Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2021 21.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1990-cı ildə Qubadlı rayonu Qəzyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu Qəzyan kəndində qeydiyyatda olmaqla, ünvan 1ünvanında yaşamış, hazırda barəsində seçilmiş “həbs” qətimkan tədbir ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 fevral 2020-ci il tarixdə saat 11:25 radələrində 17.07.2014-cü il tarixdə verilmiş “BC” kateqoriyalı AD seriyalı 111226 nömrəli sürücülük vəsiqəsi əsasında saz vəziyyətdə idarə etdiyi VAZ-21144 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh prospekti ilə Nərimanov küçəsi istiqamətində hərəkətdə olan zaman Sumqayıt Təhsil Şöbəsinin yaxınlığında “X4” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayyət etməyərək Sumqayıt şəhəri 1-ci mikrorayon tərəfdən 30-cu məhəlləyə tərəf yəni yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ diz oynağının açısı və bükücü kontrakturası, sağ qamış sümüyünün yerdəyişən sınığı, sağ bud çanaq oynağının kontrakturası, sağ sirkə kasasının yerdəyişməyən xətti sınığı, təpə, sağ göz qapaqları, çənə, alın, sol diz, sağ dirsək nahiyyələrinin qançırları, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsini dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli habelə özünü zərərçəkmiş şəxsə təqdim etmək əvəzinə bunu etməyərək yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri 21-ci məhəllədə dayanmış “Fuad” adlı şəxsin avtomobilinin yanından keçərkən avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs3 onu gördüyü üçün niyə avtomobildən düşüb onunla görüşmədiyini bəhanə edib iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs3 avtomobildən düşdükdə əlini onun çiyninə qoyaraq yaşayış binasının arxasına aparmış, Zərərçəkmiş şəxs3 boynundan vuraraq itələmiş, onların arxası ilə gələn və bunu görən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 ondan niyə qardaşını vurduğunu soruşduqda Təqsirləndirilən şəxs yumruqla onun dodaqlarından vuraraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs2 vuraraq ona mədənin ön divarının cismi nahiyyəsinin mədə boşluğuna sirayət edən döş qəfəsinin sol yarısının ön səthinin aşağı hissəsinin qarm boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitenium, tarvmatik hemorağik şok 2-3-cü dərəcə ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs3 vuraraq ona ağır müştərək travma, döş qəfəsinin sağ yarısının boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sağ tərəfli açıq hemotoraks, mədə cisminin ön səthinin mədə boşluğuna sirayət edən zədəsi ilə müşaiyyət olunan qarnın sol yarısının boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitoneum, böyük piyliyin eventrasiyası, daxili qanaxma, travmatik-hemorağik şok İİ-İİİ dərəcə ilə nəticələnən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə saat 11 radələrində dostu Şahid3 məxsus olan avtomobili Sumqayıt şəhər Sülh prospekti ilə üzü dəniz kənarı istiqamətinə doğru saatda 15-20 km sürətlə idarə edərkən soldan sağ tərəfə yolu keçmək istəyən piyadanı görüb sükanı sola tərəf çəkmiş, lakin, qadın piyada maşına tərəf gəldiyi üçün avtomaşını saxlamağa çatdırmamış, avtomaşının qabaq sağ tərəfi ilə həmin qızı vurmuşdur. Avtomobili qabaqda saxlamış, bir qədər keçdikdən sonra arxaya həmin qızı vurduğu yerə sürmüş, arxası ilə gələn digər 2 nəfər dostunun idarə etdiyi BMV markalı avtomobildən enən Tural və Rəşadla birlikdə həmin qızı onların avtomobilinə otuzdurub dal-qabaq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparmışlar. Rəşad idarə etdiyi avtomobili xəstəxananın həyətinə sürmüş, o, isə xəstəxananın giriş darvazasının yaxınlığında saxlamışdır. Piyada xəstəxanaya tərəf keçib xəsarət alan qızı xəstəxananın qəbul şöbəsinə aparıb yerləşdirmişlər. Daha sonra təhqiqatçı gəlmiş və o, təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişdir. Səhərisi günü xəstəxanaya vurduğu qıza baş çəkməyə gedəndə ona məlum olmuşdur ki, həmin qızın adı Zərərçəkmiş şəxs1dır və o prokurorluq işçisidir. Ramizlə mübahisəsi salam verməmək üstündə olub, Ramizlə mübahisə edən zaman, Valeh onlara yaxınlaşmış, sonra Valeh yerdən taxta parçası götürərək ona zərbə endirmişdir. Bundan sonra o da bıçağı götürüb, özünü müdafiə etmək məqsədilə Valehi vurmuşdur. O, Ramizi bıçaqla vurmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri Sülh küçəsindən 30-cu məhəlləyə tərəf piyada hərəkətdə olan zaman, Sülh küçəsinin əks istiqaməti ilə 1-ci mikrorayon tərəfdən gəlib döngədən Nərimanov küçəsi istiqamətində piyada hərəkət edərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21144 markalı ağ rəngli avtomobilin qabaq hissəsi ilə onu vurmuş, o, zərbədən yerə yıxılmışdır. Sağ ayağından ciddi zədə aldığı üçün ayağa qalxa bilməmiş, lakin, huşu yerində olmuşdur. Yoldan keçən tanımadığı iki nəfər onu öz avtomobillərinə otuzdurub Sumqayıt Təcili Tibbi Yardım Xidmətinə aparmışlar. Həmin iki nəfərin danışığından onların onu vuran avtomobilin sürücüsü olmadığını bilmişdir. Həmin günü yanına gələn təhqiqatçı Nahid müəllimlə söhbət zamanı məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü müəyyən edilməmişdir. Həmin vaxt xəstəxanada olan atası onun yanına gəlmş və söhbət əsnasında onu xəstəxanaya gətirən şəxslərdən sürücünün kim olduğunu soruşduqda bilmədiklərini dediyini öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, sürücünü kamera vasitəsi ilə müəyyən etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı binanın yaxınlığında dostu Fuadın avtomobilində Fuad və qardaşı Ramizlə oturduğu vaxt, tanışı Tural, Vasif və tanımadığı 2 nəfər onların yanından keçərkən Tural avtomobildə əyləşən Fuad və Ramizə niyə avtomobildən düşüb onlarla görüşmədiyini deyərək iradını bildirmiş, həmin vaxt Vasif də niyə onlarla düşüb görüşmədiklərini deyərək avtomobildən düşmələrini tələb etmişdir. Bundan sonra qardaşı Ramiz avtomobildən düşmüş, Turalın Ramizi söhbət etməyə apardığını gördükdə onların arxası ilə getmişdir. Yaşadıqları binanın arxasında Tural əli ilə Ramizin boynundan vurmuş, Ramiz Turalı itələyərək niyə onu vurduğunu soruşmuş, həmin vaxt o, Turala yaxınlaşaraq ondan qardaşı Ramizi niyə vurduğunu soruşmuş, Tural cibindən çıxartdığı bıçağın düyməsini basaraq açmış və bıçaq olan əli ilə yumruqla onun dodağından vurmuşdur. Bundan sonra o da yumruqla Turalın sinəsindən vurmuşdur. Həmin vaxt Tural bıçaqla onun qarın nahiyyəsindən vuraraq xəsarət yetirmiş və aldığı xəsarətdən yerə yıxılmışdır. X6 üzərinə getmiş, Ramizin yıxıldığını Turalgil gördükdə oradan qaçıb uzaqlaşmışlar. Ramiz ona yaxınlaşaraq yerdən qaldırmış, Ramizə bıçaqla vurulduğunu dedikdə, Ramiz də özünün bıçaqla vurulduğunu ona bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 26 fevral 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında tanışı Fuada məxsus avtomobildə Fuad və qardaşı Valehlə oturduğu vaxt tanışı Tural, Vasif, Aqil və adını bilmədiyi başqa bir şəxs ilə onların yanından keçərkən Tural ona niyə avtomobildən düşmədiyinə görə iradını bildirmiş, buna görə avtomobildən düşmüş, Aqil də onları gördükdə avtomobildən düşmədiyinə görə irad bildirmişdir. Tural əlini onun çiyninə qoyaraq binanın arxasına aparmış, orada əli ilə boynundan vurub itələmişdir. Buna görə o, Turalı sinəsindən itələmişdir. Bir qədər sonra özünün və qardaşının bıçaqlandıqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yaşayır, Turalıda dostlarının vasitəsi ilə Sumqayıt şəhərindən tanıyır. Belə ki, o, Sumqayıt şəhərində telefon alqı satqısı yerində işləyir. Hadisə baş verən günü telefon dükanında olmuş, səsə bayıra çıxanda, kənarda səs-küy olduğunu görmüş, dukanı sahibsiz qoymamaq üçün yenidən işlədiyi dükana qayıtmışdır. Hadisə ilə əlaqədar heç nəyin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 26 fevral 2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “BMV 525” markalı avtomobillə bir evdə yaşadığı dayısı oğlu Şahid2 Pənah oğlu və Təqsirləndirilən şəxs ilə çay içməyə gedərkən, yolda Vasifə zəng etmişlər ki, o da çay içməyə gəlsin. Vasif gələnə kimi onlar maşından düşmüş, çay evinin açıq olub olmamasına baxmağa getmişlər. Qaıyadanda adamların toplaşdığını və səs-küy olduğunu görüb yaxınlaşanda, Turalın da orada kimlərləsə dalaşdıqlarını görmüşdür. Onlar çəkildikdən sonra Tural ona demişdir ki, onu evə aparsın. Onlar da Turalı götürüb evə gətirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bir evdə yaşadığı bibisi oğlu X1 idarə etdiyi “BMV 525” markalı ** RF *** dövlət nömrə nişanlı avtomobillə 26 fevral 2020-ci il tarixdə saat 00:10 radələrində dostu Təqsirləndirilən şəxs və Vasiflə çay içmək üçün Sumqayıt şəhəri 20-ci məhəlləyə getmiş və orada avtomobildən düşmüşlər.Binaların qarşısındakı Lada markalı avtomobildə olanları Tural tanıdığını deyib avtomobilə yaxınlaşmış, o isə Aqil və Vasiflə öz avtomobillərinin yanında qalıb Turalı gözləmişlər. Sonra Tural “Lada” markalı avtomobildən düşən Ramiz və Valehlə məhəllənin içərisinə tərəf getmiş, Ramiz və Valehin orada Turalın üstünə düşüb onu döymüş, Tural gedib onun avtomobilindən meyvə soymaq üçün olan bıçağı götürmüş, Ramiz və Valehə tərəf getmiş və onlara tərəf əl qol atmışdır. Onları ayırmış və Turalı avtomobilinə aparıb əyləşdirərək oradan uzaqlaşmışlar. Sonradan Turalın bıçaqla Ramiz və Valehi vurduğunu eşitmişdir. Hadisə vaxtı Vasif kənarda dayanmış Aqil isə avtomobildə əyləşmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 fevral 2020-ci il tarixdə saat 11 radələrində özünə məxsus VAZ-21144 markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “xxxx” ASC-nin yaxınlığında tanışı Təqsirləndirilən şəxs Rakif oğlunun xahişi ilə ona idarə etmək üçün vermiş, Tural avtomobili Sumqayıt şəhəri Sülh prospektinin əks istiqamətindən döndərib idarə edərkən avtomoblin sağ hissəsi ilə yolu soldan sağa keçən piyada qızı vurmuş və təxminən 50 metr qabaqda avtomobili saxlayaraq arxaya qızı vurduğu yerə sürüb saxlamışdır. Onların arxası ilə gələn “BMV” markalı dövlət qeydiyyat nişan nömrəsini xatırlamadığı avtomobil hadisə yerində saxlamış və Turalın vurduğu piyadanı “BMV” markalı avtomobilə qoyaraq birlikdə Sumqayıt şəhər TTYX-na aparmışlar. Onların arxası ilə gələn Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili TTYX-dan təxminən 100 metr qabaqda saxlamışdır. Tural xəstəxanaya getmiş və təxminən yarım saatdan sonra qayıtmış onun avtomobilini idarə edərək Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində saxlamış və baş vermiş hadisə ilə əlaqədar söhbət etmişlər. Həmin vaxt onun ***-***-**-** mobil telefonuna Sumqayıt şəhər Polis İdarəsindən zəng gəlmiş və baş vermiş hadisə ilə əlaqədar Polis İdarəsinə dəvət olunduğuna görə Turalla birlikdə ora gedib hadisə varədə izahat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 06.04.2020-ci il 400 №-li rəydən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər vardı:Ağır müştərək travma,döş qəfəsinin sağ yarısının boşluğuna keçən deşilmiş-kəsilmiş yarası,sağ tərəfli açıq hemotoraks, mədə cisminin ön səthinin mədə boşluğuna sirayət edən zədəsi ilə müşaiyyət olunan qarnın sol yarısının boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası,hemoperitoneum,böyük piyliyin eventrasiyası, daxili qanaxma, travmatik-hemorağik şok İİ-İİİ dərəcə,qeyd olunan xəsarətlər deşici -kəsici alətin,ola bilsin ki,bıçağın təsirindən törənmiş,törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 26.02.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə tibbi ekspertizasının 06.04.2020-ci il tarixli 384 №-li rəydən görünür ki, 1975-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardı: Mədənin ön divarının cismi nahiyyəsinin mədə boşluğuna sirayət edən döş qəfəsinin sol yarısının ön səthinin aşağı hissəsinin qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası,hemoperitenium,travmatik hemorağik şok 2-3-cü dərəcə.Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki,bıçağın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 26.02.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli 3/63 №-li rəydən görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 əynində olmuş,tədqiqata təqdim edilmiş gödəkçənin, puloverin, qısaqol maykanın, qolsuz maykanın arxa hissəsinin sol tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır.Həmin zədələr bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir.Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin bir və ya bir neçə bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil.Təqdim edilmiş gödəkçənin,puloverin,qısaqol maykanın,qolsuz maykanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilən zədələr öndən arxaya istiqamətdə,bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan predmetin tiyəsin iti tərəfi zərərçəkmişə nisbətdə aşağıda olmaqla yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 24 mart 2020-ci il tarixli 3/56 №-li rəydən görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs3 əynində olmuş,tədqiqata təqdim edilmiş gödəkçənin, sviterin və köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin paltarların üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Ambulator Məhkəmə Psixiatirik Ekspertizasının 06.05.2020-ci il tarixli 830 №-li rəydən görünür ki,Təqsirləndirilən şəxs hal-hazırda ÜZVİ EMOSİONAL - LABİL (ASTENİK) POZUNTU aşkar olunur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-labil pozuntu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır,yəni anlaqlıdır.Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 18.04.2020-ci il tarixli 8/426 №-li rəydən görünür ki,VAZ-21144 markalı 50BT888 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Əlavə məhkəmə tibbi ekspertizasının 01.07.2020-ci il tarixli 26/251 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT. Baş beyin silkələnməsi. Sağ diz oynağının açısı və bükücü kontrakturası. Sağ qamış sümüyünün yerdəyişən sınığı. Sağ bud çanaq oynağının kontrakturası. Sağ sirkə kasasının yerdəyişməyən xətti sınığı.Təpə,sağ göz qapaqları, çənə, alın,sol diz,sağ dirsək nahiyyələrinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar,onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 23.02.20-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsini dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir.. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, baş vermiş hadisənin mahiyyəti üzrə istintaq orqanı düzgün nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə məhkum olunmuş şəxslər, cəzanı çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə və məhkumluğu ödənilmədiyindən onun əməlində cinqayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmaması, hərəkətlərindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 20.000 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraaı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddiaya əlavə olunmuş rəsmi ödəmə qəbzlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan yetirmiş olduğu xəsarət nəticəsində Zərərçəkmiş şəxs1 6056 manat məbləqində maddi ziyan dəymişdir. Odur ki, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ödənilməmiş 6056 manat pul ödənilməlidir. Ona görə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, verilmiş 20.000 manat məbləğində mülki iddianın 6056 manatının təmin edilməsi mümkün hesab edilməlidir. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 27 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlukəli residivi olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə məhkəmə məsrəfləri 205 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş, bir ədəd gödəkcə bir ədəd poliver, bir ədəd qısaqol mayka, bir ədəd qolsuz mayka, zərərçəkmiş Zərərçəkmiş şəxs3 əynində olmuş, bir ədəd gödəkcə, bir ədəd sviter və bir ədəd köynək zərərçəkmiş şəxslərə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələri ilə ona, 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona, qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 vermiş olduğu mülki iddia qismən təmin olunsun, Təqsirləndirilən şəxs 6056 (altı min əlli altı) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus zamanı əynində olmuş, bir ədəd gödəkcə bir ədəd poliver, bir ədəd qısaqol mayka, bir ədəd qolsuz mayka, zərərçəkmiş Zərərçəkmiş şəxs3 əynində olmuş, bir ədəd gödəkcə, bir ədəd sviter və bir ədəd köynək zərərçəkmiş şəxslərə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri 205 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 222 (iki yüz iyirmi iki) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-426/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-426/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver