Məhkəmə qərarları › İş №1(101)-428/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-428/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-428/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyərkən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs birgə ticarət fəaliyyəti ilə məşğul olub əldə edəcəkləri gəlirin 70 faizini verəcəyi barədə yalan vəd verib aldadaraq siqaret satışını təşkil etmək adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində 110000 (yüz on min) manat pulunu aldıqdan sonra cinayət əməlini pərdələmək məqsədilə uğurlu ticarət fəaliyyətini təşkil etdiyinə inandırmaq üçün 2018-ci ilin iyun ayında həmin puldan 7500 (yeddi min beş yüz) manat pulu, 2018-ci ilin iyul ayında isə 10200 (on min iki yüz) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs vermiş, bundan sonra o, Bakı Metropoliteninin “Neftçilər” metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında 500000 (beş yüz min) manat pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 9600 (doqquz min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra o, avtomobil ehtiyyat hissələrinin satışını təşkil etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs dostu Şahid4 vasitəsilə göndərdiyi 59500 (əlli doqquz min beş yüz) manat pulu, xx.xx.2018-ci il tarixdə də eyni adla aldadaraq Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 340000 (üç yüz qırx min) manat olan 200000 (iki yüz min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 10600 (on min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin, o, telefon satışına əlavə pul yatırdaraq daha cox qazanc əldə etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində həmin tarixdə rəsmi bank məzənnəsi ilə 153000 (yüz əlli üç min) manat olan 90000 (doxsan min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 48100 (qırx səkkiz min yüz) manat, 2018-ci ilin noyabr və dekabr aylarında isə 94000 (doxsan dörd min) manat pulu Zərərçəkmiş şəxs vermiş, bundan əlavə o, ehtiyyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək görüntüsü yaradıb aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 408000 (dörd yüz səkkiz min) manat olan 240000 (iki yüz qırx min) ABŞ dolları pulunu alaraq həmin ilin yanvar və fevral aylarında bu puldan qazanc adı ilə 200000 (iki yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin o, birgə ticarət fəaliyyətlərini genişləndirilməsinə inandırıb bu adla aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən binanın qarajında həmin tarixə rəsmi bank məzənnəsi ilə 587000 (beş yüz səksən yeddi min) manat olan 340000 (üç yüz qırx min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 100000 (yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra isə o, yenə də, birgə ticarət fəaliyyəti adı ilə aldadaraq ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində Zərərçəkmiş şəxs üç dəfə - xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu, xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu və xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 51000 (əlli bir min) manat olan 30000 (otuz min) ABŞ dolları pulunu alıb ələ keçirmiş, beləliklə o, uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ilə ələ keçirdiyi bütövlükdə ******* (iki milyon beş yüz otuz dqquz min beş yüz) manat puldan 480000 (dörd yüz səkksən min) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs verməklə özgə əmlakı olan cəmi ******* (iki milyon əlli doqquz min beş yüz) manat məbləğində pulunu ələ keçirib zərərçəkmiş şəxsə xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, habelə şahidləri dindirib, toplanmış sübutları və cinayət işinin materiallarını tədqiq edib araşdırıraq elan edilmiş ittiham üzrə aşağıdakıları müəyyən etdi: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində mühəndis vəzifəsində işləmişdir. Sonra 2019-cu ilin oktyabr ayının 4-dən Xətai RPİ-nin CAŞ-də əməliyyat müvəkkili işləmişdir. Polis orqanlarında 2021-ci ilin aprel ayına kimi işləmişdir. Polis orqanlarından işdən çıxma səbəbi kommersiya fəaliyyəti ilə məşğul olmağı olmuşdur. Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıdığı Şahid2 vasitəsilə tanımışdır. O, özü əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi kimi qeydiyyata düşməmiş, onun adına VÖEN açılmamışdır. Birinci dükanı açanda o, 5-10 minlə başlamış, sonra yavaş-yavaş artırmışdır. Dayısından pul almış, onda Möhkəmi tanımamışdır. 2-ci və 3-cü mağazaları açanda dayısı Rəşaddan təxminən 150.000 manat almışdır. 2018-ci ilin yazında Zərərçəkmiş şəxs özü ona təklif etmişdir ki, onun biznes fəaliyyətinə qoşulsun, lazım olsa buna görə ona pul da verə bilər, lakin gəlirin 30 faizini o, özünə götürməli, qalan 70 faizini Möhkəmə verməliymiş. O, həmin təkliflə razılaşmışdır. Bu təklifdən sonra o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 7G; Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 34; Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrosunun çıxışı; Bakı şəhəri, Xətai rayonu, Xəzərin kruqu, N.Süleymanov küçəsi 41; Bakı şəhəri, Xətai rayonu, “Mirvari” plazanın yanında 5 ədəd pərakəndə mağaza açmışdır. Hər dükanda 40-60 min mal olurmuş. Möhkəmə qədər olan mağazalar 1-ci dükanı ona Cavid təklif edib demişdir ki, dayısının mağazası var, yaxşı yerdədir, işlək yerdir. O da baxıb xoşuna gəlmiş və 500 manatdan icarəyə götürmüşdür. 2-ci dükanı da Q.Nəbi küçəsində götürmüş, həmin dükan Möhkəmin olmamış, kimin olmasını bilmir. 3-cü dükan “Əhmədli” metrostansiyasının yanında imiş, kimin yeri imiş bilmir. 4-cü dükan -Cavidlə şərikliyə götürdükləri dükan Əhmədlidə avtobus yolunun sağında köməkçi yol var, küçənin adını bilmir. Bu obyektin də kimə məxsus olmasını bilmir, icarəyə götürmüşlər. Sahibini bilmir, ayda bir dəfə gəlib sürücüsü icarəni götürürmüş. 2018-ci ilin fevralından dükanı icarəyə götürmüşdür. İşlətdiyi mağazalar Şahid8 Ağamalı oğlunun adına rəsmiləşdirilmiş, həmçinin, sadələşdirilmiş vergi ödəyəcisi kimi Şahid8 adına 2018-ci ilin may ayında VÖEN açılmışdır. Sadələşdirimiş vergi ödəyicisi olmuş, ayda hər obyektə görə 70 manat vergi verilirmiş. Verginin işçisi gərək ki, adı İbrahim olmuş, hər ay gəlib vergi pulunu götürüb gedirmiş. O, deyə bilməz nədən ötrü Şahid8 Ağamalı oğlu hər mağazada 6000 manat gəliri olduğu halda Vergi xidmətinə cəmi 70 manat verirmiş. Verginin verilməsi Şahid8 Ağamalı oğluna həvalə olunmuşdur. Mağazaların sənədləşməsi ilə Şahid8 Ağamalı oğlu məşğul olurmuş, yəni bütün mühasibatlıq uçotunu Şahid8 aparırmış. Həmin mağazalara dair onda heç bir mühasibatlıq sənədləri qalmamışdır. Malları topdansatış alırmışlar, ona görə də onlara heç bir qaimə və ya kassa çeki verilmirmiş. Həmçinin, malların satışında heç bir sənədləşmə aparılmırmış. Mağazalarda kassa aparatı yox imiş. Hal-hazırda həmin mağazalara dair onda heç bir mühasibatlıq sənədi yoxdur. Ola bilər ki, həmin sənədlər Şahid8 qalmışdır. Biznesin inkişafı üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Möhkəm ona hissə-hissə olmaqla pul vəsaiti vermişdir. Belə ki, 2018-ci ilin may ayından 2018-ci ilin avqust ayına kimi Möhkəm ona 500.000 manat vermiş və həmin pulla siqaret, telefon və avtomobillərin ehtiyyat hissələrini topdan və pərakəndə alqı-satqısı ilə məşğul olan yuxarıda qeyd etdiyi mağazalar açmışdır. 2018-ci ilin sentyabr ayında Möhkəmdən 59.500 manat almışdır. Təqribən 2018-ci ilin oktyabr ayında Möhkəmdən yenə səhv etmirsə 153.000 manat almışdır. Bu məbləğləri xatırlayır. Bütün pulları Möhkəmdən təklikdə almış, səhv etmirsə bir dəfə Möhkəm ona Hikmət adlı şəxsin vasitəsilə 2.000 və yaxud 3.000 ABŞ dolları göndərmişdir. Hər ay 5 obyektdən təqribən 14.000-15.000 ABŞ dollarlıq gəliri Zərərçəkmiş şəxs vermişdir. 9 ay ərzində Zərərçəkmiş şəxs təqribən 200.000 ABŞ dolları gəlir vermişdir. Dəqiq deyə bilər ki, Ümumilikdə Zərərçəkmiş şəxs Bakı şəhərinin müxtəlif yerlərində cəmi 683.000 ABŞ dolları məbləğində pulu onun artıq məşğul olduğu siqaret və avtomobil hissələrinin satışı biznesinə əlavə edib genişləndirmək üçün almışdır. 28 may ərazisindən topdan satış yerindən siqareti alırmış, xaricdən gətirmirmiş. Mal alınıb anbarda saxlanırmış. Hər mağazanın balaca da olsa öz anbarı var imiş. Sürücü olmuş və hər gün həmin sifarişi götürüb siqareti alıb gətirirmiş. Hər günün satış pulu götürülürmüş. Ticarət dövriyyəsi fərqli olurmuş. Siqaret satışının mövsümə aidiyyatı olmamışdır. Həmin məbləğdə olan pulları adətən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Dəfnə” restoranında Möhkəmdən almışdır. Xətai rayonu ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Diamonds Lounge” çay evində onunla bir neçə dəfə görüşlər olmuşdur. Eyni zamanda Möhkəmdən biznes qurmaq üçün aldığı bütün pulları Möhkəmə tam həcmdə Möhkəmin evində, həmçinin, “Diamonds Lounge” çay evində artıqlaması ilə geri qaytarmışdır. Belə ki, Möhkəmə gəlir kimi ödədiyi 200.000 ABŞ dollarından başqa, Möhkəmə verdiyi pulun 153.000 manatı 15 noyabr 2018-ci ildə qaytarmış, 500.000 manatı 2019-cu il fevral ayında, 110.000 ABŞ dolları isə 10-15 mart tarixində, qalan pulu isə halhazırda xatırlamadığı digər tarixlərdə qaytarmışdır. Odur ki, onun Möhkəmə borcu qalmamışdır. Beləliklə, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə ******* manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməyi ilə razı deyil. Yuxarıda ifadəsində göstərdiyi kimi o, Zərərçəkmiş şəxs ümumilikdə 683.000 ABŞ dolları məbləğində pulu siqaret və avtomobil hissələrinin satışı biznesini genişləndirmək üçün almış, həmin məbləğdə pulu tam olaraq qaytarmış və hətta Möhkəmə əlavə olaraq 200.000 ABŞ dolları gəlir vermişdir. Zərərçəkmiş şəxs onunla birgə imzalamış olduğu 20 oktyabr 2018-ci il tarixli qəbzi təsdiq edir. Həmin qəbzi Zərərçəkmiş şəxs özü tərtib etmiş və həmin qəbzdə olan 683.000 ABŞ dolları götürməyini də təsdiq edir və bu barədə özü imza etmişdir. Lakin qəbzdə olan düzəlişlər və qəbzin arxa tərəfində olan əlyazmalardan xəbəri yoxdur. Möhkəm özü həmin rəqəmləri əlavə etmişdir ki, guya onun Möhkəmə 1.510.000 ABŞ dollarlıq borcu qalmışdır. Hazırlanmış qəbzlə bağlı bir daha bildirir ki, həmin qəbzi Zərərçəkmiş şəxs öz xətti ilə 2 nüsxədə hazırlamış və hər ikisi də qəbzə imza etmişlər. Həmin qəbzdən də göründüyü kimi o, Möhkəmdən 1.013.000 manat, yəni hazırkı məzənnə ilə 683.000 ABŞ dolları pul almış, tam şəkildə Möhkəmin özünə qaytarmışdır. Sonuncu dəfə Möhkəmdən nə qədər pul götürməyi qəbzdə var. Elə hal olmamışdır ki, o, Möhkəmdən pul istəsin, Möhkəm də verməsin. O, Möhkəmə verdiyi pullara dair ondan qəbz almamış, qeydləri də olmamışdır. Möhkəm demişdir ki, onda dəftər var, qeyd etmişdir, lakin indiyədək həmin dəftəri üzə çıxartmamış, o da Möhkəmə inanmır, bəlkə onu indi yazmışdır. Möhkəmə hər ay fərqli məbləğlərdə pul vermişdir. Möhkəmə 683.000 ABŞ dollar vediyi puldan başqa da ən azı 200.000 ABŞ dolları da xeyir vermiş, cəmi 883.000 dollar qaytarmışdır. Elə hal olmamışdır ki, o, Möhkəmdən pul alıb atasına versin, onun atasının elə bir şeyə ehtiyacı da olmamışdır. Zərərçəkmiş şəxsin verdiyi pullardan heç kimə pul verməmiş, borc verməmiş, Azərbaycandan kənara çıxartmamış, Möhkəmin verdiyi pulla yalnız Möhkəmlə bağlı biznesə xərclənmişdir. Kimsə ondan pul istəyəndə öz büdcəsində olubsa vermiş, olmayıbsa verməmiş, özünün də qazancı olmuşdur. Məsələn xalası oğlu zəng edib 1000 manat istəyibsə öz pulundan vermişdir. Onda heç bir qəbz olmamış, o, pulu qaytaranda Möhkəm özü qeydlər edirmiş. Sonuncu dəfə gərək ki, səhv etmirsə 2018-ci ilin oktyabr ayında ona 153 min manat vermişdir. Möhkəmə qazanc olaraq oktyabr ayında, həm siqaretdən, həm telefondan, həm ehtiyat hissələrindən qazancı vermiş, onun pulunu da tam qaytarmışdır. 3 biznes əlaqəsi olmuş, hərəsindən də ayrı-ayrı qazanc olmuş, məsələn 10 min əgər siqaretdən olubsa, 8 min telefondan olmuş, 5 min də ehtiyat hissələrindən olmuşdur. Hər ay qazanc dəyişib, fərqli olmuşdur. Möhkəmə pulları dəfələrlə evində vermiş, orada Möhkəmin ailəsi, qohumları, bacısı oğlu olmuşdur. Onun tərəfindən heç kim olmamışdır. Bəlkə 10 dəfə pulu Möhkəmin evində, müxtəlif yerlərdə şəhərdə görüşüb vermişdir. Dəfələrlə “Dəfnə”-nin yanında görüşüb ayaqqabı karobkasının içində pullar qaytarmış, elə olmuşdur ki, 110.000 dolları qaytarmış, elə olub 25 ədəd dolları rezinlə bağlayıb Möhkəmə vermişdir. Səhəri günü 4250 manat gətirib vermişdir. Evləri və maşınları öz pulu hesabına almışdır. Həmin vəsaitin Möhkəmə heç bir aidiyyəti olmamışdır. Zərərçəkmiş şəxsdən aldığı pullardan kiməsə borc verməmiş, ancaq işə xərclənmişdir. Ziyanın hansı məbləğdə bölüşdürülməsi barədə Möhkəmlə onun arasında danışıq olmamışdır. Zərərçəkmiş şəxsla birgə biznes yaradılması barədə heç bir müqavilə bağlanmamış, yalnız şifahi razılaşmaları olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir obyektdən günə təqribən 150-200 manat gəlir olurmuş. Hər obyektdən hər ay təqribən 6000 manat gəlir olurmuş. Obyektin birində şərik olmuşdur. Şərikin adını hal-hazırda xatırlamır və anket məlumatlarını bilmir. Köşklərin hamısı siqaret köşkləri imiş. Mağazalardan əldə olunmuş gəlirlərin 70 faizini Möhkəmə vermişdir. Hüseyn adlı şəxs tanışı olmuş, Almaniyadan 2015-2016-cı illərdə maşın alıb göndərmişdir. Həmin vaxt Möhkəmi tanımamış, Mökəmdən alınmış pulun ona aidiyyətı olmamışdır. Əvvəllər Hüseynə 2014-2016-cı illərdə pul göndərmiş, 30.000, 40.000 maşınla bağlı göndərmişdir. Onun öz şəxsi pulu olmuş, Möhkəmə aidiyyatı olmamışdır. Möhkəm ondan qazancın 70 faizini istəmiş, demişdir ki, o, heç bir işə qarışmır, qazancın faizini istəmişdir. Pul batsa da, oğurlansa da o, cavabdeh olmuşdur. Möhkəm hər dəfə ondan qazancın pulunu istəmiş, bir dəfə də maraqlanmamışdır ki, nə işlə məşğuldur, nə satır, məsələn Möhkəmə demişdir bu ay 10.000 qazanc var, həmin pulun 70 faizini Möhkəmə verirmiş. Faiz deyəndə bunu nəzərdə tutur. Əziyyətlə pul qazanılırmış. Elə olurmuş ki, gecələr öz maşını ilə mal paylamışdır. Onun tayları kef edəndə o, gecələr Sumqayıta mal paylamışdır. Bütün bunları zərərçəkmiş şəxs də yaxşı görürmüş. Qazancını ailəsinə xərcləyirmiş, ailəlidir 3 uşağı var. O, əziyyətlə qazandığı pulları mərc oyunlarına qoymamışdır. Cavidə bir dəfə pul vermiş, Cavid də özü bilər pulu kimə verib, Cavid ondan 130.000 manat iş görmək adı ilə almış, demişdir ki, xaricə göndərir. Cavid mərc oyunları oynayıb, böyük məbləğdə pullar uduzurmuş. Həmin vaxt o, Zülfüqarı tanımırmış. Sonra bilmişdir ki, Zülfüqarla tanış olub oyun oynamışlar. 5 aydan sonra görmüşdür ki, pul yoxdur, Caviddən nə olduğunu soruşmuş, Cavid də demişdir ki, mərc oyununda uduzmuşlar. O, özü mərc oyunlarına pul qoymamışdır. Fuad adlı şəxsi tanıyır. Xətaidə iş yoldaşı olmuşdur. Möhkəmlə olan biznesiylə bağlı məsələlərdə Fuadın heç bir əlaqəsi olmamış, Fuadın da biznesi olub arada bir köməklik edirmiş. Onun Möhkəmə aidiyyatı yoxdur. Fuad pul istəyəndə 2500, 3000 hərdən Fuada pul verirmiş. Fuadın öz şəxsi biznesi var imiş, onların biznesinə heç bir aidiyyətı yox imiş, onlarınkınında heç birinin üzünü belə görməmişdir. Atası Fuadla aralarında olan pul söhbətini bilməmiş, atası Fuadı tanımamışdır. Fuadın onun işlərinə heç bir qarışacağı olmamışdır. Mart ayının 17-də Möhkəm ona dediyi məbləğdə pul verməmiş, kimin yanında vermişdirsə gəlsin desin. 1-ci dəfə Möhkəm mayın ortası özü təklif etmişdir. 2 ay ərzində 20.000, 20.000, 30.000, 40.000 almışdır. Zərərçəkmiş şəxslə aralarında narazılığın nə vaxt yaranmasını dəqiq xatırlamır. Möhkəmdən biznes fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif vaxtlarda pul almışdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, polis orqanlarına o, işə qəbul olunur, lakin buna baxmayaraq kommersiya fəaliyyətinin davam etdirilməsi üçün ona əlavə olaraq pul vermişdir. Ona Möhkəm pulu verib demişdir ki, heç bir işə qarışmır, pul batsa da ona aidiyyatı yoxdur. Möhkəm mağazaların işinə qarışmamışdır. Pulu Möhkəm ona faizə verməmiş, biznesə görə vermişdir. 5 obyektdən 9 ay ərzində Möhkəmə ayda 14.000-15.000 ABŞ dolları gəlir vermişdir. Həmin gəlirə görə ayda cəmi 70 manat vergi ödənişləri aparmışdır. Məhkəmənin sonrakı iclaslarında təqsirləndirilən şəxs Elvin Həşimov proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, onun 6 mağazası olmuş bir mağaza yaxşı işləmədiyindən həmin mağazanı bağlamışdır. Sonra 5 mağaza işlətmiş, biri topdansatış, 4-ü isə pərakəndə satışı ilə məşğul olmuşdur. O, cinayət işinin materialları ilə tanış olanda həmin mağazaların, ticarət obyektlərinin fotoşəkilləri cinayət işinə əlavə edilmişdir. Səhv etmirsə obyektlərinin fotoşəkilləri cinayət işinin axırıncı cildinə tikilmişdir. Mağazalarda işləyənlərin anket məlumatlarını hal-hazırda xatırlamır. Bir nəfər Vasifi dəqiq bilir. Günü 15 manata işləyənlər olmuş, işləyib çıxıb getmişlər. İcarəyə götürdüyü mağazaların sahiblərini xatırlamır. Yalnız bir mağazanın sahibi olan Zərərçəkmiş şəxs bilmişdir. Xətai rayonu, M.Hadi küçəsində olan mağaza Zərərçəkmiş şəxs məxsus olub, həmin mağazaya həm 500 manat icarə haqqı, həm də kommersiya fəaliyyətindən ayda əldə etdiyi gəlirin 70 faizini Möhkəmə vermişdir. Səhv etmirsə həmin mağazanı 2018-ci ilin yanvar ayının axırında götürmüşdür. Xətai rayonu, Q.Nəbi 34-də olan mağazaya icarə haqqı 1000 manat olmuş, mağazanın kimə məxsus olmasını xatırlamır, icarə haqqını Vasif aparıb verirmiş. Bu mağazanı da 2018-ci ilin mart ayında götürmüşdür. Xətai rayonu, “Əhmədli” metrosunun çıxışında olan mağazanı 1500 manata icarəyə götürmüşdür. Mağaza kimin olub xatırlamır. Xətai rayonu, Xəzərin kruqu, N.Süleymanov küçəsi 41-də olan mağazanı 500 manata icarəyə götürmüş, telefon nömrəsi qoymuşlar, o da zəng etmiş, gedib baxıb bəyənmiş, 500 manata icarəyə götürmüşdür. Xətai raynu, «Mirvari Plazanın» yanında olan mağazanı 500 manata icarəyə götürmüş, mağazanın sahibini xatırlamır. Mağazaların icarə pullarını aparıb Vasif verirmiş. Vergi məsələsi ilə Vasif məşğul olurmuş, səhv etmirsə hər ay vergi xidmətindən bir nəfər gəlib 70 manat götürürmüş. Lakin həmin şəxsin anket məlumatlarını və telefonu xatırlamır. Mağazaların bağlanmasına səbəb Möhkəmin pulunu geri istəməsi olmuşdur. Möhkəm aptek açırmış, ev alırmış və s. Ona görə də mağazaları bağlamağa məcbur olmuşdur. Pulu o, Möhkəmə hamısını, artıqlaması ilə, hissə-hissə qaytarmışdır. Möhkəmə pulları qaytarandan sonra nə iş qurmağının buraya aidiyyatı yoxdur. İsayeva Gülər adlı qadına ev almamış, heç bir qadına ev almamışdır. Həmin vaxt onun 2 maşını olmuşdur. “İnfiniti” maşını olmuş, qiyməti 26.000 manat, 2014-cü ildə “Qalenvagen” olmuş, onu da 90.000 dollara almışdır. O, polisdə işləməzdən əvvəl 2 ədəd «Mersedes C-CLASS» avtomobilləri olmuşdur. Onun Nizami rayonunda 1 otaqlı mənzili var. Başqa evi yoxdur. "xxxx" MTK-da evi olmamışdır. M.Abbasov küçəsi 15-də 120 min manata kreditə ev almış, 2 il ödəmiş, sonra ödəniş edə bilmədiyi üçün onu satmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahatlar və ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan izahatında və cinayət işinin 3-cü cild 159-162-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: …«..2018-ci ilin noyabr-dekabr aylarında Cavid mənə müraciət edərək bildirdi ki, o, instagram vasitəsilə bir nəfər Şahid3 adlı şəxslə tanış olmuş və Zülfüqar ona təklif etmişdir ki, mərc oyunlarına pul qoysalar yaxşı qazanc əldə edə bilərlər. Bu məqsədlə Cavid məndən 130.000 manat əl borcu istədi və mən ona verdikdən sonra Cavid həmin pulu Zülfüqara verdi. ...Həmin vaxt mən Cavidin qazanc əldə etməsini görüb həm də Zülfüqar da mənə təklif etdiyi üçün mən onunla razılaşaraq ilkin olaraq ona 30.000 manat, daha sonra isə 40.000 manat pul verdim. Zülfüqar mənə söz vermişdir ki, gündəlik olaraq mənə 2500 manat verəcək. Zülfüqar mənə iki dəfəyə hər dəfə 20.000 manat olmaqla ümumilikdə 40.000 manat pul qaytardı, 30.000 manat isə onda qaldı. ...Cavid məndən aldığı 130.000 manat puldan 80.000 manat qaytarsa da, 50.000 manat borclu qalmışdır. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı təsdiq edir. Cavidin ona olan borcunu təsdiq edir, Cavidin ona 70.000 manat deyil, daha çox borcu var. Cavidə 130.000 manat borc pul vermişdir. Dayısından alıb vermişdir. 80.000 manatını qaytarmış, qalan borcunu verməmişdir. Zülfüqar da gəlib borc istəmiş, ona da 2019-cu ilin sonlarında 70.000 manat “Foreks” də mərc oyunları üçün vermişdir. Cinayət işinin 3-cü cild 58-62-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: …« ...Həmin görüşlər zamanı Möhkəm özü hər dəfə mənə deyirdi ki, istədiyim vaxt mənə pul lazım olduğu halda ona deyim, özü mənə lazımi qədər pul verəcəkdir. Möhkəm bu sözləri mənə mütəmadi olaraq dediyi üçün bu hal mənə maraqlı gəldi və mən Caviddən dayısı barədə soraqlaşdım. Cavid bildirdi ki, onun dayısı Möhkəm sələmə, yəni faizə pul verəndir, əlində kifayət qədər pulu olur. İşimlə əlaqədar nə qədər pul lazım olsa Möhkəmdən götürə bilərəm… Ondan sələmə pul götürmüşəm…Bunları deməkdə məqsədim odur ki, Zərərçəkmiş şəxs sələmə pul verəndir. O məni şərləyir. Mənim ona hər hansı məbləğdə borcum yoxdur. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı təsdiq etmir. Möhkəm pulu ona sələmə verməmiş, pulu siqaretlə bağlı almışdır. Cinayət işinin 1-ci cild 91-92-ci vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: « ... 2018-ci ilin dekabr ayında Zülfüqar mənə bildirdi ki, o, RFnın Moskva şəhərində siqaret ticarəti ilə məşğul olur. Məşğul olduğu siqaret ticarətini genişləndirmək istəyir. Bu səbəbdən də məndən onu siqaret ticarəti ilə məşğul olmaq istəyən şəxslərlə tanış etməyimi xahiş etdi. Bundan sonra Zülfüqarın təklifini dayım Rəşada dedim. O da dedi ki, siqaret ticarəti ilə məşğul olmaq istəyir. Zülfüqar siqaret ticarəti ilə məşğul olmaq üçün ilkin olaraq 130000 manat pul istədi. Dayım Rəşad mənə yaşadığı evdə 130.000 manat pul verdi. Bundan sonra 2018-ci ilin dekabr ayı olardı ki, dostum Cavidlə birlikdə Zülfüqarla Nəsimi rayonu ərazisində yerləşən Nəsimi heykəlinin yanında görüşdük. Orada mən dayımın siqaret ticarəti ilə məşğul olması üçün verdiyi 130.000 manat pulu Zülfüqara verdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2018-ci ilin dekabr ayında Zülfüqar bildirmişdir ki, RF Moskva şəhərində siqaret ticarətiylə ilə məşğul olur. O, özü də siqaret işi ilə məşğul olmuşdur. Ona demişdir ki, ucuz nöqtəsini tapmış, ayda 3 dəfə Moskvaya gedib gəlir. Bunun nə Möhkəmə, nə də dayısına aidiyyətı olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan mənbəyi məlum olmayan əl yazısı ilə yazılmış qəbzə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəbzdə olan əlyazmalar Zərərçəkmiş şəxs tərəfindən tərtib edilib, qəbzin birinci səhifəsini o, və zərərçəkmiş şəxs imzalamışlar. Lakin, sonradan zərərçəkmiş şəxs həmin kağızın arxa hissəsinə onun xəbəri olmadan əlavələr etmişdir. Həmin əlavələr düz deyil. O, qəbzin arxa hissəsində olan yazıya imza etməmişdir. Bu əlyazmanın nə üçün istintaq orqanı tərəfindən protokolla götürülməməsinin səbəbini bilmir. O, 683.000 dolları təsdiq edir və imza da etmiş, pulun da hamısını qaytarmışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan əlyazmanın surətinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, Möhkəmin xəttidir, özü təqdim edib atası Elçin Həşimova. Atası da istintaq orqanına təqdim etmişdir. Elə bil o, pulu qaytaranda Möhkəm üsündən xətt çəkirmiş. Bu əlyazmanın nə üçün istintaq orqanı tərəfindən protokolla götürülməməsinin səbəbini bilmir. Möhkəm 1 milyon 160 min manat yazılmış, qaytardığı pulu yazmışdır. Bu da təxminən 700.000 ABŞ dollara yaxın pul edir. Onda 2 telefon nömrəsi olmuşdur. Adında çox nömrə olsa da 2 nömrə onundur. Qalanı onun adına olsa da qohumları işlədir. Deyiblər nömrə al o da almışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 256-cı vərəqəsində olan SMS yazışmaları ilə əlaqədar Təqsirləndirilən şəxs telefon danışıqlarının olmasını təsdiqləyərək, göstərmişdir ki, onun Zərərçəkmiş şəxsla birgə kommersiya fəaliyyəti ilə əlaqədar gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətləri olmuş və bu səbəbdən sonuncu ilə mütəmadi olaraq telefon danışıqları, SMS ismarıcları olmuşdur. Elan olunmuş cinayət işinin 4-cü cild 48-54-cü vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, Möhkəmin fikri olmuşdur ki, o, atasından pul alıb Möhkəmə versin. Həmin danşıqda Möhkəm Zülfüqarın yanında olmuş, səs yazısında 683.000 dollar Möhkəmdən almağını Zülfüqara demişdir. Elan olunmuş cinayət işinin 4-cü cild 130-133-cü vərəqələrində olan Gülər İsayevanın ifadəsinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, Gülər adlı qadınla 1 il əvvəl görüşürmüş. O, Gülər adlı qadına ev almamış, evi Gülərin atası almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Müxtəlif ticarət mərkəzlərində, yəni, «Sədərək» və 8-ci km bazarında icarəyə yerlər götürərək xaricdən gətirdikləri malların satışını təşkil etmişdir. X27 onun bacısının həyat yoldaşıdır. Rövşən 20 ildən artıqdır ki, «Sədərək» ticarət mərkəzində yerləşən mağazada xəzinədar-nəzarətçi işləmiş və 1000 manat aylıq məvacib almışdır. Rövşənin Cavid və Fərid adlı oğlanları var. Cavid 2018-ci il tarixdən 2020-ci il tarixədək Penitensiar xidmətdə qulluq etmişdir. 2017-ci ilin oktyabr ayında Cavid onu Təqsirləndirilən şəxs ilə tanış edərkən bildirmişdir ki, Elvin polis orqanlarında işləyir, atası Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-X2 rəisidir. Bu məqsədlə o, bir neçə dəfə Elvinin atası Elçin Həşimovun yanına gedərək onunla tanış olub söhbət etmiş və Elvinin atası ona söz vermişdir ki, onun üçün torpaq sahəsi təşkil edəcək. Təqsirləndirilən şəxsin atası Elçin Həşimli ilə onun işlədiyi Mənzil Kommunal Təsərrüfat Birliyində görüşmüş, təxminən 2018-ci ilin fevral ayı olarmış. Görüşməkdə məqsədi ona obyekt tikmək üçün torpaq yeri lazım imiş, bununla əlaqədar onunla görüşmüşdür. Sonra 2018-ci ilin may ayının əvvəllərində Elvinin atası Elçin onların ailəsinə məxsus olan Xətai rayonu, M.Hadi 9 ünvanında yerləşən «Diamonds Lounge» çay evinə gələrək çay içib getmişdir. Həmin vaxt orada o, Cavid, Elvin və Elvinin atası olmuşlar. Onunla danışarkən Elvin polis əməkdaşı olaraq ona kommersiya fəaliyyəti ilə məşğul olmaq təklifini vermişdir. Elvin söhbət əsnasında onu tam əmin etmişdir ki, birgə ticarət fəaliyyəti ilə məşğul olub əldə edəcəkləri gəlirin 70 faizini ona verəcək. Elvin guya siqaret satışını təşkil etmək adı ilə xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Diamonds Lounge" çay evində 110.000 manat pulunu almış, sonra guya uğurlu ticarət fəaliyyətini təşkil etdiyinə inandırmaq və onun etibarını qazanmaq üçün 2018-ci ilin iyun ayında elə ondan aldığı həmin puldan 7500 manat pulu, 2018-ci ilin iyul ayında isə 10200 manat pulu qazanc adı ilə ona vermişdir. Bundan sonra Elvin Bakı Metropoliteninin “Neftçilər” metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək adı ilə onu aldadaraq 2018-ci ilin avqust ayında onun yaşadığı ünvan 4 ünvanında 500.000 manat pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 9600 manat pulu yenə də ona vermiş və bununla onu biznes etdiyinə tam inandırmışdır. Sonra Elvin, avtomobil ehtiyyat hissələrinin satışını təşkil etmək adı ilə onu aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanının qarşısında dostu Şahid4 vasitəsilə göndərdiyi 59500 manat pulu, aralarında olan razılaşmaya görə bu məbləğdən də ayrıca xeyir gəlməli imiş. Buna görə bir aydan sonra 3000-3500 manat xeyir verməli imiş. Bu pulla bağlı hardasa 4-5 ay ona xeyir vermiş, xx.xx.2018-ci il tarixdə də eyni adla aldadaraq ondan ünvan 4 ünvanında 200.000 ABŞ dolları pulunu alaraq elə həmin ay qazanc adı ilə bu puldan 10600 manat pulu ona vermişdir. Bundan başqa, Elvin telefon satışına əlavə pul yatırdaraq daha cox qazanc əldə etmək adı ilə onu aldadıb, xx.xx.2018-ci il tarixdə ondan ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində həmin tarixdə rəsmi bank məzənnəsi ilə 153.000 manat olan 90000 ABŞ dollar pulunu alaraq elə həmin ay guya qazanc adı ilə 48100 manat, 2018-ci ilin noyabr və dekabr aylarında isə 94000 manat pulu ona vermişdir. Elvin ehtiyyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək görüntüsü yaradıb onu aldadaraq xx.xx.2019-cu il tarixdə ondan ünvan 4 ünvanında 240.000 ABŞ dolları pulunu alaraq həmin ilin yanvar və fevral aylarında bu puldan qazanc adı ilə 200000 manat ona pul vermişdir. Həmçinin, Elvin birgə ticarət fəaliyyətlərinin genişdirilməsinə onu inandırıb bu adla aldadaraq xx.xx.2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 158A ünvanında yerləşən binanın qarajında 340.000 ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 100000 manat ona pul qaytarmışdır. Sonra Elvin yenə də, birgə ticarət fəaliyyəti adı ilə onu aldadaraq ünvan 8 ünvanında yerləşən "Diamonds Lounge" çay evində ondan üç dəfə - xx.xx.2019-cu il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 100.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə 30.000 ABŞ dolları pulunu alıb ələ keçirmişdir. Ümumi olaraq Elvin guya uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair yalan vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb onun etibarını qazanmaqla 2.539.500 manat puldan 480.000 manat pulu qazanc adı ilə ona verməklə cəmi 2.059.500 manat məbləğində pulunu ələ keçirib dələduzluq etmişdir. Elvin ondan aldığı pulların bir qismini onun özünə qaytararaq, onun inamını qazanmışdır. Təqsirləndirilən şəxs hansı tarixdə nə qədər pul verdiyini siyahı ilə qəbz şəklində özü qeydiyyatlar aparmış və qeydiyyat qəbzini Elvin özü də imzalamışdır. Qəbzin və Elvinin biznesi ilə bağlı yazdığı qaralama vərəqlərini istintaq orqanına təqdim etmişdir. Elvin tərəfindən hansı tarixdə ona nə qədər pulların qaytarılması barədə əlyazmanın surətini könüllü olaraq istintaqa təqdim etmişdir. Pulları əksər hallarda özü Elvinə təklikdə vermiş, lakin bir dəfə Elvinə 59500 manat pulu dostu Şahid4 vasitəsilə vermişdir. 100.000 ABŞ dollarını isə dostu Şahid5 borc alıb Elvinə vermişdir. Elvinin ondan pul alması barədə Şahid6 və X8 məlumatları olmuşdur. O, dəfələrlə təqsirləndirilən şəxsdən tələb etmişdir ki, əgər o, ticarətlə məşğuldursa, ona həmin obyektləri göstərsin. Lakin, Elvin ona heç bir yeri göstərməyib, demişdir ki, onun pulu batsa, onun pulunu dədəsi ödəyəcək. Təqsirləndirilən şəxs ona Almaniyaya pul göndərməsini deməmiş, o, bunu MCMİ-də bilmişdir. Təqsirləndirilən şəxs demişdir ki, telefon biznesində atasının da pulu var, lakin qədərini deməmişdir. Elvin “Dəfnə” restoranında ondan pul almamış, elə bir söhbət olmamış, pulları ya evində vermiş, ya da obyektində vermişdir. Elvin pulu ona qaytarmayanda o, 2019-cu ilin aprel ayında Elvinin atasına demiş, atası da demişdir ki, heç bir orqana şikayət etməsin, 1 ay müddətində pulu ona qaytaracaq, lakin bir aydan sonra pulu qaytarmadığından yenə yanına getdikdə, Elvinin atası narahat olmamağı, 1 ay da səbrli olsun, onun pulunu qaytaracağını demişdir. Bir ay sentyabr ayının 12-si olmuşdur. O, Elvinin atasına zəng etdikdə, telefonlarını açmamış, başqa nömrədən zəng etdikdə telefonu açmışdır. Bakıda “Şəki” dairəsi deyilən yerdə Elvinin atası ilə görüşmüşdür. Elvinin atası niyə gəlmisən soruşduqda, o, pulunu istədiyini demişdir. Elvinin atası bəyəm Elvinin ona 1 milyon 200.000 qaytarmadığını soruşmuş, o da Elvinin ona heç bir pul qaytarmadığını demişdir. Kişinin qanı çox qaralmış, ona getməyini deyib, aydınlaşdırıb deyəcəyini bildirmişdir. Elvinin atası 2020-cu ilin mart ayının 12-də Elvin saxlanılarkən gəlmiş, o, səsini yazacağını demişdir ki, sabah sözündən dönməsin. 2 saat 15 dəqiqə söhbət etmişlər. O da həmin səs yazısını saxlamış və həmin səs yazısını istintaqa təqdim etmişdir. Elvinin atası ona mülk, pul təklif etmiş, əl-ələ verib görüşmüşlər, lakin sonradan heç bir nəticəsi olmamışdır. Həmin söhbətdə Elvinin atası demişdir ki, həmin işdə onun da 1 milyon 200.000 pulu var, narahat olmasın onun pulunu qaytaracaq. Elvinin atasının səs yazısında var, atası deyir, ki, Elvin onu aldadaraq guya ona pulu verməsini demişdir. Səhəri gün idarədə görüşmüşlər, Elvini də çağırmışdır. Atası Elvinə bu kişinin pulunu nə vaxt qaytaracağını soruşmuş, Elvin atasına qaytaracağını deyib, ondan da qaytarmasa nə edəcəyini soruşmuşdur. O da bir az əsəblərini cilovlaya bilməyib, qışqırmağa başlamışdır. Söhbətlərinin gərginləşdiyini görüb, oradan çıxıb, Nərimanov RPİ-nə ərizə ilə şikayət etmişdir. Səhəri gün ona məxsus olan çay evinə basqın olunmuşdur. Onun cənab Nazirə şikayətindən sonra, Elvin adamları yığıb ora gətirmişdir. Bu işin Elvin tərəfindən olunduğunu demişlər. Həmin vaxt Elvin Xətai RPİ-də əməliyyatçı işləyirmiş. 12-13 nəfər mülki geyimdə polislər gəlib, kabinetə girib müştəriləri narahat etmişlər. Ofisinin qapısını qırmışlar. Guya ki, orada silah var. Heç bir qərar olmadan çay evinə basqın etmişlər. O, həmin gün videoroliki cənab Nazirə göndərmiş, səhəri günü çağırmışlar, nəticəsi də olmuşdur ki, Elvini işdən qovmuşlar. Həmin vaxt o, orada olmamışdır. Təqsirləndirilən şəxs pul verənə qədər Təqsirləndirilən şəxs heç bir işlə məşğul olmurmuş. Yalnız “Əhmədli” metrosunun üstündə bir dükanı olmasını bilirmiş, bir dükanı da ondan icarəyə götürüb, siqaret satırmış. Aralarında olan sövdələşməyə görə pulun batmasına, itməsinə Elvin özü cavabdehlik daşıyacaqmış. Elvin özü demişdir ki, 70 faizi onun, 30 faizi Elvinin olsun. Elvin ayda ona 3000-3500 xeyir vermişdir. Bu da bir neçə ay davam etmişdir. Ona xeyir verməsi təxminən 2018-ci ilin oktyabr ayında dayandırılmışdır. 2018-ci ilin oktyabr ayına qədər o, Elvinə verdiyi ümumi məbləğin xeyrini alırmış. Yalnız 110.000 manatın xeyrini almırmış. Onda o, Elvinə həm siqaretə görə, həm ehtiyyat hissələrinə görə, həm də telefon aksessuarlarına görə də pul vermişdir. Sonra onun Elvinə verdiyi pulun məbləgi böyümüşdür. 700.000 dollara yaxın imiş. O məbləğə görə də Elvin ona 40.000 manat pul ödəyirmiş. 110.000 manata görə qazanc dayanmışdır. Onun Elvinə verdiyi 700.000 dollara görə, Elvin ona 40.000 manat pul ödəyirmiş, 3 ay ödəmişdir. Onun əsas pulunu heç vaxt qaytarmamışdır. Sövdələşmələrinə görə 700.000-ə qarşı ona ümumilikdə 40 min manat verməli imiş, avqust ayında ona pul verməmiş, sentyabr ayından başlamışdır. Hardasa hər aya 19 min nə qədər düşürmüş. 1 ay elə olmuş, 2-ci ay 40.000 manat olmuşdur. 500.000-dən sonra o, Elvinə 200.000 dollar da vermişdir. Ümumilikdə o, Elvinə 700.000 dollar noyabr ayına qədər pul vermişdir. Elvin ona maya olaraq bir qəpik də pul qaytarmamışdır. Əlavə olaraq ona oktyabr, noyabr, dekabr ayları hər ay 40.000 manat xeyir vermişdir. Bu 700.000 dolların açıqlaması imiş. Dekabr ayından sonra il qurtarmış, 2019-cu il yanvar ayı 100.000 manat, fevral ayı 100.000 manat, mart ayı 100.000 manat xeyir olaraq pul vermişdir. Elvin pulları da ona boş yerə verməyib, verdiyi pulların xeyrinə görə vermişdir. 100.000 ABŞ dolları ehtiyat hissələrinə görə 1 ay xeyirsiz olmalı imiş, 1 aydan sonra xeyir verməli imiş. O, ümumi olaraq Elvindən xeyir almış, ondan sonra da 153.000 pul da var, Elvin ona 40.000 manat pul vermiş oktyabr, noyabr, dekabr aylarında. Hər dəfə ondan pul alanda ilk bir ayı pul verilmirmiş, bir aydan sonra xeyir verməyə başlayırmış. 159.500 manat ehtiyat hissələri üçün verdiyi pul dayandırılandan sonra Elvinə yenə pul vermişdir. Ona görə ki, o, Elvinə inanmış, Elvin də onun səmimiyyətindən istifadə etmişdir. Təqsirləndirilən şəxsə mobil telefonla bağlı da pul vermişdir. Həmin 3 ayı, yəni oktyabr, noyabr, dekabr ayları ümumilikdə qazanc kimi ona hər ay 40.000 manat pul verməli imiş, 700.000 ABŞ dollarına görə oktyabr, noyabr, dekabr aylarında ona hər ay üçün 40.000 manat xeyir vermişdir. Ehtiyat hissələrinə qoyulan pulun məbləğini artırmaq üçün əlavə pullar vermişdir. Ehtiyat hissələrinə qoyduğu pullara görə ona bu məbləğlərə görə hər ay 100.000 manat xeyir verirmiş, yanvar, fevral, mart, aprel ayı pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs cinayəti nəticəsində ona 2.059.500 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazıradək ona dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir kİ, iş məhkəməyə daxil olandan sonra ona heç bir məbləğdə pul verilməmişdir. Elvinin atası ona hansısa mülk təklif etmiş, lakin verilməmişdir. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onun şikayətiylə bağlı araşdırma aparılmışdır. Nəticə əvvəl onun xeyrinə iş gedirmiş, sonra nə olduğunu bilmir. 480.000 manat ona şikayətdən əvvəl ödənilmişdir. Bacısı oğlu Cavidə o, təxminən 2019-cu ildə 30 min manat vermişdir. Cavid heç bir şərtlə pul almamış, pul istəyib, o da vermişdir ki, işləsin pul qazansın. Cavidə verdiyi pulun Təqsirləndirilən şəxs heç bir aidiyyəti olmamış, Elvinə verdiyi pulların da Cavidə heç bir aidiyyəti yox imiş. Aralarında qəbz imzalanmışdır. Qəbzi onun həyətində onun maşınında imzalamışlar, bir nüsxəsi də təqsirləndirilən şəxsdə olmuşdur. Qəbzin imzalanmasında niyyəti saf olmuşdur. Almaniyaya müalicə üçün oktyabr ayının axırında getmişdir. Əməliyyata gedirmiş deyə, birdən nə isə olsa, nə onun haqqının Elvində, nə də Elvinin haqqının onda qalmamasını demişdir. Uzun müddətdir ki, 1999-cu ildən bəri baş ağrıları olur, miqrendir. Bu xəstəliklə bağlı Almaniyada, Ukraynada, Moskvada, Türkiyədə, Gürcüstanda müalicələr almışdır. Müalicəyə getdiyi üçün qəbz almışdır. Ondan sonra verdiyi pullara görə qəbz almamışdır. İnamsızlıqdan almamış həmin qəbzi, pulun itməyindən ötrü yazmış, demişdir ki, qəbz Elvində və onda qalsın. Heç bir qərəzli niyyəti olmamışdır. Ondan sonra verdiyi pulların heç birinə qəbz yazılmamışdır. Verdiyi pullardan, gördükləri işlərdən Elvinin atasının xəbəri var imiş. Aprel ayında pulunu geri istəməkdə məqsədi xeyirin gecikməsi imiş. Elvin hər ayın 15-də xeyir verməli imiş, aprel ayının 25-i olmuş xeyir verməmişdir. Ona görə də o, pulunu geri istəmişdir. Aprelin 24-də Elvin ona ofisdə olanda demişdir ki, vəziyyəti pisdir, yaxşı deyil, ona kömək etsin, atası pulları qaytaracaq. Heç bir narahatçılıq olmayacaq. Həmin söhbətdə bacısı oğlu da, Zülfüqar da orada imiş. O da dostundan 100.000 dolları alıb gətirib Elvinə vermişdir. Aprel ayının 25də ona gəlir vermədiyi halda, pulunu geri istədiyi halda o, Elvinə 24 apreldə 100.000 dollar vermişdir. Pulunu qaytarmasını danışmışlar. Hətta 1 milyon 510 min imiş, 5 minini özü qaytarmış, 5 mini də Vasif adlı şəxsi göndərmişdir yanına. Tam olaraq 1 milyon 500.000 dollar qalmışdır. O, bu məsələ ilə bağlı müxtəlif orqanlara şikayət yazmışdır. Həmin şikayətləri yazan dövrdə, cinayət işi aparılan dövrdə 683.000 imzalanan qəbzdən başqa istintaq orqanına bütün əlində nə sənəd, sübut olub hamısını təqdim etmişdir. Onların münasibəti o, pulu istəyənə qədər pozulmamış, ancaq Elvin xeyiri gecikdirdiyinə görə başqa heç nəyə görə. Əgər pul batsa imiş ziyanı istəməyəcəkmiş, yalnız ana pulun özünü istəyəcəyi barədə danışıqları olmuşdur. Təqsirləndirilən şəxslə aralarında heç bir yazılı müqavilə olmamışdır. Təqsirləndirilən şəxs polis orqanlarında işləsə də, Elvinin vaxtı çox imiş. İstənilən vaxt onunla görüşə bilirmiş. Deyə bilməz niyə istənilən vaxt Elvinin vaxtı olurmuş. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair vəd verib, guya gəlir əldə etmə görüntüsü yaradıb ondan bütövlükdə 2.539.500 manat dələduzluq yolu ilə pul vəsaitini götürmüşdür. Həmin puldan 480.000 manatını Elvin ona qaytarmış, hal-hazırda o, Elvindən 1.500.000 ABŞ dolları, yəni 2.539.500 manat tələb edir. O, bilmir ibtidai istintaqı aparan müstəntiq nədən ötrü Elvin Həşimovun ittihamına 2.539.500 manat yox, 2.059.500 manat yazmışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan Zərərçəkmiş şəxs Səbail RPİ-nə ünvanlanmış Şahid2 və Təqsirləndirilən şəxs əlbir olub onun inam və etibarından sui-istifadə edərək müxtəlif sahələrdə biznes qurmaq adı ilə Şahid2 ondan 650.000 ABŞ dolları, Təqsirləndirilən şəxs 1.500.000 ABŞ dolları alması, həmçinin, sonuncuların ona məxsus maşını 90.000 ABŞ dollarına satıb pulunu verməmələri barədə 01 iyun 2020-ci il tarixli ərizəsinə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, ərizədə düz yazmamışdır. Cavidin ondan pul alması düz deyil, ondan Təqsirləndirilən şəxs pul almışdır. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, onun pulları təqsirləndirilən şəxsə verməyində şəxsən kiminsə iştirakı olmamışdır. Pulu həmişə ona təkbətək vermişdir. Müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pullar vermişdir. Onlar ticarətlə məşğul olurlar. “Sədərək” Ticarət Mərkəzində onların obyektləri var. Onlar vergi ödəyicisidirlər. VÖEN də var. VÖEN işçinin adına olmuş, 3-4 nəfər işçi olmuşlar, işçilər tez-tez dəyişilirmişlər. 2018-2019-cu ilin əvvəlinə qədər VÖEN kimin adına olub hazırda dəqiq deyə bilməz, öyrənib deyə bilər. O, ancaq pul məsələsinə baxır. Yəni pul ondadır, o, cavabdehlik daşıyır. Söhbət böyük məbləğlərdən gedir. Onlarda böyük məbləğdə pulun dövriyyəsi var. “Sədərək” Ticarət Mərkəzində qazanclarından pulu təqsirləndirilən şəxsə vermişdir. Böyük məbləğlərdə pullar qazanaraq həmin pullardan təqsirləndirilən şəxsə vermişdir. Hər bir işi qanuni olmuş, pulları da təqsirləndirilən şəxsə heç kimin yanında verməmişdir. Qardaşının adı Nazimdir. Onlarda kimsə başçılıq etmir, onlar 4 qardaş işləyirlər. O, qardaşları Amil, Nazim və Məzahir birgə “Sədərək” Ticarət Mərkəzində işləyirlər, hazırda da obyektləri var, qanuni sənədlər də var. Elvin Həşimova verdiyi pullar ona və qardaşlarına məxsus olmuşdur. "xxxx" MMC olmuşdur. Dilşad Əmirovanı tanımır. Ticarət Mərkəzi yaranandan işləyirlər. İndiyədək də işləyirlər. Əvvəl “Binə” Ticarət Mərkəzində, sonra isə “Sədərək” Ticarət mərkəzində işləməyə başlamışlar. Onlarda rəhbər Yusif müəllim var, Ənvər müəllim var. Onların da nə qədər işçiləri və öz mühasibləri var. “Sədərək” Ticarət Mərkəzinə sorğu göndərilsə bütün suallara cavab verilə bilər. Onlarda hər bir mal nömrə ilə gəlir, mallar sığortasından tutmuş vergisinə qədər ödənilir. Konteyerlər açılır. Karqonun əsas sahibi Şamil müəllimdir. Bügünkü gündə də onların adına mallar gəlir. Bugünkü gündə onların bir dükandan 150.000 manat ayda gəlirləri olur, 5 dükanları var. Hər bir mağazanın ayda 150.000 manat dövriyyəsi var. Bunu Ənvər müəllim və ya Yusif müəllim də bilir. Onlarda tikinti materialları və vitrin aksessuarlarının satışıdır. Vergini onlar icarə haqqı ilə bir yerdə ödəyirlər, özləri vergini ödəyirlər. Hər ay mağazaya 700 manat kirayə pulu verirlər. Malı rastamoşka edəndə əlavə vergi ödəyirlər. Malı gətirəndə 18% ödəyirlər. Karqoya mal gələndə hər kəsin kodu var. O, bu pulları vermiş kommersiya fəaliyyəti ilə siqaret, maşın ehtiyyat hissələri və s. satıb ona gəlir verəcəkmiş. Birinci siqaretdən başlayıb, sonra maşın hissələri, sonra telefonla bağlı ona demişdir. O, pulları təqsirləndirilən şəxsə əksəriyyətini ofisdə vermiş, küçədə də vermiş, evinin yaxınlığında da vemişdir. Elvin onun evində gətirib ona pul verməmişdir. Bir dəfə Elvin onun evinə gəlmiş, təzyiqi qalxdığından ona dərman alıb gətirmiş, gecə olmuşdur. Elvin özü də tək gəlməmiş, Cavidlə bir yerdə gəlmişdir. Bundan əlavə də bir neçə dəfə gəlib, Cavidlə gəlmiş, lakin onun evində ona pul verməmişdir. Elvin evi Gülər üçün almış, lakin ev Gülərin adına deyil, öz adına almışdır. Elan olunmuş cinayət işinin 4-cü cild 118-ci vərəqəsində olan Xətai rayon Prokurorluğunun müstəntiqi tərəfindən yazılmış Zərərçəkmiş şəxs və qardaşlarının “Sədərək” Ticarət Mərkənizdə obyektlərinin olub-olmaması barədə sorğuya əsasən həmin sorğuya cavabın işə əlavə olunmadığı müəyyən edilmişdir. Buna əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, bu barədə heçnə deyə bilməz, o, həmin sənədlərin kserosurətlərini gətirəcəyini bildirmişdir. Məhkəmənin növbəti iclaslarında elan olunmuş cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan qəbzə və cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan əlyazmaya əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, hər iki sənədi o, təqdim etmişdir. Cild 1 iş vərəq 45-də olan qəbzi qəbul edir. Həmin qəbzin bir tərəfində borcun məbləğini təsdiq edən yazılar və imzalar var digər tərəfində isə yalnız onun yazıları mövcuddur. Həmin qəbzi o, tərtib etmişdir. Həmin qəbzin sübut növü kimi qəbul edilməsinə etirazı yoxdur, cild 3 iş vərəqə 74-75-də olan əlyazma onun xəttidir, onu Elvinin atasına təqdim etmişdir. Həmin əlyazma sənəd kimi qəbul edilməsinə etiraz edir. Sadəcə olaraq həmin pullar Elvinin ondan götürdüyü günlük pullar olmuş, o, ittihamda əks olunmayan pul vəsaitləridir. Yəni, o, Elvinə pul verirmiş və həmin verilən pulları həmin əlyazmada qeydə alırmış, sonra pul qayıdanda o, rəqəmin üzərindən xətt çəkirmiş, onu təqsirləndirilən şəxs özü də təsdiq edə bilər. Deyirmiş ki, qazanc var, həmin pulları ondan götürüb sonra da qaytarırmış. Həmin pullar verilmiş ittihamda olan 1 milyon 500.000 dollara daxil deyil. Hansı ki, üstündən xətt çəkilib, günlük aldığı və qaytardığı pullar qeyd olunub, yəni həmin qaralama qəbzlərin bu işə heç bir aidiyyəti yoxdur. Üstündən xətt çəkilən pullar 2 milyon 539.500dən əlavə olan pullardır, ittihamda olan məbləğə aidiyyatı yoxdur. Elvin ondan 65.000 dollar götürürmüş bir həftəlik 10 min dollar xeyir olurmuş, 5 min dollar özünə götürürmüş, 5 min dollar da ona verirmiş. Bu pullar ondan götürülüb, qaytarılmışdır. 1 milyon 500.000dən əlavə pul götürüb, bu həmin pullardır. Ona borcu olduğu pulları istintaqda demişdir. Yəni, 1 milyon 500.000 dolları demişdir. Ona 2 milyon 059.500 manat ziyan dəyməsi yazılmış, lakin, o, bilmir müstəntiq niyə belə yazıb, ona 2 milyon 539 500 ziyan dəymişdir. Ona 480.000 gəlir məqsədi ilə qaytarmışdır. O, verdiyi pulları da orada Rəhman müəllimə bircə-bircə etiraf edib, Rəhman müəllimin yanında elə bil üzləşmə olmuşdur. Ona 480.000 gəlir məqsədi ilə qaytarmışdır. 480.000 manat 2 milyon 539 500 manatın içində deyil(???). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəallarına əsasən Zərərçəkmiş şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahatlar və ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 91-92-ci vərəqələrində olan Zərərçəkmiş şəxs izahatında aşağıdakıları qeyd edir: «... Təqsirləndirilən şəxs ilə birgə ticarət fəaliyyəti ilə məşğul olduğumuz dövrdə ümumilikdə xeyir kimi mənə 660.000 manat pul vermişdir. ... Bildirmək istəyirəm ki, mən ilkin izahatımda Təqsirləndirilən şəxs tərəfindən mənə 480.000 manat pul verildiyini bildirmişdim. Araşdırma aparılan dövrdə Təqsirləndirilən şəxs ilə aramızda hesablama apardıq və məlum oldu ki, Təqsirləndirilən şəxs işlədiyimiz dövrdə mənə 660.000 manat pul qaytarmışdır. » Elan olunmuş cinayət işinin 3-cü cild 91-93-cü vərəqələrində olan zərərçəkmiş şəxsin izahatına və izahatda olan imzaya əssən Zərərçəkmiş şəxs bildirmişdir ki, izahatda Elvinin ona 660.000 manat ödədiyini yazmış, hal-hazırda isə 480.000 ödədiyini deyir. Orada o da olmuş, onu tam halda izah edə bilər. Elvin də orada olmuş, Rəhman müəllimin sədrliyi ilə cinayət işi aparılmış, Mirağa müəllim də olub. Orada Elvin o, verdiyi pulları tam olaraq boynuna alandan sonra ki, həqiqətən ondan həmin pulları alıb, hara göndərdiyini, Almaniyaya nəbilim telefon dükanlarına və yaxud maşın hissələrinə aldığını boynuna alandan sonra, o, orada hətta Elvinə demişdir ki, nə qədər istəyir ödəməyi, o, Elvinə 480.000 kağızla göstərmiş, demişdir ki, Elvin ona çox ödəmişdir, demişdir ki, yaxşı nə qədər ürəyin istəyir yaz oraya. O sözü demiş, indi də deyir. O təxmini rəqəmdir. O rəqəm heç bir yerdə yoxdur. Söhbət belə olmuşdur. Bu 660.000 manat düz deyil. Elan olunmuş cinayət işinin 3-cü cild 68-72-ci vərəqələrində olan Zərərçəkmiş şəxs izahatında olan «... 1.500.000 ABŞ dolları qardaşlarım Amid, Nazim, Mahir və dostlarım Hikmət, Raqif, Ramiz və Sevdimalıdan almışam…» hissəsinə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, pullar ona və qardaşlarına məxsus olmuş, ola bilər ki, o, dostlarından pul borc götürmüşdür. Cinayət işinin 3-cü cild 94-95-ci vərəqələrində olan izahatında Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «... Mən 1.500.000 ABŞ dolları pulu hissə-hissə Təqsirləndirilən şəxs təklikdə vermişəm və həmin vaxtı bizim yanımızda heç kim olmamışdır. Buna görə də qeyd olunan pulları Təqsirləndirilən şəxs verməyimlə bağlı şahidim yoxdur. Təqsirləndirilən şəxs 1.500.000 ABŞ dolları pul verməyimlə bağlı hər hansı bir səs yazısı və ya video görüntü təqdim edə bilmirəm. Bildirdiyim kimi Təqsirləndirilən şəxs verdiyim pulların yalnız 700.000 ABŞ dollarına görə qəbzim vardır. Qalan pulları verməyimə görə qəbz və ya yazılı hər hansı bir sənədim yoxdur. Buna görə də Təqsirləndirilən şəxs 700.000 ABŞ dolları puldan başqa, qalan pulun verilməsi ilə bağlı istintaqa hər hansı bir sənəd təqdim edə bilmirəm. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, izahatında göstərmişdir ki, o, Elvinə 1 milyon 500.000 manat təklikdə vermişdir. Yalnız 700.000 ABŞ dollarına görə qəbzi var, qalan puları verməyinə görə qəbz və ya hər hansı yazılı bir sənədi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs 700.000 ABŞ dollarından başqa qalan pulun verilməsi ilə bağlı istintaqa hər hansı bir sənəd təqdim edə bilməmişdir. 2019-cu ilin aprel ayından təqsirləndirilən şəxslə münasibətləri korlanmamışdır. O, yalnız pulunu tələb etmişdir. İndi də deyir ki, 700.000 ABŞ dollarından başqa sübutu yoxdur. BMCMİ-nə qəbzi təqdim edəndə qəbzin arxasında olan yazılmışdır. İşi aparan Rəhman müəllim bir-bir burada olan məbləğləri Elvindən soruşmuş, Elvin hamısını hara göndərdiyini, necə göndərdiyni hamısını boynuna almışdır. O, bilmir nədən ötrü belə izahat vermişdir. Təqsirləndirilən şəxs ona cəmi 480.000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair vəd verib, guya gəlir əldə etmə görüntüsü yaradıb ondan bütövlükdə 2.539.500 manat dələduzluq yolu ilə pul vəsaitini götürmüşdür. O, bilmir ibtidai istintaqı aparan müstəntiq nədən ötrü Elvin Həşimovun ittihamına 2.539.500 manat yox, 2.059.500 manat yazmışdır. Cinayət işinin 1-ci cild 119-124-cü vərəqələrində olan 04 iyun 2020-ci il tarixli Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqinə verdiyi ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «… 2017-ci ilin oktyabr ayında Cavid siqaret satışı ilə məşğul olmaq üçün məndən borc olaraq 30.000 ABŞ dolları aldı va dostu Təqsirləndirilən şəxs ilə birlikdə Əhmədli qəsəbəsində siqaret satışı köşklərində satışı təşkil etdi. …xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs mənə müraciət edərək bildirdi ki, o da Gürcüstan Respublikasından siqaret gətizdirib satışını təşkil etmək işi ilə məşğul olur va mənə təklif etdi ki, mən ona 110.000 manat verdiyim halda o mənə aylıq 3500-4000 manat qazanc verəcək. Elvinin təklifi mənə maraqlı gəldiyindən və sərfəli olduğu üçün həmin gün bizim ailəyə məxsus olan «Diamond» çay evində 110.000 manat pulu Elvinə verdim. Razılaşdıq ki, birinci ay malın gətirilməsinə və satışının təşkil edilmasinə sərf olunacağı üçün pulun ödənişi ikinci aydan başlayacaq. Elvin məndən pulu götürdükdən sonra gördüm ki, Nargilə deyilən yerdə, Əhmədli metrosunun üstündə M.Hadi küçəsində siqaret köşkləri götürərək işləməyə başladılar. İki ayın tamamında Elvin mənə 3500 manat pulu verdi və ondan sonra hər ay 3500 manat mənə qazanc verməyə başladı. …Daha sonra Elvin mənə müraciət edərək bildirdi ki, onun atası avtomaşınların ehtiyat hissələrinin satışı ilə məşğul olan adamlarla işləyir və atasının həmin adamlarda 1.200,000 ABŞ dolları vardır və onlar hər ay atasına qazanc verirlər. Bu məqsədlə mənə təklif etdi ki, ona 60.000 manat pul versəm mənə hər qazanca 2000-3000 manat pul verəcək. Mən həmin vaxt 59.500 manat pul düzəldib Elvinə dedim ki, 8-ci km bazarına gedib Hikmət adlı dostumdan götürsün ve Elvin də gedib həmin pulu gütürdü. …Daha sonra xx.xx.2018-ci il tarixdə yenə də Elvin mənə müraciət edərək telefon işinə əlavə pul yatırmağı təklif etdi. Həmin vaxt artıq Elvin mənə qazanc verdiyi üçün ona qarşı məndə tam inam va etibar yarandığıdan əlave olaraq Elvinə 90.000 ABŞ dollarını çay evində Elvinə verdim. xx.xx.2018 tarixindən sonra Elvinə verdiyim pullara dair hər hansı bir qəbz yoxdur. 2019-cu ilin mart-aprel ayında isə bacımoğlu Cavid mənə müraciət edərək Grcüstandan siqaret vurmaq adı ilə məndən 300.000 ABŞ dolları istədi. Mən həmin 300.000 ABŞ dollarını yaşadığım evdə Cavidə verdim. Daha sonra Elvin mənə müraciət edərək ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırmaq məqsədi ilə xx.xx.2019-cu il tarixdə 100.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə 30.000 ABŞ dolları aldı. Həmin ərəfədə isə Cavid bir daha mənə müraciət edərək yenə də siqaret işini böyütmək üçün 300.000 ABŞ dolları istədi və mən Cavidin məndən götürdüyü pulun müqabilində gündəlik mənə 5300-5500 manat pul verdiyini görüb ona inanaraq daha 300.000 ABŞ dollar verdim. Həmin ərəfədə mən gördüm ki, Cavid özünə son model «Mersedes S Class maşını, atasına isə son model «Mersedes E klas maşını almışdır. Mən həmin vaxt düşündüm ki, Cavid həmin maşınları əldə etmiş olduğu qazancla alıb. Həmin ərəfədə Cavid mənə dedi ki, pulu mənə gündəlik deyil 15 gündən bir verəcək. Vaxt tamam olanda mən Caviddən pul ilə baglı maraqlananda dedi ki, hələ pul verilməyib və bir qədər yubanır. Mən ondan kiminlə iş görməsini soruşduqda isə o mənə bildirdi ki, pullar Zülfüqardadı. Mən həmin vaxta qədər Zülfüqarı tanıyırdım, belə ki, Zülfüqar Cavidlə birlikdə bizim çay evinə gəlib gedirdi. Cavid bu barədə mənə dedikdən sonra Xətai rayonu ərazisində yerləşən Badra çay evində Zülfüqar, Cavid və atası Rövşənlə görüşdük. Orada olarkən söhbət əsnasında mən Caviddən pulları kimə verməsini söyləməsini dedim, lakin Cavid başını aşağı salaraq cavab verə bilmədi. Həmin vaxt mən Cavidə dedim ki, «sən pulları Zülfüqara verdiyivi demisən indi onu Zülfüqarın üzünə təsdiq edə bilərsən?». Zülfüqarda həmin vaxt Caviddən soruşdu ki, sənin məndə pulun var? Həmin vaxt Cavid etiraf edərək bildirdi ki, o pulları Zülfüqara verməmiş, bir hissəsini qumarda uduzmuş, qalan hissəsini isə öz ehtiyaclarına xarcləmişdir. Bundan sonra Cavidin atası Rövşən dedi ki, o da siqaret adı ilə Cavidə 340.000 ABŞ dolları vermişdir. Daha sonra Cavid mənə bildirdi ki, o siqaret almaq üçün Gürcüstan Respublikasına gedir və məndən 20.000 ABŞ dolları borc istədi. Mən həmin vaxt özümdə pul olmadığı üçün qonşu mağazadan pula lıb Cavidə verdim ki, pul qazanıb mənim pulu ödəsin. Cavid Gürcüstana gedib qayıtdıqdan sonar mən borc aldığım adamlar məndən pullarını istəməyə başladılar və mən məcbur qalıb özümə məxsus Mersedes Galenvagen markalı maşınımı Cavidə verdim ki, satıb pulunu mənə versin və mən borc yiyələrinə borcumu qaytarım. Mən həmin maşını 120.000 ABŞ dollarına aldığım üçün Cavidə də həmin qiymatə satmasını demişdim. Lakin Cavid həmin gün mənə dedi ki, maşına görə 90.000 ABŞ dollar verirlər, lakin iki bir ay gözlǝsək 110.000 ABŞ dolları və əgər iki ay gözləsək 120.000 ABŞ dollar verəcəklər. Mən 30000 ABŞ dolları itirməmək üçün məcbur olub Cavidə razılıq verdim. Bir ay tamamında Cavid bir nəfərin səs yazısını atdı. Orda bir nəfər adının sonradan Vasif olduğunu bildiyim şəxs Cavidə deyirdi ki, dayınla danış pul bir ay qalsa 10.000 ABŞ dolları əlavə verəcək. Mən artıq onun yalan danışdığını başa düşdüyüm üçün maşınla maraqlanmağa başladım və mənə məlum oldu ki, mən maşını verən gün o Vasif və Elvinlə birlikdə aparıb mənim maşınımı 90 000 ABŞ dollarına satmış və pulu birlikdə xərcləmişlər. Bu barədə mənə Elvin özü şəxsən bildirmişdir ki, maşını onlar üçü birlikdə maşını verdiyim gün satmışlar. Mənim Cavidə verdiyim 740,000 ABŞ dollarından o mənə ümumilikdə qazanc olaraq 200.000 manat pul vermiş qalan pulu isə qaytarmamışdır. Həmçinin Elvinə də verdiyim 1.500.000 ABŞ dollarından Elvin mənə qazanc olaraq 480000 manat qaytarmışdır. Onu da bildirmək istəyirəm ki, mən sonradan Zülfüqarla tanış olub mənlə dostluq münasibətləri yarandıqdan sonra Zülfüqar mənə bildirmişdir ki, Cavid və Elvin məndən aldıqları pulları qumarda uduzmuşlar. Zülfüqar hatta mənə Cavidin Gürcüstanda kazinoda 300.000 ABŞ dolları uduzmasını təsdiq edən videogörüntünü də göstərmişdir. Mən bir qədər də maraqlandıqdan sonra mənə məlum olmuşdur ki, o və Elvin məndən almış aldıqları pullar ilə görüşdükləri qızlara maşın, ev və digər əşyalar almışlar. xx.xx.2018-ci il tarixində məndən 110.000 manat aldıqdan sonra 19.07 2018-ci il tarixində «Mersedes markalı maşın, xx.xx.2018-ci il tarixində məndən 153.000 manat aldıqdan sonra xx.xx.2018 tarixində İnfiniti markalı avtomaşınlar almışdır. xx.xx.2018-ci il tarixindən sonra məndən aldığı pulu yenə də hər hansı bir biznesə yatırmamış, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən Körpu Bina» MTK-da hər iki mənzil müqavilə əsasında öz adına olmaqla qeyri-rəsmi ər arvad münasibətində yaşadığı anket məlumatlarını tam şəkildə bilmədiyim Gülər adlı qıza 400.000 manata almış. Gülərin atasının evinin alınması üçün isə 200.000 manat pul vermişdir. Bundan əlavə məndən almış olduğu pullar ilə həmin mənzilləri təmir, mebel və digər əşyalarla təchiz eləmişdir. Həmin mənzillərin təmiri və Elvinin digər işgləri ilə isə Elvar adlı tanışı məşğul olmuşdur. Elvinin bu mənzilləri almağa pul vəsaiti olduğu halda məndən 1.500.000 ABŞ dolları alması, həmçinin BMCMİ-də araşdırma zamanı təqdim etdiyim səs yazısında Elvinin məndən dələduzluq yolu ilə əldə edib mənimsədiyi pulun bir qismini qaytarmaq məqsədi ilə atasına yalanlar danışması və hər hansı bir biznes qurmasına dair sənəd, müqavilə, mal gətirməsinə dair sənǝd təqdim etməməsi onun əvvəlcədən dələduzluq niyyətinin olması bir daha sübut olunmuşdu. Daha sonra mən Elvin, Cavid və onların atası Elçinlə Rövşəndə pulumu tələb etdikdə isə onlar əvvəlcə ödəməyi vəd etsələr də sonradan ödəməkdən imtina etmişlər və həmin pulları mənə qaytarmamaq üçün Zülfüqar barəsində müxtəlif instansiyalara şikayət edərək Zülfüqarın onlardan pul alaraq qumarda uduzduğunu bildirmişlər, bununla bağlı Baş mütəşəkkil cinayətkalıqla mübarizə idarəsində araşdırma aparılmış və orada Cavid və Elvin hər ikisi Zülfüqarın onlara borcu olmadığına dair ərizə və iazahat yazmışlar. Hazırda isə bir daha bildirirəm ki, Cavid yalan danışır o məndən iş qurmaq adı ilə almış olduğu pulları və Elvinlə birlikdə maşınımı sataraq ələ keçirdikləri pulumu qumara və öz ehtiyaclarına xərcləmişlər, bu səbəbdən də mən onlardan şikayətçiyəm. …2018-ci ildə mən Xətai rayonu Məhəmməd Hadi 7 ünvanında icarəyə Dəvə adlı apteki icarəyə götürmüşdüm və oranı işlətmək üçün Orxan va Sultan adlı şəxslərə vermişdim. Belə ki, icarə müqaviləsi Orxanın adına bağlanmış, mən isə pul vəsaiti yatızdırmışdım. Həmin obyektin təmirinə mən 83.000 manat pul sərf etmişdim və dərmanların alınması üçün 67.000 manat pul vəsaiti ayırmışdım. Həmin aptekin işləməsinə, haqq-hesabına nəzarəti isə Cavidə həvalə eləmişdim. Özüm həmin işlərə müdaxilə etmirdim, arada gedib baxırdım, aptekin fəaliyyəti barədə Cavid mənə məlumat verirdi. Aptek təxminən 3-4 ay işlədikden sonra gördüm ki, aptekin xərcləri ilə qazanc bir-birini tamamlamır. Belə olan halda mən, Cavid, Orxan və Sultan birlikdə aptekdə audit apardıq və müəyyən etdik ki, 4000 manat çatışmazlıq var. Həmin vaxt Cavid və Sultan pulu çatışmazlığını Orxanın üstünə atdılar və bu səbəbdən də biz Orxanı oradan uzaqlaşdırdıq və Cavid onu maşına otuzdurub Xətai rayon 34-cü PB-nə apardı. Cavidin deməsinə görə o Orxanı həmin bölməyə apardıqdan sonra orada Orxan barədə şikayət ərizəsi yazmış və araşdırma zamanı Orxan həmin 4000 məbləğində pulu işləyərək mütəmadi olaraq qaytaracağına dair qəbz yazmışdır. Daha sonra Cavid mənə bildirdi ki, o dostu Elvinin vasitəsilə həmin araşdırmanı Xətai rayon Polis İdarəsinə götüzdürmüşdür və araşdırrma orda gedəcək. Bundan sonra mən aptekin fəailiyyətini Sultanla Cavidə həvalə elədim. Onlar da təxminən 4 ay işlədikdən sonra Sultan mənə müraciət edərək bildirdi ki, Cavid həmin aptekdə psixotrop tərkibli dərmanların satışını tışkil etmək istəyir. Mən ondan hazırda həmin dərmanların olub-olmamasını soruşduqda Sultan mənə bildirdi ki, var. Belə olan halda mən ona qəti surətdə tapşırdım ki, həmin dərmanları yığışdırıb atsın və mən bir daha həmin aptekdə belə növ dərmanların satılmasını görməyim. Həmin vaxtdan sonra onlar qadağan olunmuş dərmanları aptekdən yığışdırdılar. Daha bir-neçə ay işlədikdən sonar mən yenə də qazancın aşağıya doğru getməsini görüb audit yoxlaması aparılması üçün ora başqa bir şəxs dəvət edərək yoxlama apartdırdım və təxminən 10.000 manata qədər çatışmazlıq aşkar edildi. Daha sonra Cavid Sultanı da götürüb 34-cü PB-nə apardı və orada araşdırma aparıldı. Bir-neçə gündən sonra mənə bir nəfər rusiya nömrəsindən zəng edərək özünü Sultanın atası kimi təqdim etdi və çatışmazlıq olan pulu har ay 2000 manat olmaqla ödəməsini öhdəsinə götürdü. Lakin sonra mən ilkin olaraq pul ödənilməsini tələb etdikdə Sultanın başqa bir qohumu gələrək ümumiyyətlə pul verməyəcəklərini, Sultanı tutdurduğum halda o da Cavidi tutduracağını bildirmişdir, belə ki, onlar psixotrop dərmanların satılmasını birlikdə təşkil ediblər. Belə olan halda isə mən məcburiyyət qarşısında qalıb Sultandan şikayət etmədim… “ Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ifadədələr düz yazılmamışdır. O, Cavidə cəmi 30.000 dollar vermişdir. 600.000 ABŞ dolları verməmişdir. Cinayət işinin 2-ci cild 144-150-ci vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «...xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs mənə müraciət edərək bildirdi ki, o, Gürcüstan Respublikasından siqaret gətizdirib satışını təşkil etmək işi ilə məşğul olur və mənə taklif etdi ki, mən ona 110.000 manat verdiyim halda o mənə aylıq 3500-4000 manat qazanc verəcək. Elvinin təklifi mənə maraqlı gəldiyindən və sərfəli olduğu üçün həmin gün bizim ailəyə məxsus olan <Diamond> çay evində 110.000 manat pulu Elvinə verdim. Həmin vaxt bizim yanımızda heç kim olmamışdır. ...Elvin məndən pulu götürdükdən sonra gördüm ki, Nargilə deyilən yerdə, Əhmədli metrosunun üstündə və M.Hadi küçəsində siqaret köşkləri götürərək işləməyə başladılar. İki ayın tamamında Elvin mənə 3500 manat pulu verdi və bundan sonra hər ay 3500 manat mənə qazanc verməyə başladı. ... xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Elvin ümumilikdə 1.500.000 ABŞ dolları pul verdim, Elvin mənə qazanc olaraq 480.000 manat pul qaytarmışdır. …Hətta Elvin mənim ona telefon biznesi adı ilə iş qurmaq üçün verdiyim pulu Şahid1 verməsini bildirmişdir, lakin mən Elçinǝ sms yazıb bu barədə ondan soruşduqda Elçin dərhal mənim ofisimə gələrək bildirmişdir ki, Elvin ona pul verməmiş, əksinə Elvinin özünün ona borcu vardır. Elvin onu razı salmağa çalışmışdır ki, o mənim pulumun onda olmasını desin, Elçin isə bundan imtina elmişdir. ..Bacım oğlu Cavid Elvinin yaxın dostudur. Mən Elvinin dələduz olduğunu bildiyim üçün Cavidə dəfələrlə ondan uzaq olmasını söyləmişəm. Lakin Cavid hər dəfə razılıq versədə Elvinlə yenə də dostluq edirdi. Buna görə mən Cavidi qorxutmaq üçün yalandan ərizədə onun da adını yazmışam. Cavid siqaret satışı ilə məşğul olmaq adı ilə həmin vaxt məndən 30.000 dollar pul almışdır. Həqiqətən siqaret satışı ilə məşğul olmuşdur. ...Mən maşını satmaq adı ilə Cavidə vermişəm, Cavid maşını 90.000 dollara satıb pulunu mənə vermişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Cavidin ona 650.000 dollar borcu yoxdur. Elan olunan ifadəsində həmin hissəni düz deməmişdir. Cavid Elvinlə yaxın dost imiş. O, Cavidin Elvindən aralanması üçün onu qorxutmaq üçün həmin dindirmə protokolunda Cavidin də ona borcu olmasını demişdir. Əslində isə o, bunu Cavidi qorxuzmaq üçün yazmışdır. Əvvəl elə ifadə versə də, sonra həqiqəti yazmışdır. Cavidi qorxuzmaq üçün ifadəsində elə yazmışdır. O, pulları Elvinə kiminsə yanında verməmişdir. O, Elvindən soruşanda ki, 900.000 dollar kimdədir, o, Elçin adlı şəxsdə olmasını demişdir. Sonra onun ofisində çağırıb Elçindən soruşmuşdur ki, pul ondadırmı, həmin vaxt Elçin nə hə, nə yox deməmişdir. Elvin ona demişdir ki, o, Elçinə nə desə də, Elçin boyun olmayacaq ki, pullar ondadır. O, Elçini sonradan çağırıb soruşduqda Elçin onda heç bir pul olmadığını bildirmişdir. O, Elçindən soruşmuşdur ki, bəs nə üçün belə bir məsuliyyəti üzərinə götürmüş, Elçin bildirmişdir ki, Elvin ona hədə qorxu gəldiyi üçün elə demişdir . Cinayət işinə təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, götürmə protokolları, ekspert rəyləri və digər sənədlər də əlavə olunmuşdur. Belə ki, cinayət işi 01 iyun 2020-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X22 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs Qubad oğlunun, Şahid1 və Şahid2 ərizələri əsasında fakta görə qəbul edilmişdir. (cild 1 i.v.1-3) Cinayət işinin 1-ci cild 58-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Şahid2 2018-2019-cu illər ərzində ölkə hüdudlarını dəfələrlə Türkiyə, Rusiya Federasiyası,Gürcüstan istiqamətində tərk etmişdir. Cinayət işinin 1-ci cild 217-219-cu vərqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 iyul 2020-ci il tarixli götürmə haqqında qərardan və protokoldan görünür ki, Şahid2 01 ədəd səs yazıları olan disk götürülmüşdür. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən daxil olmuş 03 iyun 2020-ci il tarixli, 17/3-6793 nömrəli məktubdan görünür ki, Şahid2 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Penitensiar xidmətdə qulluq etmiş, Xidmət üzrə xx.xx.2020-ci il tarixli 444/K nömrəli Əmrlə Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qulluq müddətində xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə qısamüddətli məzuniyyətə çıxmaqla ona Türkiyə Respublikasına getməsinə icazə verilmişdir. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Səbail RPİ-nə ünvanlanmış 01 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Şahid2 onun inam və etibarından istifadə edərək ondan nisyə olaraq 2400 manat olan “İphone-X”, 02 ədəd hər birinin dəyəri 2800 manat olan “İphone-xs” markalı mobil telefonu götürərək qiymətini ona ödəməmiş, həmçinin, həmin ərəfədə Şahid2 ondan əlavə olaraq 4795 manat nağd pul götürüb ödəyəciyinə söz versə də, həmin pulu da ödəməyərək ona ümumilikdə 10.045 manat ziyan vurmuşdur. Cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Səbail RPİ-nə ünvanlanmış 01 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Şahid2 və Təqsirləndirilən şəxs əlbir olaraq onun inam və etibarından sui-istifadə edərək, müxtəlif sahələrdə biznes qurmaq adı ilə Şahid2 ondan 650.000 ABŞ dolları, Təqsirləndirilən şəxs isə 1,500.000 ABŞ dolları alıb ona qarşı dələduzluq etdiklərini, sonuncu dəfə isə 2019-cu ilin avqust ayında Şahid2 və Təqsirləndirilən şəxs ona məxsus “Mersedes Galendvagen” markalı maşınını 1 ay müddətində 120.000 ABŞ dollarına satıb pulunu verəcəkləri adı ilə maşını götürən gün 90.000 ABŞ dollarına satıb pulunu mənimsədiklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 155-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr aylarında Azərbaycan Respublikası Baş Prokurorunun adına ünvanlanmış ərizələrindən görünür ki, sonuncu ərizə yazaraq Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 2.240.000 ABŞ dolları əldə etmələrini, ona vurulmuş maddi ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Cinayət işinin 3-cü cild 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 04 mart 2020-ci il tarixli Nərimanov RPİ-nə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizəsində Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” TM-nin qarşısında etibarından sui-istifadə edib aldadaraq 50.000 manat pulunu Rusiya Federasiyasından avtomobil ehtiyat hissələri gətirməyi vəd verib, pulunu ələ keçirərək dələduzluq etdiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 54-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 05 mart 2020-ci il tarixli Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizəsində Təqsirləndirilən şəxs birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə ondan külli miqdarda pul alıb ələ keçirdiyini, 04 mart 2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində icarəyə götürüb işlətdiyi Xətai rayonu, M.Hadi küçəsi 9B-də yerləşən “Diamonds” çay evinə özlərini Xətai RPİ-nin əməliyyat müvəkkili kimi təqdim edən təxminən 15 nəfər gəlib heç bir əsas olmadan axtarış edib bütün müştəriləri narahat etməklə obyektin iş fəaliyyətini pozub işgüzar nüfuzuna mənfi təsir etdiiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 115-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində Xətai Rayon Polis İdarəsində qəsdən sağlamlığa yüngül zərərvurma barəsində cinayət işi başlanılmış, 14 noyabr 2009cu ildə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan və mənbəyi məlum olmayan əl yazısı ilə yazılmış vərəqənin kserosurətində müxtəlif məbləğlər əks olunaraq, «Möhkəm» adının qarşısında imza, «Elvin» adının qarşısında imza ilə təsdiqlənmişdir. Həmin vərəqənin üz tərəfində “Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail RPİ” Əsli ilə düzdür dördkünc ştampın həkki və imza mövcuddur. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixli Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq 2018-ci ilin dekabr ayında əvvəllər tanıdığı Şahid3 ondan ümumilikdə 170000 manat pul almış, həmin puldan 80000 manat qaytarmış və 90000 manat borcu qalsa da, müxtəlif bəhanələr gətirərək borcu qaytarmadığını bildirmişdir. Cinayət işinin 4-cü cild 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun 19 mart 2020-ci il tarixli Ə2295-001-20 saylı Əmrindən görünür ki, Xətai RPİnin CAŞ-ın CA üzrə kiçik inspektoru polis kiçik serjantı Təqsirləndirilən şəxs “Polis haqqında” qanunun 5,15 və 32-ci, “DİO əməkdaşlarının etik davranış kodeksi” nin 1,2,3,4, 12 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi” nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq 2018-ci ildən biznes fəaliyyəti ilə məşğul olaraq polisdə xidmətlə bir araya sığmayan kommersiya fəaliyyəti ilə məşğul olduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 4 və 9-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cinayət işinin 1-ci cild 97-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 aprel 2020-ci il tarixli hadisə yerinin baxış olunması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs da iştirak etmiş, hadisə yeri Nəsimi rayonu, Nizami küçəsində yerləşən «Koton» ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Dəfnə” restoranıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs tanışı Şahid3 siqaret işinə ortaq axtardığını, bunun üçün dayısı Şahid7 aldığı 170000 manatı Zülfüqara verdiyini, sonuncu dəfə “Dəfnə” restoranında 5000 manat pulu Zülfüqara verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 150-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 istintaqa təqdim etdiyi “Whatsapp” çıxarışlarından görünür ki, Şahid3la müəyyən edilməyən şəxs arasında keçirilmiş yazılı danışıqlar aparılaraq, Vasifin Elvinə onu Cavidin tutdurduğunu dediyini, daha sonra ona formada şəkil göndərdiyi, barmaqların arasında xırda bükümün şəklini göndərdiyi, dərman atmaları, kazinoda oyun oynadıqlarını, Zülfüqarı Cavidin tutdurmadığını, Zülfüqardan ona 10.000 manat pul verməyini, Zülfüqar onda pul olmadığını, yalnız Elvinin pul tapa biləcəyini, onunda pul vermədiyini bildirdiyi, söyüş və nalayiq sözlər işlənən ismarıclar əks olunmuşdur. Cinayət işinin 1-ci cild 233-236-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyul 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək, 2017-ci ilin oktyabr ayında Cavid siqaret satışı ilə məşğul olmaq üçün ondan 30.000 dollar alaraq dostu Elvinlə birlikdə Əhmədlidə siqaret satışını təşkil etdiyini, 2018-ci ildə Təqsirləndirilən şəxs ona müraciət edərək Gürcüstandan siqaret gətizdirib satışını təşkil etmək adı ilə 110.000 manat verdiyi halda, ona aylıq 3500-4000 qazanc verəcəyini bildirdiyini, birinci Elvinə «Diamonds» çay evində 110.000 manat verdiyini, bu barədə Elvindən qəbz almadığını, Elvin pulu onu götürəndən sonra «Nargilə» deyilən yerdə siqaret köşkləri işlətməyə başladığını, iki ay sonra Elvinin ona 3500 manat, hər ay isə 3500 manat qazanc verdiyini, yaşadığı evdə Elvinə 500.000 manat verdiyini, daha sonra Elvinə avtomobil ehtiyat hissələri satışı ilə məşğul olmaq üçün 59.500 manat verdiyini, xx.xx.2018-ci ildə Elvinə 200.000 ABŞ dolları verdiyini, sonra 90.000 dollar, sonra 240.000 dollar, xx.xx.2019-cu ildə 340.000 ABŞ dolları və xx.xx.2019cu il tarixdə 100.000 ABŞ dolları Elvinə verdiyini, daha sonra Elvinə avtomobil ehtiyat hissələrinə qoyulmuş məbləği artırmaq üçün xx.xx.2019-cu ildə 100.000 ABŞ dolları və xx.xx.2019-cu ildə 30.000 ABŞ dolları verdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 241-243-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşmə zamanı Şahid2 üzünə deyir ki, 2017ci ilin oktyabr ayında Cavid siqaret satışı ilə məşğul olmaq üçün ondan 30.000 ABŞ dolları almış, sonra Cavid ona bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs ilə Əhmədli qəsəbəsində siqaret satışı ilə köşklər açmış və Gürcüstan Respublikasından siqaret gətirmək üçün ona əlavə pul lazımdır. 2019-cu ilin mart-aprel ayında o, Şahid2 əlavə 300.000 ABŞ dolları vermişdir. Cavid ondan götürdüyü pulun müqabilində ona gündəlik 5300-5500 manat pul verirmiş. 25 aprel 2019-cu il tarixdə Cavid ondan əlavə olaraq yenə siqaret biznesinin inkişafı üçün 300.000 ABŞ dolları istəmiş və o, Cavidin ona gündəlik böyük məbləğdə gəlir verməsini nəzərə alaraq həmin tarixdə ona yenə də 300.000 ABŞ dolları vermişdir. Lakin Cavid həmin puldan əldə edilmiş gəliri verməkdən yayınmış və bildirmişdir ki, pullar Zülfüqardadır. Lakin sonradan Cavid ona etiraf etmişdir ki, o, pulları Zülfüqara verməmiş, pulların bir qismini qumarda uduzmuş, digər hissəsini isə xərcləmişdir. Bundan sonra, o Cavidə Gürcüstandan siqaret gətirmək üçün yenə də 20.000 ABŞ dolları vermiş və özünə məxsus 120.000 ABŞ dolları dəyərində olan «Mersedes-Galenvaqen» markalı avtomaşını ona verərək satıb, pulunu özünə qaytarmasını xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Şahid2 həmin avtomobili 90.000 ABŞ dollarına satmış və pulu Təqsirləndirilən şəxs ilə xərcləmişdir. Ümumiyyətlə Şahid2 siqaret biznes fəaliyyəti qurmaq üçün 740.000 ABŞ dolları pul vermiş, sonuncu isə ona 200.000 manat verərək, qalan pulu qaytarmamışdır. Bundan başqa, 2018-ci ildə o, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 7 saylı binada aptek açmış, obyektə 83.000 və 67.000 manat pul vəsaiti xərcləmiş, həmin apteki işlətməsini Cavidə həvalə etmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavid aptekdə psixotrop vasitələrin satışını təşkil etmiş və həmçinin 10.000 manat çatışmazlıq aşkar olunmuşdur. Cinayət işinin 1-ci cild 210-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 10 iyul 2020-ci il tarixli, 016-60367-1220 nömrəli məktubdan görünür ki, X6 mülkiyyətində olmuş “Mercedes Benz G63 AMG” markalı, **-DV-*** (hazırda **-AK-***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Həmin avtomobilin hazırki sahibi kimi "xxxx" Ticarət Mərkəzi ASC olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan çıxarışdan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs adına VÖEN müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 115-ci vərəqəsidə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-dən daxil olmuş 14 yanvar 2021-ci il tarixli, 101-1202- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Xətai RPİ-nin CAŞ-ın CA üzrə kiçik inspektoru vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Türkiyə Respublikasına getməsi barədə raportla müraciət etmişdir. Cinayət işinin 2-ci cild 176-cı vərəqəsidə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən 01 mart 2021ci il tarixdə daxil olmuş 007-2869-1221 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı ərizəsi ilə əlaqədar yaranmış mübahisənin mülki xarakter daşıdığından toplanmış material üzrə 05 may 2020-ci il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 277-310-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X7 29 mart 2021-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Şahid2 dayısı Zərərçəkmiş şəxs məxsus avtomobili Səbail rayonu ərazisində ələ keçirməsi xüsusatı üzrə əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CMnin 297-ci maddəsinin tərkibi olmadığı üçün həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş, ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin 2-ci cild 335-361-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X12 11 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilməsi üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin 3-cü cild 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan biznes qurmaq adı ilə ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul aldığını, 480.000 manat pul qaytardığını, qalanı şəxsi ehtiyaclarını sərf etdiyini, pulu əsasən Elvinə Xətai rayonu ərazisində yerləşən “Diamond” çay evində verdiyini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əvvəlcədən sövdələşmiş biznes fəaliyyətinin inkişafı ilə əlaqədar: siqaret, mobil telefonlar və avtomobil ehtiyat hissələrinin alqı satıqısı üçün ümumilikdə 600.000 ABŞ dolları aldığını, “Diamond” çay evində yox, Səbail rayonunda yerləşən “Dəfnə” restoranında aldığını bildirmişdir. Cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan və mənbəyi məlum olmayan 03 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərində müxtəlif pul məbləğləri həmçinin əlyazmada yazılıb üzərindən xətt çəkilmiş yazılar vardır. Cinayət işinin 3-cü cild 83-cü vərəqəsində olan və mənbəyi məlum olmayan 01 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərində aşağıdakılar qeyd edilmişdir: əlyazmada aşağıdakılar qeyd edilmişdir; 40.000+40.000+40.000=120.000 110.000+100.000+100.000+100.000=410.000 xx.xx.2019-xx.xx.2019=günə 6.000 manat =180.000 Siqaret zapçast -xx.xx.2018-xx.xx.2019=aya 9.000 manat =110.000 AZN 5,10 günlük alıb qaytardığım pulların xeyiri =200.000 dollar =340.000 AZN =1.160,000 AZN Cinayət işinin 3-cü cild 100-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X1 05 may 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində dələduzluq cinayətinin tərkibi olmadığından, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə qazanc əldə etmək məqsədilə ticarət fəaliyyəti ilə məşğul olmuş, aralarında olan münasibətlər mülki hüquqi xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxılmalı olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 3-cü cild 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini. İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 11 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru X1 05 may 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. Cinayət işinin 3-cü cild 113-114-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış cinayəti törətməkdə şübhəli şəxsi tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə şübhəli şəxsi qismində saxlanılmışdır. Cinayət işinin 3-cü cild 174-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 21 avqust 2021-ci il tarixli 4(011)- 358/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o həbsdən azad edilmişdir. Cinayət işinin 3-cü cild 179-180-ci vərəqələrində olan Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 21 avqust 2021-ci il təvəllüdlü təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 193-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 noyabr 2018-ci il tarixli **********5 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Şahid8 Ağamali oğlunun (VÖEN **********) adına 1280 manat vergi borcu müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 203-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 08 sentyabr 2021-ci il tarixli, 016-105175-1221 saylı məktubdan görünür ki, X13 adında xx.xx.2020-ci il tarixdən “Toyota LC200” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Təqsirləndirilən şəxs etibarnamə ilə xx.xx.2014-xx.xx.2022-ci il tarixədək «X49 Prado» markalı avtomobil idarə etmişdir. Cinayət işinin 3-cü cild 206-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, **********739000 nömrəli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Təqsirləndirilən şəxs və X13 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə məlumat mövcud deyildir. Cinayət işinin 3-cü cild 238-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 20 sentyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 49, giriş 4, 351 nömrəli mənzil xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmişdir. X13 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 217-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2021-ci il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi haqqında qərardan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs səs yazıları olan 1 ədəd CD diski könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin 3-cü cild 220-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, səs yazısının ümumi vaxtı 2 saat 13 dəqiqə 16 saniyədir. Zərərçəkmiş şəxs bildirmişdir ki, diskdəki danışıq səsləri onunla Təqsirləndirilən şəxs atası X19 məxsusdur. Həmin danışıq səslərində X42 Səmədovdan aldığı 1 milyon 500 min dollar məbləğində pulun 1 milyon 400 min dollarını Möhkəmə geri qaytarması və cəmi 100 min dollar borcu qalması barədə atası Elçin Həşimova yalan məlumat vermiş, Elçin isə oğlu Elvin tərəfindən Möhkəmə heç bir ödəniş edilməməsini Möhkəmin özündən öyrənərkən özünü itirərək rənginin ağardığını etiraf etmişdir (???).Bundan başqa, X50 Həşimlinin Möhkəmə olan borcunu hissə-hissə ödəməyi təklif etsə də, Zərərçəkmiş şəxs bu təklifdən imtina etmiş və ələ keçirilmiş pulun tam olaraq geri qaytarılmasını tələb etmişdir. Cinayət işinin 4-cü cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2021-ci il tarixli könüllü təqdim edilən sənədlərin götürülməsi haqqında qərardan və protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qazanc əldə etdiyi adı ilə qaytardığı tarix və məbləğləri əks etdirən yazılmış 01 vərəqədən ibarət əlyazmanın kserosurətini könüllü təqdim etmişdir. Belə ki, cinayət işinin 4-cü cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 vərəqədə olan əlyazmanın kserosurətində aşağıdakılar qeyd edilmişdir: xx.xx.2018 Elvinin mənə verdiyi Qazanc 2018 iyun 3500+4000 2018 iyul 4000+6200 2018 avqust 5200+4400 2018 sentyabr 7600+3000 2018 oktyabr 4600+3500 2018 noyabr 3700+4300 2018 dekabr 3800+2200 2018 oktyabr 40.000 2018 noyabr 40.000 2018 dekabr 40.000 2019 yanvar 100.000 2019 fevral 100.000 2019 mart 100.000 480.000 A və imza çəkilmişdir. 01 vərəqədə olan əlyazmanın kserosurətində Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon prokurorluğunun «zərflər üçün» dairəvi möhürün həkki vurulmuşdur. Cinayət işinin 4-cü cild 11-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi və Təqsirləndirilən şəxs pulunu harada verməsi barədə əyani göstərərək, ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 4-cü cild 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MTK-dan daxil olmuş 14 oktyabr 2021-ci il tarixli, 166 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 122 (köhnə ünvan T.Abbasov 38A) ünvanda yerləşən "xxxx" MTK-ya məxsus 8 saylı binanın 17-ci mərtəbəsində. 89.29 kv.m olan 1 otaqlı, 124 saylı mənzil X14 məxsusdur. Mənzili digər şəxsdən aldığı üçün müqavilədə qiymət göstərilməmişdir. Cinayət işinin 4-cü cild 86-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 yanvar 2019-cu il tarixli, 80 №-li mənzilin alqı-satqısı müqavilənin və kassa-mədaxil orderlərinin surətindən görünür ki, satıcı qismində "xxxx" MMC-nin direktoru X28, alıcı qismində isə Təqsirləndirilən şəxs çıxış etmişlər. Satıcı ona məxsus ünvan 15 ünvan: Mehdi Abbasov 13B, M6, m5) ünvanında yerləşən, 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, ümumi beton səthinin sahəsi 187,45 kv.m olan 4 otaqlı, 29 saylı mənzili 215,567 manat məbləğində alıcıya satmağı öhdəsinə götürür. Həmçinin, kassamədaxil orderlərinə əsasən Təqsirləndirilən şəxs mənzil üçün bir dəfə 1000 manat, 20.000 manat, 75.000 manat, 1000 manat, 10.000 manat və 13.000 manat ödədiyi müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 91-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 5 noyabr 2021-ci il tarixli arayışdan və arayışa əlavə edilmiş AZN Məzənnələrindən çıxarışdan görünür ki, xx.xx.2018, xx.xx.2018-ci il həftənin şənbə gününə düşdüyü üçün növbəti iş günü olan xx.xx.2018; xx.xx.2019, xx.xx.2019-cu il həftənin bazar gününə düşdüyü üçün növbəti iş günü olan xx.xx.2019, xx.xx.2019-cu il həftənin şənbə gününə düşdüyü üçün növbəti iş günü olan xx.xx.2019-cu il, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində bir ABŞ dollarının rəsmi məzənnəsinin 1,7000 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin 4-cü cild 100-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Elvinin dayısı Möhkəmdən biznes fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif vaxtlarda ümumilikdə 1.500.000 ABŞ dolları pul alaraq geri qaytarmadığını 2019-cu ildə onun, Elvinin və dayısı Möhkəmin iştirakı ilə aparılan söhbət zamanı dayısından eşitdiyini bildirmişdir. Cinayət işinin 4-cü cild 107-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 mart 2020-ci il tarixli izahatından sonra Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi obyektlərin fotoşəkilləri cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cild 153-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 21 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Şahid2 əməlində Azərbaycan Resublikası CM-nin 178.2.4 və 178.4-cü maddələrinin tərkib əlamətləri olmadığından və Şahid3 əməlində Azərbaycan Resublikası CM-nin 178.4-cü maddənin tərkib əlamətləri olmadığından Azərbaycan Resublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onlar barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 4-cü cild 199-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Təqsirləndirilən şəxs ondan biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə pul aldığı tarixləri, pulların məbləğlərini bir daha təkrar Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir. Cinayət işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığından, cinayət işi üzrə icraat 7 dəfə dayandırılmış və 4 dəfə müxtəlif hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə göndərilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan 01 avqust 2020-ci il tarixli müstəntiqin qərarından görünür ki, cinayət işinin icraatı CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Cinayət işinin 2-ci cild 10-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi Müslüm Quliyevin 01 oktyabr 2020-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 29-30-cu vərqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Müslüm Quliyevin 01 dekabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, bu mərhələdə cinayəti törədən şəxsi müəyyən etmək mümkün olmadığından, CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 33-34-cü vərqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Müslüm Quliyevin 19 dekabr 2020-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 151-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Səbail rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X7 18 yanvar 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 276-277-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Səbail rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X7 cinayət işi üzrə icraatın təzələnməsi haqqında 29 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 314-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Tural Hümmətzadənin 05 aprel 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 315-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas Tural Hümmətzadənin 29 aprel 2021-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cild 319-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X12 08 may 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 320-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X12 05 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 3-cü cild 21-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işi üzrə icraatın dayandırılması haqqında 24 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 3-cü cild 24-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işi üzrə icraatın təzələnməsi haqqında 18 avqust 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təzələnmişdir. Cinayət işinin 4-cü cild 43-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 09 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs səhhətində problem olduğundan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 4-cü cild 64-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 03 noyabr 2021-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işi bir neçə dəfə ərazi aidiyyəti üzrə müxtəlif istintaq orqanlarına göndərilmişdir: belə ki, cinayət işinin 1-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı X9 cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, vətəndaşlar Zərərçəkmiş şəxs, Şahid1 ərizələri əsasında Səbail RPİ-nin İŞ-də, Şahid2 ərizəsi əsasında DİN-nin Baş istintaq və Təhqiqat İdarəsində toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi icraata qəbul olunmuşdur. Cinayət işinin 1-ci cild 86-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 20 may 2020-ci il tarixli materialın ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahid3 barəsində olan şikayət ərizəsi əsasında toplanmış material ərazi aidiyyatı üzrə Səbail RPİ-yə göndərilmişdir. Cinayət işinin 2-ci cild 136-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Səbail rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X7 15 yanvar 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 2-ci cild 278-310-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Səbail rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X7 29 mart 2021-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Şahid2 dayısı Zərərçəkmiş şəxs məxsus avtomobili Səbail rayonu ərazisində ələ keçirməsi xüsusatı üzrə əməlində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CMnin 297-ci maddəsinin tərkibi olmadığı üçün həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş, ********* nömrəli cinayət işi istintaqı davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilmişdir. Cinayət işinin 2-ci cild 335-361-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X12 11 iyun 2021-ci il tarixli cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilməsi üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Cinayət işinin 3-cü cild 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işinin icraata qəbul edilməsi haqqında 10 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının qəbul etmiş olduğu Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilməsinə yol verir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qeyd olunan Azərbaycan Respublikası CPM-nin müddəalarına əsasən məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi üçün bəraət verilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində sübutların növləri sadalanaraq: şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; və digər sənədlər göstərilmişdir. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus pul vəsaitinin əldə edilməsi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi yalnız: zərərçəkmiş şəxsin, 5 nəfər şahidlərin ifadələrini, cinayət işinin 1-ci cild 45-ci səhifəsinə əlavə edilmiş mənbəyi məlum olmayan “mənim Elvində olan pulum” başlığı ilə tərtib edilmiş bir vərəqdən ibarət əl yazısının kserosurəti; telefon məlumatları və danışıqlar olan 07 ədəd “CD” disklərlə kifayətlənilmişdir( cild 4 i.v.195). Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi qərarında Təqsirləndirilən şəxs sözügedən əməllərinin tövsifi üzrə mövqeyini izah edə bilməmişdir. Sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulub, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. İstintaq orqanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi sonuncu ifadələrini ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən hər hansı bir başqa mötəbər dəlil və ya sübut müəyyən etməmiş, Zərərçəkmiş şəxs müxtəlif təhqiqat və istintaq orqanlarına verdiyi ilkin izahat və ifadələrdə olan ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Belə ki, müxtəlif hüquq-mühafizə orqanlarına göndərilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, ona dəymiş maddi ziyanın kimlər tərəfindən vurulması və ona dəymiş maddi ziyanın məbləğləri barədə sonuncu ziddiyyətli məlumatlar vermişdir: Belə ki, cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan Səbail RPİ-nə ünvanlanmış 01 iyun 2020-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs qeyd edərək bildirir ki, Şahid2 ondan 650.000 ABŞ dolları, Təqsirləndirilən şəxs isə 1,500.000 ABŞ dolları alıb əlbir olaraq onun inam və etibarından sui-istifadə edərək, müxtəlif sahələrdə biznes qurmaq adı ilə ələ keçirmişlər. Bundan əlavə, 2019-cu ilin avqust ayında Şahid2 və Təqsirləndirilən şəxs ona məxsus “Mersedes Galendvagen” markalı maşınını 1 ay müddətində 120.000 ABŞ dollarına satıb pulunu verəcəkləri adı ilə maşını götürən gün 90.000 ABŞ dollarına satıb pulunu mənimsədiklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 155-165-ci vərəqələrində olan Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr aylarında Azərbaycan Respublikası Baş Prokurorunun adına ünvanlanmış ərizələrindən görünür ki, sonuncu ərizə yazaraq Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 2.240.000 ABŞ dolları əldə etdiklərini bildirmişdir. Cinayət işinin 3-cü cild 46-cı vərəqəsində olan Zərərçəkmiş şəxs 04 mart 2020-ci il tarixli Nərimanov RPİ-nə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizəsində Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” TM-nin qarşısında etibarından sui-istifadə edib aldadaraq 50.000 manat pulunu Rusiya Federasiyasından avtomobil ehtiyat hissələri gətirməyi vəd verib, pulunu ələ keçirdiyini göstərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs eyni məsələ ilə əlaqədar müxtəlif təhqiqat orqanlarında ziddiyyətli izahatlar vermişdir. Belə ki, cinayət işinin 1-ci cild 16-17-ci vərəqələrində olan 08 may 2020-ci il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir:«... 2018-ci ilin oktyabr ayında Şahid2 siqaret satışı ilə məşğul olmaq üçün məndən 30.000 ABŞ dolları aldı və Cavid həqiqətən dostu Təqsirləndirilən şəxs ilə Əhmədli qəsəbəsi ərazisində köşklərdə siqaret satışını təşkil etdi və bildiyim qədər də normal işləyirdilər. 2019-cu ilin səhv etmirəmsə mart-aprel aylarında Cavid mənə dedi ki, siqaret işini böyütmək üçün, yəni topdan satışını təşkil etmək üçün ona 300.000 ABŞ dolları məbləğində pul lazımdır, deməsinə malı Gürcüstandan vuracaqdir. Cavid dedi ki, hamin məbləği ona versəm o, qazancdan gündəlik olaraq mənə 5300-5700 manat pul verəcəkdir. Mənim Cavidə etibarım olduğu üçün və təklif sərfəli olduğundan mağazalarımızın dövriyyəsindən 500.000 manat pul götürdüm və yaşadığım evdə həmin pulu Cavidə verdim. Cavid həqiqətən təxminən 1 ay ərzində gündəlik olaraq mənə 5300-5500 manat pul verdi. Daha sonra işi böyütmək adı ilə məndən 300.000 ABŞ dollan yenidən aldı. Təxminən 1 həftə ərzində yenidən gündəlik 5300-5500 manat pul verdi. Ümumilikdə o, mənə təxminən 200.000 manat pul verdi. Sonra isə dedi ki, hər gün deyil, 15 gündən bir toplu halda qazancdan pul verəcəkdir. .... mənə məlum oldu ki, Cavid məndən aldığı pulların bir hissəsini Tbilisidə kazinoda uduzmuş, bir hissəsini mərc oyunlarında uduzmuş, qalan pulları eyş-işrətə və s. xərcləmişdir. Bundan sonra mən Cavidlə demək olar ki münasibətimi kasdim. Lakin bacım oğlu olduğu üçün ondan heç bir yerə şikayət etmədim. ...Mən Cavidə 380.000 ABŞ dolları deyil, ümumilkidə 600.000 ABŞ dolları vermişəm və növbəti 35-40 gün ərzində o, mənə qazanc olaraq cəmi 200.000 civarında pul vermişdir. Ondan sonra o, mənə heç bir pul, eləcə də 340.000 ABŞ dollan verməmişdir. Həmçinin Cavid məndən aldığı pulları topdan siqaret satışına yatıracağını söyləmişdir, mərc oyunlarında oynamaq üçün Zülfüqara verəcəyini söyləməmişdir. Mənim bu haqda məlumatım yoxdur. …» Cinayət işinin 1-ci cild 37-47-ci vərəqələrində olan 29 may 2020-ci il tarixdə Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinə verdiyi izahatında Zərərçəkmiş şəxs birgə biznes fəaliyyəti üçün Elvin Həşimova pulun verilməsini bildirmiş, həmçinin göstərmişdir ki, 2017ci ilin oktyabr ayında Cavid siqaret satışı ilə məşğul olmaq üçün 30.000 ABŞ dolları 2019-cu ilin mart-aprel ayında 300.000 ABŞ dollarını yaşadığım evdə Cavidə vermiş. Daha sonra Cavid bir daha ona müraciət edərək yenə də siqaret işini böyütmək üçün 300.000 ABŞ dolları istəyib və Cavidin ondan götürdüyü pulun müqabilində gündəlik ona 5300-5500 manat pul verdiyini görüb ona inanaraq daha 300.000 ABŞ dollar verib. Həmin ərəfədə o, görüb ki, Cavid özünə son model «Mersedes S Class maşını, atasına isə son model «Mersedes E» klas maşını almışdır. Bundan sonra Cavid ona deyib ki, pulu ona gündəlik deyil 15 gündən bir verəcək. Vaxt tamam olanda Cavid pulu verməyib və bildirib ki, pullar Zülfüqardadı. Daha sonra Cavid ona bildirib ki, o siqaret almaq üçün Gürcüstan Respublikasına gedir və borc istəmiş,özündə pul olmadığı üçün qonşu mağazadan pul alıb Cavidə 20.000 ABŞ dolları vermişdir ki, pul qazanıb onun pulu ödəsin. O, borclarını qaytarmaq üçün özünə məxsus 120.000 ABŞ dolları dəyərində «Mersedes Galenvagen» markalı maşını Cavidə satmağa vermiş, Cavid Cavid həmin gün maşını 90.000 ABŞ dollara sataraq ona pul qaytarmamışdır. Həmiin pul vəsaitinin Cavidlə Elvin birgə satmışlar.Ümumilikdə Cavidə 740,000 ABŞ dollar vermiş, Cavid isə ona qazanc olaraq 200.000 manat pul vermişdir. Zülfüqar isə hətta Cavidin Gürcüstanda kazinoda 300.000 ABŞ dolları uduzmasını təsdiq edən videogörüntünü də göstərmişdir. Cavid ondan iş qurmaq adı ilə almış olduğu pulları və Elvinlə birlikdə maşınını sataraq ələ keçirdikləri pulunu qumara və öz ehtiyaclarına xərcləmişlər. Bundan əlavə , 2018-ci ildə Xətai rayonu Məhəmməd Hadi 7 ünvanında aptek açmış və həmin obyektin təmirinə 83.000 manat pul sərf etmiş, dərmanların alınması üçün 67.000 manat pul vəsaiti ayırmışdır. Həmin aptekin işləməsinə, haqq-hesabına nəzarəti isə Cavidə həvalə etmişdir. Aptek təxminən 3-4 ay işlədikden sonra aptekdə audit aparılaraq 10.000 manat çatışmazlıq aşkar edilmişdir.Ona məlum olmuşdur ki, Cavid həmin aptekdə psixotrop tərkibli dərmanların satışını təşkil etmək istəmişdir. Həmin izahatda Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2018 tarixindən sonra Elvinə verdiyi pullara dair hər hansı bir qəbz yoxdur. Məhkəmə prosesində proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, izahat düz yazılmamışdır. O, Cavidə cəmi 30.000 dollar vermişdir. 600.000 ABŞ dolları və ya 740.000 ABŞ dolları Cavidə verməmiş, İzahatlar düz yazılmamışdır. Cinayət işinin 3-cü cild 91-92-ci vərəqələrində olan 11 mart 2020-ci il tarixli DİN BMCMİ-nin rəisin adına ünvanlanmış izahatında Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «... Təqsirləndirilən şəxs ilə birgə ticarət fəaliyyəti ilə məşğul olduğumuz dövrdə ümumilikdə xeyir kimi mənə 660.000 manat pul vermişdir. ... Bildirmək istəyirəm ki, mən ilkin izahatımda Təqsirləndirilən şəxs tərəfindən mənə 480.000 manat pul verildiyini bildirmişdim. Araşdırma aparılan dövrdə Təqsirləndirilən şəxs ilə aramızda hesablama apardıq və məlum oldu ki, Təqsirləndirilən şəxs işlədiyimiz dövrdə mənə 660.000 manat pul qaytarmışdır. » Məhkəmə prosesində zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, izahat verdiyi vaxt hesablamanı düz aparmamış, həqiqətdə Təqsirləndirilən şəxs ona 480.000 manat qaytarmışdır. Cinayət işinin 3-cü cild 68-72-ci vərəqələrində olan 07 mart 2020-ci il tarixli DİN BMCMİ-nin rəisin adına ünvanlanmış izahatında Zərərçəkmiş şəxs göstərmişdir ki, qardaşları Amid, Nazim, Məzahir və dostları Hikmət, Raqif,Ramiz və Sevdimalı adlı şəxslərdən alıb Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə prosesində isə Zərərçəkmiş şəxs pulların özünə və qardaşları Amid, Nazim, Məzahirə məxsus olmasını göstərmişdir. Cinayət işinin 3-cü cild 94-95-ci vərəqələrində olan 29 mart 2020-ci il tarixli izahatında Zərərçəkmiş şəxs göstərmişdir ki, 1.500.000 ABŞ dolları pulu hissə-hissə Təqsirləndirilən şəxs təklikdə vermiş və həmin vaxtı yanlarında heç kim olmamışdır. Qeyd olunan pulları Təqsirləndirilən şəxs verməyi ilə bağlı şahidi yoxdur. Təqsirləndirilən şəxs «1.500.000 ABŞ dolları pul verməyimlə bağlı hər hansı bir səs yazısı və ya video görüntü təqdim edə bilmirəm.» Lakin cinayət işinə əlavə edilmiş müstəntiqin tərtib etdiyi könüllü təqdim edilmiş sənədlərin götürülməsi haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan (cild 3 i.v.218) görünür ki, Zərərçəkmiş şəxs səs yazıları yazılmış 1 ədədə CD disk istintaqa təqdim etmişdir.Cinayət işinin 3-cü cild 220-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış protokolundan görünür ki, səs yazısının ümumi vaxtı 2 saat 13 dəqiqə 16 saniyədir. Zərərçəkmiş şəxs bildirmişdir ki, diskdəki danışıq səsləri onunla Təqsirləndirilən şəxs atası X19 məxsusdur. Həmin danışıq səslərində X42 Səmədovdan aldığı 1 milyon 500 min dollar məbləğində pulun 1 milyon 400 min dollarını Möhkəmə geri qaytarması və cəmi 100 min dollar borcu qalması barədə atası Elçin Həşimova yalan məlumat vermişdir. Bundan başqa, X50 Həşimlinin Möhkəmə olan borcunu hissə-hissə ödəməyi təklif etsə də, Zərərçəkmiş şəxs bu təklifdən imtina etmiş və ələ keçirilmiş pulun tam olaraq geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi, 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs onda Təqsirləndirilən şəxs 1.500.000 ABŞ dolları pul verməyi ilə bağlı onda heç bir səs yazısı olmadığını bildirdiyi halda, bir müddətdən sonra isə istintaqa bir ədəd disk təqdim edərək, diskə baxış aparılarkən X16 tərəfindən Möhkəmə heç bir ödəniş edilməməsini Möhkəmin özündən öyrənərkən «özünü itirərək rənginin ağardığını etiraf etməsini (???)»protokolda öz əksini tapmışdır. Müstəntiqin danışıq səslərini əks etdirən audioyazısı olan diskə baxış keçirən zaman, şahid Elçin Həşimovun «rənginin ağardığını» nə cür müşahidə etməsi açıqlanmamışdır. Bu hal onu göstərir ki, istintaqçı keçirdiyi istintaq hərəkətinə qeyri-ciddi yanaşmışdır. Həmin telefon danışıqları ilə əlaqədar iş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs oğludur. Hazırkı cinayət işi ilə əlaqədar onun məlumatı olana qədər o, Zərərçəkmiş şəxs 3 dəfə görmüşdür. Bir dəfə Elvinlə onun yanına gəlmişdir ki, Cavidin dayısıdır, onunla tanış olmaq istəyir. 10- 15 dəqiqə onun yanında olmuşdur. Bir dəfə də özü zəng edib, onun yanına onun səlahiyyətinə aid olmayan bir işlə bağlı gəlmişdir. O, demişdir ki, o, ancaq sənədləşməyə kömək edər. Sonra da o, bir dəfə Elvinlə onun obyektinə baxırmış ki, bu nə işlə məşğuldur, təsadüfən «Xalqlar dostluğunda» 3 mərtəbəli obyektin qarşısında olanda demişdir ki, bəs bu obyekt Möhkəm dayınındır. Elvin Möhkəmə dayı deyirmiş. Elvin demişdir ki, Möhkəm dayı da buradadır, gedib Möhkəmlə görüşsünlər. Gedib həmin obyektdə 10-15 dəqiqə söhbət edib bir stəkan çay içmiş, hələ tapşırmışdır ki, Elvini ancaq axşamlar görür, Elvini əsas Möhkəm görür, gözü Elvinin üstündə olsun. Sonra o, çıxıb getmişdir. Ondan sonra görməmişdir. Sonra Möhkəm onun yanına ilk dəfə gələndə 2019cu ilin yay ayları imiş, demişdir ki, Elvinin ona 900.000 ABŞ dollar borcu var. Təbii ki, o, Möhkəmə sual vermişdir ki, onun telefonu Möhkəmdə var, öz işinə görə onu yığmış, onun yanına da gəlmişdir. Bu pulu bir dəfəyə verib, ya kimin yanında verib, bəs ona nə üçün deməmişdir. O, verdiyi bu suallara Möhkəmdən normal cavab ala bilməmişdir. Möhkəmin ona deməsinə görə pulları hardasa 10 dəfəyə vermişdir. Söhbət 900.000 dollardan gedirmiş. O, Möhkəmdən soruşmuşdur ki, bəs o, ticarət adamıdır, bildiyinə görə «Həcc ziyarətinə» də gedib gəlmiş, hacıdır, o pulu 10 dəfəyə, nəbilim 9 dəfəyə vermişdir, soruşmuşdur ki, birinci, ikinci, üçüncü, beşinci dəfə verdiyi pul qayıtmırdısa niyə yenə pul verirmiş. Buna da normal cavab ala bilməmişdir. Niyə ona zəng etmədiyini, niyə demədiyini, onun atası olduğunu demiş, buna da cavab ala bilməmişdir. Həmçinin, Möhkəm ona Elvinin ondan aldığı 900.000 dollara dair ondan qeydiyyat tələb etmiş, soruşmuşdur ki, ondan pulu alanda qeydiyyat aparıb ya yox, çünki bu məbləğlər kiçik məbləğ deyil. Özü də ticarət adamıdır. Möhkəm demişdir ki, qeydiyyatı var. Həmin qeydiyyatı gətirib ona göstərməsini demişdir. O, elə Möhkəmin yanında Elvinin telefonunu yığmışdır. Həmin vaxt Elvin Xətai Rayon Polisində işləyirmiş. Telefonu Elvin götürməmişdir. Hərdən elə olurmuş ki, işi ilə əlaqədar telefonu götürmürmüş, sonra özü yığırmış. Sonra o, Möhkəmə demişdir ki, o, araşdırıb Möhkəmə deyər. Axşam o, Elvini çağırıb, bu barədə Elvindən soruşmuşdur. Elvin ona demişdir ki, aldığı pulu artıqlaması ilə Möhkəmə qaytarmışdır. Möhkəmə borcu yoxdur. Səhəri gün Möhkəm ona demişdir ki, Elvin Möhkəmdən bir milyon almışdır. O, Möhkəmdən birinci gündən şübhələnmişdir. Demişdir ki, onun yanına sübutla gəlməlidir. Aralarında xətir hörmət var imiş. Möhkəmi 2-3 dəfə görmüş, Möhkəmə «Hacı» kimi, o özü də din adamıdır, hörmət edirmiş. O, fikirləşmişdir ki, Möhkəm 2-ci dəfə gələndə kitabla gələcək. İkinci dəfə gələndə 900.000 dollar olmuş bir milyon dollar. O, birinci dəfədən şübhələnmiş, çünki 900.000 dolları bu dəqiqə heç kim heç kimə heç nəsiz vermir. Adi bankdan pul götürəndə nə qədər sənəd istəyirlər. Möhkəm 2-ci dəfə gələndən sonra onun şübhələri bir az da artmışdır. İkinci dəfə gələndə bir azda şübhələnmiş, fikirləşmişdir ki, necə olmuşdur ki, 1-ci dəfə gələndə 900.000 dollar demiş, indi bir milyon dollar. O, Möhkəmdən yenə kitab qeydiyyat gətirməsini soruşmuş, yenə kitab qeydiyyat olmamışdır. Heç bir mübahisə filan etməmişlər. Möhkəm çıxıb getmişdir. Yenə o, Elvindən soruşmuş, indi də bir milyon dediyini bildirmiş, Elvin demişdir ki, əgər bir milyon almışdırsa, Möhkəmə deməli bir milyon yarım qaytarmış, onun Möhkəmə borcu yoxdur. Elvin onun övladıdır, dönə-dönə həmişə Elvinə demişdir ki, belə işlərdən uzaq olsun. Möhkəm 3-cü dəfə onun yanına gələndə bir milyon yarım dollar olmuşdur. Təbii ki, o, yenə Möhkəmdən kitab tələb etmişdir. Bir qeydiyyat, şahid varmı deyə soruşmuş, çünki bu elə belə pul deyil ki, onu elə belə versin. Möhkəm heç bir şahidləri olmadığını, ikisindən başqa heç kim olmadığını bildirmişdir. Bunların arasında olan bu pul barədə Möhkəmin bacısı oğlu Cavidin də məlumatının olmadığını demişdir. Hər dəfə Möhkəm qeydiyyatı var desə də hər üç dəfə onun yanına gələndə, o, Möhkəmə qeydiyyatı gətizdirə bilməmişdir. Hər dəfə telefonla danışıqları olanda da, Möhkəmlə bir az mübahisələri olmuşdur. Hər dəfə o, kitabı gətirməsini demişdir. Demişdir ki, kitabı gətirsin, üçü oturub ona sübut etsinlər ki, Elvinin borcu var Möhkəmə, o onu boynuna götürüb, bir ilə verər, 5 ilə verər, nədisə ona sübut etsin, sonra onlar danışsınlar. Möhkəm bir də elə-belə onun yanına gəlməsin, bir də gəlsə 2 milyona qaldıracaq. Bu söhbətlər hardasa bir ayın içərisində getmişdir. Bir dəfə də telefonla axşam vaxtı danışanda bir az telefonda mübahisələri düşmüşdür. O, yenə Möhkəmə demişdir ki, ona kitab gəlməsə, ondan 1 qəpik də ala bilməyəcək. Ona sübut təqdim edib, şahid gətirsin, özü deyir ki, şahid yoxdur, sübütu var. Nə sübutu var gətirsin. Telefonda bir az mübahisələri düşmüş, nalayiq söz olmuşdur. O, söymüş, telefonu söndürmüş, yığmış, telefonu götürməmişdir, onunla da əlaqələri kəsilmişdir. 2020-ci ilin mart ayında bir də eşitmişdir ki, Elvini Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlamışlar. Oraya gedib görmüşdür ki, bu pul məsələsi ilə bağlı saxlamışlar. Orada yenə də 1 milyon yarımdan söhbət gedirmiş. Orada da tədqiqat rəisinin yanına girmiş və sözü bu olmuşdur ki, sübut olunsun ki, Elvinin Zərərçəkmiş şəxs borcu var ya pulu ödəsin, ya da getsin cəzasını çəksin, amma sübut olunsun, sözlə yox, deyir şahidi yoxdur. Bunu onun yanına gələndə də demiş, ifadələrində də görünür. O, bu araşdırmanı bir Mütəşəkkildə görmüş, bir də Xətai rayonunda. Başqa bu iş harada araşdırılıb heç birindən məlumatı yoxdur. Sübut etsin ki, Elvinin borcu var, ödəyə bilər, ödəyə bilməz tutulsun getsin. Orada da baxmışlar ki, bu işdə sübut yoxdur. Sonra o, özü başlamışdır araşdırmağa ki, bu iş hardan gəlib, necə olub, niyə bu 900.000 dollar 1 milyon olmuş, sonra 1 milyon yarım olmuş, bu dollardan söhbət gedir, bu elə belə rəqəmlər deyil. Bəzi şeylər öyrənmişdir. Hacının böyük qardaşı Nazimlə görüşmüşdür ki, bu məsələ ilə bağlı oturub söhbət etsinlər, bir böyük kimi məsləhətləşsinlər nədir. O, Möhkəmin qardaşına bir-iki suallar vermişdir. Ya ona özü elə cavab vermiş, yəni, Səbaildə araşdırma gedəndə orada bir «Mersedes Qalenvagen» avtomobilin satılmasından söhbət gedirmiş. Bunu da Möhkəm onun yanına gələndə özü ona demişdir ki, yəni, Cavid onun maşınını satıb pulunu ona verməmiş, yəni Cavid onu belə aldatmışdır. Səbail Polisində araşdırılılanda 730 min dollar bir, 30.000 dollar bir Caviddən şikayət olmuşdur. Sonra necə olubsa şikayət geri götürülmüşdür. 830.000 dollar budur. O, Möhkəmin qardaşına sual verəndə ki, onun xəbəri var ki, «Xalqlar dostluğunda» 2 mərtəbənin altında aptek açılmışdır. Ondan bu barədə cavab almamışdır. Ona nə hə, nə də yox demişdir. Bəlkə də bilir, lakin ona cavab verməmişdir. H.Aslanov metrosunun yanında «Gözəllik salonu» açılmış, o, Möhkəmin qardaşına sual vermişdir ki, bundan xəbəri var, çünki ona demişlər ki, böyüklərinin xəbəri yoxdur. O, Nazimlə söhbət edəndə Nazim ona demişdir ki, Elvinin obyektləri olmamışdır. O, Nazimə demişdir ki, Nazim bunu deyir, o da deyə bilər Elvinin obyektləri olmamış, bunu Nazim deyir, o da deyə bilər ki, Elvinin obyektləri olmamış, amma DİN-nin Təhqiqat İdarəsində işin içində obyektlərin şəkilləri var, ticarətlə məşğul olduğu üçün işdən azad olunmuşdur. İşin içində şəkillər var, o, bir dəfə maşına oturub obyektə baxmış, görmüşdür ki, doğürdan da belə bir obyektləri var. Maşından düşüb bir siqaret almış, soruşmuş və bilmişdir ki, hə bu Elvinin obyektidir. Nazimə sual verəndə ki, onların obyektinin altında 2 obyektləri var hərəsinə 500 ayda pul verirmiş, Nazim demişdir ki, nə 500 pul verir, 2000 verirmiş. O, demişdir ki, başa düşmür, əgər Elvin ayda 2000 manat arenda verirdisə, ona niyə 500 və ya 1000 deyir, elə 2000 manat deyərmiş. Sonra o, Elvindən soruşmuş ki, bu nə məsələdir, ona deyir 500 manata hərəsini işlədir, demişdir ki, Zərərçəkmiş şəxs qardaşına icarə pullarını, məsələn icarə pulları ayın 1-də yığılır, 5-10 gün əvvəl arenda pullarını göndərir Nazimə ki, Nazim oralara gəlməsin. Bunu ona Elvin demişdir. Obyekt özü də «Xalqlar dostuluğunda» yerləşir. İndi hamı bilir ki, indi aptek açmaq və onun içini doldurmaq, onu sənədləşdirmək elə belə kiçik puldan söhbət getmir. «Gözəllik salonu» açmaq, onun içərisinə lazer aparatıqoymaq,hamı bilir ki, 100.000 dollar civarındadır. Bunları açıb içini komplektləşdirmək, işlətmək elə belə puldan söhbət getmir. 830 min Səbaildəki məsələni demiş, yəni nəzərdə olsun ki, bu Cavid məsələsindən şikayət olunmuş, sonra geri götürülmüşdür. Möhkəm aptek, «Gözəllik salonu», H.Aslanovda özü üçün ev almışdır. Sonra məlum olur ki, orada bir nəfər Əli adlı qohumları var, o da həmin binadan ev almış, həmin ev satılıb Nizami rayonunda Q.Qarayev metrosunun yanında alınmışdır. O, bunları Nazimə deyəndə bir dənə evdən xəbəri olduğunu demişdir. Amma o, bildiyinə görə Xətai rayon prokurorluğunda bu bildiyi aptek«Gözəllik salonu»ndan Nazimin xəbəri olmamışdır. Nazim demişdir ki, xəbəri yoxdur. Ona isə aptek və «Gözəllik salonu»ndan xəbərinin olmadığını demişdir. Həm də o, Nazimdən dəqiq cavab ala bilməmişdir. O, ona görə Nazimlə danışmışdır ki, bildiyinə görə bütün bu pulların rəhbərliyi Möhkəmin qardaşı Nazimdədir, Nazim də bu pulları Möhkəmdən soruşanda pulların 1 milyon yarım dollarının Elvində olmasını demişdir. Yəni pulların rəhbərliyi Nazimdə olmuş, ola bilər ki, Möhkəmin də həmin pulda nə qədərsə payı olmuş, amma pulun rəhbərliyi Nazimdə olmuşdur. Ümumi puldan götürüləndə mütləq Nazimin xəbəri olmalı imiş. Nazimin ona dediyi bu olmuşdur. O, Nazimə demişdir ki, bacısı oğlu Caviddən şikayət olunmasındın xəbəri varmı, onun sualından Nazim duruxub qalmışdır. Bəlkə də xəbəri olub, bilmir. O, Nazimə demişdir ki, bacısı oğlundan 830.000 dollarlıq şikayət olub, sonra da geri götürülmüşdür. Bəs həmin 830.000 hara batmışdır. Aptekdən, «Gözəllik salonu»ndan xəbəri yoxdursa bəs pullar hara getmişdir. Aptekə görə onun bildiyinə görə 4000 ayda icarə pulu göndərirmiş, guya aptek başqasının aptekidir, Möhkəm icarəyə götürüb işlədirmiş. Əslində isə aptek Möhkəmin özünün olmuşdur.O, dəfələrlə Elvindən məhkəməyə təqdim etdiyi vərəqələrdə yazılan pullar barədə soruşanda ki, bu pullar nədir burada, söhbət pozulan pullardan gedir. Elvin demişdir ki, təxminən 10 ay birgə ticarətləri olmuş, 15 may 2018-ci ildən 2019-cu ilin aprelinə qədər. Həmin vərəqələrdə 10 ayın yalnız 2 ay 5 günü var, 2 ay 5 gündə «1 milyon 40 minin» üstündən xətt çəkilmişdir. Həmin xətti Möhkəm çəkmiş, Möhkəm həmin qeydi ona atmışdır. Bir də 10 aylıq birgə ticarətin 2 ay 5 günün hesabatı oradadır. O, Elvindən soruşmuşdur ki, bu pullar nədir, o verən pullardır, nədir, Elvin demişdir ki, 15-17 dəfə Möhkəmə pul verilmişdir. Həmin pulun 7-8 dəfəsini Cavidlə evində və obyekində Elvin Möhkəmə vermişdir. O, soruşmuşdur ki, bəs Möhkəmin evində bu pulu verəndə Möhkəm tək imiş, Elvin pulu verəndə Möhkəmin rəhmətlik anası, yoldaşı, oğlu, qızı olduğunu, qızının həmişə mətbəxdə olduğunu, lakin oğlunun həmişə gördüyünü bildirmişdir. Onların işlərini görən Maqsud dayı deyilən biri var, bir dəfə o da evdə imiş. Elvin demişdir ki, pul paçka deyilmiş ki, cibində aparsın, ən azı 5-8-10 paçka pulla gedirmiş və həmin pulu kuloka qoyub verirmiş. Görürmüşlər ki, pulu kulokda gətirmişdir. Elvin bildirmişdir ki, Möhkəm bir dəfə də hələ oğluna demişdir ki, aparıb otağa qoysun, oğlu nə olduğunu soruşduqda, Möhkəm oğluna onun başı girən şey olmadığını, aparıb otağa qoyub, qapını örtüb gəlməyini demişdir. O, vəkildən də xahiş edəcək, Möhkəmin yoldaşı, oğlu, qızı, Maqsud adlı şəxs, ailə sürücüləri var, o, bilən adı Arizdir, blokun qarşısında o da görürmüş həmin şəxslər çağırılsınlar dindirilsinlər. O, bunu oğlunun vəkilindən xahiş edəcək ki, vəsatət versin. İş Mütəşəkkildə olanda bir dəfə Möhkəmə demişdir ki, ya kitabını gətir, bu söhbət olub 2020ci ilin mart ayının təxminən 11 və ya 12-də, demişdir ya kitabı gətirsin, üçü otursun, kimi istəyir gətirsin, 4-cü 5-ci adam da olsun o kitabla sübut etsin, o, pulu boynuna götürsün, ya da Elvin tutulub gedər, gedib həbsxanada pullarını Elvindən alar. Səs yazısı 2020-ci ilin mart ayınının ya 11 ya 12-də olmuşdur. Elvini Banditizmdə saxlamışlar. O, gedib Möhkəmə demişdir ki, ya kitabı gətirsin, həmin vaxt o, Möhkəmin səsini diktofona yazdığını bilməmişdir. Sonra bunu Xətai prokurorluğunda demişlər. O, demişdir ya kitabı gətirib sübut etsin, ya da Elvin tutular gedib həbsxanada pulun alar. Həmin səs yazısı həmin söhbətdə də yazılmışdır. Mütəşəkilldə araşdırmada Zərərçəkmiş şəxs özü yazmışdır ki, 660.000 manat Elvin qaytarmışdır. Yəqin ki, işin içində olar. Bu rəqəmlər niyə belə dəyişilir həmişə. O, Zərərçəkmiş şəxs Elvinin ona olan borcunu ödəməyə söz verməmiş, Möhkəmə demişdir ki, qeydiyyat kitabını gətirsin, ona verdiyi pulun rəqəmini sübut etsin, o, başlayıb həmin pulu Möhkəmə ödəyəcək. Ona sübut edə bilməsə Elvin tutulub gedirsə getsin, o, pul ödəməyəcək. Xətai Prokurorluğunda həmin pulun 500.000 dollarını Möhkəmə ödəməyi barədə təklifi olmamışdır. Axırıncı dəfə o, Möhkəmlə 2020-ci ildə mart ayında o səs yazısı olan vaxtı görüşmüşdür. Oğlu Möhkəmlə birgə bizneslə məşğul olduğu dövrdə ev alması barədə o, eşidəndə, o, həmin vaxt maraqlanıb tikinti ofisinə getmişdir. Həmin evin 3 illik ipoteka ilə alındığını, 2 il və ya nə qədərsə yüz neçə min ödənildiyini, qalanını ödəyə bilmədiyini bilmişdir. Oranın hüqüqşünası da həmin evlə bağlı ona zəng etmişdir. O, hüquqşünasa demişdir ki, oğlu ev alanda ona demişlər ki, indi də zəng edir. Elvin evin pulunu ödəyə bilmədiyindən həmin ev başqasına satılmış, ödədiyi pul da qaytarılmışdır. Müqavilədə də həmin ev 200.000 manat civarında olmuş, 450.000 manatlıq ev olmamışdır. Elvin həmin evə ayda 2000-3000 manat ödəyirmiş, həmin vaxt da 6-7 obyekt işlədirmiş, həmin qazancından verirmiş, sonra ödəyə bilmədiyindən evi satmışdır. O, həmin evdə olmamışdır. Oğlunun həmin obyektlərə görə nə qədər vergi verməsindən onun məlumatı yoxdur. Elvin ondan 1 milyon civarında pul almamışdır. Obyektləri işlədəndə 2 min, 3 min, maksimum 7 min almış, o da birinci aldığını ona qaytarmasaymış, 2-ci dəfə ondan pul istəyə bilməzmiş. Üzərindən xətt çəkilən məbləğlər olan vərəqlərı ona Möhkəm göndərmişdir. O da bunu Elvindən soruşmuş, Elvin də ona demişdir ki, üzərindən xətt çəkilən məbləğləri o, Möhkəmə qaytarmışdır. O da 1 milyon qırx neçə mindir. Elvin ona demişdir ki, aldığı məbləğ 683 mindir, onu da artıqlaması ilə Möhkəmə qaytarmış, aylıq qazanclarını da vermiş, verdiyi pulu da qaytarmışdır. O da Möhkəmə demişdir ki, o, 1 milyon 40.000 dollar alıb, qazanclarıyla bir yerdə bəs hardan Elvinin ona borcu olmuşdur. Elvin ona deməmişdir ki, Möhkəmdən 1 milyon almış, o, Elvindən soruşmuşdur ki, o, Möhkəmdən 1 milyon almışdır, Elvin də söz gəlişi demişdir ki, əgər Möhkəmdən 1 milyon almışdırsa, artıqlaması ilə də qaytarmışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 220-ci vərəqəsində olan Zərərçəkmiş şəxsla əlavə şahid Elçin Həşimov arasında olan səs yazısına dair baxış protokoluna əsasən əlavə şahid Elçin Həşimov bildirmişdir ki, 1 milyon 400.000 barədə indi eşidir. Qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs eyni məsələ ilə əlaqədar müxtəlif istintaq orqanlarında da ziddiyyətli ifadələr vermişdir. Belə ki, cinayət işinin 1-ci cild 119-124-cü vərəqələrində olan 04 iyun 2020-ci il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən zərərçəkmiş şəxs qismində dindirilərək ifadəsində cinayət işinin 1-ci cild 37-47-ci vərəqələrində olan 29 may 2020-ci il tarixli verdiyi izahatını tam təsdiq edərək qohumu Şahid2 740.000 ABŞ dolları verməsini və sonuncunun ona yalnız 200.000 manat qaytarmasını, Elvin Həşimova 1.500.000 ABŞ dolları verməsini, sonuncunun isə ona 480.000 manat qaytarılmasını göstərmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2018 tarixindən sonra Elvinə verdiyi pullara dair hər hansı bir qəbz yoxdur. Zərərçəkmiş şəxs öz ifadələrini 22 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxsylə aparılan üzləşmə zamanı təsdiq edərək, bir daha vurğulamışdır ki, xx.xx.2018 tarixindən sonra Elvinə verdiyi pullara dair hər hansı bir qəbzi yoxdur. Həmçinin göstərmişdir ki, qohumu Cavid X20 məxsus «Mersedes Galenvagen» avtomaşınını 90.000 ABŞ dollara sataraq pulu birlikdə xərcləmişlər. (cild 1 i.v.233-236) Cinayət işinin 1-ci cild 244-249-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşmə zamanı Şahid2 üzünə deyir ki, 2017ci ilin oktyabr ayında Cavid siqaret satışı ilə məşğul olmaq üçün ondan 30.000 ABŞ dolları almış, sonra Cavid ona bildirmişdir ki, dostu Təqsirləndirilən şəxs ilə Əhmədli qəsəbəsində siqaret satışı ilə köşklər açmış və Gürcüstan Respublikasından siqaret gətirmək üçün ona əlavə pul lazımdır. 2019-cu ilin mart-aprel ayında o, Şahid2 əlavə 300.000 ABŞ dolları vermişdir. Cavid ondan götürdüyü pulun müqabilində ona gündəlik 5300-5500 manat pul verirmiş. 25 aprel 2019-cu il tarixdə Cavid ondan əlavə olaraq yenə siqaret biznesinin inkişafı üçün 300.000 ABŞ dolları istəmiş və o, Cavidin ona gündəlik böyük məbləğdə gəlir verməsini nəzərə alaraq həmin tarixdə ona yenə də 300.000 ABŞ dolları vermişdir. Lakin Cavid həmin puldan əldə etmiş gəliri verməkdən yayınmış və bildirmişdir ki, pullar Zülfüqardadır. Lakin sonradan Cavid ona etiraf etmişdir ki, o, pulları Zülfüqara verməmiş, pulların bir qismini qumarda uduzmuş, digər hissəsini isə xərcləmişdir. Bundan sonra, o Cavidə Gürcüstandan siqaret gətirmək üçün yenə də 20.000 ABŞ dolları vermiş və özünə məxsus 120.000 ABŞ dolları dəyərində olan «Mersedes-Galenvaqen» markalı avtomaşinı ona verərək satıb, pulunu özünə qaytarmasını xahiş etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Şahid2 həmin avtomobili 90.000 ABŞ dollarına satmış və pulu Təqsirləndirilən şəxs ilə xərcləmişdir. Ümumiyyətlə Şahid2 siqaret biznes fəaliyyəti qurmaq üçün 740.000 ABŞ dolları pul vermiş, sonuncu isə ona 200.000 manat verərək, qalan pulu qaytarmamışdır. Bundan başqa, 2018-ci ildə o, Xətai rayonu Məhəmməd Hadi küçəsi 7 saylı binada aptek açmış, obyektə 83.000 və 67.000 manat pul vəsaiti xərcləmiş, həmin apteki işlədməsini Cavidə həvalə etmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavid aptekdə psixotrop vasitələrin satışını təşkil etmiş və həmçinin 10.000 manat çatışmazlıq aşkar olunmuşdur. Cinayət işinin 2-ci cild 144-150-ci vərəqələrində olan 16 yanvar 2021-ci il tarixli Səbail rayon prokurorluğunun müstəntiqinə verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs dələduz (???) olduğunu bildiyindən bu barədə qohumu Şahid2 xəbərdar etmişdir. Həmçinin Şahid2 30.000 ABŞ dolları, 300.000 ABŞ dolları, 300.000 ABŞ dolları, 20.000 ABŞ dolları, 120.000 ABŞ dolları dəyərində «Mersedes Galenvagen» markalı maşını verməsi və sonuncunun 90.000 ABŞ dollara satması, ümumiyyətlə Şahid2 ondan 740.000 ABŞ dolları alması barədə ifadə verməsini xatırlamır, belə hal olmamışdır. Cinayət işinin 2-ci cild 321-327-ci vərəqələrində olan 05 iyun 2021-ci il tarixli Bakı şəhəri, Nizami rayon prokurorluğunun müstəntiqinə verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid2 30.000 ABŞ dolları, 300.000 ABŞ dolları, 300.000 ABŞ dolları, 20.000 ABŞ dolları, 120.000 ABŞ dolları dəyərində «Mersedes Galenvagen» markalı maşını verməsi və sonuncunun 90.000 ABŞ dollara satması, ümumiyyətlə Şahid2 ondan 740.000 ABŞ dolları alması barədə ifadə verməsini xatırlamır, belə hal olmamışdır, əgər belə ifadə veribsə, onu yalnız Cavidi qorxutmaq üçün etmişdir. Cinayət işinin 3-cü cild 12-15-ci vərəqələrində olan 15 iyul 2021-ci il tarixli Bakı şəhəri, Xətai rayon prokurorluğunun müstəntiqinə verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid2 dələduzluq yolu ilə onun pullarını ələ keçirməmiş, Təqsirləndirilən şəxs ondan 1.500.000 ABŞ dolları almışdır. Həqiqətən Şahid2 120.000 ABŞ dolları dəyərində «Mersedes Galenvagen» markalı maşını vermiş və sonuncunun bir aydan sonra ona 90.000 ABŞ dollarını qaytarmasını bildirmişdir. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxsin Səbail rayon prokurorluğunda verdiyi 16 yanvar 2021-ci il tarixli, Nizami rayon prokurorluğunda verdiyi 05 iyun 2021-ci il tarixli və Xətai rayon prokurorluğunda verdiyi 15 iyul 2021-ci il tarxli ifadələrini ağlabatan hesab etmir. Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə bilə-bilə yalan xəbərçilik etmə və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə cinayət məsuliyəti yaradır. Azərbaycan Respublikası CM-nin 297.2-ci maddəsinə əsasən şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı istintaqda zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə cinayət məsuliyyətini yaradır. Lakin naməlum səbəblərdən ibtidai istintaqı aparan müstəntiq zərərçəkmişin bu ifadələrinin qanunun tələblərinə zidd olmasını nəzərdən qaçırmışdır. Bundan əlavə, istintaqçı cinayət şinin 3-cü cild 12-15-ci vərəqələrində olan 15 iyul 2021-ci il tarixli dindirmə protokolunda Zərərçəkmiş şəxs guya qohumu Şahid2 sonuncuya məxsus 120.000 ABŞ dolları dəyərində «Mersedes Galenvagen» markalı avtomaşının pulunu bir aydan sonra qaytarması barədə ifadələrini həqiqət kimi qəbul edərək, bu xüsusatları araşdırmamışdır. Belə ki, cinayət işinin 1-ci cild 210-211-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən 10 iyul 2020-ci il tarixdə daxil olmuş 60367-1220 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz G- 63” markalı avtomaşın xx.xx.2019-cu il tarixdə etibarnamə ilə Şahid2 verilmiş və bir gün sonra 23 iyul 2019-cu il tarixdə “kom.magaza” vasitəsilə qeydiyyatdan çıxmışdır (yəni satılmışdır). Hesab etsək ki, zərəçəkmiş Zərərçəkmiş şəxs cinayət işinin 3-cü cild 12-15-ci vərəqələrində olan, guya avtomaşının dəyəri olan 90.000 ABŞ dolları bir aydan sonra qaytarılması (təqribən 2019-cu ilin avqust ayının sonu) haqqında verdiyi ifadəsi həqiqətə uyğundur, belə olan halda nədənsə Zərərçəkmiş şəxs bu barədə 1-ci cild 54-cü vərəqəsində olan Səbail RPİ-nə ünvanlanmış 01 iyun 2020-ci il tarixli ərizəsində, izahat və ifadələrində, yəni maşın satılandan təqribən bir il sonra göstərir ki, Şahid2 ona məxsus “Mersedes Galendvagen” markalı avtomobili 90.000 ABŞ dollarına satıb pulunu mənimsəmişdir. Həmçinin məhkəmənin gedişində zərərçəkmiş Zərərçəkmiş şəxs bir neçə dəfə müxtəlif vaxtlarda eyni məsələ ilə əlaqədar bir-birini inkar edən ifadələr vermişdir. Belə ki, məhkəmənin növbəti iclaslarında elan olunmuş cinayət işinin 3-cü cild 74- 76-cı vərəqələrində olan əlyazmaya əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, əlyazmada olan yazılar onun xəttidir, onu Elvinin atasına təqdim etmişdir. Həmin əlyazma sənədin sübut kimi qəbul edilməsinə etiraz edir. Sadəcə olaraq həmin pullar Elvinin ondan götürdüyü günlük pullar olmuş, o, ittihamda əks olunmayan pul vəsaitləridir. Yəni, o, Elvinə pul verirmiş və həmin verilən pulları həmin əlyazmada qeydə alırmış, sonra pul qayıdanda o, rəqəmin üzərindən xətt çəkirmiş, onu təqsirləndirilən şəxs özü də təsdiq edə bilər. Deyirmiş ki, qazanc var, həmin pulları ondan götürüb sonra da qaytarırmış. Həmin pullar verilmiş ittihamda olan 1 milyon 500.000 dolara daxil deyil. Hansı ki, üstündən xətt çəkilib, günlük aldığı və qaytardığı pullar qeyd olunub, yəni həmin qaralama qəbzlərin bu işə heç bir aidiyyəti yoxdur. Üstündən xətt çəkilən pullar 2 milyon 539.500-dən əlavə olan pullardır, həmin pula aidiyyatı yoxdur. 480.000 manat 2 milyon 539 500 manatın içində deyil (???). Göründüyü kimi, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr mübahisəlidir, bir-biri ilə ziddiyyətlər təşkil edir və həqiqiliyi şübhə doğurur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd edilmişdir ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Qeyd olunan səbəblərə görə məhkəmə işin faktiki halları barədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ziddiyyətli ifadələrini mötəbər sübut kimi qiymətləndirmir və ona tənqidi yanaşır. Ümumiyyətlə istintaq orqanı Zərərçəkmiş şəxs sonuncu ifadələrini ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də, onun müxtəlif vaxtlarda eyni məsələ ilə əlaqədar birbirini inkar edən ifadələr verməsinə hüquqi qiymət verməmişdir. Zərərçəkmiş şəxs bir birini inkar edən ifadələrində göstərilən hallarla əhəmiyyətli ziddiyyət təşkil etdiyi halda, hər hansı təhlil aparılmadan, ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən həmin ziddiyyətlərin aradan qaldırılması üçün müvafiq istintaq hərəkətləri aparmadan, onun ilkin və sonrakı ifadələrlə uzlaşmayan sonuncu ifadələrinə inanmağa üstünlük vermişdir. Bununla bağlı müstəntiq nəyə görə Zərərçəkmiş şəxs ilkin ifadələrində göstərdiklərinə yox, sonrakı ifadələrinə üstünlük verməsini ittiham aktında göstərməmiş və heç bir digər dəlillərlə əsaslandırmamış və başqa mötəbər dəlili olmadığına görə zərərçəkmiş şəxsin sonuncu ifadələrinə inanmaq məcburiyyətində qalmışdır. İstintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 178.4-cü maddəsini tətbiq edəcəyini qarşısına şərt kimi qoyaraq sonradan bunun üçün süni əsaslar yaratmağa calışmışdır. İstintaq orqanı ittiham aktının nəticəvi hissəsini tərtib edərək, daha sonra təsviriəsaslandırıcı hissəni nəticəvi hissəyə uyğunlaşdırmağa səy göstərmişdir. Belə ki, məhkəməyədək icraat zamanı ibtidai istintaqı aparan müstəntiq sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2021-ci il tarixli qərarında cinayət işinin 1-ci cild 45ci səhifəsinə əlavə etmiş “mənim Elvində olan pulum” başlığı ilə tərtib edilmiş bir vərəqdən ibarət əl yazısının kserosurətini və cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan 03 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərini maddi sübut kimi tanımışdır. (cild 4 i.v. 153-195) Azərbaycan Respublikası CPM-nin 128.1 və 128.2-ci maddəsində qeyd edilmişdir ki, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. İstintaqçı tərəfindən maddi sübut kimi tanınmış (cild 4 i.v. 153-195) cinayət işinin 1-ci cild 45-ci səhifəsinə əlavə etmiş mənbəyi məlum olmayan “mənim Elvində olan pulum” başlığı ilə tərtib edilmiş bir vərəqdən ibarət əl yazısının kserosurəti və cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan və mənbəyi məlum olmayan 03 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətləri tədqiq olunaraq aşağıdakılar müəyyən edilmişdir: -Cinayət işinin 1-ci cild 45-ci səhifəsinə əlavə edilmiş mənbəyi məlum olmayan vərəqənin birinci üzündə yuxarı hissədə “Mənim Elvində olan pulum” yazısı vardır. «Qarantı» tarix yerinə «20.10.18» qeyd edilmiş, Elvin (siqaret) -110,000 AZN-15.05.184 Elvin (zapçast) -59,500 AZN-04.09.18 Elvin (telefon) -500,000 AZN-17.08.18 Elvin (telefon) -200,000 AZN-28.09.18 1 aylıq Elvin (telefon) -153,000 AZN -90,000 $ (10 günlük)= 20.10.18 “İki nüsxədən ibarətdi bu hesab kağızı, biri Məndə, biri Elvində qalır. Hər ikimiz bunu (imzaladıq) imzamızla təsdiqlədik.” Möhkəm: (adının qarşısında imza var) Elvin (adının qarşısında imza var) Həmin vərəqənin üz tərəfində «Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail RPİ Əsli ilə düzdür dördkünc ştampın həkki və imza mövcuddur. Həmçinin, həmin vərəqənin arxa üzündə aşağıdakılar qeyd edilmişdir; 30.01.19 Elvin 240.000 $ (verməlidi) 05 mart 17.03.19 Elvin 340.000 $ (verdim ) 30.03.19 Elvin 100.000 $ (verdim) 24.04.19 Elvin 100.000 $ (verdim ) 25.04.19 Elvin 30.000 $ (verdim ) 1510.000 $ Verdi – 10.000 $ Borc qaldı 1500,000 $ -Cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan və mənbəyi məlum olmayan 03 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərində aşağıdakılar qeyd edilmişdir: xx.xx.2019 Elvin (telefon) 700.000 dollar (yeddi yüz min dollar) (ayda 100 min AZN) Elvin 200.000 dollar (20.01.19) iki yüz min dollar 225.000 05 martdan qaytarır 22500 S Elvin. Zapçast 59500 AZN 04.09.18 Elvin siqaret 110.00 AZN 15.05.18 Həmçinin əlyazmada yazılıb üzərindən xətt çəkilmiş yazılar vardır. Digər vərəqədə: Elvin (telefon) 700.000 $ (ayda 100.000 AZN) yeddi yüz min dollar Elvin 200.000 $(30.01.19) (verməlidi 05 mart) Elvin 340.000 $ (17.03.19) (hər gün 6000 verməlidi) Elvin zapçast 59.500 AZN 04.09.18 Əlyazmada yazılıb üzərindən xətt çəkilmiş yazılar vardır, Digər vərəqədə: 100.000 $ Elvin (24.04.19) verməlidi. Cinayət işinin 3-cü cild 83-cü vərəqəsində olan və mənbəyi məlum olmayan 01 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərində aşağıdakılar qeyd edilmişdir: əlyazmada aşağıdakılar qeyd edilmişdir; 40.000+40.000+40.000=120.000 110.000+100.000+100.000+100.000=410.000 xx.xx.2019-xx.xx.2019=günə 6.000 manat =180.000 Siqaret zapçast -xx.xx.2018-xx.xx.2019=aya 9.000 manat =110.000 AZN 5,10 günlük alıb qaytardığım pulların xeyiri =200.000 dollar =340.000 AZN =1.160,000 AZN Məhkəmə iclasında məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqdim olunmuş cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan əl yazısı ilə əlaqədar təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş qəbzin birinci səhifəsini o, və zərərçəkmiş şəxs imzalamışlar. Lakin, sonradan zərərçəkmiş şəxs həmin kağızın arxa hissəsinə onun xəbəri olmadan əlavələr etmişdir. Həmin əlavələr düz deyil. O, qəbzin arxa hissəsində olan yazıya imza etməmişdir. O, 683.000 dolları təsdiq edir və imza da etmiş, pulun da hamısını qaytarmışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 73-76-cı və 4-cü cild 109-111-ci vərəqələrində olan əlyazma və qəbzə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 milyon 160 min manat yazılmış, qaytardığı pulu yazmışdır. Bu da təxminən 700.000 ABŞ dollara yaxın pul edir. Məhkəmə prosesində zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunmuş cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan əl yazısı ilə əlaqədar sonuncu bildirmişdir ki, həmin sənəddə olan yazıları o, icra etmişdir, əl yazısı ilə yazılmış qəbzdə 683.000 dollara görə Elvinin və onun imzası var. Arxada yalnız onun imzasıdır. Arxa tərəfə təqsirləndirilən şəxsə imza etdirməmişdir. Elvinin qəbzə 1-ci vərəqdə imza etdiyi 2018-ci ilin oktyabr ayı imiş, amma 2-ci səhifəsi 2019-cu ilin aprel ayı imiş. Arxada olan hissəyə imza etdirməyə ehtiyac görməmişdir. Aralarında elə bir səmimiyyət var imiş ki, o məbləğlərdə pulu etibar etdiyi adama həmin imzanı ehtiyac bilməmişdir. Elvin də onun səmimiyyətindən istifadə etmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan sənədlərə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin qeydləri o, yazmışdır. Onun xəttidir. Elvinin ondan götürdüyü pullara dair qaralamalardır. Həmin pullar verilmiş ittihamda olan 1 milyon 500.000 dollara daxil deyil. Hansıki, üstündən xətt çəkilib, günlük aldığı və qaytardığı pullar qeyd olunub, yəni həmin qaralama qəbzlərin bu işə heç bir aidiyyəti yoxdur(???). Üstündən xətt çəkilən pullar 2 milyon 539.500-dən əlavə olan pullardır, həmin pula aidiyyatı yoxdur. 480.000 manat 2 milyon 539 500 manatın içində deyil. Həmin sənədin kserosurətinin sübut növü kimi qəbul edilməsinə etiraz edir. Cinayət işinin 1-ci cild 45-ci səhifəsinə əlavə etmiş mənbəyi məlum olmayan “mənim Elvində olan pulum” başlığı ilə tərtib edilmiş bir vərəqdən ibarət əl yazısının kserosurəti və cinayət işinin 3-cü cild 74-76-cı vərəqələrində olan və mənbəyi məlum olmayan 03 vərəqədə olan əl yazısı ilə tərtib edilmiş vərəqələrinin kserosurətlərinə ibtidai istintaqı aparan müstəntiq baxış keçirməmiş, həmin yazıların kim tərəfindən icra edilərək, imza etmələri barədə təqsirləndirən və zərərçəkmiş şəxslərə dəqiqləşdiriçi suallar verməmişdir. İbtidai istintaq orqanı məhkəmə-xətt ekspertizası təyin etmədiyindən və ekspertiza rəyi alınmadığından həmin yazı və imzaların kim tərəfindən icra edilməsi dəqiq müəyyən edilməmişdir. Beləliklə rəsmi sənəd hesab edilməyən qaralama vərəqlərində əks etdirilmiş pul məbləğinə aid məlumatların dolğun və düzgün olması barədə birmənalı fikir söyləməyə əsas yoxdur. Hesablamalar aparılarkən rəqəmlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə olan halda qeyd olunan sənədlərin təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübut kimi qiymətləndirilməsinin mümkünsüz olması mübahisəsizdir. Sübut kimi istinad olunan həmin sənədlər mötəbər sayıla bilməz və cinayət törətməsinə dəlalət edən sübut kimi qəbul edilə bilməz. Bundan əlavə qeyd etmək lazımdır ki, cinayət işinə həmin qeydiyyat vərəqələrinin kserosurətinin mənsubiyyəti və mənbəyi, yəni sənədlərin kimdən götürülməsi müəyyən edilməyərək, Azərbaycan Respublikası CPM-nin 177, 245 və 247-ci maddələrinə əsasən götürmə qərarı və protokolu tərtib olunmamış və bu barədə qərar və protokol cinayət işinin materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir Azərbaycan Respublikası CPM-nin 177-ci maddəsində istintaq hərəkətlərinin məcburi aparılması hüququ təsbit olunmuşdur. Belə ki, İstintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Aşağıdakı istintaq hərəkətlərinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur: baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması. Yalnız Azərbaycan Respublikası CPM-nin 177.6-cı maddəsində istisna hal göstərilib. Yəni yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Azərbaycan Respublikası CPM-nin 245-ci maddəsində qeyd edilmişdir ki, müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir. 245.2. Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina edildikdə isə götürməni məcburi aparır Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası CPM-nin 134.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan tərəfindən bu CPM-yə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: baxış; şəxsi müayinə; şəxsin və əşyaların tanınması; götürmə. Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsində qeyd edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd: hal şahidlərinin hər birinə onün hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzilistismar təşkilatının nümayəndəsinə verilir. Cinayət Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsi istintaq və ya digər prossesual hərəkətlərin icraatın qaydalarının kobud pozuntularla müşayiət olunması ilə əldə edilən məlumatların sübut kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.8-ci maddəsində qeyd edilmişdir ki, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda sənədlər və digər əşyalar cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yəni məlumatın, sənədin və digər əşyanın məhkəməyə məlum olmayan şəxsdən alınması, habelə onların əldə edildiyi mənbənin müəyyən edilməməsi dedikdə, məlumatın, sənədin və digər əşyanın alındığı şəxsin göstərilə bilməməsi, həmin şəxsin şəxsiyyəti barədə məlumat verilməməsi, haradan və kimdən alındığının məlum olmaması başa düşülür. Azərbaycan Respublikası CPM-nin 135.3-cü maddəsinə görə ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozuntusu nəticəsində əldə edilmiş sənədlər mötəbər sayıla və ittiham sübutu kimi qiymətləndirilə bilməz. Bundan başqa, ittiham tərəfi 5 şahid ifadələrinə istinad edərək, həmin ifadələri ittihamı təsdiq edən sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Neftçilər Metrostansiyasının yaxınlığında “Gold Mobile” telefon dükanında proqramçı işləyir. İşlətdiyi dükan da onun deyil, icarəyə götürmüşdür. Elvinlə münasibəti yaxşı olmuş, Şahid2 təxminən 5 ildir ki, tanıyır. Cavidin vasitəsi ilə də Zərərçəkmiş şəxsla münasibəti yaranmışdır. O, Elvini dəqiq bilmir 5-6 ildir tanıyır. Zərərçəkmiş şəxs 2019-cu ilin fevralın axırından tanıyır. Elvini tanıyandan sonra Elvinə telefon satmış, müştəri kimi gəlib 2 dənə, 3 dənə telefon almış, 20-30 ədəd telefon almışdır. O, öyrənmişdir ki, onun adından Elvin pul götürmüşdür. Möhkəm müəllimin deməsinə görə bilmişdir ki, onun adından Möhkəm müəllimdən Elvin müəllim pul götürmüşdür. Lakin ona heç bir pul verilməmişdir. Bildiyinə görə ya 700.000 ya da 900.000 guya o, götürmüşdür. Bu məbləği o, manatla yox, dollarla bilir. Yəni, onun adından olan pulu dollarla bilir. Lakin o, Elvindən pul almamışdır. Ona heç kim pul verməmişdir. O, heç vaxt bu məbləğdə pul bir yerdə görməmişdir. Zərərçəkmiş şəxs ona demişdir ki, onun boynunda bu qədər pul var. Möhkəm müəllim onu çağırıb pulun onda olduğunu soruşanda, o, nə pul olduğunu demişdir. Möhkəm ondan Elvinin ona pul veribverməməsini soruşanda, o, Möhkəmə bildirmişdir ki, Elvin ona pul verməmişdir. O da Elvinin yanında Möhkəm pulu ondan soruşanda susmuşdur. Bir var Elvin pulu götürəndə ona deyə, o, bilsin, sonra o, Möhkəm müəllimə demişdir ki, nə Möhkəmin onda heç bir manatı da yoxdur, nə də onun Elvində bir manatı var. Elə həmin gün Möhkəmə demişdir. Yəqin ki, Möhkəmdən soruşmuşdur ki, onun adından niyə pul vermişdir. Nə pul alınanda, nə də veriləndə onların yanında olmamışdır. O, Elvindən bu barədə soruşmuş, Elvin demişdir ki, onluq iş deyil. Demişdir ki, bu işi həll etmək lazımdır. O, ola bilər Elvinə bunu deyəndə 900.000 adını çəkmiş, uzun vaxt keçib yadından çıxmışdır. Onun Elvindən 900.000 Möhkəmdən götürüb-götürməməsini soruşmağı yadında deyil. Ola bilər o, 900.000 soruşmuş, ola bilər 700.000 soruşmuş, dəqiq yadında deyil. Bir dəfə Elvindən 4000 manat pul almış, telefon kreditini vermək üçün, 2018-ci ildə iyun ayında Elvindən 50.000 borc da almışdır. Bir il ərzində 50 mindən çox qaytarmışdır. Bəli, borc almış, lakin demişdir ki, filan iş var, xeyir olanda 2500 manat da xeyir verəcək. Bundan başqa heç bir iş görməmiş, telefon alıb, borcu olub onu da qaytarmışdır. Pandemiyaya qədər telefon ticarəti lə məşğul olmuşdur. Yəni, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına qədər Zərərçəkmiş şəxsla telefon ticarəti ilə məşğul olmuşdur. Pandemiya ilə əlaqədar ticarətləri dayanmış kreditlər yığıldıqca pulu verir, nə qədər Zərərçəkmiş şəxs borcu qalmasını gərək dəftərə baxıb deyə bilər. Hardasa təxminən 50.000 manat borcu var Zərərçəkmiş şəxs. Möhkəm borcu istəyir, o da olsa istəyər. Borcla bağlı aralarında heç bir problem olmamış, son 1 ayda Möhkəmlə 10 zəngin 9-u aralarında olan borcla bağlı olmuşdur. Borcu qaytarır, təbii ki, gecikmələr də var. 2008-ci ilin aprel ayından ***-***-**-** saylı nömrəni işlədir, bu günə qədər. Ola bilər adında başqa nömrə var, lakin o, bu nömrəni işlədir. Zərərçəkmiş şəxsla da bu telefon nömrəsi ilə əlaqə saxlayır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, pul alınanda və veriləndə nə Möhkəmin nə də ki, Elvinin yanında olmamışdır. Ona Zərərçəkmiş şəxs demişdir ki, məhkəməyə gəlmək lazımdır. Dünən də Zərərçəkmiş şəxsla danışmış, demişdir ki, sabah məhkəmədir, gedib məhkəməyə ifadə versin. Onlar üçü ofisdə bir yerdə olanda Möhkəm ona demişdir ki, onun adından Elvin 900.000 dollar pul götürmüş, guya ona verib və ondan Möhkəm soruşub ki, pul ondadırmı. Həmin vaxt o, nə hə deməmiş, nə də yox deməmiş, susmuşdur. Elvin də qayıdıb demişdir ki, utanır deməyə, pul ondadır. Utandığı üçün deyil, çəkindiyi üçün susmuşdur. Bu danışığın tarixini deyə bilməz, yadında deyil. Sonra onu çıxartmışlar çölə və ikisi öz aralarında söhbət etmişlər. Onda heç vaxt belə məbləğdə pul olmamış, heç o, belə pul görməmişdir. O, bilmir həmin pulu Elvin alıb ya yox. Alıbsa ona verilməmişdir. Onu müstəntiq çağırmış, o da getmişdir. Bilmir yəqin onun adı da hallanıb ona görə müstəntiq onu çağırmışdır. Sonuncu dəfə o, bugün Möhkəmlə danışmışdır. Ona deyib ki, bugün məhkəməyə gəlməlidir saat 2-də məhkəmədə olmalıdır. O, öz maşınıyla gəlmişdir. Möhkəm müəllim də öz maşını ilə gəlmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 185-188-ci vərəqələrində olan 24 avqust 2021ci il tarixli şahidin ifadəsinə və ifadədə olan imzaya əsasən Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 33-35-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Möhkəm Elvinin mobil telefon biznesi qurmaq üçün mənə 900.000 ABŞ dolları məbləğində pul verib-vermədiyini soruşdu, mən isə sakit qalaraq heç bir müsbət və ya mənfi cavab demədim. Elvin isə mənə dedi ki, pul səndə deyilki? Və Möhkəmə dedi ki, pul guya məndədir və mən guya pulun məndə olmasını deməyə çəkinirəm. ...Möhkəm niyə görüş zamanı Elvinin dediklərinə etiraz etmədiyini soruşduqda, Elvinin mənə əvvəllər hədə-qorxu gəldiyini, ailəm-uşağıma görə narahat olduğum üçün 900.000 ABŞ dollarının guya məndə olması barədə Elvinin dediklərinə etiraz etmədiyimi bildirdim. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən 17-18 ildir ki, ticarətlə məşğul olur. 2008-ci ildən 8-ci km bazarı ərazisində mağaza götürərək müxtəlif tikinti materiallarının satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs o, təxminən 2000-ci ildən tanıyır, dostluq münasibətləri var. Həmişə bir-birilərinə köməklik edirlər, ticarət işləriylə maraqlanmışlar. Həmçinin də ticarətdə əməkdaşlıq edib, birbirilərinə pul da verirmişlər. Zərərçəkmiş şəxs 8-9 ticarət obyektlərində şərik kimi əsasən tikinti materialların ticarəti ilə məşğuldur. Təqsirləndirilən şəxs o, Möhkəmin vasitəsi ilə təxminən 2018-ci ilin yaz aylarından tanımış, Elvinlə münasibətləri normal olmuşdur. Bildiyinə görə Elvin Möhkəmlə birgə sahibkarlıqla məşğul olmuşdur. Lakin o, bilirmiş ki, Elvin polis əməkdaşıdır, ticarəti yaxşı bilmir və ticarətlə məşğul olmağa vaxtı da olmur. Odur ki, o, Elvinin ticarətinə və səmimiliyinə inanmamağı Möhkəmə tövsiyə etmişdir. Lakin, Möhkəmdən eşitdiyinə görə, Möhkəm Elvinə külli miqdarda pul vəsaiti vermişdir. xx.xx.2018-ci ildə Möhkəm ona zəng edərək rayona getdiyini, Elvinin ondan bizneslə bağlı təcili pul istədiyini bildirmiş və ondan xahiş etmişdir ki, Elvinə 60.000 manat pul tapıb versin, 2-3 günə Bakı şəhərinə gələndə bu pulu ona verəcəkdir. O, evində və obyektdə olan 38.000 manatı, həmçinin Qulamdan 7800 manat, Ramin adlı şəxsdən 8300 manat İlqar adlı şəxsdən də nə qədərsə alıb cəmi 59,500 manat düzəldib Zərərçəkmiş şəxs zəng edib bu barədə demişdir. Möhkəm də ona bildirmişdir ki, nə tapıbsa Elvinə verər. O, Elvinə zəng edərək Elvinlə Nizami rayonu, 8-ci km bazarının qarşısında, Q.Qarayev prospektində görüşüb 59500 manat pulu Elvinə vermişdir. Bundan 2-3 gün sonra Möhkəm Bakı şəhərinə qayıdaraq 59500 manat pulu ona qaytarmışdır. Lakin, ona sonra Zərərçəkmiş şəxs özü bildirmişdir ki, Elvin ondan külli miqdarda pullarını, həmçinin də həmin 59500 manatı da alıb qaytarmamış, hətta bu barədə qəbz də vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, gərək ki, pulu o, təqsirləndirilən şəxsə verəndə sentyabr ayının əvvəli imiş. O, ***-***-**-** telefon nömrəsini işlətmişdir. Qulamın telefon nömrəsi ***-***-**-** olmuş, Raminin və İlqarın anket məlumatlarını və telefonlarını bilmir. Ona Möhkəm demişdir ki, Elvin onu bazarın qarşısında gözləyir. Gərək ki, Elvin pulu götürməyə gələndə tək imiş. İşlətdiyi mağazanı Möhkəmlə bir yerdə işlədirlər. Mağaza Möhkəmin mağazasıdır. Elvinə pulu düzəldib verəndə mağazanın kassasından da pul götürmüşdür. Həmin pula dair məxaric orderi olmamışdır. Pulu Elvinə verəndə heç bir sənədləşmə olmamışdır. Həmin pulun Elvinə nə üçün verilməsini o, bilməmişdir. Kassada 4 nəfər işləmişlər. Kassada satılan malların pulu olmuşdur. Firmalarla işləyirlər, firmalar onlara mal verir, satılan malların pulları kassaya yığılır, sonra firmaların pullarını verirlər. Firmalar onlara malı verəndə qaimə ilə verir, onlar malı qaimə ilə qəbul edirlər. Mağaza ilə müqavilələri var. Satılan malların pulunu kassaya da vururlar, elə olur ki, malı nisyə də verirlər. Onun VÖEN-i olmamışdır. O, 125 manat əmək haqqı alırmış, əmək haqqı karta köçürülürmüş. Sadələşdirilmiş vergi ödəyicisidir. Şahid4 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 4-cü cild 16-19-cu vərəqələrində olan ifadəsində Şahid4 aşağıdakıları göstərmişdir: «... Bununla bağlı mən Möhkəmlə dəfələrlə söhbət etmişik və mənə məlumdur ki, Möhkəm Elvinə xx.xx.2018-ci il tarixdə Diamond çay evində 110.000 manat, xx.xx.2018-ci il tarixdə Bakı Metropoliteninin Neftçilər metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək üçün ünvan 19 ünvanında 500.000 manat, avtomobil ehtiyat hissələrinin satışı işinin təşkil etmək üçün mənim vasitəmlə xx.xx.2018-ci il tarixdə 59.500 manat, xx.xx.2018-ci il tarixdə ünvan 19 ünvanında 200.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə telefon işinə əlavə pul yatırmaq üçün Diamond çay evində 90.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə öz evində ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək üçün 240.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Möhkəmin evinin qarajında 340.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Diamond çay evində 100.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 100.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə sonuncu dəfə yenə də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Diamond çay evində 30.000 ABŞ dolları məbləğində pul vermişdir. ...Biz hesabladıq ki, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.059.500 manat məbləğində pulunu ələ keçirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Təbii ki, Möhkəmin Elvinə verdiyi pulların tarixini, məbləğini, pulun harada verilmə ünvanını ibtidai istintaq vaxtı xatırlaya bilməzmiş. Möhkəmin Elvinə verdiyi pulların miqdarını, pulların verildiyi vaxtı və hansı ünvanda verilməsi Möhkəmin deməsinə görə istintaqda ifadəsində yazılmış, lakin, o, hal-hazırda xatırlaya bilmir müstəntiq bu dəqiq məlumatları haradan onun ifadəsində qeyd etmişdir. Möhkəm onun yanında Elvinə pulları verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 2008-ci ildən ticarətlə məşğuldur. 8-ci km bazarı adlandırılan ərazidə icarə ilə yer götürərək müxtəlif santexnika mallarının ticarəti ilə məşğul olmuşdur. Hazırda işləmir. Zərərçəkmiş şəxs ilə o, 2000-ci ildən ailəvi olaraq yaxın dostdurlar. Onlar dost kimi həmişə bir-birilərinə köməklik edirlər, bir-birilərinin ticarətiylə və işləriylə həmişə maraqlanırmışlar. Lazım gələndə bir-birilərinə pul da verirmişlər. Zərərçəkmiş şəxs 8-9 ticarət obyektlərində şərik kimi əsasən tikinti materiallarının ticarəti ilə məşğuldur. Təqsirləndirilən şəxs o, Möhkəmin vasitəsi ilə təxminən 2018-ci ilin yaz aylarından şifahi tanımış, Elvinlə şəxsi münasibətləri olmamışdır. Möhkəmin deməsindən bildiyinə görə Elvin Möhkəmlə birgə sahibkarlıqla məşğul olmuşdur. Bildiyinə görə onlar siqaret satışı ilə, avtomobil hissələrinin satışı ilə məşğul olmuşlar. O, həmişə Möhkəmə deyirmiş ki, kənar şəxslərə birdəfəlik çox pul verməsin. Lakin Möhkəm onun məsləhətinə baxmayaraq Elvinə külli miqdarda pullar verməsini ona demişdir. Sonradan Möhkəmin deməsinə görə Elvin Möhkəmin 2 milyondan artıq pulunu Möhkəmə qaytarmamışdır. 2019-cu ilin mart ayının sonunda Möhkəm ona zəng edərək Elvinə 100.000 ABŞ dolları verməli olduğunu, lakin hazırda pulu olmadığını bildirərək, ondan 100.000 ABŞ dolları borc istəmişdir. O, Xətai rayonu, M.Hadi küçəsində yerləşən Möhkəmin işlətdiyi «Diamonds Lounge” çay evində 100.000 ABŞ dolları Möhkəmə vermişdir. Bir müddət sonra Möhkəm ona demişdir ki, Elvin Möhkəmdən külli miqdarda pullarını almış, o cümlədən onun verdiyi 100.000 ABŞ dollarını da Elvinə vermiş, Möhkəmin sözünə görə Elvin pulları Möhkəmə qaytarmamışdır. O, Elvinin pulları hara xərcləməsini bilmir. 2019-cu ilin yay aylarında bilmişdir ki, pulları Elvin batırmış və Möhkəmə qaytarmamışdır. Möhkəmin Elvinə pulu verməsində o, şəxsən iştirak etməmişdir. O, yalnız Möhkəmə 100.000 vermişdir. Şahid5 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadədə olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 21-23-cü vərəqələrində olan ifadəsində Şahid5 aşağıdakıları göstərmişdir: «... Bununla bağlı mən Möhkəmlə dəfələrlə söhbət etmişik və mənə məlumdur ki, Möhkəm Elvinə xx.xx.2018-ci il tarixdə Diamond çay evində 110.000 manat, xx.xx.2018-ci il tarixdə Bakı Metropoliteninin Neftçilər metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək üçün ünvan 19 ünvanında 500.000 manat, avtomobil ehtiyat hissələrinin satışı işinin təşkil etmək üçün Şahid4 adlı dostumuz vasitəsiylə xx.xx.2018-ci il tarixdə 59.500 manat, xx.xx.2018-ci il tarixdə ünvan 19 ünvanında 200.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə telefon işinə əlavə pul yatırmaq üçün Diamond çay evində 90.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə öz evində ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək üçün 240.000 ABŞ dolları, xx.xx.2019cu il tarixdə 340.000 ABŞ dolları Möhkəmin evinin qarajında, xx.xx.2019-cu il tarixdə Diamond çay evində 100.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 100.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə isə Xətai rayonu ərazisində yerləşən Diamond çay evində 30.000 ABŞ dolları məbləğində pul vermişdir. ...Biz hesabladıq ki, bununla da Elvin Zərərçəkmiş şəxs ümumilikdə 2.059.500 manat məbləğində pulunu ələ keçirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Möhkəm pulları onun yanında Elvinə verməmiş, pulların verilməsində iştirak etməmişdir. X17 verdiyi pulların miqdarı, vaxtı, ünvanı yazılmışdır. Hazırda ifadəsində göstərilən tarixlər, məbləğlər, ünvanlar yadında deyil. Möhkəmin Elvinə verdiyi pulların tarixini, məbləğini, pulun harada verilmə ünvanını ona çox güman ki, Möhkəm demişdir. O, hal-hazırda xatırlaya bilmir müstəntiq bu dəqiq məlumatları haradan onun ifadəsində qeyd etmiş, yəqin ki, Möhkəm ona demişdir. Hazırda onun ifadəsində yazdığı həmin tarixlər, məbləğlər yadında deyil. Onu müstəntiq dindirəndə Möhkəm yanlarında olmamışdır. Ola bilər ki, Möhkəm ona bildirmiş, lakin bu cür dəqiqliyini o, istintaq vaxtı deyə bilməzmiş. İbtidai istintaqı aparan müstəntiqin iş üzrə şahidlər Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində (cild 4 i.v. 16-19, 21-23) zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə verdiyi pulların müxtəlif tarixlərdə, müxtəlif ünvanlarda və pulların məbləğlərinin dəqiqliyi ilə göstərmələri təəccüb doğurmaya bilməz. Göründüyü kimi, Şahid5 Şahid4 ilə istintaq zamanı verilmiş suallara birəbir eyni məzmunda verilmiş məntiqə uyğunlaşmayan cavabları istintaqçının müəyyən sübutları təhrif etməsinə dəlalət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq dostudur. Uzun illərdir tanıyır. Bir məktəbdə oxumuşlar, sinif yoldaşı olmuşdur. 15 il olar tanıyır. Münasibətləri də pis olmamış, məktəbi bitirəndən sonra da demək olar ki, bir yerdə olmuşlar. Əvvəl Elvin polisdə işləyirmiş. Zərərçəkmiş şəxs dayısıdır. Dayısı Möhkəmi də Elvin onun vasitəsiylə tanımışdır. Elvinlə dayısı Möhkəm 2018-ci ildən tanış olmuşlar. O, restoranda işləyirmiş, Elvin də oraya gəlib gedəndə dayısıyla da tanış olmuşdur. Münasibətləri də yaxşı olmuşdur. Dayısı ona görə Elvini tanımışdır. Dayısı onu nə qədər çox istəmişdirsə, Elvini də elə çox istəmişdir. Sonra pul problemləri çıxmış və münasibətləri korlanmışdır. Sonra eşitmişdir ki, dayısından Elvin 1.500.000 ABŞ dolları alıb borcunu qaytara bilmir. Bunu soradan Elvin özü də ona demişdir. Elvin özü ona məlumat vermişdir ki, dayısı Möhkəmdən 1 milyon 500.000 manat almışdır. Həmin məlumatı ona verəndə yanlarında kimin olmasını xatırlamır. Təxminən 2018-ci ildə bilmişdir. O, dayısının Elvinə pul verməsini əvvəlcədən bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elvin dayısı Möhkəmdən 1.500.000 ABŞ dollarını ələ keçirib və bu barədə Elvin ona əvvəlcədən heç nə deməmişdir. O, əvvəlcədən bilsəymiş imkan verməzmiş ki, dayısı Elvinə o qədər pulu versin, çünki, o, Elvinin hər hansı bir bizneslə məşğul olmadığını bilmiş və Elvinin ondan biznes adı ilə pul aldığını bildikdə dayısını aldatdığını başa düşüb bu barədə dayısına məlumat verərmiş. Onun yanında Möhkəm Elvinə pul verməmişdir. Lakin sonradan bu məsələlər ona məlum olduqdan sonra Elvin hər dəfə pulu qaytaracağına söz verərək, ondan xahiş etmişdir ki, Elvinə dəstək olsun. Əslində isə Elvin dayısından aldığı pulu öz ehtiyaclarına xərcləmiş, qalan pulu isə “Xbet” və “Topaz” mərc oyunlarında uduzmuşdur. Elvinin dayısından pul alması barədə Elvinin atasının məlumatı olmuşdur. O da Elvinin atasının qəbulunda olmuş, başqa məsələlərlə bağlı. Elvinin atası Elçin müəllim demişdir ki, atasıyla görüşüb söhbət edərlər. Sonra atası Elçin müəllimlə görüşüb söhbət edəndə demişdir ki, Elvinin Möhkəmə 1 milyon 500.000 borcu var, o da deyib ki, hara istəyir şikayət etsin, o, pul verən deyil. Elvinin dayısına məxsus hər hansı bir yeri icarəyə götürməsini bilməmişdir. Elvin onun vasitəsiylə kiminsə obyektini icarəyə götürməmişdir. Elvin özü hansısa obyekt işlədirmiş, ona aidiyyəti olmamışdır. X34 tərəfdə imiş, balaca siqaret dükanı olmuşdur. Həmin dükanın dəqiq ünvanını bilmir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir biznes əlaqəsi olmamışdır. Elvinin dayısı Möhkəmdən pul almasından sonra Elvinlə dava-dalaşları olmamış, sadəcə Elvin dostu olmuş, Möhkəm də dayısı. Elvin deyib pulu verə bilmir. Gün ərzində o, dayısından çox Elvinlə bir yerdə olmuşdur. Zəngləşib bütün gün bir yerdə gəzib, klublara, restoranlara gedirmişlər, içki içib, qızlarla gəzmişlər. Xərclədiyi pul vəsaitini atasından da almış, ondan-bundan borc da almış, indi də borc ödəyir. Sadəcə bir neçə ay Elvinlə aralarında söz-söhbət olub, onlar danışmamışlar. Həmin ərəfədə dayısıyla onun arasında pul söhbəti olmuşdur. Atasından aldığı pulları da xərcləyib dağıtmışdır. Elvin elə olurmuş ki, gündə 5 min 10 min də xərcələyirmiş, elə olurmuş bir kluba girəndə 3 min xərcləyirmiş. Pul Elvində maşında bardaçokda olurmuş. Həmişə Elvində pul olurmuş, 20 min 30 min dollar pullar həmişə olurmuş, lazım olanda götürüb xərcləyirmiş. 2018-ci ilə qədər Elvinlə elə çox da pullar xərcləmirmişlər. 2018-ci ildən sonra əyləncələrə çox pullar xərcləmişlər. Həm o, həm də Elvin xərcləyirmiş. O, xərclədiyi pulları atasından alırmış, atası «Sədərək» bazarında işləyirmiş. Onun yanında Elvin dayısı Möhkəmdən pul götürməmişdir. Ancaq Elvin dostudur, hər gün bir yerdə olurmuşlar. Görürmüş ki, pulu var, pullar xərcləyirmiş. Sonra Elvinin özündən də eşitmiş, Elvinin ətrafından da eşitmişdir ki, dayısından pullar almışdır. Bu söhbət ümumi olaraq ortalıqda danışılmışdır ki, Elvinin dayısına borcu var. Elvin özü də təsdiq etmişdir ki, dayısına borcu var. Elvinin dayısı Möhkəmə borcu olmasını ətrafda kimlərin bilməsinin adlarını demək istəmir. X26 dəqiq nə vaxt şikayət eməsi yadında deyil. İfadəsində dediyi 3 avtomobildən əvvəl onun “S KLAS” maşını olmuşdur. Bu maşının dəqiq hansı ildə olmasını xatırlamır. Təxminən 2012 və ya 2013-cü il olarmış. İşlənmiş maşın imiş. Həmin avtomobili alanda Elvin dayısı Möhkəmi tanımamışdır. Həmin maşını Möhkəmin pulu ilə almamışdır. Onda Möhkəmi tanımamışdır. Kimin pulu ilə almasını bilmir. 2018-ci ildən sonra alınan maşınları Möhkəmin pulu ilə almış, bunu özü də demişdir. Elvinin atası da demişdir ki, Elvinə pul verməyib. Elvin Gülər adlı qıza ev almışdır. Gülərin digər anket məlumatlarını bilmir, ancaq adını bilir. Evi hansı qiymətə almasını bilmir. Gülərin valideynlərinə də ev almışdır. Q.Qarayev ərazisində “Romans Palas”-ın yanında Elvinin özünün deməsinə görə evi 400.000 manata almışdır. O, həmin evdə də olmuş, qızın atasının da evində olmuşdur. Yəni, hər iki evdə də olmuşdur. Həmçinin də Elvin Gülverdi adlı tanışından qızıl filan da alırmış. Onun həmişə Elvinlə telefon danışıqları olmuşdur. Elvinlə Möhkəmdən aldığı pul barəsində də telefonda danışmışlar. Məsələn Elvin telefonda demişdir ki, Möhkəm onu sıxır, atasının yanına gedir, Möhkəmin pulunu verə bilmir və s. belə danışıqları olmuşdur. Telefonda da, üzbəüz də belə danışıqları olmuşdur. Elvinlə olan telefon danıqışları istintaqa təhvil verilməmişdir. O, Möhkəmlə olan danışıqların səs yazısını yazmamış, sadəcə telefonda danışmışlar. Elvinin Möhkəmlə ortaq hansısa kommersiya fəaliyyəti ilə məşğul olması barədə məlumatı olmamışdır. Elvinin Möhkəmin pul vəsaiti hesabına bir neçə obyekti icarə götürməsini sonradan eşitmiş, lakin iştirak etməmişdir. Elvinin Möhkəmə hansısa gəlir verməsini bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, «DİAMOND» çay evinin altında dönərxana və ya aptek olmamış, elektrik malları olmuşdur. Elvin həmin çay evinin altında siqaret dükanı işlətməmişdir. Çay evinin yanında olub siqaret dükanı arenda olmuş, kimin dükanı olduğunu bilmir. Təqsirləndirilən şəxs onun vasitəsiylə dayısına icarə haqqı göndərməsi yadında deyil. Dayısı Möhkəmin nə vaxtsa ondan şikayət ərizəsi ilə müraciət etməsini xatırlamır. O, istintaqda cəmi neçə dəfə ifadə verməyini dəqiq xatırlamır. Elvinlə bağlı ifadə vermişdir. Başqa da Zülfüqarla bağlı şikayət etmişdir. Zülfüqarla dalaşmış, ona görə ondan şikayət etmiş, sonra da barışmışlar. Zülfüqar dayısının tərəfini saxladığı üçün dalaşmışlar. Şikayətin məzmunu pulla bağlı olmuş, Elvindən 2-3 il əvvəl 130 min manat borc almışdır. Sonra həmin pulu Zülfüqara vermiş, mərc oyununa görə. Sonra Zülfüqar həmin pulu ona qaytarmışdır. O, Zülfüqardan şikayət edəndə pulu qaytarmamış, sonra qaytarmışdır. Sonra da Zülfüqardan 500.000 dollara görə şikayət etmiş, onu da yalandan şikayət etmişdir, ortada heç bir pul olmamışdır. Sonrada aralarında barışıq olmuşdur. Yalan xəbərçiliyə görə məsuliyyət daşıdığını bilmişdir. Rəsmi qaydada barışmağıyla bağlı müraciət etmiş, Zülfüqarın ona borcu olmadığını yazmışdır. Zülfüqara görə ondan kimsə xahiş etməmişdir. O, nə vaxtsa Elvinə deməmişdir ki, dayısı ondan şər-xata xarakterli şikayət edib, ona şər atır. Həmin ərəfələrdə Elvin «Galenvaqen, İnfiniti, KİA Optima» avtomobilləri də almışdır. Maşınları hansı məbləğlərə almasını dəiqiq bilmir. «Galenvagen» i 100.000, 120.000 dollara, «İnfinitini» 40 min manata, «KİA Optimanı» isə 25 min manata almış olarmış, işlənmiş maşın imiş. Təqsirləndirilən şəxs bir neçə bank kartları olmuş, dəqiq hansı bankların kartlarının olması və sayı dəqiq yadında deyil. Onda 3-4 bank kartı var imiş. "xxxx" kartı da olmuş, lakin nə vaxt həmin kartın açılmasını dəqiq xatırlamır. Təxminən 2019-cu il olarmış. İstintaqda ona verilən suallara cavab vermiş, indi isə burada verilən suallara cavab verir. Hazırda məhkəmədə verilən suallar orada verilməmişdir. Ona görə də orada bu sualları cavablandırmamışdır. Eldar adlı şəxsin digər anket məlumatlarını bilmir. Hazırda da o, telefon işlətmir, hər şeydən uzaqlaşmış, telefonunu da hazırda xatırlamır. O, əvvəl Ədliyyə Nazirliyində əməliyyatçı işləmişdir. Ona Möhkəmin 600.000 dollar verməsi olmamış, 380.000 dolların Zülfüqara verilməsi məsələsi də olmamışdır. Məhkəmənin sonrakı iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Möhkəm Elvinə pulları onun yanında verməmişdir. O, dayısı Möhkəmin Elvinə o qədər pullar verməsini bilməmişdir. Elvin Möhkəmdən pulları şəxsən onun yanında almamışdır. Avtomobilləri, evləri onun yanında almamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan Şahid2 Baş prokurora ünvanlanmış Şahid3 onun 340.000 ABŞ dolları pulunu alıb-qaytarmaması barədə şikayət ərizəsinə əsasən Şahid2 bildirmişdir ki, ərizəni o, yazmış, lakin, ərizəni təsdiq etmir. O, Zülfüqara 340.000 ABŞ dolları verməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 16-17-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Cavidin 2018-ci ilin oktyabr ayında ondan 30.000 ABŞ dolları, 2019-cu ildə işi böyütmək adı ilə 300.000 ABŞ dolları pulu Cavidə verməsi barədə Baş İstintaq və Təhqiqat İdarəsində verilmiş 08 may 2020-ci il tarixli izahatına əsasən Şahid2 bildirmişdir ki, izahat düz deyil. O, Zərərçəkmiş şəxs pul almamışdır. Şahid2 istintaq zamanı verdiyi izahatı və ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsi elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 10-11-ci vərəqələrində olan izahatında Şahid2 aşağıdakıları göstərmişdir: «... Mən Zülfüqara inanıb ona 3000 manat pul verdim. O, həqiqətən növbəti 3 gün ərzində mənə 450 manat pul verdi. Mən dostum Elvindən 30.000 manat alıb Zülfüqara verdim, Zülfüqar növbəti 3-4 gün ərzində gündəlik 2000 manat mənə verdi. Mənim ona inamım daha da artdı və Zülfüqara 57.000 manat da verdim. ...Aprel ayının 6-da dayım Zərərçəkmiş şəxs 100.000 ABŞ dolları, 3-4 gündən sonra daha 100.000 ABŞ dolları, sonra 100.000 ABŞ dolları, daha sonra da 80.000 ABŞ dolları, cəmi 380.000 ABŞ dolları alıb Zülfüqara verdim. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, izahatı təsdiq etmir. O, Zülfüqara 380.000 dollar pul verməmişdir. Cinayət işinin 1-ci cild 212-216-cı vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... Mən Zülfüqara inanıb ona 3000 manat pul verdim. O, həqiqətən növbəti 3 gün ərzində mənə 450 manat pul verdi. Mən dostum Elvindən 30.000 manat alıb Zülfüqara verdim, Zülfüqar növbəti 3-4 gün ərzində gündəlik 2000 manat mənə verdi. Mənim ona inamım daha da artdı və Zülfüqara 57.000 mnat da verdim. ...Aprel ayının 6-da dayım Zərərçəkmiş şəxs 100.000 ABŞ dolları, 3-4 gündən sonra daha 100.000 ABŞ dolları, sonra 100.000 ABŞ dolları, daha sonra da 80.000 ABŞ dolları, cəmi 380.000 ABŞ dolları alıb Zülfüqara verdim. Bundan sonra isə hissə-hissə olaraq mən Zülfüqara 70.000 ABŞ dolları və 60.000 manat pul verdim. Sonuncu verdiyim pulların bir hissəsi mənim, bir hissəsi isə dostum Elvinin idi. İlkin verdiyim puldan 50.000 manat çıxmaq şərti ilə mənim Zülfüqarda 510.000 ABŞ dolları məbləğində pulum oldu. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, ifadəsi düz deyil, o, Zülfüqara 510.000 ABŞ dolları verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsin hər ikisini tanımışdır. Elvini Cavidə görə tanımışdır. Münasibətləri yaxşı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Elvinin Möhkəmə 1 milyon 500.000 ABŞ dolları borcu var. Həmin pul onun yanında verilməmişdir. Sonradan bunu eşitmişdir. Həmin dövrlərdə pul söz-söhbətlərində onunla kim danışırdısa telefonda səsini yazırmış. Elvinlə aralarında olan danışıqların səs yazıları olan diskləri də istintaqa təqdim etmişdir. Elvin ona zəng edib ona atası Elçin Həşimova məxsus 500.000 ABŞ dollarının guya onda olması barədə soruşduğu təqdirdə, o, Elvinin atası ilə görüşərək 500.000 ABŞ dollarını öz üstünə götürməyini və həmin puldan guya Elvinə qazanc verməyini desin. Elvin bildirmişdir ki, atasından 1 milyon və ya 1 milyon yarım dollar götürüb Möhkəmin pulunu verəcək, qalanını da özünə iş quracaq, lakin, o, bununla bağlı Elvinin atasının yanına getməmişdir. Elvin demişdir ki, o, boynuna alsın, atasından pul ala bilsin. Möhkəmin də pulunu qaytarsın, özünə də iş qursun. Bir milyon və ya 1 milyon yarım, 2 milyon hətta 3 milyon pul istəməyini demişdir. Həmin vaxt artıq Elvinin Zərərçəkmiş şəxs pullar aldığını o, eşitmişdir. Eyni zamanda Elvinlə olan digər danışıqlaı zamanı Elvin ona Möhkəmdən 470.000 ABŞ dolları alıb aparıb atasına vermək istədiyini və atasından bir milyon, milyon yarım pul alıb təzədən Möhkəmə verəcəyini bildirmişdir. Elvinin Möhkəmdən aldığ pulları hara xərcələməsini bilmir. Onunal Elvin arasında olan başqa danışığın səs yazısında Elvin ona Möhkəmə ümumilikdə qaytarmalı olduğu pulun 3 milyon olduğunu demişdir. O, Möhkəmin Elvinə pul verməsini görməmiş, yalnız eşitmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, sonradan bilmişdir ki, Elvinin Möhkəmə borcu var. Yəni, o, eşitmişdir. Pul onun yanında verilməmişdir. Onun heç kəsə borcu olmamışdır. Cavid Elvindən 130 min manat pul götürmüşdür. Oyunlara görə götürmüşdür. Cavid demişdir ki, bu pulu oyuna qoysunlar. Oyunda xeyir də gəlirmiş. Sonra bilmişdir ki, pulu Elvindən götürmüşdür. Cavid Elvini narkotiklə tutdurmaq istəyirmiş, ona demişdir. Ona Cavid şəkil göndərmişdir ki, guya narkotikdir. Elvində ”Million” kartı olmuş, ola bilsin başqa maaş kartı da olub bilmir. Elvin də, o da, Cavid də oyunlarda pul uduzmuşlar. Gürcüstana da getmiş, Elvin olmayıb Cavidlə getmişdir. Onun Cavidlə və Elvinlə münasibəti yaxşı olmuşdur. Elvinin Möhkəmlə problemi çıxmışdır. Cavid ona şər atmışdır guya o, Cavidə pul atmışdır. Axırda da araşdırmışlar ki, belə bir şey yoxdur. Ondan sonra dostluğu yoxdur. Elvinlə Cavid bir yerdə olurmuşlar. Cavidlə Elvin ona qarşı birləşmişlər. Sonra münasibətləri pozulmuşdur. Onlayn oyunla oynamışlar. Manatla da, dollarla da oynamaq olur. Elvinlə onun arasında səs yazısında Elvin ona demişdir ki, atasından pul alıb Möhkəmə verəcək. Mərc oyunlarında Elvin və Cavid də oynayırmışlar. Cavid Gürcüstanda 300.000 uduzmuş, həmin vaxt Elvin orada olmamışdır. Onun Zərərçəkmiş şəxsla heç bir biznesi olmamışdır. Elə olub ki, bir birilərinə pul vermişlər, lakin bizneslə bağlı olmamışdır. Cavidlə Elvinin münasibtələri yaxşı olub, sonda münasibətləri pozulmuşdur. Elvinlə Möhkəmin arasında pulla bağlı problemlər olmuş, Cavidlə Elvin də dost imişlər. Sonra da Cavid ona şər atmışdır ki, guya onun Cavidə pul borcu var. Onun barəsində ərizə vermişdir. Sonra məlum olmuşdur ki, onun Cavidə heç bir borcu yoxdur. Cavidlə arası dəymişdir. Cavid ona kazinodan şəkil də göndərmişdir Gürcüntandadır deyə. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Zülfuqar Məmmədov arasında ilkin olaraq dostluq münasibətləri olduğu halda, sonradan münasibətləri gərgin, şəxsi-qərəz münasibətlərinə çevirilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 6 və 9-cu vərəqələrində olan və və məhkəmədə tədqiq edilərək araşdırılmış ərizədən görünür ki, Şahid2 18 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Baş X5 adına ərizə ilə müraciət edərək Şahid3 onu aldadaraq 340.000 ABŞ dolları pulunu ələ keçirdiyini bildirərək, tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixli Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq 2018-ci ilin dekabr ayında əvvəllər tanıdığı Şahid3 ondan ümumilikdə 170000 manat pul almış, həmin puldan 80000 manat qaytarmış və 90000 manat borcu qalsa da, müxtəlif bəhanələr gətirərək borcu qaytarmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 129-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 yanvar 2020-ci il tarixli, 28/01/19/023 nömrəli “Lotto Lombard” ın kredit (borc) və girov müqaviləsinin kserosurətindən görünür ki, girov qoyan- borclu Şahid3 30.000 AZN pul vəsaiti götürmüşdür. Sonuncu borc öhdəliyinin təminatı kimi **-XV-*** qeydiyyat nişanlı “İnfiniti QX70” minik markalı avtomobili saxlamaya vermişdir. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-dən daxil olmuş 27 may 2020-ci il tarixli, 082-21586- 1220 saylı məktubdan görünür ki, Şahid3 barəsində Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Elxan Tağızadənin icraatında araşdırma materialı vardır. Cinayət işinin 1-ci cild 142-ci və cild 2 i.v. 171-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 fevral 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Şahid3 27 yanvar 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 147-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2020-ci il tarixli götürmə haqqında qərardan və protokoldan görünür ki, Şahid3 təqdim etdiyi "xxxx" Kommersiya Bankı ASC-yə məxsus 59 vərəqədən ibarət çıxarış, "xxxx" ASC-yə məxsus 11 vərəqədən ibarət çıxarış, “1XBET” bukmeker mərc oyunları saytından götürülmüş 17 vərəqədən ibarət bahis tarixçəsini, 05 ədəd səs yazmaları və 04 ədəd «votsap» çıxarışları götürülmüşdür. Cinayət işinin 2-ci cild 179-271-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli, 9/1765 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materialları ilə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş AZ89UBAZ**********1010AZN001 saylı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, həmin hesab üzrə yuxarıda göstərilən müddətlərdə cəmi 644.134,81 manat məbləğində mədaxil (nağd və/və ya köçürmə) və 644.134,81 manat məbləğində məxaric (nağd və/və ya köçürmə) edilmişdir. Lakin, hesabdan çıxarış məlumatlarında əməliyyatların aparıldığı qarşı hesablar göstərilmədiyindən əməliyyatların növünü müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iş materialları ilə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş Şahid3 məxsus hesabdan çıxarış məlumatlarından göründüyü kimi, həmin hesab üzrə yuxarıda göstərilən müddətlərdə cəmi 386.565,81 manat məbləğində mədaxil (nağd və/və ya köçürmə) və 386.565,54 manat məbləğində məxaric (nağd və/və ya köçürmə) edilmişdir. Lakin, hesabdan çıxarış məlumatlarında əməliyyatların aparıldığı qarşı hesablar göstərilsə belə, həmin hesabların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında “1XBET” mərc oyunları saytının proqram təminatından çıxarış təqdim edilmişdir. Çıxarışın Zulfuqar adlı istifadəçiyə məxsus olduğu göstərilmişdir. Həmin çıxarış üzrə aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, istifadəçi tərəfindən mərc oyunlarına cəmi 294630 manat məbləğində pul vəsaiti qoyulmuşdur. Qoyulmuş pul vəsaitindən 58440,22 manat uduş kimi qaytarılmış, 23800 manat uduzulmuş, 140091,75 manat satılmış, 184705 manat isə proqram təminatında gəbul edilmiş statusunda göstərilmişdir. Cinayət işinin 1-ci cild 241-243-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs və Şahid3 arasında 23 iyul 2020-ci il tarixində aparılmış üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona 2018-ci ildə müxtəlif vaxtlarda 70.000 manat pul verdiyini və sonuncunun ona 30.000 manat borcu qalmasını bildirmişdir. Öz növbəsində Şahid3 həmin məbləğdə pulun götürülməsini etiraf edərək, cəmi 10.000 manat pulu qaytara bilməməsini bildirmişdir. Belə olan halda qeyd olunan şahidlərin ifadələrinin təqsirləndirilən şəxs Elvin Həşimovun təqsirini təsdiq edən sübut kimi qiymətləndirilməsinin mümkünsüz olması mübahisəsizdir. Göründüyü kimi ibtidai istintaq vaxtı və məhkəmədə ifadə vermiş şahidlər: Şahid4, Şahid5, Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs pul götürülməsini yalnız eşitdiklərini bildirmişlər, pulun verilməsində iştirak etməmələrini göstərmişlər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsində qeyd edilmişdir ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. İş üzrə göstərilən şahidlərdən alınmış ifadələr ittihamda göstərilən dələduzluğu təşkil edən halları və həmin cinayəti xarakterizə edən obyektiv və subyektiv əlamətləri, Təqsirləndirilən şəxs təqsili bilindiyi CM-nin 178.4-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sözügedən dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin göstərilən müddəasına əsasən şahidlər: Şahid4, Şahid5, Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul verilməsi barədə məhkəməyə verdiyi ifadələri sübut kimi istifadə edilə bilməz. Məhkəməyədək icraat zamanı və məhkəmə prosesində Təqsirləndirilən şəxs dindirilərək göstərmişdir ki,əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmuş, dayısı Rəşaddan təxminən 150.000 manat alaraq bir neçə mağaza işlətmiş və 2018-ci ilin yazında Zərərçəkmiş şəxs təklifinə və onun razılığına əsasən sonuncunu biznes fəaliyyətinə qoşmuşdur. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 7G; Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 34; Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrosunun çıxışı; Bakı şəhəri, Xətai rayonu, Xəzərin kruqu, N.Süleymanov küçəsi 41; Bakı şəhəri, Xətai rayonu, Mirvari plazanın yanında 5 ədəd pərakəndə mağazalar açaraq, Zərərçəkmiş şəxsla gəldiyi razılığa əsasən topdan satış və pərakəndə satışından əldə edilmiş gəlirin 70 faizini Zərərçəkmiş şəxs vermiş, 30 faizinə isə özündə saxlamışdır. Ümumilikdə Zərərçəkmiş şəxs Bakı şəhərinin müxtəlif yerlərində cəmi 683.000 ABŞ dolları məbləğində pul vəsaiti alaraq, ona vaxtında qaytarmış. Bundan əlavə isə 9 ay ərzində Zərərçəkmiş şəxs təqribən 200.000 ABŞ dolları gəlir vermişdir. Naməlum səbəblərdən ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin onun özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərin təkzib və ya təsdiq olunmasını yoxlamamışdır. Təqsirləndirilən şəxsin dəlillərinin nəyinki lazımınca araşdırılmadığını, ümumiyyətlə onlara əhəmiyyət verilmədiyini göstərən hal kimi məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, istintaq orqanı bu iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsi qənaətinə gələrkən, həmin mağazaların mövcud olub-olmaması, pulun dövriyyəsi, harada yerləşməsi, işçilərin sayı və sair bu kimi mötəbər sübutlara deyil, işin nəticəsi ilə bilavasitə maraqlı olan zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi tərəflərin bərabərliyi prinsipini özündə ehtiva edir. Bu o deməkdir ki, məhkəmə prosesinin iştirakçısı olan hər kəs, onu əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflər arasında ədalətli balansa riayət edilməlidir (misal üçün: De Heas və Giysels Belçikaya qarşı, 24 fevral 1997). Bundan başqa Yesoers Belçikaya qarşı (27DR61) məhkəmə işində Komissiya qərara alır ki, 6-cı məddənin 3b bəndi ilə birlikdə götürülmüş tərəflərin bərabərliyi prinsipi məhkəmə, prokurorluq və istintaq orqanlarının üzərinə belə bir vəzifə qoyur ki, onların ixtiyarında olan və ya onlar üçün əlçatan olan, təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmasına və ya ittiham hökmünün yumşaldılmasına kömək edə bilən istənilən material əldə edilsin. Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Elvinlə aralarında yaş fərqi az olduğu üçün demək olar ki, dayı bacıoğlu kimi yox, dost münasibətləri var. Elvin vasitəsilə Elvinin uşaqlıq dostu Şahid2, Cavidin dayısı Zərərçəkmiş şəxs tanımışdır. O, Elvinlə birlikdə ortaq ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Elvinlə ticarətlə məşğul olmağa qərar verdikdən sonra 2018-ci ilin əvvəllindən 2019-cu ilin may ayına qədər Bakı şəhəri, Xətai rayonu ərazisində 5 ədəd siqaret köşkü işlətmişdir. Həmin köşklər Bakı şəhəri, Xətai rayonu ərazisində müxtəlif ünvanlarda yerləşmişdir: Bakı metropoliteninin “Əhmədli” metrostansiyası yaxınlığında, Qaçaq Nəbi küçəsində, Gəncə prospektində, Məhəmməd Hadi küçəsində, Rahib Məmmədov küçəsində “Nargilə kafesi”-nin yaxınlığında yerləşən siqaret satışı köşklərini icarə əsasında işlətmişdir. 5 siqaret köşkünün ümumilikdə gündəlik satış dövriyyəsi orta hesabla 10.000 manat olmuş, bir köşkdən gündəlik gəlir isə orta hesabla 250-300 manat olmuşdur. İcarə haqqı kimi isə obyekt sahiblərinə ayrı-ayrılıqda aylıq ***-**** manat arasında pul ödənilmişdir. 2019-cu ilin may ayından Azərbaycan Respublikası Vergilər Xidməti tərəfindən aksiz markasız siqaretlərin satışına qarşı ciddi yoxlamalar başlamışdır. Bununla əlaqədar cərimə olunduqdan sonra, həm də siqaret satışı artıq sərfəli olmadığından icarəyə götürdüyü siqaret köşklərini boşaldaraq obyektləri sahiblərinə geri təhvil vermişdir. 2019-cu ilin yanvar ayında yaşadığı ev tamamilə yandığı üçün siqaret köşklərini işlətdiyi zaman özü tərəfindən tərtib edilmiş alqı-satqıya dair qeydiyyat kitabçaları da yanmışdır. Ona görə də həmin kitabçaları istintaqa təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid2 vasitəsilə tanımış, Möhkəmlə heç bir yaxın münasibəti olmamışdır. Elvin həm özünün, həm də atasının pulu ilə iş gördüyünü demişdir. Elvinlə Möhkəm arasında hər hansı biznes əlaqəsinin olması barədə məlumatı olmamışdır. Lakin, elə hallar olmuşdur ki, o, Elvinə borca 30.000, 50.000 manat pullar vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, əvvəl Elvin ondan pul istəyib ticarətlə məşğul olmuş, sonra ona da təklif edib o da Elvinə qoşulub ticarətlə məşğul olmuşdur. Elvin ondan aldığı pulların müəyyən hissəsini ona qaytarmış, müəyyən hissəsini qaytarmamışdır. Qaytarar, qaytarmaz bu barədə aralarında söhbət odmamış, bu onun üçün maraqlı da deyil. Obyektlər Xətai rayonu ərazisində olmuşdur. O, həmin obyektlərdə rəsmi işləməmişdir. O, vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Onun adına VÖEN açılmamışdır. VÖEN Şahid8 Ağamalı oğlunun adına rəsmiləşdirilmişdir. İşdən sonra bizneslə məşğul olmuşdur. O, Nərimmanov rayonu Mənzil Kommunal Təsərüfat Birliyində usta işləyir. Həmin birliyin rəisi Elvinin atası Elçin müəllimdir. Onun Nərimmanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyində iş saatı saat 09-dan 18dəkdir. O, işdən sonra gedib obyektlərdə Vasif və Elvinlə birgə hesabat aparırmış. Elvin işlətdiyi obyektlərdə onun əmək müqaviləsi olmamış, maddi məsul şəxs olmamışdır. Gərək ki, köşklər balaca olduğundan vergi ödənilmirmiş. Kassa olmamışdır. Sonradan vergi gəlib cərimə etmişdir. Atası deputat olmuş, Bakı şəhər İcra Haktimiyyətində işləmişdir. Atasından ona pullar qalmışdır. Elvinə verdiyi 30 min, 50 min manat atasından qalan pullar olmuşdur. Elvin borc istəmiş, o da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Ağamalı oğlu ifadəsində göstərmişdir ki, təxminən 7-8 ildir ki, Təqsirləndirilən şəxs tanıyır, Elvinlə dostluq münasibətləri olmuşdur. Elvin vasitəsilə dostu Şahid2 tanımış, daha sonra isə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs polis işçisi olduğu üçün, təqribən 2018-ci ilin may ayında ona müraciət edərək bildirmişdir ki, Elvinin tanışı Zərərçəkmiş şəxsla birgə bir neçə mağaza açmaq istəyir və bu səbəbdən onun adına vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi götürüb, həmin mağazaları işlətməyə Elvinə köməklik göstərsin. Yəni, faktiki olaraq fiziki şəxs kimi bütün mağazaları onun adına rəsmiləşdirəcəyini xahiş etmişdir. Həmçinin mağazaları onun adına rəsmiləşdirdiyinə və onun tərəfindən idarə olunduğuna görə Elvin ona 1000 manat əmək haqqı pul təklif etmişdir. O, Elvinin bu təklifi ilə razılaşmış və Elvin onun adına Vergilər xidmətində VÖEN rəsmiləşdirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs məxsus Elvinlə birlikdə icarə əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 7G; Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 34; Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun çıxışı; Bakı şəhəri, Xətai rayonu, Xəzərin kruqu, N.Süleymanov küçəsi 41; Bakı şəhəri, Xətai rayonu, Mirvari plazanın yanında olan mağazaları işlətmişdir. Səhv etmirsə onlar 6 mağaza işlətmişlər. 2 dükan topdan satış, 4 dükan isə pərakəndə mağaza olmuşdur. Onunla əmək müqaviləsi və maddi məsuliyyət barədə müqavilə bağlanmamışdır. Elvin dükanlara gəlib gedirmiş. Elvin ona 1000 manat maaş, 1000 manat da əlavə pul verirmiş. Dükanların uçotuna, mal almağa o, baxırmış. O, dəqiq bilmir mağazalarda kassa aparatı var imiş ya yox, mühasib, xəzinadər işləmirmiş, yalnız satıcılar olurmuş. Siqaret satışı köşklərində, hər birində gündəlik satılan malların dəyəri orta hesabla təxminən 2000 manat olmuşdur. Satılan malların ümumi dəyərinin 15 faizi gəlir kimi qalmışdır. Ortaq ticarət faəliyyətindən əldə edilmiş gəlirləri özü bir neçə dəfə Möhkəmə əlbəəl aparıb pul şəklində vermişdir. Lakin uzun müddət keçdiyi üçün, dəqiq tarixləri xatırlamır. 2019-cu ilin mart ayında isə vergi borcu ilə bağlı problemlər yarandığı üçün mağazalarda olan malları satıb köşkləri bağlayaraq, açarları aparmışdır. Zərərçəkmiş şəxs məxsus «Diamonds Lounge” çay evində inzibatçı otağa qoymuşdur. Mağazalarda dövriyyə 100.000 manatlıq topdan satışda 120.000 manat da olurmuş. Mağazalarda 1500-2000 manat gəlir olurmuş, elə olmuşdur ki, 10.000 manatlıq gəlir olurmuş. Topdan satış mağazalarda 10.000, 20.000, 30.000 də gəlir olurmuş. Digər satış olan mağazalarda isə satış az olurmuş. Bütün mağazalardan hər ay 70.000-80.000 manat gəlir əldə etmişlər. Siqaret satışı ilə bağlı Elvinin şərikinin olub-olmamasını bilməmişdir. O, elə olmuşdur ki, Elvinin tapşırığı ilə Zərərçəkmiş şəxs 10.000, 8500 ABŞ dolları məbləğlərdə pul aparıb vermişdir. O, müqaviləsiz işləmişdir. Satılan malları hesablayıb qazancı hesablayırmışlar. Vergi ödəmələrini o, etməmişdir. O, dəqiq bilmir onlar hansı növ vergi ödəmişlər, sadələşdirilmiş və yaxud X53. O, həmçinin mühasibin işini aparmışdır. Onun mühasibatlıqla əlaqədar təhsili yoxdur. O, yalnız qaralama dəftəri aparırmış və orada malların alınmasını, məbləğini, həmin malların satışını, əldə etdikləri gəliri qeyd edirmiş. Hal-hazırda həmin qaralama qeydlərinin harada olmasını xatırlamır. Şahid8 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid8 Ağamalı oğlunun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 3-cü cild 190-192-ci vərəqələrində olan ifadəsində Şahid8 Ağamalı oğlu aşağıdakıları göstərmişdir: «...sonradan bilmişdim ki, satıcı işlədiyim siqaret satışı köşkü Möhkəmə məxsus olub və Elvin həmin köşkü işlətməyə götürüb. Möhkəm bir neçə dəfə köşkdə görmüşəm. Mənim Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs aralarında olan pul mübahisələri ilə bağlı heç bir məlumatım olmamışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid8 bildirmişdir ki, elan olunmuş ifadəni qismən təsdiq edir, belə ki, müstəntiq bəzi məsələləri ondan soruşmamış, o, hal-hazırda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs tanıyır. Şahid8 onun oğludur. Elvini 10 ildir tanıyır, qonşuları olmuş, onunla qonşu kimi salam və münasibəti olmuşdur. İşlədiyi vaxt da Elvinlə münasibəti olmuşdur. Onun oğlu Şahid8 ona bildirmişdir ki, onun tanışı Təqsirləndirilən şəxs mağaza açır, o, özü dövlət işində işlədiyi üçün həmin mağazanı oğlu Vasif işlədəcək. Bundan sonra onun oğlu Şahid8 ona təklif etmişdir ki, həmin mağazada o, satıcı vəzifəsində işləsin, o, həmin təkliflə razılaşmış və oğlu onu mağazaya işə götürmüşdür. O, Xətai rayonu, M.Hadi küçəsində yerləşən köşkdə siqaret satışı ilə məşğul olmuşdur. 2018ci ildən təxminən 2 il işləmişdir. Təqribən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində mağaza bağlanmışdır. Onun oğlu Vasif ona bildirmişdir ki, Elvinin o, işlədiyi mağazadan başqa 4 və ya 5 mağazası vardır. Onun iş saatı axşam saat 21-00-dan səhər saat 09-00dək olmuş, 12 saat işləyirmiş. Günə 15 manata işləmişdir. Köşkdə siqaret, sok, HELL və s. içkilər də satılırmış. Günə satış 2150 manat, 2100 manat, 2000 manatdan aşağı olmurmuş. Siqaret köşkündə təxminən 50-55 min manatlıq mal olurmuş. Siqaret köşkünun sahəsi 3x3-ə və ya 2,5x 2,5 olarmış. Qiymətlər müxtəlif olurmuş, elə siqaret var imiş ki, 10,15, 20 manat qiyməti var imiş. 50 manatlıq da siqaret var imiş. Dediyi mallar vitrinlərə və vitrinlərin arxasına yığılırmış. Elvin Vasiflə bir yerdə gedib köşklər üçün siqaret alırmışlar. Ona Vasif demişdir ki, onu məhkəməyə çağırırlar, o da gəlmişdir. Elvinin işlətdiyi mağazalarla bağlı çağırıldığını demişdir. Oğlu ona məhkəmədə nə demək lazım olduğunu deməmişdir. Bilirmiş ki, Elvinin məhkəmədə işi var. Elvinlə Möhkəmin arasında problem olmasını bilmirmiş. Onun Elvinlə telefon danışığı olub, oğlu Vasifi soruşmuşdur. Hərdənbir Elvinlə telefonla danışmışdır. O, ***-***-**-** nömrəli telefon işlədir. Məhkəməyə gəlməmişdən əvvəl onun Elvinlə telefon danışığı olmamışdır. O, gecələr işləmişdir. O, işlədiyi sonuncu gündə də satış eyni olmuşdur. Sonradan mağazada qalan mallar başqa obyektlərə verilmiş, hara verildiyini o, bilmir. Oğlu Vasifdən eşitmişdir ki, Elvin mağazanı şərikli işlədir. Möhkəmin çay evi siqaret köşkünə yaxın imiş, hərdən bir nəfər göndərirmiş, siqaret almaq üçün. Köşk M.Hadi küçəsində KTV-ilə üzbəüz olmuşdur. O, heç vaxt kiməsə pul aparıb verməmişdir. Ondan başqa Eyvaz adlı şəxs də həmin köşkdə işləmişdir. Onun əmək müqaviləsi olmamışdır. Vergini kim ödəyib onu bilməmişdir. O, heç bir mühasibat uçotunu aparmamışdır. Gündəlik daxil olan və satılan malların çeşidini, qiymətini qaralama dəftərində aparırmış və həmin qeydləri sonradan oğlu Vasifə verirmiş. Hər gün Vasif gəlirmiş, pulu Vasifə təhvil verirmiş. Hərdən Elvin özü də gəlib götürürmüş. Vasif hər gün gəlirmiş. O, bilmir mağaza sonradan niyə bağlanmışdır. O, işdən çıxan ərəfədə qazancda fərq olmamışdır. O, işdən çıxmağına 1 həftə qalmış nə baş verib bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, zərərçəkmiş şəxsi də hərdənbir görmüşdür. Elvini tanımış, qonşusudur. Onu işə Vasif götürmüş, Elvinlə, Vasiflə bir binada qalırmışlar. Xətai rayonu, M.Hadi küçəsində olan köşkdə işləmişdir. KTV-ilə üzbəz olmuşdur. Bilir ki, həmin köşk Elvinə məxsusdur və Elvin şərikli işləyir. Mağazanı Şahid8 işlədirmiş, lakin mağaza Elvinə məxsus imiş. O, hər gün səhər saat 08-dən axşam saat 20-00-dək işləmiş, elə olmuşdur ki, səhər saat 09-00-dan axşam saat 21-00-dək də işləmişdir. 2018-2019-cu illərdə işləmişdir. Təqribən 2 ilə yaxın işləmişdir. Mağaza 24 saat işləmişdir. O, köşkdə gündüzlər işləmiş, Ağamalı Nəzərov isə gecələr işləmişdir. Köşkdə siqaret, sular, alışqan və s. satılırmış. O, işlədiyi vaxt günə 2000 manata yaxın alver olurmuş. O, 2 ilə yaxın köşkdə işləmişdir. Günə 15 manat alımışdır. Hesabatı Vasif aparırmış. Elə olurmuş ki, o, növbəni təhvil verəndə pulu ondan sonra gələn işçiyə də təhvil verirmiş. Mağazada təqribən 40-50 minklik mal olurmuş. Mağazaya daimi olaraq mallar gətirilirmiş. Malları Vasif, hərdən isə Elvin özü gətirirmiş. Onun telefon nömrəsi hazırda ***-***-**-**-dir, lakin, o, ***-***-**-** nömrəsini də işlətmişdir. Alverin nə qədərinin qazanc olmasını o, bilməmişdir. O, gündəlik nə qədər alver olmasını bilirmiş, hər gün fərqli olurmuş, 1800, 2000 manatlıq alver olurmuş. O, öz etdiyi alveri bilib ki, nə qədər satış olmuşdur. Onun növbəsindən sonra Vasifin atası Ağamalı Nəzərov növbəyə gələndə pulu ona da təhvil verirmiş. Bura gələndə onun Elvinlə telefon danışığı olmamışdır. Vasifin atası ilə bir vaxtda işdən çıxmış, mağaza bağlandığı üçün işdən çıxmışdır. Onun əmək müqaviləsi olmamışdır. Vergini kimin verməsini o, bilməmişdir. Elvinlə Zərərçəkmiş şəxs arasında nə pul məsələlərinin olmasından onun məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs mağazada görmüşdür. Səhv etmirsə Möhkəm mağazadan siqaret alırmış. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır. Təxminən 2018-ci ildə Elvin işlə bağlı elan vermişdir. Həmin elanla bağlı getmiş, onu Əhmədli metrostansiyasının üsündə olan köşkə işə götürmüşlər. Bir qrup var imiş, həmin qrupda iş elanı var olmuşdur. O da orada olan telefon nömrəsini götürmüş və işə elə qəbul olmuşdur. O da Vasifə yaxınlaşmış, onu Vasif işə götürmüşdür. Vasifin vasitəsilə də Elvini tanımışdır. Əvvəl bağban işləmişdir. 2018- 2019-cu illdərdə köşkdə işləmişdir. Təxminən 21 ay işləmiş, ayda 450 manat maaş almışdır. O, səhər saat 09-00-dan axşam 21-00-dək işləmişdir. Axşam da Araz adlı şəxs ondan növbəni təhvil alırmış. Mağaza 24 saat işləmişdir. Təxminən 1800-2000 manatlıq alver edirmiş. Hərdən 2000 manatdan yuxarı da olurmuş. O, mağazada malla sayılanda bilirmiş ki, köşkdə 50-60 min manatlıq mal olurmuş. Hesabatı Vasif aparırmış. O, ancaq nə qədər satış olduğunu bilmiş, həmin satışın nə qədərinin gəlir olmasını bilməmişdir. Qrupda olan telefon nömrəsini hazırda xatırlamır. Ayda 450 manat əmək haqqı alırmış, yəni günə 15 manat. O, özü başqa iş tapıb işdən çıxmış, sonra görmüşdür ki, mağaza işləmir. Köşk metrodan çıxanda üzü H.Aslanova gedən istiqamətdə sağda yerləşirmiş. Maşınla gəlib gedənlər də köşkdən siqaret və s. alırmışlar, sıravi adamlar da oradan keçəndə hamısı nə isə alırmışlar. Həmin yerdə marşrut avtobusların və taksilərin dayanacağı yerləşirmiş. Onun əmək müqaviləsi olmamışdır. Vergini kimin verməsini bilməmişdir. O, Vasifi tanımışdır. Zərərçəkmiş şəxs tanıyır, Möhkəm restoran işlədirmiş. Elə bir tanışlığı olmamış, işlədiyi ərəfədə Möhkəmi görmüşdür. Pulu Vasifə təhvil verirmiş. Köşkdə mallar sayılanda eşidirmiş ki, 50-60 minlik mal var. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 il olar ki, tayıyır. Zərərçəkmiş şəxs tanımır. Əhmədli metrostansiyasının üstündə olan köşkə onu Vasif işə götürmüşdür. Axşam saat 21-00-dan səhər saat 09-00-dək işləmişdir. Günə 15 manata işləmişdir. Elvini mağazanın sahibi kimi tanımışdır. Axşam növbəsində o, işləmiş, səhər növbəsində isə Qənimət adlı satıcı işləmişdir. Təxminən 2000 manata yaxın alver edirmiş. Haqq-hesabı Vasif aparırmış. O, 2019-cu ildən işləmiş, təxminən 1 ilə yaxın işləmişdir. O, axşam növbəni Qənimət adlı şəxsdən təhvil alırmış. O, öz etdiyi alveri bilir. O, eşitmişdir ki, başqa mağaza da var, lakin neçə mağaza olmasını bilməmişdir. Mal qurtaranda Vasiflə əlaqə saxlayırmışlar, ya Elvin, ya da Vasif mal gətirirmiş. Malı haradan gətirdiklərini bilməmiş, maraqlanmamışdır. Demişlər ki, mağaza bağlanır, işə gəlməsin, o da gəlməmişdir. Mağaza bağlandıqdan sonra mağazada olan mallar necə oldu bilmir. Əsas işlərlə Vasif məşğul olurmuş, Elvini isə ancaq dükana gələndə görürmüş. İşlədiyi dövrdə telefonu ***-***-**-** olmuşdur. Nə qədər köşkdə mal olmasını o, bilməmişdir. Köşk dolu olurmuş. Əsas malı təhvil verəndə Vasif gəlirmiş. Qeydiyyat kitabı Vasifdə olurmuş. Vergini kim verirmiş o, bilməmişdir. Əmək müqaviləsi olmamışdır. Köşkdə siqaret, sular və s. satılırmış. Elə olurmuş ki, siqaret blokla da satılırmış. Şahid Eyvaz Musayev də köşkdə işləmişdir. Onu da Eyvaz həmin işə aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Elvinin topdansatış mağazasında işləmişdi. O, bilirmiş ki, Elvinin bir neçə mağazası vardır. Mağaza Q.Nəbi küçəsi 33 və ya 34-də yerləşirmiş. KATV-dən yuxarı qalxanda “Şanlı Urfa” restoranının yanında imiş. Günə 30- 40 manat alırmış. Səhər saat 08-dən axşam saat 19-00, 20-00-dək işləyirmiş. Saat 20-00dan sonra mağaza işləmirmiş. O, tək işləyirmiş, işlədiyi mağaza topdansatış mağazası imiş. Vasif gəlib gedirmiş. Gecələr mağaza işləmirmiş. Gün ərzində elə olurmuş ki, 4000, 5000, 10.000, 15.000 manatlıq mal satılırmış. Mağazada 40 min, 50 min, 100.000, 200.000 mal da olurmuş. Mağaza böyük mağaza imiş, təxminən 30-40 kv.m olarmış, bəlkə də böyük olarmış. O, 6-7 ay işləmiş, 2019-cu ildə işləmişdir. Gün ərzində 11-12 saat işləmişdir. Mağaza gecə işləməmişdir. Malı Vasif gətirirmiş. Onun işlədiyi mağazada mal topdan satış imiş. Siqaret satışı olan köşklər və s. gəlib malı topdan alırmışlar. Vasif özü də malları aparıb köşklərə paylayırmış, öz yerlərinə də aparıb vermişdir. Başqa müştərilər də topdan satışla gəlib alırmışlar. Onu bir dəfə Səbail rayonuna dəvət edib dindirmişlər. Ondan Təqsirləndirilən şəxs haradan tanımağını və s. suallar vermişlər. Zərərçəkmiş şəxs tanımamışdır. Elvin tutulanda bilmişdir ki, aralarında nə isə olmuşdur. O, Elvinin kiməsə ev almasını bilməmişdir. O, ancaq satışın nə qədər olmasını bilmişdir. Həmin satışdan nə qədər qazanc olmasını bilməmişdir. Demişlər ki, mağaza bağlanır, o, çıxmışdır. O, işçi olmuş, soruşmamışdır ki, nə üçün mağaza bağlanır. Onun istifadə etdiyi telefon nömrəsi ***-***-**-**-dir. Elan olunmuş cinayət işinin 3-cü cild 197-199-cu vərəqələrində olan şahidin ifadəsinə əsasən şahid Elbar Təşkilatlı bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq edir. Ondan müstəntiq soruşmamışdır ki, o, Elvinin mağazasında işləmiş ya yox, nə qədər satış etmiş, saat neçədən neçəyə işləmiş və s. Ondan ancaq Elvinin adına əmlak olubolmamasını soruşmuşdur. İndi isə məhkəmənin ona verdiyi suallara cavab verir. Elan olunmuş cinayət işinin 4-cü cild 112-117-ci vərəqələrində olan şəkillərə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş şəkillərdə olan mağazalar onun işlətdiyi mağazaların şəkilləridir. Onunla əmək müqaviləsi bağlanmamışdır. Vergini kimin verməsini bilmir. Cinayət işinin 4-cü cild 112-117-ci vərəqələrində olan Təqsirləndirilən şəxs işlətdiyi obyektlərin fotoşəkilləri, həmin obyektlərin mövcud olmasını bir daha sübut edir. Göründüyü kimi, qeyd olunan şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tütün məmulatları satmasına görə birlikdə gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətlər olmuş, hətta Təqsirləndirilən şəxs ümumi kommersiya fəaliyyətindən əldə edilmiş gəlirdən Zərərçəkmiş şəxs müəyyən məbləğdə pul vəsaitlərini ödəmişdir. Bundan əlavə ibtidai istintaq orqanı Şahid3la Təqsirləndirilən şəxs arasında olan telefon danışığını əks etdirən səs yazısını ittihamı təsdiq edən sübut növü kimi qəbul etmişdir. Belə ki, cinayət işinin 1-ci cild 169-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyun 2020-ci il tarixli səs yazısının dinlənməsi haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi diskə Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müstəntiqin ehtimalına əsasən: 1 nömrəli zərfdəki diskin 1-ci fayldakı olan nitqlər: Elvinlə Zülfüqar arasında danışıq var. Həmin səs yazısında Elvin kimi təqdim edilmiş şəxs Möhkəm (söyüş) ortalığa düşdüyünü, ticarətlə məşğul olduğuna görə işdən uvolit elədiklərini bildirmişdir. Həmçinin, Elvin kimi təqdim edilən şəxs səs yazısında “Möhkəm hara ürəyi istəyir getsin şikayət eləsin bundan sonra,’ “Mən Elçindən pul aldım 30.000 manat hissə-hissə 3000, 4000, 5000, belə….Möhkəm ürəyi hara istəyir getsin şikayət etsin…Qol çəkdiyim summa 700.000 dollar deyil, hesablayın baxın 680.000 dollardı … Adama deyərlər, ay (söyüş işlədir) hansı dollardan danışırsan (Cavidi nəzərdə tutur)…Möhkəmdən 600.000 dollar alıb düzdür. 300.000 da uduzub kazinoda 300.000 də uduzub, mənim sübutum var ” sözləri öz əksini tapmışdır. (cild 1 i.v.172) Həmçinin, müstəntiqin ehtimalına əsasən: Elvin səs yazısında “Banditizm söhbəti 3 gün bir dənə orda sıxıntı oldu, oda ki, Allah atanın canını sağ eləsin, dədəm olmasa idi bu dəqiqə mən Kürdəxanıda idim, özün yaxşı bilirsən, bu dəqiqə Möhkəm ürəyi hara istəyir getsin şikayət eləsin, yəqinki bunu bilirsən, uzağı məni məhkəməyə verə bilər, uzağı ayda 200 manat, 200 manat verərəm. Qol çəkdiyim summa 700000 dollar deyil, hesablayım baxın 680000 dollar olardı, banditizmdə gəldi ərizədə yazdı ki 660000 manat qaytarıb, birinci 400000 yazmışdı, sonra 660000-ə qol çəkdi, bu eliyir 400000 dollar, qol çəkdiyim summa da 680000 dollardır, 200000 dollar pul qalır, mən də deyirəm qaytarmışam, düz deyirsə 200000 dollar qalır, məndən də yaxşı bilirsən məhkəməyə mülki işdir, cinayət işi yoxdur orda, söhbət həll olunub “ sözləri öz əksini tapmışdır. 3 nömrəli zərfdəki diskin 1-ci faylındakı olan nitqlər müstəntiqin ehtimalına əsasən: Zülfüqarla Cavid arasında danışıqlar aparılır, Cavid ona zəng vuran olsa guya 500.000 dolların Zülfüqarda olduğunu, guya Zülfüqarın ona xeyir verdiyini deməsini, Zülfüqarın tikinti işi ilə məşğul olmasını, pulun sentyabr ayında verilməsini, Cavidin 120.000 manat, günə 4000 manat xeyir verməsini, doqquz ayda 850.000 manat pul verilməsi öz əksini tapmışdır. 3 nömrəli zərfdəki diskin 2-ci faylındakı olan nitqlər müstəntiqin ehtimalına əsasən: Zülfüqarla Cavid arasında danışıqlar aparılır, Cavid sabah 250000, 470000 dollar pulu dədəmə verməsi, ona 470.000 dollar versə, ondan bir milyon və 1.500.000 də alması deməsi öz əksini tapmışdır. 3 nömrəli zərfdəki diskin 3-cü faylındakı olan nitqlər müstəntiqin ehtimalına əsasən: Zülfüqarla Cavid arasında danışıqlar aparılır, Cavid 500 deməsini , 500.000 dollar sentyabr ayında ona pul verməsi öz əksini tapmışdır. Cinayət işinin 2-ci cild 4-7-ci vərqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2020-ci il tarixli, 4\372 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya 05 ədəd optik disk təqdim edilmişdir. Həmin disklərin baxış və tədqiqi zamanı azərbaycan dilində aparılan mübahislə fonoqramlar qeydə alındığı müəyyən edilmişdir. Ekspertizaya təqdim olunmuş 5 ədəd CD diskdə olan mübahisəli fonoqramlarda danışıqlar aydın və başadüşüləndir. Mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn və mətn hissələrindən ibarətdir. Mübahisə fonoqramların qeydə alındığı yazı qurğusu və adlarından eyniləşdirmə tədqiqat aparılacaq şəxslərin eksperimental səs və nitq nümunələri ekspertizaya təqdim eilmədiyindən, eyniləşdirmə aparmaq mümkün olmamışdır. Həmin səs yazılarında 1 saylı diskdə zaps 2020-05-25 01-45-49 vav adı ilə qeydə alınmış 01.48.14-01.48.59 kimi işarələnən yazı faylında K ilə işarələnmiş, yəni, kişi cinsinə aid şəxslər (dəqiq kimlikləri müəyyən edilməmişdir) arasında aşağıdakı danışıq qeydə alınmışdır; K-“Mənim dədəm yazıq heç bu söhbətə aidiyyatı olmaya-olmaya üç dəfə (söyüş) ayağına getdi. Mən banditizmdə ola-ola. Bilirsən niyə? Mənim atam da uşaq döyül e. Yəni ki, (söyüş) gedib dəftərini gətir, qələmini gətir, görüm oğlumun sənə. Elə dirənib milyon 500, elə dirənib milyon 500.” K- “Sən heç özlüyündə ay Elvin, haqq-hesabı bilmirsən e” K –“Mən təxmini bilirəm” İki saylı diskdə zaps 2020-05-29 16-58-2 vav adı ilə qeydə alınmış ELVİN2.m4a kimi işarələnən yazı faylında K ilə işarələnmiş, yəni, kişi cinsinə aid şəxslər (dəqiq kimlikləri müəyyən edilməmişdir) arasında aşağıdakı danışıq qeydə alınmışdır; K –“Bunnan mən 1 milyon da alaram, 500 min də alaram. Mənim fikrim bilirsən nədi? Mən sənə nə yalan deyim e. Mənim fikrim budu ki, bu Möhkəmdən pulu alım 470 min dollar, aparım verim bu (söyüş) dədəmə mən, başa düşdün? Bu (söyüş) gətirim bu (söyüş) pulunu alım. 1 milyon, milyon yarım, başa düşdün? Verim təzdən bu... başa düşdün? Mən eliyəcəm də ata mənim döyül, tanıyıram bu (söyüş) mən. “ yazılar vardır. Cinayət işinin 2-ci cild 16-20-ci vərqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 4\656 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd PRİNCO markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd PRİNCO markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, K2 kimi işarə olunmuş diktorun səsi və nitüi Şahid3, K3 kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid2 məxsusdur. 1-ci səs yazısında Təqsirləndirilən şəxs ilə Şahid3 arasında olan danışıqlar mövcuddur. Həmin danışıqlarda onlar Cavidin Zülfüqar barəsində yazıdığı şikayət ərizəsiylə bağlı söhbət aparırlar. K1 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, K2 kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3 bildirir:»yalan danışmamışam qaqaş. Nə var onu demişəm də, deməmişəm ki, mənə 500 min borcludu…Olan şeyi demişəm də. İndə sənə ne deyirlər e bu müstəntiq nə deyir?» Cinayət işinin 4-cü cild 50-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli, 4/1413-4/1433 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş şərti olaraq 1 kimi işarələnmiş CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətəri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş şərti olaraq 1 kimi işarələnmiş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3, K2 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. -Ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Həmin rəydə olan danışıqların mətnin aşağıdakılar qeyd olunmuşdur: K2 kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs « 9 aydı elə 120 mindən vursan 1 milyon pul eliyir. Cəmi 850.000 manat pul vermişəm də» K2 kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs «…Sabah ayın otuzudu. Sabah dədəm Möhkəmə pul verməsədə ən azından Möhkəm bilsin ki, dədəm yığıb…» K2 kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs «500.000 dollar mən sənə sentyabr ayında pul vermişəm»… «Bir dənə sənə mən yığsam 500 min dollar səndədi fso» K2 kimi işarə olunmuş diktorun səsi və nitq Təqsirləndirilən şəxs telefonla sərbəst şəkildə Şahid3la danışaraq deyir ki, “mənim fikrim budur ki, bu Möhkəmdən pulu alım 470 min dollar, aparım verim bu (söyüş) dədəmə, başa düşdün?... 1 milyon, milyon yarım, başa düşdün? Verim təzdən bu (söyüş), başa düşdün? Mən eliyəcəm də qaqaş...” «… Eşitdin qaqa 500 deyəcəm.500 500 dollar…» Həmin səs yazısı ilə əlaqədar Təqsirləndirilən şəxs dindirilərkən aşığıdakıları göstərmişdir: «… --Bu səs yazısı zamanı biz Möhkəmlə düşmən idik. Şikayət olan zaman idi. Bu söhbəti Zülfüqarla olub. Möhkəm qardaşı Nazimə pul verməli idi. Cavidin də dayısı Möhkəmə 830 min dollar borcu var idi. Həmin vaxtlar Möhkəm bir qıza ev almışdı, Nazim də qardaşı Möhkəmdən pulunu tələb edirdi. Nazim Cavidin pul uduzmasını, Möhkəmin ev almasını bilmirdi. Möhkəm də məndən 1 milyon 500.000 manat istədi ki, həmin pulu Nazimə göstərsin. Möhkəm Nazimə deyə bilmirdi ki, qıza ev almışam. Mən də bu söhbəti Zülfüqarla danışanda Zülfüqar da mənim səsimi yazıb. Lakin hörmətli nümayəndə nədənsə həmin səs yazısının digər hissəsini nəzərdən qaçırır. Belə ki, həmin yazıda « 9 aydı elə 120 mindən vursan 1 milyon pul eliyir. Cəmi 850.000 manat pul vermişəm də», həmin cümləni mən demişəm, yəni Zülfüqara demişəm ki, mən Möhkəmə 9 ayda 850.000 pul vermişəm. Həmin dövrdə mənim bu sözlərim bir daha onu göstərir ki, mən həmin dövrdə artıq 850.000 pul vermişdim. Bu isə bir daha mənim ifadələrimi təsdiq edir…» İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi qərarında Təqsirləndirilən şəxs ilə Şahid3 arasında aparılan telefon danışıqlarını əsas sübut növü kimi qəbul edərək, sözügedən danışıqların ziddiyyətli olmasına diqqət yetirməyərək, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət etməyərək, Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən hər hansı bir başqa mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Təqsirləndirilən şəxs ilə Şahid3 arasında aparılan telefon danışıqları zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı törədilən cinayətin əhəmiyyətli və zəruri şərtini daşımır, çünki Təqsirləndirilən şəxs Şahid3la müxtəlif pul məbləğlərinin verilməsindən danışması barədə qəti fikir söyləmək mümkün deyildir. Danışıqda olan « 9 aydı elə 120 mindən vursan 1 miliyon pul eliyir. Cəmi 850.000 manat pul vermişəm də» Təqsirləndirilən şəxs əksinə olaraq Zərərçəkmiş şəxs pulu qaytarmasını dolayı yola təqsirləndirilən şəxsin ifadələrini təsdiq edir, onun digər danışığı «Möhkəmdən 470.000 ABŞ dolları alması» cinayət işinin materialları ilə təkzib olunmur, həqiqətən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul almasını etiraf edir, növbəti sözləri «1 milyon, milyon yarım, başa düşdün? Verim təzdən bu (söyüş), başa düşdün? Mən eliyəcəm də qaqaş...Eşitdin qaqa 500 deyəcəm.500 500 dollar…» yenə də obyektiv olaraq sözügedən cinayətin törədilməsini nə təsdiq edir, nə də ki təkzib edir. Bunu təsdiq edən sübutlar isə cinayət işinin materiallarında, ittiham aktında əks olunmamışdır. Bundan başqa, ibtidai istintaq orqanı cinayət işinin 3-cü cild 256-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 sentyabr 2021-ci il tarixli telefon məlumatlarını ittihamı təsdiq edən sübut növü kimi qəbul etmişdir. Həmin telefon məlumatları olan CD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrələrinə aid xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə kimi olan dövrü əhatə edən məlumatlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsidən Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 03 may 2019-cu ildə, saat 22:00-da «dayı sabah saat 1 tamamda dəqiq deyəcəm neçede verir əmanəti» məzmunlu sms, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs «gec olub çatdırmayıblar pulu götürməyə, bugün götürüb mənə gətirəcəklər», Möhkəm isə həmin nömrəyə cavab olaraq «saat neçədə təxmini, manat verərlər yoxsa dollar», Elvin isə Möhkəmə «saat demədi, 10-a zada dedi», Möhkəm isə Elvinə «olsun, boş olanda yığ məni» məzmunlu sms göndərmişlər. Bundan başqa, 10 iyun 2019-cu il tarixdə saat 20:23-dən saat 22:16-ya qədər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aşağıdakı sms danışıqları olmuşdur: Elvin: «dayı 8500 manatı Hikmətə verim ya sizə? Bir də aylıq 1000» Möhkəm: «Fərqi yoxdur. Gətir burdayam, ya da ona yığ» Elvin: «Vasiflə göndərsəm olar?» Möhkəm: «Olar. Eli bugün ayın 10-dur. Ağsaqqalın yadındadır yəqinki. Mən yığmıram gözləyirəm hələ». Elvin: «əmanəti gözdüyürük az qalıb dayı» Möhkəm: «mən bugün götürməliyəm kişi söz verib. Biugünə axşam 10-a qədər yığmaram.» Elvin: «dayı vallah o imenni ayın 10-nu deməyib. Ona görə gözdüyür. Sabah gəlməlidi əmanət.» Möhkəm: «Göndər Vasifi çıxıram birazdan. İmenni bugün demişdi. Mən uşaq deyiləm. Sözü də eşidirəm baxmıram.» Elvin: «oğlanı gözdüyürəm» Təqsirləndirilən şəxs həmin telefon danışıqları ilə əlaqədar suallara cavab verərək telefon danışıqlarının olmasını təsdiqləyərək, göstərmişdir ki, onun Zərərçəkmiş şəxsla birgə kommersiya fəaliyyəti ilə əlaqədar gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətləri olmuş və bu səbəbdən sonuncu ilə mütəmadi olaraq telefon danışıqları, SMS ismarıcları olmuşdur. Həmin telefon danışıqlarını ittihamı təsdiq edən sübut növü kimi qəbul edən müstəntiqin ehtimal xarakterli formal mülahizəsi kimi qiymətləndirərək qeyd etmək lazımdır ki, hər bir ictimai təhlükəli əmələ, iş üzrə toplanmış sübutların məcmusuna əsasən müəyyən olunmuş işin faktiki hallarına uyğun, maddi və prosessual normaların tələbləri çərçivəsində hüquqi qiymət verilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarında təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Ümumiyyətlə istintaq ərəfəsində sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yanlış qənaət əsasında aparılıb, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. İstintaqçı təqsirləndirilən şəxsə ehtimal əsasında ittiham verdiyi üçün ittiham aktında bir-birini təkzib edən arqumentlərdən və təhrif olunmuş ifadələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarını və İttiham aktının tərtibi zamanı müstəntiq həmin prosessual sənədlərdə diqqətsizliyə yol vermişdir. Belə ki, məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Zərərçəkmiş şəxs bildirmişdir ki, Elvin Həşimov onun etibarından sui istifadə edərək, gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ona məxsus 2.539.500 (iki milyon beş yüz otuz doqquz min beş yüz) manat pul vəsaitinin ələ keçirmişdir. Lakin ibtidai istintaqı aparan müstəntiq nədənsə Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb etmə qərarında 2.059.500 (iki milyon əlli doqquz min beş yüz) manat məbləğində pulunu ələ keçirməsini qeyd edərək, həmin məbləğdən qaytarılmış 480.000 (dörd yüz səkksən min) manatı çıxmışdır. Halbuki, ittiham tərəfinin ehtimalına əsasən həmin məbləğ Elvin Həşimov tərəfindən aldatma yolu ilə ələ keçirilməsi kimi qiymətləndirilməsinə baxmayaraq, göstərilən məbləğ yalnız dəymiş maddi ziyanın ödənilməsi kimi qəbul olunmalı idi. Cinayət işinin 1-ci cild 138-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 3-cü cild 166-167-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2019-cu il təvəllüdlü X24 və xx.xx.2018-ci il təvəllüdlü X33 vardır. Cinayət işinin 4-cü cild 197-ci vərəqəsində olan İnam AxA MTK-dan daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 4-cü cild 218-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 02 noyabr 2021-ci il tarixli, 9418 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Beləliklə, məhkəmə kollegiyası həm Təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxsin, həm iş üzrə dindirilmiş şahidlərin ifadələrini və iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə mülki xarakterli mübahisə olmaqla Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməsi sübuta yetirilməmişdir. Dələduzluq cinayətinin əsas tərkib əlamətlərini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Yəni, aldatmadan istifadə edən və ya etibardan sui- istifadə edən şəxsin qəsdi birbaşa həmin üsullardan istifadə etməklə əvəzsiz olaraq özgəsinin əmlakının ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Bununla yanaşı, qeyd olunmalıdır ki, dələduzluq cinayətinin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərarın 5-ci bəndində göstərilir "məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun” Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarın 27-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, "Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə baxışı zamanı Həşimli X36 Zərərçəkmiş şəxs pul götürərkən onun etibarından sui-istifadə edərək və ya onuı aldadaraq müvafiq əmlakları ələ keçirmək, özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətinin olmadığını, ona verdiyi pulun müqabilində Möhkəmə qazanc verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin özünün və şahidlərin ifadələrindən görünür ki, Həşimli X36 ilə Zərərçəkmiş şəxs arasında tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyyat hissələrin satmasına görə birlikdə gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətlər olmuş, o, Zərərçəkmiş şəxs dəfələrlə pul götürərək göstərilən məmulatların satışı ilə məşğul olmuş və satışdan əldə etdiyi müəyyən məbləği ödəmişdir və satışdan əldə olunmuş gəlirdən faizlər ödəməsi iş materialları ilə təkzib olunmur. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında işgüzar fəaliyyətdən irəli gələn, müəyyən müddət aralarında razılaşdırılmış şərtlərlə davam edən işgüzar münasibətlərin pozulması isə pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən əvəzsiz ələ keçirmək niyyəti olması sübut olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutların işin müəyyən edilmiş halları ilə uzlaşmadığı aydın görünür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X37rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışında təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışı zamanı aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibi gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1 və 350-ci maddələrinin tələblərinə əsasən, məhkəmə baxışı istintaqı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci və 353.3.4-cü maddələrinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış səs yazıları, danışıqlar və telefon məlumatları yazılmış 07 ədəd CD diskləri və Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsini və qismən qaytarılmasını təsdiq edən qəbz və əlyazmaların iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 1020 (min iyirmi) manat pulun ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Məhkəmə həmçinin, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs barəsində bəraət hökmü çıxarıldığı halda həmin şəxs barəsində cinayət mühakimə icraatı da başa çatmış hesab olunur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 -ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1 -ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur Sadalanan prosessual hüquq normalarından görünür ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi və mənəvi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və verilmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. Hazırki halda şəxs barəsində bəraət hökmü çıxarılmışdır ki, belə olduğu təqdirdə, nə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldən, nə da cinayət mühakimə qaydasında aparılan icraatdan söhbət gedə bilməz. Yəni başqa sözlə desək cinayət icraatı qaydasında mülki iddianın təmin edilməsi CPM-nin 89.1-ci maddəsinin tələbləri baxımından bəraət almış şəxsin təqsirsizlik məsələsinə təsir edən mühüm halların dəyişməsinə dəlalət edən haldır ki, belə olan halda cinayətdə təqsiri sübuta yetirilməyən şəxsə qarşı irəli sürülmüş mülki iddianın cinayət icraatı qaydasında təmin edilməsi cinayət prosessual qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.4-cü maddəsi ilə təqsiri sübuta yetirilməməsi, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun mülki mühakimə icraatı qaydasında iddia verərək borclarını tələb etmək hüququndan məhrum etmir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 55, 346, 347,349-350, 352-353-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1-ci və 353.3.4-cü maddələrinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış səs yazıları, danışıqlar və telefon məlumatları yazılmış 07 ədəd CD diskləri və Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsini və qismən qaytarılmasını təsdiq edən qəbz və əlyazmaların iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 1020 (min iyirmi) manat pulun ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Azad Məcidov Hakimlər Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar