Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 aprel 2023-ci il tarixdə saat 15:00-da Bakı şəhərində başqa mənbədən qanunsuz olaraq satış məqsədi olmadan bir bükümdə qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 30,704 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə də Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saat 19:20-də Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 15 ünvanında yerləşən X12rşısında saxlanılaraq 26-cı polis bölməsinin inzibati binasına gətirilib orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir bükümdə qablaşdırılıb üzərində daşıdığı təmiz çəkisi 30,704 qram miqdarında narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, Rövşən Rzayevin sürücüsü işləmişdir. Hadisə günü saat 16:00 da müdirinin nəvəsinin məktəbdən götürməyə getmişdir. Onu saat 19:00-da X17 aparıb qoyub uşağın idmandan çıxmasını gözləmişdir. Saat 20:00-radələrində iyirmi-iyirmi beş nəfər polis əməkdaşının onun maşınını mühasirəyə aldığını görüb maşından düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşıb onun qolunu burub maşına mindirmişlər. Maşının içərisində onun üzərində olan bütün əşyaları ondan aldılar. Maşında polis əməkdaşları ona qarşı nalayiq ifadələr işlədirdilər. Sonra onu 26-cı PB-nə gətirdilər. Orada onun üzərinə heroin qoyaraq narkotiki boynuna götürməli olduğunu dedilər. O, etiraz edəndə ona qarşı nalayiq ifadələr işlədib hədə qorxu gəldilər. Bundan sonra onu ailəsi vasitəsilə qorxudanda artıq məcbur olub boynuna götürmüşdür. Bundan sonra ona məhkəmədə onun azadlığa buraxılacağını dedilər. Sonra BMCMİ-nin əməkdaşları və bölmədə DTX-nın əməkdaşları sorğu sual etdilər. Müstəntiq ona AR CM-nin 234.4.3-cü maddə ilə ittiham verildiyini dedi. Üzərindən çıxan narkotik vasitə ona aid olmayıb. O, narkotik istifadəçisi deyil. Polis əməkdaşlarının onunla nə qərəzliliyinin olduğunu bilmir. O, hüquqlarının pozulması ilə bağlı dövlət tərəfindən təyin olunmuş müdafiəçiyə demişdir. Lakin o bu barədə heç bir tədbir görmürdü. İfadəsinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirili bilərək, göstərmişdir ki, o, dəqiq tarix xatırlamasada 2016-cı ildən başlayaraq təxminən bir ilə yaxın narkotik vasitə heroin qəbul edib sonradan narkotik vasitə qəbulun tərgitmişdir. Lakin son səkkiz ay olar ki o, “kakos” kimi bilinən narkotik vasitə heroini falqada nəfəs yolu ilə qəbul edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində o, narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən bir qramı 10 manatdan hesablanmaqla ümumilikdə 300 manat pul müqabilində şəxsi istifadəsi üçün 30 qram şəffaf sellofana bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə heroin bükümünü əldə -2-etdikdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibində gizlədərək yaşadığı Səbail rayonuna qədər üzərində daşımışdır ki, axşam vaxtı istifadə etsin. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində o, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 15 ünvanında yerləşən X12rşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polislər ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, daşınmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğumu bildirib onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişdirlər. Oda polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Oda həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyimi soruşduqda o bildirmişdir ki, qeyd olunan bükülüdəkİ maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir. Həmin bükümdəki maddəni o saxlanıldığı gün, yəni xx.xx.2023-ci il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən bir qramı 10 manat olmaqla ümumilikdə 300 manat pul müqabilində almışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm gözünün qarşısında zərfə qoyularaq qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş o və digər iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişlər. O, əvvəllərdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı şəxsdən narkotik vasitə alsada, lakin hər dəfə şəxsi istifadəsi üçün narkotik vasitə axtaran zaman həmin şəxsi tapa bilmədiyi üçün əvvəllər şəxsi istifadəsi üçün narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən də alıb istifadə etmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini qaramtıl dərili, 30-35 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız bir şəxsdən almışdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, həmin narkotik vasitəni əldə etdikdən sonra həmin gün gecə istifadə etməyi planlaşdırdığı üçün xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində polis əməkdşaları tərəfindən saxlanılanadək həmin narkotik vasitədən istifadə edə bilməmişdir. O, üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin bükümündən əlavə nə yaşadığı evdə nədə ki başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddələr saxlamır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisinin şəxsi istehlak midarmdan çox olmasının səbəbi onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməyi olmamış, o özü həmin narkotik vasitəni hər dəfə axtaranda tapa bilmədiyi üçün şəxsi istehlak miqdarından çox almışdır ki, hissə-hissə bölüb istifadə etsin. O, xx.xx.2023cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında üzərindən aşkar olunmuş 30,704 qram narkotik vasitə olan heroini heç kimə satmadan və ya bağışlamadan, hətta çatdırıb özü də istifadə edə bilmədən həmin gün saat 19:20 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, əgər polis əməkdaşları onu üzərindəki narkotik vasitə ilə saxlamasaydılar belə, o həmin narkotik vasitədən heç kimə pay və ya hədiyyə verməyəcəkmiş, həmçinin heç kimə satmayıb yalnız özü istifadə edəcəkmiş. O, xx.xx.2023cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılmadan öncəki vaxtlarda da şəxsi istifadəsi üçün narkotik vasitə əldə etsə də, həmin narkotik vasitənin miqdarı çox az yəni, bir dəfə istifadə etməklik olmuş və həmin narkotik vasitəni də özü istifadə edərək heç kimə satmamış və ya pay verməmişdir. O, müqavilə əsasında seçdiyi vəkili X9 ilə Bakı İstintaq Təcridxanasmda görüş zamanı həmin təcridxananm şəraiti və qaydaları onu sıxdığı üçün dərhal azadlığa çıxmaq məqsədi ilə müdafiəçisinə guya xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı bir narkotik vasitə aşkar olunmadığını, sonradan polis bölməsində polis əməkdaşları tərəfindən qərəzli şəkildə cibinə narkotik vasitə qoyulduğunu bildirdiyi üçün vəkili də onun sözləri əsasında qeyd olunan formada vəsatət vermişdir. Əslində isə xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman hazırkı ifadəsində qeyd etdiyi kimi həmin gün saat 15 radələrində Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 300 manat pul müqabilində 01 ədəd şəffaf sellofan bükümdə aldığı narkotik vasitə əynində olan qara rəngli cins şalvarımın sağ yan cibində olmuşdur. Polis bölməsində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar olunmuşdur. O, polis tərəfindən saxlanılarkən və ya sonrakı istintaq hərəkətləri zamanı ona heç bir polis əməkdaşı tərəfindən hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmiş, yaxud da təzyiqlər göstərilməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Bölməyə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və satışı barədə məlumat daxil olmuşdu. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilli, polis kapitanı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradıldı. Bundan sonra o və əməliyyat qrupunun digər iştirakçısı polis kapitanı Şahid2 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Yasamal və Səbail rayonlarının ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Onlar Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən edib onu Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaları və ya sənədləri təqdim etməyi təklif etmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni çıxardıb qarşısındakı masanın üzərinə qoyub həmin narkotik vasitəni 500 manata tanımadığı şəxsdən aldığını dedi. Hadisə aprel ayında baş vermişdir, tarixi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs o və əməliyyat qrupunun digər üzvü Şahid2 Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə dəvət etmişlər. Əməliyyat məlumatı Şahid2 daxil olmuşdur. Onlar fəaliyyət göstərdikləri ərazini tərk etdikdə baş idarəyə məruzə edirlər. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti yoxdur. Ona hər hansı təzyiq, təsir və hədə qorxu gəlinməyib. Axtarış zamanı onun üzərindən 30 qram narkotik vasitə olan heroin aşkar edildi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə edan olunub araşdırılmış ifadələrində şahid X4 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. O, xidmətdə olarkən 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış ünvan 3 ünvanında qeydiyyatda olmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, ev 20 ünvanında yaşayan «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhərinin, Yasamal və Səbail rayonun ərazilərində həmin maddələrin dövriyyəsi ilə məşğul olması, barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən,Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkilli, polis kapitanı Şahid2 iştirakı ilə 04 aprel 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o və əməliyyat qrupunun digər iştirakçısı polis kapitanı Şahid2 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə bölmə rəhbərliyinin Baş İdarə rəhbərliyinə məruzəsi əsasında Təqsirləndirilən şəxs barəsində həmin gün saat 17:20-dən etibarən Yasamal və Səbail rayonlarının ərazisində güdmə, soraqlşama və bir sıra digər əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Bu məqsədlə 04 aprel 2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 15 ünvanında yerləşən “X16” qarşısında olan zaman saat 19:20 radələrində orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal və Səbail rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin, 26-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs hüquqları izaha olunduqdan sonra sonuncuya təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlini əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə salıb oradan içərisində narkotik vasitə heroin olduğunu bildirdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olması müəyyən olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə narkotik vasitə heroindir. O, həmin narkotik vasitəni 04 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən bir qramı 10 manatdan olmaqla ümumilikdə 300 manat pul müqabilində almışdır. Bundan sonra E. Məmməd ovun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükülü içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılaraq zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması, satışı həmçinin Bakı şəhəri, Yasamal rayonu və Səbail rayonunun ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuş və onlarda həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışdırlar. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanlan zaman və sonrakı istintaq hərəkətlərində sonuncuya qarşı heç bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, ona Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və həmin maddələrin dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə onun və Şahid1n iştirakı ilə əməliyyat tədbirləri keçirildi. Əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 15 ünvanında yerləşən X16 yanında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb Yasamal RPİ-nin, 26-cı PB-nə dəvət edildi. İnzibati binada onun üzərinə şəxsi axatrış keçirilərkən narkotik vasitə aşkarlandı. Elşad narkotik vasitəni “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, narkotik vasitənin növünün kakos olduğunu dedi. Elşada heç bir fiziki və psixi təsir göstərilməyib. Məlumat Baş İdarə Rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat tədbirləri həyata keçirildi. Baş İdarə Rəhbərliyinə məruzə olunmağının səbəbi əməliyyat keçirtdikləri inzibati ərazinin onlara aid olmaması olub. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elşad saxlanılanda axşam saat 19:00 idi. Əməliyyat axtarış tədbirləri həyata keçirildikdən sonra nəticəsi barədə rəhbərliyə məlumat verilmişdi. Elşadın üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirildi, müdafiəçi də iştirak edirdi. Elşadın üzərinə şəxsi axtarış zamanı başqa hansı əşya tapıldı xatırlamır. Elşad narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və həmin maddələrin dövriyyəsi ilə məşğul idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında X6 üzərində şəxsi axtarış zamanı onun əynindəki şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 04 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu bir ədəd DVD-R diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 04 aprel 2023-cü il tarixdə saat 21:10-da qeydə almır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Məhəmməd Cəfərovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Məhəmməd Cəfərov, 22 saylı Vəkil bürosunun vəkili X2, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində tündqəhvəyi rəngli maddə olması müəyyən olunur. Elşad həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 aprel 2023-cü il tarixdə saat 15:00-da Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir qramı 10 manadan olmaqla, 300 (üç yüz) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 19:20-də polis əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi 15 ünvanında yerləşən X12rşısında saxlanıldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 6/1980 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 30,704 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməpsixiatrik ekspertizasının 07 aprel 2023-cü il tarixli 908 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 30,704 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə 30,654 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir, onun üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd kompakt disk (CD) iş üzrə sübut tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq orqanı əldə etdiyi yuxarıda sadalanan sübutlara istinad edib Təqsirləndirilən şəxs əməlini külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etmək kimi qiymətləndirib, onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə, qeyd edir ki, ittihamın əsaslı olub-olmaması «in abstrakto» qiymətləndirilə bilməz. İttihamın əsası kimi göstərilmiş sübutlar, ittiham aktında təsvir edilən hərəkətlərin cinayət qanunu ilə tövsif edilmiş maddələrin dispozisiyalarına uyğunluğunu və bu əməllərin təqsirləndirilən şəxs tərəfindən törədilməsini, təsdiq etməlidir. Təqsirləndirilən şəxs tərəfindən tördilməsi iddia olunan ictiami təhlükəli əməl qanuni yollarla əldə olunmuş sübutlara əsasən qiymətləndirilməlidir. Əks halda ittiham sübutlara deyil, ehtimallara əsaslanardı. Bu da cinayət hüququnun və prosessinin normalarının tələblərinə zidd olaraq şəxsin sübutsuz məhkum olunmasına və hüquqi dövlətdə hüquqi nihilizmin bərqərar olmasına gətirib çıxarardı. Məhkəmədə araşıdırılan ittiham aktından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələrini ittihamı təsdiq edən sübut kimi nəzərə almış, təqsirini təsdiq edən digər sübutlar kimi onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının şahid qismində verdiyi ifadələrini, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə aşkar olunmasını təsdiq edən şəxsi axtarış protokolunu, həmin maddənin psixotrop maddə olmasını təsdiq edən ekspertiza rəyini, iş üzrə maddi subut kimi tanınmış psixotrop maddənin özünü, psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən kompakt diski nəzərə almışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin 04 aprel 2023-cü il tarixdə Bakı şəhərində “ Kubinka” adlı yerdən alması barəsində ifadələri ittihamın əsası kimi götürülmüş, lakin onun bu ifadələri Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbərinə uyğun olaraq yoxlanılmamış, etirafedici ifadələrini təsdiq edən sübutlar olmadan bu ifadəni ittihamın əsası kimi qəbul etmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs ifadəsinə istinad edib şahidlərin ifadələrinə və yuxarıda sadalanan hallara əsaslansa da həmin ifadələrdə və digər sübutlarda təqsirləndirilən şəxsə elan olunmuş ittihamda nəzərdə tutulan əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübutların olmamasını nəzərə almamışdır. Bu səbəbdən də cinayət əməlinin predmetinin əldə olunması mənbəyi, halları, şəraiti, vaxtı, əldə olunmasının məqsədi əsaslı şübhələrlə müşahidə olundu. Bu şübhələr məhkəmədə də aradan qaldırılmadı. Məhkəmə qeyd edir ki, istinad olunan maddənin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası ola bilər. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittihamda təqsirli bilməyib ifadələrində göstərdi ki, 04 aprel 2023-cü il tarixdə onu polis əməkdaşları saxlayıb Yasamal RPİ-nin 40-cı PB-nə gətirmişlər. Orada onun üzərinə heroin qoyub ona fiziki və psixi təsirlər göstərib, ailəsi ilə hədələyib narkotiki boynuna almağa məcbur etmişlər. O da bununla məcbur qalıb razılaşmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri onun məhkəmədəki ifadələri ilə müqayisəli təhlil olunub araşdırıldıqda müəyyən olundu ki, o, ibtidai istintaq zamanı ifadələrində, 2016-cı ildən başlayaraq təxminən bir ilə yaxın narkotik vasitə heroin qəbul edib sonradan narkotik vasitə qəbulunu tərgitdiyini, son səkkiz ay olar ki o, “kakos” kimi bilinən narkotik vasitə heroini falqada nəfəs yolu ilə qəbul etdiyini, 04 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində o, narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə gedib üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən bir qramı 10 manatdan hesablanmaqla ümumilikdə 300 manat pul müqabilində şəxsi istifadəsi üçün 30 qram şəffaf sellofana bükülmüş bir bükümdə toz şəkilli “kakos” kimi bilinən narkotik vasitə heroini almışdır. Şahidlər Şahid1 və Şahid2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədəki ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etmək barəsində əməliyyat məlumatı daxil olduğunu göstərsələr də məhkəmə qeyd edir ki, əməliyyat məlumatında iddia olunan narkotik vasitələrin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə olunmasını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə şahid X3 və Şahid2 ifadələrində istinad etdiyi mənbəyin əməliyyat məlumatı olduğunu nəzərə alıb qeyd edir ki, əməliyyat nəticəsində əldə olunmuş məlumatların sübut kimi istifadə olunmasını tənzimləyən Azərbaycan Respublikasının CPM-137-ci maddəsinin tələblərinə əsasən, əməliyyat məlumatı «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun əldə edildikdə və Azərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun təqdim olunduqda və yoxlanlıdıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş üzrə belə hal müəyyən olunmadı, yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmə də həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi barəsindəki ifadələrini, onun narkomaniyadan əziyyət çəkməsini təsdiq edən məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, o, üzərindən aşkar olunmuş psixotrop maddələri şəxsi istehlak məqsədi ilə başqa mənbədən naməlum şəraitdə əldə edərək üzərində saxlamaqla daşımışdır. Məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırdıqda, yəni Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı onun üzərindən metamfetamin aşkar olunmasını təsdiq edən protokolu və axtarışı özündə əks etdirən rəqəmsal video diski sübut kimi qiymətləndirmişdir. Məhkəmə, video çəkilişin şəxsi axtarış protokolunun əlavəsi olduğunu nəzərə alır. Məhkəmə, yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən 04 aprel 2023-cü il tarixdə ona elan olunmuş ittihamda nəzərdə tutulmuş şəraitdə təmiz çəkisi 30,704 qram miqdarında narkotik vasitə heroin aşkar edilməsini qəbul edir. Çünki bunu təkzib edən sübut müəyyən olunmadı. Lakin təqsirləndirilən şəxs tərəfindən həmin maddənin haradan və kimdən əldə edilməsi müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin onun tərəfindən alınması tarixi kimi aşkar edildiyi 04 aprel 2023-cü il tarixini, əldə olunma yerini başqa mənbə kimi qiymətləndirir və onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə tövsif edilməsini, ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunmasını əsəaslı sayır və ittihamdan xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,654 qram narkotik vasitə heroin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması yaddaş daşıyıcısına köçürülmüş bir ədəd diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onunn ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşaqlarının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun təqsirli bilindiyi əməlin xarakterini nəzərə alınıb ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünkü onun təqsirli bilindiyi əmələ görə ona azadlığdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qənaətinə gəldiyindən və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 04 aprel 2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 04 aprel 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 07 aprel 2023-cü il tarixli 1992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsn narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 30,654 qram narkotik vasitə sərbəst dövriyyəsi qadağan olunmuş əşyakimi məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı yaddaşa köçürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-431/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-431/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver