Məhkəmə qərarları › İş №1(101)-425/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-425/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-425/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X14 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 53-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 7, mənzil 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci madəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 01 il 06 ayadək artırılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram və 0,811 qram, ümumi təmiz çəkisi 1,316 qram qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən “Embawood” mebel mağazasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram və 0,811 qram, ümumi təmiz çəkisi 1,316 qram qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 5,890 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşımaqla üzərində saxlamış və xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz ünvanın qarşısında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,890 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd kibrit qutusunda, ümumi çəkisi 5,995 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd bükümdə ümumi çəkisi 3,395 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:00 dəqiqədə ünvan 7 ünvanının qarşısında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 (iki) ədəd kibrit qutusunda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,735 qram və 3,260 qram olmaqla, ümumi çəkisi 5,995 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 03 (üç) ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,330 qram, 0,840 qram və 1,225 qram olmaqla, ümumi çəkisi 3,395 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ilk dəfə 2022-ci ilin avqust ayında yaşadığı həyətin qarşısında dava etdiyi üçün Polis bölməsinə aparılmışdır. Hadisənin baş verdiyi günü xatırlamasa da, o, həmin gecə Polis bölməsində qalmışdır. Səhər olduqda, ona bildirmişlər ki, haqqında çoxlu sayda şikayət var. Halbuki həmin hadisə zamanı onun özünü döymüşlər. Hadisənin necə baş verdiyini izah edərək bildirmişdir ki, məhərrəmlik ayı ərəfəsində onun yaşadığı məhəllənin həyətində bir qrup şəxs yüksək səslə mahnıya qulaq asmış və o, həmin şəxslərə yaxınlaşaraq yanlış hərəkət etdiklərini, bununla da bina sakinlərini narahat etdiklərini bildirmişdir. Lakin həmin şəxslər ona kobud cavab qaytardıqları üçün o, dava etmək məcburiyyətində qalmışdır. Hətta həmin şəxslərdən bir neçəsi polis əməkdaşı olmuşdur. Həmin vaxt o, dava etdiyi üçün onu Polis bölməsinə aparmışlar və orada ona bildirmişlər ki, səhər onu Polis bölməsindən buraxacaqlar. Lakin səhər polis əməkdaşları ona yaxınlaşaraq onun “sifariş” olunduğunu və buna görə də 2 (iki) “çet” narkotik vasitəni üzərinə götürməsini bildirmişlər. Həmçinin ona bildirmişlər ki, o, məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə göndəriləcək və oradan da azad olunacaq. O da polis əməkdaşlarının təklifi ilə razılaşmış və narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Sonra onu oradan rayon prokurorluğuna aparmışlar. O, prokurorluqda narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Qısa müddət sonra isə prokurorluq orqanından onu buraxmışlar. O, Polis bölməsində olan zaman polis əməkdaşlarına atasının və qardaşının istifadə etdikləri mobil nömrələri vermişdir. Ona uzun müddət heç kim zəng etməmişdir. Daha sonra o, öyrənmişdir ki, onun barəsində olan cinayət işi üzrə sanksiya müddətinin vaxtından keçib və bu səbəbdən də onu axtarırlar. Bunu bildikdən sonra o, Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları onun qarşısına marixuana (çətənə bitkisi) qoyaraq üzərinə götürməsini bildirmişlər. Sonra təhqiqatçının otağında videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmiş və o, həmin vaxt üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra onu Suraxanı Rayon Məhkəməsindən cinayət işi ilə bağlı çağırmışlar. Məhkəmə iclası zamanı o, hakimə üzərində narkotik vasitələrin olmadığını, polis əməkdaşlarının narkotik vasitələrin onun üzərinə götürməsini tələb etdiklərini bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onu məhkəmə zalından azad etmişlər. Üçüncü dəfə isə təxminən saat 24:00 radələrində o, kənddə dayısının yaşadığı evin həyətində dayanmışdır. Həmin yerdə onun ilə birlikdə qardaşı, dayısı və taksi sürücüsü də olmuşdur. Dayısı onun qardaşına siqaret almasını tapşırmışdır. O da qardaşı ilə birlikdə taksiyə əyləşərək dayısının yaşadığı evin qarşısına gəlmişdir. Qardaşı və taksi sürücüsü avtomobildən düşərək onun dayısına yaxınlaşmışdır. O isə avtomobilin arxa oturacağında əyləşmişdir. Bu zaman X15 03 (üç) nəfər əməkdaşı yaxınlaşaraq avtomobilin qapısını açmış və ona üzərində qanunsuz maddələrin olduğunu deyib maşından düşürtmüşlər. Elə həmin yerdə onların üzərini polislər yoxlamışlar. Onların üzərindən heç bir qanunsuz maddə aşkar edilməmişdir. Dayısının üzərindən isə kiçik ölçülü bıçaq aşkar edilmişdir. Dayısı polis əməkdaşlarına həmin bıçağı kimdənsə yadigar qaldığını və sadəcə aksesuar kimi üzərində gəzdirdiyini bildirmişdir. O da polis əməkdaşlarına bıçağın yadigar olduğunu bildirib, həmin bıçağı dayısına geri qaytarmalarını xahiş etmişdir. Polis əməkdaşları da bıçağı dayısına geri qaytarmışlar. Sonra dayısı yaşadığı evin həyətinə girmiş və bir qədər keçdikdən sonra yenidən onların yanına geri dönərək polis əməkdaşlarına “rədd olun evimin qarşısından, yoxsa özümü bıçaqla kəsəcəm” demişdir. Onun yanında dayanan polis əməkdaşı xidməti silahı ilə havaya xəbərdarlıq məqsədilə 3 (üç) dəfə güllə atmış, digər polis əməkdaşı da eynilə 2 (iki) dəfə havaya güllə atmışdır. Bundan sonra polislər onları dərhal avtomobilə əyləşdirərək Polis bölməsinə aparmışlar. Onlar Polis bölməsinə çatdıqdan sonra səhər Polis bölməsinin rəisinin gələcəyini və onları buraxacaqlarını bildirmişlər. Növbəti gün polis əməkdaşları ondan 2 (iki) “çet” narkotik vasitəni üzərinə götürməsini tələb etmişlər. O, yenidən polis əməkdaşlarının bu tələbi ilə razılaşmışdır. Videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilən zaman o, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 53-də qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 7, mənzil 5-də tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər o, bir neçə dəfə müxtəlif maddələrlə məhkum olunmuşdur. Bir neçə ildir ki, o, narkotik vasitə olan heroini və marixuananı çəkmək yolu ilə qəbul edir. Narkotiki isə o, müxtəlif yollarla əldə edərək qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını, ünvanını və digər məlumatlarını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün 2 (iki) ədəd büküm narkotik maddə “kakos” almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Embawood” mebel mağazasının yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini təqdim etdikdən sonra şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPl-nin 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. O, vəkili ilə görüşdükdən ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb içərisinə baxış keçirmişlər və sonra ondan həmin bükümlərin nə olduğunu soruşmuşlar. O da həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu və həmin maddəni öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat ödəməklə aldığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 02 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyulmaqla qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən onun üzərinə baxılmış və hər hansı bir qanunsuz əşya yaxud maddə aşkar olunmamışdır. Axırda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul verməklə alıb əldə etmişdir. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, hər dəfə öz istifadəsi üçün narkotik maddə əldə etmiş və özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən o, hər hansı təzyiqə məruz qalmamışdır. Bundan başqa, o, 09 noyabr 2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində piyada gəzən zaman O.Şabanov küçəsində adlanan yerdə 1 (bir) ədəd üzərində “X18” yazısı olan siqaret qutusu tapmış və qutunun içinə açıb baxdıqda, içərisində 1 (bir) ədəd büküm olmasını müəyyən etmişdir. Həmin bükümü o, açıb baxdıqda, bükümün içində marixuana olmasını müəyyən etmişdir. Bundan sonra o, həmin siqaret qutusunu içindəki bükümlə birlikdə götürüb cibinə qoymuş və sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində o, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan zaman İİR-nın vətəndaşı olan, tanımadığı şəxsdən onlayn qaydada 80 manat ödəməklə 04 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək kim olmasını soruşmular. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu yaxınlıqda olan Suraxanı RPl-nin 30-cu PŞ-nə dəvət etmişlər. O da polislərlə razılaşıb 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində “X18” yazısı olan siqaret qutusu çıxararaq açmış və içindəki 1 (bir) ədəd bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm açılaraq içinə baxılmış və həmin bükümün içərisində nə olması barədə ondan soruşulmuşdur. O da həmin 01 ədəd bükümün içərisində marixuana olduğunu, marixuananı bir gün əvvəl Hövsan qəsəbəsində yerdən tapdığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını demişdir. Ondan aşkar edilmiş 1 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib emiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, o, 13 fevral 2023-cü il tarixdə günün ikinci yarsında Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 45 manat pulun müqabilində 03 ədəd bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə heroini və 02 ədəd kibrit qutusunda qurudulmuş marixuananı alaraq üzərində saxlamışdır. O, narkotikdən gündəlik istifadə etmədiyi üçün ağrıları olduğu zaman istifadə etməyi düşündüyündən həmin narkotik vasitələri üzərində qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində o, yaşadığı ünvan 11 ünvanının qarşısında dayanan zaman 02 nəfər polis ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin işçiləri olduqlarını bildirmişlər. Bundan sonra onu PŞ-nə dəvət etmişlər və orada təhqiqatçısı kimi özünü ona təqdim edən, polis mayoru Rəhman İsmayılov onun üzərində Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirmişdir. O da buna etiraz etməmişdir. Həmçinin ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunaraq dövlət hesabına 09 saylı Vəkil Bürosundan vəkil X1 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkil tərəfindən ona hüquq və vəzifələri bir daha izah olunaraq təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O da üzərində, yəni əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd sellofan bükümdə olan heroini və 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Üzərində şəxsi axtarış zamanı başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin, kibrit qutusunda olan kütlənin isə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, həmin narkotik vasitələri bir gün əvvəl «Əhmədli» metrostansiyasının yaxınlığında 45 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Daha sonra isə təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə onun üzərindən aşkar edilmiş narkotik vasitələr zərfə qoyulmaqla qablaşdırılmışdır. Qablaşdırılmış zərf 45 saylı möhürlə möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərfin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə təhqiqatçı ona vəkilinin iştirakı ilə qeydiyyatda olduğu ünvana baxış keçiriləcəyini bildirmişdir. O, bundan imtina etməmişdir. Onun şifahi razılığı və ərizəsi əsasında həmin gün qeydiyyatda olduğu ünvan 12 ünvana getsələr də, qapı bağlı olduğu üçün evə baxış keçirilməmişdir. O, həmin ünvanda narkotik vasitələr saxlamamışdır. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Daha sonra isə o, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğunu bilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və marixuananı aldığı şəxsi o, tanımamış və həmin şəxsin soyadını, atasının adını, ünvanını bilməmişdir. O, ümumiyyətlə mobil telefondan istifadə etməmişdir. Həmin şəxs təxminən yaşı 50, boyu 180 sm, əynində qara gödəkcəsi, ağ saçlı şəxs olmuşdur. O, həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmidir. O, həmin narkotiki özü istifadə edəcəkmiş. O, polis işçiləri tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən hər hansı bir fiziki və psixoloji təsirə məruz qalmamış, əksinə özü törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni və pisxotrop maddəni təqdim etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hər üç epizod üzrə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamasını, cinayət məsuliyyətinə cəlb edilməməsi üçün hər epizod üzrə polis əməkdaşları ilə razılaşaraq ona aid olmayan narkotik vasitələrin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur qalmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadəsinin baş verdiyi tarixi tam dəqiq xatırlamır. Lakin yadındadır ki, Təqsirləndirilən şəxs dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Bir dəfə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 05 (beş) bükümdə narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 12:00 dəqiqədə ünvan 13 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti ilə həmin şəxsi Suraxanı RPl-nin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs də, razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 03 ədəd bükümü və 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin 03 ədəd büküm və 02 ədəd kibrit qutusu açılaraq içəriisnə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs həmin bükümlərin və kibrit qutusunun içərisində olan maddə və ot kütləsinin nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 03 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və digər 02 ədəd kibrit qutusunun içərisində isə marixuana kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 45 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd büküm və 02 ədəd kibrit qutusu götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və həmin vaxt qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğu bildirilərək yaşadığı evinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra həmin evə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPl-nin 30-cu PŞ-də olduğu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hazırda Xətai RPİ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmasında iştirak etmişdir. Çünki həmin dövrdə o, Suraxanı RPİ-nin 30-cu PŞ-də işləmişdir. Hadisə ilə əlaqədar o, bildirmək istəyir ki, Polis bölməsinə Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və onlar Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasının üzərindən uzun müddət keçdiyindən o, Təqsirləndirilən şəxs üzərindən hansı miqdarda narkotik vasitə aşkar edildiyini xatırlamır. Lakin Təqsirləndirilən şəxs üzərindən səhv etmirsə 2 (iki) bükümdə narkotik vasitə aşkar edilmişdir. Şahid5 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 10:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Embavood” mebel mağazasının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti ilə həmin şəxsi Suraxanı RPİnin 30-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs də razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddələri xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək cibinə qoyub saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və həmin vaxt hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid6 ibtidai istintaq zamanı vermiş və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindəki halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati ərazi dairəsi üzrə sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi inzibati ərazidə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər də xuliqanlıq və odlu silah daşımasına görə məhkum olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu heç bir yerdə işləməmişdir. Təqsirləndirilən şəxs ətrafında olan dost-tanışları narkotik istifadəçiləridir. Hətta Təqsirləndirilən şəxs ətrafında olan dosttanışlarından bir neçəsi narkotik vasitələrdən istifadə etməsi ilə bağlı tutulmuşdur. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman Natiqin üzərindən siqaret qutusunun içərisində narkotik vasitə marixuana aşkar edilmişdir. O, bildiyi qədər Natiqin qardaşı və atası sənətkardırlar, yəni maşın ustasıdırlar, lakin Təqsirləndirilən şəxs özü heç bir işlə məşğul deyil. Şahid4 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsində sahə rəisi işləyir və polis mayorudur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 10:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurəti ilə Suraxanı RPl-nin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd göy rəngli üzərində “X18” yazısı olan siqaret qutusunun içərisindən 1 (bir) ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin 1 (bir) ədəd büküm açılaraq, içərisinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükümün içərisində marixuana kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə Hovsan qəsəbəsindəki dəniz kənarında taparaq öz şəxsi istifadəsi üçün götürüb cibinə qoyaraq saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 1 (bir) ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 165-166) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 173) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 177) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəq 188-189) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs aşkarlanmış bükümlə bağlı bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə var və həmin narktoik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəməklə öz şəxsi istifadəsi üçün almış, lakin istifadə etməmiş, həmin narkotik vasitəni sonradan istifadə etmək üçü üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4432 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 198-199) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkiləri 0,505 qram və 0,811 qram olmaqla, ümumi təmiz çəkisi 1,316 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 və 2 №-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisindədövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 210-211) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 223-224) görünür ki, Suraxanı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Vüqar Hüseynov müstəntiq Araz Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 225-226) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 227) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 135-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki açıq açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli, üzərində “X18” yazılı siqaret qutusu aşkar edilmiş, həmin qutunun içərisindən isə ağ rəngli sellofana bükülmüş büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində marixuana kimi tanıdığı narkotik maddə olduğunu, habelə bu narkotik maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində, yəni dənizkənarında taparaq istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1289 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 146) görünür ki, tədqiqata təqdim edilmiş "Şübhəli şəxs 1. İmza Təqsirləndirilən şəxsG” yazılan zərfdə 1 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 5,890 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 115) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 123) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 236-237) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-644/2022 saylı qərarından (cild 2, iş vərəqə 20-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan (cild 2, iş vərəqə 24-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan (cild 2, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin vaxt onun əynindəki açıq boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd büküm və 02 ədəd kibrit qutusu aşkar edilmiş, Təqsirləndirilən şəxs 03 ədəd bükümün içərisində narkotik vasitə “kakos” kimi tanıdığı vasitə, 02 ədəd kibrit qutusun içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild, iş vərəqə 39) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 15 ünvanına baxış keçiriməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 40-41) görünür ki, həmin gün ünvan 16 ünvanına baxış keçirilməsi nəzərdə tutulsa da, Təqsirləndirilən şəxs məxsus evin giriş qapısı bağlı olduğundan evə baxış keçirilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/937-7/227 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 50-52) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut....” yazı və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,735 qram və 3,260 qram olmaqla, ümumi təmiz çəkisi 5,995 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut....” yazı və imzalar olan 3 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,330 qram, 0,840 qram və 1,225 qram olmaqla, ümumi təmiz çəkisi 3,395 qram qəhvəyi rəngli tozşəkill maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərqə 69-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 88-89) görünür ki, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov müstəntiq Canəli Nuriyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 90-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən (cild 2, iş vərəqə 45-46) görünür ki, Təqsirləndirilən şəxs anası X10, atası X4 və qardaşı X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Baxça küçəsi, 53 saylı evdə yaşayır və onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməinin xx.xx.2020-ci il tarixli qərarından (cild 2, iş vərəqə 63-65, 73-78, 68-72) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci madəsi ilə təqsirli bilinməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun cəzası 01 il 06 ayadək artırılmış və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 1072 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 80-81) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 516 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 83- 84) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 94-109) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.2, 234.4.1 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,245 qram təşkil edən narkotik vasitə heroin, 5,895 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5,840 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1,236 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Suraxanı RPl-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 03 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixunanı hansı mənbədən əldə etməsi, eləcə də, istintaqa məlum olmayan həmin şəxsin kimliyi və şəxsiyyəti barədə olan məlumatların əldə olunması və müəyyən olunması məqsədilə Suraxanı RPl-nin 30-cu PŞ-nə əlavə əməliyyat tapşırığı verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* saylı cinayət işindən material ayrılsın və araşdırma aparılması üçün Suraxanı RPl-nin 30-cu PŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 2, iş vərəqə 121-123) görünür ki, görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə dair qərardadından (cild 2, iş vərəqə 210-214) görünür ki, təqsirləndirilən şəxsin hər bir əməli aşkarlanmış narkotik vasitə və ya psixotrop maddənin çəkisindən asılı olaraq ayrı-ayrılıqda törədilmiş müstəqil və başa çatmış cinayət əməlləri kimi qəbul edildikdə, təqsirkar şəxsə cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-60/2020 saylı qərarından (cild 2, iş vərəqə 1-6) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermiş, eləcə də irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 iyun 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları tərəfindən əməliyyataxtarış tərbirləri keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Embawood” mebel mağazasının yaxınlığında saxlanılaraq 30-cu PŞ-nə aparılmış, orada üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram və 0,811 qram, ümumi təmiz çəkisi 1,316 qram qəhvəyi rəngli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. O, şəxsi axtarış zamanı və bundan sonrakı müddət ərzində tutulduğu yeri və vaxtı, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisi, saxlanıldığı bükümün sayını, eləcə irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Onun barəsində həbslı bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq, yenidən barəsində daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, həmin gün saat 10:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz ünvanın qarşısında saxlanılaraq 30-cu PŞ-nə aparılmış, həmin gün orada onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,890 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu dəfə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsə də, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. O, bu dəfə də şəxsi axtarış zamanı və bundan sonrakı müddət ərzində tutulduğu yeri və vaxtı, üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisi, saxlanıldığı bükümün sayını, eləcə irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Onun barəsində bu dəfə də həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq, yenidən barəsində daxil olmuş əməliyyat məlumatı əsasında o, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:00 dəqiqədə ünvan 7 ünvanının qarşısında saxlanılaraq 30-cu PŞ-nə aparılmış, orada üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan açıq boz rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 (iki) ədəd kibrit qutusunda, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,735 qram və 3,260 qram olmaqla, ümumi çəkisi 5,995 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 03 (üç) ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,330 qram, 0,840 qram və 1,225 qram olmaqla, ümumi çəkisi 3,395 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu dəfə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsə də, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. O, bu dəfə də şəxsi axtarış zamanı və bundan sonrakı müddət ərzində tutulduğu yeri və vaxtı, üzərindən aşkar edilmiş narkotik vasitələrin növünü, çəkisi, saxlanıldığı bükümlərin sayını, eləcə irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəzi hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hər 3 (üç) epizod üzrə qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıdığını, şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitələrin aşkar edildiyini, həmin vasitələri şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını etiraf etsə də, məhkəmə istintaqında vermiş olduğu ifadəsində hər üç epizod üzrə üzərində narkotik vasitələrin olmadığını, ittiham aktında göstərilmiş narkotik vasitələrin 30-cu Polis şöbəsində işləyən polis əməkdaşlarına məxsus olmaqla, polis əməkdaşlarının təkidi ilə həmin narkotik vasitələrin ona aid olması barədə etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs hər üç epizod üzrə saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa və işgəncəyə məruz qaldığını təkzib etmiş, habelə ibtidai araşdırma və məhkəmə araşdırması zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq, göstərilən hallarla bağlı məsələləri mübahisələndirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları ayrı-ayrılıqda yoxlayıb belə nəticəyə gəlir ki, onun məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirmir və buna görə də bu ifadə mötəbər sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə onun məhkəmədə verdiyi ifadəsini yalan ifadə kimi qiymətləndirir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə yuxarıda göstərilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulsa da, xx.xx.2022-ci il tarixdə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyindən saxlanıldığı MSY-dən azad edilmişdir. O, MSY-dən azad olunduqdan sonra aşkarlanmış narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmişdir. Eyni zamanda o, azad olunduqdan sonra, başqa sözlə, azadlıqda olduğu müddət ərzində heç bir səlahiyyətli orqana əsassız şəkildə cinayət məsuliyyətinə cəlb olunması, eləcə də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiklərinin həqiqət olduğu halda irəli sürülmüş ittihamı azadlıqda olduğu müddət ərzində mübahisələndirməməsi ağlabatan və inandırıcı deyil. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaqı aparıldığı vaxt onun barəsində yenidən əməliyyat məlumatının daxil olması səbəbindən xx.xx.2022-ci il tarixdə barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, bu dəfə də üzərindən narkotik vasitənin aşkarlanmasını, həmin narkotik vasitənin növünü və çəkisini mübahisələndirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitənin növü və çəkisi ilə razılaşaraq həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Onun azadlıqda olduğu halda bu epizod üzrə də göstərilən halları, əlavə olaraq irəli sürülmüş ittihamı mübahisələndirilməməsi ona dəlalət edir ki, o, göstərilənlərlə razılaşmış və həmin halların həqiqət olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yenidən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt üzərindən 02 ədəd bükümdə narkotik vasitə qurudlmuş marixuana və 03 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanmasını, həmin narkotik vasitələrin növünü və çəkisini mübahisələndirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, cinayət işi üzrə həyata keçirilən prosessual hərəkətlər və həmin prosessual hərəkətlərlə bağlı tərtib edilmiş prosessual qərarların nəticəsi və mahiyyəti barədə kifayət qədər təcrübəyə malik olan Təqsirləndirilən şəxs tərəfindən hər üç epizod üzrə ona aid olmayan narkotik vasitələrin ona aid olmasını bildirməsi ağlabatan və inandırıcı sayıla bilməz. Bu səbəbdən də yuxarıda göstərilən halları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə yuxarıda göstərilən hissədə yalan ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaq, eləcə də cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.1 və 234.1- 1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri var. Bu hissədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin qarşılıqlı şəkildə şərh edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətinə dair qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə müəyyən edilən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı cinayət tərkibinin konkretləşdirilmiş əlamətlərini təşkil edir. Yəni qanunverici narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaranmasını məhz həmin vasitələrin və maddələrin miqdarı ilə şərtləndirmişdir. Həmçinin təqsirləndirilən şəxsin hər bir əməli aşkarlanmış narkotik vasitə və ya psixotrop maddənin çəkisindən asılı olaraq ayrı-ayrılıqda törədilmiş müstəqil və başa çatmış cinayət əməlləri kimi qəbul edildikdə, təqsirkar şəxsə cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməllərinin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələr ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ibtidai istintaq zamanı etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin sadə residivi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılsa və sonuncu dəfə cəzasının sonu ilə xx.xx.2021-ci il tarixdə cəzadan olunsa da, 2 (iki) il müddət keçmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Eyni zamanda o, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, yəni xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə yenidən qəsdən cinayət törətmişdir. Bu da Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nisbətdə cinayətin təkrar törədilməsini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 və 66.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1.-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayətlər daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ümumilikdə isə 6 (altı) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalı, üzərində saxlanılan cəzanın əvvəli isə hökmün elan olunduğu gündən, yəni 22 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,245 qram təşkil edən narkotik vasitə heroin, 5,895 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5,840 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1,236 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 286 (iki yüz səksən altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 286 (iki yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ümumilikdə isə 6 (altı) gün müddət qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,245 qram təşkil edən narkotik vasitə heroin, 5,895 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 5,840 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1,236 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 3 (üç) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 286 (iki yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar