Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-43/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X237 və X80 ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakları ilə, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər: X156, X118, X204, X35, X272, X157, X119, X205, X206, X207, X158, X159, X308, X81, X160, X273, X82, X50, X208, X309, X274, X209, X325, X238, X275, X276, X51, X210, X239, X161, X211, X162, X240, X241, X168, X242, X212, Zərərçəkmiş şəxslər Nəzakət Cəfərova və Arif Feyzullayevin nümayəndələri: X277 və X13 iştirakı ilə, Təqsirləndirilən şəxs Cəlal oğlunun- (01.05.1956-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Yevlax rayonunun Kövərkənd kəndində qeydiyyatda olan, Abşeron rayonu Atyalı qəsəbəsində yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Cəlal oğlu - etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını, təkrarən bir qrup şəxslə qabaqcadan əlbir olaraq ələ keçirmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlamış və istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cəlal oğlu özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Naib Xudiyevin ali məktəbin test imtahanlarından keçməmiş oğlu Bəhruz Xudiyevin 3700 ABŞ dollarına (2960 manata) Azərbaycan X87 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, 2007-ci ilin yayında Təqsirləndirilən şəxs Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında ondan 3700 ABŞ dolları (2960 manat) nağd pulu alıb digər şəxslə birlikdə ələ keçirdikdən sonra şəxsi ehtiyaclarına sərf etmiş və zərərçəkən şəxsə 3700 ABŞ dolları (2960 manat) məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X138 test imthanlarından keçməmiş qızı Azadə Novruzovanın Azərbaycan X86 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış və razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2007-ci ilin avqust ayında Bakı şəhəri, Həsən Əliyev prospektindəki X370 Komissiyasının inzibati binasının yaxınlığında Nofəl Novruzovun 5000 manat nağd pulunu alıb digər şəxslə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Naib Xudiyevi oğlu Bəhruz Xudiyevi guya Azərbaycan X87 filialının 1ci kursuna tələbə kimi qəbul etdirdiklərinə görə təhsil haqqı kimi 1200 manat pul ödənilməli olması adı ilə aldatmış, razılaşmaya əsasən Fəxrəddin Salahov tanışı Rasim Abbasov vasitəsilə 2007-ci ilin sentyabr ayında Gəncə şəhərində Naib Xudiyevə məxsus 1200 nağd pulu almış, Təqsirləndirilən şəxs sonuncu ilə birlikdə həmin məbləğdə pulu ələ keçirərək özlərinin şəxsi ehtiyaclarına sərf etmiş və zərərçəkən şəxsə 1200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Naib Xudiyevi oğlu Bəhruz Xudiyevi guya Azərbaycan X87 filialının 1ci kursuna tələbə kimi qəbul etdirdiklərinə görə təhsil haqqı kimi 1000 manat pul ödənilməli olması adı ilə aldatmış, qohumu Rasim Abbasov vasitəsilə alıb 2008-ci ilin avqust ayında Gəncə şəhərində Naib Xudiyevə məxsus 1000 nağd pulu alıb digər şəxslə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf etmiş və zərərçəkən şəxsə 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Naib Xudiyevi oğlu Bəhruz Xudiyevi guya Azərbaycan X87 filialının 1ci kursuna tələbə kimi qəbul etdirdiklərinə görə təhsil haqqı kimi 1000 manat pul ödənilməli olması adı ilə aldatmış, razılaşmaya əsasən Fəxrəddin Salahov tanışı Rasim Abbasov vasitəsilə 2009-cu ilin yayında Gəncə şəhərində Naib Xudiyevdən 500 manat, Bakı şəhərində istintaqa məlum olmayan şəxs vasitəsilə 500 manat cəmi 1000 manat nağd pulu alıb Təqsirləndirilən şəxsla birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə X61 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X260 test imtahanlarından keçməmiş qızı Aygün Alıyevanın Azərbaycan X86 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd verib aldatmış və razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2009-cu ilin avqust ayının ortalarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Mişa Alıyevdən üç dəfəyə 5000 manat nağd pulu alıb digər şəxslə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə X220 və X261 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X221 test imtahanlarından keçməmiş qızı Esmira Rəhimovanın 6700 manata Azərbaycan X86 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2009-cu ilin avqust ayında Gəncə şəhərində Maksim Rəhimovun tanışı Rasim Abbasovun vasitəsilə 5000 manat, 2010-cu ilin yayında isə 1700 manat – cəmi 6700 manat nağd pulunu alıb Bəhruz Baxşıyev və İlqar Məmmədovla birgə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Esmira Rəhimovanı ali məktəbə qəbul etdirmələrinə inandırmaq üçün sonuncunun Azərbaycan X87 Filialının Filologiya fakültəsinin tələbəsi olması barədə hüquq verən rəsmi sənəd sayılan 08.09.2008-ci ildə verilməsi göstərilən 0426 №-li saxta tələbə biletini Bəhruz Baxşıyev və İlqar Məmmədovla birlikdə qanusuz hazırlayıb Maksim Rəhimova vermişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X163 Qulamovun 6000 manata Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 1-ci kursuna tələbə kimi qəbul olunmasını təşkil edəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2010-cu ilin yayında Haldun Qulamovun tanışı Heybət Gülümovun vasitəsilə Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi yaxınlığında Hibeis Qulamova məxsus həmin məbləğdə nağd pulu alıb Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə birgə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və Qənahət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X83 Cəfərovanın 7000 manata Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən ali məktəblərdən birinə 1-ci kurs tələbəsi kimi qəbul etdirib sonradan Azərbaycan X86 filialına köçürülməsini təşkil edəcəklərini yalandan vəd verib aldatmış, Təqsirləndirilən şəxs tanışı Həsənağa Babayev ona müraciət etmiş İradə Həsənovanın vasitəsilə 02 avqust 2010-cu il tarixdə Bakı şəhəri, «Montin» bazarı adlanan yerdə Mehman Cəfərovdan 7000 manat nağd pulu alıb Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında 4800 manatını Təqsirləndirilən şəxs verərək pulun qalan hissəsinin Mehriban Cəfərovanın Azərbaycan X86 filialına köçürülməsi həll olunanda veriləcəyini razılaşmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs, Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə qeyd edilən məbləğdə pulu ələ keçirərək vədlərinə əməl etməyib şəxsi ehtiyaclarına sərf edib qaytarmadıqlarından Həsənağa Babayev öz hesabından 5940 manat pulu Mehman Cəfərova qaytarmış və beləliklə də Təqsirləndirilən şəxs, Bəhruz Baxşıyev və Qənahət adlı şəxs aldatma yolu ilə Mehman Cəfərova xeyli miqdarda – 7000 manat dəyərində, Həsənağa Babayevə isə 3740 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X278 Kərimovanın 5000 manata Azərbaycan X86 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, sövdələşməyə uyğun olaraq Təqsirləndirilən şəxs 2010-cu ilin yayında Yevlax rayonunun Malbinəsi kəndində Akif Kərimovun 5000 manat nağd pulunu alıb Bəhruz Baxşıyev və qeyriləri ilə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq etmiş, X278 Kərimovanın ali məktəbə qəbul olunmasını həll etmələrinə inandırmaq üçün sonuncunun Azərbaycan X86 filialında filologiya ixtisası üzrə 2-ci kursun qiyabi şöbəsində oxumasına dair hüquq verən rəsmi sənəd olan 30 sentyabr 2010-cu il tarixli 0357 №-li saxta arayş və Azərbaycan Müəllimlər İnstitutunun tələbsi olması barədə 07.10.2009-cu il tarixli 347 №-li saxta tələbə biletini Bəhruz Baxşıyev və qeyriləri ilə birlikdə qanunsuz hazırlayıb Akif Kərimova vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Naib Xudiyevi oğlu Bəhruz Xudiyevin Azərbaycan X87 filialını bitirməsinə dair diplomun alınması üçün 1000 manat dövlət rüsumu ödəmək adı ilə aldatmış, qohumu Rasim Abbasov vasitəsilə alıb 2010-cu ilin avqust ayında Gəncə şəhərində Naib Xudiyevdən 1000 manat nağd pul alıb Fəxrəddin Salahovla birlikdə ələ keçirdikdən sonra şəxsi ehtiyaclarına sərf etmiş və zərərçəkən şəxsə 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Naib Xudiyevi inandırmaq üçün oğlu Bəhruz Xudiyevin Azərbaycan X87 filialının Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 4-cü kursunun qiyabi şöbəsində oxumasına dair hüquq verən rəsmi sənəd olan 17 fevral 2009-cu il tarixdə verilməsi göstərilən 826 №-li saxta arayışı Fəxrəddin Salahovla birlikdə qanunsuz hazırlayıb ona vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və şəxsiyyəti istintaqa tam məlum olmayan Qənahət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Şahin Səbzəliyevi test imtahanlarından keçməmiş qızı Dilarə Səbzəliyevanın 15500 manata Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən ali məktəblərdən birinin 1-ci kursuna tələbə kimi qəbul etdirib bir ildən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə köçürülməsini təmin edəcəklərini yalandan vəd edib aldatmış, 2010-cu ilin avqust ayında Təqsirləndirilən şəxs iş yoldaşı Həsənağa Babayev Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Rəna Veysəlova vasitəsilə Şahin Səbzəliyevdən aldığı 15500 manat nağd pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə birlikdə həmin məbləğdə pulu ələ keçirdikdən sonra şəxsi ehtiyaclarına sərf etmiş, Şahin Səbzəliyev 15500 manat pulu tələb etdiyindən Həsənağa Babayev öz hesabından qeyd edilən məbləğdə pulu qaytarmış, beləliklə də Təqsirləndirilən şəxs Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə törətdiyi dələduzluq hərəkətləri ilə Həsənağa Babayevə xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və X261 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X120 Mirzəliyevanın 7500 ABŞ dollarına Azərbaycan X127 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən 2010-cu ilin avqust ayında Təqsirləndirilən şəxs Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Rafiq Mirzəliyevdən 7500 ABŞ dolları (6000 manat) pulu alıb İlqar Məmmədov və Bəhruz Baxşıyevlə birgə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən Rafiq Mirzəliyevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qızı Aygün Mirzəliyevanı Azərbaycan X127 filialına qəbul etdirmələrinə inandırmaq üçün sonuncunun həmin filialın ibtidai sinif müəllimi ixtisası üzrə qiyabi şöbəsinin 1-ci kursunda oxumasına dair hüquq verən rəsmi sənəd hesab edilən 28 oktyabr 2010-cu il tarixdə verilməsi göstərilən 258 №-li saxta arayışı Bəhruz Baxşıyev və İlqar Məmmədovla birlikdə qanunsuz hazırlayıb Rafiq Mirzəliyevə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və X261 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Vidadi Əzizovu bacısı qızı Lalə Ağəliyevanın 8000 manata Azərbaycan X86 filialının 1-ci kursuna tələbə kimi qəbul etdirib bir ildən sonra Müəllimlər İnstitutuna köçürülməsini təşkil edəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən 2010-cu ilin yayında Təqsirləndirilən şəxs Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığındakı "xxxx" ASC-nin binası qarşısında Vidadi Əzizovdan 8000 manat pulu alıb Bəhruz Baxşıyev və İlqar Məmmədovla birgə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən Vidadi Əzizova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Vidadi Əzizovu inandırmaq üçün 2010-cu ilin noyabr ayında Lalə Ağaliyevanın Azərbaycan X56 filialında oxuması barədə hüquq verən rəsmi sənəd olan 16 sentyabr 2010-cu il tarixli 568 №-li saxta arayış, 2011-ci ilin aprel ayında isə X37 metodika fakultəsinə qəbul olunması barədə 09.08.2010-cu il tarixli 135 №-li saxta əmrdən çıxarış, həmin fakultənin 2-ci kursuna keçməsi barədə 08.07.2010-cu il tarixli 137 №-li saxta əmrdən çıxarış, saxta qiymət kitabçasından çıxarış, başqa ali məktəbə köçürülməsi ilə əlaqədar 06.08.2011-ci il tarixli 48 №-li saxta əmrdən çıxarış və Lalə Ağaliyevanın həmin inistitutun tələbəsi olması barədə 5843/M №-li 01.09.2010-cu il tarixli saxta tələbə biletini Bəhruz Baxşıyev və İlqar Məmmədovla birlikdə qanunsuz hazırlayaraq Vidadi Əzizova vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Saleh Məhərrəmovu test imtahanlarından keçməmiş qızı Günaydın Məhərrəmovanın 4000 manata Rusiyada ali məktəblərdən birinin 1-ci kursuna tələbə kimi qəbul etdirib sonradan Azərbaycan X87 filialına köçürülməsini təşkil edəcəklərini yalandan vəd edib aldatmış və razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2010-cu ilin oktyabr ayında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Günaydın Məhərrəmovanın anası X57 4000 manat nağd pulunu alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və X261 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X164 Zamanlının 5000 manata X128 1-ci kursuna tələbə kimi qəbul olunmasını təşkil edəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin iyun ayında tanışı X181 vasitəsilə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Səftər Zamanova məxsus 5000 manat nağd pulu alıb Bəhruz Baxşıyev və İlqar Məmmədovla birgə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 və şəxsiyyəti istintaqa tam məlum olmayan Qənahət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Arif Feyzullayevi qardaşı Mübariz Feyzullayevin 8000 manata Azərbaycan Dövlət İncəsənət Universitetinin 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin iyun ayında tanışı X181 vasitəsilə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Arif Feyzullayevə məxsus 8000 manat nağd pulu alıb Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X182 Azərbaycan Beynəlxalq Universitetini bitirmiş, lakin universitet bağlandığından diplomunu ala bilməyən oğlu Dəyanət Zeynalovun ali təhsil haqqında diplomunu 2000 ABŞ dollarına 2 ay müddətində həmin ali məktəbdən əldə edib onlara təqdim edəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin iyul ayında X280 şəhərində iki dəfəyə 2000 ABŞ dolları (1600 manat) məbləğində nağd pul alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş X222 3500 manata Bakı şəhərində yerləşən orta məktəblərdən birinə bədən tərbiyəsi müəllimi kimi işə düzəldəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında iki dəfəyə 2500 manat nağd pulu alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X223 qohumu Elburus Əkbərovun 4000 manata X88 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında İlham Həsənovun özündən 3000 manat və bir gün sonra isə tanışı Azay Quliyev vasitəsilə 1000 manat olmaqla cəmi 4000 manat nağd pulu alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X224 Azərbaycan Beynəlxalq Universitetini bitirmiş, lakin universitet bağlandığından diplomunu ala bilməyən oğlu Yaşar Musayevin diplomunu 4000 manata bir ay müddətində həmin universitetdən əldə edib onlara təqdim edəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında İlham Həsənov vasitəsilə Mayıl Musayevə məxsus 4000 manat nağd pulu alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X165 Məmmədovanın Bakı Sosial-İqtisad Kollecinin 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən 12 sentyabr 2011ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Fikrət Məmmədovdan təhsil haqqının ödənilməsi adı ilə 4000 manat nağd pulu alıb Bəhruz Baxşıyevlə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə X220, X261 və şəxsiyyəti istintaqa tam məlum olmayan Qənahət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə X36 Novruzbəyovanın 2000 manata X408 Texnikumunun 1-ci kursuna tələbə kimi qəbul etdirəcəklərini yalandan vəd edib aldatmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2011-ci ilin sentyabr ayında Bakı şəhəri, 20 Yanvar dairəsində Sidiqə Novruzbəyovadan 2000 manat nağd pul alıb Bəhruz Baxşıyev, İlqar Məmmədov və Qənahət adlı şəxslə birlikdə ələ keçirdikdən sonra özlərinin şəxsi ehtiyaclarına sərf edərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmiş, Surə Novruzbəyovanın guya X310 və X89 şöbəsinin əmək təlimi ixtisası üzrə qiyabi şöbəsinin 2-ci kursunun tələbəsi olmasına dair hüquq verən rəsmi sənəd hesab edilən 12 oktyabr 2011-ci il tarixli 353 №-li saxta arayışı Bəhruz Baxşıyev və Qənahət adlı şəxslə birlikdə qanunsuz hazırlayıb Sidiqə Novruzbəyovaya vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, əmlakını ələ keçirmək məqsədilə X39 qohumu X139 4000 manata Mingəçevir və ya Gəncə şəhərlərindəki Tibb Texnikumlarından birinin 1-ci kursuna tələbə kimi qəbul etdirəcəyini yalandan vəd edib aldatmış, 2011-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında Fəxrəddin Hacıyevin vasitəsilə Azər Cəfərova məxsus 4000 manat nağd pulu ələ keçirib X311 Texnikumuna qəbul olunması məsələsini həll etməyib özünün ehtiyaclarına sərf etmiş, Azər Cəfərov pulu tələb etdiyindən Fəxrəddin Hacıyev öz hesabından 4000 manat pulu sonuncuya qaytarmış, beləliklə də Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Fəxrəddin Hacıyevə ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək barədə Bəhruz Baxşıyevlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Naib Xudiyevi oğlu Bəhruz Xudiyevin adına Azərbaycan X87 filialı tərəfindən Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirməsinə dair verilmiş A seriyalı 133822 №-li diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyində saxta olmadığını təsdiq edən möhür vurulmasını təşkil edəcəyini yalandan vəd edib aldatmış, 06 oktyabr 2011-ci il tarixdə Bəhruz Baxşıyevin Bakı şəhəri, Xətai rayonu ərazisindəki «Ramstor» mağazasının qarşısında Naib Xudiyevdən aldığı 2600 manat nağd pulu birlikdə ələ keçirib şəxsi ehtiyaclarına xərcləyərək zərərçəkən şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, saxta sənəd hazırlamamışdır və istifadə etməmişdir, həmçinin heç kimi aldatmaq və pularını ələ keçirmək niyyətində olmamışdır, bu barədə heç bir kəslə danışığı və razılaşması olmamışdır, o, sadəcə olaraq ona müraciət edən tanışlarının və yaxınlarının xahişi ilə onların uşaqlarının ali və orta ixtisas məktəblərində boş qalan yerlərə ödənişli əsaslarla qəbul olunmalarına köməklik etmək istəmişdir. Belə ki, o, müraciət edənlərin uşaqlarının test imtahanlarında iştiraklarının nəticələri ilə maraqlanmış və həmin şəxslərin müəyyən qədər bal topladıqlarını, lakin onların topladığı ballar 2-ci turda iştiraka imkan verməsə də, bununla belə həmin uşaqların ali və orta ixtisas məktəblərində boş qalan yerlərə qəbulu mümkün olduğundan, həmin boş qalan yerlərin öyrənilməsi, yəni belə yerlərin olub-olmamasnı dəqiqləşdirib, həmin ali və orta ixtisas məktəblərinin rəhbərləri ilə görüşüb, uşağın sənədlərini və ödəmə imkanlarını onlarla müzakirə edib, razılaşmaq və həll etmək lazım olduğundan, bu isə müəyyən qədər vaxt və zəhmət tələb olunduğundan, onun isə səhhəti və işi ilə bağlı bölgələrə gedib bu işlərlə məşğul olmaq imkanım olmadığından, Bəhruz Baxşiyevin belə işlərlə məşğul olduğunu bilib, ona müraciət etmişdir. Nəticədə də Bəhruz və qeyriləri onu aldatmışlarr. O, Bəhruzun uşaqları qanuni yolla qəbul etdirəcəyinə söz verdiyindən kimlərinsə pulunu alıb, ona vermişdir. Əslində özü bu işlərə görə həm maddi, həm də mənəvi ziyan çəkmişdir. İsa X8 Azərbaycan X87 filialına qəbul etdirilməsi ilə əlaqədar göstərirmişdir ki, təxminən 2008-2009-cu illərdə Yevlax rayonunun Kövərkənd kəndində yaşayan tanışı İlqar onu Xudiyev Naiblə tanış etmişdir. Naibin söhbətlərindən ona məlum olmuşdr ki, Nabibin oğlu Bəhruz ali məktəbə qəbul üçün imtahan verib, amma testdən keçə bilmədiyindən əsgərliyə gedib və qayıdandan sonra yenə də Müəllimlik ixtisası üzrə təhsil almaq istəyir. O, bu barədə tanışı Fəxrəddin Salahovla danışmış, Fəxrəddin Salahov 4000 dollarına bu işi həll edəcəyini, Naibin oğlu Bəhruzu X86 filialına düzəldə biləcəyinə söz verdiyindən o da Naiblə danışmış, amma Naib 3700 dollar pul və oğlunun sənədlərini ona vermişdir. O, pulu və sənədləri alandan sonra Gəncə şəhərində yaşayan qohumu Rasim Abbasova zəng eləmiş və bildirmişdir ki, Fəxrəddin müəllimə çatdırması üçün ona sənəd və pul göndərir, həmin plu və sənədləri Fəxrəddinə çatdırmağı ondan xahiş etmişdir. Rasim də həmin pulu və sənədləri Fəxrəddinə çatdırmışdır. Eyni zamanda Fəxrəddin müəllim Naibin oğlunun oxuduğu müddətdə birinci il 1200 manat və sonrakı illərdə isə illik 1000 manat hesabı ilə təhsil haqqını ödəməli olmasını ona demişdir və o da bunu Naibə bildirmişdir, təhsil haqqının instituta ödənilməsi məsələsini də Fəxrəddin həll etməli olduğundan o, Naibə demişdir ki, pulları Rasim Abbasova verməsini ona tapşırmışdır, həmçinin Rasimə də demişdir ki, ondan aldığı pulları Fəxrəddinə verməsini tapşırmışdır. Lakin, pulların alınıb verilməsində iştirakı olmamışdır. Bundan əlavə Rasim müəllim ona zəng edib Bəhruzun Qazax filialında oxumasına dair arayış və tələbə biletinin də Fəxrəddin müəllim tərəfindən ona verilməsini bildirmişdir və Rasim Naibin özü ilə danışıb həmin sənədləri ona göndərmişdir. Bəhruzun diplomunu Fəxrəddin müllim Rasimin vasitəsilə ona göndərmiş, o da diplomu Naibgilə vermişdir. Təxminən bir ildən sonra Naib onun yanına gəlib oğluna verilən diplomun Təhsil Nazirliyi tərəfindən tanınmadığını bildirmişdir. Həmin vaxtlarda Bəhruzla tanış olduğundan və onun ali məktəblərə qəbulla yanaşı diplomunu ala bilməyənlərə və diplomların tanınmasına da kömək etdiyini bildiyindən Bəhruza zəng edib, Naibi onun yanına göndərmiş, sonradan bilmişdir ki, Bəhruz onun oğlunun diplomunu Təhsil Nazirliyində tanıdacağına söz verib və ondan 2600 manat pul almışdır. X96 test imtahanlarından keçmədiyini və onun Azərbaycan X86 filialına qəbul olunmasına kömək etməyi 2009-cu ilin yayında iş yoldaşı olan Sveta müəllimə ondan xahiş etmişdir. O da Fəxrəddin müəllimə zəng etmiş və Fəxrəddin də 5000 manata X170 ali məktəblərindən birinə qəbul etdirib sonradan Azərbaycan X86 filialına köçürülməsini təşkil edə biləcəyinə söz verdiyindən o, bunu Svetaya demiş, Sveta müəllimə də Azadə Novruzovanın valideynləri ilə danışandan sonra onu qızın anası Kəmalə adlı qadınla tanış etmişdir. 2009-cu ilin avqust ayında mən Kəmalə ilə «Gənclik» metro stansiyasının yaxınlığında görüşmüş və Kəmalə ona 5000 manat pul və qızının tələb olunan sənədlərini vermişdir. Bundan sonra o, Fəxrəddin müəllimlə danışmış və Fəxrəddin müəllim həmin vaxtlar tez-tez Bakı şəhərinə gəldiyindən onunla 20 Yanvar dairəsi yaxınlığında görüşmüş və 5000 manat pulu, Azadə Novruzovanın sənədlərini ona vermişdir. Fəxrəddin onu arxayın etmişdir ki, X22 Gəncə filialına düzəldilməsini həll edəcək və bir semestrdən sonra uşağın Gəncə filialına köçürülməsi həll olunacaqdır. O da bu barədə Azadənin anası Kəmaləyə bildirmiş və gözləməyə başlamışlar. Hətta bu müddətdə o, Kəmaləni Fəxrəddin müəllimlə tanış etmişdir. Bu müddətdə Fəxrəddin Azadənin qəbul olunmasına dair arayış da vermişdir və buna görə o, arxayın olmuşdur ki, Azadənin qəbul məsələsini həll edilmişdir. Lakin bir müddətdən sonra 2009-cu ilin axırlarında eşitmişdir ki, Fəxrəddini ali məktəblərə qəbulla bağlı pul almasına və saxta sənədlər hazırlamasına görə tutublar. O, həmin vaxt Babayev Həsənağa müəllimlə bir yerdə işləydiyindən düşdüyü vəziyyəti ona danışmış, eyni zamanda həmin vaxtlarda o, Bəhruz Baxşıyevin də Həsənağa müəllimin yanına gəlib-getməsini görmüşdür və Həsənağa müəllim də söhbətləriində Bəhruzun geniş əlaqələri olmasını, ali məktəblərə abituriyent qəbul etdirməklə məşğul olmasını ona demişdir. Fəxrəddin tutulandan və Həsənağa müəllim də onun düşdüyü vəziyyəti biləndən sonra Bəhruzun vasitəsilə vəziyyətdən çıxmasına kömək etmək məqsədilə onu Bəhruzla tanış eləmişdir və o, Bəhruza da vəziyyəti danışmışdır. Bəhruz da ilk əvvəl onu vəziyyətdən çıxarmaq üçün bildirmişdir ki, bu işi pulsuz olaraq ona və Həsənağa müəllimə olan hörmətinə görə həll edəcəkdir. Amma bir müəddtdən sonra bildirmişdir ki, işi həll etmək üzrədir, bunun üçün 1000 manat pul lazımdır. Eyni zamanda Bəhruz bilmişdir ki, uşağın valideynindən aldığı pul Fəxrəddində batıb, buna görə də ona təklif etmişdir ki, test imtahanlarından keçməmiş və ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər olanda ona müraciət etsin, o, belə işləri həll edəcək və onunda çəkdiyi xərci bu hesabdan bağlayacaqdır. O da Fəxrəddini tapa bilmədiyindən və düşdüyü vəziyyətdən çıxmaq naminə 1000 manat pul tapıb Bəhruza vermişdir. Aradan bir qədər keçəndən sonra Kəmalə ondan vəziyyəti öyrənmək istəyərkən ona Fəxrəddinin tutulmasını və qızının qəbul məsələsi ilə Bəhruzun məşğul olmasını demişdir və hətta onları tanış eləmişdir. Lakin buna baxmayaraq Bəhruz da onu aldatmış və Azadənin ali məktəbə qəbul olunması baş tutmamışdır, Kəmalənin 5000 manatı Fəxrəddində və onun 1000 manatı isə Bəhruzda batmışdır. X121 Azərbaycan X86 filialına qəbul olunması ilə bağlı göstərmişdir ki, bu işi tanışı və həmyerlisi Adil Fərəcov ondan xahiş etmişdir. O, Aygünün də qəbul məsələsinə görə Fəxrəddin Salahova müraciət etmiş, Fəxrəddin 5000 manata onun da Rusiyanın ali məktəblərindən birinə qəbul etdirilməsi və sonradan Azərbaycan X86 filialına köçürülməsinə söz vermişdir.O da Fəxrəddin müəllmə arxayın olub onun dediklərini Adilə çatdırmış və Adil onu Aygünün atası Mişa ilə tanış etmişdir. Mişa ilə danışıb razılaşmış, 2009-cu ilin avqust ayında Mişa ilə 20 Yanvar dairsəində görüşmış, ilk əvvəl 2500 manat pul və qızının sənədlərini vermiş, bildirmişdir ki, pulun qalan hissəsini də bir müddətdən sonra verəcəkdir. O, Mişadan aldığı pulu və qızının sənədlərini 20 Yanvar dairəsi yaxınlığında Fəxrəddinə vermiş, 2009-cu ilin sentyabr ayında Fəxrəddin ona zəng edib Mişanın qızının Rusiyada ali məktəbə qəbul etdirməsini bildirmiş və pulun qalan hissəsini də istəmişdir. O da Mişadan 2500 manat alıb, Fəxrəddinə vermişdir. Sonradan Fəxrəddin tutulduğundan iş həll olunmamış və o yenə də vəziyyətdən çıxmaq üçün Bəhruzla danışmış və Bəhruz da 3500 dollara bu işi həll edəcəyinə söz verdiyindən o, həmin pulu toplayıb Bəhruza vermişdir. Bəhruz pulla bərabər uşağın sənədlərinin də lazım olmasını bildirmiş, amma Fəxrəddin tutulduğundan ondan sənədləri ala bilməmiş və buna görə də Gəncə şəhərində yaşayan qohumu Rasim Abbasovdan xahiş etmişdir ki, bu işlə maraqlansın. X52 Mişanın qızının sənədlərini gətirib ona vermişdir, o da həmin sənədləri 3500 dollar pulla birlikdə Bəhruza vermişdir. Lakin Bəhruz bu işi də həll etməmişdir. Fəxrəddin tutulandan sonra Mişa pulunu ondan tələb etməyə başlamış və o da hissə-hissə olmaqla ondan aldığı pulun təxminən 3 min manata qədərini qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsində X62 Azərbaycan X86 filialına qəbul olunmasına köməklik göstərməklə əlaqədar göstərmişdir ki, 2009-cu ilin yayında yeznəsi Rasim müəllim ona zəng edib, X53 X133 qəbul məsələsinin həlli üçün 3500 və 4000 manat da pulları olduğunu bildirmiş və bu işdə ona kömək etməyi xahiş etmişdir. O da bununla bağlı Bəhruzla danışmış və Bəhruz bu işi həll edəcəyinə söz verdiyindən 2009-cu ilin yayında Gəncə şəhərində yas mərasimində Rasim müəllimlə görüşmüş, Esmira Rəhimovanın sənədlərini və 3500 yaxud 4000 manat vermişdir. O da Esmiranın sənədlərini və pulu Bakıya qayıdandan sonra Bəhruza vermişdir. Aradan xeyli müddət keçəndən sonra Bəhruz bu işi həll etmədiyindən və Rasim də ona zəng edib işin nəticəsi ilə maraqlandığından, həmin vaxtlar artıq Bəhruza görə İlqarı da tanıdığından, Bəhruz bu işi İlqar Məmmədov həll edəcəyini bildirdiyindən o, İlqar Məmmədovdan bu barədə soruşmuş, İlqar Esmiranın qəbul məsələsi ilə məşğul olduğunu və işin həll olunacağını bildirmişdir. Lakin yenə də məsələnin həlli uzandığından o, Bəhruzu məcbur etmişdir ki, özü Gəncəyə getsin və İnstitutla əlaqə saxlayıb işin nə yerdə olmasını öyrənsin. Bəhruz Gəncəyə gedəcəyinə söz vermiş və X374 Məmmədovla getmiş, lakin məsələ həll olunmadığından Bəhruzdan pulun və sənədlərin qaytarılmasını tələb etmişdir. Bəhruz qısa müddətdə pulu və sənədləri qaytarmasına söz versə də buna əməl etməmiş, bu söhbətdən sonra yoxa çıxmışdır. Haldun Qulamovun ali məktəbə qəbul məsələsi ilə bağlı göstərmişdir ki, bu işin həllinə kömək etməyi ondan Yardımlı rayonundan olan Gülümov Heybət xahiş etmişdir. Belə ki, 2010-cu ilin yayında o, Müəllimlər İnstitutunda işlədiyi zamanlar Heybət müəllim onların institutunda kursa göndərilmişdir və onunla kursda olarkən tanış olmuşdur. O, bu barədə Bəhruz Baxşıyevə bildirmiş və o da əvvəl 7.000 manata bu işi həll etməyin mümkün olmasını demiş, bildirmişdir ki, guya həmin adamı əvvəl Respublikadan kənarda hansısa ali məktəbə qəbul etdirəcək və sonradan X133 köçürülməsini həll edəcəkdir. O, Bəhruzun dediyini Heybət müəllimə çatdırmış, amma o, bildirmişdir ki, bu iş üçün 5000 manat pul verirlər. Bəhruzla razılaşandan sonra Heybət müəllimdən dediyi adamın, yəni X2 və 5000 manat pulu 20 Yanvar dairəsi yaxınlığında almış, həmin pulu və sənədləri Bəhruzla görüşüb ona vermişdir. X20 ali məktəbə qəbul etdirilməsi ilə bağlı göstərmişdir ki, 2010-cu ilin avqust aylarının axırlarında Həsənağa müəllim ona demişdir ki, X98 adında qohumu var, onlar Mehribanın 2ci turda Azərbaycan X86 filialına qəbul olunmasını istəyirlər. O, bildirmişdir ki, əvvəlki qızın sənədləri və pulunu Bəhruz Baxşıyevə vermişdir, bu işlə əlaqədar da o, yalnız Bəhruza müraciət edə bilər. Həsənağa müəllim demişdir ki, o, özü də Bəhruzla danışar, pulu Bəhruza versin, o məsələni həll edər. Mehribanın işi üçün Mehribanın şəxsiyyət vəsiqəsinin sürətini, 4 ədəd fotoşəklini və 4.800 manat pulu Bəhruza vermişdir. Bəhruz söz vermişdir ki, Mehriban sentyabr ayında Rusiya Federasiyasının institutlarının birinə qəbul olunacaq və sonradan 6 ay 1 il ərzində Azərbaycan X86 filialına qəbul olunub dərsə gedəcəkdir. Müddət keçəndən sonra iş düzəlmədiyindən o, pulları və sənədləri geri tələb etmiş, Bəhruz onun yanında Həsənağa müəllimə söz vermişdir ki, işlər düzəlməsə, ondan aldığı 20.300 manat pulun hamısını özü qaytaracaqdır. Bəhruz Həsənağaya hissə-hissə 5.000 manat qaytarmışdır. X184 ali məktəbə qəbul etdirilməsi ilə əlaqədar göstərmişdir ki, Akif Kərimovu çoxdan tanıyır, Akif qızının məsələsi ilə müraciət etmişdir. O da bu məsələ ilə əlaqədar Bəhruza müraciət etmiş, Bəhruz Gözəl X7 Gəncə filialına qəbul etdirmək üçün 5000 manat pul və uşağın sənədlərini istəmişdir. Bu barədə Akiflə danışmış, Akif Kərimov bir neçə gündən sonra ona 5000 manat pul və qızının sənədlərini göndərmişdir. O da pulu və sənədləri alandan sonra aparıb Bəhruza vermişdir. Təxminən 2-3 aydan sonra Bəhruz artıq Gözəl X7 Gəncə filialına qəbul olunmasını həll edldiyini və bu barədə arayış da aldığını bildirmişdir. X350 X7 Gəncə filialına qəbul olunması barədə arayışı oğlu Samir vasitəsilə Akifə göndərmişdir. Bir müəddətdən sonra isə Akif ona zəng edib, qızının X86 filialına qəbul olunması barədə verilən arayışın saxta çıxıdığını bildirmişdir. Ona görə də o, təzədən Bəhruzla görüşüb bunu bildirmiş, Akif özü Bəhruzla görüşmüş və sonradan tələbə bileti də vermişdir. Amma sonradan Akif qızının Qazax filialına qəbul olunmasını istəmədiyindən pulunu qaytarmağı tələb etmişdir. O, bunu Bəhruza bildirmiş, bir yerdə Ceyhunla görüşmüşlər. Ceyhun da onlara bildirmişdir ki, bu işi Şahin adlı bir nəfərin vasitəsilə həll etmək istəyiblər, sənədləri və Bəhruzdan aldığı pulu Şahinə vermişdir. Şahin məsələni həll etməlidir. Lakin Akif pulunu tələb etməkdə davam etdiyindən və həmin ərəfələrdə onun səhhətilə bağlı problemlər olduğundan o, oğlu Samirə Ceyhunu tapıb, bir yerdə Şahinlə görüşüb məsələyə aydınlıq gətirməyi tapşırmışdır. X393 birlikdə Şahinlə görüşmüş və həmin vaxt Şahin onunla da telefonda danışmış və bildirmişdir ki, Akifin qızının qəbul məsələsi həll olunmuşdur və bu barədə Akiflə də danışıb, razılaşmışlar. Amma o, özü Şahinlə görüşməmiş, Bəhruzla Ceyhunun danışıqlarından ona bəlli olmuşdur ki, Bəhruz ondan aldığı pulu Ceyhuna, Ceyhun da Şahinə veribmiş. Lakin bu iş həll olunmamışdır. Aradan xeyli keçəndən sonra oğlu Samir də ona görə Şahinlə və Ceyhunla tez-tez danışdığından ona məlum olmuşdur ki, Şahin də Akifin qızının ali məktəbə qəbul olunması işini həll etməsi üçün Gəncə şəhərində yaşayan Eyvaz adlı bir nəfərlə danışıb və pulu da ona veribdir və axırda məlum olmuşdur ki, Akifdən alınan pul Eyvazda olduğunldan Eyvaz da həmin pulu qaytarmalı imiş, amma qaytarmamışdır. X24 qəbul məsələsi ilə bağlı göstərmişdi ki, 2010-cu ilin yay aylarında Həsənağa müəllim ilə söhbət edən zaman o, bildirmişdir ki, bir nəfər qohumu test imtahanlarından kəsilib və həmin qızın 2-ci turda Bakı Dövlət Universitetinin «filologiya» fakültəsinə qəbul olanmasına kömək etməyi ondan xahiş etmişdir. Həmin qızın adını bilmir, atasının adı Səbzəliyev Şahin olmuşdur. Şahini o, özü görməmişdir. Həmin gün Bəhruzla «20 Yanvar» metro stansiyasının yaxınlığında ikilikdə görüşmüş və Bəhruz bu iş üçün 15.500 manat pul lazım olduğunu bildirmişdir. Həmin gün axşam o, Həsənağa ilə «20 Yanvar» metro stansiyasının yaxınlığında ikilikdə görüşmüş və həmin qızın şəxsiyyət vəsiqəsinin sürətini, 4 ədəd fotoşəklini və 15.500 manat pulu Həsənağadan götürüb, səhərisi gün hamısını ikilikdə Bakı şəhəri «20 Yanvar» metro stansiyasının yaxınlığında Bəhruza vermişdir.. X40 qəbulu ilə bağlı göstərmişdir ki, 2010-cu ilin dekabr ayının axırlarında Yevlax rayonunda yaşayan və orda məktəb direktoru işləyən Lətif müəllim ona müraciət edib, qohumu Aygün Mirzəliyevanın 2-ci turda X176 qəbul etdirməyə kömək etməsini ondan xahiş etmişdir. O da Bəhruzla danışıb, 7.000 ABŞ dolları pulu 2010-cu ilin dekabr ayının axırlarında Bakı şəhəri Yasamal rayonu 20 Yanvar dairəsinin yaxınlığında Rafiq və Lətifdən götürüb, həmin gün Bəhruzla Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metro stansiyasının yanında görüşüb sənədləri və 7.000 ABŞ dolları pulu Bəhruza vermişdir. Lakin iş düzəlməmiş, sonradan Lətiflə Bəhruzu da tanış etmişdir. Bir müddət keçəndən sonra Bəhruzdan pulu tələb edəndə o, bu işi İlqar müəllim həll etdiyini bildirmiş, 2011-ci ilin yanvar ayının əvvəlində Yasamal rayonu Şəki restoranı yaxınlığında İlqar və Bəhruzla görüşmüş, İlqar pulu aldığını etiraf etmiş və işi düzəldəcəyinə söz vermişdir. Sonradan o, dəfələrlə İlqarla danışmış və növbəti dəfə o, İlqarla danışanda məlum olmuşdur ki, Bəhruz İlqara bu iş üçün 2.500 ABŞ dolları vermişdir. Vidadi Əzizovun aldadılması barədə göstərmişdir ki, 2010-cu ilin sentyabr ayının axırlarında qohumu X351 adlı tanışının qohumu Lalə Ağəliyevanı 2-ci turda Bakı Müəllimlər institutuna qəbul etdirməyə kömək etmək üçün ona müraciət etmişdir. O, bu barədə Bəhruza danışmış, Bəhruz 8.000 manata qızı Rusiya Federasiyasının institutlarının birinə qəbul etdirib, altı aydan sonra Azərbaycan Müəllimlər İnstitutunun Bakı filialına köçürtdürəcəyinə söz verəndən sonra o, bu barədə Vidadiyə demiş və Vidadi 2010-cu ilin oktyabr ayının axırlarında 8.000 manat pulu və qızın sənədlərini Bakı şəhəri Yasamal rayonu Azərsu-nun yaxınlığında ona vermişdir. O da həmin gün Bəhruzla Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metro stansiyasının yanında görüşüb sənədləri və 8.000 manat pulu ona vermişdir. Lakin iş düzəlmədiyindən o, Vidadini Bəhruzu da tanış etmişdir. 2011-ci ilin yanvar ayının əvvəlində Yasamal rayonu Şəki restoranı yaxınlığında İlqar, o və Bəhruz görüşmüşlər. İlqar Bəhruzdan pul aldığını etiraf etmiş və işi düzəldəcəyinə söz vermişdir. Sonradan İlqarla danışanda ona məlum olmuşdur ki, Bəhruz İlqara bu iş üçün 3.500 ABŞ dolları vermişdir. Günaydın Məhərrəmovanın epizodu üzrə onu göstərmişdir ki, 2010-cu ilin oktyabr ayında dostu Məhərrəmov Salehin arvadı ona müraciət edərək qızı X10 2-ci turda Azərbaycan X87 filialına qəbul etdirməyə kömək etməsini xahiş etmişdir. Saleh özü uzun müddətdir ki, RF-də işləyir və çoxdandır ki, Azərbaycana gəlmir. O, bu barədə Bəhruza bildirmiş, X3 2-ci turda Azərbaycan X87 filialına 4.000 ABŞ dollarına qəbul etdirə biləcəyini bildirəndən sonra o, bu barədə Salehin arvadına demiş və o 4.000 ABŞ dolları pulu və qızın sənədlrini 2010-cu ilin oktyabr ayının axırlarında Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında alıb, həmin gün Bəhruzla Bakı şəhəri 20 yanvar dairəsinin yaxınlığında görüşmüş, 4.000 ABŞ dolları pulu və Günaydının şəxsiyyət vəsiqəsinin sürəti, attestatının sürəti və 4 ədəd fotoşəklini ona vermişdir. Lakin iş düzəlmədiyindən Salehin arvadını Bəhruzla da tanış etmişdir. X99 epizodu üzrə göstərmişdir ki, 2011-ci ilin yayında Azay müəllim onu Yusif Osmanı ilə tanış etmiş və bir nəfər tanışlarının qızını Mingəçevir tibb texnikomuna qəbul etdirmək istədiklərini bildirmişlər. O, bunu Bəhruz Baxşiyevə demiş, Bəhruz da 4.000 manata bu işi düzəldəcəyinə söz verdiyindən, Yusiflə əlaqə saxlayıb, 4.000 manat pul və Xalidə Zamanlının sənədlərini götürmüş, bu pulu və sənədləri Bəhruza vermişdir. Bəhruz sonradan özü Yusifgillə danışmış, lakin, işi düzəltməmiş və pulları qaytarmamışdır. Mübariz Feyzullayevin İncəsənət univesitetinə qəbul etdirilməsi epizodu üzrə göstərmişdir ki, 2011-ci ilin iyun ayında tanışı Azayın vasitəsi ilə tanış olduğu Yusif ondan dostu Arifin qardaşı Mübarizi İncəsənət Universitetinə qəbul etdirməyə kömək etməyi xahiş etmişdir. O da bu məsələ ilə əlaqədar Bəhruzla danışmış, o, bu işi 8.000 (səkkiz min) manata həll edə biləcəyinə söz vermişdir. Təxminən 2-3 gün sonra Azay və Yusiflə, sonradan tanıdığı Arif və Hüseynlə 20 Yanvar metrosunun yaxınlığında çayxanada görüşmüş, Yusif həmin adamların yanında 8.000 manatı ona vermiş, onlardan ayrılandan 2-3 saat sonra Bəhruzla 20 Yanvar metirosunun yanında görüşüb, həmin 8.000 manatı ona vermişdir. İş düzəlməyəndə həmin adamlar ondan pullarını tələb etməyə başlamışlar. Bəhruzla onları görüşdürmüş, Bəhruz pulu ondan aldığını etiraf etmişdir. X140 aldadılması epizodu üzrə göstərmişdir ki, 2011-cu ilin iyul ayının axırlarında dostu X122 Dəyanətin 2009-cu ildə ABU-nu bitirib və hələ diplomunu ala bilmədiyini ona bildirmiş və onun diplomunun alınmasına kömək etməyi ondan xahiş etmişdir. O, bu barədə Bəhruzla danışmış, Bəhruz bunun üçün bir qədər vaxt istəmişdir ki, maraqlansın və təxminən 1 həftədən sonra ona demişdir ki, kiminləsə danışmışdır və 2.000 ABŞ dollarına Dəyanətin diplomunu götürəcədir. O, bu barədə Nəsibə bildirmiş, ondan 2.000 ABŞ dolları alıb, 2011-ci ilin avqust ayının axırlarında Bəhruzla Bakı şəhəri 20 yanvar dairəsinin yaxınlığında görüşüb 2.000 ABŞ dollarını ona vermişdir. Lakin, Bəhruz işi həll etməmiş və Nəsibin pulu qaytarılmamışdır. X141 epizodu üzrə göstərmişdir ki, bu işdə onun iştirakı yoxdur və bundan məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Azay özü Bəhruzla danışıb, bu məsələni həll etmək istəyirmiş, lakin iş alınmamışdır. X100 epizodu üzrə göstərirmişdir ki, Azay onu İlham Həsənovla tanış etmişdir və o, İlhamın xahişiilə onun qaynı X328 politexnik texnikomuna qəbul etdirmək üçün İlham Həsənovdan 3000 manat, bir neçə gün sonra isə Azay Quliyevin vasitəsi ilə 500 manat pul almışdır və hamısını Bəhruz Baxşiyevə vermişdir. Bəhruz işi düzəltməmiş, pulları da qaytarmamışdır. X185 epizodu üzrə göstərmişdlir ki, eşitdiyinə görə bu məsələ ilə də Azay və Bəhruz özləri məşğul olmuşlar, onun bu məsələyə heç bir aidiyyəti və qarşıacağı yoxdur. X225 epizodu üzrə göstərmişdir ki, 2011-ci ilin avqust ayının əvvəllərində dostu Abbas müəllim qohumu X101 2-ci turda Bakı Yüngül-Sənaye texnikomuna qəbul etdirməyə kömək etməyi ondan xahiş etmişdir. O, bu barədə Bəhruza bildirmiş, X5 2-ci turda 4.000 manata qəbul etdirmək imkanı olduğunu bildirdiyindən o, yenidən Abbasla danışmış, Abbas qızın atası Fikrətlə birlikdə 2011-ci ilin avqust ayının axırlarında 4.000 manat pulu və qızın sənədəlrini Bakı şəhəri 20 Yanvar dairəsinin yaxınlığında ona vermişlər. O da həmin gün Bəhruzla ikilikdə Bakı şəhəri 20 Yanvar dairəsinin yanında görüşüb sənədləri və 4.000 manat pulu ona vermişdir. Lakin Bəhruz işi düzəltməmiş və pulu qaytarılmamışdır. Surə Novruzbəyovanın aldadılması epizodu üzrə göstərmişdir ki, 2011-ci ilin avqust ayının əvvəllərində X63 anası Sidiqə ona müraciət edərək qızını 2-ci turda Göyçay Aqrar- Sənaye texnikomuna qəbul etdirməyə kömək etməyi xahiş etmişdir. O, bu barədə Bəhruza bildirmiş, X6 2-ci turda 2.000 manata qəbul etdirə biləcəyinə söz verdiyindən o, bu barədə Sürənin anası ilə danışıb, 2011-ci ilin avqust ayının axırlarında 2.000 manat pulu və qızın sənədəlrini Bakı şəhəri 20 Yanvar dairəsinin yaxınlığında onun yanında Bəhruza vermişdir. Lakin Bəhruz bu işi də düzəltməmişdir və 2011-ci ilin noyabr ayında Bəhruz Sürənin anasına saxta arayış vermişdir, pulu isə qaytarmamışdır. X139 X332 qəbul etdirilməsi ilə əlaqədar 2011-ci ilin sentyabr ayında tanışı Fəxrəddin Hacıyev ona müraciət etdiyini, o, bununla bağlı qohumu Rasim Abbasovla danışmışdığını və Rasmim də Gəncədə yaşadığından orada tibb texnikumuna qəbulla maraqlanacağını bildirdiyini, buna qədər o, Fəxrəddindən 4000 manat pul aldığını və Rasimə pulun 2500 manatını göndərəcəyini və məsələ həll olunanda qalan pulu da göndərəcəyini dediyini, amma bir müəddətdən sonra Rasim tibb texnikumuna həmin məbləğlə pula tələbə qəbul etdirmək mümkün olmadığını bildirdiyindən, pulu geri qaytarmağı tapşırdığını, Rasim həmin pulu ona qaytardığını, amma Fəxrəddin uşağın işinin düzəlməsini istədiyindən o, gələn ilin qəbulunda həmin məsələni həll etmək üçün pulu saxladığını və Rasimə Aygünün adını Gəncədə bir illik tibb kursuna yazdırmağı tapşırdığını, Rasimin qaytardığı pulu və özündə qalan pulu o,həmin vaxt başqa borclarına verdiyindən sonradan Zahidənin qəbul məsələsini həll edə və pulu qaytara bilməmişdir. Məhkəmədə təqsirləndirilən X103 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirlən şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Astara rayonunun Tüləgüvan kənd sakini Asif Müqəddəsovun test imtahanlarından keçməyən oğlu X58 Respublikasının ali məktəblərinin birinə qəbul etdirib, bir ildən sonra Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat-informatika fakültəsinə köçürülməsini təşkil etmək məqsədilə Asifin tanışı Anar Xankişiyevin vasitəsilə ondan 2008-ci il ərzində 3.000 (üç min) manat, 2011-ci ilin sentyabr ayında isə Əsabəddindən 300 (üç yüz) manat nağd pulu alıb, ümumilikdə 3.300 (üç min üç yüz) manatı İlqar Məmmədova vermiş, bir müddətdən sonra İlqar Əsabəddini ali məktəbə qəbul etdirə bilmədiyi üçün pulu ona qaytarmış, həmin pulu Ceyhun Nəcəfovun vasitəsilə Qənaət Şirinova vermişdir ki, sonuncu Əsabəddini ali məktəbə qəbul etdirsin, lakin Qənaət rəhmətə getdiyi üçün Əsabəddinin ali məktəbə qəbul məsələsi alınmamış, pullar isə Qənaətdə qalmışdır. Bundan başqa Əhməd Hüseynovun test imtahanlarından keçməyən qızı X215 Respublikasının Dərbənd şəhərində yerləşən ali məktəblərin birinə qəbul etdirib, bir ildən sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialına köçürülməsini təşkil etmək məqsədilə 2009-cu ilin yayında Həsənağa Babayevin ona verdiyi 4.500 (dörd min beş yüz) manat pulu Qənaət Şirinova vermiş, sonuncu Güneli ali məktəbə qəbul etdirə bilmədiyi üçün pulu ona, o isə Həsənağaya qaytarmışdır. Bundan başqa X123 Rəhimovanı Azərbaycan X87 filialının filologiya fakültəsinə qəbul etdirmək üçün Təqsirləndirilən şəxs 2010-cu ilin yayında ona cəmi 3.500 (üç min beş yüz) manat pul vermiş, o da həmin pulu Qənaət Şirinova vermişdir ki, Esmiranı ali məktəbə qəbul etdirsin, lakin Qənaət rəhmətə getdiyi üçün işi həll edə bilməmiş və pullar sonuncuda qalmışdır. Bundan başqa Azərbaycan Beynəlxalq Universitetini bitirmiş Ramal Baxşıyevə diplomunu almaqda kömək etmək məqsədilə 2010-cu ilin aprel ayında ondan 5.000 (beş min) manat pul alıb Qənaət Şirinova vermiş, Qənaət rəhmətə getdiyi üçün Ramalın diplom məsələsi həll olunmamış, pullar Qənaətdə qalmışdır. Bundan başqa Astara rayonunun Vaqo kənd sakini X166 Abbasovu Azərbaycan X87 filialına qəbul etdirmək üçün 2010-cu ilin yayında Ədalətdən 4.500 (dörd min beş yüz) manat pul almış, lakin Vasifi heç bir ali məktəbə qəbul etdirə bilmədiyi üçün aldığı pulu geri qaytarmışdır. Bundan başqa X246 Dövlət Açıq Universitetinin Bakı filialında oxuyan, lakin universitet bağandığına görə təhsilini davam etdirə bilməyən nəvəsi Qorxmaz Eynullayevin Azərbaycan Kooperasiya İnstitutuna köçürülməsi məqsədilə 2010-cu ilin yayında ondan 5.000 (beş min) manat pul alıb Qənaət Şirinova vermiş, lakin Qorxmazın köçürülmə məsələsi alınmamış, sonra Qənaət rəhmətə getmiş və pullar Qənaətdə qalmışdır. Bundan başqa Vidadi Əzizovun bacısı qızı Lalə Ağəliyevanı Azərbaycan X86 filialının birinci kursuna tələbə kimi qəbul etdirib bir ildən sonra Azərbaycan Müəllimlər İnstitutuna köçürülməsini təşkil etmək məqsədilə 2010-cu ilin yayında Təqsirləndirilən şəxs ona 6.800 (altı min səkkiz yüz) manat pul vermiş, həmin pulun 4.000 (dörd min) manatını işi həll etmək üçün İlqar Məmmədova vermiş, qalanını isə özü üçün xərcləmişdir. Həmin epizod üzrə İlqarın Lalənin ali məktəbə qəbul edilməsi barədə arayış verməsindən və ona verdiyi 4.000 (dörd min) manat pulu qaytarıb-qaytarmamasından xəbəri yoxdur. Pulun özündə olan hissəsini qaytarmamışdır. Bundan başqa X124 Qulamovu Azərbaycan X87 filialının birinci kursuna tələbə kimi qəbul etdirmək məqsədilə 2010-cu ilin yayında Təqsirləndirilən şəxs ona 5.000 (beş min) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, Qənaət rəhmətə getdiyi üçün Haldunun ali məktəbə qəbulu alınmamış, pullar isə Qənaətdə qalmışdır. Bundan başqa X244 Kərimovanı Azərbaycan X86 filialının birinci kursuna tələbə kimi qəbul etdirmək məqsədilə 2010-cu ilin yayında Təqsirləndirilən şəxs ona 3.500 (üç min beş yüz) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Ceyhun Nəcəfova vermiş, lakin sonuncu işi həll etməmişdir. Ceyhunun həmin pulları sahibinə qaytarıb-qaytarmamasından xəbəri yoxdur. Bundan başqa X54 Cəfərovanı Dağıstan Respublikasının ali məktəblərinin birinə qəbul etdirib, bir ildən sonra Azərbaycan X86 filialına köçürülməsini təşkil etmək məqsədilə Təqsirləndirilən şəxs ona 4.500 (dörd min beş yüz) ABŞ dolları məbləğində pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, lakin Qənaət rəhmətə getdiyi üçün Mehribanın ali məktəbə qəbulu alınmamış, pullar da Qənaətdə qalmışdır. Bundan başqa Şahin Səbzəliyevin test imtahanından keçməmiş qızı X59 Respublikasının Dərbənd şəhərində yerləşən ali məktəblərin birinə qəbul etdirib, bir ildən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə köçürülməsini təşkil etmək məqsədilə Həsənağa Babayev ona 14.000 (on dörd min) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, lakin Qənaət rəhmətə getdiyi üçün Dilarənin ali məktəbə qəbulu alınmamış və pullar geri qaytarılmışdır. Bundan başqa X84 Mirzalıyevanı Azərbaycan X127 filialının birinci kursuna tələbə kimi qəbul etdirmək məqsədilə 2010-cu ilin avqust ayında Təqsirləndirilən şəxs ona 4.700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində pul vermiş, Aygünü ali məktəbə qəbul etdirmək üçün həmin pulun 4.000 (dörd min) ABŞ dollarını İlqara vermiş, 700 (yeddi yüz) ABŞ dollarını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Aygünün ali məktəbə qəbulu alınmamış, özü xərclədiyi pulu qaytarmamış, İlqarın aldığı pulları geri qaytarıb-qaytarmamasından isə xəbəri olmamışdır. Bundan başqa Ərkan Əliyevin Azərbaycan Beynəlxalq Universitetinin üçüncü kursunda təhsil alan, lakin universitet bağandığına görə təhsilini davam etdirə bilməyən qızı Bəsirə Əliyevanın Azərbaycan X87 filialının tarix-coğrafiya fakültəsinə köçürülməsi, bundan başqa onun digər qızı Emilya Əliyevanı X128 birinci kursuna qəbul etdirib, sonradan Lənkəran Tibb Məktəbinə köçürülməsini təşkil etmək məqsədilə ondan 2010-cu ilin payız aylarında cəmi 7.000 (yeddi min) manat pul alıb, həmin pulun 5.000 (beş min) manatını bu işləri həll etmək üçün İlqar Məmmədova vermiş, pulun qalanını isə öz ehtiyaclarına xərcləmiş, İlqar işin heç birini həll etməmiş, verdiyi pul da onda qalmışdır. Bundan başqa tanışı Astara rayonunun Əsxənəkəran kənd sakini Calal Ağayevin xahişi ilə sonuncunun tanışı X247 Respublikasında ali məktəblərin birinə qəbul etdirib, bir ildən sonra Azərbaycanda yerəşən ali məktəblərin birinə köçürülməsini təşkil etmək məqsədilə 2010-cu ilin noyabr ayında Calaldan 4.500 (dörd min beş yüz) manat pul alıb Qənaət Şirinova vermiş, lakin Qənaət rəhmətə getdiyi üçün Əfranın ali məktəbə qəbulu alınmamış, pullar da Qənaətdə qalmışdır. Bundan başqa X173 Tibb Texnikumuna qəbul etdirmək üçün 2011-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona 3.500 (üç min beş yüz) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, sonuncu rəhmətə getdiyi üçün Xalidənin ali məktəbə qəbulu alınmamış və pullar da onda qalmışdır. Bundan başqa Arif Feyzullayevin qardaşı Mübariz Feyzullayevi Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul etdirmək üçün 2011-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vermiş, həmin pulu Qənaət Şirinova vermiş, sonuncu rəhmətə getdiyi üçün Mübarizin ali məktəbə qəbulu alınmamış, pullar da Qənaətdə qalmışdır. Bundan başqa X85 Cəlilzadəni Azərbaycan X87 filialının birinci kursuna qəbul etdirmək üçün 2011-ci ilin iyun-iyul aylarında Astara rayonunun Əsxənəkəran kəndində Calaldan 4.500 (dörd min beş yüz) manat pul alıb işi həll etmək üçün İlqar Məmmədova vermiş, sonuncu isə nə İmamverdini ali məktəbə qəbul etdirmiş, nə də pulunu qaytarmışdır. Bundan başqa Nəsif Zeynalovun Azərbaycan Beynəlxalq Universitetinin dövlət bələdiyyəsinin təşkili fakültəsini bitirən oğlu Dəyanət Zeynalova diplom almaqda kömək etmək məqsədilə 2011-ci ilin yayında Təqsirləndirilən şəxs ona 2.000 (iki min) ABŞ dolları məbləğində pul vermiş, həmin pulu bu işi həll etmək üçün Qənaətə vermiş, Qənaət rəhmətə getdiyi üçün nə Dəyanətin diplomunu alıb vermiş, nə də pulu qaytarmışdır. Bundan başqa Şamxal Musayevi Bakı şəhərindəki orta məktəblərin birinə idman müəllimi kimi işə düzəltmək üçün 2011-ci ilin avqust ayında Təqsirləndirilən şəxs tanışı Azay Quliyev ona 3.500 (üç min beş yüz) manat pul vermiş, həmin pulu bu işi həll etmək üçün Qənaət Şirinova vermiş, lakin o, nə işi həll etmiş, nə də pulları qaytarmışdır. Qənaətin əvəzinə özü Şamxala hissə-hissə olmaqla, cəmi 3.000 (üç min) manat pul qaytarmışdır. Bundan başqa İlham Həsənovun qohumu Elbrus Əkbərovu X88 birinci kursuna tələbə kimi qəbul etdirmək məqsədilə 2011-ci ilin avqust ayında Təqsirləndirilən şəxs öz xidməti otağında Elbrusun sənədlərini, sonra isə Azay Quliyev həmin işlə əlaqədar ona 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, Qənaət rəhmətə getdiyi üçün Elbrusun ali məktəbə qəbulu alınmamış, pullar da Qənaətdə qalmışdır. Bundan başqa Mayıl Musayevin Azərbaycan Beynəlxalq Universitetini bitirən oğlu Yaşar Musayevə diplom almaqda kömək etmək məqsədilə 2011-ci ilin avqust ayında X425 Əkbərovun yanında ona 1.400 (bir min dörd yüz) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, Qənaət rəhmətə getdiyi üçün nə işi həll etmiş, nə də pulu qaytarmışdır. Bundan başqa X125 Məmmədovanı Bakı Sosial-İqtisad Kollecinin birinci kursuna tələbə kimi qəbul etdirmək üçün 2011-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona Aygünün sənədlərini və 2.000 (iki min) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, lakin sonuncu heç bir iş görməmiş və pullar da onda qalmışdır. Bundan başqa X21 Novruzbəyovanı Gəncə Aqrar-Sənaye Texnikumunun birinci kursuna qəbul etdirmək üçün 2011-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona lazımi sənədlərlə birlikdə 2.000 (iki min) manat pul vermiş, həmin pulu işi həll etmək üçün Qənaət Şirinova vermiş, Qənaət bununla əlaqədar ona Surənin X310 və X89 Şöbəsinin əmək təlimi ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs tələbəsi olmasına dair tələbə bileti vermiş, o da həmin tələbə biletini Sidiqəyə vermişdir. Həmin tələbə biletinin saxta olmasından xəbəri olmamış, bu barədə sonradan eşitmişdir. Həmin epizod üzrə dəymiş ziyan ödənilməmişdir. Bundan başqa 2011-ci ilin axırları 2012-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ona demişdir ki, X285 yanına gələcək, Naibdən 2.600 (iki min altı yüz) manat alıb, 600 (altı yüz) manatı ona versin, pulun qalanı ilə isə Naibin oğlu Bəhruz Xudiyevin diplom məsələsini həll etsin. Naib İsanın qohumu imiş. Bundan sonra o, Bakı şəhərində yerləşən keçmiş «Ramstor» bazarının yanında Naiblə görüşüb ondan 2.600 (iki min altı yüz) manat pul alaraq ona, oğlunun işi ilə maraqlanacağını bildirmiş, daha sonra isə həmin pulun 600 (atı yüz) manatını gətirib İsaya vermişdir. Lakin Bəhruzun diplomu ilə maraqlanmamış, onun diplomunu kimin, harada hazırladığını bilməmişdir. Beş-altı aydan sonra eşitmişdir ki, Bəhruzun diplomu ilə əlaqədar araşdırma gedir, guya diplom saxtadır. Bundan başqa X126 Baxşıyevi türmədən buraxdırmaq üçün 04 oktyabr 2011-ci ildə Bakı şəhərində Xanalının qardaşı Mehdi Baxşıyevin evində 18.000 (on səkkiz min) manat, təxminən bir aydan sonra isə «20 yanvar» dairəsinin yanında Mehdinin tapşırığı ilə onun adını bilmədiyi dostundan 1.000 (bir min) manat pul almış, sonradan Mehdi ilə Xanalı valideynlərinin üstünə gələndə atası ilə əmiləri onlara hissə-hissə olmaqla cəmi 7.800 (yeddi min səkkiz yüz) manat pul qaytarmışlar, 11.200 (on bir min iki yüz) manat borcu qalmışdır. Arzuman Məmmədov və Nadir Paşayevlə bağlı epizodları xatırlamır, Saleh Məhərrəmov və Elman Məmmədovun epizodları üzrə özünü təqsirli bilmir, sonuncu epizod müstəntiqin uydurmasıdır, belə bir adamı tanıdığını xatırlamır. Bundan başqa ittiham aktında zərərçəkən şəxslərdən alındığı göstərilən pulların məbləğində ciddi fərqlər var, bundan başqa saxta sənəd vermək məsələsi ümumiyyətlə ona aid deyil, heç kimə heç bir saxta sənəd verməmişdir. Məhkəmədə Bəhruz Baxşıyevin həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, özünü təqsirli bilərək göstərmişdir ki, 2008-ci ilin yayında Əsabəddin Müqəddəsovun sənədlərini və bir neçə dəfəyə 6.300 (altı min üç yüz) manat pulu Anar Xankişiyev ona vermişdir. Həmin pulun 3.000 (üç min) manatını və sənədləri İlqar Məmmədova vermişdir. İlqar sənədləri ya Əsabəddinə, ya da onun atasına göndərmişdir. Onlar təhsil şöbəsinə müraciət edəndə sənədlərin saxtalığı bilinmiş, Anar bunu bildirəndə, o, İlqardan pulu tələb etmiş, bir neçə dəfəyə İlqardan 3.000 (üç min) manat pul almış, onun üstünə 1.000 (bir min) manat da qoyub, cəmi 4.000 (dörd min) manat pulu və Əsabəddinin sənədlərini sonuncunu X90 qəbul etdirmək üçün Qənaət müəllimə vermişdir. Qənaət müəllim rəhmətə getdiyi üçün ona verdiyi pulu ala bilməmiş, lakin o, vəfat etməmişdən əvvəl tanışı Əlinin vasitəsi ilə sənədləri almışdır. Bundan başqa o, X167 Hüseynovanın sənədlərini və 5.600 (beş min altı yüz) manat pulu 2009-cu ilin yayında Bakı şəhəri Yasamal rayonunda Həsənağa Babayevdən almışdır. Dəqiq məbləğini xatırlamasa da, həmin pulun az bir hissəsini özünə götürmüş, qalanını isə İlqar Məmmədova vermişdir. İlqar saxta arayış və tələbə biletini hazırlayıb ona vermiş, o da həmin sənədləri Həsənağaya vermişdir. Bundan başqa 2010-cu ilin yayında Təqsirləndirilən şəxs Maksim Rəhimovun işi üzrə ona cəmi 3.500 (üç min beş yüz) ABŞ dolları vermişdir. İsanın Maksimdən nə qədər pul aldığını bilmir, yalnız onu bilir ki, Maksim İsanın yeznəsi Rasim Abbasovun tanışıdır, bu işin əvvəlini də Rasim danışıb başlamış və o, pulu alıb İsaya vermişdir. O, bunu sonradan Maksimlə bir yerdə İsanın otağında görüşləri zamanı bilmişdir. O, sonradan bilmişdir ki, İsa bunu Qasım adlı bir nəfərin vasitəsi ilə həll etmək istəyirmiş, lakin həmin adam tutulub, ona görə də, İsa ona bildirmişdir ki, güclə sənədləri və pulu geri ala bilmişdir və ondan xahiş etmişdir ki, Maksimin qızı Esmira Rəhimovanı X134 qəbul etdirsin. Bunun üçün ona sənədlərlə bir yerdə 3.500 (üç min beş yüz) ABŞ dolları vermiş, o da həmin pulu İlqar Məmmədova vermişdir. İlqar işi həll edə bilməmiş, daha doğrusu İlqar ona Esmiranın adına tələbə bileti vermiş, o da bu tələbə biletini Maksimə vermişdir. Tələbə biletinin saxtalığı bilinəndən sonra Maksim bunu İsaya demiş, İsa da ona demişdir. O, İlqara diplomun saxtalığını bildirərək verdiyi pulları qaytarmağı tələb etmiş, İlqar ona 3.500 (üç min beş yüz) ABŞ dolları qaytarmış və ondan tələb etmişdir ki, Esmiranın saxta tələbə biletini onlardan alıb İlqara qaytarsın. O, Maksimə qızının məktəb məsələsini özünün həll edəcəyini bildirmiş, ona görə də Esmiranın attestatı, fotoşəkilləri və şəxsiyyət vəsiqəsinin surəti onda qalmışdır. O, bu işi Qənaət müəllimlə həll etmək istəmiş, lakin sonuncu rəhmətə getdiyi üçün bunu edə bilməmişdir. Bundan başqa o, Ramal Baxşıyevin diplomunu almaq üçün Bakıda ondan 2.000 (iki min) manat pul almış, lakin onun diplom məsələsini həll edə bilməmiş, həmin pulu sonradan onun özünə qaytarmışdır. Bundan başqa Vasif Abbasovu Azərbaycan X132 filialına qəbul etdirmək üçün 2010-cu ilin yayında Calal Ağayevin vasitəsi ilə Vasifin atası Ədalət Abbasovdan 5.000 (beş min) manat pul almış, həmin puldan heç kimə verməmiş, işi düzəldə bilmədiyi üçün pulun 3.000 (üç min) manatını qaytarmış, qalanını isə qaytara bilməmişdir. Bundan başqa o, İskəndər Tağıyevin nəvəsi X174 Dövlət Açıq Universitetinin Bakı filialından Azərbaycan Koperasiya Universitetinə köçürülməsi üçün 2010-cu ilin yayında Lənkaranlı Səxavət adlı şəxs ona 4.000 (dörd min) manat pul vermiş, o da həmin pulu İlqar Məmmədova vermişdir, lakin İlqar işi həll etmədiyi üçün həmin pulu Səxavətə qaytarmışdır. Bundan başqa 2010-cu ilin yayında Təqsirləndirilən şəxs Vidadi Əzizovun qohumu Lalə Ağaəliyevanın sənədlərini və 6.800 (altı min səkkiz yüz) manat pulu ona vermiş, o da həmin sənədləri və pulun 4.000 (dörd min) ABŞ dollarını İlqar Məmmədova vermişdir. İlqar saxta sənədləri hazırladığını və Lalənin qohumu Vidadi ilə görüşüb həmin sənədləri ona verdiyini bildirmişdir. Bundan başqa 2009-cu ilin iyul ayında Haldun Qulamovun işi üçün Təqsirləndirilən şəxs ona sənədlər və 4.500 (dörd min beş yüz) manat pul vermiş, o da həmin pulun 4.000 (dörd min) manatını və sənədləri mərhum Qənaət müəllimə vermişdir. Sonradan sənədləri Əli adlı şəxsin vasitəsi ilə qaytarıb ala bilmiş, lakin pulu ala bilməmişdir. Bundan başqa X244 Kərimovanın ali məktəbə qəbul etdirilməsi üçün Təqsirləndirilən şəxs ona 3.000 (üç min) ABŞ dolları vermiş, həmin pulu və Gözəlin sənədlərini Ceyhun adlı tanışına vermişdir. Ceyhun onu aldatmış, nə işi həll etmiş, nə də pulu qaytarmışdır. Bundan başqa 2010-cu ilin sentyabr ayında X54 Cəfərovanın Azərbaycan X86 filialına qəbul etdirilməsi üçün Təqsirləndirilən şəxs ona 4.000 (dörd min) ABŞ dolları vermiş, o da həmin pulun 3.500 (üç min beş yüz) ABŞ dollarını və Mehribanın sənədlərini Qənaət müəllimə vermişdir. Qənaət müəllim ağır xəstə olan vaxtı onun tanışı Əli adlı bir nəfərin vasitəsi ilə sənədləri geri almış, pulu isə ala bilməmişdir. Bundan başqa 2010cu ilin sentyabr ayında İsa X4 Səbzəliyevanı Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə qəbul etdirmək üçün ona 14.000 (on dörd min) manat pul və Dilarənin sənədlərini vermiş, bu işi özünün düzəldəcəyinə söz verərək, pulu və sənədləri rəhmətlik Qənaət müəllimə vermişdir. İş düzəlməyəndə İsa ondan pulu və sənədləri geri istəyəndə, o, bilmişdir ki, həmin pulu və sənədləri ona Həsənağa Babayev vermişdir, buna görə də, özü birbaşa Həsənağa ilə danışıqlar aparmış və həmin məbləğin 5.000 (beş min) manatı Həsənağaya qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2010-cu ilin payızında X84 Mirzalıyevanı X176 qəbul etdirmək üçün öz kabinetində sonuncunun sənədlərini və 4.700 (dörd min beş yüz) ABŞ dolları vermiş, o da həmin pulun 4.000 (dörd min) ABŞ dollarını İlqar Məmədova vermişdir. İlqar saxta arayış hazırlayıb İsanın vasitəsi ilə həmin sənədi Rafiqə vermişdir. Bundan başqa o, X249 Qvardiyasında işə düzəltmək adı ilə aldadıb 2010-cu ilin avqust-sentyabr aylarında 6.000 (altı min) manat pulunu alıb, öz şəxsi ehtiyaclarına xərcləmiş, daha doğrusu İlqar Məmmədov onu aldadıb aldığı pulların müqabilində heç bir iş görmədiyindən valideynlər onu sıxışdırdığına görə onları sakitləşdirmək üçün həmin pulları valideynlərə vermişdir, lakin pulu konkret olaraq hansı valideynlərə verdiyini xatırlamır. Bundan başqa o, 2010-cu ilin payızında Astara rayonunda Ərkan Əliyevlə görüşüb qızı Bəsirə Əliyevanı Azərbaycan Beynəlxalq Universitetindən X134 köçürmək üçün 3.000 (üç min) manat pul almış, həmin pulun 2.000 (iki min) manatını İlqar Məmmədova vermiş, İlqar işi həll edəcəyinə söz vermişdir. Bundan sonra 2011-ci ilin yazında Bakıda Ərkanla görüşmüş və onun digər qızı X250 Tibb Texnikumuna qəbul etdirmək üçün ondan 4.000 (dörd min) manat pul almış, həmin pulun da 3.000 (üç min) manatını İlqara vermişdir. İlqar yalançı çıxmış və pulu qaytarmamışdır. X9 Məhərrəmovanın ali məktəbə qəbul etdirmək adı ilə aldadılmasından qəti xəbəri yoxdur, onları tanımır və heç kimdən bu işə görə pul almamışdır. Bundan başqa o, Əfran Nurəliyevi X134 qəbul etdirmək üçün 2010-cu ilin payız aylarında Astara rayonunun Əsxənəkəran kəndində tanışı Calal Ağayevin vasitəsi ilə 4.500 (dörd min beş yüz) manat pul almış, həmin pulun 4.000 (dörd min) manatını və onun sənədlərini Qənaət müəllimə vermiş, sonuncu rəhmətə getdiyi üçün iş həll olunmamış, sənədləri Əlinin vasitəsi ilə qaytarıb ala bilmişdir. Bundan başqa X173 Tibb Texnikumuna qəbul etdirmək üçün 2011-ci ilin yayında Təqsirləndirilən şəxs ona 3.500 (üç min beş yüz) manat pul vermiş, o da həmin pulun 3.000 (üç min) manatını və Xalidənin sənədlərini İlqar Məmmədova vermişdir. X216 tibb texnikomuna qəbul olunması barədə ona saxta arayış vermişdir və o, həmin arayışın saxta olduğunu bilib, arayışı İlqara qaytarıb pulu almışdır və həmin pulu özü xərcləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2011-ci ilin yayında «20 yanvar» dairəsindəki məşğələ otağında ona Arif Feyzullayevin qardaşı Mübariz Feyzullayevi İncəsənət Universitetinə qəbul etdirmək üçün 7.500 (yeddi min beş yüz) ABŞ dolları vermişdir. O, Mübarizi və onun qardaşı Arifi, həmçinin onların tanışı Yusif Osmanlını sonradan İsanın yanında görüb tanımış və onda bilmişdir ki, Mübarizin məsələsini onlar İsa ilə danışıb razılaşmışlar və 8.000 (səkkiz min) manat pul vermişlər. İsadan aldığı 7.500 (yeddi min beş yüz) ABŞ dollarının 6.000 (altı min) ABŞ dollarını və Mübarizin sənədlərini Qənaət adlı şəxsə vermişdir. Sonradan iş düzəlməyəndə sənədləri Qənaət müəllimdən alıb İsaya qaytarmış, pulu isə ala bilməmişdir. Bundan başqa o, Arzuman Məmmədovdan 1.800 (bir min səkkiz yüz) ABŞ dolları alıb, həmin pulu onun təhsil haqqı kimi Azərbaycan Beynəlxalq Universitetinin kassasına ödəmişdir. Bundan başqa o, X85 Ağayevi X134 qəbul etdirmək üçün 2010-cu ilin payız aylarında Calaldan oğlunun sənədlərini, yay aylarında isə Astara rayonunun Əsxənəkəran kəndindəki evində 4.500 (dörd min beş yüz) manat pul almışdır. Həmin pulun 4.000 (dörd min) manatını və sənədləri İlqar Məmmədova vermiş, sonuncu onu aldatmış, nə pulu, nə də sənədləri qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2011-ci ilin yayında ona Nəsif Zeynalovun Azərbaycan Beynəlxalq Universitetinin dövlət bələdiyyəsinin təşkili fakültəsini bitirmiş oğlu Dəyanət Zeynalovun diplomunu almaq adı ilə 800 (səkkiz yüz) ABŞ dolları vermişdir. O, həmin pulu neylədiyini xatırlamır və Dəyanətin diplomunun alınması üçün heç bir iş görməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2011ci ilin yayında ona Şamxal Musayevin oğlunun işi ilə 2.500 (iki min beş yüz) manat pul vermiş, lakin o, bu işi düzəldə bilməmiş, iki-üç aydan sonra Şamxala hissə-hissə olmaqla cəmi 2.000 (iki min) manat qaytarmış, 500 (beş yüz) manat borcu qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında «20 yanvar» dairəsində yerləşən iş otağında ona Elburus Əkbərovu texnikumların birinə qəbul etdirmək üçün sonuncunun sənədlərini və 2.500 (iki min beş yüz) ABŞ dolları vermişdir. Həmin pulları neylədiyini bilmir. İş düzəlməyəndə pulları ondan tələb etmişlər və o, sənədləri qaytarmış, pulu isə xərclədiyinə görə qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2011-ci ilin avqust ayında «20 yanvar» dairəsində yerləşən iş otağında ona Yaşar Musayevin Azərbaycan Beynəlxalq Universitetini bitirməsi barədə diplomunu almaq üçün 1.400 (bir min dörd yüz) manat pul vermişdir. O, həmin pulu neylədiyini xatırlamır. Bundan başqa Təqsirləndirilən şəxs 2011-ci ilin sentyabr ayında ona X125 Məmmədovanı Bakı Sosial-İqtisad Kollecinə qəbul etdirmək üçün sonuncunun sənədlərini və 2.000 (iki min) manat pul vermişdir. O, həmin pulu kimə verdiyini xatırlamır, sənədləri isə Xanalı və Mehdi Baxşıyevlər onun qaldığı evə gəlib ondan pullarını tələb edəndə evdən götürüb istintaqa təqdim etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs ona X21 Novruzbəyovanın Göyçay Texnalogiya və İdarəetmə kollecinə qəbulu üçün 2.000 (iki min) manat pul və sonuncunun sənədlərini vermiş, sonradan Surənin anası ilə görüşüb tanış olmuşdur. Həmin pulu İlqar Məmmədova vermişdir. Saxta arayışı İlqar ona vermişdir. O, bu arayışın saxtalığını bilməmişdir, bu barədə valideyn məktəbə gedib qızının orada oxumadığını biləndən sonra ona demişlər, o da pulu və sənədləri İlqardan çətinliklə də olsa almış və Qənaət müəllimə vermişdir. Qənaət müəllim xəstə yatanda onun tanışı Əlidən sənədləri almış, lakin pulu ala bilməmiş, buna görə də, Surənin attestatı, şəxsiyyət vəsiqəsinin kserosurəti və fotoşəkilləri onun evindən çıxmışdır. Bundan başqa o, X409 Əkbərovun arasında olan əvvəlki söhbətlərdən xəbərsiz olmuşdur. Dəqiq tarixi yadında deyil, təxminən 2011-ci ilin axırları, yaxud 2012-ci ilin əvvəllərində İsa ona bildirmişdir ki, Yardımlıdan Naib adlı bir nəfər onun yanına gələcəkdir, ondan 2.600 (iki min altı yüz) manat alıb, 600 (altı yüz) manatını ona çatdırsın, qalan hissəsini özünə götürüb, onun diplom məsələsini dəqiqləşdirsin və həll etsin. O, Bakıda yaşadığı ərazidə keçmiş «Ramstor» bazarının yanında Naiblə görüşüb ondan 2.600 (iki min altı yüz) manat pul almış və oğlunun işi ilə maraqlanacağını bildirmişdir. Həmin pulun 600 (altı yüz) manatını İsaya vermişdir. O, bu məsələ ilə maraqlananda bilmişdir ki, Bəhruz Xudiyevin diplomu saxtadır, ona görə də həmin diplomu Təhsil Nazirliyi onun əlindən alıb Korrupsiya İdarəsinə göndərmişdir. O, Naiblə görüşüb oğlunun diplomunun saxta olmasını, ondan aldığı 2.600 (iki min altı yüz) manatın 600 (altı yüz) manatını İsaya verdiyini, 2.000 (iki min) manatın isə ona çatdığını, lakin həmin pulu xərclədiyini bildirmiş və söz vermişdir ki, yaxın vaxtlarda onun pulunu çatdıracaqdır. Lakin imkanı olmadığına görə həmin pulu qaytara bilməmişdir. Naib dəfələrlə onunla telefon əlaqəsi saxlayıb görüşmüş, onunla olan söhbətlərindən bilmişdir ki, ondan əvvəl İsa 3.700 (üç min yeddi yüz) ABŞ dolları guya oğlu Bəhruzu Azərbaycan X87 filialına qəbul etdirmək adı ilə, 4.200 (dörd min iki yüz) manat da təhsil haqqı kimi almışdır. Bəhruz Xudiyevin diplomunu kimin, harada hazırladığını bilmir. Bundan başqa o, Xanalı və Mehdi Baxşıyevləri aldadaraq Xanalının oğlu Ramal Baxşıyevi türmədən buraxdıracağına söz verərək, onlardan 04 oktyabr 2011-ci ildə Bakı şəhərində Mehdinin evində 18.000 (on səkkiz min) manat, təxminən bir ay sonra isə «20 yanvar» dairəsinin yanında Mehdinin tapşırığı ilə onun adını bilmədiyi dostundan 1.000 (bir min) manat pul almışdır. Buna görə də, həmin ittiham üzrə özünü tam təqsirli bilir. Sonradan Mehdi və qardaşı Xanalı onun valideynlərinin üstünə gedəndə atası Qiyas Baxşıyev və əmiləri onlara hissə-hissə olmaqla 7.800 (yeddi min səkkiz yüz) manat pul ödəmişlər, hazırda 11.200 (on bir iki yüz) manat ödənməmiş qalmışdır. Bundan başqa o, 2011-ci ilin axırlarında Nadir Paşayevə təqaüd düzəltməyə söz verib, ondan 230 (iki yüz otuz) manat pul və əmək kitabçasını almış, lakin heç bir iş görməmişdir. Məhkəmədə təqsirləndirilən X142 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirlən şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o özünü qismən təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxsla Bəhruz X287 görə tanımış, partiya rəhbəri olduğu vaxtlar onun yanına gəlib-getmişlər, Qənaət Şirinovun isə adını eşitmiş, üzünü görməmişdir. İlqar Məmmədov ifadəsində göstərmişdir ki, Asif Müqəddəsovu və Anar Xankişiyevi, habelə Maksim Rəhimovu və Rasim Abbasovu tanımır. Qardaş Əhmədovu tanıyır. Belə ki, X42 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirmək məqsədilə ona 3.500 (üç min beş yüz) ABŞ dolları vermiş, lakin Qardaşın oğlunu akademiyaya düzəldə bilməmiş, buna görə də, Bəhruzun ona verdiyi pulu Qardaşın özünə qaytarmışdır. Həmin epizod üzrə adı hallandırılan Həsənağa Babayevi isə tanımır. Əhməd Hüseynovu tanımır. X289 Həsənovun vasitəsilə tanımışdır. Belə ki, Rəşad Nəzakəti qohumu kimi təqdim edərək, onun oğlunu kollecə qəbul etdirməyi xahiş etmiş, o da təmənnasız, cəmi bir qonaqlığa həmin işi həll etmişdir. Ancaq sonradan məlum olmuşdur ki, Rəşad Nəzakətdən oğlunun işinə görə ona vermək adı ilə 2.000 (iki min) ABŞ dolları almış, lakin həmin pulu tamam başqa işlə əlaqədar ona vermişdir. Belə ki, Rəşadın qaynı Cahandarın oğlunu ali məktəbə o, qəbul etdirmişdir. Nəzakətdən ona mənzil təşkil edəcəyi adı ilə pul almamışdır. Sonradan Rəşad ona şər atmışdır ki, guya ona verdiyi pul Nəzakətin puludur. O, da Nəzakətlə görüşüb onu Rəşadla üzləşdirmək üçün sonuncunun yaşadığı evə getmişdir. Rəşad evdə olmamış, həyat yoldaşı Zülfiyyə ilə görüşmüşlər. Az sonra Rəşad da gəlib çıxmışdır. Nəzakət onun yanında Rəşaddan verdiyi pulu ona verib-vermədiyini soruşmuş, o özü də Rəşada eyni sualla müraciət etmiş, sonuncu cavab vermişdir ki, Nəzakətin verdiyi pulu ona yox, başqa bir adama vermişdir. O, Nəzakət və Rəşadın arasında olan həmin söhbət barədə telefonda səsyazma da var. Üzləşmədən sonra həmin məsələ bağlanmışdır. Sonradan Cahandar ona demişdir ki, «Rəşad narkomandır», bununla da Rəşadla olan bütün münasibətlərinə son qoymuşdur. Nazilə Cəfərova ilə X290 Cəfərovanın vasitəsilə tanımışdır. Nəzakət demişdir ki, Nazilə ilə Sultan onun vasitəsilə mənzillə bağlı Rəşad Həsənova 10.000 (on min) manata yaxın pul veriblər, sonuncu da onun adından istifadə edərək həmin pulları alıb onları mənzillə təmin etdirəcəyinə söz vermişdir. Əslində Rəşad onların işi ilə əlaqədar ona bir manat da olsun pul verməmişdir. Vidadi Əzizovun qızını Azərbaycan X86 filialına qəbul etdirmək üçün Bəhruz Baxşıyev ona, 4.000 (dörd min) manat pul vermişdir. Bəhruza bu işdə kömək edəcəyinə söz versə də, sözünə əməl edə bilməmiş və Bəhruzun verdiyi pulu tam məbləğdə özünə qaytarmışdır. Onda olan məlumata görə Vidadinin qızını ali məktəbə qəbul etdirməyi Təqsirləndirilən şəxs Bəhruzdan xahiş etmişdir. X291 Baxşıyevin vasitəsilə tanımışdır. Bəhruz Rafiqin qızını Azərbaycan X127 filialına qəbul etdirmək üçün ona 3.000 (üç min) manat pul vermiş, lakin həmin işi öhdəsindən gələ bilməmiş və buna görə də, Bəhruzun verdiyi pulu tam məbləğdə özünə qaytarmışdır. X377 Baxşıyevin vasitəsilə tanımışdır. Bəhruz Ərkanın Azərbaycan Beynəlxalq Universitetinin üçüncü kursunu bitirmiş, lakin universitet bağlandığından təhsili yarımçıq qalmış qızı Bəsirə Əliyevanı Azərbaycan X87 filialına, digər qızı X172 Tibb Texnikumuna qəbul etdirmək üçün ona ümumilikdə 5.000 (beş min) manat pul vermiş, lakin onların işlərini düzəldə bilməmiş və buna görə də, Bəhruzun verdiyi pulları tam məbləğdə özünə qaytarmışdır. Səftər Zamanovu tanımır. Calal Ağayevi tanıyır. X64 Azərbaycan X87 filialına qəbul etdirmək məqsədilə ona 3.500 (üç min beş yüz) ABŞ dolları vermiş, lakin həmin işin öhdəsindən gələ bilməmiş və buna görə də, Bəhruzun verdiyi pulu Calalın özünə qaytarmışdır. Fazil Məmmədovdan bu və ya digər məqsədlə pul almamış, onu bircə dəfə «Qələbə» meydanında görmüşdür. Kürdəmir rayon sakini Həmzə Rasulovun 2009-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirən qızı Vüsalə Rasulovanın diplomunu 3.000 (üç min) manata həmin ali məktəbdən alıb verəcəyini demiş və razılaşmışlar. Lakin nə diplomu alıb vermiş, nə də, aldığı pulu qaytarmışdır. Çünki, həmin ərəfədə səhhətində problem yaranmışdır, «hepatit» virusunun daşıyıcısıdır, müalicə olunmaq üçün pula ehtiyacı olduğundan aldığı pulu səhhətinə xərcləmişdir. Məhkəmədə təqsirləndirilən X186 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirlən şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, İlqar Məmmədov onun uzaq qohumudur. İlqarı vəzifəli şəxs kimi qiyabi tanımış və o, qayını Cahandarın oğlunu ali məktəbə qəbul etdirmişdir. İlqar 2009-cu ilin sonlarında ona demişdir ki, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən şəhərcikdə güzəştli şərtlərlə ev almaq istəyənlərə kömək etmək imkanı var, əgər belə tanışları varsa, deyim, onlara həmin şəhərcikdə mənzil almağa, yaxud vaxtından əvvəl, həmçinin onlara düşən mənzillərdə nəzərdə tutulan otaqların sayının artıq olmasına köməklik edə bilər. İlqarın sözlərinə inanıb, onu əvvəllər bir yataqxanada yaşadığı Nəzakət Cəfərova ilə tanış etmişdir. İlqar özü Nəzakətlə danışmış, dəfələrlə görüşüb söhbətlər aparmışdır. İlqar Nəzakətə demişdir ki, onun bu mənzillərdən almaq şansı var, lakin həmin mənzillərin içərisi müəyyən avadanlıqlara təchiz olunur deyə müəyyən məbləğdə dövlət rüsumu ödəmək lazımdır, həmçinin mənzillərin alınması və otaqların sayının normadan artıq olması üçün kimlərəsə əlavə hörmət etmək lazımdır. Buna görə də, Nəzakət 2009-cu ilin noyabr ayının sonlarından 2010-cu ilin mart ayınadək olan müddətdə hissə-hissə olmaqla 3.500 (üç min beş yüz) manat pulu onun vasitəsi ilə İlqara vermişdir. Bundan başqa Nəzakət qohumları Nazilə Cəfərova və Sultan Məmmədovun eyni qaydada mənzillə təmin olunmaları məqsədilə də onun vasitəsilə İlqara həmin müddət ərzində Naziləyə görə 4.250 (dörd min iki yüz əlli) manat, Sultana görə 2.250 (iki min iki yüz əlli) manat pul vermişdir. O, həmin pulların hamısını İlqara vermişdir. İlqar həmin pullardan onu həmin şəxslərlə tanış etdiyi üçün ona cəmi 1.750 (bir min yeddi yüz əlli) manat pul vermişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, İlqar Nəzakətgili aldadıb. Bunu eşidəndə İlqardan belə hərəkət etməsinin səbəbini soruşmuş və camaatın pullarını qaytarmağı tələb etmişdir. Bu vaxt İlqar onu borclu çıxartmış, hətta Nəzakətlə birlikdə kirayədə qaldığı evə gəlib orada səs-küy salaraq onunla həyat yoldaşını təhqir etmiş, ev sahibəsi bu biabırçılığa görə onları evdən çıxartmışdır. İlqarın Nəzakətgilin pulunu qaytarmayacağını görüb onun həmin pullardan ona verdiyi 1.750 (bir min yeddi yüz əlli) manatı özü qaytarmalı olmuş, bu məqsədlə Naziləyə hissə-hissə olmaqla, cəmi 1.150 (bir min yüz əlli) manat, Nəzakətə isə atası Tahir Həsənovun təqaüd kartını vermişdir. Nəzakət onun atasının təqaüd kartındakı hesabdan 400 (dörd yüz) manat pul çıxartmışdır. Bununla da zərərçəkmişlərə dəymiş ziyanın 1.550 (bir min beş yüz əlli) manatını ödəmiş, 200 (iki yüz) manat borcu qalmış, həbs olunduğu üçün həmin məbləği qaytara bilməmişdir. İlqar isə onların pullarını qaytarmamış, sonradan eşitmişdir ki, İlqar Nəzakətgildən onun vasitəsilə aldığı pulları Qənaət Şirinova vermişdir. Məhkəmədə X65 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, qardaşı X126 Baxşıyev 30 sentyabr 2011-ci il tarixdə həbs edilərək barəsində cinayət işi açılmışdır. Bununla əlaqədar 03 oktyabr 2011-ci il tarixdə bir nəfər qardaşı Xanalıya zəng edərək, özünü Astara rayonunun Ovala kənd sakini olmaqla Bakıda yaşayan Bəhruz Baxşıyev kimi təqdim etmiş, oğlu Ramalın yaxın dostu olduğunu, Ramala kömək edəcəyini bildirmiş və bunu müzakirə etmək üçün Xanalını Bakıya dəvət etmişdir. 04 oktyabr 2011-ci il tarixdə Xanalı Bakıya gələrək Bəhruzla görüşmüş, sonuncu ona bildirmişdir ki, Ramalı azad etmək, onun günahsız olduğunu sübuta yetirmək üçün bəzi sənədlər əldə etmək tələb olunur ki, bundan ötrü də 18.000 (on səkkiz min) manat pul lazımdır. Elə həmin günün axşamı Xanalı ilə birlikdə «20 yanvar» dairəsində yerləşən çayxanada Bəhruzla görüşmüş və həmin məbləğdə pulu Bəhruza vermişlər. Üc gündən sonra Bəhruzla yenidən görüşəndə o, 18.000 (on səkkiz min) manat pulu tələbə dostunun əmisinə- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mərdəkan qəsəbəsində yaşayan əməkdaşına verdiyini və Ramalın oktyabrın 25-nə kimi azad ediləcəyini bildirmişdir. Bəhruzun dediklərinə inanmayıb pulu geri qaytarmağı tələb edəndə, Bəhruz artıq «prosesin» başlandığını, pulu verdiyi adamın bu işi həll edəcəyini bildirmişdir. Oktyabrın 25-dən sonra yenidən Bəhruzla görüşəndə Bəhruz bildirmişdir ki, noyabrın 17-si axırıncı tarixdir və Ramal həmin gün azad ediləcək, lakin bunun üçün əlavə olaraq 3.000 (üç min) manat pul lazımdır. Bəhruzun dediklərinə inanmasalar da, bir müddətdən sonra Bəhruz işi yarımçıq qoymaq istəmədiyi üçün guya özü hardansa 2.000 (iki min) manat tapdığını bildirərək onlardan 1.000 (bir min) manat pul istəmiş, onlar da həmin məbləğdə pulu tapıb ona vermişlər. Bu arada Xanalı həbsdə olan Ramalla görüşüb Bəhruzla olan danışıq barədə ona məlumat vermiş və Bəhruzla nə kimi münasibəti olduğunu soruşmuş, Ramal Bəhruzu tanıdığını, onun dələduzluqla məşğul olduğunu, Azərbaycan Beynəlxalq Universitetindən diplomunun alınması adı ilə onu da aldadıb pulunu ələ keçirdiyini atasına danışmışdır. Noyabırın 17-də Xanalı ilə birlikdə Bəhruzla növbəti dəfə görüşmüş, Bəhruz yenə də onları aldadaraq bildirmişdir ki, MTN-nin əməkdaşı Ramalın ruhi xəstə olması haqqında sənəd düzəldib dekabr ayının 03-nə kimi onun azad olunmasını həll edəcəkdir. Dekabrın 03-də Bəhruzla onun kirayədə yaşadığı ünvanda görüşmüş, Bəhruz sənədin hazır olmasını və MTN əməkdaşlarının həmin sənədi Lənkəran rayonunda yerləşən ağır cinayətlər üzrə hansısa xüsusi orqana aparacaqlarını, dekabrın 05-də Ramalı azad edəcəklərini bildirmişdir. Onlar Bəhruza inanmadıqlarını, işin nəticəsini onun yanında gözləyəcəklərini bildirmiş və Xanalı gecəni onun yanında qalmışdır. Dekabrın 05-də, səhər saat 11 radələrində həmin mənzilə gedib Bəhruzu yalan danışmasına son qoyub həqiqəti onlara bildirməsinə məcbur etmiş və Bəhruz onları aldatdığını etiraf edərək bir bağlama sənədi göstərib, həmin sənədlərin sahiblərinin ona külli miqdarda pul borcu olduqlarını, borclarını alıb onlardan aldığı pulları qaytaracağını bildirmişdir. Onlar sənədləri götürərək, Bəhruzdan onları aldatmasını yazılı surətdə etiraf etməsi barədə sənəd verməsini tələb etmiş və Bəhruz baş verənləri olduğu kimi yazmış, həmin günü saat 18.00-a kimi vaxt istəmiş, lakin yenə də onları aldatmışdır. O və Xanalı Bəhruzun evindən götürdükləri bir bağlama sənədi istintaqa təqdim etmişlər. Bundan sonra Bəhruza verdiyi 19.000 (on doqquz min) manat pulun 7.800 (yeddi min səkkiz yüz) manatı qaytarılmış, qalan 11.200 (on bir min iki yüz) manat isə hələ də qaytarılmamışdır. Mehdi Baxşıyev 11.200 (on bir min iki yüz) manat məbləğində pulun Bəhruz Baxşıyevdən alınaraq ona qaytarılmasını tələb edir. Həmin məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs X143 ifadəsində Mehdi Baxşiyevin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə X11 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, qızı Surə Novruzbəyova 2010-cu ildə orta məktəbin doqquzuncu sinifini bitirmiş, onu texnikumların birinə qəbul etdirmək istəmiş, lakin testdən keçə bilməmişdir. Qızını test imtahanlarına hazırlaşdırmaq üçün tələbə hazırlaşdırmaqla məşğul olan Təqsirləndirilən şəxs yanına qoymuş, qızı beş-altı ay onun yanında riyaziyyat fənnindən hazırlıq keçmişdir. Həmin müddətdə İsa müəllimin ali və ortaixtisas təhsili müəssisələrinə tələbə qəbul etdirməklə məşğul olduğunu bilmiş və qızının texnikuma qəbul olunmasına kömək etməsi üçün ona, müraciət etmişdir. İsa müəllim onu Bəhruz Baxşıyevlə tanış etmiş, ali və orta-ixtisas təhsili müəssisələrinə onun vasitəsilə tələbə düzəltdiyini bildirmişdir. Bəhruzla tanışlıqdan sonra qızını Bakı şəhərində yerləşən texnikumların birinə düzəltmək istədiyini bildirmişdir. Bəhruzla qızını 2.000 (iki min) manata X310 və Texnologiya Kollecinin ikinci kursuna qəbul etdirməyi razılaşmışdır. 05 sentyabr 2011-ci il tarixdə İsa müəllimin yanında, sonuncunun iş otağında Bəhruza qızının adına olan şəxsiyyət vəsiqəsinin surətini, şəhadətnaməsini, dörd ədəd fotoşəklini, imtahanın nəticələri barədə məlumatı və 2.000 (iki min) manat pul vermişdir. Bəhruz 15 sentyabr 2011-ci il tarixədək qızının tələbə biletini və oxuduğu yerdən arayışı təqdim edəcəyinə söz vermişdir. Bundan sonra Bəhruzdan bir müddət xəbər çıxmamış, telefon zənglərinə cavab verməmiş, buna görə də, dəfələrlə İsa müəllimə müraciət etmişdir. İsa müəllim özü də Bəhruzu axtardığını, lakin tapa bilmədiyini demiş, 2011-ci ilin oktyabr ayının ortalarında Bəhruz ona, qızının guya X310 və Texnologiya Kollecinin ikinci kursunda oxumasına dair arayış vermişdir. Bəhruzdan onu qızının oxuduğu məktəbə aparmağı tələb etdikdən sonra Bəhruz yoxa çıxmış, buna görə də, hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə X187 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2010-cu ilin iyul ayında bacısı qızı Lalə Ağaliyevanı Azərbaycan Müəllimlər İnstitutuna qəbul etdirmək üçün Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat pul vermiş, bir neçə aydan sonra İsa müəllim Lalənin guya X133 qəbul olunması barədə arayış vermiş və sonuncunun yanvar ayında Bakıya «perevod» etdirəcəyinə söz vermişdir. Bir ilə yaxın vaxt keçəndən sonra İlqar Məmmədov ona zəng vurub İsa müəllimin infarkt keçirməsini və xəstə yatmasını, Lalənin sənədlərinin onda olmasını bildirərək onunla görüşmək istəmişdir. Bakı şəhəri Yasamal rayonunun tanımadığı ərazisində İlqar və onun yanında olan Bəhruz Baxşıyevlə görüşmüşdür. Həmin vaxta qədər Bəhruzla dəfələrlə telefonda danışmış, Bəhruz Lalənin qəbul məsələsinin onun tərəfindən həll olunacağını bildirmişdir. X334 adına X60 tələbə biletini ona verərək may ayında dərslər qurtaran zaman Laləni Bakıya «perevod» edəcəklərini bildirmişlər, iki-üç aydan sonra isə Lalənin «perevod» olunmasını və sənədlərinin Azərbaycan Respublikasının Təhsil Nazirliyində olduğunu bildirərək ona, rus dilində olan bir neçə sənədin surətini vermişlər. 2011-ci ilin sentyabr ayında Lalənin ali məktəbə qəbul məsələsi həll olunmadığından İsa müəllimdən pulları qaytarmağı tələb etmiş, İsa müəllim də pulları Bəhruza verdiyini bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə X104 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, qızı Aygün Məmmədova 2011-ci ildə Ağcabədi rayon Qaradolaq kənd orta məktəbini bitirəndən sonra orta-ixtisas təhsili müəssisələrinin birinə qəbul olunmaq üçün imtahanı versə də, az bal topladığından qəbul oluna bilməmişdir. Tanışı Təqsirləndirilən şəxsla söhbət zamanı İsa müəllim ali və orta-ixtisas təhsili müəssisələrinə qəbulla məşğul olduğunu bildirdiyi üçün ondan, qızının orta-ixtisas məktəblərinin birinə qəbul olunmasına kömək etməyi xahiş etmiş, İsa müəllim də qızını sosial-iqtisad və ya texnologiya ixtisası üzrə kollecə qəbul etdirəcəyinə söz vermiş və bundan ötrü təhsil haqqı kimi 4.000 (dörd min) manat pul istəmişdir. 2011-ci ilin sentyabr ayının axırlarında «20 yanvar» dairəsinin yaxınlığında yerləşən çayxanaların birində qızının doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin, orta məktəbi bitirməsinə dair şəhadətnaməsinin surətlərini, səkkiz ədəd fotoşəklini 4.000 (dörd min) manat pula birlikdə qardaşı İbrahim Məmmədov və tanışı Abbas Abbasovun iştirakı ilə İsa müəllimə vermiş, lakin sonuncu qızını orta-ixtisas təhsili müəssisəsinə qəbul etdirə bilməmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə X221 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində bildirmişdir ki, qızı Esmira Rəhimova 2008-ci ildə orta məktəbi bitirmiş, həmin ildə, habelə 2009-cu ildə test imtahanlarında iştirak etmiş, lakin kifayət qədər bal toplamadığına görə ali məktəbə qəbul oluna bilməmişdir. 2009-cu ilin qəbul imtahanlarının nəticələri bilinəndən sonra tanışı Rasim Abbasovdan qızının ikinci turda Azərbaycan Müəllimlər İnstitutuna qəbul olunmasına köməklik etməyi xahiş etmişdir. Rasim müəllim bunun müqabilində 6.000 (altı min) manat pul istəmişdir. Rasim müəllimlə həmin məbləğin 5.000 (beş min) manatının əvvəlcədən, qalan 1.000 (bir min) manatının isə tələbə biletini alandan sonra verilməsinə razılaşmışlar. Həmin ilin sentyabr ayının əvvəllərində Rasim müəllim ondan qızının attestatını, dörd ədəd fotoşəklini və şəxsiyyət vəsiqəsinin surəti ilə bərabər 5.000 (beş min) manat pulu almış, qızını X91 qiyabi şöbəsinə qəbul etdirəcəyinə söz vermişdir. Bundan iki-üç ay sonra Rasim müəllim ona zəng edərək tələbə biletini göndərdiyini bildirmiş, qalan 1.000 (bir min) manat pulu və əlavə 700 (yeddi yüz) manat təhsil haqqını tələbə biletini gətirən şəxsə verməyi tapşırmışdır. Həqiqətən də bir nəfər ona zəng edərək Esmiranın tələbə biletini gətirdiyini bildirmiş, Bakıxanov qəsəbəsində onunla görüşmüş, həmin şəxs qızının adına olan tələbə biletini ona vermiş, o isə həmin şəxsə 1.700 (bir min yeddi yüz) manat pul vermişdir. Sonradan həmin şəxsin Rasim müəllimin qayını Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İsa müəllimin ona verdiyi tələbə biletindəki möhürdə Azərbaycan X87 filialı yazıldığı üçün Rasim müəllimə zəng vurub bu barədə bildirmiş, sonuncu qızını Gəncə filialına köçürtdürəcəyini bildirmişdir. Bundan üç-dörd ay keçsə də, qızının Gəncə filialına köçürülməsi baş tutmamış və buna görə də, yenidən Rasim müəllimə zəng etmişdir. Rasim müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən köçürmələrin hələlik dayandırılmasını bildirərək, dərs ilinin əvvəlində hər şeyi həll edəcəyinə söz vermişdir. Bir il keçsə də, qızının Gəncə filialına köçürülməsi baş tutmamış, Rasim müəllim isə nazirlikdə işi həll etməsini və 2011-ci ilin sentyabr ayından qızının dərsə gedəcəyini bildirmiş, 2011-ci ilin avqust ayında Gəncəyə gedib Rasim müəllimlə görüşmüş, sonuncu qızının ali məktəbə düzəldilməsini İsa müəllim və Bəhruz Baxşıyev adlı bir nəfərlə həll etmək istədiyini, ondan aldığı pulu və sənədləri İsa müəllimə verdiyini bildirmiş, onun yanında Bəhruza zəng etmiş, sonuncu sentyabr ayında qızının sənədlərinin X133 göndəriləcəyinə, sessiya başlananda dərslərdə iştirak edəcəyinə söz vermişdir. Sentyabr ayının axırlarında X133 getmiş və qızının Qazaxdan həmin instituta köçrülmədiyini öyrənmişdir. Bundan sonra Rasim müəllimdən pulu və sənədləri tələb etmiş, Rasim müəllim də İsa müəllimə verdiyi pulu və sənədləri sonuncunun Bəhruza verdiyini, Bəhruzu isə tapa bilmədiyini demişdir. Nəhayət 2011-ci ilin təxminən avqust-sentyabr aylarında Rasim müəllim onu İsa müəllimin oğlu Samir Əkbərovun «20 yanvar» metrosunun yaxınlığında yerləşən iş yerinə çağırmış, orada İsa müəllim və Bəhruzla görüşdürmüşdür. Bəhruz qızının sənədlərini və pulu İsa müəllimdən aldığını etiraf etmiş, qızının instituta qəbul olunmasını təşkil edəcəyini və bununla əlaqədar narahatçılıq olmadığını bildirmiş, o isə artıq qızının ali məktəbə qəbul olunmağını istəmədiyini, pullarını və sənədləri qaytarmağı tələb etmişdir. Bəhruz sənədlərin rayonda olduğunu və üç-dörd günə qaytaracağına söz versə də, sonradan onunla görüşə bilməmiş, Rasimin vasitəsilə İsa müəllim və Bəhruza verilən pullarını geri ala bilməmişdir. Maksim Rəhimov ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Bəhruz Baxşıyevdən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs X25 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən üç-dörd il əvvəl «20 yanvar» dairəsində təsadüfən tanış olmuş, onun Azərbaycan Müəllimlər İnstitutunda işlədiyini və «20 yanvar» dairəsində 23 saylı mənzil istismar sahəsinin binasında otaq icarə edib riyaziyyat fənnindən uşaq hazırlaşdırdığını bilmişdir. İsa müəllimlə olan söhbətlərdə təhsil sahəsində yaxşı əlaqələri olmasını, onların vasitəsilə ali və ortaixtisas təhsili müəssisələrinə tələbə qəbul etdirmək imkanı olduğunu bildirdiyinə görə 2011-ci ildə tibb texnikumuna imtahan versə də, qəbul oluna bilməyən bacanağının qardaşı qızı, həm də atasının əmisi nəvəsi Zahidə Cəfərovanı tibb texnikumlarının birinə düzəltməyi İsa müəllimdən xahiş etmişdir. İsa müəllim 4.000 (dörd min) manata Zahidəni Gəncədə yaşayan və Kəlbəcər Təhsil İdarəsinin işçisi olan yeznəsi Rasim Abbasovun vasitəsilə Gəncə və ya Minəçevir şəhərlərində yerləşən tibb texnikumlarının birinə qəbul etdirməyə imkanı olmasını, pulu və sənədləri Rasim müəllimə göndərəcəyini bildirmiş, noyabr ayının axırlarında Zahidənin məktəbə gedəcəyinə söz vermişdir. Buna görə də, Zahidənin valideynlərindən attestatını və digər sənədləri, habelə 4.000 (dörd min) manat pulu alaraq 2011-ci ilin sentyabr ayının axırlarında «20yanvar» dairəsində İsa müəllimin uşaq hazırlaşdırdığı yerdə ona vermişdir. Vəd etdiyi vaxt tamam olandan sonra İsa müəllim Rasim müəllimin mobil telefonunun nömrəsini ona vermiş və Rasim müəllim danışmaq üçün onu Gəncəyə dəvət etmişdir. Gəncəyə getsə də, Rasim müəllim onunla görüşməkdən yayınmışdır. Səhərisi günü zəngləşib İsa müəllimlə görüşərək, Rasim müəllimlə görüşmək üçün Gəncə şəhərinə getdiyini, lakin onunla görüşüb danışa bilmədiyini bildirmiş, İsa müəllim də guya Rasim müəllimin xırda problemləri çıxdığından onunla görüşə bilmədiyini deyib onu arxayın etmişdir ki, yanvar ayında Rasim müəllim onu çağıracaqdır. 20 yanvar 2012-ci il tarixdə Rasim müəllim ona zəng edərək fevralın 05-də onunla görüşmək üçün Gəncəyə gəlməyi tapşırmış, fevral ayının 03-də Gəncəyə getsə də, yenə də Rasim müəllim onunla görüşdən yayınmışdır. Bir neçə gündən sonra İsa müəllimi iş yerində tapıb ondan verdiyi pulu qaytarmağı tələb etmiş, İsa müəllim Zahidənin qəbul məsələsinin konkret olaraq həll olunduğunu bildirərək, onu Rasim müəllimlə danışdırmış, Rasim müəllim ona, fevralın 20-nə kimi Zahidə ilə Gəncəyə gəlməyi tapşırmışdır. Deyilən vaxtda özü tək Gəncəyə getmiş, avtovağzalda Rasim müəllimlə görüşmüş, sonuncu Zahidənin işinin həll olunduğunu, təhsil ödənişinə 300 (üç yüz) manat pul lazım olacağını bildirib tapşırmışdır ki, mart ayının 05-də Zahidəni Gəncəyə gətirsin. Həmin günü Zahidəni valideynləri ilə birlikdə Gəncəyə aparmış, lakin Rasim müəllimi tapa bilməmiş, onun görüşdən yayındığını görüb İsa müəllimə zəng etmiş, İsa müəllim də Rasim müəllimdən pulunu alıb qaytaracağına söz vermişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə X185 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində bildirmişdir ki, oğlu Yaşar Musayev 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin avtonəqliyyat fakültəsinə daxil olmuş və bir neçə il əyani oxuduqdan sonra qiyabi şöbəyə keçmişdir. 2010-cu ildə oğlunun təhsil aldığı universitet bağlandığından dövlət itmtahanlarına buraxılmamış və diplomunu ala bilməmişdir. Oğlunun diplomunu almaq üçün yollar axtararkən onun vəziyyətində olan tələbələrin diplom alması üçün başqa ali məktəblərə keçirilməsini, həmin məktəblərdə təhsillərini davam etdirmələrini öyrənmiş və təxminən 2011-ci ilin sentyabr ayının əvvəllərində qayını oğlu Nahidin məsləhəti ilə onun dayısı İlham Həsənova müraciət etmişlər. İlham müəllim bu məsələ ilə maraqlanacağını və nəticə barədə ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra İlham müəllim onların evinə gəlmiş və oğlunu Təfəkkür Universitetinə köçürmək yolu ilə diplomunun alınmasının mümkün olduğunu, bunun üçün təhsil haqqı ödəməyə görə 4.000 (dörd min) manat pul vermək lazım olduğunu bildirmişdir. 15 sentyabr 2011-ci il tarixdə öz evində İlham müəllimə 4.000 (dörd min) manat pul və oğlunun şəxsiyyət vəsiqəsinin, tələbə biletinin surətlərini, oxuduğu müddətdə təhsil haqqının ödənilməsi barədə kassa-mədaxil orderinin qəbzlərini ona vermişdir. İlham müəllimin dediyi vaxt tamam olandan sonra işin nə yerdə olduğu ilə maraqlanmış, İlham müəllim bildirmişdir ki, oğlunun diplom almaq məsələsini Təqsirləndirilən şəxs adlı bir nəfərin vasitəsilə həll etmək istəmiş, aldığı pulu və sənədləri də ona vermiş, lakin İsa müəllim pulu başqasına verdiyindən nə işi həll etmiş, nə də pulu geri ala bilmişdir. Buna görə İlham müəllim onun verdiyi 4.000 (dörd min) manat pulun 1.200 (bir min iki yüz) manatını qaytarmış, 2.800 (iki min səkkiz yüz) manatı isə hələ də qaytarılmamışdır. X395 müəllimə verdiyi pulun geri qaytarılmamış 2.800 (iki min səkkiz yüz) manatının alınaraq ona ödənilməsini tələb edir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs X260 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2009-cu ildə qızı Aygün Alıyeva test imtahanlarından keçmədiyindən əlavə turların keçirilib-keçirilməyəcəyi və bu turlarda iştirak etməyin yollarını öyrənməyə çalışarkən bu barədə tanışı Adil Fərəcovdan xahiş etmişdir. Adil Azərbaycan Müəllimlər İnstitutunda işləyən tanışı Təqsirləndirilən şəxsla danışıb nəticəsini bildirəcəyini demiş və bir neçə gündən sonra İsa müəllimin telefon nömrəsini ona vermişdir. İsa müəllimə zəng etmiş və görüşmüşlər. İsa müəllimə qızının üçüncü ixtisas qrupu üzrə sənəd verdiyini, lakin topladığı bal kifayət etmədiyindən ali məktəbə qəbul olunmadığını bildirərək, onun müəllim ixtisası üzrə ali məktəbə qəbul olunmasına kömək etməyi xahiş etmişdir. İsa müəllim bildirmişdir ki, bunun üçün qızının əvvəlcə Rusiya Federasiyasında yerləşən ali məktəblərin birinə qəbul olunmasını həll edəcək, sonradan isə onu köçürmə yolu ilə Azərbaycan X86 filialına qəbul etdirəcəkdir və bütün bunların müqabilində 5.000 (beş min) manat pul lazımdır. Aralarında olan razılaşmaya əsasən həmin məbləğdə pulun yarısı əvvəlcədən, qalan hissəsi isə qəbul barədə sənədlər gələndən sonra verilməli olduğundan, 2009-cu ilin avqust ayının axırlarında qızının sənədləri ilə birlikdə 2.500 (iki min beş yüz) manat pulu İsa müəllimə vermişdir. İsa müəllimlə razılaşmalarına baxmayaraq təxminən iki gündən sonra İsa müəllim ona zəng edib hansısa sənədlərin alınması üçün pulun qalan hissəsini də təcili olaraq çatdırmağı tapşırmış, buna görə də əlavə olaraq 2.000 (iki min) manat pul düzəldib İsa müəllimlə telefon əlaqəsi saxlamış, İsa müəllim xəstə olduğundan oğlu Samir Əkbərovu göndərmiş və «20 yanvar» dairəsi yaxınlığında Samirlə görüşüb həmin məbləğdə pulu ona vermiş, qalan 500 (beş yüz) manatı isə sonra verəcəyini bildirmişdir. Lakin bir neçə gündən sonra İsa müəllim hansısa sənədlərin alınması ilə əlaqədar qalan 500 (beş yüz) manatın da verilməli olmasını bildirdiyindən həmin məbləğdə pulu düzəldib əvvəlki yerdə onunla görüşərək pulu ona vermişdir. Bundan sonra xeyli gözləsələr də, qızının qəbul məsələsi həll olunmamış, İsa müəllim yalan vədlər verməklə onu aldatmışdır. Təxminən bir ildən sonra İsa müəllimdən pulu qaytarmağı tələb etmiş, bu hal dəfələrlə təkrar olunduqdan sonra İsa müəllim Aygünün məktəb məsələsini Bəhruz Baxşıyev adlı bir nəfərin həll etdiyini bildirərək, onu Bəhruzla görüşdürmüşdür. Bəhruz həqiqətən də, guya qızının məktəbə qəbul məsələsini həll etdiyini bildirmiş, hətta ona bu barədə arayış da vermişdir. Sonradan həmin arayışın saxta olduğu məlum olmuş və bundan sonra İsa müəllimdən verdiyi pulları qaytarmağı tələb etmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs X188 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2005-ci ildə orta məktəbi qurtarmış və hərbi xidmətdə olmuş qayını oğlu Elburus Əkbərovu hər hansı bir orta-ixtisas təhsili müəssisəsinə qəbul etdirmək üçün tanışı Azay Quliyevə müraciət etmiş, Azayın məsləhəti ilə 2011-ci ilin yayında onun tanışı Təqsirləndirilən şəxsla görüşmüş, qayını oğlunun gələcəkdə X378 işləyə bilməsi üçün həmin ixtisas üzrə orta-ixtisas təhsili müəssisələrinin birinə qəbul etdirmək istədiyini bildirmişdir. İsa müəllim bunun üçün X217 Texnikumuna qəbul olunmasını məsləhət bilmiş və bunu 4.000 (dörd min) manata razılaşmışlar. Elburusun attestatını, şəxsiyyət vəsqəsinin surətini, fotoşəkillərini və iki dəfəyə cəmi 4.000 (dörd min) manat pulu Azayın iştirakı ilə İsa müəllimə vermişdir. İsa müəllim 2011-ci ilin noyabr ayının axırlarına kimi X217 Texnikumuna qəbul etdirilməsini həll edəcəyinə, tələbə bileti və qiymət kitabçasını çatdıracağına söz versə də, sözünə əməl etməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bundan başqa Azərbaycan Beynəlxalq Universitetini bitirmiş qohumu X213 Musayevin diplomunu almaq üçün də İsa müəllimə 4.000 (dörd min) manat pul vermiş, İsa müəllim bir ay müddətinə diplomu alıb verəcəyinə söz versə də, onu aldatmış, diplomu alıb verməmişdir. Hazırda hər iki epizod üzrə dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə X105 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, oğlu Bəhruz Xudiyev 2004-cü ildə test imtahanlarından kifayət qədər bal toplaya bilmədiyindən ali məktəbə qəbul olunmamış, həmin il hərbi xidmətə getmiş, əsgərlikdən gələndən bir müddət sonra İlqar adlı Yevlax rayonundan olan biri ilə bir yerdə fəhləlik etmiş, İlqarla olan söhbətlərdə ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs Azərbaycan Müəllimlər İnstitutunda işləyir və testdən keçməmiş uşaqların ali məktəblərə qəbul etdirilməsi ilə məşğul olur. Oğlu sənədlərini müəllimlik ixtisası üzrə vermiş olduğu üçün İlqardan xahiş etmişdir ki, onu İsa müəllimlə tanış etsin, onunla oğlunun ali məktəbə qəbulu məsələsini danışsın. 2007-ci ilin yayında İlqar onu İsa müəllimlə tanış etmək üçün «20 yanvar» dairəsinə yaxın olan çayxanaya aparmış, orada İsa müəllimlə tanış olmuşdur. İsa müəllimə oğlu barədə məlumat vermiş və onu müəllimlik ixtisası üzrə oxutmaq istədiyini bildirmişdir. İsa müəllimlə oğlunu 3.700 (üç min yeddi yüz) ABŞ dollarına Azərbaycan Müəllimlər İnstitutuna qəbul etdirmək barədə razılaşmış, bir neçə gündən sonra İlqarla birlikdə həmin yerdə İsa müəllimlə görüşmüş, oğlunun attestatını, hərbi biletini və 3.700 (üç min yeddi yüz) ABŞ dollarını ona vermişdir. İsa müəllim oğlunun həmin ilin sentyabr ayından qiyabi şöbəyə dərsə gedəcəyinə, sessiyalarda iştirak edəcəyinə söz vermişdir. İsa müəllimin dediyi vaxt tamam olandan sonra vəziyyəti öyrənmək üçün onunla əlaqə saxlamış, İsa müəllim oğlunun qəbul məsələsinin həll olunduğunu, onun illik təhsil haqqını 1.000-1.200 (bir min-bir min iki yüz) manat olmaqla Gəncə şəhərində yaşayan yeznəsi Rasim Abbasova vermək lazım olduğunu bildirmişdir. İsa müəllim Rasim müəllimin telefon nömrəsini ona verdiyi üçün 1.200 (bir min iki yüz) manat pul tapıb oğlu ilə birlikdə Gəncə şəhərinə getmiş, İsa müəllim əvvəlcədən Rasim müəllimə danışdığından Rasim müəllim onları avtovağzalda qarşılamış, 1.200 (bir min iki yüz) manat pulu ona vermişlər. Həmin il oğlu sessiyalara çağırılmadığından bu barədə İsa müəllimlə danışmış və sonuncu narahatçılığa əsas olmadığını bildirmişdir. İkinci tədris ilinin başlanmasına bir qədər qalmış, yəni 2008-ci ilin avqust ayının ortalarında Rasim müəllim ona zəng edib növbəti ilin təhsil haqqını ödəmək lazım olduğunu bildirdiyi üçün oğlundan 1.000 (bir min) manat pulu Rasim müəllimə göndərmişdir. Bir müddət sonra Rasim müəllim ona, oğlunun birinci il X92 ibtidai təhsilin metodikası ixtisası üzrə oxumasına dair arayış, ikinci il isə həmin ixtisas üzrə dördüncü kursda oxumasına dair tələbə bileti göndərmişdir. Həmin arayış və tələbə biletində oğlunun ixtisasının və kursunun doğru yazılmadığını İsa müəllimə bildirmiş, sonuncu bunun Rasim müəllimin səhvi olmasını bildirdiyindən sənədləri geri qaytarmış, arayış və tələbə biletində ikinci dəfə oğlunun ixtisası azərbaycan dili və ədəbiyyatı kimi göstərilmişdir. Oğlunun üçüncü ilinin 1.000 (bir min) manat təhsil haqqının ödənilməli olduğunu yenə də Rasim müəllim zəng edib ona bildirmiş, o da pulun 500 (beş yüz) manatını özü aparıb Gəncədə Rasim müəllimə vermiş, 500 (beş yüz) manatını isə Bakı şəhərində onun göndərdiyi bir nəfərə vermişdir. 2010-cu ilin avqust ayında Rasim müəllim oğlunun diplomunun hazır olduğunu və diplomu almaq üçün 1.000 (bir min) manat pul lazım olmasını bildirdiyinə görə Gəncəyə gedib həmin məbləğdə pulu Rasim müəllimə vermiş, sonuncu da oğlunun Azərbaycan X87 filialının azərbaycan dili və ədəbiyyatı fakültəsini qiyabi bitirməsinə dair diplomunu ona vermişdir. Oğlu həmin diplomda nömrə olmadığını bildirdiyinə görə bu barədə Rasim müəllimlə danışmış, sonuncu bunun səhv olmasını deyib diplomu geri götürərək sonradan üzərində nömrəsi olan diplom göndərmişdir. Beləliklə, oğlunun qiyabi olaraq ali məktəbi bitirməsinə inanmış və 2011-ci ildə müəllim ixtisasları üzrə vakant yerlər barədə qəzetdə məlumat verildiyindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş və Bəhruz Yardımlı rayonunun ucqar dağ kəndinə müəllim təyin olunaraq bir il iki ay orada işləmişdir. 2012-ci ilin avqust ayında oğlu Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən diplomunun tələb olunduğunu bildirmiş, sonradan rayon təhsil şöbəsi oğlunun diplomunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərmiş, həmin ilin oktyabr ayında təhsil şöbəsi tərəfindən oğluna diplomunun saxta olması bildirilmiş və o, işdən azad edilmişdir. Bundan sonra o, İsa müəllimə zəng edib vəziyyəti ona danışmış, sonuncu bunun anlaşılmazlıq olduğunu və yaranmış problemin Bəhruz Baxşıyev adlı bir nəfər tərəfindən həll ediləcəyini bildirərək Bəhruzla danışıb görüşməsi üçün telefon nömrəsini ona vermişdir. İsa müəllimin verdiyi telefona zəng edib Bəhruzla danışaraq vəziyyəti ona bildirmiş və «Ramstor» mağazasının qarşısında görüşmüşlər. Bəhruz ona özünü Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, 3.000 (üç min) manata oğlunun diplomuna onun saxta olmadığını təsdiq edən əlavə möhür vurulacağını həll edəcəyinə söz vermişdir. İki gündən sonra 2.600 (iki min altı yüz) manat pul tapıb Bəhruzla 06 oktyabr 2012ci il tarixdə əvvəlki yerdə görüşərək pulu ona vermiş və oğlunun diplomunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olduğunu demişdir. Bəhruz diplomu oradan özünün götürəcəyini bildirmişdir. Bir müddətdən sonra vəziyyəti öyrənmək üçün Bəhruzla əlaqə saxlamış və o, yaxın günlərdə məsələnin həll olunacağını bildirmişdir. Təxminən beş aydan sonra Bəhruzla danışanda Bəhruz ona, Xatirə müəllimə kimi təqdim etdiyi bir qadının telefon nömrəsini vermiş, oğlunun diplomu ilə bağlı yaranmış problemin onun tərəfindən həll olunacağını bildirərək, Xatirə xanımla danışmağı tapşırmışdır. Bəhruzun verdiyi həmin telefon nömrəsinə zəng etmiş, ona cavab verən qadın Azərbaycan Müəllimlər İnstitutunda işlədiyini və oğlunun diplomu ilə bağlı olan problemin onun tərəfindən həll ediləcəyini, bir gündən sonra həmin instituta gəlib sənədi ondan almağı tapşırmışdır. Deyilən vaxtda instituta getmiş, lakin Xatirə adlı qadının orada işləmədiyini bilmiş, yenidən həmin qadına zəng etmiş və qadın Bəhruzun ona verdiyi 300 (üç yüz) manata və onun sözünə görə belə hərəkət etdiyini bildirmişdir. Bundan sonra oğlunun həqiqətən də, Qazax filialında təhsil alıb-almamasını öyrənmək üçün Qazaxa getmiş, oğlunun adının həmin institutuda tələbə kimi siyahıda olmadığını öyrənmişdir. Bundan sonra Rasim müəllimə zəng etsə də, onunla danışa bilməmiş, yenə də Xatirə xanıma zəng vurmuş, sonuncu onu evinə dəvət etmişdir. Binanın giriş qapısında Xatirə xanımı soruşub telefon nömrəsini göstərmiş, həmin qadının adının Məryəm, özünün də yataq xəstəsi olduğunu bildirmişlər. Məryəmin mənzilini tapıb onunla görüşəndə həqiqətən də, onun şikəst vəziyyətdə tək yaşayan bir qadın olduğunu görmüş, ondan nəyə görə belə hərəkət etdiyini soruşmuş, Məryəm cavabında Bəhruzu tanıdığını, Bəhruzun aldatdığı adamları iş görmək adı ilə bir neçə günlüyə sakitləşdirmək üçün onun adından istifadə etməsini və buna görə ona 200-300 (iki yüz-üç yüz) manat pul verdiyini bildirmişdir. Gecəni Məryəmin evində qalmış, səhəri günü Rasim müəllimlə onun iş yerində görüşmüş, aldadılmasını bildirib pullarının qaytarılmasını tələb etmiş, Rasim müəllim noyabr ayının 25nə qədər ondan aldığı pulu qaytaracağına söz versə də, bu günə kimi sözünə əməl etməmişdir. Naib Xudiyev ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Bəhruz Baxşıyevdən, habelə Rasim Abbasovdan alınaraq ona ödənilməsini tələb edir. Məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs X144 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, oğlu Dəyanət Zeynalov 2011-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin dövlət bələdiyyəsinin təşkili fakültəsini qiyabi olaraq bitirmiş, dövlət imtahanlarını versə də, həmin il universitet bağlandığından diplomunu ala bilməmişdir. 2011-ci ilin iyul ayında əvvəllər Yevlax şəhərinin Kövərkənd kənd orta məktəbində müəllim işləmiş, sonradan isə Bakı şəhərində Azərbaycan Müəllimlər İnstitutunda müəllim işləyən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Söhbət zamanı İsa müəllim oğlu Dəyanətin universiteti bitirib-bitirməməsi, işləyib-işləməməsi ilə maraqlanmış, o da oğlunun universiteti bitirdiyini, dövlət imtahanlarını verməsini, lakin universitet bağlandığı üçün diplomunu ala bilmədiyini demiş, İsa müəllim bildirmişdir ki, bir qədər xərc çəksə oğlunun diplomunu alıb verə bilər. İsa müəllimə Dəyanətin diplomunun alınması üçün 200- 300 (iki yüz-üç yüz) ABŞ dolları məbləğində pul verə biləcəyini demiş, İsa müəllim həmin məbləğə diplomun alınmasının əmələ gəlməyəcəyini, bir-iki günə bununla bağlı danışıb nəticəsini bildirəcəyini demişdir. İki-üç gündən sonra İsa müəllim zəng edib oğlunun diplomunun alınmasından ötrü dövlət rüsumunun ödənilməsi üçün 2.000 (iki min) ABŞ dolları lazım olmasını, universitet ləğv olunduğundan rüsumların artırılmasını bildirmişdir. Evdə bu barədə məsləhət etmiş, oğlunun təhsili üçün onsuz da xərc çəkdiklərini, 2.000 (iki min) ABŞ dolları da tapıb diplomunun alınmasına verməyi qərara almışlar. Bundan sonra 1.000 (bir min) ABŞ dolları düzəltmiş, bu müddətdə İsa müəllim tez-tez zəng edib pulu düzəldib-düzəltmədiyi ilə maraqlanmış, pulun 1.000 (bir min) ABŞ dollarının hazır olmasını ona bildirəndən bir neçə gün sonra İsa müəllim Yevlaxa gəlmiş, onunla zəngləşib görüşərək avtovağzalın qarşısında 1.000 (bir min) ABŞ dolları məbləğində pulu oğlunun tələbə biletinin surətini, təhsil haqqının ödənilməsinə dair qəbzlərlə birlikdə ona vermişdir. İsa müəllim iki ay müddətində oğlunun diplomunu alacağına söz vermişdir. Təxminən iyirmi beş-otuz gündən sonra İsa müəllim anasının ildönümü ilə əlaqədar rayona gələndə onunla görüşmüş, qalan 1.000 (bir min) ABŞ dollarını da ona vermişdir. İsa müəllimin dediyi vaxt tamam olandan sonra ondan xəbər çıxmadığından verdiyi nömrəyə zəng etmiş, telefona zəng çatmadığından narahat olaraq İsa müəllimi tapmaq üçün Bakı şəhərində oxuyan qardaşı uşaqlarına xəbər göndərmişdir ki, Bakıda İsa müəllimi axtarıb taparaq onunla görüşsünlər. Qardaşı uşaqları İsa müəllimin oğlu Samir Əkbərovu tapmış və onun vasitəsilə yaşadığı evin yerini öyrəndiklərindən onunla görüb danışmaq üçün 2012-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərinə gəlmiş və evində İsa müəllimlə görüşüb ona öz narazılığını bildirərək pulunun qaytarılmasını tələb etmişdir. İsa müəllim oğlunun diplomunun alınmasını Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləyən bir nəfərin həll etməli olduğunu, lakin həmin adamın işi ləngitməsini bildirərək, üç-beş günə pulu ondan alıb qaytaracağına arxayın etmişdir. Həqiqətən də, bir neçə gündən sonra İsa müəllim ona 700 (yeddi yüz) ABŞ dolları göndərmiş, lakin bundan sonra onunla heç cür əlaqə saxlaya bilməmiş və pulunun qalan 1.300 (bir min üç yüz) ABŞ dollarını ondan ala bilməmişdir. Nəsif Zeynalov 1.300 (bir min üç yüz) ABŞ dollarının Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmədə X66 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur.ifadəsində göstərmişdir ki, 2009-cu ilin iyul ayında iş yoldaşı Heybətəli Eyvazov və Heybət Gülümovla birlikdə rayon mərkəzində çayxanada olarkən kredit almaqla bağlı söhbət düşmüş, Heybətəli tanıdığı Heybətin özünün fermer təsərrüfatı olduğunu və təsərrüfatın işi ilə əlaqədar əvvəllər götürdüyü krediti bağlayıb yenidən kredit almaq istədiyini bildirmişdir. Heybətəli onun maşın almaq üçün bir qədər pul topladığını bildiyindən təklif etmişdir ki, o, on gündən sonra qaytarılmaq şərti ilə Heybətə 6.000 (altı min) manat pul versin, sonuncu bankdakı kreditini bağlasın və əlavə kredit götürəndən sonra onun pulunu qaytarsın. Heybəti qonşu kənddə yaşayan rayon sakini kimi tanısa da, onunla yaxın münasibəti olmadığından Heybətəliyə özündə olan pulu maşın almaq üçün topladığını və buna görə də, borc kimi vermək istəmədiyini bildirmiş, lakin Heybətəli Heybətin aldığı pulu qaytarmasına özünün cavabdehlik daşıyacağına söz verdiyindən səhəri günü Heybətə 6.000 (altı min) manat pulu on günlüyə qaytarmaq şərti ilə borc vermişdir. Pulu verəndən on iki-on üç gün sonra Heybətdən xəbər çıxmadığı üçün Heybətəli ilə görüşüb Heybətin kredit alıbalmaması ilə maraqlanmış, Heybətəli onun hələlik kredit almadığını, amma yaxın günlərdə alacağını bildirmişdir. Heybət aldığı pulu qaytarmadığı üçün bu barədə Yardımlı rayon Polis Şöbəsinə şikayət etmiş, ona, aralarındakı mübahisə mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmiş, şikayətindən təxminən beş gün sonra Heybətəli Heybətin ali məktəblərə tələbə qəbul etdirməklə məşğul olduğundan ona olan borcunun əvəzində oğlunun ali məktəbə qəbul məsələsini həll etməsinə razılıq verməyi təklif etmişdir. Heybətə inanmasa da, onda olan pulunu ala bilmədiyindən buna razılıq vermiş, oğlu Haldun Qulamovun attestatını, test imtahanlarının nəticəsi barədə sənədini və şəxsiyyət vəsiqəsinin surətini Heybətəliyə vermişdir. Qiyabi təhsil alan tələbələrin sessiyası başlanandan sonra oğlu sessiyalara çağırılmadığından Heybətəli ilə əlaqə saxlamış, sonuncu guya oğlunun X134 qəbul etdirilməsini bildirmişdir. Bununla əlaqədar Heybətlə də danışmış və sonuncu guya X93 yer olmadığına görə oğlunun X133 keçirilməsini bildirmişdir. Bu məlumatı dəqiqləşdirmək üçün X91 qiyabi şöbəsinə zəng edib oğlunun adının tələbə kimi siyahıda olub-olmamasını soruşmuş, onun adının tələbə kimi siyahıda olmadığını öyrənmiş, bu barədə həm Heybətəliyə, həm də Heybətə bildirmiş, sonuncu oğlunun məktəb işini Təqsirləndirilən şəxs adlı birinin həll etdiyini bildirərək, İsa müəllimin telefon nömrəsini ona vermişdir. İsa müəllimə zəng edib onunla danışmış, İsa müəllim də oğlunun sənədlərinin Bəhruz Baxşıyev adlı bir nəfərə verilməsini bildirərək onunla danışmağı məsləhət edərək, Bəhruzun telefon nömrəsini ona vermişdir. Bəhruzla telefonda danışmış, Bəhruz oğlunun tələbə biletini və qiymət kitabçasını göndərəcəyinə söz versə də, onun ali məktəbə qəbuluna dair hər hansı bir sənəd verilməmişdir. O, İsa müəllim və Bəhruzla telefonda danışsa da, onların heç biri ilə görüşməmişdir. İsa müəllimlə telefon danışığı zamanı onun Heybətlə ali məktəblərə qəbulla bağlı bir sıra işləri olduğu ona bəlli olmuş, oğlunun sənədlərinin Heybət tərəfindən ona verilməsini bilmişdir. Hibeis Qulamov ona dəymiş maddi ziyanın ödənilmədiyini, həmin məbləğdə pulun aidiyyatı üzrə alınaraq ödənilməsini tələb edir. Məhkəmədə Məhərrəmova Aygül X1, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, qızı Günaydın Məhərrəmova 2009-cu ildə orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, lakin test imtahanlarından kifayət qədər bal toplaya bilmədiyindən həmin ili ali məktəbə qəbul olunmamış, buna görə də, 2010-cu ildə yenidən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. Lakin 2010-cu ildə də topaladığı bal kifayət etmədiyindən yenə də ali məktəbə qəbul oluna bilməmiş və bundan sonra qızının topladığı balla əlavə turlarda iştirak etməklə orta-ixtisas məktəblərinin birinə qəbul olunması üçün yollar axtarmağa başlamışlar. Həmin vaxt yaşadıqları qəsəbədən kiminsə uşağının imtahanlara hazırlıqla əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Təqsirləndirilən şəxs yanına hazırlığa gedibgəldiyini, İsa müəllimin həmin uşağın ali məktəbə qəbul olunmasına kömək etdiyini eşitdiyindən İsa müəllimin telefon nömrəsini öyrənib ona zəng etmiş, qızının orta-ixtisas məktəblərinin birinə qəbul olunmasına kömək etməyi xahiş etmişdir. İsa müəllim bununla əlaqədar qızının sənədlərini hazırlamağa kömək etmiş, amma düzgün kodlaşdırma aparmadığından qızı orta-ixtisas məktəbinə də qəbul olunmamışdır. Bundan sonra İsa müəllim qızını əvvəlcə Rusiya Federasiyasında yerləşən ali məktəblərin birinə qəbul etdirmək, sonradan Azərbaycan X86 filialına qəbul etdirmək imkanı olmasını və bunun üçün 3.500 (üç min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. İsa müəllimə inandığından qızının attestatını, şəxsiyyət vəsiqəsinin surətini, fotoşəkillərini və 3.500 (üç min beş yüz) manat pulu 2010-cu ilin avqust ayının axırlarında İsa müəllimin uşaq hazırlaşdırdığı «20 yanvar» dairəsi yaxınlığındakı iş yerinin yanında ona vermişdir. İsa müəllim qızının Rusiyadakı ali məktəblərin birinə qəbul olunmasını həll edəcəyinə və gələn ilin yanvar ayından Azərbaycan X86 filialına köçürülməsinə söz vermişdir. Aradan xeyli müddət keçsə də, qızının ali məktəbə qəbulu baş tutmamış, ilin axırında İsa müəllim qızının tələbə biletinin veriləcəyini bildirmiş, lakin dediklərinin yalan olduğunu görəndə onunla danışıb pulunu geri qaytarmağı tələb etmiş, İsa müəllim təxminən iki il ərzində yalandan qızının gah bu semestr, gah da gələn semestrdən köçürülməsinin həll ediləcəyi ilə onu aldatmış və axırda aldığı pulu Bəhruz Baxşıyev adlı bir nəfərə verdiyini, qızının ali məktəbə qəbul etdirilməsi işi ilə Bəhruzun məşğul olduğunu və axırda həbs edildiyini bildirmişdir. Qızının ali məktəbə qəbul olunmasına kömək etməsi üçün İsa müəllimdən başqa ayrı adamla danışmamış, Bəhruz adlı şəxsi tanımamış, onunla danışığı olmamışdır. Aygül Məhərrəmova ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə X67 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, qızı Xalidə Zamanova 2011-ci ildə orta məktəbi qurtarandan sonra dördüncü ixtisas qrupu üzrə sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermiş, 120 (bir yüz iyirmi) bal topladığından hansısa orta-ixtisas məktəbinə düşmüşdür. Qızının müəllimlik və ya tibb bacısı ixtisası üzrə təhsil almasına görə keçiriləcək əlavə turlarda iştirak etməsini istəmiş, bunun yollarını və qaydasını öyrənmək üçün həyat yoldaşı uzaq qohumu olan Yusif Osmanlıya müraciət etmişdir. Yusif bununla bağlı kimlərləsə danışmış və qızının 5.000 (beş min) manata əvvəl Naxçıvan şəhərində yerləşən tibb texnikumuna qəbul etdiriləcəyi, sonradan isə Mingəçevir tibb texnikumuna köçürüləcəyini bildirmişdir. Buna görə də, həyat yoldaşı Yusifə 5.000 (beş min) manat pul və qızının sənədlərini vermişdir. Sonradan qızının məktəbə düzəldilməsi işi baş tutmadığından Yusifdən pulu geri tələb etməyə başlamış və həyat yoldaşı onun hansısa qohumları vaitəsilə pulunun 4.000 (dörd min) manatını almış, 1.000 (bir min) manatı isə hələ də qaytarılmamışdır, qaytarılmasını tələb edir. Qızının işi ilə əlaqədar İlqar Məmmədovun adı hallandırılmamış, nə ona, nə Təqsirləndirilən şəxs, nə də Bəhruz Baxşıyevə şəxsən pul verməmişdir. Məsələnin üstü açılandan sonra İsa Yusifin onun qızının işi ilə əlaqədar ona verdiyi pulu Bəhruza verdiyini bildirmişdir. Məhkəmədə X68 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2011-ci ilin iyun ayında yaxın dostu Hüseyn Xəlilovun vasitəsi ilə tanış olduğu Yusif Osmanlının vasitəsilə qardaşı X38 və İncəsənət Universitetinə qəbul etdirmək üçün Təqsirləndirilən şəxs «20 yanvar» metrosunun yaxınlığındakı çayxanada 8.000 (səkkiz min) manat pul vermiş, İsa müəllim də Mübarizin 15 sentyabrda dərsə gedəcəyinə söz vermişdir. İsa müəllimin söz verdiyi vaxt tamam olandan sonra qardaşının ali məktəbə qəbul olunmadığını görüb onunla əlaqə saxlamış, İsa müəllim bununla əlaqədar birbaşa rektorla danışıb pulu ona verdiyini bildirsə də, artıq noyabr ayında İsa müəllimin onları aldatdığını başa düşüb verdiyi pulu geri tələb etməyə başlamışdır. Noyabr ayının axırlarında dostu Hüseyn, tanışı Azay Quliyevlə birlikdə İsa müəllimlə çayxanada görüşmüş, sonuncu onu yen də arxayın etməyə çalışmış, qardaşının işi həll olunmadığı halda evini satıb pulu qaytaracağına onu inandırmışdır. Bundan sonra onunla bir neçə dəfə görüşmüş, 2011-ci ilin dekabr ayında İsa müəllim aldığı pulu Bəhruz Baxşıyev adlı bir nəfərə verdiyini bildirib üç gün vaxt istəmişdir ki, ya Bəhruzu tapıb pulu geri alacaq, ya da həmin pulu özü qaytaracaqdır. Üç-dörd gündən sonra İsa müəllim Bəhruzu tapmaq üçün rayondakı evinə getdiyini, lakin onu tapa bilmədiyini, harada olmasından atasının da xəbərsiz olmasını bildirmiş və beləliklə də, aldığı pulu qaytarmamışdır. Arif Feyzullayev ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmədə X69 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, qızı Aygün Mirzalıyev 2010-cu ildə orta məktəbi bitirmiş, həmin il az bal topladığına görə ali məktəbə qəbul olunmamışdır. Həmyerlisi və qohumu olan Lətif Əliyev keçmiş iş yoldaşı Təqsirləndirilən şəxs Azərbaycan Müəllimlər İnstitutunda işlədiyini, həmin inistitutun filiallarına qiyabi tələbə qəbul etdirmək imkanı olmasını, istədikləri halda ona müraciət etməyin mümkün olduğunu bildirmişdir. İsa müəllimlə danışmağa razılıq verdiyindən Lətif müəllim onunla telefonda danışmış və qızının 7.500 (yeddi min beş yüz) ABŞ dollarına Azərbaycan X127 filialına ibtidai sinif müəllimliyi ixtisası üzrə qəbul etdirəcəyini razılaşmışlar. 2010-cu ilin avqust ayında Lətif müəllimlə birlikdə Bakı şəhərinə gəlib, «20 yanvar» dairəsinin yaxınlığında İsa müəllimlə onun oğlu Samir Əkbərovun iş yerinin qabağında yerləşən otaqda görüşmüşlər. İsa müəllim qızını Azərbaycan X127 filialının ibtidai sinif müəllimliyi ixtisasının qiyabi şöbəsinə qəbul etdirəcəyinə söz vermişdir. Bundan sonra 7.500 (yeddi min beş yüz) ABŞ dollarını qızının attestatı, şəxsiyyət vəsiqəsinin surətini və test imtahanlarının nəticəsi barədə məlumat blankı ilə birlikdə İsa müəllimə vermişdir. İsa müəllimin vəd etdiyi müddətdə qızının ali məktəbə qəbul məsələsi həll olunmamış, İsa müəllim ona qızını növbəti turda ali məktəbə qəbul etdirəcəyinə inandırmağa çalışmış, 2011-ci ilin yanvar ayında Lətif müəllim ona bir arayış verib qızını X176 aparmağı tapşırmışdır. Qızı ilə Azərbaycan X127 filialına getmişdir. Orada həmin filialda ibtidai sinif müəllimliyi ixtisasının olmadığı məlum olmuşdur. Bir müddətdən sonra Lətif müəllim qızının Dağıstanda ali məktəbə qəbul etdirilməsini, onun tələbə biletinin ona verilməsini və Dağıstanda bir il oxuyandan sonra Gəncə və ya X92 ikinci kursuna köçürüləcəyini, bir müddətdən sonra isə tələbə biletini geri qaytardığını bildirmişdir. Lətif müəllim onun yanında İlqar Məmmədov adlı bir müəllimlə dəfələrlə telefonla danışmış, İlqar müəllim qızının sənədlərinin və pulun 3.900 (üç min doqquz yüz) manatının onda olmasını, ali məktəbə qəbul məsələsini özünün həll edəcəyini, əks halda pulu və sənədləri qaytaracağını bildirmişdir. Bundan sonra Lətif müəllimlə birlikdə bir dəfə İlqarla Bakıda görüşmüşlər. Bütün bunlara baxmayaraq qızının işi düzəlməmiş, İsa müəllimə verdiyi 7.500 (yeddi min beş yüz) ABŞ dollarının 500 (beş yüz) ABŞ dollarını Lətif müəllim özü ona qaytarmış, qalan məbləğ isə hələ də qaytarılmamışdır. Buna görə də, pulunun qalan 7.000 (yeddi min) ABŞ dollarının Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini tələb edir. Rafiq Mirzalıyev ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X189 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2009-cu ildə orta məktəbi bitirmiş qızı Gözəl Kərimova istər həmin ildə və istərsə də 2010-cu ildə ali məktəbə qəbul oluna bilməmişdir. 2010-cu ilin yayında yaşadıqları Qırmızı Samux kəndi ilə Kövər kəndinin arasında «Yarımpoçt» deyilən yerdə təsadüfən əslən Kəlbəcər rayonundan olan, əvvəllər də qonşu kənddə müəllim işləyən Təqsirləndirilən şəxs oğlu Samir Əkbərovla rastlaşmışdır. Söhbət əsnasında Samirə qızının ali məktəbə qəbul olunmadığını demiş, Samir də atasının bu işi həll edə biləcəyini deyib atasına zəng etmiş, 6.500 (altı min beş yüz) manata qızının X133 qəbul etdirməyin mümkün olduğunu bildirmiş və onunla 5.000 (beş min) manata razılaşmışlar. Üç-dörd gündən sonra Samirlə zəngləşib, həmin yerdə görüşərək ona 5.000 (beş min) manat pul, həmçinin qızının sənədlərini vermişdir. Bundan dörd-beş gün sonra Samir onunla görüşüb qızının işinin həll olunduğunu, amma verilən puldan ona çatmadığını bildirmiş və əlavə 500 (beş yüz) manat hörmət etməsini xahiş etdiyindən ona, iki dəfəyə cəmi 400 (dörd yüz) manat pul vermişdir. Aradan üç ay keçəndən sonra Samir ona qızının X94 oxuması barədə 30 noyabr 2010-cu il tarixli 0357 saylı arayış vermiş, tələbə biletinin isə institutdan veriləcəyini bildirmişdir. Xeyli müddət keçsə də, qızı instituta çağırılmamış, buna görə də, İsa müəllimə zəng edib bu barədə danışmışdır. İsa müəllim Bəhruz Baxşıyev adlı şəxsin onlara zəng edib X133 gedəcəkləri vaxtı deyəcəyini bildirmişdir. Həmin vaxta qədər Bəhruzu tanımamış, qızının ali məktəbə qəbul olunması işinin həllində onun iştirak etməsini bilməmişdir. Həqiqətən də, bir neçə gündən sonra Bəhruz ona zəng edib qızı ilə bərabər X133 getməyi tapşırmış, birlikdə oraya getmişlər. X177 əməkdaşına ona verilən arayışı təqdim etmiş və həmin əməkdaş arayışın institut tərəfindən verilmədiyini, qızının həmin institutda oxumadığını bildirmişdir. Bəhruza zəng etmiş, Bəhruz qızının X92 tarix fakültəsinə düzəldilməsini bildirərək, onlara Qazaxa getməyi tapşırmışdır. Bir müddətdən sonra İsa müəllim kəndə gələndə onunla görüşüb qızının Qazax filialına düzəldilməsinə etiraz etmiş və pulunu geri qaytarmağı tələbl etmişdir. İsa müəllim qızının Qazax filialına düzəlsə də, Gəncə filialına köçürüləcəyini bildirmiş, lakin heç bir köçürmə olmamış, dəfələrlə İsa müəllimlə telefonla danışıb pullarını tələb edəndən sonra İsa müllim ona zəng edib Bəhruzun rayona gəldiyini və qızının tələbə biletini gətirdiyini bildirmiş, həqiqətən də, 2011-ci ilin payız aylarında Bəhruz tanımadığı iki nəfərlə rayona gəlib «Yarımpoçt» adlanan ərazidə onunla görüşmüş, qızının X136 oxuması barədə 347 saylı tələbə biletini ona vermişdir. Bəhruz tələbə biletini verəndən sonra Şahin adlı şəxsin (070) ***-**-** mobil telefon nömrəsini ona verib Şahin müəllimin onu Qazaxa göndərəcəyini, orada telefon nömrəsi (050) ***-**-** olan Ramin adlı şəxsin onu qarşılayıb institutda müəllim işləyən Məmməd müəllimin yanına aparacağını və qızının həmin institutda oxuyacağını bildirmişdir. 2011-ci ilin axırlarında qızı ilə birlikdə Qazaxa gedib Raminə zəng vurmuş, Ramin gəlib onunla görüşərək onu Məmməd müəllimin yanına aparmışdır. Raminin yanında qızının tələbə biletini Məmməd müəllimə göstərmiş, Məmməd müəllim tələbə biletinə baxıb Gözəlin onların tələbəsi olmasını və bir-iki aya sessiyaların başlayacağını, həmin vaxt qızını instituta gətirməyi tapşırmışdır. İki aydan sonra qızını təzədən X134 aparmış, lakin Məmməd müəllim tələbə biletinin onlar tərəfindən verilmədiyini və Gözəlin həmin institutun tələbəsi olmadığını bildirmiş, bununla əlaqədar Raminlə danışmaq istəsə də, onunla əlaqə saxlaya bilməyib geri qayıtmış, Şahin müəllimə zəng etmiş, Şahin müəllim isə Gəncəyə gəlib onunla görüşəcəyinə söz vermişdir. Bundan sonra İsa müəllimə zəng vurub vəziyyəti ona danışmış, qızının attestatını və pulunu geri istəmiş, İsa müəllim isə qızının işi ilə Ceyhun müəllim adlı şəxsin məşğul olmasını bildirib onun telefon nömrəsini vermiş, Ceyhunla əlaqə saxlamış, Ceyhun onu qızının ali məktəbə qəbul məsələsinin həll olunacağına arxayın etmişdir. Bir müddət keçmiş, lakin heç bir irəliləyiş olmamış, İsa müəllimin, Bəhruzun, Raminin telefon nömrələri bağlandığından Samirlə əlaqə saxlamışdır. Samir bildirmişdir ki, Ceyhun Şahini bu işlə əlaqədar onunla görüşməsi üçün Gəncəyə göndərib və buna görə də, Şahinlə zəngləşib Gəncədə görüşmüşlər. Şahin qızının sənədlərini və pulunu Eyvaz adlı bir nəfərə verdiyini deyib, zəng edərək həmin şəxsi çağırmış və onları görüşdürmüşdür. Eyvaz qızının sənədlərinin ona verildiyini, pulun da onda olduğunu etiraf etmiş və işin düzəldilməsini həll edəcəyini bildirmişdir. Lakin Eyvazla tanışlıqdan sonra bir ildən artıq müddət keçsə də, qızının ali məktəbə qəbul məsələsi həll olunmamış, pulları da qaytarılmamışdır. Buna görə də, 5.400 (beş min dörd yüz) manat məbləğində dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X145 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, qızı Vüsalə Rasulova 2004-cü ildə test imtahanları verib Azərbaycan Beynəlxalq Universitetinin Dağıstan filialına qəbul olunmuş, orada bir il oxuduqdan sonra ABU-nun tarix fakültəsinə köçürülmüş, 2009-cu ilə qədər həmin universitetin əyani şöbəsində oxumuşdur. Universiteti qurtarandan sonra qızına və eləcə də onunla bərabər oxuyan əksər tələbələrə ali təhsil haqqında diplom verilməmiş və elan olunmuşdur ki, bunun üçün gözləmək lazımdır, diplomlar bir müddətdən sonra veriləcəkdir. Buna görə də, diplom vermədiyindən qızına həmin universitetin tarix fakültəsinin əyani şöbəsinin tam kursunu bitirməsi barədə rəsmi arayış verilmiş, həmin arayış əsasında qızı iki il Kürdəmir rayonunda müəllim işləmişdir. 2011-ci ildə ABU bağlanmış və bundan sonra diplomun alınması mümkün olmamışdır. 2012-ci ilin təxminən may ayında Tərtər rayonunun Səhləbad kəndində yaşayan İltifat İsmayılov qızının diplomunu alıb-almaması ilə maraqlanmışdır. İltifatın qızı Hicran İsmayılova Bakı şəhərində oxuduğu müddətdə dörd il onun qızı ilə bir yerdə kirayədə yaşamış, buna görə də, onunla münasibətləri olmuşdur. Vüsalənin diplomunu ala bilmədiklərini İltifata bildirmiş və sonuncu İlqar Məmmədov adlı bir nəfərin vasitəsilə həmin universiteti bitirmiş qohumunun diplomunu aldıqları barədə məlumat verərək təklif etmişdir ki, 3.000 (üç min) manata qızının diplomunu almaq olar. İlqar müəllimin vasitəsilə qızının diplomunu almağa razılıq verdiyindən İltifat onun mobil telefonunu ona vermiş və zəng edib İlqar müəllimlə danışmışdır. İlqar müəllim bunun üçün 2.000 (iki min) manat əvvəlcədən, 1.000 (bir min) manat isə bir aydan sonra vermək şərti ilə 3.000 (üç min) manat lazım olduğunu bildirmiş, onunla Yasamal rayonu ərazisindəki «Ağçiçəyim» restoranının yaxınlığında yerləşən «Basqal» kafesində görüşməyi razılaşmışlar. 24 may 2012-ci il tarixdə qızı ilə birlikdə Bakıya gəlib «Basqal» kafesində İlqar müəllimlə görüşmüş, İlqar müəllim iki-üç ay müddətində diplomu ala bilməsə, ABU bağlandığından qızının başqa universitetlərin birinə köçürülməsini həll edib, həmin universitetin diplomunu alacağına söz vermiş, buna görə də, 2.000 (iki min) manat pulu ona vermişdir. Təxminən bir aydan sonra İlqar müəllim zəng vurub pulun qalan 1.000 (bir min) manatını istədiyi üçün yenidən qızı ilə birlikdə Bakıya gəlib həmin kafedə İlqar müəllimlə görüşərək, həmin məbləğdə pulu ona vermişdir. Bir müddətdən sonra İlqar müəllim telefonunu söndürmüş, onu tapmaq üçün Bakıya gəlmiş, lakin tapa bilmədiyi üçün onun barəsində Yasamal rayon Polis İdarəsinə şikayət etmişdir. Hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs X190 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2010-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını qiyabi olaraq bitirmiş, Bakı şəhərində yerləşən orta məktəblərin birində idman müəllimi kimi işə düzəlmək istəmişdir. Bu barədə bacısının həyat yoldaşı Aslan xəbərdar olduğundan 2011-ci ilin təxminən avqust ayında Azay Quliyev adlı bir nəfərlə danışdığını, Azayın onun məktəblərin birinə müəllim təyin olunmasına kömək edəcəyinə söz verməsini bildirmişdir. Onunla görüşüb danışmağı təşkil etməyi Aslandan xahiş etdiyinə görə Aslan Azayla danışmış və Aslanın iş yerinin yanında Azayla görüşmüşlər. Özü də məqsədini Azaya bildirmiş, Azay da tanıdığı inanılmış adamla onu görüşdürə biləcəyinə və həmin adamın onun işə düzəlmək məsələsini həll edəcəyinə söz vermişdir. Azayla olan söhbəti barədə atasına bildirmiş bir yerdə gedib Azayla və onun dediyi adamla görüşməyi qərara almışlar. Aslan Azayla danışandan sonra özü, atası, əmisi və Azay Aslanın avtomobili «20 yanvar» dairəsinin yaxınlığında bir çayxanaya gəlib, orada adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs və Bəhruz Baxşıyev adlı şəxslərlə görüşmüşlər. Buna qədər Azay onlarla danışıb işə düzəldilməsi üçün 3.500 (üç min beş yüz) manat pul, ali məktəbi bitirməsi barədə diplomun, şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkillər, tərcümeyi-hal və hətta məktəblərdə vakant olan yerlərə müəllimlərin işə qəbulu üçün müsabiqədə iştiraka dair ərizə lazım olduğunu bildirmiş, pulun yarısının əvvəlcədən, qalan hissəsinin isə əmr veriləndən sonra verilməli olduğunu razılaşdırmışdır. Buna görə də, görüşə gedəndə 2.000 (iki min) manat pul götürmüş, görüşdə bir daha İsa və Bəhruz onun müəllim kimi işə düzəldiləcəyini, təxminən iyirmi günə əmrinin veriləcəyini həll edəcəklərinə onları inandırmış, İsa özünü Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, Bəhruz isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra 2.000 (iki min) manat pulu İsa müəllimə vermiş, bu haqda sənəd yazılmasını təklif etdiyindən Azayın məsləhəti ilə Bəhruzla İsaya 2.000 (iki min) manat pulu borc kimi verməsi barədə müqavilə tərtib etmişlər. Təxminən on beş-iyirmi gündən sonra Bəhruz zəng edib guya əmrinin verilmək üzrə olduğunu buna görə də, qalan pulun 500 (beş yüz) manatının indi, 1.000 (bir min) manatının isə axırda verilməli olduğunu bildirmiş, özü işdə olduğundan 500 manat pulu qardaşı Ruslanın vasitəsilə Bəhruza göndərmişdir. Vəd edilən vaxt tamam olsa da, işə düzəldilməsi baş tutmamış, buna görə də, Azaya zəng edib pullarının qaytarılmasını tələb etmiş, Azay Bəhruzla əlaqə saxlamağı demiş, Bəhruz isə telefona cavab verməmişdir. Arada bir dəfə İsa müəllimlə də danışmış, o da işin düzəlmədiyi halda pulunun qaytarılacağını bildirmişdir. Yenə də, işinin düzəlmədiyini və pullarının qaytarılmadığını görüb Azaya onun sözünə inanıb pul verdiyini deyərək, ondan pulunu tələb etmiş, bir müddətdən sonra Azay iki dəfəyə ona, cəmi 2.000 (iki min) manat pul qaytarmış, həmin pulu İsa müəllimlə Bəhruzdan aldığını bildirmişdir. Azay sonuncu dəfə ona verdiyi puldan 400 (dörd yüz) manatı borc olaraq istəmiş, sonradan həmin pulun 140 (bir yüz qırx) manatını qaytarmış, 260 (iki yüz altmış) manatını isə hələ də qaytarmamışdır. Bundan başqa Bəhruza verdiyi 500 (beş yüz) manat da qaytarılmamışdır. Buna görə də, Azaydan 260 (iki yüz altmış) manat, təqsirləndirilən şəxs Bəhruz Baxşıyevdən isə 500 (beş yüz) manat pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs X15 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 1994-cü ildən 15 may 2011-ci il tarixinə kimi Azərbaycan Müəllimlər İnstitutunda müxtəlif vəzifələrdə işləmiş, Təqsirləndirilən şəxs iş yoldaşı kimi, Bəhruz Baxşıyevi isə onun qohumu Fəzail Həkimovun vasitəsi ilə tanımışdır. Təxminən 2008-ci ilin ortalarında İsa müəllimlə Bəhruzu tanış etmişdir. 2009-cu ilin iyun-iyul aylarında uzaq qohumu Əhməd Hüseynovun həyat yoldaşı Hicran Hüseynova müraciət edib test imtahanlarından keçməmiş qızı Günel Hüseynovanın ikinci turda imtahanlarda iştirak edərək Azərbaycan X86 və ya Mingəçevir filialına qəbul olunmasına kömək etməyi xahiş etmişdir. Hicran xanımla olan söhbəti Fəzailə bildirəndə, sonuncu qohumu Bəhruzun bu məsələni həll edə biləcəyini dediyi üçün üçü də birlikdə Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində onunla görüşüb bu barədə söhbət etmişlər. Bəhruz 7.000 (yeddi min) manata Güneli Dərbənd şəhərindəki institutların birinə qəbul etdirib bir ildən sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının fizika-riyaziyyat fakültəsinə köçürüləcəyinə kömək edə biləcəyinə söz vermiş, onun attestatını, şəxsiyyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini istəmiş, pulun 5.600 (beş min altı yüz) manatının əvvəlcədən, 1.400 (bir min dörd yüz) manatının isə köçürmə vaxtı verilməli olduğunu bildirmişdir. İki-üç gündən sonra Hicran xanımla «Montin bazarı»nın yaxınlığında görüşüb, ondan Günelin attestatını, şəxsiyyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pulu alaraq, elə həmin gün Yeni Yasamal qəsəbəsində yerləşən «Qismət» şadlıq evinin qarşısında pulun 5.600 (beş min altı yüz) manatını Fəzailin yanında Bəhruza vermiş, Bəhruz Güneli bir ay ərzində Dərbənd şəhərindəki institutların birinə qəbul etdirib bir ildən sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının fizika-riyaziyyat fakültəsinə köçürüləcəyini təşkil edəcəyinə söz vermişdir. Bəhruzun söz verdiyi müddət başa çatmış, lakin Günelin ali məktəbə qəbul məsələsi həll olunmamış, buna görə də, Bəhruzla tez-tez telefon əlaqəsi saxlamış, Bəhruz məsələnin həll olunacağına yalan vədlər verərək vaxtı uzatmışdır. 2011-ci ilin fevral-mart aylarında Bəhruz ona, «Qismət» şadlıq sarayının yaxınlığında Fəzailin yanında Günelin Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında oxuması barədə 586 saylı arayış vermişdir. Arayışdakı möhürünün saxta olmasından şübhələndiyinə görə bu barədə Bəhruza bildirmiş, Bəhruz arayışın saxta olmasını etiraf etməsə də, Güneli Azərbaycan X86 filialına qəbul etdirməyi təklif etmişdir. Bu barədə Hicran xanımla danışıb razılaşmış, Bəhruza Günelin valideynlərinin bu işə razı olduqlarını bildirmiş, lakin Bəhruz bu vədinə də əməl etməmiş, aldığı 5.600 (beş min altı yüz) manat pulu, habelə Günelin sənədlərini qaytarmamışdır. Günelin Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir və ya Gəncə filialına qəbul olunmasında özünün heç bir maddi marağı olmamışdır. Bundan başqa 2010-cu ilin avqust ayında tanışı Rəna Veysəlova ali məktəbə hazırlaşdırdığı şagirdi Dilarə Səbzəliyevanın instituta qəbul olunmadığını bildirərək, onun ikinci turda Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olanmasına kömək etməsini xahiş etdiyi üçün İsa müəllimə müraciət etmişdir. İsa müəllim 15.500 (on beş min beş yüz) manata Dilarəni bir ay ərzində Dərbənd şəhərindəki institutların birinə qəbul etdirib bir ildən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə köçürüləcəyini təşkil edəcəyinə söz vermişdir. Bundan iki-üç gün sonra Rəna xanımdan yaşadığı evində, qızının attestatını, şəxsiyyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini 15.500 (on beş min beş yüz) manat pulla birlikdə almış, elə həmin gün «20 yanvar» metrosunun yaxınlığında sənədləri və pulu İsa müəllimə vermişdir. İsa müəllim vəd etdiyi müddətdə Dilarənin ali məktəbə qəbul olunmasını həll etməmiş, buna görə də, Dilarənin valideynləri verdikləri pulu Rəna xanımdan, sonuncu isə ondan tələb etməyə başlamış, İsa müəllim aldığı pulu Bəhruza verdiyini və pulu ondan ala bilmədiyini, buna görə də, qaytarmaq imkanı olmadığını bildirmiş, bu səbəbdən də öz hesabından 15.500 (on beş min beş yüz) manat pulu Rəna xanıma qaytarmışdır. Rəna xanıma qaytardığı 15.500 (on beş min beş yüz) manat pulun 1.400 (bir min dörd yüz) manatı Hicran xanımdan aldığı və özündə saxladığı pul olmuşdur. Bundan başqa 2010-cu ilin sentyabr ayının axırlarında tanışı Mühiddin Hüseynov test imtahanlarından keçməmiş bacısı qızı Mehriban Cəfərovanın ikinci turda Azərbaycan X86 filialına qəbul olunmasına köməklik göstərməyi ondan xahiş etdiyi üçün İsa müəllimə müraciət etmişdir. İsa müəllim bununla əlaqədar kiminləsə danışmış və iki-üç gündən sonra Mehribanın ali məktəbə qəbul etdirilməsi üçün 7.000 (yeddi min) manat pul lazım olduğunu, pulun 4.800 (dörd min səkkiz yüz) manatının əvvəlcədən, 2.200 (iki min iki yüz) manatının isə köçürmə zamanı verilməli olduğunu bildirmiş, onun bir ay ərzində Dərbənd şəhərindəki institutların birinə qəbul etdirilib bir ildən sonra Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına köçürüləcəyinin həll olunacağına söz vermişdir. Bununla əlaqədar iki-üç gündən sonra Mühiddindən aldığı 7.000 (yeddi min) manat pulun 4.800 (dörd min səkkiz yüz) manatını, habelə Mehribanın attestatını, şəxsiyyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini Mühiddinlə birlikdə «20 yanvar» metrosunun yaxınlığında İsa müəllimə vermişdir. İsa müəllimin vəd etdiyi müddət başa çatsa da, Mehribanın ali məktəbə qəbul məsələsi baş tutmamış və buna görə də, İsa müəllimdən pulu tələb etməyə başlamışdır. İsa müəllim aldığı pulları qaytarmamış, buna görə də, Mühiddindən aldığı pulun 6.000 (altı min) manatını hissəhissə olmaqla öz hesabından ona qaytarmışdır. Mehribanın ali məktəbə qəbul etdirilməsi üçün İsa müəllim aldığı pulları Bəhruza verdiyini və həmin pulları ondan geri ala bilmədiyini dediyi üçün dəfələrlə Bəhruzla görüşmüş, Bəhruz həm özünün, həm də İsa müəllimin vasitəsilə aldığı ümumilikdə 25.900 (iyirmi beş min doqquz yüz) manat pulun hamısını qaytaracağına söz versə də, 2010-cu ilin yayından 2011-ci ilin noyabr ayınadək ona, hissəhissə olmaqla cəmi 5.100 (beş min yüz) manat və 1.800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində pul qaytarmışdır. Buna görə də, İsa müəllimlə Bəhruza verdiyi pulların yerdə qalanının təqsirləndirilən şəxslərdən alınaraq ona ödənilməsini tələb edir. Həmin məhkəmə prosesində ifadə vermiş zərərçəkmiş şəxs X226 zərərçəkmiş şəxs Həsənağa Babayevin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X138 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, qızı Azadə Novruzova 2007-ci ildə orta məktəbi bitirmiş, həmin il üçüncü ixtisas qrupu üzrə ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, lakin az bal topladığı üçün qəbul oluna bilməmişdir. Həyat yoldaşı Kəmalə Novruzovanın dayısı qızı- Azərbaycan Müəllimlər İnstitutunda lobarant işləyən Zoya institutun müəllimi Təqsirləndirilən şəxs ali məktəblərə tələbə qəbul etdirməklə məşğul olmasını dediyindən onun məsləhəti ilə həyat yoldaşı Zoya ilə birlikdə gedib İsa müəllimlə görüşmüş və Azadəni 5.000 (beş min) manata Azərbaycan X86 filialına qəbul etdirmək barədə razılaşmışlar. 2007-ci ilin avqust ayında həyat yoldaşı ilə bir yerdə 5.000 (beş min) manat pul düzəldib İsa müəllimlə görüşərək pulu ona vermişlər. İsa müəllim 2007-ci ilin sentyabr ayının 15-də Azadənin dərsə gedəcəyinə söz vermişdir. Həmin tarixdə Azadənin qəbul məsələsi baş tutmadığından İsa müəllim onun gələn ayın 20-də dərsə gedəcəyini bildirmiş, dediyi son müddət tamam olanda isə onları müxtəlif bəhanələrlə aldatmağa başlamış, buna görə də, ondan pullarını geri tələb etmişlər. Təxminən bir ildən sonra İsa müəllim pulu və sənədləri Gəncədə Fəxrəddin müəllimə verdiyini, Fəxrəddinin həbs edildiyini, bir müddətdən sonra isə guya Azadənin işini düzəltmək üçün onun sənədlərini və pulu Bəhruz Baxşıyev adlı bir nəfərə verdiyini onlara bildirmişdir. Bir müddətdən sonra İsa müəllim «20yanvar» metrosunun yaxınlığında yerləşən «Görüş» kafesində onu Bəhruzla görüşdürmüş, sonuncu qızının qəbul məsələsi ilə məşğul olduğunu bildirmişdir. İsa müəllim və Bəhruzla dəfələrlə telefon əlaqəsi saxladıqdan sonra pulunun 1.000 (bir min) manatını İsa müəllimdən geri almış, qalan 4.000 (dörd min) manatını isə hələ də ala bilməmişdir. Buna görə də, həmin məbləğdə pulun alınaraq ona verilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs X70 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qızı Mehriban Cəfərova 2010-cu ildə üçüncü ixtisas qrupu üzrə test imtahanı vermiş, lakin kifayət qədər bal toplaya bilmədiyi üçün instituta qəbul olmamışdır. Qızının ali məktəbə qəbul olunmadığını bilən tanışları Əhməd Hüseynov və həyat yoldaşı Hicran Hüseynova söhbət əsnasında ona bildirmişlər ki, qızları X317 Həsənovanın vasitəsilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının fizikariyaziyat fakültəsinə qəbul etdirmişlər. Hicran İradənin telefon nömrəsini ona verərək, onun adından İradə ilə danışmağı məsləhət etdiyindən bir neçə gündən sonra İradəyə zəng etmiş və qızının Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialına qəbul olunmasına kömək etməyi xahiş etmişdir. İradə kömək edəcəyinə söz vermiş, qızının attestatını, dörd ədəd fotoşəklini, imtahanın nəticəsi barədə arayışı və 7.000 (yeddi min) manat pul istəmişdir. 2010-cu ilin avqust ayının 01 və ya 02-də Bakı şəhərinə gəlmiş, baldızı oğlu Mühiddin Hüseynov onu qarşılamış, ona, qızının Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialına qəbul etdirilməsinə kömək etməsi üçün İradə ilə görüşmək istədiyini bildirmişdir. Mühiddinlə birlikdə İradənin təyin etdiyi yerdə onunla görüşmüş, Mühiddinin yanında qızının attestatını, dörd ədəd fotoşəklini, imtahanın nəticəsi barədə arayışı və 7.000 (yeddi min) manat pulu İradəyə vermişdir. İradə qızının sentyabr ayından Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialının ibtidai sinif fakültəsinə qiyabi şöbəyə dərsə gedəcəyinə söz vermişdir. 2010-cu ilin sentyabr ayının axırlarında İradə qızının gələn aydan dərsə gedəcəyini bildirmiş və bu hal bir neçə dəfə təkrar olunmuşdur. Qızının dərsə getmədiyini görəndə 2011-ci ilin fevral ayından İradədən pulunu və sənədlərini tələb etməyə başlamış, həmin ilin may ayında Bakıya gəlib Mühiddinlə birlikdə İradə ilə görüşmüşdür. İradə pulu və sənədləri qaytaracağına söz versə də, sözünə əməl etməmiş və 2011-ci ilin iyun-iyul aylarında növbəti dəfə onunla danışanda İradə ona, öz hesabından 3.000 (üç min) manat qaytaracağını bildirmişdir. Bu barədə Mühiddinlə danışmış, X252 adlı şəxsin verdiyi 3.000 (üç min) manat pulu ona göndərmişdir. Həsənağanı ümumiyyətlə tanımamışdır. Bundan sonra yenə İradəyə zəng edərək pulunun qalanını tələb etmiş, 2011-ci ilin yayında İradə qızının sənədlərini ona göndərmişdir. 2011-ci ilin avqust ayında İradə Həsənağanın vasitəsilə Mühiddinə 2.000 (iki min) manat, həmin ayın sonunda isə 940 (doqquz yüz qırx) manat pul vermiş, Mühiddin də həmin pulları ona göndərmişdir. Beləliklə pulun 5.940 (beş min doquz yüz qırx) manatını İradə ona qaytarmışdır. Mehman Cəfərov ifadəsində onu da bildirmişdir ki, Bəhruz Baxşıyev, Təqsirləndirilən şəxs adlı şəxsləri tanımır, Həsənağanın adını İradədən eşitmiş, onunla danışmamış və görüşməmişdir. Məhkəmədə X19 Bəhruz Qiyas oğlunun, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2010-2011-ci illərdə ali və orta-ixtisas təhsili müəssisələrinə qəbul, habelə ali məktəbi bitirmiş məzunun diplomunun alınması ilə bağlı müəllimi Təqsirləndirilən şəxs müraciət etmişdir. İsa müəllimə ilk müraciəti tanışı Aslanın xahişi ilə 2011-ci ilin təxminən avqust ayında Yardımlı rayonundan olan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş Şamxal Musayevin məktəbə müəllim təyin olunması ilə bağlı olmuşdur. Aslan onun İsa müəllimlə münasibəti olduğunu bildiyindən, ona bildirmişdir ki, yeznəsi Şamxal ADBTİA-nı bitirib, müəllim təyinatı almaq üçün müsabiqədə iştirak edib, amma hələlik əmrini verməyiblər və xahiş etmişdir ki, onun təyinat məsələsini həll etməsi üçün İsa müəllimə müraciət etsin. Bu barədə İsa müəllimə bildirmiş, İsa müəllim onun yanında Bəhruz Baxşıyev adlı bir nəfərlə əlaqə saxlayıb, Bəhruzun bu işi 3.000 (üç min) manata həll edə biləcəyini bildirmişdir. Aslana bu barədə bildirmiş, Aslan Şamxalı dəvət etmiş, sonuncunu atası və əmisi ilə birlikdə İsa müəllimin iş yerinin yanına aparmışlar. Sonradan tanıdığı Bəhruz da İsa müəllimin yanında olmuşdur. İsa müəllim demişdir ki, bu işi Bəhruz həll etməli olduğundan pulu da ona versinlər. Şamxal 2.000 (iki min) manat pulu sayıb Bəhruza vermiş və belə razılaşmışlar ki, qalan 1.000 (bir min) manat əmri verilən ərəfədə veriləcəkdir. Şamxalın atası pulun verilməsi barədə müqavilə yazılmasını bildirdiyi üçün Şamxal müqavilənamə adlı bir sənəd tərtib etmişdir ki, guya bizneslə əlaqədar Bəhruza 2.000 (iki min) manat pul verir və onlar həmin sənədə imza etmişlər. İsa müəllimlə Bəhruz söz vermişlər ki, uzağı ay yarıma Şamxalın əmri veriləcək. Lakin deyilən vaxt tamam olandan sonra Şamxal təyinatının olmadığını görüb pulun qaytarılmasını tələb etmiş və Bəhruzdan pulun 1.000 (bir min) manatını almışdır. Sonradan Bəhruz yoxa çıxdığından İsa müəllim borc edib öz hesabından qalan 1.000 (bir min) manatı ona vermiş, o da həmin pulu aparıb Şamxalın anasına vermişdir. Sonradan Şamxal ona bildirmişdir ki, Bəhruz onun əmrinin verilmək üzrə olduğunu bildirərək, pulun qalan hissəsini istəmiş, o da ona 500 (beş yüz) manat əlavə pul vermişdir. 2.000 (iki min) manat qaytarılandan sonra Bəhruz yoxa çıxdığı üçün həmin 500 (beş yüz) manat Şamxala qaytarılmamışdır. Bundan başqa tanışı İlham Həsənov ona müraciət edərək, qohumu Yaşar Musayevin Azərbaycan Beynəlxalq Universitetini bitirdiyini, lakin oxuduğu məktəb bağlandığından diplomunu ala bilmədiyini demiş və xahiş etmişdir ki, bu işdə ona kömək etsin. O, İsa müəllimin vasitəsi ilə bu işi həll edə biləcəyini deyib, İsa müəllimlə danışmışdır. İsa müəllim işi həll edə biləcəyini, bir-iki gündən sonra isə diplomun alınması ilə əlaqədar özünün adamları ilə danışdığını, 4.000 (dörd min) manat pul və Yaşarın universitetdə oxumasını təsdiq edən sənədlərin lazım olduğunu bildirmişdir. İsa müəllimin dediklərini İlham müəllimə çatdırmış, İlham müəllim onu İsa müəllimlə tanış etməyi xahiş etmiş, etiraz etməyərək onları görüşdürüb tanış etmişdir. İsa müəllim İlham müəllimi arxayın etmişdir ki, 4.000 (dörd min) manat müqabilində təxminən bir ay müddətə onun qohumunun diplomunu alıb verəcəkdir. İlham müəllim İsa müəllim təhsil işçisi olduğu və özünün deməsinə görə müəyyən əlaqələrinin olmasına inanmış, səhəri günü Yaşarın sənədlərini və pulu İsa müəllimə vermək üçün onunla bir yerdə İsa müəllimin iş yerinə getmişdir. İsa müəllimin iş yerinin qarşısında onunla görüşmüşlər. İlham müəllim Yaşarın sənədlərini və 4.000 (dörd min) manat pulu İsa müəllimə vermişdir. Bir neçə gündən sonra İlham müəllim digər bir yaxın qohumu Elburus Əkbərovun orta-ixtisas məktəbinə qəbul məsələsinin həlli ilə əlaqədar ona müraciət etmiş, ona, bu işin də İsa müəllim vasitəsilə həll oluna biləciyini demişdir. Məlum olmuşdur ki, bir gün əvvəl İlham müəllim bu barədə İsa müəllimin özü ilə danışmış və İsa müəllim ondan bu iş üçün 4.000 (dörd min) manat istəmişdir. Buna görə də, İsa müəllimin iş yerinə yaxın olan yerdə yeməkxanada görüşmüşlər. İlham müəllim Elburusun sənədlərini və 3.000 (üç min) manat pulu İsa müəllimə vermişdir. İlham müəllim həmin işi 3.000 (üç min) manata həll etmək istəsə də, İsa müəllim buna razı olmamış və 4.000 (dörd min) manat tələb olunduğunu bildirmişdir. Buna görə də, sonrakı gün İlham müəllim ona, 1.000 (bir min) manat pul vermiş, o da həmin pulu aparıb iş yerində İsa müəllimə vermişdir. Lakin İsa müəllim bu işi də həll etməmiş, axırda da bildirmişdir ki, aldığı pulları Bəhruza vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X345 ifadəsində şahid Elxan Əsədovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə X106 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Həmzə Rasulovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə X146 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bəhruz Baxşıyevlə 2002-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində müəllim işləyərkən tanış olmuş, 2009-cu ilə qədər onun xahişi ilə ABU-da imtahan kəsiri olan, imtahan verməkdən çəkinən, dərs buraxan uşaqlara, qovulmuş tələbələrin bərpası, dövlət imtahanlarında kimlərsə köməklik etmişdir. Sonradan Bəhruz əvvəllər onun vasitəsi ilə gördüyü işləri ABU-nun rəhbərliyi ilə yaxın münasibəti olan İlqar Məmmədovun vasitəsilə gördüyündən əlaqələri zəifləmişdir. 2009-cu ildə Bəhruz onu Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Təqsirləndirilən şəxsla tanış etmişdir. Tanışlıqdan sonrakı vaxtlarda aralarında olan söhbətlərdən İsa müəllimin test imtahanlarından keçməmiş abituriyentlərin Bəhruzla birlikdə ali məktəblərə qəbulu ilə məşğul olması, bu məqsədlə çoxlu adamlardan pullar alıb öhdələrinə götürdükləri işləri yerinə yetirə bilmədiklərinə görə problemləri olduğunu bilmişdir. Eyni zamanda İsa müəllimin söhbətlərindən onun bir neçə adamdan uşaqlarının qəbul məsələsinin həlli ilə əlaqədar pul alıb Bəhruza verdiyi də ona məlum olmuşdur. Ceyhun Nəcəfov ifadəsində onu da bildirmişdir ki, 2010-cu ilin payızında İsa müəllimin tanışı Akif Kərimovdan 5.000 (beş min) manat pul alıb qızının ali məktəbə qəbul olunmasını həll etmək üçün Bəhruza verdiyi, lakin Bəhruzun həmin məsələni həll etmədiyi ona məlum olmuş, bunun üçün İsa müəllimlə tanışı X293 sıxışdırdıqlarından və onun da həmin ərəfədə Bəhruzla gördükləri işlərə görə Bəhruza təxminən 2.300 (iki min üç yüz) manat borcu yarandığından Bəhruzun aldığı və özünün ehtiyaclarına sərf etdiyi 5.000 (beş min) manat pulun əvəzində Akifin qızını X134 qəbul etdirməyi öhdəsinə götürmüş və bu məqsədlə tanışı Şahin Fərhadova 5.000 (beş min) manat pul vermişdir. Bir müddətdən sonra Şahin Akifin qızının X93 oxumasına dair tələbə bileti göndərmiş və Bəhruzla birlikdə həmin sənədi alıb Akifə vermişlər. Sonradan həmin sənəd saxta olduğu üçün Akif pulunu geri tələb etmiş, Şahin isə onun qızının ali məktəbə qəbulunu həll edəcəyinə söz verdiyindən Akifin pulu qaytarılmamışdır. Məhkəmədə şahid X71 məhkəməyə verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Fikrət Məmmədovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X12 məhkəməyə verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Arzuman Məmmədovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X147 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınıdır, əvvəllər aralarında yaxşı münasibət olmuş, sonradan münasibətləri soyumuşdur. Buna səbəb o olmuşdur ki, bir neçə il bundan əvvəl İsa müəllimdən tanışı X123 Rəhimovanın ali məktəbə qəbul olunmasına kömək etməyi xahiş etmişdir. Belə ki, Esmira 2008-ci ildə orta məktəbi bitirmiş, həmin və sonrakı il ali məktəbə qəbul olunmaq üçün sənəd vermiş, lakin kifayət qədər bal toplaya bilmədiyi üçün qəbul olunmamışdır. Maksim qayını X178 İnstitutunda müəllim işlədiyini bildiyi üçün Esmiranın əlavə qəbulla həmin instituta qəbul etdirməyi xahiş etmiş, o da İsa müəllimdən bunu xahiş etmişdir. İsa müəllim tanışı Bəhruz Baxşıyevin vasitəsi ilə bu işi pulla həll etməyin mümkün olduğunu bildirmiş, bu barədə Maksimə demiş, sonuncu razılaşaraq ona, 2009-cu ildə birinci dəfə 5.000 (beş min) manat, ikinci dəfə 1.700 (bir min yeddi yüz) manat olmaqla iki dəfəyə cəmi 6.700 (altı min yeddi yüz) manat pul vermişdir. Həmin pulun 3.500 (üç min beş yüz) manatını Gəncədə İsa müəllimə, qalan pulları isə hissə-hissə (500 (beş yüz) manat, 1.000 (bir min) manat, 1.200 (bir min iki yüz) və 500 (beş yüz) manat) olmaqla, cəmi 2.200 (iki min iki yüz) manat məbləğində Bakıda Bəhruza vermişdir. Bəhruza verdiyi pullar Esmiranın AMİ-nin Qazax filialından Gəncə filialına köçürülməsi, təhsil və sessiya haqqı üçün nəzərdə tutulmuşdur. Sonuncu dəfə Bəhruza pul verəndə onun dostu kimi təqdim etdiyi İlqar Məmmədov da yanında olmuşdur. Esmira 2010-cu ildə ikinci kursa qəbul edilməli, 2011-ci ildə isə üçüncü kursa keçmiş tələbə kimi Gəncəyə köçürülməli imiş. 2011-ci ildə köçürmə vaxtı gəlib çatandan sonra dəfələrlə X94 Esmiranın adının «köçürülən» tələbələrin siyahısında olub-olmamasını yoxlatdırmış, lakin onun köçürülməsi barədə heç bir məlumat əldə edə bilməmişdir. Buna görə də, dəfələrlə Bakı şəhərinə gəlib İsa müəllim və Bəhruzla görüşmüş, onlar hər dəfə bir bəhanə gətirərək onu, Esmiranın işinin düzələcəyinə inandırmışlar. Nəhayət məcbur olub Qazaxa getmiş və orada məlum olmuşdur ki, AMİ-nin Qazax filialında Esmira Rəhimova adlı tələbə ümumiyyətlə yoxdur. Bundan sonra İsa müəllim və Bəhruzla görüşmək üçün Bakı şəhərinə gəlmiş, lakin onlar qaçıb gizləndikləri üçün heç birini tapa bilməmişdir. Bundan başqa əslən Naxçıvandan olan tanışı Yaqub nəvəsinin Dağıstan Respublikasında yerləşən ali məktəblərin birinə qəbul etdirilməsi və sonradan köçürmə yolu ilə azərbaycana dəyişdirilməsi üçün onun yanında İsa müəllimə 4.000 (dörd min) manat pul vermiş, lakin İsa müəllim həmin işi də həll etməmişdir. Yaqubla İsa müəllimi o, tanış etdiyi üçün pis vəziyyətdə qalmamağa görə Yaqubun İsa müəllimə verdiyi pulun 2.500 (iki min beş yüz) manatını öz hesabına- bankdan kredit götürüb Yaquba qaytarmış, 400 (dörd yüz) manatı isə İlqarla Bəhruz qaytarmışlar. Bundan başqa İsa müəllim bir nəfəri X332 qəbul etdirmək üçün 2011-ci ilin sentyabr ayında ona müraciət etmiş, maraqlanarkən tibb texnikumunun qiymətinin 8.000 (səkkiz min) manat olduğunu öyrənmiş və bu barədə telefonda İsa müəllimə bildirmişdir. İsa müəllim ona demişdir ki, bir nəfərin sənədlərini 2.500 (iki min beş yüz) ABŞ dolları pulla birlikdə göndərir, qalanını da özü gələndə gətirəcək və bildirmişdir ki, bu pulu beh kimi saxlayıb işə başlasın, yəni bu məsələni həll etmək üçün hərəkət etsin. Bundan sonra İsa müəllim avtobus sürücüsündən Zahidə Cəfərova adlı bir nəfərin doğum haqqında və doqquzuncu sinifi bitirməsinə dair şəhadətnamələrini, fotoşəkillərini və 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində pulu ona göndərmiş, on-on beş gündən sonra isə zəng edərək, göndərdiyi pulu qaytarmağı tapşırmış, o da həmin pulu avtobus sürücüsündən İsa müəllimə göndərmiş, sənədlər isə onda qalmışdır. İsa müəllim bir müddətdən sonra zəng edib sənədlərini göndərdiyi qızın adını «Qızıl əllər» bir illik tibb kursuna yazdırmağı tapşırmış, bir ildən sonra özü onun texnikum məsələsini həll edəcəyini bildirmişdir. O, Zahidə Cəfərovanın adını həmin kursa yazdırmışdır. 2012-ci ilin fevral ayında İsa müəllim ona zəng edərək, Fəxrəddin adlı şəxslə danışdırmış və demişdir ki, Zahidənin xahişçisi odur. O, Fəxrəddinə Zahidəni kursa yazdırdığını bildirmiş, Fəxrəddin bundan əsəbiləşərək demişdir ki, 4.000 (dörd min) manat pul vermişdir, Zahidə tibb texnikumuna qəbul olunmalıdır. Bundan sonra Fəxrəddin özü tək Gəncəyə gələrək onunla görüşmüş və İsa müllimlə olan söhbətləri ondan öyrənmişdir. Məhkəmədə X72 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. məhkəməyə verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, babası İskəndər Tağıyevin himayəsində yaşayır. 2009-cu ildə X410 Universitetinin Bakı filialına qəbul olunmuş və birinci kursu bitirəndən sonra oxuduğu universitet bağlandığından babası Səxavət Zeynalov adlı bir nəfərin vasitəsi ilə onu Kooperasiya İnstitutuna köçürtmək istəmiş, lakin bu baş tutmadığından sənədlərini Odlar Yurdu Universitetinə vermişdir və hazırda həmin universitetin dördüncü kursunda oxuyur. Eşitdiyinə görə Səxavət də bu işi hansısa tanışının vasitəsi ilə həll etmək istəmişdir, lakin Səxavətin tanışının kim olduğunu bilmir və Kooperasiya İnstitutuna köçürülməsi üçün babasının kimə, nə qədər pul verməsindən xəbəri yoxdur. Məhkəmədə şahid X191 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Ağcabədi rayonunun Qaradolaq kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Fikrət Məmmədovu qonşu kəndin sakini kimi uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxsla Gəncə Pedaqoji İnstitutunda bir yerdə oxumuş və həmin vaxtdan aralarında səmimi münasibət yaranmışdır. 2011-ci ilin avqust ayında Fikrətlə Bakı şəhərində görüşmüş, söhbət zamanı Fikrət ona bildirmişdir ki, qızı Aygül Məmmədova orta məktəbi bitirmiş, lakin ali məktəbə qəbul olunmaq üçün test imtahanlarından kifayət qədər bal toplamadığından qəbul olunmamışdır və ondan xahiş etmişdir ki, qızının ikinci turda iştirak etməklə Bakı Yüngül Sənaye Texnikumuna qəbul olunmasında ona köməklik etsin. O, İsa müəllimi tanıdığından Fikrətə bildirmişdir ki, tələbə yoldaşı olmuş İsa müəllim Azərbaycan Müəllimlər İnstitutunda işləyir, bu barədə ona müraciət edə bilər. Bir neçə gündən sonra İsa müəllimlə «20 yanvar» dairəsində görüşmüş və Fikrətin xahişini ona çatdırdmışdır. İsa müəllim 4.000 (dörd min) manata bu işi həll edə biləcəyini demişdir. Fikrət onunla razılaşmış və İsa müəllimlə görüşəcəyi vaxtı müəyyən etmişdir. Sonradan bilmişdir ki, Fikrət İsa müəllimlə görüşərək ona, qızının sənədlərini və 4.000 (dörd min) manat pul vermişdir. Təxminən iki aydan sonra Fikrət onunla görüşəndə bildirmişdir ki, İsa müəllim onun qızının nə məktəbə qəbul olunması məsələsini həll etmiş, nə də pulunu qaytarmışdır. Məhkəmədə şahid X262 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Mişa Alıyevin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X183 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Naib Xudiyevin ifadəsindəki xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, ona verilən 3/0482 nömrəsi ilə qeydiyyatdan keçmiş A seriyalı 133822 saylı diplomun, arayışın və müəllim kimi işlə təmin olunması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Yardımlı rayon Təhsil Şöbəsinə ünvanladığı məktubun surətini istintaqa təqdim etmişdir. Məhkəmədə şahid X227 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Rafiq Mirzalıyevin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X192 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Bəhruz Baxşıyev onun qardaşı Qiyas Baxşıyevin oğludur. Bəhruz Azərbaycan Beynəlxalq Universitetində oxumuş, əvvəllər Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, son vaxtlar qardaşı Etibarın Bakıdakı yeni tikililərin birindən aldığı mənzildə yaşamışdır. 2011-ci ilin axırlarında sonradan tanıdığı Astara rayonunun Kijəbə qəsəbəsində yaşayan Xanalı və Mehdi Baxşıyev qardaşları Etibarın Bakı şəhərində yaşayan dostu Azad Nağıyevlə birlikdə Qiyasın evinə gəlmişlər və bununla əlaqədar onu da oraya dəvət etmişlər. Xanalı ilə Mehdi bildirmişlər ki, Bəhruz onlardan 19.000 (on doqquz min) manat pul alıb ki, guya Xanalının narkotikə görə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş oğlunu həbsdən buraxdıracaqdır. Sonradan Bəhruz verdiyi vədinə əməl etməmiş, buna görə də, onlar onu axtarıb Etibarın evində tapmışlar. Söhbət əsnasında Bəhruzun yaşadığı evin Etibarın evi olmasını biləndə Xanalı Etibara zəng etmiş, sonuncu da dostu Azaddan xahiş etmişdir ki, gedib bu məsələ ilə maraqlansın. Beləliklə, Azad onların Bəhruzla danışığında iştirak etmişdir. Xanalı ilə Mehdi Bəhruzdan pullarını geri istəmişlər, lakin o, pulları qaytarmadığı üçün onlar onun atasının üstünə gəlmişlər. Buna görə atası ilə o Bəhruzla telefonda danışmışlar. Bəhruz Xanalı ilə Mehdidən 19.000 (on doqquz min) manat pul alıb öz borclarına verdiyini etiraf etmiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı müəllim bir neçə adamın ali məktəbə qəbul olunmasını həll etmək üçün sənədlərini və pullarını alıb ona vermişdir, o da həmin pulları ali məktəbə qəbul məsələsini həll etmələri üçün İlqar Məmmədov və Ceyhun Nəcəfov adlı tanışlarına vermiş, lakin sonuncular aldıqları pula görə iş görmədiklərindən İlqarın ona 17.000 (on yeddi min) manat, Ceyhunun isə 10.000 (on min) manat borcu yaranmışdır. İsa müəllim ondan pullarını tələb etdiyi üçün o, Xanalıdan aldığı pulları yaranmış həmin borclarının bağlanmasına sərf etmişdir. Bundan sonra belə qərara gəlmişlər ki, Bəhruzun pulları kimə verməsindən asılı olmayaraq hissə-hissə olmaqla Xanalının pullarını qaytarsınlar. 2012-ci ilin axırlarında bir neçə dəfəyə Xanalıya cəmi 7.800 (yeddi min səkkiz yüz) manat pul ödəmişlər. Məhkəmədə şahid X43 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Hibeis Qulamovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X44 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bəhruz Baxşıyev onun uzaq qohumdur. Həsənağa Babayevi təxminən 2005-ci ildən tanıyır, həmin ildən də Həsənağa müəllimin vasitəsi ilə onun iş yoldaşı Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2007-ci ilin yay aylarında o, növbəti dəfə Həsənağa müəllimlə görüşəndə Bəhruz da onun yanında olmuş və o, Bəhruzu öz qohumu kimi Həsənağa müəllimə təqdim etmişdir. Bundan sonra Həsənağa müəllimin Bəhruzla da münasibəti yaranmışdır. Təxminən 2009-cu ilin yay aylarında o, Həsənağa müəllimlə Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində yerləşən «Qismət» şadlıq evinin yanıda olarkən Bəhruz oraya gəlmiş, Həsənağa müəllimlə Bəhruz bir qədər kənara çəkilmişlər. Həmin vaxt Həsənağa müəllim cibindən bağlama və sənədlər çıxardıb Bəhruza vermiş və sonuncu çıxıb getmişdir. Həsənağa müəllim onun yanına qayıdandan sonra ona bildirmişdir ki, bir nəfər qohumunu instituta qəbul etdirmək üçün Bəhruza pul və sənədlər vermişdir. O, sonradan bilmişdir ki, həmin vaxt Həsənağa müəllim qohumunun instituta qəbul olunması üçün Bəhruza 5.600 (beş min altı yüz) manat pul vermişdir. Həsənağa müəllimin qohumunun kimliyi barədə məlumatı olmamışdır. Bir müddətdən sonra Həsənağa müəllim Bəhruzun işi düzəltmədiyini ona bildirmişdir. O, Bəhruza zəng etmiş və Həsənağa müəllimin sözlərini ona çatdırmışdır. Sonradan Həsənağa müəllimin xahişi ilə Bəhruzla görüşmüşlər və Bəhruz onun yanında Həsənağa müəllimə bir arayış verərək, həmin arayışın hansısa qızın institutda oxuması barədə olduğunu bildirmişdir. Məhkəmədə şahid X107 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2009-cu ilin yay aylarında qohumu və həmyerlisi Hicran Hüseynova ona zəng edib görüşmək istədiyini bildirmiş, Hicran və onun həyat yoldaşı Əhməd Hüseynovla «Montin» bazarının yaxınlığında görüşmüşlər. Hicran qızı Günelin test imtahanları verib, lakin kifayət qədər bal toplaya bilmədiyindən instituta qəbul olunmadığını bildirmiş, qızını topladağı bala uyğun Azərbaycan X86 və ya Mingəçevir filialına qəbul olunmasına kömək etməyi ondan xahiş etmişdir. Bu barədə iş yoldaşı Həsənağa Babayevdən xahiş etmiş, təxminən üç-dörd gündən sonra Həsənağa bu iş üçün Günelin attestatını, şəxsiyyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pul istəmişdir. Hicrana bu barədə bildirmiş, 2009-cu ilin yay aylarında «Montin» bazarının yaxınlığında Hicran Günelin attestatını, şəxsiyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pulu həyat yoldaşının yanında ona vermişdir. Hicrana demişdir ki, işi tanışı Həsənağa müəllim görür və o da deyib ki, Güneli Dağıstan Respublikasında instituta qəbul etdirib bir ildən sonra Azərbaycan X86 və ya Mingəçevir filialına köçürtdürəcəkdir. Onlardan ayrılıb evinə gəlmiş, həmin vaxt Həsənağa müəllim onun evində olmuşdur. O, Günelin attestatını, şəxsiyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pulu Həsənağa müəllimə vermişdir. 2009-cu ilin dekabr ayında Həsənağa müəllim Günelin X60 riyaziyyat-informatika fakültəsinin qiyabi şöbəsində oxuması barədə tələbə biletini və arayışı ona vermiş, o da həmin sənədləri tanışı, əslən Göyçay rayonundan olan Zümrüdün vasitəsilə Hicrana göndərmişdir. Bundan sonra Həsənağa müəllimdən köçürmə barədə soruşanda o, işin düzələcəyini, lakin bu prossesin bir ilə qədər çəkəcəyini bildirmişdir. Bu müddətdə Həsənağa müəllimi Hicran və həyat yoldaşı Əhmədlə tanış etmiş, bundan sonra iş barədə özləri bir-birilə əlaqə saxlamışlar. Lakin Günelin işi düzəlməmiş, nə sənədlər, nə də 7.000 (yeddi min) manat pul qaytarılmışdır. Bundan başqa 2010-cu ilin yay aylarında Mehman Cəfərov adlı bir nəfər ona zəng edərək, telefon nömrəsini Hicran Hüseynovanın verdiyini bildirmiş və ondan qızı Mehriban Cəfərovanın instituta qəbul olunmağına kömək etməyi xahiş etmişdir. Mehman qızının Azərbaycan X86 və ya Mingəçevir filialına qəbul olunmasını istədiyini bildirmişdir. Bununla əlaqədar Həsənağa müəllimə müraciət etmiş, üç-dörd gündən sonra Həsənağa müəllim Mehribanın attestatını, şəxsiyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pul istəmişdir. 2010-cu ilin yayında o, Mehman və sonuncunun qohumu Mühiddin Hüseynovla birlikdə «Montin» bazarının yaxınlığına görüşmüşlər. Həmin vaxt Mehman qızının attestatını, şəxsiyət vəsiqəsinin sürətini, dörd ədəd fotoşəklini və 7.000 (yeddi min) manat pulu ona vermiş, o da həmin pulu və sənədləri Həsənağa müəllimə vermişdir. Bir neçə aydan sonra Mehman ona zəng edib, qızının işinin düzələnə oxşamadığını deyərək, pulu və sənədləri qaytarmağı tələb etmişdir. Mehribanın sənədlərini və pulu Həsənağa müəllimdən tələb etməyə başlamış, Həsənağa müəllim ona bildirmişdir ki, pulu və sənədləri tanışı Bəhruz Baxşıyevə vermişdir. 2011-ci ilin iyun-iyul aylarında Mehmanın qohumu Mühiddin Həsənağa müəllimlə görüşərək, ondan 6.000 (altı min) manat pulu alıb Mehmana çatdırmışdır. Məhkəmədə Qasımova Hicran Kərim qızının X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Əhməd Hüseynovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə X26 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində zərərçəkmiş şəxs Mehman Cəfərovun ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmədə tədqiq olunmuş ifadəsindəki, habelə şahid İradə Həsənovanın məhkəməyə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə X45 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, qızı Dilarə Səbzəliyeva 2010-cu ildə orta məktəbi bitirəndən sonra sənədlərini üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına vermiş, lakin imtahandan kifayət qədər bal toplaya bilmədiyi üçün ali məktəbə qəbul oluna bilməmişdir. İmtahanlardan əvvəl qızını ingilis dilindən Rəna Veysəlova hazırlaşdırdığından qızı testdən keçə bilməyəndə, Rəna müəllimə təhsil illəri üçün tələb olunan təhsil haqqının birdəfəlik ödənilməsi şərti ilə qızını BDU-nun filologiya fakültəsinə qəbul etdirmək imkanı olan bir adam tanıdığını və bu iş üçün 15.500 (on beş min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. Rəna müəlliməni tanıdığı və pulun təhsil haqqı ödəməyə görə lazım olduğunu bildiyi üçün onunla razılaşmış, 2010-cu ilin təxminən avqust ayında evində ona, 15.500 (on beş min beş yüz) manat pul vermişdir. Pulu Rəna müəlliməyə verəndən sonra gözləmiş, onun dediyi vaxt tamam olanda qızının qəbulundan xəbər çıxmadığına görə işin nə yerdə olmasını öyrənmək üçün Rəna müəllimə ilə tez-tez əlaqə saxlamış, Rəna müəllimənin evində olarkən Həsənağa Babayev adlı bir nəfəri orada görmüş, söhbət əsnasında bilmişdir ki, qızının ali məktəbə qəbulu ilə məşğul olan adam Həsənağa müəllimdir və Rəna müəllimə vəziyyəti öyrənmək üçün onu evinə çağırmışdır. Həsənağa müəllimi tanımadığı və onunla danışığı olmadığından ondan qızının qəbul məsələsini kimlərin vasitəsi ilə həll edəcəyini soruşmamış, amma işin nə yerdə olmasını soruşanda Həsənağa müəllim onu qızının qəbul məsələsinin həll olunacağına inandırmağa çalışmışdır. Bir müddətdən sonra qızının qəbul məsələsinin həll olunmadığını görüb Rəna müəllimədən aldığı pulu qaytarmağı tələb etmiş, Rəna müəllimə də ondan aldığı 15.500 (on beş min beş yüz) manatı iki-üç dəfəyə onun özünə qaytarmışdır. Məhkəmədə şahid X108 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2010-cu ilin yay aylarında uzaq qohumu Şahin Səbzəliyev zəng edərək qızı Dilarə Səbzəliyevanın test imtahanlarından keçmədiyini bildirib xahiş etmişdir ki, onun Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmasına köməklik göstərsin. Şahinin xahişi barədə uzun müddətdən bəri tanıdığı Həsənağa müəllimə bildirmiş və sonuncu məsələ ilə maraqlanıb nəticəsini bildirəcəyinə dair söz vermiş, üç-dörd gündən sonra dostu ilə danışdığını, onun vasitəsi ilə bu işi həll edəcəyini bildirmiş, bunun üçün 15.500 (on beş min beş yüz) manat pul və Dilarənin sənədlərini- şəxsiyyət vəsiqəsinin sürətini, attestatını, şəkillərini istəmişdir. Bu barədə Şahinə bildirmiş, Şahin razılaşaraq həmin məbləğdə pulu və qızının sənədlərini ona vermişdir. Həmin gün Həsənağa müəllimə zəng edərək onu evinə dəvət etmiş, pulu və sənədləri ona vermişdir. Həsənağa müəllim Dilarənin qəbul məsələsini Təqsirləndirilən şəxs adlı dostu ilə danışmasını, İsa müəllimin sənədləri Rusiya Federasiyasına göndərəcəyini, qəbul imtahanı zamanı Dilarənin gedib imtahan verəcəyini, qəbul olunandan sonra bir il oxuyub BDU-nun fililogiya fakültəsinə köçürüləcəyini bildirmişdir. Bir ay keçəndən sonra Dilarənin işində heç bir nəticə olmadığı üçün Şahin verdiyi pulu tələb etməyə başlamış, o da bu barədə Həsənağa müəllimə bildirərək, pulu və sənədləri geri istəmişdir. Bir neçə gündən sonra Həsənağa müəllim pulu İsa müəllimə verməsini, İsa müəllimin isə həmin pulu Bəhruz Baxşıyev adlı şəxsə verdiyini, pulu ondan geri ala bilmədiyini bildirmişdir. Bununla belə 2010-cu ilin sentyabr ayının axırlarında Həsənağa müəllim 15.500 (on beş min beş yüz) manat pulu iki dəfəyə yaşadığı evində ona qaytarmış, eyni zamanda pulu İsa müəllimdən ala bilmədiyinə görə öz hesabından verdiyini bildirmişdir. Həsənağa müəllimin qaytardığı 15.500 (on beş min beş yüz) manat pulu və Dilarənin sənədlərini 2010-cu ilin sentyabr ayının axırlarında öz evində Şahinə vermişdir. Məhkəmədə X73 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2011-ci ilin iyun ayında tanışı və həmyerlisi Ələsgər Əliyevlə «Nərimanov» metrosunun yaxınlığında çayxanada çay içərkən Ələsgərin tanışı Azay Quliyev oraya gəlmiş, Ələsgər onları tanış etmişdir. Həmin vaxt bilmişdir ki, Azay müəllim əslən Kəlbəcər rayonundandır, özü də əvvəllər X410 Universitetinin Bakı filialında işləmişdir. Ələsgər onu da demişdir ki, Azay müəllim hazırda ali və orta-ixtisas məktəblərinə tələbə qəbul etdirməklə məşğuldur, əgər dost-tanışa lazım olsa, kömək edə bilər. Bundan bir müddət sonra Şamaxı şəhərində yaşayan tanışı Arif Feyzullayev ona zəng edib, qardaşı Mübariz Feyzullayevi ali məktəbə qəbul etdirmək üçün adam axtardığını bildirmiş və xahiş etmişdir ki, əgər belə işdə köməklik edə bilən dost-tanışı varsa, ona yardımçı olsun. Arif qardaşını Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirmək istədiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar Azay müəllimə müraciət etmiş, sonuncu təxminən bir həftədən sonra onu Təqsirləndirilən şəxsla görüşdürüb, tanış etmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Müəllimlər İnstitutunun riyaziyyat kafedrasının müdiri, professor kimi təqdim etmiş və bildirmişdir ki, bu işi 8.000 (səkkiz min) manat müqabilində üç gün ərzində həll edə bilər. Arifə zəng edib bu barədə ona məlumat vermiş, Arif də iki gün ərzində borc-xərc edib 8.000 (səkkiz min) manat pul düzəldərək Bakıya gəlmişdir. O, Arif və dostu Hüseyn Xəlilovla birlikdə Azay müəllimin vasitəsi ilə iyun ayının axırı, iyul ayının əvvəllərində İsa müəllimlə «20 yanvar» metrosunun yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt 8.000 (səkkiz min) manat pul İsa müəllimə verilmiş, o da Mübarizin 15 sentyabr tarixində dərsə gedəcəyini bildirmişdir. İsa müəllim onu da bildirmişdir ki, Mübarizi birbaşa üçüncü kursa qəbul etdirəcək, özü də bunun qəbulu ümumi qəbuldan, yəni test üsulu ilə qəbuldan kənar olacaqdır, çünki, Mübariz Şamaxı rayon mədəni-maarif texnikumunu bitirmişdir. İsa müəllimə pulu verəndə, Mübarizin sənədlərini- diplomunu, şəxsiyyət vəsiqəsinin surətini, 3X4 ölçüdə dörd ədəd fotoşəklini də ona vermişlər. Bundan üç-dörd gün sonra Ağsu şəhərində yaşayan tanışı Səftər Zamanov ona müraciət edib, qızı X137 tibb məktəbinə qəbul etdirməyə köməklik etməyi ondan xahiş etmişdir. O da hələ ki, İsa müəllimdən şübhələnmədiynə görə bu məsələ ilə əlaqədar yenidən ona müraciət etmişdir. İsa müəllim həmin işə görə 5.000 (beş min) manat pul istəmişdir. Səftərə zəng edib bu barədə demiş, Səftər də həmin məbləğdə pulu göturüb Bakıya gələrək evində pulu və sənədləri ona vermiş, o da elə həmin günü pulu «20 yanvar» metrosunun yanındakı iş otağında İsa müəllimə vermişdir. İsa müəllim bildirmişdir ki, Xalidə 2010-cu ildə orta məktəbi bitirdiyinə görə onu guya həmin ildə qəbul olunmuş kimi qeyd etdirəcək, nəticədə Xalidə birbaşa ikinci kursa gedəcəkdir. İsa müəllim onları elə arxayın etmişdir ki, Səftər gedib Mingəçevir şəhərində qızına ev kirayələmiş və iki aylıq kirayə haqqını qabaqcadan ödəmişdir. 15 sentyabrda uşaqların heç biri dərsə getməmişlər, çünki, qəbul olunmamışlar. İsa müəllim bildirmişdir ki, əlavə qəbulla qəbul olunanlar oktyabrın 01-də dərsə gedəcəklər. Lakin İsa müəllim bu dəfə də yalançı çıxmış, hər dəfə onlar maraqlananda onları arxayın salmışdır ki, narahat olmasınlar. Artıq noyabr ayında İsa müəllimin onları aldatdığını başa düşüb, verdikləri pulları və sənədləri geri tələb etməyə başlamışlar. 2011-ci ilin dekabr ayında İsa müəllim onların rəsmi qaydada şikayət etmək istədiklərini görüb, pulları Bəhruz Baxşıyev adlı bir nəfərə verdiyini bildirmiş və üç gün vaxt istəmişdir ki, ya Bəhruzu tapıb, pulu geri alacaq, ya da həmin pulu özü qaytaracaqdır. Üçdörd gündən sonra İsa demişdir ki, Bəhruzun cənub bölgəsindəki evlərinə getmiş, valdiyenləri və qohumları ilə söhbət aparmış, atası onun harada olduğunu bilmədiyini demişdir. Bir neçə gündən sonra Azay müəllim onu «20 yanvar» metrosunun yanında alçaqboylu, iyirmi-iyirmi iki yaşlı bir oğlanla görüşdürmüş və demişdir ki, həmin şəxs Bəhruz müəllimdir. Bəhruz bildirmişdir ki, İsa müəllim ona Mübarizin işinə görə 7.500 (yeddi min beş yüz) ABŞ dolları, Xalidəyə görə isə 3.500 (üç min beş yüz) manat pul vermişdir, onların işlərini bir nəfər deputat və bir nəfər nazir müavini ilə həll edir. Həmin vaxtdan sonra Bəhruz onun zənglərə cavab verməmiş və aradan çıxmışdır. Məhkəmədə X109 X103, Təqsirləndirilən şəxs Cəlal oğlunun, X142, X186 təqsirləndirilmələrinə dair cinayət işi üzrə şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, dostu, həm də oğlunun kirvəsi Arif Feyzullayev 2011-ci ilin iyun ayında söhbət əsnasında qardaşı X23 və İncəsənət Universitetinə qəbul imtahanı verib, az bal topladığına görə qəbul olunmadığını bildirmiş, o da bu işdə ona köməklik etmək üçün tanışı Yusif Osmanlı ilə məsləhətləşəcəyini bildirmişdir. Yusiflə məsləhət etmiş və onun vasitəsi ilə Mübarizi həmin universitetə qəbul etdirmək üçün Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat pul vermişlər. İsa müəllimlə «20 yanvar» metrosunun yaxınlığında çayxanada görüşmüşlər. İsa müəllim Mübarizin əvvəlcə 15 sentyabr tarixində, sonrakı görüşlərdə isə onun müxtəlif tarixlərdə dərsə gedəcəyini bildirmiş, hər dəfə yalançı çıxmışdır. 2011-ci ilin dekabr ayında İsa müəllim Mübarizin işi ilə əlaqədar pulları Bəhruz adlı bir nəfərə verdiyini bildirmişdir. Sonradan eşitmişdir ki, Mübarizin nə işi həll olunmuş, nə də verilən pullar geri qaytarılmışdır. Məhkəmədə şahid X193 ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Bəhruz Baxşıyev onun qardaşıdır. Təxminən 2011-ci ilin axırlarında sonradan tanıdığı Xanalı Baxşıyev adlı bir nəfər atası Qiyas Baxşıyevin evinə gəlib bildirmişdir ki, Bəhruz ondan 19.000 (on doqquz min) manat pul almışdır ki, guya oğlu Ramal Baxşıyevi türmədən qurtaracaqdır lakin, işi düzəltməmiş, pulu da qaytarmamış, özü də qaçıb gizlənir. O, əmisi Fayaz Baxşıyev, ailə üzvləri və qohumları hamısı bu sözsöhbətlərdə iştirak etmişlər. X194mışlar ki, Bəhruz 1988-ci il təvəllüdlü bir uşaqdır, heç bir yerdə işləmir, hələ oxuduğu məktəbi də bitirməyib, onun nəyinə inanıb bu qədər pulu ona veriblər? Xanalı demişdir ki, Bəhruz onları inandırmışdır ki, guya kimlərinsə vasitəsilə bu işi görür. Bundan sonra Xanalı ilə qardaşı Mehdi Baxşıyev bir dəfə də onların evinə gəlmişlər. Onlar çətinliklə də olsa, Bəhruzla telefonla əlaqə saxlayıb öyrənmişlər ki, həqiqətən də o, Mehdi və Xanalıdan 19.000 (on doqquz min) manat pul almışdır. Buna görə də, belə razılığa gəlmişlər ki, Mehdigilin pulunu hissə-hissə ödəsinlər. Bir neçə dəfəyə Xanalıya cəmi 7.800 (yeddi min səkkiz yüz) manat pul ödəmişlər. Xanali onlara gəlməmişdən bir xeyli əvvəl isə Təqsirləndirilən şəxs və onun yanında başqa adlarını bilmədiyi üç nəfər onların evinə, yəni atasıgilə gəlmişlər. İsa müəllim bildirmişdir ki, Bəhruz ondan 37.000 (otuz yeddi min) ABŞ dolları alıb ki, guya kimlərisə ali və orta-ixtisas məktəblərinə qoyacaqdır, lakin işlərini düzəltməyib, sonra da qaçıb aradan çıxmışdır. Bəhruz tutulmamışdan təxminən bir həftə, on gün qabaq kəndə gələndə ondan bu barədə soruşduqda, etiraf etmişdir ki, həqiqətən də Xanalı və Mehdidən 19.000 (on doqquz min) manat pul almış və həmin pulu öz borclarına vermiş, lakin kimə, nə qədər borclu olduğunu deməmişdir. Bəhruz İsa müəllimin əli ilə də xeyli adamdan pul aldığını etiraf etmiş və bildirmişdir ki, İlqar və Ceyhun adlı tanışları ona söz vermişlər ki, uşaqların qəbulu məsələsini həll edə bilərlər, o da İsa müəllimin vasitəsi ilə bir neçə valideyndən pul alıb onlara vermişdir. Bəhruzun deməsinə görə bu işlərə görə İlqarın ona 17.000 (on yeddi min) manat, Ceyhunun isə 10.000 (on min) manat pul borcu vardır, İsa müəllimdən və başqalarından aldığı pulların üstündən az bir miqdarda özü üçün xərclik götürüb, qalan hissəsini aparıb İlqarla Ceyhuna vermişdir ki, işləri düzəltsinlər, onlar da saxtakarlıq edərək ona saxta sənədlər veriblər ki, guya deyilən adamlar məktəbə qəbul olunublar, sonradan sənədlərin saxtalığı bilinəndə valideyn və yaxud pulu Bəhruza verən adamlar, xüsusən də İsa müəllim Bəhruzun üstünə düşüblər ki, pulu qaytarsın, o da məcbur olub Xanalı ilə Mehdini aldadaraq onlardan 19.000 (on doqquz min) manat pul almış və onu sıxışdıran adamların pullarını qaytarmışdır. Məhkəmədə şahid X263 ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2010-cu ilin yayında ailəsi ilə birlikdə Yevlax rayonunda olduğu zaman atası Təqsirləndirilən şəxs zəng edib Akif adlı bir nəfərin verəcəyi pulu və sənədləri ondan alıb gətirməyi tapşırmış, həqiqətən də əvvəllər tanımadığı Akif adlı şəxs zəng etmiş və onunla «Yarımpoçt» adlanan ərazidəki kafedə görüşmüşlər. Akif ona əvvəlcə 5.200 (beş min iki yüz) manat pul və Gözəl Kərimovanın adına olan şəxsiyyət vəsiqəsinin surətini, attestatını, fotoşəkillərini, ikinci dəfə isə əlavə olaraq 200 (iki yüz) manat pul vermiş, o da həmin pulu və sənədləri gətirib Bakı şəhərində atasına vermişdir. Gözəlin sənədlərinin və onun ali məktəbə qəbul etdirilməsi üçün alınan pulun atası tərəfindən Bəhruz Baxşıyevə verilməsini və Bəhruzun həmin məsələni həll etməyib işi uzatdığını biləndən sonra Bəhruzla görüşüb aldığı pulları qaytarmağı tələb etmiş, Bəhruz isə həmin işi İlqar Məmmədovun həll edəcəyini bildirdiyindən onlarla bir yerdə görüşmüşdür. İlqar müəllim əvvəlcə Akifin qızının işinin həlli ilə məşğul olmasını, pulun və sənədlərin ona verilməsini etiraf etsə də, sonradan bunu inkar etmiş, ona görə də, Bəhruzdan yenə də pulu qaytarmağı tələb edəndə, Bəhruz Gözəlin sənədlərini və pulunu İlqardan alıb Ceyhun adlı bir nəfərə verməsini və onun ali məktəbə düzəldilməsini Ceyhunun həll edəcəyini bildirmişdir. Ceyhunla görüşməyi tələb etdiyindən Bəhruz «Elmlər Akademiyası»nın qarşısında onu Ceyhunla görüşdürmüşdür. Söhbət zamanı məlum olmuşdur ki, Bəhruz bu vaxta qədər artıq Akifin qızının sənədlərini və pulunu ona vermişdir. O da məlum olmuşdur ki, Ceyhunun Bəhruza pul borcu var, Bəhruz həmin borcun əvəzində ona Akifin qızının qəbul olunması məsələsini həll etməyi tapşırmış, Ceyhun da işi həll edəcəyinə və Gözəlin iyirmi gündən sonra dərsə gedəcəyinə söz vermişdir. Aradan xeyli müddət keçmiş, lakin məsələ həll olunmadığından yenidən Ceyhunu tapıb ondan işin həllini və ya pulu qaytarmağı tələb etmiş, Ceyhun Gözəlin ali məktəbə qəbul etdirilməsini Şahin adlı şəxsin həll etməsini, pulu və sənədləri Şahinə verməsini bildirmiş, buna görə də, onun tələbi ilə Ceyhun «Neftçilər» metrosunun yanındakı parkın yaxınlığında onu Şahinlə görüşdürmüş, Şahinə vəziyyəti izah edərək işin həllini və ya pulun qaytarılmasını tələb etmişdir. Şahin aldığı pulları və sənədləri Eyvaz adlı bir nəfərə verməsini, Eyvazın bu işi həll edəcəyini bildirmişdir. Bundan təxminən iki ay sonra Akif zəng edib minnətdarlıq edərək pulunu və qızının sənədlərini almasını bildirmişdir. Bu barədə Şahinlə də danışmış və sonuncu pulu sənədlərlə birlikdə Akifə qaytardığını təsdiq etmişdir. Buna görə də, həmin vaxta qədər telefonla Eyvazla bir neçə dəfə danışdığından və Eyvaz Akifin qızının işini həll edəcəyinə söz verdiyindən, lakin Akif pulu və sənədlərini geri aldığını təsdiq etdiyinə görə daha Eyvazla maraqlanmamışdır. Aradan bir müddət keçəndən sonra Akif ona zəng edərək Şahinin onların evlərinə gəlib yalvar-yaxar etməsini, Eyvazın tezliklə evini satıb pulu qaytaracağına söz verməsini və buna görə də, onun xahişi ilə pulunu geri aldığını bildirməsini deyib, işin faktiki olaraq həll olunmadığını, pulunun qaytarılmadığını bildirmişdir. Beləliklə, bu günə kimi Akifin pulu və qızının sənədləri Eyvazda qalmışdır. Məhkəmədə şahid X195 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2012-ci ilin yayında uzun müddətdən bəri tanıdığı, hazırda Bakı şəhərində yaşayan və kommersiya fəaliyyəti ilə məşğul olan Şahin Fərhadov zəng edib bir nəfərin Azərbaycan X86 filialına qəbul etdirilməsi ilə əlaqədar ona müraciət edildiyini, bunun üçün həmin adamlardan ali məktəbə qəbul olunmaq istəyən şəxsin sənədlərini və pulunun alındığını, amma məsələnin həll olunmadığını bildirib həmin sənədləri və pulu ona göndərəcəyini, həmin şəxsin AMİ-nin Gəncə filialına qəbul olunmasına kömək etməyi xahiş etmişdir. Şahinin xahişinə razılıq verəndən sonra sonuncu avtobusla ona, Gözəl Kərimova adlı bir nəfərin orta təhsil haqqında attestatını və 5.000 (beş min) manat pul göndərmişdir. Test imtahanlarından keçməmiş abituriyentlərin yenidən ali məktəbə qəbul olunmaları üçün respublikadan kənarda olan ali məktəblərin birinə qəbul olunandan sonra köçürmə yolu ilə azərbaycandakı ali məktəblərə qəbul olunmasının mümkünlüyünü bildiyinə görə Gözəlin Gürcüstanda ali məktəbə qəbul olunmasını həll etmək üçün əvvəllər X338 İnstitutunda kitabxana müdiri işləmiş, 2012-ci ildə vəfat etmiş tanışı Nizami Səfərova müraciət etmiş, lakin ona pul verməmişdir. Bir müddətdən sonra Nizami bildirmişdir ki, Gözəlin Gürcüstanda ali məktəbə qəbul olunmasını həll edə bilməmişdir. Beləliklə, aradan təxminən iki aya yaxın vaxt keçmiş, aldığı pulu özünün ehtiyaclarına sərf etmiş, iki aydan sonra Şahin zəng edib Gözəlin atası Akif Kərimovun ondan uşağının qəbuluna görə verdiyi pulları geri istədiyini bildirmişdir. Onun dəvəti ilə X423 şəhərinə gətirmiş və üçlükdə görüşmüşlər. Akifə onun qızının X133 qəbul olunması üçün çalışdığını, Gürcüstanda ali məktəbə qəbul etdirib sonradan köçürmək istədiyini, lakin bunların alınmadığını bildirmiş, Akif də qızını ərə verdiyini və daha oxutmaq istəmədiyini, pulunu qaytarmağı tələb etmişdir. Qızının ali məktəbə qəbul məsələsinin həlli üçün Şahinin ona səndlər və 5.000 (beş min) manat pul verməsini, keçən müddət ərzində pulu saxlaya bilməyib xərclədiyini etiraf etmiş, hazırda pulu nağd olaraq qaytara bilmədiyini deyib, pulun əvəzində evini ona verməyi, ev satılandan sonra Akifin öz pulunu götürüb qalan pulu ona verməsini və ya özünün evini satıb onun pulunu qaytarması üçün gözləməsini təklif etmişdir. Akif onun evinin satılmasına qədər gözləyəcəyinə razılıq vermiş, amma həmin vaxtdan bəri evini sata bilmədiyindən onun pulunu qaytara bilməmişdir. Məhkəmədə şahidlər X302 və X196 ibtidai araşdırma orqanına verdikləri ifadələri elan olunmuşdur. Onlar həmin ifadələrində zərərçəkmiş şəxs Şamxal Musayevin məhkəməyə verdiyi ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid X228 ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, 2012-ci ilin aprel ayında iş axtarmaq üçün Bakı şəhərinə gəlmiş, qohumu Vüqar Hacıyevin vasitəsilə İlqar Məmmədovla tanış olmuşdur. Söhbət zamanı Vüqar İlqardan iş yeri bilib-bilmədiyi ilə maraqlanmış, İlqar ona, özünün «Mersedes- Bens» markalı «AZ-**-VQ-***» dövlət nömrə nişanlı avtomaşınında sürücülük etməyi təklif etmiş və həmin vaxtdan İlqarın yoldaşı Sevinc xanımı işlədiyi məktəbə, qayınanası Bahirə xanımı isə iş yerinə aparıb gətirmişdir. 30 iyun 2012-ci il tarixdə, saat 20 radələrində İlqar telefonda kiminləsə danışıb maşını «Qələbə» meydanı istiqamətinə sürməyi tapşırmış, həmin yerdə maşından düşüb yolun kənarındakı kafenin qarşısında qoyulmuş, üç-dörd nəfərin əyləşdiyi stolların birinə yaxınlaşmış, bu zaman kafenin həyətində səs-küy qalxmış və adamların kafenin arxasına tərəf qaçdığını görmüşdür. Nə baş verdiyini öyrənmək üçün oraya gələndə İlqarın yerə yıxıldığını və baş nahiyəsindən qan axdığını görüb ona tərəf qaçmış, bu vaxt İlqardan bir-iki metr aralıda olan, sonradan adının Lütvi Əliyev olduğunu bildiyi şəxsin əlində iri heyvan sümüyü tutaraq İlqara həmlə etmək istədiyini, ətrafdakı adamların Lütvini saxlayaraq onu, kənara dartdıqlarını görmüşdür. İlqarı yerdən qaldırarkən arxadan sol çiyin nahiyəsinə zərbə dəydiyini hiss edib geri çevrilmiş, və Lütvinin əlində tutduğu sümüklə onu vurduğunu görmüşdür. Lütvi ikinci dəfə sümüyü qaldırıb baş nahiyəsinə zərbə endirmək istəyərkən İlqarı buraxıb əlləri ilə başına zərbə endirməsinə imkan verməmiş, nəticədə Lütvinin endirdiyi zərbələr hər iki əlinin barmaqlarına dəymişdir. Buna baxmayaraq, Lütvidən əlində saxladığı sümüyü alıb onu itələmiş və Lütvi büdrəyərək üzüstə yerə yıxılmışdır. Bu vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Post Patrul Xidmətinin ikiüç əməkdaşı hadisə yerinə gəlib, onların hər üçünü 29-cu polis bölməsinə aparmışlar. Bölmədə aldığı xəsarətlərlə bağlı Lütvi barəsində ərizə yazıb izahat vermiş, polis bölməsindən məhkəmə-tibbi ekspertizasına göndərilmişlər. Aldığı xəsarətlərə görə təxminən on beş gün işə çıxmamış, sonradan İlqardan dava-dalaşın səbəbini soruşanda İlqar Lütvinin masa arxasında onu söydüyünə görə aralarında mübahisə baş verdiyini bildirmişdir. Məhkəmədə şahid X148 ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində şahid Elnur Kərimovun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid X74 ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində zərərçəkmiş şəxs Lütvi Əliyev və şahid İsaməddin Daşdəmirovun məhkəməyə verdikləri ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar da araşdırılmışdır. Cinayət işinin materiallarında olan «təqdim olunan sənədlərin götürülməsi və sənədlərə baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Xanalı və Mehdi Baxşıyevlərin təqdim etdiyi bağlamada aşağıdakı sənədlər aşkar olunmuşdur:- «İzahatlı məktub» adlandırılmış damalı dəftər vərəqində yazılan bir vərəqədən ibarət yazı; X110 məxsus ümumi orta təhsil haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, səkkiz ədəd rəngli fotoşəkil; X27 məxsus əsas təhsil haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, 2011/2012-ci il üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 28 avqust 2011-ci il tarixdə keçirilmiş test imtahan nəticələri haqqında məlumat, dörd ədəd fotoşəkil; X149 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin, «abituriyentin elektron ərizəsi»nin surəti, 05 iyul 2009-cu ildə keçirilmiş test imtahanının nəticələri haqqında məlumat vərəqəsi, dörd ədəd rəngli fotoşəkil; X96 orta təhsil haqqında attestatının surəti; X111 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, dörd ədəd fotoşəkil; X264 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, abituriyentin imtahana buraxılış vərəqəsi və altı ədəd fotoşəkil; X150 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, abituriyentin imtahan nəticələri haqqında məlumat vərəqəsi, səkkiz ədəd fotoşəkil; X112 orta təhsil haqqında attestatının surəti; X28 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, dörd ədəd fotoşəkil; X151 məxsus ümumi orta təhsil haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti, abituriyentin imtahan nəticələri haqqında məlumat vərəqəsi, iki ədəd fotoşəkil; X75 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, səkkiz ədəd fotoşəkil; X29 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, dörd ədəd fotoşəkil; X76 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin surəti, dörd ədəd fotoşəkil; X30 məxsus orta təhsil haqqında attestatın surəti, iki ədəd fotoşəkil; X197 məxsus şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirməsi barədə diplomun kserosurəti; X229 məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirməsi barədə diplomun notariat qaydada təsdiq olunmuş surəti, 2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində vakant olan yerlərə müəllimlərin işə qəbulu üçün müsabiqədə iştiraka dair elektron ərizə formasının, tərcümeyi-halın, müqavilənamə adlandırılmış sənədin surətləri; X152 məxsus şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının surəti; X31 qiymət kitabçasının surəti; X198 məxsus şəxsiyyət vəsiqəsi, qiymət kitabçasının surəti, dörd ədəd fotoşəkil; X199 məxsus şəxsiyyət vəsiqəsi, tam orta təhsil haqqında attestatın surəti; X303 tərəfindən X153 avtomaşın idarə etmək üçün verilmiş etibarnamə; X113 tərəfindən X153 avtomaşın idarə etmək üçün verilmiş etibarnamə; «Bank of Baku» ACS «Neftçilər» filialı ilə X303 arasında avtomobil krediti, girov-ipoteka barədə müqavilə; «Kia-Sorento» markalı avtomaşının Vahid Qayıbov tərəfindən sığorta edilməsinə dair şəhadətnamə, onun tərəfindən kreditin ödənilməsinə dair məlumat; X153 məxsus bir ədəd qara cildli, vərəqləri cildindən ayrılmış, 1-ci vərəqəsində «ABU-Beynəlxalq» sözləri ilə başlanan, cəmi on dörd vərəqəsində yazılar olan bloknot; X16 şəxsiyyət vəsiqəsinin surəti; X32 şəxsiyyət vəsiqəsinin surəti; X33 şəxsiyyət vəsiqəsinin surəti; X34 şəxsiyyət vəsiqəsinin surəti, X200 şəxsiyyət vəsiqəsinin surəti; X230 şəxsiyyət vəsiqəsinin surəti; on beş və üç nəfərin siyahısı, habelə qarşılarında müxtəlif məbləğlər göstərilən əllə yazılmış siyahı, (siyahıdakı şəxslərin adları hazırki protokolda adları qeyd olunan şəxslərin adlarıdır); X265 məxsus tələbə bileti, qeyd vərəqəsi, müqavilənin surəti; X46 məxsus tələbə bileti, arayış, müqavilənin surəti; X77 2007-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinə təhsil haqqı ödəməsi barədə kassa-mədaxil orderi qəbzlərinin surəti, ABU ilə atası X47 arasında bağlanmış müqavilə; X114 məxsus tələbə biletinin surəti, ABU ilə atası X266 arasında bağlanmış müqavilə, 2008-2010-cu illərdə təhsil haqqı ödəməsi barədə kassa-mədaxil orderi qəbzlərinin surəti; X267 məxsus şəxsiyyət vəsiqəsinin, 2005-ci ildə əyani, 2008-ci ildə isə ABU-nun qiyabi şöbəsinin tələbəsi olması barədə tələbə biletinin, 2006-2010-cu illərdə təhsil haqqı ödəməsinə dair qəbzlərin, ABU ilə atası X231 arasında bağlanmış müqavilənin surəti; X33 2008-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinə təhsil haqqı ödəməsi barədə qəbzlərin surəti, ABU ilə atası X115 oğlu arasında bağlanmış müqavilənin surəti; X48 şəxsi məlumat vərəqəsi-«CV» cinayət işinə əlavə olunması üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Cəlal oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlaəvə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 1 (101)-93/2014 saylı hökmündən məlum olur ki, həmin hökmlə X220 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətə, X261 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə, X304 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası şöbəsinin rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş X112 adına olan arayışın blankı və üzərindəki möhür əksi hər hansı bir eyni növ sənəddən skaner qurğusu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası şöbəsinin rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş X112 adına olan tələbə biletinin və həmin institutun arayışının blankları redaktor kompüter proqram təminatından istifadə etməklə tərtib olunaraq, axınlı printer vasitəsilə çap olunmuşdur. Həmin sənədlərin üzərindəki möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş, əlyazmalar və imzalar hər hansı bir texniki vasiətinin köməyi ilə deyil birbaşa icra edilmiş, hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə və s.) müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası, «xətt və imzaların tədqiqi» rəyindən məlum olur ki, 1) tədqiq olunan yazılar və imza, ekspertizaya təqdim olunmuş dama-dama dəftər vərəqi üzərində «izahatlı məktub...» sözləri ilə başlayıb «...Sonrada isə yenədə mtn köməyi lə» sözləri ilə bitən yazılar, arxa tərəfində «X364 xəstə olmasını...» sözləri ilə başlayıb «Baxşiyev Bəhruz...» sözləri ilə bitən yazılar və «Baxşiyev Bəhruz» yazılarının qarşısındakı imza, üz qabığı qara rəngli olan qeyd kitabçasının 1-14-cü vərəqələrinin hər iki üzündə olan yazılar (üzərləri qaralanmış yazılardan başqa)- X232 tərəfindən icra olunmuşdur; 2) tədqiq olunan yazılar, ekspertizaya təqdim olunmuş X17 adına olan 12 oktyabr 2011-ci il tarixli 353 nömrəli arayışın kserosurətində əks olunmuş yazılar, X154 adına olan 01 sentyabr 2010-cu il tarixli 5843/M nömrəli tələbə biletinin əlyazma mətni, X18 adına olan 01 sentyabr 2008-ci il tarixli 458 nömrəli tələbə biletinin əlyazma mətni- X261 tərəfindən icra olunmuşdur; 3) tədqiq olunan imzalar, ekspertizaya təqdim olunmuş X233 adına olan 06 avqust 2011-ci il tarixli T48 nömrəli əmrdən çıxarışın, qiymət kitabçasından çıxarışın, 09 avqust 2010-cu il tarixli 135 nömrəli əmrdən çıxarışın kserosurətlərində «Sultanova B.Z» yazıları qarşısında əks olunmuş imzalar- eyni şəxs tərəfindən icra olunmuşdur; 4) tədqiq olunan yazılar, ekspertizaya təqdim olunmuş X184 adına olan 07 oktyabr 2009-cu il tarixli 347 nömrəli tələbə biletinin əlyazma mətni və «Rektor» qrafasındakı imza, X62 adına olan 08 iyul 2008-ci il tarixli 0426 nömrəli tələbə biletinin əlyazma mətni və «Rektor» qrafasındakı imza, X184 adına olan 30 sentyabr 2010-cu il tarixli 0357 nömrəli arayışın əlyazma mətni və «Direktor» qrafasındakı imza, X18 adına olan 23 oktyabr 2009-cu il tarixli 129 nömrəli arayışın əlyazma mətni və «Sultanova B.Z» yazaları qarşısındakı imza, X154 adına olan16 sentyabr 2010-cu il tarixli 568 nömrəli arayışın əlyazma mətni və «Fakultə dekanı», «Katib» qrafalarındakı imzalar, 06 avqust 2011ci il tarixli T48 nömrəli əmrdən çıxarışın, qiymət kitabçasından çıxarışın, 08 iyul 2010-cu il tarixli 137 nömrəli əmrdən çıxarışın, 09 avqust 2010-cu il tarixli 135 nömrəli əmrdən çıxarışın kserosurətlərində «Sultanova B.Z» yazıları qarşısında əks olunmuş imzalar- X232 tərəfindən yox, X261 tərəfindən yox, Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən yox, X268 tərəfindən yox başqa şəxslər tərəfindən icra olunmuşdur; 5) ekspertizaya təqdim olunmuş üz qabığı qara rəngdə olan qeyd kitabçasının 1-14-cü vərəqələrinin hər iki üzündə üzərləri qaralanmış yazılar- tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 97.4.2-ci və «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddələrinə əsasən bildirilir ki, həmin yazıların X232 və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin məhkəmə-xətşünaslıq ekspertizası, «sənəd rekvizitlərinin tədqiqi» rəyindən məlum olur ki, 1) təqdim olunmuş blaknotun qaralanmış mətninin ilkin məzmunu aşağıdakılardan ibarətdir: 1-ci vərəqində «1) Baxşiyev Əfqan -Tarix qiyabi Mustafayeva ...... <İbtidai Təhsil İİ k 2700 $ <Təhsil .... X95 Qurbanov – Nizami – Cümşüd- Tarix << qiyabi İİİ k 4000 $; 2-ci vərəqində «Kopova Gülzar 245 N m 4 m 120 m ...... 300 manat Elçin Süleymanov - .... 302 m 320 ...»; 3-cü vərəqində «fftisar MW Xəzə… - 400 m X179 Ramal İİİ kurs vergi ….. m. 250.m; 5-ci vərəqində « ....... 4000 ... .... 600 $ ... 600 $ Asif .800 Asif 300 m 30 AF ... 300 Təhsil haqqı verdi Etibar Ami 5500 m Azad Kürdəmir .... ........ 6000 m Məmməd Hüseyn müəlim APİ ... imtahan 3000 m 13 avqust Əzizov Emin səməd oğlu 2200 m verdi < qaldı 800 m ... Hüquq ... »; 7-ci vərəqində Xa.layev Əvəz Əziz oğlu 1000 m Maliyyə k... Fəzail Qusar ... verilib 1200 ... .... 2400/cəm 2600 X259 1950 m»; 8-ci vərəqində «Babayeva .... Ağaqulu Əlibayramlı ... 30 iyul 2000/... ... Nail Arif oğlu 13 avqust 2009 22 noyabr»; 9-cu vərəqində «Hüsynağa 100 m Vahid m verdi 4000 m qaldı 1000 m oktyabr 3 Fərənməz verdi 6 m oktyabr 8 Nərimanov RPS Zamin verdi 1900 m Fövqalada hallar ... ... ... ...»; 13-cü vərəqində «Quliyeva ... ... .... Gəncə ..... ......... ....... ........... X234 ... ..... ....»; 15-ci vərəqində «.... Gülarə Şahi qızı 2 .10- BDU filologiya 14 mm»; 17-ci vərəqində «Həsənova ... Nəsrulla qızı Zagatala (Şəki) İbt. Təh 2010 5.000 m ve...) Məhərrəmova ......Saleh qızı 200. Gəncə İbtidai .. 3500 $ verdi»; 21-ci vərəqində «.00 E...ge.. Hərmin Elşad .algun ...1..ma.. .....»; 22-ci vərəqində «əh.... S...ə S...» sözlər vardır. (nöqtə işarəsi oxunmayan hərfləri göstərir. 2) X17 X310 və Texnologiya Tərtər şöbəsinin əmək təlimi ixtisası üzrə 2-ci kurs qiyabi şöbəsində oxuması barədə 12 oktyabr 2011-ci il tarixli 353 N-li arayışın blankı, əlyazma mətni və imza hər hansı sənəddən köçürülərək axınlı çap qurğusu (rəngli çoxaldıcı qurğu, axınlı printer və s.) vasitəsilə hazırlanmışdırlar. 3) X155 X60 tələbəsi olması barədə 01 sentyabr 2010-cu il tarixli 5843/ N-li tələbə biletinin, Azərbaycan X86 filialında oxuması barədə 16 sentyabr 2010-cu il tarixli 568 N-li arayışın, X184 Azərbaycan X86 filialında filologiya ixtisası üzrə 2-ci kursun qiyabi şöbəsində oxumasına dair 30 sentyabr 2010-cu il tarixli 0357 N-li arayışın, X62 Azərbaycan X87 filialının filologiya fakultəsinin tələbəsi olması barədə 08 sentyabr 2008-ci ildə verilməsini göstərən 0426 N-li tələbə biletinin, X18 Azərbaycan X87 filialının riyaziyyat-informatika fakultəsinin qiyabi şöbəsinin tələbəsi olması barədə 01 sentyabr 2008-cu ildə verilməsi göstərilən 458 N-li tələbə biletinin və X184 Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi olması barədə 07 oktyabr 2009-cu il tarixli 347 N-li tələbə biletinin blankı axınlı çap qurğusu (rəngli çoxaldıcı qurğu, axınlı printer və s.) vasitəsilə hazırlanmışdırlar. 4) Həmin sənədlərdə olan əlyazma mətni və imzalar birbaşa qələmlər vasitəsilə icra olunmuşdurlar. 5) X17 X310 və Texnologiya Tərtər şöbəsinin əmək təlimi ixtisası üzrə 2-ci kurs qiyabi şöbəsində oxuması barədə 12 oktyabr 2011-ci il tarixli 353 N-li arayışda, Lalə Ağaəliyevanın Azərbaycan X86 filialında oxuması barədə 16 sentyabr 2010-cu il tarixli 568 N-li arayışda, X184 Azərbaycan X86 filialında filologiya ixtisası üzrə 2-ci kursun qiyabi şöbəsində oxumasına dair 30 sentyabr 2010-cu il tarixli 0357 N-li arayışda, X62 Azərbaycan X87 filialının filologiya fakultəsinin tələbəsi olması barədə 08 sentyabr 2008-ci ildə verilməsini göstərən 0426 N-li tələbə biletində, X18 Azərbaycan X87 filialının riyaziyyat-informatika fakultəsinin qiyabi şöbəsinin tələbəsi olması barədə 01 sentyabr 2008-ci ildə verilməsi göstərilən 458 N-li tələbə biletində və X184 Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi olması barədə 07 oktyabr 2009-cu il tarixli 347 N-li tələbə biletində olan möhür əksləri hər hansı sənəddən köçürülərək axınlı çap qurğusu (rəngli çoxaldıcı qurğu, axınlı printer və s.) vasitəsilə əks olunmuşdurlar. 6) X155 X60 tələbəsi olması barədə 01 sentyabr 2010-cu il tarixli 5843/M N-li tələbə biletində olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. 7) X155 X60 metodika fakultəsinə qəbul olunması barədə 09 avqust 2010-cu il tarixli 135 N-li əmrdən çıxarışın, həmin fakultənin 2-ci kursuna keçməsi barədə 08 iyul 2010-cu il tarixli 137 N-li əmrdən çıxarışın və başqa ali məktəbə köçürülməsi ilə əlaqədar 06 avqust 2011-ci il tarixli 48 N-li əmrdən çıxarışın kserosurətlərinin blankı, imza və möhür əksinin izi elektrofotoqrafik çap qurğusu (surətçıxaran qurğu s.) vasitəsilə hazırlanıb. Cinayət işinin materiallarında olan «sübutların qiymətləndirilməsi barədə» qərardan məlum olur ki, 1) X62 Azərbaycan X87 Filialının filologiya fakültəsinin tələbəsi olması barədə 08 sentyabr 2008-ci ildə verilməsi göstərilən 0426 saylı saxta tələbə bileti maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur; 2) X184 adına hazırlanmış Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi olması barədə 07 oktyabr 2009-cu il tarixli 347 saylı tələbə bileti, Azərbaycan X86 filialında filologiya ixtisası üzrə ikinci kursun qiyabi şöbəsində oxumasına dair 30 sentyabr 2010-cu il tarixli 0357 saylı arayış maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur; 3) X155 X60 tələbəsi olması barədə 01 sentyabr 2010-cu il tarixli 5843/M N-li tələbə bileti, həmin institutun metodika fakultəsinə qəbul olunması barədə 09 avqust 2010-cu il tarixli 135 saylı əmrdən çıxarış, həmin fakultənin ikinci kursuna keçməsi barədə 08 iyul 2010-cu il tarixli 137 saylı əmrdən çıxarış, qiymət kitabçasından çıxarış, başqa ali məktəbə köçürülməsi ilə əlaqədar 06 avqust 2011-ci il tarixli 48 saylı əmrdən çıxarış, Azərbaycan X86 filialının birinci kurs tələbəsi olması barədə 16 sentyabr 2010-cu il tarixli 568 saylı arayış maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur; 4) X17 X310 və X89 şöbəsinin əmək təlimi ixtisası üzrə 2-ci kurs qiyabi şöbəsində oxuması barədə hazırlanmış 353 saylı 12 oktyabr 2011-ci il tarixli arayış maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur; 5) X112 Rusiya Federasiyası X60 riyaziyyat-informatika fakultəsinin qiyabi şöbəsinin tələbəsi olması barədə 1628/M.İ saylı tələbə bileti və həmin institutun göstərilən fakültəsinin birinci kurs tələbəsi olması barədə 20 sentyabr 2009-cu il tarixli 195 saylı arayış maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur; 6) «İzahatlı məktub» adlandırılmış damalı dəftər vərəqində yazılan bir vərəqədən ibarət yazı; X110 məxsus ümumi orta təhsil haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, rəngli fotoşəkil; X27 məxsus əsas təhsil haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surəti, 2011/2012-ci il üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 28 avqust 2011-ci il tarixdə keçirilmiş test imtahan nəticələri haqqında məlumat, fotoşəkil; X149 məxsus orta təhsil haqqında attestatın, şəxsiyyət vəsiqəsinin, «abituriyentin elektron ərizəsi»nin surəti, 05 iyul 2009-cu ildə keçirilmiş test imtahanının nəticələri haqqında məlumat vərəqəsi, rəngli fotoşəkil; X111 məxsus 503775 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 05893891 saylı şəxsiyyət vəsiqəsinin surəti, rəngli fotoşəkil; X264 məxsus 630662 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 07208376 saylı şəxsiyyət vəsiqəsinin surəti, abituriyentin imtahana buraxılış vərəqəsi və rəngli fotoşəkil; X150 məxsus 704094 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 07293277 saylı şəxsiyyət vəsiqəsinin surəti, abituriyentin imtahan nəticələri haqqında məlumat vərəqəsi, rəngli fotoşəkil; X112 618290 saylı orta təhsil haqqında attestatının surəti; X28 məxsus 542631 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 07011741 saylı şəxsiyyət vəsiqəsinin surəti, rəngli fotoşəkil; X29 məxsus 427761 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 05207076 saylı şəxsiyyət vəsiqəsinin surəti, rəngli fotoşəkil; X76 məxsus 200823 saylı orta təhsil haqqında attestatın, AZE seriyalı 03524562 saylı şəxsiyyət vəsiqəsinin surəti, rəngli fotoşəkil; X30 məxsus 532868 saylı orta təhsil haqqında attestatın surəti, rəngli fotoşəkil; X197 məxsus AZE seriyalı 07483290 saylı şəxsiyyət vəsiqəsinin, ******* saylı əmək kitabçasının, AO seriyalı ******* saylı hərbi biletin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirməsi barədə 058997 saylı diplomun kserosurəti; X229 məxsus AZE seriyalı 08318081 saylı şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 13 oktyabr 2010-cu ildə 0134 qeydiyyat nömrəsi ilə verilmiş 178122 saylı diplomun notariat qaydada təsdiq olunmuş surəti, 2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində vakant olan yerlərə müəllimlərin işə qəbulu üçün müsabiqədə iştiraka dair elektron ərizə formasının, 04 noyabr 2010-cu ildə tərtib olunmuş tərcümeyi-halın, müqavilənamə adlandırılmış sənədin kserosurətləri; X152 məxsus AZE seriyalı 02757900 saylı şəxsiyyət vəsiqəsinin, 27 dekabr 1973-cü ildə doldurulmuş əmək kitabçası; X153 məxsus bir ədəd qara cildli, vərəqləri cildindən ayrılmış, 1-ci vərəqəsində «ABU-Beynəlxalq» sözləri ilə başlanan, cəmi on dörd vərəqəsində yazılar olan bloknot; on beş və üç nəfərin siyahısı, qarşılarında müxtəlif məbləğlər göstərilən əllə yazılmış siyahı; X77 2007-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinə təhsil haqqı ödəməsi barədə kassa-mədaxil orderi qəbzləri, ABU ilə atası X47 arasında 10 oktyabr 2006-cı il tarixdə bağlanmış müqavilə; X78 ABU-nun dövlət bələdiyyəsi fakültəsində oxumasına dair 2006-cı ildə verilmiş 06/69 saylı tələbə biletinin kserosurəti, ABU ilə atası X266 arasında bağlanmış 15 sentyabr 2006-cı ildə bağlanmış müqavilənin əsli, 2008-2010-cu illərdə təhsil haqqı ödəməsi barədə kassa-mədaxil orderi qəbzləri; X267 məxsus AZE serniyalı 01313723 saylı şəxsiyyət vəsiqəsinin surəti, 2005-ci ildə əyani, 2008-ci ildə isə ABU-nun qiyabi şöbəsinin tələbəsi olması barədə 05/147 saylı tələbə biletinin kserosurətləri, 2006-2010-cu illərdə təhsil haqqı ödəməsinə dair qəbzlər, ABU ilə atası X231 arasında bağlanmış 21 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilənin kserosurəti maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin sənədlərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2014 nömrəli 17 noyabr 2014-cü il tarixli hökmü ilə cinayət işinin materiallarında saxlanılmasının qərara alınması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər X226, X269, X116, X117, X270, X49, X305, X346, X306 və X225 məhkəməyə ərizə təqdim edərək onlara dəymiş maddi ziyanın tam ödənilməsini, buna görə də, təqsirləndirilən şəxslərə qarşı heç bir iddia və ya tələblərinin olmamasını, onlardan şikayətçi olmadıqlarını bildirmişlər. Cinayət işinin materiallarından məlum olur ki, Həmin cinayət işi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 fevral 2012-ci il tarixdə başlanmış və istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs 16 avqust 2012-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 18 avqust 2012-ci il tarixdə-Təqsirləndirilən şəxs Cəlal oğlu CM-in 178.3.2 və 320.1-ci maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 29 noyabr 2012-ci il tarixdə- Nərimanov rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Cəlal oğlu barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 5 iyun 2013-cü il tarixdə-Təqsirləndirilən şəxs Cəlal oğluna CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, 18 iyul 2013-cü il tarixdə - iş üzrə ittiham aktı Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 11 noyabr 2014-cü il tarixdə - Təqsirləndirilən şəxs Cəlal oğlunun barəsində məhkəmətibbi ekspertizasının 29 oktyabr 2014-cü il tarixli rəyi ilə Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti ilə əlaqədar onda «ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası İİ funksional sinif; hiporteniya xəstəliyi İİ mərhələ» diaqnozu müəyyən edildiyindən, bu xəstəlik ağır xəstəlik qrupuna aid olub, ürək parenximasının zədələnməsi və funksiyasının pozulması ilə ifadə olunduğundan və sağlamlıq vəziyyətinin daha da ağır nəticələrə səbəb olması baxımından həmin xəstəliklə onun məhkəmə iclaslarında iştirak etməsi məqsədə müvafiq hesab edilmədiyindən, Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmədə iştirakı qeyri-müəyyən vaxtadək mümkünsüz olduğundan təqsirləndirilən şəxslər Bəhruz Baxşıyev, İlqar Məmmədov, Rəşad Həsənov barələrində cinayət işinin icraatının ayrılması və Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın Cinayət- Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılması barədə qərar qəbul edilmişdir 17 iyun 2021-ci il tarixdə cinayət işinin icraatın dayandırılmasına əsas verən səbəb aradan qalxdığından cinayət təqibi üzrə icraat təzələnmişdir. Cinayət işi üzrə maddi ziyan 198.490 manatdan 50.050 manatı təqsirləndirilən şəxslər Bəhruz Baxşiyev, İlqar Məmmədov və Təqsirləndirilən şəxs tərəfindən öədnilmiş, 148.440 manatı ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 , 320.1, 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirlərini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxsin özlünü təqsirli bilməməsi barədə dedikləri işin faktiki hallarına uyğun deyil və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə hesab edir ki, onun bu cür ifadə verməsi özünümüdafiə xarakteri daşıyır. İşin hallarından göründüyü kimi, cinayət işi məhkəməyə göndərilən zaman istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə düzgün ittiham elan edilmişdir. Lakin Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası CM-nin 177ci maddəsinin “Qeyd” hissəsində edilmiş dəyişikliyə əsasən, bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxslər Mehman Cəfərov, Həsənağa Babayev, Vidadi Əzizov, Arif Feyzullayevin hər birinə vurduğu ziyanın məbləği ayrı-ayrılıqda müvafiq olaraq, 7000, 15500, 8000, 8000 manat təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın məbləği ayrı-ayrılıqda 7000, 15500, 8000, 8000 manat təşkil etdiyindən və cinayət qanununda edilmiş qeyd olunan dəyişiklik 1 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə mindiyindən, ona elan edilmiş ittihamın mətnində vurulmuş ziyanın miqdarına münasibətdə “külli” sözü “xeyli” sözü ilə əvəz edilməli, əməli isə CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Eyni zamanda, digər zərərçəkmiş şəxslər, Naib Xudiyevdən ayrı-ayrı vaxtlarda 2960 manat, 1200 manat, 1000 manat, 1000 manat, 1000 manat, 2600 manat, Aygül Məhərrəmovadan 4000 manat, Nəsif Zeynalovdan 1600 manat, Şamxal Musayevdən 2500 manat, İlham Həsənovdan 1000 manat, Elburus Əkbərovdan 4000 manat, Mayıl Musayevdən 4000 manat, Fikrət Məmmədovdan 4000 manat, Sidiqə Novruzbəyovadan 2000 manat, Fəxrəddin Hacıyevdən 4000 manat ələ keçirilməsi epizodları üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın məbləği ayrı-ayrılıqda Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Qanunu ilə xeyli miqdar təşkil etmədiyindən həmin epizodlar üzrə ittihamın məzmunundan “xeyli” sözləri xaric edilməlidir. Məhkəmədə dövlət ittihamçısı çıxış edərək yuxarıda sadalanan halları nəzərə alınmasını təklif etmişdir. Cinayət-Prosessual Məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən, dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etmək hüququ vardır. CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-in 178.3.2-ci maddəsinə əsasən, az ağır cinayətlər kateqoriyasına aid olmaqla CM-in 15.3-cü maddəsinə əsasən ağır cinayətlər kateqosiyasına aid olan CM-in 178.3.2-ci maddəsindən daha yüngül məsuliyyət nəzərdə tutur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs törətdiyi və Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1, 75.1.1, 75.1.2-ci maddələrinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibini istisna edən haldır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar ilk dəfə məhkum olunması və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsidir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirənin tətbiq olunmasını zəruri hesab etmir. Belə ki, 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olubolmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə olunmuş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Qeyd edilən normanın tələblərinə görə əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlaka və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirə tətbiq oluna bilməz. Cinayət işi üzrə 310 (üç yüz on) manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2014 nömrəli 17 noyabr 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunan Bəhruz Baxşıyev və İlqar Məmmədovun hər birindən 155 (bir yüz əlli beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilməsinin qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər X235, X271, X324, X201, X307, X79, X202, X180, X203, X266 və X236 yuxarıda göstərilən hüquqları izah edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Elman 100 ( yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 345-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Barəsində xüsusi müsadirə tətbiq olunmasın. Cinayət işi üzrə 310 (üç yüz on) manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-93/2014 nömrəli 17 noyabr 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunan Bəhruz Baxşıyev və İlqar Məmmədovun hər birindən 155 (bir yüz əlli beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilməsinin qərara alınması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş zərərçəkmiş şəxslərə, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək qaydası izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş hökmün təsviri hissəsində göstərilən sənədlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-43/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-43/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver