Məhkəmə qərarları › İş №1(101)-430/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-430/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-430/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1 qızının, Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 4-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçildiyindən hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda küllü miqdarda, yəni təmiz çəkisi 5068 qr (5 kq 68 qr) olan narkotik vasitə heroin əldə edib daşıyaraq müxtəlif bükümlərdə yerləşdirib üzərində və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-78, 6 nömrəli evinin müxtəlif hissələrində gizlədərək saxlamışdır. 01 aprel 2020-ci il tarixdə saat 17:15 radələrində ünvan 1 ünvanın qarşısında Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən o, saxlanılaraq Bakı şəhəri, Nəsimi RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən üzərində saxlayaraq daşadığı kustar üsulla hazırlanmış həmin narkotik vasitənin külli miqdarda, yəni təmiz çəkisi 20,632 qram hissəsi bir ədəd bükümdə əynindəki gödəkcəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüş və həmin günü saat 21:45-dən 02 aprel 2020-ci il gecə saat 01:00 qədər olan müddət ərzində onun yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-78, 6 nömrəli evinə baxış keçirilərkən 5068 qr (5 kq 68 qr) olan narkotik vasitə heroinin qalan külli miqdarda hissəsi, yəni 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 12,368 qr (ayrı- ayrılıqda təmiz çəkisi 0,070 və 12,298 qr) kustar üsulla hazırlanmış narkotik vasitə heroin evin mətbəxdəki dolabın orta güzgülü rəfində olan qabın içərisində və qaz sobası olan masanın aşağı siyirməsindən, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 5035 qr ( ayrı- ayrılıqda təmiz çəkisi 1080 qr, 1830 qr və 2125 qr) hissəsi isə evin digər otağındakı paltar dolabının aşağı hissəsindəki torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, özü narkotik vasitələrdən istifadə edir. O, evdə olmayan vaxtda onun evinə polis əməkdaşları heroin qoyub sonra da tapıblar. Hansı polis əməkdaşı qoyduğunu bilmir. Onun Ceyhun adlı yaxın qonşusu vardır. O da polisə işləyir. Özü də narkotiklərin satışı ilə məşquldur.Ceyhun həmişə ona narkotik almağa kömək edib. Sonuncu dəfə də o, Kübinkaya gedib oradan Ceyhunun tanışından narkotik alarkən polis əməkdaşlrı onu tutub Nəsmi rayon polis idarəsinə aparıblar. Həmin vaxtda da o, narkotik ala bilməyib. O, narkotiki alarkən polislər onu tutmuş və onunun almaq istədiyi narkotik yerə, oradakı maşının altına düşmüşdür. Nə özü, nə də polis əməkdaşları nərkotik götürməyib, polis idarəsinə getmişlər. Orada da onun üzərəiənə baxış keçirmişlər, lakin heç nə tapmamışlar. O, orada olaprkən polis əməkdaşı, onun kim olduğunu xatırlamır, onun cibindən yaşadığı mənzilin açaorını götütürüb özündə saxlamışdır. Bundan sonra onun yaşadğı mənzilə getmişlər. Onun mənzilinə baxış keçirilərkən evin pəncərsindən bir torba götütb ona göstərdilər.O da onlara torbanın içərsində nə olmasından xəbər olmadığnı demişdir. Polis əmkdaşları da tobanın içərisini açanda o, torbanın içərisindəkini kolbasaya oxşadıb, onlara yəqin kənara çıxarıb qoyduğu kolbasa və ya evdəkilrin evdən gedərkən şkafa qoyduqları xına olduğunu demişdir, lakin sonradan polislər həmin tapılan malın heroin olduğunu dedilər. Bunlar hamısı polisin yalanıdır.Tapılan narkotik guya beş kiloqramdan çox narkotikdir. Evində beş kilo heroin olan adam özünün istifadəsi üçün yenidən narkotik almağa Kubinkya gelir. Bunlar hamısı yalandır. Onun Ceyhunla mübahisəsi olub. Ceyhun da onu hədəlmişdir ki, səni tutduracağam. Sonra da tutdurdu. Nə onun evindən, nə də üstündən narkotik maddə çıxmayıb. O, onu tutan polis əməkdaşlarını tanımamışdır. Onlarla şəxsi münasibətləri və ədavətləri olmamışdır. Ceyhunun polis əməkdaşlarına yalan məlumat verib tutdurmasını təsdiq edən heç bir sübutu yoxdur. O, özü Ceyhunun ona “səni tutduracağam” deməsindən sonra tutulduğuna görə hesab edir ki, Ceyhun polisə məlumat verib istədiyi adamları tutudurur. O, başqa şəxsləri də tutudurub, lakin həmin şəxslər barəsində onun məlumatı yoxdur. İttiham da göstərilənlər hamısı yalandır. O, narkotik istifadəçisi olsa da saxlanılanda onun üzərindən narkotik çıxmayıb. Narkotikdən istfadə etdiyinə görə peşmandır, lakin o, narkotik əldə etməyib və satmayıb. İstintaq zamanı özünün ilkin ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə onun ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi 03 aprel 2020-ci il tarixli ifadələri elan olunub araişdırıldı. Həmin ifadələrində o, göstərmişdir ki, narkotik vasitələr ona məxsus deyil, o, narkotik vasitələrdən istifadə edir. Buna görə də narkotik vasitə alır. Lakin özü narkotik vasitə satmaqla məşğul deyil. O, evindəki stolları satıb narkotik vasitə alrısa, o, necə 5 kg narkorik vasitə alıb onu sata bilər. Ceyhun onun qonşusudur. Narkotik vasitələrin satışı ilə məşğuldur. Ceyhun onu ərazidə narkotik satan şəxslə tanış etmişdir, həmin şəxs ona narkotik vasitə satmağa razılaşmışdır. O, razılaşmış həmin şəxsin telefon nömrəsinə zəng edib heroin almaq istədiyini demişdir. Həmin şəxs razılaşdı və 01 aprel 2020-ci il tarixdə saat 17:15 radələrində o, həmin şəxslə görüşmüş, həmin şəxs satacağı heroini ona şəxsən verməyib yaxınlıqda dayanmış avtomobili göstərib dedi ki, heroini avtomobilin altına qoyub, oradan götürə bilər. Bundan sonra həmin şəxs aralandı. O, avtomobilin altından heroini götürmək istəyərkən, buna macal tapmamış polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir. Polisdə üzərinə videokamera ilə şəxsi axtarış keçirilməmişdən əvvəl onu saxlayan polislərdən biri ona sözlə psixioloji təsir edib dedi ki, üzərinə narkotik vasitə götürməlidir, buna imza etməlidir əgər götürməsə pis olacaqdır. O da həmin polisin sözlərindən narahat olub üzərinə narkotik vasitə heroin götürməsinə razılıq vermişdir. Belə ki, polis əməkdaşının şəxsi axtarış keçirilməmişdən əvvəl ona verdiyi həmin bir ədəd göy rəngli polietilen bükümdə 20,632 qram çəkidə heroini polis əməkdaşından təhvil alıb əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibinə qoymuşdur ki, baxış zamanı özünə məxsus olan narkotik vastə heroin kimi cibindən çıxarıb polisə təqdim etsin. Polis idarəsində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Həmin şəxsi axtarış zamanı onu saxlayan polis əməkdaşları da iştirak etdilər. O, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı heroini cibindən çıxarıb polisə təqdim etmişdir ki, guya həmin narkotik vasitə heroin onun özünə məxsusdur, 300 manat məbləğində pula polis tərəfindən saxlanılmamışdan əvvəl almışdır. Şəxsi axtarış qurtardıqdan sonra polis əməkdaşları onun evinə də baxış keçirdilər. Evinə baxışdan əvvəl polis idarəsində evinin açarını ondan götürüb baxış keçirilməmişdən əvvəl evinin açarını yenidən ona qaytarıb dedilər ki, evin giriş qapısını özü açarla açar. O, evinin açarını polis əməkdaşlarından təhvil götürmüş və evin giriş qapısını həmin açarla açaraq onları evinə dəvət etmişdir. Polislərdən biri mətbəxdəki dolabın rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar etdi və həmin bükümü ona göstərib dedi ki, bu «kakos» a, yəni heroinə oxşayır. O, həmin bükümə baxıb bükümü tanımış və bildirmişdir ki, bükümün içərisindəki maddə onun özünə məxsusdur, lakin həmin maddə heroin deyil. Polislər həmin maddəni götürdülər. Sonradan ekspertizanın rəyindən, istintaq zamanı ona məlum olmuşdur ki, guya həmin bükümdəki maddə heroindir. O, həmin bükümdəki maddənin necə heroin çıxmasını bilmir. Daha sonra polislərdən biri mətbəxdəki qaz sobası olan masanın aşağı siyirməsindən də bir ədəd gümüşü rəngli kiçik parça torbada qəhvəyi rəngli, toz şəkilli maddə aşkar etdi. Polislər həmin maddəni də göstərib dedilər ki, bu da heroinə oxşayır. O, torbanı görüb tanıyaraq demişdir ki, bu evindir, özünə məxsusdur, içərisindəki heroin deyil, xınadır. Polislər tərəfindən həmin maddə də götürüldü. Lakin sonradan ekspertizanın rəyindən, istintaq zamanı ona məlum olmuşdur ki, guya həmin bükümdəki maddə də heroindir. O, həmin bükümdəki maddənin də necə narkotik vasitə heroin çıxmasını bilmir. Bunun ardınca polislər tərəfindən mənzilə baxış zamanı paltar dolabı olan otaqdakı paltar dolabının aşağı hissəsində olan bir ədəd göy rəngli torbadan 3 ədəd polietilen bükümlər və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olundu. O, həmin bükümlərin kolbasa olduğunu demişdir. O, elə zənn etmişdir ki, həmin bükümlərdəkilər kolbasadırlar. Polislər bükümlərdən birindəki kəsikdən içindəki toz şəkilli, qəhvəyi rəngdə olan maddəni ona göstərib dedilər ki, bu da heroindir. O, isə polislərə cavabında demişdir ki, bunlar narkotik vasitə deyil, kolbasadırlar. Sonradan ekspertizanın rəyindən, istintaq zamanı ona məlum olmuşdur ki, həmin üç ədəd bükümlərdəki maddələr ümumilikdə 5 kiloqramdan artıq miqlarda heroindir. Onun həmin heroinlərdən və tərəzidən xəbəri olmamış, ona məxsus deyildir. Güman edir ki, üzərinə baxış zamanı aşkar olunmuş evinin açarını baxış qurtarandan sonra polis əməkdaşları qonşusu Şahid5 vermişlər, Şahid5 da evinə baxış keçirilənə qədər 5 kiloqramdan artıq narkotik vasitə heroin və evindən aşkar olunmuş olunmuş bir ədəd elektron tərəzini qoymuşdur və açarı yenidən gətirib polislərə vermişdir. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirəndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında ədavətləri və münasibətləri yoxdur. Nəsimi Rayon Polis İdarəsinin NMB-nin rəisidir. 01 aprel 2020-ci il tarixdə Nəsimi RPİ-nə «Elman» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması ilə bağlı məlumat daxil olduqdan sonra «Elman» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq saxlanılması məqsədi ilə ondan, habelə bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı X2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olundu. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Elman» adlı şəxs 01 aprel 2020-ci il saat 17:15 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirildi. Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra raport tərtib olunub təhqiqat orqanına təhvil verildi. O, 01 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edildi və hüquqları, vəzifələri izah olundu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərində qadağan olunmuş maddənin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən özü bir ədəd göy rəngli polietilen bükümdə olan maddəni əli ilə çıxarıb qarşısındakı masanın üzərinə qoyaraq dedi ki, həmin bükümdə olan maddə özünə məxsus olan heroindir. Həmin büküm açıldıqda aşkar olundu ki, bükümün içərisində qəhvəyi rəngli, toz şəklində maddə var. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tam axtarıldıqda onun əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və açarlar aşkar olundu. Təqsirləndirilən şəxs açarların öz evinin açarları olduğunu dedi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş göy rəngli bükümdə olan maddənin nə vaxt əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs dedi ki, tutulmamışdan 10 dəqiqə əvvəl tanımadığı şəxsdən 300 manat pula alıb əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin heroin zərfə qoyularaq qablaşdırılıb möhürləndi, protokol tərtib edilib iştirakçılar onunla tanış olduqdan sonra onlar tərəfindən də imzalandı. Həmin protokol, narkotik vasitənin qablaşdırıldığı zərf Təqsirləndirilən şəxs tərəfindən də şəxsən imzalandı. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evinə yazılı icazəsi ilə keçirilmiş baxış zamanı da iştirak etmişdir. Həmin baxışda Təqsirləndirilən şəxs vəkili də iştirak edirdi. Mənzilə baxış zamanı mənzilin giriş qapısını Təqsirləndirilən şəxs özü şəxsən açıb onları mənzilinə dəvət etdi. Təqsirləndirilən şəxs iştirakı ilə mənzilin mətbəx kimi olan hissəsinə baxış keçirildikdə mənzilin həmin mətbəx kimi olan hissəsindəki dolabın yuxarı rəfindən sellofan torbanın içərisində çoxlu sayda istifadə olunmuş birdəfəlik şprislər aşkar olundu. Təqsirləndirilən şəxs həmin şprislərlə bağlı soruşulduqda Təqsirləndirilən şəxs bildirdi ki, həmin şprislərlə o, özünə iynə vururmuşdur. Mənzilin həmin mətbəx kimi olan hissəsinə baxış keçirilərkən dolabın orta güzgülü rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşulduqda o, bildirdi ki, dolabın orta güzgülü rəfindəki qabın içərisindən aşkar olunmuş bir ədəd ağ rəngli, kiçik polietilen bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddə «kakos», yəni narkotik vasitə heroin deyil, həmin maddəni ona «kakos», yəni narkotik vasitə heroin adı ilə aldadıb vermişlər. Təqsirləndirilən şəxs izah olundu ki, maddənin tərkibini ekspertiza müəyyən edir. Mənzilin həmin mətbəx kimi olan hissəsinə baxış keçirilərkən mətbəxdəki qaz sobası olan masanın aşağı siyirməsindən əlavə olaraq bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə həmin maddə barədə soruluşduqda Təqsirləndirilən şəxs bildirdi ki, qaz sobası olan masanın aşağı siyirməsindən aşkar olunmuş bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə olan qəhvəyi rəngli, toz şəkilli maddə xınadır, narkotik vasitə deyildir. Baxış zamanı mənzilin digər otağından, yəni yataqlar olan otağından da, üzərində yanıq izləri olan gümüşü rəngli kağız «falqa», bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr, sınmış ampula, şpirislər, başları ərimiş alışqanlar aşkar olundu. Bunlarla bağlı Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin falqada narkotik vasitə heroin qəbul etmiş, bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr sınmış ampuladan narkotik vasitəni bişirib qəbul etmək üçün istifadə etmişdir. Alışqanların başları narkotik vasitəni bişirərkən ərimişdir. Mənzilin yataq otağına baxış keçirilərkən həmin otaqdakı paltar dolabının aşağı hissəsindən əlavə olaraq bir ədəd göy rəngli torbada üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olundu. Həmin bükümlərdən birinin orta hissəsinin kənarı kəsik vəziyyətdə idi. Həmin kəsik olan hissədən bükümün içərisinə baxdıqda bükümün içərisindəki maddə qəhvəyi rəngində, toz şəklində olan maddə aşkar olundu. Həmin bükümlər və tərəzi barədə Təqsirləndirilən şəxs soruluşduqda Təqsirləndirilən şəxs bildirşdi ki, göy rəngli torbadan aşkar olunmuş həmin cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər «kolbasa» dırlar, narkotik vasitə deyillər. Tərəzi barədə isə Təqsirləndirilən şəxs yayındırıcı cavablar verdi Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilən zaman onun mənzilinin mətbəx kimi olan hissəsindəki dolabın orta güzgülü rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, qaz sobası olan masanın aşağı siyirməsindən bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, paltar dolabı olan otaqdakı paltar dolabının aşağı hissəsində olan bir ədəd göy rəngli torbadan cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və bir ədəd, işlək vəziyyətdə elektron tərəzi, yataq otağındakı masanın siyirməsindən bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr və mənzildən qeyd edidiyi kimi xeyli sayda, yəni on yeddi ədəd tibbi şprislər aşkar olunmuşdu. Həmin maddələr və əşyalar Təqsirləndirilən şəxs və vəkilinin iştirakları ilə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılıb möhürləndi. Bu barədə tərtib edilmiş protokola və qablaşdırılan zərflərə onlar, vəkili və Elman imza etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən heç bir təzyiq edilməmiş, qanunsuz əmələ yol verilməmiş, narkotik vasitə heroin Təqsirləndirilən şəxs özünə məxsus olmuş və bunu Təqsirləndirilən şəxs videoçəkilişlə aparılan şəxsi axtarış zamanı da bildirmişdir. Mənzilə baxış keçirilərkən aşkar olunmuş bütün narkotik vasitələr Təqsirləndirilən şəxs özünə məxsusdur, evin açarı Təqsirləndirilən şəxs özündə olmuş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş və açar Təqsirləndirilən şəxs qalmışdı, vəkilin iştirakı ilə birbaşa idarədən Təqsirləndirilən şəxs mənzilinə yollanmışlar, mənzilinin giriş qapısını Təqsirləndirilən şəxs özü açarla açmışdı və onları evinə dəvət etmişdi. Mənzilə vəkilinin iştirakı ilə və videoçəkilişlə baxış zamanı narkotik vasitələr aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs hər hansı bir mülki şəxsin adını çəkməsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs 01 aprel 2020-ci il tarixdə saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə heroinin, habelə mənzilinə baxış zamanı aşkar olunmuş narkotik vasitə heroinlərin guya ona məxsus olmaması, mənzilinə kənar şəxs tərəfindən qoyulması barədə bildirdikləri özünü müdafiə xarakteri daşıyır, bu yolla cinayət məsuliyyətindən yayınmaq istəyir. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən ayrıayrı bükümlərdə külli miqdarda narkotik vasitələr, həmin narkotik vasitələri ölçmək üçün nəzərdə tutulan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir təsir və ya təziyq göstərilməyib.Ondan heç vaxt ona məxsus mənzilin giriş qapısının açarı alınmayıb. Ceyhun adlı şəxsin Təqsirləndirilən şəxs tutulumasında heç bir rolu yoxdur. Bütün bunlar Elmanın uydurmalarıdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirəndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə bağlı tanıyır. Aralarında ədavətləri və münasibətləri yoxdur. 01 aprel 2020-ci il tarixdə Nəsimi RPİ-nə Elman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi, satması ilə bağlı məlumat daxil olduqdan sonra onun ifşa olunaraq saxlanılması məqsədi ilə ondan, habelə NMB-nin rəisi Şahid1 və əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olundu. Əməliyyat- axtarış tədbirləri nəticəsində Elman adlı şəxs 01 aprel 2020-ci il saat 17:15 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq birbaşa Nəsimi RPİ-nə gətirilib şəxsiyyəti müəyyən olundu. Təqsirləndirilən şəxs şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra raport tərtib olundu və o, təhqiqat orqanına təhvil verildi. 01 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət olundu, ona hüquq və vəzifələri izah olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərində qadağan olunmuş maddənin olubolmaması soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd göy rəngli polietilen bükümdə olan maddəni çıxarıb qarşısındakı masanın üzərinə qoyaraq dedi ki, həmin bükümdə olan maddə özünə məxsus olan heroindir. Həmin büküm açıldıqda aşkar olundu ki, bükümdə qəhvəyi rəngli, toz şəklində maddə var. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddənin nə vaxt əldə etdiyi soruşulduqda o, heroini tutulmamışdan 10 dəqiqə əvvəl tanımadığı şəxsdən 300 manata aldığını dedi. Aşkar olunmuş həmin 1 ədəd göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılıb möhürləndi. Bu barədə protokol tərtib edildi, həmin protokolla hamı tanış oldu, protokolu və aşkar olunmuş maddənin qablaşdırıldığı zərfi imzaladılar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanındakı evinə onun yazılı icazəsi ilə baxış keçirildi. Evə baxış zamanı mənzilin giriş qapısını Elman özü şəxsən açdı və vəkili ilə bərabər öz mənzilinə dəvət etdi. Mənzilin mətbəx kimi olan hissəsinə baxış keçirildikdə orada olan dolabın yuxarı rəfindən sellofan torbanın içərisində çoxlu sayda istifadə olunmuş birdəfəlik şprislər aşkar olundu. Dolabın orta güzgülü rəfində olan qabın içərisindən 1 ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Bu barədə Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddə heroin deyil, ona heroin adı ilə aldadıb veriblər. Mətbəx kimi olan hissədə qaz sobası olan masanın aşağı siyirməsindən 1 ədəd gümüşü rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Bu barədə soruluşduqda Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddə xınadır, narkotik vasitə deyil. Baxış zamanı mənzilin yataqlar olan otağından 1 ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr, qırıq ampula, şpirislər, başları ərimiş alışqanlar, üzərində yanıq izləri olan gümüşü rəngli kağız falqa aşkar olundu. Təqsirləndirilən şəxs onlardan narkotik maddə qəbul etmək üçün istifadə etdyini dedi. Yataq otağına otağına baxış keçirilərkən həmin otaqdakı paltar dolabının aşağı hissəsindən 1 ədəd göy rəngli torbada cəmi 3 ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və 1 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olundu. Həmin bükümlərdən birinin içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə görünürdü. Həmin bükümlər və tərəzi barədə soruluşduqda Təqsirləndirilən şəxs dedi ki, göy rəngli torbadan aşkar olunmuş polietilen bükümlər kolbasadırlar, Təqsirləndirilən şəxs mənzilinə keçirilən baxış zamanı aşkar olunanlar ayrı- ayrılıqda zərflərə qoyularaq qablaşdırılıb möhürləndi. Tərtib edilmiş protokola və zərflərə vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs və onlar imza etmişlər. 01 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə heroinin, habelə mənzilinə baxış zamanı aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, mənzilinə kənar şəxs tərəfindən qoyulması barədə bildirdikləri özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs heç bir təsir və ya təziyq göstərilməyib. Şahid5 ifadələrində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-84, fərdi yaşayış evində yaşayır, narkomandır, narkotikdən asıllığı vardır. Təqsirləndirilən şəxs onun qonşusudur. Onu təxminən iki olar tanıyır. Elman narkotik vasitələr qəbul edir və satır. Elmanın narkotik vasitələrin satışı ilə məşğul olmasını bütün narkomanlar bilirlər. Elman hətta onu əvvəl ucuz qiymətə, yəni heroinin bir qramını 18 manata satan «İlqar» adlı şəxslə də tanış etmişdi. Onun 070 *** ** ** saylı mobil telefon nömrəsi var. 01 aprel 2020-ci il tarixdə o, Elmanın mobil nömrəsinə zəng edib ondan onun üçün 2 qram heroin təşkil etməyi xahiş etmişdir. Elman da dedi ki, guya tanışının evində təmir işləri görəcəklər, ona görə onunla görüşə gəlib ona narkotik vasitə təşkil edə bilmir, yalnız səhərisi gün görüşə bilər. O da 01 aprel 2020-ci il tarixdə Elmanla yalnız telefonla danışmış, lakin görüşə bilməmişdir. Səhərisi günü hamı kimi məhəllədə eşitmişdir ki, Elmanı polis narkotiklə tutmuşdur. O, Elman tululan günü, yəni 01 aprel 2020-ci il tarixdə onunla görüşməmiş, onunla həmin günü telefonla danışmış və iki qram narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir, lakin Elman bəhanə gətirərək imtina etdi. Elman saxlanılarkən üzərindən və evindən aşkar olunan narkotik vasitə heroinləri haradan, kimdən və neçəyə əldə etməsini bilmir. O, bir dəfə Elmanla «İlqar» adlı şəxsdən narkotik vasitə heroin almağa gedərkən Elmanın cibində elektron tərəzi görmüşdür. Elman dedi ki, İlqardan aldığı narkotiki tərəzidə ölçəcəkdir. O, Elmanın evində Elman tutulmamışdan təxminən bir- iki ay əvvəl olmuş, Elmanla onun evində narkotik vasitə qəbul etmişlər. Elmanın evinin açarı heç vaxtı onda olmamışdır. 01 aprel 2020-ci il tarixdə Elmanın saxlanıldığı yerdə, Nəsimi rayonu ərazisində olmamış, Elman tutulan günü Nəsimi polis idarəsinə getməmişdir. Həmin gün o, Binəqədi rayonunda öz evində olmuşdur. Hər hansı bir polis əməkdaşı ilə görüşməmiş, danışmamışdır. Elmanı hansı polis əməkdaşlarının saxladıqlarını da bilmir. Elman saxlanılarkən əldə etdiyi heroini kimdən əldə etməsini bilmir. Elman heç vaxtı onun tanışından heroin almamış, bir gün əvvəl o, Təqsirləndirilən şəxs hər hansı bir narkotik satan şəxslə tanış etməmişdir. Əksinə Elman tutulan günü o, Təqsirləndirilən şəxs zəng edib ona 2 qram narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, lakin Elman bəhanə edib heroin təşkil etmədi. Elman saxlanılarkən kiminlə görüşüb pul verərək narkotik vasitə heroin almasını bilmir. 2020-ci ilin mart ayının əvvəllərində bir dəfə Elman ondan 140 manat pul aldı ki, ona həmin qiymətə heroin və bir qram da metamfetamin təşkil etsin. Lakin Elman həmin pulu ondan alandan sonra heroin və metamfetamin təşkil etmədi, pulu Samir adlı şəxsə verdiyini dedi, lakin pulunu qaytarmadı. Bundan sonra Elman onun telefon zənglərinə cavab vermirmiş, ona görə o, Elmanı qorxutmaq üçün həqiqətən ona 06 mart 2020-ci ildə «Sən sroka getmək istyəirsən mənim telefonumu açmırsan» məzmunlu SMS göndərmişdir. O, sadəcə Elmanı qorxutmaq istəyirmiş ki, guya ondan şikayət edəcək. Həqiqətdə onun kimisə həbs etdirmək fikri olmayıb. Bu adi bir yazışma olmuş, həmin yazışmadan sonra da o dəfələrlə Elmanla görüşüb onunla bərabər narkotik vasitə almışdır. Elman onun 140 manatını qaytarmamışdır. Deyirdi ki, Samir adlı şəxsdən alıb qaytaracaqdır. O, Elman barədə polisə məlumat verməmişdir. Elmanın evindən aşkar olunmuş heroinlərdən xəbəri yoxdur, o, heç vaxt Elmanın evindən aşkar olunan heroinləri, tərəzini gizlin və ya açıq şəkildə qoymamışdır. Elmanın evindən aşkar olunmuş heroinlərin ona aidiyyəti yoxdur, Elmanın evinin açarı heç vaxt onda olmamışdır. O, Elmanın evində heç vaxt tək olmamışdır. Elman ona şər atır, bunun səbəbini bilmir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və münasibətləri olmamışdır. 01 aprel 2020-ci il tarixdə Nəsimi RPİ-nə daxil olmuş məlumat əsasında ondan, habelə NMB-nin rəisi Şahid1 və əməliyyat müvəkkili Miryusif Seyidovdan ibarət əməliyyat qrupu təşkil olundu. 01 aprel 2020-ci il saat 17:15 radələrində Elman saxlanılıb Nəsimi RPİ-nə gətirildi. Orada Elmanın şəxsiyyəti dəqiqləşdirildikdən sonra raport tərtib olundu və o, təhqiqat orqanına təhvil verildi. 01 aprel 2020-ci il üzərinə şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış keçirilməmişdən əvvəl onun hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət olundu, hüquqları və vəzifələri izah olundu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərində qadağan olunmuş maddənin olub-olması soruşulduqda Elman əynindəki bir ədəd göy rəngli polietilen bükümdə olan maddəni təqdim edib dedi ki, həmin bükümdə olan maddə heroindir. Həmin bir ədəd göy rəngli polietilen büküm açıldıqda bükümdə qəhvəyi rəngli, toz şəklində maddə aşkar olundu. Elmandan üzərindən aşkar olunmuş həmin maddənin nə vaxt əldə etdiyi soruşulduqda o, dedi ki, üzərindən aşkar olunan heroini tutulmamışdan 10 dəqiqə əvvəl tanımadığı şəxsdən 300 manat pula alıb. Aşkar olunmuş həmin bir ədəd göy rəngli polietilen bükümdə olan heroin zərfə qoyularaq qablaşdırılıb möhürləndi, bu barədə protokol tərtib olunub, protokol və zərf imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinə icazəsi ilə baxış keçirildi. Evə baxış zamanı evin qapısını Təqsirləndirilən şəxs özü şəxsən açdı və vəkili ilə bərabər onları mənzilinə dəvət etdi. Mənzilin mətbəx kimi olan hissəsinə baxış keçirildikdə orada olan dolabın yuxarı rəfindən sellofan torbanın içərisində çoxlu sayda istifadə olunmuş birdəfəlik şprislər aşkar olundu. Əliyev dedi ki, həmin şprislərlə o, özünə iynə vuranda istsifadə etmişdir. Oradakı dolabın orta güzgülü rəfindəki qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Elman həmin bükümdəki maddəni ona heroin adı ilə aldadıb verdiklərini dedi. Mənzilin həmin mətbəx kimi olan hissəsinə baxış keçirilərkən qaz sobası olan masanın aşağı siyirməsindən bir ədəd gümüşü rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Elman dedi ki, aşkar olunmuş həmin bükümdə olan maddə xınadır. Baxış zamanı mənzilin yataq otağından bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr, sınmış ampula, şpirislər, başları ərimiş alışqanlar, üzərində yanıq izləri olan gümüşü rəngli kağız falqa aşkar olundu. Bunlar barədə soruşulduqda Təqsirləndirilən şəxs onlardan narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini dedi. Mənzilin yataq otağına baxış keçirilərkən həmin otaqdakı paltar dolabının aşağı hissəsindən bir ədəd göy rəngli torbada cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olundu. Həmin bükümlərdən birinin içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli, toz şəklində maddə görünürdü. Təqsirləndirilən şəxs göy rəngli torbadan aşkar olunmuş həmin bükümlərdə kolbasa olduğunu dedi. Baxış zamanı aşkar olunanlar ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılıb möhürləndi. Tərtib edilmiş protokola və zərflərə vəkilinin iştirakı ilə Elman və onlar imza etmişlər. Elmanın barəsində Nəsimi RPİ-nə onun qanunsuz olaraq narkotik vasitələri satması ilə də bağlı məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə mənzilinə baxış zamanı ona heç bir təzyiq göstərilməyib. Şahid4 Saməddin oğlu ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxsqismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və münasibətləri olmamışdır. Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantıdır. 01 aprel 2020-ci il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saat 17:15-də ünvan 1 ünvanın qarşısında saxlanılmış Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edib hüquqlarını izah etmiş və razılığı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarışın keçirilməsini sənədləşdirmişdir. Elmanın üzərinə şəxsi axtarış və götürmə aparılarkən üzərində qadağan olunmuş maddənin olub-olmaması soruşulduqda Elman əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd göy rəngli polietilen bükümdə olan maddəni özü əli ilə çıxarıb qarşısındakı masanın üzərinə qoyaraq dedi ki, həmin bükümdə olan maddə özünə məxsus olan heroindir. Həmin polietilen büküm açıldıqda, bükümün içərisində toz şəklində, qəhvəyi rəngli maddə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tam axtarıldıqda onun əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və açarlar aşkar olundu. Elman açarların öz evinin açarları olduğunu bildirdi. Şəxsi axtarış zamanı Elmanın üzərindən aşkar olunmuş bir ədəd polietilen bükümdə olan maddənin nə vaxt əldə etdiyi soruşulduqda Elman onu tutulmamışdan 10 dəqiqə əvvəl tanımadığı şəxsdən 300 manat müqabilində əldə etdiyini dedi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroin tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürləndi, protokol yazıldı və bütün iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evinə onun yazılı icazəsi ilə baxış keçirdi. Həmin baxışda Təqsirləndirilən şəxs vəkili iştirak etmişdir. Mənzilə baxış zamanı mənzilin giriş qapısını Təqsirləndirilən şəxs özü şəxsən açmış və baxışda iştirak edənləri mənzilinə dəvət etmişdir. Əvvəlcə mənzilin dəhlizindəki əşyalara və paltarlara baxış keçirildi, ancaq mənzilin həmin hissəsindən heç bir qanunsuz maddə və əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə mənzilin mətbəx kimi olan hissəsinə baxış keçirilmiş və mənzilin mətbəxindəki dolabın yuxarı rəfindən sellofan torbanın içərisində çoxlu sayda istifadə olunmuş tibbi şprislər aşkar olundu. Elmandan həmin şprislərlə bağlı soruşulduqda o, bildirdi ki, həmin şprislərlə özünə iynə vururmuşdur. Mənzilin mətbəxinə baxış keçirilərkən dolabın orta güzgülü rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Elmandan həmin maddə barədə soruşulduqda o, dedi ki, heroin deyil, ona heroin adı ilə aldadıb vermişlər. Həmin maddə götürüldü. Mənzilin həmin mətbəx kimi olan hissəsinə baxış keçirilərkən mətbəxdəki qaz sobası olan masanın aşağı siyirməsindən əlavə bir ədəd gümüşü rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Həmin maddə barədə soruluşduqda Elman xına olduğunu dedi. Həmin maddə də götürüldü. Baxış zamanı mənzilin yataq otağından da üzərində yanıq izləri olan gümüşü rəngli kağız falqada bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr, sınmış ampula, şpirislər, başları ərimiş alışqanlar aşkar olundu. Elman onlardan narkotika qəbul etmək üçün istifadə etdiyini dedi. Ağ rəngli kristal maddələr, şprislər götürüldü. Mənzilin yataq otağına baxış keçirilərkən həmin otaqdakı paltar dolabının aşağı hissəsindən bir ədəd göy rəngli torbada cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olundu. Həmin bükümlərdən birinin içərisinə baxdıqda bükümün içərisindəki qəhvəyi rəngində, toz şəklində maddə olduğunu görmüşlər. Həmin bükümlər və tərəzi barədə soruluşduqda Elman göy rəngli torbadan aşkar olunmuş üç ədəd polietilen bükümlərin kolbasa olduğunu dedi. Həmin maddələr də götürüldü. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq edilməmişdir. Onun üzərinə şəxsi axtarış aparılmamışdan əvvəl o, vəkillə təmin olunmuşdur. Mənzilə baxış keçirilərkən aşkar olunmuş heroin Təqsirləndirilən şəxs özünə məxsusdur, evin açarı onun özündə olmuş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş və açar özündə qalmış, vəkilin iştirakı ilə onlar birbaşa idarədən Elmanın mənzilinə getmişlər, mənzilinin giriş qapısını Elman özü açarla açmış və onları evə dəvət etmişdir. Mənzilə vəkilinin iştirakı ilə və videoçəkilişlə baxış keçirilən zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitələrə Elman münasibət bildirmiş və özünə məxsus olduğunü, lakin həmin maddələrin narkotik vasitələr olmadığını bildirmişdir. Elman 01 aprel 2020-ci il tarixdə saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitə heroinin, habelə mənzilinə baxış zamanı aşkar olunmuş narkotik vasitə heroinlərin guya ona məxsus olmaması barədə bildirdikləri yalandır. Elmanın üzərinə şəxsi axtarış və evinə baxış hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və onun hüquqları təmin edilmişdir. Bütün hərəkətlər də videoçəkilişlə aparılmışdır. Məhkəmədə elan edilib araşdırılmış, şahidlər Şahid1, X3 və Şahid3 ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə protokollarından görünür ki, Şahid1, X3 və Şahid3 ifadələrini üzləşdirmə zaanı da təsdiq etmişlər. Təqsirləndirilən şəxs isə 01 aprel 2020-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bir ədəd göy rəngli polietilen bükümdə olan maddənin özünə məxsus olan narkotik vasitə heroin olmasını, Bakı şəhəri, Nəsimi rayonu, F.İbrahimbəyov küçəsində tanımadığı şəxsdən 300 manat pula şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını təsdiq edib, mənzilə keçirilən baxış zamanı aşkar olunmuş yalnız 17 ədəd tibbi şprisin ona məxsus olmasını, baxış zamanı aşkar olunmuş elektron tərəzi və içərisində narkotk vasitələr olan bükümlərin ona məxsus olmamasını, kim tərəfindən evinə qoyulmasını bilmədiyini göstərmişdir. Məhkəmədə elan edlib araşdırılmış Təqsirləndirilən şəxs ilə Şahid5 aralarında keçirlmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs 01 aprel 2020-ci il tarixdə saat 17:15 radələrində narkotik vasitə heroin əldə etmək üçün 45 manat pul verdiyi şəxsi Şahid5 vasitəsi ilə bir gün əvvəl tanıdığını təsdiq edib, baxış zamanı evindən aşkar olunmuş üç ədəd polietilen bükümlərdə olan maddələrin və bir ədəd, işlək vəziyyətdə elektron tərəzinin ona məxsus olmamasını, həmin maddələri və tərəzini üzləşdiyi Şahid5 tərəfindən onun evinə gizlin qoyula bilməsini ehtimal etdiyini göstərmişdir. Şahid5 Təqsirləndirilən şəxs onun barədə bildirdiklərinin yalan olduğunu, 01 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs kiminlə görüşüb narkotik vasitə heroin aldığının ona məlum olmadığını, o, bir gün əvvəl Təqsirləndirilən şəxs hər hansı bir narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə tanış etmədiyini, Elmanın evinin açarının heç vaxt onda olmadığını, Elmanın evinə o, açıq və ya gizlin şəkildə narkotik vasitələr, o cümlədən cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlərdə olan maddələri və bir ədəd işlək vəziyyətdə elektron tərəzini qoymadığını göstərib, Təqsirləndirilən şəxs özünün narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə elan edlib araşdırılmış 01 aprel 2020-ci il tarixli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə Nəsimi RPİ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd göy rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəklində maddə, habelə həmin gödəkcəsinin sol yan cibindən şəxsiyyət vəsiqəsi və açarlar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəklində olan maddə “kakos” kimi deyilən narkotik vasitə heroindir, özü narkotik vasitə istifadəçisidir, üzərindən aşkar olunmuş həmin 1 (bir) ədəd göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroini 01 aprel 2020-ci il tarixdə saxlanılmamışdan 10 dəqiqə əvvəl ünvan 1 ünvanın qarşısında tanımadığı şəxsdən 300 manat pula alıb əldə etmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd göy rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəklində maddə götürülərək qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə elan edlib araşdırılmış 01 aprel 2020-ci il tarixli, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evinə baxış və götürmə protokolundan görünür ki, mənzilin mətbəxindən dolabın orta güzgülü rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, qaz sobası olan masanın aşağı siyirməsindən bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, mənzilin paltar dolabı olan otaqdakı paltar dolabının aşağı hissəsində olan 1 (bir) ədəd göy rəngli torbadan cəmi 3 (üç) ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və 1 (bir) ədəd, işlək vəziyyətdə elektron tərəzi, mənzilin yataq otaqdakı masanın siyirməsindən 1 (bir) ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr və mənzilin mətbəx kimi olan hissəsindəki dolabın yuxarı rəfindəki sellofan torbadan və mənzilin digər hissələrindən 17 ədəd istifadə olunmuş tibbi şprislər aşkar olunub götürülərək qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 sentyabr 2020-ci il tarixli, video diskdəki görüntülərə baxış keşirilməsi haqqında protokoldan və Təqsirləndirilən şəxs üzərinə 01 aprel 2020-ci il tarixdə Nəsimi RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə keçirilərkən həmin prosessual hərəkətin əks olunduğu 01 ədəd videodiskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin inzibati binasında şəxsi axtarış və götürməni Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında Nəsimi RPİ-nin NMB-nin rəisi Şahid1, NMB-nin əməkdaşları X3, Şahid3 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sərbət şəkildə əyləşmiş, ona hər hansı bir təzyiq olunması müşahidə olunmamış, Təqsirləndirilən şəxs əvvəlcə öz anket məlumatları barədə sərbəst şəkildə təhqiqatçıya bildirir, sonra prosessual hərəkətdə iştirak etmiş şəxslər əvvəllər biri-birini tanımadıqlarını bildirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları geniş izah olunur və ona üzərində hər hansı bir qadağan olunmuş maddənin olub-olması soruşulduqda Təqsirləndirilən şəxs şəxsən özü əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd göy rəngli polietilen bükümdə olan maddəni əli ilə çıxarıb qarşısındakı masanın üzərinə qoyaraq bildirir ki, həmin bükümdə olan maddə «kakosdur», ardınca «kakos», yəni narkotik vasitə heroindir deyir. Təhqiqatçı tərəfindən həmin bir ədəd göy rəngli polietilen bükümü açıldıqda aşkar olunur ki, bükümdə qəhvəyi rəngli, toz şəklində maddə vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə tam şəxsi axtarış aparıldıqda onun əynindəki həmin qara rəngli gödəkcəsinin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və açarlar aşkar olunur. Təqsirləndirilən şəxs həmin açarların evinin açarları olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd göy rəngli polietilen bükümdə olan maddənin nə vaxtı əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs bildirir ki, onun üzərindən aşkar olunan göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroini tutulmamışdan 10 dəqiqə əvvəl tanımadığı şəxsdən 300 manat pula əldə etmişdir. Bundan sonra təhqiqatçı, tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənir və həmin zərf Təqsirləndirilən şəxs, habelə şəxsi axtarış və götürmə zamanı iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanır.Ona təzyiq olunmaması, ona qarşı qeyri prosessual hərəkətlərə yol verilməsi aşkar olunmur.Görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, görüntülərdə görünən şəxs və üzərindən 1 (bir) ədəd göy rəngli polietilen bükümdə narkotik vasitə heroin aşkar olunan şəxs həqiqətən o,özüdür, lakin həmin aşkar olunan narkotik vasitə heroin ona məxsus deyil, belə ki, həmin bir ədəd göy rəngli polietilen bükümdə olan narkotik vasitə heroini polislərin diktəsi ilə məcbur olub üzərinə götürüb cibinə qoymuş və baxış zamanı da özü cibindən çıxarıb özününkü kimi polisə təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 17 sentyabr 2020-ci il tarixli, video diskdəki görüntülərə baxış keşirilməsi haqqında protokoldan və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı evinə baxış və götürmə keçirilərkən həmin prosessual hərəkətin əks olunduğu, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd videodiskdəki çəklişdən görünür ki, mənzilə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs vəkil X7 iştirakı ilə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid4 özünü təqdim etmiş və mənzilinin giriş qapısını Təqsirləndirilən şəxs özündə olan açarla şəxsən açmış, mənzilə birinci özü daxil olmuşdur. Təqsirləndirilən şəxs ardınca mənzilə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları, habelə vəkili X8 daxil olmuşlar. Təqsirləndirilən şəxs mənzilin işığını özü yandırmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən şəxsən özü və vəkili X8 iştirak etmiş, prosessi izləmişlər. Əvvəlcə mənzilin dəhlizindəki əşyalara və paltarlara baxış keçirilmiş və mənzilin həmin hissəsindən hər hansı bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünün müşayəti ilə mənzilin mətbəxinə baxış keçirilmiş və həmin vaxtı mənzilin mətbəx kimi olan hissəsindəki dolabın yuxarı rəfindən sellofan torbanın içərisində xeyli sayda istifadə olunmuş şprislər aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin şprislərin nə olması Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şprislərlə o iynə vururmuşdur. Bundan başqa mətbəxdəki dolabın orta güzgülü rəfində olan qabın içərisindən bir ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunur. Polis əməkdaşı tərəfindən həmin maddənin nə olması Təqsirləndirilən şəxs soruluşduqda Təqsirləndirilən şəxs həmin maddəni ona «kakos» adı ilə, yəni narkotik vasitə heroin adı ilə aldadıb verdiklərini, lakin həmin maddənin «kakos», yəni narkotik vasitə heroin olmadığını deyir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, aşkar olunmuş həmin bir ədəd ağ rəngli, kiçik polietilen bükümdəki qəhvəyi rəngli, toz şəkilli maddənin nə maddə olmasını, tərkibini təyin olunacaq ekspertiza müəyyən edəcəkdir. Bundan da sonra polis əməkdaşları tərəfindən mənzilin mətbəx hissəsinə baxış keçirilərkən mətbəxdəki qaz sobası olan masanın aşağı siyirməsindən bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunur. Polis əməkdaşı tərəfindən həmin maddənin nə olması Təqsirləndirilən şəxs soruluşduqda Təqsirləndirilən şəxs bildirir ki, həmin qaz sobası olan masanın aşağı siyirməsindən aşkar olunmuş bir ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə olan qəhvəyi rəngli, toz şəkilli maddə «xına» olmalıdır, narkotik vasitə deyildir. Mənzilin digər otağına keçdikdə həmin otağa da ilk olaraq Təqsirləndirilən şəxs keçib otağın işığını yandırmışdır. Baxış zamanı həmin otaqdakı masanın üzərində bir ədəd üzərində yanıq izləri olan gümüşü rəngli kağız «falqa» aşkar olunr. Polis əməkdaşları tərəfindən həmin kağız «falqa» barədə Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs bildirir ki, həmin kağız «falqa»da o, «kakos», yəni narkotik vasitə heroin çəkmişdir. Baxış zamanı həmçinin həmin masanın siyirməsindən polis əməkdaşları tərəfindən bir ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr aşkar olunur.. Polis əməkdaşları tərəfindən həmin bir ədəd şəffaf rəngli bükümdəki ağ rəngli kristal maddələrin nə olması Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bir ədəd kiçik şəffaf bükümdəki ağ rəngli kristal maddələr duzdur.Həmin masanın siyirməsindən polis əməkdaşları tərəfindən bir ədəd «qurğuşun» kimi deyilən əşya, bir ədəd sınmış ampula, 2 ədəd də şpirislər, başları ərimiş alışqanlar aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, həmin «qurğuşun» və sınmış ampuladan narkotik vasitəni bişirib qəbul etmək üçün istifadə etmişdir. Alışqanların başları narkotik vasitəni bişirərkən ərimişdir. Baxış mənzilin digər hissəsində, yəni döşəklər olan otaqda davam etmişdir. Həmin otağın işığı yanmadığından həmin otağa baxış mobil telefon işıqlarında aparılmışdır. Həmin otağa da ilk olaraq Təqsirləndirilən şəxs keçmişdir. Həmin otaqdakı döşəklərə, paltarlara baxış keçirildikdə bir ədəd torbada xeyli sayda alışqanlar aşkar olunur. Təqsirləndirilən şəxs bildirir ki, həmin alışqanlardan ehtiyyat hissəsi kimi istifadə edir. paltar dolabındakı əşyalar və paltarlar ona məxsusdur. Həmin dolaba baxış keçirilərkən paltar dolabının aşağı hissəsindən bir ədəd göy rəngli torbada cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər aşkar olunur. Həmin bükümlərdən birinin kənarı kəsik vəziyyətdə olmuş, həmin kəsikdən bükümün içərisinə baxıldıqda görünmüşdür ki, bükümün içərisindəki maddə qəhvəyi rəngində toz şəklindədir. Polis əməkdaşları tərəfindən həmin polietilen bükümlər barədə Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs bildirir ki, polietilen bükümlərdəki kolbasadırlar, narkotik vasitə deyildirlər. Bundan sonra Təqsirləndirilən şəxs özü həmin cəmi üç ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlərin aşkar olunduğu göy rəngli torbanın içərisindən bir ədəd də elektron tərəzini çıxarıb yerə qoymuşdur. Tərəzi işlək vəziyyətdədir. Baxış zamanı aşkar edilmiş maddə və əşyalar ayrı- ayrılıqda zərflərə qoyularaq qablaşdırılıb möhürlənir,həmin zərflərin üzərinə, habelə tərtib edilmiş protokola Təqsirləndirilən şəxs vəkili X7 iştirakı ilə imza edir. Görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Həmin narkotiki onun evinə və cibinə qoymuşlar. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə ekspertizasının 02 aprel 2020-ci il tarixli, 6/349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan 1 №-li zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 20,632 qr. qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir ; 2 №-li zərfdəki, 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 12,368 qr ( ayrı- ayrılıqda təmiz çəkisi 0,070 və 12,298 qr) qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan- limon turşusudur ; -3 №-li zərfdəki, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 5035 qr ( ayrı- ayrılıqda təmiz çəkisi 1080 qr, 1830 qr və 2125 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir ; -4 №-li zərfdəki, 16 ədəd 1 ml və 1 ədəd 2,5 ml istifadə olunmuş şprislərin içərisində narkotik vasitə olan heroinin izləri vardır ; -5 №-li zərfdəki, bir ədəd arxa tərəfində “MH 600g/0.01 q” yazısı qeyd olunmuş elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır ; Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ümumi təmiz çəkisi 5068 qr (5 kq 68 qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs evindən götürülmüş şprislərin içərisində və tərəzinin üzərində narkotik vasitə olan heroin iz şəklində olduğu üçün, Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə eyni tərkibli olub olmamasını müəyyən etmək mümkün olmamışdır. 01.04.2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd göy rəngli polietilen bükümdə maddə, habelə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx kimi olan hissəsindəki dolabın orta güzgülü rəfində olan qabın içərisindən aşkar olunmuş 1 (bir) ədəd ağ rəngli, kiçik polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, mənzilin mətbəx kimi olan həmin hissəsindəki qaz sobası olan masanın aşağı siyirməsindən aşkar olunmuş 1 (bir) ədəd «gümüşü» rəngli kiçik parça torbada, şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, toz şəkilli maddə, mənzilin paltar dolabı olan otaqdakı paltar dolabının aşağı hissəsində olan 1 (bir) ədəd göy rəngli torbadan aşkar olunmuş cəmi 3 (üç) ədəd, hər biri sarı rəngli yapışqan lentlə bağlanmış, qara rəngli polietilen bükümlər və bir ədəd, işlək vəziyyətdə elektron tərəzi, mənzilin yataqlar olan otaqdakı masanın siyirməsindən aşkar olunmuş 1 (bir) ədəd kiçik şəffaf bükümdə, ağ rəngli kristal maddələr və mənzilin mətbəx kimi olan hissəsindəki dolabın yuxarı rəfindəki sellofan torbadan və mənzilin digər hissələrindən aşkar olunmuş 17 ədəd istifadə olunmuş şprislər ekspertiza tədqiqatına təqdim olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ambulator narkoloji ekspertizanın 06 iyul 2020ci il tarixli, 1842 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən süi istifadə edilməsi nəticəsində asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış 08 oktyabr 2020-ci il tarixli və 19 oktyabr 2020ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə, təmiz çəkisi 20,632 qram heroinin qalıq hissəsi 20,532 qram çəkidə heroin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 12,368 qr (ayrı- ayrılıqda təmiz çəkisi 0,070 və 12,298 qr) heroinin qalıq hissəsi 12,268 qram heroin, 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 5035 qr (ayrı- ayrılıqda təmiz çəkisi 1080 qr, 1830 qr və 2125 qr) heroinin qalıq hissəsi 5034, 79 qram heroin, üzərlərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd arxa tərəfində “MH 600g/0.01 q” yazısı qeyd olunmuş elektron tərəzi və 16 ədəd 1 ml və 1 ədəd 2,5 ml istifadə olunmuş şprislər maddi sübut kimi tanınıb Binəqədi RPİ-nin NH-nə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 (bir) ədəd, mənzilə baxış və götürmə protokoluna əlavə edilmiş 2 (iki) ədəd DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi heroinin ona məxsus olmaması, şəxsi axtarışdan əvvəl polis əməkdaşından biri tərəfindən üzərinə götürməsi məqsədi ilə sözlə təzyiq edilib qorxudularaq ona verilməsi, məhz ona görə həmin heroini şəxsi axtarışdan əvvəl polis əməkdaşından təhvil alaraq cibinə qoyub videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin sağ yan cibindən çıxaraq özününkü kimi təqdim edərək özünə məxsus olmasını söyləyib polisə təqdim etməsi, habelə evinə baxış zamanı aşkar olunmuş heroinin, bir ədəd göy rəngli torbanın içərisində saxladığı heroinin, elektron tərəzinin ona məxsus olmaması, yəni aşkar olunmuş maddələrdən birinin “xına” olduğunu, digərinin “kolbasa “ olduğunu, narkotik vasitələrin və elektron tərəzinin onun evinə polis əməkdaşları, başqa şəxs, habelə Şahid5 tərəfindən yerləşdirilə biləcəyi barədə ifadələrini ittihamı təsdiq edən digər sübutlarla təkzib edildiyi qənəaətinə gəlib onun bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymtələndirir. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs bu davranışını qanunla ona verilmiş ifadə verməkdə sərbstlik hüququndan istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə, bu sübutları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2020-ci il tarixli, 1746 saylı rəyinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasını, ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsini nəzərə alıb onun narkomaniya ilə əlaqədar ərazi narkoloyi dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1 qızı tərəfindən 30 (otuz ) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 180 (yüz səksən ) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin NH-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 20,532 qram çəkidə heroinin, 2 (iki) ədəd bükümdə, qalıq 12,268 qram heroinin, 3 (üç) ədəd bükümdə qalıq 5034, 79 qram heroinin dövriyyəsi qadağan edildiyi üçün, üzərlərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd arxa tərəfində “MH 600g/0.01 q” yazısı qeyd olunmuş elektron tərəzinin və 16 ədəd 1 ml və 1 ədəd 2,5 ml istifadə olunmuş şprislərin cinayətin predmeti kimi məhv olunmalarını, cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 29 iyun 2020-ci il tarixli tələbnaməsindən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 11 avqust 2015-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 11 avqust 2015-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 11 fevral 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 01 aprel 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 11(on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 01 aprel 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat manat vəsait məhkəmə ekspertiza mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 180 (yüz səksən) manat Müdafiəçi1 qızına ödənilməsi üçün “Fides” vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin NH-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 20,532 qram çəkidə heroin, 2 (iki) ədəd bükümdə, qalıq 12,268 qram heroin, 3 (üç) ədəd bükümdə qalıq 5034, 79 qram heroin, üzərlərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd arxa tərəfində “MH 600g/0.01 q” yazısı qeyd olunmuş elektron tərəzi və 16 ədəd 1 ml və 1 ədəd 2,5 ml istifadə olunmuş şprislər məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar