Məhkəmə qərarları › İş №1(101)-428/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-428/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-428/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X26 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, X4 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, hazırda barəsində istintaqı aparılan digər cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu küçəsi, Binə Ticarət Mərkəzinin qarşısında Lökbatan qəsəbəsi istiqamətində, yol kənarında olan işıqfora 15 metr qalmış məsafədə 40-50 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbə əməl etmədiyindən qarşıda həmin yolu sol kənarından sağ kənara doğru keçən piyada Zərərçəkmiş şəxs yolun sağ kənarına 1.7 metr qalmış məsafədə idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, döş qəfəsinin hər iki orta qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğalarının sınıqları, sağ körpücük sümüyünün, sağ said sümüyünün yuxarı 1/3-nin, sağ baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, başın alın, başın sol gicgah, burun, alt dodaq, alt çənə, qarının sol yan səthi, hər iki diz oynağı, sağ ayaq pəncəsi və sağ sağrı nahiyəsinin sıyrıqları xəsarətlərindən ibarət dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixində ailə üzvlərini toya aparmış, geri qayıdarkən “Sahil” metro stansiyasının yaxınlığından yaşadığı Lökbatan qəsəbəsinə müştəri götürmüşdür. O, arabir taksi fəaliyyəti ilə məşğul olmuş, evə qayıdarkən yol pulunu çıxarmaq üçün avtomobilinə başqa şəxsləri götürmüşdür. O, Lökbatan dairəsindən Lökbatan tərəfə hərəkət etmiş, işıqfora qədər 300-400 metr yol olmuşdur. Qəsəbəyə qədər yol daimi açıqdır, o yol həmişə işlək vəziyyətdədir. İşıqfora çatar-çatmaz, işıqforun yanından bir adam qaçaraq maşına tərəf gəlmiş, yolun ortasında dayanmış, o, sağ tərəfə manevr edərək maşını sağa çevirmiş, yoldan çıxmış, buna baxmayaraq həmin şəxsi vurmuşdur. Hadisə zamanı yanında 4 nəfər şəxs olmuş, onlardan 3-ü bir-birinə yaxın qohum olmuşdur. Həmin şəxslərin hər biri müştəri kimi götürdüyü, tanımadığı şəxslər olmuşdur. Şəxsi vurduqdan sonra işıqforu keçib dayanmış, maşından düşüb həmin şəxsin nəbzini yoxlamağa gəlmiş, ona yaxınlaşdıqda onun rənginin avazıdığını hiss etmişdir. O, təcili yardım çağırmış, 3 dəfə ona süni nəfəs vermiş, bundan sonra həmin şəxsin nəbzi bərpa olmuşdur. Bir neçə saniyə sonra həmin şəxsin rəngi yenə solmuş və nəbzi itmişdir. O, həmin vaxt onun keçindiyini hiss etmiş, bundan sonra özünü itirmiş, dostu Elşənə zəng edərək bir nəfəri vurduğunu və onun keçindiyini demişdir. Bir qədər sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda heç bir işlə məşğul deyil, həmin vaxt da işsiz olmuşdur. Lökbatana getdiyi üçün müştəri götürmüşdür. O, 2006-cı ildən etibarən avtomobil idarə edir. Hadisə baş verən yolun hissəsində yol daralır, həmin yol bir az ensizdir. Həmin yoldan 2 yol ayrılır, 1-i işıqfora çatar-çatmaz şəhərə qayıdır, digər yol düz Lökbatan qəsəbəsi istiqamətindədir, işıqfor isə daimi yaşıl işıqdır. Qəza olan hissə adi yolun ölçüsündən dardır, normalda həmin hissə 3 zolaqdır. O, sağ zolaqda hərəkətdə olmuş, ondan sağda bir qədər də boşluq olmuş, lakin ona zolaq demək olmaz. Hadisə baş verən yolda 3-cü maşın yerləşib-yerləşməməsi dəqiq yadında deyil. O, yolun sağı ilə hərəkətdə olarkən solunda 3 zolaqlı bir geri qayıdış yolu olmuş, həmin geri qayıdış yerindən yolu solundan sağına bir şəxs qaçaraq keçmək isgtəmişdir. Avtomobilin sürəti çox olmamış, çünki həmin vaxt “Formula 1” yarışı keçirilən vaxtlar olmuş, maşınlara görə çox sıxlıq olmuşdur. Sürət təxminən 50-60 km/s olmuşdur. Hadisənin baş verdiyi yer yol ayrıcıdır, bərk sürətlə getmək mümkün deyil. Hadisə baş verən yerdə piyada keçidi üçün yer yoxdur, lakin hadisə yerinə çatanadək 2 yerdə piyada keçidi olmuş, biri dayanacağın yanında, digəri isə köhnə avtomat deyilən yerin yanında olmuşdur. O, piyadanı görən vaxt hava qaralmış, tam qaranlıq olmuşdur. Qarşıdan gələn maşınların da işığı birbaşa gözünə düşmüşdür. O, həmin şəxsi o anda görmüşdür ki, sanki o, işığın içindən qaça-qaça çıxmış və dayanmışdır. Həmin şəxs işığın içindən çıxdığı an yolun ortasında olmuşdur. O, həmin şəxsi görəndə aralarında olan məsafəni dəqiq bilmir. O, 17 ildir avtomobil idarə edən adamdır, heç vaxt qəza etməmişdir. O, xarici şirkətlərdə işləmiş, bu şirkətlərin avtomobillərini idarə etmişdir. O, öz şəxsi avtomobilini də 10 ildir ki, özü idarə edir. O, mərhumu görəndə o, qaça-qaça gəlmiş, gəldiyi an ani olaraq dayanmışdır. Orada onların arasında məsafə çox az olmuş, o, danışa-danışa, qərar verənə qədər məsafə tam azalmışdır. Kameradan da görünür ki, həmin şəxs yolun ortasında dayanan kimi o, əyləcə basıb, avtomobili dayandırır, əyləcə basan kimi, manevr edib, maşını sağa verir. O, həmin şəxsin yolun o biri başından qaça-qaça gəldiyini görməmişdir. Orada yol avtomatik olaraq cərgələşir. 1 cərgə geriyə qayıdış üçün qayıdır, 1-ci yol Lökbatan qəsəbəsinə getmək üçündür. Həmin yolun sağ hissəsi bir az dağılmış formadadır, avtomatik olaraq 2 zolağa çevrilir. O, gördüyü vaxt həmin şəxs qaça-qaça gəlmiş, ani bir saniyə dayanmış, o, həmin şəxsi gördüyü an əyləcə basmışdır. Bu, kamera görüntüsündə də görünür, manevr üçün bardurdan da çölə çıxmışdır. Şəxsi görən kimi və ya sağa dönəndən sonra əyləcə basdığını bilmir. O, maşının sol qanadı ilə adama dəymiş, sol qabaq qanad, bir də güzgü ona dəymişdir. Şəxsi vurduqdan sonra onun hara düşdüyün dəqiq bilmir, çünki ilk manevrdə maşını sağa vermişdir. O, mərhumu görəndə elə yolun ortasında olmuş, o da yolun ortasında düşmüşdür. Şəxs bir qədər dayanmış, sonra bir də qaçmış, o, artıq qərarını təzədən dəyişə bilməmiş, artıq gec olmuşdur. Həmin şəxs yolun ortasında dayanmasaydı, o, maşını sola döndərəcəkdi. Həmin şəxs sanki diaqonal şəkildə ona tərəf qaçmışdır. Sağ tərəf boşluq olmuş, o, sağ tərəfdə bardura çıxmış, yəni yoldan çıxmışdır. Onun 2018-ci ildə sürücülük hüququnun məhdudlaşdırılması ödənilməyən cərimə ilə bağlı olmuş, lakin onun bundan heç bir xəbəri olmamışdır. Qaradağ Rayon Məhkəməsinin qərarından xəbəri olmamışdır. O, 10 manat cəriməni hadisədən sonra öyrənib ödəmişdir. O, cinayət işinin materialları ilə tanış olmamış, işin materialları ilə tanış olmaqla bağlı protokola imza atmış, müstəntiq ona sənədləri imzalamasını demişdir. İş materiallarında olan qəbzdəki imza ona məxsus deyil, həmin imzanın kimə məxsus olmasından xəbəri yoxdur. Ailəsi 4 övladı, həyat yoldaşı və anasından ibarətdir. Birlikdə eyni ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, evdən anasını, bacısını götürmüş, Babək prospektində şadlıq sarayına aparmışdır. O, 2006-cı ildən sürücüdür. Şəxsi avtomobilini idarə etmiş, şirkətlərdə işlədiyi müddətdə etibarnamə əsasında verilən şirkət avtomobillərini də idarə etmişdir. Onun sürücülük vəsiqəsi var. Halhazırda da qüvvədədir, indi də sürücülük vəsiqəsi vardır. Ona bu maddənin verilmə səbəbi odur ki, istintaq zamanı aşkarlanmışdır ki, onun sürücülük hüququ 2017-ci ildə 6 ay müddətində məhdudlaşdırılıb. Onun bundan heç bir məlumatı olmamış, heç bir halda ona bildiriş verilməmişdir. O, şəxsi avtomobili ilə Şuşaya qədər getmiş, çox uzun müddət keçməsinə, həmin dövrdən sonra 5 dəfə texniki baxışdan keçməsinə baxmayaraq ona sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat verilməmişdir. O, 2006cı ildən sürücülük vəsiqəsinə sahibdir. O, bu qəzanı törətmiş, şəxsi avtomobili ilə bir ailə başçısının dünyasını dəyişməsinə səbəb olmuş, ehtiyatsızlıqdan da olsa, bu, onun tərəfindən törədilmişdir. Avtomobilin ön faralarına qəza nəticəsində bir şey olmamış, sadəcə sol qanadları və güzgünü dəyişmişdir. Cərimənin miqdarı 10 manat olmuş, məhdudlaşdırılma 10 manatlıq cəriməyə görə verilmişdir. Daha sonra 400 manat cərimələnmiş və vaxtında ödəmişdir. O yol başlayandan, dairədən həmin hadisənin baş verdiyi yerə qədər 2 ədəd zolaqlı piyada keçidi olmuşdur. Lökbatan qəsəbəsindəki həmişə yaşıl işıqfor yanan yer yol ayrıcıdır, piyada keçidi yoxdur. Keçmək istəyən piyada digər keçiddən keçməlidir. O yol ayrıcından sonra yenə beton lövhələrlə yolu ayırıblar, sağdan sola keçmək mümkün deyil. Təxminən istintaqın başlamasından 4 ay keçəndən sonra sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmuşdur. Qəza törədilənədək Qaradağ Rayon Məhkəməsinin qərarından xəbəri olmamışdır. İşin içindəki xəbərdarlıqla onu vəkillər tanış etmişdir. O, rəsmi olaraq iş materiallarında qeyd olunan ünvanda qeydiyyatdadır, lakin orada yaşamamışdır, o ünvan dostunun evidir. O, heç vaxt həmin ünvanda yaşamamışdır. O, bina evimizdəki yaşayış evlərini satdıqdan sonra torpaq alıb ev tikmiş, bir müddət ünvansız qalmış, dostunun evində qeydiyyatdan keçmişdir. Faktiki olaraq hələ də orada qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, mərhum X3 böyük qardaşıdır. O, hadisənin bilavasitə şahidi olmamış, hadisə 2023-cü ilin fevral ayının 25-də baş vermişdir. Qardaşı evdən çıxıb və evə qayıtmamış, o, bunu eşidən kimi Bakı şəhərinə gəlmişdir. O və digər qardaşları polis bölmələrini, xəstəxanaları gəzmiş, fevral ayının 27-də polis bölməsinə məlumat vermişlər. Polis bölməsindən onlara bildirmişlər ki, Hüseyn Qaradağ rayonunda yol qəzasına düşmüşdür. O vaxta qədər qardaşının yol qəzasına düşərək vəfat etməsindən xəbərləri olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur, onlar bir yerdə işləmişlər, eyni məhəllədə qalmışlar. O, hadisənin baş verməsini görməmiş, həmin gün axşam saatlarında o, evdə olan zaman Rövşən ona zəng etmiş, hadisə törətməsi barədə məlumagt vermişdir. O da təxminən 10 dəqiqə ərzində hadisə yerinə çatmış, gedib çatanda təcili tibbi yardım, polis avtomobillərinin orada olduğunu görmüşdür. Mərhum isə yerdə uzanmış, o, artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, 2023-cü ilin fevral ayının 25-də o, oğlu və rəfiqəsi ilə alış-verişə getmiş, evə, yəni Lökbatan qəsəbəsinə qayıdarkən “Sahil” metrosunda təsadüfən təqsirləndirilən şəxsin maşınına minmişlər. Onlar maşında olarkən Binə ticarət mərkəzinin yanında bir nəfər şəxs maşının qabağından keçmiş, həmin şəxs qaçmaq istəmiş, lakin dayanmış, sonra yenə qaçmışdır. O, zərərçəkmiş şəxsi görmüş, sürücünün heç bir günahı olmamışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmnişdir ki, o, maşında sürücünün arxa tərəfində oturmuş, onun yanında rəfiqəsi, rəfiqəsinin yanında isə oğlu oturmuşdur. Sürücü qaçan şəxsi görəndə maşının sürətini azaltmış, həmin şəxsə yolu keçməsi üçün şərait yaratmış, lakin həmin vaxt zərərçəkmiş şəxs də dayanmış, sürücü hərəkət edən zaman həmin şəxs yenidən maşının qabağına qaçmışdır. O, zərərçəkmiş şəxsi görəndə o, artıq yolda olmuşdur. Qəzadan sonra sürücü çox həyəcanlı olmuş, maşını kənara çəkib, həmin şəxsin yanına qaçmışdır. Onlar sürücüyə nömrələrini verərək şahid kimi ifadə verməyə hazır olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X9 ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində Bakı şəhərindən yaşadığı Lökbatan qəsəbəsinə qayıtmışdır. Lökbatan dairəsini keçdikdən sonra Binə ticarət mərkəzinin qarşısında bir xeyli adamın yığışdığını görmüşdür. O, nə baş verdiyini öyrənmək üçün maşını kənara verib saxlamış, adamların yığışdığı yerə yaxınlaşmışdır. Yaxınlaşdıqda bir nəfər kişi cinsindən olan şəxsin yerdə uzandığını görmüşdür. Bir nəfər təxmini 40-45 yaşlarında olan şəxs isə həmin şəxsə süni nəfəs vermişdir. Ətrafdakıların danışığından bilmişdir ki, yerdə uzanan şəxs piyada, həmin şəxsə süni nəfəs verən şəxs isə onu vurmuş avtomobilin sürücüsüdür. O, heç kimin təcili yardıma zəng vurmadığını görüb özünə məxsus ***-***-**-** saylı nömrə ilə 103 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və təcili yardım göndərilməsini istəmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bir qədər sonra isə təcili yardımın həkimləri gəlmişlər və vurulan piyadanın öldüyünü bildirmişlər. Bundan sonra o, oradan çıxıb yaşadığı evə qayıtmışdır. (cild İ, i/v: 103-105) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə saat təxminən saat 19 radələrində Bakı şəhərində “Sahil” metrostansiyasının yaxınlığında olan dayanacaqda rəfiqəsi Yeganə, Yeganənin oğlu Yusif və bir nəfər tanımadığı şəxslə birlikdə Lökbatan qəsəbəsinə gedən “Opel” markalı taksiyə minmişlər. Həmin tanımadığı şəxs qabaq oturacaqda, onlar isə arxa oturacaqda əyləşmişlər. Lökbatan dairəsini və dayanacağı keçdikdən sonra Binə Ticarət Mərkəzinin qarşısında işıqfora çatmamış bir nəfər sərnişinin Binə bazarından Karvan ticarət mərkəzi istiqamətinə qaçdığını görmüşdür. Həmin vaxt sürücü sürəti azaltmışdır. Yolu keçən piyada qəflətən yolun ortasında dayanmış, sərnişini olduğu avtomobilin sürücüsü bunu görüb sağ tərəfdən keçib getmək istəmişdir. Həmin vaxt ani vəziyyətdə piyada yenidən qaçmağa başlamış və sürücü tərəfdən maşına çırpılmışdır. Bundan sonra sürücü özünü itirmiş və qışqırmağa başlamışdır. Təxminən 10-15 metr qabaqda sürücü maşını saxlayıb dərhal piyadaya tərəf qaçmışdır. Onlar da maşından düşüb yaxınlaşmışlar. Sürücü yerdə qalan piyadaya kömək göstərməyə çalışmış və bir neçə dəfə həmin şəxsə süni nəfəs verib ürək masajı etmişdir. Onlar isə kənarda durmuşlar. Bir qədər sonra həmin şəxs keçinmişdir. Daha sonra onlar sürücüyə nömrələrini vermişlər ki, lazım olsa şahid kimi ifadə verə bilərlər. Bundan sonra onlar avtobusa minib yaşadıqları evə qayıtmışlar. (cild İ, i/v: 95-97) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 fevral 2023-cü il tarixdə saat təxminən saat 19 radələrində Bakı şəhərində Sahil metrostansiyasının yaxınlığında olan dayanacaqda anası, anasının rəfiqəsi Samirə və bir nəfər tanımadığı şəxslə birlikdə Lökbatan qəsəbəsinə gedən “Opel” markalı taksiyə minmşdir. Həmin tanımadığı şəxs qabaq oturacaqda, onlar isə arxa oturacaqda əyləşmişlər. Avtomobil təxminən Bayıl qəsəbəsi yaxınlığında olanda o, yorğun olduğu üçün yuxuya getmişdir. Bir neçə dəqiqədən sonra qəflətən qışqırıq səsi gəldiyi üçün ayılmış və sürücünün avtomobili yolun kənarında saxlayıb maşından düşdüyünü görmüşdür. O, anası və digərləri ilə birlikdə maşından düşəndə bilmişdir ki, sərnişini olduğu maşının sürücüsü piyadanı vurmuşdur. Dərhal onların olduğu avtomobilin sürücüsü yerdə qalan piyadaya köməyə getmişdir. Onlar bir qədər kənarda durmuşlar. Sürücü yerdə qalan piyadaya kömək etsə də, özü də pis vəziyyətdə olmuşdur. Onlar sürücüyə nömrələrini vermişlər ki, lazım olsa şahid kimi ifadə verə bilərlər. Bundan sonra onlar avtobusa minib yaşadıqları evə qayıtmışlar. (cild İ, i/v: 63-65) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: - Qaradağ RPİ-nin Növbətçi Hissəsinin 25 fevral 2023-cü il tarixli raportdan görünür ki, 25 fevral 2023-cü il tarixdə saat 19.46-da DİN-nin 102 xidmətindən daxil olan məlumatda göstərilmişdir ki, X7 TM-nin qarşısında avtomaşının piyadanı vurması və ölməsini bildirmişdir. (cild İ, səh. 3). - Yol-nəqliyyat hadisəsi yerinə baxış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan yolu küçəsi Binə TM-nin qarşısıdır. Hadisə yerində təxminən 45-50 yaşlarında dolu bədənli tünd rəngli şalvar, qara-göy xətli köynək və qara rəngli gödəkcədə kişi meyiti var, meyitin burun və alın hissəsində xəsarət və qan izləri görünür. Meyitdən 15 metr irəlidə yolayrıcı və işıqfor var. Meyitdən arxada və irəlidə əyləc izi aşkar edilmədi. Meyitin olduğu yerdən 8 metr arxada “Dayanma qadağandır” işarəsi var. Meyitin olduğu yerin yol kənarında avtomobilə məxsus sol güzgünün qırıntısı var. Meyitdən təxminən 40 metr irəlidə sol ön qanadı və sol ön güzgüsü əzilmiş vəziyyətdə **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Yola baxış keçirdikdə müəyyən olunmuşdur ki, yol asfalt örtüklü, düz və qurudur. Yol işıqlandırılmır, yolun iki hərəkət istiqamətini daş arakəsmələr ayırır. Yolun hərəkət hissələri 3 və 2 zolaqdan ibarət olmaqla 5 zolaqlı yoldur. Hər zolağın eni 4 metr olmaqla, yolun ümumi eni 20.60 metr təşkil edir. Lökbatan qəsəbəsi istiqamətində zolaqların sayı 2, həmin hissənin eni 8 metrdir. Hərəkət surəti saatda 60 km/s müəyyən edilmişdir. (cild İ, i/v: 4-10) - Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus “Opel Astra” markalı **-DO-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sol yan güzgüsünün sınmış vəziyyətdə sallanması, bundan başqa avtomobilin sol ön qanadında 30 sm enində batıq formalaşması, sükan və idarə sisteminin, tormoz sisteminin texniki cəhətdən saz vəziyyətdə olması, işıq sistemi və hər təkərin şinində havanın təzyiqinin normal vəziyyətdə olması müəyyən edilmişdir. (cild İ, i/v: 11-15) - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/6109 nömrəli, 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar olunmamış, yəni ayıq vəziyyətdə olmuşdur. (cild İ, i/v: 25) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AC 529396 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 6 (altı) ay xx.xx.2018-ci il tarixədək məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. (cild İ, i/v: 90) - İş üzrə DİN-in X13 etmə Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-3/2- 3811/2023 nömrəli məktubla daxil olmuş DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisi X6 iştirakları ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntünün 05:32 dəqiqəsində tünd rəngli minik maşını görüntüyə daxil olur, Təqsirləndirilən şəxs həmin avtomobilin idarə etdiyi “Opel” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bildirdi. Daha sonra görüntünün 05:47 dəqiqəsində avtomobil qəflətən hadisədən yayınmaq üçün manevr edir, 05:56 dəqiqəsində isə bir qədər irəlidə avtomobil dayanır. Görüntü keyfiyyətsiz olduğundan piyadanın hərəkətini müəyyən etmək mümkün olmur. Hadisənin konkret olaraq baş vermə mexanizmi tam görünmür. (cild İ, i/v: 200). - “Respublika Narkoloji Mərkəzi” X17 1513 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində narkotik maddələr aşkar olunmamışdır. (cild İ, i/v: 124) - Məhkəmə-tibbi ekspertizasının 27 fevral 2023-cü il tarixli 21 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər: - baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, döş qəfəsinin hər iki orta qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğalarının sınıqları, sağ körpücük sümüyünün, sağ said sümüyünün yuxarı 1/3-nin, sağ baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, başın alın, başın sol gicgah, burun, alt dodaq, alt çənə, qarnın sol yan səthi, hər iki diz oynağı, sağ ayaq pəncəsi və sağ sağrı nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan avtomaşının vurması nəticəsində törənmişlər, ölümlə ilə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur.

3. Meyit əlamətlərinin inkişafına dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə saat 07:50-da başlamışdır) 36-40 saat əvvəl baş vermişdir.

4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild İ, i/v: 133- 139) - Kompleks məhkəmə yol-nəqliyyat hadisələri və video ekspertizası üzrə 03 may 2023-cü il tarixli 8/988-4/554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “TŞ11-028 3-2023-02-25_19h20min00s000ms” adlı videoyazıda montaj əlamətləri müəyyən olunmadı. Videoyazıda, digər dəyişikliklərin, o cümlədən görüntülərin fıltrləşməyə məruz qalıb-qalmamasını videoyazı ilkin olmadığından müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş “TŞ11-028 3-2023-02-25_19h20min00s000ms” adlı videoyazıdakı görüntülərin keyfiyyəti “Opel Astra” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin konturlarının və tədqiqatı tələb olunan vizual hadisənin aydın təsvirinin müəyyən olunması üçün yararsız olduğundan videoyazıya görə “Opel Astra” markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmadı. İstintaq tərəfindən verilən məlumatlara əsasən “Opel Astra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (cild İ, i/v: 142-145). - İstintaq orqanının 16 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, kompleks məhkəmə yol-nəqliyyat hadisələri və video ekspertizası üzrə 03 may 2023-cü il tarixli 8/988-4/554 nömrəli rəyinin nəticə hissəsinin 2-ci bəndində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı texniki səhv nəticəsində **-CV-*** kimi yazılması nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, yolnəqliyyat hadisəsi törətməsinin törədilməsində təqsirli olsa da, sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatlı olmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qeyd olunan xüsusatla bağlı məhkəmə kifayət qədər araşdırma aparmış və əldə edilmiş materiallarla müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-130/2018 nömrəli 26 yanvar 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmənin sorğusuna əsasən Qaradağ rayon Məhkəməsindən daxil olmuş 19 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-130/2018 nömrəli 26 yanvar 2018-ci il tarixli qərarının surəti Təqsirləndirilən şəxs rəsmi qaydada göndərilsə də, həmin qərarın Təqsirləndirilən şəxs tərəfindən alınmasına dair xəbərnamə iş materiallarında aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3 (002)-130/2018 nömrəli 10 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-130/2018 saylı, 26 yanvar 2018-ci il tarixli qərarının icrasına xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmənin qanuni qüvvəsini almış və ləğv olunmamış qərarı mövcud olduğundan təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərardan xəbərdar olduqdan sonra da həmin qərarı mübahisələndirməmiş, həmin qərar hazırda da qanuni qüvvəsindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətfiyindən onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild İ, i/v: 121) Bununla belə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbir seçilmiş və qeyd olunan cinayət işinin istintaqı hal-hazırda da davam etdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə ali təhsili olmasını və himayəsində olan azyaşlı övladı Eyyubov Kamal Rövşən oğlunun sağlamlıq imkanlarının məhdud olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamələrin və arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 may 2005-ci təvəllüdlü X10, 07 avqust 2008-ci il təvəllüdlü X14, 21 fevral 2013-cü il təvəllüdlü X11 və 28 fevral 2027-ci il təvəllüdlü Eyyubov Kamal Rövşən oğlu adlı dörd övladı var. Həmçinin müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs azyaşlı oğlu Eyyubov Kamal Rövşən oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün gün ona təyin edilmiş cəzadan çıxılmalı, cəza çəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasına tədqiq olunmuş “şübhəli şəxsin tutulması haqqında” 26 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i/v: 36-37). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmiş (cild İ, i/v: 50), 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İ, i/v: 209). Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 150 (bir yüz əlli) manat (cild İ, i/v: 141) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri –150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar