Bir neçə dəqiqə sonra Vüsal gəlmiş və 37-ci Polis Şöbəsinə gedərək izahat yazmalı olduğunu, sonra isə işləri ilə məşğul ola biləcəyini bildirmişdir. Vüsala inanmış və heç bir problem olmadığını demişdir. Vüsala da artıq narkotik vasitə istifadə etmədiyini demişdir. Bundan sonra Vüsal öz avtomobili ilə onu, xalası Laləni, Cavidi və arvadı Leylanı 37-ci Polis Şöbəsinə aparmışdır. Polis şöbəsinə çatdıqda qohumları onu həyətdə gözləmiş, o və Vüsal isə şöbəyə daxil olmuşdur. Şöbədə xidməti otaqların birində sorğu zamanı içəri 5 nəfər şəxs daxil olmuş, həmin şəxslər ani bir anda onu döyməyə başlamışlar. Sonra isə onu digər otağa aparmışlar. Həmin vaxt cibində bükümlər olmasını görmüş və çıxarıb atmışdır. Polis əməkdaşlarına “mənim deyil, cibimə qoymusunuz” demişdir. Bundan sonra polis əməkdaşları onu döyməyə başlamış və narkotik vasitəni üzərinə götürməli olduğunu, yoxsa ailə üzvlərini də gətirəcəklərini, üzərindən 1 kq narkotik çıxaracaqlarını bildirmişlər. Vüsal ona narkotik vasitəni boynuna götürməsini təklif etmiş, istifadəçi kimi sənədləşmə aparılacağını, sonra isə sərbəst buraxılacağını demişdir. Onlara inanmış, eyni zamanda qorxaraq dediklərini etmişdir. Bundan sonra yerə atdığı bükümləri cibinə qoymuş və şəxsi axtarışa başlamışlar. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan şalvarının arxa cibindən dörd ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması barədə sual vermişlər, o da bükümlərdə narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş və ayrı-ayrılıqda çəkiləri 1,83 qram, 1,32 qram, 2,32 qram və 2,90 qram, ümumilikdə isə 8,37 qram olması müəyyən edilmişdir. Həmin maddələri haradan və kimdən alması barədə sual verilmiş, o da bildirmişdir ki, narkotik vasitələri həmin günü saat 17 radələrində Xətai rayonu, NZS qəsəbəsində “Matı” ləqəbli Anar adlı şəxsdən 15 manata almışdır. Videoçəkiliş aparılmağa başladıqdan sonra bildirdiklərinin hamısını qorxduğu üçün və polis əməkdaşlarının deməsi əsasında bildirmişdir. Eyni zamanda sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 07 avqust 2021-ci il tarixdə onun üzərində narkotik vasitə olmamışdır. Həmin gün sahə inspektorunun otağında üzərində Natiq axtarış aparmış, Vüsal üzərini axtarmamışdır. Həmin vaxt üzərində narkotik olmamış və aşkar da edilməmişdir. Həmin vaxt orada o, Natiq, xalası Lalə, tanışları Cavid və Leyla olmuşdur. Sonradan isə Vüsal gəlmişdir. Onu 37-ci X8 adlı şəxs aldadaraq aparmışdır. Polis Şöbəsində onu döymüş və aldadaraq istifadəçi kimi sənədləşmə aparılacağını bildirmişlər. Qorxduğu və onlara inandığı üçün razılaşmışdır. İlkin izahatında, ifadələrində çəkilişdə qorxduğu və polis əməkdaşlarının deməsi əsasında qeyd olunanları bildirmişdir. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Murad adlı şəxsi məhəllə uşağı kimi tanımış, onunla yaxın münasibətləri olmamışdır. Murad adlı şəxs ilə heç vaxt narkotik vasitə alqı-satqısı etməmişdir. Murad adlı şəxsə telefon satmış və pulunu almamışdır. Muradın qardaşı ilə də münasibəti olmadığı üçün onlara getməmişdir. Muradla razılaşmalarına əsasən sonuncu telefonun 20 manat pulunu evin qarşısında ayaqqabının içərisinə qoymalı, o isə gedib götürməli idi. İnternet sosial şəbəkələrdə yayılmış görüntülərdə olduğu kimi Murad pulu ayaqqabının içərisinə qoyduqdan sonra o, gedib götürmüşdür. Murad adlı şəxsin Xətai RPİ-nin İŞ-də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadələrində üzərindən aşkar edilmiş narkotik maddələri ondan almasını bildirməsi ilə razı olmamışdır. Belə ki, sonuncu onun barəsində yalan danışmışdır. Muraddan heç vaxt narkotik maddə almamış və ya ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində vermiş olduğu 08 avqust 2021-ci il tarixli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 09 avqust 2021-ci il tarixli etirafedici ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, 4 ay əvvəl Elvin adlı şəxs ilə tanış olmuş və sonuncudan pulla narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitəni inyeksiya yolu ilə qəbul etmişdir. Bundan sonra da mütamadi olaraq narkotik vasitə alaraq istifadə etməyə başlamışdır. Buna görə də bədənində ağrılar əmələ gəlməyə başlamış və narkotik vasitə aludəçisi olmuşdur. Bədənində ağrılar başladıqda narkotik vasitə almış və əhvalı yaxşı olsun deyə istifadə edərək ağrıların qarşısını almağa çalışmışdır. Bir neçə gün əvvəl “Matı” ləqəbi ilə tanınan Anar adlı şəxs ilə tanış olmuşdur. Anar narkotik vasitə satan şəxsdir, belə ki, o, sonuncunu narkotik vasitə satan kimi tanımışdır. 07 avqust 2021-ci il tarixdə, günorta saatlarında bədənində ağrılar şiddətlənməyə başlamış və ağrılara dözə bilmək üçün narkotik vasitə istifadə etməli olmuşdur. Saat təxminən 16-17 radələrində Xətai rayonu, NZS qəsəbəsinə gəlmiş, Anarı axtarıb tapmış və ağrılarının olduğunu bildirib sonuncudan narkotik vasitə istəmişdir. Anar da üzərində narkotik vasitə olmasını bildirmiş və onlar heç kəsin olmadığı əraziyə gəlmişlər. Anar nə qədər pulunun olmasını soruşmuş, o da 15 manat pulunun olmasını bildirmişdir. Anar cibindən 04 ədəd qəhvəyi rəngli sellofan bükümlərini çıxarıb ona vermişdir. O, bükümlərin hər birinin içərisini açıb baxmış və narkotik vasitə heroin olmasını görmüşdür. Anara 15 manat vermiş və sonuncu çıxıb getmişdir. Bir qədər aralıda zibil qablarının yanında narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə sonra istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın sağ arxa cibinə qoymuşdur. Saat təxminən 17:15-də piyada NZS qəsəbəsi, Savxoz küçəsi ilə getdiyi vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və polis əməkdaşları olmasını bildirib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. O, polis əməkdaşlarına özünü təqdim edib üzərində narkotik vasitə olmasını demişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O da onlarla razılaşmış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, o, əynində olan şalvarın arxa cibindən 04 ədəd bükümdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olması barədə sual verilmiş, o da bükümlərdə narkotik vasitə heroin olmasını demişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş və ayrı-ayrılıqda çəkiləri 1,83, 1,32, 2,32, 2,90 qram, ümumilikdə isə 8,37 qram olması müəyyən edilmişdir. Həmin maddələri haradan və kimdən almağı barədə sual verilmiş, o da narkotik vasitələri həmin günü saat 17 radələrində Xətai rayonu, NZS qəsəbəsində “Matı” ləqəbli Anar adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik maddə satmamış və verməmişdir. Narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib olmamış, yalnız həmin şəxsin adının Anar, ləqəbinin isə “Matı” olmasını bilmişdir. Elvin adlı şəxs barədə isə ümumiyyətlə məlumatsız olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Xətai RPİnin 37-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 avqust 2021-ci il tarixdə Aydın adlı şəxsin külli miqdarda narkotik vasitələri üzərində daşıması, satması və narkotik vasitələrdən istifadə etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Aydın adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş və rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Aydın adlı şəxsin qanunsuz olaraq narkotik vasitə satmasına, daşımasına, istifadə etməsinə görə və sonuncunun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə İdarənin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Aydın adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün Şahid2 ilə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Savxoz küçəsi 25 ünvanın qarşısına gəlmişlər. Saat 17:15 dəqiqədə Aydın adlı şəxsi əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş və sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Aydın adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, sonuncunu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis şöbəsinə gəlmişlər. X6 adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və o, bu barədə raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və şöbənin kiçik əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən gümüşü rəngli dörd ədəd bükümü, sağ qabaq yan cibindən isə 5 manat pul vəsaitini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bükümlərdə narkotik maddə heroin olan “kakos” kimi tanıdığı maddə olmasını demişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş və hər bir bükümün ayrıayrılıqda çəkisi 1,83 qram, 1,32 qram, 2,32 qram və 2,90 qram, olmaqla, ümumilikdə çəkisi 8,37 qram müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddələri 07.08.2021-ci il tarixdə, saat 17 radələrində NZS qəsəbəsində “Matı” ləqəbi ilə tanınan “Anar” adlı şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, vəkil, Aydın və o, imza etmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, polis Şöbəsinə əməliyyat məlumatı Aydın adlı şəxsin külli miqdarda narkotik vasitələri üzərində daşıması, satması və narkotik vasitələrdən istifadə etməsi barədə daxil olmuşdur. Polis Şöbəsinə məlumat Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə daxil olsa da, sonuncunun narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 sərbəst ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 232-235). Cinayət işi üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Xətai RPİ-nin kiçik əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi ifadə vermiş Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, bacıları ilə birlikdə İlqar Həbibov küçəsində yerləşən evdə yaşayırlar. Bacısı həmişə onun bacısı oğlu Aydına “gəl səni müalicə etdirək” demiş, lakin Aydın müalicəyə ehtiyac yaradacaq bir şey etmədiyini bildirmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Vüsal adlı əməliyyatçı 7 avqust tarixində onlara gəlmiş, narkotikdən istifadəçi kimi ərizə yazması üçün Aydını polis şöbəsinə gətirmələrini istəmişdir. O da nahar vaxtı bacısı, Aydın və Murad adlı bir nəfər şəxslər birgə yaşadıqları binanın həyətində yerləşən 3 kabinetli polis məntəqəsinə Vüsalın yanına getmişlər. Həmin vaxt Vüsal orada olmamış, orada əvvəllər polis işləsə də sonradan rəsmi işçi olmayan Natiq adlı şəxs olmuşdur. Natiq zəng edib Vüsalı çağırmış və Vüsal gəlmişdir. Vüsal gələndən sonra onun yanında Aydının üstü tamamilə yoxlanılmış, ciblərinə baxış keçirilmiş, hətta sonuncunun ayaqqabısını da çıxarıb yoxlamışlar. Lakin Aydın üzərindən narkotik aşkar olunmamışdır. Vüsal onlara Aydını aparıb xəstəxaya özləri yatızdıracaqları təqdirdə pul verməli olacaqlarını, özünün isə bu işləri pulsuz həll edəcəyini, Aydını xəstəxanaya yatızdıracağını demişdir. X9 izahat almış, izahatdan sonra isə Aydını saxlayıb, rəis gəlib sənədləri imza etdikdən sonra Aydını buraxacağını bildirmişdir. Onlar orada bir xeyli gözləmiş, lakin çox gözləsələr də rəis gəlmədiyindən Vüsal onlara getmələrini, sənədləşmə məsələləri həll olunduqdan sonra Aydını buraxacaqlarını bildirmişdir. Onlar da gedib gözləməli olmuşlar. Lakin iki gün keçsə də Aydın buraxılmamış və onlara Aydının tutulması məlum olmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, Vüsalla aralarında “whatsapp” yazışmaları olmuş, həmin yazışmalarda o, yalnız Aydının Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazmışdır. O, Murad Əsədzadəni tanımamış, sonuncunun Aydınla nə kimi münasibətlərinin olmasını da bilməmişdir. Məhkəmə baxışı zamanı elan edilmməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin tarixdə saat 17:15 dəqiqədə ünvan 5 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən gümüşü rəngli dörd ədəd bükümü, sağ qabaq yan cibindən isə 5 manat pul vəsaitini çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bükümlərdə narkotik vasitə heroin olan “kakos” kimi tanıdığı maddə olmasını bildirmiş, həmin bükümlər polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş, hər bir bükümün ayrı-ayrılıqda çəkisi 1,83 qram, 1,32 qram, 2,32 qram və 2,90 qram, olmaqla, ümumilikdə çəkisi 8,37 qram müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin maddələri 07.08.2021-ci il tarixdə saat 17 radələrində NZS qəsəbəsində “Matı” ləqəbi ilə tanınan Anar adlı şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılıb DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 35-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi DVD diskə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, DVD diskə baxış keçirilməsi haqqında protokolun məzmununda göstərilənlərlə “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2021-ci il tarixli protokolun məzmununda göstərilənlər üst-üstə düşür və biri digərini təsdiq edir (iş vərəqə: cild İ, səh. 108). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 avqust 2021-ci il tarixli və şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi DVD diskə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokollarda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 08 avqust 2021-ci il tarixli, 6/3366 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,120 qram, 1,896 qram, 0,349 qram, 1,116 qram ümumi təmiz çəkisi 4,481 qram olan tünd qəhvəyi rəngli axıcı kütlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: cild İ, səh. 45-49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 3234 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 237-238). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X4 daxil olan 13 avqust 2021-ci il tarixli, 2707 saylı məktubdan görünür ki, ünvan 7 ünvanda qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh. 125). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 21 avqust 2021-ci il tarixli 19/51-9113 saylı məktubdan görünür ki, ünvan 7 ünvanda qeydiyyatda olan və akı şəhərei, ünvan 8nda yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb və qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh. 128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Diskə baxış keçirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 01 dəqiqə 23 saniyədən ibarətdir, görüntü yaşayış binasının içərisində qeydə alınmış, bir nəfər şəxs mənzilin qapısını açaraq yerdə olan ayaqqabıların içərisinə nə isə qoymuş və qapını bağlayaraq mənzilə daxil olmuş, bir nəfər şəxs sakit şəkildə pilləkən ilə oraya doğru gəlmiş, həmin şəxsin əlində mobil telefon vardır və arxasının işıqlarını yanılı vəziyyətdədir, həmin şəxs əylərək telefonun arxasında yanılı olan işıq ilə ayaqbıların içərisini axtarmış və oraya qoyulmuş əşyanı götürərək pilləkən ilə düşmüş, sonra isə geri qayıdaraq ayaqqabıdan əşyanı götürdüyü mənzilin qapının qarşısına gəlmiş və mənzilin qapısı açılmış, qapını açan şəxs həmin şəxsə əl ilə nə isə vermiş, onlar danışdıqdan sonra mənzilin qapısı bağlanmış və oraya gələn şəxs əlində olan əşyaya baxaraq pilləkənlər ilə düşərək getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pilləkən ilə qalxaraq gələn şəxsin özünün, mənzildə olan şəxsin isə X3 olmasını bildirmişdir (iş vərəqə: cild İ, səh. 210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “CD” diskə baxış protokolundan görünür ki, X2 istifadəsində olmuş ***-***-**-** nömrəli telefondan ***-***-**- ** saylı nömrəyə 16.06.2021-ci il tarixdə saat 23:45:37-də “Matı Salam menem Aydın bidene 05 lazımdı demek olar?”, 26.06.2021-ci il tarixdə saat 17:22:31-də “Qardaşim 10 deygeye çıxxxxxx 20 lik” və ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 27.05.2021-ci il tarixdə saat 15:11:49-da “********** buna yig 2 dene qalıb bunda mal, 2 denedi götür birini o yemir bedbex” məzmunlu sms yazışması olmuşdur (iş vərəqə: cild İİ, səh. 59-61). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, X2 təqsirləndirilən şəxs qismində əlavə dindirmə protokolundan görünür ki, o, ilkin ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 02.08.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Təqsirləndirilən şəxs 40 manata şəxsi istifadəsi üçün almasını qeyd etdmişdir. ***-***-**-** saylı mobil nömrənin sahibini tanımır, kimə məxsus olmasını bilmir, ***-***-**-** saylı mobil nömrənin sahibi narkotik vasitələrin satışı ilə həbs edilmiş Təqsirləndirilən şəxsdur. “Matı Salam menem Aydın bidene 05 lazımdı demek olar?” və Qardaşim 10 deygeye çıxxxxxx 20 lik” məzmunlu sms üzdən tanıdığı Anar adlı şəxs ona məxsus telefon ilə Aydına yazmışdır. “********** buna yig 2 dene qalıb bunda mal, 2 denedi götür birini o yemir bedbex” məzmunlu sms Aydına yazmış, belə ki. zənn etmişdir ki, Aydında narkotik vasitə var (iş vərəqə: cild İİ, səh. 62-67). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, X2 təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və dindirmə protokolundan görünür ki, X3 üzərindən 10 ədəd bükümdə ümumilikdə çəkisi 3,053 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış hazırlanmış narkotik vasitə heroini 02 avqust 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Təqsirləndirilən şəxs 40 manat pul müqabilində almışdır (iş vərəqə: cild İ, səh. 222; 223-225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, diskə baxış protokolundan görünür ki, Şahid3 Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “WhatsApp” vasitəsilə “Ay Vüsal görürsəndə o qapı açıb nə qoyub ora mal qoyubda kül onun başına Aydınında kül başına belə bir pox yeyib onu xəstəxanaya apar qoy”, “Bu Murad onun meydini çıxardacaqlar ey türmədə uje hamı bilirlər hardadı çox adam onu sən özün bilirsən neyniyəcəklər yalançı yaxşı ki, porda görünür necə o qapını sübutda var özü görmüsən qapı açıq qoy bu da gəlir götürür kül onun başına”. səslərini göndərmişdir (iş vərəqə: cild İİ, səh. 57). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək dörd bükümdə götürülmüş ümumi çəkisi 4,481 qram təşkil etmiş heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,281 qram hissəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş və Təqsirləndirilən şəxs narkotik vasitə alan zaman videogörüntüləri özündə əks etdirən iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 239-253). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən təqribən iki dəfədən də artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 04 ədəd bükümlərdə daşıyıb saxlaması, narkotik vasitələrin alqı-satqısı ilə bağlı mobil əlaqələri təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitənin ona aid olması və ya həmin narkortik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 150-151). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 3234 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 avqust 2021-ci il tarixdə hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,281 qram narkotik vasitə heroin məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Təqsirləndirilən şəxs narkotik vasitə alması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 4,281 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, Təqsirləndirilən şəxs narkotik vasitə alması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-424/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-424/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver