Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2021 13.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər – Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək daşıyıb saxlamaqla gəzdirmiş, odlu silahdan istifadə etməklə qisas motivi ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, odlu silahdan istifadə etməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qonşuluğunda yaşadığı üçün tanıdığı Zərərçəkmiş şəxs1 ilə 2018-ci ilin mart ayında aralarında olan telefon danışığı zamanı istintaqa dəqiq məlum olmayan səbəbdən yaranmış mübahisədən qaynaqlanan şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs1 qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa dəqiq məlum olmayan vaxtda, eləcə də mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla gəzdirdiyi 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli “HB 3025” №-li “Makarov” (PM) konstruksiyalı odlu silahı, onun komplekt hissələrini və 5 ədəd 9 mm kalibrli döyüş sursatı olan patronları mülkiyyətində olmaqla idarə etdiyi “İnfıniti FX35” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının cib hissəsinə qoymaqla daşıyaraq cinayətkar niyyətini həyata keçirməkdən ötrü 22 dekabr 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 79 saylı evin yaxınlığına gələrkən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsindəki 166-177 saylı evin arxa hissəsində özünə məxsus “VAZ 21214” markalı”, “Niva” modelli, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında oturmasını arxadan gördükdən sonra, avtomobili həmin istiqamətdə sürüb sol tərəfdən yaxınlaşaraq, tapançanıatəşə hazır vəziyyətə gətirib odlu silahdan istifadə etməklə idarə etdiyi avtomobilin sağ ön qapısının pəncərəsini aşağı endirməklə avtomobildən enmədən cinayətkar məqsədini reallaşdırmaq üçün Zərərçəkmiş şəxs1 istiqamətində sonuncunun həyatı üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək nahiyəsinə nişan alaraq təqribən 3 metr məsafədən iki dəfə atəş açmaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin sol yarısında, ön qoltuqaltı xətt ilə sol məmə xətti arası sahədə və sol döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfuz etməyən, döş qəfəsinin ön səthinin yumşaq toxumalarını dəlib keçən bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə İV qabırğaarası sahədə və sağ ön qoltuq xətti üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları dəlib keçən, sağ bazunun orta 1/3-sıyrılması ilə müşayiət edilən bir ədəd (ümumilikdə iki ədəd) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 özünü qorumaq məqsədilə aktiv hərəkətlər edib avtomobilin salonunda sağ oturacağın üstünə sağ böyrü üstə uzanmaqla atəşlərdən qismən yayınması nəticəsində, eləcə də Zərərçəkmiş şəxs1 Kliniki Tibbi Mərkəzdə ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra avtomobilindən yerə düşüb Zərərçəkmiş şəxs1 ölməsini dəqiqləşdirmək istəyərkən sonuncunun hadisə yerinin yaxınlığında olan qonşusu və tanışı Zərərçəkmiş şəxs2 hüquq pozuntusunun qarşısını almağa çalışmaq məqəsdilə Zərərçəkmiş şəxs1 avtomobilinə tərəf iti addımlarla yaxınlaşmaqla sonuncuya kömək etmək niyyətində olduğunu görüb, hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünü ətrafdakılara qarşı qoyub üstünlüyünü, yəni cəzalandırdığı şəxsə özünün iradəsindən kənar digər şəxslərin kömək etməsinə imkan verməyəcəyini nümayiş etdirib xuliqanlıq niyyəti ilə küçədə 3-5 metr məsafədən həmin tapançadan istifadə etməklə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 ayaqlarına doğru üç dəfə atəş açmaqla Zərərçəkmiş şəxs2 sağ baldırın yuxarı 1/3-nin diz oynağına yaxın iç səthinin və ondan 5 sm önə və aşağı yumşaq toxumaları dəlib-keçən bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-yan səthində, yara kanalı boyunca yumşaq toxuma və əzələlərin zədələnməsi ilə müşayiət edilən bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol pəncənin 3-cü, 2-ci və 1-ci barmaqlarının yumşaq toxumalarının zədələnməsi, distal falanqalarının və dırnaq falanqa sümüklərinin qəlpəli, yerdəyişmiş sınıqları ilə müşayiət edilən bir ədəd (ümumilikdə üç ədəd) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik olmaqla xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımış və münasibətləri yaranmışdır; sonuncu əvvəllər M.Ə.Rəsulzadə qəsəbəsində yaşamış, daha sonra isə Yasamal rayonu ərazisindəki Şərifzadə küçəsində yerləşən “Saf su” marketin arxa tərəfində yerləşən evlərdən birinə köçüb orada yaşamağa başlamış və Zülfinin dəqiq ünvanını bilməmişdir. Təxminən 2018-ci ilin mart ayında Zülfi ilə telefon danışığı zamanı şəxsi məsələləri ilə bağlı aralarında mübahisə yaranmış və bundan sonra aralarında ədavətləri yaranmışdır. Bundan öncə isə Zülfi ilə arasında heç bir mübahisə, düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 həbsdə olduğunu bilmiş, lakin hansı hüquq mühafizə orqanı tərəfindən konkret olaraq hansı səbəblərə görə həbs olunmasını bilməmişdir. Zülfi həbsdə olduğu müddət ərzində sonuncunun yaşadığı evin ünvanını müəyyən etmiş və “Saf su” marketin arxa tərəfindəki məhəllədə yaşadığını bilmişdir. Məqsədi Zərərçəkmiş şəxs1 həbsdən azad olunduqdan sonra görüşüb aralarında olan ədavətə görə sonuncunu qorxutmaq olmuşdur. 21 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 həbsdən azad edildiyini bilmişdir. 22 dekabr 2019-cu il tarixdə axşam saatlarında mülkiyyətində olan “İnfiti FX35” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu ərazisində olarkən Zülfinin yaşadığı məhəllədən keçmək qərarına gəlmiş və Zülfi qarşısına çıxdığı təqdirdə üzərində olan “Makarov” modelli odlu silahdan atəş açmaqla sonuncunu qorxutmaq istəmişdir. Həmin odlu silahı içərisində 4 ədəd patron olan sandıqça ilə birlikdə 2019-cu ilin dekabr ayının təxminən əvvəllərində yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsindəki “Qatar Yolu” kimi tanınan ərazidə itini gəzdirən zaman dəmir yolu relslərinin yanından tapmış və silahı yaşadığı evin həyətində gizlədib bu barədə hər hansı bir şəxsə məlumat verməmişdir. 22 dekabr 2019-cu il tarixdə axşam saatlarında evdən çıxan zaman atəş açaraq Zülfini qorxutmaq məqsədilə yaşadığı evin həyətində gizlətmiş olduğu odlu silahı avtomobilinin sol qabaq qapısının cib hissəsinə qoymuşdur. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 23 radələrində Yasamal rayonu ərazisindəki Şərifzadə küçəsi ilə “ASAN” xidmət istiqamətində hərəkət edərkən Zülfigilin məhəlləsinə daxil olmaq üçün hərəkət yolunun sağ tərəfində yerləşən 9 mərtəbəli yaşayış binasının altında olan arkadan, yəni “Centelman” mağazasının yanındakı aradan sağa dönərək məhəllələrin arasına daxil olmuş və bir qədər irəli gedib sol tərəfə Zülfigilin məhəlləsinə dönmüşdür. Həmin vaxt avtomobildə tək olmuş və avtomobili özü idarə etmişdir. Zülfigilin məhəlləsinə dönən kimi təxminən 100 metr irəlidə Zülfiyə məxsus ağ rəngli, “Niva” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomobilin hərəkət yolunun sağ tərəfində, “Saf su” marketi istiqamətində dayandığım görmüşdür. İlk öncə Zülfinin avtomobilini orada saxladığını, özünün isə yaşadığı evdə olduğunu düşünmüşdür. Asta sürətlə irəliyə doğru hərəkət edib Zülfinin avtomobilinin sol tərəfindən keçdikdə sonuncunun öz avtomobilində sükan arxasında oturduğunu, avtomobildə Zülfidən başqa hər hansı bir şəxsin olmadığını görmüşdür. Zülfini görən kimi avtomobilinin sol qapısının cib hissəsində olan “Makarov” modelli odlu silahı götürüb eyni zamanda avtomobilinin sağ qabaq qapısının şüşəsini aşağı endirməklə onun avtomobilindən sağ tərəfdə digər avtomobildə sükan arxasında oturmuş Zərərçəkmiş şəxs1 doğru ard-arda bir neçə dəfə atəş açmış və atəş açan zaman sonuncunun konkret olaraq hansı hərəkətlər etməsinə fikir vermədən hərəkətinə davam edib oradan uzaqlaşaraq xatırlamadığı istiqamətə getmişdir. 23 dekabr 2019-cu il tarixdə saat təxminən 13 radələrində, Zülfiyə doğru odlu silahdan atəş açdığına görə ailə üzvlərinin narahat ediləcəyini düşünüb polisə təslim olmaq qərarına gəlmiş və könüllü olaraq polisə təslim olub, Zülfiyə doğru atəş açdığı odlu silahı içərisində olan boş sandıqça ilə birlikdə polisə təqdim etmişdir. Həmçinin ifadəsində, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımadığını, İlkinlə hər hansı bir formada münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, Zülfiyə doğru atəşlər açan zaman İlkinin də oradan keçdiyini və bu şəraitdə xəsarət aldığını düşündüyünü, həmin vaxt yalnız Zülfiyə doğru atəşlər açdığını, nə İlkini, nə də ki, hər hansı bir başqa şəxsi Zülfinin yanında, eləcə də ətrafda görmədiyini, hadisə yerinin qaranlıq olduğunu, işıqlandırma sisteminin olmadığını, hərəkətdə ola-ola Zülfiyə doğru bir neçə dəfə atəş açıb getdiyi üçün sonuncunun xəsarət alıb-almamasını bilmədiyini, Zülfini öldürmək niyyətinin olmadığını, sonuncunu qorxutmaq istədiyini, Zərərçəkmiş şəxs1 odlu silahdan atəş açacağı, eləcə də sonuncuya atəş açandan sonra bununla bağlı hər-hansı bir şəxsə heç bir söz demədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində 22 dekabr 2019-cu il tarixdə saat 23 radələrində avtomobili ilə Zərərçəkmiş şəxs1 avtomobilinin sol tərəfində dayanaraq sükan arxasında yerini rahat edib Zərərçəkmiş şəxs1 qorxutmaq məqsədilə sonuncu istiqamətində bir dəfə atəş açdığını, bu zaman ayağının əyləcdən sürüşməsi səbəbindən avtomobilinin bir qədər irəliyə getməsini, atəş açması nəticəsində Zülfinin xəsarət alıbalmamasım dəqiqləşdirməkdən ötrü avtomobilindən düşərək Zülfinin maşınına doğru gəldiyini, bu zaman arxa tərəfdən bir nəfər şəxsin “neyləyirsən?” deyə onu səslədiyini, bu səsi eşidən kimi arxaya döndüyünü, bu zaman əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxsin onun üstünə gəldiyini gördüyünü, həmin şəxsə dayanmasını deyib ayaqlarının altına doğru bir neçə dəfə atəş açdığını, sonradan həmin şəxsin adının İlkin olduğunu bildiyini, atəşlərdən sonra İlkinin qaçdığını, bundan sonra maşınına minib hadisə yerindən uzaqlaşdığını, avtomobili ilə Zülfigilin məhəlləsindən sağa dönərək “Dağlı məhəlləsi” kimi tanınan yerdən ara məhəllələrlə ASAN xidmətin yanından yeni salınmış yolla maşın bazarı istiqamətinə çıxıb hərəkətinə davam etdiyini, daha sonra hara getdiyini xatırlamadığını, Şahid1 məhəllə uşağı kimi uzun müddətdir ki, tanıdığını, Yaşarla əvvəllər normal və səmimi münasibətlərinin olduğunu, lakin gec-gec görüşüb zəngləşdiklərindən münasibətlərinin soyuduğunu, təxminən iki ilə yaxındır ki, Yaşarla görüşmədiyini, Zərərçəkmiş şəxs1 Şahid1 görə tanıdığını, Zülfi ilə Yaşar arasında düşmənçilik və ədavətin olub-olmamasından məlumatsız olduğunu, Şahid3 və Şahid4lə yaxın dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin hazırda da davam etdiyini, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs1 tanımadıqlarını, Zülfi ilə adı çəkilən şəxslərin hər hansı bir formada münasibətlərinin, düşmənçilik və ədavətlərinin olmadığını, Zərərçəkmiş şəxs1la nə onun, nə də ki, Şahid1 arasında hər hansı bir formada mübahisə olmadığını, Zülfinin nə ona, nə də ki, Yaşara hər hansı bir formada xəsarət yetirmədiyini, Zülfiyə doğru atəş açmasının səbəbini Zülfi ilə özündən başqa heç kimin bilmədiyini, bunun şəxsi məsələ olduğundan heç kimə demədiklərini, həbs olunduqdan sonra yalnız ailə üzvləri ilə telefonla danışıb ümumi söhbətlər etdiyini, hər hansı bir şəxsə “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini demədiyini, 22 dekabr 2019-cu il tarixdə də hər gün olduğu kimi dəfələrlə zəng edib yaxın dostları olan Şahid3 və Şahid4lə ümumi söhbətlər etdiyini, adı çəkilən dostları ilə Tel-Əviv şəhərindən gələn qardaşı Şahid6 qarşılamağı planlaşdırdıqlarını bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 dekabr 2019-cu il tarixdə şəxsi mülkiyyətində olan “Niva” markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobili ilə şəhərdə bir qədər gəzdikdən sonra məhəllə uşağı olan, uzun müddət tanıdığı Zərərçəkmiş şəxs2lə elə-belə görüşüb çay içmək qərarına gəlmişdir. Bu məqsədlə saat təxminən 22:30 radələrində İlkinin mobil telefonuna zəng edib görüşməyi təklif etmiş, İlkin həmin vaxt işdən evə gəldiyini, bir azdan məhəlləyə çatacağını demişdir. Maşınında oturub İlkini gözləyərkən, maşını X9 küçəsindəki 166-177 saylı evin arxa tərəfindəki avtomobil hərəkət yolunda, hamamın qarşısında saxlayaraq sükan arxasında oturmuş və avtomobildə ondan başqa heç kim olmamışdır. Təxminən 10 dəqiqə sonra İlkinin ön tərəfdən ona doğru gəldiyini görüb maşından düşmüş, İlkinlə görüşmüş və dayandıqları yerdən təxminən 100- 150 metr ara məsafəsindəki “Saf su” marketinin yaxınlığında yerləşən çay evində oturub çay içib ümumi söhbətlər etmək qərarına gəlmişlər. Yenidən avtomobilin sükanı arxasına oturaraq İlkinə də maşına oturmağı təklif etmiş, bu zaman İlkin piyada gedəcəyini bildirib çay evinə doğru hərəkətə başlamışdır. Sükan arxasına oturub mühərriki işə salmaq istəyirkən, sol yan güzgüdən baxdıqda sol arxa tərəfdən rəngini, markasım və dövlət nömrə nişanını görmədiyi avtomobilin ön işıqlarını görmüş və həmin avtomobilin yavaşyavaş məhəllə arasında olan yol ilə 7-ci Sallaqxana küçəsi istiqamətinə, yəni onun avtomobili istiqamətində hərəkət etdiyini görmüşdür. Həmin avtomobilə heç bir əhəmiyyət verməmiş, elə bu zaman bir an içində atəş səsi eşidib, avtomobilinin sol qabaq qapısının şüşəsinin sınaraq maşının içərisinə, eləcə də onun üzərinə töküldüyünü görmüş və atəşin ona doğru açıldığını başa düşüb dərhal oturduğu yerdən sağ qabaq oturacağın üstünə uzanmışdır. Həmin vaxt ona doğru neçə atəşin açılmasına fikir verməmiş, həyəcanlı olduğundan təxminən 10 saniyə əyildiyi yerdə qalmış, sonra isə sakitlik olduğunu görüb yenidən qalxmışdır. Əyildiyi yerdən qalxanda ətrafda nə həmin maşını, nə də ki, İlkini görməmişdir. Atəş nəticəsində xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə əlini döş qəfəsinə toxunduran zaman paltarının nəm olduğunu hiss etmiş, əlinə baxdıqda əlinin qan olduğunu görmüş və atəş nəticəsində döş qəfəsindən xəsarət aldığını başa düşmüşdür. Dərhal avtomobilini idarə edərək X12 gəlmiş və həkimlər onu müayinə edib əməliyyata almışlar. Həmin vaxt həyəcanlı olduğundan dostu İlkinə zəng etmək belə ağlına gəlməmişdir. Yalnız xəstəxanada əməliyyatdan sonra özünə gələndə orada olan polis əməkdaşlarının deməsindən bilmişdir ki, hadisə baş verən zaman orada olan dostu İlkin də atəş nəticəsində ayağından xəsarət almışdır. Bundan üç-dörd gün sonra polis əməkdaşlarının ona deməsindən bilmişdir ki, ona və İlkinə doğru 22 dekabr 2019-cu il tarixdə atəş açmış şəxs Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra, xəstəxanada olarkən İlkindən hadisə zamanı hansı şəraitdə ayağından xəsarət alması barədə soruşmuş, sonuncu piyada çay evinə doğru gedərkən arxadan atəş səsi eşidib geriyə döndükdə bir nəfər şəxsin onun avtomobilinin sol qabaq küncündə dayandığını gördüyünü, ona doğru gəlmək üçün avtomobilinə tərəf irəlləyərkən həmin şəxsin İlkinin ayaqlarına doğru da atəş açdığını və bunun da nəticəsində ayaqlarından xəsarət aldığını, daha sonra isə həmin şəxsin maşınına minib getdiyini demişdir. Həmçinin ifadəsində Turalın ona, eləcə də İlkinə doğru atəşlər açmasının səbəbini bilmədiyini, Təqsirləndirilən şəxslə uşaqlıdan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində böyüdüyünü, Turalla əvvəllər münasibətlərinin çox yaxşı olduğunu, təxminən 2006-cı ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki evindən hazırda yaşadığı Yasamal rayonundakı evə köçdüyünü, Rəsulzadə qəsəbəsindən köçməsinə baxmayaraq Turalla olan münasibətlərinin yenə də davam etdiyini, Turalla təxminən son iki ildə əlaqə saxlamadığından münasibətlərində soyuqluq yarandığını, Turalla aralarında elə də ciddi mübahisənin, düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs ona odlu silahdan atəş açmasının səbəbini bilmədiyini, bütün bunlara baxmayaraq Turala qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Habelə ifadəsində Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs ümumiyyətlə bir-birlərini tanımadıqlarını, hər-hansı bir formada əlaqələrinin və münasibətlərinin olmadığını, 22 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs hadisə yerinə gələcəyindən məlumatsız olduğunu, həmin gün Təqsirləndirilən şəxslə görüşmələri ilə bağlı aralarında hər-hansı bir formada razılaşma olmadığını, Təqsirləndirilən şəxslə sonuncu dəfə hadisə günündən təxminən 2-3 il öncə telefonla danışıb görüşdüyünü, həmin görüş zamanı da aralarında heç bir mübahisə olmadığını, qarşılıqlı olaraq bir-birlərinə xəsarət yetirmədiklərini, 22 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yanında hər hansı bir başqa şəxsin olubolmamasını görmədiyini, Şahid1 tanımadığım, Şahid1la mübahisə etmədiyini, Təqsirləndirilən şəxs, eləcə də Şahid1 hər hansı bir formada xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxslə arasında heç bir mübahisə, dava-dalaş olmadığını, Təqsirləndirilən şəxs müxtəlif şəxslərə onun Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlməsi ilə bağlı deməsinin səbəbini bilmədiyini, Şahid3 və Şahid4 tanımadığını, adı çəkilən şəxslərlə hər hansı bir formada münasibətinin, düşmənçilik və ədavətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 22 dekabr 2019-cu il tarixdə axşam saat təxminən 22 radələrində şəxsi mülkiyyətində olan “Mercedes” markalı, **-NM-*** dövlət nömrə nişanlı avtomobili ilə obyektlərə çörək paylayıb yaşadığı məhəlləyə qayıdan zaman qonşusu və dostu Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng edərək görüşüb çay içməyi və söhbət etməyi təklif etmişdir. Telefon danışığı zamanı yolda olduğunu və bir neçə dəqiqəyə məhəllədə olacağını Zülfiyə demişdir. Bu danışıqdan təxminən 10 dəqiqə sonra məhəlləyə çatmış və Zülfinin özünə məxsus “Niva” markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobilinin ön tərəfində dayandığını görmüşdür. Həmin vaxt Zülfinin avtomobili yol kənarında olan hamamın qarşısında dayanmış və avtomobilin ön tərəfi onun yaşadığı ev istiqamətində olmuşdur. Maşınını evlərinin yaxınlığında saxlayıb Zülfinin yanına gələrək sonuncu ilə görüşmüş və həmin vaxt Zülfi tək olmuşdur. Bu zaman ona yenidən çörək sifarişi verildiyindən, lakin artıq Zülfi ilə çay evinə gedəcəyinə dair razılaşdığından, məcbur qalıb qardaşı Həsənə zəng edərək evdən çağırmış və avtomobilin açarını qardaşına verib sifarişlə məşğul olmasını tapşırmışdır. Həsən avtomobilin açarını ondan götürüb getmişdir. Həsən getdikdən sonra Zülfi ona çay evinə getmək üçün maşına oturmağı təklif etmişdir. Çay evi yaşadığı evin yaxınlığında olduğundan Zülfiyə piyada gedəcəyini deyib sonuncudan aralanmış və hamamla üzbəüz olan piyada səkisinə qalxaraq piyada çay evinə doğru getməyə başlamışdır. Çay evinə doğru gedən zaman arxa tərəfdən iki dəfə ard-arda atəş səsi eşitmiş və dərhal arxaya çönmüşdür. Bu zaman markasını, rəngini xatırlamadığı və dövlət nömrə nişanına fikir vermədiyi avtomobilin Zülfiyə məxsus avtomobilin ön tərəfində onun yaşadığı ev istiqamətində dayandığını, bir nəfər şəxsin isə həmin avtomobilin sol arxa tərəfindən keçib Zülfinin avtomobilinin ön tərəfində dayandığını görmüşdür. Arxaya dönən kimi atəşin həmin şəxs tərəfindən açıldığını başa düşdüyündən, eləcə də Zülfinin həmin vaxt harada olmasını görmədiyindən narahat olmuş və Zülfinin maşınına tərəf gedərək həmin şəxsə “Neyləyirsən?” deyə müraciət etmişdir. Həmin şəxs onun sözündən sonra geriyə, yəni ona tərəf dönüb üzərinə getdiyini düşünmüş və ona dayanmasını bildirib, ayaqlarına doğru atəşlər açmağa başlamışdır. Həmin şəxsin ona doğru bir neçə dəfə atəş açmasını gördüyündən canını qurtarmaq məqsədilə heç Zülfinin maşınına yaxınlaşmadan arxaya çönüb qaçmağa başlamışdır. Bir qədər İrəllədikdən sonra arxaya döndükdə həmin avtomobilin getdiyini görmüşdür. Həmin vaxt hadisənin həyəcanından Zülfi ilə maraqlanmaq onun ağlına gəlməmiş və Şərifzadə küçəsinə çıxıb yolda hərəkət edən dövlət nömrə nişanına fikir vermədiyi qara rəngli “Lada Grande” markalı taksi avtomobilinə oturmuş və sürücüyə təcili olaraq onu Respublika Klinik Xəstəxanasına çatdırmasını bildirmişdir. Taksi sürücüsünə yalandan yıxıldığını və ayağına dəmir parçası batdığını demişdir. Eyni zamanda qardaşı Həsənə də zəng edib ayağına dəmir parçası batdığını deyib xəstəxanaya çağırmışdır. Respublika Klinik Xəstəxanasında onu qəbul etmədən X12 göndərmişlər. Həmin vaxt artıq qardaşı Həsən də özünü Respublika Klinik Xəstəxanasına çatdırdığından qardaşı ilə birlikdə KTM-ə gəlmişdir. Xəstəxanaya daxil olanda Zülfinin də orada qəbul otağında xərəkdə uzandığım və həkimlərin Zülfiyə tibbi yardım etdiklərini görmüşdür. Həkimlər ona tibbi yardım edərək sol ayağının baş barmağında olan gülləni barmağından çıxarmışlar. 24 dekabr 2019-cu il tarixdə baş vermiş hadisəni daha da dəqiqliyi ilə öyrənmək, eləcə də Zülfiyə və ona doğru atəş açan şəxsin kim olmasını, hansı səbəblərə görə onlara doğru atəş açmasını öyrənmək məqsədilə xəstəxanada Zülfinin palatasına gəlmiş, söhbət zamanı Zülfi onlara doğru atəş açan şəxsin kim olmasını, hansı səbəblərə görə atəş açmasını bilmədiyini demişdir. Zülfinin bildirmişdir ki, çay evinə gəlmək üçün maşınının sükanı arxasına oturub mühərriki işə salmaq istəyən zaman qəfildən avtomobilinin sol qabaq qapısının şüşəsi sınmaqla üstünə tökülmüş, Zülfiyə doğru atəş açıldığını başa düşdüyündən dərhal sağ oturacağın üstünə əyilmiş, təxminən 6-7 saniyə sonra sakitlik olduğunu görüb yenidən qalxmış, ətrafda heç kimin olmadığını görmüş, sonra avtomobilini idarə edərək xəstəxanaya gəlmişdir. 22 dekabr 2019-cu il tarixdə saat 23 radələrində Zülfi ilə ona atəş açan şəxsin Təqsirləndirilən şəxs olduğu sonradan ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, sonuncu ilə heç bir əlaqəsi, münasibəti, düşmənçilik və ədavəti olmamışdır. Zülfidən Təqsirləndirilən şəxs onlara doğru atəş açmasının səbəbini soruşmuş, Zülfi ona Turalı tanıdığını, sonuncu ilə həmişə yaxşı münasibətlərinin olduğunu, heç bir düşmənçilik və ədavətlərinin olmadığını bildirib, son zamanlar aralarında nə isə soyuq münasibətlərin əmələ gəldiyini demiş, soyuq münasibətlərin yaranma səbəblərini nə qədər Zülfidən soruşsa da sonuncu bununla bağlı ona konkret olaraq heç nə deməmişdir. Şahid1 tanımamış, Zərərçəkmiş şəxs1 Şahid1 və Təqsirləndirilən şəxslə mübahisə etmələri, bu zaman adı çəkilən şəxslərə hər hansı bir formada xəsarət yetirməsi barədə heç bir məlumatı olmamışdır. Hadisədən bir-neçə il öncə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında mübahisə baş verməsi, qeyd edilən mübahisədə sonuncunun dostu Şahid1 da iştirak etməsi, mübahisə zamanı Şahid1la Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döymələri, daha sonra Zərərçəkmiş şəxs1 Şahid1 sağ qulağını kəsməsi, Təqsirləndirilən şəxs isə bıçaqla xəsarət yetirməsi ilə bağlı hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində atası Gülhüseyn Bağıyev, anası Zibeydə Bağıyeva, böyük qardaşı Zərərçəkmiş şəxs2lə birlikdə yaşayır. Qardaşı İlkinlə birlikdə növbəli qaydada özlərinə məxsus avtomobillə dönər satışı məntəqələrinə çörək paylanılması işi ilə məşğul olub çörək pulu qazanırlar. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 ilə onun, eləcə də qardaşı Zərərçəkmiş şəxs2 normal və səmimi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 2019-cu ilin noyabr ayının sonlarında, dekabr ayının əvvəllərində həbsdən azadlığa buraxılmış, bu xəbəri eşidəndə məhəllə uşağı kimi Zülfinin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 79 saylı evin 45 saylı mənzilinə gələrək sonuncuya baş çəkmişdir. Zülfi ilə məhəllə uşağı olsa da, sonuncunun konkret olaraq hansı cinayət əməlinə görə həbs olunmasını bilməmişdir. 22 dekabr 2019-cu il tarixdə saat təxminən 22 radələrində qardaşı Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng edərək Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin yaxınlığında yerləşən dönər satışı məntəqəsinə çörək verilməli olduğunu bildirmişdir. Məhəllədə qardaşı İlkindən özlərinə məxsus “Mercedes” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını almış və həyətlərində olan çörək sexindən çörəkləri götürərək dönər satışı məntəqəsinə təhvil vermişdir. Saat təxminən 23 radələrində evə qayıtmış və yatmaq üçün yerinə uzanmışdır. Saat təxminən 23:30 radələrində qardaşı İlkin yenidən onun mobil telefonuna zəng edərək ona ayağına dəmir parçası batdığını, Respublika Klinik xəstəxanasına getdiyini, iki-üç saata qayıdıb gələcəyini deyib, bu barədə ailə üzvlərinə heç nə deməməyi tapşırmışdır. Narahat olduğundan evdə heç nə demədən avtomobillə xəstəxanaya getmişdir. Xəstəxananın qarşısına çatarkən İlkin ona yenidən zəng edərək xəstəxanada yer olmadığını, ona görə də X12 getmək üçün oradan çıxdığını demişdir. Bu zaman, qardaşının piyada xəstəxananın həyətindən çıxdığını görmüş və avtomobili saxlamışdır. İlkin maşına oturmuş, bu zaman qardaşının sol ayağında ayaqqabı və corabın olmadığını görmüşdür. İlkin ona ayağına dəmir parçası batdığını deyib halsız olduğu üçün artıq sual verməməsini tapşırmışdır. İlkini KTM-ə gətirmiş və həkimlər İlkinin ayağını müayinə edən zaman ayağına dəmir parçası yox, güllə dəydiyini bildirmişlər. Bu barədə İlkindən soruşduqda İlkin yenə halsız olduğu üçün olanlar barədə sonra danışacağını demişdir. Bir müddət sonra xəstəxanaya polis əməkdaşları gələrək onu izahat verməsi üçün polis bölməsinə dəvət etmişlər. Bölməyə gəlmiş, qardaşı İlkin isə xəstəxanada qalmışdır. Bölmədə olarkən polislərin deməsindən bilmişdir ki, bir neçə saat öncə yaşadıqları evin yanında bir neçə dəfə atəş açılmış, atəş açılan zaman qardaşı İlkin qonşuları Zərərçəkmiş şəxs1la birlikdə olmuş, bu zaman həm Zülfi, həm də qardaşı İlkin xəsarət almışlar. Hadisənin konkret olaraq nə zaman, hansı səbəblərə görə baş verməsini bilməmiş, evdə olarkən hər hansı bir atəş səsi eşitməmiş, Zülfi ilə qardaşı İlkinin hər hansı bir şəxslə düşmənçilik və ədavətinin olub-olmamasını bilməmiş, İlkinin odlu silahının olmadığını, odlu silah gəzdirmədiyini, istifadə etmədiyini, Zərərçəkmiş şəxs1 isə odlu silah gəzdiribgəzdirməməsindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 22 dekabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində arvadı ilə evdə olarkən oğlu Həsən evə gələrək yatmağa hazırlaşmışdır. Bu zaman Həsənin mobil telefonuna zəng olunmuş və sonuncu heç nə demədən evdən çıxmışdır. Bir müddət sonra Həsəndən narahat olub sonuncuya zəng etmiş, bu zaman Həsən ona sifarişlə bağlı çörək apardığını, İlkinin isə sexdəki hansısa alətin xarab olması ilə əlaqədar usta gətirməyə getdiyini demişdir. 23 dekabr 2019- cu il tarixdə gecə saat təxminən 02 radələrində yuxudan oyananda telefonuna zəng olunduğunu görüb, oğlanları İlkin və Həsənə zəng etmiş, İlkinin telefonuna zəng çatmamış, Həsən isə telefona cavab verməmişdir. Narahat olduğundan küçəyə çıxıb, çörək sexinə gəlmiş və oğlu İlkinin sexdə olmadığını görmüşdür. Saat təxminən 03-04 radələrində ona oğlu X1ması məlum olmuş və dərhal xəstəxanaya getmişdir. Xəstəxanada olarkən İlkinin deməsindən ona məlum olmuşdur ki, İlkin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1la birlikdə məhəllədə olarkən bir nəfər şəxs avtomobildən düşərək, Zülfiyə doğru odlu silahdan bir neçə atəş açmış, bu zaman İlkinin də ayağından güllə dəymişdir. Bundan başqa İlkin ona Zülfi ilə atəş açan şəxsin nə kimi münasibətlərinin olmasını, həmin şəxsin Zülfiyə doğru konkret olaraq hansı səbəblərə görə atəş açmasını bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 dekabr 2019-cu il tarixdə Bakı şəhərində yaşayan anası ona zəng edərək atasının səhhətinin pisləşdiyini bildirdiyinə görə, 22 dekabr 2019-cu il tarixdə saat 24:00-da Tel- Əviv şəhərindən təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Yerli vaxtla 23 dekabr 2019-cu il tarixdə gecə saat 03:00-da Heydər Əliyev adına Beynəlxalq hava limanında təyyarədən endikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və polislərin deməsindən ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs 22 dekabr 2019-cu il tarixdə axşam saat 23 radələrində Bakı şəhərində Yasamal rayonu ərazisindəki “Saf Su” marketinin arxa tərəfində Zülfi və İlkin adlı şəxslərə odlu silahdan atəş açaraq sonunculara xəsarətlər yetirmişdir. Daha sonra polis əməkdaşları ondan Turalın olduğu yeri soruşmuş, polislərə təyyarədən endiyi üçün bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan sonra, evinə ailə üzvlərinin yanma gəlmiş və evə çatan kimi qardaşı Tural öz nömrəsindən “WhatsApp” proqramı vasitəsilə ona zəng edərək Zülfi və İlkin adlı şəxsləri vurduğunu bildirib onun gəlməsini gözlədiyini, səhər açılanda gedib polislərə təslim olacağını demiş və hava işıqlananda, yəni 23 dekabr 2019-cu il tarixdə saat 12 radələrində Binəqədi rayonu ərazisində, Rəsulzadə qəsəbəsində yerləşən “Tural” kafesində onu gözləyəcəyini bildirmişdir. Bundan sonra, polis əməkdaşlarına zəng edərək qardaşı Turalın bir neçə saata özünün təslim olacağını bildirmişdir. 23 dekabr 2019-cu il tarixdə saat 12 radələrində “Tural” kafesinə gəlmiş və qardaşı ilə orada görüşmüşdür. Həmin vaxt Turalın yanında heç kim olmamışdır. Turaldan hadisə barədə maraqlanmış və sonuncu hadisənin konkret olaraq səbəbləri barədə heç nə deməmiş, yalnız Zülfinin hələ həbs edilməmişdən öncə sonuncu ilə telefonla danışan zaman aralarında nə isə anlaşılmazlıq olduğunu və bundan sonra da ədavətlərinin yarandığını bildirmişdir. Tural konkret olaraq bu ədavətin haradan qaynaqlanması, Zülfi və İlkin adlı şəxsləri konkret olaraq hansı səbəblərə görə vurması barədə ona heç nə deməmişdir. Bundan sonra Tural ilə birlikdə Yasamal rayon polis idarəsinə gəlmiş və Tural cinayətin aləti olan “Makarov” tipli odlu silahı könüllü olaraq polislərə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 təxminən 5-6 il öncədən tanıdığını, Zülfini ikiüç dəfə Rəsulzadə qəsəbəsində məhəllə uşaqları ilə gördüyünü, Zülfinin də uzun illər öncə Rəsulzadə qəsəbəsində yaşadığını, Zülfi ilə heç bir münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımadığını, qardaşı Təqsirləndirilən şəxs Zülfi və İlkinlə olan münasibətləri, Təqsirləndirilən şəxs cinayətin aləti olan “Makarov” tipli odlu silahı haradan, nə zaman və kimdən əldə etməsi barədə heç nə bilmədiyini, hər hansı bir vaxt Turalın üzərində, eləcə də yaşadıqları evdə odlu silah görmədiyini bildirmişdir. Həmçinin ifadəsində Şahid1 tanımadığını, Şahid1 qardaşı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında olan münasibətləri barədə ümumiyyətlə məlumatının olmadığını, Şahid3 və Şahid4 adlarını eşitdiyini, sonuncularla heç bir münasibətinin olmadığını, Gündüz və Farizin qardaşı Təqsirləndirilən şəxslə birlikdə dəfələrlə ziyarətlərdə olduqlarını, Turalın Gündüz və Farizlə normal münasibətlərinin olduğunu, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında olan münasibətləri barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan başqa, ifadəsində qardaşı Təqsirləndirilən şəxs həbs olunmasından sonra bir neçə dəfə onun istifadəsində olan ********** telefon nömrəsinə zəng etdiyini, zəng edən zaman onunla ümumi söhbətlər etdiyini, ona “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini demədiyini, Şahid1 qardaşı Təqsirləndirilən şəxslə aralarında olan münasibətləri barədə heç nə bilmədiyini göstərmişdir. Eyni zamanda ifadəsində Zərərçəkmiş şəxs1 ilə Şahid1 Aydm oğlu arasında illər öncə mübahisə yaranması, bu zaman Zərərçəkmiş şəxs1 Şahid1 sağ qulağını kəsməsi, bundan bir müddət sonra Şahid1 Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs1la görüşən zaman aralarında mübahisə yaranması, bu zaman Zərərçəkmiş şəxs1 üzərində olan bıçaqla Təqsirləndirilən şəxs xayasına zərbələr vuraraq sonuncuya xəsarətlər yetirməsi, bu səbəbdən qardaşının Zərərçəkmiş şəxs1 qisas almaq qərarına gəlməsi ilə bağlı göstərilənlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin təxminən yay aylarından tanımış, namaz qılan olduğundan Turalla məsçidlərin birində tanış olmuşdur. Tanışlıqdan sonra isə Turalla birlikdə 2019-cu ilin oktyabr ayında Kərbəla şəhərinə ziyarətə getmişdir. Bununla Turalla səmimi münasibətləri yaranmış, ziyarətdən öncə, eləcə də ziyarətdən gəldikdən sonra da bir neçə dəfə məsçidlərdə cümə namazlarında görüşmüş, bundan başqa şəhərin müxtəlif yerlərində elə-belə görüşmüşdür. Daha sonra, Turalın ailə üzvlərini tanımış, hətta bir neçə dəfə evlərində də olmuşdur. Turalın qardaşı Babəki də Turala görə tanımış, Babəkin nə işlə məşğul olmasını dəqiqliyi ilə bilməsə də sonuncunun Tel-Əviv şəhərində hansısa işlə məşğul olduğunu və tez-tez həmin şəhərə gedib-gəldiyini bilmişdir. Tural heç bir dövlət işində işləməmiş, yalnız idmanın boks növü ilə məşğul olmuş və bu sahədə uğurları olmuşdur. 2019-cu ilin 23 dekabr tarixində elə-belə Turalla görüşmək məqsədilə sonuncunun ********** nömrəli mobil telefonuna zəng etmiş, lakin Turalın telefonunun söndürülmüş olduğunu görmüşdür. Bir neçə dəfə bunu təkrarlasa da, Turalın telefonu sönülü olduğundan Turalın ailə üzvlərindən Tural barədə maraqlananda, Turalın ailə üzvləri ona Turalın nə isə hadisə törətdiyini və bu hadisə ilə bağlı tutulduğunu bildirmişlər. Bundan təxminən iki gün sonra Turalın qardaşı Babəkin deməsindən ona məlum olmuşdur ki, Tural Yasamal rayonu ərazisində yerləşən “Saf Su” marketinin arxasında odlu silahdan istifadə etməklə Zülfi və İlkin adlı şəxsləri yaralamışdır. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımadığını, həmin şəxslərlə heç bir münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, Şahid6 deməsinə görə Zərərçəkmiş şəxs1 həbs olunmamışdan öncə Turalla aralarında narazıçılıq yarandığını, narazıçılığın konkret olaraq yaranma səbəbləri barədə dəqiq heç nə bilmədiyini, Turalla Zülfinin haçansa dalaşdığını eşitdiyini, həmin vaxt Turalın ayağının gipsdə olduğunu, bu zaman Zülfinin Turala əl atdığını, İlkin barədə isə ümumiyyətlə heç nə eşitmədiyini, Zülfinin də əvvəllər M.Ə.Rəsulzadə qəsəbəsində yaşadığını, Şahid1 M.Ə.Rəsulzdə qəsəbə sakini kimi tanıdığını, lakin Yaşarla elə də yaxın münasibətinin olmadığını, Yaşarı bir neçə dəfə M.Ə.Rəsulzadə qəsəbəsində gördüyünü, Şahid1la Təqsirləndirilən şəxs münasibətlərinin olduğunu, düşmənçilik və ədavətlərinin olmadığını, Şahid1la Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətlərinin, düşmənçilik və ədavətlərinin olub-olmaması barədə heç nə bilmədiyini, hadisədən uzun müddət keçdiyindən konkret olaraq 22 dekabr 2019-cu il tarixdə gün ərzində haralarda olmasını, Təqsirləndirilən şəxslə görüşməsini dəqiq xatırlamadığını, 22 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxslə bir neçə dəfə telefonla danışdığını, uzun müddət keçdiyindən danışığın məzmununu xatırlamadığını, Turalın həbsindən sonra həftə ərzində bir neçə dəfə sonuncu ilə telefonla danışdığını, zəng edən zaman Turalın onunla ümumi söhbətlər etdiyini, Turalın ona “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2014-cü ildən tanımağa başlamışdır. Tural da onun kimi ibadət əhli olduğundan söhbətləri üst-üstə düşmüş, bu minvalla da aralarında daha da yaxın münasibətlər yaranmışdır. Hətta Təqsirləndirilən şəxslə birlikdə dəfələrlə cümə namazlarında olmuş Kərbəla və Məşhəd ziyarətlərinə getmişdir. Tədricən Turalın ailə üzvlərini də tanımış, bir neçə dəfə evlərində də olmuşdur. Tural heç bir yerdə işləməmiş, lakin boks üzrə yaxşı idmançı olduğundan bir neçə dəfə uğurları olmuşdur. Tural həbs olunanadək, bir dost kimi hər gün Turalla zəngləşib görüşmüş, sonuncu dəfə 22 dekabr 2019-cu il tarixdə saat təxminən 16-17 radələrində Turalla zəngləşib Biləcəri qəsəbəsində yerləşən Bulaq restoranında çay içib ümumi söhbət etmişlər. Bundan sonra evə gəlmiş, Turalın isə hara getməsindən məlumatı olmamışdır. 23 dekabr 2019-cu il tarixdə saat təxminən 02 radələrində Turalın ailə üzvlərindən hazırda xatırlamadığı kimsə yaxın dost olduqları üçün onun ********** nömrəli mobil telefonuna zəng edərək evlərinə polis əməkdaşlarının gəldiyini, polislərin Turalı axtardığını, Turalın Yasamal rayonu ərazisində “Saf su” marketinin arxa hissəsində güllə ilə adam vurduğunu deyib, Turalın harada olduğunu soruşmuş, Turalın harada olduğunu bilmədiyini demişdir. 23 dekabr 2019-cu il tarixdə Turalın qardaşı Babəkə zəng edib sonuncu ilə görüşmüş, Babəkin deməsindən bilmişdir ki, Tural bir nəfəri yox, iki nəfəri güllə ilə vurmuş və Turalın vurduğu şəxslərdən birinin adı Zülfidir. Həmçinin Babəkin deməsindən ona məlum olmuşdur ki, Tural artıq özü polislərə təslim olmuşdur. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 tanımadığını, adı çəkilən şəxsləri görmədiyini, Turalın bu barədə hər hansı bir vaxt ona heç nə demədiyini, Turalın həmin şəxslərlə aralarında olan münasibətləri barədə heç nə bilmədiyini, hadisənin konkret olaraq hansı səbəblərə görə baş verməsi barədə heç bir məlumatının olmadığını, Şahid1 Rəsulzadə qəsəbə sakini kimi tanıdığını, sonuncu ilə elə də yaxın münasibətinin olmadığını, Yaşarı bir neçə dəfə Rəsulzadə qəsəbəsində gördüyünü, görüşəndə salamlaşdığını, Yaşarla düşmənçilik və ədavətinin olmadığını, əvvəllər bir neçə dəfə Turalla çayxanada olarkən Yaşarın da təsadüfən ora gəldiyini, bir masa arxasında oturduqlarını, Şahid1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə aralarında olan münasibətləri, düşmənçilik və ədavətlərinin olub-olmaması barədə heç nə bilmədiyini, 22 dekabr 2019-cu il tarixdə gün ərzində konkret olaraq haralarda olmasını xatırlamadığını, Tural həbs olunandan sonra sonuncu ilə dost kimi bir neçə dəfə telefonla danışıb ümumi söhbətlər etdiyini, Turalın ona “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 13-14 il öncədən qonşusu kimi tanımış və Rəsulzadə qəsəbəsində Turalgilin evinin qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxslə münasibətləri həmişə yaxşı olmuş, əksər vaxtlarda məhəllədə Turalla bir yerdə olmuş, Rəsulzadə qəsəbəsindəki çay evində görüşüb ümumi söhbətlər etmişdir. Lakin tədricən Turalla aralarında soyuq münasibətlər yaranmış və əlaqələri kəsilmişdir. Münasibətlərinin kəsilməsinə səbəb Təqsirləndirilən şəxs təkəbbürlü olması, ətrafında olan şəxslərə yuxandan aşağı baxması olmuşdur. Zərərçəkmiş şəxs1 da təxminən 13-14 il öncədən tanımış, Zülfi də əvvəllər Rəsulzadə qəsəbəsində onunla eyni məhəllədə yaşamışdır. Zülfi ilə qonşu olmasına baxmayaraq sonuncu ilə hər hansı bir formada münasibəti, əlaqəsi olmamış, lakin məhəllə uşağı kimi dəfələrlə məhəllədə, eləcə də qəsəbədəki çay evində Zülfini görmüşdür. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 münasibətləri barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs2 tanımadığını, sonuncu ilə hər hansı bir formada münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, 22 dekabr 2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdə olduğunu, 28 dekabr 2019-cu il tarixdə azadlığa buraxıldığını, azadlığa buraxılandan sonra Digah qəsəbəsində qohumlarının evində yaşadığını, arada-bir Rəsulzadə qəsəbəsinə gəlib yalnız valideynlərinə baş çəkdiyini, Turalın Zülfini güllə ilə vurmasını 2020-ci ilin yanvar ayının sonlarında sosial şəbəkələrdən oxuduğunu, Turalın Zülfini, eləcə də İlkin adlı şəxsi vurmasının səbəbini, eləcə də aralarında olan düşmənçilik və ədavətləri barədə heç bir məlumatının, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən vurulması ilə bağlı onun hər hansı bir formada əlaqəsinin olmadığını, Turalın onun barəsində “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini deməsinin səbəbini bilmədiyini, Turalın ona şər atmağa çalışdığını, Şahid3 və Şahid4 tanımadığını bildirmişdir. Habelə ifadəsində Zərərçəkmiş şəxs1la aralarında mübahisə olmadığını, Zülfinin hər hansı bir formada ona xəsarət yetirmədiyini, sağ qulağını kəsmədiyini, 2017-ci ildə Rəsulzadə qəsəbəsindəki yaşadığı evin eyvanında dayanarkən hündürlükdən yerə yıxılması səbəbindən sağ qulağından xəsarət aldığını, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xayasına bıçaqla xəsarət yetirməsindən ümumiyyətlə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur və Təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayır. 23 dekabr 2019-cu il tarixdə axşam saatlarında qohumlarından Turalın tutulduğunu eşitmiş və sonradan bilmişdir ki, Tural 22 dekabr 2019-cu il tarixdə axşam saatlarında kimisə vurub xəsarət yetirmişdir. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1, Şahid3 və Şahid4 tanımadığını, həmin şəxsləri ümumiyyətlə görmədiyini, heç bir münasibəti, düşmənçilik və ədavətinin olmadığını, eləcə də Təqsirləndirilən şəxs adı çəkilən şəxslərlə münasibətinin, düşmənçilik və ədavətinin olubolmaması barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 konkret olaraq hansı səbəblərə görə vurmasını bilmədiyini, Təqsirləndirilən şəxs ona “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?” sözlərini demədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs həbs edilməsindən sonra sonuncu ilə telefonla danışmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır, Təqsirləndirilən şəxslə qonşu həyətdə yaşamış və dostluq münasibətləri olmuşdur. Məhəllə uşağı kimi Təqsirləndirilən şəxs hər gün məhəllədə görmüş, boş vaxtlarında dayanıb ümumi söhbətlər etmişlər. 23 dekabr 2019-cu il tarixdə səhər saatlarında Tel-Əviv şəhərindən gəlmiş Şahid6lə görüşüb haləhval tutmaq üçün Turalgilin evinə gəlmişdir. Bu zaman Turalla qardaşı Babəkdən başqa bütün ailə üzvlərinin evdə olduğunu və Turalın ailə üzvlərinin əhvalının olmadığını görmüşdür. Nə baş verdiyini soruşanda Turalın atası Elxan ondan Turaldan xəbərinin olubolmamasını soruşmuşdur. Gecə evdə olduğunu və yuxudan oyandıqdan sonra Babəklə görüşmək üçün gəldiyini demişdir. Bu zaman Turalın atası Elxan ona Turalın bir gün öncə, yəni 22 dekabr 2019-cu il tarixdə gecə saatlarında Zülfini tapıb vurduğunu bildirmişdir. Babəkin harada olduğunu soruşduqda qəsəbədə olduğunu demişdir. Elxanın baş vermiş hadisə ilə bağlı narahat olduğunu görüb heç nə danışmadan evdən çıxmış və Babəkin mobil telefonuna zəng edib Rəsulzadə qəsəbəsində sonuncu ilə görüşmüşdür. Söhbət zamanı Babək ona Turalın Zülfini taparaq tapança ilə vurduğunu, özünün isə gecə saat 02 radələrində hava limanında təyyarədən enən kimi polisə dəvət olunduğnu, Turalın olduğu yerin müəyyən edilməsi üçün polislərə köməklik etməsinə dair söz verdiyini demişdir. Bundan sonra Babəki tək buraxmamış və yanında olmuşdur. Bir müddət sonra Babək Turalla telefonla danışıb polislərə təslim olmağa məcbur etmişdir. Telefon danışığından təxminən bir-iki saat sonra Tural qəsəbədə onlarla görüşmüş və onlar birlikdə Turalgilin evinə gəlmişdir. Turalın həmin vaxt əhvalı olmamış, ona görə hadisə barədə Turaldan heç nə soruşmamışlar. Tural ailə üzvləri ilə görüşmüş, sonra isə qardaşı Babəklə birlikdə təslim olmaq üçün polisə getmişdir. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs1 Rəsulzadə qəsəbə sakini kimi tanıdığını, Zülfinin də əvvəllər Rəsulzadə qəsəbəsində yaşadığını, lakin Zərərçəkmiş şəxs1la heç bir yaxın münasibətinin, düşmənçilik və ədavətinin olmadığını, yalnız bir-birlərini görəndə salamlaşdıqlarını, Zərərçəkmiş şəxs2 tanımadığını, Zərərçəkmiş şəxs1 əksər hallarda Təqsirləndirilən şəxs yanında olduğunu, bir müddət sonra Turalla Zülfi telefonla danışan zaman nə isə aralarında anlaşılmazlıq yarandığını, bundan sonra münasibətlərinin kəsildiyini, lakin anlaşılmazlığın konkret olaraq nədən ibarət olduğunu bilmədiyini, Turaldan bu barədə dəfələrlə soruşmasına baxmayaraq sonuncunun ona heç nə demədiyini, Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs hər hansı bir formada münasibətinin olmadığını bildirmişdir. Habelə ifadəsində Şahid1 da məhəllə uşağı kimi tanıdığını, Yaşarla Rəsulzadə qəsəbəsində yerləşən 99 saylı orta məktəbdə təhsil aldıqlarını, Yaşarla bir yerdə idmanla məşğul olduqlarını, bir neçə il öncə Yaşarın narkotik maddə aludəçisi olduğuna görə həbs edildiyini, bundan sonra Yaşarla münasibətlərini tam şəkildə kəsdiyini, hazırda Yaşarla heç bir münasibətinin olmadığını, Turalla Yaşarın münasibətlərinin Rəsulzadə qəsəbəsindən məhəllə uşağı kimi yarandığını, Turalın əvvəllər Yaşarla münasibətlərinin yaxşı olduğunu, görüşüb ümumi söhbətlər etdiklərini, Turalın da Yaşarın narkotiklə bağlı həbs olunduğuna görə sonuncu ilə münasibətlərinin kəsildiyini, düşmənçilik və ədavətlərinin olmadığını, Şahid1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə olan münasibətləri barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirməsinin səbəblərini bilmədiyini, Təqsirləndirilən şəxs həbs olunandan sonra ona zəng etmədiyini, ona: “Zülfi Rəsulzadə qəsəbəsinə yas mərasiminə gəlib, Yaşara görə hazırda həbsdəyəm, Yaşar da bunu bilir, nəyə görə Yaşar Zülfidən qisas almır, işi sona çatdırmır?”,- sözlərini demədiyini, Yaşar, Tural və Zülfinin bir-birləri ilə mübahisə etmələri, Zülfinin Yaşara, Turalın və digər adı çəkilən şəxslərin Zərərçəkmiş şəxs1 hər-hansı vaxt, hər-hansı formada xəsarət yetirməsini eşitmədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsindəki 166-177 saylı evin arxa tərəfində yerləşən 36 saylı hamamın həyətyanı sahəsinə giriş qapısının qarşısındakı yola, eləcə də ətrafdakı əraziyə baxış keçirilmiş və baxış keçirilən zaman oradan 9 mm kalibrli odlu silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 4 ədəd giliz, 1 ədəd deformasiyaya uğramış güllə, bundan başqa şüşə qırıntıları, 1 ədəd istifadə olunmuş siqaret kötüyü və 1 ədəd istifadə olunmamış içərisi boş (tütünsüz) siqaret müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1ci cild iş vərəqi 7-19). İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş paltarlan - 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan göy rəngli cins şalvar, 1 ədəd boz rəngli alt geyim şalvarı, 1 ədəd qara rəngli uzunqol jaket, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd açıq qəhvəyi rəngli qolsuz gödəkçə, 1 cüt qara rəngli corab və 1 cüt qara rəngli ayaqqabı müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 49-52). İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman əynində olmuş paltarları - 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan tünd qəhvəyi rəngli vİlvet materialdan olan şalvar, 1 ədəd qara rəngli qolsuz mayka və 1 ədəd bənövşəyi rəngli uzunqol sviter müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 49-52). İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs2 sol ayağının pəncəsində aparılan cərrahi müdaxilə nəticəsində aşkar edilmiş 1 ədəd 9 mm kalibrli güllə müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 49-52_. İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd 9 mm kalibrli “HB 3025” №-li “Makarov” (PM) konstruksiyalı odlu silah və 1 ədəd boş sandıqça müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 58-59). İşdə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş paltarları - 1 ədəd tünd göy rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfdən boyunluğu zəncirbəndli, qara rəngli, sol tərəfdən sinəsinin üzərində “Börberi London” sözləri yazılmış sviter və 1 ədəd qara rəngli dəri materialdan gödəkçə müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 89-91). İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Niva 21214” markalı, **- OP-*** dövlət nömrə nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobilin sol qabaq qapısının şüşəsinin sınması, şüşənin keçəcək hissəsində, eləcə də salonun müxtəlif hissələrində şüşə qırıntılarının olması müəyyən edilmişdir. Baxış zamanı avtomobilin sürücü tərəfində qapının cibində, ayaqaltında, eləcə də oturacağın üstündə olan şüşə qırıntıları müvafiq qaydada götürülərək qablaşdırılmışdır (1-ci cild iş vərəqi 109-117). İşdə olan məhkəmə-tibb ekspertizasının 23 dekabr 2019-cu il tarixli 1080 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) döş qəfəsinin ön səthinin sol yarısında, ön qoltuqaltı xətt ilə sol məmə xətti arası sahədə və sol döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfiız etməyən, döş qəfəsinin ön səthinin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaraları. Döş qəfəsinin ön səthinin sol yarısında olan ön qoltuqaltı xətt ilə sol məmə xətti arası sahə üzrə İİİ qabırğaarası sahədə olan yara odlu silah yarasının giriş, döş qəfəsinin ön səthinin sol yarısındakı sol döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan yara isə odlu silah yarasının çıxış dəliyi olmaqla, patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış bir atəşin nəticəsində törənmişlər, yara kanalının istiqaməti soldan-sağa və bir qədər yuxarıdan aşağıyadır. b) döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə İV qabırğaarası sahədə və sağ ön qoltuq xətt üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları dəlib keçən odlu silah yaraları. Döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan yara odlu silah yarasının giriş, sağ ön qoltuq xətt üzrə İV qabırğaarası sahədə olan yara odlu silah yarasının çıxış dəliyi olmaqla, patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış bir atəşin nəticəsində törənmişlər. Döş qəfəsinin ön səthinin sağ yarısında, sağ ön qoltuq xətt üzrə İV qabırğaarası sahədəki çıxış dəliyindən xaric olmuş güllə sağ bazunun orta 1/3-nə toxunub keçməklə sıyrılmış yara törətmişdir. Yara kanalının istiqaməti soldansağa və bir qədər yuxarıdan aşağıyadır. Həmin rəyə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş “a” və “b” bəndində göstərilmiş xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış 2 (iki) atəş nəticəsində törənmişlər, törənmə müddətləri qərarda göstərilən 22 dekabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlər qərarda göstərilən 9 mm-lik kalibri olan “Makarov” tipli odlu silahdan açılmış 2 (iki) atəş nəticəsində törənə bilərdilər; qeyd edilən rəyə əsasən Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyalarına və yara kanallarının istiqamətlərinə əsaslanıb demək olar ki, xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yan səthi xəsarət yetirilən silahın lüləsinə qarşı vəziyyətdə ola bilərdi (2-ci cild iş vərəqi 53-56). İşdə olan məhkəmə-tibb ekspertizasının 23 dekabr 2019-cu il tarixli 1081 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) sağ baldırın yuxarı 1/3-nin diz oynağına yaxın iç səthinin və ondan 5 sm önə və aşağı yumşaq toxumaları dəlib-keçən odlu silah yaraları. Sağ baldırın yuxarı 1/3-nin diz oynağına yaxın iç səthindəki yara odlu silah yarasının giriş, ondan 5 sm önə və aşağıda olan yara odlu silah yarasının çıxış dəliyi olmaqla yara kanalının istiqaməti soldan-sağa, bir qədər arxadan önə və yuxarıdan aşağıyadır. Yara kanalı boyunca sağ baldırın yumşaq toxuma və əzələləri zədələnmişdir. b) sağ baldırın yuxarı 1/3-nin ön-yan səthindəki yara odlu silah yarasının giriş dəliyi, ondan 10 sm məsafədə önə və aşağıdakı yara odlu silah yarasının çıxış dəliyi olmaqla yara kanalının istiqaməti soldan-sağa, arxadan bir qədər önə və yuxarıdan aşağıyadır. Yara kanalı boyunca sağ baldırın yumşaq toxuma və əzələləri zədələnmişdir. c) sol pəncənin 3-cü, 2-ci və 1-ci barmaqlarının distal falanqalarımn bayır səthlərindəki yaralar odlu silah yarasının giriş dəlikləri, qeyd olunan barmaqların distal falanqalarımn iç səthlərindəki yaralar isə odlu silah yaralarının çıxış dəlikləri olmaqla yara kanalının istiqaməti soldan-sağa və cüzi yuxarıdan aşağıyadır. Yara kanalları boyu sol pəncənin 3, 2 və 1-ci barmaqlarının yumşaq toxumaları zədələnmiş və dırnaq falanqa sümüklərinin qəlpəli, yerdəyişmiş sınıqları müəyyən edilmişdir; həmİn rəyə əsasən Bağıyev tikin Gülhüseyn oğlunun bədəni üzərində müəyyən edilmiş “a”, “b” və “c” bəndində göstərilmiş xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış 3 (üç) atəş nəticəsində törənmişlər, törənmə müddətləri qərarda göstərilən 22 dekabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə “a” və “b” bəndində göstərilmiş bədən xəsarətləri hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya, “c” bəndində göstərilmiş xəsarətlər (sol pəncənin 3cü, 2-ci və 1-ci barmaqlarının distal falanqa sümüklərinin sınığı ilə müşayiət olunan bayır və iç səthlərindəki yaralar) odlu silahdan açılmış bir atəş nəticəsində törənməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlər qərarda göstərilən 9 mm-lik kalibri olan “Makarov” tipli odlu silahdan açılmış üç (üç) atəş nəticəsində törənə bilərdilər; qeyd edilən rəyə əsasən Zərərçəkmiş şəxs2 bədəninin sağ baldırının yuxarı 1/3-nin iç və ön-yan səthlərində, eləcə də sol ayaq pəncəsinin 3, 2 və 1-ci barmaqlarının distal falanqalarmda aşkar edilmiş xəsarətlərin lokalizasiyalarına, yara kanallarının istiqamətlərinə əsaslanıb demək olar ki, xəsarətlər yetirilən anda Zərərçəkmiş şəxs2 sağ baldırının iç və sol ayaq pəncəsinin bayır səthi xəsarət yetirilən silahın lüləsinə qarşı vəziyyətdə ola bilərdi (2-ci cild iş vərəqi 57-61). İşdə olan məhkəmə-tibb ekspertizasının 23 dekabr 2019-cu il tarixli 1079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır (2-ci cild iş vərəqi 62-65). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 yanvar 2020-ci il tarixli 71 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan vaxt hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; həmin rəyə əsasən Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. İnadkarlıq, eqosentrizm, kinlilik, kobudluq, pedantlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, psixoloji vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (2-ci cild iş vərəqi 127-131). İşdə olan məhkəmə-narkoloji ekspertizanın 22 yanvar 2020-ci il tarixli 153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs NARKOMANİYA və ya ALKOQOLİZM xəstəliyindən Əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild iş vərəqi 132-134). İşdə olan məhkəmə tibbi-bioloji ekspertizasının 15 may 2020-ci il tarixli 966/2019- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupları 0 alfa,beta /İ/-dir; həmin rəyə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvar (kəmərlə), Zərərçəkmiş şəxs1 məxsus qolsuz mayka, uzunqol jaket, şalvar (kəmərlə), qolsuz gödəkçə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa,beta İİ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə (şəxslərə), o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 və ya eyni qruplu Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncularda qanaxma müşayiət olunan xəsarətlər olubsa); qeyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol sviter, qısaqol mayka, Zərərçəkmiş şəxs1 məxsus şalvar (alt paltar), bir cüt corab, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkçə, uzunqol jaket, şalvar üzərində qana şübhəli ləkə aşkar olunmadı (2-ci cild iş vərəqi 97-104). İşdə olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 mart 2020-ci il tarixli 640- MTKŞ/2019 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarından bir ədəd jilet, bir ədəd sviter və bir ədəd maykanın üzərində aşkar olunan zədələrlə onun bədən səthində aşkar olunmuş xəsarətlər bir-birinə uyğunlaşdırıldıqda müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 məxsus jiletin ön sol yuxarı hissəsi, sviterin ön sol yuxarı hissəsi və maykanın ön sol yuxarı hissəsində aşkar olunmuş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmış zədələr onun bədən səthində olan döş qəfəsinin ön səthinin sol yarısında ön qoltuq xətt ilə sol məmə xətti arası sahə üzrə İİİ qabırğaarası sahədə olan odlu silah yaraları; jiletin ön sağ yuxarı hissəsi, sviterin ön sağ yuxarı hissəsi və maykanın Ön sağ yuxarı hissəsində aşkar olunmuş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmış zədələr isə onun bədən səthində olan döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan və sağ ön qoltuq xətt üzrə İV qabırğaarası sahədə olan odlu silah yaraları ilə yerləşməsinə görə nisbətən üst-üstə düşürlər; həmin rəyə əsasən tədqiqata təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus geyim əşyalarından şalvarın üzərində aşkar olunan zədələrlə onun bədən səthində aşkar olunmuş xəsarətlər bir-birinə uyğunlaşdırıldıqda müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ ayaqlığının iç tikişi üzərində və şalvarın sağ ayaqlığının arxa aşağı hissəsində aşkar olunmuş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmış zədələr onun bədən səthində olan sağ baldırın yuxarı 1/3-nin diz oynağına yaxın iç səthindəki və ondan 5 sm Önə və aşağı yumşaq toxumaları dəlib-keçən odlu silah yarasının giriş yaraları, şalvarın sağ ayaqlığının ön aşağı hissəsində aşkar olunan odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmış zədələr isə onun bədən səthində olan sağ baldırın 1/3-nin önyan səthindəki yara odlu silah yarasının giriş dəliyi, ondan 10 sm məsafədə önə və aşağıdakı yara odlu silah yarasının çıxış yaraları ilə yerləşməsinə görə nisbətən üst-üstə düşürlər (3-ci cild iş vərəqi 89-96). İşdə olan kompleks məhkəmə-ballistik və məhkəmə-trasaloji ekspertizasının 25 fevral 2020-ci il tarixli 32080/32081/32082 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli olmaqla “HB 3025” №-li, “Makarov” (PM) konstruksiyalı tapançadır-yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Həmin tapançanın zavod nişanlarında sonradan əlavə və dəyişikliklər edilməmişdir; həmin rəyə əsasən tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 08 ədəd 9 mm kalibrli patron tutumuna malik olan, “Makarov” (PM) konstruksiyalı tapançada istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Göstərilən rəyə əsasən tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd giliz 9 mm kalibrli olub həmin kalibrə malik olan “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların hissələridir-gilizlərdir. Həmin gilizlər “HB 3025” №-li tapançadan atılmışdır. Qeyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş 2 (iki) ədəd güllə 9 mm kalibrli olub, həmin kalibrə malik olan “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş patronların hissələridir-güllələrdir. Həmin güllələr “HB 3025” №-li tapançadan atılmışdır. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, təqdim edilmiş vəziyyətdə həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Qeyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd xaki rəngli jilet, bir ədəd qara rəngli sviter və bir ədəd ağ rəngli qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin və mis metal izinin (sürtünmə zolağı) (jiletin ön sol hissəsindəki zədədən) aşkar edilməsinə əsasən geyim əşyalarının ön hissəsində olan zədələr giriş zədələri olmaqla, yivli odlu silahdan açılmış ən az iki atəş nəticəsində, diametri təxminən 9 mm olan, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən də yarana bilər. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd belində qara kəməri olan tünd qəhvəyi rəngli şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməsinə əsasən şalvarın sağ ayaqlığının iç tikişi və arxa hissəsində olan zədələr giriş, şalvarın sağ ayaqlığının ön hissəsində olan zədələr isə çıxış zədələri olmaqla, odlu silahdan açılmış ən az iki atəş nəticəsində, diametri təxminən 9 mm olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, arxadan-önə, nisbətən soldan-sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən də yarana bilər. Deyd edilən rəyə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd belində qara rəngli kəməri olan mavi rəngli cins şalvarın, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd bənövşəyi rəngli sviter, bir ədəd qara rəngli qısaqol köynəyin üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Həmin rəyə əsasən tədqiqata təqdim olunmuş hadisə yerindən və “VAZ 21214” markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobildən götürülmüş şəffaf şüşə hissələri kiçik hissələrə bölündüyündən onların əvvəllər vahid bütövlük təşkil edib-etməməsini, yəni eyni predmetin hissələri olmasını müəyyən etmək mümkün deyildir. Lakin qeyd edilən şüşə hissələri formasına, morfoloji quruluşuna, rənginə, ölçüsünə və s. əlamətlərinə görə uyğunluq təşkil edirlər (2-ci cild iş vərəqi 157-167). İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 7 yanvar 2020-ci il tarixli 3281/K saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qan nümunələrində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (2ci cild iş vərəqi 68-71). İşdə olan qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan göy rəngli cins şalvar, 1 ədəd boz rəngli alt geyim şalvarı, 1 ədəd qara rəngli uzunqol jaket, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd açıq qəhvəyi rəngli qolsuz gödəkçə, 1 cüt qara rəngli corab, 1 cüt qara rəngli ayaqqabı, digər Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan tünd qəhvəyi rəngli vilvet materialdan şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd bənövşəyi rəngli uzunqol sviter, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfdən boyunluğu zəncirbəndli, qara rəngli sol tərəfdən sinəsinin üzərində “Börberi London” sözləri yazılmış sviter, 1 ədəd qara rəngli dəri materialdan gödəkçə, hadisə yerindən götürülmüş 4 ədəd giliz, 1 ədəd güllə, müxtəlif ölçülü şüşə qırıntıları, “VAZ 21214” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş müxtəlif ölçülü şüşə qırıntıları, 1 ədəd “Makarov” modelli, “HB 3025” seriyalı tapança (içərisində patron olmayan boş sandıqça ilə birlikdə) və cərrahi müdaxilə zamanı Zərərçəkmiş şəxs2 sol pəncəsinin baş barmağından çıxarılmış 1 ədəd güllə maddi sübut kimi tanınmışdır (2-ci cild iş vərəqi 89-90). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, X7 2017-ci ildə və X6 2019-cu ildə doğulmuşdur. İşdə olan 23 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 68-69; 76-77). İşdə olan Səbail Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 23 dekabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 137-138; 157-159). Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq və təhlil edilmiş sübutları, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıdakı qənaətə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatları, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmçinin, qərarda göstərilmişdir ki, qəsdən adam öldürməni qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1 -ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 127.2.1 və 127.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusi ilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 127.2.3 və 228.1-ci maddələri isə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cazasının yuxarı həddinin, yəni 14 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 10 (on) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasındanq dan artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar qismində, Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cinayəti odlu silahdan törətməsini isə cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29, 120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı faktiki saxlanıldığı 23 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29, 120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 23 dekabr 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Baş Prokurorluğunun istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan göy rəngli cins şalvar, 1 ədəd boz rəngli alt geyim şalvarı, 1 ədəd qara rəngli uzunqol jaket, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd açıq qəhvəyi rəngli qolsuz gödəkçə, 1 cüt qara rəngli corab, 1 cüt qara rəngli ayaqqabı, digər Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan tünd qəhvəyi rəngli velvet materialdan şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd bənövşəyi rəngli uzunqol sviter Zərərçəkmiş şəxs1 qohumlarından birinə, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfdən boyunluğu zəncirbəndli, qara rəngli sol tərəfdən sinəsinin üzərində “Börberi London” sözləri yazılmış sviter, 1 ədəd qara rəngli dəri materialdan gödəkçə X5 qohumlarından birinə qaytarılmalı, hadisə yerindən götürülmüş müxtəlif ölçülü şüşə qırıntıları və “VAZ 21214” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş müxtəlif ölçülü şüşə qırıntıları məhv edilməli, Baş Prokurorluğunun istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 4 ədəd giliz, 1 ədəd güllə və cərrahi müdaxilə zamanı Zərərçəkmiş şəxs2 sol pəncəsinin baş barmağından çıxarılmış 1 ədəd güllə, Yasamal RPİ-də saxlanılan 1 ədəd “Makarov” modelli, “HB 3025” seriyalı odlu silah içərisində patron olmayan boş sandıqça ilə birlikdə Azərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə-trasoloji, məhkəmə-lifli və məhkəmə-texniki ekspertizalar üzrə tədqiqatların dəyəri - 317,63 manat (üç yüz on yeddi manat altımış üç qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası; Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Baş Prokurorluğunun istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan göy rəngli cins şalvar, 1 ədəd boz rəngli alt geyim şalvarı, 1 ədəd qara rəngli uzunqol jaket, 1 ədəd ağ rəngli qolsuz mayka, 1 ədəd açıq qəhvəyi rəngli qolsuz gödəkçə, 1 cüt qara rəngli corab, 1 cüt qara rəngli ayaqqabı, digər Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd üzərində qara rəngli dəri materialdan kəməri olan tünd qəhvəyi rəngli velvet materialdan şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd bənövşəyi rəngli uzunqol sviter Zərərçəkmiş şəxs1 qohumlarından birinə, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfdən boyunluğu zəncirbəndli, qara rəngli sol tərəfdən sinəsinin üzərində “Börberi London” sözləri yazılmış sviter, 1 ədəd qara rəngli dəri materialdan gödəkçə X5 qohumlarından birinə qaytarılsın; hadisə yerindən götürülmüş müxtəlif ölçülü şüşə qırıntıları və “VAZ 21214” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş müxtəlif ölçülü şüşə qırıntıları məhv edilsin; Baş Prokurorluğunun istintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 4 ədəd giliz, 1 ədəd güllə və cərrahi müdaxilə zamanı Zərərçəkmiş şəxs2 sol pəncəsinin baş barmağından çıxarılmış 1 ədəd güllə, Yasamal RPİ-də saxlanılan 1 ədəd “Makarov” modelli, “HB 3025” seriyalı odlu silah içərisində patron olmayan boş sandıqça ilə birlikdə Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri - 317,63 manat (üç yüz on yeddi manat altımış üç qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-431/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-431/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver