Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2020 18.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Saatlı rayonu, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Saatlı rayonu, Əliabad kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbanov küçəsi, ev 25-də yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə,Təqsirləndirilən şəxs bacısı Almaz Ağayevanın əri Zərərçəkmiş şəxs ilə xx xxxxxxx 2019-cu il tarixdə mobil telefon vasitəsi ilə danışarkən Zərərçəkmiş şəxs onun və bacısının ünvanına şərəf və ləyaqətini alçaldan İfadələr işlətməsi səbəbinə aydınlıq gətirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bərdə rayonundan Bakı şəhərinə dəvət etmiş, xx xxxxxxx 2019-cu il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 13 ünvanda yerləşən Səməd Vurğun adına bağda Zərərçəkmiş şəxsla görüşmüş və bu səbəbdən də aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı özündə olan bıçaqla üç dəfə Zərərçəkmiş şəxs bədən nahiyəsinə vurararaq, sonuncuya qarın nahiyəsinin daxilə nüfuz edən və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin 1 (bir) ədəd kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun bacısı X2 Xəyal İlham oğlu ilə rəsmi nikaha girərərək ailə həyatı qurmuş və bundan sonra bacısı Almaz Bərdə rayonunda yerləşən Zərərçəkmiş şəxs ata evinə köçmüşdür. Bacısı Almaz ər evində təxminən iki ay mehriban yaşamışdır. Daha sonra bacısı Almaz ona mütəmadi olaraq zəng etmiş və əri Zərərçəkmiş şəxs pis rəftar etməsindən, söyüş söyərək təhqir etməsindən ona şikayət etmişdir. Bundan sonra o, dəfələrlə Zərərçəkmiş şəxs zəng edərək Xəyaldan bacısı Almaz ilə mehriban davranmağı və bacısını incitməməyi xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs onun xahişinə əhəmiyyət verməyərək bacısı Almaz ilə pis rəftar etməyə davam etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs işləmək məqsədi ilə Almazla birlikdə Bərdə rayonundan Bakı şəhərinə gəlmişdir. Xəyalgilin Bakı şəhərində qalmağa yeri olmadığından, Xəyal Almazla birlikdə onun kirayədə yaşadığı evdə yaşamağa başlamışdır. Xəyal təxminən iki ay müddətində Bakı şəhərində müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Xəyalgilin onlarda qaldığı müddət ərzində onların münasibətləri yaxşı olmuş və həmin müddət ərzində Xəyal ilə Almaz arasında heç bir söz-söhbət olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs Bərdə rayonuna gedəcəyini bildirərək bacısı Almazı onların yaşadığı evdə tərk edərək 2019-cu ilin avqust ayında Bərdə rayonuna getmişdir. Xəyal Bərdə rayonuna gedərkən bacısı Almaz hamilə olmuşdur. Xəyal Bərdə rayonuna getməmişdən əvvəl tez bir zamanda qayıdıb bacısını da özü ilə Bərdə rayonuna aparacığını bildirmişdir. Xəyal Bərdə rayonuna getdikdən təxminən 10 gün sonra bacısına zəng edərək Bakı şəhərinə qayıtmayacağını və bacısının tez bir zamanda Bərdə rayonunda yaşadığı evə gəlməsini tələb etmişdir. Bacısı isə Xəyalın pis rəftar etdiyini, diqqət göstərmədiyini, kobud olduğunu əsas gətirərək Xəyal ilə birlikdə Bərdə rayonunda yaşamayacağını Xəyala demişdir. Zərərçəkmiş şəxs onun bacısı Almazı hamilə vəziyyətdə kirayə qaldıqları evdə atıb getməsi, Xəyalın Almazla mütəmadi olaraq maraqlanmaması ona çox pis təsir etmişdir. Ona görə də o, dəfələrlə Xəyala zəng edərək görüşmək istədiyini demişdir. Lakin Xəyal onun zənglərinə məhəl qoymamışdır. Sonra, yəni xx xxxxxxx 2019-cu il tarixdə Xəyal ona zəng edərək Bakı şəhərinə gələcəyini bildirmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına olan bağda görüşməyi razılaşdırmışlar. Bundan sonra o, kirayə yaşadığı evin yaxınlığında yerləşən “Oba” marketə gedərək 1 (bir) ədəd dəstəyi plastmasdan olan mətbəx bıçağı almış və avtobusla Səməd Vurğun adına bağa getmişdir. O, Səməd Vurğun adına bağda Xəyalla görüşmüş və Xəyaldan onun bacısı ilə niyə yola getməməsini, hansı səbəbə görə bacısını atıb Bərdə rayonuna getməsini soruşmuşdur. Xəyal isə bunun qarşılığında ona var-yox söyüşü söymüş, həmçinin bacısı Almazın ünvanına nalayiq söyüşlər işlətmiş və bacısını şərləməyə başlamışdır. Bu vaxt o, Xəyalın sağ tərəfinə keçərək üzərində saxladığı bıçaqla Xəyalın qarın, bel və sol əl nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt onun tanımadığı şəxs onlara yaxınlaşmış və onları bir-birindən ayırmışdır. Sonra onları ayıran şəxs onun sağ əlində olan bıçağı ondan alaraq Xəyala vermişdir. Bundan sonra Xəyal Almazdan ayrılmaq istəmədiyini bildirmiş və Almazla barışmaq üçün ondan kirayə yaşadıqları evə aparmasını xahiş etmişdir. Sonra o, taksi tutmuş və onlar birlikdə onun kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbanov küçəsində yerləşən 25 saylı evə getmişlər. Onlar evə daxil olarkən evdə anası Gülsüm və bacısı Almaz olmuşdur. Anası və bacısı Xəyalın əynində olan paltarın qanın içində olduğunu gördükdə ondan nə baş verdiyini soruşmuşlar. O da Xəyalı bıçaqla vurduğunu demişdir. Bu vaxt anası və bacısı Xəyalın qarın, bel və sol əl nahiyələrindən qanın axdığını görüb qanın axmasının qarşısını almağa çalışmışlar. Lakin Xəyaldan axan qanın qarşısını almaq mümkün olmamışdır. Bu vaxt onun qardaşı Sadiq işdən evə gəlmiş və Xəyalın çoxlu qan itirdiyini görüb dərhal təcili tibbi yardıma zəng etmişdir. Bir qədər sonra təcili tibbi yardımın həkimləri onların kirayədə yaşadıqları evə gəlmişlər və Xəyalı təcili olaraq xəstəxanaya aparmışlar. Bundan sonra onun anası Gülsüm, bacısı Almaz və qardaşı Sadiq Xəyala baş çəkmək üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər. O isə evdə qalmışdır. O, evdə olan zaman Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları evə gəlmişlər və onu Polis Şöbəsinə aparmışlar. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin və müalicə xərcinin tam şəkildə ödənilməsini bildirərək barəsində aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o X16 ilə təxminən 1 (bir) il bundan əvvəl rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. O, Ağayeva Almaz ilə ailə həyatı qurduqdan sonra onlar Bərdə rayonunda olan ata evində yaşamışlar. O, ailə qurduqdan sonra arvadı Almaz ilə münasibətləri alınmamış və onların arasında tez-tez mübahisələr yaranmışdır. Bundan sonra Almaz Ağayeva öz ailəsinə və qardaşı Təqsirləndirilən şəxs onların arasında olan mübahisələr və söz-söhbətlər barəsində şikayət etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs dəfələrlə ona zəng edərək, ondan Almaz ilə yola getməyi və Almazı incitməməyi xahiş etmişdir. O isə hər dəfə Sahimə Almazi incitmədiyini bildirmişdir. Qaynı Təqsirləndirilən şəxs bir neçə dəfə ona zəng etdikdən və ondan bacısı Almaza qarşı münasibətinin dəyişməsini tələb etdikdən sonra o, Sahimin zənglərinə cavab verməmişdir. Bir müddət sonra o, işləmək məqsədi ilə Almazla birlikdə Bərdə rayonundan Bakı şəhərinə gəlmişdir. Onun Bakı şəhərində yaşamağa yeri olmadığından o, Almazla birlikdə Almazın anası və qardaşlarının kirayədə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbanov küçəsində yerləşən 25 saylı evdə yaşamağa başlamışdır. O, təxminən 2 (iki) ay müddətində Bakı şəhərində fəhləlik etmiş və həmin fəhləliyin heç bir nəticəsinin olmadığını görüb Bərdə rayonuna qayıtmaq istəmişdir. Onlar qaynı Sahimgilin qaldığı evdə yaşadıqları müddət ərzində heç bir mübahisə və söz-söhbət olmamışdır. O, Bərdə rayonuna tək getmişdir. O, Bərdə rayonuna getdikdə Almaz anasının və qardaşlarının yanında qalmışdır. O, Bərdə rayonuna getməmişdən əvvəl tez bir zamanda yenidən Bakı şəhərinə qayıdacağını Almaza bildirmişdir. 2019-cu ilin avqust ayında Bərdə rayonuna getdikdən təxminən 10 gün sonra o, arvadı Almaza zəng edərək bir daha Bakı şəhərinə qayıtmayacağını bildirmiş və Almazdan Bərdə rayonuna gəlməyini tələb etmişdir. Lakin arvadı Almaz onun sözünə qulaq asmamış, onun pis rəftar etməsini və kobud olmasını əsas gətirərək Bərdə rayonuna qayıtmayacağını ona bildirmişdir. O, Almazın bu sözlərindən əsəbiləşmiş və Almazın bir neçə aylıq hamilə olmasına baxmayaraq, Almazla maraqlanmamış və münasibət saxlamamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng etmiş və onunla xoş danışaraq yaxın günlərdə Bakı şəhərində görüşmək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmış və yaxın günlərdə Bakı şəhərinə gələcəyini, Sahimlə görüşəcəyini bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində o, Təqsirləndirilən şəxs zəng etmiş və Bakı şəhərinə gəldiyini bildirmişdir. Bir neçə saatdan sonra onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına bağda görüşmüşlər. Onlar görüşüb biraz söhbət etdikdən sonra Təqsirləndirilən şəxs onun sağ tərəfinə keçərək sol əlini onun çiyin nahiyəsinə qoymuş və sağ əli ilə belində saxladığı bıçağı çıxararaq onun qarın və sol bel nahiyələrinə qəsdən bir neçə zərbə vurmuşdur. Bu vaxt onların tanımadığı bir şəxs onlara yaxınlaşmış və onları bir-birindən ayırmışdır. Onları ayıran şəxs Sahimin əlində olan bıçağı alaraq ona vermişdir. Sonra o, bıçağı alaraq əynində olan şalvarın arxa cibinə qoymuş və Təqsirləndirilən şəxs onu Almazın yanına aparmasını, Almazdan ayrılmaq istəməməsi səbəbindən onu Almazla barışdırmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs də onunla razılaşaraq onun qoluna girmiş və taksi saxladaraq kirayə yaşadıqları evə aparmışdır. O, Təqsirləndirilən şəxs ilə birlikdə evə daxil olan zaman qaynanası Şahid3, arvadı X16 onun əynində olan paltarların qanlı olduğunu görüb nəyin baş verdiyini Təqsirləndirilən şəxs soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində gəzdirdiyi bıçaqla Səməd Vurğun adına bağda qəsdən ona xəsarət yetirdiyini bildirmişdir. Bu vaxt qaynanası Gülsüm və arvadı Almaz onun qarın və bel nahiyələrindən qanın axdığını görüb qanın qarşısını almağa çalışmışlar. Təqsirləndirilən şəxs də həmin vaxt onlara kömək etmişdir. Bu vaxt onun digər qaynı Şahid2 işdən evə gəlmiş və onun çoxlu qan itirdiyini görüb dərhal təcili tibbi yardıma zəng etmişdir. Bir müddətdən sonra təcili tibbi yardımın həkimləri evə gəlmişlər və onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Bundan sonra qaynanası Gülsüm, arvadı Almaz və qaynı Sadiq təcili tibbi yardım briqadasının həkimlərinin ardınca 3 saylı Şəhər Kliniki Xəstəxanasına gəlmişlər. Təqsirləndirilən şəxs isə evdə əlil və xəstə qardaşı Səid ilə birlikdə qalmışdır.Zərərçəkmiş şəxs ifadəsində, həmçinin göstərdi ki, o, Təqsirləndirilən şəxslə barışmış, cinayət hadisəsindən sonra onlar daha da mehribanlaşmışlar və onların qohumluq münasibətləri daha da möhkəmlənmiş, bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun bacısı Almaz Zərərçəkmiş şəxs ilə rəsmi nikaha girərərək ailə həyatı qurmuş və bacısı ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs Bərdə rayonunda olan ata evinə köçmüşdür. Bacısı Almaz ər evində təxminən iki ay mehriban yaşamışdır. Daha sonra bacısı Almaz onun qardaşı Sahimə zəng edərək əri Zərərçəkmiş şəxs pis rəftar etməsi və söyərək təhqir etməsindən şikayətlənmişdir. Qardaşı Sahim dəfələrlə Zərərçəkmiş şəxs zəng edərək Xəyaldan bacısı Almaz ilə mehriban davranmağı və bacısını incitməməyi xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs Sahimin xahişinə əhəmiyyət verməyərək Almaz ilə pis rəftar etməyə davam etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs işləmək məqsədi ilə Almazla birlikdə Bərdə rayonundan Bakı şəhərinə gəlmişdir. Xəyalgil Bakı şəhərinə gəldikdən sonra onlar birlikdə kirayə yaşadıqları evdə yaşamağa başlamışlar. Xəyal onlarda qaldığı iki aylıq müddət ərzində onların münasibətləri yaxşı olmuş, Xəyalın Almaz ilə söz-söhbəti olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs Bərdə rayonuna gedəcəyini bildirmiş və Almazı onların kirayə yaşadıqları evdə tərk edərək Bərdə rayonuna getmişdir. Xəyal Bərdə rayonuna getdikdən sonra ümumiyyətlə hamilə olan Almazla maraqlanmamış və Almazı itirib-axtarmamışdır. Sahim Xəyala tez-tez zəng edərək Xəyaldan bacısı Almaza sahib çıxmasını xahiş etmişdir. X22 xahişlərinə və zənglərinə məhəl qoymamışdır. Xəyal Bərdə rayonuna getdikdən təxminən 10 gün sonra onun bacısı Almaza zəng edərək Bakı şəhərinə qayıtmayacağını və tez bir zamanda Almazdan Bərdə rayonunda yaşadığı evə gəlməsini tələb etmişdir. Bacısı Almaz isə Xəyalın pis rəftar etməsini, diqqət göstərməməsini, kobud olmasını əsas gətirərək Xəyal ilə birlikdə Bərdə rayonunda yaşamayacağını Xəyala bildirmişdir. Zərərçəkmiş şəxs onun bacısı Almazı hamilə vəziyyətində atıb getməsi, Xəyalın Almazla mütəmadi olaraq maraqlanmaması ona və qardaşı Sahimə çox pis təsir etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, işdən kirayə yaşadığı evə gəldikdə evdə Xəyalın qanın içində olduğunu görmüşdür. O, qardaşı Sahimdən nəyin baş verdiyini soruşduqda, Sahim ona Xəyalı bıçaqla vurduğunu demişdir. O, Xəyalın çoxlu qan itirdiyini görüb dərhal təcili tibbi yardıma zəng etmişdir. Bir az sonra təcili tibbi yardımın həkimləri onun yaşadığı evə gəlmişlər və Xəyalı təcili olaraq 3 saylı Şəhər Klinİki Xəstəxanasına aparılmışlar. Bundan sonra o, bacısı Almaz və anası Gülsüm 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid X13 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, cinayət hadisəsi baş verməmişdən 9 (doqquz) ay əvvəl o, Zərərçəkmiş şəxs ilə tanış olaraq ailə həyatı qurmuşdur. O, ailə həyatı qurduqdan sonra əri Xəyalın Bərdə rayonunda yerləşən ata evinə köçərək yaşamağa başlamışdır. Ər evində yaşadığı müddət ərzində onun təxminən 2 (iki) ay günü-güzaranı yaxşı olmuşdur. Daha sonra o, mütəmadi olaraq istifadəsində olan mobil telefon ilə yaxınlarına məlumat verərək əri Zərərçəkmiş şəxs onunla çox pis rəftar etdiyini və onu söyərək təhqir etdiyini bildirmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs dəfələrlə əri Zərərçəkmiş şəxs zəng edərək, Xəyaldan bacısı ilə yola getməsini, bacısını incitməməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs qardaşı Sahimə heç bir məhəl və əhəmiyyət verməyərək onunla yenidən pis rəftar etməyə davam etmişdir. Bir sözlə heç bir əsas olmadan Xəyal onun əsəbləri İlə oynamışdır. Qardaşı Sahim onun əri Zərərçəkmiş şəxs dəfələrlə zəng etsə də, Xəyal Sahimin telefon zənglərinə cavab verməmişdir. Bu barədə əri ona mütəmadi məlumat vermişdir. Bir müddət sonra əri Zərərçəkmiş şəxs işləmək məqsədi ilə onunla birlikdə Bərdə rayonundan Bakı şəhərinə gəlmiş və o, əri ilə birlikdə yaxınlarının kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbanov küçəsində yerləşən 25 saylı evdə yaşamağa başlamışdır. Xəyal təxminən 2 (iki) ay müddətində Bakı şəhərində müxtəlif yerlərdə fəhləlik edərək hər gün kirayə qaldıqları evə gəlmişdir. Xəyal 2 (iki) ay müddətində onunla, həmçinin onun ailə üzvüləri ilə yaxşı yola getmişdir. Həmin ərəfədə onların arasında heç bir söz-söhbət olmamışdır. Demək olar ki, ailədə hər şey yaxşı olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Bərdə rayonuna gedəcəyini və tez bir zamanda Bakı şəhərinə yenidən qayıdacağını ona deyərək 2019-cu İlin avqust ayında Bərdə rayonuna getmişdir. Əri Zərərçəkmiş şəxs Bərdə rayonuna getdikdən təxminən 10 gün sonra onun istifadəsində olan mobil telefona zəng edərək Bakı şəhərinə qayıtmayacağını demişdir. Həmçinin Xəyal ondan tez bir zamanda Bərdə rayonunda yaşadığı evə gəlməsini tələb etmişdir. Lakin o, əri Zərərçəkmiş şəxs onunla rayonda pis rəftar etdiyini, diqqət göstərmədiyini, kobud olduğunu əsas gətirərək Bərdə rayonuna getməyəcəyini Xəyala demişdir. Zərərçəkmiş şəxs onu hamilə vəziyyətində kirayədə qaldıqları evdə atıb getməsi, Xəyalın onunlla mütəmadi olaraq maraqlanmaması onun qardaşı Təqsirləndirilən şəxs çox pis təsir etməyə başlamışdır. Bu barədə ara-sıra onların kirayədə yaşadıqları evdə söz-söhbət olmuşdur. Həmçinin bu məsələ üzündən o, ailəlikcə qohum-əqrəba və qonum-qonşu arasında xəcalət çəkmişdir. Beləliklə də, qardaşı Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə kartı ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək və Xəyal ilə xoş danışaraq yaxın günlərdə görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs yaxın günlərdə Bakı şəhərinə gələcəyini və həmin vaxt üz-üzə görüşəcəyini qardaşı Sahimə demişdir. Nəhayət xx xxxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində Sahim Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 243 ünvanında yerləşən “Delikates" kafesində işdə olduğu zaman Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon ilə Sahimin istifadəsində olan mobil telefona zəng edərək Bakı şəhərinə gəldiyini demişdir. X23 Qəhrəmanova Bakı şəhərinə çatan zaman istifadəsində olan mobil telefonuna zəng etməsini demişdir. Bundan sonra Sahim kirayə yaşadığı ünvan 3 ünvanına gələn zaman yaxınlıqda olan ərzaq marketindən “250" qramlıq “Ağsu" arağı almışdır. Sonradan onun bildiyinə görə Təqsirləndirilən şəxs kirayə qaldığı mənzildə həmin arağın hamısını qəbul etmişdir ki, əri Zərərçəkmiş şəxs ilə görüşən zaman Xəyal ilə yaxşı söhbət etsin. Sahim evdə spirtli içki qəbul edən zaman, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Xəyal Sahimə zəng edərək artıq Bakı şəhəri, Nəsimi rayon, Səməd Vurğun adına bağda olduğunu və Sahimi gözlədiyini demişdir. Sahim həmin vaxt Xəyala bağda gözləməyi və tez bir zamanda həmin ünvana gələcəyini Xəyala demişdir. Bundan sonra Sahim kirayə qaldığı evdən çıxaraq Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, “Dalğa Plazanın" yaxınlığında yerləşən "Oba” marketə daxil olaraq 1 (bir) manat 60 (altımış) qəpiyə 1 (bir) ədəd orta ölçüdə, dəstəyi plastmasdan olan, qırmızı və göy rəngli, tiyəsi dəmirdən olan mətbəx bıçaqı alaraq əynində olan göy rəngli cins şalvarın belində olan kəmərə keçirərək avtobusla Zərərçəkmiş şəxs yanına getmişdir. X24 Vurğun adına bağa gəlmiş və həqiqətəndə Xəyalın gözlədiyini görüb yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ilə qardaşı Sahim əl verib görüşmüşlər. Sonra X23dan niyə bacısı ilə yola getməməsini, hansı səbəbə görə hamilə bacısını atmasını soruşmuşdur. Xəyal isə Sahimə heç bir tutarlı söz deyə bilməmiş və yenidən onu şərləməyə başlamışdır. Bu vaxt qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ tərəfinə keçərək sol əlini qaldırıb Xəyalın çiyin nahiyəsinə qoyaraq, sağ əli ilə bel nahiyəsində saxladığı bıçağı çıxararaq Xəyalın qarın, bel və sol əl nahiyələrinə bıçaqla xəsarət yetirmişdir. Sahim Xəyala sağ əlində saxladığı bıçaqla üç dəfə xəsarət yetirmişdir. Həmin vaxt tanımadığı və şəxsiyyəti barədə heç bir məlumatı olmayan naməlum şəxs Sahimə yaxınlaşaraq Sahimi Xəyaldan ayırmşdır. Sahimi ayıran şəxs Sahimin sağ əlində olan bıçağı Sahimdən alaraq əri Zərərçəkmiş şəxs vermişdir. Bu vaxt Xəyal bıçağı Sahimdən götürərək əynində olan şalvarın arxa cibinə qoymuşdur. Həmin vaxt Xəyal Sahimə arvadı Almazdan ayrılmaq istəmədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onun qardaşı Sahimdən kirayə yaşadığı evə aparmasını xahiş etmiş və arvadı ilə görüşmək istədiyini bildirmişdir. Sahim Xəyalın təklifinə həmin zaman yox deməmişdir. Bundan sonra Sahim Xəyal ilə bilrikdə taksi ilə kirayə yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Sahim Xəyal ilə birlikdə evə daxil olan zaman o və anası Ağayeva X3 Xəyal İlham oğlunun əynində olan paltarın qanlı olduğunu görüb, nəyin baş verdiyini soruşmuşdur. Sahim isə Xəyalı Almazla yola getməməsi səbəbindən “Oba” marketdən aldığı bıçaqla Bakı şəhəri, Nəsimi rayonundə yerləşən Səməd Vurğun adına bağda vuraraq xəsarət yetirdiyini demişdir. Bu vaxt o, anası Gülsüm Zərərçəkmiş şəxs qarın, bel və sol əl nahiyələrindən qanın axdığını görüb qanın qarşısını almağa çalışmışdır. Lakin onlar Xəyaldan axan qanın qarşısını ala bilməmişlər. Bu vaxt onun digər qardaşı Şahid2 işdən kirayə yaşadığı evə gəlmişdİr. Sadiq Xəyalın çoxlu qan itirdiyini görüb dərhal təcili tibbi yardıma zəng edərək həkim çağırmışdır. Bir qədər sonra təcili tibbi yardımın həkimləri onların yaşadıqları evə gəlmişlər və Xəyalı təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılmasını məsləhət bilmişlər. Bundan sonra o, anası Gülsüm və qardaşı Sadiqlə birlikdə təcili tibbi yardım briqadasının həkimlərinin ardınca 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Qardaşı Təqsirləndirilən şəxs isə evdə 1-ci qrup əlil xəstə qardaşı X19 ilə birlikdə qalmışdır. Sahim kirayə yaşadığı evdə olan zaman Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları evə gələrək özlərini təqdim edib Sahimi törətdiyi cinayət əməli ilə bağlı Şöbəyə dəvət edib aparmışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-də etdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 13-18) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına olan bağda baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 24-28) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019cu il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 13 ünvanda yerləşən Səməd Vurğun bağında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 41-42) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 43-44) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 93-94) görünür ki, həmin gün saat 10:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-528/2019 saylı qərarından (cild 1, iş vərəqə 128-130) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Birliyinin 990 nömrəli rəyindən (cild 1, iş vərəqə 169-170) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ əlin İ barmağının kəsilmiş yarası, sağ əlin İİ barmağının səthi kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetrilməsi mümkündür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 192) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17- Təcrübi və Tədris Birliyinin 1052 nömrəlirəyindən (cild 1, iş vərəqə 172-174) görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin daxilə nüfuz edən və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sol saidin 1 (bir) ədəd kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Səhiyyə idarəsinin 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olduğu və qərarın təsviri hissəsində göstərilən xx xxxxxxx 2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni deşilmiş-kəsilmiş yaralar bıçağın tiyəsinin deşici-kəsici təsirindən, kəsilmiş yara isə bıçağın tiyəsinin kəsərinin təsirindən əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 2177 saylı rəyindən (cild 1, iş vərəqə 193-195) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müşahidə edilmir. Həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Saatlı rayon İHB-nın Əliabad İƏD-si üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən (cild 1, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs manqa komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, nizam-intizamlı və hərbi nizamnamələrin tələblərini yerinə yetirən əsgər kimi göstərmiş və bu səbəbdən də o, müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 139) görünür ki, Bərdə regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində Zərərçəkmiş şəxs ilə X16 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli maddi sübutların götürülməsi və baxış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 160) görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd tünd göy rəngli cins şalvar, göy-ağ dama-dama uzunqol köynək və bir ədəd dəstəyi ağ, göy, qırmızı rəngli bıçaq sübut əhəmiyyəti daşıdığından onların götürülməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 X14 2758 saylı rəyindən (cild 1, iş vərəqə 197) görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış və o, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-604/2019 saylı qərarından (cild 1, iş vərəqə 202-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cuil tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji AnatomiyaElmi-Təcrübi və X7 857/2019-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 211-215) görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinəəsasən qan qrupu, ABO sistemi üzrə A beta (İİ), Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə A beta (İİ)-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, bıçaq üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu.Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cuil tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji AnatomiyaElmi-Təcrübi və X7 572-MTKŞ nömrəli rəyindənvə ona əlavə edilmiş fotoşəkildən(cild 1, iş vərəqə 217-222) görünür ki,ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs maykanın ön səthinin sağ aşağı nahiyəsində 01 (bir) ədəd və arxa səthinin sol aşağı nahiyəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur, Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində sağda bir ədəd və arxa səthində solda olan bir ədəd deşilmişkəsilmiş zədələr onun bədəninin qarnın ön divarında sağda və sol bel nahiyəsində olan eyni xarakterli xəsarətlərə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. Eyni zamanda, Zərərçəkmiş şəxs sol saiddə aşkar edilmiş 1 (bir) ədəd kəsilmiş xarakterli xəsarət ona məxsus maykada öz əksini tapmamışdır. Bu da, maykanın tikiliş forması ilə əlaqədardır, Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthində solda 1 (bir) ədəd cırılmış zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malikdir, maykanın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gələ bilərdi, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın sağ ayaq hissəsinin ön səthində 01 (bir) ədəd və arxa səthində 01 (bir) ədəd, eyni səviyyədə yerləşən deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətlə, çox güman eyni anda bir təsirdən əmələ gələ bilərdi, ekspertizaya təqdim edilmiş uzunqol köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı, ekspertizaya təqdim edilmiş maddi sübutlarda tibbi-bioloji tədqiqat zamanı (857/2019-MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimidir, Zərərçəkmiş şəxs məxsus tünd göy rəngli qısaqol maykanın ön və arxa səthində, əsasən aşağıda aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində və sonra materialına fizikikapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər, Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində, əsasən ön səthində, uzunqol köynəyin ön və arxa səthlərində, o cümələdən qollarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində, bəziləri isə sonra materialına fiziki-kapillyarlıq faktoru üzrə qismən hopması nəticəsində əmələ gəlmişlər. Təqdim edilmiş bıçağın üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə aşkar olunmadığı üçün qan ləkələrinin forma, xarakteri və əmələ gəlmə mexanizmini haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində sonradan düzəlişlər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 206-209) görünür ki, Zərərçəkmiş şəxs 08 oktyabr2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi və bıçaqla xəsarət aldığı yeri hadisə yerində, yəniünvan 5 ünvanda yerləşən Səməd Vurğun adına bağda əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 237-253) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi, hadisə zamanı cinayətin aləti kimi istifadə olunmuş 1 (bir) ədəd mətbəx bıçağının maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qısaqol tünd göy rəngli maykanın maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus xırda ağ-göy rəngli dama-dama naxışlı uzunqol köynəyin və göy rəngli cins tipli materialdan olan şalvarın maddi sübut kimi tanınması və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 257-258) görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunlu ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən (cild 1, iş vərəqə 284) görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-56/2020 saylı qərarından (cild 1, iş vərəqə 304-307) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadımasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X18 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bacısı Almaz Ağayeva ilə rəsmi nikaha daxil olmuşdur. Onlar nikaha daxil olduqdan sonra yaşamaq üçün Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonuna getmişlər və sonuncunun valideynlərinə məxsus evdə yaşamağa başlamışlar. Xəyal ilə Almaz nikaha daxil olduqdan sonra bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, daha sonra onların münasibəti pisləşmişdir. Bunun nəticəsində Almaz Ağayeva dəfələrlə qardaşı Təqsirləndirilən şəxs müraciət edərək əri Zərərçəkmiş şəxs soyuq münasibətindən gileylənmiş və sonuncunun kobud davranışlarından şikayətlənmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində dəfələrlə yeznəsi Zərərçəkmiş şəxs zəng edərək sonuncudan bacısı Almaza qayğı göstərməsini və normal münasibət bəsləməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bacısı Almazla bağlı dəfələrlə Zərərçəkmiş şəxs müraciət etsə də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciətlərinə və xahişlərinə məhəl qoymamışdır. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs arvadı Almaz Ağayeva ilə bir müddət Bərdə rayonunda yaşadıqdan sonra işləmək üçün arvadı ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Onların Bakı şəhərində yaşamağa yerləri olmadığından, onlar Almazın anası və qardaşlarının kirayədə yaşadıqları 25 saylı evdə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs təxminən 2 (iki) ay müddətində arvadı Almaz Ağayeva ilə birlikdə sonuncunun anası və qardaşlarının kirayədə yaşadıqları evdə yaşadıqdan sonra Bakı şəhərində işlərinin pis getməsi səbəbindən hamilə olan Almazı anası və qardaşlarının himayəsində qoyaraq Bərdə rayonuna qayıtmışdır. Zərərçəkmiş şəxs Bərdə rayonuna qayıtdıqdan sonra uzun müddət ərzində arvadı Almazla maraqlanmamışdır. Bir müddət belə soyuq münasibətlər davam etdikdən sonra Xəyal Almaza zəng edərək onu yanına, yəni Bərdə rayonuna çağırmışdır. X25 Zərərçəkmiş şəxs hamilə olduğunu bildirərək və Zərərçəkmiş şəxs ona qarşı əvvəllər kobud hərəkətlər etməsini, təhqir etməsini və soyuq davranmasını irad tutaraq, Bərdə rayonuna getməkdən imtina etmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs əsəbiləşmiş və Almaz Ağayevanın hamilə olmasına baxmayaraq, Almazın səhhəti ilə maraqlanmamış, Almaz Ağayevaya doğuşla bağlı maddi kömək göstərməmiş, başqa sözlə, əlaqələri kəsərək Almazı atmışdır. Ona görə də Təqsirləndirilən şəxs dəfələrlə yeznəsi Zərərçəkmiş şəxs zəng edərək ondan ailəsini qorumasını, bacısı Almaz Ağayevaya sahib çıxmasını, bacısının hamiləliyi ilə bağlı həm maddi, həm də mənəvi cəhətdən dəstək olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs çox saylı cəhdlərinə baxmayaraq, Zərərçəkmiş şəxs onun sözlərinə və xahişlərinə məhəl qoymamış və Almaza qarşı soyuq münasibət sərgiləməyə davam etmişdir. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz ailəsinə, yəni onun bacısı Almaza və yeni doğulacaq uşağına biganə yanaşmasını görüb sonuncu ilə görüşmək və yaranmış problemi həll etmək istəmişdir. Əldə edilmiş razılığa əsasən onlar xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına bağda görüşmüşlər. Həmin görüş vaxtı Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs onun bacısı Almaza qarşı hamiləlik dövründə qayğı göstərməsini və normal münasibət bəsləməsini, başqa sözlə, ailəsini qoruyub saxlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs sözlərinin və xoş niyyətinin müqabilində Zərərçəkmiş şəxs heç bir əsas olmadan əvvəlcə Təqsirləndirilən şəxs özünü, daha sonra onun bacısı Almazın ünvanına ağır söyüşlər söyərək təhqir etmişdir. Zərərçəkmiş şəxs əxlaqsız hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs bir qardaş kimi əsəblərini cilovlaya bilməmiş və üzərində olan bıçaqla Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmişdir. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 2177 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Məhkəmə qeyd edilənləri və 2177 saylı rəyi məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsinə sövq və vadar edən əsaslı səbəblər kimi Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs bacısı olan Almaza qarşı sərgilədiyi soyuq və biganə davranışı, onu söyüb təhqir etməsi, Almazı atıb getməsi və hadisə baş verən gün etdiyi əxlaqsız hərəkətləri (Təqsirləndirilən şəxs və Almaz Ağayevanın ünvanına təhqiramiz ifadələr işlətməsi və ağır söyüşlər söyməsi) çıxış etmişdir. Belə ki, Təqsirləndirilən şəxs bir qardaş kimi Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərindən təsirlənmiş və bunun nəticəsində Təqsirləndirilən şəxs həssaslığı və özünə qarşı hörmət hissi artmışdır. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz halıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidirTəqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin və müalicə xərcinin onun tərəfindən tam şəkildə ödənilməsini, cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza növü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs Almaz Ağayeva ilə barışdırmasına cəhd etməsini, bacısının hamiləliyi dövründə bacısının qayğısına qalmasını, bacısının ailəsini qoruyub saxlamağa cəhd etməsini, cinayəti məhz Zərərçəkmiş şəxs əxlaqsız hərəkətləri nəticəsində törətməsini, 4 (dörd) aya yaxın müddət ərzində həbsdə saxlanılmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, cinayət nəticəsində Xəyala Qəhrəmanova vurulmuş zərərin və müalicə xərclərinin onun tərəfindən tam şəkildə ödənilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə qohum olmasını, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və cəza çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun zərərçəkmiş şəxsin ailəsi və öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü, onun və bacısının ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, bundan başqa, onun bacısının ailəsinin dağılmasına səbəb ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə yanaşı, həmçinin məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddət, yəni 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməli və həmin müddət məhkəmə tərəfindən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, maddi sübut qismində tanınmış və Bakı şəhər Nəsimi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qısaqol tünd göy rəngli maykanın Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs məxsus xırda ağ-göy rəngli dama-dama naxışlı uzunqol köynəyin və göy rəngli cins şalvarın Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 3 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə onun 3 (üç) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 (iki) il 8 (səkkiz) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhər Nəsimi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qısaqol tünd göy rəngli maykanın Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus xırda ağ-göy rəngli dama-dama naxışlı uzunqol köynəyin və göy rəngli cins şalvarın Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-426/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-426/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver