Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-426/2025 14.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat: 10:00 - da X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ş/Y massivi nömrəsiz ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorduq qəsəbəsi nömrəsiz evin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 4,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 26 fevral 2024-ci il tarixdə saat 08:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofanın içərisində təmiz çəkisi 4.543 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona AR CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, psixotrop maddə metamfetamin istifadəçisidir. Qonşusu Elşənlə birgə 25 fevral 2024-cü il tarixdə saat 21:40 radələrində Elşənə deyilən ünvandan 01 qram narkotik vasitə götürmək üçün getmişdir. Elşən həmin narkotik vasitəni götürmək üçün maşından düşəndə polislər tərəfindən yaxalanmışdır. O, həmin vaxt avtomobildə olmuşdur. Polislər onları döyərək polis idarəsinə aparmışlar. Elşən narkotik vasitəni götürə bilməmişdir. Lakin, polis əməkdaşları həmin maddəni götürərək Elşənin cibinə qoymuşlar. Onun avtomobilini əməliyyat müvəkkili idarə edərək, polis bölməsinə gətirmişdir. Polis bölməsində də onlar döyülmüşdür. Artıq səhərə yaxın polislər onun barəsində olan cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini bildirdikləri üçün müvafiq sənədlərə qol çəkmişdir. Həmçinin, qeyd etmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. “Opel Meriva” markalı avtomobili idarə edir. O, tutulmamışdan qabaq təxminən 1 il müddət psixotrop maddə metamfetamin qəbul etmişdir. Metamfetamini adətən səhərlər istifadə etmişdir. Bundan sonra işə çıxıb taksi kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən də o özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Elşən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək 3 saylı istintaq təcridxanasında saxlanılır. O, narkotik vasitələri müxtəlif yerlərdən əldə etmişdir. Hazırda narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitələri götürmək üçün bəzən tək, bəzən də Elşənlə birlikdə getmişdir. Narkotik vasitələri adətən 01 qram çəkidə əldə edərək evdə qəbul etmişlər. Metamfetamin satanla Elşən əlaqə saxlamışdır. Elşən maşından düşdükdən sonra aralarında təxminən 4 metr məsafə olmuş, Elşən narkotik vasitəni götürə bilməmişdir. Polislər əvvəl Elşəni, sonra da onu tutmuşlar. Onlar həmin yerə 01 qram metamfetamini götürmək üçün getmişlər. Elşənin də, onun da üzərinə 04 qram narkotik vasitə qoyulmuşdur. Polislər ertəsi gün səhər saat 10-a qədər onları təpiklə, dubinka ilə döymüşlər. Aldığı xəsarət nəticəsində ayaqları, sinəsi göyərmişdir. Həm döyüldüyü üçün, həm də işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirdikləri üçün göstərilən sənədlərə imza etmişdir. Onu döyən şəxslərdən yalnız biri polis olmuş, digər 3 nəfər şəxs isə mülki geyimdə olmuşdur. Hesab edir ki, onlar polis əməkdaşı olmamışdır. İbtidai istintaq zamanı prokurorluğa şikayət etmiş, bununla bağlı izahatı alınmış və ekspertizadan keçmişdir. Metamfetamin üçün 35 manat pul ödəmişlər. İlk dəfədir cinayət məsuliyətinə cəlb edildiyindən, müstəntiq qarşısına hansı sənədləri qoymuşsa, onlara imza etmişdir. Narkotik vasitəni polislər cibinə qoyaraq, videoçəkiliş zamanı həmin maddəni cibindən çıxararaq təhvil verməsini bildirmişlər.Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyi üçün bütün sənədlərə qol çəkmişdir. 234.1-1-ci maddəninin sanksiyası ağır olduğu üçün özünü qeyd olunan maddə ilə təqsirli bilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək, 27 fevral 2024-cü il tarixli ifadəsində, eləcə də, sonradan müqavilə əsasında cinayət işinə buraxılmış müdafiəçisinin vəsatəti əsasında xx.xx.2024-cü il tarixdə əlavə dindirilərkən eyni məzmunlu ifadələr verərək qeyd etmişdir ki, bir ildir ki, müxtəlif narkotik maddələrdən və psixiatrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Dədəqorqud qəsəbəsindən tanımadığı şəxsdən 35 manata bir bükümdə metamfetamn almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin günü xx.xx.2024-cü il tarixdə saat 08.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi nömrəsiz evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış özlərini tədim edən sonra kimliyini soruşduqda Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Özlərini Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin əməkdaşları kimi təqdim edərək narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 30-cu PŞ-nə dəvət etmişlər. Suraxanı RPİnin 30-cu PŞ- nin inzibati binasında, xidməti otaqda şəxsiyyəti bir daha müəyyən edilmiş, ona şübhəli şəxsin hüquq və vəzifələrim izah edilmiş, hüquqlarımı müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra isə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində olan əşyaları əşya təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellofan kəsiyi bükümü çıxarıb polis əməkdaşlıra təqdim etmişdir. Təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Dədəqorqud qəsəbəsindən tanımadığı şəxsdən 35 manata alaraq öz şəxsi istifadəsi üçün alıb üzərində saxdadığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq götürülmüş, zərf möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu və möhürlənmiş zərfin üzərini imzalamışdır. Həmçinin, ona verilmiş suallara cavab olaraq, narkotik vasitənin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini, heç vaxt narkotik maddəni kiməsə satmadığını, pay vermədiyini və ya kiməsə verəcəyi barədə vəd etmədiyini, saxlanılan zaman Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA-üzrə sahə inspektoru vəzifəsində işləyir. 26 fevral 2024-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin şəxsin saxlanılması üçün ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi, nömrəsiz ünvanının qarşısında saxlanılmışdır. Anket məlumatlarını təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər və onlarla 30-cu PŞ-nə getməli olduğunu bildirmişlər. Şöbəyə getdikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi barədə rəhbərliyə məruzə edilmiş və prosessual hərəkətlərin həyata keçirilməsi Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçı, polis kapitanı Sənan Süleymanlıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm çıxararaq təqdim etmiş və həmin bükümün içində psixotrop maddə metamfetamin olduğunu, 26 fevral 2024-cü il tarixdə Suraxanı rayonu Dədəqorqud qəsəbəsində tanımadığı şəxsdən 35 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirildikdən sonra onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər maddə zərfə qoyularaq, möhürlənmiş və müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, qeyd etdi ki, təqsirləndirilən şəxsi saxlayarkən yanında kiminsə olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxsə tərəflərindən təzyiq-təsir göstərilməmiş, o, özünü adekvat aparmış və heç bir etiraz etməmiş, müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə heç bir zorakılıq göstərilməmişdir. Ona 11 saat müddətində zor tətbiq edilməsi kimi bir hal ümumiyyətlə baş verməmişdir. Təqsirləndirilən şəxsi səhər saatlarında saxlamışlar. O, 25 fevral tarixində axşam saatlarında tutulmamışdır. Əməliyyat tədbirində o və şöbənin əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. Şəxsi saxlamağa maşınla getmişlər, lakin, Rasimin və ya onun özünün maşınında getdiklərini xatırlamır. Təqsirləndirilən şəxsi saxlayarkən tək olmuş, yanında kimsə olmamışdır. X7 adlı şəxs gətirməmişlər. Elə bir şəxsi tanımır. Təqsirləndirilən şəxsi 26 fevral 2024-cü il səhər saat 8-9 aralığında saxlamışlar. Təqsirləndirilən şəxsin maşınını yəqin ki, digər əməkdaşlar gedib gətiriblər. Ümumiyyətlə narkotik vasitənin daşınılmasında şübhəli olan şəxsləri saxladıqda əsasən digər əməkdaşlar gedib maşını gətirirlər, bəzən də olur ki şəxs hadisə yerindən qaçır. Təqsirləndirilən şəxsi yəqin ki, ekspertizaya əməliyyat qrupu aparmışdır. Şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs metamfetamini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin gün başqa bir yerdə başqa kimisə saxlamamışdır. Elşən Məmmədov adlı şəxs barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 30-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməkdaşı olduğu şöbəyə 26 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və şöbənin CA-üzrə sahə inspektoru Xaqani Mikayılovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 26 fevral 2024-cü il saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədəqorqud qəsəbəsi, nömrəsiz ünvanının qarşısında saxlamışlar və özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmiş və onlarla 30-cu PŞ-nə getməli olduğunu bildirmişlər. Şöbəyə getdikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi barədə rəhbərliyə məruzə edilmişdir. Daha sonra prosessual hərəkətlərin aparılmasının həvalə edildiyi Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçı, polis kapitanı Sənan Süleymanlı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. İnzibati otaqlardan birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir büküm çıxararaq təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içində psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadə məqsədi ilə 26 fevral 2024-cü il tarixdə Suraxanı rayonu Dədəqorqud qəsəbəsində tanımadığı şəxsdən 35 manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxsə təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları zaman yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxsi 26 fevral 2024cü il 08:30 radələrində saxlamışlar. O, 25 fevral 2024-cü il axşam saatlarında saxlanılmamışdır. Təqsirləndirilən şəxsi saxlamağa şəxsi maşınları ilə getmişlər, lakin hansının maşını ilə getdiklərini xatırlamır. Təqsirləndirilən şəxsi saxladıqları zaman orada onun maşının olub-olmadığını bilməmişdir. Təqsirləndirilən şəxsi saxlayarkən tək olmuş, yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə tibbi ekspertizasına aparılması barədə məlumatı olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uşaq yaşlarından dostluq etmişlər. Binəqədi rayonu, Biləcəri qəsəbəsində eyni ərazidə yaşamışlar. Ara-sıra Təqsirləndirilən şəxs ilə birlikdə narkotik maddələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 2024-cü ilin fevral ayının 25-i tarixində, axşam saat 10 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Cavada məxsus avtomobil vasitəsilə onun danışığı əsasında 1 qram narkotik vasitə götürmək üçün getmişlər və bu zaman Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində saxlanılmışlar. Belə ki, o, narkotik vasitənin olduğunun ona deyildiyi yerə çatdıqda maşından düşmüş, lakin, narkotik vasitəni tapa bilməyərək geri qayıtdıqda Təqsirləndirilən şəxs polislər tərəfindən tutulduğunu görmüş və o da elə həmin yerdə saxlanılmışdır. Onları Surxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinə aparmışlar. Onlara, yəni ona və Təqsirləndirilən şəxs polis bölməsində təzyiq göstərərək, üzərlərindən narkotik vasitə aşkarlandığını və boyunlarına almalı olduqlarını bildirmişlər. Daha sonra isə barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmışlar. Şahid Elşən Məmmədov həmçinin, qeyd etmişdir ki, o, tanıdığı bir şəxsdən narkotik vasitə almaq üçün razılaşmışdır. Cavada da təklif etmişdir ki, onun maşını ilə gedib həmin narkotik vasitəni götürüb istifadə etsinlər. Lakin, həmin yerdə narkotik vasitə olmamışdır. Narkotik vasitəni 35 manat pul müqabilində almağa razılaşmışdır. Ona narkotik vasitənin qoyulduğu yerin şəkili atılmış, lakin, narkotik vasitə həmin yerdə olmamışdır. Onları saxlayan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin 6-7 nəfər əməkdaşları olmuşdur. Onları polis bölməsinə apardıqları avtomobil “4 fara” kimi tanınan “Mercedes” markalı avtomobil olmuş, Cavad da onun yanında maşınla getmişdir. Cavadın “Opel” markalı avtomobilini polislər idarə edərək, polis bölməsinə gətirmişlər. Polis Bölməsində onlara təzyiq göstərilmiş və döyülmüşlər. Onlara iki büküm verilərək, üzərlərinə götürmələri tələb edilmişdir. 40 dəqiqədən çox döyülmüşdür. O da xəsarət almışdır. Bu barədə ekspertiza rəyində də qeyd edilmişdir. Təqsirləndirilən şəxs də eynən onun kimi döyülmüşdür. Onun barəsində aparılan cinayət işi üzrə məhkəmə iclasında ifadə verən polislər onları saxlayan həmin polis əməkdaşları olmamışdır. Onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlasa da, şahid kimi ifadə verənlər Surxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşlarıdır. Onları döyənlərin isə bölmənin və ya idarənin əməkdaşları olmasını bilməmişlər. Onları əslində Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində tutsalar da, onu guya Əhmədli metrostansiyasının yaxınlığında saxladıqlarını rəsmiləşdirmişlər. Lakin, o, ümumiyyətlə həmin ərazidə olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən döyüldüyünü demiş və onu ekspertizaya göndərmişlər. Fərdi qaydada qalıq yağları toplayaraq Sumqayıt şəhərində zavoda təhvil verməklə məşğul olmuşdur. Psixotrop maddə metamfetamindən gündəlik olaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə də narkotik maddələr istifadə etmişlər. Müxtəlif yerlərdən Təqsirləndirilən şəxs ilə birlikdə gedib narkotik maddələr əldə etdikləri olmuşdur. Təxminən gündə 15-20 manatlıq psixotrop maddə almışlar və bu ikisinə kifayət etmişdir. Əldə etdikləri psixotrop maddəni Cavadgilin evində və ya onun evində qəbul etmişlər. Onun şəxsi avtomobili olmadığı üçün Təqsirləndirilən şəxs maşını ilə həmin yerə getmişlər. O, maşından düşüb 10-15 metr məsafə uzaqlaşaraq, həmin maddəni axtarmışdır. Həmin yerdən o, Cavadı görmüşdür. O, nə qədər axtarsa da, narkotik maddəni tapa bilməmişdir. İlk dəfədir ki, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisinə narkotik maddə əldə etmək üçün gedirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 26 fevral 2024-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 fevral 2024-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynidəki göy rəngli cins sağ yan cibindən şəffaf sellofanın bükülmüş içərisində ağ rəngli kristallardan ibarət kütləni aşkar edili götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümün içərisində olan psixotrop maddə metamfetamini Bakı şəhəri Suraxanı rayonu Dədəqorqud qəsəbəsində tanımadığı şəxsdən 35 manata aldığın və özü istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən psixotrop maddə metamfetamin bir ədəd zərfə qoyalaraq zərf möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1129 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N° 45» dairəvai möhür əksləri olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs «imza», ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki; 01 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 4,543 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 4,543 qram təşkil etmiş, tədqiqata 0,050 qram sərf edilmiş, 4,443 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 3257 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsinlə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, AR Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən təqdim edilən Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs zədə aldığını bildirmiş, lakin, yeni xəsarət aşkarlanmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, polis əməkdaşları tərəfindən döyülməsi, daha sonra polislərin onun barəsində olan cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşəcəyini bildirdikləri üçün müvafiq sənədlərə qol çəkməsi, yalnız 01 qram çəkidə metamfetamin götürmək üçün getmələri, həm Elşənin, həm də onun üzərinə 04 qram narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması, videoçəkiliş zamanı həmin narkotik maddəni cibindən çıxararaq təhvil verməsini polislərin ona bildirməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Həmçinin, məhkəmə tərkibi, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsinə də tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək, 27 fevral 2024-cü il tarixli ifadəsində, eləcə də, sonradan müqavilə əsasında cinayət işinə buraxılmış müdafiəçisinin vəsatəti əsasında xx.xx.2024-cü il tarixdə əlavə dindirilərkən eyni məzmunlu fikirləri qeyd edərək, təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Dədəqorqud qəsəbəsindən tanımadığı şəxsdən 35 manata alaraq öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını, Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilmiş videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1129 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 3257 nömrəli ekspert rəyləri, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli tibbi kitabçanın surəti, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış, əlavə şahidin dindirilməsinə dair müdafiə tərəfinin vəsatəti təmin olunmuşdur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 2-ci Siyahısının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetamin 2 qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni, 26 fevral 2024-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 110 manat (yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4,443 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 26 fevral 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 4,443 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs 110 manat (yüz on) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-426/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-426/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver