Məhkəmə qərarları › İş №1(101)-430/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-430/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-430/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X15 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə İmişli şəhərində anadan olmuş, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilmiş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, İmişli şəhəri, Nəsimi küçəsi, ev 19-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 66A, mənzil 48-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 12,309 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 13:20 radələrində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 06 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ayrıayrılıqda təmiz çəkiləri 1,057 qram, 3,717 qram, 1,086 qram, 4,024 qram, 1,450 qram, 0,975 qram, ümumi təmiz çəkisi 12,309 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun gündəlik iş proqramı var. İş proqramına əsasən o, həftənin birinci günü istirahət edir, həftənin digər günləri isə işləyir. Onun iş saatı səhər 10:00-dan axşam saat 24:00-dək davam edir. O, “Qara Qarayev” metro stansiyanın yaxınlığında yerləşən “Chay Lounge” çay evində işləyir. Polislər tərəfindən saxlanıldığı gün o, evdən çıxmış və yaşadığı binanın ətrafını fırlanıb yola çıxdıqdan sonra 251 saylı tam orta məktəbin yanında 8-10 nəfər mülki geyimli polis əməkdaşı onun üzərinə hücum çəkmişdir. Onun üzərinə hücum çəkən həmin 8-10 nəfər mülki geyimli polis əməkdaşı onun əllərini qandallamışlar. Polis əməkdaşları onu saxladıqda polis əməkdaşlarından biri əlini onun cibinə salıb çıxartmışdır. O, bunu hiss etmişdir. Polis əməkdaşı əlini onun cibinə salıb çıxartdıqda o, əvvəlcə düşünmüşdür ki, polis əməkdaşı bu hərəkəti onun cibindən siqaret paketini çıxartmaq üçün etmişdir. Amma sonradan o, bunun belə olmadığını anlamışdır. Polis əməkdaşları onu saxlayandan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər. 24-cü PŞ-də yerləşən otaqda X4 gözləri qarşısında 7-8 nəfər polis əməkdaşı onu döymüşdür. Polis əməkdaşları onu döydükdən sonra X8 ona bildirmişdir ki, “sənin barəndə bizə əməliyyat məlumatı daxil olub ki, sən narkotik vasitələrin qanunsuz alışı və satışı, habelə narkotik vasitələrin qəbulu ilə məşğulsan”. Bundan sonra X4 otağında onun halı pisləşmiş, yəni ürəyi sıxılmışdır. Sonra polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinin otağına aparmışlar. 24-cü PŞnin rəisinin otağında rəis ona demişdir ki, “X8 sənə nə desə, razılaş. X8 səndən hansı sənədə imza atmağını tələb etsə, imza at, əks halda külli miqdarda narkotik vasitələrin dövriyyəsi ittihamı ilə səni həbs etdirəcəm”. Bu söhbətdən sonra polis əməkdaşları onu aşağı salmışlar. Onun ürəyində və ciyərində problem olduğuna görə aşağıda onun halı yenidən pisləşmişdir. O, halının pisləşməsi və yenidən döyülmək istəməməsi səbəbi ilə X4 tələbi əsasında sonuncunun təqdim etmiş olduğu bütün sənədlərə imza atmışdır. X1 imza atması üçün təqdim etdiyi sənədlərə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə keçirilən şəxsi axtarışla bağlı birinci videoçəkilişdə vəkil də iştirak etmiş, səhv etmirsə vəkilin adı İlqar Babayev olmuşdur. Üzərinə keçirilən şəxsi axtarışla bağlı olan videoçəkiliş başlayan zaman polis əməkdaşları onun əllərindəki qandalları açmışlar. Bundan əvvəl onun əlləri qandallı olmuşdur. Şəxsi axtarış zamanı o, üzərində olan hər bir predmeti könüllü şəkildə masanın üzərinə qoymuşdur. Həmin vaxt gödəkcəsinin cibində 01 büküm narkotik vasitə, telefon, siqaret paketi və kart olmuşdur. Üzərinə keçirilən şəxsi axtarışla bağlı videoçəkiliş bitdikdən sonra o, əyləşmişdir ki, bir az özünə gəlsin. Bir müddət keçdikdən sonra polis əməkdaşları yenidən onun yanına gələrək bildirmişlər ki, onun üzərinə keçirilən şəxsi axtarışla bağlı videoçəkiliş polis əməkdaşlarının işinə yaramayacaq. Bu səbəbdən də ikinci dəfə videoçəkiliş həyata keçiriləcək. O, bu səfər buna etirazını bildirərək imtina etmiş və demişdir ki, “məndən əl çəkin”. Həmin vaxt vəkil artıq çıxıb getmişdir. Onun belə deməsini gördükdən sonra polis əməkdaşları ona demişlər ki, “əgər sən bizim dediklərimizlə razılaşmasan, bu halda biz sənin atana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edəcəyik”. O, həmin anadək bilməmişdir ki, sözügedən maddələr nə maddələrdir. O, heç vaxt belə şeylərə maraq göstərməmişdir. O, sözügedən maddələr barədə xəbərsiz olmuş və sonradan bilmişdir ki, sözügedən maddənin sanksiyasında 05 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Ona qarşı edilən bu təzyiqdən sonra polis əməkdaşları onu Nizami RPİ-nə aparmışlar. Nizami RPİ-nə gələndə polis əməkdaşları onu Nizami RPİ-nin rəis müavininin otağına aparmışlar. O, Nizami RPİ-nin rəis müavininin yanında olanda onun yanına müstəntiq gəlmişdir. Yanına gələn müstəntiq ondan ifadəyə imza atmasını tələb etmişdir. Bu zaman o, müstəntiqə rədd cavabı vermişdir. Ondan rədd cavabı alan müstəntiq onu təhdid etməyə başlamış və bildirmişdir ki, “əgər sən ifadəyə imza atmasan, problem yaşayacaqsan”. Edilən bu təhdidlərə baxmayaraq, o, ifadəyə imza atmamışdır. Bundan sonra polis əməkdaşları onu Nizami RPİ-nin rəis müavininin qarşısına çıxarmışlar. Nizami RPİ-nin rəis müavini onu təhdid edərək bildirmişdir ki, “əgər sən ifadəyə imza atmasan, sənin ailə üzvlərini də, övladlarını da, valideynlərini də Nizami RPİ-nə gətirəcəyik”. Rəis müavini cümləsinin davamında əlavə olaraq demişdir ki, “ümumiyyətlə bilirsiniz nə var?!, əməliyyat qrupunu bura çağırın”. Əməliyyat qrupuna daxil olan 3 (üç) nəfər polis əməkdaşı gəldikdən sonra Nizami RPİ-nin rəis müavini həmin polis əməkdaşlarına əmr etmişdir ki, “bunun atasını, yəni Vəliyev Famili tutub yanıma gətirin və Vəliyev Familə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edəcəyik”. O, artıq bu cür təhdidə tab gətirməyərək Nizami RPİ-nin rəis müavininə demişdir ki, “bir dəqiqə dayan, mənim atam xəstə adamdır, problem yoxdur, ifadəyə imza atıram. O, ifadəyə imza atdıqdan sonra polis əməkdaşları onu əvvəl X10, sonra isə Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına aparmışlar. O, məhkəmənin göndərdiyi ittiham aktı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsindən çıxarışı alıb tanış olmuşdur. O, Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına qəbul olanda onun üzərində xəsarətlər olmuşdur. Belə ki, o, Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına qəbul olanda həkimlər onu soyundurub yüngül də olsa, tibbi müayinədən keçirmişlər və bədənindəki xəsarətləri qeydə almışlar. Bədənindəki xəsarətlər sol və sağ qabırğalarının üzərindəki göy ləkələrdən ibarət olmuşdur. Yəni polis əməkdaşları onu elə də ağır dərəcədə döyməmişlər. O, polis əməkdaşları tərəfindən məruz qalmış olduğu mənəvi və fiziki işgəncələr barədə Baş Prokurorluğa müraciət etmişdir. Polis əməkdaşları tərəfindən məruz qalmış olduğu mənəvi və fiziki işgəncələr barədə Baş Prokurorluğa müraciət etməyinə rəğmən, onun yanına prokurorluq orqanlarından heç bir nümayəndə gəlməmişdir. Ona ancaq Baş Prokurorluqdan cavab məktubu gəlmişdir ki, prokurorluq onun müraciətini qeydə almış və bu barədə araşdırma aparılacaq. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polislərin onu döyərək işgəncə verdiklərini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı gödəkcəsinin cibindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, ittiham aktında göstərilmiş külli miqdarda psixotrop maddənin polis əməkdaşlarına məxsus olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 fadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Nizami RPİ-nin 24-cü PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərini keçirərək Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının yaxınlığında saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət edilmişdir. 24-cü Polis Şöbəsində təhqiqatçının xidməti otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd tərəzi və 1 (bir) ədəd mobil telefon aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 fadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında onlar əməliyyat-axtarış tədbirləri keçirmişlər və nəticədə Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən Nizami RPİ-nin 24-cü PB-ə dəvət edilmişdir. Nizami RPİ-nin 24-cü PB-də təhqiqatçının xidməti otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 6 (altı) ədəd bükümdə psixotrop maddə və 1 (bir) ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün ünvan 5 saylı binanın yaxınlığına gəlib-gedən arıq bədən quruluşlu, 40-45 yaşlı “Tural” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün saat 13.20 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq 13:40-da 24-cü Polis Şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış keçiriləcək zaman müdafiəçinin iştirakını tələb etməmiş və müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, həmin gün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan “Redmi Note 10” markalı mobil telefonu, 01 ədəd qara rəngli pul qabını, şəxsiyyət vasiqəsini, “Leo Bank” tərəfindən verilmiş 01 ədəd bank kartını, 01 ədəd “Bakı Kart” nəqliyyat kartını, 01 manat pulu, 01 ədəd boz rəngli elektron tərəzini, 01 ədəd şəffaf paketdə olan ağ rəngli maddəni, 05 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal halında olan maddəni təqdim etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1520 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-42) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, İştirak etdi - iki imza, Qablaşdırıldı: N.Əzizov-imza ... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 05 (beş) ədəd bükümlərdəki və 01 (bir) ədəd paketdəki təmiz çəkiləri - 1,057 qram, 3,717 qram, 1,086 qram, 4,024 qram, 1,450 qram, 0,975 qram, ümumi təmiz çəkisi - 12,309 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, İştirak etdi - iki imza, Qablaşdırıldı: N.Əzizov-imza ... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün mütamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 54) görünür ki, 11 mart 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları, həmçinin narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları da təqdim etməyi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan “Redmi Note 10” modelli mobil telefonu və qara rəngli pul qabını təqdim edir. Pul qabıya baxış zamanı oradan Təqsirləndirilən şəxs məxsus “Leo Banka” aid plastik bank kartı, şəxsiyyət vəsiqəsi, metro kartı aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının cibində olan 01 manat pulu çıxararaq təqdim edir. Daha sonra isə o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində metamfetamin olan 06 ədəd bükümü və 01 ədəd tərəzini təqdim edir. Təqdim olunan bükümlərə baxış zaman 06 ədəd büküm polis əməkdaşı tərəfindən açılır. Bükümlərin içərisində ağ rəngli, kristal halında olan metamfetamin aşkar olunur. Aşkar edilmiş içərisində metamfetamin olan bükümlər və tərəzi zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etdiyini soruşduqda, o, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasınm yaxınlığında yerləşən H.Əliyev adına parkda aldığını deyir. Həmçinin tərəzini hansı məqsədlə üzərində saxladığını Təqsirləndirilən şəxs soruşduqda, o, tərəzi vasitəsilə ona satılan metamfetaminin çəkisini dəqiqləşdirdiyini deyir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bank kartı və mobil telefon da götürülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilmir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılır, protokol tərtib olunur, tərtib edilmiş protokol ucadan oxunur, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq edirlər. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 55-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-128/2023 saylı qərarından (cild 1, iş vərəqə 75-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-157/2023 saylı qərarından (cild 1, iş vərəqə 220-221) görünür ki, əməliyyat-axtraış tədbirinin həyata keçirilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 94-95) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkisi 12,009 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 104-106) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 289.2-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirli bilinib həmin Məccəllənin 69.3-cü maddəsinə əsasən 03 il 01 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 02 il 06 ay sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 40-41) görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə əsas isə Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlər üzrə onun bədən səthi üzərində heç bir xəsarət və ya xəsarət izinin aşkar edilməməsi olmuşdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-234/2023 saylı qərarından (cild 2, iş vərəqə 12-13) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 3265 nömrəli narkoloji ekspertiza rəyindən (cild 2, iş vərəqə 42-43) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 53-62) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün iş materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkisi 12,009 qram təşkil edən psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və videogörüntünün olduğu 01 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin ayrılması haqqında qərardan (cild 2, iş vərəqə 64-65) görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satılması faktı ilə bağlı iş materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-23/2021 saylı hökmündən (cild 1, iş vərəqə 113-212) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsinə əsasən ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılması müddəti nəzərə alınmaqla üzərində 03 il 01 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti hesab edilməklə 02 il 06 ay sınaq müddəti təyin edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə verilməsi barədə Nizami rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsinə dair 368-C-23 saylı materialdan (cild 2, iş vərəqə 154-177) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi və işgəncəyə məruz qalıb-qalmaması barədə araşdırma aparılmış, araşdırma zamanı ekspertiza keçirilmiş, aidiyyəti şəxslərin izahatları alınmış, nəticədə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin araşdırma zamanı keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2023cü il tarixə uyğun xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olara.q hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai istintaqın əvvəlində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və o, ittiham üzrə özünü təqsirli bilərək bir neçə dəfə etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edildikdən və bir neçə dəfə etirafedici ifadə verdikdən sonra, yəni ibtidai istintaq davam edən zaman o, özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, həmin vasitə və maddələrdən istifadə etmədiyini, tutularkən üzərində psixotrop maddə olmadığını, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, nəticədə məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmadığını, şəxsi axtarış keçirilən zaman onun cibindən aşkar edilmiş psixotrop maddələrin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu və şəxsi axtarış zamanı könüllü şəkildə həmin psixotrop maddələri çıxararaq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə məhkəmədə araşdırma aparılmış və əldə edilmiş yeni sübutlar (şəxsi işin materialları, tibbi kitabça və prokurorluqda aparılmış araşdırma ilə bağlı material) əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində onun tutulduğu günə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələn heç bir xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində onun iddia etdiyi kimi xəsarət izinin aşkar edilməməsi, habelə keçirilmiş ekspertiza əsasında onun bədəni səthi üzərində tutulduğu günə təsadüf edə biləcək hər hansı xəsarət izinin müəyyən edilməməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən məruz qaldığı fiziki zorakılıq və işgəncə nəticəsində onun üzərində xəsarətlər yaranmışdır. Üzərində xəsarət izinin olduğunu iddia etdiyi halda istintaq təcridxanasına təhvil verilərkən xəsarət izinin olmaması, bu barədə hər hansı qeydin aparılmaması, keçirilmiş ekspertiza əsasında onun üzərində xx.xx.2023-cü il tarixə uyğun gələ biləcək xəsarət izinin olmaması Təqsirləndirilən şəxs iddia etdiyi halların ağlabatan və inandırıcı olmamasına dəlalət edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hissədə məhkəməyə verdiyi məlumatlar işin hallarına uyğun deyil. Ona görə də məhkəmə bu hissədə onun verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan şəxsin ona aid olmayan və dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin ona məxsus olmasını bildirməsi ağlabatan və inandırıcı görünmür. Eyni zamanda ibtidai istintaqın gedişində o, irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ilkin etirafedici ifadələrindən imtina etsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu yolla özünü müdafiə etməyə çalışmışdır. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmədə dindirilmiş 3 (üç) polis əməkdaşı ifadə verərək Təqsirləndirilən şəxs iddia etdiyi halları inkar edərək şəxsi axtarış zamanı həqiqətən də sonuncunun üzərindən bir neçə bükümdə psixotrop maddələrin aşkar edildiyini təsdiq etmişlər. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələr ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,057 qram, 3,717 qram, 1,086 qram, 4,024 qram, 1,450 qram, 0,975 qram, ümumi təmiz çəkisi 12,309 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə həmin maddədən heç vaxt istifadə etməməsini, həmin maddənin polis əməkdaşı tərəfindən onun cibinə qoyulmasını iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Yəni Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən onun cibinə qoyulmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də ayrı-ayrılıqda təmiz çəkiləri 1,057 qram, 3,717 qram, 1,086 qram, 4,024 qram, 1,450 qram, 0,975 qram, ümumi təmiz çəkisi 12,309 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 06 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biriləri ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 1,057 qram, 3,717 qram, 1,086 qram, 4,024 qram, 1,450 qram, 0,975 qram, ümumi təmiz çəkisi 12,309 qram olan külli miqdarda psixotrop maddə metamfetamini və 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin bükümləri könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və 24-cü Polis bölməsinə aparıldıqdan sonra onun üzərindən külli miqdarda ümumi təmiz çəkisi 12,309 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməmişdir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin sadə residivi var. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-23/2021 saylı hökmünə əsasən təyin edilmiş 02 il 06 ay sınaq müddətində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədilməsi sadə residiv sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cəza təyini ilə bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olduğundan və ailədə yeganə qazanc gətirən şəxs olduğundan ona sadə residiv nəzərə alınmaqla aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(009)-23/2021 saylı hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və həmin hökm üzrə çəkilməmiş 03 il 01 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 67.4cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(009)-23/2021 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmədiyindən, yəni həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,009 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(009)-23/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və göstərilən hökm üzrə çəkilməmiş 3 (üç) il 01 ay 07 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,009 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar