Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-430/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X6, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X19 massivi, Xarici dairəvi yolu, ev 20a, giriş 3, mənzil 148-də pasport qeydiyyatında olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 87, mənzil 56-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs ilə bağlı gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakım ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 15 avqust 2023cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Dendroloji” parkın ərazisində qabaqcadan əlbir olduğu Şahid2 üzərində gəzdirdiyi cib bıçağını çıxararaq nümayiş etdirib Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 300 (üç yüz) manat dəyərində olan “Honor 9X lite” markalı mobil telefonu və içərisində 314,36 (üç yüz on dörd manat otuz altı qəpik) manat pul olan “Leobank” kartını ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir problemi olmamış, İlkinlə çoxdandır ki, tanışdır. O Zərərçəkmiş şəxs ilə 3-4 gün əvvəldən görüşmək üçün razılaşmışdır. Daha sonra onun telefonunda problem olduğu üçün dostu Şahid2 telefonu ilə Zərərçəkmiş şəxs zəng vuraraq telefonunun xarab olduğunu, bu nömrə ilə ona zəng vurmağında problem olubolmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ona heç bir problem olmadığını demişdir. Zərərçəkmiş şəxs nömrəsi həmin telefonun yaddaşında qalmışdır. O Zərərçəkmiş şəxs ilə görüşməyə gedən zaman Şahid2 da onunla birlikdə gəlmək istədiyini bildirmiş, o isə bunun düzgün olmayacağını demişdir. Şahid2 özünün Zərərçəkmiş şəxs ilə danışacağını və görüşə gedəcəyini demiş, heç bir problemin olmayacağını bildirmişdir. Daha sonra Şahid2 Zərərçəkmiş şəxs ilə telefonda danışmış və Zərərçəkmiş şəxs Şahid2 da gəlməsinin problem yaratmayacağını bildirmişdir. Onlar saat 15 radələrində Nəsimi metrosunun yanında görüşmüşlər və dendroloji parka getmişlər. Bir az gəzdikdən sonra Şahid2 bıçaq çıxarmış və Zərərçəkmiş şəxs üzərinə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs ilə Tiktok vasitəsilə tanış olmuşlar. Zərərçəkmiş şəxs ilə əvvəllər iki-üç dəfə görüşmüşlər. Zərərçəkmiş şəxs bu dəfə gəzib-dolanmaq məqsədilə görüşə çağırmışdır. Zərərçəkmiş şəxs ilə pul müqabilində görüşməmişlər. Zərərçəkmiş şəxs Şahid2 görüşə gəlməsinə etiraz etməmişdir. Görüşən zaman o Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışdır. Şahid2 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olub-olmamasını bilmir. Zərərçəkmiş şəxs ilə əvvəlki görüşlərində heç vaxt cinsi əlaqədə olmamışlar. Onların birlikdə dendroloji parkın içərisinə getmələrində heç bir məqsədləri olmamışdır. Zərərçəkmiş şəxs ilə Şahid2 əvvəllər tanışlığı olmamışdır. O, Zərərçəkmiş şəxs və Şahid2la birlikdə parkda bir saata yaxın gəzmişlər. O telefonla danışmaq üçün Zərərçəkmiş şəxs və Şahid2 aralanmış, daha sonra Zərərçəkmiş şəxs onun yanına gələrək Şahid2 onun üzərinə bıçaq çəkdiyini və telefonunu aldığını bildirmişdir. Şahid2 Zərərçəkmiş şəxs telefonundan başqa kartını da almışdır. Kartın içində nə qədər pul olduğunu bilmir. O, Zərərçəkmiş şəxs kartın kodunu soruşmamışdır. Sonradan Şahid2 qaçıb getmiş, Zərərçəkmiş şəxs isə ətrafda olan digər şəxslərə yaxınlaşaraq polisə zəng vurmaq üçün telefon istəmiş, bu zaman o Zərərçəkmiş şəxs yaxınlaşıb narahat olmamasını, telefonu İbrahimdən alaraq ona gətirəcəyimi bildirmişdir. Sonradan o Şahid2 görməmişdir. O,heç bir vaxt Şahid2la telefonu sataraq pul əldə etməmiş və yeyib-içməyə getməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, əsl adı Anar olsa da, hamı Nurlan deyə çağırır. Şahid2 qardaşı Coşqunun vasitəsi ilə tanımış, aralarında dostluq münasibəti vardır. O, adını Hüseyn bildiyi, lakin sonradan əsl adının İlkin olduğunu bildiyi şəxslə 2023-cü ilin əvvəllərində sosial şəbəkə vasitəsi ilə tanış olmuş və tanışlıqdan sonra İlkinin cinsi azlıq olduğunu bilmişdir. Hətta onunla əvvəllər bir dəfə də görüşmüşdür. 15 avqust 2023-cü il tarixdə saat 12 radələrində o, İbrahimə zəng edərək Hüseyn adlı cinsi azlıqla görüşəcəyini, onunla cinsi əlaqədə olacağını, onun da görüşə gəlməyini və Hüseynlə cinsi əlaqədə olmağını bildirmişdir. İbrahim cinsi azlıqla əlaqədə olmaq istəmədiyini, lakin görüşə gələ biləcəyini bildirmişdir. Beləliklə saat 13 radələrində o, İbrahimlə 4-cü mkr dairəsinin yaxınlığında görüşmüş və saat 18 radələrinə kimi onunla bir yerdə gəzmişdir. Saat 18 radələrində onlar X14 adına parkda görüşmüş və o, İlkini İbrahimlə tanış etmişdir. Onlar üçü gəzə-gəzə piyada “Pitomnik” adlanan ərazidə özlərinə məxsus yaşayış olmayan köhnə evə getmişlər. Həmin evdə o, İlkinlə cinsi münasibətdə olsa da, İbrahimlə İlkin cinsi münasibətdə olmamışdır. Təxminən yarım saatdan sonra onlar olduqları evdən çıxmış və 200 metr piyada hərəkət etdikdən sonra İbrahim İlkini üzərində olan bıçaqla qorxudub mobil telefonunu əlindən almaq qərarına gəlmişdir ki, telefonu satıb pul əldə etsinlər. Ona görə də İbrahim üzərində olan bıçağı çıxararaq İlkinin üstünə tutub onu bıçaqla vuracağı ilə hədələyib əlində olan “Honor 9X lite” markalı telefonu istəmişdir. İlkin ilk olaraq telefonu vermək istəməsə də İbrahim yenə də onu bıçaqla qorxudub telefonu onun əlindən almışdır. İlkin telefonunu İbrahimdən istəyən zaman sonuncu yenə də onu bıçaqla hədələyərək telefonun və telefonun kaburasında olan “Leobanka” məxsus kartın kodunu istəmişdir. İbrahim əlində olan bıçağı İlkinə tərəf tutaraq telefonun və bank kartının kodunu istədikdə İlkin ona İbrahimin bıçaqla xəsarət yetirəcəyindən qorxub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt İlkin qaçmağa başladıqda, onu çağırsalar da gəlməmişdir. Bundan sonra o, İbrahim orada qalmayaraq öz aralarında məsləhətləşmişlər ki, telefonu satıb pul əldə etsinlər. Bu məqsədlə də 20 yanvar metrostansiyasının yaxınlığına gələrək orada İbrahim telefonun kaburasının arxasında olan Leobank məxsus kartı götürüb özünə və ona 20-30 manatlıq siqaret və su almışdır. Onlar kartla siqaret və su aldıqdan sonra kartı sındırıb 20 yanvar metrostansiyasının yaxınlığında tullamışlar. Daha sonra İlkinə məxsus telefonu satmaq üçün 20 yanvar metrosunun yaxınlığında yerləşən mobil telefonların alışı və satışı ilə məşğul olan mağazalardan birinə daxil olaraq İbrahimə məxsus şəxsiyyət vəsiqəsinin kseosurəti ilə 50 manata telefonu satmışlar. Bundan sonra İbrahimlə birlikdə 3 mkr dairəsi tərəfə gedərək əldə olunan pulnan yemək yeyib ayrılmışlar. O, İbrahimdən ayrıldıqdan sonra yaşadığı evə getmişdir. O, sonradan eşitmişdir ki, İlkin şikayət etmişdir və onun şikayəti əsasında Şahid2 Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra o, tutulmağından qorxduğu üçün müxtəlif yerlərdə gizlənmişdir. (cild 1, iş vərəqə 91-93) Məhkəmə iclasında ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda qeyd olunmuş Şahid2la görüşdükləri yer düzgün deyil. Şahid2la iki gün olarmış ki, qardaşıgildə qalmışlar, bu müddət ərzində İbrahim və Zərərçəkmiş şəxs telefonda danışmışlar. Görüş yerinə Şahid2la birlikdə gəlmişlər. O, Şahid2la birlikdə telefon satmamışdır. “Pitomnik” adlanan parkda cinsi əlaqədə olmamışlar. O, Zərərçəkmiş şəxs telefon kodu istəməmişdir. Əvvəllər onun Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məhkumluğu olmuşdur. O, ibtidai istintaq zamanı ifadə verməmişdir. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir olmuşdur. Bədənində aşkar edilmiş çapıqlar hadisədən əvvələ aiddir, yoxlanış zamanı da bunu bildirmişdir. İbtidai istintaq zamanı sənədlərə qol çəkmiş, lakin qol çəkən zaman ifadəsi ilə tanış olmamışdır. Zərərçəkmiş şəxs dedikləri düzgün deyil. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilmədiyindən inkaredici ifadə vermiş və bu səbəbdən də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlara, o cümlədən təqsirləndirilən şəxsin verdiyi ifadələrə, zərərçəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, habelə cinayət işinin materiallarında olan digər çoxlu sayda sübutlara məcmu halda məhkəmə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətinin olmaması, zərərçəkmiş şəxsə qarşı cinayət törətməməsi və ibtidai istintaq zamanı ona qarşı fiziki təsir olması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, baş vermiş hadisələr təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı elan edilmiş ifadəsində göstərildiyi kimi olmuşdur. O Şahid2la bir-iki gün vatsap proqramı vasitəsilə danışmışlar. Şahid2la Təqsirləndirilən şəxs vasitəsilə tanış olmuşlar. Əvvəllər də Təqsirləndirilən şəxslə o tərəfdə görüşmüşlər. Bu dəfə onların evinin ərazisində görüşməyi təklif etsə də, Anarla İbrahimi heç cür razı sala bilməmiş və nəticədə Anar və İbrahimin dediyi yerdə görüşmüşlər. Anar, İbrahim və o birlikdə yanaşı yeriyirmişlər. O parkda İbrahim və Anarı gözləmiş, sonuncular gəldikdən sonra parkdan uzaqlaşmışlar və parkda gəzməmişlər. Yol boyunca İbrahim və Anar bir-birilərini kənara çağıraraq nəsə demişlər, o bundan şübhələnəndə isə artıq gec olmuşdur. Daha sonra hasarlı bir əraziyə gəlmişlər. Sonra Şahid2 ona telefonla əlaqəli suallar verməyə başlamış, daha sonra onun üstünə bıçaq çəkərək telefonunu əlindən almışdır. Telefonun arxasında bir ədəd Bakıkart və bir ədəd Leokart olmuşdur. İbrahim Bakıkartı ona qaytarmış, telefon və digər kartı isə götürmüşdür. İbrahim ondan kartın kodunu soruşmuş, səhv etmirsə kartın kodunu deməmişdir. Lakin kartla kodu olmadan da ödəniş etmək olur. İlk başda Təqsirləndirilən şəxs Şahid2 telefonu qaytarmasını demişdir. Lakin sonradan o, bu işin planlı olduğunu başa düşmüşdür. İbrahim və Anar sonradan birlikdə uzaqlaşmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxslə instagram proqramı vasitəsilə tanış olmuşlar. Hadisə baş verən günədək Anarla bir dəfə görüşmüş və cinsi əlaqədə olmuşlar. Bu əlaqə pul qarşılığında olmamışdır. Bu əlaqədə ona qarşı zorakılıq olmamışdır. Görüşməzdən əvvəl İbrahim və Anarla cinsi əlaqədə olması barədə söhbət getmiş, lakin dəqiq razılıq olmamışdır. Cinsi əlaqədə passiv tərəf o olmuşdur. Şahid2 telefonla bağlı sualları o Anarla cinsi əlaqədə olduqdan sonra verirmiş. Təqsirləndirilən şəxslə cinsi əlaqədə hasarlı tikilidə olmuş, bu zaman Şahid2 uzaqda gözləyirmiş. Şahid2 Anarla cinsi əlaqəyə girdiklərini bilmişdir. Şahid2 özü də onunla cinsi əlaqəyə girmək istəyirmiş. O, düşünür ki, telefonunu oğurlamağı əvvəlcədən planlamışlar. Ola bilər ki, Təqsirləndirilən şəxs Şahid2 telefonu qaytarmasını deyərkən kartı da qaytarmasını nəzərdə tutmuşdur. Ondan telefon və kartın kodunu Anar və İbrahim hər ikisi birlikdə soruşmuş, Təqsirləndirilən şəxs Şahid2 sakitləşdirmək üçün ondan kodları istəmişdir. Sonradan o sürətlə yeriyib Anar və İbrahimdən uzaqlaşmağa başlamışdır. Anar və İbrahim onun arxasınca asta addımlarla gəlirmişlər. İlk dəfə Təqsirləndirilən şəxslə görüşəndə belə təhlükə olmamışdır. Telefonu və pulu ona qaytarılmamışdır. Təqsirləndirilən şəxs ailə üzvlərindən qardaşını və anasını tanıyır. Həmin şəxslər onunla ibtidai istintaqdan sonra əlaqə saxlamağa başlamışlar. Təqsirləndirilən şəxs Şahid2 bıçaq verib-vermədiyini bilmir. O polisə şikayət edən zaman cinsi əlaqədə olmaları barədə heç bir şey deməmiş, ifadəyə çağırılan zaman polis əməkdaşlarının artıq bundan xəbəri olduqlarını görmüşdür. Təqsirləndirilən şəxs və Şahid2 özləri ifadə verərkən bu məsələni də demişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir və aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxs cəza veriləcəyi təqdirdə ən azı Şahid2 verilmiş cəzaya uyğun azadlıqdan məhrum etmə ilə bağlı cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsidir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2023-cü ilin dəqiq xatırlamadığı vaxtlarında sosial şəbəkədə özünü Nurlan kimi təqdim edən Anarla tanış olmuş, tanış olduqdan sonra onunla görüşərək cinsi münasibətdə olmuşdur. Sonradan təxminən 03 ay Anarla danışmamışdır. 2023-cü ilin avqust ayında İnstaqram sosial şəbəkəsində Anarın şəkili təsadüfən qabağına çıxdıqda ona yazmışdır. Sonradan Anar görüşməyi bildirmiş və sonuncu görüşə dostu İbrahimin də gələcəyini demişdir. Beləliklə 15 avqust 2023-cü il tarixdə saat 18 radələrində o, Anar və İbrahim Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva adına parkda görüşərək piyada Həzrət Əli adına məscidə tərəf gedərək yaxınlıqda kimsənin olmadığı evə getmişlər. Orada ilk olaraq İbrahim cinsi əlaqədə olmaq istəsə də münasibətləri alınmamışdır. Daha sonra o, Anarla cinsi münasibətdə olmuşdur. Təxminən yarım saatdan sonra olduqları evdən çıxaraq təxminən 200 metr piyada hərəkət etdikdən sonra İbrahim üzərindən bıçaq çıxararaq üstünə tutub bıçaqla vuracağı ilə hədələyərək əlində olan “Honor 9X lite” markalı telefonu ani olaraq əlindən almışdır. O, telefonunu istəyən zaman İbrahim yenə də bıçaqla hədələyərək telefonun və telefonun kaburasında olan “Leobanka” məxsus kartın kodunu istəmişdir. Həmin vaxt o, qorxaraq Anara baxmış, lakin ondan hər hansı bir reaksiya görməmiş, İbrahimdə əlində olan bıçağı qarın nahiyyəsinə söykəyərək telefonun və bank kartının kodunu istədiyi üçün o, İbrahimin bıçaqla xəsarət yetirəcəyindən qorxub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt İbrahim və Anar bir qədər arxasınca gəldikdən sonra gözdən itmişdirlər. Bundan sonra o, tanımadığı bir qadına yaxınlaşaraq ondan mobil telefonunu alıb hadisə barədə DİN- nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, Honor 9X lite” markalı telefonunun qiyməti təxminən 300 manat, kartında isə 314,36 manat pul olmuşdur. İstintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq üçün Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 95-97) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o telefon mağazasında işləyir. Yay vaxtları axşam saat 18-20 radələrində iki nəfər oğlan mağazaya yaxınlaşmış və ekranı sınıq olan telefonu satmaq istədiklərini bildirmişdir. O da telefona uyğun qiymət demiş, lakin onlar mağazadan çıxaraq getmişlər. Bir müddət sonra həmin şəxslərdən biri təkrar mağazaya qayıtmış və o telefonu almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, mağazaya əvvəlcə iki nəfər gəlmiş, sonra isə bir nəfər gəlmiş və telefonu həmin şəxsdən almışdır. Telefonu aldığı şəxsin kim olduğunu xatırlamır, uzun boy, kök oğlan olmuşdur. Təqsirləndirilən şəxs birinci dəfə mağazaya gələn şəxslərdən heç birinə oxşamır. Telefonu 50 manata almışdır. Daha sonra telefonun ekranını dəyişib 100 manata satmışdır. Telefonu satan şəxs telefonun özünün olduğunu, qardaşının ekranı sındırdığını bildirmişdir. Telefon satılmağa gətiriləndə format olunmuşdur. O, Təqsirləndirilən şəxs görməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, metronun 20 yanvar metrostansiyasınm yaxınlığında “Arifoğlu” telefon mağazasında işləyir. xx.xx.2023cü il tarixdə saat 20 radələrində iki nəfər şəxs mağazaya gələrək Honor 9X lite markalı mobil telefonlarını satmaq istədiklərini bildirmişlər. O, telefona baxdıqdan sonra onu 50 manata ala biləcəyini dedikdə onlar razılaşmayaraq çıxıb getmişdirlər. Bir qədər sonra həmin iki nəfər şəxsdən biri gələrək telefonu satmağa razılaşmışdır. O, şəxsiyyət vəsiqəsi istədikdə həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş və arxasında “oğurluq və girov deyil telefon özümə məxsusdur” sözlərini yazdıqdan sonra həmin şəxsə 50 manat pul vermişdir. O, telefonu aldıqdan sonra onu satışa qoymuş və səhəri günü xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsə 90 manata satmışdır. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, telefonu alan zaman onun oğurluq olduğunu bilməmişdir. (cild 1, iş vərəqə 50-52) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına əlavə şahid qismində dəvət edilərək dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hadisə baş verən günü İlkin Abbasovla görüşmüşlər, Təqsirləndirilən şəxs da yanlarında olmuşdur. Daha sonra İlkin Abbasovla yarımtikiliyə girmişlər, çıxdıqdan sonra İlkinin telefonunu almışdır. Sonralar Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, İlkin Abbasovdan telefonun alınmasında Təqsirləndirilən şəxs heç bir rolu olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özü ona demişdir ki, telefonu İlkinə qaytarsın. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir bıçaq, kəsici və deşici alət görməmişdir. İlkin Abbasovun telefonunu 20 yanvar metrostansiyası yaxınlığında olan telefon mağazasına o satmışdır. Telefonu satan zaman Təqsirləndirilən şəxs onun yanında olmamışdır. X21 Niftəliyev vasitəsilə tanımışdır. X7 görüşəcəklərini bilmişdir. Onlar sadəcə dost kimi görüşməyə getmişlər. Əvvəlcədən İlkinin telefonunu almaq məqsədləri olmamışdır. O, Anar və İlkin arasında olan münasibəti sonradan öyrənmişdir. O, İlkin Abbasova heç bir münasibət təklif etməmişdir. İlkin Abbasovun telefonun almaq fikri onda sonradan yaranmışdır, belə ki, onun pula ehiyacı olmuşdur. O, İlkindən telefonu alan zaman Anar onlardan aralıda olmuşdur. Telefonu İlkindən aldığını görüb Anar onların yanına gəlmiş və telefonu geri qaytarmasını demişdir. İlkinə heç bir xəsarət yetirməmişdir. Onun üzərində suvenir bıçaq olmuş, həmin bıçağı telefonu alan zaman İlkinə göstərmişdir. Təqsirləndirilən şəxs üzərində bıçaq olmasından xəbəri olmamışdır. Telefonu satdıqdan sonra pulu Anarla bölməmiş, hadisədən sonra Anarı görməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, uşaq vaxtlarında atası Qələndər, iki il bundan qabaq isə anası Fəridə dünyasını dəyişmişdir. Ailədə tək övlad olmuş, bacısı və qardaşı yoxdur. Bakı şəhəri, Binəqədi rayonu 30 nömrəli orta məktəbdə təhsil almış, X1 yoldaşıdır, Təqsirləndirilən şəxs isə Coşqunun qardaşıdır. O, Anarı Coşquna görə tanımışdır. Onun əsl adı Anar olsa da, hamı onu Nurlan deyə çağırır. 15 avqust 2023-cü il tarixdə saat 12 radələrində Anar zəng edərək Hüseyn adlı cinsi azlıqla görüşəcəyini, onunla cinsi əlaqədə olacağını, görüşə gəlməyini və Hüseynlə cinsi əlaqədə olmağını bildirdikdə o, Anara cinsi azlıqla əlaqədə olmaq istəmədiyini, lakin görüşə gələ biləcəyini bildirmişdir. Beləliklə saat 13 radələrində o, Anarla 4-cü mkr dairəsinin yaxınlığında görüşmüş və saat 18 radələrinə kimi Anarla bir yerdə olmuşdur. Saat 18 radələrində onlar sonradan adını İlkin bildiyi, lakin adının Hüseyn olduğunu deyən şəxslə Zərifə Əliyeva adına parkda görüşmüşlər və Anar onu özünü Hüseyn kimi təqdim edən İlkinlə tanış etmişdir. Onlar üçü gəzə-gəzə piyada "Pitomnik” adlanan ərazidə Anargilə məxsus yaşayış olmayan köhnə evə getmişlər. Həmin evdə Anar İlkinlə cinsi münasibətdə olmuş və təxminən yarım saatdan sonra onlar evdən çıxıb 200 metr piyada hərəkət etdikdən sonra o, İlkini üzərində olan bıçaqla qorxudub mobil telefonunu əlindən almaq qərarına gəlmişdir. Ona görə də o, üzərində olan bıçağı çıxararaq İlkinin üstünə tutub onu bıçaqla vuracağı ilə hədələyərək əlində olan "Honor 9X lite” markalı telefonu istəmişdir. İlkin ilk olaraq telefonu vermək istəməsə də o, yenə də onu bıçaqla qorxudub telefonu əlindən almışdır. İlkin telefonunu istəyən zaman o, yenə də onu bıçaqla hədələyərək telefonun və telefonun kaburasında olan "Leobanka” məxsus kartın kodunu istəmişdir. Həmin vaxt İlkin qorxaraq Anara baxdıqda sonuncu "lazım deyil” sözlərini işlətmişdir. Lakin o, əlində olan bıçağı İlkinə tərəf tutaraq telefonun və bank kartının kodunu istədikdə İlkin ona bıçaqla xəsarət yetirəcəyindən qorxub qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt İlkin qaçmağa başlamış o, isə onu çağırsa da İlkin gəlməmişdir. Bundan sonra o, Anarla orada qalmayaraq öz aralarında məsləhətləşmişlər ki, telefonu satıb pul əldə etsinlər. Bu məqsədlə də 20 yanvar metrostansiyasının yaxınlığına gəlmişlər. Orada o, telefonun kaburasının arxasında olan Leobanka məxsus kartı götürüb özünə və Anara 20 manatlıq siqaret və su almışdır. O, kartla siqaret və su aldıqdan sonra kartı sındırıb 20 yanvar metrostansiyasınm yaxınlığında tullamışdır. Daha sonra o, İlkinə məxsus telefonu satmaq üçün 20 yanvar metrosunun yaxınlığında yerləşən mobil telefonların alışı və satışı ilə məşğul olan mağazalara getmişlər. İlk daxil olduqları mağaza telefona 30 manat pul verdiyi üçün o, qiymətdə razılaşmamışdır. Daha sonra bir neçə mağazayada telefonu göstərsələrdə heç kim almamışdır. İlk daxil olduqları mağazada ona məxsus şəxsiyyət vəsiqəsinin kseosurətini çıxartmışlar və şəxsiyyət vəsiqəsinin surəti Anarda qalmışdır. Telefonu heç kim almadığı üçün yenidən ilk dəfə daxil olduqları mağazaya gəlmişlər. Lakin bu dəfə mağzaya o, daxil olmamış, Anar özü tək daxil olmuşdur. Təxminən 5-10 dəqiqədən sonra Anarla mağazada olan satıcı mağazadan çıxaraq qonşu mağazaya getmişlər. 10-15 dəqiqədən sonra Anar gələrək telefonu 35 manata satdığını bildirmişdir. Bundan sonra onlar birlikdə 3 mkr dairəsi tərəfə getmiş, orada əldə olunan pulnan yemək yeyərək ayrılmışlar. O, Anardan ayrılıb getdikdən sonra yolda cibindən cib dəsmalını götürən zaman bir tərəfi alışqan olan bıçaq cibindən düşmüşdür. (cild 1, iş vərəqə 30-32) Şahid2 1(101)-1192/2024 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ünsiyyəti olmamışdır. 15 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Daha sonra onlar Anara məxsus evə getmişlər. Evdən çıxdıqdan sonra o, İlkindən telefonunu baxmaq üçün istəmiş telefonu aldıqdan sonra qaytarmamışdır. Telefonla birlikdə İlkinə məxsus bank kartını da götürmüşdür. O həmin vaxt bir neçə dəfə İlkinə telefonu qaytarmaq istəsə də İlkin polisə şikayət edəcəyini deyərək oradan uzaqlaşmışdır. O da telefonu götürüb telefon mağazalarının birində təxminən 50-60 manat müqabilində satmış, əldə etdiyi pulu isə xərcləmişdir. İlkindən götürdüyü bank kartı ilə isə marketlərin birindən 30-40 manat məbləğində alış-veriş etdikdən sonra qırıb atmışdır. Hadisə günü onda bıçaq olmamışdır, İlkinin üzərinə bıçaq çıxartmamışdır, Təqsirləndirilən şəxslə qabaqcadan cinayət törətmək barədə razılığa gəlməmiş və əlbir olmamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 1, iş vərəqə 1) Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:44-də DİN-nin 102 xidmətindən Binəqədi rayonu Z.Əliyeva adına göz klinikasının yaxınlığında Zərərçəkmiş şəxs zəng edərək 2 nəfər şəxsin onu bıçaqla hədələyərək telefonunu və bank kartlarını alaraq aparması barədə məlumat vermişdir. (cild 1, iş vərəqə 4) Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı qanunsuz əməllərin edilməsi məlumatı əsasında hadisə baş vermiş ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Binəqədi rayonu Rəşid Behbudov küçəsində yerləşən “Dendroloji” parkın ərazisində baş verişdir. (cild 1, iş vərəqə 12-14) Şübhəli şəxsin tutulması haqqında 18 avqust 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Şahid2 18 avqust 2023-cü il tarixdə, saat 23:00-da Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 18-19) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 20) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs Şahid2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 25-27) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 28-29) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 23:00-dan hesablanmışdır. (cild 1, iş vərəqə 33-35) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.2.5ci maddəsindən həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 18.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 47) İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ittiham elan etmək məqsədi ilə xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış elan etmək məqsədi ilə tutulması və tutulduqdan sonra Binəqədi RPİnin MSY-nə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 48) İfadənin yerində yoxlanılması haqqında 28 noyabr 2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs Şahid2 ifadəsi yerində yoxlanılmış və o ifdəsində göstərdiyi xüsuatları əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 53-56) Sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla ********* N-li cinayət işi üzrə Şahid2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 180, 182ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, barəsində axtarış elan edildiyi üçün ********* nömrəli cinayət işindən X8 barəsində ayrıca icraat ayrılmış, Şahid1 istintaqa təqdim etdiyi "Honor 9X lite" markalı mobil telefonun alqı-satqısı zamanı əldə etdiyi Şahid2 aid şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 57- 61) Cinayət işi üzrə icraatın dayandırılması haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 62) Axtarışda olan şəxsin tutulması haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. (cild 1, iş vərəqə 65) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 67) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 69) Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 95-97) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 104-109) İfadənin yerində yoxlanılması haqqında 24 may 2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o ifdəsində göstərdiyi xüsuatları əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 114-117) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən vəNəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 11 ay 29 günə endirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (cild 1, iş vərəqə 118-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 verdiyi xx.xx.2024-cü il tarixli, 7749 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 135) Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 180, 182-ci maddələrinin tərkib əlamətləri olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının ********* nömrəli cinayət işi üzrə rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində İXMnin 227-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati tədbir görülməsindən ötrü qərarın surəti Binəqədi RPİ-nin İTŞ-nə göndərilmiş, Şahid1 istintaqa təqdim etdiyi "Honor 9X lite" markalı mobil telefonun alqı-satqısı zamanı əldə etdiyi Şahid2 aid şəxsiyyət vəsiqəsinin surəti və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bank çıxarışı cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 139-143) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 01 avqust 2024cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 162-165) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1192/2024 saylı hökmdən görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və müdafiəçi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə məhkəmə istintaqında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs və Şahid2 bir-birilərini tanımışlar və onların arasında dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs və Şahid2 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov küçəsində yerləşən “Dendroloji” parkın ərazisində Zərərçəkmiş şəxs məxsus 300 (üç yüz) manat dəyərində olan “Honor 9X lite” markalı mobil telefonu və içərisində 314,36 (üç yüz on dörd manat otuz altı qəpik) manat pul olan “Leobank” kartını zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək ələ keçirməklə cinayət törətmək barədə qərara gəlmişlər. Bununla da qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs və Şahid2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 ona qarşı verilən ittihamı mübahisələndirərək qeyd etmişdir ki, o zərərçəkmiş şəxsə qarşı quldurluq etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bildirmişdir ki, o Zərərçəkmiş şəxs ilə 3-4 gün əvvəldən görüşmək üçün razılaşmışdır. Daha sonra onun telefonunda problem olduğu üçün dostu Şahid2 telefonu ilə Zərərçəkmiş şəxs zəng vuraraq telefonunun xarab olduğunu və bu nömrə ilə ona zəng vurmağında problem olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ona heç bir problem olmadığını demişdir. Zərərçəkmiş şəxs nömrəsi həmin telefonun yaddaşında qalmış, o Zərərçəkmiş şəxs ilə görüşməyə gedən zaman Şahid2 da onunla birlikdə gəlmək istədiyini bildirmişdir. O isə bunun düzgün olmayacağını demişdir. Şahid2 özünün Zərərçəkmiş şəxs ilə danışacağını və görüşə gedəcəyini və heç bir problemin olmayacağını bildirmişdir. Daha sonra Şahid2 Zərərçəkmiş şəxs ilə telefonda danışmış və Zərərçəkmiş şəxs Şahid2 da gəlməsinin problem yaratmayacağını bildirmişdir. Onlar saat 15 radələrində Nəsimi metrosunun yanında görüşmüşlər və dendroloji parka getmişlər. Bir az gəzdikdən sonra o telefonla danışmaq üçün Zərərçəkmiş şəxs və Şahid2 aralanmışdır. Daha sonra Zərərçəkmiş şəxs onun yanına gələrək Şahid2 onun üzərinə bıçaq çəkdiyini və telefonunu aldığını bildirmişdir. Şahid2 Zərərçəkmiş şəxs telefonundan başqa kartını almış və Şahid2 qaçıb getmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşıb narahat olmamasını, telefonu İbrahimdən alaraq ona gətirəcəyini bildirmişdir. Sonradan o Şahid2 görməmiş, heç bir vaxt Şahid2la telefonu sataraq pul əldə etməmiş və yeyib-içməyə getməmişdir. Həmçinin o, qeyd etmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmiş, ibtidai istintaq zamanı ona qarşı fiziki təsir olmuş, ibtidai istintaq zamanı sənədlərə qol çəkmiş, lakin qol çəkən zaman ifadəsi ilə tanış olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi dəlillərlə razılaşmır və hesab edir ki, o, məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı qanunsuz əməllərin edilməsi məlumatı əsasında hadisə baş vermiş ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Binəqədi rayonu Rəşid Behbudov küçəsində yerləşən “Dendroloji” parkın ərazisində baş vermişdir. Bundan başqa ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini əyani olaraq hadisə yerində göstərməklə təsdiq etmişdir. Bundan başqa üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokol məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadə məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini tanışı Şahid2la birlikdə törətməsini etiraf etmiş, həmin ifadə Təqsirləndirilən şəxs tərəfindən oxunmuş, o, ifadənin düzgünlüyü ilə razılaşmış və şəxsən imza edərək ifadəni təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində polis bölməsində olan zaman ona fiziki zor tətbiq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə ifadə vermiş və buna dair müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-94/2025 nömrəli məktubdan və əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayindən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmiş, qarının ön divarında, sağ və sol said nahiyələrində sıyrıntılar qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən bədənində olan həmin sıyrıntıların hadisədən əvvələ aid olduğunu, yoxlanış zamanı da bunu bildirdiyini söyləmişdir. Həmçinin Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 46/2-7104/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-ə gətirilən zaman bədənində heç bir xəsarət izi aşkar olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirərək özünü təqsirli bilməməsinə dair ifadəsini, zərərçəkmiş şəxsə qarşı quldurluq etmədiyini, həmçinin, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsi barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, “hadisə yerinə baxış protokolu”, “ifadənin yerində yoxlanılması haqqında” protokollar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirdiklərini səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadəni (xüsusatları) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), zərərçəkmiş şəxsin, şahidin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən digər sənədləri (məlumatları) də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə özgə əmlakını ələ keçirməyə yönəlsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi (ittiham olunduğu) Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə tərfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla saxlanılmış, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduğu gündən, yəni 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Şahid1 istintaqa təqdim etdiyi “Honor 9X lite” markalı mobil telefonun alqı-satqısı zamanı əldə etdiyi Şahid2 aid şəxsiyyət vəsiqəsinin surəti və Zərərçəkmiş şəxs təqdim etdiyi bank çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 istintaqa təqdim etdiyi “Honor 9X lite” markalı mobil telefonun alqı-satqısı zamanı əldə etdiyi Şahid2 aid şəxsiyyət vəsiqəsinin surəti və Zərərçəkmiş şəxs təqdim etdiyi bank çıxarışı cinayət işinin mateeriallarında saxlanılsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-430/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-430/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver