Məhkəmə qərarları › İş №1(101)-425/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-425/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-425/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əhrəman oğlunun iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1989-cu ildə Qazax rayonu Eynallı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə basqın edərək qulduqluq etmişdir. İttihama əsasən o, tanışı Şahid2 ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvandan söhbət etmək bəhanəsi ilə çağırıb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsi 5-ci döngənin yaxınlığına dəvət etmiş, həmin ünvanın yaxınlığında Şahid2 iştirakı ilə hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə vurmaqla həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın edib sonuncuya alın nahiyyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki gözətrafı-almacıq-yanaq nahiyyələrinin dərialtı hematomaları ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan X7 vurmaya aid edilən, burun nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib əynində olan qara rəngli şalvarının sol yan cibindən 375 manat pulu talamaqla ümumilikdə Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurub qulduqluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı Ramana qəsəbəsindəki Mədən küçəsində qonşusu kimi 15-16 il olar ki, tanıyır. Evləri arasında məsafə təxminən 200 m olar. Zərərçəkmiş şəxs bacısı Sevinclə birlikdə Ramana qəsəbəsi, 12-ci Mədən küçəsi, ev 47, mənzil 11-də yaşayır. İlham fəal şəkildə narkotik vasitələri əldə edir, onları ətrafda yaşayanlara hətta məktəbdə oxuyan şagirdlərə yayır. Təbii ki, onun bu hərəkətləri onun və digər sakinlərin xoşuna gəlməmiş və İlhamdan dəfələrlə bu hərəkətlərindən uzaqlaşmasını tələb etmişlər. Lakin İlham öz əməllərindən əl çəkməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxzminən 21 radələrində məhlədə olduğu zaman görmüşdür ki, Zərərçəkmiş şəxs yaşadığı binanın yanındakı parkda narkotik vasitələrin aludəçisi olan Şahid2la söhbət edir. Anlamışdır ki, İlham Rövşənə narkotik satır. Onlardan soruşmuşdur ki, nə iş görürlər, İlham heç nə deyə cavab vermişdir. O, İlhama irad tutmuşdur ki, “sənə deməmişdim eləmə ”, İlham isə ona söyüş söymüşdür. Özünü saxlaya bilməyib yumruqla onu vurmuş və evinə çıxıb getmişdir. Bu hadisədən bir həftə sonra polis əməkdaşları onu saxlayaraq demişlər ki, guya o, İlhamı döymüşdür. Lakin bu məsələ təsdiqini tapmadığı üçün birinci dəfə onu buraxmışlar. İlhamdan soruşmuşdur ki, bu nə işdir, demişdir ki, o, şikayət etməmiş, bacısı şikayət etmişdir. Bundan sonra o, Göygöl rayonunda işlədiyi üçün orada olduğu zaman polis onu yenidən saxlayıb Bakı şəhəri, Sabunçu RPİ-nə gətirib təhvil vermişlər. Ona ittiham vermişlər ki, guya o, Şahid2la əlbir olaraq Zərərçəkmiş şəxs bıçaqla hədələyib sonuncunun 375 manat pulunu əlindən almışdır. Belə bir hadisə olmamışdır. O, sadəcə olaraq Zərərçəkmiş şəxs narkotik vasitələrini yaymasına görə vurmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs narkotikə görə cəza çəkir. O, özü də 2016-cı ildə narkotikə görə cəza almış, 2019-cu ildə həmin cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan qonşu kimi tanıyır, həmçinin onunla uzaq qohumdur. O, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs isə ondan bu işi tərgitməsini dəfələrlə tələb etmişdir. Hadisə günü Ramana qəsəbəsində yaşadığı məhəllədə dayanmışdır. Pərvin onu görərək demişdir ki, “deməmişəm əl çək bu işdən” və bu məsələyə görə ona bir-iki sillə vurmuşdur. O da Pərvindən aralanaraq qaçıb getmişdir. Pərvin onu yumruq-təpiklə vurmamışdır. Cibindən pul götürməmişdir. Belə ki, hadisə vaxtı onun əynində idman şalvarı olmuş, şalvarın cibində isə 375 manat pulu olmuşdur. Ola bilsin ki, Pərvindən aralanaraq qaçıb evinə gedən zaman həmin pul cibindən düşüb itmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin vaxt o, narkotik vasitədən istifadə etdiyi üçün onun təsiri altında olmuş və yalnış ifadə vermişdir. Həqiqəti bu gün məhkəmədə söyləyir. O, hal-hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunaraq cəza çəkir. Hadisə yerində Ramana qəsəbəsinin sakini Rövşən olmamış, Pərvinlə Rövşənin heç bir əlaqəsi olmamış, Pərvin tək olmuşdur. Evdə hadisəni bacısına danışmış, bacısı isə polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Ramana qəsəbəsində qonşusu kimi tanıyır. Zərərçəkmiş şəxs isə onun doğma qardaşıdır. Qardaşı İlham narkoik vasitələrin dövriyyəsinə görə Umbakı Penitensiar müəssisəsində cəza çəkir. Hadisəni özü görməsə də qardaşından bilmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs onların evinə gələrək qardaşı İlhamdan istifadə etmək üçün narkotik istəmişdir. İlham ona narkotik vermədiyinə görə Pərvin onu döymüşdür. Lakin qardaşı deməmişdir ki, Pərvin onun şalvarının cibindən hər hansı bir məbləğdə pul götürmüşdür. Qardaşının cibində deməsinə görə 375 manat pul olmuşdur. Lakin qardaşı həmin pulun götürüldüyünü deyil, itirildiyini ona demişdir. Hər bir halda bu barədə qardaşı özü daha dəqiq ifadə verə bilər. Təqsirləndirilən şəxs ittiham olunduğu qulduruluq əməlində təqsirliliyi məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gəldikdə aşağdakı hallara istinad edir: -Baxılan iş üzrə cinayət işi Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə 05 iyul 2023-cü il tarixdə ona görə başlanılmışdır ki, Şahid2 özgənin əmlakını açıq talama məqsədilə şəxsiyyəti məlum olmayan Pərvin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsi, 5-ci döngənin yaxınlığında Zərərçəkmiş şəxs cibindən 375 manat pulunu götürməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. - Baxılan cinayət işinin başlanılmasına əsas və səbəb Şahid1 polis orqanlarına qardaşı Zərərçəkmiş şəxs tanışları Pərvin və Rövşən tərəfindən döyülüb, üzərində olan 375 manat pulun götürülməsi barədə xx.xx.2023-cü il tarixli məlumatı və ərizəsi olmuşdur. - Məhkəmədə tədqiq edilmiş Şahid1 iştirakı ilə keçirilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şahid1 verdiyi məlumata əsasən hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi 5, 12-ci mədəndə yerləşən əraziyə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək dəlil və əşya aşkar olunmamışdır. - Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli izahatından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Pərvin adlı şəxs onu yaşadığı evdən çağırıb və onlar yaxınlıqda yerləşən qəbirsanlığa tərəf getmiş, orada Rövşənin durduğunu görmüş, bu zaman Pərvin anidən onun sağ gözünə yumruq ilə vurmuş, o yerə yıxıldıqda Pərvin üzərindəki bıçağı çıxardıb arxa nahiyyəsi ilə başına 3-4 zərbə vurmuş, bu zaman Rövşən onun başından ayaq zərbəsi ilə vurmuş, o zorla onların əlindən qaçıb evə gəlmiş, sabahası gün bacısı Şahid1 102-xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bacısı məlumatda onun üzərindən hadisə zamanı 375 manat pulun götürüldüyünü bildirmiş, bunu təsdiq edir, Pərvinlə Rövşən onu döyən zaman, dəqiq xatırlamır hansısı onun üzərində olan 375 manat pulu götürmüşdür. - Hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs barəsində xx.xx.2023-cü il tarixdə məhkəmətibbi eksperetizası təyin edilərək keçirilmiş, məhkəmə-tibbi ekspertizasının 04 iyul 2023-cü il tarixli 1555 saylı rəyindən müəyyən olunur ki, hadisədən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizadan keçirildi. Onun baş nahiyyəsindən bıçaqla yetirilməsi xas olan hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamış, yalnız dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığını qısa müddətdə pozulmasına səbəb olan X7 vurmağa aid olan alın nahiyyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qan sızmalar ilə müşahidə olunan hər iki gözyuvası-ətrafı-almacıq-yanaq nahiyyələrinin dərialtı hematomaları aşkar edilmişdir. Burun nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Rəyə əsasən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə xx.xx.2023-cü il tarixə uyğun gəlir. -Ekspertizanın keçirildiyi növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-dən İŞ-nin müsətintiqi, polis mayoru Əli Əhmədova verdiyi ərizəsində əvvəllər tanıdığı Rövşən və Pərvin adlı şəxslərin xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ə.Əliyev küçəsi 5-ci döngənin yaxınlığında onu əl və ayaq zərbələri ilə döyərək cibindən 375 manat pulun götürülməsini bildirsədə bu şəxslər tərəfindən bıçaq tətbiq edilməsini göstərməmişdir. -Həmçinin Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində əvvəllər tanıdığı Rövşən və Pərvin adlı şəxslərin xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsi, 5ci döngənin yaxınlığında əl və ayaq zərbələri ilə döyərək cibindən 375 manat pulun götürülməsini, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını, ərizəsində nəzərə alınmasını göstərmişdir. Bu ərizəsində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər-hansı silahın tədbiq edilməsini bildirməmişdir. - Məhkəmə baxışı zamanı isə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisə günü onu yaşadığı məhəllədə gördükdə “deməmişəm əl çək bu işdən” deyərək bu məsələyə görə ona bir-iki sillə vurmuşdur. Belə ki, o narkotik vasitə istifadəçisidir. O, Pərvindən aralanaraq qaçıb getmiş, Pərvin onu yumruq təpiklə vurmamış, cibindən pul götürməmiş, ola bilsin ki, Pərvindən aralanaraq qaçıb evinə gedən zaman cibində olan 375 manat pul cibindən düşüb itmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edildi, həmin vaxt o narkotik vasitə təsiri altında olmuş və yalnış ifadə vermişdir. Hal-hazırda narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkum olunaraq cəza çəkir. Pərvini uşaqlıqdan qohum kimi tanıyır və Pərvin ondan narkotikdən əl çəkməsini tələb etmiş, bir-iki sillə vurmuşdur. Şahid2 isə hadisə yerində olmamış, Pərvinlə Rövşənin heç bir əlaqəsi olmamışdır, Pərvin tək olmuşdur. Evdə hadisəni bacısına danışmış, bacısı isə polisə şikayət etmişdir. - Zərərçəkmiş şəxs CM-nin 234.1-1-ci maddəsilə 04 il müddətinə azadlıqdan məhrum etmə barədə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən müəyyən olunur ki, Zərərçəkmiş şəxs narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicəyə ehtiyyacı vardır. - Məhkəmə baxışı zamanı cinayət işinin başlanmasına əsas və səbəb olan ərizəsi olan Zərərçəkmiş şəxs bacısı Şahid1 bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs qardaşından narkotik istəmiş, narkotik vermədiyi üçün Pərvin onu döymüş, lakin qardaşı deməmişdir ki, Pərvin onun cibindən pul götürmüş, demişdir ki, pulu olmuş, pulun itirildiyini demişdir. - Barəsində cinayət işi ayrılmış və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismindən ifadə vermiş Şahid2 göstərmişdir ki, Pərvin və İlham adlı şəxsləri tanıyır, onlarla Ramana qəsəbəsində qonşuluqda yaşayır, hər biri ilə həmişə yaxşı münasibətləri olmuş, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında yerləşən parkda idi, ona Pərvin yaxınlaşıb Zərərçəkmiş şəxs harada olmasını soruşmuş, İlham evində ola biləciyini bildirdikdən sonra Pərvin İlhamın evinə tərəf getmiş, təxminən 2-3 dəqiqə sonra İlhamla Pərvinin yanından keçib getdiyini görmüş, 5-10 dəqiqə sonra İlham onu səslədiyi üçün həmin yerə getmiş, İlhamın üzü qan içində, dizi üstündə oturduğunu, Pərvinin isə həmin vaxt qaçaraq uzaqlaşdığını görmüş, İlhamdan nə baş verdiyini soruşduqda, sonuncu onunda, onu döydüyünü demişdir. İlhamın döyməsini görməmiş, İlhamı vurmamış, cibindən 375 manat pul götürmüməmişdir. - Məhkəmədə tədqiq edilmiş 05 iyul 2023-cü il tarixli “Tutma” protokolundan müəyyən olunur ki, həmin tarixdə Şahid2 məhz CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinməklə şübhəli şəxs qismində tutulmuşdur. - İbtidai araşdırma zamanı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə eyni məhkəmənin Şahid2 barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. Bu qərarda hakim həbs qətimkan müddətinin uzadılmasından imtina edilməsini onunla əsaslandırmışdır ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsilə verilmiş ittihamı yalnız Zərərçəkmiş şəxs ifadəsinə əsaslanmış, istintaqın ilk günündən Şahid2 özünü təqsirli bilməmiş, zərərçəkmiş şəxsi döymədiyini, onun pulunu götürmədiyini, zərərçəkmiş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və barəsində cinayət işinin başlandığını bildirmişdir. Həmçinin iş materiallarında olan digər Təqsirləndirilən şəxs ifadələrindən də müəyyən olunur ki, Şahid2la Zərərçəkmiş şəxs qonşuları olmaqla, İlhamın narkotik vasitələr satması ilə əlaqədar onunla aralarının pis olduğunu, dəfələrlə İlhama narkotik vasitələri satmamasını bildirdiyini, 01 iyul 2023-cü il tarixdə xatırlamadığı şəxsdən İlhamın yenidən narkotik vasitə satmasını eşitdiyini, İlhamın yaşadığı evə doğru gedən zaman İlhamın evinin yaxınlığında olan parkda Rövşəni gördüyünü, Rövşəndən İlhamın harada olmasını soruşan zaman Rövşənin İlhamın yəqin ki, evində olmasını bildirdiyini, bundan sonra İlhamın evinə gedərək onu səslədiyini, İlhamla birlikdə qəbirstanlığın yan deyilən yerə getdiklərini, orada İlhama narkotik vasitələri satması ilə əlaqədar irad bildirdiyini, İlhamın ona cavab qaytardığını, bu zaman İlhamı əl və ayaq zərbələri ilə döydüyünü, sonradan Rövşənin ona yaxınlaşdığını, bundan sonra özünün hadisə yerindən çıxıb gediyini bildirmişdir. Həmin məhkəmə iclasında müstəntiq ona verilmiş hakimin sualına cavab olaraq Təqsirləndirilən şəxs və Şahid2 ittiham verilməsinin əsasında yalnız zərərçəkmiş şəxsin ifadəsinin dayandığını, başqa hər hansı mötəbər sübutun olmadığını bildirmiş və qanunvericiliyin tələblərini nəzərə almadan yalnız zərərçəkmiş şəxsin ifadəsini əsas tutmuşdur. - Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 4(103)- 937/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs ilə eyni əmələ görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsilə ittiham olunmuş Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-750/2023 saylı qərarından Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, proses iştirakçılarının mövqelərini dinləyib, apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin Şahid2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair 03 oktaybr 2023-cü il tarixli qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. - İbtidai araşdırma orqanı tərəfindən 24 iyun 2024-cü il tarixdə Şahid2 yerini müəyyən etmək mümkün olmadığından barəsində başqa cinayət işi ayrılmışdır. - Məhkəmədə tədqiq edilmiş 08 iyul 2023-cü il tarixli “Tutma” protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs məhz CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində şübhəli bilinməklə şübhəli şəxs qismində tutulmuşdur. - İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsilə 10 iyul 2023-cü il tarixdə ona görə ittiham verilmişdir ki, özgənin əmlakını açıq talamaq məqsədilə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Əliyev küçəsi, 5-ci döngənin yaxınlığında Zərərçəkmiş şəxs cibindən 375 manat pulunu götürməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. - Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Sabunçu rayon prokurorunun təqdimatı, təqdimat qanuna uyğun olmayan qaydada verildiyi üçün təmin edilməmişdir. - İbtidai araşdırma orqanı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Məhkəmə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, axtarışda olmuş və xx.xx.2024-cü il tarixdə tutulmuş Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. - Cinayət işinin başlandığı 05 iyul 2023-cü il tarixdən uzun müddət keçdikdən sonra, yəni 02 oktyabr 2023-cü il tarixdə digər təqsirləndirilən şəxs Şahid2 barəsində ayrıca cinayət işi ayrıldıqdan və cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir mötəbər sübut əldə edilmədən təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsilə aparılan cinayət işi CM-nin 180.2.1-ci maddəsinə tövsif edilməsi, ibtidai istintaqın həmin maddələrlə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə tətqiq etdiyi və yuxarıda qeyd etdiyi sənədlərə istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrlə, yəni hadisə zamanı Zərərçəkmiş şəxs onun əmlakını açıq talama məqsədilə əvvəlcədən razılaşaraq Şahid2 ilə qabaqcadan əlbir olaraq əl və ayaq zərbələrilə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən, istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın edib sonuncuya alın nahiyyəsinin əzilmiş yarası, hər iki göz konyuktivasına və ağlı qişaya qansızmalar ilə müşayiət olunan hər iki gözətrafı-almacıq-yanaq nahiyyələrinin dəri altı hematomaları ilə müşayiət olunan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan X7 vurmaya aid edilən burun nahiyyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib əynində olan qara rəngli şalvarının sol yan cibindən 375 manat pulu talamaqla quldurluq törətməsi barədə ittihamın Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını açıq talama məqsədilə əvvəlcədən razılaşaraq əlbir olduğu digər bir şəxslə ittihamda göstərildiyi tarixdə, vaxtda və yerdə döyməsi və ittiham aktında göstərilən ümumilikdə və ayrı-ayrılıqda qısa müddətdə pozulmasına səbəb olan X7 vurmaya aid edilən, həmçinin burun nahiyyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirib şalvarının sol yan cibindən 375 manat pulu talaması hissəsində sübuta yetirilsədə onun zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq etməklə silah qismində istifadə edilən istintaq zamanı müəyyən edilməyən bıçaqla belə zorakılıq tətbiq edərək basqın etməklə quldurluq törətməsi xüsusatı sübuta yetirilməmişdir. Belə ki, - hadisə yerinə baxış zamanı bıçaq aşkar edilməmiş; - hadisədən 3 gün keçdikdən sonra barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş zərərçəkmiş şəxsin xəsarətlərin baş nahiyyəsində olmadığı, bununla da təqsirləndirilən şəxsin bıçağın arxa nahiyyəsi ilə başından 3-4 dəfə vurmağa dair xüsusat təsdiqini tapmamışdır; - Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı bacısı X4 və istintaqa verdiyi şikayət ərizəsində yalnız döyülməsi və pulun götürülməsi barədə məlumat vermiş; - Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində əvvəllər tanıdığı Rövşən və Pərvin adlı şəxslərin xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində hadisə zamanı onu əl və ayaq zərbələri ilə döyərək cibindən 375 manat pulunun götürülməsini, Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi olmadığını göstərmişdir. - istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə baş vermiş mübahisələri zamanı bir-iki sillə vurduğunu, bıçaq tətbiq etmədiyini, pul almadığını göstərmişdir; - İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, özünün onu döymədiyini və pulunu almadığını göstərmişdir; - Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli və Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarları ilə Zərərçəkmiş şəxs qarşı törədilmiş əməlin yalnız sonuncunun ifadəsinə əsaslanıldığını, digər heç bir mötəbər sübutlarla təsdiqlənmədiyi sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi, lakin məhkəmə baxışı zamanı inkar etdiyi ifadəsində Təqsirləndirilən şəxs və Şahid2 onu döyməklə yanaşı birincinin bıçağın arxa nahiyyəsi ilə başından 3-4 dəfə vurması barədə və heç bir digər sübut növləri ilə (hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası rəyi, məhkəmədə ifadə vermiş bacısı Şahid1 və təqsirləndirilən şəxslərin tədqiq edilmiş ifadələri, zərərçəkmiş şəxsin ərizələri və s) təsdiq edilmədiyi ifadəsi mötəbər hesab edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talama, yəni soyğunçuluq kimi tövsif etməli və ona bu maddə ilə cəza təyin etməlidir. Belə ki, baxılan cinayət işi məhz qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs döyməklə şalvarının cibində olan 375 manat pulun talanmasına dair zərərçəkmiş şəxsin və onun bacısının ərizələri əsasında başlanmaqla soyğunçuluq cinayət əməli kimi araşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istər ibtida istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı verdiyi ifadələrində Zərərçəkmiş şəxs narkotik vasitələrin satışından çəkindirmək üçün döydüyünü bildirməsinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamə və hökmlərin surətlərindən müəyyən olunur ki, hal-hazırda o məhkum olunmamış şəxs sayılsada, əvvəllər xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə 300 manat cərimə cəzasına, Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 228.1, 234.1, 66.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 15 saylı CÇM-nin xx.xx.2024-cü il tarixli 3-16- 17/31/2-4890/2024 saylı arayışına əsasən onun sonuncu hökm üzrə cəza müddətinin sonu xx.xx.2019-cu il olmaqla, o, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmçinin barəsində cinayət işi ayrılmış Şahid2 məhkumluğuna dair tələbnaməsindən müəyyən olunur ki, o Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu şəxslərin əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarını nəzərə alaraq, Zərərçəkmiş şəxs narkotik vasitələrin satışından yayındırmaq məqsədi ilə döymələri ağlabatan deyildir. Məhkəmə zərərçəkmiş şəxsin talanmış pul məbləğin dəqiq sayını, yəni 375 manat olmasını real və həqiqi fakt kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı verilmiş ilk ərizə və sonrakı ardıcıl ifadələrində Zərərçəkmiş şəxs həmin məbləğin şalvarın sağ cibindən təqsirləndirilən şəxslər tərəfindən gözü qarşısında talandığını bildirmiş, istintaqın sonunda verdiyi barışıq ərizəsində də döyülüb cibindən məhz həmin məbləğin talandığını bir daha göstərməklə təsdiq etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs artıq məhkum olmaqla cəza çəkdiyini və CÇM-dən məhkəməyə gətirilərək ifadəsində yalnız Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirməsini, pulunun ola bilsin ki, cibindən düşməsini bildirməsini həqiqi ifadə kimi qəbul etməməklə onu Təqsirləndirilən şəxs ağır cəza almaqdan qurtarmaq, yalnış yoldaşlıq hislərinin təsiri altında verilmiş ifadəsi kimi qəbul edir. Lakin Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsindən aslı olmayaraq yalnız onun ibtidai istintaq zamanı ona qarşı təqsirləndirilən şəxslər tərəfindən bıçaq tətbiq etməklə basqın etmələri sübuta yetirilməmişdir. Məhkəmə “oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 1 saylı qərarının 3-cü bəndinə əsasən soyğunçuluq ilə nəzərdə tutulan özgə əmlakını talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərindı istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan soyğunçuluq cinayəti başa çatmış sayılır. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavəsitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirisin. Məhkəmədə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, hadisə günü yaşadığı Ramana qəsəbəsində ki, parkın yanında olduğu zaman Təqsirləndirilən şəxs yanına gələrək Zərərçəkmiş şəxs olduğu yeri soruşmuş, o İlhamın evində olacağı yeri Pərvinə bildirdikdə sonuncu ondan aralanaraq bir neçə dəqiqədən sonar Zərərçəkmiş şəxsla qəbirstanlıq tərəfə getmiş, oradan səslər gəldiyini eşitdikdə o tərəfə gedib Zərərçəkmiş şəxs üzünün qan içində olduğunu görmüş, İlhama nə baş verdiyini soruşanda sonuncu ona onun onu döydürdüyünü bildirmişdir. Pərvin isə hadisə yerini tərk etmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs verdiyi ifadələrində Şahid2 ifadələrini təsdiqləyərək faktiki Rövşənin hadisən yerində olmasını bildirmişdir. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının 23-cü bəndinə əsasən həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə başa düşülməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinəəsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs subaydır, öhdəsində azyaşlı övladları yoxdur, iş üzrə zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə nəzərə alır ki, CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu 07 iyun 2024-cü il tarixdən hesablamalı və o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsi ilə ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1- 99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 17 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Əhrəman oğlu müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Əhrəman oğluna isə 330 (üç yüz otuz) manat pul Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün nəzərə alınaraq, həmin müddət hazırda ona təyin edilmiş əsas cəza müddətindən çıxılaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “07” iyun 2024-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi Əhrəman oğlu üçün 330 (üç yüz otuz) manat pul Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar