Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-427/2020 19.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi qəsəbəsi, Mədən 1, korpus 20, ev 3-də yaşayan, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 18 ünvanında tanışı Zərərçəkmiş şəxs onu mobil telefonun “Whatsapp” tətbiqində nalayiq ifadələrlə təhqir edərək anasını söyməsilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yaşadığı evin mətbəxindən götürdüyü və üzərində gizlətdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa sol tərəfindən bir dəfə vurub ona döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd döş boşluğuna nüfuz etmiş sol ağ ciyərin aşağı payının yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan, vət. Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərkonnektin smartfonunda montajçı rabitəçi işləyir. Zərərçəkmiş şəxs ilə uşaq vaxtdan tanışdır. Ağaxan Qobu qəsəbəsində yaşasa da Binəqədi rayonu DSK yolu Avtopark deyilən yerin yaxınlığında qaçqınların yaşadığı binada nənəsigildə qalmış və Zərərçəkmiş şəxs mütəmadi həmin ünvana gəlib getmişdir. Demək olar ki, Ağaxanla uşaq vaxtından görüşüb bir yerdə oynamışlar. Ağaxan ondan 3-4 yaş böyükdür. Hərbi xidmətdə qulluq edib qayıtdıqdan sonra da Ağaxanla münasibəti normal olmuşdur. Arada bir Binəqədi rayonu DSK yolunda yerləşən kafedə oturub çay və ya pivə içmişlər. Bir bakal pivə onda sərxoşluq yaratdığına görə o pivə içməmişdir. Ağaxan isə bir neçə bakal pivə və ya spirtli içki içən kimi onunla pis zarafatlar etmişdir. O, isə hər dəfə Ağaxana irad tutaraq onunla zarafat etməməsini demişdir. Ağaxan onunla ana, bacı zarafatı etmişdir. O da Ağaxana bir neçə dəfə demişdir ki, belə zarafat etməsin. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Ağaxan onun vhatsappına səs yazısı ataraq zarafat etməyə başlamışdır. Beləcə aralarında sözlə mübahisə yaranmış, Ağaxan nalayiq söyüş işlədərək gəlib onu döyəcəyini bildirmişdir. O da Ağaxana demişdir ki, gəlib dediyi sözü etməyən oğlanın da kişiliyi yoxdur. Bir neçə dəqiqə sonra Ağaxan vhatsappda səs yazısı atmışdır ki, məhəlləyə çıxsın gəlir. O da mətbəxdən balaca bıçağı götürüb kəmərinə keçirib məhəlləyə çıxmışdır. Məhəllədə Ağaxan onunla görüşmədən boğazından tutaraq divar tərəfə itələmişdir. Həmin vaxt Ağaxan ona yenə var yox ana söyüşü söymüş və o da buna dözməyib bıçağı çıxarıb Ağaxanı qorxutmaq üçün Ağaxana doğru qolunu uzatmışdır. Ağaxan ona bıçaq çıxardığına görə ona pis söyüşlər söyərək məhəllə arası yol ilə qaçmışdır. O da Ağaxanın arxasınca qaçmışdır ki, Ağaxanla söhbət etsin. 1-ci Mədən 18-ci korpusda Ağaxan dayanmış və o da Ağaxana yaxınlaşmışdır ki, söhbət edərək mübahisədən yayınsınlar. Ağaxan ona «sən mənə bıçaq çıxarmısan» demiş, o da Ağaxana sakit olmasını demişdir. Həmin vaxt Ağaxan yenə onu nalayiq söyüşlərlə təhqir edərək anasını söymüş, o da sağ əlindəki bıçaqla Ağaxanın sol döş qəfəsindən bir dəfə vurmuşdur. Bundan sonra 5-6 saniyə keçdikdən sonra Ağaxan yerə yıxılmışdır. Həmin vaxt o, Ağaxanın kürəyindən tutaraq yolun kənarına çəkmiş və əynindəki qara-göy rəngli qolu uzun köynəyi çıxardıb cıraraq Ağaxanın yarasını sarımışdır. Sonra Ağaxanı qollarında Emin market tərəfə aparmışdır. Orada qonşu Qorxmazla rastlaşmış və ona adam bıçaqladığını və yaralı olduğunu demişdir. Həyəcanlı olduğundan Emin marketdən dükanın sağ tərəfi ilə evə qaçmışdır. Qorxmaz da Ağaxanı evə gətirmişdir. Atası Firudin və qonşusu Qorxmaz 103 xidmətinə zəng edib təcili tibbi yardım çağıraraq Ağaxanı 1 saylı KTM-nə aparmışlar. Təqsirləndirilən şəxs X1 yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs uşaqlıq dostudur. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində evdə olan zaman Taleh onun “Whatshapp” proqramına, qrupda kiminsə onun ünvanına nalayiq söz yazdığını demişdir. O da Telehə onu narahat etməməsini demiş və söyüş söymüşdür. Taleh də ona söyüşlə cavab verdiyinə görə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Taleh ona “gəl bizim məhəlləyə səninlə işim var” demiş, oda işdən çıxıb yorğun halda Talehin yaşadığı ünvana tərəf getmişdir. Talehin yaşadığı məhəlləy çatdıqda Taleh evdən çıxmış və qarşılaşmışlar. Həmin vaxt Taleh onu « Whatshapp »da təhqir etdiyinə görə onu təhqir etmişdir. O da Talehin sinəsindən itələmişdir ki, ayıbdır söyüş söymə. Həmən vaxt Talehin qolundan tutub işıqlı bir yerə çəkməyə çalşmışdır ki, normal şəkildə söhbət etsinlər. Lakin, Taleh üzərində olan bıçağı çıxarıb ona doğru çəkmişdir. Bu zaman o, geri çəkilərək qaçmağa başlayarkən, Taleh də arxasıyca qaçmış və 18-ci korpusda ona çataraq yenidən onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt, bıçağı görüb sillə ilə bir dəfə Talehi vurmuşdur. Həmin vaxt Taleh əlində olan bıçaqla onun sol qabırğa nahiyəmdən bir dəfə vurmuşdur. O özünü itirib yerə yıxılmış, həmin vaxt Taleh özünü İtirmiş və ona köməklik etmiş, əynində olan köynəyi çıxarıb yarasına sıxmışdır. Bundan sonra Taleh ətrafda adam axtarmışdır ki, ona kömək etsinlər. Bir neçə dəqiqədən sonra Taleh qonşusu Qorxmazla birlikdə ona yaxınlaşaraq onu Talehin yaşadığı evə apararaq ilkin tibbi yardım göstərmişlər. Bundan sonra Təcili tibbi yardım avtomobili çağıraraq onu X4 aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Taleh ilə normal münasibəti var. xx xxxxxx 2019-cu il tarixdə, işdən gələn zaman Binəqədi rayonu DSK yolu "Emin” marketin yanı ilə piyada tək gedərkən, Talehin qaça-qaça ona tərəf gəldiyini görmüşdür. O da Talehdən nə üçün qaçaraq gəldiyini soruşduqda Taleh Binəqədi rayonu 1-ci mədən 18-ci korpusda olan məhlədə bir yaralı var, ona kömək lazımdır deyərək qışqırmışdır. Talehdən yaralının kim olduğunu soruşanda, Taleh həmin yaralının onun tanışı Ağaxan olduğunu və ona özü xəsarət yetirdiyini demişdir. O, hadisə yerinə gedib Ağaxanı qucağına alıb və ona kömək etmək üçün Talehgilin evinə doğru aparan zaman Taleh də gəlib kömək etmişdir. Taleh şok vəziyyətində olduğundan nə etdiyini bilməmişdir. O, Talehə demişdir ki, tez getsin evə təcili tibbi yardım çağırsın. Talehə evə getmiş, o da yaralını Talehgilin yaşadığı ünvana aparmışdır. Evdə olarkən yaralının yarasını Talehin köynəyi ilə sarımışlar. Bir qədər keçdikdən sonra təcili tibbi yardım gəlmiş və həmin yaralını xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, həmin yaralı qonşuluqda yaşayan Ağaxan adında şəxsdir. Taleh ilə Ağaxan arasında mübahisə olduğundan Taleh Ağaxanı bıçaqla döş qəfəsinin sol kürək nahiyyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019- cu il tarixli 1767 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət- döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd döş boşluğuna nüfuz etmiş sol ağ ciyərin aşağı payının yaralanmasına səbəb olan deşilmiş-kəsilmiş yarası deşici kəsici alətin təsirindən onun X4 daxil olmasından bir neçə saat əvvəl törənmişdir, yetirimə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükləi olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 547-MTKŞ/2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki tay çəkələk, köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kompleks məhkəmə tıbbi-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 814/2019-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(1İ) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosürətinə əsasən) Ekspertizaya təqdim edilmiş A.R. Xankişiyevə məxsus cins şalvar, köynək və başmağın sağ tayının üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 02 tay çəkələk, 01 ədəd köynək, parça kəsiyi və 01 ədəd şalvar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki,baş vermiş hadisənin mahiyyəti üzrə istintaq orqanı düzgün nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəməəməlinhüquqitövsüfiməsələsinimüzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxsəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CM-nin 126.1-ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs zərərçəkmiş şəxsləbarışıq əldə etməsi və zərərçəkmişşəxsinondan şikayət və tələbinin olmaması, hərəkətlərindən səmimi peşiman olması yaşayış yerindən müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, xx.xx.2019-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətişəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarınınicra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2019-cuiltarixdənxx xxxxxx 2019-cu il tarixədək olan 04 ay müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və təyin olunacaq cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 01 ədəd mətbəx bıçağı və hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş 02 tay çəkələk, 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq qəti olaraq üzərində 02 (iki) il 08 (səkkiz) ayazadlıqdanməhrumetməcəzasısaxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş Polisin Nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmişhəbsqətimkantədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan 01 ədəd mətbəx bıçağı və 02 tay çəkələk, 01 ədəd köynək və 01 ədəd şalvar məhv edilsin. Bakışəhəri14 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 (yüzsəksən) manatpul ödənilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-427/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-427/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver