Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2020 01.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi x1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “LGL Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 29 iyul 2019-cu il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs münaqişəyə çəkmək məqsədilə Bakı şəhəri Səbail rayonundakı “Sabir bağı”na dəvət etmiş və həmin tarixdə saat 17 radələrində “Sabir bağı”nda sonuncu ilə görüşərək, bir gün əvvəl şalvarının arxa cibindən pul qabını götürməyə cəhd etməsini səbəb kimi göstərərək bunu bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq əvvəlcədən özü ilə üzərində gətirdiyi bıçağı çıxarıb həmin bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə hadisədən təxminən bir ay əvvəl ortaq dostlarının vasitəsilə tanış olmuşdur. 28.07.2019-cu ildə Kamranla birlikdə İçəri şəhərdə gəzərkən Kamran onun şalvarının arxa cibində olan pul qabını götürmək istəmiş, lakin o, Kamrana imkan verməmiş, buna görə də aralarında narazılıq yaranmışdır. 29.07.2019-cu ildə, axşam saat 16 radələrində Səbail rayonundakı “Sabir bağı”nda məhəllə uşağı olan Hamlet adlı tanışı ilə gəzərkən adlarını və soyadlarını bilmədiyi, üzdən tanıdığı iki nəfər Kamranın tanışlarını görərək Kamranı çağırmalarını bildirib onları həmin yerdə gözləcəyini demişdir. Təxminən bir saat sonra Kamran həmin iki nəfər tanışları ilə birlikdə “Sabir bağı”na gəlmiş və o, Kamrana “keçək kənara kənarda söhbət edək” dedikdən sonra “Sabir bağı” ilə İçəri şəhəri biri-birindən ayıran daş hasarın yanına gəlmişlər. Kamrandan nə üçün bir gün əvvəl gəzərkən pul qabısını götürmək istədiyini soruşmuş, Kamran da yaxşı etdiyini demiş və həmin vaxt oradan keçən tanışı Seymur Daştıyev onlara yaxınlaşmışdır. Kamran onunla xoşuna gəlməyən danışıq tərzilə danışmağa başlamış, buna görə o, əynindəki şalvarının sağ yan cibində olan balaca cib bıçağını çıxarıb bir dəfə Kamranın qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt Kamran da balaca bir bıçaq çıxarıb onu vurmaq istəmiş, yanlarında olan, həmçinin səs küyə hadisə yerinə toplaşan tanımadığı şəxslər onları aralaşdırmış və o, hadisə yerindən qaçıb uzaqlaşmışdır. Şirvanşahlar sarayının arxasından keçib yaşadığı evə getmiş, qaçarkən bıçağı itirmiş, evə gəldikdən sonra Kamranın tanışı onun arxası ilə gəlib Kamranın yarası üçün bint və s. almaq məqsədilə pul istəmiş, Kamrana köməklik etməsi üçün 10 manat pul vermişdir. Sonradan İçəri şəhərdə dondurma satan Vüsal adlı tanışı ona Kamranın tanışlarının ondan Kamrana tibbi yardım göstərmək üçün pul istədiklərini və həmin şəxslərə 50 manat pul verdiyini demişdir. Hazırda əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə Seymurdan özü istifadə etmək məqsədilə Tramadol dərman preparatlarından almışdır. 2019-cu ilin iyul ayının 28-də Seymurdan dərman almaq üçün sonunçu ilə əlaqə saxlayıb “Sabir bağı”nda görüşmüşlər, həmin vaxt yanında dostu Elvin adlı şəxs olmuşdur. Seymurdan iki list Tramadol dərman preparatı almış, Seymur dərmanın 40 manat pulunu istədikdə ona əvvəllər tanışı olan bir nəfər qızın nə üçün onun dostu Elvininn arxası ilə danışarkən heç bir söz demədiyini bəhanə gətirib həmin söhbəti aralığa salıb ondan aldığı iki list dərmanların pulunu verməyəcəyini bildirmiş və aralarında narazılıq yaranmışdır. Səhəri günü, yəni 2019-cu ilin iyul ayının 29da saat 14 radələrində dayısı oğlu Vüsalla “28 may” metrostansiyasının qarşısında görüşmək üçün evdən çıxmış, yolda Seymurla ortaq tanışı olan Cəlil adlı şəxs ona zəng vurub “Sabir bağı”na gəlməyini bildirmiş, o da İçəri şəhər metrostansiyanın qarşısındakı çıxışda Cəlil və tanımadığı şəxslə görüşmüş, Cəlil ona Seymurun onu “Sabir bağı”nda gözlədiyini dedikdən sonra birlikdə “Sabir bağı”na getmişlər. Orada Seymuru yanında bir nəfər tanışı ilə skamyada əyləşdiyini görmüş, Seymur onunla söhbət etmək üçün kənara çəkilmiş və birlikdə “Sabir bağı” ilə İçəri şəhəri ayıran daş hasarın kənarına gəlmişlər. Seymur ona bir gün əvvəl nə üçün aldığı dərmanların pulunu vermədiyini dedikdə, ona yaxşı etdiyini demiş, həmin vaxt Seymurun tanışı Seymur adlı digər şəxs də onlara yaxınlaşmışdır. Bundan sonra Seymur cibindən bıçaq çıxarıb onun qarın nahiyəsindən vurmuş, o da cibində olan bıçağı çıxarıb Seymuru vurmaq istəmiş, bu zaman yanında olan Seymur və tanışları onları ayırmış, Seymur qaçmıçdır. Seymurun arxası ilə qaçmış, Seymur Şirvanşahlar sarayının arxasından keçib evlərinə girdiyinə görə geri qayıdıb taksi ilə xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında dostluq münasibətləri var. 2019-cu ilin iyul ayının 29-da günorta radələrində Seymur ona zəng vurub Kamranla birlikdə İçəri şəhərdə söhbət edə-edə gəzərkən Kamranın onun şalvarının arxa cibində olan pul qabını və telefonunu götürmək istədiyini, buna görə də sonuncunu çağırdığı söhbətdə yaxın dostu kimi onun da iştirak etməyini bildirmişdir. Bundan sonra Sabir bağına gedərək orada Seymurla görüşmüş, bir neçə dəqiqə sonra Kamran iki nəfər tanışı ilə birlikdə Sabir bağına gəlmişdir. Seymur Kamrana “keçək kənara söhbət edək” demiş və “Sabir bağı” ilə İçəri şəhəri biri-birindən ayıran daş hasarın yanına gəlmişlər. Seymur Kamrana nə üçün bir gün əvvəl ondan aldığı dərmanların pulunu vermədiyini dedikdə Kamran yaxşı etdiyini demiş, bu zamanı tanışı Seymur Daştiyev də onları görüb yaxınlaşmışdır. Ani bir vaxtda Seymur bıçaq çıxarıb bir dəfə Kamranın qarın nahiyəsindən vurmuş, Kamran da balaca bir bıçaq çıxarmış və bu zaman Seymurun qaçmağa başlamışdır. Kamran Seymurun arxası ilə qaçsa da, Seymur qaçıb evlərinə girmişdir. x3 tanışları Seymurun yaşadığı evə gedib sonuncudan Kamrana tibbi yardım göstərmək üçün 10 manat, digər tanışları isə İçəri şəhər metrostansiyasının arxasında dondurma satan Vüsal adlı tanışlarından 50 manat pul almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İçəri şəhər ərazisində dondurma satır, Təqsirləndirilən şəxs ilə tanışdır. 2019-cu ilin iyul ayının 29-da günortadan sonra üzdən tanıdığı Cəlil adlı şəxs yanında tanımadığı bir nəfər şəxslə ona yaxınlaşıb Seymurun Kamran adlı şəxsi bıçaqla vurduğunu, vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya çatdırılmalı olduğunu, lakin pullarının olmadığını bildirdiyindən o, üzərində olan 50 manat pulu köməklik məqsədilə Cəlilə vermişdir. Sonradan bilmişdir ki, Seymur həmin gün günorta radələrində tanışı Kamran adlı şəxsi “Sabir bağı”nda bıçaqla vurub xəsarət yetirmişdir, lakin hadisənin konkret hansı səbəbdən, hansı şəraitdə və necə baş verməsi barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 119-121-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizanın 05 avqust 2019-cu il tarixli, 432 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – qarının ön divarının sol yarısının periton boşluğuna nüfuz edən, böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) bir zərbəsi təsirindən törənmişdir, 29 iyul 2019-cu il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 149-155-ci vərəqlərində olan 01 noyabr 2019-cu il tarixli, 552/2019 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön orta səthində bir ədəd və köynəyin ön orta bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə, seşilmiş-kəsilmiş zədədir, üzlgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: AB (İV)-dir axtarış vərəqəsinin kserosurətinə əsasən. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A (İİ)-dir şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs maykası, köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Həmin qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrlə qanın qarışıq olduğu halında isə həmçinin A beta (İİ) qruplu Təqsirləndirilən şəxs da (əgər onun hadisə zamanı xəsarəti olubsa) qarışıq qanının olması inkar olunmur. Cinayət işinin 165-168-ci vərəqlərində olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasınının 30 oktyabr 2019-cu il tarixli, 2197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, inadkar, hövsələsiz, affektiv reaksiyalara meylli olması, hərbi xidmətə çağırış zamanı 2 saylı KPX-də müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab olunması, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırki müayinə zamanı emosional dayanıqsızlığı, ünsiyyət məsafəsi gözləməməsi, davranışının nümayişkarlığı, əhval ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə də xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. x6 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal – hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edildi. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik kobudluq, nümayişkaranəlik, eqosentrizim, başqalarının diqqətini öz üzərinə cəlb etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədən zaman psixi-emosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən isterik tipli şəxsiyyət pozuntusu şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 196-197-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 16 yanvar 2020-ci il tarixli, 104 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 6-ci bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmə üsulunu, məqsədini və formasını iş üzrə irəli sürülümüş sübutlar əsasında hüquqi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirməsinə heç bir əsaslı səbəb olmamaqla yanaşı, təqsirləndirilən şəxs özü zərərçəkmiş şəxsi münaqişəyə cəlb etmiş, münaqişənin gedişində ani vaxtda təqsirləndirilən şəxsə bıçaqla xəsarət yerimişdir ki, göstərilənlər də təqsirləndirilən şəxsin niyyətinin xuliqanlıq olmasını bir daha təsdiq edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə ekspertiza rəylərini və maddi sübutu, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 48-51-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 30 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 107-112-ci vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 136-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əməlindən səmimi peşman olması, əvvəllər məhkum olmaması CM-in 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini yəni heç bir əsaslı səbəb olmadan sağlamlığa xəsarət yetirməsini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, törədilmiş cinayətin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasını, habelə təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə oluna bilər. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 30 iyul 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək tutularaq saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı bu gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən məhkəmə hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq 16 yanvar 2020-ci il tarixli, 104 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertizaların keçirilməsinə sərf edilmiş 111,70 (yüz on bir manat yetmiş qəpik) pul CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut – Bakı Şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş 1 ədəd ağ rəngli kişi maykası və 1 ədəd boz rəngli qısaqol köynək təyinatını itirdiyindən və dəyəri olmadığından CPMnin 132-ci maddəsinə əsasən məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil x2 həyata keçirərək cinayət prosesi zamanı təqsirləndirilən şəxsin hüquqlarıın müdafiəsi ilə bağlı 60 saat iştirak etmişdir. Məhkəmə iclaslarında isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini eyni zamanda məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatdan görünür ki, Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə iclaslarında cəmi 48 saat iştirak etmişdir. Buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi x2 üçün 360 (üç yüz altmış) manat Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1 üçün 288 (iki yüz səksən səkkiz) manat Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 30 iyul 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin edilmiş cəzya hesablanıb ondan çıxılmaqla üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlağıcı 01 iyun 2020-ci ildən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertizaların keçirilməsinə sərf edilmiş 111,70 (bir yüz on bir manat yetmiş qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bakı Şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş 1 ədəd ağ rəngli kişi maykası və 1 ədəd boz rəngli qısaqol köynək məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi x2 üçün 360 (üç yüz altmış) manat Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə, Müdafiəçi1 üçün 288 (iki yüz səksən səkkiz) manat Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-431/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-431/2020
01.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver