Məhkəmə qərarları › İş №1(101)-424/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-424/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-424/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xəzər rayonunda yerləşən Teymur Əliyev adına olan sanatoriyaya bitişik tikilini özəlləşdirmək adı ilə vəd verib aldatmaqla vahid niyyəti ilə əhatə olunan qəsdlə ilk dəfə 15 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “TOS OİL” yanacaq doldurma məntəqəsinin yanında 15000 manat, ikinci dəfə 23 may 2022-cü il tarixdə eyni ünvanda 5000 manat, daha sonra 13 iyun 2022-ci il tarixdə həmin yerdə 44000 manat, daha sonra 08 iyul 2022-ci il tarixdə həmin ünvanda 10000 manat, 22 iyul 2022-ci il tarixdə eyni ünvanda 2000 manat, sonuncu dəfə isə 13 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında 36600 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 112600 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi, 1S saylı fərdi yaşayış evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla vahid niyyəti ilə əhatə olunan qəsdlə ilk dəfə 05 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən “50 qəpik” çay evində 3000 manat, ikinci dəfə 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Express Bank”a məxsus ödəmə terminalı vasitəsilə göndərilən 1000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 2 mədən ərazisində olan yaşayış evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində yerləşən “Ofisait” mağazasının qarşısında 1100 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 1100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 5.Bundan başqa, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 yaxın qohumu X3 adına ünvan 3 ünvanda yerləşən "xxxx" QSC-nə məxsus qeyri-yaşayış sahəsini "xxxx" QSC-nin "xxxx" MMC-nin A.Kərimovun adına yazılmış həmin obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair 13-1/2-K-2041/1-8/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunu istintaqa məlum olmayan vaxtda və üsulla saxtalaşdırmaqla dəmir yolunun balansında olan qeyri-yaşayış sahəsinin X3 adına qeydiyyata alınmasına etiraz edilmir cümləsini əlavə edib, sözügedən obyekti onun adına özəlləşdirəcəyi adı ilə vəd verib aldatmaqla 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Bakı” otelinin qarşısında olan parkda 80000 manat pulu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 80000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 6.Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, 1-ci massivdə yerləşən bağ evinə çıxarış almaq adı ilə vəd verib aldatmaqla 2023-cü ilin iyul ayının son on günlüyündə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Gəncə” təndiri mağazasının qarşısında 5600 manat pulunu adıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 7.Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 həyat yoldaşı X2 ləğv edilmiş “Azərbaycan Beynəlxalq Universiteti”-ni bitirməsi barədə dipolmu almaq adı ilə vəd verib aldatmaqla 2023-cü ilin avqust ayının ilk on günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Bolmart” marketinin qarşısında 2800 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 2800 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Sübutların tədqiqi: 8.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, zərərçəkmiş şəxslərdən aldığı pulu həqiqətən iş görmək üçün almış, həmin ərəfədə Mülki Prosessual Məcəllənin tələblərinə görə etibarnamə üzrə səlahiyyətli nümayəndə olaraq, fərdi qaydada hüquqi yardım göstərmişdir. Zərərçəkmiş şəxs5 ittiham aktında yazıldığı kimi səksən altı min manat yox, səksən min manat almışdır. Həmin vəsaiti qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı almışdır. Zərərçəkmiş şəxs5 ondan pulunu istəyəndə ona dərhal iyirmi min altı yüz manat qaytarmışdır. İltifatın qeyd etdiyi kimi özünü ona Əmlak Komitəsinin əməkdaşı kimi təqdim etməmişdir. Ona hüquqşünas olduğunu, bu sahə üzrə də bütün qanunvericiliyi bildiyini demişdir. Zərərçəkmiş şəxs3 dörd min manat Yasamal rayonunda yerləşən bələdiyyə sənədli evinə sənədlərin düzəldilməsi ilə üçün almışdır. Bununla bağlı DƏDRX-ə müraciət etmiş, imtina aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məbləğdən iki yüz manat qaytarmışdır. Zərərçəkmiş şəxs2 min yüz manat almışdır. Zərərçəkmiş şəxs2 qeyriyaşayış sahəsinə çıxarışı olmuş, orada ev tikmiş, DƏDRX-dən imtina cavabı almışdır. İmtinanın əsassız olmasını əsaslandırmalı idi. Həmin məbləğdən də iki yüz manatı qaytarmışdır. Zərərçəkmiş şəxs4 pul vəsaitini almışdır. Həmin vəsaitlə bağlı müstəntiqin dindirmə otağında, onlar notarial qaydada borc müqaviləsi bağlamışlar. O məsələ mülki xarakterlidir, onu üzə çıxarmamışlar. Həmin puldan da səkkiz min manat ödəmiş, onu qeyd etməmişlər. İttihamda qeyd edilən həmin məktub saxta məktub deyildir, sənəddə “etiraz edirik” sözünü “etiraz etmirik” sözü ilə əvəz etmişdir. Zərərçəkmiş şəxs1 ona beş min manat yox, dörd min manat Səngəçalda bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı vermişdir. Bununla bağlı müraciət etmiş və imtina cavabı almışdır. O pul vəsaitlərini alıb şəxsi istifadə etməmiş, iş görmüşdür. Sahil adlı şəxs ona 6 sot torpaq sahəsini göstərib, onların yeri olduğunu bildirmiş, DƏDRX-dən mühəndis gəlib həmin əraziyə baxış keçirmiş, imtina cavabında yazılmışdı ki, göstərilən bağ sahəsi sxematik xəritə ilə uyğun gəlmir, bununla bağlı icrası mümkün olmamışdır. Həmin dörd min manat ona qohumunun bağ evində verilmişdir. O, “Kapital Bank” kartı vasitəsilə altı yüz manat borcu qaytarmışdır. Onun üç min dörd yüz manat borclu olduğu halda məbləğ yüksək yazılmışdır. Zərərçəkmiş şəxs6 2800 manat pulu sənədləşdirmə üçün almış, min yüz manatını qaytarmışdır. İttiham irəli sürülən zərərçəkmiş şəxslərlə onun arasında hüquqi yardımla bağlı hansısa müqavilə olmamış, hər-hansısa hüquqi şirkətdə hansısa vəzifə tutmamışdır. 9.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, o təhsilini Bakı şəhərində azərbaycan dilində almışdır. Zərərçəkmiş şəxs5 tanıyırmış və həqiqətən də İltifatdan 112600 manat Xəzər rayonu ərazisində yerləşən obyekti özəlləşdirmək adı ilə pul almışdır, lakin heç bir iş görə bilmədiyi üçün İltifatdan aldığı bütün pulları öz ehtiyaclarına xərcləmişdir. Amma 2023-cü ilin ortalarında o, pulun bir miqdarını qaytarmış və hazırda İltifata 80000 manat verəcəyi qalmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 müəyyən bir müddətdirki tanımışdır, onun ev sənədlərini düzəltmiş və iş Bakı İnzibati Məhkəməsində adını bilmədiyi hakimin icraatında olmuşdur. Ramildən bu iş üçün 4000 manat pul almışdır. Məhkəmədə iş baxılmamış saxlanılmış, həmin puldan 200 manat qaytarmışdır, Ramil ilə danışıb hissə-hissə ödəcəyinə razılaşmışdır. Eyni qayda ilə o, Zərərçəkmiş şəxs2 ev sənədini düzəltmək adı ilə 1100 manat pulunu almış, lakin düzəldə bilməmişdir, həmin puldan 200 manat pul qaytarmış, 900 manatı isə hər ay üçün 200 manat ödəməyə razılaşmışlar. Zülfinin işi alınmamışdır. O, Zərərçəkmiş şəxs4 obyekt özəlləşdirmək üçün 80000 manat pulu almış, lakin düzəldə bilməmişdir, İraca obyektin sənədləşməsinə dair bir məktub özü düzəldib vermişdir, İracda da inanmış, lakin sonradan o görmüşdür ki, iş alınmamışdır və ondan pulunu tələb etməyə başlamış, o, da 8000 manat pulu qaytarmışdır 72000 manat pulu isə yaxın zamanda qaytaracağına söz vermişdir. O, Zərərçəkmiş şəxs1 bir neçə ay olarki tanıyırmış, 2023-cü ilin iyul ayından tanımışdır. O, müxtəlif şəxslərin bağ evlərinə torpaq sahələrinə dövlət reyestr xidmətindən sənəd almaq ilə məşğul olmuşdur və onların sənədlərini düzəltmişdir. Salehlə onu Nizami adlı tanışları tanış etmişdir. Saleh ona torpaq sahəsinə sənəd almaq istədiyini demiş və o da ona baxaq demişdir. 2023-cü ilin iyul ayının son on günlüyündə Qaradağ rayonu Sənqəçal qəsəbəsində bağlar massivində yerləşən 5 sot və 6 sot torpaq sahələrinə baxmışlar. Həmin torpaq sahələrinə sənəd almaq məsələsinə 7000 manata razılaşmışlar. Deyilən tarixdə yəni 2023-cü ilin iyul ayının sonunda Salehlə Sabunçu rayonu Zabrat qəsəbəsində görüşmüş və ondan 4000 manat pul almışdır, qalan 3000 manat isə sənəd tam hazır olduqdan sonra verməliymiş. Lakin onun sənədlərini o, hazır edə bilməmişdir, Salehdən aldığı pulu isə o, öz ehtiyaclarına xərcləmişdir. Hazırda Salehdən aldığı 3400 manat pulu qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs6 tanıdığı Orxan adlı şəxs vasitəsilə tanımışdır, həqiqətən də ondan onun həyat yoldaşının diplom işini həll etmək adı ilə 2800 manat pul almışdır, lakin işi həll edə bilməmişdir, pulu isə öz ehtiyaclarına xərcləmişdir, amma buna baxmayaraq Əsmərdən aldığı puldan 1100 manat pulunu qaytarmışdır. Aldığı bütün pulları bu zərərçəkmiş şəxslərə qaytarmağa çalışacaqdır (İİ cild, səh. 41-43). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Elnurla tanışlıqları ortaq tanışları vasitəsilə olnuşdur. Həmin şəxslərin adları Ağa və İslamdır. Elnuru ona sənəd düzəldə bilən şəxs kimi təqdim etmişlər. O da Elnura Mərdəkan ərazisində yerləşən qeyri-yaşayış sahəsini göstərmiş, Elnur da ona yüz on beş minə həmin obyekti özəlləşdirəcəyini demiş, lakin heç bir iş görməmişdir. Həmin ərazinin sənədi olmamışdır, səhv etmirsə TƏBİB-in balansında olmuşdur. Elnura may ayından dekabr ayına kimi hissə-hissə yüz on iki min altı yüz pul vermişdir. Pulları rüşvət kimi yox, sənədlərin düzəldilməsi üçün vermişdir. Ona sənədin qiymətinin yüz on min olduğu deyilmişdir. Elnur ona pulu Dövlət Əmlak Komitəsinə verəcəyini bildirmişdir. Elnur pulu verəcəyi bir-iki nəfərin adını çəksə də həmin şəxslərin adlarını hazırda xatırlamır. Elnur ona Əmlak Komitsəinin işçisi olduğunu demiş, bir iki dəfə də orada da görüşmüşdür. Elnura sənəd kimi ancaq şəxsiyyət vəsiqəsini vermişdir. Ümumilikdə ondan yüz on beş min manat istənilmiş, yüz on iki min altı yüz manat vermişdir. Sadəcə olaraq həmin ərəfədə ayağı sınmış, dəmir gipsdə olduğundan o sənədlərin arxasınca gedə bilməmişdir. Daha sonra iyirmi min altı yüz, sonra altı min də qaytarmışdır. Əvvəlcə onun işi olmuş, daha sonra isə qaynı Kazımlı Kazımı da bu şəxslə tanış etmişdir. Bu günə Elnurun ona olan borcu səksən altı min manat təşkil edir. Hazırda pulunu tələb edir və təqsirləndirilən şəxsdən şikayətçidir. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəlindən tanıyırmış. Belə ki, Elnuru o, ümumi tanışlar vasitəsi ilə tanımışdır. 2022-ci ilin əvvəllərində o, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Teymur Əliyev adına olan sanatoriya bitişik bir tikilini özəlləşdirib işlətmək istəyirmiş. 2022ci ilin may ayının əvəllərində Təqsirləndirilən şəxsla tanış olan zaman Elnur özünü bir iş adamı kimi təqdim etmiş və özəlləşdirmə, çıxarış alma və daşınmaz əmlakla bağlı olan bütün sənədləşmə işləri görə biləcəyini demişdir. O, Elnura sözü gedən yeri deyib özəlləşdirmək istədiyini bildirmişdir. Elnur özünün gedib həmin əraziyə baxmaq istədiyini demiş, o, ona həmin ərazinin konumunu atmışdır. Bir müddət sonra Elnurla o yenidən görüşmüş və o, ona bu məsələni həll edə biləcəyini demişdir. Elnur ona bu işin müqabilində 115000 manat pul istəmiş və o, da onun bu təklifi ilə razılaşmışdır. 15 may 2022- ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “TOS” oil yanacaq doldurma məntəqəsinin yaxınlığında Elnura 15000 manat pul vermişdir. 2-ci dəfə 23 may 2022-ci il tarixdə eyni ünvanda 5000 manat pulu Elnura vermişdir. Elnur isə pulları tez çatdırması üçün onu tələsdirməyə davam edirmiş. Elnura inanırmış və ona görə də 13 iyun 2022-ci il tarixdə eyni ünvanda 44000 manat pulu Elnura vermişdir. 08 iyul 2022-ci il tarixdə 10000 manat pulu həmin ünvanda Təqsirləndirilən şəxs vermiş, 22 iyul 2022-ci il tarixdə 2000 manat Elnura vermişdir. Daha sonra o, bir müddət pul tapa bilməmişdir. Elnur isə onu pulu tam verməyəcəyi halda işin batacağını deyirmiş, o, da ona görə də ordan burdan tapıb 13 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında öz iş yerində 36600 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs obyekt özəlləşdirmək üçün ümumilikdə 112600 manat pul vermişdir, o, Elnura pul verən zaman bəzilərində bacısı oğlu Əsədulla Kazımov olmuşdur. Elnur ondan 112600 manat pulu aldıqdan sonra 1 ay ərzində məsələni həll edəcəyini deyərək obyekti onun üçün özəlləşdirəcəyinə söz vermişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Elnur heç bir iş görməmişdir, o, Elnurdan işi görməsini tələb edəndə, Elnur hər dəfəsində müxtəlif bəhanələr gətirərək yaxın günlərdə həll edəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayında artıq o, Elnurun heç bir iş görmədiyini və onu aldadıb vaxt apardığını görüb ona verdiyi pulların qaytarılmasını tələb etməyə başlamışdır. Bu tələbdən sonra Elnur bir müddət yoxa çıxmışdır, onu axtarıb tapmış və pulunu qaytarmasını israrla tələb etmişdir. Bu tələbdən sonra 19 aprel 2023-cü il tarixdə Elnur ona 16600 manat pul qaytarmış, bir neçə gün sonra isə 4000 manat pul qaytarmışdır. Bundan sonra o, Elnuru tapa bilməmişdir. Hər dəfə zəng edib pulunu tələb edirmiş, lakin Bakı şəhərində olmadığını iş gördüyünü qaytaracağını bildirsə də, bu günə kimi 86000 manat pul verəcəyi qalmışdır və həmin məbləği də Elnur bu günə kimi qaytarmamışdır. O, sonda Elnurun ona qarşı dələduzluq etməsini başa düşmüş və Elnurun heç bir iş görən olmadığını, sadəcə onu inandırıb obyekt özəlləşdirmək məqsədi ilə külli miqdarda pulunu alıb ələ keçirmişdir (İ cild, səh. 10-11). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, bir neçə il bundan öncə evinə çıxarış almaq üçün DƏDRX-ə müraciət etmiş, ona oradan imtina verilmişdir. Elnurla həmin orqanda üzləşmiş, tanış olmuş, Elnur ona bildirmişdir ki, o, vəkildir, tez bir müddətdə bu işləri həll edəcək. Bununla bağlı Elnur Zabrat qəsəbəsində yerləşən “50 qəpik” çay evində ondan ilkin olaraq pul almışdır. Danışıq olarkən üç min manat, səhəri gün isə kartına min manat göndərmişdir. Pul vəkil kimi bütün işləri həll edib sonda çıxarışı veriləcəyi şərtilə verilmişdir . Dövlət ona çıxarış verilməsindən imtina etsə də belə, bildirmişdir ki, məhkəmə qaydasında ona çıxarış veriləcəkdir. Həmin ərazidə iyirmi il yaşamasını, kommunal ödəmələr etməsini məhkəmə nəzərə alacaqdır. Bunlarla bağlı mülki məhkəməyə müraciət etmiş, məhkəmədə iştirak etsə də, Elnur iştirak etməmişdir. Məhkəmədən bildirilmişdir ki, sənədlər qaydasında deyil, iddia təmin edilə bilməz. Daha sonra o, X6 şikayət etmiş, daha sonra prokurorluğa, Sabunçu Polisinə şikayətlər etmiş, nəhayət məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həbs edilmişdir. Pul təklikdə verilməmişdir. Verilən puldan ona iki yüz manat qaytarılmışdır. Qalan üç min səkkiz yüz manat pul vəsaitini tələb edir və şikayətçidir. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, onun Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsi 1S saylı fərdi yaşayış evi vardır. Həmin evə o, çıxarış almaq istəsə də ala bilməmiş, o, Daşınmaz Əmlakın dövlət reyestr xidmətinə getmiş və orada ona yenədə imtina vermişlər və ona hüquqi işlərlə məşğul olan şəxsə müraciət etməsi məsləhətini vermişlər. Həmin vaxt elə orada olan Əli adlı mühafizə polisinin əməkdaşı ona hüquqi işlərlə məşğul olan Təqsirləndirilən şəxs adında şəxs olduğunu demişdir. Əli Elnurun telefon nömrəsini ona vermişdir. O, Elnura zəng edib bu barədə deyən zaman Elnur özünü ona iş adamı kimi təqdim edərək çıxarışların alınmasını həll edən bir şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla o Sabunçu rayonu Zabrat dairəsi yaxınlığında yerləşən “50 qəpik” çay evində görüşmüşlər və Elnur ona evinə çıxarış almaq üçün 8000 manat pul istəmişdir, 4000 manat pulu əvvəlcədən qalan 4000 manat pulu isə iş bitdikdən sonra o, Elnurla razılaşmış və 05 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat dairəsində yerləşən “50 qəpik” çay evində 3000 manat pulu Elnura vermişdir. Sonra iki gün sonra yəni 07 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən “Express Bank”a məxsus ödəmə terminalı vasitəsilə 1000 manat pulu Elnura göndərmişdir. Elnur 4000 manat aldıqdan sonra 5 ay ərzində düzələcəyini desə də bu müddət gəlib keçdikdən sonra Elnur ona bəhanələr gətirməyə başlamışdır. O, Elnurun heç bir iş görmədiyini görüb ondan pullarını tələb etməyə başlamışdır. Elnur isə onu aldadaraq pulu qaytaracağı inandırmaq istəyirmiş, lakin qaytarmamışdır. O, da məcbur qalıb polisə şikayət etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Elnur ona 200 manat pul kart vasitəsi ilə göndərmişdir, hazırda ondan dələduzluqla aldığı pulun 4000 manat puldan 3800 manat qalmışdır (İ cild, səh. 143). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, qonşusu olan Elnurla təsadüfən Əmlak Xidmətinin idarəsində rastlaşmış, ona sənədləri ilə bağlı problemlərinin olduğunu, imtina verildiyini demişdir. Elnur bildirmişdir ki, ümid var, düzəltmək olar. Elnurla iki min manata razılaşmış, min yüz ödəniş etmişdir. İşin görülməsi üçün əvvəlcə 5 ya 6 min tələb etmişdir. İşin görülməsi üçün Elnur əvvəlcə 5 ya 6 min tələb etmişdir. Pul məbləği “28 May” ərazisində metronun qarşısında verilmişdir. Elnur ona endirimlər etməsinə baxmayaraq, ona görə risk edib razılaşmışdır ki, onun həm sağ, həm də sol qonşularının çıxarışları mövcuddur. İki yüz manat Elnur tərəfindən da ona qaytarılmışdır. Hazırda qalan doqquz yüz manat vəsaiti tələb edir. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs o, uzun müddətdirki tanıyırmış, onunla normal münasibətləri olmuşdur, aralarında heç bir vaxt ədavət olmamışdar. O, Elnuru bir işgüzar adam kimi tanıyırmış o, da hər görüşlərində özünü bir iş adamı kimi təqdim edərək mənzillərin obyektlərin çıxarışların alınması məsələlərinə baxdığını deyirmiş. Onun Bakı şəhəri, Binəqədi rayonu, DSK mədən 2 ünvanında evi varmış. O, uzun müddətdirki həmin evə çıxarış almaq istəyirmiş və bununla bağlı o Elnurla rastlaşıb söhbət edən zaman Elnur ona “elə bu işləri mən görürəm” demişdir. İlk öncə Elnur ondan 7000 manat pul istəmiş, lakin o, Elnura onun o qədər pulunun olmadığını bildirib 2000 manatda razılaşmışlar. Elnura 1100 manatı başdan verə biləcəyini demiş, qalan 900 manat pulu isə iş düzələndən sonra, Elnur razılaşmışdır. Bundan sonra 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu A.Puşkin küçəsində yerləşən “Ofisait” mağazasının qarşısında 1100 manat pulu Elnura vermişdir, həmin vaxt onların yanında heç kim olmamışdır. Elnur pulu ondan aldıqdan sonra 5 ay müddətinə həll edəcəyini demişdir, lakin onun vəd verdiyi vaxt gəlib keçdikdən sonra o, Elnurun heç bir iş görmədiyini görmüş və ondan bunun səbəbini soruşduqda, Elnur ona hər dəfəsində müxtəlif bəhanələr gətirərək işi həll edəcəyinə dair söz vermişdir, lakin heç bir iş görməmişdir. 8 ay keçdikdən sonra Elnur heç bir iş görməmiş ancaq yalan vədlər vermişdir, o, Elnurdan pulunu tələb etmişdir, o yenədə işi həll edəcəyinə dair onu inandırmağa çalışmışdır, amma Elnurun onu aldatdığını görüb polisə şikayət etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Elnur ona 200 manat pul kart vasitəsi ilə göndərmiş, hazırda Elnurun dələduzluqla aldığı pulun 900 manatını qaytarmamışdır (İ cild, səh. 138). 16.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Elnurla Zabratda yaşayan qonşusu İlkinin vasitəsilə tanış olmuş, ona hüquqşünas kimi təqdim edilmişdir. "xxxx"nın balansında olan qeyri-yaşayış sahəsi ilə bağlı Əmlak Komitəsindən həmin əmlakın özəlləşdirilməsinə etiraz etməmələri ilə məzmununda məktubun alınması üçün Elnura səksən min manat pul vermişdir. Pulu birdəfəlik, Tural adlı dostunun yanında vermişdir. O da həmin məktub əsasında dövlət rüsumunu ödəyib qeyri-yaşayış sahəsini öz adına özəlləşdirəcəkdi. Məktub ona veriləndən sonra yoxlatdırmış, məktubun saxta olduğu məlum olmuşdur. Məktubun məzmununu xatırlamır. Ondan sonra etirazını bildirmiş,pulunu qaytardığı halda şikayət etməyəcəyini demişdir. Həmin müddətdə bir iki ay ərzində Elnur ona səkkiz min qaytarmış, yetmiş iki min borcu qalmışdır. Pulu qaytarmadığından şikayət etmişdir. Elnur pulu alıb "xxxx" QSCyə verəcəyini demişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, pulunu tələb edir və ondan şikayətçidir. 17.Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayından tanıyırmış, Elnur özünü əmlak komitəsinin əməkdaşı kimi hamıya tanıdırmış və bütün əmlak məsələləri ilə bağlı işlərin həll etmə iqtidarında olduğunu deyirmiş. ünvan 6 ünvanında yerləşən "xxxx" QSC-nə məxsus qeyri-yaşayış sahəsi olmuşdur və o da həmin sahəni özəlləşdirmək istəyirmiş, bunun üçün ona "Azərbaycan Dəmir Yollan” QSC-dən məktub alınmalı lazım olmuşdur. Bu məqsədlə ağlına Təqsirləndirilən şəxs gəlmiş və o da ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müraciət etmişdir. Elnuronda olan sənədləri götürüb məşğul olacağını demişdir. Bir müddət sonra 2023-cü ilin aprel ayında Elnur ona bu işi gUrməsi üçün ona 80.000 manat pul verməli olduğunu demişdir. O, bir az düşündükdən sonra Elnura bu məbləği ona verəcəyi barədə razılığını bildirmişdir. Bundan sonra 28 aprel 2023cü il tarixdə gündüz saatlarında Elnurnan o, Nəsimi rayonu ərazisində əvvəllər fəailiyyət göstərmiş «Bakı» otelinin qarşısında olan parkda görüşüb ona 80.000 manat pulu vermiş, həmin vaxt onun yanında dostu Tural olmuşdur. Elnur 80000 manat pulu ondan aldıqdan sonra yaxın günlər ərzində lazım olan məktubu alıb verəcəyini bildirmişdir. Təxminən 20 gün sonra Təqsirləndirilən şəxs ona bir məktub gətirib vermiş və həmin söz verdiyi məktub olduğunu bildirmişdir. O, məktubu götürüb və özəlləşmə işlərinə başlamaq istəmişdir. Daha sonra ona bu məktubun saxta olduğunu demişlər, belə ki, məktubun üzərində olan kodla yoxlayıb sistemdən çıxmadığını görmüşlər. Bundan sonra Elnuru tapıb həmin məktubun sistemdən çıxmadığını demişdir, Elnur isə ona demişdir ki, «necə yəni çıxmır bunu mənə Vaqif müəllim verib Dəmir yolu idarəsindən», o, "xxxx" QSC-nə getmiş və orada Vaqif adlı şəxsin olmadığı məlum olmuşdur.O,həmin məktubu göstərmiş, lakin belə bir məktubun verilmədiyi deyilmişdir. Bundan sonra Elnurun onun 80000 manat pulunu aldadıb almış və inandırmaq üçün saxta bir məktub vermişdir. O, bunu Elnurdan soruşanda, Elnur ona konkret bir cavab verməmişdir. Elnur ondan pulu alanda həmin pulu kiminlə bölüşəcəyini bildirməmişdir. O, dəfələrlə Elnura onun külli miqdarda pulunu pulunun qaytarmalı olmasını bildirmişdir. Lakin hər dəfəsində müxtəlif bəhanələr gətirərək bu vaxta qədər Elnurdan bir xəbər çıxmamış və aldığı 80.000 manat pulu qaytarmamışdır (İ cild, səh. 150-151, 231). 18.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Elnuru Sənqəçalda işlədiyi bağ evində olan Əbülfəz və Nizaminin vasitəsilə tanımışdır. Altı və beş sot olan iki torpaq sahəsinin özəlləşdirilməsi üçün Elnura beş min altı yüz manat vermiş, amma sənədlər düzəlməmişdir. Daha sonra da Elnur telefona cavab verməmişdir. X11 Elnurun həyətində vermişdir. Ümumilikdə beş min altı yüz vermiş, verərkən yanında başqa kimsə olmamışdır. Elnurun ondan daha az pul alması barədə dedikləri yalandır. Elnur onun əmisinin kartına pul atmamışdır. Torpaq sahələrini çıxarışı biri əmisi Hüseyn, digəri isə onun qardaşının adına olmalı idi. Hazırda Elnurdan şikayətçidir. 19.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Elnuru Orxan adlı şəxs vasitəsilə tanımışdır. Orxana probleminin olduğunu, necə həll edə biləcəyini demiş, Orxan onlara tanıdığı vəkil olduğunu, onun vasitəsilə həll edə biləcəyini demişdir. Telefon vasitəsilə danışmış, telefonda onun yoldaşı ilə razılaşmışdır. Elnur telefonda üç min manat pulu və sənədləri istəmiş, onlar o qədər pul olmadığından kredit götürmüşdür. İki min səkkiz yüz manat pulu Zabratda “Bolmart” mağazasının qarşısında öz maşınlarında Elnura təqdim etmişlər. Pulu da, sənədləri də vermiş, onlara demişdir ki, on beş gün ərzində məlumat veriləcək, amma məlumat verilməmişdir. Bir müddət keçdikdən sonra pulunu geri istəmişdir. Pulunu tələb etdikcə ona iki yüz, üç yüz, beş yüz manat şəklində geri qaytarmışdır. Ümumilikdə Elnur ona min yeddi yüz manat qaytarmış, dəymiş ziyan tam ödənilməmiş, buna baxmayaraq təqsirləndirilən şəxsdən şikayəti yoxdur. 20.Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, həyat yoldaşı Taryel Məmmədov 2007-ci ildə hazırda fəailiyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Turizim fakültəsini bitirmişdir, lakin diplom ala bilməmişdir. Bu müddət ərzində nə qədər çalışsalar da diplomu ala bilməmişlər. Sonradan dəfələrlə təhsil Nazirliyinə müraciət etsələr də həyat yoldaşının adına diplom olmadığı bildirilmişdir. Bunun üçün də yollar axtarmağa başlamışlar, həmin ərəfədə onunla birilikdə müəllim işləyən Orxan müəllim onun Təqsirləndirilən şəxs adlı bir tanıdığı adam varmış və həmin şəxs özünü iş adamı kimi təqdim edirmiş. Daha sonra o, Orxandan Elnurun mobil telefon nömrəsini almış və onunla danışıb ona həyat yoldaşının diplom məsələsini demişdir. Elnur özü də ona özünü iş adamı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs telefonda ondan bu iş üçün 5000 manat pul istəmişdir, lakin o, ona bu qədər pulunun olmadığını yalnız 3000 manat pul verə biləcəyini demişdir. Elnur razılaşmış və o da qızıl əşyalarını lombarda girov qoyub pul götürmüş və 2023-cü ilin avqust ayının ilk on günlüyündə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Bolmart» marketinin qarşısında görüşərək Elnura 2800 manat pul vermişdir. O, Elnura pul verən zaman yanında həyat yoldaşı Taryel və Orxan müəllim olmuşlar. Elnur 1 ay müddətinə diplomu alıb verəcəyinə söz vermişdir. Lakin bir ay müddət gəlib keçməsinə baxmayaraq Elnur verdiyi sözü əməl etməmişdir. O, artıq Elnurun müxtəlif bəhanələr gətirərək onları aldatdığını görmüş və ona görə də pullarını tələb etməyə başlamışdır. Elnur yalandan vədlərinə davam etmişdir. O Elnurdan pulunun qaytarılmasını tələb edən zaman Elnur 1100 manatı müxtəlif vaxtlarda hissəhissə qaytarmış, lakin 1700 manat pulu bu günə kimi qaytarmamışdır (İİ cild, səh. 24). 21.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, axşam radələrində, YDM yanında iki üç dəfə dayısı Elnura on beş-iyirmi min pul vermişdir. Pulların hər biri onun iştirakı ilə verilmişdir. Dayısı ilə yaxın işlədiyindən bir yerdə gedib gəlmişdir. Hadisə çoxdan olduğundan tam dəqiq məbləğ yadında deyil, amma hər dəfə on beş-iyirmi min YDM-nin həyətində verilmişdir. Pulun hansı məqsədlə verilməsini dəqiq bilmir. 22.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun doğma dayısıdır. Dayısı İltifat bir neçə dəfə onun yanında Təqsirləndirilən şəxs adlı şəxsə külli miqdarda pul vermişdir, belə ki, dayısı obyekt özəlləşdirmək istəyirmiş və ona görə də Elnura pul vermişdir. Söhbətlərin birində Elnur özünü yuxarıda adlarını çəkmədiyi şəxslərlə yaxın əlaqələrinin olmasını və bütün işləri görə biləcəyini demişdir. Elnur hər dəfəsində dayısından pulu alan zaman işlərin yaxın günlərdə həll edəcəyinə dair sözlər verirmiş. X8 harada tanış olmuşdur bundan onun məlumatım olmamışdır, lakin Elnur dayısınıv aldadıb külli miqdarda pulunu ələ keçirmişdir. Hətta sonuncu dəfə dayısı İltifat Nərimanov rayonunda öz iş yerində Elnura pul vermişdir, lakin həmin vaxt o, iştirak etməmişdir. X12 Heydərova ümumilikdə 112600 manat pul vermişdir. Elnur pulları alıb getdikdən sonra heç bir iş görməmişdir, dayısı hər dəfə onunla əlaqə saxlayıb nə zaman obyekti özəlləşdirəcəyini soruşduqda Elnur yalan vədlər verməyə davam edirmiş. Artıq dayısı Elnurun onu aldatdığını başa düşdükdə pullarını geri tələb etməyə başlamışdır, Elnur yenədə müxtəlif bəhanələrlə pulları qaytarmaqdan boyun qaçırmışdır, son vaxtlar isə Elnur ümumiyyətlə telefon zənglərinə cavab vermirmiş (İ cild, səh. 240-241). 23.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Əsmər xanım onun iştirakı ilə təqsirləndirilən şəxsə pul vermişdir. Pulun məbləğini xatırlamır. Elnurla tanışlığı onun atası və anası üçün sənədləşmə işləri ilə bağlı ona etibarnamə verməsi, Elnurun da onların işlərini həll etməsi ilə bağlı olmuşdur. Şəxsən bilməsə də Elnurun vəkil olmasını eşitmişdir. 24.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun işə yoldaşıdır, o internat məktəbində ingilis dili dərsi üzrə müəllimdir. Təqsirləndirilən şəxs o, uzun ilrərdir ki, tanıyırmış, belə ki, Elnur bir neçə dəfə onun valideyinlərinin etibarnamə üzrə bir neçə hüquqi işlərini həll etmişdir. İş yoldaşı Əsmərlə söhbət edən zaman o, həyat yoldaşının ləğv edilmiş Azərbaycan Beynəlxalq Universiteti bitirdiyini, lakin diplomunu ala bilmədiyini demişdir və bu işdə ona köməklik edilməsi demişdir. Onun ağlına Elnur gəlmişdir, çünki Elnurun hüquqi işləri gördüyünü bilirmiş. O, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Əsmərə vermiş, Əsmər özü Elnurla əlaqə saxlayıb danışıb qiymətinidə razılaşmışlar. 2023-cü ilin avqust ayının ilk on günlüyündə Əsmər Elnura onun yanında Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən «Bolmart» marketin qarşısında həyat yoldaşının diplomunu alıb verməsi üçün 2800 manat pul vermişdir. Lakin Elnur pulu aldıqdan sonra heç bir iş görməmiş və söz verdiyi kimi Əsmərin həyat yoldaşının diplomunu alıb verməmişdir. Bundan sonra Əsmər ondan pullarını tələb etməyə başlamış və bildiyinə görə Elnur müəyyən məbləği geri qaytarmışdır, lakin sonradan bu günə qədər Elnur Əsmərin pulunu tam şəkildə qaytarmamışdır. Ona görə də Əsmər Elnur barəsində polisə şikayət etmişdir (İİ cild, səh. 30-31). 25.«Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında» 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ADY “Əmlak MMC”-dən A.Kərimovun adına yazılmış obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair məktubunun üzərində Dəmir Yolunun balansında olan Qeyri-Yaşayış sahəsinin X3 adına qeydiyyata alınmasına etiraz edilməsinə dair düzəlişlər edilmiş məktub maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır (İ cild, səh. 44-52). 26.«Tutma haqqında» 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 38). 27.«Qətimkan tədbirinin seçilməsi barədə» 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 66). 28.«Axtarışda olan şəxsin tutulması barədə» 14 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir (İ cild, səh. 182). 29.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli, 4(008)- 155/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 14 mart 2024-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 175-180). 30.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 242-243). 31.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 32.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 34.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 35.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 36.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etməsi tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, toplanılmış sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 40.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 43.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 45.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 47.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 48.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 50.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 54.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı - 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış - ADY “Əmlak MMC”dən A.Kərimovun adına yazılmış obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair məktubunun üzərində Dəmir Yolunun balansında olan qeyriyaşayış sahəsinin X3 adına qeydiyyata alınmasına etiraz edilməsinə dair düzəlişlər edilmiş məktubun cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. 58.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 60.Müdafiəçi Bakı şəhəri «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 61.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «MBM» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «MBM» Vəkil Bürosunun hesabına ödənilməlidir. 62.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «MBM» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış - ADY “Əmlak MMC”-dən A.Kərimovun adına yazılmış obyektin digər şəxslərin istifadəsinə verilməsinin planlaşdırılmamasına dair məktubunun üzərində Dəmir Yolunun balansında olan qeyri-yaşayış sahəsinin X3 adına qeydiyyata alınmasına etiraz edilməsinə dair düzəlişlər edilmiş məktubun cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar