Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-427/2025 18.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X40 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X11 və X25, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs58, Zərərçəkmiş şəxs59, Zərərçəkmiş şəxs85, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs74, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs80, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs92, Zərərçəkmiş şəxs62, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs37 Şahsəddin oğlu, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs83, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs125, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs66, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs56, Zərərçəkmiş şəxs82, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17, X12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, X61, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs61, Zərərçəkmiş şəxs64, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs63, Zərərçəkmiş şəxs96, Zərərçəkmiş şəxs101, Zərərçəkmiş şəxs87, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs95, Zərərçəkmiş şəxs110, Zərərçəkmiş şəxs108, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs113, Zərərçəkmiş şəxs107, Zərərçəkmiş şəxs117, Zərərçəkmiş şəxs78, Zərərçəkmiş şəxs115, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs86, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs116, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs109, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs76, Zərərçəkmiş şəxs90, Zərərçəkmiş şəxs60, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs79, Zərərçəkmiş şəxs81, Zərərçəkmiş şəxs72, X108, Zərərçəkmiş şəxs27, X72, Zərərçəkmiş şəxs112, Zərərçəkmiş şəxs119, Zərərçəkmiş şəxs94, Zərərçəkmiş şəxs120, Zərərçəkmiş şəxs84, Zərərçəkmiş şəxs122 və Zərərçəkmiş şəxs91, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 (üç) azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(011)- 53/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda üzərində çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi ev 2, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 iyul 2025-ci il tarixdə, saat 14:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Tap.az” açıq internet resursu olan saytda iş elanı yerləşdirməklə, özünü guya "X112 AKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və rəhbəri kimi təqdim edib vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin may ayının əvvəllərindən 2022-ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs109 300 manat, Zərərçəkmiş şəxs47 300 manat, Zərərçəkmiş şəxs58 650 manat, Zərərçəkmiş şəxs38 700 manat, Zərərçəkmiş şəxs75 300 manat, Zərərçəkmiş şəxs116 900 manat, Zərərçəkmiş şəxs35 400 manat, Zərərçəkmiş şəxs40 300 manat, Zərərçəkmiş şəxs44 300 manat, Zərərçəkmiş şəxs34 300 manat, Zərərçəkmiş şəxs62 300 manat, Zərərçəkmiş şəxs53 600 manat, X2 300 manat, Zərərçəkmiş şəxs61 350 manat, Zərərçəkmiş şəxs48 300 manat, Zərərçəkmiş şəxs56 350 manat, Zərərçəkmiş şəxs67 300 manat, Zərərçəkmiş şəxs68 300 manat, Zərərçəkmiş şəxs65 300 manat, Zərərçəkmiş şəxs86 200 manat, Zərərçəkmiş şəxs80 300 manat, Zərərçəkmiş şəxs83 300 manat, Zərərçəkmiş şəxs89 300 manat, Zərərçəkmiş şəxs102 300 manat, Zərərçəkmiş şəxs82 250 manat, Zərərçəkmiş şəxs88 300 manat, Zərərçəkmiş şəxs92 330 manat, Zərərçəkmiş şəxs79 300 manat, Zərərçəkmiş şəxs96 300 manat, Zərərçəkmiş şəxs85 1500 manat, Zərərçəkmiş şəxs81 300 manat, Zərərçəkmiş şəxs93 320 manat, Zərərçəkmiş şəxs110 800 manat, Zərərçəkmiş şəxs95 300 manat, Zərərçəkmiş şəxs59 350 manat, Zərərçəkmiş şəxs71 350 manat olmaqla, ümumilikdə 14.350 manat, eyni niyyətlə, “Tap.az” açıq internet resursu olan saytda yerləşdirdiyi iş elanı vasitəsilə ona müraciət etmiş Zərərçəkmiş şəxs78 Abşeron rayonu Xırdalan şəhərində özəl baxçada müəllimə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində icarəyə götürdüyü ofisdə 13 iyul 2022-ci il tarixdə 1000 manat, 15 iyul 2022-ci il tarixdə isə 800 manat olmaqla, ümumilikdə 1800 manat, eyni niyyətlə, “Tik-Tok” sosial şəbəkəsində "Alkoc Group" adlı şirkət tərəfindən işə qəbulla bağlı reklam paylaşaraq icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən binada "Alkoc Group" adlı şirkətin ofisini təşkil etmiş, bundan sonra işə düzəlmə ilə bağlı müraciət edən vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin avqust ayının əvvəllərindən 2023-cü ilin oktyabr ayının əvvəllərinədək olan müddət ərzində Zərərçəkmiş şəxs111 430 manat, Zərərçəkmiş şəxs54 430 manat, Zərərçəkmiş şəxs108 1415 manat, Zərərçəkmiş şəxs11 330 manat, Zərərçəkmiş şəxs98 430 manat, Zərərçəkmiş şəxs9 430 manat, Zərərçəkmiş şəxs1 660 manat, X3 430 manat, Zərərçəkmiş şəxs52 350 manat, Zərərçəkmiş şəxs2 430 manat, Zərərçəkmiş şəxs90 430 manat, Zərərçəkmiş şəxs19 430 manat, Zərərçəkmiş şəxs73 430 manat, Zərərçəkmiş şəxs72 430 manat, Zərərçəkmiş şəxs118 330 manat, Zərərçəkmiş şəxs77 450 manat, Zərərçəkmiş şəxs7 330 manat, Zərərçəkmiş şəxs32 360 manat, Zərərçəkmiş şəxs26 300 manat, Zərərçəkmiş şəxs5 760 manat, Zərərçəkmiş şəxs70 430 manat, Zərərçəkmiş şəxs12 330 manat, Zərərçəkmiş şəxs66 750 manat, Zərərçəkmiş şəxs17 330 manat, Zərərçəkmiş şəxs49 330 manat, Zərərçəkmiş şəxs16 330 manat, Zərərçəkmiş şəxs18 430 manat, Zərərçəkmiş şəxs113 330 manat, Zərərçəkmiş şəxs21 330 manat, Zərərçəkmiş şəxs8 330 manat, Zərərçəkmiş şəxs91 330 manat, Zərərçəkmiş şəxs105 330 manat, Zərərçəkmiş şəxs55 430 manat, Zərərçəkmiş şəxs64 430 manat, Zərərçəkmiş şəxs15 430 manat, Zərərçəkmiş şəxs23 430 manat, Zərərçəkmiş şəxs97 300 manat, Zərərçəkmiş şəxs25 430 manat, Zərərçəkmiş şəxs20 400 manat, Zərərçəkmiş şəxs41 430 manat, Zərərçəkmiş şəxs13 430 manat, Zərərçəkmiş şəxs22 430 manat, Zərərçəkmiş şəxs117 330 manat, Zərərçəkmiş şəxs3 330 manat, Zərərçəkmiş şəxs112 400 manat, Zərərçəkmiş şəxs76 Məmmədəli oğlundan 430 manat, Zərərçəkmiş şəxs107 330 manat, Zərərçəkmiş şəxs30 330 manat, Zərərçəkmiş şəxs51 330 manat, Zərərçəkmiş şəxs14 430 manat, Zərərçəkmiş şəxs24 430 manat, Zərərçəkmiş şəxs28 330 manat, Zərərçəkmiş şəxs31 360 manat, Zərərçəkmiş şəxs99 330 manat, Zərərçəkmiş şəxs121 330 manat, Zərərçəkmiş şəxs125 330 manat, Zərərçəkmiş şəxs27 400 manat, Zərərçəkmiş şəxs29 500 manat, Zərərçəkmiş şəxs115 300 manat, Zərərçəkmiş şəxs74 330 manat, Zərərçəkmiş şəxs10 430 manat, Zərərçəkmiş şəxs63 430 manat, Zərərçəkmiş şəxs84 430 manat, Zərərçəkmiş şəxs42 600 manat, Zərərçəkmiş şəxs45 660 manat, Zərərçəkmiş şəxs69 330 manat, Zərərçəkmiş şəxs39 330 manat, Zərərçəkmiş şəxs124 430 manat, Zərərçəkmiş şəxs114 330 manat, Zərərçəkmiş şəxs50 430 manat, Zərərçəkmiş şəxs37 Şahsəddin oğlundan 370 manat, Zərərçəkmiş şəxs100 330 manat, Zərərçəkmiş şəxs43 330 manat, Zərərçəkmiş şəxs33 430 manat, Zərərçəkmiş şəxs60 430 manat, Zərərçəkmiş şəxs122 430 manat, Zərərçəkmiş şəxs94 430 manat, Zərərçəkmiş şəxs87 430 manat, Zərərçəkmiş şəxs6 430 manat, Zərərçəkmiş şəxs106 430 manat, Zərərçəkmiş şəxs120 330 manat, Zərərçəkmiş şəxs123 330 manat, Zərərçəkmiş şəxs119 400 manat, Zərərçəkmiş şəxs104 430 manat, Zərərçəkmiş şəxs103 330 manat, Zərərçəkmiş şəxs101 430 manat, Zərərçəkmiş şəxs46 530 manat, Zərərçəkmiş şəxs36 500 manat olmaqla, ümumilikdə 36.575 manat pulu ünvan 1 ünvanında yerləşən binada icarəyə götürdüyü ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, çoxsaylı zərərçəkmiş şəxslərə ümumilikdə 52.725 manat yəni, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhər Körpələr evində böyüməklə valideynlərini tanımamış, heç bir yaxın qohumu yoxdur. Həddi-büluğa çatdıqdan sonra işləyib Moskvada ali hüquq təhsili almış, ailəli olmaqla himayəsində bir azyaşlı qız övladı vardır. Lakin həbs olunduqdan sonra ailəsində problemlər yaranmışdır. Hazırkı iş üzrə özünü qismən təqsirli bilir. Lakin ibtidai istintaq zamanı onun işi düzgün aparılmamış, əməli düzgün tövsif edilməmiş, heç bir şikayətçi ilə üzləşdirilməmiş, müstəntiq onun dediklərinə əhəmiyyət verməyərək barəsində olan cinayət işini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yekunlaşdıraraq məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxslərin əksəriyyətini tanımır, buna baxmayaraq, ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərlə üzləşdirilməmiş, zərərçəkmiş şəxslərin hər birinə münasibətdə dəymiş ziyanın miqdarının az olmasına baxmayaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ümumiyyətlə zərərçəkmiş şəxslər məhkəməyə gəlməkdə haqlıdırlar. O, verilmiş ittihamı inkar etmir, məhkəməyə gələn zərərçəkmiş şəxslərin ona pul verdiklərini danmır, zərərçəkmiş şəxslərin bəzilərini tanımır, onlarla rastlaşmamışdır. Ona iş üçün müraciət etmiş şəxslərdən işlə təmin edilənləri də olmuşdur. O, “Alkoç” və “Arif Kalkavan” şirkətinin nümayəndələri ilə şifahi olaraq danışaraq həmin şirkətlərin Azərbaycan Respublikasında nümayəndəliyini açmışdır. Belə ki, həmin şirkətlər yükdaşıma şirkətləri olmaqla o, nümayəndə olaraq yükdaşıyan gəmiləri işçi ilə təmin etmişdir. Həmin şirkətlərlə onun arasında şifahi razılaşma da olmuşdur. Bildiyinə görə, qeyd edilən yükdaşıma şirkətləri 2022-ci ildə yaradılmış, onların təsisçisi Türkiyə Respublikası vətəndaşıdır. Onun nümayəndəlik fəaliyyətini həyata keçirməsi üçün iki ofisi olmuş, həmin ofislərdən biri “Yeganə” şadlıq sarayının yanında, digəri isə “Funda” klinikasının qarşısında yerləşmişdir. Həmin ofisləri müqavilə ilə icarəyə götürmüşdür. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs14 ifadəsini təsdiq edir. Belə ki, Zərərçəkmiş şəxs14 ona 430 manat pul vermiş, sonuncunu gəmidə işə düzəltməyi nəzərdə tutmuşdur. Lakin vaxt kifayət etmədiyindən onu işə düzəldə bilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs14 gəmidə fəhlə, yəni matros işləyə bilməsi üçün xüsusi kurs keçməli və ona matros kimi işləyə bilməsi üçün sertifikat verilməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə Zərərçəkmiş şəxs14 dənizçilik kursuna göndərəcəkdi. Lakin ondan asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs14 kursa göndərə bilməmişdir. Zərərçəkmiş şəxs14 vurulmuş ziyanı ödəməyə çalışacaqdır. Bundan başqa, Zərərçəkmiş şəxs38 Aydın oğlunun ona 700 manat pul verib verməməsini deyə bilmir. Belə ki, Zərərçəkmiş şəxs38 şəxsən tanımır və sonuncu şəxsən ona pul verməmiş, sonu 7816 olan bank kartı isə onun işçisi-katibəsi Nigarın bank kartıdır. Hesab edir ki, Nigar kimlərdənsə, o cümlədən Zərərçəkmiş şəxs38 özbaşına pul almışdır. Belə ki, Nigarın Zərərçəkmiş şəxs38 hansısa məbləğdə pul almasından məlumatı olmuş, lakin sonuncudan 700 manat alıb-almasını bilmir. Belə ki, onların verdiyi standart sertifikatın qiyməti adətən 330-430 manat aralığında olmuşdur. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs38 pul vermiş, lakin sonuncunun məhz 700 manat pul verməsindən məlumatı yoxdur. Bundan əlavə, Zərərçəkmiş şəxs48 həqiqətən də Nigar vasitəsilə ona 300 manat pul vermiş, Zərərçəkmiş şəxs48 pul alınmasını təsdiq edir.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs61, Zərərçəkmiş şəxs63, Zərərçəkmiş şəxs101, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, X7, Zərərçəkmiş şəxs82, Zərərçəkmiş şəxs35 Vidadi oğlunu, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs37 Şahsəddin oğlunu, Zərərçəkmiş şəxs83, Şirinov Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs125, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs74, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs80, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs95, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs87, Zərərçəkmiş şəxs108, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs113, Zərərçəkmiş şəxs107, Zərərçəkmiş şəxs117, Zərərçəkmiş şəxs78, Zərərçəkmiş şəxs115, Zərərçəkmiş şəxs7 ,Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs86, Zərərçəkmiş şəxs33, X21, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs109, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs56, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs66, Zərərçəkmiş şəxs62 tanıyır və onların ifadəsini təsdiq edir, həmin şəxslərin pullarını qaytarmağa çalışacaqdır. Zərərçəkmiş şəxslərdən bəzilərindən konkret olaraq nə qədər pul alınmasını Zərərçəkmiş şəxs17 ilə dəqiqləşdirmək lazımdır. Belə ki, zərərçəkmiş şəxslərin bəzilərinin ifadələrində göstərdikləri tibbi komissiya və sair adla onlardan pul alınması ilə bağlı hər hansı vurulmuş ziyanı qəbul etmir. Həmin tibbi komissiya və sair sənədlərin toplanması üçün çəkilən xərclər həmin şəxslərin işə düzəldilməsi üçün lazım olan zəruri xərclər olmuşdur. Zərərçəkmiş şəxs64 pul alınıb-alınmasını dəqiq bilmir. Belə ki, Xaliq Musayevin ifadəsində pul verdiyini bildirdiyi Ülviyyə adlı qadın onun işçisi Zərərçəkmiş şəxs17 olmuş, ona müraciət edən zərərçəkmiş şəxslərin əksəriyyəti sonuncu ilə danışmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs96 da pul alınıb-alınmamasını dəqiq bilmir. Belə ki, həmin məsələdə işçisi Nigar iştirak etmiş, lakin onun Nigarla hər hansı məsələdə əlbirliyi olmamış, sonuncunun özbaşına olaraq hər hansı şəxsdən pul alıb-almamasını bilmir. Özünə məxsus plastik bank kartına göndərilən pullar şəxsən özü tərəfindən istifadə edilmiş, həmin bank kartını ondan başqa istifadə edən olmamışdır. Zərərçəkmiş şəxslərdən bilavasitə onun kartına göndərilmiş pul vəsaitlərinin özü tərəfindən istifadə edildiyini təsdiq edir və həmin hissələri qəbul edir.
4. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə bağlı ittihamı qəbul etmir, sonuncunu tanımır və onunla şəxsən görüşməmişdir. Ona müraciət edən şəxsləri işə düzəltməmişdən əvvəl iclas keçirərək həmin şəxslərə təlimatlar vermiş, iclasda özünü şirkətin rəhbəri kimi təqdim etmiş, həmin iclasları şəxsən özü keçirmiş, hərdən digər işçilər də iclaslar keçirmişdir. Zərərçəkmiş şəxslərdən bəzilərini Səngəçal terminalında olan gəmilərdə işə düzəldəcəkdi. Zərərçəkmiş şəxs29 tanıyır, lakin sonuncuya dəyən ziyanın yalnız 200 manat hissəsini qəbul edir. Zərərçəkmiş şəxs92 pul almamış və sonuncunun bildirdiklərini təsdiq etmir. Zərərçəkmiş şəxs X22 bildirdiyi vurulmuş ziyanın 1000 manat hissəsini qəbul edir, 200 manat hissəsi isə ona aid deyildir. Zərərçəkmiş Zərərçəkmiş şəxs58 dediklərini qəbul etmir, 650 manat məbləğində sertifikat pulu alınması halı olmamışdır. Zərərçəkmiş şəxs59 ifadəsində bildirdiklərini təsdiq etmir. Belə ki, Zərərçəkmiş şəxs59 Nigar Nağıyevanın (Fəxrəddinli) atasının tanışlığı ilə ofisə yaxınlaşmış, Nigar ona müraciət edərək atasının tanışı olduğuna görə ondan pul almamasını xahiş etmiş, o da hər hansı pul vəsaiti almadan onu işə düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs110 pul almamış və ya Nigar onun göstərişi ilə ondan pul almamışdır. Zərərçəkmiş şəxs116 vurulmuş 600 manat ziyanı qəbul edir, sonuncunun ifadəsində bildirdiyi digər hissələri isə təsdiq etmir. Nigar Fəxrəddinli həqiqətən də onun plastik bank kartına pul vəsaitləri göndərmişdir. Lakin Nigarın aldığı bütün pulları onun kartına göndərib-göndərməməsini bilmir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs112, Zərərçəkmiş şəxs94 və Zərərçəkmiş şəxs119 tanımır, onlardan pul almamışdır. Hesab edir ki, işçisi Zərərçəkmiş şəxs17 ayrı-ayrı zərərçəkmiş şəxslərdən aldığı bütün məbləğləri ona verməmişdir. Belə ki, Zərərçəkmiş şəxs17 ondan maaş almasını inkar etdiyindən sonuncunun bildirdiklərinə inanmır. O, işçilərin maaşının hamısını Nigara verərək digər işçilər arasında paylaşdırmasını tapşırmış, lakin məhkəmə iclasında ifadə verən işçiləri ondan maaşlarını almamalarını bildirmişlər. Zərərçəkmiş şəxslərin əksəriyyəti onu tanımamış, o şəxsən kimdən pul almışdırsa bunu etiraf etmiş, digər zərərçəkmiş şəxslərdən isə pulları qadın işçiləri almışlar. Belə ki, işə düzəlmək üçün sertifikat lazım olmuş, həmin sertifikatı olmayanlara sertifikat almaq üçün rüsum kimi pul vəsaiti almışlar. Lakin ofisdə işləyən qadınların heç biri sertifikat deyilən bir şeyin olmadığını bilməmiş, pulları verənlərin olmayan bir şeyə görə pul vermələrini bilməmiş, həmin hal yalnız özünə məlum olmuşdur.
5. Təqsirləndirilən şəxs davam edən məhkəmə iclasları zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs56, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs66 təkrarən məhkəmə iclaslarında ifadə verərkən həmin zərərçəkmiş şəxslərin ifadələrini təsdiq edərək onların göstərdiyi məbləğdə pul vəsaitlərini almasını təsdiq etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs valideyn himayəsindən məhrum olunması ilə əlaqədar uşaq evində böyüdüyünü, törətdiyi əməlindən səmimi peşmanlıq çəkdiyini, bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə çalışdığını, onların bir qisminə vurulmuş ziyanı ödəməyə nail olduğunu, lakin həbsdə olduğuna görə bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəyə bilmədiyini, elektron məhkəmə informasiya sistemində onun övladları kimi qeyd edilmiş uşaqların fiziki olaraq atası olmadığını, həmin uşaqlara sadəcə soyadını verdiyini, yeganə uşağının isə iki yaşında Tuana Kərimova adlı qızı olduğunu bildərərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadələrində göstərmişdir ki, 2022-ci ilin aprel ayında pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Türkiyədə fəaliyyət göstərən “X112 AKO" şirkətinin loqosunu və həmin şirkətin adından əmək müqaviləsinin nümunəsini hazırlayıb, internetdə yerləşdirilmiş iş elanı ilə vətəndaşları cəlb edib onlara müxtəlif işlər və həmin işlərə qəbul olunmaq üçün dənizçi pasportu, sertifikat vəd verib 300-500 manat arası pullarını alıb ələ keçirsin. Bu məqsədlə özü internetdən müvafiq sənədlər və rekvizitlər götürüb müqavilə hazırlamış, daha sonra isə adı, soyadı, ata adı və VÖEN nömrə olan möhür hazırlatmışdır. Bundan sonra “Tap.az” saytında özünü "X112 AKO" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və rəhbəri kimi təqdim edib vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul elanı yerləşdirmişdir. Həmçinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində ofis icarəyə götürmüşdür. X62 ilk əvvəl işlə bağlı ona müraciət etmiş, onu əsil niyyətindən, yəni vətəndaşların pulunu ələ keçirmək niyyəti olmasından bəhs etmədən ofisə işçi kimi götürmüş və vətəndaşları guya rəhbəri olduğu qeyd olunan şirkətə işə cəlb etməsi üçün yalan məlumatlar vermişdir. Nigar da onun uydurduğu yalanlara inanmış və yanında işə başlamışdır. Bundan sonra 2022-ci ilin may ayının əvvəllərindən 2022-ci ilin iyul ayının ortalarınadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsində “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsində icarəyə götürdüyü ofisdə özünü "X112 AKO" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və rəhbəri kimi təqdim edib vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, xeyli vətəndaşlardan xeyli miqdarda pulları alıb ələ keçirmişdir. Daha sonra eyni niyyətlə 2023-cü ilin avqust ayında ünvan 1 ünvanında yerləşən binada ofis icarəyə götürmüş, orada "Alkoc Group" adlı şirkətin ofisini yaratmışdır. "Alkoc Group" adlı şirkətin sosial şəbəkədə “tik-tok” platformasında işə qəbul elanı yerləşdirdikdən sonra paylaşmağa başlamışdır. Bundan sonra ilk əvvəl işə qəbul üçün müraciət edən şəxslərdən, ofisinə icraçı qismində Ülviyyəni, kadrlar üzrə inspektor Arzunu, operator işinə Nigar, Təranə, Xədicə, Aygün və Nazilə adlı xanımları işə götürmüşdür. Onlara aylıq olaraq əmək haqqı kimi ***-**** manat müəyyən etmişdir. Həmin xanımlar onun vətəndaşların pulunu ələ keçirmək niyyətinin olmasından xəbərsiz olmuş və ona tam etibar edib inanmışlar ki, guya həmin şirkətin rəhbəridir. İşə götürdüyü həmin xanımlar müştərilər tapmalı, onlara hansı işə düzəlmələrinə dair izahlar verməli idilər. Həmçinin onlar vətəndaşlardan aldıqları pulları onun adına olan 4169-7385-0304-8369 “Umico” bank hesab kartına köçürməli idilər. Bəzən elə olurdu ki, vətəndaşları özü ofisdə qəbul etmiş və pulları onlardan özü almışdır. Həmin şəxslərə sertifikat verilməsi üçün 330 manat, dənizçi pasportu üçün isə 430 manat ödəniş etdirmişdir. Beləliklə də, 2023-cü ilin avqust ayından 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində tərəfindən həmin ünvanda yerləşən ofisdə də, vətəndaşlara gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul edəcəyinə dair söz verib həmin işə qəbul olunmaları üçün onlara dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib aldadaraq, xeyli vətəndaşlardan xeyli miqdarda pulları alıb ələ keçirmişdir. Bəzən aldatdığı vətəndaşlara özünü Turqut və Arif Kalkavan kimi təqdim etmişdir. Qeyd olunan dələduzluq cinayətini tək törətmiş və heç kimlə qabaqcadan əlbirliyi olmamışdır. Həmin pulları gündəlik öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin yanına işə götürdüyü adlarını qeyd etdiyi xanımların bəzilərinə də sertifikat və dənizçi pasportu vermək adı ilə pul almış, bəzilərinə də aylıq əmək haqqı verəcəyi adı ilə aldadıb əmək haqlarını verməmişdir. Törətdiyi əməldən peşmandır, həmin şəxslərə dəymiş maddi ziyanı ödəyəcəkdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ifadə verən zaman özünü müdafiə etmək və məsuliyyəti üzərindən atmaq üçün qeyd olunan dələduzluq əməllərini X92, X93, X73 və X94 ilə birlikdə törətdiyini demişdir. Fikirləşmişdir ki, həmin şəxslərin adlarını versə məsuliyyəti yüngül olar. Lakin, əslində həmin şəxslərlə, ümumiyyətlə hər hansı bir şəxslə yuxarıda qeyd olunan dələduzluq əməlini törətməkdə heç bir əlbirliyi olmamışdır. Eyni zamanda yuxarıda qeyd olunan şəxslərdən aldığı pullardan hər hansı bir şəxsə pul verməmişdir. “X112 AKO" şirkətinin loqosunu və həmin şirkət adından əmək müqaviləsinin nümunəsini Tibb Universitetinin yaxınlığında mətbəədə deyil, özü kompüterdə hazırlamışdır. Möhürü isə hazırda yadında qalmayan yerdə hazırlatmışdır. Harada hazırlatdığını soruşduqda özündən demişdir ki, guya möhürü 17-ci Polis Bölməsinin qarşısında yerləşən bir obyektdə düzəltdirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 234-236; Cild 4, i.v. 161-163; 171-173; Cild 5, i.v. 52-54; Cild 7, i.v. 65-67; Cild 10, i.v. 136-142).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ofisə getmiş, orada işləyən Ülviyyə xanımla görüşmüşdür. Ülviyyə onu Təqsirləndirilən şəxs yönləndirmiş və iş barədə onunla danışılacağını bildirmişdir. Toğrul ona iş barəsində məlumatlar verib gəmilərin fotoşəkillərini və videolarını göstərmişdir. Toğrul ona gəmidə briqadir işini təklif etmiş, həmçinin arvadı Ülviyyə üçün də gəmidə aşbaz köməkçisi işini təklif etmişdir. Toğrul ona işə düzəlmək üçün sertifikatlara ehtiyac olduğunu demiş və bir nəfərin sertifikat alması üçün 430 manat pul ödənilməli olduğunu demişdir. Sonra onunla razılaşıb Toğrulun kart nömrəsini alıb həm özü üçün, həm də həyat yoldaşı Ülviyyə üçün Toğrulun kart hesabına cəmi 860 manat pul ödəmişdir. Sonradan aldadılaraq pulunun ələ keçirilməsini başa düşmüşdür.
10. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs14 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs iş təklifini açıq internet resurslarında elan vasitəsilə görmüş, sonradan həmin elanı “Tik-tok” sosial şəbəkəsində də görmüş, işə düzəlməklə bağlı əvvəlcə özü, daha sonra isə arvadı ilə birlikdə Toğrulun ofisinə yaxınlaşmış, orada onlara gəmidə briqadir işləmək üçün sertifikat veriləcəyi, daha sonra isə işə başlayacağı izah edilərək hər bir sertifikat əldə edilməsi üçün 430 manat pul ödənilməsi, təxminən 1-1.5 ay ərzində sertifikatın hazır edilərək veriləcəyi və işə başlanılacağı bildirilmişdir. 860 manat pulu şəxsən Təqsirləndirilən şəxs adına olan plastik bank kartına köçürmüş, pulu ödədikdən uzun müddət sonra isə Təqsirləndirilən şəxs xəbər çıxmamışdır. Təqsirləndirilən şəxsla hər hansı şəxsi ədavəti, düşmənçiliyi və qərəzliliyi yoxdur. Təqsirləndirilən şəxs tələbi ödədiyi pulun geri qaytarılmasıdır. Təqsirləndirilən şəxsla şəxsən, üzbəüz görüşmüş, sonuncu onlara görəcəkləri işi ətraflı izah etmiş, sertifikat almaq üçün hərəyə 430 manat pul ödəmələrini istəmişdir. O, əvvəlcə tək özü işə düzəlmək üçün getmiş, daha sonra isə arvadı Zərərçəkmiş şəxs63 da işə düzəltmək üçün həmin ofisə getmişdir. Arvadının işə düzəldilməsi üçün pulu özü ödəməmiş, özü üçün 430 manat pul ödəmiş, sonradan arvadı da 430 manat ödəmiş, ümumilikdə Təqsirləndirilən şəxs 860 manat pul ödənilmişdir. Elanla əlaqədar ofisə getməmişdən əvvəl gəmidə işləmək arzusunda olmamış, sadəcə ofisdə Təqsirləndirilən şəxs gəmidə yüksək maaşlı iş olduğunu bildirdikdən sonra həmin işdə işləmək istədiyini bildirmişdir. Həmin vaxt da işi olmuş, lakin yüksək maaşlı iş təklif edildiyi üçün həmin işdə işləmək istəmişdir. Elanda gəmidə işə düzəlmək haqqında məlumat verilməklə işləmək arzusunda olan çağırış olmuş, gəmidə olan işin xarakteri və işlə bağlı hər hansı anlayışı olmamış, Təqsirləndirilən şəxs adını çəkdiyi şirkətin gəmiçilik haqqında sertifikat vermək səlahiyyətinin olub-olmamasından xəbəri olmamış, ona yalnız gəmidə briqadir olaraq işə düzəldiləcəyi, fəhlələrin üzərində nəzarətçi olacağı bildirilmişdir.
11. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs63 məhkəməyədək icraat verdiyi, eləcə də əri Zərərçəkmiş şəxs14 ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-tok” sosial şəbəkəsində iş elanı görmüş, elanda “Alkoç Group” firmasının çoxsaylı işçilər axtardığı qeyd edilmiş, həmin elan onun diqqətini cəlb etmişdir. Elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış, mobil telefonda özünü Təranə xanım kimi təqdim edən şəxslə danışmış, sonuncu onu işəgötürən şəxsin Təqsirləndirilən şəxs Məmmədhərim oğlu olduğunu bildirib ünvan 2 ünvanında yerləşən “Funda” hospitalın arxasında olan ofisə dəvət etmiş, əri ilə birlikdə həmin ofisə yaxınlaşmışlar. Ofisdə onları Arzu və Ülviyyə adlı qadın işçilər qarşılamışdır. Əvvəlcə onlar ərinə yüksək maaşlı iş tapmaq üçün ofisə getmiş, daha sonra ofisdə onlara iş barədə məlumat verilmiş, eləcə də Toğrul ona dənizdə və quruda yüksək maaşlı işə onu qəbul edəcəyini vəd etmiş, özü isə dənizdə deyil, quruda işləməsini seçdiyini demişdir. Toğrul onu gəmidə aşbaz köməkçisi işinə qəbul etdirəcəyinə vəd vermiş və əmək haqqısının 1270 manat olacağını bildirmişdir. Belə ki, onun körpə uşağı olması və uzun müddət divar kağızı firmasında iş təcrübəsi olması ilə əlaqədar gəmidə qadınlar üçün də işin olması, aşbaz köməkçisi axtarıldığı, həmin iş üçün isə sertifikat lazım olması bildirilmişdir. Ona şəxsən Təqsirləndirilən şəxs gəmidə aşbaz köməkçisi işləmək üçün sertifikat lazım olduğunu bildirmiş, həmin iş ona cazibədar və məntiqli gəlmişdir. Belə ki, onun Bakı şəhərində müxtəlif restoranlarda aşbaz işləyən tanışları olmuş, həmin tanışlarından aşbaz işi üçün sertifat tələb edilməməsini bilmiş, Təqsirləndirilən şəxs işə düzəlmək üçün sertifikat tələb edilməsini bildirməsi isə ona işin ciddi və həqiqi olmasına inandırmışdır. Toğrulla razılaşmış, 2023-cü ilin avqust ayının 16-da Binəqədi rayonu Mircəlal küçəsində yerləşən “Bolmart” marketdə “Milliön” ödəmə terminalı vasitəsi ilə 430 manat Toğrulun hesab kartına pul göndərmişdir. Bundan sonra şəxsiyyətini təsdiq edən sənədi və digər arayışları ofisə təqdim etmişdir. Əri də eyni qaydada 430 manat Təqsirləndirilən şəxs plastik bank kartına pul göndərmişdir. Sonradan bir neçə dəfə onlara zənglər edilərək gah ayın ortası, gah ayın sonu işlə bağlı dəvət ediləcəkləri bildirilsə də, heç bir çağırış olmamışdır. 29 avqust 2023-cü il tarixdə ona dənizçi sertifikatı və pasportu verilməli idi, lakin verilməmiş və cəmi ona 430 manat məbləğində maddi ziyan vurulmuşdur.
12. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 may 2022-ci il tarixdə 4-5 nəfər dostu ilə birlikdə sosial şəbəkədə “Tap.az” internet saytında iş yeri ilə bağlı elan görmüş, o saytda qeyd olunan nömrə ilə əlaqə saxlamış, özünü Nigar kimi təqdim edən xanım onu Binəqədi rayon ərazisində yerləşən "xxxx" şirkətlər qrupunun ofisinə dəvət etmişdir. Dostları elandakı yerə müraciət etməyə risk etməmiş, o isə həmin vaxt işsiz və himayəsində üç azyaşlı uşağı olduğundan təcili işə ehtiyacı olması ilə əlaqədar həmin ofisə getmiş, ofisdə ilkin olaraq Nigar adlı xanımla söhbət etmiş, sonuncu ona şirkətin müdirinin Toğrul adlı şəxs olduğunu demişdir. Həmçinin işə düzəlmək üçün müəyyən sənədlərlə birlikdə 300 manat pul lazım olduğunu demiş, həmin vaxt üzərində pul olmadığı üçün Nigarla razılığa gələrək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ilə X.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən “Milli ön” ödəniş terminalı ilə Nigarın ona verdiyi 4169 7416 0731 7816 nömrəli “Kapital bank” hesabına 200 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Milli ön” ödəmə terminalı vasitəsi ilə də 100 manat pulu Nigarın kartına ödəmişdir. Həmin qəbzləri istintaq orqanına təqdim etmişdir. Nigar həmin kart hesabının şirkətin bank hesabı olduğunu bildirmişdir. X101 katibəsi və yaxını olmuş, Nigar və Toğrulun iş barədə şirin vədləri onun aldanmasına səbəb olmuşdur. Aradan bir neçə gün keçmiş Nigar onunla əlaqə saxlayaraq, əlavə olaraq 400 manat pul lazım olduğunu bildirmiş, bir neçə gün sonra Nigarın işlədiyi ofisə gedib iki dəfəyə ona hər dəfə 200 manat olmaqla, 400 manat pul vermişdir. Ümumilikdə işə başlaya bilməsi üçün tələb edilməsi bildirilən 700 manat məbləğində dənizçilik sertifikatının əldə edilməsindən ötrü pul ödəmişdir. Belə ki, əvvəllər gəmidə qurğularla, o cümlədən BP şirkətində gəmilərdə işləmiş, işi dənizdə kəşfiyyata çıxan xaricilər üçün qurğular qurub sökmək olmuş, gəmi işləməklə bağlı təcrübəsi olmuş, lakin əvvəllər işləyəndə ondan hər hansı sertifikat tələb edilməmiş, qaynaqçı kimi işləməsi ilə bağlı sertifikat istənilməmişdir. Nigar ona xx.xx.2022-ci il tarixdə "xxxx" şirkətlər qrupunun Səngəçal qəsəbəsində yerləşən terminalında icraçı (Formen operator) vəzifəsində işləyəcəyini demişdir. İlkin müraciət etdiyi zaman Toğrulun köməkçisi Nigar iyul ayının 1-i işə başlayacağını demiş, lakin iyul ayının 14-də işə nə vaxt başlayacağı ilə bağlı maraqlanmaq üçün ofisə getdikdə orada çoxlu adamların yığıldığını görmüşdür. Sonradan maraqlandıqda əslində elə bir şirkətin mövcud olmadığını öyrənmiş, ofisə getmiş, lakin Nigar və Toğrul adlı şəxsləri tapa bilməmişdir. İfadəsinin sonunda M.Ə.Bayramov ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi.
13. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs48 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin mart-aprel ayında tanışlarından eşitmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Yeganə şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" şirkətləri qrupunun ofisinə gedib müraciət etdikdə münasib işə qəbul edilməsi mümkündür. Bu məqsədlə həmin şirkətin ofisinə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, sonuncu onu "xxxx" şirkətlər qrupunda dənizdə mühafizəçi işinə qəbul edəcəyini, hər ay 1000 manat maaş alacağını bildirmişdir. Bunun üçün Toğrul ondan 300 manat pul istəmiş, özü də həmin vaxt orada Təqsirləndirilən şəxs 300 manat pul vermişdir. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
14. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs48 ifadəsinə əlavə edərək göstərdi ki, o da digər zərərçəkmiş şəxslər kimi iş elanını açıq internet resursunda olan iş elanı saytlarında görüb elanda göstərilmiş ünvanda yerləşən ofisə getmişdir. Orada əvvəlcə Nigar adlı alçaqboylu qadın onu qəbul etmişdir. O həmin ofisə mühafizəçi işi ilə bağlı müraciət etmişdir. Belə ki, sağlamlığında müəyyən problemlərin olması ilə əlaqədar başqa işlərdə işləyə bilmədiyindən elanda gördüyü mühafizəçi işində işləmək istəmişdir. Nigar ona 300 manat pul ödədikdən sonra gəmidə mühafizə işinə düzəlmək üçün kömək ediləcəyini bildirdi. O daha sonra Təqsirləndirilən şəxsla şəxsən görüşmüş, Nigarın otağında şəxsən 300 manatı sonuncuya nağd formada ödəmiş, Nigar da onun yanında həmin pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs xarici görünüşü, saç düzümü və saqqalı indikindən fərqlənmişdir. Toğrulun deməsinə görə o, gəmiləri mühafizə edəcək və 700 manat maaş alacaqdı. İfadəsinin sonunda Zərərçəkmiş şəxs48 Təqsirləndirilən şəxs ona 300 manat ziyan vurduğunu, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi.
15. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs51 oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 2023-cü ilin avqust ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində iş elanı görmüşdür. Həmin elanda ”Alkoç” adlı şirkətə dənizçilik və gəmidə mühafizə işinə düzəlmək üçün olan nömrəyə zəng etmiş və 3 avqust 2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsində 20A ünvanında yerləşən ofisə getmişdir. Orada Arzu adlı qadınla görüşüb sonuncuya işə düzəlmək üçün 330 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs onu aldadıb 330 manat pulunu ələ keçirərək dələduzluq etmişdir.
16. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs51 ifadəsinə əlavə edərək göstərdi ki, birinci dəfə iyun ayının axırları “Tik-Tok” sosial şəbəkəsində iş elanını görmüşdür. Belə ki, o, Xaçmaz rayonunda orta məktəbdə dəftərxana işində işləmiş və 10 ildən artıq iş stajı vardır. Lakin ailə quraraq Bakı şəhərinə köçdükdən sonra üçün iş yerini Bakı şəhərinə dəyişmək qərarına gəlmişdir. O, Bakı şəhərində Nərimanov rayonunda yaşadığından elanda göstərilən ünvanda yerləşən ofisə getmiş, orada onu əvvəlcə iki nəfər qadın qarşılamışdır. Həmin qadınlardan birinin adı Arzu idi. Arzu onunla söhbət zamanı işə düzəlmək üçün hansısa sertifikat almalı olduğunu və sertifikat nəticəsində işlə təmin olunacağını izah etmişdir. O, işlə maraqlandıqda ona gəmidə kitabxana işinə düzəldiləcəyi bildirilmişdir. O isə əvvəlcə qadın olduğu üçün gəmidə işləyə bilməcəyini bildirmiş, bu səbəbdən ona Bakı şəhərində quruda yerləşən hansısa platformada dəftərxanada işləməyi təklif etmişlər. Belə ki, ona 330 manat ödədiyi və bir müddət işdə işlədikdən sonra, əlavə ödəniş etməklə işlədiyi yerə rəhbər vəzifəsinə təyin edilə biləcəyi bildirilmişdir. Həmin vaxt ona inandırılaraq tez bir zamanda ödəniş etməyini, əks təqdirdə işin başqa şəxsə təklif ediləcəyi bildirilmişdir. O isə həmin vaxt işlədiyi əvvəlki işində əmək haqqı almadığından tələb edilən ödənişi etməyə pulu olmadığını bildirmişdir. Bu səbəbdən 2-ci Qarabağ müharibəsi qazisi olan qardaşına zəng edərək sonuncudan işə düzəlmək üçün pul istəmiş, qardaşı ona tələb olunan pulu göndərdikdən sonra o, həyat yoldaşı ilə həmin ofisə təkrarən yaxınlaşmışdır. Ofisdə rəhbər vəzifəli şəxslə görüşmək istədiyini bildirmiş, orada ona ofisinin rəhbərinin adının Turqut olduğunu, sonuncunun hazırda böyük iclasda olduğunu, buna görə onunla görşə bilməyəcəyini demişlər. Xatırladığına görə, ondan ilk olaraq 380 manat pul istənilmiş, lakin o, 330 manat ödəniş etmişdir. Pulu əlbəəl Arzu adlı qadına vermişdir. İbtidai istintaq zamanı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində olarkən Təqsirləndirilən şəxs ona pul verilmədiyini bildirmişdir. O, pulu şəxsən Arzu adlı qadına vermiş, Təqsirləndirilən şəxs isə birinci dəfə tutulanda görmüşdür. Arzunun Toğrula pul verdiyini görməmişdir. İfadəsinin sonunda ona vurulmuş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi.
17. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs61 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin yay aylarında tanışlarından eşitmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Yeganə şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisi var, həmin şirkətin ofisinə gedib müraciət etməklə işə qəbul edirlər. Bu məqsədlə həmin şirkətin ofisinə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, sonuncu şirkətin direktoru olduğunu bildirmişdir. Həmin zaman Toğrul adlı şəxs onu gəmidə elektrik işinə qəbul edəcəyini, bunun üçün sertifikat və pasport lazım olduğunu, həmin sənədləri hazırlamaq və işə qəbul üçün ondan 350 manat pul istəmişdir. Toğrul həmin pulu orada işləyən adını bilmədiyi xanıma verməyini bildirmiş, özü də 350 manat pulu ofisdə xanıma vermişdir. Toğrul təxminən 15-20 günə işə başlacağını demiş, lakin müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
18. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs61 ifadəsinə əlavə edərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. O, gəmidə işə düzəlmək üçün pul vermişdir. Belə ki, onunla birlikdə dostu da həmin ofisə müraciət edərək işə düzəlmək üçün pul vermiş, dostuna qarşı da dələduzluq edilmiş, lakin dostu sonradan Tükiyəyə getdiyindən şikayət edə bilməmişdir. O, dostu ilə birlikdə ofisə yaxınlaşmış, Nigar adlı qadına 200 manat pul vermiş, daha sonra əlavə olaraq 150 manat da kartla ödəniş etmiş. Ona gəmidə fəhlə kimi işləyəcəyi bildirilmişdir. O, ofisə iş üçün 2022-ci ilin yay aylarında yaxınlaşmış, şəxsən Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu orada olan onlar kimi işə düzəlmək istəyənlərlə iclas keçirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs61 ümumilikdə 350 manat pul ödədiyini, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi.
19. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs64 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış və Təranə adlı qadın onu ofisə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin şirkətin Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisinə getmiş, orada Ülviyyə adlı sarışın saçlı qadın onu qarşılamış, həmin qadına işə düzəlmək üçün tələb olunan 430 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona dənizdə və quruda yüksək maaşlı işə qəbul edəcəyini vəd vermiş, ödədiyi pulun qarşılığında dənizdə işləmək üçün dənizçilik sertifikatı və pasportu veriləcəyi bildirilmişdir. Lakin uzun müddət ərzində ona sertifikat və pasport verilmədiyi üçün Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür.
20. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs96 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə işə qəbul elanı görmüş və elanda yerləşdirilmiş nömrəyə zəng etmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündürmərtəbəli binanın 2ci mərtəbəsindəki həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ona platformada qəlibçi işinə düzəlməyi təklif etmiş, dənizçilik sertifikatı və pasportu almaq üçün 300 manat pul istəmişdir. xx.xx.2022-cü il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs göstərişi ilə Nigar adlı qadına 300 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Toğrul onu və digər şəxsləri aldatmışdır.
21. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs61 ifadəsinə əlavə edərək göstərdi ki, 2022-ci ilin iyun və ya iyul aylarında “Tap.az” saytında elanı görmüş, “Yeganə” şadlıq sarayının yaxınlığında olan ofisə yaxınlaşmış, orada olan üç nəfər qadından Nigar adlı qadın onu qarşılayaraq platformalarda usta kimi işə qəbul edilə biləcəyini deyərək bunun üçün sertifikat lazım olduğunu, sertifikat məsələsini özlərinin həll edəcəyini bildirmiş və bunun müqabilində ondan 300 manat pul istəmişdir. O, üç ərzində işə qəbul üçün ondan tələb olunan sənədləri hazırlayaraq təkrarən həmin ofisə yaxınlaşmış, sənədlərlə birlikdə 300 manat pulu da sertifikat almaq üçün Nigar adlı qadına vermişdir. Sonradan uzun müddət keçməsinə baxmayaraq, işdən xəbər çıxmamışdır. O, şəxsən Təqsirləndirilən şəxsla görüşməmiş, 300 manat pulu şəxsən Nigar adlı qadına vermişdir. Orada maraqlandıqda ofisdəki işlərə rəhbərliyin Nigara həvalə edildiyini öyrənmiş, lakin kim tərəfindən Nigara ofisdəki işlərə rəhbərlik etməsinin həvalə edilməsini bilmir. Sonradan Nigar adlı qadınla əlaqə saxladıqda sonuncu müdirin ailə üzvünün vəfat etməsi ilə əlaqədar başının qarışıq olduğunu bildirmişdir.
22. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs101 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, həmin tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs və qızlarla görüşmüş, ona gəmidə boyaçı işinə düzəlməyi təklif edilmişdir. Bundan sonra dənizçilik sertifikatı və pasportu almaq üçün xx.xx.2023-cü il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs kart hesabına 430 manat pul köçürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, Toğrul onu aldatmışdır. Ona görə də, Toğrulun barəsində şikayət etmişdir.
23. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs101 ifadəsinə əlavə edərək göstərdi ki, sosial şəbəkədə işə qəbul elanını görüb Nərimanov rayonunda yerləşən ofisə yaxınlaşmış, Nigar adlı qadın onu qarşılamış, söhbət zamanı iş üçün sertifikat lazım olduğunu və sertifikatı əldə etmək üçün isə 430 manat pul tələb olunduğunu bildirmişdir. O, suvaqçı diplomu olduğunu bildirdikdə həmin diplomun təsdiq etdirilməsi üçün əlavə ödəniş etməli olduğu izah edilmişdir. Nigar ona təklif edilən işin gəmidə olduğunu, aylıq 1800 manat maaş alacağını demişdir. O, daha sonra 430 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs kart hesabına köçürmə yolu ilə ödəniş etmişdir. O, Təqsirləndirilən şəxsla şəxsən görüşməmiş, Nigarın verdiyi Təqsirləndirilən şəxs adına olan karta pulu göndərmişdir.
24. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada özü ilə götürdüyü sənədləri Toğrula təqdim etmiş, Toğrul onu gəmidə mühafizəçi işinə düzəldəcəyinə, dənizçilik sertifikatı və pasportu vermək üçün 430 manat pul istəmiş, Toğrulla razılaşıb ona 430 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
25. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, özü ehtiyatda olan zabitdir və ehtiyatda olan digər zabit yoldaşı ona zəng edərək Nərimanov rayonu ərazisində yerləşən ofisə müraciət edərək işə düzəlmək mümkün olduğunu bildirmişdir. Onlar birlikdə ofisə yaxınlaşmış, ofisdə Zərərçəkmiş şəxs17 ona iş haqqında məlumat verərək gəmidə işləmək üçün tələb olunan sertifikat və iş icazəsinin həlli üçün 430 manat pul tələb olunduğunu bildirdi. O, 430 manat pulu Ülviyyəyə vermiş, sonuncu hansısa kitabda da bu barədə qeydiyyat aparmış və o, pul verməyinə dair həmin kitaba imza etmişdir. Daha sonra sənədlər hazır olduqdan sonra işlə bağlı iclas olacağı bildirilmiş və iclasa dəvət olunacağı izah edilmişdir. O isə iclasa dəvət ediləcəyini gözləmiş, lakin sonrakı müddətdə ona hər hansı zəng gəlməmişdir. Uzun müddətdən sonra ona zəng edilərək Təqsirləndirilən şəxs insanları aldadıb pulları götürüb qaçması deyilərək işə düzəlmək üçün verdiyi sənədlərini gəlib götürməsi bildirilmişdir. Təqsirləndirilən şəxsla şəxsən görüşməmiş və görməmiş, lakin orada Təqsirləndirilən şəxs layihənin direktoru olması bildirilmişdi.
26. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən ofisə getmişdir. Orada Ülviyyə adlı qadınla görüşmüş, sonuncu iş haqqında ona məlumat vermiş, xx.xx.2023-cü il tarixdə isə sertifikat və dənizçi pasportu almaq üçün ofisdə 330 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır.
27. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır. Qonşusu ona “Alkoc group” adlı şirkətin olduğunu, həmin şirkətə işçi axtarıldığını bildirərək ona əvvəli 700-lə başlayan mobil nömrə vermiş, o, zəng edib həmin nömrədəki şəxslə danışmış və ona iş haqqında məlumat verilərək Nərimanov rayonunda binanın aşağısında yerləşən ofisə yaxınlaşması bildirilmişdir. Ona təklif edilən ilməkçi işi olmuş, lakin ofisdə Zərərçəkmiş şəxs16 onunla danışaraq ilməkçi işinin olmadığını mexanik kimi işə qəbul edə bilinəcəyini bildirmiş, o da razlılaşmışdır. Lakin dənizdə işləmək üçün sertifikat tələb olunduğu bildirilərək həmin sertifikatı təşkil edə biləcəklərini və bunun üçün tələb olunan 330 manat pul verilməsi deyilmişdir. O, tələb olunan 330 manat pulu vermiş, bu barədə göy rəngli üzlüyü olan kitaba imza etmişdir. Pulu verəndə Arzu və Ülviyyə adlı qadınlar orada olmuşlar.
28. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra xx.xx.2023cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs onu gəmidə mühafizəçi işinə düzəldəcəyinə, arvadının isə operator işinə düzəldiləcəyinə vəd verib ondan ümumilikdə 760 manat pul istəmişdir. Toğrulla razılaşıb xx.xx.2023-cü il tarixdə ofisə gedərək ona 760 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldatmışdır.
29. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 ifadəsinə əlavə edərək göstərdi ki, sosial şəbəkədə iş elanı paylaşılmışdı. Elandakı nömrə ilə əlaqə saxlayıb ofisə yaxınlaşaraq Təqsirləndirilən şəxsla şəxsən danışmış, sonuncu ona işlə bağlı məlumat verərək həm platformada, həm də gəmidə işlərin olduğunu bildirmişdir. O isə həm özü, həm də arvadı Leyla üçün Təqsirləndirilən şəxs şəxsən göstərişi və yönləndirilməsi ilə ofisdə olan Ülviyyə adlı qadına sertifikat və lisenziya üçün ümumilikdə 760 manat pul ödəmiş, sonuncu bu barədə kitabda qeydiyyat aparmış və o kitabdakı pul verməsinə dair qeydi imzalamışdır. Sonradan həmin kitabın ibtidai istintaq orqanı tərəfindən götürüldüyünü öyrənmişdir.
30. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Sosial şəbəkədəki elanı görüb iş üçün getmiş, Təqsirləndirilən şəxs ona 300 manat maaşla işə qəbul etdiyini bildirmişdir. Toğrul Türkiyənin “Alkoc Group” şirkətinin Bakı lahiyəsini təşkil edib işçilər yığdığını bildirmiş, onu isə xadimə kimi işə götürmüşdür. Həmçinin Toğrul ona dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli olduğunu, sertifikata 330 manat, 100 manat isə pasporta ödəniş edilməli olduğunu, sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş etdiklərini bildirmişdir. 08 avqust 2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxslərə sertifikatlar verilməli və onların işə başlamalı olduğunu, həmin şəxslər Səngəçal terminalının yanında gəmidə işə başlamalı olduğunu bildirmişdir. Bəziləri isə ofislərdə, gəmi platformalarında işləməli idi. Həmin şəxslərin bəziləri pulu Toğrulun öz hesabına göndərmiş, bəziləri isə ofisdə ödəniş etmişdir. Toğrul ona bir ay maaş vermiş, lakin sonrakı ayın maaşını verməmişdir. Eyni zamanda özü də, Toğrula sertifikat üçün 330 manat pul vermişdir.
31. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs8 ifadəsinə əlavə edərək göstərdi ki, “Tik-tok” sosial şəbəkəsində iş elanı elan gördükdən sonra işlə bağlı elandakı mobil nömrəyə mesaj yazmış, ona Nigar adlı qadın cavab vermişdir. Həmin Nigar adlı qadın məhkəmədə şahid qismində dindirilmiş Nigar Fəxrəddinli (Nağıyeva) deyildir. Nigar ona Təqsirləndirilən şəxs növbəti gün saat 13 radələrində ofisdə qəbul edəcəyini bildirmiş, o da iş yoldaşı Zöhrab Cəfərovla birgə həmin ofisə getmişdir. Belə ki, Zöhrab Cəfərova da “Alkoc” şirkətində çoxsaylı işlərin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxsla görüşüb danışmış, sonuncu ona aşbaz köməkçisi işini düzəldəcəyini, maddi imkanı zəif olduğu üçün hər kəsdən işə düzəlmək üçün tələb olunan 430 manat yox, 330 manat pul vəsaiti ödəyəcəyini bildirdi. O isə 330 manat öz yerinə, 100 manat isə tanışı Zöhrabın yerinə şəxsən Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs aşbaz köməkçisi işi düzələnədək ofisdə mətbəx işlərində işləməyi təklif etmiş, o da razılaşmışdır. Bir ay ofisdə təmizlik işləri görmüş, ay sonunda Təqsirləndirilən şəxs ona 300 manat pul vermiş, növbəti ayın isə pulunu verməmişdir. Çoxsaylı zərərçəkmiş şəxslərin ifadələrində pulu verdiklərini və işlə bağlı danışdıqlarını bildirdikləri Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs katibəsi olmuşdur. Təqsirləndirilən şəxs hətta hər axşam evinə zəng vurub pəncərələrin tozlu olmasından şikayət etmişdir. O, ümumilikdə 430 manat pul vermişdir. Onun ofisə işə düzəlmək üçün yönləndirdiyi bir sıra şəxslər də Toğrulun göstərişi pulları orada olan qızlara vermişlər. O, ofisdə işlədiyindən Təqsirləndirilən şəxs ofisdə baş verən hər şeydən xəbərdar olduğunu, orada işləyən bütün qızların Təqsirləndirilən şəxs göstərişi ilə hər şeyi etdiyini, onun icazəsi, razılığı və göstərişi olmadan ofisdə işləyən şəxslərin hər hansı bir şey etmək səlahiyyətinin olmadığını, Təqsirləndirilən şəxs guya bəzi zərərçəkmiş şəxsləri tanımaması və onlardan ofisdə işləyən digər qızların aldığı pullardan məlumatının olmamasını bildirməklə yalan danışmasını, öz üzərindən məsuliyyəti atmaq istədiyini bildirdi.
32. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və Təranə adlı xanım onu ofisə dəvət etmişdir. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisində görüşmüş, Toğrul ona gəmidə 1400 manat maaşlı mühafizəçi işinə götürməyi təklif etmiş, xx.xx.2023-cü il tarixdə həmin ofisə gedib orada işləyən Ülviyyə xanıma dənizçilik sertifikatı və pasportu almaq üçün 430 manat pul ödəmişdir. Lakin hazırki vaxtadək ona sertifikat və pasport verilməmişdir. Bundan sonra aldadıldığını başa düşüb bu barədə şikayət etmişdir.
33. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs M.H.Mehdiyev ifadəsinə əlavə edərək göstərdi ki, sosial şəbəkədə elanı görüb əlaqə saxlayaraq Nərimanov rayonunda yeləşən ofisə getmiş, ilk dəfə ofisə gedəndə Toğrulla danışmış, ikinci dəfə gedəndə isə Təqsirləndirilən şəxs onu dənizdə işə düzəldəcəyini, lakin bunun üçün sertifikat lazım olduğunu, həmin sertifikatı təşkil edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, ondan tələb olunan sənədləri toplayıb ofisdə işləyən Nigar və Ülviyyə adlı qadınlara vermişdir. Daha sonra Toğrulun sertifikat üçün tələb olunan ödənişi sonuncunun göstərişi ilə 430 manat məbləğində pulu Ülviyyə adlı qadına vermişdir. İfadəsinin sonunda M.H.Mehdiyev ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.
34. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində sosial şəbəkədə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış və Nərimanov rayonunda yerləşən ofisə getmişdir. Orada ona elektrik işinə qəbul etmək üçün dənizçi sertifikatı istənilmiş, dənizdə platformada elektrik işləmək üçün və sertifikat almaq məqsədilə xx.xx.2023-cü il tarixdə ofisdə Ülviyyə xanıma 330 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır.
35. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs12 ifadəsinə əlavə edərək göstərdi ki, oğlu Xəyal Şəmmədov internetdə ona münasib iş elanı olduğunu bildirərək birlikdə işləyə biləcəklərini bildirmişdir. Belə ki, o, gəmiçi olduğundan elanda təklif edilən işin ona uyğun olduğunu düşünmüşdür. Ofisə gedərək orada Ülviyyə adlı qadına yaxınlaşmış, sonuncu ilə söhbət zamanı işə düzəlmək üçün tələb olunan sertifikat alınmasından ötrü oğlu Xəyal və özü üçün 760 manat pul vermişdir. Belə ki, gəmidə oğlu Xəyal mühafizəçi, o isə elektrik işinə götürüləcəkdi. Təqsirləndirilən şəxs ofisdə görmüş, oğlu Xəyal müharibə vetaranı olduğundan aldığı təqaüdü ilə tələb olunan pulu vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs12 ona 330 manat ziyan vurulduğunu, oğluna da vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.
36. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, tanışı Rəvan ona internetdə iş elanının olduğunu demiş, o da “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və Təranə adlı xanım onu ofisə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən həmin şirkətin ofisinə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş və yüksək maaşlı işə qəbul etməyi təklif etmişdir. Bunun üçün 430 manat ödəniş və müəyyən sənədləri verməli idi. Bundan sonra dənizçilik sertifikatı almaq üçün şəxsən Toğrulun kart hesabına 430 manat pul göndərmişdir. Lakin hazırkı vaxtadək ona sertifikat verilmədiyi üçün aldadıldığını başa düşmüşdür. İfadəsinin sonunda Zərərçəkmiş şəxs15 ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.
37. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, internetdə “Tik-tok” sosial şəbəkəsində “Alkoç Group” şirkətinə işçilər axtarılmasına dair elanı görmüş, həmin iş elanı onun diqqətini cəlb etmiş, elanda qeyd olunan mobil telefon nömrəyə zəng etmiş, Təranə adlı xanım onunla danışaraq ofisə dəvət etmişdir. Sağlamlıq və məhkumluq barədə haqqında arayışı, digər sənədləri götürüb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində 20 A ünvanında yerləşən ofisə getmiş, orada Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu onu quruda yüksək maaşlı işə qəbul edəcəyini vəd vermiş, ona anbardar köməkçisi işinə düzəldəcəyini, aylıq 1400 manat məbləğində əməkhaqqı verəcəyini, 15 gün işdə, 15 gün evdə olacağını bildirmişdir. Toğrulun təklifini qəbul edərək ona təqdim edilmiş birincinin kart hesabına 25 avqust 2023cü il tarixdə 400 manat məbləğində pul köçürmüşdür. Pulun qarşılığında Toğrul ona dənizdə və quruda işləmək üçün sertifikat verəcəyini vəd vermişdir. Ofisdə bir neçə dəfə olmuş, Ülviyyə adlı qadınla da danışmış, 400 manat pulu şəxsən Təqsirləndirilən şəxs plastik bank kartına köçürmüşdür. Lakin ona vəd verdiyi işi və sertifikatı verməmiş, sonradan Toğrul tərəfindən aldadıldığını bilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs20 ona vurulmuş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.
38. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs56 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin yaz ayında tanışlarından eşitmişdir ki, Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisi var, həmin şirkətin ofisinə gedib müraciət etməklə işə qəbul edirlər. Bu məqsədlə həmin şirkətin ofisinə getmiş, orada onu Nigar adlı işçi qəbul etmiş, şirkətin rəhbərinin Toğrul adlı şəxs olduğunu bildirmişdir. Həmin zaman orada Toğrul adlı şəxs onu gəmidə operator işinə qəbul edəcəyini, hər ay 1200 manat maaş alacağını bildirmişdir. Bunun üçün Toğrul ondan 350 manat pul istəmiş, özü də həmin vaxt orada Təqsirləndirilən şəxs 350 manat pul vermişdir. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
39. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs56 ifadəsinə əlavə edərək göstərdi ki, qardaşı və bacısı oğlu da hazırkı iş üzrə zərərçəkmiş şəxslərdir. Belə ki, onlar iş haqqında ona məlumat vermiş, birlikdə ofisə getmişlər. Pulu şəxsən Təqsirləndirilən şəxs özünə yox, orada işləyən Nigar adlı qadına vermişdir. Belə ki, Toğrul onu aşbaz köməkçisi işinə qəbul edəcəyini, hər ay 1200 manat maaş alacağını demiş, o da 350 manat pul vəsaitini aşbaz köməkçisi kimi işə düzəltmək üçün lazım olan sənədləri hazırlamaq üçün vermişdir. Ofisə gedib-gəldiyi müddətlərdə dəfələrlə Təqsirləndirilən şəxs görmüş, orada işləyən Nigar adlı qadın qardaşının da Təqsirləndirilən şəxsla birlikdə işlədiyini, sonuncunun etibarlı şəxs olduğunu bildirmiş, o da Nigar adlı qadının sözlərinə aldanıb pulu vermişdir.
40. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, sosial şəbəkədəki iş elanını görmüş, Toğrul onu işə götürmək üçün dəvət etmiş, ofisə getdikdə Toğrul onu 800 manat maaşla işə qəbul etdiyini bildirmişdir. Toğrul Türkiyənin “Alkoc Group” şirkətinin Bakı lahiyəsini təşkil edib işçilər yığmaqla məşğul olmuş, ona isə telefonlara cavab verməsini demişdir. Dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu almaqdan ötrü sertifikata 330 manat, 100 manat isə pasporta görə ödəniş edilməli idi. Sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş etmişlər. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmış, xx.xx.2023-cü il tarixdə həmin şəxslərə sertifikatlar verilməli və onları işə başlamalı idilər. Toğrul həmin şəxslərə Səngəçal terminalının yanında gəmidə işə başlamalı olduğunu demişdir. Bəziləri isə ofislərdə, gəmi platformalarında işləməli idilər. Həmin şəxslərin bəziləri pulu Toğrulun öz hesab kartına atmış, bəziləri isə ofisdə ödəniş etmişlər. Toğrul ona bir ay maaş vermiş, lakin sonrakı ayın maaşını verməmişdir. Toğrul ona sertifikat verməli olduğunu, keçən ayın maaşından 330 manat pulu sertifikat üçün çıxdığını demişdir. Toğruldan sənədlərin, sertifikatların nə zaman hazır olacağını soruşduqda Toğrul son zamanlar müxtəlif bəhanələr gətirərək sertifikat və dənizçilik pasportlarını gətirmədiyini bildirmişdir.
41. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs21 ifadəsinə əlavə edərək göstərdi ki, o, ofisdə ancaq telefonlara cavab verərək danışmış, ofisə gələnlərə ofisin ünvanını göndərmişdir. Ofisdə iki ay işləmiş, cəmi bir dəfə 350 manat almışdır. “Tik-tok” sosial şəbəkəsində elanı görən şəxslər elanda qeyd edilən mobil nömrəyə zəng etmiş, o və orada olan digər qızlar isə həmin zənglərə cavab verərək ofisin ünvanı barədə məlumatlar vermişlər. Ofisdə işlədiyi müddətdə hər hansı şəxsdən pul vəsaitinin alınmasına hər hansı iştirakı olmamışdır. Ofisdə 800 manat işləməyə razılaşmış, Toğrul gəmiçilik sertifikatı üçün tələb olunan pul vəsaitini ona verilməli olan maaşından çıxmışdır. Ona da sertifikat verməli idi, sertifikat üçün əlbəəl pul verməmişdir. Sertifikatın pulunu maaşından çıxmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs21 Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməməsinə baxmayaraq, sonuncudan şikayəti və ya hər hansı tələbi olmadığını bildirdi.
42. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 08 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Toğrul onu işə götürmək üçün dəvət etmiş, onu 800 manat maaşla işə qəbul edəcəyini bildirmişdir. Toğrul Türkiyənin “Alkoc Group” şirkətinin Bakı lahiyəsini təşkil edib işçilər yığmalı, özü isə işçiləri qəbul edib seçməli idi. Dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli, sertifikata 330 manat, 100 manat isə dənizçi pasporta görə ödəniş edilməli, sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş etməli idi. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxslərə sertifikatlar verilməli və onlar Səngəçal terminalının yanında gəmidə işə başlamalı idilər. Bəziləri ofislərdə, bəziləri isə gəmi platformalarında işləməli idilər. Həmin şəxslərin bəziləri pulu Toğrulun öz hesabına göndərmiş, bəziləri isə ofisdə ödəniş etmişlər. Ofisə ödəniş edən şəxslərin pullarını Toğrulun özünə vermiş və ya 4169 7385 0304 8369 saylı Kapital Bank hesab nömrəsinə göndərmişdir. Toğrul ona bir ay maaş vermiş, lakin sonrakı ayın maaşını isə verməmişdir. Toğrul ona da sertifikat verməli olduğunu bildirmiş, bunun üçün keçən ayın maaşından ondan 330 manat pul çıxmışdır. Bildiyinə görə Toğrul ümumilikdə 181 nəfərdən təxminən 66.780 manat pul almışdır.
43. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs17 ifadəsinə davam edərək göstərdi ki, “Tik-tok” sosial şəbəkəsində “Alkoç” şirkətinə dair iş elanı görmüş, elanda yüksək maaş veriləcəyi göstərilmişdi. Bildiyinə görə elanda ofisə bir neçə nəfər müraciət etmiş, onlardan 8 nəfər ofisdə işə götürülmüş, həmin şəxslərdən biri də özü olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs o və ofisdə işləyən digər qızlara elanla bağlı müraciət edən vətəndaşlara iş haqqında məlumat verilməsini və lazımı sənədlərin toplanılmasını tapşırmışdır. Toğrulun onlara verdiyi göstəriş əsasında müraciət edən şəxslərə Toğrulun təlimatına uyğun olaraq iş haqqında məlumat vermiş və həmin şəxslərdən pulları alaraq Toğrula vermişlər. İşlədiyi müddət ərzində ofisdə ona və digər işləyən qızlara Təqsirləndirilən şəxs başqa göstəriş və təlimat verən şəxs olmamışdır. İşlədiyi müddətdə cəmi bir ay əmək haqqı almışdır. İşə düzəlməklə bağlı onlara verilən nağd pulları günün sonunda Təqsirləndirilən şəxs onlardan götürmüşdür. İş üçün müraciət edən şəxslərin bir qismi pulları köçürmə yolu ilə ödəniş etmək istədikdə Təqsirləndirilən şəxs kart hesabına tələb olunan pul vəsaitlərini köçürmüşlər. Təqsirləndirilən şəxs ofisdə işləyən qızlara verilməli olan birinci ayın əmək haqqısında guya onlara da veriləcək sertifikatın pulunu, yəni 330 manat pulu çıxmışdır. Bildiyinə görə ofisdə işlədiyi iki ay ərzində ofisə işlə bağlı müraciət edən şəxslərdən işə düzələni olmamışdır. Təqsirləndirilən şəxs işlə bağlı müraciət edən bütün şəxslərə 2023-cü ilin oktyabrın 10-dan sonra işə başlayacaqlarını deyirdi. O və ofisdə guya işə düzəlmiş digər qızlar Təqsirləndirilən şəxs onlarla əmək müqaviləsini bağlamağı tələb etmiş, lakin sonuncu əmək müqaviləsi bağlamadaqdan hər dəfə müxtəlif bəhanələrlə yayınmışdır.
44. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs17 ifadəsinə əlavə edərək göstərdi ki, ilk dəfə o, Aytac adlı qadınla əlaqə saxlamış, işə düzəlmək üçün ofisə gedib sənədlərini vermiş, daha sonra Təqsirləndirilən şəxs onu ofisdə işə götürmüşdür. Təqsirləndirilən şəxs verdiyi təlimata uyğun olaraq “Alkoc” şirkətlər qrupunda işləmək istəyən şəxslərə iş barədə məlumat vermiş, ofisə gələn şəxsləri qəbul etdikdən sonra Təqsirləndirilən şəxs həmin şəxslərə tələb olunana pulu ona verilməsini bildirmişdir. O isə həmin şəxslərin ad və soyadlarını dəftərə qeyd etmişdir. İşlədiyi dövrdə ona ödənilməli olan 1500 manat maaşı verilməmiş, bundan başqa 330 manat da sertifikat üçün ondan pul alınmışdır. Ofisdə göy rəngli kitab olmuş, pul verən şəxslər həmin kitabda qeydə alınmaqla imza çəkmişlər. Dəftərdə onun xətti ilə qeyd olunan hər kəsin pulunu Təqsirləndirilən şəxs ya nağd, ya da Təqsirləndirilən şəxs verdiyi plastik bak kartına köçürmə qaydasına vermişdir. Zərərçəkmiş şəxslərdən konkret olaraq ayrı-ayrılıqda nə qədər pul alındığını dəqiq xatırlamır, lakin bütün alınmış pullar kitabda qeydə alınmış, həmin kitab isə ibtidai istintaq orqanı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs göstərişi ilə zərərçəkmiş şəxslərdən pullar alınmış, o və digər ofisdə işləyən qızlar tərəfindən gün ərzində alınan bütün pullar günün sonunda şəxsən Təqsirləndirilən şəxs verilmişdir. İşlə bağlı müraciət edən şəxslər şəxsən Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu işə düzəlmə ilə bağlı tez-tez iclaslar təşkil edərək iclasda iştirak etmişdir. Ofisdə ikinci ay işləyən qadınlardan heç kəs maaş almamışdır. Təqsirləndirilən şəxs ofisə gələn şəxsləri onlara yönləndirmiş, həmin şəxslərlə danışmağı, iclasların vaxtını deməyi tapşırmış, habelə birincinin göstərişi əsasında həmin şəxslərdən guya sertifikat və sair üçün pulu alıb dəftərə qeyd etmişlər. Lakin həmin vaxt Təqsirləndirilən şəxs bildirdiyi işlərin həqiqətdə olmamasını bilməmişlər. Zərərçəkmiş şəxslərin əksəriyyətini Təqsirləndirilən şəxs şəxsən işə qəbul edilməsi ilə bağlı görüşmüşdür. İbtidai istintaq zamanı həmin dəftər müstəntiqə təhvil verilmiş və ibtidai istintaq orqanı tərəfindən götürülərək işə əlavə edilmiş dəftərdə qeyd edilən bütün ödənişləri Təqsirləndirilən şəxs şəxsən vermişdir. O, maliyyə-kredit ixtisasını bitirmiş, vəd edilən maaşa aldanaraq Toğrulun iş təklifini qəbul etmişdir. “Tik-tok” sosial şəbəkəsində yerləşdirilmiş iş elanını hər kəs görə bilmiş, o özü də “Tik-tok” sosial şəbəkəsində iş elanını görərək ofisə yaxınlaşmışdır. Elanda olan nömrəyə ofisdə işləyən operator qızlar cavab vermişdir. İş materiallarında olan bəzi zərərçəkmiş şəxslərlə guya işə götürməklə bağlı bağlanmış müqavilələri Təqsirləndirilən şəxs onlara vermiş, həmin müqavilələri Təqsirləndirilən şəxs imzalamışdır.
45. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs82 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayının ortalarında sosial şəbəkədə “Tap.az” saytında "xxxx" (X112) şirkətində işə qəbul elanı görmüş, həmin saytda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxladıqda Ayan adlı şəxslə danışmış, sonuncu mobil telefonda ətraflı məlumat verə bilməyəcəyini, ofisə gələrək ətraflı məlumat ala biləcəyini bildirmiş, daha sonra şirkətin yerləşdiyi Bakı şəhəri 4-cü mikrorayonda “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündürmərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Ofisdə ilkin olaraq Ayan adlı xanımla söhbət etmiş, sonuncu onu Toğrul adlı şəxsin otağına göndərmişdir. Toğrul ona müdir olduğunu demiş, sonuncu ilə işə düzəlmək üçün 250 manata razılaşmış, aradan 3-4 gün keçdikdən sonra həmin ofisə gedib Toğrul adlı şəxsə 250 manat pul vermişdir. Sonradan həmin ofisə gedib işlə bağlı maraqlandıqda Toğrulu tapa bilməmiş, orada çox sayda insanların toplaşdığını görmüş, həmin zaman ona məlum olmuşdur ki, Toğrul adlı şəxs onları işə qəbul etmək adı ilə aldadıb pullarını ələ keçirmişdir.
46. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs82 ifadəsinə əlavə edərək göstərdi ki, ofisə getdikdə Ayan, Nigar, Qumral adlı və adlarını bilmədiyi digər qadın işçilərin kompüter arxasında əyləşdiklərini görmüşdür. Ofisdə Təqsirləndirilən şəxsla ayaqüstə danışmış, sonuncu təklif edilən işlərin rəsmi işlər olmasını bildirərək narahatlığa əsas olmadığını qeyd etmişdir. O, Texniki Universiteti maliyyə işi ixtisası üzrə bitirdiyindən Təqsirləndirilən şəxs ona dənizçilik şirkətində işləyə biləcəyini deyərək “Forma 86”, məhkumluq haqqında arayışı, diplomların surətini və s. sənədləri toplayıb ofisə gətirməsini bildirmişdir. O, iki dəfə Təqsirləndirilən şəxsla ofisdə görüşüb söhbət etmiş, şəxsən Təqsirləndirilən şəxs 360 manat pul vermişdir. İbtidai istintaq zamanı ifadə verərkən özünü pis hiss etdiyi üçün 250 manat ziyan vurulmasını qeyd etmiş, həqiqətdə isə o şəxsən Təqsirləndirilən şəxs 360 manat pul vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs82 ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
47. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “tik-tok” sosial şəbəkəsində “Alkoc Group” şirkətinə işə qəbul elanı görmüş, elanda qeyd edilən nömrə ilə əlaqə saxlamış, həmin ofisə özü haqqında məlumatları göndərmişdir. Sonra həmin ofislə əlaqə saxlamış və ona çağrılacağı barədə məlumat verilmişdir. Daha sonra ofisə gedib "xxxx" məlumatlarını qeyd etmək üçün forma verilmiş, orada icraçı direktor Toğrul ilə görüşmüş, sonuncu onu briqadir vəzifəsinə təyin edəcəyini və sertifikat veriləcəyini bildirmiş, dənizçi sertifikatı üçün 330 manat pul istəmişdir. 16 sentyabr 2023-cü il tarixdə həmin ofisdə işləyən Ülviyyə xanıma 330 manat pul vermişdir.
48. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs39 ifadəsinə əlavə edərək göstərdi ki, 2023-cü ildə “TikTok” sosial şəbəkəsində iş elanını görmüş, elandakı nömrə ilə əlaqə saxlamış, onu Nərimanov rayonunda yerləşən ofisə dəvət etmişlər. Həmin ofisə gedərək orada bir müddət gözləmiş, orada onun kimi iş üçün müraciət edən digər şəxslərin də olduğunu görmüşdür. Ofisdə Arzu adlı qadının qəbulunda olmuş, o, ali təhsilli olduğuna görə quruda platformada iş təklif edilmiş və ona müəyyən sənədləri toplaması tapşırılmışdır. O və digər şəxslərdən işə başlamaq üçün tələb olunan dənizçiliklə bağlı sertifikat təqdim etmələri tələb olunduğu, həmin sertifikatı ya hər kəsin özünün əldə edə biləcəyini, ya da ofisə müəyyən məbləğlərdə ödəniş edilməklə onların həll edə biləcəklərini bildirmişlər. O daha sonra tələb olunan sənədləri toplamış, lakin dənizçilik sertifikatını əldə edə bilməmişdir. Təkrarən həmin ofisə yaxınlaşaraq Ülviyyə adlı qadına sənədləri təqdim etmiş, sertifikat üçün tələb olunan 300 manat pul vəsaitini verərək dəftərdə aparılmış bu barədə qeydə imza çəkmiş, daha sonra onun geyim forması üçün bədən ölçüləri götürülmüşdür. Ona 2023-cü ilin noyabr aynın 8-i işin başlanacağı bildirilmişdir. Sonradan ibtidai istintaq orqanı tərəfindən ona çağırış gəlmiş və o aldadıldığını başa düşmüşdür. O, ofisdə Arzu adlı qadınla danışmış, pulu isə Ülviyyəyə vermişdir. Ülviyyə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək sertifikatla bağlı kiməsə yönləndirmişdir. Təqsirləndirilən şəxs ofisdə görmüş, lakin onunla birbaşa ünsiyyəti olmamışdır. Lakin Təqsirləndirilən şəxs ofisdə özünü vəzifəli və rəhbər şəxs kimi aparmış, ondan pul alınarkən də işin məhz Təqsirləndirilən şəxs tərəfindən həll ediləcəyi bildirilmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs39 ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
49. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs35 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində və “Tap-az” saytında "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə mühafizəçi işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 400 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə orada işləyən Nigar adlı xanıma 400 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. 400 manat pulu əlbəəl şəxsən Təqsirləndirilən şəxs vermiş, sonuncu onu mühafizə işinə düzələcəyini bildirmişdir. O, verdiyi 400 manat pulu borc alaraq işə düzəlmək üçün ödəmiş, 2-ci Vətən müharibəsində döyüşdüyü üçün adlığı təqaüddən həmin borcunu hissə-hissə ödəyir. Ona ***-**** manat arası əməkhaqqı veriləcəyini, hətta yaxşı yer olsa 1200 manat maaş veriləcəyi vəd edilmişdi.
50. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış və həmin şirkətin Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisinə gedib orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Toğrul ona dənizdə və quruda yüksək maaşlı işə qəbul etməyi vəd vermiş, 2023-cü ilin avqust ayının sonlarında ofisdə işləyən Ülviyyə xanıma 330 manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə isə mobil telefondan 4169 7385 0304 8369 saylı kart hesabına 100 manat pul göndərmişdir. Sonradan bilmişdir ki, Toğrul onları aldatmışdır. Hadisə nəticəsində ona 430 manat maddi ziyan dəymişdir.
51. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs41 ifadəsinə əlavə edərək göstərdi ki, “TikTok” sosial şəbəkəsində “Alkoç” şirkətlər qrupunda işçilər axtarılması ilə bağlı elan görmüş, elandakı nömrə ilə mesaj vasitəsilə əlaqə saxlamış, ofisə yaxınlaşmışdır. Ofisdə olan Ülviyyə və Arzu özlərini ona baş mühasib və kadrlarla bağlı işçi kimi təqdim etmiş, onlardan biri pul yığılması, digəri isə sənəd işlərinə baxmışdır. Onlar əvvəlcə onu direktor kimi təqdim etdikləri, otağı ofisin girişində sağda yerləşən Turqut adlı şəxsin yanına göndərmişlər. O, Turqut kimi təqdim edilən sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin qəbulunda olmuş, sonuncuya hərbçi olduğunu, Əfqanıstan müharibəsində döyüşdüyünü bildirmişdir. Toğrul isə ona həmin xidmətlərinə görə mühafizə rəisi kimi işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla söhbət etdikdən sonra birincinin göstərişi əsasında həmin qadınlara pul vermişdir. Bir müddət sonra mühafizə işinə düzəlmək istəyənlərlə iclas keçirilmiş, iclasda iştirak edənlər quruda və suda işləyəcək şəxslər olmaqla iki qrupa bölünmüşdür. O isə quruda işləyəcəklərə düşməsi ilə əlaqədar 100 manat da əlavə Ülviyyənin təqdim etdiyi plastik bank kartına pul köçürmüşdür. İfadəsinin sonunda Zərərçəkmiş şəxs41 ona vurulmuş cəmi 430 manat ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
52. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, internetdə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, elanda qeyd edilən nömrə ilə əlaqə saxlamış, həmin yerdə işləyən Nigar xanım onu ofisə dəvət etmişdir. Ona deyilən sənədləri toplayıb ofisə getmişdir. Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanında yerləşən ofisdə görüşmüş, sonuncu dənizdə və quruda yüksək maaşlı işə qəbul edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Toğrula 430 manat məbləğində pul vermişdir. Həmin pulun qarşılığında Toğrul ona dənizdə işləmək üçün pasport və sertifikat verilməli idi. Lakin Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
53. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs22 ifadəsinə əlavə edərək göstərdi ki, “TikTok” sosial şəbəkəsində iş elanı görmüş, həmin elandakı nömrə ilə əlaqə saxladıqda Nigar adlı qadın onu ofisə dəvət etmiş, ofisdə "xxxx" yazmış, orada olan Ülviyyə adlı qadının yanına yönləndirmişlər. Şirkətin Turqut adlı rəhbəri ilə görüşmüş, daha sonra ona dənizçilik pasportu və sertifikata görə 430 manat pul ödəməli olduğu bildirilmiş, o da ümumilikdə Ülviyyəyə 430 manat pul vermiş, bu barədə dəftərdə qeydiyyat aparılmış və o, imzası ilə təsdiq etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs22 ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
54. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 Şahsəddin oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. 2023-cü ilin avqust-sentyabr ayında Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və gəmidə motorist işinə düzəlməyi təklif etmiş, bunun üçün də 370 manat rüsum ödəməli və müəyyən sənədləri verməli idi. O, köhnə dənizçi olmuş, lakin həmin vaxt sənədlərinin etibarlılıq müddəti bitmişdir. Həmin zaman orada Toğrula 370 manat pul vermiş, Toğrul təxminən 15- 20 gün ərzində işə çıxacağını bildirmişdir. Belə ki, 330 manat sənədlərini qaydasına salmaq üçün, 40 manat isə tibbi komissiya üçün vermişdir. Təqsirləndirilən şəxs göstərişi ilə tibbi yoxlamaya gedərək keçmişdir. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. Buna görə də, barəsində şikayət ərizəsi yazmışdır.
55. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmiş, orada ona yüksək əmək haqqı verilən işə düzəlməyi təklif etmişlər. Bunun üçün 330 manat ödəniş və müəyyən sənədləri verməli idi. Bundan sonra razılaşıb orada dənizçilik sertifikatı almaq üçün müəyyən sənədləri toplayıb ofisə getmiş, həmin sənədləri və 330 manat pulu ofisdə işləyən Ülviyyə xanıma vermişdir.
56. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs7 ifadəsinə əlavə edərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində elan görmüş, həmin ofisə yaxınlaşmış, ona gəmidə işləməyi üçün sertifikat verməli olduğunu bildirmişlər. O, sertifikatı necə düzəldə biləcəyini soruşduqda ona köməklik edə biləcəkləri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs olduğu otağa getmişdir. Təqsirləndirilən şəxs ona sertifikat üçün ofisdə olan qadınlara yaxınlaşmağını və 330 manat pul verməsini bildirmiş, birincinin göstərişinə əsasən həmin məbləğdə pulu borc alıb vermişdir. Sonradan səhhətində problemlər yarandığından ofisə gedərək orada işləyən qızlara xəstə olduğunu, işləyə bilməcəyini bildirərək pulunun qaytarılmasını xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs müraciət edərək iki dəfə qəbulunda olmuş, pulunu şəxsən ondan tələb etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
57. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs83 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində və “Tap.az” saytında "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs onu operator işinə düzəldəcəyinə, aylıq 1500 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə onun kart hesabına 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır.
58. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs83 ifadəsinə əlavə edərək göstərdi ki, Toğrul tərəfindən iclas keçirilərək 2023-cü ilin avqustun 6-sından işə başlayacaqları, xüsusi geyimlərin-paltarların tikildiyi bildirilmişdir. Bir müddət sonra Toğrul övladının vəfat etdiyini demiş, hətta o, əri ilə birlikdə yas mərasiminə də getmiş və Toğrulu da orada görmüşdür. Əri də Toğrulla işlə bağlı danışmış, həyat yoldaşı Rafael Qəhrəmanov da mühafizəçi işi üçün Nigara 300 manat pul göndərmişdir.
59. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-tok” sosial şəbəkəsi vasitəsi ilə “Alkoc Group” şirkətində gəmidə işləmək üçün işçilər axtarılmasına dair işə qəbul elanı görmüşdür. Həmin vaxt günəmuzd olaraq fəhləliklə məşğul olduğundan rəsmi iş yerinin olmasını istəmişdir. Elandakı nömrəyə zəng edərək Təranə adlı qadınla danışmış, sonuncu ona ofisə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş və mühafizəçi işinə düzəlməyi təklif etmişdir. Bunun üçün də 430 manat rüsum ödəməli və müəyyən sənədləri verməli idi. Dənizçilik sertifikatı almaq üçün müəyyən sənədləri həmin ofisdə Təqsirləndirilən şəxs vermiş, Toğrulun göstərişi ilə orada işləyən xanımlardan birinə 360 manat vermişdir. Həmçinin geri qalan 70 manat pulu göndərmək üçün Toğrulun kart nömrəsini götürərək 70 manat pulu həmin günü ona kart vasitəsi ilə ödəmişdir. Toğrul ona vəd vermişdir ki, 15-20 gün ərzində iş həllini tapacaqdır. Lakin müəyyən müddət keçdikdən sora Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, sonuncu onu aldatmışdır. Buna görə də onun barəsində ərizə vermişdir.
60. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda qeyd olunan səhifəyə mesaj yazmış, zəng edib danışmış, onu ofisə dəvət etmişlər. O, Quba rayonunda yaşadığından, xx.xx.2023-cü il tarixdə həmin şirkətin Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisinə getmiş, orada Təqsirləndirilən şəxs görsə də, sonuncu ona işçi Ülviyyə xanıma yaxınlaşmağı bildirmişdir. Əvvəlcə həmin vaxt özünü Turqut kimi təqdim edən Təqsirləndirilən şəxsla danışmış, sonuncu ona dənizçilik sertifikatı və pasportu varsa 330 manat, yoxdursa 430 manat ödəniş etməli olduğunu bildirmişdir. Daha sonra Toğrul onu Ülviyyəyə yönləndirmiş, sonuncu ona gəmidə yüksək əmək haqqılı mühafizəçi işini təklif etmiş, bunun üçün 430 manat ödəniş və müəyyən sənədləri verməli olduğunu bildirmişdir. Bundan sonra razılaşıb orada Ülviyyə xanıma 430 manat pul ödəmişdir. Onlar bir müddət gözləməli olduğunu demiş, lakin sonradan məlum olmuşdur ki, aldadılaraq pulu ələ keçirilmişdir.
61. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs125 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində yerləşən ofisə getmişdir. Orada onu özünü direktor kimi təqdim edən Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı verməyi və gəmidə mühəndis işinə düzəlməyi təklif etmiş, bunun üçün də 330 manat pul istəmişdir. Təqsirləndirilən şəxs iclaslar keçirmiş, həmin iclaslarda o da iştirak etmişdir. İclaslarda Toğrul kimin sertifikatı varsa işə qəbulun tezləşdiriləcəyini, kimdə yoxdursa və əgər sertifikat almaq istəyirsə ofisdə işləyən qızlara yaxınlaşmalarını bildirmişdir. Bundan sonra Toğrula müəyyən sənədləri və 330 manat pul vermişdir. Həmin pulun 300 manat hissəsini valideyninə almalı olduğu dərmanın pulu ilə ödəmişdir. Hətta Toğrula maddi imkanlarının olmadığını, bir az endirim etməsini də xahiş etmişlər. Lakin müəyyən müddət keçdikdən sora Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs125 ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
62. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxladıqda ofisə dəvət edilmişdir. Həmçinin Toğrul adlı şəxs ona quruda terminalların birində operator işinə götürəcəyini bildirmişdir. Bundan sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən həmin şirkətin ofisinə gedib Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt sonuncu ona demişdir ki, daha yüksək maaşlı iş üçün 660 manat pul verməlidir. Onunla razılaşıb xx.xx.2023-cü il tarixdə Toğrulun kart hesabına 660 manat pul göndərmişdir. Həmin gün qardaşı ilə birlikdə Toğrulla ofisdə görüşmüş, daha sonra 660 manat ödəniş etmişdir. Ödəniş etdiyi kartın şəklini müstəntiqə də təqdim etmişdir. Onlar bir müddət gözləməli olduğunu demiş, lakin sonradan məlum olmuşdur ki, aldadılaraq pulu ələ keçirilmişdir.
63. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs66 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda qeyd olunan səhifəyə mesaj yazmış və ona cavab olaraq şirkətin ofisi göndərilmişdir. Eyni zamanda tanışı Zərərçəkmiş şəxs8 həmin şirkətin ofisində işləməsini öyrənib, onunla danışmış, Gözəl Arzu adlı qadının onu ofisə dəvət etdiyini bildirmişdir. X157 Abbaszadə ilə birlikdə ofisə getmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmiş, orada onu tanımadığı şəxs qarşılayıb iş barədə məlumatlar vermişdir. Həmin şəxs ona yüksək maaşlı operator işinə düzəlməyi təklif etmiş, bunun üçün o və qardaşı üçün 750 manat ödəniş etməli olduğunu və müəyyən sənədləri verməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə dənizçilik sertifikatı almaq üçün həmin ofisə gedib orada işləyən Arzu adlı xanıma müəyyən sənədləri və 750 manat pul vermişdir. Onlar bir müddət gözləməli olduğunu demiş, lakin sonradan məlum olmuşdur ki, aldadılaraq pulu ələ keçirilmişdir. İfadəsinin sonunda F.L.Abbaszadə ona vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
64. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-tok” sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, elandakı nömrə ilə danışmış, ona ofisin yerləşdiyi məkanı göndərilmiş, elanda yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. 2023-cü ilin payız ayında Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində yerləşən ofisə getmişdir. Ofisdə Təranə adlı qadın ona sənədləri toplamalı olmasını izah etmiş və Təqsirləndirilən şəxs plastik bank kartını göndərmişdir. Ofisdə onu Təqsirləndirilən şəxs da qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi təklif etmiş, bunun üçün də 330 manat pul istəmişdir. Bundan sonra Toğrulun kart hesabına 330 manat pul göndərmiş, həmin qəbzləri də saxlamışdır. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
65. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs74 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin avqust ayında “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra Nigar adlı xanım onu ofisə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 ünvanda yerləşən ofisə getmişdir. Orada Toğrulla görüşmüş, ona gəmidə dəftərxana köməkçisi vəzifəsinə düzəldiləcəyi bildirilmiş, həmçinin sonuncunun göstərişi ilə Nigar xanımın yanına gedib "xxxx" yazmışdır. Həmçinin Toğrul ona bildirmişdir ki, 329 manat dövlət rüsumu ödəməlidir. xx.xx.2023-cü il tarixdə onların verdiyi 4169 7385 0304 8369 nömrəli kart hesabına 330 manat pul ödəmişdir. Bundan sonra bir müddət Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmış, sonradan bilmişdir ki, Toğrul dələduzluq edərək pulunu ələ keçirmişdir.
66. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs74 ifadəsinə əlavə edərək göstərdi ki, rəfiqəsi “Tik-Tok”da elan görüb ona da göndərmiş. O da 330 manat pulu Gəncə şəhərində yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə Toğrulun plastik bank kartına göndərmişdir. Ödəniş çekini də ibtidai istintaq zamanı müstəntiqə ifadə verərkən təqdim etmişdir. O, dəfələrlə ofisə gəlib-getmişdir. Ona dənizdə operator işinə düzəldiləcəyi vəd edilmişdir. Belə ki, ona əvvəlcə operator işi təklif edilmiş, daha sonra isə dəftərxanada köməkçi işinə düzəldəcəyi bildirilmişdir. O, işə düzəlmək üçün 330 manat pulu Təqsirləndirilən şəxs plastik bank kartına köçürsə də və ona həmin pul məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən ödənilsə də, o şikayətçidir. Belə ki, bu işlə əlaqədar dəfələrlə Toğrul iclasların keçiriləcəyini bildirmiş, həmin iclaslarla əlaqədar o, Gəncə şəhərindən gəlib-getmiş və həmin çəkdiyi xərclərin də ödənilməsini tələb edir. Toğrul iclasların olacağını bildirmiş, o, ümumilikdə işlə əlaqədar Gəncə şəhərindən gəlibgetməyə görə təxminən 1000 manat pul xərcləmişdir. Ona dəymiş mənəvi ziyanın da ödənilməsini tələb edir.
67. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs50 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin avqust ayının əvvəllərində sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda olan nömrə ilə əlaqə saxlamış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada özünü Turqut kimi tanıdan Toğrul adlı şəxslə danışmış, sonuncu ona 1400 manat maaşla gəmidə işə düzəldəcəyini bildirmiş, lakin dənizdə işləmək üçün sertifikat lazım olduğunu deyib bunun üçün 430 manat pul tələb etmişdir. Bundan sonra Toğrulla razılaşıb ona 430 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, Toğrul onu aldatmışdır.
68. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs50 ifadəsinə əlavə edərək göstərdi ki, sosial şəbəkədə iş elanları gördükdən sonra elandakı nömrə ilə əlaqə saxlamış, öz "xxxx"sini hazırlayıb mesajla göndərmişdir. Həmin vaxt 26 nömrəli xəstəxanada nevrologiya şöbəsində tibb bacısı işləmişdir. Bir müddətdən sonra Nigar adlı şəxsdən "xxxx"in təsdiqlənməsi barədə mesaj gəlmiş və onu iş görüşünə çağırmışlar. İş yeri olan xəstəxanadan icazə almış, taksi ilə ona bildirilən ofisə yaxınlaşmış, orada onu qarşılayaraq 3-4 müsahibədən keçirmişlər. Müsahibə zamanı ona gəmidə yüksək maaşlı tibb bacısı işi təklif etmişlər. Belə ki, onun tibb bacısı kimi orta ixtisas təhsili olduğundan “Covid-19” pandemiya vaxtı modul tipli xəstəxanada işləmişdir. Ona “Alkoç” şirkətlər qrupunda işləyəcəyi, həmin şirkətin xaricdəki iş yerində işləyəcəyi, həmin işdə 6 ay və ya 1 il müddətində işləyəcəyi, çox yüksək məbləğdə maaş alacağı bildirilmişdir. Bütün müsahibələrdən keçdikdən sonra Təqsirləndirilən şəxs onu qəbul edərək 6 ay müddətində tibb bacısı işinə götürüləcəyini bildirmişdir. O, rəfiqəsi ilə həmin görüşə getmiş, rəfiqəsi də həmin işdə çox yüksək məbləğdə maaş vəd edilməsi ilə əlaqədar işləməyə razılıq vermişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs plastik bank kartına 430 manat özü, 330 manat isə rəfiqəsi üçün pul köçürmüşdür. İfadəsinin sonunda Zərərçəkmiş şəxs50 ona faktiki olaraq 760 manat ziyan vurulduğunu, vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
69. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin avqust ayının sonlarında sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda olan nömrə ilə əlaqə saxlamış və Təqsirləndirilən şəxs onu Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə dəvət etmişdir. Toğrul ona 2000 manat maaşla aşbaz işinə götürəcəyini və bunun üçün 530 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin ofisdə Toğrula 530 manat pul vermişdir. Sonradan məlum olmuşdur ki, Toğrul onu aldatmışdır.
70. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs29 ifadəsinə əlavə edərək göstərdi ki, Toğrul ondan təxminən 300-400 manat arası pul istəmiş və pulu özünün götürmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla söhbət zamanı Qəbələ rayonunda olduğunu dedikdə sonuncu da əslən Qəbələ rayonundan olmaqla həmyerli olduqlarını demiş, o da yerlisinin belə bir yüksək vəzifədə işləməsinə sevinmiş və Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə dair vədlərinə inanmışdır. O, bir neçə dəfə Nərimanovda yerləşən ofisə gedib-gəlmiş, üstündə pulunun olmadığını bildirdikdə Toğrul yerli olduqlarına görə onun pulunu özünün ödəyəcəyini bildirmiş, orada olan bir nəfər şəxsi yanına çağıraraq “Bu xanımın adına 120 manat pul köçür.” demiş, Toğrul onu şef aşbaz kimi işə götürəcəyini bildirmişdir. Toğrulun vədlərinə inanıb sevinərək yaşadığı evin yanındakı marketdəki ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs plastik bank kartı hesabına 200 manat pul köçürmüşdür. Sonradan Toğrul işə başlamaq üçün müəyyən sənədlərin toplanılmalı olduğunu bildirmiş, bu səbəbdən sağlamlıq kağızı və əlavə sənədlərə də 200-300 manat şəxsən Təqsirləndirilən şəxs vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs29 ona ümumilikdə 530 manat ziyan vurulduğunu, vurulmuş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
71. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin aprel ayının axırlarında tanışları ona zəng edərək bir türk şirkətinin işçilər axtardığını demişlər. O da “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb tanışlarının da həmin şirkət barədə dediklərinə əsasən arxayın olub elanda olan nömrəyə zəng etmiş, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə və quruda qəlibçi-inşaatçı işinə düzəldəcəyinə, aylıq 1700-2500 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə həmin ofisdə sonuncuya şəxsən əlbəəl 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
72. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs80 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin iyun ayında “Tap.az” internet səhifəsində gəmidə və platformada yüksək əmək haqqı ilə işə düzəltmə elanı görmüş, qaynaqçı olduğu üçün həmin işlə maraqlanmışdır. Elanda yerləşdirmiş nömrə ilə əlaqə saxlayıb Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşən "xxxx" şirkətlər qrupunun ofisinə getmişdir. Orada onu Toğrul qəbul etmiş, şirkətin rəhbəri olduğunu bildirmişdir. Söhbət zamanı Toğrul onun qaynaqçı olduğunu öyrənib demişdir ki, onu gəmidə qaynaqçı işinə düzəldə bilər və belə halda ayda 15 gün işdə, 15 gün evdə olacaqdır, aylıq 1500 manat əmək haqqı alacaqdır. Onunla razılaşmış, lakin bu işə düzəlmək üçün dənizçilik sertifikatı və dənizçilik pasportu tələb olunurdu. Özündə dənizçilik sertifikatı olduğu üçün Toğrul dənizçilik pasportunu həll edə biləcəyini demiş və bunun üçün ondan 300 manat pul istəmişdir. Elə həmin vaxt Toğrulun göstərişi ilə köməkçisi Nigar adlı xanıma orada 300 manat pul vermiş, Toğrul da tələb olunan pulu Nigara verməyini görmüşdür. Toğrul ona təxminən 2 həftəyə işi düzüb qoşacağını bildirmiş, lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
73. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin avqust ayında iş yoldaşı bildirmişdir ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüşdür, həmin şirkətdən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq olur. Bunun üçün həmin şirkətin ofisinə gedib və işə qəbul olunması ilə bağlı müvafiq sənədlərini verib müqavilə bağlayıblar, təxminən 15-20 gün ərzində işə başlayacaqdır. Onun dənizdə işləmək üçün bütün tələb olunan sənədləri olmuş, yalnız dənizçilik pasportunun vaxtı bitmişdir. Bundan sonra özü də dənizçilik sertifikatının vaxtının artırılması üçün ünvan 2 ünvanında yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, Toğrul onun kimi işçilərin onlara lazım olduğunu bildirərək ona dənizçilik sertifikatının vaxtının uzadılması üçün 430 manat pul istəmişdir. Toğrulun görünüşü həmin vaxt fərqli olmuşdur. Belə ki, Toğrulun saç düzümü fərqli və saqqalı olmuşdur. Toğrul ona pulu göndərmək üçün kart nömrəsi vermiş, həmin günü yəni, xx.xx.2023-cü il tarixdə onun kart hesabına 430 manat pul göndərmişdir. Toğrul ona vəd vermişdir ki, 15-20 gün ərzində iş həllini tapacaqdır. Lakin müəyyən müddət keçdikdən sora Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıbdır və buna görə də onun barəsində ərizə vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs24 ona vurulmuş ziyanın ödənilmədiyini, qardaşı şəhid olmaqla şəhid ailəsi olduğunu, məhkəmə dövründə də Təqsirləndirilən şəxs və tanışlarının onu aldatmağa çalışdıqlarını, Təqsirləndirilən şəxs ona zəng edərək şikayətini geri götürməsini və vurulmuş ziyanın yarısının ödəniləcəyini təklif etmişlər, o isə həmin təklifdən bütün ziyanın ödənilməsi tələbi ilə imtina etdiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
74. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin yay aylarında sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış, Təranə adlı xanım onu ofisə dəvət etmişdir. Ofisdə ona hansı işlə maraqlandığı soruşulmuş, o isə işsiz olduğundan hər işdə işləyə biləcəyini bildirmişdir. Daha sonra ondan tələb edilən müəyyən sənədləri toplayıb Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmiş, orada işləyən Ülviyyə xanımla görüşmüşdür. Orada ona yüksək maaşlı fəhlə işi təklif edilmiş, bunun üçün 430 manat rüsum ödənilməli olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 4169 7385 0304 8369 nömrəli kart hesabına 430 manat pul göndərmişdir. Onlar bir qədər gözləməli olduğunu bildirmiş, lakin sonradan başa düşmüşdür ki, aldadılmışdır.
75. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs92 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra həmin günü Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmçinin qohumu Bəhruz da belə bir işin olması barədə ona bildirmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona platformada mühafizə işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 330 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə həmin ofisdə işçi Nigar xanıma 330 manat pul ödəmişdir. Həmin vaxt Toğrulun görünüşü fərqli olmuş, saç düzümü fərqli olmaqla saqqallı olmuşdur. O, ofisdə olduğu müddətdə orada çoxlu sayda iş axtaranların olmasını görüb işin real olmasına inanmışdır. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs92 ona vurulmuş ziyanın ödənilmədiyini, övladının sağlamlıq imkanlarının məhdud olması ilə əlaqədar ona vurulmuş ziyan ödənilmədiyi üçün müalicə etdirə bilmədiyini, ondan tələb olunan pulu vermək üçün başqa bir şəxsdən götürdüyü borcunu qaytara bilmədiyini, həmin vaxt ona 700 manat əmək haqqısı olan iş təklifi gəldiyini, lakin Təqsirləndirilən şəxs ona daha yüksək maaşlı işə düzəldəcəyi vədinə inanaraq həmin iş təklifindən imtina etdiyini, nəticədə hazırda da işsiz olduğunu, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
76. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs62 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş və 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Ofisdə Təqsirləndirilən şəxs ona platformada qaynaqçı işinə aylıq 1200 manat civarında maaş alacağına vəd verib bu adla ondan dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 350 manat pul istəmişdir. Toğrulla razılaşmış və xx.xx.2022-ci il tarixdə Toğrula 250 manat nağd şəkildə pul vermiş, 100 manat isə onun verdiyi karta ödəniş etmişdir. Onun aldanmasına həmçinin ofisdə işləmiş Nigarın atası ilə tanışlığı olması da səbəb olmuşdur. Belə ki, Nigarın da həmin ofisdə işləməsinə görə aldadılcağını düşünməmişdir. Həmin vaxt qaynaqçı kimi işləməsinə baxmayaraq, ona təklif edilən işdə yüksək maaş olduğundan razılaşmış və 350 maant Təqsirləndirilən şəxs şəxsən verməklə və kartına köçürməklə ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır.
77. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs85 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş və 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona platformada operator vəzifəsinə işə qəbul edəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmişdir. Sonra qardaşını, bacısının həyat yoldaşını, qaynını da işə düzəltmək üçün Toğrul ümumilikdə 1200 manat pul istəmişdir. Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə nağd şəkildə 400 manat pulu Toğrula ofisdə şəxsən vermiş, 500 manat isə “Birbank” vasitəsi ilə kartına göndərmiş, qalan 600 manat məbləği isə hissə-hissə olmaqla Nigar adlı şəxsin kartına “online” olaraq göndərmişdir. Sonradan anlamışdır ki, Toğrul ona və yüzlərlə insana yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır.
78. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, həmin elan onun diqqətini cəlb etdiyi üçün elanda qeyd edilən nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə görüşmüş, Toğrul ona dənizdə və quruda yüksək maaşlı işə qəbul etməyi, gəmidə elektrik işinə qəbul etdirəcəyini, əmək haqqısının 2000-2200 manat civarında olacağını vəd vermişdir. O, Dəniz Akademiyasını bitirdiyindən həmin təklif ona cəlbedici gəlmişdir. Lakin işçi diplomu, dənizçilik pasportu və sertifikatının müddəti bitdiyindən Toğrulun həmin sənədlərin yenidən əldə edilməsinə və onu işə düzəldəcəyinə inanmışdır. Toğrulun təklifi ilə razılaşdığı üçün ofisdə xx.xx.2023-cü il tarixdə Toğrulun özünə 430 manat pul vermişdir. Sonra Pirallahı rayon xəstəxanasında tibbi yoxlamadan keçmiş və tibbi arayışı ofisdə Toğrula vermişdir. Pulun qarşılığında ona dənizdə işləmək üçün dənizçi pasportu verilməli idi. Hadisə nəticəsində ona cəmi 430 manat məbləğində maddi ziyan vurulmuşdur.
79. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs58 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında sosial şəbəkədə “Tap.az” saytında "xxxx" (Arif Kalkavan oğurlları) şirkətində işə qəbul elanı görmüş, həmin saytda yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxlamış, sonra şirkətin yerləşdiyi Bakı şəhəri 4-cü MKR, “Yeganə” şadlıq sarayının arxasında yerləşən hündürmərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Ofisdə ilkin olaraq Nigar adlı xanımla söhbət etmiş, sonuncu ona bildirmişdir ki, ofisin müdiri Toğrul adlı şəxsdir. Bundan sonra işə düzəlmək üçün müəyyən sənədləri və 650 manat pulu ofisdə Nigar xanıma vermiş, həmin pulun müqabilində gəmidə anbarda fəhlə işinə düzəlməli idi. Lakin vəd olunan tarixlərdə işə düzəlmədiyi üçün ofisə getmiş, Toğrul adlı şəxsi tapa bilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs58 ona vurulmuş ziyanın ödənilmədiyini, işə düzəlmə adı ilə yollara əlavə olaraq 200 manat da xərcinin çıxdığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanunamüvafiq qaydada ona cəza təyin edilməsini xahiş etdi.
80. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs59 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin yay aylarında tanışlarından eşitmişdir ki, Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisi var, həmin şirkətin ofisinə gedib müraciət etməklə işə qəbul edirlər. Bu məqsədlə həmin şirkətin ofisinə getmiş, orada onu Toğrul adlı şəxs qəbul etmiş, sonuncu şirkətin direktoru olduğunu bildirmişdir. Ofisdə işləyən Nigarın atası ilə tanış olduğundan, sonuncunun tanışlığı ilə həmin ofisə müraciət etmişdir. Həmin zaman Toğrul adlı şəxs onu gəmidə qaynaqçı işinə qəbul edəcəyini, hər ay 1800 manat maaş alacağını bildirmişdir. Bunun üçün Toğrul ondan 350 manat pul istəmiş, özü də həmin vaxt orada Təqsirləndirilən şəxs 350 manat pul vermişdir. Həmçinin atasının işləməsi üçün onun əvəzindən də 350 manat Toğrula ödəmişdir. Atası Zərərçəkmiş şəxs71 5 iyul 2025-ci il tarixdə vəfat etmişdir. O da bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
81. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs110 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin iyun ayının sonlarında əmisi oğlu Zərərçəkmiş şəxs116 telefonla onunla əlaqə saxlayıb bildirmişdir ki, “Tap.az” saytında "xxxx" MMC-yə işçi tələb olunduğu elanını görüb həmin şirkətin ofisinə getmiş və həqiqətən də işçi tələb olunmasını müəyyən etmişdir. Bu məqsədlə həmin şirkətdə işə düzəlmək üçün Nigar adlı xanımın kart hesabına xx.xx.2022-ci il tarixdə 800 manat pul köçürtdürmüşdür. Zərərçəkmiş şəxs116 də işə düzəlmək üçün pul köçürmüşdür. Elnurla ona cəmi 2500 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs ofisdə onlara Turqut kimi təqdim etmişlər. O, pulu əmisi oğlu Zərərçəkmiş şəxs116 vermiş, sonuncu isə həmin pulu ödəmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin ofisə getdikdə ofisin bağlı olduğunu, eyni zamanda qarşısında onun kimi xeyli şəxslərin olduğunu görmüş, həmin zaman onlara məlum olmuşdur ki, aldadılaraq pulları ələ keçirilmişdir.
82. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs95 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə elektrik işinə düzəldəcəyinə, aylıq 1600 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə Toğrulun kart hesabına 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
83. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs32 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və gəmidə mühafizə işinə düzəlməyi təklif etmişdir. Bunun üçün də 360 manat rüsum ödəniş və müəyyən sənədləri verməli idi. Həmin zaman orada Toğrula 360 manat pul vermiş, Toğrul təxminən 15-20 gün ərzində işə çıxacağını bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sora Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
84. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs87 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra həmin günü Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada işçi Ülviyyə xanım iş barədə məlumat vermiş, bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən həmin ofisə gedib dənizçi sertifikatı və pasportu almaq üçün 430 manat pulu şəxsən Təqsirləndirilən şəxs ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır.
85. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs108 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, bundan sonra elanda yerləşdirilən nömrəyə zəng etmiş, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ofisə getmişdir. Orada Təqsirləndirilən şəxsla görüşüb danışmış, sonuncu onu neft şirkətində mühafizəçi işinə düzəldəcəyinə vəd vermiş və bunun üçün 1415 manat pul tələb etmişdir. xx.xx.2023-cü il tarixdə Toğrul tərəfindən ona verilən kart hesabına 1415 manat pul köçürmüşdür. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu və digər xeyli şəxsləri aldatmışdır.
86. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs52 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tanımışdır. Belə ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada Toğrul onu 350 manat pulun müqabilində mühafizəçi işinə düzəldəcəyinə, hər ay 800 manat maaş alacağına dair vəd vermiş, həmin vaxt ona inanıb orada Toğrula 350 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
87. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs113 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tanımışdır. Belə ki, Toğrul onu işə götürmək üçün dəvət etmiş, ona aylıq 800 manat maaş verəcəyini demişdir. Toğrul Türkiyənin “Alkoc Group” şirkətinin Bakı layihəsini təşkil edib işçilər yığmalı idi. Özü isə gələn zəngləri cavablandırmalı idi. Həmin işçilərə dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli idi. Sertifikata görə 330 manat, pasporta görə isə 100 manat ödəniş olunurdu. Sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş edirdi. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmışdır. Toğrul ona sertifikat verilməsi üçün 330 manat pul almışdır. Ofisdə iki ay işləmişdir. Sonradan anlamışdır ki, Toğrul onu və digər şəxsləri aldatmışdır. Təqsirləndirilən şəxs ona 600 manata yaxın ziyan vurmuşdur. Həmin ziyanın ödənilməsini tələb edir.
88. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs107 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, bundan sonra ünvan 2 ünvanında yerləşən ofisə getmişdir. Orada işçi Ülviyyə xanıma sertifikat almaq üçün 330 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır.
89. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs117 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, bundan sonra Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada işçi Ülviyyə xanıma sertifikat almaq üçün 330 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs117 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi.
90. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs78 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin iyun ayında iş axtarmaq üçün internetdə “tap.az” saytında iş elanlarına baxan zaman qarşısına çıxan bir iş elanı diqqətini cəlb etmiş, həmin iş elanında qeyd olunmuş Günəş adlı qızın ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, lakin Təqsirləndirilən şəxs adlı şəxs zəngə cavab vermiş və özünü özəl bağça müdiri olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs ona Xırdalan şəhərində bağça müəlliməsi vəzifəsinə düzəltməyə söz vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onu Xırdalanda yerləşən AAF park yaşayış kompleksindək, ofisinə dəvət etmiş, bundan sonra AAF park yaşayış kompleksində yerləşən ofisə gedərək anket məlumatlarını (CV) Toğrula verdmişir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhəri Səbail rayonunda yerləşən ofisinə dəvət etmiş, ona müsabiqədən keçdiyini bildirmişdir. Həmçinin Toğrul ondan sağlamlıq arayışı və müəyyən sənədlər, eləcə də, həmin işə düzəldəcəyi ilə bağlı 1800 manat məbləğində pul istəmişdir. Toğrulla razılaşmış və 13 iyul 2022-ci il tarixdə lazımı sənədləri Əcəmi metrostansiyasının yaxınlığında Toğrulun başqa ofisində özünə vermiş, əlavə olaraq da 1000 manat pulu nağd şəkildə vermişdir. Orada Toğrul əmək müqaviləsi imzalamış, qalan 800 manatı isə ona bir neçə günə verəcəyini bildirmişdir. Daha sonra 15 iyul 2022-ci il tarixdə 800 manatı iki dəfəyə, ilkin olaraq 700 manat, sonra 100 manat olmaqla, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində Vətən küçəsində yerləşən “Davud” marketdən ödəmə terminalı vasitəsi ilə Toğrulun bank hesab kartına göndərmişdir. Toğrul onunla əlaqə saxlamış, pulu aldığını bildirmiş və bir neçə günə Xırdalan şəhərində özəl bağçada müəllimə kimi işə başlayacağını demişdir. Müəyyən vaxtın gəlib çatdığına, hətta keçdiyinə baxmayaraq Toğruldan heç bir xəbər olmamış, bundan sonra aldadıldığını başa düşmüş və bu barədə 102-xidmətinə zəng edərək şikayət etmişdir. 28.02.204-cü il tarixdə ailə qurduğuna görə soyadını Tağıyeva soyadı ilə dəyişdirmişdir.
91. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs115 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 2023-cü ilin avqust ayının 4-də “Tik-Tok” sosial şəbəkəsində iş elanı görmüşdür. Həmin elanda ”Alkoç” adlı şirkətə dənzçilik və gəmidə mühafizə işinə düzəlmək üçün elan olan nömrəyə zəng etmiş, orada Nigar adlı xanım onun ofisə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsində 20 A ünvanında yerləşən ofisə getmiş, ofisdə Ülviyyə adlı xanımla danışmış, ona "xxxx" vermiş, sorğu-sual edildikdən sonra ona dənizçilik serifikatının alınmasının vacibliyi bildirilmişdir. Sonra Toğrul adlı şəxslə görüşmüş, sonuncu ona 330 manat pulun kartına köçürülməsini, sənədlərin qızlara verilməsini demişdir. 12 avqust 2023-cü il tarixdə Gəncə şəhərindən Toğrulun kart hesab hesabına 300 manat, 14 avqust 2023-cü il tarixdə isə 30 manat məbləğində pul köçürmüşdür. Toğrul onu mühafizəçi işinə düzəldəcəyini vəd verib pulunu ələ keçirmişdir.
92. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada Toğrulla görüşmüş, sonuncu ona dənizdə mühafizə işinə qəbul etməyi vəd vermiş və bunun üçün 430 manat pul istəmişdir. Toğrulla razılaşıb xx.xx.2023-cü il tarixdə ofisdə Toğrulun verdiyi kart nömrəsinə 430 manat pul ödəmişdir. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hamını aldatmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək məhkəmədən ona ən ağır cəza verilməsini xahiş etdi.
93. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs86 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra həmin günü Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə matros işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə həmin ofisdə sonuncuya 200 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
94. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 15 avqust 2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində iş elanını görmüş, həmin elanda ”Alkoç” adlı şirkətə dənizçilik və quruda fəhlə işinə düzəlmək üçün elan olan nömrəyə zəng etmiş və 01 sentyabr 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən ofisə getmişdir. Orada işçi olan Ülviyyə xanım iş haqqında ona məlumat vermiş, bundan sonra 13 sentyabr 2023-cü il tarixdə ofisə gedib 430 manat məbləğində pulu ödəmişdir. Toğrulun şəxsən özü ilə söhbət edərək iş haqqında məlumat almış, razılıq verdikdən sonra Toğrul ona tələb olunan pulu ofisdə olan qızların ona bildirəcəyi kart hesabına ödəməyi bildirmişdir. Həmin pulu sertifikat və dənizçi pasportu almaq üçün vermişdir. Həmin zaman orada başqa çox sayda insanların olduğunu görmüş, həmin şəxslər Səngəçal terminalının yanında gəmidə işə başlamalı idilər. Lakin Toğrul adlı şəxs onlara qarşı dələduzluq edərək pullarını ələ keçirmişdir.
95. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra Gözəl adlı tanışının vasitəsilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu onu gəmidə mühafizəçi işinə düzəldiləcəyini, aylıq 1400 manat maaş alacağını bildirilmişdir. xx.xx.2023-cü il tarixdə isə Toğrulun istəyi ilə Ülviyyə xanıma dənizçi sertifikatı və pasportu almaq üçün 430 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, Toğrul digər şəxslər kimi onu da aldatmışdır. Qohumu S.Baxşıyevin əvəzinə də tələb olunan pulu özü vermişdir.
96. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs44 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, həmin elanda olan nömrəyə zəng etmiş və 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsindəki hündür mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisə getmişdir. Təqsirləndirilən şəxs ona gəmidə boru quraşdırıcı işinə aylıq 1300 manat civarında maaşlı işə düzəldəcəyinə vəd verib bu adla ondan dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 297 manat pul istəmişdir. Toğrulla razılaşmış və xx.xx.2022-ci ildə 297 manat pulu nağd şəkildə şəxsən Toğrula həmin ofisdə vermişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu və digər xeyli şəxsləri aldatmışdır.
97. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. 2023-cü ilin sentyabr ayında ünvan 2 ünvanında yerləşən ofisə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və gəmidə operator işinə düzəlməyi təklif etmişdir. Bunun üçün də 360 manat rüsum ödəniş və müyyən sənədləri verməli idi. Müəyyən sənədləri həmin ofisdə Təqsirləndirilən şəxs vermiş, pulu göndərmək üçün onun kart hesab nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə Toğrulun kart hesabına Saray qəsəbəsində Araz marketdəki “milliön” ödəmə terminalı vasitəsilə 360 manat pul göndərmişdir. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, sonuncu onu aldatmışdır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır.
98. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs116 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2022-ci ilin may ayının sonlarında “Tap.az” saytında "xxxx" MMC-yə aşbaz, çilingər, menecer, mexanik, elektrik, mühafizəçi və s. peşələr üzrə müvafiq vakansiyalara işçi tələb olunduğu elanını görmüş, həmin elanda olan nömrə ilə əlaqə saxlamış, özünü Ayan kimi təqdim edən şəxs onu Nigar adlı xanıma yönləndirmişdir. Nigar xanım aşbaz kimi işə götürmək üçün dənizçi pasportu və digər sənədlərin lazım olduğunu demiş, tələb olunan pul müqabilində həmin sənədləri onlayn qaydada verə biləcəklərini bildirmişdir. Nigar xanım 10 gün müddətində hazırlanması üçün sertifikat almaq məqsədilə 300 manat, pasport üçün isə 300 manat lazım olduğunu demişdir. Səhəri günü qardaşı Coşqunun vasitəsilə həmin şirkətin Bakı şəhəri, 4-cü MKR, “Yeganə” şadlıq sarayının arxasında yerləşən ofisinə qardaşı Coşqun vasitəsilə 300 manat pul göndərmiş, 10 gün sonra isə özü həmin ofisə gedib Nigar xanımla və Toğrul adlı şəxslə şəxsən görüşmüşdür. Toğrul adlı şəxs sertifikat üçün də 300 manat pul istədiyi üçün orada onun kart hesabına 300 manat pul göndərmişdir. Təxminən bir həftə sonra isə qardaşı Coşqunun həmin şirkətdə anbardar kimi işə düzəlməsi üçün 300 manat Nigarın kart hesabına pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə həmin ofisə getdikdə ofisin bağlı olduğunu, eyni zamanda qarşısında onun kimi xeyli şəxslərin olduğunu görmüş, həmin zaman onlara məlum olmuşdur ki, aldadılaraq pulları ələ keçirilmişdir. Hadisə nəticəsində ona 900 manat maddi ziyan dəymişdir.
99. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ona platformada 1000 manat maaşlı elektrik işinə düzəltməyi təklif etmiş, dənizçilik sertifikatı və pasportu almaq üçün 330 manat pul istəmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Toğrulun kart hesabına 330 manat pul göndərmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Toğrul onu və digər şəxsləri aldatmışdır.
100. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs46 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin sentyabr ayının sonlarında “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona gəmidə yükləyici işinə düzəlməyi təklif etmiş, dənizçilik sertifikatı və pasportu almaq üçün xx.xx.2023-cü il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs kart hesabına 430 manat pul köçürmüşdür. Lakin sonradan ona məlum olmuşdur ki, Toğrul onu aldatmışdır. Ona görə də, Toğrulun barəsində şikayət etmişdir.
101. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs109 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə və quruda boru-montajçı işinə düzəldəcəyinə, aylıq 1500 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə Toğrulun kart hesabına 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
102. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs55 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 ünvanda yerləşən ofisə getmişdir. Orada işçi Ülviyyə xanım iş haqqında məlumat vermiş, xx.xx.2023-cü il tarixdə isə sertifikat və dənizçi pasportu almaq üçün ofisdə 430 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır.
103. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs76 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədəki “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, elanda qeyd edilən nömrə ilə əlaqə saxlamış, sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada ona dənizdə və quruda yüksək maaşlı işə qəbul ediləcəyi vədi verilmiş, bunun müqabilində ofisdə xx.xx.2023-cü il tarixdə Ülviyyə xanıma 430 manat məbləğində pul vermişdir. Pulun qarşılığında ona dənizdə işləmək üçün pasport və sertifikat verilməli idi. xx.xx.2023-cü il tarixdə ona sertifikat və pasport verilməli olunduğu vədi verilsə də, özünü saxta “Alkoc Group” şirkətinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulu ələ keçirilmişdir.
104. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs90 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətində işə qəbul elanı görmüş, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən həmin şirkətin ofisinə getmişdir. Bundan sonra orada ona yüksək maaşlı mühafizə işinə düzəlməyi təklif edilmişdir. Bunun üçün 430 manat ödəniş və müəyyən sənədləri verməli idi. Dənizçilik sertifikatı almaq üçün müəyyən sənədləri toplayıb ofisə getmiş və 430 manat pulla birlikdə həmin ofisdə işləyən Ülviyyə xanıma vermişdir.
105. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs60 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, tanışının vasitəsilə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda olan nömrə ilə əlaqə saxlamış və tanışı Gözəl xanım vasitəsilə həmin şirkətə getmişdir. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 ünvanda yerləşən ofisdə görüşmüşdür. Orada Toğrul ona gəmidə mühafizəçi işinə qəbul edəcəyini, 1400 manat maaş veriləcəyini, dənizdə işləmək üçün isə dənizçi sertifikatı lazım olduğunu və bunun üçün 430 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Toğrulun kart hesabına 430 manat pul göndərmiş, sonradan məlum olmuşdur ki, Toğrul digər şəxslər kimi onu da aldatmışdır.
106. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs49 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Bacısı Arzu "Tik-tok" sosial şəbəkəsindəki elanı görüb iş üçün qəbula qeydiyyata girdiyi üçün onu da işə dəvət etmişdir. Birinci dəfə ofisə sənədlərini gətirib vermiş, həmin vaxt Turqut ləqəbli, sonradan həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs telefonla danışmış, sonuncu onu 800 manat maaşla işə operator kimi qəbul etmişdir. Toğrul Türkiyənin "Alkoc Group" şirkətinin Bakı lahiyəsini təşkil edib işçilər yığmalı, bu işlə kim quruda işləyəcəksə onlara həm sertifikat və dənizçi pasportu verilməli idi. Həmin sertifikat üçün 330 manat, pasport üçün isə 100 manat rüsum ödənilməli idi. Sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş etməli idi. Bundan sonra həmin ofisdə Toğrulun katibəsi işləmiş, Ayşən adlı şəxs sertifikat üçün pulun ödənilməsini istəmiş, xx.xx.2023-cü il tarixdə bacısı Arzuya 330 manat pulu vermişdir ki, ofisdə sertifikat üçün ödəsin. Bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmış, xx.xx.2023-cü il tarixdə həmin şəxslərə sertifikatlar verilməli, onlar işə başlamalı idi. Lakin Toğrul onu və digər şəxsləri aldadıb pullarını ələ keçirmişdir.
107. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs49 ifadəsinə əlavə edərək göstərdi ki, ondan əvvəl də ofisdə qızlar işləmişdir. Toğrul “Caspian Plaza”da ofis götürüb işçiləri oraya toplayacağını bildirmişdir. Ofisdə işlədiyi müddətdə o, yalnız zənglərə cavab vermiş, hər hansı şəxsdən pul almamışdır. Pul ödəyən şəxslər zəng edib sertifikatın nə vaxt veriləcəyi ilə maraqlanmış, o isə Toğrulun bildirdiyi qaydada həmin zənglərə cavab vermişdir. O da işə qəbul olarkən sertifikat üçün pul vermişdir. Çünki Təqsirləndirilən şəxs sertifikatı olmayan şəxsi işə götürməyin mümkün olmadığını bildirmişdir. Toğrulun deməsinə görə pul verən şəxslər həm quruda, həm dənizdə çalışacaqdı. O, Toğrulun ofisində iki ay işləmiş, lakin maaş almamışdır. Guya hər ay 800 manat maaş almalı idi. 1-ci ay 500 manat maaş alsa da, sonrakı aylarda maaş almamışdır. Bütün alınan və xərclənən pullar Üvliyyənin dəftərində qeyd edilirdi. O özü də üçün sertifikat almaq üçün 330 manat pul vermişdir. Dənizdə işləyəcək olanlardan sertifikat üçün 330 manat, quruda işləyəcək olanlardan isə 400 manat tələb edilirdi. O, şəxsən hər hansı şəxsdən pul almamışdır. Nağd pul verən şəxsləri Ülviyyə dəftərə qeyd edirdi, kim Toğrulun bank kartına pul göndərirdisə “Vhatsap” vasitəsilə qəbzi onlara göndərmişdir. Toğrul müraciət edən şəxslərə bir ay ərzində işə başlayacaqlarını bildirirdi. Ofisdə pul alınması Toğrul tərəfindən Ülviyyəyə tapşırılmışdı. Kimdən nə qədər pul alınacağını Toğrul müəyyənləşdirirdi. Belə ki, Toğrul sertifikatın qiymətini onlara bildirərək ofisə gələn və zəng edən şəxslərə həmin məbləğləri demələrini bildirmişdir. Ofisdə işlədiyi iki ay ərzində kiminsə işə düzəlməsinin şahidi olmamışdır.
108. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Toğrul onu işə götürmək üçün dəvət etmiş və 800 manat maaşla işə qəbul edəcəyini, Türkiyənin “Alkoc Group” şirkətinin Bakı lahiyəsini təşkil edib işçilər yığmalı olduğunu bildirmişdir. Özü isə işçiləri qəbul edib seçməli, dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli, sertifikata görə 330 manat, 100 manat isə pasporta görə ödəniş edilməli idi. Sertifikatı olub pasportu olmayanlar isə 150 manat ödəniş etməli idilər. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxslərə sertifikatlar verilməli, onlar Səngəçal terminalının yanında gəmidə işə başlamalı idilər. Həmin şəxslərin bəziləri pulu Toğrulun öz hesabına göndərmiş, bəziləri isə ofisdə ödəniş etmişlər. Toğrul ona da sertifikat verməli olduğunu bildirmiş və keçən ayın maaşından 330 manat pul çıxdığını demişdir. O, Toğruldan sənədlərin, sertifikatların nə zaman hazır olacağını soruşduqda Toğrul son zamanlar müxtəlif bəhanələr gətirərək sertifikat və dənizçilik pasportlarını gətirmədiyini bildirmişdir. Toğrul Qala qəsəbəsində əməkdaşlıq etdiyi kursdan sertifikatları alıb verəcəyini demişdir. Toğrulun onlara qarşı dələduzluq etdiyini anlamış və bu səbəbdən ondan polisə şikayət etmişlər. Bildiyinə görə ümumilikdə 181 nəfərdən təxminən 66.780 manat pul alınmış, həmin pulun isə 3440 manatı 9 nəfər vətəndaşa qaytarılmışdır.
109. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs16 ifadəsinə əlavə edərək göstərdi ki, ona əvvəlcə Aytac adlı şəxs zəng etmiş, daha sonra Təranə zəng edərək ofisə dəvət etmişdir. Ofisə getdikdə orada Ülviyyə, Aygün, Ayşən və Təranə adlı qızların işlədiyini görmüşdür. İşlədiyi müddətdə ofisdə hətta keçmiş polis əməkdaşlarının da işə qəbul olunmaq üçün gəldiklərinin şahidi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla görüşmüşdür. İki gün sonra Ayşən ona zəng edərək onu ofisdə işə başlayacağını, işlə bağlı müraciət edənlərə iş barədə məlumat verib sənədlərini toplayacaqlarını bildirmişdir. O, işləməyə razılıq vermiş, bir ay işlədikdən sonra ofisdə işləyən qızlar üçün də sertifikat üçün pul verilməli olduğu bildirilmiş, onlar isə pulları olmadığına görə Toğrul onlara verilməli maaşdan tutulacağını bildirmişdir. O guya həmin şirkətdə köməkçi işləyəcəkdi. Lakin işlədiyi dövrdə hər hansı əmək haqqı almamışdır. Ofisdə işlədiyi müddətdə çoxsaylı şəxslərin Təqsirləndirilən şəxs plastik bank kartına pul köçürmələri, eləcə də nağd formada Ülviyyəyə və şəxsən Təqsirləndirilən şəxs vermələrini, Ülviyyənin isə bu barədə orada olan dəftərdə qeydiyyat apardığının şahidi olmuşdur. Ülviyyəyə verilən bütün pulları Təqsirləndirilən şəxs sonradan ondan almışdır. Xatırladığına görə bir neçə nəfər zəng edib sənədi ilə maraqlananda Ülviyyə pulun kimə verilməsi ilə maraqlandıqda, həmin şəxslər pul vəsaitlərini şəxsən Təqsirləndirilən şəxs özünə vermələrini bildirmiş, sonuncu isə həmin halı təsdiq etmişdir. Ofisdə işləyən Xədicə adlı qadın nağd verilən pulları sonradan Toğrulun bank kartına köçürürdü. Toğrul ofisdə işləyən şəxslərə qarşı çox nəzakətli və mülayim davranmış, onun hərəkətlərindən hər hansı dələduzluq məqsədinin olmasını hiss etməmişlər. Toğrul tez-tez işə qəbulla bağlı zərərçəkmiş şəxslərlə iclaslar təşkil edirdi. Ülviyyə adətən nağd verilən pulları dəftərə qeyd edirdi. İfadəsinin sonunda Zərərçəkmiş şəxs16 ona 330 manat ziyan dəyməsinə baxmayaraq, həmin ziyanı tələb etmədiyini, hər hansı şikayət və ya tələbinin olmadığını bildirdi.
110. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs112 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, həmin elanla bağlı Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisə getmişdir. Belə ki, Toğrul onu işə qəbul etmək üçün dəvət etmiş, 1100 manat maaşla operator işinə qəbul edəcəyini bildirmişdir. Həmçinin Toğrul ona sertifikat üçün 400 manat ödəniş etməli olduğunu demiş, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisdə işləyən Ülviyyə xanıma 400 manat pul ödəmişdir. Lakin onun sertifikatı verilməmiş, sonradan aldadıldığını başa düşüb şikayət etmişdir.
111. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs119 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada işləyən Ülviyyə xanımla görüşmüş, sonuncu ondan müəyyən sənədləri istəmiş və həmin sənədləri topladıqdan sonra yenidən həmin ofisə getmişdir. Təqsirləndirilən şəxs ofisdə olmamış, Ülviyyə xanım ona Ələt- Səngəçal neft platformasında quraşdırıcı işini təklif etmiş, həmin işlə razı olmuş, xx.xx.2023-cü il tarixdə həmin ofisdə Ülviyyə xanıma dənizçilik sertifikatı və pasportu almaq üçün 430 manat pul vermişdir. O, sertifikat almaq üçün bir neçə yerə müraciət etmiş, lakin həmin sertifikatların mövcud olmadığını bildirmişlər. Lakin vəd verilən tarixdə ona heç bir sənəd verilmədiyi üçün aldadıldığını başa düşmüş və Ülviyyə xanımın göstərişi ilə bu barədə şikayət ərizəsi yazmışdır.
112. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. 2023-cü ilin sentyabr ayında ünvan 7 ünvanında yerləşən ofisə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və motarist köməkçisi işinə düzəlməyi təklif etmiş, bunun üçün də 400 manat rüsum ödəniş və müəyyən sənədləri verməli idi. Müəyyən sənədləri həmin ofisdə Təqsirləndirilən şəxs vermiş, 400 manat pulu isə Toğrulun göstərişi ilə orada işləyən Ülviyyə adlı qadına vermişdir. Toğrul ona vəd vermişdir ki, 15-20 gün ərzində iş həllini tapacaqdır. Ona birinci dəfə orada olan qızlar hərbi xidmətdə olmadığı üçün işə götürülməsinin mümkün olmadığını bildirmişlər, lakin Təqsirləndirilən şəxs onu qəbul edərək 400 manat ödəniş etdiyi halda ona köməklik edəcəyini bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, sonuncu onu aldatmışdır.
113. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs79 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə işə qəbul elanı görmüş və həmin nömrəyə zəng etmiş, həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündürmərtəbəli binanın 2-ci mərtəbəsindəki həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ona platformada mühafizə işinə düzəlməyi təklif etmiş, dənizçilik sertifikatı və pasportu almaq üçün 300 manat pul istəmişdir. xx.xx.2022-ci il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs şəxsən 100 manat pul vermiş, 200 manat isə səhəri günü həmin ofisdə olan Nigar xanımın ona verdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürmüşdür. Lakin sonuncu ona heç bir sənəd verməmiş və işə düzəltməmişdir. Sonradan ona məlum olmuşdur ki, Toğrul onu və digər şəxsləri aldatmışdır. Hadisə nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan vurulmuşdur.
114. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs81 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqaüddə olan polis zabiti olmaqla həmçinin müharibə veteranıdır. 2022-ci ilin iyun ayında tanışlarından eşitmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisinə gedib müraciətlə etməklə işə qəbul olunmaq olur. Bu məqsədlə qeyd olunan ünvanda ofisə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş və ona Səngəçalda yerləşən terminalda mühafizəçi işinə qəbul edəcəyini, hər ay 1200 manat maaş alacağını bildirmişdir. Həmin işə düzəlmək üçün sertifikat almağına görə Toğrul ondan 300 manat pul istəmiş, 300 manat pulu şəxsən Toğrula vermişdir. Toğrul ona bildirmişdir ki, təxminən 15-20 günə hazır olacaqdır və işə başlayacaqdır. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. Kürəkəni Zərərçəkmiş şəxs53 və qızı Günel Məmmədova da Toğrulun əməllərindən zərərçəkmişlər. O, Təqsirləndirilən şəxs yalan vədlərinə inanmış, sonuncu hətta Gəncədə polisdə işlədiyini bildirmişdir.
115. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs94 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, işsiz olduğundan fərdi qaydada taksi sürücülüyü ilə məşğul olmaqla ailəsini dolandırmışdır. O, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və gəmidə fəhlə işinə düzəlməyi təklif etmiş, bunun üçün də 430 manat rüsum ödəniş və müəyyən sənədləri verməsini istəmişdir. Müəyyən sənədləri həmin ofisdə Toğrula vermiş, həmçinin sonuncunun göstərişi ilə 430 manat pulu ofisdə Ülviyyə xanıma vermişdir. Toğrul ona 15-20 günə iclas keçiriləcəyini, daha sonra işə başlayacağını demiş, lakin müəyyən müddət keçdikdən sora Toğrul müxtəlif bəhanələr gətirdikdə anlamışdır ki, sonuncu onu aldatmışdır. Buna görə də, barəsində şikayət ərizəsi yazmışdır.
116. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Toğrul onu işə götürmək üçün dəvət etmiş, ona aylıq 800 manat maaş verəcəyini demişdir. Toğrul Türkiyənin “Alkoc Group” şirkətinin Bakı layihəsini təşkil edib işçilər yığmalı idi. Özü isə işçilərin ölçülərini götürüb uniformaları sifariş etməli idi. Həmin işçilərə dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli idi. Sertifikata görə 330 manat, pasporta görə isə 100 manat ödəniş olunurdu. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisdə işə başlamış, bu müddət ərzində 200 nəfərə yaxın şəxslərdən pullar alınmışdır. Toğrul ona sertifikat verilməsi üçün ondan 430 manat pul almışdır. Toğrul ona anbardar kimi işləyəcəyini bildirmişdir. Sonradan anlamışdır ki, Toğrul onu və digər şəxsləri aldatmışdır.
117. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs72 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra xx.xx.2023cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada Toğrulla görüşmüş, sonuncu ona dənizdə və quruda yüksək maaşlı işə qəbul etməyi vəd vermiş və bunun üçün 430 manat pul istəmişdir. Toğrulla razılaşıb həmin günü ofisdə işləyən Ülviyyə adlı xanıma 430 manat pul ödəmiş, dəftərdə qeyd aparılaraq bu barədə imzalamışdır. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir.
118. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs84 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində yüksək maaşlı işə qəbul elanı görüb övladı ilə həmin ofisə getmiş, orada bildirmişlər ki, övladını qaynaqçı işinə götürmək üçün 430 manat pul ödənilməlidir. xx.xx.2023-cü il tarixdə orada Ülviyyə xanıma 430 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, Toğrul adlı şəxs hamını aldatmışdır.
119. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs122 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, keçmiş hərbçidir. Xalası oğlunun vasitəsilə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda olan nömrə ilə əlaqə saxlamış və Nigar adlı xanım onu ofisə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə görüşmüşdür. Orada Toğrul ona bildirmişdir ki, platformada beton işinə qəbul edir, aylıq 1000 manat maaş alacaqdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə Toğrulun istəyi ilə həmin ofisdə Ülviyyə xanıma dənizçi sertifikatı almaq üçün 430 manat pul ödəmişdir. Sonradan ona qaynaqçı kimi işə götürüləcəyi bildirilmişdir. Sonradan məlum olmuşdur ki, Toğrul digər şəxslər kimi onu da aldatmışdır.
120. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs120 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada Toğrulla görüşmüş, sonuncu ona dənizdə və quruda işlə təmin edə biləcəyini, 1300 manat maaşla təmin edəcəyini bildirmiş, belə ki, gəmidə boyaçı işinə düzəldə biləcəyini və bunun üçün 330 manat pul lazım olduğunu demişdir. Toğrulla razılaşıb xx.xx.2023-cü il tarixdə Toğrulun verdiyi kart nömrəsinə 330 manat pul ödəmişdir. Pulun qarşlığında Toğrul ona dənizdə işləmək üçün dənizçi sertifikatı verməli idi. Sonradan xəbərlər proqramında görmüşdür ki, Toğrul dələduzluq etdiyinə görə həbs edilmişdir.
121. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs91 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, sonra elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış, xx.xx.2023-cü il tarixdə həmin şirkətin ofisinə müsahibəyə dəvət edilmiş və ora getmişdir. Təqsirləndirilən şəxs ofisdə onu qarşılamış, sonuncu onu operator vəzifəsinə işə düzəldəcəyinə vəd vermiş, əmək haqqını isə 800 manat demişdir. O, Nərimanov rayonundakı ofisdə işə başlamış, ofisə gələn işçilərlə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixədək əmək haqqısından Toğrul ona dənizçi sertifikatı vermək üçün 330 manat pul götürmüşdür. İki ay işləməyinə baxmayaraq, Toğrul ona cəmi 500 manat əmək haqqı vermiş, əmək haqqısından sonradan 330 manat götürmüşdür. Sonradan başa düşmüşdür ki, Toğrul digər şəxslər kimi onu da aldatmışdır. Orada işləyən Ülviyyə xanım isə bu barədə 18-ci PŞ-yə şikayət etməsini bildirmişdir.
122. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş digər şəxslərin məhkəmə iclasında dindirilməsi və iştiraklarının təmin edilməsi məhkəmə tərəfindən bütün mümkün tədbirlərin görülməsinə baxmayaraq mümkün olmamışdır. Həmin zərərçəkmiş şəxslərin məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində verdikləri ifadələri cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və onların məhkəmə istintaqı zamanı dindirilmiş yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərlə əsasən eyni məzmunlu ifadələr verməsi müəyyən edilmişdir.
123. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs111 ifadəsi sonuncunun ölkə hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs111 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında “Tik-tok” sosial şəbəkəsində “Alkoc Group” şirkətinin iş elanını görmüş, orada qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıqda adını bilmədiyi bir xanımla danışmış, həmin xanım onu ofisə dəvət etmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmiş, orada ona yüksək maaşlı boyaçı işi təklif edilmişdir. Həmin iş təklifi ilə razılaşmış, sonra ondan işə qəbul olunmaq üçün müəyyən sənədlərin surətləri və 430 manat rüsum pulu istənilmişdir. xx.xx.2023-cü il tarixdə həmin ofisə gedib 43 manat pulu və sənədlərin surətlərini adını bilmədiyi xanıma vermişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən 430 manat pulu ələ keçirilmişdir (Cild 1, i.v. 21-22;).
124. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs54 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs54 həmin ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdə “Tik-tok” sosial şəbəkəsində iş elanı görmüş, “Alkoç” adlı şirkətə dənizçilik və gəmidə mühafizə işinə düzəlmək üçün orada olan nömrə ilə əlaqə saxlamış və həmin günü Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. xx.xx.2023-cü il tarixdə isə işə düzəlmək üçün Toğrul adlı şəxsə həmin ofisdə 430 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Toğrul adlı şəxs onu aldadıb pulunu ələ keçirmişdir (Cild 1, i.v. 27-28;).
125. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs121 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs121 həmin ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin avqust ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində iş elanı görmüşdür. Həmin elanda ”Alkoç” adlı şirkətə dənizçilik və gəmidə mühafizə işinə düzəlmək üçün elan olan nömrəyə zəng etmiş, "xxxx"sini vermiş və 10 avqust 2023-cü il tarixdə özümə aid sənədləri Nərimanov rayonu İ.Hidayətzadə küçəsində 20 A ünvanında yerləşən ofisə gedərək təqdim etmişdir. 15 avqust 2023-cü il tarixdə dənizçi sertifikatı almaqdan ötrü və gəmidə birqadir işinə düzəltməyə görə ondan 330 manat məbləğində pul istənilmiş və həmin məbləği ofisdə işləyən şəxsə təqdim etmişdir. Bundan əlavə ofisə sağlamlıq arayışı, əmək kitabçası, hərbi biletinin surətini təqdim etmişdir (Cild 2, i.v. 25-26;).
126. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs114 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs114 həmin ifadəsində göstərmişdir ki, instaqram sosial şəbəkəsində “Alkoc Group” şirkətində işə qəbul elanı görmüşdür. Həmin iş elanı diqqətini cəlb etmiş, elanda qeyd edilən nömrə ilə əlaqə saxladıqda ofisə dəvət edilmişdir. Ofisdə onu Toğrul adlı şəxs quruda terminalların birində mühafizəçi işinə götürəcəyini bildirmiş, sənədləri-sağlamlıq haqqında arayış, məhkumluq haqqında arayış, şəhadətnaməsi, təhsil haqqında sənədin surətini toplayıb ofisə getmişdir. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisdə görüşmüş, Toğrul onu quruda yüksək maaşlı işə mühafizəçi işinə qəbul edəcəyini, aylıq maaşının 900 manat olacağını bildirmişdir. 28 avqust 2023-cü il tarixdə Gəncə şəhərindən Toğrulun bank hesab kartına 330 manat məbləğində pul köçürmüşdür. Sonra o, Toğrulun işlədiyi ofisə gedib işləmək üçün sertifikat verilməli olduğunu bildirmiş, lakin bu günə kimi sertifikat verilməmiş və Toğrul tərəfindən aldadılmışdır. Ofisə gedib pulunu geri tələb etmək istədikdə Ülviyyə xanım ona polisə getməsini və ərizə verməsini bildirmişdir (Cild 2, i.v. 181-182;).
127. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs124 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs124 həmin ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində iş elanının olması qohumu tərəfindən onun mobil telefonuna göndərilmiş, ”Alkoç” adlı şirkətə dənizçilik və quruda fəhlə işinə düzəlmək üçün elan olan nömrəyə zəng etmiş və 18 sentyabr 2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada işçi olan resepşin onu qarşılamış, Ülviyyə xanım iş haqqında ona məlumat vermişdir. Bundan sonra özünü ona şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs bank kartına 18 sentyabr 2023cü il tarixdə öz adına olan kartadan 430 manat pul köçürmüşdür. Həmin pulun müqabilində sertifikat və dənizçi pasportu üçün verilməli idi. Əlavə olaraq 21 sentyabr 2023-cü il tarixdə 40 manat pulu Abşeron rayon mərkəzi xəstəxanasında köçürərək sağlamlıq arayışı almış, bundan əlavə də 30 manat yol pulu xərcləmişdir (Cild 2, i.v. 188-189;).
128. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs69 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs69 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkədə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, sonra elanda qeyd edilən nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə ünvan 9 ünvanında yerləşən ofisdə görüşmüş, Toğrul ona dənizdə və quruda yüksək maaşlı işə qəbul etməyi vəd etmiş, onu gəmidə anbardar köməkçisi işinə qəbul etdirəcəyini, əmək haqqısının 1500-2000 manat civarında olacağını bildirmişdir. Toğrulla razılaşıb 24 sentyabr 2023-cü il tarixdə Toğrulun hesab kartına Qaradağ rayonu Sahil qəsəbəsində Araz supermarketin içərisində yerləşən “Emanat” ödəmə terminalından 330 manat pul göndərmişdir (Cild 1, i.v. 201-202;).
129. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs118 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs118 həmin ifadəsində göstərmişdir ki, “Alkoç Group” şirkətinin iş elanı reklamı ilə tanış olmuş, reklamda dənizçilik sertifikatı və pasportu almaq mümkün olduğu qeyd edilmişdi. xx.xx.2023-cü il tarixdə qeyd olunan şirkətin ofisinə yaxınlaşmış, Toğrul adlı şəxs onu qəbul edib “Alkoç Group” şirkətinin dənizdə növbə rəisi vəzifəsinə işə qəbul üçün dənizçilik sertifikatı və pasportu almaq lazım olduğunu, bunun üçün isə 330 manat rüsum ödənilməli olduğunu bildirmişdir. Həmin vaxt onunla razılaşıb Toğrula orada 330 manat pul vermişdir (Cild 5, i.v. 137-138;).
130. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs100 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs100 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkədə “Alkoc Group” şirkətinə işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqəş saxladıqda Nigar xanım onu ofisə dəvət etmişdir. Orada təsadüfən köhnə tanışı Ülviyyə xanımla görüşmüş, sonra həmin ofisdə, yəni Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda "xxxx" yazmışdır. Ülviyyə xanım ona dəftərxana işinə qəbul olunduğunu bildirmiş, həmçinin işə başlamaq üçün dənizçi sertifikatının olmasını, bunun üçün 330 manat pul ödəməli olduğunu qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə həmin ofisdə 330 manat pulu və müvafiq sənədləri Ülviyyə xanıma təqdim etmiş, sonuncu ona oktyabr ayının əvvəllərində işə başlayacağını demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şirkətin rəhbəri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs hamını aldatmışdır (Cild 5, i.v. 144-145;).
131. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs105 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs105 həmin ifadəsində göstərmişdir ki, dostunun vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Ülviyyə xanım onu ofisəş dəvət etmiş, müvafiq sənədlərini götürüb Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə gedib Ülviyyə xanımla görüşmüşdür. Ülviyyə xanım ona 330 manat pul verilməsini bildirmiş, belə ki, ona həmin pulun müqabilində dənizdə işləmək üçün sertifikat verilməli idi. Ona dənizdə metal konstruktor işinə düzəldilməsinə vəd verilmiş, xx.xx.2023-cü il tarixdə ofisdə olarkən Ülviyyə xanıma 330 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hamını aldatmışdır (Cild 5, i.v. 151-152;).
132. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X4 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və İ.M.Mamedov həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “AKO MMC” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrə ilə əlaqə saxlamış, daha sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsindəki hündür mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisə getmişdir. Orada Təqsirləndirilən şəxsla görüşüb danışmış, sonuncu ona gəmidə mühafizəçi işinə düzəltmək üçün 300 manat pul istəmişdir. xx.xx.2022-ci il tarixdə 300 manat pulu Toğrulun ona verdiyi kart hesabına göndərmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu və digər xeyli şəxsləri aldatmışdır (Cild 5, i.v. 185-186;).
133. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs47 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs47 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs tanımış, sosial şəbəkədəki elanı görüb oradan nömrəni götürüb əlaqə saxlamışdır. Toğrul onu ofisə dəvət etmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsindəki hündür mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ofisə getmiş, Toğrul onu dəniz limanında 1200 manat maaşlı operator işinə qəbul edəcəyinə vəd vermiş, sonra ona demişdir ki, dənizçi sertifikatı lazımdır. Sertifikata 330 manat görə ödəniş etməlidir. Bundan sonra sertifikata görə 4169 7385 0304 8369 nömrəli karta hesabına 300 manat pul göndərmişdir. Toğrul ona xx.xx.2022-ci ildə işə başlayacağını demişdir. Sonra dəfələrlə ona zəng edərək “sənəd hazırdırmı” deyə soruşduqda Toğrul müxtəlif bəhanələr gətirərək sertifikatın hazır olmadığını demişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır (Cild 5, i.v. 193-194;).
134. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs53 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs53 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs tanımışdır. Sosial şəbəkədəki elanı görüb ordan nömrəni götürüb əlaqə saxlamış, Toğrul onunla danışıb ofisə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Orada Toğrul onu gəmidə 1200 manat maaşlı mühafizə işinə qəbul edəcəyinə vermiş, həmçinin dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu lazım olduğunu, sertifikata 330 manat, 100 manat pasporta görə ödəniş edilməli olduğunu bildirmişdir. Bundan sonra ondan xahiş etmişdir ki, imkan varsa arvadı X13 da işə götürsün. Toğrul arvadını limanda terminalda operator işinə götürə biləcəyini və aylıq 1200 manat əmək haqqı verəcəyini bildirmişdir. Bundan sonra özünün və arvadının işə düzəlməsi məqsədi ilə xx.xx.2022-ci ildə həmin ofisə getmiş və Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır (Cild 5, i.v. 200-201;).
135. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs89 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs89 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində “AKO MMC” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb həmin elanda olan nömrə ilə əlaqə saxlamış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Təqsirləndirilən şəxs ona Səngəçal terminalında fəhlə işinə düzəldəcəyinə, bunun üçün də, dənizçilik sertifikatı və pasportu verəcəyini bildirmiş, həmin sənədlər üçün isə 300 manat pul istəmişdir. Toğrulla razılaşıb ona xx.xx.2022-ci il tarixdə 300 manat pul vermişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır (Cild 5, i.v. 207-208;).
136. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs93 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs93 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş və 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona platformada aşpaz köməkçisi işinə aylıq 1200 manat civarında maaş alacağnma vəd verib, ona dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 320 manat pul istəmişdir. Toğrulla razılaşmış, bundan sonra həmin ofisə gedib Toğrula 320 manat pul vermişdir. Sonradan anlamışdır ki, Toğrul ona və 50-60 nəfərə yalan vəd verib işə düzəltmək adı ilə pul almışdır (Cild 5, i.v. 228-229;).
137. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs30 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Tik-Tok sosial şəbəkəsində “Alkoç” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada işçi Ülviyyə xanım iş barədə məlumat vermiş, həmin ofisdə dənizçi sertifikatı və pasportu almaq üçün Ülviyyə xanıma 330 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır (Cild 6, i.v. 41-42;).
138. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs123 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs123 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Turqut kimi tanımışdır. Belə ki, “Tik-tok” sosial şəbəkəsində işə qəbul elanı görüb xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Toğrul adlı şəxs onu 900 manat maaşlı tibb bacısı kimi işə götürəcəyini bildirmiş, bunun üçün ondan 330 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə həmin ofisdə işləyən Arzu və Ülviyyə adlı işçilərə 330 manat pul vermişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır (Cild 6, i.v. 76-77;).
139. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs26 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tanımışdır. Belə ki, sosial şəbəkəsində “Alkoç” adlı şirkətə işə qəbul elanı görüb Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada işçi xanımlar iş haqqında məlumat vermiş, xx.xx.2023-cü il tarixdə sertifikat almaq üçün Təqsirləndirilən şəxs kart hesabına 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul adlı şəxs onu aldatmışdır (Cild 6, i.v. 98-99;).
140. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs102 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs102 həmin ifadəsində göstərmişdir ki,xx.xx.2022-cü il tarixdə “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra həmin günü Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona platformada elektrik köməkçisi işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə həmin ofisdə işçi Nigar xanıma 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 6, i.v. 168-169;).
141. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs65 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs65 həmin ifadəsində göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra həmin günü Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona platformada çilingər işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə həmin ofisdə sonuncuya 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 6, i.v. 182-183;).
142. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs40 həmin ifadəsində göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində "xxxx" MMC adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görüb elanda olan nömrəyə zəng etmiş, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində yerləşən hündür mərtəbəli binanın 2-ci mərtəbəsindəki ofisə getmişdir. Həmin ofisdə Təqsirləndirilən şəxs ona gəmidə elektrik köməkçisi işinə düzəldəcəyinə, aylıq 1200 manat civarında maaş alacağına vəd verib, dənizçilik sertifikatı, pasportu verəcəyi və sair kimi işlər üçün ümumilikdə 300 manat pul istəmiş, Toğrulla razılaşıb xx.xx.2022-ci il tarixdə orada işləyən Nigar adlı xanıma 300 manat pul ödəmişdir. Sonradan anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 6, i.v. 225-226;).
143. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs106 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs106 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda olan nömrə ilə əlaqə saxladıqdan sonra Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisə getmişdir. Orada Toğrulla görüşmüş, sənədləri sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs onu gəmidə içilingər işinə düzəldəcəyinə vəd vermiş və bunun üçün 430 manat pul istəmişdir. Pulun qarşılığında ona dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli idi. Toğrulla razılaşıb xx.xx.2023-cü il tarixdə Toğrulun verdiyi kart nömrəsinə 430 manat pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hamını aldatmışdır (Cild 7, i.v. 47-48;).
144. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs73 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs73 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda qeyd olunan səhifəyə mesaj yazmış və xx.xx.2023-cü il tarixdə həmin şirkətin Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən ofisinə getmişdir. Orada Turqut adlı şəxslə danışmış, sonuncu ona yüksək əmək haqqılı matros işinə düzəlməyi təklif etmişdir. Bunun üçün 430 manat ödəniş və müəyyən sənədləri verməli olduğunu bildirmişdir. Bundan sonra razılaşıb orada dənizçilik sertifikatı almaq üçün müəyyən sənədləri orada işləyən tanımadığı şəxsə, 430 manat pulu isə Turqut adlı şəxsə vermişdir. Onlar bir müddət gözləməli olduğunu demiş, lakin sonradan məlum olmuşdur ki, aldadılaraq pulu ələ keçirilmişdir (Cild 7, i.v. 177-178;).
145. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X8 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs4 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə yüksək maaşlı işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Bundan sonra orada ona gəmidə dəzgah operatoru işinə düzəldiləcəyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə ofisdə Təqsirləndirilən şəxs kart hesabına 430 manat pul ödəmişdir. Həmin pulun müqabilində ona dənizdə işləmək üçün dənizçi sertifikatı və pasportu verilməli idi. Sonradan məlum olmuşdur ki, Toğrul ona və digər şəxslərə qarşı dələduzluq etmişdir (Cild 7, i.v. 199-200;).
146. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs45 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs45 həmin ifadəsində göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində qoyulmuş elanla bağlı Aytac xanımla əlaqə saxlamış, sonuncu ona Nigar adlı xanımın nömrəsini vermişdir. Nigar xanım ona “Alkoc Group” adlı şirkətin yerləşdiyi ofisin konumunu atmış, bundan sonra Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisində görüşmüşdür. Toğrul ona Səngəçal terminalında kran operatoru işinə düzəldəcəyini vəd vermiş, xx.xx.2023-cü il tarixdə Toğrulun göstərişi ilə onun göndərdiyi kart hesabına 660 manat pul ödəmişdir. Həmin pulun müqabilində ona dənizçilik sertifikatı və pasportu verilməli idi, lakin hazırki vaxtadək ona sertifikat və pasport verilməmişdir. Bundan sonra aldadıldığını başa düşüb bu barədə şikayət etmişdir (Cild 7, i.v. 233-234;).
147. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs11 həmin ifadəsində göstərmişdir ki, dostunun vasitəsilə “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlamış və Təranə adlı xanım onu ofisə dəvət etmişdir. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisində görüşmüş, Toğrul ona gəmidə 1600 manat maaşlı qaynaqçı işinə götürməyi təklif etmişdir. xx.xx.2023-cü il tarixdə həmin ofisə gedib orada işləyən Ülviyyə xanıma dənizçilik sertifikatı almaq üçün 330 manat pul ödəmişdir. Lakin hazırki vaxtadək ona sertifikat verilmədiyi üçün aldadıldığını başa düşmüşdür (Cild 1, i.v. 247-248;).
148. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs97 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs97 həmin ifadəsində göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş, xx.xx.2023-cü il tarixdəş elanda qeyd olunan səhifəyə mesaj yazmış, daha sonra Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada onu tanımadığı şəxs qarşılamış və iş barəsində söhbətlər aparmışlar. Həmin şəxs ona 1200 manat maaşlı fəhlə işinə düzəltməyi təklif etmiş və bunun üçün 300 manat pul, həmçinin müəyyən sənədləri verməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə ofisə yenidən gedib dənizçilik sertifikatı almaq üçün 300 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin hazırkı vaxtadək ona sertifikat verilmədiyi üçün aldadıldığını başa düşmüşdür (Cild 8, i.v. 13-14;).
149. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs104 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs104 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında “Alkoc Group” adlı şirkətdə kadrlarda işləyən tanışı Ülviyyə xanımla görüşüb söhbət edərkən işsiz olduğunu bildirmiş, sonuncu isə ona işlədiyi şirkətə müraciət etməyini bildirmişdir. Bundan sonra həmin şirkətə gedib Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu onu gəmidə 1400 manat maaşlı mühafizəçi işinə düzəltməyi təklif etmişdir. Toğrul dənizçilik sertifikatı və pasportu almaq üçün 430 manat pul istəmişdir. Həmin pulu Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisində Ülviyyə xanıma vermişdir. Toğrul ona bildirmişdir ki, 15-20 gün ərzində iş həllini tapacaqdır. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və aldadıldığını başa düşmüşdür. Buna görə də, Toğrulun barəsində şikayət etmişdir (Cild 8, i.v. 21-22;).
150. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs103 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs103 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında “Alkoc Group” adlı şirkətdə kadrlarda işləyən tanışı Ülviyyə xanımla görüşüb söhbət edərkən işsiz olduğunu bildirmiş, sonuncu isə ona işlədiyi şirkətə müraciət etməyini bildirmişdir. Bundan sonra həmin şirkətə gedib Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu onu gəmidə 1400 manat maaşlı mühafizəçi işinə düzəltməyi təklif etmişdir. Toğrul dənizçilik sertifikatı və pasportu almaq üçün 330 manat pul istəmişdir. Həmin pulu Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisində Ülviyyə xanıma vermişdir. Toğrul ona bildirmişdir ki, 15-20 gün ərzində iş həllini tapacaqdır. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və aldadıldığını başa düşmüşdür. Buna görə də, Toğrulun barəsində şikayət etmişdir (Cild 8, i.v. 29-30;).
151. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs42 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs42 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 1-də “Tik-Tok” sosial şəbəkəsində “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş və həmin tarixdə Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona gəmidə motorist işinə düzəlməyi təklif etmiş, dənizçilik sertifikatı və pasportu almaq üçün xx.xx.2023-cü il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Lakin sonuncu ona heç bir sənəd verməmiş və işə düzəltməmişdir. Sonradan ona məlum olmuşdur ki, Toğrul onu aldatmışdır. Ona görə də, Toğrulun barəsində şikayət etmişdir (Cild 8, i.v. 96-97;).
152. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs70 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs70 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkədə “Alkoc Group” adlı şirkətə işə qəbul elanı görmüş və xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanda yerləşən həmin şirkətin ofisinə getmişdir. Dənizçilik sertifikatı almaq və gəmidə yüksək maaşlı mühafizəçi işinə qəbul olmaq üçün Toğrul ondan 430 manat pul istəmiş, həmin pulu həmin ofisdə adını bilmədiyi bir xanıma vermişdir (Cild 8, i.v. 125-126;).
153. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs36 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən ofisə getmişdir. Orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona dənizçilik sertifikatı, pasportu verməyi və gəmidə mühafizə işinə düzəlməyi təklif etmiş, bunun üçün də 500 manat rüsum ödəniş və müyyən sənədləri verməli idi. Həmin zaman orada Toğrula 500 manat pul vermiş, Toğrul təxminən 15-20 gün ərzində işə çıxacağını bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sora Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir. Buna görə də, barəsində şikayət ərizəsi yazmışdır (Cild 9, i.v. 18-20;).
154. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs67 ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs67 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında “Tap.az” internet səhifəsində dənizdə və platformada mühafizəçi iş elanı olmasını görmüşdür. Orada elanı yerləşdirmiş nömrə ilə əlaqə saxlayıb Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisinə getmişdir. Həmin ofisdə onu Təqsirləndirilən şəxs qəbul etmiş, ona Sanqaçalda yerləşən terminalda çilingər işinə qəbul edəcəyini, hər ay 1200 manat maaş alacağımı bildirmişdir. Həmin işə düzəlmək üçün sertifikat almağına görə 300 manat pul istəmiş, özü də 300 manat pulu Toğrula vermişdir. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 9, i.v. 139-141;).
155. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs68 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs68 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında “Tap.az” internet səhifəsində dənizdə və platformada mühafizəçi iş elanı olmasını görmüşdür. Orada elanı yerləşdirmiş nömrə ilə əlaqə saxlayıb Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisinə getmişdir. Həmin ofisdə onu Təqsirləndirilən şəxs qəbul etmiş, şirkətin rəhbəri olduğunu bildirmiş, ona Səngəçalda yerləşən neft borusunda boruçu işinə qəbul edəcəyini, hər ay 1500 manat maaş alacağımı bildirmişdir. Həmin işə düzəlmək üçün sertifikat almağına görə 300 manat pul istəmiş, özü də 300 manat pulu Toğrula vermişdir. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 9, i.v. 148-150;).
156. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs71 vəfat etməsi ilə əlaqədar onun ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs71 həmin ifadəsində göstərmişdir ki, dəqiq tarix yadında deyil, 2022-ci ilin yay aylarında Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisinə gedib iş üçün müraciət etmişdir. Orada onu Toğrul adlı şəxs qarşılamış, şirkətin rəhbəri olduğunu bildirmişdir.Toğrula iş üçün müraciət etdiyini bildirdikdə, sonuncu onu gəmidə mühafizəçi işinə düzəldə biləcəyini, bunun üçün sertifikat lazım olduğunu bildirmiş və sertifikatı almaq üçün ondan 350 manat pul istəmişdir. Özü də orada ona 350 manat pul vermişdir. Toğrul təxminən 15-20 günə işə başlayacağımı demiş, lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 9, i.v. 163-165;).
157. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs75 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs75 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında tanışlarından eşitmişdir ki, Bakı şəhəri Binəqədi rayonu “Yeganə” şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisi var, həmin şirkətin ofisinə gedib müraciət etməklə işə qəbul edirlər. Bu məqsədlə həmin şirkətin ofisinə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, sonuncu ona "xxxx" şirkətlər qrupunda dənizdə turba montajçı işinə qəbul edəcəyini, bunun üçün sertifikat almalı olduğunu bildirmişdir. Sertifikat almaq üçün 300 manat rüsum istəmiş, həmin vaxt orada Təqsirləndirilən şəxs 300 manat pul vermişdir. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 9, i.v. 177-179;).
158. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs77 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs77 həmin ifadəsində göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu alaraq gəmidə işə düzəlmək mümkün idi. Həmin elanla maraqlandıqda bildirmişlər ki, ofisə yaxınlaşmaq lazımdır. Daha sonra Whatsapp vasitəsi ilə ona “konum” atılmış və xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən ofisə getmişdir. Orada özünü şirkətin rəhbəri kimi təqdim edən Toğrul adlı şəxs onu qəbul etmiş və gəmidə çilingər işinə düzəldə biləcəyini bildirmişdir. Həmçinin bu işə düzələcəyi təqdirdə aylıq 1200 manat əmək haqqı alacağını demişdir. Lakin bunun üçün ondan dənizçilik vəsiqəsi və dənizçilik sertifikat istəmişdir. Vəsiqə və sertifikatının olmadığını bildirdikdə Toğrul bildirmişdir ki, 450 manat müqabilində ona vəsiqə və sertifikat təşkil edə bilər. Həmçinin işə düzəlmək üçün ondan müəyyən sənədlər də istəmişlər. Həmin sənədləri düzəldib 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 20 A ünvanında yerləşən həmin ofisə getmiş və sənədləri, eləcə də 450 manat pulu Toğrula vermişdir. Toğrul ona vəd vermişdir ki, 15-20 gün ərzində sertifikatı hazır olacaq, bir ay ərzində isə işə düzələcəkdir. Lakin müəyyən müddət keçdikdən sora Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməyə başlamış və anlamışdır ki, Toğrul onu aldatmışdır (Cild 9, i.v. 186-188;).
159. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs98 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs98 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün idi. xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən ofisə getmiş, orada onu Təqsirləndirilən şəxs qəbul etmiş, sonuncu ona dənizçilik sertifikatı, pasportu verməyi və çilingər işinə düzəlməyi təklif etmiş, bunun üçün də 430 manat rüsum ödəniş və müyyən sənədləri verməli olduğunu demişdir. Həmin ofisdə Toğrulun göstərişi ilə ofisdə işləyən Ülviyyə adlı xanıma 430 manat pul vermişdir. Lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, sonuncu onu aldadıbdır, buna görə də, barəsində şikayət ərizəsi yazmışdır (Cild 10, i.v. 10-12;).
160. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs88 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs88 həmin ifadəsində göstərmişdir ki, 09.06.202-ci il tarixdə “Tap.az” internet saytında yerləşdirilmiş elanda işçi axtarılmasını görmüş, bundan sonra həmin nömrə ilə əlaqə saxlamış və onu ofisə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Yeganə şadlıq sarayının yaxınlığında "xxxx" şirkətləri qrupunun ofisinə getmiş, orada onu Toğrul adlı şəxs qarşılamış və şirkətin rəhbəri, təsisçisi olduğunu bildirmişdir. Toğrula işlə bağlı müraciət etdiyini bildirdikdə sonuncu ona bildirmişdir ki, Səngəçalda yerləşən terminalda yüksək maaşla mühafizəçi işinə qəbul edəcəkdir, lakin lazımi sənədlər və həmin işə düzəlmək üçün sertifikat almağıma görə 300 manat pul lazımdır. Həmin vaxt orada Toğrulun göstərişi ilə Nigar adlı köməkçisinə 300 manat pul vermişdir. Toğrul ona bildirmişdir ki, təxminən 15-20 günə hazır olacaqdır və işə başlayacaqdır. Lakin müəyyən müddət keçdikdən sora ona məlum olmuşdur ki, Toğrul onu aldadıb pulunu ələ keçirmişdir (Cild 9, i.v. 227-229;).
161. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs99 ifadəsi cinayət prosesi tərəflərinin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və Zərərçəkmiş şəxs99 həmin ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsi ilə “Alkoc Group” şirkətində işə qəbul elanı görmüş, orada yazılanlara əsasən dənizçilik sertifikatı və dənizçilik pasportu almaq mümkün olduğu qeyd olunmuşdu. xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən ofisə getmiş, orada onu Toğrul qəbul etmiş, sonuncu ona dənizçilik sertifikatı, pasportu verməyi və elektrik işinə düzəlməyi təklif etmiş, bunun üçün də 330 manat rüsum ödəniş etməli olduğunu demişdir. Həmin zaman ofisdə Toğrula 330 manat pul vermişdir. Toğrul ona təxminən 15-20 günə işə başlayacağını demiş, lakin müəyyən müddət keçdikdən sonra Toğrul müxtəlif bəhanələr gətirmiş və anlamışdır ki, sonuncu onu aldadıbdır. Buna görə də, onun barəsində şikayət ərizəsi yazmışdır (Cild 10, i.v. 19-21;).
162. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X32 ifadəsi cinayət prosesi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və onun Zərərçəkmiş şəxs116 Qlib oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 5, i.v. 22-24;).
163. Məhkəmədə şahid qismində dindirilmiş X62 ifadəsində göstərdi ki, o, sosial şəbəkədə özünə iş axtarmaq üçün elan paylaşmış, Təqsirləndirilən şəxs ona zəng edərək katibəyə ehtiyacı olduğunu bildirmişdir. O, kompüter bilikləri olmadığını bildirdikdə Toğrul kompüter biliyinə ehtiyac olmadığını, ona işin öyrədiləcəyini və işinin yazı yazmaq olacağını bildirmişdir. Toğrul iş və ofisin yeri barədə telefonda məlumat verib ofisə dəvət etmiş, əlavə işçiyə ehtiyacı olduğunu deyib başqa kimisə onun yanına aparmağını xahiş etmişdir. Sonrakı vaxtda o, İlahə adlı tanış ilə ofisə yaxınlaşmış, onu Toğrulun köməkçisi qarşılamışdır. Toğrul onları qəbul edib işlə bağlı məlumat vermiş, ofisdə 7-8 nəfər qadınların işlədiyini görmüşdür. Toğrul İlahəyə qeydiyyat, ona isə katibə işini tapşırmışdır. O, səhəri gündən işə başlamış, yazı-pozu işləri görmüşdür. Toğrul ona gəmiçilik işi ilə bağlı gələnlərin olacağını, həmin şəxslərin məlumatlarını alıb onun haqqında məlumat verməli olduğunu izah etmişdir. Belə ki, Toğrul elan saytlarında işçi axtarıldığına dair elanlar paylaşmış, gələn şəxslər həmin işlə maraqlandıqda şəxslərin məlumatlarını götürüb, onlara həmin işlər barədə məlumatlar vermişlər. Həmin şəxslərə dənizdə və quruda olan işlərlə bağlı tələb olunan sənədlər və əmək haqqı barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ofisdə işləyən şəxslərə belə bir işlərin olmasına inandırmış, o həqiqətən də həmin işlərin olduğunu düşünmüşdür. Çünki Toğrul onlara özünü elə tanıtdırmışdı ki, onlar Toğrulun sözlərinə rəhbər kimi inanmışlar. İlk əvvəllər işə başlayanda müraciət edən şəxslərdən pul alınması ilə bağlı hər hansı məsələ olmamış, yalnız işçilərə iş haqqında məlumat vermiş və lazımı sənədləri toplamışlar. Təqsirləndirilən şəxs ofisə işlə bağlı müraciət edənlərin çox olmasına və özü ofisdə olmadığı vaxtlarda həmin şəxsləri qarşılayaraq, iş barədə məlumat vermələrini bildirmişdir. Ona 800 manat maaş vəd etmişdir. Toğrul bir ay qeyri-rəsmi, sonradan rəsmi olaraq qeydiyyata alacağını və bank kartı vasitəsilə maaş alacağını demişdi. 1 ay orada işləmiş, lakin normal maaş almamışdır. O, 2022-ci ilin may ayında işə başlamış, bir ay işləmiş, iyul ayında isə artıq hazırkı hadisələr baş vermişdir. Ona tam maaş verilməmişdir. O, işlədiyi dövrdə ofis “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Yeganə” şadlıq sarayının arxasında yerləşmişdir. Toğrul ona dənizlə bağlı çoxlu sayda işləri olduğunu, iş elanı paylaşdıqlarını bildirmişdir. Toğrul müraciət edən şəxslərin çoxluğuna görə onları gözlətməmələri üçün iş haqqında məlumat verməsini ona tapşırmış, bu səbəbdən ilkin olaraq ona iş haqqında məlumat verməkdən başqa iş tapşırmamış, təxminən 10 gün bu qaydada işləmişdir. Daha sonra o, Toğrulun otağına daxil olarkən ayrıayrı şəxslər tərəfindən Toğrula verilən sənədlərin arasında pulların olduğunu görmüş, Toğrula bu barədə sual verəndə sonuncu ona yeni başladığına görə bu barədə ona heç nə demədiyini, lakin həqiqətdə işə başlamaq üçün pul tələb edildiyini bildirmişdir. Dənizdə işləməklə bağlı tələb olunan sertifikat istədikdə şəxslərdə olmadıqda həmin sənədi düzəltmək üçün pul vermələrini təklif etdiklərini izah etdi. Toğrul həmin pulun məcburi olmadığını, kim istəyirsə özünün də düəzldə biləcəyini bildirdi. İşlədiyi müddətdə müraciət edən şəxslərdən fərqli-fərqli məbləğlərdə pullar alınmasını, alınan pulların daha sonra Toğrulun şəxsən özünə verilməsinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs56 pulu Toğrulun göstərişi ilə almış, daha sonra sonuncuya vermişdir. O, ofisdə katibə işləmiş, pulların qəbul edilməsində də iştirak etmiş, ona verilən bütün pulları Toğrulun ona verdiyi bank kartına göndərmiş, bu barədə “Kapital Bank”dan çıxarışları müstəntiqə təqdim etmişdir. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs110 alınan pul Toğrulun bank kartına göndərilmişdir. O, Binəqədi rayonunda “Yeganə” şadlıq evinin yanında yerləşən ofisdə işləmiş, Nərimanovdakı ofisdə işləməmiş, oradakı qızları tanımır. O, işlədiyi dövrdə 1-ci ayın maaşını almışdır.
164. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin, eləcə də ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
165. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs101 işə düzəltmək adı ilə xx.xx.2023-cü il tarixdə 530 manat pulunu ünvan 1 ünvanında alıb ələ keçirməsi, bundan başqa təkrarən Zərərçəkmiş şəxs46 işə düzəltmək adı ilə xx.xx.2023-cü il tarixdə 430 manat pulunu ünvan 1 ünvanında alıb ələ keçirərək onlara qarşı dələduzluq etməsi faktlarına görə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Nərimanov RPİ-nin İŞ) müstəntiqi polis mayoru X74 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraatına götürülüb istintaq edilmişdir (Cild 1, i.v. 1;).
166. “240060055 saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq Fuad Babayev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi sonuncunun barəsində həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında ibtidai istintaq davam etdirilmiş və iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 8-9;).
167. “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə 15 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs108 işə düzətmək vədi ilə 1415 manat pulunu ələ keçirməsi, bundan başqa təkrarən 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs111 və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs54 işə düzəltmək adı ilə hər birindən ayrı-ayrılıqda 430 manat, ümumilikdə isə 860 manat pulu alıb dələduzluq etməsi faktları və həmin faktlarla bağlı toplanmış materiallar əsasında Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Zərərçəkmiş şəxs108 Telman oğlu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək istintaq edilmişdir(Cild 1, i.v. 10;).
168. “230060512 saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi haqqında” müstəntiq Zərərçəkmiş şəxs108 tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ibtidai araşdırılması aparılan ********* saylı cinayət işinə birləşdirilməklə iş üzrə icraat sonuncu nömrə altında davam etdirilmişdir (Cild 1, i.v. 29-30;).
169. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11, X114 oglu, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs90 oglu, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs73, X63, Zərərçəkmiş şəxs72 oglu, X64, Zərərçəkmiş şəxs77, Zərərçəkmiş şəxs7 Mirı qızı, Zərərçəkmiş şəxs32, X26, Zərərçəkmiş şəxs5 oglu, Zərərçəkmiş şəxs70, Zərərçəkmiş şəxs12 oglu Cəmilli Nurlan Rasim oğlu, X33, Zərərçəkmiş şəxs66 oglu, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs113 Tofıq qızı, Zərərçəkmiş şəxs21, X65, X41, Zərərçəkmiş şəxs91, X34, X75, X158 oglu, X52 oglu, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs97, Zərərçəkmiş şəxs25 Şahsəddin oglu, Zərərçəkmiş şəxs20 oglu, X143 oglu, X133 oglu, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs13, X14, Zərərçəkmiş şəxs22 oglu, Zərərçəkmiş şəxs117, X61, X76, Zərərçəkmiş şəxs112, Zərərçəkmiş şəxs98 oglu, X165 oglu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, X145 oglu, X23, X42, X15, Zərərçəkmiş şəxs76 Məmmədəli oglu, Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs115 dənizdə və quruda yüksək maaşlı işə qəbul olmaq üçün sertifikat verəcəyi adı ilə hər birindən 330 manat, dənizçi pasportu almaq adı ilə isə hər birindən 430 manat məbləğində, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 63.340 manat məbləğində pulu alıb ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı və həmin faktlarla bağlı toplanmış materiallar əsasında müstəntiq Zərərçəkmiş şəxs108 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 31-32;).
170. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş "xxxx" ödəmə sistemi vasitəsilə 3913 nömrəli terminalla edilmiş ödənişin 21294 nömrəli qəbzindən görünür ki, 10 avqust 2023cü il tarixdə, saat 18:11-də K****** T***** M******* adlı şəxsin adına olan 416973******8369 nömrəli kart hesabına 660 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 1, i.v. 45;).
171. X23 tərəfindən təqdim edilmiş “Birbank” bank kartı vasitəsi ilə pul köçürmə vasitəsi ilə ********** nömrəli qəbzdən görünür ki, 04 sentyabr 2023-cü il tarixdə, saat 10:33-də Təqsirləndirilən şəxs kart hesabına 430 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 1, i.v. 50;).
172. "xxxx" MMC ödəmə sistemi vasitəsilə 21114 nömrəli terminalla edilmiş ödənişin qəbzindən görünür ki, 25 avqust 2023-cü il tarixdə, saat 12:27:22-də K****** T***** M******* adlı şəxsin adına olan 416973******8369 nömrəli kart hesabına 660 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 1, i.v. 123;).
173. "xxxx" MMC ödəmə sistemi vasitəsilə 303347 nömrəli ödənişin qəbzindən görünür ki, 25 avqust 2023-cü il tarixdə, saat 17:05-də K****** T***** M******* oğlu adlı şəxsin adına olan 416973******8369 nömrəli “Kapital” banka məxsus plastik bank kart hesabına 400 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 1, i.v. 135;).
174. Zərərçəkmiş şəxs22 "xxxx" MMC ödəmə sistemi vasitəsilə 52051 və 51003 nömrəli terminalla edilmiş ödəniş qəbzlərindən görünür ki, 16 avqust 2023-cü il tarixdə, saat 16:57:24-də və 17 avqust 2023-cü il tarixdə, saat 18:46:25-də K****** T***** M******* adlı şəxsin adına olan 416973******8369 nömrəli kart hesabına ayrı-ayrılıqda 430 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 2, i.v. 210-211;).
175. “Baxış keçirilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəllərdən və sənədlərdən görünür ki, X16 və hal şahidlərinin iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yerləşən “B” blokunun İ mərtəbəsindəki 126,40 kvadrat metr sahəsi olan ofisi icarəyə götürüb “Alkoç Group” şirkətinin ofisi kimi istifadə etməsi müəyyən olunmuşdur. Ofis 6 otaqdan, 1 mətbəxdən, 2 sanitar qovşaqdan ibarətdir. Ofisə baxış zamanı ofisdə otaqların birindən “Dəniz və Liman Hizmətləri” ilə bağlı sertifikatlar, üzərində “ALKOC Group” yazısı olan əmək müqavilələri, içərisində heç bir yazı olmayan 10 ədəd əmək kitabçaları, müxtəlif şəxslərin sənədlərinin surətləri aşkar olunmuşdur. Ofis kimi qeyd olunan ünvanın 7 avqust 2023-cü il tarixdə icarəyə verən X43 ilə icarəçi Təqsirləndirilən şəxs arasında bağlanmış icarə müqaviləsi əsasında sonuncunun istifadəsinə verilməsi müəyyən olunmuşdur. Baxış zamanı başqa təhqiqat marağı kəsb edən sübut, sənəd aşkar edilməmişdir. Ofisdən götürülməkdə protokola əlavə edilmiş kompüterdə və əlyazma ilə tərtib edilmiş adlı siyahılardakı məlumatlardan görünür ki, çoxsaylı şəxslərdən müxtəlif işlərə (Foreman, operator,G- Mühafizə,Briqadir, növbə rəisi, fəhlə, mexanik köməkçisi, anbardar, növbə rəisi tanker, Sətəm, aşbaz köməkçisi, qaynaqçı, motorist, xadimə, mühafizə, xəzinədar köməkçisi, kran sürücüsü, elektrik, mühəndis, metal-montaj, betonçu, aşbaz, tibb bacısı, matros, cilalayıcı, çilingər və sair) düzəltmək adı ilə müxtəlif məbləğlərdə (200 manatdan 430 manatadək) kart hesabına köçürmə və nağd şəkildə pul vəsaiti alınmışdır. Həmin adlı siyahılara baxış zamanı qeyd edilən şəxslərin 200 nəfərdən çox olması, alınmış pul vəsaitinin bir hissəsinin ofisin saxlanılması və sair xərclərə sərf edilməsi müəyyən edilmişdir (Cild 1, i.v. 168-196; Cild 7, i.v.213-223;).
176. “Şübhəli şəxs qismində tutma barədə” 5 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Kərimov X6 RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi polis mayoru Zərərçəkmiş şəxs108 tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 211-215;).
177. “Cinayət işinin tövsif edilməsi barədə” 6 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilərək ibtidai istintaq davam etdirilmişdir (Cild 1 i.v. 222-223;).
178. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli, 4(005)- 1456/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 5 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 1 fevral 2024, 25 aprel 2024 və 27 may 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 iyul 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.244-248; Cild 7, i.v. 33-38; Cild 8, i.v. 69-73; 155-159;).
179. “eManat” ödəmə sistemi vasitəsilə edilmiş terminalla edilmiş ödənişin 197837 nömrəli qəbzindən görünür ki, 23 avqust 2023-cü il tarixdə, saat 17:01:48-də K****** T***** M******* adlı şəxsin adına olan 416973******8369 nömrəli kart hesabına 430 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmişdir (Cild 2, i.v. 11;).
180. Zərərçəkmiş şəxs X35 "xxxx" MMC və “Emanat” ödəmə sistemi vasitəsilə edilmiş ödəniş qəbzlərindən görünür ki, 15 iyul 2022-ci il tarixdə K****** T***** M******* adlı şəxsin adına olan 416973******8369 nömrəli kart hesabına ayrı-ayrılıqda 700 və 1100 manat məbləğlərində köçürmə əməliyyatları həyata keçirilmişdir (Cild 2, i.v. 233-234;).
181. “222026268 saylı cinayət işinin icraata qəbul edilməsi və ********* saylı cinayət işinə birləşdirilməsi haqqında” 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİnin İŞ-nin baş müstəntiqi polis mayoru Zərərçəkmiş şəxs108 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi icraata qəbul edilmiş, onun haqqında icraatda olan həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə ibtidai araşdırılması aparılan ********* saylı cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaq davam etdirilmişdir(Cild 3, i.v. 19-20).
182. “Cinayət işinin başlanması barədə” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edib həmin şirkətə işə qəbul olunmaları və dənizçilik pasportunun verilməsi müqabilində X27 vasitəsilə 2022-ci ilin may-iyun ayları ərzində Bakı şəhər ərazisində Zərərçəkmiş şəxs109, X36, Zərərçəkmiş şəxs47, X44 və digərlərindən, hər birindən 300-700 manat olmaqla, ümumilikdə 5300 manat pul alaraq dələduzluq yolu ilə ələ keçirməsi və bundan əlavə N.Nağıyevanın bank kartına köçürülməsi yolu ilə təxminən 9120 manat, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş məlumatların təhlili zamanı isə təxminən 300 nəfər vətəndaşların hər birindən 300-800 manat məbləğində pul almaqla, ümumilikdə təxminən 90.000-150.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktı və həmin faktlarla bağlı toplanmış materiallara görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə göndərilmişdir (Cild 3, i.v. 21;).
183. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X66 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 3, i.v. 246;).
184. “Maddi sübut kimi tanımaq haqqında” 17 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X17 təqdim etdiyi 4 ədəd çek iş üzrə maddi sübut kimi tanınmışdır (Cild 4, i.v. 26-29;).
185. “Təqdim edilmiş 4 ədəd çekə baxış keçirilməsi haqqında” 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X37 tərəfindən təqdim edilmiş 4 ədəd çekə baxış zamanı 29 iyun 2022-ci il tarixdə “eManat” ödəmə terminalı vasitəsilə Yasamal rayonu Şorbaçı kəndindən 300 manat pulun “**********78911949” saylı hesab nömrəsinə göndərildiyi, 29 may 2022-ci il tarixdə eManat terminalı vasitəsilə ünvan 12 ünvanında 300 manat pulun “********************” saylı hesab nömrəsinə göndərildiyi, 30 iyun 2022-ci il tarixdə 300 manat pulun online olaraq “Birbank” vasitəsilə göndərildiyi 416974******5677 nömrəli, 1 iyul 2022-ci il tarixdə 200 manat pulun online olaraq “Birbank” vasitəsilə göndərildiyi 416974******5677 nömrəli kartlara pul göndərilməsi əks olunmuşdur (Cild 4, i.v. 30;).
186. "xxxx" Şirkətlər qrupu adlanan şirkətin verdiyi elandan görünür ki, iş axtaran şəxslərə ünvanlanmış gəmidə, dənizdə, platformada və ofis daxilində müxtəlif vəzifələrə yüksək maaşlı işə dəvət edilməsinə dair elan verilmiş, elanda müxtəlif sənədlərin tələb edilməsi qeyd edilmişdir (cild 4, i.v. 65;).
187. “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ tərəfindən barəsində 29 noyabr 2022-ci il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə könüllü olaraq Binəqədi RPİ-nin 7ci PB-yə gəlmişdir (Cild 4, i.v. 148;).
188. “Təqsirləndirilən şəxsin qismində cəlb etmək və ittiham elan etmək haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 4, i.v. 164-165;).
189. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X66 tərəfindən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 4, i.v 181-183;).
190. X27 istintaq orqanına könüllü olaraq təqdim etdiyi 416974******7816 nömrəli bank kartı hesabından xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində olan çıxarışdan görünür ki, Nigar Nağıyevanın bank kartı hesabına daxil olan müxtəlif məbləğlərdə pul vəsaitləri Təqsirləndirilən şəxs köçürmə və nağd şəkildə təqdim edilmişdir. Çıxarış dövründə 31060,00 manat məbləğində pul vəsaitinin mədaxil olunması, 31063,97 manat məbləğində pul vəsaitinin isə məxaric olunması müəyyən edilmişdir (Cild 4, i.v.186-200;)
191. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 1 aprel 2023-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm və sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(011)-53/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 55 nəfər şəxsi ayrı-ayrı yüksək maaşlı işlərə düzəltmək adı ilə onlardan müxtəlif məbləğlərdə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ofislərdə pullarını dələduzluqla ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, 33 nəfər zərərçəkmiş şəxsə vurulmuş ümumilikdə 41000 manat məbləğində maddi ziyan iş üzrə digər məhkum edilmiş şəxs X1 atası tərəfindən evi satılaraq ödənilmişdir (Cild 4 i.v. 210-249;).
192. “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı X77 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 12 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Məmmərəhim oğlu saxlanılaraq RPİ-nin MSY-yə yerləşdirilmişdir(Cild 5, i.v. 38-39;).
193. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X77 tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild 5, i.v 76-78;).
194. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin” 30 avqust 2023-cü il tarixli məktubundan görünür ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində Təqsirləndirilən şəxs hər hansı müəssisənin direktoru və ya təsisçisi olub-olmaması ilə əlaqədar məlumat aşkar olunmamışdır (Cild 5 i.v. 100;).
195. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 24 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs (fərdi sahibkar) qismində 7 iyul 2008-ci il tarixdən vergi orqanında uçota alınmışdır. Hər hansı bir müəssisənin rəhbəri və təsisçisi deyil (Cild 5, i.v. 101;).
196. “Müdafiəçinin işə buraxılması haqqında” 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X38 işə buraxılmışdır (Cild 6, i.v.126;)
197. Zərərçəkmiş şəxs120 təqdim etdiyi “Birbank” elektron pul köçürülməsinə dair ********* nömrəli qəbzdən görünür ki, 416973******5393 nömrəli Təqsirləndirilən şəxs plastik bank kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 16:19-da 330 manat pul vəsaiti köçürülmüşdür (Cild 7, i.v.56;).
198. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 11 mart 2024-cü il tarixli 687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Həmin rəyin həyat anamnezi hissəsində göstərilmişdir ki,...Dediyinə görə uşa evində böyüyüb və tərbiyə olunub. ...Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb...Verdiyi məlumata görə müxtəlif idarə və şirkətlərdə məsul vəzifələrdə çalışıb... Ona ittiham olunan əməl barədə soruşduqda şirkətdə işə düzəltmək üçün şəxslərdən pul aldığını söyləyir (Cild 7, i.v. 225-226;).
199. Zərərçəkmiş şəxs101 təqdim etdiyi “Birbank” elektron pul köçürülməsinə dair ********* nömrəli qəbzdən görünür ki, 416973******8369 nömrəli Təqsirləndirilən şəxs plastik bank kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 15:05-da 430 manat pul vəsaiti köçürülmüşdür (Cild 8, i.v.81;).
200. Zərərçəkmiş şəxs79 təqdim etdiyi “Miliön” ödəmə sistemi vasitəsi ilə 01232 nömrəli terminalla pul köçürülməsinə dair qəbzdən və **********048369 nömrəli Təqsirləndirilən şəxs plastik bank kartından görünür ki, həmin plastik bank kart hesabına 2023-cü ilin sentyabr ayında 200 manat pul vəsaiti köçürülmüşdür (Cild 8, i.v.105;).
201. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 8, i.v. 136-137;).
202. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Sənədlərin məhkəmə-texniki ekspertizasının” 25 sentyabr 2023-cü il tarixli 5/1202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 15 iyul 2022-ci il tarixli “AKO şirkətlər qrupuna” dair X45 işə götürülməsi ilə bağlı əmək müqaviləsinin üzərində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır (Cild 10, i.v.56-67;).
203. “Sübutların qiymətləndirilməsi barədə” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs98, X123, X42, X67, Cəmilli Nurlan Rasim oğlu, X68, X18, X76, X124, X78, X28, X79, X5, X36, X44, Zərərçəkmiş şəxs58, X80, X95, Zərərçəkmiş şəxs75, X39, X81, X46, X47, Zərərçəkmiş şəxs116, X81, X96, X97, X48, X98, X69, X109, X125, X82, X33, X70, X83, X49, X126, X29, X84, X30, X72, X99, X31, X50, X19, X110 və X20 (cəmi 48 nəfər) Təqsirləndirilən şəxs barəsində onlara qarşı dələduzluq edilməsinə dair müraciətlər etmiş, lakin ibtidai istintaq zamanı həmin şəxslərin ifadələrinin alınması və müraciətlərində qeyd etdikləri xüsusatların müəyyən edilməsi mümkün olmadığından qeyd olunan şəxslərin müraciətləri üzrə araşdırmanın aparılaraq hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılması qərara alınmışdır. Eyni zamanda, həmin qərarla iş üzrə şahid ifadələri, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadələri, hadisə yerinə baxış protokolları, “Whatsapp” yaxışmaları, təqdim edilmiş müqavilələr, pul köçürmələrinə dair qəbzlərin sübut növü kimi tanınması qərara alınmışdır (Cild 10, i.v. 83-123;).
204. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə müvafiq şəxslər zərərçəkmiş şəxs qismində qismində tanınaraq onlara hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1-Cild 10;).
205. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilməklə hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur (Cild 10, i.v. 125-128;).
206. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq F.Ə.Babayev tərəfindən 15 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd olunan ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 11, i.v.147-206;).
207. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2024-ci il tarixli, 1(101)-2028/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 12;).
208. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 18 fevral 20225-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(011)-53/2022 saylı hökmü və hökmün icrasına dair hakimin göstərişi 29 iyul 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmadığından cəzası çəkilməmiş qalmışdır (Cild 13, i.v. 106;).
209. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 1(011)-53/2022 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum olunmasına dair 12 aprel 2022-ci il tarixli, 1(011)-53/2022 saylı hökmü 9 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minməklə hökmün icrası barədə göstəriş Bakı şəhəri Probasiya İdarəsinə göndərilmişdir (Cild 13, i.v. 141-146;).
210. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Ləman Osmanova, övladları 2014-cü il təvəllüdlü Damla və Yağmur Kərimli, habelə xx.xx.2007-ci il təvəllüdlü Xumarə Kərimlidən ibarətdir (Cild 13, i.v.124;).
211. Zərərçəkmiş şəxs74 330 manat məbləğində maddi ziyanın ona ödənildiyini, lakin təqsirləndirilən şəxsə qarşı ona vurulmuş mənəvi ziyan görə tələbi olacağına dair ərizə ilə məhkəməyə müraciət etmişdir (Cild 14, i.v. 60;).
212. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs107 (330 manat məbləğində maddi ziyan), Zərərçəkmiş şəxs52 (350 manat məbləğində maddi ziyan) və Zərərçəkmiş şəxs51 (330 manat məbləğində maddi ziyan) müvafiq ərizələrlə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş qeyd edilən məbləğlərdə ziyanın onlara ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı iddia və tələblərinin olmadığını, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər (Cild 14, i.v. 61-63;).
213. Zərərçəkmiş şəxs123 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin sonuncuya qarşı hər hansı hər hansı iddia və tələbinin olmadığını bildirmişdir (Cild 14, i.v. 116;).
214. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs21 Xali qızı və Zərərçəkmiş şəxs17 məhkəməyə kollektiv ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın ödənilmədiyini, lakin sonuncuya qarşı hər hansı iddia və tələblərinin olmadığını bildirmişlər (Cild 14, i.v. 116;).
215. Zərərçəkmiş şəxs22 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı hər hansı iddia və tələbinin olmadığını bildirmişdir (Cild 14;).
216. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(001)- 971/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Məmmərəhim oğlunun Rahim Kərimov adlı xx.xx.2012-ci il təvəllüdlü övladı vardır (Cild 14;) Əməlin tövsifi və digər hüquqi məsələlər:
217. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
218. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
219. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
220. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
221. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
222. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
223. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
224. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
225. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
226. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
227. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
228. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi).
229. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərinin vahid qəsdlə dələduzluqla ələ keçirilməsinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş və həmin hallar məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam şəkildə öz təsdiqini tapmışdır.
230. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə açıq internet resurlarında olan saytlarda və sosial şəbəkələrdə yüksək maaşlı (gəlirli) işlərin reklamını həyata keçirərək iş axtaran şəxslərin diqqətini cəlb edib özünü müəssisə (hər hansı dövlət qurumunda rəsmi qeydiyyata alınmamış) rəhbəri kimi təqdim etməklə vətəndaşların inam və etibarından sui-istifadə edərək işə qəbul olunmaları üçün dənizçi pasportu və sertifikat verəcəyinə dair yalan vəd verib onları vahid niyyətlə aldatmış və ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs iş axtaran (həmçinin maddi cəhətdən zəif olan təbəqəyə daxil olan) şəxslərin diqqətini cəlb etmək məqsədilə populyar (daha çox insana sirayət edə bilmək üçün) açıq internet resursunda vətəndaşlara guya gəmidə və platformalarda yüksək əmək haqqı olan işə qəbul etmə imkanına dair açıq elan paylaşaraq icarəyə götürməklə rəhbəri olduğu hər hansı real fəaliyyəti olmayan formal şəkildə yaradılması görüntüsü verilmiş müəssisə ilə (həmçinin ofisin divarlarında sertifikatların asılması, işçilərinin olması və sair), o cümlədən guya zəruri olan arayış, tibbi və digər sənədləri tələb etməklə etibarlı ofis görüntüsü yaradaraq (bu yolla özünə qarşı inam formalaşdırmağa çalışmış) daha çox zərərçəkmiş şəxsin pullarını ələ keçirmək üçün onlarda inam və etibar yaratmaqdan ötrü istifadə etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs həm özü birbaşa olaraq, həm də özgənin əmlakını talama niyyəti ilə icarəyə götürərək guya rəhbərlik etdiyi müəssisəyə işə götürdüyü, habelə uzun müddət əmək haqqlarının ödənilməsini gecikdirdiyi işçiləri vasitəsilə zərərçəkmiş şəxslərə kiçik məbləğlərdə ödənilən pul müqabilində üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyəti olmadan yalan vədlər verərək onların inam və etibarından sui-istifadə etməklə pullarını aldıqdan sonra ailəsi ilə bağlı həqiqətə uyğun olmayan müxtəlif bəhanələrlə vəd etdiyi işi görməmişdir (yayınmışdır). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli (mülkiyyət əleyhinə) cinayət əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduqdan (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(011)-53/2022 saylı hökmü ilə) dərhal sonra (2022-ci ilin may ayından etibarən) öz cinayətkar fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasından hər hansı nəticə çıxarmadan özünə yeni cinayətkar fəaliyyət növü (məşğuliyyət) taparaq iş axtaran şəxslərin əmlakını inam və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə başlamışdır (cinayətkar niyyətini davam etdirmişdir). Bundan başqa, Təqsirləndirilən şəxs hazırkı iş üzrə zərərçəkmiş şəxslərdən başqa ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməklə ayrıca material ayrılmış azı 40-dan çox şəxsə qarşı da etdiyi hərəkətlər sonuncuların onun barəsində şikayət etməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə xüsusi vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayətkar əməllərinin yönəldiyi şəxslər məhz əhalinin həssas qrupuna daxil olmaqla işsiz, eləcə də iş axtaran şəxslər olmuş, Təqsirləndirilən şəxs məsələnin həssaslığına heç bir əhəmiyyət verməyərək zərərçəkmiş şəxslərin maddi rifahını təmin edəcəyinə dair onlara yalandan ümid verib hər hansı gəlir yerlərinin olmamasına baxmayaraq çətin vəziyyətdə məhz işə düzələ bilmək üçün tapdıqları (ayırdıqları) pulları dələduzluqla ələ keçirərək vədinə xələf çıxmaqla cinayətkar niyyətini həyata keçirmişdir. Habelə, uzun müddət ərzində davam edən məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin baş vermiş hadisə bağlı verdikləri ifadələrinə və onlara vurulmuş ziyanla bağlı bildirdiklərinə münasibətdə laqeydsizlik göstərərək, habelə zərərçəkmiş şəxslərə guya ziyanı ödəyəcəyinə dair yalan vədlər verməkdə davam edərək onların inamının sarsılmasına, haqlı narazılıqlarının yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bütövlükdə həmin hallar onun şəxsiyyətinin yüksək təhlükəliliyini nümayiş etdirir.
231. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi (zərərçəkmiş şəxslərə qarşı hər hansı dələduzluq niyyətinin olmaması, o cümlədən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir sıra şəxsləri tanımaması, onlardan hər hansı məbləğdə pul almaması, zərərçəkmiş şəxslərin onunla üzləşdirilməməsi və sair) işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla (həmçinin iş materiallarında olan qəbzlərdən, bank çıxarışları və digər sənədlərlə) tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
232. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə tam təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
233. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı çoxsaylı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcə də digər sübutlarla kifayət qədər sübuta yetirilir.
234. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
235. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgə şəxslərin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
236. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgə şəxslərin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
237. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
238. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
239. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
240. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
241. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3(üç) azyaşlı uşağının olmasını, CM-in 59.1.14-cü maddəsinə əsasən 5(beş) nəfər zərərçəkmiş şəxsə münasibətdə 1670 manat məbləğində cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi, 6 (altı) nəfər zərərçəkmiş şəxsin isə onlara vurulmuş ziyanın ödənilməməsinə baxmayaraq, təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələblərinin olmamasını bildirmələrini, CMin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və valideyn himayəsindən məhrum olmaqla uşaq evində böyüməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
242. CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir.
243. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə yaxın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
244. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
245. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 2-ci abzasında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir.
246. Hökmün 1, 191 və 208-209-cu bəndlərindən görünür ki, Təqsirləndirilən şəxs başqa cinayətə görə məhkum olunmaqla cəzasını çəkib qurtarmamış həmin iş üzrə hökm qanuni qüvvəyə minmədən hazırkı iş üzrə cinayət əməllərini törətməyə başlamış və hökm qanuni qüvvəyə mindikdən sonra da cinayətkar fəaliyyətinə davam etmişdir.
247. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
248. Hökmün 191, 208 və 209-cu bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırda 1 (bir) il 11 (doqquz) ay 4 (dörd) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.
249. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.
250. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi əməlinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və daha sonra CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.
251. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
252. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
253. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
254. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə 1(bir) gün və 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək 3 (üç) gün, ümumilikdə 4(dörd) gün müddətinə həbsdə saxlanılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs 5 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 6 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimranov Rayon Məhkəməsinin qərarı ilə əvvəli 5 oktyabr 2023-cü il tarixindən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin müvafiq qərarları barəsində seçilmiş həbs qətimkan tədbiri müvafiq müddətlərdə uzadılmışdır. Məhkəmə icraatı zamanı da Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
255. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə həbsə saxlanıldığı 1(bir) gün və 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün, ümumilikdə 4(dörd) gün müddətin ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 5 oktyabr 2023-cü il tarixindən hesablanmalıdır.
256. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
257. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış sənədlər hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
258. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
259. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
260. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
261. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
262. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
263. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(011)-53/2022 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalmış 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün müddətində olan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 11 (on bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Məmmərəhim oğluna qəti olaraq 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə həbsə saxlanıldığı 1(bir) gün və 12 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün, ümumilikdə 4(dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 6(altı) il 11 (on bir) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 5 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100(bir yüz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış sənədlərin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilmələrinə dair hüquqlarının olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonraki gün qanuni qüvvəyə minir.