Məhkəmə qərarları › İş №1(101)-429/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2020

16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2020 16.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşımaqla saxlamış və qanunsuz olaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi – 250,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi - 175,608 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, külli miqdarda ümumi təmiz çəkisi - 50,075 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 0,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozuna daşıyaraq yaşadığı nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə gizlətməklə saxlamış, 11 oktyabr 2019-cu il tarixdə, saat 10:00 radələrində əldə edərək özündə saxladığı narkotik vasitə heroinin 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,215 qram təşkil edən bir hissəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşadığı evin yaxınlığında Şahid8 qanunsuz olaraq 10 manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında həmin gün saat 15 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid8 yaxalandıqdan sonra üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs aldığını bildirdiyi məlumat əsasında 11 oktyabr 2019-cu il tarixdə saat 16:30 radələrində Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz ferdi evində aparılan baxış zamanı həyətində olan köməkçi tikilidə soğan yığılmış yeşiklərin birində soğanların altında gizlətdiyi ağ rəngli sellofanda olan qeyd olunan narkotik vasitənin qalan hissəsi, 01 ədəd göy rəngli sellofan kəsiyi bükümündə - 247,575 qram çəkidə, 03 ədəd şəffaf sellofan bükümdə - ayrı-ayrılıqda təmiz çəkiləri 0,816 qram, 0,891 qram, 0,778 qram, ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən təmiz çəkisi 250,060 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə - ayrı-ayrılıqda təmiz çəkiləri 15,130 qram və 160,478 qram, ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən təmiz çəkisi 175,608 qram olan, yəni külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə - təmiz çəkisi 49,978 qram və 01 ədəd qara rəngli kağız bükümdə - təmiz çəkisi 0,097 qram, ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən təmiz çəkisi 50,075 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, bir ədəd konfet kağız bükülüdə olan təmiz çəkisi 0,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroinin və tiryəkin izləri olan elektron tərəzi və içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 (üç) ədəd borucuqlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır və əkinçilklə məşğul olub ailəsini dolandırmışdır. Təxminən 15 il olar ki, öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Sonuncu dəfə həbs olunmazdan 2 ay öncə Suraxanı rayonunda təsadüfən tanış olduğu şəxsdən xatırlamadığı pul müqabilində narkotik vasitə heroin (kakos), narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitələri özü ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən evinə aparmışdır. Həmin narkotikləri həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən köməkçi tikilidə plastik yeşiklərdə olan soğanların arasında gizlətmiş, narkotik vasitə lazım olduqca oradan götürüb istifadə etmişdir. 11 oktyabr 2019-cu il tarixdə, saat 10:00 radələrində qonşuluqda yaşayan Şahid8 onun həyətində işləyərkən ondan narkotik vasitə istəmiş, o, Elşənə narkotik vasitə heroindən siqaretin gümüşü kağızına bir qədər qoyub vermişdir. Elə həmin gün, yəni 11 oktyabr 2019-cu il tarixdə, saat 15 radələrində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsində ona bildirmişlər ki, qanunsuz olaraq narkotik vaistələrinin satışı ilə məşğul olur. Sonra onu şübhəli şəxs qismində tutmuşlar. İzahatı alınarkən baş verənləri olduğu kimi polis əməkdaşlarına danışmışdır. Daha sonra özünün razılığı və müdafiəçisinin iştirakı ilə polis əməkdaşları onun yaşadığı ünvana, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi evə baxış keçirən zaman həyətinin giriş hissəsindən sağ tərəfdə yerləşən köməkçi tikilidə plastik yeşiklərdə olan soğanların altında gizlətdiyi ağ rəngli sellofanı və içərisində narkotik vasitə olan heroin, narkotik vasitə tiryək, psixotrop maddə mefamfetamin, elektron tərəzi, narkotik vasitə istifadəsi zamanı istifadə etdiyi 02 ədəd kağız və 01 ədəd plastik borucuğu polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisindən 01 ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş böyük ölçülü bükümdə narkotik vasitə heroin, 02 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə tiryək, 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükülmüş psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 01 ədəd «Winston» markalı siqaret qutusunun içərisində - 02 ədəd kağız və 01 ədəd plastikdən nazik borucuqlar, 01 ədəd konfet kağızına bükülmüş toxuma bənzər kütlə, 01 ədəd qara rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin, 03 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bükümdə narkotik vasitə heroin, 01 ədəd alışqan aşkar olunmuşdur. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, narkotik vasitəni Elşənə pulsuz vermişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhər, Xəzər RPİ-nin 3-cü Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ifadəsində bildirmişdir ki, 11 oktyabr 2019-cu il tarixdə alınmış əməliyyat məlumatdan məlum olmuşdur ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Şahid8 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. O və digər polis əməkdaşı Şahid1 ilə birlikdə Şahid8 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədilə 11 oktyabr 2019-cu il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində Şahid8 saxlayaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Şahid8 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, onun əynində olan ağ-göy rəngli cins şalvarının sağ cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümdə olan açıq qəhvəyi rəngli maddə aşkar edilmişdir. Şahid8 aşkar olunmuş maddənin narkotik vasitə heroin olmasını, narkotik vasitəni öz istifadəsi üçün 11 oktyabr 2019-cu il tarixdə, Elsevər adlı tanışından 10 manata aldığını bildirmişdir. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Şahid8 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan açıq qəhvəyi rəngli maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, Xəzər RPİ-nin 3-cü Polis bölməsində sahə rəisi vəzifəsində işləyir. 11 oktyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbirinin davamı olaraq məlum olmuşdur ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur və şübhəli şəxs qismində saxlanılmış Şahid8 üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitəni Elşənə o, vermişdir. Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Xəzər RPİ-nin 3-cü polis bölməsinə gətirilmiş, orada ona vəkil təqdim edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs verdiyi izahatında etiraf edərək bildirmişdir ki, Elşənin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Elşənə o vermişdir. Həmçinin etiraf edib bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə saxlayır. Daha sonra Təqsirləndirilən şəxs ərizə yazaraq polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə yaşadığı evin həyətindəki narkotik vasitələri gizlətdiyi tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətdiyi yeri təqdim etmişdir. Təqsirləndirilən şəxs həyətində olan tikilinin içərisindəki soğan yığılmış yeşiklərin birində soğanların altında gizlətdiyi ağ rəngli sellofanın içərisində 01 ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş böyük ölçülü bükümdə narkotik vasitə heroinə (kakosa) bənzər qəhvəyi rəngli maddəni, 02 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş biri böyük və biri kiçik ölçülü bükümdə olmaqla narkotik vasitə tiryəkə bənzər tünd qəhvəyi rəngli maddəni, 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli kristal şəkilli maddəni, 01 ədəd üzərində «Pocket Scale» yazısı olan qutusu ilə birlikdə elektron tərəzini, 01 ədəd «Winston» markalı siqaret qutusunun içərisində - 02 ədəd kağız və 01 ədəd plastikdən nazik borucuqları, 01 ədəd konfet kağızına bükülmüş toxuma bənzər kütləni, 01 ədəd qara rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli kütləni, 03 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bükümdə narkotik vasitə heroinə (kakosa) bənzər qəhvəyi rəngli maddəni, 01 ədəd üzərində «Facebook» yazısı olan qara rəngli alışqanı təqdim etmiş və həmin maddələr müstəntiq tərəfindən götürülmüşdür. Baxış keçirilərkən video çəkiliş aparılmış, bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və baxış zamanı götürülmüş narkotik vasitələr və əşyalar qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid5, Şahid4, Şahid6 və məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid7 da Şahid3 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar. Özü fərdi qaydada tikinti işləri ilə məşğul olur. 11 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evin həyətyanı sahəsində işləyərkən həyətin giriş hissəsindən sağ tərəfdə yerləşən köməkçi tikilidə plastik yeşiklərdə olan soğanların arasında gizlədilmiş narkotik vasitə olan heroindən Elsəvərdən gizlin olaraq götürüb istifadə etmiş, gümüşü kağıza bükülmüş 01 bükümü heroini şalvarının cibinə qoymuşdur ki, ağrıları olanda həmin narkotik vasitədən istifadə etsin. Elə həmin gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən «Ülvi» inşaat mağazasının yaxınlığında olarkən polis əməkdaşları onu saxlayraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə üzərindən narkotik vasitə aşkar olunmuş, sorğu-sual olunarkən həmin narkotik vasitəni Elsəvərin həyətindən gizli götürdüyünü etiraf etmişdir. Şahid8 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi və iş materiallarında olan ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. Bir neçə müddətbir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni əvvəldən tanıdığı və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs alır. Sonuncu dəfə 11 oktyabr 2019-cu il tarixdə öz istifadəsi üçün Elsevərdən 10 manat müqabilində siqaretin gümüşü kağızına bükülmüş 01 büküm narkotik vasitə olan heroin almış və əynində olan ağ-göy rəngli şalvarının sağ cibinə qoymuşdur ki, ağrıları olanda həmin narkotik vasitədən istifadə edər. Elə həmin gün, yəni 11 oktyabr 2019-cu il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən «Ülvi» inşaat mağazasının yaxınlığında olarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrdən istifadə etməyi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis Bölməsinə gətirilmiş, ona cinayət prosessual qanunvericiliyinin tələbldərinə əsasən müdafiəçi təqdim edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Xəzər RPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Anar Hacıyev tərəfindən onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra o, əynində olan ağ-göy rəngli cins şalvarının sağ cibinə qoyduğu siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edərək bildirmişdir ki, ibtidai istintaq zamanı həmin ifadələr onun adından müstəntiq tərəfində yazılmış, o da ifadələri oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Şahid8 narkotik vasitəni satmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Cinayət işinin materiallarında olan 11.10.2019-cu il tarixli raportdan, şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi protokolundan məlum olur ki, şübhəli şəxs qismində saxlanlmış Şahid8 ondan aşkar olunan narkotik vasitə heroini tanışı x2 aldığını etiraf etmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 11.10.2019-cu il tarixli protokoldan məlum olur ki, x3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirmək və maddi sübutun götürülməsi barədə 11 oktyabr 2019-cu il tarixli protokoldan, cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş vidiogörüntüdən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evində yerləşən həyətyanı sahəsində giriş darvazasından sağ tərəfdə yerləşən köməkçi tikiliyə baxış keçirilmiş və baxış zamanı köməkçi tikilidə yerləşən soğan yığılmış plastik yeşiklərdən birində 01 ədəd ağ rəngli sellofanın içərisində 01 ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş böyük ölçülü bükümdə narkotik vasitə heroinə (kakosa) bənzər açıq qəhvəyi rəngli maddə, 02 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş biri böyük və biri kiçik ölçülü bükümdə olmaqla narkotik vasitə tiryəkə bənzər tünd qəhvəyi rəngli maddə, 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli kristal şəkilli maddə, 01 ədəd üzərində «Pocket Scale» yazısı olan qutusu ilə birlikdə elektron tərəzi; 01 ədəd «Winston» markalı siqaret qutusunun içərisində - 02 ədəd kağız və 01 ədəd plastikdən nazik borucuqlar, 01 ədəd konfet kağızına bükülmüş toxuma bənzər kütlə, 01 ədəd qara rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli kütlə, 03 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bükümdə narkotik vasitə heroinə (kakosa) bənzər qəhvəyi rəngli maddə, 01 ədəd üzərində «Facebook» yazısı olan qara rəngli alışqan götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2019-cu il tarixli 25636 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs: Şahid8” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2019-cu il tarixli 25637 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evin saxlanc yerindən götürülmüş maddi sübut” yazısı olan zərfdəki: -4 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 250,060 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; -2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 175,608 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir və həmin tiryəklər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 50,075 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd bükümdə olan heroinlər vət. Şahid8 götürülmüş 1 (bir) ədəd bükümdəki heroinlə (25636 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2019-cu il tarixli, 2600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2019-cu il tarixli 26732 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd paketdəki üzərində “Pocket Scaqle” yazısı olan qutuda olan elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin, tiryəkin və 3 (üç) ədəd borucuqların içərisində narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Lakin narkotik və psixotrop maddələr iz şəklində olduğu üçün 11 oktyabr 2019-cu il tarixli 25637 saylı rəylə göstərilən heroinlə, tiryəklə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmin paketdə olan bir ədəd alışqanın üzərində narkotik və psixotrop maddələrin izləri yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 noyabr 2019-cu il tarixli 26731saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş bir ədəd konfet kağız bükülüdə olan təmiz çəkisi 0,19 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 12.10.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11 oktyabr 2019-cu il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə Nümayəndəliyinin arayışından məlum olur ki, Esevər Nurəliyev həyat yoldaşı Aliyə Süleymanova, oğlu Sübhan Nurəliyev, qızı Mehriban Nurəliyeva, bacısı Aynurə Nurəliyeva ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatdadırlar və həmin ünvanda yaşamışlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş 250,060 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 175,608 qram maddi çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 50,075 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,19 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroinin və tiryəkin izləri olan elektron tərəzi və içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 (üç) ədəd borucuqlar maddi sübut kimi tanınmış və hazırkı çəkiləri 249,860 qram, 175,308 qram, 49,925 qram, 0,17 qram olan narkotik vasitələr saxlanılması üçün DİN-nin Bakı şəhər Xəzər RPİ-ə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evində yerləşən həyətyanı sahəyə baxış keçirmək və maddi sübutun götürülməsi barədə vidiogörüntülər olan «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmaması, Şahid8 narkotik vasitəni pulsuz verməsi kimi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının CMnin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində tamah niyyəti cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuşdur və məhkəmə hesab edir ki, bu mənada tamah niyyəti təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edilməməlidir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 250,060 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 175,608 qram maddi çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 50,075 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,19 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroinin və tiryəkin izləri olan elektron tərəzi və içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 (üç) ədəd borucuqlar maddi sübut kimi tanınmış və hazırkı çəkiləri 249,860 qram, 175,308 qram, 49,925 qram, 0,17 qram olan narkotik vasitələr məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evində yerləşən həyətyanı sahəyə baxış keçirmək və maddi sübutun götürülməsi barədə vidiogörüntülər olan «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili x4 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 11 oktyabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş hazırkı çəkiləri 249,860 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 175,308 qram maddi çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 49,925 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,17 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroinin və tiryəkin izləri olan elektron tərəzi və içərisində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 3 (üç) ədəd borucuqlar məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evində yerləşən həyətyanı sahəyə baxış keçirmək və maddi sübutun götürülməsi barədə vidiogörüntülər olan «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili x4 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar