Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 68, mənzil 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 10,997qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd elektron tərəzini əldə edib üzərində saxlamaqla daşımış, 26 avqust 2021-ci iltarixdə saat 22:00 radələrində DİNin BNMİ-nin əməkdaşlarının əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 69 “B”-nin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nin ünvan 1 ünvanda yerləşən inzibati binasına aparılmış, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki mavi rəngli donun sol yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 10,997 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, cinsi azlıqlara aid olmaqla narkotik vasitələrin aludəçisidir, narkotik vasitəni əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl əvvəlcədən təyin edilmiş yerdən, yəni Bakı şəhəri, Yasamal rayonu ərazisindən həmin yerə 147 manat qoymaqla öz şəxsi istifadəsi və tanışlarına hədiyyə etmək məqsədi ilə götürmüşdür. 26 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-yə dəvət etmişlər. Burada təhqiqatçı müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmış, axtarış aparılmamışdan öncə təhqiqatçı üzərində hər hansı qanunsuz əşya varsa masanın üzərinə qoymasını təklif etmişdir. O da buna etiraz etmədən əynində olan şortikin sol yan cibindən 1 büküm psixotrop maddə olan metafetamini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Bundan savayı üzərində olan bir ədəd Samsung markalı mobil telefon, 2 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********999493 nömrəli, **********874140 nömrəli, **********404740 nömrəli, **********419229 nömrəli, **********623525 nömrəli plastik kartları da təqdim etmişdir. Təqdim etdiyi metafetamin elektron tərəzidə çəkildikdə çəkisinin 11,64 qram olduğu müəyyən edilmişdir. Həmin büküm və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərinə o və digər iştirakçılar imzalarını qoymuşlar. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir “Samsung” markalı mobil telefonu, ona məxsus şəxsiyyət vəsiqəsi və **********999493, **********874140, **********404740, **********419229, **********623525 nömrəli plastik kartlar götürülmüş, üzərində olan 2 manat pul isə özünə qaytarılmışdır. O verilən suallara cavab olaraq könüllü etiraf etmişdir ki, üzərindən aşkar olunmuş metafetamini Rza adlı iranlıdan əldə etmiş, metafetaminin istifadəsində lazım olan elektron tərəzinin özünə məxsus olduğunu, həmin metafetamini dostları və intim əlaqədə olduqları şəxslərlə birlikdə istifadə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri ona elan edilmiş, həmin ifadələrdə etdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda məhkəmə iclas zalında gördüyü Təqsirləndirilən şəxs Nata adı ilə transgender kimi tanımış, onunla sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. O, özü bərbər salonunda stilist işləyir, Təqsirləndirilən şəxs saçını bir neçə dəfə düzəltdirmişdir. Bundan sonra Fariqovla yaxın münasibətləri yaranmış, bu münasibətlər yarandıqdan sonra bilmişdir ki, Fariqov patı kimi tanıdığı metafetamin istifadə edir və satır. O Fariqovdan 20 manatlıq və 30 manatlıq patı əldə edərək istifadə etmişdir. O patını Təqsirləndirilən şəxs yaşadığı evinə gedərək əldə etmiş, aldığı patının pulunu bir dəfə Fariqovun kartına köçürmüş, digər hallarda isə pulu Fariqova əlbəəl vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs Nata adı ilə cinsi azlıqların nümayəndəsi kimi sosial şəbəkə vasitəsi ilə tanımışdır. Fariqovla olan telefon yazışmaları narkotik vasitələrin əldə edilməsi ilə bağlı olsa da ondan narkotik vasitə və yaxud psixotrop maddə əldə etməmişdir. O, Fariqovla yalnız cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 26.08.2021-ci il tarixdə ona etibarlı mənbədən məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 69 B, mənzil 44-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğuldur. Həmçinin məlumatda bildirilmişdir ki, Təqsirləndirilən şəxs cinsi azlıqlara məxsus olmaqla zahiri görkəmi və geyiminə görə qadına bənzəyir. Məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyə verdiyi rəsmi məlumat əsasında rəhbərlik tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq qərara əsasən qrupun rəhbəri o, üzvü isə həmkarı Şahid6 təyin edilmişlər. Tədbirdən öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanı müşahidəyə götürmüşlər, həmin tarixdə saat 22 radələrində evindən küçəyə çıxan, yerişinə və davranışına görə narkotik sərxoşluğu halında olduğuna oxşar qadın geyimində, yəni yay vaxtı olduğu üçün şortik və köynəkdə olan və zahirən qadına oxşar X4 yaxınlaşaraq özlərini təqdim etməklə onun da özünü təqdim etməsini bildirmişlər. Bu zaman Fariqov bildirmişdir ki, o, Fariqov Məhərrəm Rəcəb oğludur və çıxdığı binanın 44 saylı mənzilində yaşayır. Ona bildirmişlər ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir və onlarla birlikdə idarəyə getməlidir. Təqsirləndirilən şəxs müqavimət göstərmədən könüllü olaraq onlarla birlikdə idarəyə getmişdir. Artıq hadisədən çox vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs əlində hər hansı bir çantanın olub-olmadığını xatırlamır. Lakin xatırlayır ki, idarədə təhqiqatçı Nizami Omarova Təqsirləndirilən şəxs təhvil verdikdə və təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə onun əlində hər hansı bir əşya olmamışdır. Psixotrop maddə olan metafetamin isə sonuncu əynində olan şortikin cibindən çıxarıb təqdim etmişdir. Həmçinin onu da xatırlayır ki, Təqsirləndirilən şəxs üzərindən elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində deyil, yaşadığı binanın qarşısında saxlanılmış və idarəyə aparılmışdır, ona qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Onu idarəyə gətirdikdə isə raportla təhqiqatçıya təqdim etmiş və bundan sonrakı bütün prosessual hərəkətləri təhqiqatçı həyata keçirmiş, o və həmkarı Şahid6 isə yalnız baxışda iştirak etmişlər. Baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxışın nəticəsinə dair tərtib olunmuş protokolu bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs da sərbəst və könüllü olaraq imzalamışlar. Təqsirləndirilən şəxs təqdim etdiyi və psixotrop maddəyə bənzər əşya təxminən 11 qrama yaxın olardı. Bunu ona görə xatırlayır ki, təhqiqatçı həmin maddəni elektron tərəzidə çəkmiş və zərfə qoyaraq möhürləmiş və imzalarla təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərindən 2 manat pulun, bir ədəd Samsung markalı mobil telefonun və bir neçə ədəd bank kartlarının aşkar edilməsini yuxarıda göstərdiyi kimi tədbirdən artıq bir neçə ay keçdiyi və bu müddət ərzində bu tədbirə bənzər çox saylı tədbirlərin iştirakçısı olduğu üçün dəqiq xatırlamır, lakin Təqsirləndirilən şəxs üzərinə baxış protokolunda əks olunmuş bütün halları və müstəntiqə verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid6 şahid qismində dindirilmiş həmkarı Şahid5un ifadəsini tam təsdiq edərək göstərmişdir ki, həmkarı Şahid5 daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanılmış və idarəyə gətirilərək təhqiqatçıya təqdim edilmiş, təhqiqatçının dəvət etdiyi müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə onun və Şahid5 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış prosesində Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan paltarın cibindən bir büküm psixotrop maddə olan metafetaminə bənzər kütləni təqdim etmiş, həmçinin onun üzərindən bir ədəd elektron tərəzi də aşkar edilmişdir. Tərtib olunmuş protokolda göstərilən bütün haları və müstəntiqə verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, həmin mobil nömrəni 10 ildir istifadə edir. Həmin mobil nömrənin vatsapıda ondadır. O Mikanı əvvəl işlədiyi gözəllik salonundan tanıyıb. Həmin gözəllik salonundan münasibəti yaranıb. Sonradan o bilib ki, Mika narkotik vasitə patı satır. Həmin ərəfələr yəni 2021-ci ilin yanvar ayından o Mikadan patı almağa başlayıb. O patının qramını Mikadan 60 manata alırmış. O Mikadan təxminən 3-4 dəfə patı alıbmış. O patını onun yaşadığı evdən gedib götürürmüş. Hal-hazırda onun telefonunda onun olan yazışmasına baxıb. Həmin səsli mesajlar ona məxsusdur. Oradakı bütün yazışmalar Mika ilə onun arasında olan yazışmalardır. O hər dəfə patı alanda pulu Mikanın bank kartına öz kartı ilə atırmış. O burada bilib ki, Mikanın əsl adı Təqsirləndirilən şəxsdur. O Məhərrəmi əvvəllər qadın bilirmiş. Məhərrəm özünü ona Mika adlı xanım kimi təqdim edibmiş. O biləndəki Məhərrəm transdır ondan uzaqlaşıb və patını ondan almayıb. O 5 aydır narkotik vasitələrin heç birini qəbul etmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o Natanı digər tanışlarının vasitəsi ilə tanıyıb. Nata ilə münasibəti yarandıqdan sonra Nata ona deyib ki, patı satır, istəsə ona deyə bilər. Həmin vaxtlar yəni 2020-ci ildə o patı istifadə etdiyi üçün Natadan patı almaq qərarına gəlib. O 2020-ci il tarixdə Natadan 2-3 dəfə patı alıb. Bir neçə dəfə Natanın yaşadığı evdə onunla birlikdə patı çəkib. O patının hər bir qramına görə Nataya 70 manat pul verirmiş. Patının pullarını nəğd və Nataya məxsus bank kartına köçürməklə ödəyib. O hal-hazırda narkotik vasitə qəbul etmir. O Natanın əsl adının Təqsirləndirilən şəxs olduğunu indi bilib. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 26.08.2021-cİ il tarixli raportdan müəyyən olunur ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 26 avqust 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkilişlə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli donun sol yan cibindən bir ədəd səffaf bükümdə psixitrop maddə olan metamfetamini və bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin maddə və elektron tərəzi özünə məxsusdur, həmin kütləni dörd gün əvvəl tanımadığı İran vətəndaşından 147 manata öz istifadəsi və tanışlarına hədiyyə etmək üçün almışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 11.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Səbail rayon məhkəməsinin 28.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2021-ci il tarixli, 6/3727 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində: “Şübhəli Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd elektron tərəzi və 1 bükümdə psixotrop maddə” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,997 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir və bir ədəd “qara” rəngli elektron tərəzinin üzərində metafetaminin izləri vardır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 25.10.2021-ci il tarixli, 4133 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 06.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülümüş “Samsung” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif nömrələrlə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar şübhəli məzmunlu sms yazışmalarının aparılması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «Respublika Psixiatriya Xəstəxanası» X9 7761 saylı, 14.09.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məluatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 saylı, 25.11.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcəli əlildir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında» 30.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan 10,897 metamfetamin, bir ədəd elektron tərəzi və bir ədəd “Samsung” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 26 avqust 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Səbail RPİ-də saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan - 10,897 metafetamin, bir ədəd elektron tərəzi məhv edilməli və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı və 02 CD disklər cinayət işinin materiallarında saxlanılmaldır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı "Narko«ik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkamanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkamanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlunun İİİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 240 (iki yüz qırx manat) pul Bakı şəhər 20 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail RPİ-də saxlanılan ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalan - 10,897 metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın və 02 CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul Bakı şəhər 20 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-429/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver