Məhkəmə qərarları › İş №1(101)-429/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X23 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, “X15 Dəstək” İctimai Birliyinin direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftullayev küçəsi, ev 1, mənzil 25-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 35A, mənzil 50-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri, xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X19 küçəsi, 2-ci dalan, 2 nömrəli bağ evində qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə ələ keçirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 04 avqust 2001-ci ildən 29 dekabr 2015-ci il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri kimi yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə rəhbəri olduğu cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialının kassasından "xxxx" MMC-də elektrik işləyən Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, "xxxx" MMC-də direktorun köməkçisi işləyən Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,80 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,20 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), "xxxx" ASC-də tərcüməçi işləyən Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, "xxxx" ASC-də fəhlə işləyən Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, Bankın “Suraxanı” filialının kassasından "xxxx" MMC-də koordinator köməkçisi işləyən Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncunun həyat yoldaşı Şahid2 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,60 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, Bankın Biznes Departamenti “ABB Premyer” Müştəri Xidmətindən "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla, 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 09 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə Təqsirləndirilən şəxs1 və o, rəhbəri olduqları cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbələrində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialından istintaqa dəqiq məlum olmayan 27 mart 2001-ci ildən 02 aprel 2015-ci ilədək olan müddətdə tarixi məlum olmayan vaxtda Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səksən dörd sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 236.889,60 (iki yüz otuz altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 138.279,56 (bir yüz otuz səkkiz min iki yüz yetmiş doqquz manat əlli altı qəpik), Teplyuşova Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 avro, həmin dövrün rəsmi məzənnəsi ilə 589.156,23 (beş yüz səksən doqquz min bir yüz əlli altı manat iyirmi üç qəpik) manat, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz min beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391.211,30 (üç yüz doxsan bir min iki yüz on bir manat otuz qəpik) manat və 79.696 funt sterlinq, həmin dövrün rəsmi məzənnəsi ilə 92.423,45 (doxsan iki min dörd yüz iyirmi üç manat qırx beş qəpik) manat olmaqla, cəmi 05 fiziki şəxsin adına açılmış plastik kartlar vasitəsi ilə ümumilikdə 1.603.725,30 (bir milyon altı yüz üç min yeddi yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində pul vəsaitini həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, cəmiyyətin Mərkəzi filialının və "xxxx" MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsil və internet üzərindən, habelə Şahid13 özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyalarının alınması, təhsil haqqı xərclərinin ödənilməsi, X12 və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə ələ keçirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 27 mart 2001-ci ildən 02 aprel 2010-cu il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, X13 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə rəhbəri olduğu Cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialının kassasından "xxxx" MMC-də elektrik işləyən Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, "xxxx" MMC-də direktorun köməkçisi işləyən Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,80 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,20 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), "xxxx" ASC-də tərcüməçi işləyən Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, "xxxx" ASC-də fəhlə işləyən Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, Bankın “Suraxanı” filialının kassasından "xxxx" MMC-də koordinator köməkçisi işləyən Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncunun həyat yoldaşı X4 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,60 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, Bankın Biznes Departamenti “ABB Premyer” Müştəri Xidmətindən "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla, 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 09 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyatı əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Şahid13, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə Təqsirləndirilən şəxs2 və o, rəhbəri olduqları cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbələrində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialından istintaqa dəqiq məlum olmayan 27 mart 2001-ci ildən 02 aprel 2015-ci ilədək olan müddətdə tarixi məlum olmayan vaxtda Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səsksən dörd sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 236.889,60 (iki yüz otuz altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 138.279,56 (bir yüz otuz səkkiz min iki yüz yetmiş doqquz manat əlli altı qəpik), Teplyuşova Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 (beş yüz iyirmi doqquz min altı yüz yetmiş üç avro səksən altı sent) avro, həmin dövrün rəsmi məzənnəsi 589.156,23 (beş yüz səksən doqquz min bir yüz əlli altı manat iyirmi üç qəpik) manat, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz min beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391.211,30 (üç yüz doxsan bir min iki yüz on bir manat otuz qəpik) manat və 79.696 funt sterlinq, həmin dövrün rəsmi məzənnəsi ilə 92.423,45 (doxsan iki min dörd yüz iyirmi üç manat qırx beş qəpik) manat olmaqla, cəmi 05 fiziki şəxsin adına açılmış plastik kartlar vasitəsi ilə ümumilikdə 1.603.725,30 (bir milyon altı yüz üç min yeddi yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində pul vəsaitini həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, cəmiyyətin Mərkəzi filialının və "xxxx" MMCnin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə Şahid13 özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyalarının alınması, təhsil haqqı xərclərinin ödənilməsi, X12 və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, "xxxx" ASC-nin maliyyə dəstəyi ilə müxtəlif layihələr həyata keçirilmiş və həmin layihələrin təşəbbüskarı "xxxx" ASC olmuş, eləcə də layihələrin həyata keçirilməsinə nəzarət "xxxx" ASC tərəfindən aparılmışdır. Belə ki, "xxxx" ASC-nin keçmiş rəhbəri Şahid13 və bankın digər vəzifəli şəxslərinin göstərişinə əsasən ayrı-ayrı fiziki şəxslərin adlarına kreditlər rəsmiləşdirilmişdir. Həmin kreditlər (kredit vəsaitləri) fiziki şəxslərin adlarına rəsmiləşdirilsə də, əslində kreditlər müxtəlif layihələrin inkişafına yönəldilmişdir. Layihələrin fəaliyyətinə başlandıqdan sonra həmin layihələrdən götürüləcək gəlir hesabına sonradan kredit vəsaitlərinin qaytarılması nəzərdə tutulmuşdur. Ayrılmış kredit vəsaitləri fiziki şəxslər tərəfindən götürülməmiş, əksinə "xxxx" ASC-nin kassasından birbaşa layihələrə göndərilmişdir. Onda olan məlumata görə 2007-2012-ci illər ərzində "xxxx" ASC-nin rəhbər işçiləri tərəfindən Aydın Mehtiyevə, Şahid6, Təqsirləndirilən şəxs1 və digərlərinə layihələr üzrə əlavə maliyyə resursları lazım olduğu üçün fiziki şəxslərin adlarına kredit verilməsi zərurəti yaranması söylənilmiş və bunun üçün yaxın bildikləri fiziki şəxslərlə danışıb həmin şəxslərin banka yönəldilməsi xahiş edilmişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, Aydın Mehtiyev tanışları Şahid1 və Şahid2 ilə birgə "xxxx" ASC-nin “Suraxanı” filialına getmiş və orada adlarına kreditlər rəsmiləşdirilmişdir. O, Şahid1 və Şahid2 tanımır və xatırlamır. Aydın Mehtiyevə gəldikdə isə Aydın uzun müddət Şahid13 sürücüsü olmuşdur. Həmin dövrdə Şahid6 da eyni qaydada xahiş edilmişdir. Şahid6 da işçisi Şahid5 ilə birlikdə "xxxx" ASC-nə getmiş və orada adlarına hazırlanan kredit sənədlərini imzalamışlar. Şahid6 bir neçə layihənin rəhbəri və təşəbbüskarı olmuşdur. Şahid6 Şahid13lə birbaşa işləmişdir. Ona isə Şahid6 iş fəaliyyətində çətinliklə üzləşdiyi zaman sonuncuya kömək etməsi tapşırılmışdır. "xxxx" ASC-nin rəhbərliyinin ona verdiyi məlumata görə Şahid6 adına rəsmiləşdirilmiş 485.000 (dörd yüz səksən beş min) manat və Şahid5 adına rəsmiləşdirilmiş 106.000 (yüz altı min) manat məbləğində pul vəsaiti bankın kassasında qalmış və "xxxx" MMC-nin layihəsinə yönəldilmişdir. Müəyyən vaxt keçdikdən sonra Şahid6 onun yanına gəlmiş və kreditin bağlanılmasında kömək edilməsini ondan xahiş etmişdir. O da öz növbəsində bir neçə dəfə Şahid13lə və bankın digər vəzifəli şəxsləri ilə bu barədə danışaraq sonunculardan kreditlərin bağlanılmasını xahiş etmişdir. Hər dəfə də ona kreditlərin bank tərəfindən bağlanılacağı deyilmişdir. Onda olan məlumata görə Şahid6 özü də Şahid13 ilə bu məsələni bir neçə dəfə müzakirə etmişdir. Həmin illərdə "xxxx" ASC-də genişmiqyaslı rekonstruksiya işləri aparılmış və ona görə də böyük həcmdə maliyyə resursları tələb olunmuşdur. "xxxx" ASC-nin rəhbərliyinin göstərişinə əsasən bankın vəzifəli şəxsləri tərəfindən Şahid12 ilə əlaqə saxlanılmış və sonuncudan kreditlərin rəsmiləşdirilməsində kömək edilməsi xahiş edilmişdir. Bundan sonra Şahid12 ona zəng edərək məsləhət verməyini xahiş etmişdir. O da öz növbəsində Şahid12 bildirmişdir ki, “bank rəhbərliyi belə bir qərar veribsə, buna riayət etmək lazımdır, çünki vəsait "xxxx" ASC-də görülən işlərə yönəldiləcək”. Sonra Şahid12 öz işçiləri olan Şahid3 və Şahid4 ilə birlikdə "xxxx" ASC-nin filiallarından birinə getmiş və hər birinin adına 500.000 (beş yüz min) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Şahid13 göstərişinə əsasən bankın vəzifəli şəxsləri tərəfindən ona zəng edilmiş və bankın həyata keçirdiyi layihələr üçün əlavə vəsaitin tələb olunduğu bildirilmişdir. Bununla əlaqədar olaraq 3 (üç) nəfər fiziki şəxsin adına kreditlərin rəsmiləşdirilməsi xahiş edilmişdir. O da öz növbəsində Şahid9, Şahid10 və Şahid7 ayrı-ayrı tarixlərdə banka gedərək kredit sənədlərini imzalamalarını xahiş etmişdir. Onun sözünə görə də Olesya, Sərxan və Abdulla banka gedərək orada sənədləri imzalayıb geri qayıtmışlar. Lakin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kredit vəsaitləri həmin şəxslər tərəfindən bankdan götürülməmişdir. Belə ki, göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə pul vəsaitləri bankın kassasında qalmışdır. Ona verilən məlumata görə həmin kredit vəsaitləri layihələrə xərclənmişdir. Cinayət işində adı keçən fiziki şəxslərin adına açılmış hesab üzrə plastik kart vasitəsilə istifadə edilmiş pullara gəldikdə isə bildirmək istəyir ki, o, bundan tam məlumatsızdır və Svetlana Teplyuşovanı, Tskhadadze Kakhaberiyanı, Rüfət İmamverdiyevi və başqalarını tanımır. Onun göstərilən şəxslərlə heç bir əlaqəsi olmamış, ümumiyyətlə bununla bağlı onun heç bir məlumatı yoxdur. Kredit hesabına ayrılmış pullar nə fiziki şəxslər, nə də onun tərəfindən bankdan götürülməmiş və mənimsənilməmişdir. Onda olan məlumata görə həmin pul vəsaitləri "xxxx" ASC-nin rəhbərliyi tərəfindən layihələrin inkişafı istiqamətində xərclənmişdir. Ona görə də o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, 2001-2010-cu illərdə "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş və "xxxx" MMC "xxxx" ASC-nin tabeliyində olan müəssisələrdən biri olmuşdur. Müəyyən səbəblərdən o, 2010-cu ildə "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. 11 ildən çox müddət keçdiyinə görə o, təqsirləndirildiyi cinayət işi ilə bağlı məlumatları qismən xatırlayır. Lakin o, dəqiq xatırlayır ki, bir nəfər ona zəng edərək "xxxx" ASC-nin mərkəzi ofisinin işçisi olduğunu və "xxxx" ASC-nin rəhbərliyi tərəfindən göstəriş verildiyini bildirib bu göstəriş əsasında ondan "xxxx" ASC-nin mərkəzi ofisinə bir nəfər göndərməsini xahiş etmişdir. Bu xahiş onun tərəfindən "xxxx" ASC-yə göndəriləcək həmin şəxsin "xxxx" ASC tərəfindən veriləcək kreditlə bağlı sənədlərə imza çəkməsi ilə bağlı olmuşdur. Bu zəngdən sonra o, "xxxx" ASC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq "xxxx" ASCnin mərkəzi filialının işçisinin zəng zamanı ona bildirdiyi məsələdən xəbərlərinin olubolmamasını soruşmuşdur. Telefonla əlaqə saxladığı "xxxx" ASC-nin keçmiş rəhbəri Şahid13 da ona müəyyən layihələrin həyata keçirilməsi üçün nağd pul vəsaitinin lazım olduğu üçün zəng edildiyini bildirmişdir. Şahid13 həmçinin "xxxx" ASC tərəfindən verilən kredit rəsmiləşdirildikdən sonra "xxxx" ASC-nin rəhbərliyinin həmin krediti ödəyəcəyini də ona bildirmişdir. "xxxx" ASC tərəfindən kredit verilməsi ilk olaraq ona bildirilmişdir. Lakin həmin vaxt onun adına kredit olduğu üçün o, öz adına yenidən kredit götürə bilməmişdir. Buna görə də kreditin rəsmiləşdirilməsi üçün o, yaxın dostu Şahid11 müraciət etmişdir. Sonra o, Raufla birlikdə "xxxx" ASC-nin “Mərkəzi” filialına getmiş və orada Şahid11 şəxsiyyətini təsdiq edən sənədi "xxxx" ASC-nin “Mərkəzi” filialının məsul işçisinə təqdim etmişdir. Sonra Raufun şəxsiyyətini təsdiq edən sənədin kserosurəti çıxarılmışdır. Daha sonra kreditin rəsmiləşdirilməsi üçün Şahid11 kredit müqaviləsinin bağlanması üçün blanklar təqdim edilmişdir. Həmin blankların üzərində işarələnmiş müvafiq hissəyə Şahid11 tərəfindən imza atılmışdır. Kredit müqaviləsi blankı boş olmuş və həmin blankda verilən kreditin məbləği göstərilməmişdir. Şahid11 kredit müqaviləsini imzaladıqdan sonra onlar həmin kreditlə maraqlanmamışlar. O, 2015-ci ildə həbs edilərkən müstəntiq ona Şahid11 adına kredit borcunun olduğunu demişdir. Həmin kredit borcunun məbləği 60.000-70.000 manat məbləğində olmuşdur. O da bu məsələ ilə əlaqədar müstəntiqə bu kredit müqaviləsinin 2010-cu ildə bağlandığını və həmin kreditin "xxxx" ASC tərəfindən ödənilməli olduğunu bildirmişdir. Bu cinayət işi ilə əlaqədar o, bir dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişdir. O, məhkəmə iclasında dediklərini BMCMİ-də olarkən də bildirmişdir. Şahid11 adına rəsmiləşdirilmiş kredit sonradan "xxxx" ASC tərəfindən ödənilməlıi olduğundan o, Şahid11 adına olan borcun ödəlinibödənilməməsi ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməmələri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməmələri və həmin cinayət əməllərinə aidiyyatlarının olmaması ilə bağlı hissədə ayrı-ayrılıqda verdikləri ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxslərin məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 göstərdi ki, o, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamla razıdır. Bu cinayət işi Şahid13 və digərlərinin barəsində olan cinayət işindən ayrılmış olan cinayət işidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" ASC-yə bu iş üzrə ümumilikdə 17.765.738,91 manat məbləğində ziyan vurulmuşdur. Lakin bu ziyan ibtidai istintaq zamanı ABŞ dolları ekvivalentində 6.642.548,58 manat olaraq tanınmışdır. Yəni 17.765.738,91 manat məbləğində olan bu ziyan ibtidai istintaq orqanı tərəfindən cinayət törədilən vaxt valyuta məzənnəsinə uyğun olaraq 6.642.548,58 manat məbləğində qeyd edilmişdir. Misal üçün ittiham aktından görünür ki, X7 aid hissədə 125.000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaitinin rəsmiləşdirilməsinə dair kredit müqaviləsi bağlanılmışdır. İbtidai istintaq orqanı bu məbləği kredit müqaviləsi rəsmiləşdirildiyi dövrdə olan valyuta məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları=0.78 manat) 106.000 (yüz altı min) manat şəklində qəbul etmişdir. Lakin o, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi belə hesab edir ki, bu məbləğ ibtidai araşdırma aparılan dövrün valyuta məzənnəsinə uyğun olaraq hesablanmalı və vurulmuş ümumi ziyana həmçinin kreditlər üzrə faizlər və digər ödəmələr də daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanına uyğun olaraq fiziki şəxslərə verilmiş kreditlər üzrə borc qalıqları "xxxx" ASC-dən təhvil-təslim aktları əsasında "xxxx" QSC-nə keçmişdir. İbtidai istintaq zamanı "xxxx" ASC 17.765.738,91 manata münasibətdə zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Lakin ibtidai istintaq orqanı "xxxx" ASC-yə dəymiş ziyanı ziyan vurulan dövrdə ABŞ dollarının milli valyuta olan manata nisbətdə məzənnəsinə uyğun olaraq 6.642.548,58 manat məbləğində qeyd etmişdir. İbtidai istintaq orqanı tərəfindən "xxxx" ASC-yə dəymiş ziyanın ümumilikdə 6.642.548,58 manat qeyd edilməsi həqiqəti əks etdirmir. "xxxx" ASC-nin "xxxx" QSC-nə köçürdüyü məbləğ 17.765.738,91 manat təşkil edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında qeyd etdiklərinin nəzərə alınaraq nümayəndəsi olduğu hüquqi şəxsə vurulmuş ziyanın 17.765.738,91 manat olaraq qəbul edilməsini və təqsirləndirilən şəxslərə elan edilmiş ittiham üzrə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi qismində izahatı alınmış X1 göstərdi ki, o, ittiham aktında "xxxx" QSC-yə fiziki şəxslər tərəfindən ödənilməli olan 6.642.548,58 manat məbləğində göstərilməsi ilə razılaşmır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanına uyğun olaraq fiziki şəxslərə verilmiş kreditlər üzrə borc qalıqları "xxxx" ASC-dən təhvil-təslim aktları əsasında "xxxx" QSC-yə keçmişdir. 17.765.738,91 (on yeddi milyon yeddi yüz altmış beş min yeddi yüz otuz səkkiz manat doxsan bir qəpik) manat məbləğində olan pul vəsaiti təhvil-təslim aktında göstərilmiş məzənnəyə əsasən hesablanmış və bu məbləğ nümayəndəsi olduğu "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Yəni "xxxx" QSC 17.765.738,91 (on yeddi milyon yeddi yüz altmış beş min yeddi yüz otuz səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaitini təhvil-təslim aktına əsasən "xxxx" ASCyə ödəmişdir. Mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 izahatında qeyd etdiklərinin nəzərə alınaraq vurulmuş ziyanın 17.765.738,91 manat olaraq qəbul edilməklə onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxslərə elan edilmiş ittiham üzrə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2015-ci ildə Şahid13 təqsirləndirilməsi ilə bağlı keçirilən məhkəmə proseslərində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 ona "xxxx" ASC-nin “Mərkəzi” filialına yaxınlaşaraq kredit müqaviləsinə qol çəkməyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1la dost olduğundan sonuncu ilə razılaşmışdır. O, kredit müqaviləsinə qol çəkərkən kreditin məbləği, kreditin şərtləri və kredit müqaviləsinin digər bəndləri ilə tanış olmamışdır. O, kredit müqaviləsini imzaladıqdan sonra da kredit şərtləri ilə maraqlanmamışdır. Belə ki, o, sadəcə olaraq bankda kredit müqaviləsini imzaladıqdan sonra "xxxx" ASC-nin binasını tərk etmişdir. O, 2015-ci ildə Şahid13 təqsirləndirilməsi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilmişdir. 2015-2016-cı illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Şahid13 təqsirləndirildiyi cinayət işi ilə bağlı o, məhkəmə iclasında iştirak edərək "xxxx" ASC-dən onun adına götürülmüş kreditlərlə bağlı ifadə də vermişdir. Həmin kredit məbləğindən biri 750.000 (yeddi yüz əlli min) manat məbləğində olmuşdur. Digər kredit müqaviləsinin məbləğini isə o, dəqiq xatırlamır. Həmin kredit müqaviləsi səhv etmirsə 55.000 (əlli beş min) manat və ya 75.000 (yetmiş beş min) manat məbləğində olmuşdur. O, hər iki kredit müqaviləsini Təqsirləndirilən şəxs1 göstərişinə əsasən "xxxx" ASC-yə gedərək orada imzalamış və bundan sonra kredit üzrə pul vəsaitini götürmədən çıxıb getmişdir. Onun imzaladığı kredit müqaviləsində qeyd olunmuş pul vəsaiti "xxxx" ASC-yə məxsus olmuşdur. 2016-cı ildə gedən məhkəmə prosesində ona məlum olmuşdur ki, onun adına rəsmiləşdirilmiş kredit müqaviləsində kreditin məbləği 750.000 (yeddi yüz əlli min) manat məbləğində olmuşdur. Lakin həmin prosesdə 55.760 (əlli beş min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Onun tərəfindən imzalanmış kredit müqaviləsinə əsasən o, heç bir məbləğdə pul almamış, həmin pulun kimin tərəfindən götürülməsi barədə onun xəbəri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-dən öz adına rəsmiləşdirilmiş kreditlə əlaqədar dindirilmişdir. Belə ki, o, əvvəllər "xxxx" ASC-nin İdarə Heyətinin sədri olmuş Şahid13 sürücüsü işləmiş və 2007-ci ildə Şahid13 sürücüsü vəzifəsindən azad olunmuşdur. Şahid13 tapşırığına əsasən "xxxx" ASC-də onun adına kredit müqaviləsi rəsmiləşdirilmiş, daha dəqiq isə onun adına kredit müqaviləsi təxminən 2011-2012-ci illərdə rəsmiləşdirilmişdir. O, 2009-cu ildə "xxxx" ASCyə məxsus bank kartlarının adına rəsmiləşdirilməsinə dair müqavilələri imzalamış, lakin həmin kartlardan heç vaxt heç bir məbləğdə pul vəsaiti çıxarmamışdır. Şahid13 onun adına rəsmiləşdirilən kredit hesabına əldə ediləcək pul vəsaitini “Əhmədli” qəsəbəsində yerləşən tikinti layihələrində istifadə ediləcəyini ona demişdir. O, həmin bank kartlarındakı pul vəsaitlərindən çıxarış etməmişdir. O, 03 ədəd kartın öz adına rəsmiləşdirilməsinə imza çəkmişdir. Həmin kartlara yerləşdirilən pul məbləğlərinin miqdarı ona heç vaxt məlum olmamışdır. Onun həmin kreditlərdən kimin istifadə edib-etməməsi və həmin kartlardan kiminsə pul çıxarıb-çıxarmaması barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 2007-ci ilin sonlarında, 2008-ci ilin əvvəllərində "xxxx" şirkətində işə düzəlmişdir. O, bu şirkətdə çalışdığı müddət ərzində Təqsirləndirilən şəxs2 ondan müəyyən bir məbləğdə kredit götürməyini xahiş etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 ona narahat olmamağını, kreditin bir neçə ay ərzində ödəniləcəyini bildirmişdir. O, bu krediti 2008-ci ilin mart ayının sonlarında götürmüşdür. O, şirkətdə beş-altı ay çalışdıqdan sonra, yəni 2008-ci ilin may ayında işdən çıxmış və bundan sonra bu kredit barədə tamamilə unutmuşdur. Çünki o, bu kreditin bağlanacağından əmin olmuşdur. O və ailə üzvləri 2017-2018-ci illərdə qeydiyyat ünvanını dəyişdirmək üçün “ASAN Xidmət” mərkəzlərindən birinə yaxınlaşaraq orada yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün müraciət etmişlər. Onların hər biri şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etsə də, onun müraciəti qəbul edilməmişdir. Bu vaxt “ASAN Xidmət” mərkəzində xidmət aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı onu mərkəzdəki ayrı bir xidməti otağa apararaq orada onun adına külli miqdarda bağlanmamış kredit öhdəliyinin olduğunu bildirmişdir. Onun adına olan kredit borcunun ümumi və əlavələrsiz məbləği bugünə olan məlumata görə, 186.000 ABŞ dolları təşkil edir, amma əgər bu məbləğin üzərinə cərimələr və digər əlavələr nəzərə alınsa, ümumi borc məbləği 425.000 ABŞ dollarından çoxdur. Onun həmin krediti ödəməyə imkanı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 18 may 2010-cu il tarixdə işsiz olduğu üçün tikiş fabriki kimi fəaliyyət göstərən "xxxx" ASCyə müraciət etmişdir. Sonra o, həmin müəssisədə fəhlə kimi işə düzəlmişdir. 25 may 2010cu il tarixdə "xxxx" ASC-nin baş mühəndisi vəzifəsində işləyən Allahverdiyev İlham ona şəxsiyyət vəsiqəsini götürüb bəzi sənədləri imzalamaq üçün Bakıya getməli olduğunu demişdir. Bu vaxt o, şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirmişdir. Sonra onun ailə üzvlərindən kimsə onun şəxsiyyət vəsiqəsini ona göndərmişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini götürüb Bakıya getmişdir. O, sənədləri imzalamaq üçün getdiyi yerdə - Şahid3, Quliyev Ruslan və adını xatırlamadığı digər şəxslər də olmuşlar. O, Bakı Metropoliteninin “Sahil” stansiyasının yaxınlığında yerləşən "xxxx" ASC-yə getmiş və orada sənədləri imzaladığı yer zirzəmi şəklində bir yer olmuşdur. O, ora daxil olmaq üçün əyilib keçmişdir. O, sənədləri imzaladıqdan sonra oradan çıxmışdır. Həmin vaxt imzaladığı sənədlərin kredit müqaviləsi olduğundan onun xəbəri olmamışdır. Ona sənədləri işə yeni girməyi ilə bağlı imzalamalı olduğu deyilmişdir. O, 2015-ci ildə "xxxx" ASC-nin Sumqayıt filialından öz adına kredit götürmək istəmişdir. 2010-cu ildə imza atdığı sənəddə adına xeyli məbləğdə kredit rəsmiləşdirilməsinə baxmayaraq, "xxxx" ASC-dən ona növbəti dəfə kredit verilmişdir. O, əlil övladını müalicə etmək məqsədilə Gürcüstana gedərkən “Qırmızı körpü” gömrüksərhəd buraxılış məntəqəsində saxlanılmışdır. Əvvəlcə onu Qazax Rayon Polis Şöbəsinə, daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi ona krediti niyə ödəmədiyini soruşmuşdur. O da adına olan krediti çoxdan ödədiyini bildirmişdir. Müstəntiq fikrində 2010-cu ildə onun adına rəsmiləşdirilən sənədi nəzərdə tutmuşdur. Lakin o, hesab etmişdir ki, müstəntiq 2015-ci ildə "xxxx" ASC-nin “Sumqayıt” filialında onun adına rəsmiləşdirilmiş kreditlə bağlı sual vermişdir. BMCMİ-nin müstəntiqi Canpolad müəllim ona 500.000 (beş yüz min) manat məbləğində kredit olduğunu əks edirən sənədi göstərdikdə, o, həmin məbləğin 5.000 (beş min) manat məbləğində olduğunu düşünmüşdür. Hətta o, Canpolad müəllimə 5.000 (beş min) manat deyil, 6.500 (altı min beş yüz) manat kredit götürdüyünü və həmin krediti də çoxdan ödədiyini bildirmişdir. Canpolad müəllim ona adına 500.000 (beş yüz min) manat məbləğində kredit olduğunu və həmin kreditə görə BMCMİ-yə aparıldığını demişdir. O, 500.000 (beş yüz min) manat məbləğində kredit rəsmiləşdirildiyini ilk dəfə BMCMİ-də olarkən öyrənmişdir. Onun 500.000 (beş yüz min) manat məbləğində olan kreditdən xəbəri olmamışdır. Həmin məbləğdən ona pul vəsaiti çatmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 etibarnaməsinə əsasən 2 (iki) dəfə qol çəkmişdir. Təqsirləndirilən şəxs2 Şahid13 və Ülvi Mustafayevin yaxını olmuşdur. Təqsirləndirilən şəxs2 ev alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 ona bəzi sənədlər təqdim etmiş və Şahid13 həmin sənədləri imzalamağını xahiş etdiyini ona bildirmişdir. Həmin sənəd 603.000 (altı yüz üç min) manat məbləğində kredit vəsaitinin 05 nəfər fiziki şəxsin adına rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Onlar da 05 nəfər olaraq 603.000 (altı yüz üç min) manat kreditin adlarına rəsmilədirilməsinə dair imza çəkmişlər. 603.000 (altı yüz üç min) manatdan ona heç bir məbləğdə pul vəsaiti çatmamışdır. Şahid13 tapşırığına əsasən İlham Fərzəliyev adlı şəxs ona 05 ədəd mənzil göstərmişdir. 2015-ci ildə həmin vaxt onun adına rəsmiləşdirilmiş kreditin üçdə ikisi ödənilmişdir. 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı o, deyə bilər ki, bunu eştimiş, lakin İlham Fərzəliyev ona həmin pul vəsaitinin 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində hissəsinin kooperativ tərəfindən aparıldığını bildirmişdir. O, İlham Fərzəliyevə qalan 2.000.000 (iki milyon) ABŞ dolları məbləğində pul vəsaitinin necə olması ilə bağlı sual versə də, onun suallarına heç kim cavab verməmişdir. Şahid7 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, hazırda “Beta" mühafizə şirkətində mühafizəçi işləyir. O, 2012-ci ilin iyul ayından 2015-ci ilin iyun ayınadək “Qlobus Plaza” da yerləşən "xxxx" MMC-də təhlükəsizlik mütəxəssisi işləmişdir. Onu həmin işə cəmiyyətin direktoru və faktiki rəhbəri Təqsirləndirilən şəxs2 götürmüşdür. O, xx.xx.2012-ci il tarixdə işdə olarkən Təqsirləndirilən şəxs2 onu yanına dəvət edərək bildirmişdir ki, cəmiyyətin fəaliyyəti üçün onun adına "xxxx" ASC-dən kredit götürmək lazımdır və həmin krediti Təqsirləndirilən şəxs2 özü 01 il müddətində ödəyib bağlayacaqdır. O da müdir kimi Təqsirləndirilən şəxs2 etibar etdiyi üçün sonuncu ilə razılaşmışdır. Razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 ona "xxxx" ASC-nin “Premyer” filialına getməli olduğunu və bankda kreditin rəsmiləşdirilməsi üçün ona təqdim ediləcək müvafiq sənədlərə imza etməli olduğunu bildirmişdir. O da Dünyaminin sözü ilə xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin “Premyer” filialına gedərək Təqsirləndirilən şəxs2 tərəfindən göndərildiyini bildirmiş, sonra bankın hazırda xatırlamadığı bir neçə əməkdaşına və kassaya yaxınlaşaraq ona təqdim olunan bütün sənədləri imzalamışdır. O, sənədləri imzaladıqdan sonra heç bir məbləğdə kredit vəsaitini götürmədən bankdan çıxıb işə qayıtmış və bu barədə Dünyaminə məlumat vermişdir. Bundan sonra həmin kreditlə bağlı onun heç bir məlumatı olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, ona təqdim edilmiş 15 avqust 2012-ci il tarixli kredit müqaviləsində “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur. O, Təqsirləndirilən şəxs2 tapşırığı ilə "xxxx" ASC-nin filialına gedərək ona təqdim olunan sənədləri imzalamış, lakin heç bir məbləğdə kredit götürməmişdir. Həmin pulların hara xərclənməsindən onun məlumatı yoxdur, qeyd olunan vəsait faktiki olaraq Təqsirləndirilən şəxs2 tərəfindən götürülmüşdür. O, Təqsirləndirilən şəxs2 sözlərinə inanaraq həmin sənədlərə imza etmiş, Təqsirləndirilən şəxs2 qısa zamanda həmin krediti bağlayacağına dair söz verdiyi üçün buna inanıb kredit sənədlərinə imza etmiş, lakin kassadan heç bir məbləğdə pul vəsaiti almamışdır. Şahid10 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2007-ci ildə Bakı Dövlət Universitetini turizm ixtisası üzrə bitirdikdən sonra təxminən 1 (bir) il direktoru İlham Ələsgərov olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində turizm üzrə mütəxəssis vəzifəsində işləmişdir. X16 Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin Turizm Departamentinin direktoru vəzifəsinə təyin olunduğundan onu da həmin departamentə turizm üzrə mütəxəssis təyin etmişdir. Holdinqə ümumi rəhbirliyi Təqsirləndirilən şəxs2 etmişdir. Onun əsas vəzifəsi vətəndaşlara turizm xidmətini holdinqə məxsus olan Şəki, Zaqatala və Qusar rayonlarında yerləşən otelləri reklam etməkdən ibarət olmuşdur. Ona verilən əmək haqqı 500+100 manat məbləğində olmuşdur. O, həmin məbləği müəssisənin mühasibindən nağd şəkildə almışdır. Təxminən 2009-cu ilin mart ayında Təqsirləndirilən şəxs2 onu yenidən yanına çağıraraq adına kredit rəsmiləşdirilməsi zərurəti yarandığını, həmin kreditin sonradan bank tərəfindən ödəniləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 inandığı üçün 04 mart 2009-cu il tarixdə sonuncunun sözü ilə "xxxx" ASC-nin “Mərkəzi” filialına gedərək ona təqdim olunan kredit sənədlərinə imza etmiş, lakin bankdan hər hansı vəsait götürməmişdir. O, 04 mart 2009-cu il tarixli kredit müqaviləsi ilə tanış olaraq göstərmişdir ki, həmin müqavilədə “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur. O, Təqsirləndirilən şəxs2 tapşırığı ilə bankın “Mərkəzi” filialına gedərək ona təqdim olunan sənədlərə imza etmiş, lakin heç bir məbləğdə kredit götürməmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lakin o, 2008-ci ildə "xxxx" ASC-də tərcüməçi kimi işə düzəlmiş və 2018-ci ilədək Sumqayıt şəhərində fəaliyyət göstərən həmin cəmiyyətdə işləmişdir. O, həmin işə həyat yoldaşı Şəhla Balayevanın tələbə yoldaşı Şahid12 vasitəsi ilə qəbul olmuşdur. O, 27 may 2010-cu il tarixdə işdə olarkən direktor Şahid12 onu yanına dəvət edərək bildirmişdir ki, "xxxx" ASC-nin rəhbərliyinin tapşırığı ilə onun adına kredit götürmək zərurəti yaranmışdır. Lakin Şahid12 pulun məbləği və təyinatı barədə ona heç bir söz deməmişdir. O, Şahid12 sözü ilə adına kredit rəsmiləşdirilməsinə razılıq vermişdir. 27 may 2010-cu il tarixdə o, iş yoldaşı Şahid4lə birlikdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin “Mərkəzi” filialına gedərək "xxxx" ASC-dən gəldiklərini demiş, bundan sonra adını xatırlamadığı bir nəfər onlara yaxınlaşaraq məlumatlı olduğunu deyib ona kredit sənədlərinə, o cümlədən müqavilə və kassa çekinə imza etdirmişdir. O, sənədlərə imza etdikdən sonra bankdan çıxıb getmiş, həmin vaxt adına hansı məbləğdə kredit rəsmiləşdirildiyini bilməmiş və kassadan heç bir məbləğdə pul vəsaiti götürməmişdir. O, 27 may 2010-cu il tarixli kredit müqaviləsi ilə tanış olaraq göstərmişdir ki, həmin müqavilədə “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur. Şahid12 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, hazırda heç bir yerdə işləmir. O, 2003-cü ildə Dövlət Əmlak Komitəsinin sədrinin müvafiq əmrinə əsasən "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. 2006- 2007-ci illərdə "xxxx" ASC özəlləşdirməyə açıq elan olunmuş və 100 faiz özəl olan Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. 2008-ci ildə "xxxx" ASC-nin adı dəyişdirilmiş və “İntertekstil" ASC adlandırılmış, "xxxx" ASC-nin səhmlərinin 89,99 faizi Sadıx Murtuzayevə, yerdə qalan hissəsi isə müxtəlif fiziki şəxslərə məxsus olmuş, müşahidə şurasının sədri isə X11 olmuşdur. "xxxx" ASC yarandığı vaxtdan o, həmin ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, 28 aprel 2015-ci il tarixdə isə tutduğu vəzifədən azad edilmiş və 26 may 2015-ci il tarixdə yenidən həmin ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. "xxxx" ASC müxtəlif vaxtlarda "xxxx" ASC-dən kreditlər götürmüşdür. "xxxx" ASC-nin fəaliyyəti əsasən təsisçilərin ümumi yığıncağının qərarına əsasən həyata keçirilmişdir. Təsisçilərin ümumi yığıncağının qərarına əsasən müəssisənin fəaliyyətini bərpa etmək və tikinti-quraşdırma işlərinin aparılması, yeni avadanlıqların alınması üçün bankdan kreditlərin götürülməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin fəaliyyətinə nəzarət Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmiş, həmçinin Təqsirləndirilən şəxs2 göstərişinə əsasən bankdan kreditlər götürülmüşdür. Belə ki, Sadıx Murtuzayev "xxxx" ASC-nin səhmlərini aldıqdan sonra onunla Bakı şəhəri, “Caspian Plazanın” ofisində görüşmüş və həmin vaxt Sadıx Murtuzayev ona bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri faktiki olaraq Sadıxa məxsus olsa da, bu formal xarakter daşıyır. Belə ki, ASC-nin fəaliyyətinə rəhbərliyi və nəzarəti faktiki olaraq həmin dövrdə Milli Məclisin deputatı seçilmiş Təqsirləndirilən şəxs2 həyata keçirəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onunla görüşərək bildirmişdir ki, cəmiyyətin fəaliyyətinə nəzarəti özü həyata keçirəcək, həmçinin cəmiyyətin fəaliyyəti ilə bağlı mütəmadi olaraq Təqsirləndirilən şəxs2 məlumat verilməlidir. Təqsirləndirilən şəxs2 bir neçə dəfə "xxxx" ASC-nin Sumqayıt şəhərində yerləşən inzibati binasına gələrək fabrikin işi ilə yaxından tanış olmuşdur. Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin sabiq sədri Şahid13lə də yaxın münasibəti olmuşdur. "xxxx" ASC-nin fəaliyyətinin genişləndirilməsi üçün kredit vəsaiti lazım olduqda, Təqsirləndirilən şəxs2 göstərişi ilə bank tərəfindən kreditlər ayrılmışdır. 27 may 2010-cu il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, bir neçə nəfər "xxxx" ASCnin işçilərini "xxxx" ASC-nin Nəsimi filialına göndərsin ki, həmin şəxslərin adlarına kreditlər rəsmiləşdirilsin, rəsmiləşdirilən kredit məbləğləri isə işçilər tərəfindən götürülməyəcək, həmçinin həmin kreditlərin ödənilməsini Təqsirləndirilən şəxs2 özü təşkil edəcək. Ona görə də o, həmin gün "xxxx" ASC-də anbardar işləyən Şahid4 və həmin cəmiyyətdə tərcüməçi işləyən Şahid3 "xxxx" ASC-nin “Mərkəzi” filialına göndərmiş, orada həmin şəxslərin adlarına kreditlər rəsmiləşdirilmiş, lakin Zeynal və Abuzər filialdan hər-hansı məbləğdə pul almamışlar. O, "xxxx" ASC-nin işçilərinin adlarına rəsmiləşdirilən kreditlərin kimin tərəfindən götürülməsi və nəyə sərf edilməsini bilməmişdir. Rəhbəri olduğu "xxxx" ASC-nin işçilərinin adlarına kreditlər rəsmiləşdirilsə də, bankdan heç bir məbləğdə pul alınmamışdır. Eləcə də onun həmin şəxslərin adlarına kredit rəsmiləşdirilməsində heç bir maddi və sair marağı olmamışdır. "xxxx" ASC-nin 2 işçisinin adına 2010-cu ilin may ayında rəsmiləşdirilən kredit məbləğinin hansı layihəyə və ya hara xərcləndiyini o, bilməmişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2016-cı ildən hal-hazıradək “İçərişəhər” Dövlət Tarix-Memarlıq və Qoruğu İdarəsində elektrik işləyir, 2003-cü ildən 2009-cu ilin iyun ayınadək isə "xxxx" MMC-də elektrik işləmişdir. Həmin cəmiyyət 2003-cü ildə təsis edilmiş, səhmlərinin 98 faizi Təqsirləndirilən şəxs2 rəhbəri olduğu "xxxx" MMC-yə məxsus olmuş, fəaliyyəti isə yaşayış binalarının tikintisindən ibarət olmuşdur. Cəmiyyətin formal olaraq direktoru Hikmət Baxşiyev olmuş, idarəçiliyi isə Şahid6 həyata keçirmişdir. Həmin cəmiyyətin faktiki rəhbəri isə Təqsirləndirilən şəxs2 olmuşdur. 2003-cü ildə "xxxx" ASC-nin rəhbəri Şahid13 tapşırığı ilə cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yaşayış binalarının tikintisinə başlamışdır. O, həmin tikintidə 2009-cu ilin iyun ayınadək elektrik kimi işləmişdir. Qeyd olunan tikintiyə rəhbərliyi Şahid6 vasitəsi ilə Təqsirləndirilən şəxs2 həyata keçirmişdir. Evlərin satışı ilə bankın nümayəndəsi məşğul olmuşdur. Layihədə 05 bina nəzərdə tutulsa da, faktiki olaraq 03 bina tikilmişdir. 2007-ci ilin avqust ayında Şahid6 bildirmişdir ki, tikintinin başa çatdırılması üçün əlavə vəsait lazım olduğundan Təqsirləndirilən şəxs2 tapşırığı ilə "xxxx" ASC-dən kredit götürmək zərurəti yaranmış, həmin kredit tikinti işlərinə sərf ediləcək və tikinti başa çatdıqdan sonra mənzillər satılaraq kreditlər ödəniləcəkdir. Bununla bağlı o, 28 avqust 2007-ci ildə Bankın “Mərkəzi” filialına gedərək bank əməkdaşlarının ona təqdim etdikləri kredit sənədlərinə imza etmiş, həmin vaxt onun adına 125.000 ABŞ dolları məbləğində kredit rəsmiləşdirilmişdir. Lakin kassadan ona heç bir məbləğdə pul verilməmişdir. O, yalnız kredit sənədlərinə imza edib bankdan çıxmış, həmin vəsait isə bankın rəhbərliyi tərəfindən götürülmüşdür. 2015-ci ilədək həmin kreditlə bağlı ona heç kim heç bir söz deməmişdir. Lakin 2015-ci ildə isə bankın rəhbər vəzifəli şəxsləri barəsində cinayət işi başlandıqdan sonra o, adına olan kreditin ödənilmədiyini və külli miqdarada borcunun olduğunu bilmişdir. O, 28 avqust 2007ci il tarixli kredit müqaviləsi ilə tanış olaraq göstərmişdir ki, həmin müqavilədə “borc alan” qrafası qarşısındakı imzalar ona məxsusdur, özü icra etmiş, lakin kredit sənədlərində göstərilən pul vəsaitini götürməmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2007-2009-cu illərdə "xxxx" ASC-nin nəzdində yaradılmış "xxxx" şirkətində koordinator köməkçisi vəzifəsində işləmiş və 700-750 manat civarında aylıq əmək haqqı almışdır. Şirkətin direktoru İbrahim Hüseynov olmuş, həmin şirkət "xxxx" ASC-nin investisiya vəsaiti qoyduğu istehsalat müəssisələrinin və obyektlərin mühafizəsi, qorunmasını həyata keçirmişdir. Koordinator köməkçisi olaraq onun vəzifəsi şirkət tərəfindən mühafizə olunan obyektlərdə, istehsalat müəssisələrində mühafizənin təşkili və yoxlanılmasından ibarət olmuşdur. Həmin işə o, "xxxx" ASC-nin keçmiş İdarə Heyətinin sədrinin sürücüsü Şahid8 vasitəsi ilə düzəlmişdir. 2009-cu ildə tutduğu vəzifəsi ixtisara düşməsi səbəbindən o, həmin şirkətdəki işindən azad olunmuşdur. Təxminən 2010-cu ildə "xxxx" ASC-nin keçmiş İdarə Heyətinin sədrinin sürücüsü, eləcə də həmyerlisi Şahid8 ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsi ilə birlikdə "xxxx" ASC-nin “Suraxanı” filialına gedərək filial direktoru Yaşar müəllimə yaxınlaşsın, orada onun adına kredit sənədləşdiriləcək, amma bu kreditin ona aidiyyəti yoxdur, krediti faktiki olaraq Təqsirləndirilən şəxs2 və Şahid13 götürəcək, hər ay da, özləri kredit pullarını ödəyəcəklər. O, Aydının etdiyi yaxşılıqları nəzərə alaraq "xxxx" ASC-nin “Suraxanı” filialına gedərək orada filial müdiri Yaşar Səfərovla tanış olmuş, öz şəxsiyyət vəsiqəsini Yaşar Səfərova vermiş, özü ilə başqa heç bir sənəd aparmamış, yaxud banka hər hansı digər sənəd təqdim etməmişdir. Onun tərəfindən hansısa əmlak da bankın girovuna təqdim olunmamışdır. O, yalnız şəxsiyyət vəsiqəsi əsasında filialın direktoru Yaşar müəllimin tapşırığı və rəhbərliyi altında 10-15 dəqiqə müddətində onun adına xx.xx.2010-cu il tarixdə 1.332.950 ABŞ dolları məbləğində uzun müddətli kreditin verilməsinə dair sənədlər hazırlanmışdır. Kreditin hansı müddətə, hansı faizlərlə, hansı şərtlərlə və təyinat üzrə verilməsi barədə ona heç bir söz deyilməmişdir. O, müqavilə və kredit rəsmiləşdirilməsinə aid digər sənədlərlə ətraflı, yaxından tanış olmamışdır. Elə 10- 15 dəqiqə müddətində kreditlə bağlı hazırlanmış sənədləri "xxxx" ASC-nin “Suraxanı” filialının direktoru Yaşar müəllimin iş otağında imzayaraq çıxıb getmişdir. Faktiki olaraq, həmin vaxt ona bank tərəfindən heç bir pul vəsaiti verilməmiş, həmçinin o, hansısa məbləğdə pul vəsaitini qəbul etməmişdir. Şahid8 əlavə olaraq daha bir nəfər lazım olduğunu dediyi üçün o, öz növbəsində həyat yoldaşı Şahid2 adına kredit rəsmiləşdirilməsinə razılıq vermişdir. Öz adına kredit rəsmiləşdirildikdən sonra o, həyat yoldaşı Şahid2 da banka gətirmiş və Nəzakətin də adına kredit rəsmiləşdirilmişdir. Kredit onun və arvadı Nəzakətin adına rəsmiləşirilsədə də, onlar heç bir məbləğdə pul vəsaiti götürməmişlər. O, pul vəsaitinin kimin tərəfindən və necə götürülməsinin şahidi olmamışdır. Yaşar ona narahat olmamağı, kreditlə bağlı heç bir problem olmayacağını demişdir. 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından adına götürülmüş həmin kreditin ödənilib-ödənilməməsi ilə bağlı ona heç kim müraciət etməmişdir. O, 2015-ci ildə polis orqanlarına dəvət edildikdən sonra həmin kreditin bağlanmadığını bilmişdir. Adına olan həmin krediti bankın keçmiş idarə heyətinin sədri Şahid13 konkret olaraq kiminlə birlikdə, nə məqsədlə götürdüyünü, götürülmüş kreditin hansı istiqamətdə sərf olunub xərcləndiyini o, bilmir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə kredit müqaviləsini imzalasa da, həmin kredit müqaviləsi əsasında bankdan ona heç bir məbləğdə pul vəsaiti verilməmişdir. O, həmin kredit vəsaitinin kimin tərəfindən götüüldüyü bilmir. Belə ki, o, əri Şahid1 sözü və sonuncu ilə birlikdə banka gedərək təqdim olunan sənədlərə imza etmişdir. Şahid13 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 04 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ona ittiham elan edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi tamamlanmalqa məhkəməyə göndərilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin vaxtdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Bundan başqa, həmin cinayət işindən ayrılan cinayət işi üzrə DİN-in BMCMİ-də yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 193-1.3.1, 193-1.3.2, 213.2.1, 213.2.2, 308.2, 309.2 və 313-cü maddələri ilə təqsilrəndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə ona ittiham elan edilmişdir. Qeyd olunan cinayət işi də tamamlanaraq 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin Məhkəmənin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, qəti olaraq 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 16 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona elan edilmiş ittihamlar üzrə o, özünü təqsirli bilmir. O, 27 mart 2001-ci il tarixdən 02 aprel 2015ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, əsas vəzifəsi bankın fəaliyyətinə ümumi rəhbərlik etməkdən ibarət olmuşdur. O, adlarına kredit rəsmiləşdirilmiş Şahid5, X8, Şahid10, Şahid6, Şahid3, Şahid4, Şahid2, Şahid1, Şahid7, Tskhadadze Kakhaberiyə, Stevard Skloss, Teplyuşova Svetlana, Şahid11 və X5 qeyd olunan kreditlərin verilməsindən uzun müddət keçdiyi üçün hazırda xatırlamasa da, onun göstərişi ilə "xxxx" ASC tərəfindən fiziki şəxslərə verilmiş kreditlər ayrı-ayrı layihələrin maliyyələşməsinə yönəldilmiş və sonrakı 08 ildə həmin layihələrdən gələn gəlirlər hesabına həmin kreditlərin bağlanması nəzərdə tutulmuşdur. Lakin 2015-ci ildən həmin layihələr Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "xxxx" Səhmdar Kredit Təşkilatı və Azərbaycan Sənaye Korporasiyasının balanslarına və idarəçiliyinə ötürüldüyündən gəlirlər də, həmin təşkilatara yönəldilmişdir. Odur ki, həmin kreditlərin bağlanmamasının səbəbkarı həmin təşkilatların rəhbərlərinin məsuliyyətidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli 2201 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 155- 164) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid5 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid5 125.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2008-ci il tarixli 2580 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 127-132) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid9 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid9 186.850 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2009-cu il tarixli 3452 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 175-179) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid6 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid6 603.300 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2010-cu il tarixli 4773 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 76-82) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid3 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid3 500.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2010-cu il tarixli 208/10 nömrəli kredit müqaviləsinə əsasən verilmiş məxaric orderinin surətindən (cild 1, iş vərəqə 66) görünür ki, həmin müqaviləyə əsasən 500.000 manat məbləğində pul vəsaitinin borc alan Şahid3 Məhəmmıd oğluna bankın kassasından verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2010-cu il tarixli 4772 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 91-98) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid4 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid4 500.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2010-cu il tarixli 208/10 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 20-29) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid2 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid2 1.333.261 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2010-cu il tarixli 208/10 nömrəli kredit müqaviləsinə əsasən verilmiş məxaric orderinin surətindən (cild 1, iş vərəqə 30) görünür ki, həmin müqaviləyə əsasən 1.325.309 ABŞ dolları məbləğində pul vəsaitinin borc alan Şahid2 bankın kassasından verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2010-cu il tarixli 207/10 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 43-52) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid1 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid1 1.332.950 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). xx.xx.2010-cu il tarixli 208/10 nömrəli kredit müqaviləsinə əsasən verilmiş məxaric orderinin surətindən (cild 1, iş vərəqə 54) görünür ki, həmin müqaviləyə əsasən 1.325.000 ABŞ dolları məbləğində pul vəsaitinin borc alan Şahid1 bankın kassasından verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2012-ci il tarixli 3883 nömrəli kredit müqaviləsinin surətindən (cild 1, iş vərəqə 108-113) görünür ki, həmin gün "xxxx" ASC ilə Şahid7 arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən bank tərəfindən Şahid7 1.000.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur (kredit müqaviləsi təminatsız olmuş, yəni əsas öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə girov və ya ipoteka qoyulmamışdır). Kredit müqavilələri, kassa məxaric orderləri, hesabdan çıxarışlar və digər bank sənədlərindən (cild 1, iş vərəqə 189-221) görünür ki, Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səksən dörd sent) ABŞ dolları, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, Teplyuşeva Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 avro, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları və 79.696 funt sterlinq məbləğində kredit verilmişdir. Məhkumluq barədə arayışdan (cild 3, iş vərəqə 200-202) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 213.2.1, 213.2.2 və 32.4,308.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 12 il 9 aya endirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 32.4, 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluq barədə arayışdan (cild 3, iş vərəqə 193-196) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin iş üzrə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilən cəza 04 il sınaq müddəti ilə şərti hesab edilmiş, bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli rəydən (cild 4, iş vərəqə 19-22) görünür ki, 09 fiziki şəxs, o cümlədən Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,8 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,2 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncunun həyat yoldaşı Şahid2 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,6 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 09 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində kredit vəsaiti götürülmüşdür. Bundan başqa, plastik kartlarla bağlı 05 fiziki şəxs tərəfindən, o cümlədən Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səksən dörd sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 236.889,6 (iki yüz otuz altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 138.279,56 (bir yüz otuz səkkiz min iki yüz yetmiş doqquz manat əlli altı qəpik), Teplyuşeva Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 avro, həmin dövrün rəsmi məzənnəsi 589.156,23 (beş yüz səksən doqquz min bir yüz əlli altı manat iyirmi üç qəpik) manat, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391.211,3 (üç yüz doxsan bir min iki yüz on bir manat otuz qəpik) manat və 79.696 funt sterlinq, həmin dövrün rəsmi məzənnəsi ilə 92.423,45 (doxsan iki min dörd yüz iyirmi üç manat qırx beş qəpik) manat olmaqla, cəmi 05 fiziki şəxsin adına açılmış plastik kartlar vasitəsi ilə ümumilikdə 1.603.725,3 (bir milyon altı yüz üç min yeddi yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində kredit vəsaiti götürülmüşdür. Bundan başqa, həmin rəydən görünür ki, kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalarının” 2.8-ci, xx.xx.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydaları”nın 3.1.4-ci (kreditlərin verilməsi meyarları) bəndinə əsasən borcalanın kredit tarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər nəzərə alınmaqla nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit qaytarma qabiliyyəti və 4.1.8-ci (borcalan haqqında maliyyə məlumatı) bəndinə əsasən borcalan fiziki şəxs olduqda maliyyə hesabatları qismində əmək haqqı və ya rəsmi qaydada təsdiq olunmuş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayışı kreditin qaytarma qabiliyyətini müəyyən etmək məqsədi ilə banka təqdim etməlidir. Lakin təqdim olunan cinayət işinin materiallarında qeyd olunan sənədlər aşkar olunmamışdır. Kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının” 4.1.22-ci bəndinin tələblərinə əsasən kredit verildikdən sonra mümkün kredit risklərinin minimallaşdırılması məqsədilə nəzarət tədbirləri həyata keçirilərək monitorinqlərin aparılması nəzərdə tutulur. Lakin kreditlərin müddəti ərzində kreditin təyinatı üzrə istifadə olunması və borcalanın maliyyə vəziyyətinin yoxlanması və monitorinqinin nəticələrinə dair tərtib olunmuş hesabat aşkar olunmamışdır. Kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının” 4.1.17-ci bəndinin tələblərinə əsasən kredit müqavilələrində kreditin məqsədi və təyinatı aydın şəkildə qeyd olunmalıdır. Lakin tərtib olunmuş kredit müqavilələrində kreditin məqsədi və dəqiq təyinatı göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı sərancamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərə əsasən 14 fiziki şəxsə verilmiş kreditlər üzrə cəmi 17.765.738,91 manat borc məbləği mövcuddur. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 23- 30) görünür ki, 01 ABŞ dollarının manata münasibətdə məzənnəsi xx.xx.2007-ci il tarixdə 0,8528 manat, xx.xx.2008-ci il tarixdə 0,8385 manat, xx.xx.2009-cu il tarixdə 0,8015 manat, 04 mart 2009-cu il tarixdə 0,8053 manat, xx.xx.2009-cu il tarixdə 0,8045 manat və xx.xx.2010-cu il tarixdə 0.8027 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 5, iş vərəqə 10-47) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və onlara həmin maddələr ilə yeni məzmunda ittiham elan edilməsi, Şahid2, Şahid3, Şahid4, Şahid7, Şahid10, Şahid6, Şahid11, Şahid5 və Şahid9 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən həmin şəxslər barəsində Azırbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 5, iş vərəqə 48-51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 5, iş vərəqə 86-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin ayrılması haqqında qərardan (cild 5, iş vərəqə 123-126) görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Şahid13 və bankın digər vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində "xxxx" ASC-nə külli miqdarda ziyanın vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Mülki iddiaçı "xxxx" QSC-nin mülki iddia ərizəsindən (cild 5, iş vərəqə 241-246) görünür ki, mülki iddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə müraciət edərək Şahid2, Şahid1, Şahid3, Şahid4, Şahid7, Şahid10, Şahid6, Şahid11, Şahid5, Şahid9, Tskhadadze Kakhaberi, Stevard Skoss, Teplyuşeva Svetlana və X3 "xxxx" ASC-dən götürülmüş kreditlər üzrə ümumilikdə 17.765.738,91 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 247) görünür ki, Şahid1 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1.307.950 ABŞ dolları, faiz borcuna görə 513.646,53 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 3.096.714,10 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 248) görünür ki, Şahid4 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 198.467 manat, faiz borcuna görə 364.629,76 manat, cəmi borc isə 563.096,76 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 249) görünür ki, Şahid7 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1.000.000 manat, faiz borcuna görə 521.139,05 manat, cəmi borcu isə 1.521.139,05 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 250) görünür ki, Şahid9 Vladimirovanın adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 186.850 ABŞ dolları, faiz borcuna görə 240.102,26 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 725.818,84 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 251) görünür ki, Şahid10 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 2.833.816,66 ABŞ dolları, faiz borcuna görə 661.945,04 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 4.171.106,83 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 252) görünür ki, Şahid6 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 249.600 manat, faiz borcuna görə 338.383,32 manat, cəmi borc manat ekvivalentinə görə 999.541,64 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 253) görünür ki, Tskhadadze Kakhaberin adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 172.525,97 ABŞ dolları, faiz borcuna görə 123.752 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 503.672,55 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 254) görünür ki, Stevard Sklossun adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 295.557,84 ABŞ dolları, faiz borcuna görə 680.148 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 1.658.699,93 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 255) görünür ki, Teplyuşeva Svetlananın adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 973.116,82 manat, faiz borcuna görə 469.253,95 manat, cəmi borc isə 1.442.370,77 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 256) görünür ki, Şahid11 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 55.760 manat, faiz borcuna görə 72.612 manat, cəmi borc isə 128.372 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 257) görünür ki, X2 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 488.098,94 ABŞ dolları, faiz borcuna görə 580.848 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 2.237.618,40 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 258) görünür ki, Şahid5 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 125.000 ABŞ dolları, faiz borcuna görə 175.104,17 ABŞ dolları, cəmi borc manat ekvivalentinə görə 510.177,09 manat manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 259) görünür ki, Şahid3 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 198.468 manat, faiz borcuna görə 364.630,10 manat, cəmi borc isə 563.098,10 manat təşkil edir. xx.xx.2023-cü il tarixli çıxarışdan (cild 5, iş vərəqə 260) görünür ki, Şahid2 adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə kredit borcu - əsas borc üzrə 1.333.261 ABŞ dolları, faiz borcuna görə 513.824,03 ABŞ dolları, cəmi borc isə 1.847.085,03 ABŞ dolları təşkil edir. xx.xx.2016-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 114-182) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 179.3.1 və 179.3.2-ci maddələri ilə ona 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarə edən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş əlavə və əsas cəzalar Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarə edən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı müddət çıxılmaqla üzərində 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarə edən orqanlarında maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 11 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, üzərində saxlanılmış cəzanın əvvəlinin 14 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. xx.xx.2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı qərarından (cild 4, iş vərəqə 183-204) görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və xx.xx.2016-cı il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı hökmü Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-454/2017 saylı hökmünün surətindən (cild 4, iş vərəqə 34-111) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinməklə ona 02 il müddətə dövlət orqanlarında və yerli özünüidarəedən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinməklə 01 il 06 ay müddətə dövlət orqanlarında və yerli özünüidarəedən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,309.2-ci maddəsi ilə təqsirli bilinməklə 01 il 06 ay müddətə dövlət orqanlarında və yerli özünüidarəedən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş əlavə və əsas cəzalar Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarə edən orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qəti cəzanın əvvəli isə xx.xx.2015-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçiləri ilə birlikdə şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşlar, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçiləri vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişlər. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişlər, həmçinin məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazlarını bildirmişlər, bununla da irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq sərəncam vermə, idarəetmə, tədarük və sair səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və ya əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə ələ keçirmişdir. Yəni Təqsirləndirilən şəxs2 04 avqust 2001-ci ildən 29 dekabr 2015-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin faktiki rəhbəri kimi yaxın dostu -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə rəhbəri olduğu cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydaları”nın və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialının kassasından "xxxx" MMC-də elektrik işləyən Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, "xxxx" MMC-də direktorun köməkçisi işləyən Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,8 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,2 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), "xxxx" ASC-də tərcüməçi işləyən Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, "xxxx" ASC-də fəhlə işləyən Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, bankın “Suraxanı” filialının kassasından "xxxx" MMC-də koordinator köməkçisi işləyən Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncun həyat yoldaşı Şahid2 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,6 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, bankın Biznes Departamenti “ABB Premyer” Müştəri Xidmətindən "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla, 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 9 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASCyə məxsus əmlakı mənimsəmək məqsədilə Təqsirləndirilən şəxs1 və o, rəhbəri olduqları Cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbələrində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydaları”nın və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələbləri pozulmaqla bankın «Mərkəzi» filialından istintaqa dəqiq məlum olmayan 27 mart 2001-ci ildən 02 aprel 2015-ci ilədək olan müddətdə tarixi məlum olmayan vaxtda Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səsksən dörd sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 236.889,6 (iki yüz otuz altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 138.279,56 (bir yüz otuz səkkiz min iki yüz yetmiş doqquz manat əlli altı qəpik), Teplyuşova Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 avro, həmin dövrün rəsmi məzənnəsi 589.156,23 (beş yüz səksən doqquz min bir yüz əlli altı manat iyirmi üç qəpik) manat, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391.211,3 (üç yüz doxsan bir min iki yüz on bir manat otuz qəpik) manat və 79.696 funt sterlinq, həmin dövrün rəsmi məzənnəsi ilə 92.423,45 (doxsan iki min dörd yüz iyirmi üç manat qırx beş qəpik) manat olmaqla, cəmi 5 fiziki şəxsin adına açılmış plastik kartlar vasitəsi ilə ümumilikdə 1.603.725,3 (bir milyon altı yüz üç min yeddi yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində pul vəsaitini həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Cəmiyyətin Mərkəzi filialının və "xxxx" MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də, POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə Şahid13 özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyalarının alınması, təhsil haqqı xərclərinin ödənilməsi, X12 və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə ələ keçirmişdir. Yəni Təqsirləndirilən şəxs1 27 mart 2001-ci ildən 02 aprel 2010-cu il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, X13 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə rəhbəri olduğu cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbəsində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalan”nın və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydalarının tələbləri pozulmaqla Bankın «Mərkəzi» filialının kassasından "xxxx" MMC-də elektrik işləyən Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li kredit müqaviləsinə əsasən 28 avqust 2007-ci il tarixdə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 106.600 (bir yüz altı min altı yüz) manat, "xxxx" MMC-də direktorun köməkçisi işləyən Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li kredit müqaviləsinə əsasən 19 mart 2008-ci il tarixdə 186.850 (bir yüz səksən altı min səkkiz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.673,72 (bir yüz əlli altı min altı yüz yetmiş üç manat yetmiş iki qəpik) manat, "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li kredit müqaviləsinə əsasən 04 mart 2009-cu il tarixdə 186.000 (bir yüz səksən altı min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 149.785,8 (bir yüz qırx doqquz min yeddi yüz səksən beş manat səksən qəpik) manat, "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li kredit müqaviləsinə əsasən 16 mart 2009-cu il tarixdə 603.600 (altı yüz üç min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 485.596,2 manat (dörd yüz səksən beş min beş yüz doxsan altı manat iyirmi qəpik), "xxxx" ASC-də tərcüməçi işləyən Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, "xxxx" ASC-də fəhlə işləyən Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010cu il tarixli, 4773 №-li kredit müqaviləsinə əsasən 27 may 2010-cu il tarixdə 500.000 (beş yüz min) manat, bankın “Suraxanı” filialının kassasından "xxxx" MMC-də koordinator köməkçisi işləyən Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.332.950 (bir milyon üç yüz otuz iki min doqquz yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.069.958,96 (bir milyon altmış doqquz min doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat və sonuncun həyat yoldaşı X4 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №li kredit müqaviləsinə əsasən 29 sentyabr 2010-cu il tarixdə 1.333.261 (bir milyon üç yüz otuz üç min iki yüz altmış bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.070.208,6 (bir milyon yetmiş min iki yüz səkkiz manat altmış qəpik) manat, bankın Biznes Departamenti “ABB Premyer” Müştəri Xidmətindən "xxxx" MMC-də turizm üzrə mütəxəssis işləyən Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqaviləsinə əsasən 15 avqust 2012-ci il tarixdə 1.000.000 (bir milyon) manat olmaqla, 28 avqust 2007-ci il tarixdən 15 avqust 2012-ci il tarixədək olan müddətdə 9 fiziki şəxsin adına rəsmiləşdirilmiş ümumilikdə 5.038.823,28 (beş milyon otuz səkkiz min səkkiz yüz iyirmi üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaitini filialların aidiyyatı əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyərkən yaxın dostu - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən Şahid13, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan birləşməklə əlbir olub çoxsaylı cinayətləri törətmək üçün sabit cinayətkar qrup yaradaraq mütəşəkkil dəstə tərkibində ümumi cinayətkar məqsədlərinə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Şahid13 etibar edilmiş "xxxx" ASC-yə məxsus əmlakı mənimsəmək məqsədilə Təqsirləndirilən şəxs1 və o, rəhbəri olduqları Cəmiyyətin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair Şahid13 birbaşa özü və digər şəxslər vasitəsi ilə verdiyi qanunsuz göstərişləri icra edərək öz növbələrində onları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müxtəlif filiallarına göndərmiş, nəticədə kreditlər verilərkən qüvvədə olan Azərbaycan Mərkəzi Bankının xx.xx.2001-ci il tarixli “Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydaları”nın və 18 noyabr 2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi qaydaları”nın tələbləri pozulmaqla bankın «Mərkəzi» filialından istintaqa dəqiq məlum olmayan 27 mart 2001-ci ildən 02 aprel 2015-ci ilədək olan müddətdə tarixi məlum olmayan vaxtda Stevard Skloss adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 295.557,84 (iki yüz doxsan beş min beş yüz əlli yeddi dollar səsksən dörd sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 236.889,6 (iki yüz otuz altı min səkkiz yüz səksən doqquz manat altmış qəpik) manat, Tskhadadze Kakhaberiyə adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 172.525,97 (bir yüz yetmiş iki min beş yüz iyirmi beş dollar doxsan yeddi sent) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 138.279,56 (bir yüz otuz səkkiz min iki yüz yetmiş doqquz manat əlli altı qəpik), Teplyuşova Svetlana adlı şəxsin adına açılmış hesab üzrə plastik kart vasitəsilə 529.673,86 avro, həmin dövrün rəsmi məzənnəsi 589.156,23 (beş yüz səksən doqquz min bir yüz əlli altı manat iyirmi üç qəpik) manat, Şahid11 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 55.760 manat və X2 adına açılmış hesab üzrə plastik kart vasitəsilə 100.005,16 (bir yüz beş manat on altı qəpik) manat, 488.098,94 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 391.211,3 (üç yüz doxsan bir min iki yüz on bir manat otuz qəpik) manat və 79.696 funt sterlinq, həmin dövrün rəsmi məzənnəsi ilə 92.423,45 (doxsan iki min dörd yüz iyirmi üç manat qırx beş qəpik) manat olmaqla cəmi 5 fiziki şəxsin adına açılmış plastik kartlar vasitəsi ilə ümumilikdə 1.603.725,3 (bir milyon altı yüz üç min yeddi yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində pul vəsaitini həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Cəmiyyətin Mərkəzi filialının və "xxxx" MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də, POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə Şahid13 özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyalarının alınması, təhsil haqqı xərclərinin ödənilməsi, X12 və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün aparılan əməliyyatlar nəticəsində Şahid13, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə edərək Şahid13 etibar edilmiş külli miqdarda özgə əmlakını təkrarən mənimsəmə yolu ilə ələ keçirib, mütəşəkkil dəstə tərkibində aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Beləliklə, göstərilənləri məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri təkib əlamətləri var. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə tövsif edir və hesab edir ki, onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmişlər, onların törətmiş olduğu əməllər başa çatmış cinayətlərdir və Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrinin sanksiyasında 05 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, Şahid5 ilə bağlı epizod üzrə cinayət əməli 28 avqust 2007-ci ildə, Şahid9 ilə bağlı epizod üzrə cinayət əməli 19 mart 2008-ci ildə, Şahid10 ilə bağlı epizod üzrə cinayət əməli 04 mart 2009-cu ildə, Şahid6 ilə bağlı epizod üzrə cinayət əməli 16 mart 2009-cu ildə, Şahid3 ilə bağlı epizod üzrə cinayət əməli 27 may 2010-cu ildə, Şahid4 ilə bağlı epizod üzrə cinayət əməli 27 may 2010-cu ildə, Şahid1 ilə bağlı epizod üzrə cinayət əməli 29 sentyabr 2010-cu ildə, Şahid2 ilə bağlı epizod üzrə cinayət əməli 29 sentyabr 2010-cu ildə törədildiyindən, hər epizod üzrə cinayət əməli ayrı-ayrılıqda müstəqil cinayət əməli təşkil etdiyindən və qeyd edilən əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddət keçdiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlləri üzrə cəza təyin edilərkən yuxarıda göstərilən şəxslərlə bağlı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınmalıdır. Eyni zamanda Şahid7 ilə bağlı epizod üzrə cinayət əməli 15 avqust 2012-ci ildə törədildiyindən və həmin əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən təqsirləndirilən şəxslərə bu epizod nəzərə alınmaqla cəza təyin edilməlidir. Bundan başqa, Stevard Skloss, Tskhadadze Kakhaberi, Teplyuşova Svetlana, Şahid11 və X9 ilə bağlı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən təqsirləndirilən şəxslərə bu epizodlar nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların hər birinin şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ali təhsilli olmalarını, Təqsirləndirilən şəxs2 evli olmasını və hər ikisinin ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxslər Dünyamin Zakir oğlu və Təqsirləndirilən şəxs1 əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlləri üzrə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, həmçinin həmin maddələr üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 32.4,313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin məcmusu var və ona görə də hazırkı iş üzrə ona təyin ediləcək əlavə və əsas cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və qəti cəzanın əvvəli 29 dekabr 2015-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin məcmusu var və ona görə də hazırkı iş üzrə ona təyin ediləcək əlavə və əsas cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən qismən toplanmaqla ona qəti olaraq dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və qəti cəzanın əvvəli 14 oktyabr 2016-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə 02 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Mülki iddia ilə bağlı qeyd edilməlidir ki, mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə müraciət edərək ümumilikdə 17.765.738,91 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulmasını məhkəmədən xahiş etmişdir. "xxxx" QSC-nin nümayəndəsi ümumilikdə 17.765.738,91 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxslərdən tutulmasını xahiş edərkən həmin vəsaitə həm kredit müqavilələri üzrə verilmiş əsas borc məbləğinin, həm kredit üzrə hesablanmış faiz borcunun, həm də həmin kredit üzrə əsas borcun verildiyi günə deyil, ibtidai istintaq aparılan zaman ABŞ dollarının milli valyuta olan manata nisbətdə olan məzənnəsinə görə pul vəsaitinin daxil olduğunu iddia etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən irəli sürülmüş iddia məbləğinə kredit müqavilələri üzrə faiz borcunun hesablanması və xarici valyutada verilmiş kredit məbləğlərinin ibtidai istintaq aparılan zaman manata nisbətdə məzənnəsinin nəzərə alınması daxil olduğundan, göstərilən məsələlərin isə yalnız əlavə sübutların əldə edilməsi və yoxlanılması vasitəsi ilə araşdırılması mümkün olduğundan, bunun isə cinayət işinin məhkəmədə baxılmasının uzanmasına səbəb olacağından mülki iddia qismən, yəni təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham həcmində təmin edilməklə, 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalı, mülki iddia qalan hissədə isə baxılmamış saxlanılmalı və mülki iddiaçıya qeyd edilən hissədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki iddianın təmin edilən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə vurulmuş ziyan qismində çıxış edir. Başqa sözlə, 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti bilavasitə vurulmuş ziyan kimi çıxış etdiyindən mülki hüquq münasibətlərindən irəli gələn öhdəlik kimi qəbul edilə bilməz. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li, Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li, Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li, Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li, Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li, Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li, Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li, X4 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li və Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqavilələri, kassa məxaric orderləri, bank hesablarından çıxarışlar, Stevard Skloss, Tskhadadze Kakhaberiyə, Teplyuşova Svetlana, Şahid11 və X2 adına açılmış hesab üzrə plastik kartlar üzrə bank hesablarından çıxarışlar hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 qəti olaraq təyin edilmiş 14 (on dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 dekabr 2015-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun 15 saylı cəzaçəkmə müəssisəsində çəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 oktyabr 2016-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun 02 saylı cəzaçəkmə müəssisəsində çəza çəkməsi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin və 6.642.548,58 (altı milyon altı yüz qırx iki min beş yüz qırx səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın və bu hissədə "xxxx" QSC-nin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş Şahid5 adına rəsmiləşdirilmiş 28 avqust 2007-ci il tarixli, 2201 №-li, Şahid9 adına rəsmiləşdirilmiş 19 mart 2008-ci il tarixli, 2580 №-li, Şahid10 adına rəsmiləşdirilmiş 04 mart 2009-cu il tarixli, 3421 №-li, Şahid6 adına rəsmiləşdirilmiş 16 mart 2009-cu il tarixli, 3452 №-li, Şahid3 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li, Şahid4 adına rəsmiləşdirilmiş 27 may 2010-cu il tarixli, 4773 №-li, Şahid1 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 207/10 №-li, X4 adına rəsmiləşdirilmiş 29 sentyabr 2010-cu il tarixli, 208/10 №-li və Şahid7 adına rəsmiləşdirilmiş 15 avqust 2012-ci il tarixli, 3883 №-li kredit müqavilələri, kassa məxaric orderləri, bank hesablarından çıxarışlar, Stevard Skloss, Tskhadadze Kakhaberiyə, Teplyuşova Svetlana, Şahid11 və X2 adına açılmış hesab üzrə plastik kartlar üzrə bank hesablarından çıxarışlar hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar