Məhkəmə qərarları › İş №1(101)-425/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-425/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-425/2023 23.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X16 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6, Müdafiəçisi: Femida Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, 18 avqust 1978-ci ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Müşalan küçəsi, yeni tikilidə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 6,695 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşımaqla saxlamış, 2022-ci ilin aprel ayının sonlarında ünvan 1 ünvanının qarşısında həmin narkotik vasitə qurudulmuş marixuananı tanışı X9 400 manat pul müqabilində satmış, Elşən Fərəczadə öz növbəsində həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram və 0,417 qram, ümumilikdə 0,827 qram hissəsini 01 may 2022-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanının qarşısında tanışı X17 20 manat pul müqabilində satmış, Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X23 01 may 2022-ci il tarixdə, saat 16:30 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 ədəd kağız bükümdə saxladığı şəxsi istehlak miqdarında, ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qram və 0,417 qram, ümumi təmiz çəkisi 0,827 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq X18 02 may 2022-ci il tarixdə, saat 12:30 radələrində ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd yaşıl rəngli şalvarının sağ yan cibindən onun satdığı, bioloji tərkib komponentlərinə görə Nəcəf Əliyevin üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,619 qram və 3,249 qram, ümumi təmiz çəkisi 5,868 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə 02 may 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa “Camal” adı ilə məlum olan şəxsdən qanunsuz olaraq 459,232 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşımaqla saxlamış, 02 may 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tanışı Şahid5 həmin narkotik vasitə qurudulmuş marixuananın 6,882 qram hissəsini 80 manat pul müqabilində satmış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 03 may 2022-ci il tarixdə, saat 13:30 radələrində ünvan 5 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “NAVAB SPİÇKİ” sözləri yazılmış kibrit qutusunda saxladığı, 2,350 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 14:55 radələrində onun iştirakı ilə ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin həyətyanı sahəsində idarə etdiyi “Mersedes C 220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofan torbanın içərisində, bioloji tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə eynilik təşkil edən, 450,0 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və avtomobilin ön oturacaqları arasında yerləşən saxlanc yerində, gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, Nizami RPİ-nin əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid5 03 may 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X35 küçəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən, onun satdığı, üzərində “AVİON” yazısı olan 01 (bir) ədəd kibrit qutusunun içərisində saxladığı 5,253 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra Şahid5 04 may 2022-ci il tarixdə saat 01:25 radələrində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə şübhəli şəxs qismində saxlanılması üçün təhvil verildikdən sonra üzərinə baxış keçirilərkən əynindəki şalvarın kəmər taxılan hissəsinin sol iç tərəfindən 02 (iki) ədəd kağız bükümdə üzərində aşkar edilmiş 5,253 qram narkotik vasitə qurudulmuş marixuana ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,802 qram və 0,827 qram çəkidə, ümumilikdə 1,629 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ittiham aktında yazılan hər şey yalandır. Ayın 2-i Bərdə rayonunda olmuşdur, işə görə Bakı şəhərinə gəlmişdir. Ayın 4-ü rayona qayıtmalı imiş. Saat on birə işləmiş Camalın nömrəsi olmadığı üçün Salehə zəng etmişdir ki, Camala zəng edib onun 800 manat məbləğində 80 qram miqdarında marixuana almaq istədiyini bildirsin. Saleh Camala zəng etmiş və 1 saat sonra Camalla Maştağa yolunda yolkalıqlar olan yerdə görüşmüşlər. Onlar avtomobildə gözləyirmişlər. Camal da gəlib avtomobilə əyləşmişdir. O Salehə 800 manat pul vermişdir ki, sayıb Camala versin. Saleh Camala pulu vermiş və o 80 qram marixuananı öz şəxsi istifadəsi üçün götürmüşdür. O Salehi “Kanal” marketin yanında düşürtmüşdür, özü isə evə getmişdir. Növbəti gün saat on ikinin yarısı isə Keşlə qəsəbəsinə, bibisi gilə gedəndə Keşlə qəsəbəsində onu tutmuşlar. Onu tutan şəxslər 6 nəfər imişlər. Onlar özləri onun avtomobilini sürüb idarəyə gətirmişlər. Onlar avtomobildə olan 80 qram marixuananı götürmüşlər, onu isə idarədə yuxarı mərtəbəyə çıxarmışlar. Üzərində telefon var imiş. İdarədə adını dəqiq bilmədiyi, adının İlkin və ya Elvin olmasını yəqin etdiyi rəisin otağına daxil olmuşlar. Telefonunu ondan almışlar. Elvin müəllim kirbit qutusu verərək cibinə qoymağını istəmişdir, avtomobilinin yanına gedəcəklərini, avtomobilinə tərəzi və 80 qram marixuananı yerləşdirəcəklərini, onun onları avtomobildən çıxarıb onlara təqdim etməli olacağını bildirmişdir. O ona narahat olmamalı olduğunu və onu narkotik vasitə istifadəçisi kimi məhkəməyə verəcəklərini, onun da məhkəmədən çıxacağını bildirmişdir. Avtomobilinin yanına getmişlər. Kirbit qutusunu onun cibinə qoymuşlar. Tərəzini, 80 qram marixuananı ağ rəngli paketə qoyub avtomobilə yerləşdirmişlər. Bundan sonra əməliyyat çəkilişi olmuşdur. O avtomobilin yanında onlara cibinə yerləşdirdikləri kirbit qutusunu təqdim etmiş, bundan sonra isə avtomobilə yerləşdirdikləri tərəzini təqdim etmişdir. Bundan sonra müstəntiq 234.1-ci maddə ilə məsuliyyətə cəlb olunmağı barədə sənədi ona imzalatdırmışdır. O elə bilirmiş ki, ağ sellofan paketin içərisində ona məxsus 80 qram marixuana var. Lakin o barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə prosesi zamanı həmin paketdə 450 qram narkotik vasitə olduğunun qeyd olunduğunu öyrənmişdir. Bunu öyrəndiyi vaxt əsəb gərginliyi keçirmişdir. O narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Avtomobilə baxış videoçəkilişlə olmuşdur. Avtomobildən çıxarılan narkotik vasitə 80 qram olmuşdur. Avtomobildən çıxarılan paketdəki narkotik vasitənin miqdarı 80 qrama oxşayırmış. Onda olan marixuanaya oxşayırmış, miqdarı daha çox deyilmiş. Həmin 80 qram marixuananı paketə qoyub bağlamışlar, o da onu imzalamışdır. Paketə əlavə heç nə qoymamışlar, lakin yazanda 450 qram kimi rəsmiləşdirmişlər. Üzərinə onun yanında 450 qram yazmamışlar. Ona təqdim etdikləri sənədi imzalamışdır. Ona təqdim olunan sənədi oxumamışdır. Vəkil təyin etməmişlər. Otaqda üzərindən heç nə çıxmamışdır, avtomobilin yanında cibinə yerləşdirdikləri kirbit qutusunu təqdim etmişdir. Üzərində telefonu var imiş. Üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq dövründə onu incidən, döyən olmamışdır, sadəcə olaraq onu aldatdılar. Məhkəməyə çıxanda aldandığını bilmişdir. Məhkəməyə çıxandan sonra heç bir sənədi imzalamamışdır. Məhkəmədə onda 450 qram narkotik vasitə olmadığını demişdir. Bunu qeydə alıbalmadıqlarını bilmir. İstintaq müddətində aldadılmağı barədə heç bir yerə şikayət etməmişdir. Əvvəllər hərbi xidmətlə əlaqədar 1998-ci ildə hakim qarşısına çıxmışdır. Cinayət işi ilə bağlı məsələlər yadında qalmamışdır. O hər gün yox, hərdən narkotik vasitə almışdır. Dam ustası işləyirmiş, bu fəaliyyətlə həmişə məşğul olurmuş. İşdən təqribən 2000-3000 manat pul alırmışdı. 80 qram marixuananı bir-iki ay istifadə etmək üçün almışdır. 1 il imiş ki, gündə bir dəfə olmaqla, narkotik vasitədən istifadə edirmiş. Saleh tanışı imiş və Maştağa qəsəbəsində yaşayırmış. O da onunla birgə tutulmuşdur. O Camalı tanımırmış. Camalla görüşəndə Salehlə bir yerdə olmuşlar. Onu avtomobilini idarə edərkən tutmuşlar. X31 qəsəbəsində yaşayırmış, tanıdığı adam imiş. O Elşənə narkotik vasitə satmamışdır. Elşənin Nəcəfə narkotik vasitə satdığını bilməmişdir. Camaldan narkotik vasitə alıb Salehə satmamışdır. Onlar görüşəndə axşam gecə saat 11 imiş. Camal gəlib avtomobildə arxada oturmuşdur. Saleh isə sağ tərəfində, yanında imiş. Buna görə də pulu Salehə vermişdir ki, o pulu Camala ötürsün. O ayın 2-si saat 10 radələrində Bakıda olmuşdur, saat 1-5-də Bakıda olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlara Nəcəf adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Nəcəf əməliyyat tədbiri zamanı saxlanılmışdır. Nəcəfin üzərində maddə aşkar edilmişdir. Nəcəf bildirmişdir ki, Keşlədə Elşəndən almışdır. Əlavə əməliyyat qrupu yaradılmışdır. Elşən saxlanılmışdır. Elşənin üzərində kibrit qutusunda 4 büküm çıxmışdır. O bildirmişdir ki, onu 400 manata Azərdən almışdır. Sonra Azəri müəyyən etmişlər. Azəri Keşlədə saxlayıb gətirmişlər. Maşının oturacağının altından aşkar olunmuşdur. O da Salehdən aldığını bildirmişdir. Saleh müəyyən olunmuş və Maştağada saxlanılaraq gətirilmişdir. Saleh də demişdir ki, o Azərdən alıb. Azər isə Salehdən aldığını demişdir. Ümumi aşkar olunan narkotik vasitə marixuana imiş, kütləsi isə yadında deyil, təqribən 200 qramdan çox olarmış. Azərin üzərində və maşınında eyni gündə narkotik vasitə aşkar olunmuşdur. Azər Salehdən aldığını demişdir. X19, yoxsa Salehin Azərdən alması istintaqın gedişində müəyyən oluna bilərmiş. Elşən dediyinə görə Azəri saxlamışlar. Salehdə xatırladığı qədərilə 1 qutu imiş. Uzun müddət keçdiyi üçün dəqiq yadında deyil. Nəcəf Azərdən bir-iki gün əvvəl, təxminən ayın 1-i saxlanılmışdır. Elşən ondan bir gün sonra saxlanılmışdır. Ayın 1-i Nəcəf, ayın 2-si Elşən, ayın 3-ü Azər saxlanılmışdır. Azərin evində və ya digər bir yerdə narkotik vasitə olması ehtimalı olmamışdır. Azər və digər saxladıqları şəxslər barədə əvvəllər məlumatları olmamışdır, məlumat daxil olandan sonra olmuşdur. Məlumat ona daxil olmuşdur. Məlumat qanunsuz dövriyyə barədə imiş. Birinci məlumat Nəcəf barəsində daxil olmuşdur. Azər barədə məlumat olmuşdur, Elşən də bildirmişdir ki, Azərdən alıb. Azər barəsində məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə imiş. Nəcəf və Azər barəsində əməliyyat məlumatı olmuşdur. Azərə Keşlə qəsəbəsində N.Abdullayev küçəsində yaxınlaşıb özlərini təqdim etmişlər. Onu dəvət etmişlər və o da gəlmişdir. Azər normal şəkildə onlarla idarəyə getmişdir. Azər öz maşınında idarəyə getmişdir. Azərin maşınını o idarə etmişdir. İkisi maşında olmuşlar, digərləri isə xidməti maşında imişlər. Maşını saxlayıb, yuxarı çıxmışlar. Təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. Sonra təhqiqatçı demişdir ki, maşına baxış keçirməliyik. Gətirib birbaşa təhqiqatçının otağına qaldırmışlar. Otağa qaldırandan sonra baxışı keçirməyə başlamışlar. Təhqiqatçının otağına qaldırmışlar və orada baxış keçirilmişdir. O orada olmuşdur. Ona vəkil təqdim olunmuşdur. Baxışda vəkil iştirak etməmişdir, ancaq vəkil oraya gəlmişdir. Vəkil saxlanılandan sonra gəlmişdir. Üzərində narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə aşkar edildikdən sonra zərfləşdirilib, qablaşdırılıb, sonra da maşına baxış keçirilmişdir. Maşında sağ oturacağın altından 1 büküm çıxmışdır. Bükümün çəkisini dəqiq xatırlamır. Başqa heç nə aşkar olunmamışdır. İşin mahiyyəti üzrə maşında narkotik vasitədən başqa şey aşkar olunmamışdır. Azəri saxlayarkən onu hansı səbəbdən saxladıqlarını demişdir. Özlərini təqdim etmişlər. Heç nə soruşmamışlar, ona “Gedək bizimlə idarəyə, şübhəli şəxs qismində gedirik” demişlər. Azər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli imiş. Əməliyyat tədbiri keçirmək üçün qərarları var imiş. Şəxsi saxlayarkən döymə, vurma, incitmə və digər qeyri-prosessual hərəkətlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azər onun tanışıdır. Onu dam ustası kimi tanımışdır. O özü narkotiklə əlaqədar həbs olunmuşdur. İkisi bir yerdə nəşə çəkmişlər. Onu sonradan saxlamışlar. Azər rayonda imiş, Bakıya gəlmiş, ona zəng etmişdir ki, görüşsünlər. Camal adlı şəxsdən 800 manata mal, nəşə almışdır. Sonra Azərlə nəşə çəkmişdir. Azər onu avtomobillə aparıb qapıda düşürtmüşdür. Daha sonra ayrılmışlar. Camal onun tanışı imiş. O, narkotik vasitədən istifadə edirmiş, nəşə çəkirmiş. Nəşə, yəni marixuana. Azər də çəkirmiş. Azər rayondan Bakıya gəlmiş, bir yerdə görüşmüşlər, Camal adlı şəxsdən mal, nəşə almışlar. Camalı Azərlə o tanış etmişdir. Həmin gün görüşməkdə başqa məqsədləri olmamışdır, Camaldan marixuana almaq olmuşdu. Azərlə bir yerdə imişlər. Camalla Maştağa kəndində görüşmüşlər. Camaldan marixuananı o götürmüş, Azərə vermişdir. Bir yerdə görüşüb Camala zəng etmişlər o da gəlmişdir. Camal malı ona vermiş, o da Azərə vermişdir. Azər 800 manat ödəniş etmişdir. Həmin vaxt Azər 800 manatı ona vermiş, o da pulu saydıqdan sonra Camala vermişdir. Azər həmin marixuanadan 1 çəkimlik ona vermişdir. Azər 1 çəkimlik marixuananı ona nəsə müqabilində verməmişdir. O, 1 çəkimlik marixuana müqabilində Azərə 80 manat verməmişdir. Azər nə vaxtsa ona narkotik vasitə satmamışdır. Bir tutulanda, ikinci də polis bölməsində üzərinə axtarış keçirmişlər. Üzərindən heç nə çıxmamışdır. Ona 1 qutu vermişlər və demişlər ki, “de Azərdən almışam”. İfadəsini özləri yazmışlar, o oxuya bilmirmiş. Vəkillə təmin olunmuşdur. Vəkil ifadədə yazılanları ona oxumamışddır. Eləcə demişdir ki, ifadəyə qol çək. Ona demişlər ki, “De Azərdən bir karopka nəşə almışam”. 7 nəfər polis işçisi onu döymüşdür. Birinci Azəri tutmuşlar. Azərdən 3-4 saat fərqlə onu tutmuşlar. Onları bir yerdə necə tuta bilmədiklərinin səbəbini bilmir. Onun adını Azər vermişdir. Xəsarət almamışdır. Salehin adını ona təzyiqlər altında yazdırmışlar. Onun xəsarətim yox imiş ancaq onu incitmişlər. Onu məcbur etmişlər ki, Salehdən aldığını desin. Lakin o demişdir ki, Camaldan almışdır, Saleh yanında olub, amma Salehdən almamışdır. Saleh sağ tərəfində oturmuşdur. O Camaldan marixuananı götürmüş və pulu Salehə ötürmüşdür ki, pulu ona versin. Sadəcə Saleh pulu alıb Camala vermişdir. Barəsində satışla, 234.2-ci maddə ilə təqsirləndirilməsi ilə bağlı cinayət işi vardır. O heç kimə satmamışdır. Sübut da yoxdur. İttihamda yazılanlardan məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tutulanda onun üstündə heç nə olmamışdır. Onun gözü yaxşı görmür, yaxından görə bilmir, “Dünya göz”-də onun qeydiyyatı da var. Onu səhər tutmuşlar, üstündə heç nəyi yox imiş. Marketdən çörək almağa getmişlər. Nizami rayonunda Baş idarə əməkdaşları onu tutmuşlar. Gedib evdən qonşuluqdakı oğlanlara demiş, onlar polislərə kömək edirmişlər. Onun eynəyini gətirməmişlər, telefonunu gətirmişlər. Onlar onu Azərlə dəfələrlə görmüşlər. Ayda-ildə bir dəfə, 2 ayda bir onunla nəşə çəkirmişlər. Amma aralarında alış-veriş olmamışdır. Bir dəfə Azər öz bükümündən çıxarıb ona vermişdir. Heç büküm halında olmamışdır, 2 dənə ona vermişdir. Onlardan birini qaziyə vermişdir. Qazi gedib tutulmuşdur. Onun da yanında iki qazi dostları olmuşdur. Qabağına şərt qoymuşlar, onu verib. Sonra polis bölməsinə gətirmişlər. İki karopka qabağına qoymuş və demişlər ki, “Elşən, qorxma, Azəri bizə ver, ikinizi də 234.1 edəcəyik”. O da Azərə zəng etmiş və gəlib Azəri də tutmuşlar. İki karopka qoymuşlar. Sonra kağızlara qol çəkəndən sonra vəkili ona göstərmişdir ki, 5 karopkadır. Guya 5 karopkanı Azərdən almışdır. Elə olmamışdır. Heç üzərində də olmamışdır. Qazinin adı Nəcəf Salmanov olmuşdur. Nəcəfə narkotik vermişdir. Nəcəf də Nizami rayonunda məhkəmədə ona təmənnasız verdiyini demişdir. Ona 2-3 dəfə zəng edib demişdir ki, “Elşən bədənim ağrıyır”. 2-3 dəfə zəng eləsə də, atkaz eləmişdir. Ondan sonra onu çağırmış, ona özündə olanı vermişdir. Azərdən büküm almamışdır. Heç ödəniş də etməmişdir. Azər öz bükümündən çıxarıb ona vermişdir. Onun üçün ödəniş etməmişdir. O özü çəkmək üçün Azərdən istəmişdir. Azər pay kimi vermişdir. Bölmədə Azərlə üzləşməmişdir. Birinci dəfə məhkəmədə Azərlə üzləşmişdir. Ona 2 il 6 ay cəza verilmişdir və 7 saylı Cəzaçəkmə məntəqəsində cəza çəkir. Barəsində 234.2-ci maddə ilə marixuana ilə hökm çıxmışdır. Ona demişlər ki, 234.1-ci maddə ilə ittiham verəcəklər, qol çəksin. İstintaqda “Təqsirləndirilən şəxs qutusunun biri 80 manat olmaqla ümumilikdə 400 manata 5 qutu qurudulmuş marixuana aldım” demişdir. Nəcəf məhkəmədə demişdir ki, ona satmamışdır. Təmənnasız verilmişdir. Barəsindəki hökm Nəcəflə bağlı olmuşdur, 234.2-ci maddə ilə. 2022-ci ilin noyabr ayında ona cəza verilmişdir. Həmin hökmlə razılaşmış şikayət verməmişdir. Barəsində işə baxılanda qaziyə verdiyi narkotiki haradan əldə etdiyini demişdir. Demişdir ki, dostundan almışdır. Polislər dostunun kim olduğunu soruşmuşdur. Məhkəmədə də dostunun kim olduğu soruşulmuşdur. Demişdir ki, Azərdən almışdır. Hökmü almış və razılaşmışdır, məhkəmədəki ifadəsini oxumuşdur. Hökmdə məhkəmədə dedikləri yox, başqa şey yazılmışdır. Yazılmışdır ki, Azərdən 5 karopka almışdır. Orada ona demişlər ki, “Elşən, bunlara qol çək, 234.1 edəcəyik”. Bunu məhkəmə yox, müstəntiq demişdir. Məhkəmədə Azərdən aldığını demişdir. Həmin sözlər hökmə yazılmışdır. Məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 təqsirləndirilən şəxslə yaxın münasibətdə olan tanışları olmaqla maraqlı şəxslər sayıldığından, məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün digər sübutlarla öz təsdiqini tapan ibtidai istintaqda verdiyi ilkin ifadələrindən imtina edirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 may 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid5 Azəri onun öz istəyi ilə Camal adlı şəxslə tanış etdiyini, Azərin Camaldan narkotik vasitə olan qurudulmuş marixuana aldığını, Azərin ona az miqdarda marixuana verdiyini, özü də Azərdən 80 manat müqabilində 1 kibrit qutusunda marixuana aldığını bildirmiş, Təqsirləndirilən şəxs da qeyd olunan xüsusatları təsdiq edərək Şahid5 1 kibrit qutusunda marixuananı 80 manata satdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 may 2022-ciil tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, X18 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Elşən Fərəczadə 400 manat pul müqabilində Təqsirləndirilən şəxs 5 kibrit qutusunda marixuana aldığını bildirmiş, Təqsirləndirilən şəxs da qeyd olunan xüsusatı təsdiq edərək Elşən Fərəczadəyə 400 manat pul müqabilində 5 qutu narkotik vasitə marixuana satdığını bildirmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin aprel ayının sonlarında günorta saatlarında ünvan 1 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs qutusunun biri 80 manat olmaqla ümumilikdə 400 manata 5 qutu qurudulmuş marixuana almışdır. 01 may 2022-ci il tarixdə günorta saatlarında tanışı Nəcəf onun mobil nömrəsinə zəng edərək ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O da Nəcəfə marixuana tapa biləcəyini deyib təxminən 1 saat sonra yaşadığı evin yaxınlığına, yəni ünvan 1 ünvanının qarşısına gəlməyi bildirmişdir. Təxminən saat 14 radələrində Nəcəf dediyi yerə gəlmiş və o Nəcəfə 02 bükümdə marixuana vermişdir. Bunun qarşılığına Nəcəf də ona 20 manat pul vermişdir. 02 may 2022-ci il tarixdə saat 12 radələrində o ünvan 9 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək onu Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmişdir. Nizami RPİ-də ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi Adilə Məmmədova ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunu təqdim edərək həmin qutuların içərisində marixuana olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Onun içərisində qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar edilmiş həmin kibrit qutuları 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin vaxt o üzərindən aşkar olunmuş marixuananı 10 gün öncə Azər adlı tanışından aldığını demişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində ittihamda göstərildiyi kimi 450 qram deyil, ümumilikdə 80 qram narkotik vasitə olması, özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Cinayət işində olan 03 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “NAVAB SPİÇKİ” sözləri yazılmış kibrit qutusunun içərisində yaşıl rəngli spesifik iyə maxsus olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin marixuana olduğunu və özü qəbul etdiyini bildirmişdir. Üzərində olan və özünə məxsus “Mersedes C220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxladığı marixuananı 02 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində tanıdığı Saleh adlı şəxsdən 800 (səkkiz yüz) manata adlığını bildirmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Nizami RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Mersedes C220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi təklif olunmuş və o nəqliyyat vasitəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zaman Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağının alt hissəsindən ağ sellofanın içərisində olan şəffaf sellofanın içərisindən spesifik iyli yaşıl rəngli maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin marixuana olduğunu bildirmişdir. Həmin marixuananı 02 may 2022-ci il tarixdə Maştağa qəsəbəsində Saleh adlı şəxsdən 800 manata aldığını demişdir. Bundan başqa həmin avtomobilin salonunda olan qolaltı yerdən gümüşü rəngli kiçik ölçülü tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes C220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilində baxış davam etdirilsə də, avtomobildən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Daha sonra aşkar edilmiş 01 ədəd sellofan qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-bioloji ekspertizasının 03 may 2022-ci il tarixli, 7/433 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs imza......” yazı və imzalar olan qəhvəyi rəngli kağız paketdə 1 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində “Saxlanılan şəxs imza. Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan ağ rəngli kağız zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,350 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi-452,35 qram, tədqiqata sərf edildi-0,1 qram(hər bir obyektdən 0,05 qram olmaqla), qalıq-452,25 qram. (ekspertiza tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05 may 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “NAVAB SPİÇKİ” sözləri yazılmış kibrit qutusu təqdim edir və kibrit qutusunun içərisində olan maddənin marixuana olduğunu deyərək həmin marixuananı 02 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Saleh adlı şəxsdən aldığını deyir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes C220” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində də marixuana olduğunu və üzərindən aşkar olunan, avtomobilində olan marixuananın hamısını Saleh adlı şəxsdən 800 (səkkiz yüz) manata adlığını bildirmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan “Mersedes C220” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış zaman Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağının alt hissəsindən ağ sellofanın içərisində olan şəffaf sellofanı təqdim edir və həmin içərisində olan maddənin marixuana olduğunu deyərək, həmin marixuananı 02 may 2022-ci il tarixdə Maştağa qəsəbəsində Saleh adlı şəxsdən 800 manata aldığını deyir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 02 may 2022-ci il tarixli 7/426 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. X17 məxsus maddələr” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,417 qram; 0,410 qram, ümumi çəkisi-0,827 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 02 may 2022-ci il tarixli 7/428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X1 üzərindən aşkar olunmuş maddə” yazılar və imzalar olan zərfdə 2 (iki) ədəd akibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,619 qram; 3,249 qram, ümumi çəkisi-5,868 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. X5 və X10 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli 7/436 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs imza Şahid5” yazı və imzalar olan ağ rəngli kağız zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,253 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Şahid5 aşkar edilmiş marixuana ilə Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli 7/438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162” dairəvi möhür əksi “iştirak etdilər imza Şahid5...” yazı və imzalar olan ağ rəngli kağız zərfdə 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,802 qram və 0,827 qram olmaqla, ümumi çəkisi 1,629 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Şahid5 aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-244/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 may 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsinin Ambulator X2 27 may 2022-ci il tarixli 2829 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsiyyət vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X21, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X13 adlı dörd azyaşlı övladı vardır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiəedilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri X14 tərəfindən qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi barədə 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması toplanmış material üzrə təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 03 may 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı övladının olmasını, özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi 452,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətləri keçirilərkən həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi 452,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətləri keçirilərkən həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd “DVD-R” formatlı diskin formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar