Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2023 18.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14 : 20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Çaparidze küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «İlqar» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 3687,521 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 4265 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «İlqar» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroindən bir ədəd bükümdə 27,521 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 üzərində, qalan narkotik vasitə və psixotrop maddələri isə Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağında saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 02:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı- Sumqayıt şossesinin 6-cı kilometrliyində “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq həmin avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və orada 28 iyul 2022-ci il tarixdə saat 04:20-dən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 27,521 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 28 iyul 2022-ci il tarixdə saat 05:00-dan etibarən Baş Narkotiklərlə Mübariz İdarəsinin əməkdaşları tərəfindən həmin idarənin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icazələri və birlikdə iştirakları ilə sonuncunun idarə etdiyi “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağında saxlamaqla daşıdıqları bir ədəd qara rəngli sellofon torbadan 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 750 qram, 950 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 3660 qram həm öz aralarında, həm də üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1935 qram və 2330 qram olmaqla ümumi çəkisi 4265 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «İlqar» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «İlqar» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 3687,521 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 4265 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Araz Zülfüqarova məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «İlqar» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroindən bir ədəd bükümdə 27,521 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 üzərində, qalan narkotik vasitə və psixotrop maddələri isə Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi “Daewoo” markalı, **- GB-*** qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağında saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 02:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyində “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında saxlanılaraq həmin avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və orada 28 iyul 2022-ci il tarixdə saat 04:20-dən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 27,521 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 28 iyul 2022-ci il tarixdə saat 05:00-dan etibarən Baş Narkotiklərlə Mübariz İdarəsinin əməkdaşları tərəfindən həmin idarənin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icazələri və birlikdə iştirakları ilə sonuncunun idarə etdiyi “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağında saxlamaqla daşıdıqları bir ədəd qara rəngli sellofon torbadan 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 750 qram, 950 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 3660 qram həm öz aralarında, həm də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1935 qram və 2330 qram olmaqla ümumi çəkisi 4265 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini əsasən İlqar adlı şəxsdən şəxsi istifadə üçün əldə etmişdir. İlqarla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. İlqar adlı şəxsin anket məlumatları ona məlum olmamış, hansı ölkənin vətəndaşı olmasını bilməmiş, İlqar adlı şəxs onunla Azərbaycan dilində danışmışdır. Bir qədər danışdıqdan sonra o, öz vatsap nömrəsini vermişdir. İlqar adlı şəxs ona hesab nömrəsi atmış və həmin hesab nömrəsinə 10 qram narkotik vasitə heroin əldə etmək üçün 120 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs2 5-6 ay olar ki, tanıyır. Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğundan və onunla yaxın münasibətləri olduğundan, adətən getmək istədiyi yerlərə Şamillə getmişdir. O, Təqsirləndirilən şəxs2 onu avtomobillə Masazır qəsəbəsindən yaşadığı Ramana qəsəbəsinə aparması üçün çağırmışdır. Üzərində pul olmadığı üçün başqa taksi çağırmamış, yaxın münasibətdə olduğu Şamillə getmək qərarına gəlmişdir. İlqar adlı şəxs narkotik vasitəni Abşeron rayonundan şəhər istiqamətinə gedən yolun kənarında bir yerə qoyacağını bildirmiş və o, həmin narkotik vasitəni Şamillə birlikdə evə gedərkən yolüstü götürmək qərarına gəlmişdir. İlqar adlı şəxs ona narkotik vasitəni qoyacağı yerin şəklini göndərmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitədən məlumatı olmadığından, o, təbii ehtiyacını ödəmək bəhanəsi ilə avtomobili saxlatmış və düşərək ona göndərilmiş şəkildə göstərilən yerə baxmış, lakin, narkotik vasitəni tapa bilmədiyindən, yenidən gəlib maşına əyləşmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyinin yaxınlığında olarkən polis əməkdaşları avtomobili saxlamış və DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan anket məlumatlarını soruşmuş, özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. Saxlanılan zaman onun və ya Şamilin üzərində, eləcə də, avtomobildə hər hansı narkotik vasitə olmamışdır. Narkotik vasitə onun üzərinə və Şamilin idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən qoyulmuş, daha sonra videoçəkiliş aparılmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, əgər narkotik vasitələrin, psixotrop maddənin ona aid olmasını etiraf etsə, Təqsirləndirilən şəxs2 sərbəst buraxacaqlar. Bu səbəbdən o, artıq həbs ediləcəyini, başqa çıxış yolu olmadığını görərək, ən azından Şamilin həbs edilməməsi üçün narkotik vasitələrin ona məxsus olmasını demişdir. Heç bir zaman narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi ilə əldə etməmiş, saxlamamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həbs edilməmişdən 5-6 ay qabaq tanımışdır. Onunla ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Özünə məxsus “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Arazın narkotik vasitə heroindən istifadə etməsi barədə məlumatı olmamışdır. Özü isə ümumiyyətlə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmişdir. 28 iyul 2022-ci il tarixdə Araz onu yaşadığı evə aparması üçün çağırmışdır. O, Arazı onun qeyd etdiyi yerdən götürdükdən sonra Arazın yaşadığı Ramana qəsəbəsi istiqamətində yola düzəlmişdir. Yolda Araz avtomobili saxlatdıraraq düşmüş, bir neçə dəqiqə sonra yenidən avtomobilə minmiş və yola davam etmişlər. Təxminən 300-400 metr getdikdən sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyinin yaxınlığında polis əməkdaşının tələbinə əsasən avtomobili saxlamışdır. 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Onlar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onlardan anket məlumatlarını soruşmuş və özlərini təqdim etdikdən sonra onlar Arazın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. İdarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. İdarədə onun ümumiyyətlə narkotik vasitələrdən məlumatsız olduğunu görərək, polis əməkdaşları əvvəlcə onu azad etsələr də, həmin gün günorta radələrində yenidən dəvət edilərək həbs olunmuşdur. Onun Təqsirləndirilən şəxs1 hər hansı narkotik vasitənin olması, eləcə də, onun hər hansısa narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün qabaqcadan kiminləsə razılaşmasına dair heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən, Bakı-Sumqayıt şossesinin 6-cı km yaxınlığında olduğunu öyrəndikləri üçün 28 iyul 2022-ci il tarixdə saat 02:20-də həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında başqa bir nəfərlə birlikdə Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən razılaşıb birlikdə Baş idarəyə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobil də Baş idarənin həyətinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon, 40 manat pul, bir ədəd plastik bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının sol yan cibindən Redmi markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Digər əşyalar və pullar isə həmin şəxslərin özlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdakı gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etmişdir, əlavə olaraq Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlayır, avtomobilə baxış keçirilməsinə etiraz etmir, avtomobildə narkotik vasitə saxlamasından əvvəl və ya sonra Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr istifadə etmir, idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə saxlanmasından məlumatı olmamışdır, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə ilə müraciət etmişdir. Buna görə də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri ilə birlikdə Baş İdarənin həyətinə düşmüşdür. Çünki Təqsirləndirilən şəxs2 Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobili Baş İdarənin həyətidə olmuşdur. Daha sonra 28 iyul 2022-ci il tarixdə saat 05:00-dan etibarən həmin avtomobilə videoçəkilişlə baxış keçirməyə başlamışdır. Baxış başlandıqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə qanunsuz nə varsa təqdim etməyi bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa hissəsində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içərisində dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər və iki ədəd bükümə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Avtomobilə baxış davam etdirilsə də, başqa əhəmiyyətli heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdakı gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etmişdir, avtomobildə narkotik vasitə saxlamasından Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr istifadə etmir, idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə saxlanmasından məlumatı olmamışdır. Bundan sonra baxış zamanı qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən, Bakı-Sumqayıt şossesinin 6-cı km yaxınlığında olduğunu öyrəndikləri üçün 28 iyul 2022-ci il tarixdə saat 02:20-də həmin ünvana gəlmişdir. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin həmin ünvanın yaxınlığında başqa bir nəfərlə birlikdə Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən razılaşıb birlikdə Baş idarəyə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobil də Baş idarənin həyətinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon, 40 manat pul, bir ədəd plastik bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarının sol yan cibindən Redmi markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Digər əşyalar və pullar isə həmin şəxslərin özlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdakı gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etmişdir, əlavə olaraq Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlayır, avtomobilə baxış keçirilməsinə etiraz etmir, avtomobildə narkotik vasitə saxlamasından əvvəl və ya sonra Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr istifadə etmir, idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə saxlanmasından məlumatı olmamışdır, həmin avtomobilə baxış keçirilməsinə etiraz etmir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmək üçün ərizə ilə müraciət etmişdir. Buna görə də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri ilə birlikdə Baş İdarənin həyətinə düşmüşdür. Çünki Təqsirləndirilən şəxs2 Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobili Baş İdarənin həyətidə olmuşdur. Daha sonra 28 iyul 2022-ci il tarixdə saat 05:00-dan etibarən həmin avtomobilə videoçəkilişlə baxış keçirməyə başlamışdır. Baxış başlandıqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə qanunsuz nə varsa təqdim etməyi bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin arxa hissəsində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içərisində dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər və iki ədəd bükümə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Avtomobilə baxış davam etdirilsə də, başqa əhəmiyyətli heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin vasitəsilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdakı gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etmişdir, avtomobildə narkotik vasitə saxlamasından Təqsirləndirilən şəxs2 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr istifadə etmir, idarə etdiyi Daewoo markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitə saxlanmasından məlumatı olmamışdır. Bundan sonra baxış zamanı qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 6/4062 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -üzərində “...X1 üzərindən..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 27,521 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “...X1 təqdim etdiyi..” sözləri olan bağlamadakı 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 935 qr, 750 qr, 950 qr, 1025 qr, ümumi təmiz çəkisi 3660 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1160 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 3687,521 qramdır. Qeyd: Zərfdəki heroinin təmiz çəkisi – 27,521 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq 27,421 qr. Bağlamadakı metamfetaminin təmiz çəkisi – 1160 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq – 1159,9 qr. Bağlamadakı heroinin ümumi təmiz çəkisi – 3660 qr, tədqiqata sərf edildi – 0,100 qr, qalıq -3659,9 qr. (cild 01, iş vərəqə 73-79) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 7/834 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi..” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı ağ rəngli polietilen torbanın içərisində 02 (iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1935 qram; 2330 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 4265 qramdır (4 kq 265 qr). Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi – 4265 qram (1-2 N-li ob), tədqiqata istifadə olundu – 0,2 qram (hər obyektdən 0,1 qram) qalıq – 4264,8 qram. (cild 01, iş vərəqə 80-83) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 iyul 2022-ci il tarixli 4151 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Psixosimulyatordan və Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin məzmunundan görünür ki, öz deməsinə görə arabir düşəndə psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan marixuanadan istifadə etmişdir. (cild 02, iş vərəqə 66-67) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6473 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Həmin rəyin məzmunundan görünür ki, öz deməsinə görə 1-2 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Əvvəllər arabir düşəndə narkotik vasitə olan tiryəkdən daxilə qəbul etməklə və narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə etmişdir. (cild 02, iş vərəqə 68-69) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli 6/35-221900388 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid və fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. (cild 02, iş vərəqə 70-73) İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 28 iyul 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. (cild 02, iş vərəqə 15) İş materiallarında olan şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 iyul 2022-ci il tarixli 04:20-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilin qarşısında Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, həmin gün saat 04:20-dən üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Daha sonra 28 iyul 2022-ci il tarixdə saat 05:00-də adı çəkilən Baş İdarənin əməkdaşları tərəfindən idarənin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 icazələri və iştirakları ilə sonuncunun idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sol oturacağında saxlamaqla daşıdıqları bir ədəd qara rəngli sellofon torbadan 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 48-52, 57-60) İş materiallarında olan 27 avqust 2022-ci il tarixli, 008-8328-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 3687,521 qram çəkidə heroin, 1160 qram çəkidə metamfetamin və 4265 qram çəkidə qurudulmuş marixuananı əldə etdiyi “İlqar” adlı şəxsin kimliyini, onun Azərbaycan Respublikasındakı əlaqələrini, narkotik vasitələri hansı şəraitdə əldə etməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. (cild 02, iş vərəqə 10) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs1 mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı işlək vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində səs tənzimi düymələrinin və ekranı kilidləmə düyməsinin olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqində müxtəlif nömrə sahibləri ilə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar danışıqlar aparılmışdır. “Whatsapp” mobil tətbiqinə keçirilən baxış zamanı mobil telefonda “İlqarrr” adı ilə qeydiyyata alınmış İran İslam Respublikasının mobil operatorlarına məxsus +98 903 *** **** mobil nömrə sahibi ilə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar söhbətlərin aparılması, İlqar adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitələri yerləşdirdiyi ünvanı, həmin ünvanın fotoşəkilini və narkotik vasitənin qablaşdırıldığı bir ədəd qara rəngli torbanın fotoşəkilini göndərməsi aşkar edilmişdir. Bundan əlavə İlqar adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında olan danışıqlarda İlqar adlı şəxsin Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürdükdən sonra ondan 2 kilo kola və 500 patı atacaqsan o biri anbara məzmunlu mesajın, həmçinin iki günə əlavə 20 kilo verəcəyi məzmundə mesajın göndərilməsi əks edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefona keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 *** ** ** 85 möbil nömrəsinin “Wamil Qaqam” adı ilə qeydiyyata alındığı və İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin narkotik vasitənin yerləşdirdiyi və ona göndərdiyi ünvanı Təqsirləndirilən şəxs2 göndərməsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 01 ədəd “Samsung” markalı mobil telefona keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətmələri öz təsdiqini tapır. (cild 01, iş vərəqə 206-219) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs2 mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd boz rəngli “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqində müxtəlif nömrə sahibləri ilə danışıqlar aparılmışdır. “Whatsapp” mobil tətbiqinə keçirilən baxış zamanı mobil telefonda Araz adı ilə qeydiyyata alınmış +994 77-734-77-78 saylı mobil nömrədən ona konum göndərilmişdir. Həmin konum isə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxs tərəfindən göndərilmiş və narkotik vasitələrin qoyulduğu ünvanı bildirən konumdur. Bundan başqa Salman X Cin adı ilə qeydiyyata alınmış +994 55 *** ** ** saylı mobil nömrə ilə yazışma zamanı Təqsirləndirilən şəxs2 həmin nömrəyə Vhatsap ani mesajlaşma proqramında Nicat Əhmədli adı ilə qeydiyyata alınmış mobil nömrə ilə yazışmasını çəkərək atmışdır. Həmin yazışmada “Təqsirləndirilən şəxs2 Nicat Əhmədli adlı şəxsə “Brat 05 pt iki dene alınır götürmək?” “Salman dedi yığ konturu yoxdu elaqe saxlaya bilmədi sənlə” “alınır” mesajları yazılmışdır. (cild 01, iş vərəqə 220-224) İş materiallarında olan anten məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** sayli mobil nömrə vardır. xx-xx-2022-ci il tarixdə saat 21:16:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “pt verə bilersen bawimi qatım?”, xx-xx-2022-ci il tarixdə saat 21:19:34-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Heçnə onda qardaşım ele 2 dene tema goturerem burda gozduyurem”, xx-xx-2022-ci il tarixdə saat 03:18:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yiqdim zanit gedir gor ne diyirem pt zad yoxundu?”, xx-xx-2022-ci il tarixdə saat 23:52:46da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Birdene mene cavab verde imkan varsa pati lazimdi 1 qram goturmek olur?” xx-xx-2022-ci il tarixdə saat 21:17:42-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardasim yoxdu e pati dede” tipli mesajlar yazılmışdır. (cild 02, iş vərəqə 53-56) Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə özünü təqsirli bilməməklə, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması, eləcə də, Təqsirləndirilən şəxs2 onun narkotik vasitə götürəcəyindən ümumiyyətlə məlumatsız olması məzmununda ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə xarakteri daşıyaraq, həqiqəti əks etdirməməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 6/4062 saylı, 28 iyul 2022-ci il tarixli, 7/834 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 iyul 2022-ci il tarixli 4151 nömrəli, 31 oktyabr 2022-ci il tarixli 6473 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli 6/35-221900388 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması haqqında protokollar, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs1 mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokol, anten məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və digər mötəbər sübutlarla tam təkzib edilir. Məhkəmə tərkibi, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmədə özünü təqsirli bilməməklə, polis əməkdaşları tərəfindən saxlanılarkən idarə etdiyi avtomobildə hər hansı qanunsuz vasitənin olmaması, Təqsirləndirilən şəxs1 narkotik vasitə götürəcəyindən ümumiyyətlə məlumatsız olması, heç bir zaman narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməməsi məzmununda ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə etmək məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli, 6/4062 saylı, 28 iyul 2022-ci il tarixli, 7/834 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 iyul 2022-ci il tarixli 4151 nömrəli, 31 oktyabr 2022-ci il tarixli 6473 nömrəli rəyləri, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması haqqında protokollar, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs2 mobil telefon aparatına baxış keçirilməsi haqqında protokol, anten məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi və digər mötəbər sübutlarla tam təkzib edilir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Araz narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsdən almışdır. Belə ki, Araz İlqara istədiyi narkotik vasitənin miqdarını bildirmiş, İlqarın dediyi hesab nömrələrinə pul köçürdükdən sonra İlqar narkotik vasitəni Bakı şəhərində hər hansı ünvana yerləşdirmiş və ünvanın fotoşəkilini isə Vatsap vasitəsi ilə Araza göndərmişdir. Araz isə deyilən ünvandan narkotik vasitəni götürmüşdür. Arazla sadəcə bir dəfə İlqar adlı şəxsin dediyi ünvandan narkotik avsitəni götürmək üçün getmişdir. Sonuncu dəfə 27 iyul 2022-ci il tarixdə axşam vaxtlarında Arazla əlaqə saxladıqda Araz ona İlqar adlı şəxsin narkotik vasitə göndərdiyini və gedib onu götürmək lazım olduğunu bildirmişdir. İdarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə Arazın yaşadığı Ramana qəsəbəsinə getmişdir. Orada olduqda Arazla əlaqə saxlayaraq burada olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Araz gəlmiş və avtomobilə əyləşmişdir. O, gedəcəyi ünvanın yerini Vatsap vasitəsilə göndərmişdir. Arazla birlikdə həmin ünvana yollanmışdır. Yolda olarkən İlqar adlı şəxs narkotik vasitənin yerinin fotoşəkilini Araza göndərmişdir. Abşeron rayonundan üzü şəhərə gələn istiqamətdə yerləşən qəbirstanlığın yanına çatdıqdan sonra Araz avtomobildən düşmüşdür. Bir müddət sonra əlində qara rəngli sellofan torba ilə geri qayıtmışdır. O, sellofan torbanı onun idarə etdiyi avtomobilin arxa oturacaq hissəsinə yerləşdirmişdir. Bundan sonra avtomobili hərəkətə gətirmişdir və orada uzaqlaşmaq istəmişdir. Bir qədər getdikdən sonra 28 iyul 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyinin yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Onlar polis əməkdaşı olduqlarını və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onlardan anket məlumatlarını soruşmuş və özlərini təqdim etdikdən sonra onlar Arazın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. İdarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirdikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək ona və Araza təqdim edilmişdir. Müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş əsasında üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Buna etiraz etmədikdən sonra 28 iyul 2022-ci il tarixdə saat 04:20-də üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona və daha sonra Araza üzərilərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Araz əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Arazın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Arazın əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 40 manat pul və bank kartı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 29 qram olması müəyyən edilmişdir. Sonra üzərində narkotik maddə saxlamadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra Arazın üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmış və iştirakçılar tərəfindən qablaşdırılaraq üzəri imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüşdür. Üzərindən aşkar edilmiş digər əşyalar isə geri qaytarılmışdır. Araz verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdaki gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etdiyini, 077 *** ** ** saylı mobil nömrəni istifadə etdiyini, əlavə olaraq “Daevo” markalı, ** GB *** qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını və onun həmin avtomobildə narkotik vasitə saxlamağımdan məlumatımın olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq narkotik vasitələrdən istifadə etmədiyini, idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlanılmasından məlumatının olmadığını, həmin avtomobilə baxış keçirilməsini etiraz etmədiyini bildirmişdir. X7 adlı şəxsdən sadəcə narkotik vasitə heroin götürdüyünü bilmişdir. Aşkar edilmiş digər narkotik vasitələrdən isə xəbəri olmamışdır. Bundan sonra tədbir iştirakçıları və müdafiəçilərilərlə birlikdə idarənin həyətində saxlanılan “Daevo” markalı, **-GB-*** nömrəli avtomobilin yanına getmişdir. Bundan sonra polis əməkdaşları videoçəkiliş əsasında avtomobilə baxış keçiriləcəyi barədə məlumat vermişdir. Buna etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Həmin gün saat 05 radələrində idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl polis əməkdaşları Araza avtomobildə olan qanunsuz əşyaları təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Araz həmin avtomobilin arxa hissəsində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, iki ədəd nisbətən böyük bükümdə isə narkotik vasitə marixuananaya bənzər kütlələr aşkar olunmuşdur. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3 kq 983 qram olması müəyyən edilmişdir. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1 kq 200 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 405 qram olması məüyyən edilmişdir. Bundan sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Həmçinin, iş materiallarında olan 29 iyul 2022-ci il tarixli dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq narkotik vasitə heroin istifadə edir. Narkotik vasitə heroini əsasən iran islam Respublikasının vətəndaşı ilqar adlı şəxsdən şəxsi istifadə üçün əldə etmişdir. İlqarla İnstagram sosial şəbəkəsində tanış olmuşdur. Bir qədər danışdıqdan sonra o, öz vatsap nömrəsini vermişdir. Özünə lazım olan qədər narkotik vasitəni ondan sifariş etmişdir. İlqar adlı şəxs ona hesab nömrəsi atmış və həmin hesab nömrəsinə pul köçürdükdən sonra ilqar narkotik vasitənin ünvanı barədə ona məlumat vermiş və o, həmin ünvandan narkotik vasitələri götürmüşdür. Təqsirləndirilən şəxs2 3-4 ay olar ki, tanıyır. Onun psixotrop maddə metamfetamin istifadə etməsini bilmişdir. Birlikdə narkotik vasitə qəbul etmişdir. Şamil onun narkotik vasitələri İran islam Respublikasının vətəndaşı ilqar adlı şəxsdən aldığını bilmişdir. Bir dəfə Şamillə birlikdə onun idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə İlqar adlı şəxsin göndərdiyi 10 qram narkotik vasitəni götürməyə getmişdir. Sonuncu dəfə 27 iyul 2022-ci il tarixdə iran islam Respublikasının vətəndaşı İlqar adlı şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayaraq ondan istifadə etmək məqsədi ilə narkotik vasitə heroin istəmişdir. Ona üzərində pul olmadığın pulunu sonra verəcəyini bildirmişdir. Bu zaman İlqar ona təklif etmişdir ki, bir ədəd qara rəngli torbada narkotik vasitə göndərəcək, əgər həmin narkotik vasitəni onun dediyi ünvana çatdırsa əvəzində pulsuz 10 qram narkotik vasitə heroin verəcəkdir. İlk öncə tərəddüd etsə də, sonradan İlqarın təklifi ilə razılaşmışdır. Bundan sonra həmin gün axşam vaxtlarında Şamillə əlaqə saxlayaraq ilqar adlı şəxsin narkotik vasitə göndərdiyini və gedib həmin narkotik vasitəni götürmək lazım olduğunu bildirmişdir. Şamil idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə yaşadığı Ramana qəsəbəsinə gəlmişdir. Zəng edərək çatdığını bildirmişdir. Bir neçə dəqiqədən sonra gəlmiş və onun avtomobilinə əyləşmişdir. Gedəcəyi ünvanın yerini Şamilə Vatsap vasitəsilə göndərmişdir. Şamillə birlikdə həmin ünvana yollanmışdır. Yolda olarkən ilqar adlı şəxs narkotik vasitənin yerinin fotoşəkilini ona göndərmişdir. Abşeron rayonundan üzü şəhərə gələn istiqamətdə yerləşən qəbirstanlığın yanına çatdıqdan sonra avtomobildən düşmüşdür, ilqarın göndərdiyi yerə gedərək orada olan bir ədəd qara rəngli sellofan torbanın olduğunu görmüşdür. Torbanı götürmədən geri qayıtmış və Şamilə orada qara rəngli sellofan torbanın olduğunu bildirmişdir. Şamil ona bildirmişdir ki, həmin torbanı götür, gəl içərisinə sonra baxarıq. Həmin qara rəngli sellofan torbanı götürüb avtomobilə tərəf qayıtmış və torbanı avtomobilin arxa oturacaq hissəsinə qoymuşdur. Bir qədər getdikdən sonra 28 iyul 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən Bakı-Sumqayıt şossesinin 6-cı kilometrliyinin yaxınlığında olarkən avtomobili saxlamış və torbanın içərisinə baxmaq üçün avtomobildən düşmüşdür. Bu zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdir. Onlar polis əməkdaşı olduqlarını və DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onlardan anket məlumatlarını soruşmuş və özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. Şamilin idarə etdiyi “Daevo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş idarəyə gətirildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək ona və Şamilə təqdim edilmişdir. Müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkiliş əsasında üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Buna etiraz etmədikdən sonra 28 iyul 2022-ci il tarixdə saat 04:20-də üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Şamilə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 40 manat pul və bank kartı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 29 qram olması müəyyən edilmişdir. Sonra Şamil üzərində narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və bir ədəd avtomobil açarı aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılmış, iştirakçılar tərəfindən qablaşdırılaraq üzəri imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüşdür. Üzərindən aşkar edilmiş digər əşyalar isə geri qaytarılmışdır. Bundan sonra tədbir iştirakçıları və müdafiəçilərilərə birlikdə idarənin həyətində saxlanılan “Daevo” markalı, **-GB-*** nömrəli avtomobilin yanına getmişdir. Bundan sonra polis əməkdaşları videoçəkiliş əsasında avtomobilə baxış keçiriləcəyi barədə məlumat vermişdir. Buna etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Həmin gün saat 05 radələrində Şamilin idarə etdiyi avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl polis əməkdaşları ona avtomobildə olan qanunsuz əşyaları təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra həmin avtomobilin arxa hissəsində saxladığı bir ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, iki ədəd nisbətən böyük bükümdə isə narkotik vasitə marixuananaya bənzər kütlələr aşkar olunmuşdur. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 3 kq 983 qram olması müəyyən edilmişdir. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1 kq 200 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 4 kq 405 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Avtomobilə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmişdir. Şifahi sorğu zamanı aşkar olunmuş narkotik vasitələri iran islam Respublikası vətəndaşı “İlqar” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisində olan qəbiristanlıqdaki gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb əvəzində istifadə etmək üçün narkotik vasitə götürmək məqsədi ilə əldə etdiyini və Şamilin həmin avtomobildə narkotik vasitə saxlamağından məlumatının olmadığını bildirmişdir. Şamil də verilən suallara cavab olaraq aşkar olunan narkotik vasitələr barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Lakin Şamilin bu barədə məlumatı olmuşdur. Şamilin nə üçün həmin ünvana getməyini, İlqar adlı şəxsin narkotik vasitə göndərdiyini və avtomobilə qoyduğum torbada narkotik vasitə olduğunu bilmişdir. Hətta torbanı götürməkdə tərəddüd etdikdə Şamil torbanı götür sonra içərisinə baxarıq deyə bildirdiyi üçün yenidən qayıdaraq torbanı götürmüşdür. Eləcə də Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. (cild 01, iş vərəqə 109-116) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilsə də, onların AR CM-in 32.5, 206.3.2-ci maddəsinə nəzərdə tutulan əməli törətmələri sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülərək göstərilmişdir ki, onlar qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər. Lakin məhkəmə istintaqında aparılmış hərtərəfli araşdırma zamanı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri, belə bir əməlin törədilməsində köməkçi qismində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Cinayətin gedişində cinayətə qoşulmaqla cinayətdə köməkçi qismində iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə narkotik vasitənin və psixotrop maddənin satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X5 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X5 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş bir ədəd bükümdə külli miqdarda 27,521 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Daewoo” markalı, **-GB-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz olaraq əldə edib avtomobilin arxa sol oturacağında saxlamaqla daşıdıqları bir ədəd qara rəngli sellofon torbadan 04 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 935 qram, 750 qram, 950 qram və 1025 qram olmaqla ümumi təmiz çəkisi 3660 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda 1160 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1935 qram və 2330 qram olmaqla ümumi çəkisi 4265 qram olan tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, müxtəlif növ narkotik vasitələr, eləcə də psixotrop maddənin aşkarlanması da təsdiq edir ki, onlar qeyd olunan miqdarda olan narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib saxlamış və daşımışlar. Dövlət ittihamçısı çıxışında AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş AR CM-in 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməli, onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 02, iş vərəqə 24-25) AR CM-in 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 26-27) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrini rəhbər tutaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-840/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 21, 193-197) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-841/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 38, 188-192) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 31 oktyabr 2022-ci il tarixli 6473 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 29 iyul 2022-ci il tarixli 4151 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 159 (yüz əlli doqquz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 79 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 oğlundan 79 manat 50 qəpik tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq çəkisi 27, 421 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 3659,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 1159,9 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq çəkisi 4264,8 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış, avtomobilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk, Bakcell və Azerfon MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertizadan sonra qalıq çəkisi 27,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 3659,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertizadan sonra qalıq çəkisi 1159,9 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq çəkisi 4264,8 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış, avtomobilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk, Bakcell və Azerfon MMC-dən daxil olmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 159 (yüz əlli doqquz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 79 manat 50 qəpik və Təqsirləndirilən şəxs2 oğlundan 79 manat 50 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-429/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver