Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “Prospekt” Vəkil Bürosunun vəkili X9 və tərcüməçi X15 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xətai rayon məkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, yataqxana 18, ev 5 A-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Türkan qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbayn Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs usta işləyən Şahid1 xx.xx.2022-ci il tarixdə təmirə verdiyi və sonuncunun usta olan tanışı Şahid2 icarə əsasında işlətdiyi Bakı şəhəri Xətai rayonu Günəşli qəsəbəsi G.Şıxlinski küçəsi ev 59, mənzil 179-da yerləşən ofisində saxlanılan 01 ədəd 2014-cü il ABŞ istehsallı "Cutera" markalı "SL 14288" model lazer aparatının tez bir zamanda təmir edilib vaxtında qaytarılmasına nəzarət etməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus laser aparatını əldə edərək satıb pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2022-ci ilin mart ayında Şahid2 icarə əsasında işlətdiyi Bakı şəhəri Xətai rayonu Günəşli qəsəbəsi G.Şıxlinski küçəsi ev 59 mənzil 179-da yerləşən ofisinə tək gedərək oradan Zərərçəkmiş şəxs dəyəri milli valyuta ilə 136.000 (yüz otuz altı min) manat təşkil edən 80.000 (səksən min) ABŞ dolları olan 01 ədəd 2014-cü il ABŞ istehsallı "Cutera" markalı "SL 14288" model lazer aparatım götürüb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış. Zərərçəkmiş şəxs kirayədə yaşadığını bilib sonuncuya məxsus 2015-ci il buraxılışlı “Ford Fusion” markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara- metallik rəngli 1499 sm3 həcmli avtomobili “lombarda” girova qoyaraq oradan götürəcəyi pulla Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu X21 6 saylı ünvanda inşa edilən X1 (“Sosial Evlər‘’dən) mənzil alacağına dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini və alınacaq mənzillə bağlı ilkin ödəniş etmək məcburiyyətində olduğunu bildirib əslində Zərərçəkmiş şəxs məxsus avtomobili lombarda qoyaraq xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 20.000 (iyirmi min) manat olan 2015-ci il buraxılışlı Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobili Bakı şəhəri Qaradağ rayonu Xocasən yolunda yerləşən DİN BDYPİ-nə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınması idarəsinə aparıb orada müvafiq sənədləşmə apartdıraraq (alqı-satqı yolu ilə) Şahid3 rəhbəri olduğu Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombarda (onun təlqini əsasında) girova qoydurduqdan, eləcə də avtomobil sonuncunun qohumu X3 adına qeydiyyata düşdükdən sonra Şahid3 DİN BDYPİ-nə məxsus qeyd edilən idarənin həyətində ilkin olaraq 8900 (səkkiz min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd edilən lombarda apararaq sonuncuya avtomobilin onun tərərfındən girovdan çıxarılması və satışına etirazının olmaması ilə bağlı razılıq barədə müvafiq qeydlər yazdırmaqla təxminən 4-5 gün sonra 2022-ci ilin aprel ayının ortalarında Şahid3 işlədiyi lombarda tək getməklə Zərərçəkmiş şəxs məxsus Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili girovdan çıxararaq həmin gün avtomobili Şahid3 sataraq sonuncudan Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 ünvanında (Xalqlar Dostluğu metrostansiyasının üzərində -Şimal Şərq çıxışında) yerləşən Lombardda əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat, ümumilikdə 12700 (on iki min yeddiz yüz) manat pulu alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs dəyəri milli valyuta ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları olan 2 ədəd İran istehsallı 18 əyarlı qızıl boyunbağısını müştəri tapıb sataraq pulunu verməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus qızılı əldə edib pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı Yasamal rayonu Zahid Xəlilov küçəsi 107 saylı binanın 4-cü mərtəbəsində yerləşən mənzildə sonuncudan dəyəri milli valyuta ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları olan 2 ədəd İran istehsallı 18 əyarlı qızıl boyunbağını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Birləşmiş Ərəb Əmirliyi, Almaniya, İtaliya və Azərbaycan Respublikasında istehsal olunan hər biri 1133 manat 33 qəpik dəyərində olmaqla 03 dəst cəmi milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, milli valyuta ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 ABŞ dolları dəyərində 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), milli valyuta ilə 5100 (beş min yüz) manat təşkil edən 3000 ABŞ dolları dəyərində 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, hər biri 289 manat dəyərində olmaqla 02 ədəd cəmi milli valyuta ilə 578 (büş yüz yetmiş səkkiz) manat təşkil edən 340 ABŞ dolları dəyərində 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd qara rəngli saç yumaq üçün kreslo, milli valyuta ilə 1700 (bir min yeddi yüz) manat təşkil edən 1000 ABŞ dolları dəyərində 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, hər biri 595 manat dəyərində olmaqla 06 ədəd milli valyuta ilə 3570 (üç min beş yüz yetmiş) manat təşkil edən 2100 ABŞ dolları dəyərində qızılı rəngli divar işıqları (2 lampalı), hər biri 170 manat dəyərində 02 ədəd milli valyuta ilə 340 (üç yüz qırx) manat təşkil edən 200 ABŞ dolları dəyərində 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 300 manat dəyərində 01 ədəd "Deluxe” markalı su qızdırıcısı, 1000 manat dəyərində 01 dəst 3 hissəli şkaf və 01 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 100 manat dəyərində 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni, 1000 manat dəyərində 01 ədəd "Evrostar" markalı "HAC-10AXR” model 10000 BTU kondisioner (istifadədə olmamış), milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 ABŞ dolları dəyərində 01 ədəd çilçıraq, hər biri 127 manat 50 qəpik dəyərində olmaqla milli valyuta ilə 510 (beş yüz on) manat təşkil edən 300 ABŞ dolları dəyərində 04 ədəd (sadə görünüşlü) pərdə, milli valyuta ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları dəyərində 01 ədəd (teatralnıy) pərdəni müştəri tapıb sataraq pulunu verməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus mebel, gözəllik salonu, ev və məişət əşyalarını əldə edib sataraq pulunu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı Yasamal rayonu Zahid Xəlilov küçəsi 107 saylı binanın 4-cü mərtəbəsində yerləşən mənzildə sonuncudan hər biri 1133 manat 33 qəpik dəyərində olmaqla 03 dəst cəmi milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, milli valyuta ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 ABŞ dolları dəyərində 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), milli valyuta ilə 5100 (beş min yüz) manat təşkil edən 3000 ABŞ dolları dəyərində 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, hər biri 289 manat dəyərində olmaqla 02 ədəd cəmi milli valyuta ilə 578 (büş yüz yetmiş səkkiz) manat təşkil edən 340 ABŞ dolları dəyərində 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, milli valyuta ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 ABŞ dolları dəyərində 01 ədəd qara rəngli saç yumaq üçün kreslo, milli valyuta ilə 1700 (bir min yeddi yüz) manat təşkil edən 1000 ABŞ dolları dəyərində 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, hər biri 595 manat dəyərində olmaqla 06 ədəd milli valyuta ilə 3570 (üç min beş yüz yetmiş) manat təşkil edən 2100 ABŞ dolları dəyərində qızılı rəngli divar işıqları (2 lampalı), hər biri 170 manat dəyərində 02 ədəd milli valyuta ilə 340 (üç yüz qırx) manat təşkil edən 200 ABŞ dolları dəyərində 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 300 manat dəyərində 01 ədəd "Deluxe" markalı su qızdırıcısı, 1000 manat dəyərində 01 dəst 3 hissəli şkaf və 01 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 100 manat dəyərində 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni, 1000 manat dəyərində 01 ədəd "Evrostar" markalı "HAC- 10AXR" model 10000 BTU kondisioner (istifadədə olmamış), milli valyuta ilə 2550 (iki min beş yüz əlli) manat təşkil edən 1500 ABŞ dolları dəyərində 01 ədəd çilçıraq, hər biri 127 manat 50 qəpik dəyərində olmaqla milli valyuta ilə 510 (beş yüz on) manat təşkil edən 300 ABŞ dolları dəyərində 04 ədəd (sadə görünüşlü) pərdə, milli valyuta ilə 1020 (bir min iyirmi) manat təşkil edən 600 ABŞ dolları dəyərində 01 ədəd (teatralnıy) pərdəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 35618 (otuz beş min altı yüz on səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildə Razin qəsəbəsində tanış olmuşlar. Bundan sonra aralarında isti münasibətlər yaranmış və qeyri-rəsmi ər-arvad münasibəti yaşamışlar. Zərərçəkmiş şəxs ona yaşadığı evin yaxınlığındakı klinikada işlədiyini bildirmişdir. Belə ki, lazer aparatı işlətmişdir. Tanışlıqdan bir müddət sonra Zərərçəkmiş şəxs lazer aparatının xarab olduğunu və ustaya ehtiyacı olduğunu bildirmişdir. O, həmin ərəfədə usta tapa bilməmiş, ancaq bir müddət sonra Zərərçəkmiş şəxs atasının da tanıdığı bir ustanın yanına aparatı aparmaq istəmişdir. Onun məlumatı olmadan, bir neçə il əvvəl həmin usta onların işini görüb, lakin 4000 manat borcları qaldığı üçün o, ancaq həmin pul ödəniləcək təqdirdə aparatı düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs atası İranda yaşamış və özü onunla telefon vasitəsilə əlaqə saxlayaraq lazer aparatının düzəltdirməsini xahiş etmişdir. Həmin ustanın sözlərini Zərərçəkmiş şəxs bildirəndə o, lazer aparatının oraya getməsinə razılaşmamışdır. Belə ki, sex “Beyrək” adlı şəxsə məxsus olmuş və orada “Eldar” adlı ustanın yanına qoymuşlar. Xanım onun yanında atasına zəng etmiş və onunla o da telefonla danışmışdır. Onu atasına işlədiyi yerdə işçi kimi təqdim etmişdir. Aparat xeyli müddət orada qalmışdır. Belə ki, Zərərçəkmiş şəxs həmin aparatın satılmasını və onun kirayə başqa lazer aparatı alması qərarına gəlmişlər. Daha sonra o Zərərçəkmiş şəxs “Cavad” adlı şəxsə satmışdır. Hələ aparat satılmamış, belə ki, bunun üçün müştəri axtarmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun bir neçə aydır ki, qaldğı evin kirayə pulu verə bilmədiyini söyləmişdir. Belə ki, aylıq kirayə haqqı 700 manat olmuşdur. Xanım atasının pul göndərmədiyini və kirayə pulunu borc alıb verdiyini bildirmişdir. Buna görə də ona bankdan pul götürməsini təşkil etməsini xahiş etmişdir. O da ona İran vətəndaşına bankdan borc pul verilmədiyini və buna görə də avtomobilini lombarda qoymasını bildirmişdir. O isə onun öz maşınını lombarda qoymağını istəmiş, o isə sənədlərinin düzgün olmadığı üçün bunun mümkün ola bilməyəcəyini bildirmişdir. Bundan sonra onun maşını lombarda qoyulmuş və 8900 manat pulu alaraq ona vermiş və birgə evə gəlmişlər. Belə ki, Badamdarda maşını “Oruc” adlı şəxsin adına keçirmişlər. Ona əvvəlcə baş etibarnamə vermək istəmiş, lakin o, razı olmamış və avtomobil adına keçirildiyi təqdirdə pul verəcəyini bildirmişdir. Avtomobilin heç bir sənədi onun adına olmamış, sadəcə olaraq lombardda Zərərçəkmiş şəxs səbəb soruşduqda bildirmişlər ki, evə görə pul lazımdır. Sosial ev almaq söhbəti olmamışdır. Pulu Orucdan aldıqdan sonra evə getmişlər və 2 gün sonra gəlmişlər. Bu ərəfədə onun hara gedib-gəlməsindən xəbəri olmamışdır. Belə ki, onun özünün istəyi ilə 105 manata boyunbağısını satmış, külli miqdarda qızıl olmamışdır. Mebel söhbətinə gəldikdə isə Zərərçəkmiş şəxs lazer aparatı ustada olduğu vaxt mənzilindəki mebelin satılmasını istəmişdir. O, mebel və lazer aparatını fərqli-fərqli vaxtlarda “Cavad” adlı şəxsə satmışdır. Ümumilikdə Cavaddan 7300 manat məbləğində pul almışdır. Həmin pul onda olmuş və onu xanıma verməmişdir. Belə ki, xanımla evdə aralarında mübahisə olmuşdur. Zərərçəkmiş şəxs İran vətəndaşı olduğu üçün atası onu nikah şəhadətnaməsi olmadığı təqdirdə Azərbaycandan çıxarmaq istəmişdir. Buna görə də xanımla aralarında böyük mübahisə baş vermiş və o evdən çıxaraq 10-15 gün gəlməmiş və Yasamal RPİ-dən ona bildirmişlər ki, barəsində şikayət var. Belə ki, şikayətin məzmunu ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus mebel, lazer aparatını satmışdır. Pul üstündə olmadığı üçün onun üstünü düzəldib Cavada qaytarmaq məqsədilə bir az polisdən yayınmışdır. Sonra polis Cavaddan əşyaları götürmüş, Cavadın pulu ödənilmiş və Zərərçəkmiş şəxs mebel və lazer aparatı özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Razin qəsəbəsində yerləşən “Novomed” klinikasında lazer epilyasiyası üzrə xidmət göstərmişdir. Lazer aparatı xarab olduğu üçün onu təmir elətdirmək lazım olmuşdur. Belə ki, usta ona demişdir ki, gərək onu sexə aparsın və o da onunla şərt kəsmişdir ki, bir halda ki, aparatı aparır, bu zaman onu heç kəsə verməyəcəyinə dair ona yazılı kağız versin. Daha sonra Elgün ortaya çıxmış və o, özünü ona polis müstəntiqi kimi təqdim etmiş, onu tanıdığını, izlədiyini, Lazer aparatının harada olduğunu bildirmişdir. Bundan əlavə ona ev təklif etmiş və kirayə qalmağa ehtiyac olmadığını bildirmişdir. Elgün ona alacağı evin videosunu göstərmişdir. “Beyrək” adlı ustanın yanına Elgünlə getmiş, o isə hər dəfə bir bəhanə axtarmış, belə ki, aparatı təmir etməmişdir. Elgün evə görə onun maşınını bir dostunun yanında qoymalı olduğunu bildirmişdir. Belə ki, avtomobilini Elgünün dostu “Oruc” adlı şəxsin yanına girov qoymuş, avtomobildə çantası, pul, atasının əşyaları bahalı daşlar olmuş və belə ki, onları götürməyə belə imkan verməmişlər, açarı ondan almışlar. Dedikləri sənədlərə imza etmiş, avtomobilin yerini bilməmiş, pulu almamışdır. Sonradan ona demişlər ki, maşını satıblar. Eləcə də lazer aparatı üçün də dəfələrlə getmiş, ancaq qapını açmamışlar və ona bildirmişlər ki, lazer aparatı orada deyil. Halbuki, usta ona yazılı kağız vermişdir. Lazer aparatına, gözəllik salonu üçün əşyalarına Elgünün dostu Cavad və həyat yoldaşı şərikdir. Elgünün xanımı gözəllik salonunda çalışır. Müstəntiqlə lazer aparatını götürəndə Elgünün xanımı dərhal çıxmışdır. Eyni zamanda, Oruc, Beyrək Elgünlə şərikdir. Atası onu hər bir şeylə təmin edir. Elgün ifadəsində bildirmişdir ki, onun borcu olmuşdur. Demək istəyir ki, o, Azərbaycanda ən bahalı yerdə yaşamış, məhəllədə hər kəs onu tanıyır, kirayə pulunu qabaqcadan vermişdir. Elgün hətta ona bildirmişdir ki, anası rəhmətə gedib və ona dəfn pulu üçün 2000 manat pul vermişdir. Onun lazer aparatı və mebelleri qaytarılmış, qızıl zinət əşyalarının pulu və maşınını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 4-5 ildir ki, laser aparatlarının təmiri ilə məşğuldur. O, İran İslam Respublikası vətəndaşı X16 Ojanini 2021 -cı il tarixdən tanıyır. Belə ki, o, Qəzələ məxsus X17 markalı aparatı təmir etdiyi vaxtdan onunla tanışlığı yaranmışdır. O, X7 təklifi ilə ona məxsus laser aparatını Novomed klinikasında iki dəfə yüngül təmirini həyata keçirmişdir. 04 mart 2022-ci il tarixdə yenidən X16 zəng edərək laser aparatının nasaz olduğunu və işləmədiyini bildirib onu mütəxəssis kimi dəvət edib aparatı düzəltməyi ondan xahiş etmişdir. O, Qəzəlin işlədiyi Sabunçu rayonu Razin qəsəbəsi kimi adlandırılan ərazidə yerləşən Novomed adlı klinikaya getmiş və X17 markalı aparata baxış keçirdikdə, aparatı yerində təmir etmək mümkün olmadığından, həmin aparatı klinikadan götürərək elektrotexnika mütəxəssisi olan Şahid2 təmir sexinə apararaq orada təmir etməyi fikirləşmişdir. Eldar aparata baxış keçirərək bildirmişdir ki, aparatın tənzimləməsində nöqsanlar var, bu baxımdan aparatı təmir edə bilməyəcək. O, da Eldara demişdir ki, “qoy bu aparat sənin ofisində qalsın və mən özüm sonradan gəlib bunu düzəldəcəyəm”. 10-15 gün sonra o, təmir məqsədi ilə İmişli rayonunda olanda Eldar ona zəng edərək Təqsirləndirilən şəxs X8 birlikdə Eldarın təmir sexinə gəldiklərini, Elgünün orada özünü İran İslam Respublikası vətəndaşı X13 nişanlısı kimi təqdim etməsini və Qəzəlin də bu halı təsdiq etdiyini, X14 Cutera markalı aparatın təmir işinin nə yerdə olması ilə maraqlanmış və telefonda onun üzərinə səsini yüksəltdiyinə görə işini yarımçıq qoyub Eldarın sexinə gəlib orada Elgün və X8 görüşmüşdür. Elgün onunla yüksək səs tonu ilə özünü gözə soxarmış kimi danışmağa başladıqda o, Elgündən kim olmasını soruşmuşdur. Elgün özünü ona X16 nişanlısı kimi təqdim etdikdə, o aparatı düzəltməyəcəyin və aparatlarını götürüb getmələrini tapşırmış, Elgün və X16, aparatı aparmaq üçün onların avtomaşınlarının olmadığını bildirmiş, bir neçə günə gəlib aparatı aparacaqlarını bildirmişdir. O, Elgün və Qəzələ demişdir ki, axşama kimi aparatı Eldarın sexindən çıxarsınlar. Bu ifadələri işlətdikdən sonra o İmişli şəhərinə qayıtmışdır. Sonradan 2022-ci ilin may ayında onu polisə dəvət etdiklərində öyrənmişdir ki, Elgün laser aparatını Qəzəldən xəbərsiz götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək özünə aid hissədə ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12 aprel 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nigaha girib evlənmişlər. Elgün onunla evləndikdə və sonradan da taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin fevral ayında o, Şahid4 məxsus Yasamal rayonu S.Dadaşov küçəsi ev 30 Vdə yerləşən "FS Beauty” gözəllik salonunda saç ustası işləmişdir. Həyat yoldaşı Elgünün həmin qadınla münasibətini heç bir zaman bilməmiş və bunu istintaq orqanında olarkən öyrənmişdir. 2022-ci ilin aprel-may ayında Elgün yaşadıqları evdə olanda ona bir nəfər tanışının X17 adlı aparatı nasaz olduğundan onu təmir etdirmək üçün gətirmişdir. 2022-ci ilin aprel ayının sonlarında Elgün yaşadıqları evdə ona mobil telefonda qızıl suyuna çəkilmiş bahalı mebel əşyaları və salon üçün kreslo, güzgülər, divar işıqları və sair əşyaların fotosunu göstərmiş və ona bildirmişdir ki, həmin əşyaları xarici dövlətə köçmək istəyən şəxs dəyər-dəyməzə satır. Elgün ona demişdir ki, “əgər tanış tapsaq həmin əşyaları sata bilərik”. Elgün həm laser aparatını, həm də mebel və salon əşyalarım Şahid4 satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Lombardın müdiri vəzifəsində işləyir. 29 mart 2022-ci il tarixdə saat 16-17 radələrində əvvəllər tanımadığı, sonradan adlarını öyrəndiyi Təqsirləndirilən şəxs və İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs onun lombarddakı iş yerinə gəlmişlər. O həmin vaxt maşın qəbul etmişdir. Onlar ona yaxınlaşıb 9000 manat pul lazım olduğunu bildirmişlər. Maşın şirkət maşını olmuş ona görə sənədləşmə alınmamış, sonra razılaşmışlar ki, sabah «Meyvəliyə» gedərək yalnız orada sənədləşməni mümkün etmək olar. Səhəri günü «Meyvəliyə» getmişlər, orada Zərərçəkmiş şəxs iştirakı ilə qanuni şəkildə sənədləşdirilmiş və 8900 manat pul rəsmi şəkildə Zərərçəkmiş şəxsyə təqdim olunmuşdur. Maşını Zərərçəkmiş şəxs ilə Elgün ikisi birlikdə girov qoymuş, lakin, pul xanıma təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2 ildir ki tanıyır. Belə ki, Elgünün arvadı Günay ona məxsus Elmlər Akademiyası metrosunun yanında saç salonunda işləmiş, həmin ərəfədə Günayla evlənmişdir. Bu baxımda o, Günayın vasitəsi ilə Elgünü tanımışdır. 2022-ci ilin aprel ayının əvvəllərində ona Gutera adlı laser aparatını almasını məcbur etmişlər, lakin ehtiyacı olmadığından imtina etmişdir. Bundan 20 gün sonra ona demişlər ki, mebel əşyaları da var onu da satırlar. Həmin ərəfədə Xırdalan şəhərində salon acılmışdır. Ona görə mebelə baxmaq istəmişdir. Ona mebelin şəklini göstərmişlər, 1800 manat mebellərə pul vermiş, sora mebellərin qırılmış yerləri olduğundan qaytarmış və ona 1000 manat pul vermişlər. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 02.09.22-ci il tarixli 9/5648 saylı rəydən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 20280,00 manat müəyyən edilir. Digər 15 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı, texniki vəziyyəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (01 ədəd "Deluxe" markalı su qızdırıcısı 80 manat, 01 dəst 3 hissəli şkaf və 1 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli 400 manat, 01 ədəd Almaniya istehsallı "Evrostar" markalı "HAC-10AXR" model 10000 BTU kondisioner (istifadədə olmamış) 800 manat. 01 ədəd 2015-ci il buraxılışlı Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı qara-metallik rəngli 1499 sm3 həcmli avtomobil 19000 manat, ümumilikdə 20280,0 manat). Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 24.10.22-ci il tarixli 9/6938 saylı rəydən görünür ki, ekspert baxışına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30010,00 manat müəyyən edilir. Digər tədqiqata təqdim edilməyən 04 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, materialı, qramı, texniki vəziyyəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (01 ədəd 2014-cü il ABŞ istehsallı "Cutera" markalı "SL 14288" model lazer aparatı 25000 manat. 03 dəst 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəst 01 dəsti 650 olmaqla cəmi 1950 manat, 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli 450 manat, 01 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan 400 manat, 01 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy) 150 manat, 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli divar üçün güzgü konsulu ilə birlikdə 250 manat, 02 ədəd 135x80 sm ölçülü ağ rəngli dırnaq masası 01 ədədi 100 manat olmaqla cəmi 200 manat, 01 ədəd qara rəngli saç yumaq üçün kreslo 200 manat, 02 ədəd 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo 01 ədədi 120 manat olmaqla cəmi 240 manat, 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo 50 manat, 06 ədəd qızılı rəngli divar işıqları (2 lampalı) 01 ədədi 180 manat olmaqla cəmi 1080 manat, 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni 40 manat, ümumilikdə 30010,00 manat) İbtidai istintaq zamanı toplanmış sübutlara əsasən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. İstintaq zamanı Azerfon MMC tərəfindən xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddətdə danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 34 dəfə (onlardan 18-i xx.xx.2022 və xx.xx.2022 tarixdə olub) qarşılıqlı zəng edərək danışıq aparmışlar. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin matrialına əlavə edilmişdir. İstintaq zamanı Bakcell MMC tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülərək təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdə saat 15:50-dən xx.xx.2022 tarixədə saat 16:08-dək olan müddətdə Şahid3 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 34 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində İran İslam Respublikası vətəndaşı X16 Ojaninin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 642 dəfə qarşılıqlı zəng edərərk danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 13 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 10 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid4 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 181 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdə X16 Ojaninin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 2 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Təqsirləndirilən şəxs istifadəsində olan **********78 saylı GSM nömrəsinə daxil olan sms-ə baxış zamanı müəyyən edilmişdir ki, **********61 saylı GSM nömrəsi xx-xx-2022 tarixdə saat 14:32:24-də “Allahdan qorxmayan insan bugun gelecem evine dayan sen, sen meni doluyursan, uje sen menim haqqimi yeyirsen allahda sene qenim olacaq hansisa qadinin pulun” kimi Təqsirləndirilən şəxs sms göndərmişlər. İstintaq zamanı Azercell MMC tərəfindən danışıq, sms və antena şəbəkəsinə dair məlumatlar köçürülərərk təqdim edilmiş 1 ədəd CD diskə baxış müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində İran İslam Respublikası vətəndaşı X16 Ojaninin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 294 dəfə qarşılıqlı zəng edərərk danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdə X16 Ojaninin istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 2 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid4 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 76 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 18 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Eyni zamanda X16 Ojani istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 12 dəfə qarşılıqlı zəng edərək danışaq aparmışlar. Eyni zamanda Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək olan müddət ərzində Şahid2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə 73 dəfə qarşılıqlı zəng edərək danışıq aparmışlar. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin matrialına əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə apardığı səs yazışmasında aşağıdakılar müəyyən edilmişdir; Ghazaleh -yoldayam, sən mənə adət (aldatdın) elədün, sən qurana və ananın torpağına and içdin mən sənə inandım, aparatım getdi, 2 aydır aparatı götürdü getdi, əşyaları. Dedin bir insan istəyir 20 minə, gecə 11-də gəldin, götürdün getdin. Qızıllarım əldən çıxsı getdi, maşınımı dedin lombarda qoy nəıbilim ev al, mən dedim pulum yoxdu ev alım, niyuə belə şey elədin. Mənim pulum yoxdu, mən aparatımı təmir etməyi bilmirəm, mən sənə düzgün danışdım, dedim mən Azərbaycandan çıxmalıyam, sən gördün ki, mənim ailəm burda yoxdu, sən niyə belə etdin. Təqsirləndirilən şəxs - Qulaq as, indi mən rayondayam, gəlirəm Bakıya, sənin hər şeyini verirəm, Ghazaleh - atama nə istəyirsən zəng elə de, sən dedin “gəl qoy sənə zərər vermərəm, mənim qızım var, ailəm var, səni aldatmaram’. Gəldin həyətə əl vurdun. Sən özün istədin mənim həyatıma gəldin. Təqsirləndirilən şəxs - gəlib sənin hər şeyini verirəm səhər, məni camaatın yanında biabır eləmə. Ghazaleh - sən neçə gündü telefonumu açmırsan telefonu söndürdün, mənim hər şeyim sənin əllərindədir, sən mənə heçnə etmədin, ananın torpağına hörmət qoymadın. Sən məni adət elədin (aldatdın) ki, səninlə evlənmək istəyirəm, gözəl həyat şey eliyək, falan-fılan Təqsirləndirilən şəxs - deyirəm ki, get evə gözlə, səhər gəlib sənin hər şeyini verəcəm. Ghazaleh - yox, artıq sənə inanmayacağam, vəkilim var, vəkilsiz heç nə eləmiyəcəm, artıq yoldayam. Aldatmağa görə mən 3 ay evdə qaldım. Təqsirləndirilən şəxs - sən indi hara gedirsən, polisə gedirsən? Ghazaleh - gedirəm, haram pulu isdədin, yesin (yeyəsən) Təqsirləndirilən şəxs - sənin qara çöpün də mənə lazım deyil. Ghazaleh - lazım deyil bə niyə mənə xəbər eləmədün. Eldar var ee dedi ki, mənim xəbərim olmadı o oğlan burdan çıxardı aparatı. Sən bunu niyə xəbərsiz elədin, sənin aparatın idi onu çıxardın, mənim pulum olsaydı mən o işi bilərdim də. Sən niyə mənim aparatıma əl vurdun?, gəldin özünü mənə yaxşı göstərdin ki, məni adət edəsən(aldadasan), sən bunu yeyhirsən -uşaqlarına verirsən, sən haram pul yeyib ailənə verirsən? Ana sənə yəni boş bir şeydi ki, sən ananın torpağına and içdin. Mən sənə inanmadım -qurana inandım. Sən mənim telefonuma cavab vermirsən. Təqsirləndirilən şəxs - səni aldadanın Allah bəlasını versin. Ghazaleh - verdi ki, sən mənə möhtac oldun, gəldün mənim əşyalarımı hər şeyimi evdən getdi (apardun). Sən yalan danışıb maşınımı lombarda qoydun, dedin belə-belə yaz, onlarda bildi ki, sən məni adət edirsən (aldadırsan) Təqsirləndirilən şəxs - vəkilin yanında? Ghazaleh - sən mənim telefonumu söndürdün (cavab vermədin) niyə görə, bilirsən ki, mənim əşyalarım sənin əlindədi Təqsirləndirilən şəxs - sabah gələcəm sənin əşyalarını verəcəm Ghazaleh - yox, artıq sənə inanmayacağam, mnə bu gün işlərimi görəcəm, vəkilim yanımdadır. Təqsirləndirilən şəxs-vəkilin yanında, neyləyəcəksən -gedib polisə verirsən? Ghazaleh - bəli, bəli Təqsirləndirilən şəxs - get ver polisə, indi mən zəng edirəm sənin atan Adil dayıya, deyəcəm ki, onun hər şeyi məndədir, mən gətirib verəcəm. Zərərçəkmiş şəxs araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş özünə məxsus mebel, gözəllik salonu, məişət və qızıl əşyalarına aid öncədən təqdim etdiyi fotoşəkillərlə maddi subut kimi Şahid4 məxsus Sabunçu rayonu Albalılıq yaşayış sahəsindəki bağ evindən götürülən əşyalar eynilik təşkil etmişdir. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən başlayaraq 5 ay 24 gün müddətinə özünə məxsus bütün əmlakdan istifadəyə dair Zərərçəkmiş şəxs etibarnamə (hüquq) vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN BDYPİ-nə ərizə ilə müraciət edərək təsis etdiyi Qəzal Prinsess” MMC-nin adında olan Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqı yolu ilə sənədləşdirilməsini xahiş etmiş, həmin tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən avtomobili X3 adına qeydiyyata alınmış, tərtib edilmiş ərizəyə və alqı-satqı müqaviləsinə "xxxx" MMC-nin möhürünü vurmaqla həmin sənədlərin doğruluğunu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Ford Fusion markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil Qəzal Princess MMC-nin qeydiyyatında olmaqla Zərərçəkmiş şəxs Adel Eslam tərəfindən xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata salınmaqla avtomobilə ** FC *** dövlət qeydiyyat nişanı alınmış, sonuncu tərəfindən xx.xx.2022-xx.xx.2027-dək olan müddətdə Şahid3 etibarnamə verilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs avtomobilinin, qızıl əşyasının, mebel və laser aparatının əlindən alınması ilə bağlı Təqsirləndirilən şəxs ilə apardığı səs yazısı, habelə sonuncunun onun yaşadığı binadan mebel, gözəllik salonu, ev və məişət əşyalarının 166 Yük daşıma Xidmətinin avtomobilinə yüklətdirdiyi zaman hadisə yerində olmasını əks etdirən həmin binaya quraşdırılmış kameradan çıxarılmış foto və videogörüntülər köçürülmüş 01 ədəd DVD diski təqdim etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona “Sosial evləf’dən almaq istədiyi mənzilin videosunu mobil telefonu ilə çəkib vhatsapp proqramına göndərdiyi videogörüntüsü köçürülmüş 01 ədəd DVD diski təqdim etmişdir. Bundan başqa 166 Yük daşıma Xidmətindən Təqsirləndirilən şəxs həmin Xidmətə Yeni Yasamal ərazisindən Vişnyovka qəsəbəsi kimi adlanan əraziyə Albalı marketin yaxınlığına mebel aparılması barədə etdiyi sifarişlə əlaqədar əməkdaşlarla apardığı danışıqlar köçürülmüş 01 ədəd CD disk təqdim edilmişdir. Bundan başqa Bakcell, Azercell və Azerfon MMC-dən tərəfindən danışıq, sms və antenaya dair mobil məlumatlar köçürülərək 03 ədəd CD disk təqdim edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona məxsus avtomobilin girovdan çıxarılaraq satışına razılıq verilməsini təsdiq edən girov, alqısatqı müqaviləsinin surətini təqdim etmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd DVD, 166 Yük daşıma Xidmətindən təqdim edilən 01 ədəd CD, Bakcell, Azercell və Azerfon MMC-dən təqdim edilən 03 ədəd CD disklər, eləcə də lombarda və DİN BDYPİ tərəfindən tərtib edilmiş girov, alqı-satqı müqaviləsinin surətləri maddi subut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Eyni zamanda istintaq zamanı 01 ədəd "Cutera” markalı "SL 14288" model lazer aparatı, 03 dəst 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, 01 ədəd 208x120 sm ölçülü qızılı-krem rəngli parça materialından olan divan, 01 ədəd 60x55x36 sm ölçülü ağqızılı rəngli masa (jurnalnıy), 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, 02 ədəd 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, 01 ədəd qara rəngli saç yumaq üçün kreslo, 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, 06 ədəd qızılı rəngli divar işıqları (2 lampalı), 02 ədəd 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 01 ədəd "Deluxe" markalı su qızdırıcısı, 01 dəst 3 hissəli şkaf və 01 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikeni iş maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İşin faktiki halları təhlil olunarkən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. O, talama cinayət əməlini birbaşa qəsdlə törətdiyi və niyyətinə nail olduğu üçün cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilməsinə dair vermiş olduğu ifadələri özünümüdafiə xarakteri daşımaqla, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş, həmin dəlilləri özünümüdafiə kimi qiymətləndirilməklə sübut kimi qəbul olunmur. Belə ki, istintaq zamanı şahid ifadələri, üzləşdirmə protokolları və digər dəlillərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs adına olan avtomobolin Lombarada qoyularaq əldə olunmuş pulu mənimsəməsi, ona aid qızıl zinət əşyalarını sataraq əldə olunmuş pulları mənimsəməsi və zərərçəkmişə məxsus mebel və aparatı mənimsəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və Xətai rayon Məhkəməsindən alınmış xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirli bilindiyi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Bakı şəhər Xətai rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmünə əsasən onun üzərində saxlanılmış 02 (iki) il 03 (üç) ay 15 (on beş) gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası ona təyin ediləcək cəza ilə qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, onun əməlində cinayətlərin, residivini yaratmır, lakin, qeyd edilən hal özü-özlüyündə Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, habelə törədilmiş cinayət əməlini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş (üzərində saxlanılmış) cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun şübhfli şəxs qismində saxlanıldığı, 13 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş 200.118 (iki yüz min yüz on səkkiz) manat olan maddi ziyandan 166.538 manat dəyərində maddi ziyan olan əşyaları istintaq orqanı tərəfindən götürülərək özünə qaytarılmışdır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini könüllü olaraq ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs mülki iddia verərək Təqsirləndirilən şəxs oglundan cinayət nəticəsində vurulmuş ziyana ğörə 8500 (səkkiz min beş yüz) manat tutularaq, ona ödənilməsini və ona məxsus olmuş "xxxx" MMC-nin 2015-ci il buruxılışlı, qara metallik rəngli, "Ford Fusion" markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasına dair 30 mart 2022-cl il tarixdə Azərbaycan Respublikusi DİN BDYPİ-də rəsmiləşdirilmiş alqı-satqı müqaviləni, həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatı və rəsmi reyestrdən X3 adına verilmiş çıxarış etibarsız hesab edilməsini və X3 adına qeydiyyata alınmış ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına qeydiyyata alınaraq texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası DİN BDYPİ-nin üzərinə qoyulmasını, həmin avtomaşının cavabdeh Şahid3 alınaraq ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia vermək hüququna malikdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci iltarixli qərarının 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-ci bəndinə əsasən -məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndinə əsasən Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, müki iddia, 8500 manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi hissəsində təmin edilməli, X3 adına qeydiyyata alınmış ** FC *** dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomaşının onun adına qeydiyyata alınaraq texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN BDYPİ-nin üzərinə qoyulması, həmin avtomaşının cavabdeh Şahid3 alınaraq zərərçəkmiş şəxsə qaytarılması hissəsində baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd DVD, 166 Yük daşıma Xidmətindən təqdim edilən 01 ədəd CD, Bakcell, Azercell və Azerfon MMC-dən təqdim edilən 03 ədəd CD disklər, eləcə də lombarda və DİN BDYPİ tərəfindən tərtib edilmiş girov, alqı-satqı müqaviləsinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı 01 ədəd "Cutera" markalı "SL 14288” model lazer aparatı, 03 dəst 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti. 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, 01 ədəd 208x120 sm ölçülü qızılıkrem rəngli parça materialından olan divan, 01 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, 02 ədəd 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, 01 ədəd qara rəngli saç yumaq üçün kreslo, 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, 06 ədəd qızılı rəngli divar işıqları (2 lampalı). 02 ədəd 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 01 ədəd "Deluxe” markalı su qızdırıcısı, 01 dəst 3 hissəli şkaf və 01 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikenin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş müki iddia qismən təmin edilsin, 8500 (səkkiz min beş yüz) manat Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia X3 adına qeydiyyata alınmış ** FC *** dövlət qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomaşının onun adına qeydiyyata alınaraq texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN BDYPİ-nin üzərinə qoyulması, həmin avtomaşının cavabdeh Şahid3 alınaraq zərərçəkmiş şəxsə qaytarılması hissəsində baxılmamış saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd DVD, 166 Yük daşıma Xidmətindən təqdim edilən 01 ədəd CD, Bakcell, Azercell və Azerfon MMC-dən təqdim edilən 03 ədəd CD disklər, eləcə də lombarda və DİN BDYPİ tərəfindən tərtib edilmiş girov, alqı-satqı müqaviləsinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı 01 ədəd "Cutera" markalı "SL 14288” model lazer aparatı, 03 dəst 150x135 sm ölçülü güzgü və 165x90 sm ölçülü konsuldan ibarət qızılı-ağ rəngli dəsti, 01 ədəd 2 metr ölçülü ağ-qızılı rəngli qadın heykəli, 01 ədəd 208x120 sm ölçülü qızılıkrem rəngli parça materialından olan divan, 01 ədəd 60x55x36 sm ölçülü ağ-qızılı rəngli masa (jurnalnıy), 01 ədəd 90x28 sm ölçülü qızılı rəngli konsulu ilə birlikdə divar üçün güzgü, 02 ədəd 135x80 sm ölçülü ağ rəngli dırnaq masası, 01 ədəd qara rəngli saç yumaq üçün kreslo, 01 ədəd 75 sm ölçülü ağ rəngli süni dəri materialından olan fırlanan kreslo, 06 ədəd qızılı rəngli divar işıqları (2 lampalı). 02 ədəd 1 metr ölçülü qara rəngli dəri materialından olan fırlanan kreslo, 01 ədəd "Deluxe” markalı su qızdırıcısı, 01 dəst 3 hissəli şkaf və 01 ədəd əl-üz yuyan hissədən ibarət olan mətbəx mebeli, 01 ədəd üzərinə paltar geyindirmək üçün istifadə edilən qadın manikenin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, andan Təqsirləndirilən şəxs isə hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-426/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-426/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver