Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 dekabr 1991-ci il tarixdə Samux rayonu Lüksemburq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Samux rayonu, Lüksemburq kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 1 ünvanın qarşısında qayınatası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə ümumən 5 dəfə zərbələr vuraraq sonuncuya, bir ədəd sol kürək nahiyyəsinin daxilə nüfuz etməyən, bir ədəd sağ saidin və bir ədəd sol saidin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid, soltərəfli hemopnevmatoraks, daxili qanaxma, bir ədəd döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən, bir ədəd qarının ön divarının daxilə nüfuz edərək nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olmuş insan həyatı üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə tanışı X3 il ailə həyatı qurmuş, ilk vaxtlar Vüsalənin ailə üzvləri ilə münasibətləri normal olmuş, sonradan qayınatası Ələddin ilə münasibətləri soyumuş və mütəmadi olaraq aralarında söz-söhbətləri olmuş, qaynatası Ələddin hər dəfə onun ailəsini dağıdacağı ilə hədələmiş və bir neçə dəfə həyat yoldaşı Vüsaləyə onun barəsində həqiqətə uyğyn olmayan məlumatlar verərək, Vüsaləni öz evlərinə aparmış, hər dəfə Ələddinin yaşadığı ünvana getmiş və sonuncu ilə mübahisə edərək, həyat yoldaşı Vüsaləni və yaşadıqları evlərinə aparmışdır; 2021-ci ilin ortalarında qayınatası Ələddinin öz adına “Access Bank”dan 10.000 (on min) manat məbləğdə kredit götürərək, 2.000 manatını özündə saxlamış, qalan 8.000 manat pulu ona vermişdir, o da həmin pulun bir hissəsini öz işlərinə, eyni zamanda Ələddinə məxsus və işlətməyə ona verdiyi ərzaq mağazasının ticarət dövriyyəsini genişləndirməyə sərf etmişdir; kreditin ödənilməsində hərdən 1-2 gün gecikmələr olmuş və bank işçiəri zəng edərək bu barədə qaynatasına bildirmiş, qaynatası da ona dedikdən sonra krediti ödəmişdir; ailələrində söz-söhbətlərin yaranmasının əsas səbəbi onunla və arvadı Vüsalə ilə bir evdə yaşayan əqli zəifliyi və pozuntusu olan yaşlı anasının Vüsalə ilə yola getməməsi, anasının bir neçə dəfə Vüsaləni vurmasını bilən qaynatası Ələddinin gəlib Vüsaləni onun evindən götürərək öz evlərinə aparması olmuşdur. 07 iyul 2022-ci il tarixdə axşam saat 18 radələrində işdən çıxaraq, yaşadığı ünvana getmiş, Vüsalənin evdə olmadığını görüb sonuncu ilə mobil telefon əlaqəsi yaratdıqdan sonra ona məlum olmuşdur ki, qaynatası Ələddin onun yaşadığı ünvana gələrək, Vüsaləni ünvan 2 mənzilinə aparmış, qayınatası Ələddinə zəng etmiş, həyat yoldaşı Vüsaləni öz evinə aparmasını haqlı olaraq Ələddinə irad kimi bildirmiş, Ələddin isə telefon danışığı zamanı ona qarşı nalayiq ifadələr işlədərək yaxşı elədiyini və onun ailəsini qəsdən elə onun açığına dağıtmaq işədiyini bildirmişdir. O isə yoldaşı Vüsalənin 8 aylıq hamilə olduğunu və bunu da Ələddinin bildiyini dedikdən sonra, Ələddin onun uşağını atasız böyüdəcəyini bildirmişdir. O isə Ələddənin bu sözlərinə qəzəblənərək, 08 iyul 2022-ci il tarixdə saat 09:00 radələrində yaşadığı ünvandan çıxaraq istifadəsində olan **-DO-*** dövlət nömrə nişanlı “OPEL” markalı “ASTRA” modelli minik avtomobilinə əyləşərək, Ələddinin yaşadığı ünvan 3 ünvanını xatırlamadığı mağazadan 2 manata 1 ədəd mətbəx bıçağı əldə etmiş, bir neçə dəqiqə keçdikdən sonar, təxminən saat 10:00 radələrində, Ələddinin evinin yanında avtomobilini park etdikdən sonra, mağazadan aldığı bıçağı özü ilə götürmüş, daha sonra Ələddinin evinin qarşısına yaxınlaşaraq mobil telefon vasitəsi ilə Ələddinə evin qarşısında gözlədiyini demiş, bir neçə dəqiqə keçdikdən sonra Ələddin gəlmiş o, Ələddinin nə üçün onun ailəsini dağıtmaq istədiyini, onun gələcəkdə dünyaya gələcək övladının atasız qoymaq istəməsini soruşmuş, lakin Ələddin onu təhqir etmiş, həmin an o, əsəblərini cilovlaya bilməyərək, cibində olan bıçağı çıxardaraq Ələddinin bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Bu zaman Ələddin onun əlindən qaçmaq istəyərkən yerə yıxılmış və o yenidən yaxınlaşaraq yerdə uzanıqlı vəziyyətdə olan Ələddinə bir bıçaq zərbəsi daha vurmuşdur. Daha sonra isə qaçaraq avtomobilinə əyləşərək Xətai RPİ-nin 37-ci PŞ-nə gedərək könüllü təslim olmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ərrəhaman oğlu göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi, 50 nömrəli evdə yaşayır. Təxminən 2 il əvvəl onun qızı Vüsalə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, son 5-6 aya kimi onların arasında olan ailə münasibətləri və onun ailəsi tərəfindən Arzuya olan münasibət ata-oğul, ana-oğul münasibəti kimi olmuş, Arzu həmin müddət ərzində nə bir dəfə onlara söz qaytarmamış, nə də aralarında hər hansı bir mübahisə olmamışdır. Arzu mebel ustası işləyərək, qazandığı pulların tam olaraq hara xərcləməsi barədə onun xəbəri olmasa da, ona çatan söz-söhbətlərdən belə bir nəticəyə gəlmişdir ki, Arzu çox böyük borclara girib və bu səbəbdən də qızı Vüsaləyə normal həyat şəraiti yarada bilmir. Daha sonra isə, qarşılıqlı razışmaya əsasən Arzu onun həyat yoldaşının adına “ACCESS BANK”dan 10.000 (on min) manat məbləğində kredit götürmüş, o, 2000 (iki min) manat məbləğdə pulu özünə götürmiş, ilk 5 (beş) aylıq kredit ödənişini özü vermiş, Arzu isə qalan 8000 (səkkiz min) məbləğdə pulları götürmüş, lakin üzərinə götürdüyü kredit öhdəliyini vaxtı-vaxtında ödəməməsi səbəbindən onun evinə həmin bankın əməkdaşalrı dayanmadan zəng etmişlər, buna görə öz hirsini Arzunun üstünə tökmüş, onun Bakı şəhərində 2 (iki) otaqlı köhnə evi olmuş, Arzunun isə özünə ev almaq imkanı olmamış, kirayədən kirayəyə köçdüyünə görə ailəsinə normal həyat şəraiti yarada bilməmiş, bu səbəbdən o, Arzuya onun 2 (iki) otaqlı göçməsini təklif etmiş, lakin Arzu bir neçə gündən sonra ona həmin evi kimlərəsə satmaq istədiyini bildirmiş, satmaq niyyətinin Arzu tərəfindən yığılan çoxsaylı borcların ödənilməsi məqsədilə edildiyini fikirləşmiş və bu səbəbdən həmin evin açarlarını ondan almışdır, bu məsələlər və Vüsalənin hamiləliyi dövründə Arzu tərəfindən qızının dərmanlarının almaması səbəbindən, Arzu ilə olan münasibətləri o səviyyədə pozulmuşdur ki, onlar bir biri ilə görüşəndə heç salamlaşmamışlar, Lakin Vüsalənin hamilə olduğuna görə Arzu ilə onun arasında olan abu-hava olduqca gərginləşmişdir. Son 1 ay qızı tamamilə onlara köçərək və yalnız arasıra günlərdə Arzuynan birlikdə yaşadıqları evə gedirmiş. Hadisə günündən əvvəl, axşam saatlarına yaxın o həyat yoldaşı ilə birlikdə Vüsaləni evindən götürərək öz evinə gətirmişdir. Arzu telefonla Vüsaləyə zəng eləmiş, sonra isə arvadı onların söhbətinə qarışmışdır, söhbətin məzmunu barədə onun xəbəri olmamış, xx.xx.2022-ci İl tarixdə səhər saatlarında Arzu onun hər səhər işlətdiyi dükanı açmağını bilərək, onu yaşayış evinin qarşısında gözləmiş. O, Arzuya yaxınlaşaraq dayanmış. Arzu ona sual vermiş: “Sən niyə mənim ailəmi dağıtmaq istəyirsən?”,- o isə, demiş: “Sənin ailəvi mən yox sən öz hərəkətlərinlə dağıdırsan. Mən öz qızımın və qarnında daşıdığı uşağın belə atası olmasını istəmirəm, sən ona layiq deyilsən”. Bu sözdən sonra o bir anlıq hiss etmişdir ki, sağ böyrəyi tərəfə nəsə dəymiş, Arzu bıçaqla onu 5-6 dəfə vurmuşdur, lakin bıçağı hardan çıxararaq, haraya vurduğunu görməmiş, bundan sonra Arzu qaçmış, o isə gücnən evinin qarşısına çataraq köməyə çağırmış, qızı və həyat yoldaşının evdən çıxaraq Arzunun dalınca qaçmağını görmüş, qonşuların maşınına oturandan sonra huşunu itirmişdir. Onu 3 saylı Klinik Xəstəxanasına aparmışlar, cərrahiyə əməliyyatı aparılmış, kürəkəni Təqsirləndirilən şəxsla tam barışmış, hazırda Arzuya qarşı şikayəti və tələbi yoxdur, qızı Şahid1 uşağı olmuşnəvəsinin atasız böyüməsini istəmir, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onun Arzu ilə yaşadığı dövr ərzində aralarında bəzi ailə-məişət problemləri olsa da, ailəsini öz istəyi ilə qurulmasını nəzərə alaraq, ailəsini vahid bir şəkildə saxlamağa nail olmuşdur. İlk zamanlar əri Arzu və atası Ələddin arasında olan münasibətlər ata-oğul səviyyəsində olmuş; ailələrindəki problem isə Arzu və onunla bir evdə yaşayan əqli pozuntusu olan qaynanasının tez-tez onunla dalaşması, ona əl qaldırması, bundan xəbər tutan atası Ələddinin əri Arzudan anasını psixiatriya xəstəxanasına yerləşdirməsini tələb etməsi, Arzunun buna razılıq verməməsi səbəbindən atası Ələddinin onu tez-tez onun yaşadıqları evindən götürərək özünün (atası Ələddinin) yaşadığı evə aparması olmuşdur. Arzu ilə atası Ələddinin arasında kreditin vaxtı-vaxtında ödənilməməsi ilə bağlı mübahisə çox da böyük və əhəmiiyyətli olmamış, mübahisənin əsas səbəbi Arzunun anası ilə bağlı olmuşdur, 07 iyul 2022-ci il tarixdə atası yenə də gələlrək onu öz evlərinə aparmış, axşam saatlarında Arzu ona zəng edərək, onun evdən getməsini bilmiş və çox hirslənmişdir. 08 iyul 2022-ci il tarixdə səhər saatlarında o, anası ilə birlikdə mətbəxdə boşqabları yumaqla və günorta yeməyini hazirlamaqla məşğul olmuşdurlar, təxminən saat 10 radələrində kimsə atasına zəng etmiş, atası evdəkilərə heç bir söz deməmiş və aşağıya düşmüş, 2 dəqiqəyə yaxın vaxt keçdikdən sonra o, evin qarşısında olan küçədən dava-dalaş səsləri və atasının qışqırmasını eşitmişdir. Hamilə olmasına baxmayaraq, qaçaraq aşağı düşmüş və həyətdə atasının qanın içində olmasını görmüş, atası Ələddin Arzu tərəfindən bıçaqla vurulduğunu demiş, əli ilə onu bıçaqla vuran Arzunun qaçdığı istiqaməti göstərmiş, o, Arzunun dalınca qaçsa da, sonuncu artıq avtomobilinə oturaraq, hadisə yerini tərk etmişdir. O anası ilə birlikdə atasının yanına qayıdaraq, atasının çoxlu qan itirməsini görərək, qonşunun avtomobili ilə atasını 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Əri Arzu həbs olunduqdan sonra o, uşaq dünyaya gətirmiş, o və ümumiyyətlə bütün aliəsi, o cümlədən zərərçəkmiş atası Zərərçəkmiş şəxs əri Arzunu bağışlamışlar, uşağının atasız böyüməsini heç kim istəmir, Arzu xasiyyətcə həmişə sakit və mülayim insan olmuş, ona və ailəsinə qarşı mehriban, qayğıkeş və diqqətli olmuş, onun valideynlərinə çox hörmətlə - bir oğul kimi yanaşmış, bu səbəbdən o və bütün ailə üzvləri əri Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə və cinayət işinin materiallarına uyğun ifadə verərək bütün ailəliklə əri Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirmiş kürəkəni Təqsirləndirilən şəxs bağışladıqlarını, Arzunun yaxşı kürəkən olduğunu, qızı Vüsaləyə qarşı həmişə qayğılı, məhəbbətli, mehriban olduğunu, ona və əri Ələddinə qarşı diqqətli və əsil övlad münasibəti göstərdiyini, doğma oğlundan ona daha hörmətli münasibət göstərdiyini, Vüsaləni çox istədiyini və heç vaxt incitmədiyini, Arzunun həbs olunmasını və ailələrinin dağılmasını, yeni doğulmuş nəvələrinin atasız böyüməsini istəmədikərini bildirərək məhkəmədən Təqsirləndirilən şəxs həbsdə əlaqədar omlayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. İşqdə olan məhkəmə-tibb ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 846 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, soltərəfli hemopnevmatoraks və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən 01 (bir) ədəd, qarının ön divarının daxilə nüfuz edərək nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, bundan başqa, sol kürək nahiyəsinin daxilə nüfuz etməyən 01 (bir) ədəd, sağ saidin 01 (bir) ədəd və sol saidin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, o cümlədən ekspertizaya təqdim olunan bıçağın və bu tipli digər bıçaqların təsirindən törənə bilərdi, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir (1-ci cild iş vərəqi 191-121) İşdə 08 iyul 2022-ci il tarixli əşyanın könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təhqiqat orqanına təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq qatlanmayan tiplidir, ümumi uzunluğu 244 mm, tiyənin uzunluğu 123 mm, dəstəyinin uzunluğu isə 121 mm-dir. Bıçağın tiyəsi bozumtul-gümüşü meta] materialdan hazırlanmışdır, eni 27 mm-dir. Tiyənin üzərində “Hepj 6666” sözləri, markalanma nişanı həkk olunmuşdur. Biçağın dəstəyi rombşəkilli gümüşü rəngli metal və qara rəngli ebonit materialdan hazırlanmışdır. Dəstəyin eni 27 mm-dir. Baxış zamanı bıçağının üzərində qəhvəyi rəngli qana bənzər ləkələrin olması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 17). İşdə olan 09 avqust 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq tanınma üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. Tanınma zamanı Zərərçəkmiş şəxs ona təqdim olunmuş bıçaqlar arasından Təqsirləndirilən şəxs götürülmüş bıçağı tanıyaraq, xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 1 ünvanın qarşısında kürəkəni Təqsirləndirilən şəxs məhz həmin bıçaqla onu vurub xəsarət yetirməsini bildirmişdir (1-ci cild iş vərəqi 100-101). İşdə olan 09 iyul 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları, yəni 01 ədəd ağ rəngli alt köynək və 01 ədəd qara rəngli futbolka 3 saylı Şəhər Klinik Xəstəxanasından götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxsa məxsus və hadisə zamanı əynində olan 01 ədəd ağ rəngli alt köynəyin və 01 ədəd qara rəngli futbolkanın üzərində bir neçə yerdə zədə əlamətləri var, onların üstündə qana bənzər ləkələr aşkar edilmişdir (1-ci cild iş vərəqi 60). İşdə olan kompleks məhkəmə-kriminalistik və məhkəmə tibbi-bioloji ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 370/2022-MTKŞ saylı ekspert rəiyndən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində iki ədəd; köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində iki ədəd; köynəyin və maykanın arxa hissəsinin sağ-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu , iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsİci alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törətməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. - məhkəmə-bioloji ekspertizasının 454/2022-MTBŞ saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxsa məxsus mayka, köynək və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur; bu qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 122-126). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə xx.xx.2021-ci il tarixli 2021 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, qərarın təsviri hissəsində göstərilən hadisəni törətdiyi zaman hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasım dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 134-140). İşdə olan 11 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları, yəni 01 ədəd futbolka və 01 ədəd köynək, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq iş üçün mühüm əhəmiyyət kəsb etmələri nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanmaları üçün Xətai RPİ-nin saxlancma təhvil verilmişdir (1-ci cild iş vərəqi 161). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 08 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan AZ-İİ seriyalı 426551 №-li nigh haqqında şəhadətnamənin və AZ-İV seriyalı 774643 №-li doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində 2022-ci il təvəllüdlü azyaşlı uşağı vardır (1-ci cild iş vərəqi 113) İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild iş vərəqi 27). İşdə olan Xətai Yasamal Rayon Məhkəməsinin 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 77-81). Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı qaynatası Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarətlər yetirməsini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə keçirilən ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da hadisə yerini göstərərək qaynatası Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarətlər yetirməsini bir daha təsdiq etmişdir. Bundan əlavə ibtidai istintaq və məhkəmə zamanı dindirilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə Təqsirləndirilən şəxs bıçaqla zərərəkmiş şəxs Zərərçəkmiş şəxs vuraraq sonuncuya xəsarətlər yetirməsini təsdiq etmişlər. Bundan başqa məhkəmə-tibb ekspertizası üzrə 01 avqust 2022-ci il tarixli 846 saylı ekspert rəyi ilə də Zərərçəkmiş şəxs bədəni üzərində 2 ədəd sağlamlığa ağır zərər vuran, 3 ədəd sağlamlığa yüngül zərər vuran xəsarətlərin aşkar edilməsi və həmin xəsarətlərin ekspertizaya təqdim olunan bıçağın (Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi mətbəx bıçağının) bu tipli digər bıçaqların təsirindən törənə bilməsi, müddətinin 08 iyul 2022-ci il tarixə, yəni hadisə baş verən tarixə uyğun gəlməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X1 bıçaqla vuraraq sonucuya sağlamlığa ağır zərər vuran xəsarət yetirməsi təsdiq olunur və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzədə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması - himayəsində 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi və əməlindən peşiman olması Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 8 iyul 2022-ci il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə olduğu 10 ay 4 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, 8 iyul 2022-ci il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə olduğu 10 ay 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai rayon polis idarəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd ağ rəngli alt köynəyi və 1 ədəd qara rəngli futbolka, o cümlədən Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq məhv edilməli, 1 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 8 iyul 2022-ci il tarixdən 12 may 2023-cü il tarixədək həbsdə olduğu 10 ay 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və həmin müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - Xətai RPİ-nin saxlacına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd ağ rəngli alt köynəyi və 1 ədəd qara rəngli futbolka, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq məhv edilsin, 1 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-431/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-431/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver