Məhkəmə qərarları › İş №1(101)-424/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-424/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-424/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X16 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda, külli miqdarda əldə edib üzərində daşıyaraq saxlamış və satmışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 14,824 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 3,185 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 22 fevral 2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə heroinin bir qismini, yəni 0,603 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Şahid5 50 manat müqabilində satmış, 24 fevral 2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və həmin gün saat 18:20 radələrində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli polietilen bükümdə Şahid5 aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkib əlamətlərinə görə eynilik təşkil edən təmiz çəkisi 14,221 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,185 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan göy rəngli cins şalvarın sol cibindən isə üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun polis əməkdaşları ilə münasibəti yaxşı olmuş, onların narkotik vasitə satan bir adamları olmuş, həmin şəxs də onun evində qalmışdır. Həmin şəxs usta olmuş, evi təmir etmişdir. O, həmin şəxsin haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı ilə söhbət etmiş, həmin şəxsin narkotik vasitə satması barədə məlumat vermişdir. Şahid5 adlı həmin şəxs də onun adını çəkdiyi üçün ondan acıqlı qalıb və polisə onun barəsində məlumat vermişdir. Daha sonra polis əməkdaşları onu evdən yatdığı yerdə tutub polis idarəsinə aparmışlar. Tutulan zaman onun üzərində siqaret, alışqan və telefon olmuşdur. Polis İdarəsində olan zaman polis əməkdaşları ona təzyiqlər göstərmiş, üzərinə narkotik vasitə və tərəzi qoymuşlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid5 onun evində fəhlə kimi işləmiş, o, Xətainin barəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Orxan adlı əməkdaşına məlumat vermişdir. O, hava limanında sürücü işləmişdir. O, Xətainin kilo ilə narkotik maddə satdığını görmüş, Xətai onun evindən oğurluq etdiyi üçün ondan acıqlı olmuşdur. Xətai Orxan adlı, Cəfər adlı şəxslərdən narkotik vasitə aldığını bildirmişdir. Onu tutan polis əməkdaşları onların adamları ilə nə işi olduğunu demişlər. Müdafiə tərəfinin vəsatətinə əsasən təqsirləndirilən şəxs məhkəmə iclasında təkrar dindirilmiş və o, öz ifadəsində bildirmişdir ki, o, “Azal” hava yollarında rəsmi olaraq sürücü kimi fəaliyyət göstərmiş, bir müddət narkotik vasitələrin müxtəlif növlərindən bir neçə dəfə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərindəki tanımadığı şəxslərdən almışdır. Şahid5la 2022-ci ilin dekabr ayında tanış olmuş, onun 2 otaqlı obyekti olmuş və o, həmin obyekti təmir etdirmək istəmişdir. Dostunun tanışı olan bir şəxsin yaxşı bir usta olduğunu öyrənmiş, həmin Xətai adlı şəxs onun yaşadığı yerdən təxminən 1 km aralıda yaşamışdır. Həmin dövrdə o, babasil xəstəliyindən əziyyət çəkmişdir. Xətai onun evində işlədiyi müddətdə ona narkotik vasitələrlə bağlı məlumat verərək, narkotik maddədən istifadə etməkdə ona kömək edə biləcəyini demişdir. Bundan sonra o, bir neçə dəfə istifadə etdikdən sonra həqiqətən də ağrılarına xeyrinin olduğunu görmüş, çünki narkotik maddə qəbul etdikdən sonra vəziyyəti yaxşılaşmış, ağrıları azalmışdır. Bir müddət istifadədən sonra anlamışdır ki, usta kimi fəaliyyət göstərən və narkotik maddədən istifadə etməyini ona tövsiyə edən şəxs təmir üçün ona tapşırdığı obyektdə narkotik maddələrin satışı ilə məşğuldur. Xətai həmin obyekti həm təmir etmiş, həm də orada yaşamışdır. Xətai ilk aylar pul verməsə də, təmir bitdikdən sonra həmin obyektdə yaşadığı üçün ona müəyyən ödənişlər etmişdir. O, uzaqda, yəni hava limanında işlədiyi üçün işdən çox gec gəlmiş, Xəzər RPİ-də çalışan tanışı olan Orxan adlı polis işçisinə evində narkotik maddə sifarişçisi və satıcısı olan bir şəxsin yaşadığını bildirmişdir. O, Orxana həmin şəxsin ona ilk dəfə narkotik maddə verən şəxs olduğunu və bunu təsdiqləyən səsli sübutlarının olduğunu demişdir. 24 fevral 2023-cü il tarixində Orxana zəng edərək evinə polis əməkdaşlarının gəldiyini dedikdə Orxan ona problem olmadığını, narahat olmamasını demişdir. Polis əməkdaşları polis idarəsinə getməli olduğunu və yeni aldığı “Samsung” markalı televizoru bağlamağını və gətirməyini demişlər, o da razılaşaraq getmişdir. Bu müddətdə cibində 1 paket siqaret, alışqan və telefonu olmuşdur. Həmin gün Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə aparılmışdır. Polis bölməsinə gəldikdə ona növbətçi hissədə cibindəkiləri boşaltmağı tapşırmışlar və o, telefon daxil olmaqla, cibindəki bütün əşyaları çıxartmışdır. Maşında gedərkən Şahid5 da orada olduğunu görmüş, lakin onlar artıq buraxılmışdılar. 3-cü polis bölməsində olarkən Şahid6 onu öz otağına çağıraraq ona Orxan və Cəfərlə bağlı danışmış, o da Orxan və Cəfəri tanımadığını, Şahid5 tanıdığını demişdir. Orxan və Cəfər polislərin adamı olmuş, Xətai də həmin narkotik vasitələri adları çəkilən həmin şəxslərdən almışdır. Cəfər və Orxan adlı şəxslərdən 34 (otuz dörd) min manat məbləğində pul alınmış, Şahid6 şəxsi otağında olduğu müddətdə onların işinə müdaxilə etməyi ilə bağlı ona zor tətbiq etməyə, döyməyə başlamışdır. Bu zaman baş leytenant da daxil olmaqla 3-4 nəfər bunu görmüş, ondan 34 (otuz dörd) min manat məbləğində pul verməyini tələb etmiş, atasına isə həmin məbləğin 20 (iyirmi) min manatının verilməsi deyilmişdir. O, deyilən məbləğdə pulu verməyə imkanının olmadığını demişdir. Xətainin anası da polis bölməsinə dəvət edilmiş, o, Cəfərin adını çəkməyə başladıqda Anar Mirzəyev ona sakit olmasını demişdir. Həmin qadın da onun narkotik vasitələri oğluna satdığını bildirmiş, lakin narkotik maddələrin satışı ilə məşğul olan şəxs o deyil, Xətai olmuşdur. O da həmin narkotik vasitələri Xətaidən almışdır. Xətai AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şöbədə 3 dəfə video çəkiliş edilmiş, polislər onu döyərək təqsirli olmasını boynuna almağını tələb etmişlər. İlk 2 video çəkilişdə bu tələbə əməl etməsə də, dözə bilmədiyi üçün 3-cü video çəkilişdə İran İslam Respublikasından satış məqsədli “kakos” adlı narkotik vasitə gətirdiyini demiş, lakin onun bu işlə heç bir əlaqəsi olmamış, adı çəkilən “kakos” adlı narkotik maddəni ilk dəfə həmin vaxt görmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, Şahid5 Şüvəlan qəsəbəsində görmüş, eşitdiyinə görə Xətai və Orxan Xəzər rayonunda yerləşən həmin polis bölməsinin adamlarıdır və o, Xətainin işinə mane olduğu üçün günahsız yerə təqsirləndirilmişdir. Onun təmir etdirdiyi ev Bakı şəhəri, Binə qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi, Bərəkət marketin yanında yerləşir. Həyətdə 2 ev var, biri təmir etdirmək istədiyi ev, digəri isə daimi yaşadığı evdir ki, orada da ailə üzvləri – arvadı, atası və övladları ilə birlikdə yaşayır. Onun başqa əmlakı yoxdur. Şahid5 usta kimi tutulmamışdan 2 ay yarım əvvəldən tanımış, evi təmir etdirmək istədiyi vaxtlarda uzun müddətdir ki, tanıdığı Amil adlı ustaya müraciət etmiş, bu zaman həmin şəxs ona tək təmir etməyi bacarmayacağını bildirmiş, 1 ay boyunca evi təmir etmişdir. Təmir etdirdiyi obyekt 9 m2 ölçüdədir, mətbəxi yoxdur, girişi həyətin içərisindəndir. Evi təmir etdirməkdə məqsədi oranı kirayə vermək olmuşdur. Amil tək bacarmadığını bildirdikdən sonra Xətai adlı şəxs gəlib işləməyə başlamışdır. Sürücü işlədiyi üçün onda babasil xəstəliyi olmuşdur. O, hava limanında işlədiyi müddətdə rayonlara silah-sürsat aparmaqla məşğul olmuş, onun bu xəstəliyindən xəbər tutan Xətai ona bir müddət əvvəl həmin babasil adlı xəstəlikdən özünün də əziyyət çəkdiyini və narkotik vasitə olan “kakos”dan istifadə etməyin kömək edə biləcəyini demişdir. O, xəstəliyi ilə bağlı həkimə getmiş, müxtəlif müalicələr almış, əməliyyat olunmamışdır. Həmin narkotik maddəni Xətai gətirib ona vermişdir. 3 dəfə pulsuz olaraq “kakos” adlı narkotik maddəni ona gətirmiş, işlədiyi müddət ərzində isə o, həmin şəxsə günə 25-30 manat pul ödəmişdir. O, evin təmiri məqsədiylə müdirdən 3 (üç) min manat borc pul almış və Xətaiyə pul vermişdir. Bu zaman Xətai ona Şəli adlı şəxsdən narkotik vasitə götürməyə gedəcəyini demiş, sonra isə ona 35 manata “patı” gətirmiş və bununla bağlı aralarında mübahisə çıxdığı üçün onu qaytarmış, belə ki, onu aldatmaq məqsədiylə adi duz gətirmişdir. Sonradan artıq səhhətinin pisləşdiyini, qarın ağrılarının başladığını görmüş, ağrıları olan zaman axşamlar təbii yolla narkotik maddə qəbul etmişdir. 3 gün boyunca Xətai işə gəlməmiş və o da hər gün narkotik maddə qəbul etməmişdir. O, 23 fevral 2023-cü il tarixdə işdə olmuş, tutulmazdan 2-3 gün əvvəl evdə olduğu gün evinin qapısına 2 nəfər gəlib içəri girmiş, Xətaini axtardıqlarını demişlər. Belə ki, Xətai həmin şəxslərə 2 otaqlı həmin obyekti öz evi kimi təqdim etmişdir. Təmir etdiyi müddətdə Xətai təxminən 1 ay yarım müddətdə orada yaşamışdır. Xətai ona obyektdə yaşamağına görə 200 manat verəcəyini bildirmiş, o da razılaşmışdır. Onun obyektində yaşadığı müddət ərzində Xətai ilə birlikdə narkotik maddə qəbul etmişdir. Evi təmir etməyi tapşırdığı vaxt Xətainin narkoman olduğunu bilməmişdir. 2 nəfər şəxs həyətinə girdiyi üçün aşağıya nə olduğunu öyrənmək üçün düşmüş, həmin şəxslər ondan kim olduğunu soruşmuşlar və ondan Xətaini çağırmasını istəmişlər. Bu zaman həyətdə mübahisə yaranmış, dava olmuş, həyətdə uşağı olduğu üçün həmin şəxsləri çölə çıxartmışdır. Bu zaman Xətai ona irad tutaraq ona çətin iş görüb, ona narkotik maddə gətirdiyini, onu öz qardaşı kimi gördüyünü demişdir. Xətainin evdə narkotik maddələrin satışı ilə məşğul olduğundan 15 fevral 2023-cü il tarixdən bəri xəbərdar olmuş, 20 fevralda isə Xətaini evdən qovmuşdur. Orxan adlı polisə zəng etdikdən sonra yanında 3 nəfərlə birlikdə gələrək Xətaini aparmışlar. Bu zaman Xətai narkotik maddələrin öz qonşuları olan Cəfər və Orxan adlı 2 şəxsdən aldığını demişdir. Xətainin onunla heç bir problemi olmamış, döyüldüyü üçün ondan narkotik maddə aldığını bildirmişdir. Xətai Şahid6 otağında döyülmüşdür. O da Şahid6 tərəfindən döyülmüş, əl-qolu bağlanmış, ayağının altından baldırlarına qədər vurmuşlar. Ayağına vurduqları zaman damarları çıxmamış, ancaq əzələləri əzilmişdir. 3 saylı İstintaq Təcridxanasında üzərinə baxış keçirilən zaman ayağının sağ tərəfinin göyərməsi, xəsarət alması məlum olmuş və qeydə alınmışdır. O, orada döyüldüyünü bildirmişdir. Döyüldükdən sonra videoçəkiliş zamanı cibinə tərəzini Şahid6 qoymuş, narkotik maddəni isə Şahid6 otağında polislər cibinə yerləşdirmişlər. Üzərinə baxış keçirilən vaxt cibində ancaq telefon və siqareti olmuşdur. Onun ********** və ********* nömrəli 2 telefon nömrəsi olmuşdur. Xətainin telefonu olmamış, o, Xətaiyə anasının işlətdiyi telefonu və nömrəni vermiş, həmin nömrəni xatırlamır. Həmin telefonu və nömrəni anasına o almış, nömrənin kimin adına olduğunu bilmir, nömrəni adını bilmədiyi yaşlı kişi olan qonşudan çöldə satarkən almışdır. Nömrə təzə alınmış və işdə olduğu üçün Xətai ilə əlaqə saxlamaq məqsədiylə ona vermişdir. Belə ki, anası telefondan istifadə etməmişdir. Onu evindən tutub aparmışlar. Polis əməkdaşları gəldikləri vaxt o, evdə yatmış olmuş, həmin vaxt onun üstümə baxış keçirilməmişdir. Orada 2 maşın olmuş, biri əməliyyatçıların sürdüyü, digəri isə Şahid6 məxsus maşın olmuşdur. Şahid6 sürdüyü “Niva” markalı maşında polis bölməsinə aparılmışdır. Televizoru onu bölməyə aparmaq üçün oyun kimi istifadə etmişlər. Polis bölməsinin içərisinə girdikdə ilk olaraq onu növbətçi hissəyə aparmışlar. Növbətçi hissədə otağın içərisinə girmişlər. Növbətçi hissənin komandirinin adını dəqiq bilmir, təxminən 35-40 yaşlarında bir şəxs olmuşdur. Növbətçi hissədə cibindəki əşyaları çıxarması bildirilmiş, o da telefon, siqaret və alışqanını çıxartmışdır. Həmin üstünü yoxlayıb onu Şahid6 otağına aparmışlar. Şahid5 Amil adlı usta vasitəsi ilə tanımışdır. Orxan və Cəfərlə bağlı bu məlumatları cəzaçəkmə müəsissəsində olduğu zaman telefon vasitəsiylə almış, tutulduqdan sonra Xətai və Cəfər buraxılsa da, Orxan hələ də buraxılmamışdır. Polislər ondan 34 min manat pul aldıqdan sonra 2023-cü il tarixdə, 23 fevraldan 24 fevrala keçən gecə saatlarında buraxılmışdır. 24 fevral 2023-cü il tarixdə isə qapısına bu hadisə ilə bağlı polislər gəlmiş və o, polis olan Orxan adlı şəxsə zəng edərək, gələn polislərin içərisində olub-olmadığını soruşduqda, onun olmadığını bildirmişdir. Xətai narkotik maddələri aldığı şəxslərin adını verdiyi üçün buraxılmışdır. Şahid5 24 fevral günorta saatlarında onun yanında döyülmüş, o, özü ayağını təpiklə şüşəyə vuraraq, özünə xəsarət yetirmişdir. Şahid5 narkotik maddə ticarətiylə məşğul olmasından xəbər tutandan bir müddət sonra onu qovmuş, həmin hadisədən sonra telefonu ya satmış, ya da telefonu əlindən alınmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilidir. 24 fevral 2023-cü il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivinə gedərək narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təqsirləndirilən şəxsi polis mayor Şahid6 tərəfindən verilmiş əməliyyat tapşırığı ilə əlaqədar olaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, şəxsin üzərinə baxış keçirilən zaman bir ədəd sellofana bükülmüş toz halında, qəhvəyi rəngdə bir büküm, o bükümdə də narkotik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin sol cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş narkotik maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və adını “Yusif” kimi bildiyi şəxsdən “online” üsulla, həmin şəxsin kartına 360 (üç yüz altmış) manat pul köçürməklə almışdır. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində saxlamışlar. Şəxsi saxladıqları zaman o, küçədə tək olmuş, baxış keçirilməsi, habelə bütün proseslərdə Təqsirləndirilən şəxs fiziki və ya psixoloji təzyiq edilməmişdir. Şəxsi saxladıqları zaman o, sərxoş olmamış, üzərindən təxminən 10 qram heroin, 3 qram metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni İran İslam Respublikasının vətəndaşından həmin şəxsin kartına 360 (üç yüz altmış) manat pul köçürməklə aldığını, tərəzini də narkotik maddəni ölçmək üçün istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı bir şəxsə satması ilə bağlı məlumat verməmişdir. Şahid3 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, şəxsi saxlamağa 2 nəfər 1 maşında getmişlər. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs evdən çağırmamışlar, şəxsin ata və anasını görməmişlər. Şəxsi küçədə tutan zaman onun üzərinə baxış keçirməmişlər. Şəxsin növbətçi hissədə gətirilməsini qeydə aldıqdan sonra birbaşa otağa aparmışlar. Şəxsi saxlayarkən ondan başqa Şahid4 da orada olmuşdur. Təqsirləndirilən şəxsin evinin həyətinə girməmişlər. Onlara Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün kimin növbətçi hissə komandiri olmasını xatırlamır. Şahid5 işdə şahid qismində çıxış etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Şahid5 başqa əməliyyatçılar tərəfindən tutulmuşdur. Şahid5 Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl narkotik maddələri təqsirləndirilən şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsin narkotik maddələri kimə satması ilə bağlı verdiyi məlumatları xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, o, əməliyyat müvəkkili Şahid3la birlikdə təqsirləndirilən şəxsi 24 fevral 2023-cü il tarixində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsi PŞ-nə dəvət etmiş, orada üzərinə axtarış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, şəxsi tam olaraq harada saxladıqlarını xatırlamır, sadəcə şəxsin üzərində narkotik vasitə aşkar etdiklərini xatırlayır. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, şəxsi 2 nəfər, yəni o və Şahid3 saxlamışlar. Baxış keçirilməsi və videoçəkiliş zamanı Təqsirləndirilən şəxs fiziki və ya psixoloji təzyiq edilməmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, şəxsi saxlamağa 3 nəfər, 2 maşınla getmişlər. Maşınlardan biri onun şəxsi maşını, digəri isə PŞ-nin xidməti maşını olmuşdur. O, şəxsi saxlamağa öz şəxsi maşınında tək getmişdir. Digər maşında Şahid6 və Şahid3 olmuşdur. Onlar Təqsirləndirilən şəxs küçədə saxlamışlar. O, təqsirləndirilən şəxsi küçəyə kimin çıxartdığını bilmir. Ona zəng edərək kömək lazım olduğu bildirilmiş və o da dəstək olmaq məqsədiylə şəxsin saxlanıldığı yerə getmişdir. Ona Şahid3 kömək lazım olduğunu bildirmişdir. Oraya getdiyi zaman şəxsin Şahid3 tərəfindən saxlanıldığını görmüşdür. Təqsirləndirilən şəxs PŞ-nin xidməti maşınında Şahid3 və Şahid6lə birlikdə, o isə tək öz şəxsi maşınında PŞ-yə getmişdir. Təqsirləndirilən şəxs Şahid6 gəldiyi maşınla PŞ-nə aparılmışdır. Şəxsi küçədə saxladıqları zaman orada üzərində baxış keçirilmiş, Təqsirləndirilən şəxs üstündə baxışı Şahid6 və Şahid3 həyata keçirmiş, şəxsin üzərində narkotik vasitə aşkar edilmiş və şəxs də bunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs üstündə aşkar edilən digər əşyaların nə olduğunu xatırlamır. Onlar Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil vermiş, kitabda qeydiyyatı aparılmışdır. Şəxsin üzərində növbətçi hissədə baxış keçirilib-keçirilməməsini xatırlamır. O, şəxsin üzərində növbətçi hissədə baxış keçirilməsini görməmiş, bu prosesdə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs tam olaraq harada saxladıqlarını xatırlamır, çünki həmin əraziyə ona Şahid3 tərəfindən “whatsapp” mobil tətbiqindən atılmış yer vasitəsiylə getmişdir. Həmin yerə getsə, xatırlayar. Şahid4 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsin saxlanıldığı yerə çatanda ona şəxsin üzərində baxış keçirilən zaman narkotik vasitə aşkar edilməsi səbəbi ilə PŞ-nə aparıldığı bildirilmişdir. O, şəxsin saxlandığı yerlə bağlı çox məlumata malik deyil, həmin ərazini tanımır, ora sadəcə dəqiq ünvanı olmayan məhəllədən ibarətdir. Həmin yerdə adını qeyd edə biləcəyi xüsusi bir obyekt xatırlamır. O, öz telefonundan mesajları həftəlik olaraq silir, ona görə də ona göndərilmiş mesajı məhkəməyə təqdim edə bilməz. O, Elxanın saxlanıldığı yerə gələndə şəxs artıq maşında olmuşdur. O, şəxsin üzərindən aşkar edilən narkotik vasitəni saxlanıldığı yerdə deyil, PŞdə görmüşdür. Şəxsi saxlayan Şahid3 olduğuna görə, o, güman edir ki, aşkar edilmiş həmin narkotik vasitə onda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, Elxan onun tanışı olmuş, belə ki, Elxanın evində usta kimi işləmişdir. O, Elxana televizor satmış, polis əməkdaşları gəlib onu evdən tutub apararaq televizorun oğurluq olduğunu bildirmişlər. Şahid5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun təqsirləndirilməsinə dair cinayət işinə Xəzər rayon Məhkəməsində baxılmış və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, Elxanla bir məhəllədə yaşamış, Elxan yük avtomobili idarə etmiş, o isə Elxanın evində fəhlə kimi işləmişdir. Həmin evdə işləyən digər ustaları tanımır. O, narkotik vasitələrdən istifadə etmiş, bəzən Elxanla birlikdə də istifadə etmişlər. Narkotik vasitələri adətən Suraxanı rayonunda parkdan almışlar. Elxan ona gündəlik 15-20 manat pul vermişdir. O, həmin vaxtlarda hər gün narkotik vasitə qəbul etmişdir. Polis əməkdaşları onu öz evindən tutub aparmış, ona oğurluq hadisəsinin baş verdiyini, onun da kameraya düşdüyünü bildirmişlər. O, istintaq zamanı narkotik vasitəni Elxandan aldığını bildirmiş, vəkilin məsləhəti ilə məhkəmə iclasında da eyni məzmunlu ifadə verərək əldə etdiyi narkotik vasitən Elxan adlı şəxsdən aldığını bildirmişdir. Lakin o, narkotik vasitəni Elxandan almamış, onlar sadəcə birlikdə narkotik vasitədən istifadə etmişlər. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, tutulan zaman onun üzərində heç bir narkotik vasitə olmamış, polis bölməsində ona işgəncə etdikləri üçün narkotik vasitəni boynuna götürmüşdür. O, Anar adlı şəxsin yanında olmamış, onu Polis Böğlməsinə səhər tezdən aparmışlar. O, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə almamışdır. Elxan ona ağrılarının olduğunu, ağrılarının kəsməsi üçün narkotik vasitədən istifadə etiyini demişdir. O isə uzun müddətdir ki, narkotik vasitədən istifadə edən olmuşdur. Onu polis bölməsinə üç nəfər şəxs, ağ rəngli “Niva” markalı avtomobillə aparmışlar. Şahid həmçinin bildirmişdir ki, o da narkotik vasitənin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs ondan narkotik vasitə almamışdır. Onların arasında heç bir mübahisə olmamış, o, Orxan adlı polis əməkdaşını tanımır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmiş, əməliyyat müvəkkilləri tərəfindən saxlanılan şəxs onun otağına gətirilmiş, o, müvafiq qaydada sənədləşdirmişdir. O, şəxsin saxlanıldığı yerə ümumiyyətlə getməmiş, onun hansı qaydada saxlanılmasından məlumatı yoxdur. O, təhqiqatçıdır, şəxs şübhəli şəxs kimi polis şöbəsinə gətirilmiş, o da şəxsi axtarış aparmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kimdən və hansı məqsədlə aldığını deməsi yadında deyil. Elxandan əvvəl Xətai adl bir şəxs saxlanılmış, həmin şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Elxan adlı şəxsdən aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq bölməıyə gətirilmişdir. O, şəxsi aparan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət olduğunu görməmişdir. O, ümumiyyətlə kiminsə tutulmasında, saxlanılmasında iştirak etmir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, oğlunun tutulduğu günü xatırlayır. Belə ki, həmin gün iki maşında 4 nəfər polis əməkdaşı gəlmiş, Elxanı yuxudan oyadıb bölməyə aparmışlar. Polis əməkdaşları Elxanın otağından narkotik vasitə aşkar etmişlər. Oğlu Elxan həmin otaqda tək qalmış, həmin vaxt evdə Elxanın həyat yoldaşı və uşaqları olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və yaxud əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükümü, bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddələr və cins şalvarın sol cibindən gümüşü rəngli tərəzi aşkar edilmişdir. Həmin bükümlər açıldıqda o, təqdim etdiyi bükümlərdən birinin narkotik vasitə heroin, digər bükümdəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşından onlayn üsulla kartına 360 manat pul ödəməklə 10 qram heroin və 3 qram metamfetamin alaraq üzərində saxlamış, aşkar edilmiş tərəzidən isə həmin maddələri çəkisini ölçmək üçün istifadə etdiyini bildirmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitəyə bənzər maddə, psixotrop maddəyə bənzər maddə və 01 ədəd tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. (cild İ, i/v: 61-62). - «Diskə baxış keçirilməsi haqqında» 2 mart 2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkili, polis mayoru Şahid1, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Şahid2, Şahid5 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid6 tərəfindən Şahid5 üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Şahid5 üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və yaxud əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid5 əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şahid5 təqdim etdiyi bükümün içərisində olan maddənin “kakos” dediyi narkotik vasitə heroin olduğunu etiraf etmiş və bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşayan Elxan adlı şəxsdən 50 manat pul müqabilində 1 qram narkotik vasitə heroini şəxsi istifadə məqsədi ilə almış, bir miqdarını istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək üçün üzərində saxlayıb gəzdirmişdir. Şahid5 üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. Şahid5 təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd gümüşü rəngli kağız bükülü təhqiqatçı Şahid6 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Şahid5 hüquqlarını müdafiə edən vəkil Bəhruz Səfərovun verdiyi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu, şəxsi istifadə məqsədi ilə əldə edib üzərində saxladığım, ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilmədiyini və heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkiliş polis kapitanı Şahid2 tərəfindən aparılmışdır. Video görüntü 03 dəqiqə 44 saniyə davam edir. (cild İ, i/v: 142) - «CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında» 3 mart 2023cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şahid4, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə və yaxud əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər maddəni, bir ədəd şəffaf rəngli polietilen bükümdə ağ rəngli kristallardan ibarət, psixotrop maddə metamfetaminə bənzər maddəni, əynində olan göy rəngli cins şalvarın sol cibindən isə 01 ədəd elektron tərəzini çıxardıb təqdim etmiş, həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və admı “Yusif” kimi bildiyi şəxsdən onlayn üsulla aldığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Şahid5 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini də eyni üsulla 24 manat pul müqabilində almış və həmin məbləğdə pul qarşılığında Şahid5 satmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Sərxan Məmmədov tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi 02 ədəd bükümdən və 01 ədəd elektron tərəzidən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. İçərisində qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf rəngli polietilen büküm, içərisində ağ rəngli kristallardan ibarət, psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd şəffaf rəngli polietilen büküm və 01 ədəd elektron tərəzi baş təhqiqatçı Şahid6 tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Videoçəkiliş polis mayoru Şahid4 tərəfindən aparılmışdır. Video görüntü 04 dəqiqə 30 saniyə davam edir. (cild İ, i/v: 143) Cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə əks olunmuş video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında», həmçinin «CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında» protokolların məzmununa uyğundur. - Məhkəmə-kimyəvi ekspertizası üzrə 25 fevral 2023-cü il tarixli 6/1137 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi və “...şübhəli şəxs: Şahid5 - imza, Müdafiəçiimza, İştirakçılar- iki imza, Şahid6-İmza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,603 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 71-75) - Məhkəmə-kimyəvi ekspertizası üzrə 25 fevral 2023-cü il tarixli 6/1138 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi və “...şübhəli şəxs: Mehdiyev imza, Müdafiəçi-imza, İştirakçılar- iki imza, Şahid6-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 14,221 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 3,185 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə Şahid5 aşkar edilmiş heroin ilə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (cild İ, i/v: 76-81) - Məhkəmə-narkoloji ekspertizasının 02 may 2023-cü il tarixli 2583 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 167-168) - cinayət işinin materiallarında olan istintaq orqanının «sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə» 29 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,121 qram təşkil edən narkotik vasitə heroin, 3,085 qram psixotrop maddə metamfetamin və üzərində heroinin və metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. (cild İ, i/v: 177-188) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübutlar və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən şəxs Xəqani Məhərrəmova narkotik vasitə satmadığını bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş ekspert rəylərindən görünür ki, Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təzyiq göstərdiyini, buna görə də ona məxsus olmayan narkotik vasitəni boynuna götürdüyünü bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanıldığı istintaq təcridxanasına sorğu ilə müraciət edilmiş və məhkəməyə təqdim olunan tibbi sənədlərlə müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olan zaman Təqsirləndirilən şəxs üzərində epiqastral nahiyədə qırmızımtıl, sağ baldırın arxa nahiyəsində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Məhkəmə qeyd olunmuş xəsarətlə bağlı Xəzər rayon Prokurorluğuna müraciət etmiş, müraciət üzrə rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və 12 iyul 2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, o, öz ifadəsində əvvəlcə Təqsirləndirilən şəxs küçədə saxlanılaraq orada üzərinə baxş keçirildiyini, üzərindən narkotik vasitə aşkar edildiyini, sonradan PŞ-nə apardıqlarını qeyd etsə də, ifadəsinin davamında Təqsirləndirilən şəxs saxlanıldığı yerə sonradan gəldiyini, o, gələn zaman Təqsirləndirilən şəxs artıq avtomobildə əyləşdiyini görmüş, orada Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitənin aşkar edilməsini görmədiyini, şəxsi üzərində narkotik vasitə daşıması ilə əlaqədar bölməyə apardıqlarını dediklərini, narkotik vasitəni polis şöbəsində olarkən gördüyünü qeyd etmişdir. Məhkəmə hesab edir ki, şahid məhkəmə iclasında ifadə verərkən şəxsin narkotik vasitələrin daşınmasında şübhəli şəxs kimi polis bölməsinə aparılması ilə bağlı məlumatı yanlış anlamış və o gələnə qədər şəxsin üzərinə şəxsi axtarış keçirildiyini və artıq narkotik vasitənin aşkar edildiyini zənn etmişdir. Məhkəmə həmçinin Şahid5 ifadəsinə qiymət verilməsini də zəruri hesab edir. Belə ki, Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını, polis əməkdaşlarının ona təzyiq göstərməsi ilə əlaqədar Təqsirləndirilən şəxs əleyhinə ifadə verdiyini bildirsə də, məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi tanışının üzünə onun əleyhinə ifadə vermək istəməməsi ilə əlaqədar olmuşdur. Belə ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-520/2023 nömrəli, 04 oyul 2023-cü il tarixli hökmündən görünür ki, o, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək üzərindən aşkar edilmiş narkotik vasitəni Binə qəsəbəsində Elxan adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmənin həmin hökmü qanuni qüvvəsini almış və qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş hallar məhkəmə üçün preyudisial əhəmiyyət daşımaqla yenidən sübut etmənin predmetini təşkil etmir. Məhkəmə həmçinin müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsi ilə bağlı qeyd edir ki, şahid ümumiyyətlə işin faktiki hallarından tamamilə fərqli ifadə vermiş, təqsirləndirilən şəxsin evdən tutularaq aparıldığını, polis əməkdaşlarının onun otağında axtarış apardıqlarını və otağından narkotik vasitə aşkar etdiklərini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilməmiş, ona məxsus evdən narkotik vasitə aşkar olunmamışdır. Belə olan halda, şahid Cəmilə Mehdiyevanın məhkəmə iclasında verdiyi ifadəsi həm cinayət işinin materialları, həm təqsirləndirilən şəxsin ifadəsi, həm də digər şahidlərin ifadəsi ilə kəskin ziddiyyət təşkil etdiyindən, məhkəmə onun ifadəsini qeyri-müəyyən və anlaşılmaz hesab edir. Bundan əlavə məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və Şahid5 məxsus olduğunu bildirdikləri səs yazıları ilə bağlı qeyd edir ki, həmin səs yazısının kimə məxsus olması, nə vaxt və hansı üsulla əldə edilməsi və s. hallar məhkəmə üçün qeyri-müəyyən olduğundan təqdim olunan səs yazısı mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah etmiş, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermiş, lakin sonradan məhkəmə iclasında ifadəsini dəyişərək narkotik vasitələrin ona məxsus olmamasını bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələr yuxarıda qeyd olunanlar da nəzərə alınaraq qeyri-səmimi və özünü müdafiə xarakteri daşımaqla, məsuliyyətdən yayınmaq və ya əməlinin daha yüngül maddəyə tövsif edilməsinə nail olmaq məqsədi güdmüşdür. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 14,221 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi isə 3,185 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin miqdarı külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Plenum qərarının 22-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olubolmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək daşıması, həmin əldə etdiyi heroin narkotik vasitəsindən Şahid5 satması, üzərindən narkotik maddə ilə yanaşı elektron tərəzinin də aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 146) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, daimi iş yeri olmaqla, iş yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı üç azlaşlı övladı var. (cild İ, i/v: 171-174) Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi "xxxx" QSC-nin 25 oktyabr 2023-cü il tarixli 274 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən Azərbaycan Hava Yolları QSC-nin X6 Baş İdarəsi Xüsusi Avtomobil Nəqliyyatı İdarəsində sürücü vəzifəsində işləmiş və işlədiyi dövr ərzində nümunəvi işçi olmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 51), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 137-138). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 02 may 2023-cü il tarixli, 2583 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Xəzər RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,121 qram təşkil edən narkotik vasitə olan heroin və 3,085 qram psixotrop maddə metamfetamin, habelə 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 110 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 660 (altı yüz altmış) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,121 qram təşkil edən narkotik vasitə heroin, 3,085 qram psixotrop maddə metamfetamin və üzərində heroinin və metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydıə alınmış videogörüntüləri özündə əls etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 660 (altı yüz altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar