Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X7 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bərdə şəhəri, H.Əliyev prospekti, döngə 3, ev 39-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və külli miqdarda narkotik vasitə heroini satmışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşımaları barədə razılığa gəlib, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq ümumi təmiz çəkisi 9,615 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 4,669 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, üzərlərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanının qarşısında həmin narkotik vasitə heroinin təmiz çəkisi 0,308 qram təşkil edən hissəsini 01 büküm olmaqla Şahid1 40 manata satdıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 3olis İdarəsinin inzibati binasına gətirilmiş, xx.xx.2023-cü il tarixdə inzibati binada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının qabaq sağ cibindən sonuncuya satdığı narkotik vasitənin müqabilində 10 manat geri qaytarmaqla əldə etdiyi 01 ədəd 50 manatlıq əskinas və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,307 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,669 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəm əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq ümumi təmiz çəkisi 9,615 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 4,669 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, üzərlərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanının qarşısında həmin narkotik vasitə olan heroinin təmiz çəkisi 0,308 qram təşkil edən hissəsini 01 büküm olmaqla Şahid1 40 manata satdıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq, ünvan 3olis İdarəsinin inzibati binasına gətirilmiş, xx.xx.2023-cü il tarixdə inzibati binada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,307 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,669 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının qabaq sağ cibindən Şahid1 satdığı narkotik vasitənin müqabilində 10 manat geri qaytarmaqla əldə etdiyi 01 ədəd 50 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, cəzaçəkmə müəssisəsindən yenicə çıxmışdır. Onun Elməddin adlı bir dostu olmuş və Elməddin onu cəzaçəkmə müəssisəsindən yenicə çıxdığına görə Bakı şəhərinə qonaq çağırmışdır. O, Bakı şəhərinə çatdıqdan bir neçə saat sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, “Mən Bakıya çatıram, mənə Bakıda bir gecəlik gecələmək üçün yer tapa bilərsən?”. Niyaməddin ona zəng etdikdə, artıq sutkanın qaranlıq vaxtı olmuşdur. Bundan sonra o, Elməddinə zəng edərək bildirmişdir ki, “Mənim bir dostum var (Niyaməddini nəzərdə tutaraq), sənin yanına qonaq gələndə onu da özümlə gətirə bilərəm?”. Elməddin də buna razılıq vermişdir. Sonra o, Niyaməddin ilə birlikdə Elməddingilə qonaq getmiş və onlar gecəni Elməddinin evində qalmışlar. Bakıya çatdığı həmin günün axşam saatlarında o, Elməddinlə görüşən zaman Elməddin ona çəkmək üçün narkotik vasitə təklif etmiş və demişdir ki, “Gəl, birgə çəkək”. O da, Elməddinin bu təklifinə cavab olaraq bildirmişdir ki, “Mən cəzaçəkmə müəssisəsindən yenicə çıxmışam, ona görə də sözün düzü, çəkmək istəmirəm, birdən problem olar”. Elməddin də, onun rədd cavabından sonra təklif etdiyi həmin narkotik vasitəni yenə də ona verib demişdir ki, “Çəksən də, çəkməsən də, qoy, hər bir halda narkotik vasitə səndə qalsın”. O da, Elməddindən həmin narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bu söhbətdən sonra o, Elməddindən ayrılmışdır. Həmin gün saat 18:00-19:00 radələrində Elməddin ona zəng edərək bildirmişdir ki, “Şirxan adlı bir nəfər var (Şahid1 nəzərdə tuturdu), Şirxan gələcək, sənə vermiş olduğum narkotik vasitəni pəncərədən ataraq Şirxana ötürərsən”. O da, Elməddinin bu xahişini qəbul etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Elməddin ona telefon vasitəsilə mesaj (ismarıc) göndərərək demişdir ki, “Səndə olan narkotik vasitəni Şirxana şəxsən əlbəəl verərsən”. Bu ismarıcı aldıqdan sonra o, Elməddinə cavab yazaraq bildirmişdir ki, ”Mən cəzaçəkmə müəssisəsindən yenicə buraxılmışam və buna görə də əgər üzərimdə olan narkotik vasitəni Şirxana əlbəəl versəm, problem olar”. Elməddin də, ona cavab ismarıcında heç bir problem olmayacağını və buna görə də narahat olmamağını bildirmişdir. Növbəti gün saat 11:00-12:00 radələrində Niyaməddin yuxudan oyandıqdan sonra rayondakı evindən zəng gəldiyini və ona görə də rayona qayıtmalı olduğunu ona bildirmişdir. Niyaməddin rayona getmək üçün telefonla taksi sifarişi vermişdir. Taksi Niyaməddini götürmək üçün ünvana çatdıqda, Niyaməddin taksiyə əyləşmək üçün evdən çıxmışdır. Niyaməddin evdən çıxan zaman Elməddin ona “Whatsapp” vasitəsilə ona Şirxanın əlaqə nömrəsini göndərmiş və göndərmiş olduğu əlaqə nömrəsinin Şirxana məxsus olduğunu, üzərində olan narkotik vasitəni Şirxana vermək üçün ona göndərmiş əlaqə nömrəsi vasitəsilə Şirxanla əlaqə saxlamağını bildirmişdir. Bundan əlavə, Elməddin ona “Whatsapp” vasitəsilə ismarıc göndərərək Şirxanın ona pul da verəcəyini, həmin pulu da Şirxandan götürə biləcəyini bildirmişdir. O da, Elməddinin “Whatsapp” vasitəsilə yazmış olduğu ismarıcları ilə razılaşmışdır. Lakin Elməddin ona Şirxandan götürməli olduğu pulun məbləğini deməmişdir. Həmin vaxt o, Şirxana narkotik vasitə verməli olduğunu bilmişdir. Niyaməddin taksiyə əyləşmək üçün evdən çıxdıqdan 1-2 dəqiqə sonra o, özü də evdən çıxmışdır ki, gedib Şirxanla görüşsün. Evdən çıxmamışdan əvvəl o, Şirxana ismarıc göndərərək harada olduğunu soruşmuşdur. Şirxan da, ona cavab yazaraq keçmiş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin yanında olduğunu bildirmişdir. O da, Şirxana ismarıc yazaraq Elməddinin evində olduğunu bildirmişdir. Yəni qaldığı ev Elməddinin olmuş və o, Elməddinin evində qonaq olmuşdur. Şirxanla olan bu yazışmadan sonra o, evdən çölə çıxaraq Şirxanla görüşməyə getmişdir. Şirxanla görüşən zaman o, Şirxana üzərində olan narkotik vasitəni vermiş, Şirxan da, ona 50 manat pul vermişdir. Şirxanla onun arasında heç bir pul söhbəti olmamışdır. O, Şirxanla ayrılan zaman Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları ona və Şirxana yaxınlaşaraq bildirmişlər ki, “Mən və Şirxan onlarla, yəni Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə Nərimanov Rayon Polis İdarəsinə getməliyik”. Bu zaman onunla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları arasında bir az münaqişə olmuşdur. Baş verən münaqişənin səbəbi onun narazı bir şəkildə Nərimanov Rayon Polis İdarəsinə nə üçün getməli olması barədə polis əməkdaşlarına vermiş olduğu suallar olmuşdur. Onun narazılığına rəğmən, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu və Şirxanı orada saxlayaraq, Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları orada onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Videoçəkiliş zamanı o, hər bir şeyi olduğu kimi, yəni məhkəmədə danışdığı məzmunda məlumat vermişdir. Videoçəkilişdən sonra polis əməkdaşları onu və Şirxanı müstəntiqin yanına düşürtmüşlər. Müstəntiqin yanına gələndə müstəntiq ona və Şirxana onların üzərindən külli miqdarda narkotik vasitə çıxdığını və buna görə də onların ikisinin əlbir olduğunu bildirmişdir. O, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərindəki narkotik vasitənin ümumi çəkisi külli miqdarda olmamış, əksinə həmin narkotik vasitənin çəkisi təxminən 0,5 qram olmuşdur. Onun Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı anadək Şirxandan başqa heç kəsin onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin onun Şirxanın üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Bunu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları da təsdiq edə bilərlər. Onun Şirxanda başqa narkotik vasitələrin olması barədə məlumatsız olmağına rəğmən, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi onu Şirxanla “podelnik”, yəni əlbir etmişdir. Onun Şirxanda olan digər narkotik vasitələrdən xəbəri olmamışdır. O, ancaq Elməddinin ona vermiş olduğu narkotik vasitəni Şirxana vermiş, Şirxan da, həmin narkotik vasitəyə görə ona 50 manat vermişdir. O, həmin 50 manatı Elməddinə verməli olmuşdur. Təqsirləndirilən şəxs1 son sözlə məhkəmədə çıxış edərək özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək göstərilən maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1lə Bərdə rayonunda bir məhəllədə yaşamışdır. Onun Bakıya gəlməkdə məqsədi - Bakıda yeznəsilə birgə alver etmək olmuşdur. O, Bakıya çatanda artıq axşam saatları olmuşdur. O, Bakıya çatdıqda, Rəşidə zəng edərək bir gecəlik haradasa qalmaqla bağlı köməklik edə bilib-bilməcəyini soruşmuşdur. Ona görə o, Rəşidə zəng etmişdir ki, Rəşid onun həm dostu olmuş, həm də Rəşidin Bakıdakı dostları ilə görüşmək üçün Bakıya getdiyini bilmişdir. Rəşid ona cavabında gecələməyi üçün yer olduğunu demişdir. Sonra Rəşid gecələmək üçün onu dostu Elməddingilə aparmışdır. Rəşid özü də Elməddinin evində qalmışdır. Rəşid onu qarşılamış və o, Rəşidlə birgə Elməddinin evinə getmişdir. O və Rəşid Elməddinin evinə çatanda Rəşid Elməddinin evinin açarını kimdənsə götürmək üçün ondan bir neçə dəqiqəlik ayrılmışdır. Rəşid Elməddinin evinin açarını kimdənsə götürüb onun yanına qayıtdıqdan sonra onlar Elməddinin evinə daxil olmuşlar. O, Elməddinin evində cəmi bir gecə qalmışdır. Növbəti gün səhər saatlarında, o, yuxudan oyandıqdan sonra Bərdə rayonundakı evindən ailə üzvü ona zəng edərək atasının səhhətində problem olduğunu, həm də onun işləməyinə ehtiyac olmadığını və bu səbəbdən də evə qayıtmalı olduğunu bildirmişdir. O da, ailə üzvünün sözü ilə razılaşmışdır. Bundan sonra o, Rəşiddən xahiş etmişdir ki, Rəşid onun üçün taksi sifarişi versin. O, taksi ilə Bakı Beynəlxalq Avtovağzalına getmək istəmişdir ki, oradan da Bərdə rayonuna getsin. Rəşid taksi sifariş verdikdən sonra o, gecələdiyi evdən, yəni Elməddinin evindən çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra Rəşid də, onun arxasınca gəlməli olmuşdur. O, çölə çıxdıqdan sonra taksini gözləmək üçün yolun kənarında dayanmağa başlamışdır. Yolun kənarında o, taksinin gəlməsini gözləyən zaman yerdə 1 (bir) ədəd ağ rəngli büküm görmüşdür. O, həmin 1 (bir) ədəd ağ rəngli bükümü əli ilə götürən zaman anlamışdır ki, bu bükümün içində narkotik vasitə mövcuddur. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən həmin 1 (bir) ədəd ağ rəngli bükümün içində narkotik vasitənin olduğunu dərhal anlamışdır. O, həmin bükümü yerdən ona görə götürmüşdür ki, həmin bükümü polis əməkdaşlarına aparıb təhvil versin ki, kiminsə balası bu bükümü tapıb zəhərlənməsin. O, özü narkotik vasitədən sonuncu dəfə 3 (üç) il əvvəl istifadə etmişdir. Onun yerdən götürdüyü bükümün həcmi çox kiçik olmuşdur. O, həmin narkotik vasitə tərkibli 1 (bir) ədəd bükümü yerdən götürüb cibinə qoyduqdan sonra səsküy eşitmişdir. Həmin səs-küy Rəşidə aid olmuşdur. Bundan sonra o, Rəşidə nə olduğunu öyrənmək üçün Rəşidə doğru addımlamağa başlamışdır. O, Rəşidə yaxınlaşdıqda görmüşdür ki, bir neçə nəfər zor gücü ilə Rəşidi bir avtomobilə əyləşdirmişlər. Həmin şəxslər Rəşidi avtomobilə əyləşdirdikdən sonra gözləri ona sataşmış və həmin şəxslər zor gücü ilə elə onu da Rəşidin olduğu avtomobilə əyləşdirmişlər. Sonra həmin şəxslər onu və Rəşidi avtomobillə Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. O, Nərimanov Rayon Polis İdarəsində olanda üzərindəki narkotik vasitəni könüllü şəkildə çıxarıb Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni yerdən tapdığını, bu narkotik vasitəni tapan kimi narkotik vasitəni polis əməkdaşlarına təhvil vermək istədiyini bildirmişdir. Yerdən tapdığı narkotik vasitədən başqa heç bir narkotik vasitədən onun xəbəri olmamışdır. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları ona qarşı fiziki təzyiq göstərmişlər. O, onu döyən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının adlarını bilmir, amma üzdən görsə həmin şəxsləri tanıyar. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onun bel və üz nahiyələrinə yumruq, eləcə də təpik zərbələri endirmişlər. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onun üzərindən çıxmış narkotik vasitənin haradan aldığını demədiyinə görə onu döyürmüşlər. O da, döyən polis əməkdaşlarına cavab verərək bildirirmiş ki, “Mənim üzərimdən çıxmış narkotik vasitəni yerdən tapmışam”. O, Bakı İstintaq Təcridxanasına qəbul olanda Bakı İstintaq Təcridxanasında həkimlər tərəfindən üzərinə tibbi baxış keçirilməmişdir. O, Bakı İstintaq Təcridxanasına qəbul olanda belində və alnında qızartı ləkələri olmuşdur. O, belində və alnında olan qızartı ləkələri barədə 03 saylı Şəhər Klinik Xəstəxanasında olanda 03 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərinə məlumat vermişdir. 03 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərinin onun belində və alnında olan qızartı ləkələrini qeydiyyata alıb-almamaları barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələrini və şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış və külli miqdarda narkotik vasitə heroini satmış, həmçinin Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımaması, eləcə də külli miqdarda narkotik vasitə heroini satmaması, habelə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaması və daşımaması barədə vermiş olduqları ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Təbriz (Çapayev) küçəsində yerləşən “Təfəkkür” Universitetinin yaxınlığında xidməti vəzifəsini icra edərkən Təqsirləndirilən şəxs1 və Şahid1 alış-veriş etdiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşarkən Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 və Şahid1 yaxınlaşdığını görmüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 bir qədər aralı məsafədə olmuşdur. Lakin təqsirləndirilən şəxslər qaçmağa cəhd etdikləri üçün tərəflərindən saxlanılmışlar. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 onlara müqavimət göstərdiyi üçün onlar Təqsirləndirilən şəxs2 çətinliklə polis avtomobilinə əyləşdirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 Nərimanov RPİ-nin NMB-ə aparmışlar və orada rəhbərliyə bu barədə raportla məruzə etmişlər, habelə saxladıqları şəxsləri Növbəti Hissəyə təhvil vermişlər. Nərimanov RPİ-nin NMB-də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 cibindən pul vəsaiti çıxmışdır. Şahid1 videoçəkiliş zamanı üzərində olan 01 ədəd bükümdəki narkotik vasitə heroini almaq üçün Rəşidə 50 (əlli) manat verdiyini və əvəzində Rəşidin Şirxana 10 (on) manat qaytardığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qaytardığı 10 (on) manat pul Şahid1 üzərindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 üzərində olan 01 ədəd bükümdə narkotik vasitəni könüllü surətdə təqdim etmişdir. Həmin büküm açıldıqdan sonra içərisindən 02 ədəd bükümdə narkotik vasitə çıxmışdır. Həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs2 videoçəkiliş zamanı narkotik vasitəni yoldan tapdığını bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid5 və polis kapitanı Şahid2 ilə birlikdə ünvan 5 ünvanının qarşısında xidmətdə olarkən, 3 (üç) nəfər şəxsin hərəkətləri və davranışlarından özlərini şübhəli apardıqlarını görüb həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin onlar həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etdiklərində, həmin şəxslər özlərini təqdim etmək istəməyərək onların verdikləri suallardan yayınaraq oradan uzaqlaşmağa çalışmışlar. Onlar həmin şəxslərin rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmalarından və üzərlərində narkotik vasitə və ya psixotrop maddə saxlamalarından şübhələnib həmin üç şəxsi saxlayaraq Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 Nərimanov RPİ-nə gətirilmələri barədə tərəflərindən raportla rəhbərliyinə məruzə edilmiş və raportun icrası baş təhqiqatçı, polis mayoru Sərraf Cəfərova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 üzərlərinə axtarış keçirilməsi zərurəti yarandığından həmin şəxslərin hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçilər saxlanılan şəxslərə təqdim edildikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 şübhəli şəxs qismində tutularaq sonunculara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd 50 manatlıq əskinası və şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanıdığı Elməddin adlı şəxsin yaşadığı Nərimanov rayonu, Montin qəsəbəsi adlanan ərazidə evində həmyerlisi Niyaməddinlə birgə olan zaman Elməddin Rəşidə istifadə etməsi üçün narkotik vasitə “kakos” vermiş, daha sonra Elməddin Rəşidə zəng edərək həmin narkotik vasitəni istifadə etmədiyi halda 40 manat pulun müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19 ünvanında yerləşən “Təfəkkür” Universitetinin yaxınlığında bir nəfərlə görüşüb sonuncuya verməsini bildirmiş, sonra Rəşid həmin ünvanda Elməddinin dediyi şəxsə narkotik vasitəni vermiş, həmin şəxs də Rəşidə 50 manat pul vermiş, bundan sonra Rəşid həmin şəxsə 10 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs1 üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, gödəkcəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, əynindəki qara rəngli şalvarının arxa sağ cibindən 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinasları çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan büküm açılmış, bükümün içərisindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş bükümlər, həmin bükümlərdən birinin içərisindən ağ rəngli kristal halında maddə, digər bükümün içərisindən isə qəhvəyi rəngli, toz halında maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin bükümləri polis əməkdaşları tərəfindən saxlanıldığı yerin yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs2 üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Şahid1 üzərində qanunsuz əşya olubolmadığı soruşulmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid1 əynində olan açıq göy rəngli cins şalvarının sağ qabaq cibindən 1 (bir) ədəd “Katel” markalı mobil telefonu və 1 (bir) ədəd sellofan bükümü, şalvarının sol arxa cibindən 1 (bir) ədəd 10 manatlıq, 2 (iki) ədəd 5 manatlıq və 2 (iki) ədəd 1 manatlıq pulları çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddə aşkar edilmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin bükümü həmin gün Rəşid adlı şəxsdən 40 manat pulun müqabilində Nərimanov rayonu, Təbriz küçəsi 19 ünvanında, yəni “Təfəkkür” Universitetinin yaxınlığında almışdır. Şahid1 üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid3 Rəhman oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onunla mobil telefon ilə əlaqə saxladığı şəxs, yəni Elməddin burada yoxdur. Elməddin onun uzun zamandır ki, tanıdığı şəxsdir. O, Elməddindən narkotik vasitə almaq üçün telefon vasitəsilə əlaqə saxlamışdır. O, Elməddindən “kakos” və “metamfetamin” adlanan narkotik vasitələri almışdır. Elməddin onun yaşadığı binanın yanında olan binada yaşamış, yəni onun qonşusu olmuşdur. O, Elməddindən 5-10 dəfə narkotik vasitə almışdır. Onun Elməddindən aldığı narkotik vasitələrin 1 qramı 50-60 manat qiymətində olmuşdur. O, Elməddindən həmin gün narkotik vasitə almaq istəmiş, lakin Elməddin ona evdə olmadığını, eləcə də narkotik vasitənin pulunu Elməddinin kartına atmağını və başqa şəxslərin gətirib narkotik vasitəni ona verəcəyini təklif etmişdir. O, əvvəlcə Elməddinin bu təklifi ilə razı olmamışdır. Lakin sonra o, Elməddinlə razılaşmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 gəlmişdir. Rəşid Elməddinin göndərdiyi adam olmuşdur. O, Rəşidə telefon vermiş, Rəşid isə bunun qarşılığında ona 1 (bir) ədəd bükümdə narkotik vasitə “kakos” vermişdir. Sonra polis əməkdaşları onları gəlib orada saxlamışlar. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə araşdırılmış ifadəsindən görünür ki, o, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. O, Şahid1 təxminən 1-2 ildir ki, tanıyır. Belə ki, o, 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən o, "kakos" kimi tanınan heroindən istifadə edir. Hazırda da o, narkotik istifadəçisi olduğu üçün Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Şirxanın da, narkotik istifadəçisi olduğunu əvvəlcədən bilmişdir. Şirxanla onun arasında qərəzli münasibətlər olmamışdır. Şirxanın istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. O, Təqsirləndirilən şəxs1 təxminən 2 ildir ki, tanıyır. Belə ki, o, Rəşidi sonuncu dəfə həbs olunmamışdan əvvəl tanımışdır. Rəşidin istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. xx.xx.2023-cü il tarixdə o, Nərimanov rayonu, Təbriz küçəsində təsadüfən Şirxanla rastlaşmış və söhbət zamanı Şirxan bədənində ağrılar olduğunu bildirərək narkotik vasitə tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. Şirxanın pulu olsa da, narkotik vasitəni haradan alacağını bilməmişdir. O, Rəşidin narkotik vasitə satıcısı olduğunu bildiyi üçün düşünmüşdür ki, bu barədə Rəşidə deyər, Rəşid də Şirxana narkotik vasitə satar. Lakin onun bu işdə heç bir maddi və sair marağı olmamışdır. Şirxan 40 manatlıq narkotik vasitə almaq istədiyi üçün o, birazdan heroin satan tanışına məlumat verəcəyini demişdir. Sonra o, Şirxanla sağollaşıb getmiş və Şirxanın mobil nömrəsini Rəşidə göndərərək sonuncuya Şirxana narkotik vasitə lazım olması barədə məlumat vermişdir. Rəşid isə problem olmadığını və məsələni həll edəcəyini demişdir. Bundan sonra onun olanlardan məlumatı olmamışdır. O, Rəşidə heç vaxt narkotik vasitə verməmiş, əksinə özünə lazım olanda müxtəlif vaxtlarda Rəşiddən narkotik vasitə almışdır. Rəşidin onunla bağlı ifadəsində göstərdiyi xüsusatlar yalandır. Belə ki, o, Şirxanın nömrəsini Rəşidə verdiyi üçün Rəşid özünün onun tutdurduğunu düşünərək onun barəsində yalan məzmunlu ifadə vermişdir. Halbuki o, xx.xx.2023-cü il tarixdə, ümumiyyətlə heç bir vaxt Rəşidə narkotik vasiitə verməmişdir. Rəşidin Şirxana satdığı narkotik vasitə ona məxsus olmamışdır. Həmçinin o, həmin narjkotik vasitəni Rəşidə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 2) görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 ünvan 2 ünvanının yaxınlığında özlərini şübhəli apardıqlarına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə aparılmışlar. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 42-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 49) görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 51-52) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 59) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 61-62) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 69-70) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd 50 manatlıq əskinas, şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 71-72) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “Katel” markalı mobil telefon və 01 ədəd şəffaf rəngli sellofan büküm, şalvarının arxa sol cibindən 1 (bir) ədəd 10 manatlıq, 2 (iki) ədəd 5 manatlıq və 2 (iki) ədəd 1 manatlıq əskinasları aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni Nərimanov rayonu, Təbriz küçəsi 19 ünvanının yaxınlığında sonu 13-13 ilə bitən mobil nömrəni istifadə edən şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 73-74) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçriilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, gödəkcəsinin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofana bükülmüş bükümü taksi gözlədiyi yerdə yerdən tapdığını və həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşdıqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixli 6/1171 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 97-99) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza)” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,307 qram olan narkotik vasitə heroinlə kimyəvi komponent tərkibinə görə eynidir. xx.xx.2023-cü il tarixli 6/1172 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 103-106) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza)" sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,307 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,669 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 128-129) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 131-132) görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 140-141) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 157-158) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 190-192) görünür ki, Şahid1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 267/2023 saylı qərarından (cild 1, iş vərəqə 199-203) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 266/2023 saylı qərarından (cild 1, iş vərəqə 204-208) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 209-210) görünür ki, həmin gün Şahid1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 1, iş vərəqə 212) görünür ki, həmin gün Şahid1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli 1390 saylı narkoloji ekspertiza rəyindən (cild 2, iş vərəqə 69- 70) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 47) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 31-33) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cəzalandırılmış, sonuncu dəfə isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan (cild 2, iş vərəqə 54-56) görünür ki, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizası barədə 766 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 74-76) görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2023-cü il tarixli 1771 saylı narkoloji ekspertiza rəyindən (cild 2, iş vərəqə 71- 72) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs2 somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizası barədə 832 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 78-79) görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əmək dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməl törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 94-108) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,257 qram təşkil edən narkotik vasitə heroin və 4,619 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 110-111) görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi mənbəyinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 9) görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs1 Aysun adlı övladı anadan olmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 3, iş vərəqə 89-92) görünür ki, Təqsirləndirilən şəxs1 Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Polis əməkdaşları barəsində cinayət işinin başlanmasına əsas - prokurorluqda araşdırma aparılarkən canlı şəxsin ekspertizasının keçirilməsinin nəticəsinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli 1651 saylı ekspertiza çıxış etmişdir. Belə ki, 1651 saylı ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş cavab məktubundan (cild 3, iş vərəqə 132) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 2 (iki) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs1 09 iyul 2020-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. 03 mart 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 8) görünür ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 Nuray adlı övladı anadan olmuşdur. xx.xx.2021-cü il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2021 saylı hökmündən (cild 2, iş vərəqə 61-65) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla üzərində 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-89/2023 saylı qərarından (cild 2, iş vərəqə 211-215) görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək azadlıqdan məhrumetmə cəzasından 02 ay 24 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə görə sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar və vəsatətlər vermişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərinin olması və bu cinayətlərin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxslərin iddia etdikləri dəlillərin həqiqət olmasını müəyyən etmək mümkün olmadığından, ibtidai araşdırma zamanı toplanılmış sübutların həqiqiliyinə və mötəbərliyinə şübhə yaradacaq hallar müəyyən edilmədiyindən, toplanılmış sübutlar ittihamın qiymətləndirilməsinə kifayət etdiyindən məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə araşdırması nəticəsində sübutetmə mərhələsində ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlar nəticəsində hasil olunmuş nəticədən fərqli nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər məhkəmə istintaqında vermiş olduqları ifadələrində irəli sürülmüş ittiham üzrə halları mübahisələndirsələr də, şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərinə müdafiəçilərin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirilmiş prosessual hərəkətlər zamanı aşkarlanmış narkotik vasitə və psixotrop maddənin növünü, həmin vasitə və maddələrin olduqları bükümlərin sayını, çəkisini, eləcə də iş üçün sair əhəmiyyət kəsb edən halları mübahisələndirməmişlər. Məhkəmə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, habelə külli miqdarda narkotik vasitə heroini Şahid1 40 manata satmışdır. Bundan başqa, məhkəmə istintaqında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ayrı-ayrılıqda onlara qarşı elan edilmiş ittihamı mübahisələndirsələr və müdafiələri ilə əlaqədar müəyyən dəlillər gətirsələr də, bu dəlillər inandırıcı olmadığından məhkəmə belə nəticəyə gəlir ki, onlar məhkəmədə ifadə verərkən səmimi olmamışlar və iş üzrə həqiqi halları gizlətməklə, eləcə də işin hallarını təhrif edib məhkəməyə yalan məlumat bildirməklə məsuliyyətdən yayınmaq istəmişlər. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərək Elməddin adlı şəxsin sözü ilə sonuncuya məxsus narkotik vasitə heroini Şahid1 40 manat pulun müqabilində verdiyini bildirməklə öz məsuliyyətini Elməddin adlı şəxsin üzərinə atmaq istəmişdir. Halbuki Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi öz ifadəsində faktiki olaraq qanunsuz şəkildə külli miqdarda narkotik vasitə heroini Şahid1 əvəzli şəkildə, yəni pul müqabilində satdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, bundan başqa, külli miqdarda narkotik vasitə heroini satmışdır. Təqsirləndirilən şəxs2 dəlillərinə gəldikdə isə məhkəmə hesab edir ki, onun iddia etdiyi dəlillər ağlabatan deyil. Belə ki, onun məhz polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə dəqiqə əvvəl həmin əraziyə yaxın yerdən külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin tapması və həmin vasitə/maddəni məhz könüllü şəkildə polis orqanına təhvil vermək məqsədi ilə üzərində saxlamaqla daşıması və bundan dərhal sonra polis əməkdşları tərəfindən saxlanılması inandırıcı olmamaqla yanaşı, həmçinin ağlabatan deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 göstərilən məzmunda məhkəmədə ifadə verməklə məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmədə heç bir hal müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmədə obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, habelə külli miqdarda narkotik vasitə heroini satmışdır. Həmçinin məhkəmə istintaqında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və əldə edilmiş şəxsi işin materiallarından, habelə tibbi kitabçadan məlum olmuşdur ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Bu araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 aid şəxsi iş materialları və tibbi kitabça məhkəmə istintaqında əldə edilib araşdırılarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçsə də, həmin vaxt onun üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 da məhkəmədə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və əldə edilmiş şəxsi işin materiallarından, habelə tibbi kitabçadan məlum olmuşdur ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən onun sağ gözünün üst hissəsində xəsarət izinin olması barədə qeydiyyat aparılmışdır. Bundan sonra məhkəmə göstərilən məsələ ilə bağlı Nərimanov rayon prokurorluğuna müraciət etmiş və məhkəmənin təşəbbüsü ilə göstərilən prokurorluq orqanında araşdırma aparılmışdır. Nərimanov rayon prokurorluğuna müraciət edildikdən sonra aparılmış araşdırmanın nəticəsi barədə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi və sair formada qeyri-insani rəftara məruz qalmaları halları məhkəmə tərəfindən ətraflı şəkildə yoxlanılsa da, göstərilən halların baş verməsi təsdiq olunmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən və Nərimanov Rayon Polis İdarəsinə aparılarkən fiziki təzyiqə məruz qalmamışlar. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində məhz onlar təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 evli olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və vərəm xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmiş, lakin Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin sadə residivini cəzanı ağırlaşdıran hal kimi məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə xx.xx.2021-cü il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-334/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla üzərində 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsa, eləcə də xx.xx.2023-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-89/2023 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunsa da, qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədiyi halda, əksinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduqdan qısa müddət sonra yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs1 Şahid1 külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə satması təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 daha sərt cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülsə də, ittiham üzrə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlləri daha ictimai təhlükəli olduğundan ona daha ağır cəza təyin edilməlidir. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində ödənilməmiş məhkumluğu olsa da, onun çəkilməmiş cəzası qalmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən təyin edilməli, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətlər təsnifata görə ağır cinayətlər kateqoriyasına daxil olsa da, Təqsirləndirilən şəxs1 əməllərində ağırlaşdırıcı hal kimi cinayətlərin sadə residivi olduğundan o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, habelə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə onların cəzalarının əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1390 saylı rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan başqa, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 1771 saylı rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs2 somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır, ərrazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs2 isə ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən və somatik vəziyyəti yaxşılaşdıqdan sonra cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatında sonra qalıq çəkisi 9,257 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,619 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntüləri əks etdirən 02 ədəd CD disk, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətindən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Şahid1 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,258 qram təşkil narkotik vasitə heroinin digər cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirə edilməli olan əmlaka gəldikdə isə məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 50 manatlıq əskinas narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsindən hasil olunmuş pul olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 vərəm xəstəliyindən müalicə aldıqdan və somatik vəziyyəti yaxşılaşdıqdan sonra cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,257 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 4,619 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntüləri əks etdirən 02 ədəd CD disk və Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətindən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olub ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,258 qram təşkil narkotik vasitə heroinin digər cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 50 manatlıq əskinas Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-426/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-426/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver