Məhkəmə qərarları › İş №1(101)-431/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-431/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onların qanuni nümayəndəsi - anası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə “yuvinal” məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan iki şəxsə qarşı işgəncə verərək mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 01.08.2021-ci il tarixdə günorta vaxtı yaşadıqları ünvan 2də onun üçün aşkar surətdə on dörd yaşına çatmayan ögey bacısı qızı Zərərçəkmiş şəxs1 qolundan tutub yataq otağına aparıb, sakit durmasını tələb edib zor tətbiq edəcəyi ilə hədələyərək, əynindəki alt paltarını çıxarıb, Zərərçəkmiş şəxs1 otaqda olan yatağın üzərinə üzü aşağı vəziyyətdə uzadıb cinsiyyət orqanını arxa keçəcəyinə daxil edərək, cinsi ehtirasını təmin edib qeyri-təbii yolla cinsi əlaqədə olaraq sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, habelə 08.08.2021-ci il tarixdə axşam vaxtı yaşadıqları ünvan 2də nadinc hərəkətlər etməsini bəhanə edib, mətbəxdən götürdüyü zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını qızdırıb onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan ögey bacısı oğlu Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətdə olmasından istifadə edərək bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə basaraq, bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin yanıqları ilə müşayiət olunan, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş fiziki işgəncə verdiyini dərk edərək əzab vermiş, daha sonra oğlanlarla ünsiyyətdə olmasını bəhanə edib, özünə məxsus olan saçkəsən aparatla aşkar surətdə yetkinlik yaşına çatmayan ögey bacısı qızı Zərərçəkmiş şəxs1 saçlarını və qaşlarını kəsərək, müqavimət göstərməsi səbəbindən sonuncuda sağ bazu və boyun nahiyəsinin qançırları, yanaq nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin sıyrığı ilə müşayiət olunan, Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi ilə nəticələnmiş fiziki ağrı və psixi iztirablar verdiyini dərk edərək əzab vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.4-cü, 133.2.6-cı və 150.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.4-cü və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, fəhləlik edərək ailəsini dolandırmış, 2013-2015-ci illərdə Ağcabədi rayonunda hərbi xidmətdə olmuş, iki qardaşı, bir bacısı vardır. Atası təxminən bir il əvvəl xərçəng xəstəliyindən vəfat etmiş, Şahid ilə 3 ildir ki evlənmiş, evliliklərindən Aysun adlı 5 aylıq qızı vardır. Həyat yoldaşının əvvəlki evliliyindən 5 yaşlı Nüsrət Rəcəbov ad-soyadlı bir oğlu da vardır, birlikdə yaşadıqları üçün həmin uşağa da o baxmış, necə deyərlər atalıq etmişdir. Qanuni nümayəndə onun ögey bacısıdır, onun uşaqları təxminən 6-7 yaşlı oğlu Zərərçəkmiş şəxs2 və 14-15 yaşlı Zərərçəkmiş şəxs1 ilə birlikdə 2021-ci ilin iyul ayında Ağcabədi rayonundan gəlib bir müddət onlarda qalmışlar. Ruqiyyə iyul ayının sonlarında Ağcabədi rayonuna toya getdiyini bildirib çıxıb getmiş, uşaqları onlarda qalmış, əvvəllər də Ruqiyyə dəfələrlə uşaqlarını onlarda qoyub rayona işləməyə getmişdir. 08.08.2021-ci il tarixdə axşam vaxtı oğlu Nüsrət ağlayaraq yanlarına gəlib Ruqiyyənin oğlu İsanın hamamda ona qarşı seksual xarakerli hərəkətlər etdiyini bildirmişdir. O bunu eşidib bərk əsəbiləşmiş və İsanı cəzalandırmaq üçün evdə olan mətbəx bıçağını mətbəxdə qazın üstündə qızdırıb İsanın belinə və arxa nahiyəsinə bir neçə dəfə damğa vurmuşdur. Bundan sonra İsa ağlamağa başlamış, o, ona görə İsaya xəsarət yetirmişdir ki, bir də belə iş görməsin, məqsədi İsanı qorxutmaq olmuşdur. Zərərçəkmiş şəxs1 gəlincə həmin gün həyat yoldaşı Mənzər Leylanın yaşadıqları evin yaxınlığındakı stadionda bir oğlanla üzbəüz danışanda, yəni yaxınlıq edəndə görüb gəlib bu barədə ona məlumat vermişdir. Mənzər Leylanın tərbiyəsinin pozulduğundan narahat olduğunu bildirmiş, o da əsəbiləşib bacısı qızı Leylanı cəzalandırmaq istəmiş və bu məqsədilə onun saçını və qaşını qırxmışdır. Ruqiyyənin uşaqları mütəmadi onların evinə gəlib getdiyindən onların tərbiyəsinə nəzarət etməyi öz vəzifəsi olduğunu düşünmüşdür. Bu hadisədən bir neçə gün sonra Ruqiyyənin bu barədə polisə şikayət etdiyini öyrənmiş, hadisə baş verməmişdən təxminən 15-20 gün əvvəl bacısı Ruqiyyə saçında bit olmasını, saçına qulluq edə bilməməsini əsas gətirərək qızı Leylanın saçını Mənzərlə birlikdə kəsmiş, sonra uşaqlarını onlarda qoyub getmişdir. Yəni o, saçını və qaşlarını qırxarkən Leylanın elə də uzun saçları olmamışdır. O, Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmiş, o, etdiyi hərəkətləri səmimi etiraf etmiş, amma bu hərəkət onluq olmamışdır. Onun cinsi yetərsizliklə bağlı xəstəliyi olmuş, uzun müddət bu xəstəlikdən əziyyət çəkmişdir. Daha öncəki arvadı ondan sırf bu səbəbdən, yəni onunla cinsi əlaqədə ola bilmədiyi üçün ayrılmış, o, cinsi yetərsizliyinə görə qadınlara çox maraq göstərməmişdir. O, əvvəllər İsanı döyməmiş, bu hadisə ilk dəfə olmuş, əvvəllər Leylaya da əl qaldırmamış, bu hadisə də ilk dəfə olmuşdur. O, Leylanı döyməmiş və ona hər hansı formada xəsarət yetirməmiş, ola bilər ki, arvadı Mənzər Leylanı hansısa hərəkətinə görə nə vaxtsa döymüş, amma o buna şahidlik etməmişdir. Leylaya qarşı kim tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi barədə onun heç bir məlumatı olmamışdır. O heç vaxt Leyla ilə iradəsi əleyhinə qeyri-təbii yolla əlaqədə olmamış, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmiş, Leylanın bildirdikləri doğru deyil. O, Leylaya və İsaya hədə-qorxu gəlməmiş, İsa ilə Leylanın yaşlarının az olduğunu bilmiş və bunu dərk etmişdir. İsaya xəsarət yetirdiyi bıçaq mətbəxdə olan, onlara məxsus mətbəx bıçağı və saç kəsən aparatı özlərinə məxsus olmuşdur. O aparatı bir müddət əvvəl üzünü və saçını qırxmaq üçün almış, əvvəlki ifadəsində Leylanın qaşlarını Mənzərin qırxdığını bildirməklə səhvə yol vermiş, onun hazırkı ifadəsi doğrudur. Həyat yoldaşı Mənzər ona hər hansı formada köməklik etməmiş, həyat yoldaşı onunla əlbir olmamışdır. Törətdiyi əməldən çox peşman olmuş, etdiyi hərəkətin belə nəticələrə səbəb olacağını gözləməmiş, bacısı Ruqiyyə və uşaqları onun üçün doğma insanlar olmuşdur. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini, həmçinin, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsi, anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, həmin vaxtı təxminən 20-25 gün əvvəl anası Ruqiyyə onu və bacısı Leylanı ögey dayısı Anargilin evində qoyub rayona getmişdir. 08 avqust 2021-ci il tarixdə anası rayonda olarkən o, Nüsrətlə oynamış, sonra Nüsrət ondan dayısı Anara şikayət etmişdir. Guya o, ona pis hərəkətlər etdiyini demişdir. Sonra dayısı Anar evdə olan bıçağı qazın üstündə qızdırıb ona yaxınlaşıb arxa nahiyəsinə bir neçə dəfə dağ basmışdır. Dayısı onun üstünə qışqırıb demişdir ki, “bir də belə iş tutma”. O, heç nə başa düşməmiş, ancaq “yaxşı” demişdir. Həmin gün bir az sonra bacısı Leyla evə gələndə dayısı Anar ona əsəbiləşib demişdir ki, “niyə anana zəng vurmusan, indi bizə pul göndərməyəcəkdir”. Sonra da bacısının saçını və qaşını qırxmış, o, Nüsrətlə oynayanda Nüsrət tez-tez ağlamışdır. O da dəcəllik etmişdir deyə dayısı Anar ona əsəbiləşmiş, sonra ona dağ basmışdır. O, Nüsrətə heç nə etməmiş, dayısı Anarla barışmamış və onu bağışlamamış, ögey dayısı Anarın cəzasını çəkməsini istəyir. Məhkəmədə qanuni nümayəndəsi, anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhərində yerləşən 7 saylı orta məktəbin 6-cı sinfinə qədər təhsil almış, pandemiya ilə əlaqədar dərslər dayandıqdan sonra, həm də soyuqdəyməsi ilə bağlı xəstə olduğu üçün bir müddət məktəbə getməmişdir. Sonra uzun müddət dərsə getmədiyi üçün məktəbdən çıxarıldığını eşitmişdir. Bir müddət əvvəl anası Ruqiyyə Ağcabədi rayonuna gedərkən məcburiyyətdən onu və qardaşı İsanı ögey dayısı Anargilin evində qoymuşdur. Ögey dayısı Təqsirləndirilən şəxs onların evlərində qaldıqları müddətdə mütəmadi olaraq onu və qardaşı İsanı döymüş və müxtəlif zorakı hərəkətlərlə onlara fiziki ağrı və psixi iztirablar vermişdir. 01 avqust 2021-ci il tarixdə günorta vaxtı evdə olarkən o, qonaq otağında dayısının kiçik uşağı Aysuna baxmış, İsa ilə Nüsrət bayırda oynamışlar. Həmin vaxtı Mənzər mətbəxdə yemək bişirməklə məşğul olmuş, Anar isə digər otaqda televizora baxmışdır. Bu vaxt Mənzər gəlib dayısı Anara yemək bişirmək üçün yağ almaq lazım olduğunu bildirmiş, dayısı Anar Mənzərə gedib yağ alması üçün pul vermişdir. Mənzər əynini geyinib yağ almaq üçün evdən çıxıb mağazaya getmiş, dayısı Anar Mənzər evdən çıxan kimi ona yaxınlaşmış, qolundan tutub onu yataq otağına aparmışdır. O, dayısı Anarın ona iş tapşıracağını düşünmüş, uşağı yatağında qoyub dayısının təkidi ilə yataq otağına keçmişdir. Həmin vaxtı Anar alt paltarında olmuş, onun isə üzərində anasına məxsus qırmızı rəngli üzərində hərflər olan don olmuşdur. O, Anarın üzünə baxıb “eləmə” demiş, Anar ona əl hərəkəti ilə sus işarəsi göstərmiş və sakit durmağını bildirmişdir. Anar onun əynindəki donu yuxarı qaldırıb alt patlarını əynindən çıxarmış və onu arxası üstdə çevirib yatağa itələmişdir. O, dayısı Anarın ona qarşı nə hərəkət etməyə çalışdığını başa düşsə də, qorxusundan heç nə deməmiş və səsini çıxarmamışdır. Dayısı Anar onu üzü üstdə yatağa uzadıb özü də alt paltarını əynindən çıxarmış və onun üzərinə çıxmışdır. Daha sonra dayısı Anarın cinsiyyət orqanını onun arxa nahiyəsinə salıb çıxarmağa başladığını hiss etmişdir. O, ağrı hiss etsə də, qorxduğu üçün səsini çıxarmamış, sadəcə olaraq özünü sıxmış, belə vəziyyət təxminən 5 dəqiqə davam etmişdir. Təxminən 5 dəqiqədən sonra dayısı Anar öz cinsiyyət orqanını onun arxa nahiyəsinə salıb çıxarmasını yekunlaşdırmış və qəfildən ayağa qalxıb otaqdan çıxmışdır. Dayısı Anar otaqdan çıxarkən ona heç nə deməmiş, həmin vaxt onun üzərində və yataqda hər hansı maye olmamışdır. O, çox keçmədən əynini geyinib otaqdan çıxmış, Mənzərdə sonra görüb otaqda nə etdiklərini soruşmuş, o, qorxusundan heç bir cavab verməmişdir. Bu hadisə barədə heç kimə heç nə danışmamışdır. Həm biabır olmaqdan, adına söz çıxmasınından, həm də dayısı Anarın ona xəsarət yetirə biləcəyindən qorxmuşdur. 08 avqust 2021-ci il tarixdə anası rayonda olarkən dayısı Anarın evdə olan mətbəx bıçağını qızdırıb qardaşı İsanın bel nahiyəsinə və arxa nahiyəsinə damğa vurduğunu görmüşdür. Qorxusundan dayısına əngəl ola bilməmiş və dayısından heç nə soruşmamış, Anar İsanı ağlayacağı təqdirdə yenə edəcəyi ilə qorxutmuşdur. O, evdən çıxıb evin yaxınlığındakı marketə gedib satıcıdan telefonunu verməsini xahiş etmiş, anasına zəng vurub qardaşının başına gələnlər barədə məlumat vermişdir. Mənzər onun evdə olmadığını görüb yalandan onun kiminləsə görüşdüyünü deyib ona şər atmış, o, evə qayıdanda onlara yalandan tualetdə olduğunu demişdir. Onun üstünə qışqırdıqları üçün anasına zəng vurub xəbər verdiyini onlara demək məcburiyyətində qalmışdır. Dayısı Anar onun anasına xəbər verməyinə əsəbiləşib üz qırxan maşınla onun saçını, sonra isə qaşlarını qırxmışdır. Qorxusundan dayısına müqavimət göstərməmiş, dayısı saçını qırxarkən ona demişdir ki, “niyə gedib anana xəbər verdin, indi Ruqiyyə bizə pul göndərməyəcək”dir. Dayısı Anar və Mənzər, dayısı onun saçını və qaşlarını qırxarkən ona müxtəlif xəsarətlər yetirmişlər. Ögey dayısı Təqsirləndirilən şəxs ona və qardaşı İsaya qarşı mütəmadi zorakılıq etmiş, qardaşını və onu tez-tez döymüş, onlara həm fiziki, həm psixi ağrı vermiş və dayısı Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilmişdir. Hadisə o, dediyi kimi baş vermiş, başqa heç bir şəxs tərəfindən heç vaxt ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməmişdir. Yalnız bir dəfə dayısı Anar ona qarşı seksual xarakterli zorakılıq hərəkəti etmişdir. O heç kimlə cinsi əlaqədə olmamış, heç kimlə öz razılığı ilə hər hansı seksual xarakterli hərəkət etməmişdir. Ona dayısı Təqsirləndirilən şəxs tərəfindən və ya hər hansı digər şəxs tərəfindən əxlaqsız hərəkətlər edilməmişdir. Bədən səthində yaranmış xəsarətlər onun saçını və qaşlarını qırxarkən müqavimət göstərdiyi üçün dayısı Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Həmçinin anasına xəbər verdikdən sonra Mənzər də onu döymüş, o, qaşlarını özü qırxmamışdır. O, dayısı Anarla barışmamış və onu bağışlamamış, dayısı Anarın cəzasını çəkməsini istəyir. Məhkəmədə şahid və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi qismində dindirilmiş, Qanuni nümayəndə ifadəsində göstərdi ki, Ermənistanın Vardenis rayonunda doğulmuş, uşaq yaşlarında ailəsi ilə birlikdə Azərbaycana köçmüşlər. Azərbaycana köçdükdən sonra Ağcabədi rayonunda məskunlaşmış, o, mütəmadi Bakı şəhərinə gəlmiş və iş olduqca Bakıda işləyib burada yaşamışdır. Həmin vaxtdan etibarən çoxsaylı problemlərlə üzləşdiyi üçün sənədlərini qaydasına sala bilməmiş, təxminən 14-15 il əvvəl Anar adlı şəxslə ailə həyatı qurmuş və evlilikdən Leyla və İsa adlı iki uşağı dünyaya gəlmişdir. Sonralar Anarla münasibətləri pozulmuş və o onları atıb Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan sonra ondan xəbəri olmamış, bir dəfə də olsun o, uşaqları ilə maraqlanmamışdır. Sənədləri qaydasında olmadığı üçün uşaqlarını dünyaya gətirərkən çox çətinliklərlə üzləşmiş, Adətən, kafe-restoranlarda işləyərək özünün və uşaqlarının dolanışığını təmin etməyə çalışmışdır. Təqsirləndirilən şəxs onun ögey qardaşıdır, ataları bir, anaları ayrıdır. Təqsirləndirilən şəxs Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, Mənzər adlı qadınla birlikdə qalmış, Anarın öz ailəsi ilə münasibət yaxşı olmamış, fəhləlik edərək ailəsini dolandırmışdır. O, Bakı şəhərində iş tapa bilmədiyi üçün Ağcabədi rayonuna gedib orada işləmiş, uşaqlarını hər dəfə rayona gedəndə özü ilə aparıb-gətirməkdə çətinlik çəkdiyinə görə onları qardaşı Anarın yanında qoymuş, uşaqları orada qaldıqları müddətdə onlara baxa bilməsi üçün mütəmadi olaraq Anara pul göndərirmişdir. 2021-ci ilin iyul ayının sonlarında toy mərasimi ilə əlaqədar Ağcabədiyə getmiş və yenə uşaqları Anargildə qoymuş, toydan sonra səhhətində narahatlıq yaranmış və bir neçə gün rayonda xəstəxanada qalıb müalicə olmuşdur. Bu səbəbdən Bakı şəhərinə tez zamanda qayıda bilməmiş, 08 avqust 2021-ci il tarixdə qızı Leyla ona zəng vurub ögey dayısı Anarın onu və İsanı mütəmadi döydüyünü, onlara əzab verdiyini, İsanın arxa nahiyəsinə bıçağı qızdırıb dağ basdığını, onun özünün isə saçlarını və qaşlarını kəsərək xəsarət yetirdiyini bildirmişdir. O, çox keçmədən işlərini yekunlaşdırıb Bakı şəhərinə gəlmiş və oğlu İsanın, eləcə də qızı Leylanın vəziyyətini, onlara necə işgəncə verildiyini gördükdən sonra dəhşətə gəlmişdir. Həmçinin, sonradan qızı Leyla ona Anarın ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini demişdir. O, dərhal Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün polisə müraciət etmiş və uşaqlarını onun yanından götürmüş, hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 3 ildir ki, evlənmişlər. Anarla evliliklərindən Aysun adlı bir qızı əvvəlki evliliyindən isə 5 yaşlı Nüsrət Rəcəbov ad-soyadlı bir oğlu vardır. Oğlu Nüsrət də onlarla birlikdə yaşamış, Qanuni nümayəndə da onun baldızıdır. Qanuni nümayəndə uşaqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə 2021-ci ilin iyul ayında Ağcabədi rayonundan gəlib bir müddət onlarda qalmış, Ruqiyyə keçən ayın axırı Ağcabədiyə toya getdiyini bildirib çıxıb getmiş, uşaqları isə onlarda qalmışdır. Təxminən həmin ərəfələrdə 3-4 gün qabaq oğlu Nüsrət ağlayaraq onun yanına gəlib Ruqiyyənin oğlu İsanın hamamda ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Həyat yoldaşı Anar bunu eşidib əsəbiləşmiş, Anar mətbəx bıçağını qazın üstündə qızdırıb İsanın belinə damğa vurmuş, Anarın bu hərəkəti etməkdə məqsədi İsanın bir də belə iş görməməsi olmuşdur. Zərərçəkmiş şəxs1 gəlincə elə həmin gün o, Leylanı yaşadıqları evin yaxınlığındakı stadionda bir oğlanla üzbə-üz danışanda görmüş, gəlib bu barədə Anara şikayət etmiş və Leylanın tərbiyəsinin pozulduğundan narahat olduğunu bildirmişdir. Anar isə əsəbiləşib Leylanın cəzalandırmaq məqsədilə onun saçını qırxmış, qaşını isə Leyla özü qırxmış, Leyla “başım qırxılıbsa, qaşım da qırxılmalıdır” demişdir. Ruqiyyənin bir neçə gün sonra bu barədə polisə şikayət etdiyini öyrənmiş, o, Anarı qorumaq üçün əvvəl verdiyi izahatında Leylanın saçını özünün qırxdığını bildirmiş, əslində hadisə hazırda dediyi kimi olmuşdur. Oğlu Nüsrət hərəkətləri ilə fikrini onlara izah etmiş, Anar sadəcə olaraq əsəbiləşdiyi üçün belə iş tutmuş, sonra törətdiyi əməldən çox peşman olmuşdur. O, Leylaya hər hansı xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlərin necə yaranmasını bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 eksperti X2 ifadəsində göstərdi ki, 15.09.2021-ci il tarixli 490 saylı məhkəmə-tibbi ekspertiza rəyi onun tərəfindən tərtib edilmişdir və bir daha həmin rəyin düzgünlüyünü təsdiq edir. Zərərçəkmiş şəxs1 sümük yaşının təyini məqsədi ilə rentgnoloji müayinəyə göndərilmiş və rentgen şəkilləri çəkilmişdir. Alınmış rentgen şəkillər Birliyin ekspert rentgenoloqu C.T.Allahverdiyevin müayinəsinə göndərilmişdir. 13.09.2021-ci il tarixli 551 saylı rentgenoloji rəyində də qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş, 07.09.2021-ci il tarixdə çəkilmiş, hər iki əlin mil-bilək oynağı əhatə olunmaqla düz proyeksiyalı rentgeno-qrammasında uzun və qısa borulu sümüklərin boyatma zonaları açıqdır, enlidir. Mil-bilək oynağında 8 ədəd bilək sümükcüklərinin tam formalaşmış kölgəlikləri qeyd edilir. Sümük struktur görüntülər tibbi yaşa uyğundur. Birinci daraq sümüyünün proksimal hissəsinin boyatma zonasında «həddibuluq» zonasında sinastoz qeyd edilmir. Sesomovid smükcüklər normal kölgəliklə ifadə olunur. Həmçinin, ekspertizaya əsasən şəxsin yaşı müəyyən edilərkən, şəxsin dəqiq yaşı ilə sümük yaşına əsasən müəyyən edilmiş təvəllüdü arasında 6 ay fərq ola bilməsi ehtimalı vardır. Bütün qeyd edilənlərə əsasən, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş sümük yaşı 13,5-14 yaş olmaqla uyğun gəlir, yəni Zərərçəkmiş şəxs1 yaşı 14 yaşdan azdır, 13 yaş yarımdan isə çoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 1256 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin yanıqları yüksək hərarətli əşyanın (əşyaların) (ola bilsin qızdırılmış bıçağın tiyəsinin) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcələrinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilir, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, zərərçəkənin və anasının dediyi tarixdə, yəni 08.08.2021-ci il tarixdə qızdırılmış yüksək hərarətli bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyil. (cild 01, iş vərəqə: 126-127) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 1255 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ bazu və boyun nahiyəsinin qançırları və yanaq nahiyəsinin səthi əzilmiş yarası və döş qəfəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, zərərçəkənin və anasının dediyi tarixdə, yəni 08.08.2021-ci il tarixdə əl və yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyil. (cild 01, iş vərəqə: 123-124) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 19.08.2021-ci il tarixli 448 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsində qeyd edilən qançır küt təsir mexanizminə malik əşya ilə törənmişdir, törənmə müddəti müayinədən 4-5 gün əvvəl olmaqla qərarda göstərilən 08.08.2021-ci il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild 01, iş vərəqə: 161-163) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 19.08.2021-ci il tarixli 447 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 xarici cinsiyyət üzvləri inkişaf mərhələsinə uyğun həcmdədir və hazırda cinsiyyət qabiliyyətinin təyini yaş həddində deyil, Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik, eləcə də xəsarət və ya xəsarət izi aşkar edilmədi, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş oma-bel və sağrı nahiyəsinin yanıq yaraları isti əşyanın kontakt-termiki təsirindən əmələ gəlmişdir, törənmə müddəti 3-4 gün əvvələ olmaqla qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (cild 01, iş vərəqə: 165-167) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli 22/1256 saylı məhkəmə-tibbi ekspertizanın əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər – bel nahiyəsinin, sağ və sol sağrı nahiyələrinin, sol bud nahiyəsinin yanıqları yüksək hərarətli əşyanın (əşyaların) qızdırılmış bıçağın tiyəsinin, ola bilsin ekspertizaya təqdim olunmuş və ona oxşar bıçağın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və dərəcələrinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid edilir, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən şəraitdə, zərərçəkənin və anasının dediyi tarixdə, yəni 08.08.2021-ci il tarixdə qızdırılmış yüksək hərarətli bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyil. (cild 01, iş vərəqə: 189- 191) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 30.08.2021-ci il tarixli 11/305 saylı rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 fərdipsixoloji xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (cild 01, iş vərəqə: 195-196) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının 06.09.2021-ci il tarixli 11/304 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri və əqli inkişafına görə iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq qabiliyyətinə malikdir, Zərərçəkmiş şəxs2 fərdi-psixoloji xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (cild 01, iş vərəqə: 221-222) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 03.09.2021-ci il tarixli 482 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (cild 01, iş vərəqə: 204-205) “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 ambulator məhkəmə-psixiatrik ekspertizasının 24.08.2021-ci il tarixli 1899 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur, Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. (cild 01, iş vərəqə: 179-180) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 06.09.2021-ci il tarixli 3/1504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild 02, iş vərəqə: 25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 15.09.2021-ci il tarixli 490 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş sümük yaşı 13,5-14 olmaqla uyğun gəlir. (cild 02, iş vərəqə: 32-34) Məhkəmə həmçinin, zərərçəkmiş şəxsin, onun qohumlarının və anası Qanuni nümayəndə özünün Zərərçəkmiş şəxs1 xx xxxx 2007-ci il tarixdə 5 saylı X5 dünyaya gətirməsi barədə iddialarına əsasən, 27 yanvar 2022-ci il tarixdə 5 saylı X8 “xx.xx.1983-cü il təvəllüdlü Qanuni nümayəndə xx xxxx 2007-ci il və digər tarixlərdə klinikada oğlan və ya qız uşağı dünyaya gətirməsinə dair məlumat verilməsi, eləcə də müvafiq çıxarışın surətinin məhkəməyə göndərilməsi barədə” sorğu ilə müraciət etmiş və sorğuya cavab olaraq X6 X3 11.02.2022-ci il tarixli, 702 nömrəli məktubunda qeyd edilmişdir ki, Qanuni nümayəndə xx xxxx 2007-ci il tarixdən 2008-ci il tarixədək “Şamama Ələsgərova adına 5 saylı X9”nin qeydiyyat jurnallarından qeydiyyatdan keçməmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Perinetal Mərkəzinin 17.01.2015-ci il tarixli çıxarışından görünür ki, Qanuni nümayəndə xx.xx.2015-ci il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. (cild 01, iş vərəqə: 51) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi, onunla cinsi əlaqədə olmaması barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X7 03.09.2021-ci il tarixli 482 saylı məhkəmə-tibbi ekspertiza rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 19.08.2021-ci il tarixli 448 saylı məhkəmə-tibbi ekspertiza rəyi və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsini, habelə onun saçını və qaşlarını kəsərək, onu mütəmadi döyərək işgəncə verməklə əzab verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə: 212-215) Həmçinin, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi yeri əyani olaraq göstərmişdir. (cild 01, iş vərəqə: 224-228) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 153) Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi, AR CM-in 61.1.9cu maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi cəzanı ağırlaşdıran hallar kimi müəyyən edilsə də məhkəmə həmin halları cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri artıq ağırlaşdıran hallar kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi, əzab və ya işgəncə verməklə törədilməsi halı təkrarən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı və bir ədəd saçkəsən aparat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 324 (üç yüz iyirmi dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.08.2021-ci il tarixli, 4(001)-843/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 77-78; 141-146) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.4, 133.2.6 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona AR CM-in 133.2.1, 133.2.4, 133.2.6-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, AR CM-in 150.3.3-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplansın və ona qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı və bir ədəd saç kəsən aparat hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar