Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu,Sarov kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən yataqxananın 4 saylı otağında yaşayan və barəsində 03 avqust 2021-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Səxavət Şükürovdan 01 avqust 2021-ci il tarixdə saat 04 radələrində 10 ədəd şəffaf sellofana bükülmüş halda külli miqdarda ümumi təmiz çəkisi 6,233 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana bükülmüş halda, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,897 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, əynindəki göy rəngli cins şortikin sağ yan cibində olan qara rəngli pul qabında saxlamış, 01 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən yataqxanada satış məqsədi ilə əldə etdiyi xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,193 qram tünd qəhvəyi rəngli,0,496 və 0,891 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 1,580 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini tanışı Şahid4 35 (otuz beş) manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında Nizami RPİ- nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanında yerləşən yataqxananın dəhlizində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis idarəsinin 25-ci PŞ- nə gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şortikin sağ yan cibində olan 1 ədəd qara rəngli pul qabında 07 ədəd şəffaf sellofana bükülmüş halda külli miqdarda ümumi təmiz çəkisi 4,653 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana bükülmüş halda, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,897 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin ondan aşkar edilərək tərtib edilmiş protokol ilə götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Sarov kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında yerləşən yataqxanada tək yaşamış, hazırda heç bir yerdə işləməmiş və əvvəllər hər hansı bir cinayət törətməyə görə məhkum olunmamışdır. O, 2008-ci ildə Bakı şəhəri, Nizami rayonu, 1 saylı uşaq evini bitirdikdən sonra hərbi xidmətə yollanmış və 2010-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamağa başlamışdır. O, 1 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə istifadə etmişdir. O həmin narkotik vasitəni “Hacı” ləqəbli X3 əldə etmişdir. 31 iyul 2021-ci il tarixdə saat təxminən 23 radələrində o, MilliÖn ödəmə terminlı vasitəsilə Səxavətin ona atdığı karta 240 manat pul göndərmiş və Səxavət də 01 avqust 2021 -ci il tarixdə saat 04 radələrində onun yaşadığı ünvan 4 ünvanında yerləşən yataqxananın təxminən 100 metr uzaqlıqda olan zibiliyə narkotik vasitə olan 10 ədəd bükümdə kokos kimi tanıdığı heroin və 1 ədəd bükümdə şüşə kimi tanıdığı metamfetamin qoymuş və 01 avqust 2021-ci il tarixdə saat 04 radələrində gedib zibilikdən həmin narkotik vasitələri götürərək öz üzərində saxlamışdır. O, 01 avqust 2021-ci il tarixdə saat 10 radələrində özündə olan narkotik vasitə heroinin təxminən 01 qramını 03 ədəd bükümdə dostu Şahid4 satmış və sonuncudan həmin narkotik vasitə müqabilində 35 manat pul almışdır. O həmin narkotik vasitələri əynində olan göy rəngli cins şortikin sağ cibindəki pul qabma qoyaraq orada saxlamışdır. 02 avqust 2021-ci il tarixdə saat 00.50 radələrində Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları onu yaşadığı ünvan 4 ünvanındakı yataqxananın dəhlizində saxlayaraq Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparmış və orada üzərinə kamera çəkilişi aparılmaqla baxış keçirilən zaman həmin narkotik vasitə və psixotrop maddələr ondan aşkar edilərək götürülmüşdür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o həmin narkotik vasitə və psixotop maddəni əvvələr ünvan 6 ünvanındakı yataqxanada yaşayn X3 almışdır. Səxavətin mobil telefonu ***-***-**-**-olmuşdur. O, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Səxavətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə vatsap vasitəsilə yazışmış və o, Səxavətin kart hesabına pul atdıqdan sonra sonuncu narkotik vasitəni yataqxananın yaxınlığındakı zibiliyə gətirib qoymuşdur. O, ilk dəfə Səxavətdən narkotik vasitə və psixotrop maddə almışdır. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Nə polis şöbəsinə gətirilən zaman, nə də ki, üzərinə baxış keçirilən zaman ona qarşı heç bir təzyiq olmamışdır. Ona görə də polis əməkdaşlarına qarşı heç bir narazılığı olmamışdır. Özü könüllü olaraq narkotik maddəni çıxarıb təqdim etmişdir. O həmin narkotik vasitə və psixotrop maddəni həm Özü istifadə etmək, həm də satmaq məqsədi olmuşdır. O həmin narkotik vasitəni həm istifadə etmək, həm də satmaq məqsədilə əldə etmiş və əldə etdiyi narkotik vasitədən 03 ədəd bükümdə Şahid4 satmışdır. O, 25-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zaman, eləcə də izahat və ifadə verən zaman səhv bildirmiş, hazırda dəqiqliyi ilə xatırlamış və həmin narkotik vasitə və psixotrop maddəni 240 manata almışdır. O, istintaqa verdiyi əvvəlki ifadəsində də qeyd etmişdir ki, onun üzərindən aşkar olunmuş narkotik vasitəni ona X2 və Fuad Səxavətin tanışı olmuşdur. Belə ki, o, Səxavətdən narkotik vasitə alan zaman Səxavət ona narkotik vasitəni özü gətirə bilmədikdə Fuadla göndərmiş və Fuadın anket məlumatları barədə heç bir məlumata malik olmamış, belə ki, sonuncunun soyadı və ata adını eləcə də mobil nömrəsini bilməmişdir. Fuad adlı şəxsi yalnız üzdən tanımışdır. Belə ki, Fuad arıq bədən quruluşlu, təxminən 40 yaşlarında, sarışın, saçı tökülməmiş formada olan şəxs olmuşdur. 070-957-03- 02 saylı mobil nömrə X6 məxus olmuş və sonuncunun istifadəsində olmuş və o, X8 tanımamış və sonuncunun anket məlumatları barədə heç bir məlumata malik olmamışdır, ***-***-**-** saylı mobil nömrə X5 istifadəsində olmuş və onun üzərindən aşkar edilmiş narkotik vasitəni X3 aldığı üçün həmin narkotik vasitə və psixotrop maddə üçün qiymətinin 25 manatdan olmadığını soruşmuşdur. O, narkotik vasitə və psixotrop maddə aldığı X7 ilə mobil telefonla danışan zaman sonuncu ona bildirmişdir ki, Səxavət ona kokosu ucuz qiymətə verməklə 25 manatdan verəcəkdir və o da ona görə Səxavətə çox sağ ol yazaraq təşəkürünü bildirmiş və həm də soruşmuşdur ki, şüşə və patı adlanan metamfetamini neçədən hesablasın və buna görə də Səxavətə bu məzmunda sms göndərmişdir. O və digər narkotik vasitə istifadəçiləri narkatik vasitə olan heroinə “kokos” və “kola” demiş və o, X6 həmin məzmunda sms yazmaqla 10 bükümdə heroin sifariş vermiş və buna görə də bu məzmunda sms göndərmişdir. O, X1 verdiyi 10 bükümdə heroin üçün 250 manat pul ödəməli olmuş və o da Səxavətə 240 manat ödəyə biləcəyini bildirmiş və kartına 240 manat ödədikdən sonra şəklini çəkib vatsapa atdığı üçün Səxavətə vatsapa baxmağını xahiş etmiş və buna görə də bu məzmunda sms göndərmişdir. O, X4 narkotik vasitə və psixotraop maddənin hər qramı üçün 25 manat ödəməklə almış və dəqiq çəkilərini bilmədiyi üçün 01 avqust 2021 -ci il tarixdə Səxavətin ona satdığı 11 bükümdə narkotik vasitənin 10 qram olduğunu bildirmişdir. Çünki, Səxavət ona bu cür bildirmiş və o tutulduqdan sonra Səxavətin ona satdığı 11 bükümdə narkotik vasitə və psixotrop maddənin 10 qramdan az olduğunu bilmişdir. O narkotik vasitə və psixotrop maddələrə görə X6 pul ödəmiş və narkotik vasitə və psixotrop maddənin satışından əldə etdiyi gəliri öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, o, narkotik vasitə və psixotrop maddənin hər qramı üçün 25 manat ödəməklə almış və hər qramını 35 manata satmaqla qazanc əldə edəcəyini düşünmüşdür. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 25ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən DİO-da, 2018-ci ildən isə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 02 avqust 2021 -ci il tarixdə Nizami RPİ-nin 25-ci Polis Şöbəsində əməliyyat qrupunda olan zaman Nizami RPİ- nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və sahə inspektoru, polis leytenantı Şahid3 tərəfindən Nizami rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatın yoxlanılması məqsədilə həmin şəxs 02 avqust 2021 -ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanında yerləşən yataqxananın dəhlizində saxlanılmış və Polis Şöbəsinə dəvət olunmuşdur. O həmin gün əməliyyat qrupunun üzvü olduğu üçün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılmasında iştirak etmiş və tərəfindən şəxsi axtarış və götürmə prosesi videoya çəkilmişdir. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Sar ov kəndində qeydiyyatda olan və ünvan 4 ünvanında yerləşən yataqxananın 4 saylı otağında yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb stolun üstünə qoymuşdur. Pul qabına baxış keçirilən zaman içərisində 07 ədəd şəffaf şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 01 ədəd şəffaf şəffaf seloffan bükümdə içərisində ağ rəngli maddələr bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 4 ünvanındakı yataqxananın yaxınlığında zibiliyin yanında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 08 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan .oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 oğl tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Nizami rayonu ərazisində yaşayan “Yaqub” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, eləcə də qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 02 avqust 2021 -ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və ondan, Nizami RPİ-nin 25-ci PŞ-nin sahə müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində 02 avqust 2021 -ci il tarixdə saat 00:50 radələrində ünvan 1 ünvanında yerləşən yataqxananın dəhlizində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsə dövlət hesabına müdafiəçi dəvət edilərək təqdim edilmiş və həmin şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Orada xidməti otaqların birində xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Sarov kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən yataqxananın 4 saylı otağında yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmişdən əvvəl təklif edilmişdir ki, əgər üzərində qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb stolun üstünə qoymuşdur. Pul qabına baxış keçirilən zaman içərisində 07 ədəd şəffaf şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 01 ədəd şəffaf şəffaf seloffan bükümdə içərisində ağ rəngli maddələr bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 4 ünvanındakı yataqxananın yaxınlığında zibiliyin yanında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 08 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan maddələr zərfə qoyulub qablaşdırılmaqla “165” nömrəli möhürlə üzəri yapışdırılmışdır. Həmin protokol iştirakçılara ucadan oxunmuşdur və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən çəkilmiş videoçəkilişin 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə müvəkili, polis leytenantı Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.82-85). Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8 Hazırda heç bir yerdə işləməmişdir. Narkotik vasitə aludəçisi olmuşdur. Əvvəllər “nəşə” adlandırılan marixuanadan istifadə etmişdir. Təxminən 01 ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə istifadə etmişdir. Üzərində olan narkotik vasitəni o, 01.08.2021-ci il tarixdə, səhər saatlarında müvəqqəti yaşadığı internat uşaqları üçün ayrılmış yataqxanada yaşayan Təqsirləndirilən şəxs bir ədəd şəffaf bükülüdə hər bir qramına təxminən 30-35 manat verməklə əldə etmişdir. Belə ki, 02.08.2021 -ci il tarixdə, saat təxminən 10:50 radələrində yaşadığı yataqxananın dəhlizində olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək onu 25-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi təyin edildikdən sonra razılığı əsasında üzərinə şəxsi axtarış həyata keçirilmiş və əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş və 02 ədəd siqaretin ağ rəngli kağızma bükülmüş “kokos” kimi tanıdığı heroin aşkar edilərək götürülmüş və buna görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində olan cinayət işi baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir.O, narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin üçün Yaquba 35 manat pul ödəmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan göy rəngli cins şortikin sağ yan cibindən qara rəngli pul qabını çıxardıb stolun üstünə qoymuşdur. Pul qabına baxış keçirilən zaman içərisində 07 ədəd şəffaf şəffaf seloffan bükümdə, hər birisinin içində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlələri və 01 ədəd şəffaf şəffaf seloffan bükümdə içərisində ağ rəngli maddələr bükümləri təqdim edərək həmin kütlələrin “kokos” və “şüşə” kimi tanıdığı narkotik vasitə və psixotrop maddə olduğunu və online şəkildə 310 manat pul ödəyərək aldığını, yaşadığı ünvan 4 ünvanındakı yataqxananın yaxınlığında zibiliyin yanında gizlədilmiş vəziyyətdə yerdən əldə etdiyini və satış məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 171-ci vərəqində olan protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən MMC-nin 27352/21 saylı 22.10,2021-ci il tarixli məktubu ilə istintaqa daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin giriş-çıxış zənglərinə dair məlumatlar yazılmış bir ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə 28.07.2021-ci il tarixdə, saat 15:39:55-də ***-***-**-** mobil nömrəsindən “Salam qaqa birdən mən olmasam Fuad yığıb səni verecey onunla haqq hesab elə” məzmununda sms mətninin gəldiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən 28.07.2021-ci il tarixdə, saat 00:07:04-də ***-***-**-** mobil nömrəsinə “Exi demişdin ki 25-den olacaq, bu indi 25-dendi?”, 28.07.2021-ci il tarixdə, saat 13:19:39-da “Cox sagol exi. Exi patini neceden hesablayim?”, 31.07.2021-ci il tarixdə, saat 22:54:04-də “Exi istiysen gel. 10 cola”, 31.07.2021-ci il tarixdə saat 23:10:52-də “Exxi wattsapa bax da” məzmununda mesaj göndərildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs “Mi” markalı mobil telefonla kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatlarm müəyyən olunmasından ötrü həmin mobil telefona baxış keçirildi. Baxış zamanı zənglər və mesajlar olan bölümün boş olduğu, “Whatsapp” proqramının isə yenilənməyə ehtiyac olduğundan açılaraq baxış keçirilməsi mümkün olmadığı müəyyən edilmişdir. Cinayət işinin 38-44-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/3249 saylı 02 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 165” möhür əksi, “...Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 01 ədəd zərfdəki, 7 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi- 4,653 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və l(bir) ədəd bükümdə təmiz çəkisi 0,897 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 161-162-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 3213 saylı 02.09.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 229-233-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 6/5287 saylı 29.11.2021-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş, üzərində “6/3249 .. ”2” 08.2021-ci il .... Təqsirləndirilən şəxs” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki 7 (yeddi) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,904 qram,0,332 qram,0365 qram,0,805 qram, 0,880 qram, 0,829 qram, 0,338 qram və üzərində “6/3250 .... “2” 08.2021-ci il .... Tağızadə” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümlərdəd təmiz çəkiləri 0,446 qram, 0841 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,143 qram olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə digər heroinlərdən fərqlidir. Cinayət işinin 58, 237-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdəki 7 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatlardan sonrakı qalıq hissəsi Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 114, 238-ci vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 satdığı 1,580 qram narkotik vasitə olan heroin Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə 05 avqust 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmağı nəzərə alınmış və tədqiqatlardan sonrakı qalıq hissəsi Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 196-205-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilmiş və həmin görüntülər “DVD” diskinə köçürüldüyündən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən MMC-nin 27352/21 saylı 22.10.2021-ci il tarixli məktubu ilə istintaqa daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxs X7 və digər şəxslərlə yazışmalarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməişdir.İş üzrə Təqsirləndirilən şəxs “Mİ” markalı mobil telefonuna baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir məlumat aşkar edilməmiş, bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə saxladığı pul qabı ondan aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs “Mİ” markalı mobil telefonu və narkotik vasitə və psixotrop maddə saxladığı pul qabı məhkəmə hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin MSK-na qəbzlə təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18-22 və 69-75-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 3213 saylı 02.09.2021-ci il tarixli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 183,52 (yüz səksən üç manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Nizami RPİ-nin saxlanc otağına təhvil verilmiş 4.443 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4.422 qram qalığı və 0.897 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0.847 qram qalığı məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Nizami RPİ-nin MSK-na təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Mİ” markalı mobil telefon, narkotik vasitə və psixotrop maddə saxladığı pul qabı onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 02 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 183,52 (yüz səksən üç manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Nizami RPİ-nin saxlanc otağına təhvil verilmiş 4.443 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4.422 qram qalığı və 0.897 qram psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0.847 qram qalığı məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nizami RPİ-nin MSK-na təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Mİ” markalı mobil telefon, narkotik vasitə və psixotrop maddə saxladığı pul qabı onun yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov