Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-429/2025 29.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X6 və X3 ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 02 avqust 1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,431 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 18 aprel 2024-cü il tarixdə, saat 21:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb, ünvan 4da yerləşən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilərək orada xidməti otaqda video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,431 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə, saat təxminən 21 radələrində yaşadığı ünvan 6 ünvanında yerləşən evindən çıxıb banka getdiyi zaman onu polis əməkdaşları saxlamışlar. Daha sonra onu Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarından onu niyə apardıqlarını soruşan zaman onun barəsində sifarişlə həbs edilməyinə dair göstəriş olduğunu demişlər. Polis şöbəsində polis əməkdaşları narkotik vasitəni gətirərək, ona həmin narkotik vasitəni “Neftçilər” ərazisindən tanımadığı şəxsdən 50 manata aldığını bildirməyini tələb etmişlər. O, polis əməkdaşlarından gətirdikləri maddənin nə olduğunu soruşduqda ona həmin maddənin narkotik vasitə olan “kokos” dedikləri heroin olduğunu bildirmişlər. Polis əməkdaşları bunun sifariş olduğunu və ona başqa yolunun olmadığını bildirmişlər. O, heç vaxt “kokos” dedikləri narkotik vasitə heroinin adını belə eşitməmişdir. Həmçinin ona bildirmişlər ki, onu prokurorun qəbuluna gətirəcəklər, sonra isə qətimkan tədbiri ilə bağlı məhkəməyə gətiriləcək, həmin vaxt ola bilər ki, məhkəmədə həbsdən azad olunsun və ya sonradan barəsində həbslə əlaqədar olmayan cəza təyin olunsun. Polis əməkdaşları ona bildirmişlər ki, əgər narkotik vasitənin ona məxsus olduğunu məcburən etiraf etməsə, onun evindən daha çox külli miqdarda narkotik vasitə çıxaracaqlar. O da psixoloji təzyiqlərə dözməyib, məcbur olub narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona narkotik vasitəni cibinə qoymağını və çəkiliş zamanı narkotik vasitəni sağ cibindən çıxarmağını istəmişlər. O da video çəkiliş zamanı polis əməkdaşları nə demişlərsə, onu təkrarlamışdır. Ona elan edilmiş ittihamda göstərilən narkotik vasitə ona məxsus deyil. O, belə olacağını bilmirmiş, düşünmüşdür ki, onu X4 iki gün saxlayıb, sonra buraxacaqlar. Polis əməkdaşları ona qarşı hər hansı fiziki təzyiqlər göstərməmişlər, sadəcə olaraq psixoloji təzyiqlər etmişlər. Ona psixoloji təzyiq edərək bildirmişlər ki, narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsə evindən 15-20 kiloqram narkotik vasitə çıxaracaqlar. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Özü dindar adamdır. Bu vaxta kimi barəsində cinayət işi olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etmiş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. Əməliyyat qrupu yaradıldıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində əlamətləri onlara məlum olan həmin şəxsi müəyyən edib, özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri daşımasında və saxlamasında şübhəli olduğunu bildirib 34-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçının otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman özü könüllü surətdə üzərində olan narkotik vasitə heroinə bənzər maddəni cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupunda o və Şahid2 olmaqla iki nəfər olmuşlar. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində güya polis əməkdaşlarının təqsirləndirilən şəxsə narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olduğunu etiraf etməsinə məcbur edildiyi, deyilənləri qəbul etdiyi təqdirdə Təqsirləndirilən şəxs sonradan həbsdən azad olunacağı ilə bağlı bildirdiyi xüsusatlar tamamilə yalandır. Onlar Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra, şəxsi axtarış zamanı özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təhvil vermiş, həmin narkotik vasitəni 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə alması ilə bağlı məlumatı yoxdur, ancaq fakt odur ki, onlar təqsirləndirilən şəxsi saxlayan zaman üzərində narkotik vasitə olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkilinin 18 aprel 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 aprel 2024-cü il “şəxsi axtarış və götürmə haqqında protokol”dan və 19 aprel 2024-cü il tarixli “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni təqdim etmiş, həmin maddə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilən zaman 6,83 qram olması müəyyən edilmiş və aşkar edilmiş maddə qablaşdırlaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olması barədə sual verildikdə həmin maddənin “kokos” (heroin) olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.32-33, 54-55). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/2137 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,431 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (iş vərəqə: cild İ, səh.38-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 04 may 2024-cü il tarixli, 2955 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.122-123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 iyul 2024-cü il tarixli “üzləşdirmə protokolları”ndan görünür ki, şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid1 və Şahid2 verdikləri ifadələrini bir daha təsdiq edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Neftçilər” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 50 manata aldığını demişdir (iş vərəqə: cild İ, səh.128-131, 132-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,331 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı bir ədəd "xxxx" disk və Bakcell MMC-dən götürülmüş 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini aldığı mənbəni müəyyən etmək üçün hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.141-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 iyun 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin anket məlumatlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnləri ilə bağlı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.120-121). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (iş vərəqə: cild İ, səh.101). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (iş vərəqə: cild İ, səh.102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.78-82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı MKİS-dən təqdim olunmuş 06 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayətlər daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 112). Cinayət işinin materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh. 114). Beləliklə də, məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olub-olmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,431 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən 18 aprel 2024-cü il tarixdə, saat 21:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb, ünvan 7ətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilərək orada xidməti otaqda video çəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,431 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə alqı-satqısı zamanı aşkar edə bildiklərini, onun həmin maddələri satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlara malik olmalarını, ümumiyyətlə onun narkotik maddələrin satışı ilə məşğul olmasına dair hər hansı real məlumata malik olduqlarını və onun həmin maddələrin satışı ilə məşğul olmasına dair hər hansı faktın tərəflərindən müəyyən olunmasını bildirməmişlər. Göründüyü kimi, məhkəmə istintaqı zamanı dindirilmiş həmin şahidlərdən heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar yalnız Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik maddənin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik maddəni satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və ya narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir, yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 5,431 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik maddə heroinin kütləsinin 5,431 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, həmin maddələrin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə narkotik maddələrin çəkilməsinə, onun bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə əlaqədar “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar da hər hansı bir sübut əldə edilməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən maddənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Eyni zamanda iş materiallarının təhlili göstərir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan 18 aprel 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı deyil, onun qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə olmuşdur (iş vərəqə: cild İ, səh.5). Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddə heroinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıması kimi qiymətləndirmişdir. Cinayət işi üzrə həmçinin məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edəcək hər hansı sübutlar müəyyən edilməmiş və bununla da təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün məhkəmə araşdırması zamanı heç bir əsas olmamışdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş həmin maddələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, həmin maddələri kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 5,431 qram narkotik maddə heroin külli miqdar təşkil etdiyindən və ondan aşkar edilmiş heroinin satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun polis əməkdaşları tərəfindən sifariş əsasında cinayət məsuliyyətinə cəlb olunmasına, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığına, həmin narkotik maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına və ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə, əks təqdirdə onun evindən daha çox külli miqdarda narkotik vasitə çıxaracaqları kimi psixoloji təzyiqlər etmələrinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş və onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar cinayət işinin materialları ilə və təqdim edilmiş sübutlarla qarşılıqlı şəkildə tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş (iş vərəqə: cild 1, səh.21), sonra həmin tarixdə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir (iş vərəqə: cild 1, səh.32-33). Şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu video çəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddənin “kokos” (heroin) olduğunu, həmin maddəni şəxsi istifadə etmək məqsədilə 50 manata “Neftçilər” metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən aldığını deyir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirir ki, onun şəxsi axtarışla bağlı tərtib olunacaq protokola hər hansı bir əlavəsi yoxdur. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Daha sonra, 18 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə izahatı alınmış, Təqsirləndirilən şəxs müdafiəçisinin və şəxsən özünün imzası ilə təsdiq etdiyi həmin izahatında məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. 18 aprel 2024-cü il tarixdə, saat təxminən 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo 18 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 34-cü Polis şöbəsinə dəvət etmişlər. Baxış keçirilərkən üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet olduğu soruşulduqda üzərində olan 01 ədəd şəffaf sellofona bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroini təqdim etmişdir. Qeyd etmişdir ki, o, həmin maddəni şəxsi istifadə etmək məqsədilə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, günorta vaxtlarında anket məlumatlarını bilmədiyi şəxsə nağd şəkildə 50 manat verməklə “Neftçilər” metrostansiyasının yaxınlığında əldə etmişdir (iş vərəqə: cild İ, səh. 34). Bundan sonra, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində və 20 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən şəxsi axtarışda, sonra isə özünün izahatında göstərdiklərindən fərqli olaraq göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ali təhsillidir, 2004-cü ildən Bakı şəhərində yaşayır. O, fərdi şəkildə online formada kosmetik vasitələr satmaqla məşğul olmuşdur. 18 aprel 2024-cü il tarixdə, saat 21:30-da yaşadığı evdən çıxıb gəzərək, yaşadığı evlə kəsişmədə olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinə gəlmişdir. Bu zaman mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və avtomobilə əyləşdirərək, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirmişlər. Orada üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş və müdafiəçi dəvət olunmuşdur. Həmin vaxt onun üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları həmin maddəni onun cibinə qoymuşlar və polis əməkdaşlarının təsirindən sonra o, orada olan bükümü cibinə qoymuş və ona məxsus olmasını bildirmişdir (iş vərəqə: cild İ, səh.51-53, 69-71). Bununla əlaqədar qeyd edilməlidir ki, cinayət işinin materialları və təqdim edilmiş sübutlarla göstərilən istintaq hərəkətlərinin və prosessual hərəkətlərin keçirilməsi zamanı hər hansı qanun pozuntularına yol verilməsi müəyyən edilməmiş, keçirilmiş istintaq hərəkəti videoçəkilişlə aparılmış, həmin videoçəkilişə məhkəmədə baxış zamanı da hər hansı pozuntulara yol verilməsi müəyyən edilməmiş, prosessual hərəkətlər də təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Həmçinin təqsirləndirilən şəxsə müdafiəçisinin iştirakı ilə ibtidai istintaqın qurtarması barədə məlumat verilərkən və bununla bağlı protokolla tanış olarkən, eyni zamanda ibtidai istintaq yekunlaşdıqdan sonra da müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən həmin protokolları imza etməkdən imtina etmiş, bununla yanaşı hər hansı etiraz və vasətətinin olmasını və ya ibtidai istintaqın hər hansı mərhələsində ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə həmin protokollarda heç nə göstərməmişdir (iş vərəqə: cild 1, səh.155, 161-162). Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə psixi zorakılığın tətbiq edilməsinə dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün təqsirsizliyi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və məhkəmənin mövqeyinə əsasən təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini təsdiq edən sübutları (“şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin protokolu, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları) təkzib edən hər hansı hallar müəyyən edilməmiş, müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutlarla dəstəklənməmiş və işin obyektiv halları ilə təkzib edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar cinayət işi üzrə yuxarıda göstərilən sübut növləri ilə, yəni “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla, həmin hallar cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün, həqiqi olmayan, yalan və özündən uydurma məlumatlar olmaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirlndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 18 aprel 2024-cü tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,331 qram narkotik vasitə olan heroin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,331 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-429/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-429/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver