Məhkəmə qərarları › İş №1(101)-430/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-430/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-430/2022 11.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müadfiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Fides» Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Həbibov Habil Hacı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlışəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 avqust 2021-ci il tarixdə, axşam saatlarında Bakışəhəri, Yasamal rayonu, «Papanin» adlanan ərazidə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq, ümumi təmiz çəkisi 1005,614 qram (1 kq. 5,614 qr.) olan külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlayaraq yaşadığı evə daşımış, 03 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmişəməliyyataxtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən 6-cı Polis Bölməsinin inzibati binasının xidməti otaqlarından birinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş, bundan sonra 03 avqust 2021-ci il tarixdə, saat 18:20 radələrində bölmənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində yerləşən fərdi evə baxış keçirilərkən evin girişindən baş tərəfdə yerləşən çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1.005 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Gündəlik xərclərini tikintilərdə fəhləlik etməklə əldə etdiyi 20-25 (iyirmiiyirmi beş) manatla qarşılamış, yerdə qalan məbləğə narkotik vasitələr əldə etmişdir. Hazırki iş üzrə onu deyə bilər ki, polis əməkdaşları tərəfindən tutulmamış, özü polis idarəsinə gedərək üzərində narkotik vasitə olduğunu və narkotik vasitə aludəçisi olmaqdan qurtarmaq üçün cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. Narkotik vasitələrdən uzaqlaşmaq məqsədilə Polis İdarəsinə getmişdir. Həmin vaxt İdarənin Növbətçi hissəsində olan əməkdaşına rəislə görüşmək istədiyini demiş, səbəbi soruşulduqda, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ona, üzərində olan narkotik vasitə ilə barəsində yalnız inzibati həbs tənbeh tədbiri tətbiq ediləcəyini, azadlıqdan uzun müddətə məhrum edilə bilinməyəcəyini demişlər. Onlardan ona iki-üç il arası cəza təyin olunması üçün kömək etmələrini xahiş etmiş, onlar da onun əvvəllər yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən evə gedib, evdəki narkotik vasitənin onun olduğunu etiraf etməli olduğunu bildirmişlər. Əvvəllər yaşadığı, atasından qalan evi narkotik vasitələrə olan asılılığı səbəbindən satmışdır. Danışdıqları kimi həmin ünvana gedib, otaqların birində yorğanın altında olan narkotik vasitənin ona məxsus olduğunu demişdir. Baxış zamanı dörd nəfər polis əməkdaşı iştirak etmiş, vəkili olmamışdır. Bütün bunlar videoçəkilişlə qeydə alınmışdır. İstintaq təcridxanasına gətirilərkən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğunu, onu beş ildən on ilədək cəza gözlədiyini öyrənmişdir. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün həbs olunmasına baxmayaraq hazırda ittiham olunduğu maddənin sanksiyası barədə məlumatı olmamışdır. Ona ən çoxu üç il müddətə azadlıqdan məhrum olunacağını bildirmişlər. Yaxınları vəfat etdiklərindən azadlıqda narkotik vasitələrdən istifadə edərək yaşamaq istəmirdi, qalmağa yeri də yoxdu və bu səbəblərdən də özü könüllü olaraq polisə gedib cəzəçəkmə müəssisəsinə göndərilməsini istəmişdir. Həmin vaxt narkotik vasitənin təsiri altında idi. Polis İdarəsinə getməmişdən əvvəl bir qram narkotik vasitə olan heroini tanımadığı şəxsdən əldə edərək istifadə etmişdir. Heç kimə bir setdə olsa belə narkotik vasitə satmamışdır. Əgər özündə ittihamda göstərildiyi kimi bir kiloqram çəkidə narkotik vasitə olsa idi, satıb avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olar, həm də həmin avtomobildə gecələyərdi. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai araşdırma orqanına verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, təxminən iki ay bundan əvvəl təsadüf nəticəsində İran İslam Respublikasının vətəndaşı olan adını «Mehdi» kimi bildiyi şəxs ilə tanış olmuş və ondan bir neçə dəfə öz istifadəsi üçün narkotik vasitələr almışdır. Həmin şəxs ona təklif etmişdir ki, narkotik vasitə var, satıb xeyir götürmək olar. Ona, narkotik vasitəni satdıqdan sonra pulunu verməyi bildirmişdir. İşsiz olduğundan onun təklifi ilə razılaşmışdır. Eyni zamanda bir neçə dəfə «Mehdi» adlı şəxsdən narkotik vasitə hesab edilən heroin alıb tanımadığı şəxslərə satmışdır. «Mehdi» adlı şəxsdən almış olduğu narkotik vasitə olan heroinin qramını 10 (on) manata alıb 15 (on beş) manata satırmış. 01 avqust 2021-ci il tarixdə axşam vaxtlarında Bakı şəhəri, Yasamal rayonu, «Papanın» adlanan ərazidə «Mehdi» adlı şəxs onunla görüşüb sellofan torbada narkotik vasitə vermişdir ki, evdə saxlayıb, müştəri tapıb satsın. Ondan torbada olan narkotik vasitə heroini götürüb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində yerləşən nömrəsiz fərdi evə aparmış və torbanı çarpayının üstündə olan döşəyin altında gizlətmişdir. Eyni zamanda həmin vaxt «Mehdi» adlı şəxsdən öz istifadəsi üçün ayrıca 10 (on) manata bir büküm heroin alaraq üzərində saxlamışdır. 03 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin. Əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü, şalvarın sol yan cibindən isə evin açaranı çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı bir ədəd gümüşü kağıza bükülmüş bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini İran İslan Respublikasının vətəndaşı «Mehdi» adlı şəxsdən 10 (on) manata aldığını, həmçinin yaşadığı evdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni «Mehdi» adlı şəxsdən satmaq üçün aldığını və həmin narkotik vasitə heroinidə təqdim edə biləcəyini bildirmişdir. Üzərindən aşkar olunmuş «heroin» adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan sonra həmin günü saat 18:20 radələrində polis əməkdaşları ilə birlikdə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2-ci Dağlıq küçəsində yerləşən nömrəsiz fərdi evə getmişlər. Orada evin girişindən baş tərəfdə yerləşən çarpayının üzərində olan döşəyin alt hissəsində gizlətdiyi içərisində təxminən 1 kq. narkotik vasitə heroin olan şəffaf sellofan torbaya bükülmüş bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bölməyə qayıtmışlar, orada tərtib edilmiş protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqi 169-171). Təqsirləndirilən şəxs elan olunan ifadə ilə məhkəmədə verdiyi ifadə arasındakı fərqi həmin ifadəsini oxumadan imzalaması ilə əsaslandırmış və məhkəmədə verdiyi ifadənin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə həm elan olunan, həm də verdiyi ifadələri dinləyib, şahidləri dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.41 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, bölməyə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında onun cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 03 avqust 2021-ci il tarixdə müvafiq qərar əsasında əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da həmin qrupa daxil edilmişdir. Birlikdə 03 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etmiş, ona, üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu deyərək bölməyə gətirmişlər. Bu barədə bölmə rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun adına raport tərtib edərək, sonuncunun göstərişi əsasında Təqsirləndirilən şəxs bölmənin baş təhqiqatçısı, polis mayoru Famil Məsimova təhvil vermişlər. Bölmədə müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan hər hansı qeyri-qanuni əşyanı könüllü surətdə verməsi təklif edilmiş, o da əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş halda bükümü, sol yan cibindən isə evin açarını çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, cavabında hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, bir ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, eyni zamanda həmin bükümü «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşından təqribən üç gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, «Papanin» adlanan ərazidə şəxsi istifadəsi üçün 10 (on) manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan əlavə narkotik vasitə olub-olmadığı barədə soruşulmuş, cavabında yaşadığı ünvanda narkotik vasitə hesab edilən heroin olduğunu, həmin heroinin qramını 10 (on) manata alaraq 15 (on beş) manata satmaq üçün «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşından aldığını və narkotiki könüllü təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı Famil Məsimov, əməliyyat müvvəkkili Şahid2, ekspert Altay Kərimov, vəkil Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı ünvan 4 ünvanına getmişlər. Ünvana təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin girişdən baş tərəfdə yerləşən çarpayının üzərində olan yatağın (döşək) alt hissəsindən şəffaf sellofan torbaya bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Ondan aşkar edilmiş şəffat rəngli sellofana bükülmüş kütlənin nə olduğu soruşulduqda, həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, narkotik vasitəni ona «Mehdi» adlı İran İslam Respublikasının vətəndaşının ona, satması üçün verdiyini bildirmişdir. Həmin şəffaf sellofana bükülü zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Bundan başqa iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 03.08.2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1968-ci ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə bildirilmişdir (iş vərəqi 03). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 03.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). İş materiallarındakı Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixli ərizəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin eyni tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış onun öz xahişi ilə müdafiəçisinin iştirakı olmadan aparılmışdır (iş vərəqi 27-28). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 03.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş halda olan bükümü, sol yan cibindən ev açarınıçıxardaraq masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan üst-başını səliqəyə salması tələb edilmiş, sonra ona üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, birədəd gümüşü kağıza bükülmüş bükümün içərisində olan vasitənin el içində«heroin» deyilən narkotik vasitə olduğunu bildirmiş, ona həmin bükülünü haradan əldə etdiyini və nə məqsədləüzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, eyni zamanda həmin bükümü «Mehdi» adlıİran İslam Respublikasının vətəndaşından təqribən üç gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, «Papanin» adlanan ərazidəşəxsi istifadəsi üçün 10 (on) manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə olaraq narkotik vasitə olub-olmadığı barədə sual verildikdəo, yaşadığıünvanda narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitənin qramını 15 (on beş) manata satmaq üçün «Mehdi» adlıİran İslam Respublikası vətəndaşından 10 (on) manata aldığını,narkotiki könüllü təqdim edə biləcəyini bildirmişdir (iş vərəqi 30-32). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 03.08.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindəşəxsi axtarış aparılan zaman üzərində olan narkotik vasitəni təqdim edəndə həmin naroktik vasitədən əlavə olaraq yaşadığıünvanda saxladığı və könüllü olaraq təqdim edəcəyi narkotik vasitə olduğunu bildirdikdən sonra onun yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Dağlıq küçəsində yerləşən fərdi ünvana keçirilmiş baxış zamanı o, evin girişdən baştərəfdə yerləşən çarpayının üzərində olan yatağın (döşək) alt hissəsindən şəffaf sellofan torbaya bükülmüş bükülünüçıxardaraq təqdim etmişdir. Ondan ünvanda aşkar edilmişşəffat rəngli sellofana bükülmüş kütlənin nə olduğu soruşulduqda həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir (iş vərəqi 37-38). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3288 nömrəli 04.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,614 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı olan paketdə bir ədəd şəffaf polietilen torbadakı təmiz çəkisi 1005 qram tünd qəhvəyi rəngli maddə kütləsi üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin ümumi təmiz çəkisi 1005,614 qram (1 kq. 5,614 qr.) təşkil edir. Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir; aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 50-55). İş materiallarındakı Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1096/2021 nömrəli 04.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməliyyat tədbirləri keçirilməsi barədə 03.08.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 57-58). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsiİstintaq Şöbəsinin 04.08.2021-ci il tarixli protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin ünvana baxış keçirilərkən Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin, həmçinin ünvana baxış keçirilmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir; fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 71-76). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 05.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 78-79). İş materiallarındakı Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-804/2021 nömrəli 05.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 103- 107). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 06.10.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin 02.02.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr hazırlama, əldə etmə, saxlama, daşıma və ya göndərmə) təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.06.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 29.12.1998-ci il tarixli Amnistiya Qərarının 3.3-cü maddəsinə əsasən azad olunmuş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(00)-1370/2008 nömrəli 10.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə daşıma) maddəsi ilətəqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.03.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 112-117). Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsində göstərilir ki, cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3-cü maddələrinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.3-cü maddələrinə görə, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqdar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 10.11.2021-ci il tarixli 062-32953-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 123). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 X7 Məhkəmə Psixiatrik Ekspertizasının 15.10.2021-ci il tarixli 2394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. O, hal-hazırda hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqi 125-126). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik X7 X1 03.11.2021-ci il tarixli 4278 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 127-128). «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08.11.2012-ci il tarixli 8 saylı Qərarının 21-ci bəndinə əsasən cinayət törətmiş şəxslər barəsində alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmənarkoloji ekspertizasının rəyini tətdiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalıdır. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4885 nömrəli 23.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №59» dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış üzərində «Təqsirləndirilən şəxs» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə və bir ədəd kağız paketdə olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1004,8 qram, 0,564 qram ümumi təmiz çəkisi 1005,364 qram olan heroinlər xarici görünüşəlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir; aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir (iş vərəqi 131-134). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 23.11.2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1005,614 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1005,214 qram çəkidə narkotik vasitə heroin, həmçinin şəxsi axtarış və götürmə aparılması, yaşadığı mənzilə baxış keçirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 246.3, 242-247-ci maddələrinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk maddi sübut kimi tanınmaqla, narkotik vasitə heroin Binəqədi Rayon Polis İdarəsində, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır (iş vərəqi 135-136). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 23.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işindən «Mehdi» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılaraq cinayət işinə ********* nömrəsi verilməklə icraata qəbul edilmişdir (iş vərəqi 151-152). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 24.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (iş vərəqi 161-162). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə özünü qismən təqsirli bilməsinə, yəni narkotik vasitə istifadəçisi olsa da, alqı-satqısı ilə məşğul olmadığı, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamasına dair verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadə verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, video görüntülərə baxış keçirilməsi kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən, habelə ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1005,614 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1005,214 qram çəkidə narkotik vasitə heroin məhv edilməli; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, yaşadığı mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Fides» Vəkil Bürosunun nəfinə 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 179 (bir yüz yetmiş doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Fides» Vəkil Bürosunun nəfinə 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1005,614 qram olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1005,214 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, yaşadığı mənzilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar