Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-428/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(101) - 428/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxxxx 2021-ci il Bakı şəhərində BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Naxçıvan MR Şərur rayonu, Yuxarı Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhər X4 Nəzarət şöbəsinin rəisi işləyən, Naxçıvan MR Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib zor tətbiq etməklə fiziki şəxsin hüquqlarına mühüm zərər vurmuşdur. Belə ki, o, xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi və Bakı şəhər X2 Baş direktorunun eyni tarixli, 52 nömrəli əmri ilə həmin Birliyinin X7 Bitkilərin Mühafizəsi şöbəsinin 12-ci dərəcəli şöbə rəisi vəzifəsinə təyin olunmaqla xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş «İş bölgüsü»ndə təsbit olunmuş, yəni birliyin xidməti sahələrində mövcud yaşıllıqların ziyanverici və xəstəliklərdən mühafizəsini, quru, xəstə və müalicəsi mümkün olmayan ağacların kəsilərək götürülməsi işlərini təşkil etmək, ağacların aqrotexniki budanmasını, cavanlaşdırılmasını, formasını itirmiş ağaclara forma verilməsini təmin etmək, eləcə də Birliyin balansında olan yaşıllıqların qanunsuz kəsilməsinə qarşı öz səlahiyyətləri çərçivəsində məsələ qaldırmaq, rəhbərlik etdiyi şöbə tərəfindən tapşırıqların yerinə yetirilməsinə, istehsalın təşkilinin təkmilləşdirilməsinə, iş mexanizminin mexanikləşdirilməsinə, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət olunmasına nəzarəti həyata keçirmək kimi səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentinin X1 xx.xx.2019-cu il tarixli Təhlükəli Hidrometeoroloji hadisə haqqında Xəbərdarlığına əsasən Bakı şəhəri və Abşeron yarmadasında 2019-cu ilin sentyabr ayının 21-dən 22-si səhərədək sürəti 35-38 m/s-dək olan güclü küləyin əsməsi nəticəsində X2 xidməti sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Atatürk» İstirahət Parkında ağacların aşması və zədələnməsi barədə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında həmin əraziyə gələrək kökündən qırılaraq aşan «şam», «söyüd» və «Eldar şamı» növündə üç ədəd ağacın X2 Baş direktoru Şahid2 tərəfindən həmin əraziyə xidmətə cəlb olunmuş Birliyin İstehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs göstərişi əsasında kəsilərək ərazidən götürülməsi işləri ilə tanış olarkən, həmin ağaclardan birinin aşma səbəbinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparacağını əvvəlcədən bildirsə də, həmin ağacın Zərərçəkmiş şəxs göstərişi əsasında artıq doğranmasının təmin edildiyini görüb tapşırığının icra edilməməsini əsas gətirərək Zərərçəkmiş şəxs xidməti fəaliyyətinə dair nalayiq sözlərlə iradlar bildirərək, sonuncunun ona qarşı iradların əsassız olması barədə narazılığından sonra Birliyin həmin ərazidə fəaliyyət göstərən digər əməkdaşları Şahid1, Şahid4, Şahid3 və digərlərinin əhatəsində şöbə rəisi kimi səlahiyyətli şəxs olduğunu, ağacların yalnız onun razılığından sonra kəsilib götürülə biləcəyini nümayişkaranə şəkildə bəyan edərək xx xxxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Atatürk» İstirahət Parkında xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb vəzifəli şəxs kimi heç bir halda etmək hüququ olmayan hərəkətlərə, yəni ardıcıl bir-neçə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs sifətinin müxtəlif nahiyələrinə, sol ayağına vurub sonuncuya baş-beyin silkələnməsi, burunun şişkinliyi, üst çənədə hər iki tərəfdən 1-ci dişlərin laxlaması ilə müşayiət olunan üst dodağın selikli qişasının hematoması, sol baldırın qançırı və sıyrıqları ilə müşayiət olunan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirib ona qarşı zor tətbiq edərək vəzifə səlahiyyətlərini aşmaqla fiziki şəxsin təhlükəsiz və sağlam şəraitdə işləmək kimi toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlarına mühüm zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildən Bakı şəhər X3 sahə rəisi, aqronom vəzifələrində işləmiş, 2016-cı ildən Birliyin X7 Bitkilərin Mühafizəsi şöbəsinin rəisi vəzifəsində işləmiş, əsas vəzifəsi Birliyin səlahiyyətlərinə aid sahələrdə ağac və digər bitkilərin mühafizəsini təmin etməklə, zədələnmiş və ya məhv edilmiş ağac və bitkilərin müəyyənləşdirilməsi, qanunvericiliklərə uyğun tədbirlərin görülməsi üçün hüquqi və vəzifəli şəxslər qarşısında məsələ qaldırmaqdan ibarət olmuşdur. 2019-cu ilin sentyabr ayının 21-də, saat 19 radələrində Bakı şəhərində güclü külək əsən vaxt Birliyin Baş direktoru Şahid2 ona zəng vuraraq Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” istirahət parkında bir neçə ağacın kökündən qoparaq aşması barədə məlumat vermiş və aşanların qiymətli ağaclar ola biləcəyini nəzərə alıb əraziyə baxış keçirib lazım gələrsə araşdırma aparılmalı olduğunu bildirmişdir. Tabeçiliyində işləyən İlkin Abdullazadəni həmin əraziyə göndərərək aşan ağacların fotoşəkillərinin çəkilməsini tapşırmış və həmin fotoşəkillərə baxdıqdan sonra sözügedən parkın içində yerləşən, adını bilmədiyi kafenin yanındakı sərv ağacının tam aşmadığını görmüş və küləyin deyil digər amillər səbəbindən aşa biləcəyini düşünmüşdür. Səhəri gün, xx xxxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Birliyin baş direktoru Şahid2, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Abid adlı şəxslə birlikdə “Atatürk” istirahət parkına gəlmişlər. Həmin vaxt Birliyin İstehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs, sahə rəisi Şahid3, parkın nəzarətçisi Şahid1, parkda yaşıl çəmən döşənməsi işlərini həyata keçirən Vüqar adlı şəxs və digər işçilər parkda olmuşlar və Birliyin baş direktoru Şahid2 Zərərçəkmiş şəxs aşmış ağacların kəsilib götürülməsi barədə tapşırıq vermiş, lakin kafenin yanında aşan bir ədəd sərv ağacının kəsilməyəcəyini, aşma səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılacağını bildirmişdir. Zərərçəkmiş şəxs avtomaşınında ağac kəsən maşın (Motopila) olduğunu bildirdikdən sonra həmin Vüqar adlı şəxs ağackəsəni işlədə bildiyini deyərək avtomaşından götürüb ağacları kəsməyə başlamışdır. Bundan sonra Şahid2 Şahid3 və Şahid1lə birlikdə parkın digər tərəflərinə getmiş, Abid müəllim is ümumiyyətlə həmin ərazidən çıxıb getmişdir. O isə parkda digər ağacların aşab-aşmadığını müəyyənləşdirmək məqsədilə parkın ərazisini gəzmiş və təxminən 10 dəqiqə sonra həmin yerə qayıdanda Vüqarın məhz araşdırma aparılacaq sərv ağacını da kəsməyə başladığını görmüşdür. Vüqara irad bildirdikdə Zərərçəkmiş şəxs ona “sən kimsən ki mənə göstəriş verirsən” deyərək onun pencəyinin yaxasından tutub itələmişdir. Həmin vaxt Şahid2 və yanındakılar ora çatmış və onları ayırmağa çalışmışlır. Digər şəxslər Zərərçəkmiş şəxs, Şahid1 isə onu saxlamağa çalışmış, Zərərçəkmiş şəxs yenə də onu hədələyərək üzərinə gəldiyindən onun sinəsindən və ya üzündən itələyərək özündən uzaqlaşdırmışdır. Bundan sonra da Zərərçəkmiş şəxs yerdən daş parçası götürərək ona hücum etmək istəsə də ətrafdakılar buna imkan verməmişlər. Sonra Şahid2 onu kənara çəkmiş və birlikdə ərazidən uzaqlaşmışlar, Zərərçəkmiş şəxs və digərləri isə parkda, həmin yerdə qalmışlar. Zərərçəkmiş şəxs fiziki cəhətdən güclü və hündürboylu adamdı və bu səbəbdən həmin şəxslər onu saxlamaqda çətinlik çəkmişlər və Əhliman əl-qol ataraq onların əlindən çıxıb ona hücum etməyə çalışmışdır, Zərərçəkmiş şəxs sifətində hansısa bir yüngül xəsarətlər ola bilər və həmin xəsarətlərin bir neçə şəxsin onu saxlayarkən çabaladığı zaman yarana biləcəyini düşünür. Təqsirləndirilən şəxsin törətiyi cinayət əməli iş üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2012-ci ildən Bakı şəhər X2 istehsalat şöbəsinin mühəndisi vəzifəsində işləmişdir. 2019-cu ilin sentyabr ayının 22-də saat 08 radələrində Birliyin baş direktoru Şahid2 ona zəng vuraraq gecə əsən güclü külək səbəbindən Nərimanov rayonunda yerləşən «Atatürk» parkında bir neçə ağacın kökündən çıxaraq aşdığını bildirmiş və aşan ağacların kəsilərək ərazidən götürülməli olduğunu şifahi olaraq tapşırmışdır. Həmin tapşırığa əsasən xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində sözügedən parka gəlmiş və həmin vaxt Birliyin Nərimanov rayonu üzrə sahə rəisi Şahid3 də həmin əraziyə çatmışdır və onlar görüşüb birlikdə nəzər saldıqda parkda bir neçə dənə «sərv» «söyüd» və «Eldar şamı» növündə ağacların kökündən çıxaraq aşdığını görmüşlər. Bundan təxminən 20 dəqiqə sonra Birliyin baş direktoru Şahid2, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Abid adlı şəxs və Birliyin X7 Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Təqsirləndirilən şəxs da parkın həmin yerinə gəlmişlər. Elşən Məmmədov ona göstəriş vermişdir ki, kökündən aşan ağacların hamısı kəsilərək götürlüməlidir. O isə avtomaşınında ağac kəsən maşın (Motopila) olduğunu, lakin fəhlələrdən orada olmadığından işlətməyə adam lazım olduğunu bildirmiş, həmin vaxt parkda yaşıl çəmən döşənməsi işlərini həyata keçirən Vüqar adlı şəxs Motopilanı işlədə bildiyini deyərək avtomaşından götürüb gəlmiş və aşan ağacları doğramağa başlamışdır. Doğrama işi davam edərkən Birliyin şöbə rəisi Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq ağacların aşma səbəbini araşdıracağını bildirərək ağacları doğradıqlarına görə onları nalayiq sözlərlə təhqir edib irad bildirmiş, Təqsirləndirilən şəxs nalayiq sözlərinə narazılıq bildirəndə sonuncu onun üzərinə hücum edərək təpiklə sol ayağından və qarnından zərbə vurmuşdur. Təqsirləndirilən şəxs zərbələrindən sonra onun yaxasından tutarkən Birliyin həmin ərazidə olan əməkdaşları Şahid3 və Şahid4 onu saxlamış, Anar Əlləzov isə qarşısına keçmişdir. Bu vaxt Təqsirləndirilən şəxs vəziyyətdən istifadə edib sağ əlinin yumruğu ilə onun sifətinə və başının digər nahiyələrinə zərbələr vurmuş, zərbələrin təsirindən müvazinətini saxlaya bilməyərək yerə yıxılmış, orada olan Şahid1 köməkliyi ilə yerdən qalxmağa çalışmışdır. Bundan sonra Birliyin baş direktoru Şahid2, Təqsirləndirilən şəxs və digər şəxslər oradan uzaqlaşmış, Şahid1 isə onun yanında qalmışdır. Ayağa qalxaraq mobil telefonu ilə DİNnin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Aldığı xəsarətlərlə bağlı məhkəmətibbi ekspertizadan keçmiş, digər tibbi sənədlər əldə etmişdir. Təqsirləndirilən şəxs hücum etməmiş, ona hər hansı xəsarətlər yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhərində güclü küləyin əsməsi nəticəsində ağacların aşması səbəbindən xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında sahə rəisi olduğu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» istirahət parkında olmuş və bir neçə «sərv» ağacının aşması barədə Bakı şəhər X4 baş direktoru Şahid2 və Birliyin İstehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs məlumat vermiş və bir neçə dəqiqə sonra həmin şəxslər parka gəlmişlər. Həmin vaxt Şahid2 ilə birlikdə Birliyin X7 Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Təqsirləndirilən şəxs və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Abid adlı şəxs də parka gəlmişdir. Aşmış ağaclara baxış keçirdikdən sonra ağacların kökünün tamamilə qırılması müəyyən olunmuş və Birliyin baş direktorunun tapşırığa əsasən həmin ağacların kəsilərək götürülməsinə qərar verilmişdir. Bundan sonra Şahid2 ilə birlikdə parkın digər yerlərinə baxıb həmin yerə qayıdandan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs hansısa ağacı niyə kəsib götürdüyü üçün Zərərçəkmiş şəxs irad tutmuş və aralarında sözlə mübahisədən sonra bir-birlərinə hücum etməyə başlamışlar. Təqsirləndirilən şəxs qarşısına keçib onu sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs tərəf hərəkət edəndə ətrafda olan digər işçilər onu tutub saxlamışlar. O, Təqsirləndirilən şəxs saxlamağa çalışsa da, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında qalmış və Təqsirləndirilən şəxs onun sağ-sol tərəfindən Zərərçəkmiş şəxs doğru ayağı və əlləri ilə zərbələr atmışdır. Lakin üzü əks tərəfə olduğundan həmin zərbələrin Zərərçəkmiş şəxs hansı nahiyələrinə dəydiyini, eləcə də Zərərçəkmiş şəxs konkret kimlərin və hansı şəkildə tutub saxladıqlarını görə bilməmiş və bundan sonra çətinliklə də olsa onları ayıra bilmişlər. Təqsirləndirilən şəxs uzuqlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs dönmüş, onun zorla ayaqda dayandığını, sifətinin və gözlərinin qızardığını, dodaqlarının şişərək qanadığını görmüşdür. Dərhal onun qoluna girib oturacağa əyləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs baş direktor Şahid2 ilə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs telefonunu çıxararaq 102 xidmətinə zəng vurduğunu görəndən sonra orada olan işçilər də uzaqlaşmağa başlamışlar. Orada Zərərçəkmiş şəxslə birlikdə qalmış və bir neçə dəqiqə sonra 16-cı polis bölməsinin əməkdaşları gələrək hadisə yerinin fotoşəklini çəkərək onları polis bölməsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs səhhəti normal olmadığından onun avtomaşınını idarə etmiş və birlikdə polis bölməsinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, güclü küləyin əsməsi nəticəsində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» istirahət parkında ağacların aşması barədə xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində parkın sahə rəisi Şahid1 ona zəng vuraraq məlumat vermişdir. Sabahı gün səhər saatlarından ağacların aşma səbəblərini araşdırmaq və bundan sonra ərazidən təmizləmək barədə göstəriş verməklə aidiyyəti şəxslərin, o cümlədən Birliyin İstehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs də ora gəlməsini tapşırmışdır. Səhəri gün saat 10 radələrində Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti nümayəndəsi Abid müəllim və Birliyin şöbə rəisi Təqsirləndirilən şəxsla birlikdə həmin parkın ərazisinə getmişdir. Parkın orta hissəsində «sərv», «şam» və «Eldar şamı» növündə bir neçə ağacın aşmasının şahidi olmuşlar. Çəmənliyin içərisində aşan iki ədəd ağacın kəsilərək götürülməsi barədə Zərərçəkmiş şəxs tapşırıq vermiş, parkın içərisindəki iaşə obyektinə yaxın məsafədə aşmış bir ədəd ağacın kənar təsirlərdən aşa bilməsinə şübhələr olduğundan həmin ağacla bağlı araşdırma aparmağı isə oradakı şəxslərin, o cümlədən Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs tapşırmışdır. Bundan sonra Abid müəllim parkdan çıxıb getmiş, o, sahə rəisləri Şahid3 və Şahid1lə birlikdə parkın digər ərazilərini gəzməyə başlamışlar. Təxminən 15 dəqiqə sonra ağaclar aşan həmin yerə qayıdanda tapşırılmış iki ağacın kəsilərək götürüldüyünü, araşdırılmalı olan digər ağacın da kəsildiyini görmüş və həmin vaxt araşdırma aparılmalı olan ağacın kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdiyinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «sən kimsən ki mənə göstəriş verirsən» deyərək iradlar bildirdiyinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışıb, tapşırığın onun tərəfindən verildiyini bildirsə də, Zərərçəkmiş şəxs yenə də eyni məzmunda iradlar bildirərək Təqsirləndirilən şəxs pencəyinin yaxasından yapışmış, özü və Şahid1 Əhlimanla Orxanın arasına girərək onları ayırmağa çalışmışlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzündən itələyərək ondan ayrılmışdır. Ətrafdakı kimliklərini dəqiq xatırlamadığı şəxslər Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsalar da o, həmin şəxslərin əhatəsindən çıxmağa və Təqsirləndirilən şəxs üzərinə getməyə çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs burnunun sağ hissəsində kiçik bir qızartı görmüşdür. Bundan sonra o Təqsirləndirilən şəxsla birlikdə həmin ərazidən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs orada Zərərçəkmiş şəxs təpik və ya yumruq zərbəsi vurmasının şahidi olmamışdır. Ayrı-ayrı şöbələrin əməkdaşları olmaqla həmin vaxt Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs heç bir tabeçilik münasibətləri olmamış, sözügedən məsələdə ağacların aşma səbəbinin araşdırılması məhz Təqsirləndirilən şəxs xidməti səlahiyyətlərinə aid olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayından Birliyin rəhbərliyinin göstərişi ilə Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» istirahət parkında aparılan təmir və yenidənqurma işlərinə cəlb olunduğundan gündəlik iş rejiminə uyğun olaraq xx xxxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində həmin parka gəldikdə gecə əsən güclü küləyin təsirindən bir neçə müxtəlif növ ağacların aşdığının şahidi olmuşdur. Birliyin Nərimanov rayonu üzrə sahə rəisi vəzifəsində işləyən Şahid3lə görüşüb birlikdə parkın ərazisini gəzərək aşmış ağacların yerini müəyyənləşdirmişlər. Həmin ağaclardan bəzilərinin kökü qırılmadığından oradakı fəhlələrin köməkliyi ilə qaldıraraq yerinə bərpa etmişlər, ağaclardan bir neçəsi isə kökündən qırılaraq aşdığından bərpa edilməsi mümkün olmamışdır. Həmin parkı avtomobil yolları kəsdiyindən üç hissədən ibarətdir. Şahid3lə parkın «Gənclik» metrostansiyası tərəfə olan birinci hissəsini gəzib və yoxladıqdan sonra birlikdə parkın ortadakı ikinci hissəsinə keçmişlər. Həmin hissədə yerləşən iaşə obyektinin yaxınlığına çatanda orada Birliyin baş direktoru Şahid2, Birliyin şöbə rəisi Təqsirləndirilən şəxs, istehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs, Birliyin texniki şöbəsinin əməkdaşı Anar Əlləzov və yaşıllaşdırma işlərini həyata keçirən tanımadığı bir neçə şəxsi görmüşdür. Həmin vaxt Birliyin şöbə rəisi Təqsirləndirilən şəxsla mühəndis Zərərçəkmiş şəxs arasında sözlə mübahisə olduğunu görmüş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «sən kimsən ki, mənə göstəriş verirsən» deyə iradlar bildirmişdir. Onların hər ikisi də bir-birlərinə yaxınlaşmağa cəhd etsələr də ətrafdakılar buna imkan verməmişdir. Bundan sonra o yoluna davam edib parkın üçüncü hissəsinə tərəf gedib bitkiləri yoxlamış, Zərərçəkmiş şəxs qollarından tutaraq onu saxlamamış, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs birbirlərinə zərbələr vurmasını, xəsarətlər yetirməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verərək xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında xidməti ərazisində yerləşən «Atatürk» istirahət parkına gələrək küləyin təsirindən bir neçə ağacın aşmasının şahidi olduğunu, aşan ağaclardan biri ilə bağlı araşdırma aparılmalı olduğu barədə Birliyin baş direktoru Şahid2 tərəfindən Birliyin şöbə rəisi Təqsirləndirilən şəxs tapşırıq verildiyini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, müraciəti əsasında fəhlə kimi Bakı şəhər X5 işə qəbul olunma ərəfəsində olduğundan özü könüllü olaraq Birliyin parklarda apardığı yaşıllaşdırma işlərinə köməklik göstərmişdir və müsbət iş qabiliyətini nümayiş etdirməklə işə qəbul olunmağını daha da tezləşdirməyə çalışmışdır. Eyni qaydada xx xxxxxxxx 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində yerləşən «Atatürk» istirahət parkında aparılan təmir və yenidənqurma, əsasən də yaşıl çəmən örtüklərinin salınması işlərinə köməklik etmişdir. Həmin gün güclü külək əsdiyindən saat 17 radələrində parkda bir neçə ağacın aşdığının şahidi olmuşlar və parkın sahə rəisi Şahid1 də həmin vaxt orada olmuş, onun yanında Bakı şəhər X2 direktoru Şahid2 və digər şəxslərə telefonla məlumat vermiş, Şahid2 isə səhəri gün parka gəlib araşdıracaqlarını bildirmişdir. Səhəri gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində həmin parka gəlmiş və Birliyin direktoru Şahid2, digər vəzifəli şəxslər kimi tanıdığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aşmış ağaclarla bağlı müzakirə apardıqlarını görmüşdür, o isə həmin ərazidə olan fəhlələrin yaxınlığında dayanmışdır. Bir neçə dəqiqədən sonra Şahid2 aşmış ağacların kəsilərək götürülməsi barədə tapşırıq verdiyini eşitmiş və həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, avtomaşınında ağackəsən maşın (motopila) vardır, lakin onu işlədən fəhlələr hazırda orada yoxdurlar, kim işlədə bilərsə işə salım kəssin. Motopila işlədə bildiyindən və işgüzarlığını nümayiş etdirmək istədiyindən yaxınlaşıb işlədə biləcəyini demiş, Zərərçəkmiş şəxs motopilanı maşından gətizdirib işə saldıqdan sonra onun göstərişinə əsasən aşan ağacları doğramağa başlamışdır. İlk olaraq çəmənlikdə aşan ağacları doğramış, parkın içərisində olan iaşə obyektinin yaxınlığında olan aşan ağacı doğrayarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq həmin ağacı niyə kəsdiyini, kimin buna göstəriş verdiyini deyərək irad bildirmiş, o isə «günah məndədir ki, sizə kömək edirəm» deyib Zərərçəkmiş şəxs göstərişi ilə kəsdiyini bildirib motopilanı yerə qoyaraq kənardakı fəhlələrin yanına getmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə səs-küylə mübahisə etdiyini, bir-birlərinə yaxınlaşaraq vurmaq istədiklərini görmüş, lakin yaxınlıqlarında olanlar onları aralayaraq bir-birlərini vurmağa imkan verməmişlər. O da dərhal yaxınlaşıb onların arasına girmiş və onlar aralandıqdan sonra Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görmüş, soruşduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yumruqla vurulduğunu bildirmişdir. Mübahisə zamanı hər iki şəxsin bir-birlərinə əl-qol atmalarını görsə də hansıza zərbənin onlardan birinə və ya hansısa nahiyələrinə dəyməsini görməmişdir. Cinayət işinin 1-ci cildinin 11-12-ci vərəqlərində olan Bakı şəhəri Nərimanov RPİ 16-cı Polis Bölməsinin məsul növbətçisinin xx xxxxxxxx 2019-cu il tarixli NK-1 N 938 nömrəli raportundan görünür ki, həmin gün saat 10:48-də Bakı şəhəri, Binəqədi rayonu, Bələcəri qəsəbəsi döngə 1, ev 51-də yaşayan Zərərçəkmiş şəxs Nərimanov rayonunda yerləşən «Atatürk» parkında Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməli ilə bağlı polis bölməsinə ərizə ilə müraciət edərək qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cildinin 16-18-ci vərəqlərində olan xx xxxxxxxx 2019-cu il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, «Atatürk» istirahət parkında şam ağacları aşmış və budaqları kəsilərək götürülmüşdür. Aşan ağaclardan biri parkın içərisində olan iaşə obyektinin divarının yanındadır, hadisənin baş verdiyi yer isə yaşıl çəmənlik zolaqlarının arasında, parkın mərkəzi hissəsi ilə davam edən kilit döşəmə daşları ilə örtülmüş ərazidir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs da iştirak edərək hadisənin baş verdiyi yeri, şəraiti əyani şəkildə bir daha təsfir etmişdir. Həmçinin hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazini müşahidə edə biləcək DİN-nin «Təhlükəsiz Şəhər» kameraları və ya digər video kameralar mövcud deyil. Cinayət işinin 1-ci cildinin 29-31-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 836 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər baş-beyin silkələnməsi, burunun şişkinliyi, üst çənədə hər iki tərəfdən 1-ci dişlərin laxlaması ilə müşayiət olunan üst dodağın selikli qişasının hematoması, sol baldırın qançırı və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənib müddəti xx xxxxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 1-ci cildinin 112-114-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının xx xxxxxxx 2019-cu il tarixli müayinə sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin 192-203-cü vərəqlərində olan təkrar təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, T192/2020 saylı rəyi ilə Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətlər alması bir daha təsdiq olunur və həmin xəsarətlərin xüsusiyyətlərinə və yerləşmə nahiyələrinə görə onların şəxsin özü tərəfindən yetirilə bilməsi inkar edilir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentinin X1 xx.xx.2019-cu il tarixli Təhlükəli Hidrometeoroloji hadisə haqqında Xəbərdarlığından görünür ki, Bakı şəhəri və Abşeron yarmadasında 2019-cu ilin sentyabr ayının 21-dən 22-si səhərədək sürəti 35-38 m/s-dək olan güclü küləyin əsəcəyi barədə rəsmi məlumatlar verilmişdir. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqində olan Bakı şəhər X6 üzrə xx xxxxxx 2017-ci il tarixli, 23 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən Birliyin İstehsalat şöbəsinin 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. Cinayət işinin 1-ci cildinin 58-60-cı vərəqlərində olan xx xxxx 2018-ci il tarixli Əmək Müqaviləsindən və Bakı şəhər X6 üzrə 52 nömrəli əmrdən çıxarışdan görünür ki, Məmmədov X11 X7 Bitkiləri Mühafizə şöbəsinə 12-ci dərəcəli şöbə rəisi vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqində olan Bakı şəhər X6 üzrə tərtib edilmiş «İş Bölgüsü»ndən çıxarışdan görünür ki, Birliyin X7 Bitkilərin Mühafizəsi şöbəsinin rəisi birliyin xidməti sahələrində mövcud yaşıllıqların ziyanverici və xəstəliklərdən mühafizəsini, quru, xəstə və müalicəsi mümkün olmayan ağacların kəsilərək götürülməsi işlərini təşkil edən, ağacların aqrotexniki budanmasını, cavanlaşdırılmasını, formasını itirmiş ağaclara forma verilməsini təmin edən, eləcə də Birliyin balansında olan yaşıllıqların qanunsuz kəsilməsinə qarşı öz səlahiyyətləri çərçivəsində məsələ qaldırmaq, rəhbərlik etdiyi şöbə tərəfindən tapşırıqların yerinə yetirilməsinə, istehsalın təşkilinin təkmilləşdirilməsinə, iş mexanizminin mexanikləşdirilməsinə, işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət olunmasına nəzarəti həyata keçirmək səlahiyyətlərinə malik vəzifəli şəxsdir. «İş Bölgüsü»ndən çıxarışdan həmçinin görünür ki, Birliyin İstehsalat şöbəsinin mühəndisi yaşıllıq sahələrinin layihələndirilməsi, istehsalatda əməyin və idarəetmənin təşkilini həyata keçirən, texniki nəzarət işlərinin yerinə yetirən, yaşıllıq sahələrinin əməkdaşları tərəfindən qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edən və sair səlahiyyətləri həyata keçirən vəzifəli şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə ziddiyyət təşkil etdiyi və iş üzrə məhkəmədə müəyyən olunan hallara uyğun olmadığına görə ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, eləcə də məhkəmə ekspertiza rəyləri, sənədlər və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini, sənədləri iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar» Təqsirləndirilən şəxs da dövlət təşkilatı olan Bakı Şəhər İcra Hakimiyyətinin X2 şöbə rəis kimi Birliyin «İş bölgüsü»ndə təsbit olunmuş xidməti səlahiyyətlərə malik vəzifəli şəxs hesab olunur. Təsdiq edilmiş həmin «İş bölgüsü»nə əsasən Məmmədov X11 balansında olan yaşıllıqların qanunsuz kəsilməsinə qarşı öz səlahiyyətləri çərçivəsində məsələ qaldıran, quru, xəstə və müalicəsi mümkün olmayan ağacların kəsilərək götürülməsi işlərini təşkil edən vəzifəli şəxs kimi məhz həmin xidməti səlahiyyətlərindən istifadə etməklə xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhər X2 balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən «Atatürk» istirahət parkında aşmış ağacların kəsilərək götürülməsi prosesində Birliyin İstehsalat şöbəsinin mühəndisi Zərərçəkmiş şəxs iradlar bildirərək aralarında mübahisənin yaranmasına səbəb olmuş və məhz xidməti səlahiyyətli şəxs kimi öz üstünlüyünü nümayişkəranə surətdə bəyan etməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb Zərərçəkmiş şəxs zor tətbiq etməklə vəzifəli şəxs kimi heç bir halda etmək hüququ olmayan hərəkətlər etmişdir Beləliklə, cinayət işi üzrə məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 245-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 58-59-cü vərəqlərində olan arayış, şəxsiyyət vəsiqələri və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağı vardır, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 43-44-cü vərəqlərində olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmaması, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olmaması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların hər birinin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində deyilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olmaması kimi halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təyin ediləcək cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxs tərəfindən real olaraq çəkilməsi törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə, habelə cinayətin törədilməsindən sonrakı davranışlarına uyğun olmamaqla CM-də nəzərdə tutulmuş ədalət prinsipinə ziddir. Buna görə də məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Qanunun bu tələbi baxımından məhkəmə təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 309.2-ci maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəzanın da təyin edilməsi nəzərdə tutulsa da, məhkəmə, əməlindən səmimi peşman olmasını, cinayətin törədilməsi zamanı və törədilməsindən sonrakı davranışlarını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olmamasını müstəsna hal kimi qəbul edərək hesab edir ki, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməli və təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirə edilə bilinəcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Cinayət işinin 2-ci cildinin 79 və 97-ci vərəqlərində olan hesabat və arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını təyinatla müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğluna 120 (bir yüz iyirmi) manat müdafiə xərci hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını təyinata Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Aleksandrova müdafiə etmiş və müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiəsi ilə əlaqədar 35 saat iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Allahmanov Şöhrət Nəbi oğlu üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun nəfinə, Müdafiəçi üçün 210 (iki yüz on) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilməli əlavə cəza təyin edilmədən 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş əsas cəza şərti məhkum etmə sayılmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Nizami Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Göstərdikləri hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Allahmanov Şöhrət Nəbi oğlu üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 14 saylı vəkil bürosunun nəfinə, Müdafiəçi üçün 210 (iki yüz on) manat fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov Əsli ilə düzdür Hakim Əfqan Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-428/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-428/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver