Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-431/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Namazov Fərid Arif oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, 4 nömrəli Vərəm Dispanserində xadimə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2anda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 fevral 2025-ci il tarixdə, saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin noyabr ayından dekabr ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda xadimə işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə heç kimin olmadığı şəraitdə yataq otağında olan kamotun içərisindən sonuncuya məxsus bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) üzərində 0,44 karat brilliant qaşları olan 750 əyarlı 20.000 manat dəyərində “Ref 356889” seriya nömrəli qızıl qadın üzüyü, bir ədəd “Van Cleef’ markalı sarı rəngli (yellow gold) 750 əyarlı 6300 manat dəyərində üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan “JB486384” “ARP4KLOO” seriya nömrəli qızıl qadın boyunbağını, boz rəngli qoruma qabının içərisində olan bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) 750 əyarlı 7000 manat dəyərində üzərində üç ədəd halqa şəkilli fiqurlar olan qızıl qadın qolbağını, mənzilin qarderob otağında olan dolabdan isə bir ədəd “TİFFANY” markalı sarı rəngli (yellow gold) “LOVE” yazısı şəklində 750 əyarlı 1700 manat dəyərində “60571716” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli (rose gold) “T” şəkilli 750 əyarlı 2000 manat dəyərində “67789911” seriya nömrəli qızıl sırğanı, bir ədəd “CARTİER” markalı sarı rəngli (rose gold) üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan 750 əyarlı 3000 manat dəyərində “X04971” “B4051158” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt “CHOPARD” markalı sarı rəngli (rose gold) halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində də üç ədəd halqa fiqurlar olan 750 əyarlı 13.000 manat dəyərində qızıl sırğanı, bir ədəd “CHOPARD” markalı sarı rəngli (rose gold) 750 əyarlı üzərində “chopard” reklam yazısı yazılmış brilliant qaşları olan əl şəklində klonla birlikdə 11.000 manat dəyərində “797864-5003” seriya nömrəli qızıl boyunbağını və bir ədəd 750 əyarlı üzərində bir ədəd böyük 1,03 karat brilliant qaş və ətrafında 0,49 karat brilliant qaşlar olan halqa şəklində 12.300 manat dəyərində qızıl qadın üzüyü vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 76.300 (yetmiş altmış min üç yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 54-57; 91-94; 111-114;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, üç övladı ilə birlikdə yaşamış, həyat yoldaşı isə 2020-ci ildə vəfat etmiş, hazırkı iş üzrə həbs olunmazdan əvvəl Bakı şəhəri Nizami rayonunda yerləşən 4 nömrəli Vərəm dispanserində xadimə işləmiş, xəstəxanaya növbəli şəkildə olmaqla iki gündən bir işə gedib-gəlmiş, qalan boş vaxtlarında da evlərdə təmizlik işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evində 2023-cü ilin sentyabr ayından dekabr ayınadək xadimə kimi işləmişdir. O, xəstəxanada işdə olmadığı günlərdə, yəni, həftənin bir, üç və beşinci günləri Nigarın evinə gedib təmizlik işləri görmüş, sonuncu ona aylıq əmək haqqı kimi 350 manat pul vermişdir. Onun Nigar xanımla münasibəti həmişə yaxşı olmuşdur. Adətən, Nigar xanımın evində saat 9 radələrindən axşam saat 18 radələrinədək evdə təmizlik və digər ev işləri görmüşdür. Nigarın əri Cavanşir hər gün işdə olmuş, həyat yoldaşı Nigar da tez-tez harasa getmiş, övladları isə məktəb və bağçada olmuş, o da günün çox vaxtlarında evdə tək qalmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində maddi sıxıntıları çox olduğundan Nigar xanımın evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 8 noyabr 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Nigar xanımın evində tək olmuş, həmin vaxt yataq otağında olan kamotun siyirməsini açaraq orada açıq şəkildə qoyulmuş əvvəllər də həmin kamotu təmizləyərkən gördüyü bir ədəd “BVLGARİ” markalı sarı rəngli brilliant qaşları olan qızıl qadın üzüyünü, bir ədəd “Van Cleef’ markalı sarı rəngli üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan qızıl qadın boyunbağını və boz rəngli qoruma qabının içərisində olan bir ədəd “BVLGARİ” markalı sarı rəngli üzərində üç ədəd halqa şəkilli fiqurlar olan qızıl qadın qolbağını götürərək özünə məxsus əl çantasının içərisinə qoymuşdur. Aradan bir neçə saat keçdikdən sonra Nigar və əri Cavanşir evə gəldikdən sonra o, evdən çıxıb getmişdir. O həmin qızılları satmaq üçün bir müddət özündə saxlamışdır. Təxminən bir neçə gündən sonra, yəni 15 noyabr 2023-cü il tarixdə həmin evdə tək olduğu vaxt yataq otağında olan dolabdan bir ədəd “TİFFANY” markalı sarı rəngli qızıl qadın üzüyünü, bir ədəd sarı rəngli üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan qızıl qadın üzüyünü, bir cüt sarı rəngli halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində də üç ədəd halqa fiqurlar olan qızıl sırğasını, bir ədəd üzərində bir ədəd böyük qaş və ətrafında qaşlar olan halqa şəklində qızıl qadın üzüyünü götürərək həmin qızılları da özündə saxlamışdır. Bir neçə gün keçdikdən sonra oğurladığı həmin qızılları satmaq qərarına gəlmişdir. Götürdüyü bir ədəd üzərində ağ rəngli qaşları olan qadın üzüyünü tanışı Şahid4 130 manata satmış, həmin üzüyü Ayselə satarkən ona yalandan guya üzüyün tanış qadına məxsus olduğunu, sonuncunun ehtiyacı olduğundan həmin üzüyü satmaq üçün ona verdiyini bildirmiş, Aysel də bir-birlərini tanıdıqları üçün ona inanıb həmin üzüyü almışdır. Sonradan isə oğurladığı digər qızılları müxtəlif tarixlərdə Bakı şəhərində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Gold Center” adlı ticarət mərkəzində qızıl dükanına müxtəlif qiymətlərə satmışdır. Əldə etdiyi pulları isə özünün şəxsi ehtiyaclarına xərcləmişdir. 2023cü ilin dekabr ayında Nigar xanımın evindən aylıq əmək haqqını kəsdikləri üçün işdən çıxmışdır. Sonradan Nigarın əri Cavanşirin onun mənzilindən qızıl-zinət əşyaları oğurladığını başa düşüb bu barədə polisə şikayət etdiyini bilmişdir. Cavanşir onu evinə dəvət edib onunla söhbət edən zaman Cavanşirə etdiyi oğurluq cinayətini səmimi etiraf edərək onu bağışlamasını xahiş etmişdir. Cavanşir də ona həmin qızılları geri qaytaracağı təqdirdə onu bağışlayacağını desə də, o, qızılları satdığı üçün qaytara bilməmişdir. Törətdiyi əməldən çox peşmandır. Onun Şahid1 və Zərərçəkmiş şəxs mənzilinə sərbəst şəkildə daxil olmaq və həmin mənzildə qalmaq üçün ev sahibi tərəfindən icazəsi olmuş, həmin mənzildə oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. O, Şahid1 mənzilindən həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus oğurladığı qızılları satarkən həmin qızılların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bir ədəd qızıl qadın üzüyünü isə tanışı Ayselə satan zaman ona yalandan həmin qızıl üzüyün tanışına məxsus olduğunu və ona satmaq üçün verdiyini demişdir. Onun qızıllar oğurlamağı barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs onun tərəfindən oğurlanmış qızı-zinət əşyalarının miqdarı və qiymətinə dair göstərdikləri ilə qismən razıdır. Belə ki, o, Nigara məxsus olan onun bildirdiyi həmin qızıllardan bir ədəd “CHOPARD” markalı üzərində “chopard” reklam yazısı olan brilliant qaşlı əl şəklində klonla birlikdə qızıl boyunbağısı və bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli “T” şəkilli qızıl sırğadan başqa digərlərini oğurlamış, oğurladığı qızılları da ümumilikdə təxminən 4500-5000 manata satmışdır. Nigar onun oğurladığı həmin qızılların qiymətini həddən artıq çox demişdir. O, Zərərçəkmiş şəxs məxsus yaşadığı mənzildən oğurladığı qızılların hamısını satdığı üçün təqdim edə bilməmiş, başqa hər hansı cinayət əməli törətməmişdir.
3. Verilən suallara cavab olaraq davam edən məhkəmə baxışı üzrə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, oğurladığı qızılzinət əşyalarının bir qismi Zərərçəkmiş şəxs yataq otağındakı kamotun üzərində olmuş, hər hansı başqa yeri axtarmamış, qızıllar göz qabağında olmuşdur. O, maddi sıxıntıları ilə əlaqədar oğurladığı qızıl-zinət əşyalarını iki dəfəyə oğurlamış, birinci dəfə dəqiq olaraq nə vaxt oğurluq etməsi yadında olmasa da, birinci ilə ikinci oğurluqları arasında təxminən 10 gün müddət olmuşdur. Oğurladığı qızılları bir müddət evində saxladıqdan sonra Qara Qarayevdə yerləşən qızıl mağazasına lombard qiymətinə 400-900 manat arası məbləğlərdə satmış, ümumilikdə isə həmin qızıllardan 5000 manat qazanc əldə etmiş, satdığı qızılların real dəyərindən məlumatı olmamış, bu barədə hər hansı şəxsdən maraqlanmamış, qızılları lombard qiymətinə alıcılara vermiş, həmin alıcılar çəkisini çəkdikdən sonra ona qiymətini demiş, o isə həmin qiymətlərlə razılaşmışdır. Hər hansı dəqiq məlumatı olmadığı üçün qızılların qiymətini araşdırmamışdır. Oğurladığı qızıl-zinət əşyalarını biri kişi digəri isə qadın olmaqla iki nəfər alıcıya satmışdır. Qadın alıcıya 130 manata bilərzik satmış, digər əşyaları isə qızıl-zinət mağazasına satmışdır. Oğurluğu maddi sıxıntıları ilə əlaqədar etmiş, maddi sıxıntıları ilə əlaqədar qonşusuna 2000 manat borcu da olmuşdur. Əri vəfat etdiyindən himayəsində olan uşaqlarına özü tək baxmış, kiçik oğlunun Türkiyədə təhsil alması üçün lazım olan təhsil haqqını özü ödəmişdir. O, oğurladığı qızıl-zinət əşyalarını satıb əldə etdiyi pulun bir hissəsini oğlunun təhsil haqqının ödənilməsi və digər zəruri ehtiyaclarına xərcləmişdir. İttihamda göstərilən bir ədəd “CHOPARD” markalı üzərində “chopard” reklam yazısı olan brilliant qaşlı əl şəklində klonla birlikdə qızıl boyunbağısını və bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli “T” şəkilli qızıl sırğanı oğurlamamışdır. İbtidai istintaq zamanı bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli “T” şəkilli qızıl sırğanı oğurlamamasını hansı səbəbdən bildirməməsini izah edə bilmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, həyat yoldaşının vəfat etməsi ilə əlaqədar uşaqlarının onun himayəsində olmasını, özünü təqsirli bildiyi əmələ münasibətdə vurulmuş ziyandan 3000 manatının ödənildiyini və özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirərək məhkəmədən onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə tövsif edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yerləşən evdə yaşayır. "xxxx" MMC-də mütəxəssis işləmiş, hazırda isə analıq məzuniyyətində olduğu üçün işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin sentyabr ayının sonlarından etibarən tanımış, sonuncu yaşadığı ünvan 5 ünvanında yerləşən evində xadimə işləmişdir. Məlahət 2023-cü ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində onun evində işləmişdir. Məlahətlə aralarında olan razılaşmaya görə aylıq 350 manat əmək haqqı müqabilində Məlahət həftənin bir, üç və beşinci günləri gəlib evdə təmizlik və ev işləri görmüşdür. Həyat yoldaşı Cavanşir hər gün işdə olmuş, övladları isə bağça və məktəbə getdiklərindən evdə olmamış, o isə evdə olmağına baxmayaraq, mütəmadi olaraq uşaqları ilə bağlı şəhərə çıxmış, həmin müddət ərzində Məlahət evdə tək olmuşdur. O, adətən qızıl həvəskarı olduğu üçün müxtəlif ölkələrdə olan zaman brend markalarda özünə qızıl-zinət əşyaları alır. Eyni zamada həyat yoldaşı və yaxın qohumları da ona hədiyyə kimi qızıl-zinət əşyaları almışlar. Həmin qızıllarının bir hissəsini yaşadığı mənzildə yataq otağında olan kamotun siyirməsində içəridə, digər hissəsini isə qarderob otağında dolaba qoyur. O, adətən, qızıllarını ayrı-ayrılıqda öz qablarında saxlayır. Lakin adətən gündəlik istifadə etdiyi müxtəlif qızıllarından taxdığı üçün digər qızıl-zinət əşyalarının olduğu qablara tez-tez baxmır. 30 dekabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində evdə olan zaman yataq otağında kamotun birinci üst siyirməsini açıb özünə məxsus qızıllardan istifadə etmək istədikdə bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) üzərində 0,44 karat brilliant qaşları olan 750 əyarlı 20.000 (iyirmi min) manat dəyərində “Ref 356889” seriya nömrəli qızıl qadın üzüyü, bir ədəd “Van Cleef’ markalı sarı rəngli (yellow gold) 750 əyarlı 6300 (altı min üç yüz) manat dəyərində üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan “JB486384” “ARP4KLOO” seriya nömrəli qızıl qadın boyunbağını və boz rəngli qoruma qabının içərisində olan bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) 750 əyarlı 7000 (yeddi min) manat dəyərində üzərində üç ədəd halqa şəkilli fiqurlar olan qızıl qadın qolbağının yerində olmadığını aşkar etmişdir. O, dərhal evdə xadimə işləyən Məlahətə zəng edərək yataq otağında kamotun içərisinə qoyduğu qızıllarının yerində olmadığını, evdə ondan başqa yad heç kimin olmadığını deyib əgər qızıllarını götürübsə gətirib yerinə qoymağını tələb etmişdir. Məlahət isə ağlayaraq ona övladlarının canına and verərək heç bir qızıl götürmədiyini, səhəri gün evə gəlib onunla həmin qızılları birlikdə axtaracağını dedikdə o da Məlahəti səhəri gün gözləyəcəyini bildirmişdir. Telefonda danışığını bitirdikdən sonra qarderob otağında olan qızıllarına baxmaq üçün həmin otağa getmişdir. Qarderob otağında dolabda olan qızıllarına baxış keçirən zaman orada qoyduğu bir ədəd “TİFFANY” markalı sarı rəngli (yellow gold) “LOVE” yazısı şəklində 750 əyarlı 1700 (bir min yeddi yüz) manat dəyərində “60571716” seriya nömrəli qızıl qadın üzüyünün, bir cüt bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli (rose gold) “T” şəkilli 750 əyarlı 2000 (iki min) manat dəyərində “67789911” seriya nömrəli qızıl sırğasını, bir ədəd “CARTİER” markalı sarı rəngli (rose gold) üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan 750 əyarlı 3000 (üç min) manat dəyərində “X04971” “B4051158” seriya nömrəli qızıl qadın üzüyünü, bir cüt “CHOPARD” markalı sarı rəngli (rose gold) halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində də üç ədəd halqa fiqurlar olan 750 əyarlı 13.000 (on üç min) manat dəyərində qızıl sırğasını, bir ədəd “CHOPARD” markalı sarı rəngli (rose gold) 750 əyarlı üzərində “chopard” reklam yazısı yazılmış brilliant qaşları olan əl şəklində klonla birlikdə 11.000 (on bir min) manat dəyərində “797864-5003” seriya nömrəli qızıl boyunbağısını və bir ədəd 750 əyarlı üzərində bir ədəd böyük 1,03 karat brilliant qaş və ətrafında 0,49 karat brilliant qaşlar olan halqa şəklində 12.300 (on iki min üç yüz) manat dəyərində 2013-cü ildə aldığı qızıl qadın üzüyünün də yerində olmadığını aşkar etmişdir. 1 yanvar 2024-cü ildə Məlahət onlara gəldikdən sonra birlikdə həmin qızılları axtarmağa başlamış, lakin qeyd etdiyi həmin qızıllarını tapa bilməmişdir. Bundan sonra o, Məlahətdən şübhələndiyi üçün onu işdən çıxarmışdır. Sonradan dəfələrlə o və həyat yoldaşı Cavanşir Məlahətlə telefonda danışmışlar. Əvvəllər Məlahət qızıllarını oğurladığını boynuna almasa da, sonradan etiraf etmişdir. O, Məlahətə bir müddət vaxt verərək qızıllarını gətirib yerinə qoymasını bildirsə də, Məlahətin onun qızıllarını satdığını və qaytara bilməyəcəyini başa düşdükdən sonra həyat yoldaşı Cavanşir 26 yanvar 2024-cü il tarixdə polisə müraciət etmişdir. 2023-cü ilin noyabr-dekabr aylarında yaşadığı ünvan 5 ünvanda yerləşən evində yataq otağında olan kamotun içərisindən ona məxsus bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) üzərində 0,44 karat brilliant qaşları olan 750 əyarlı 20.000 (iyirmi min) manat dəyərində “Ref 356889” seriya nömrəli qızıl qadın üzüyü, bir ədəd “Van Cleef’ markalı sarı rəngli (yellow gold) 750 əyarlı 6300 (altı min üç yüz) manat dəyərində üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan “JB486384” “ARP4KLOO” seriya nömrəli qızıl qadın boyunbağı, boz rəngli qoruma qabının içərisində olan bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) 750 əyarlı 7000 (yeddi min) manat dəyərində üzərində üç ədəd halqa şəkilli fiqurlar olan qızıl qadın qolbağı, qarderob otağında olan dolabdan isə bir ədəd “TİFFANY” markalı sarı rəngli (yellow gold) “LOVE” yazısı şəklində 750 əyarlı 1700 (bir min yeddi yüz) manat dəyərində “60571716” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli (rose gold) “T” şəkilli 750 əyarlı 2000 (iki min) manat dəyərində “67789911” seriya nömrəli qızıl sırğa, bir ədəd “CARTİER” markalı sarı rəngli (rose gold) üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan 750 əyarlı 3000 (üç min) manat dəyərində “X04971” “B4051158” seriya nömrəli qızıl qadın üzüyü, bir cüt “CHOPARD” markalı sarı rəngli (rose gold) halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində də üç ədəd halqa fiqurlar olan 750 əyarlı 13.000 (on üç min) manat dəyərində qızıl sırğa, bir ədəd “CHOPARD” markalı sarı rəngli (rose gold) 750 əyarlı üzərində “chopard” reklam yazısı yazılmış brilliant qaşları olan əl şəklində klonla birlikdə 11.000 (on bir min) manat dəyərində “797864-5003” seriya nömrəli qızıl boyunbağı və bir ədəd 750 əyarlı üzərində bir ədəd böyük 1,03 karat brilliant qaş və ətrafında 0,49 karat brilliant qaşlar olan halqa şəklində 12.300 (on iki min üç yüz) manat dəyərində 2013-cü ildə aldığı qızıl qadın üzüyü oğurlanmış, nəticədə ona ümumilikdə 76.300 (yetmiş altı min üç yüz) manat maddi ziyan dəymişdir. İbtidai araşdırmanın ilkin mərhələsində həyat yoldaşı Cavanşir oğurlanmış qızıl-zinət əşyalarının sayını və qiymətini dəqiq bilmədiyi üçün təxmini olaraq 100.000 manat dəyərində olduğunu bildirmiş, lakin o həmin qızıl-zinət əşyalarının dəqiq sayı və qiymətini istintaqa bildirmiş və ümumilikdə ona məxsus 76.300 (yetmiş altı min üç yüz) manat dəyərində qızılzinət əşyaları evində xadimə işləmiş Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır.
7. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs ona evində əvvəllər uşaqlarının baxıcısı kimi işləmiş bir nəfər qadın məsləhət gördüyündən onu həftədə üç dəfə olmaqla evində gündəlik təmizlik işləri görməsi üçün aylıq 350 manat haqq müqabilində işə götürmüşdür. O, Təqsirləndirilən şəxs qədər 11 ildir yaşadığı həmin evində hər hansı oğurluq hadisəsi baş vermədiyindən qiymətli əşyalarını xüsusi gizlətmək ehtiyacı duymamış, bu səbəbdən qızıl-zinət əşyalarının bir qismini kamotun siyirməsində saxlamışdır. Məlahəti işə götürərkən onun oğlunun xaricdə oxumasına görə ona etibar edə biləcəyini düşünmüşdür. Hətta bəzən Məlahətə mobil telefonunu verərək qızılları ilə şəklini çəkməsini istəmişdir. O, yeni illə bağlı dəvət edildiyi mərasimə hazırlaşarkən qızıllarını taxmaq istəmiş, lakin qızıllarını yerlərində tapmadıqda bu barədə əri və işçilərinə məlumat verdikdən dərhal sonra Məlahətdən şübhələnmişdir. Həmin oğurluq hadisəsi barədə polisə şikayət etdikdən sonra Məlahət qızılları özünün oğurladığını etiraf etmişdir. Məlahətin oğurladığı qızılların əksəriyyəti brend markalara məxsus olmaqla hər birinin dəyərini öz sertifikatında qeyd olunmuş qiymət cədvəlinə uyğun, nisbətən ucuz qiymətə hesablayıb ona dəymiş ziyanı müəyyən etmişdir. Belə ki, hazırda həmin qızıl-zinət əşyalarının qiyməti daha bahadır. O, yeni qızıl alarkən hər zaman şəkillərini çəkib saxlamışdır. Məlahət ona dəymiş ziyandan 3000 manat məbləğində pul ödəmişdir. Qızılları həmişə hər birinin özünə məxsus olan çexollarında və qablarında olmuşdur. Məlahətə qarşı münasibəti həmişə yaxşı olmuş, hətta Məlahət 2023-cü ilin noyabr ayında Lənkəran rayonuna gedəcəyini deyərək ondan pul istədikdə ona əlavə pul vermişdir. Hətta Məlahət ondan bir neçə dəfə icazə alaraq evli qızının ailəsi ilə birlikdə onun evinə gəldiyini bildirərək işləməyə gəlməmişdir. Eləcə də qızının hamilə olduğunu deyərək ondan pul istəmişdir. Halbuki məhkəmə baxışı üzrə məhkəmə iclasında Məlahətin qızı şahid qismində ifadə verərkən ümumiyyətlə evli olmadığını öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid3 guya “üzərində brilliant qaş olmayan” kimi təsvir edərək guya 250 manata satdığı üzük brend markaya məxsus olmasa da, üzərində 1 karatdan artıq brilliant qaşları olan, dəyəri 12300 manat olan nişan üzüyü olmuşdur. Onun oğurlanmış qızıllarının əksəriyyəti brend markaların qızıl-zinət əşyaları olmuşdur. Həmin qızıl-zinət əşyalarını alarkən brend markalardan olduğundan onların qramına deyil, üzərindəki brilliantın karatına əsasən alınmışdır. Ona görə oğurlanmış qızılların qramını maraqlanmadığından dəqiq bilməsə də, həmin əşyaların dəqiq qiymətlərini ifadəsində göstərmiş, hətta həmin qızıl-zinət əşyalarının bir qisminin rəsmi sertifakatını çexolları ilə birgə istintaq orqanına təqdim etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona vurulmuş ziyandan yalnız 3000 manat məbləğdə pulun ödənildiyini, Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəmədiyi üçün aralarında barışıq olmadığını, ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etdi.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, evlərində xadimə işləyən Məlahət ilə həyat yoldaşı mütəmadi olaraq əlaqədə olmuşdur. O, adətən, hər gün işdə olduğundan evdə olan proseslərdən xəbəri olmamışdır. Övladları bağça və məktəbə getdiklərindən evdə olmur, həyat yoldaşı Nigar isə əsasən evdə olsa da, mütəmadi olaraq uşaqlarla bağlı evdən çıxıb gəlir. Məlahət həftənin bir, üç və beşinci günləri gəlib evdə təmizlik və ev işləri görmüş, Nigar isə ona aylıq 350 manat məbləğində əmək haqqı kimi pul vermişdir. Məlahət evdə təmizlik işləri görərkən tək də olduğu vaxtlar olmuşdur. Həyat yoldaşı Nigar qızıl həvəskarı olduğundan müxtəlif ölkələrdə olarkən brend markalardan özünə qızıl-zinət əşyaları almış, habelə o da özəl günlərdə Nigara qızıl hədiyyə etmişdir. Nigar qızıllarının bir hissəsini yaşadığı mənzildə yataq otağında olan kamotun siyirməsində, digər hissəsini isə qarderob otağındakı dolabda saxlamışdır. Qızıllar adətən ayrı-ayrılıqda öz qablarında olur. 30 dekabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində həyat yoldaşı Nigar ona zəng edərək evdə olan qızıllarının bəzilərinin yerində olmadığını demiş, o da Nigara evə yaxşı baxmasını, həmin qızılları axtarmasını bildirmişdir. Sonradan həyat yoldaşı Nigar evdə xadimə işləyən Məlahətlə birlikdə evi axtarsalar da, həmin qızılları tapa bilməmişdir. O, artıq Məlahətdən şübhələndiyi üçün Nigara onu evə buraxmamasını demişdir. Aradan bir neçə gün keçdikdən sonra Məlahəti evə dəvət edərək onunla söhbət edərkən Məlahət evdə olan həyat yoldaşı Nigara məxsus qızılları oğurladığını və sonradan satdığını etiraf etmişdir. O, Məlahətə vaxt verərək qızılları hara satıbsa, qaytarıb yerinə qoymasını tələb etmişdir. Sonradan Məlahətin həyat yoldaşı Nigara məxsus qızılları qaytarmadığını görüb polisə şikayət etmişdir. O, ilkin ərizəsində və izahatında həyat yoldaşı Nigara məxsus qızılların qiymətlərinin ayrı-ayrılıqda qiymətini dəqiq bilmədiyi üçün ümumi dəyəri təxminən 100.000 (bir yüz min) manat kimi bildirmiş, lakin sonradan Nigarla dəqiqləşdirdikdən sonra ona ümumilikdə 76.300 (yetmiş altı min üç yüz) manat maddi ziyan dəydiyini dəqiqləşdirmişdir. Hətta həmin qızıl-zinət əşyalarının qiyməti hazırda daha bahadır. Həyat yoldaşı Nigara məxsus qızılları evində xadimə işləyən Təqsirləndirilən şəxs oğurlamış, sonuncu özü ona bunu etiraf etmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təxminən 2000-ci ildən fərdi qaydada qızıl alqı-satqısı ilə məşğul olur. Son iki ildir Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Gold Center” adlı ticarət mərkəzində icarə əsasında qızıl dükanı idarə etməklə, adətən, saat 9 radələrindən 19 radələrinədək işləyir. İşi qızıl alışı və satışı ilə məşğul olmaqdan ibarətdir. Müştəridən qızıl alarkən özünə məxsus şəxsiyyət vəsiqəsi olmadıqda, ya da şübhələndikdə həmin müştəridən qızıl qəbul etmir. 21 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində işdə olan zaman bir nəfər qadın müştəri qismində içəri daxil olaraq özünə məxsus qızıl üzük olduğunu, övladı xəstə olduğundan həmin üzüyü satmaq istədiyini bildirmişdir. O həmin qadına üzüyü təqdim etməsini təklif etdikdən sonra üzüyə baxmışdır. Həmin üzük qadın üzüyü olmaqla üzərində kiçik ölçülü brilliant qaşları olan təxminən 9 qram çəkidə 750 əyarlı qızıl olmuşdur. O həmin üzüyü 650 manata ala biləcəyini dedikdə, həmin qadın 800 manata satdığını demiş, o da üzüyə yenidən baxdıqdan sonra ən son 770 manat pul verə biləcəyini demişdir. Həmin qadın onunla razılaşmışdır. Bundan sonra həmin qadından şəxsiyyət vəsiqəsini tələb etmiş, şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra həmin qadının Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. O, bir daha Təqsirləndirilən şəxs satdığı həmin qızıl üzüyün oğurluq olubolmamasını soruşduqda, Məlahət həmin üzüyün özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün həmin üzüyü satdığını bildirmiş, o da inanaraq həmin üzüyü alıb Məlahətə 770 manat pul vermişdir. Bundan sonra alqı-satqı qəbzi yazmış, Məlahət də həmin qəbzi imzalamışdır. Aradan bir-iki gün keçdikdən sonra həmin üzüyü tanımadığı müştəriyə 900 manata satmışdır. 25 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Məlahət yenidən işlədiyi dükana gəlib satmaq üçün bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzüyü olduğunu demişdir. O da həmin qolbaq və üzüyə baxış keçirmişdir. Qolbaq təxminən 6-7 qram çəkidə 750 əyarlı, üzük isə üzərində “cartier” reklam yazısı olmaqla halqa şəklində qaşı olmayan 750 əyarlı qızıl olmuşdur. O həmin qolbağı 600 manata, üzüyü isə 270 manata ala biləcəyini demiş, Məlahət də onunla razılaşmışdır. Bundan sonra Məlahət yenidən şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, alqı-satqı qəbzi yazaraq Məlahətə imza etdirdikdən sonra 870 manat pulu Məlahətə verib satdığı həmin qızıl qolbaq və üzüyü təhvil almışdır. Məlahətin təqdim etdiyi qızıllar cızılmış və əzik vəziyyətdə olmuşdur. O həmin qızılları da bir neçə gün ərzində xatırlamadığı tarixlərdə tanımadığı müştərilərə satmışdır. Məlahətdən aldığı qolbağı 650 manata, üzüyü isə 300 manata satmışdır. Bir müddət keçdikdən sonra 6 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində Məlahət işlədiyi dükana gəlmişdir. Məlahət iki ədəd qızıl boyunbağı olduğunu, həmin qızılları da satmaq istədiyini bildirmişdir. O həmin qızıllara baxış keçirmişdir. Qızıllardan biri “Van Cleef’ markalı üzərində klon olan 750 əyarlı olmaqla təxminən 6-7 qram çəkidə boyunbağı, digər qızıl boyunbağı isə sadə 750 əyarlı olmaqla təxminən 3-4 qram çəkidə qızıllar olmuşdur. O, üzərində klon olan boyunbağını 635 manata, digər sadə boyunbağı isə 400 manata almışdır. Eyni qaydada alqı-satqı qəbzi yazaraq Məlahətə imza etdirmişdir. Bundan sonra həmin üzərində klon olan boyunbağı 700 manata, digər sadə boyunbağı isə 450 manata tanımadığı müştərilərə satmışdır. Sonuncu dəfə 12 dekabr 2023-cü il tarixdə, saat 11 radələrində Məlahət işlədiyi dükana gələrək bir cüt 750 əyarlı təxminən 9 qram çəkidə “chopard” markalı halqa şəklində qızıl sırğa satmışdır. Həmin sırğanı 900 manata almışdır. Lakin həmin vaxt sırğa ilə Məlahətin şəxsiyyət vəsiqəsinin şəklini mobil telefon vasitəsi ilə çəkdiyi üçün alqı-satqı qəbzi yazmamışdır. Məlahətdən aldığı həmin sırğanı 1000 manata tanımadığı müştəriyə satmışdır. Sonradan polisə çağırılan zaman Məlahətin ona satdığı qızılları xadimə işlədiyi evdən oğurladığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarının cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin qızılları alan zaman satan şəxs Təqsirləndirilən şəxs həmin qızılların oğurluq olub-olmamasmı soruşduqda Məlahət qızılların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün həmin qızılları satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb həmin qızılları almışdır. O, işlədiyi dükanda aldığı qızılların qeydiyyatını aparsa da, satdığı qızılların qeydiyyatını aparmır. Təqsirləndirilən şəxs onun işlədiyi dükanda ona ümumilikdə 4 dəfə qızıl satmışdır. Təqsirləndirilən şəxs ardıcıl olaraq müxtəlif vaxtlarda ona qızıl satarkən o, Məlahətdən həmin qızılları haradan əldə etməsi barədə soruşduqda Məlahət həmin qızılların özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün həmin qızılları satdığını bildirirmiş, Məlahətin həmin qızılları cinayət yolu ilə əldə etməsi barədə onda heç bir şübhə yaranmamışdır. Məlahət hər dəfə müştəri kimi işlədiyi dükana gələrkən səliqəli, yaxşı geyimdə gəldiyi üçün o, Məlahətdən şübhələnməmişdir. Təqsirləndirilən şəxs aldığı qızılları xatırlamadığı tarixlərdə və tanımadığı müştərilərə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarını lombard qiymətinə almış, üzərinə 20-30 manat qoymaqla satmışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, övladı ilə birlikdə yaşamaqla təxminən 20 ildir fərdi qaydada qızıl alqı-satqısı ilə məşğul olur. Uzun müddətdir Bakı şəhəri Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Laçın” Ticarət Mərkəzində qızıl dükanında, adətən, saat 9 radələrindən 18 radələrinədək satıcı işləyir. İşi qızıl alışı və satışı ilə məşğul olmaqdan ibarətdir. Müştəridən qızıl alarkən özünə məxsus şəxsiyyət vəsiqəsi olmadıqda, yaxud da şübhələndikdə həmin müştəridən qızıl qəbul etmir. 12 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində işdə olan zaman bir nəfər qadın müştəri qismində dükana daxil olaraq özünə məxsus qızıl üzük olduğunu, pula ehtiyacı olduğu üçün həmin üzüyünü satmaq istədiyini bildirmişdir. O həmin qadına üzüyü təqdim etməsini təklif etdikdən sonra üzüyə baxmışdır. Həmin üzük qadın üzüyü olmaqla üzərində bir ədəd iri ölçüdə və ətrafında kiçik ölçülü altı ədəd qaşları olan təxminən 3,4 qram çəkidə 750 əyarlı qızıl olmuşdur. O həmin üzüyün üzərində olan qaşların çəkisini çıxdıqdan sonra həmin üzüyü 220 manata ala biləcəyini dedikdə, həmin qadın onunla razılaşmışdır. Bundan sonra həmin qadından şəxsiyyət vəsiqəsini tələb edib baxdıqda həmin qadının Şahid4 olduğu məlum olmuşdur. O, bir daha Aysel adlı qadından satdığı həmin qızıl üzüyün dəqiq özünə məxsus olub-olmamasını soruşduqda, Aysel özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün həmin üzüyü satdığını bildirmişdir. O da Ayselə inanaraq həmin üzüyü alıb ona 220 manat pul vermişdir. Bundan sonra həmin üzüyü almağı ilə bağlı malların alış aktını yazmış, Aysel və o həmin aktı imzalamışlar. Aradan bir müddət keçdikdən sonra Ayseldən aldığı həmin üzüyü 250 manata tanımadığı müştəriyə satmışdır. Sonradan polisə çağırılan zaman Ayselin ona satdığı qızıl üzüyün oğurluq olduğunu bilmişdir. Şahid4 aldığı qızıl üzüyün cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin qızılı alan zaman satan şəxs Şahid4 həmin qızılın özünə məxsus olub-olmamasını soruşduqda, həmin şəxs qızılın özünə məxsus olduğunu, ona ehtiyacı olduğu üçün həmin qızılı satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün inanıb həmin qızıl üzüyü almışdır. O, işlədiyi dükanda aldığı qızılların qeydiyyatını aparsa da, satdığı qızılların qeydiyyatını aparmır. Şahid4 onun işlədiyi dükanda ona ümumilikdə 1 dəfə qızıl satmışdır. Şahid4 aldığı qızıl üzüyü tanımadığı müştəriyə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Ona satılmış üzüyün üzərində brilliant qaş olmamış, hətta üzüyün qaşını kəlbətinlə sıxıb 250 manata satmışdır. 20 ilə yaxındır qızıl-zinət alqı-satqısı ilə məşğul olduğundan saxta brilliantla, gerçək brilliantı ayıra bilir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 3 ildir övladlarını saxlamaq üçün yaşadığı evdə fərdi qaydada tanış və qohum qadınların dırnaqlarını manikür etməklə məşğul olur. Təxminən 3-4 ildir Təqsirləndirilən şəxs tanıyır, sonuncu qonşuluqda yaşamaqla arada dırnaqlarını manikür etdirmək üçün onun yanına gəlmişdir. Münasibətləri qonşu kimi yaxşı olmuşdur. 2023-cü ilin noyabr ayının ortalarında Məlahət ona zəng edərək yaxın rəfiqəsinin pula ehtiyacı olduğu üçün bir ədəd qızıl qadın üzüyü satdığını, həmin üzüyün onda olduğunu demişdir. O həmin üzüyün neçəyə olduğunu soruşduqda, Məlahət həmin üzüyün 150 manata satıldığını demişdir. Bundan sonra o, Məlahətə qızıla baxmaq istədiyini bildirmişdir. Bir müddət sonra Məlahət yaşadığı evə gəlib ona üzərində bir ədəd iri və çoxlu xırda qaşlar olan qızıl üzüyü təqdim etmişdir. O Məlahətə həmin üzüyü qızıl dükanlarında yoxlatdıracağını, həqiqətən də üzüyün qızıl və üzərində olan qaşların brilliant olduğunu dəqiqləşdirdikdən sonra alacağını demişdir. Bundan sonra o həmin üzüyü Bakı şəhəri Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən “Laçın” Ticarət Mərkəzində bir neçə qızıl dükanında yoxlatdırmışdır. Ona qızıl dükanlarında həmin üzüyün qızıl olduğunu, lakin üzərində olan qaşların sadə qaşlar olduğunu, brilliant qaşlar olmadığını bildirmişlər. Bundan sonra o, “Laçın” Ticarət Mərkəzində olan zaman Məlahətə zəng edərək ona baxmaq üçün verdiyi üzüyün qızıl olduğunu, lakin üzərindəki qaşların sadə qaşlar olduğunu demişdir. Danışıq əsnasında Məlahətə həmin üzüyü 130 manata ala biləcəyini bildirmişdir. Məlahət də onunla razılaşmışdır. Bundan sonra Məlahət vatsap proqramında ona öz adına olan xatırlamadığı banka aid kart şəkli göndərmişdir. O da “Laçın” Ticarət Mərkəzinin yaxınlığında ödəmə terminalı vasitəsi ilə Məlahətin göndərdiyi kartına 130 manat pul köçürmüşdür. Sonradan həmin qızılı özü istifadə etməyə başlamışdır. Aradan təxminən bir ay keçdikdən sonra maddi sıxıntıları olduğuna görə həmin qızılı satmaq qərarına gəlmişdir. 12 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində həmin üzüyü satmaq üçün “Laçın” Ticarət Mərkəzinə gedərək orada yerləşən qızıl dükanına daxil olmuşdur. Dükanda satıcı işləyən hicablı, sonradan adını bildiyi Şahid3 yaxınlaşmışdır. Əsmayə xanıma özünə məxsus qızıl üzük olduğunu, həmin üzüyü satmaq istədiyini bildirmişdir. Bundan sonra üzüyü baxmaq üçün Əsmayə xanıma vermişdir. Əsmayə xanım qızıla baxış keçirdikdən sonra üzüyün üzərində olan qaşların brilliant olmadığını, həmin qaşların çəkisi çıxdıqdan sonra üzüyü 220 manata ala biləcəyini demiş, o da razılaşmışdır. Bundan sonra Əsmayə xanım ona 220 manat pul vermişdir. Bundan sonra Əsmayə xanım akt yazmış və aktda o həmin qızılın özünə məxsus olmasını qeyd etmişdir. Əldə etdiyi 220 manat pulu övladı həmin vaxt xəstə olduğu üçün dərman almışdır. Sonradan polis bölməsinə çağırılarkən Məlahətin ona satdığı bir ədəd qızıl üzüyü xadimə işlədiyi mənzildən oğurladığı ona məlum olmuşdur. Onun Məlahətlə arasında heç bir borc və sair məsələ olmamışdır. Təqsirləndirilən şəxs ona satdığı qızıl üzüyü cinayət yolu ilə əldə etməsi barədə heç bir məlumatı olmamış, Məlahət ona həmin üzüyü rəfiqəsinin ehtiyacı olduğu üçün ona satmağa verdiyini demişdir, o da Məlahəti tanıyıb inandığı üçün həmin üzüyü ondan almış, bir ay istifadə etdikdən sonra isə satmışdır. Məlahətin ona satdığı üzüyü oğurlamasını isə polis bölməsinə çağırıldıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs ona əvvəllər və ya üzük satdıqdan sonra başqa qızıl-zinət əşyaları satmamışdır. Məlahətdən yalnız qeyd etdiyi bir dəfə bir ədəd qızıl üzük almış və həmin üzüyün qaşları yerindən tərpənməmiş, laxlanmamış vəziyyətdə olmuşdur.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, anası və qardaşları ilə birlikdə yaşayır. Təxminən 4-5 aydır Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Motor House” adlı avtomobil servisində ofis meneceri işləyir. Adətən saat 9 radələrində işə gedir, 18 radələrində isə işdən çıxır. Təqsirləndirilən şəxs doğma anasıdır, atası X7 isə 2020-ci ildə vəfat etmişdir. Anası Məlahət uzun müddətdir Bakı şəhəri Nizami rayonu Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən 4 nömrəli Vərəm dispanserində xadimə işləmişdir. Anası Məlahət həmin işindən başqa fərdi qaydada evlərdə də xadimə kimi işləmişdir. Anası 2023-cü ilin sentyabr ayından dekabr ayınadək olan müddət ərzində sonradan adını bildiyi Nigar adlı şəxsin ünvan 5 ünvanda yerləşən evində xadimə kimi işləmişdir. Anası Məlahət heç vaxt evdə onlarla işi barədə heç nə danışmadığından onun işləri ilə maraqlanmamışdır. Ondan başqa iki qardaşı vardır. Onlardan biri Şahid6 restoranda barmen işləyir, digər qardaşı Şahid7 isə hərbi xidmətə getməyə hazırlaşır. Anası Məlahət polisə çağırıldıqdan sonra onun xadimə işlədiyi evdən oğurluq etməsi barədə məlumatı olmuş, anası həmin cinayəti törədən zaman və törətdikdən sonra ona heç bir məlumat verməmiş, məlumatı olmadığı üçün bu barədə hüquq-mühafizə orqanına məlumat verməmişdir. Anası Məlahət ona heç bir məbləğdə pul verməmiş, özü işlədiyi üçün anasından ümumiyyətlə pul almamışdır. Anası Təqsirləndirilən şəxs birlikdə yaşadıqları evə heç bir qızıl-zinət əşyası gətirməmiş, belə bir halla rastlaşmamışdır. Anası Məlahət ilk dəfədir oğurluq cinayəti törətmişdir. Kiçik qardaşı Türkiyədə ödənişli əsaslarla təhsil almış, lakin hadisədən əvvəl təhsilini dondurub ölkəyə geri qayıtmış, təhsil aldığı müddətdə təhsil haqqını anası ödəmişdir. Ailəsi ilə birlikdə yaşadıqları ev özlərinə məxsus olmuş, ciddi maddi sıxıntıları olmamış, anasının hansı səbəbdən oğurluq etməsi barədə hər hansı fikri yoxdur.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu, Şahid5 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, o özü işləməklə təxminən 500 manat əmək haqqı almış və öz xərclərini ödəmişdir. Anasının qardaşı Kənana müəyyən miqdarda pul göndərdiyini bilsə də, lakin oğurluq nəticəsində əldə etdiyi puldan göndərməmişdir.
14. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma anasıdır. O, Türkiyənin Tokat şəhərində ödənişli əsaslarla təhsil almış, təhsilinin illik ödənişini anası özü ödəməklə ona aylıq 600-700 manat məbləğində pul göndərmiş, habelə Bakıdan Türkiyəyə getməsi üçün 1000 dollar pul vermişdir. Anası iki işdə işləməklə aylıq ***-**** manat məbləğində gəliri olmuş, sonuncunun oğurluq etməsindən, o cümlədən oğurluq etməklə ona pul göndərməsindən xəbəri olmamışdır. Belə ki, o, 2023-cü ilin oktyabr ayında Türkiyəyə gedib dekabr ayının 11-də geri qayıtmış, həmin dövrdə anası ona ümumilikdə 4000 manat pul vermişdir. 2023-cü ilin mart ayında anası ilə danışıb imtahanlardan keçərək Türkiyəyə qəbul olunacağını bildirib həqiqətən də qəbul olunmuş, anası təhsilinin illik ödənişi və digər xərclərinə 4000 manat, oktyabr ayında isə 1000 dollar verdikdən sonra hər ay 500 manat pul göndərmişdir. Bakıda sənədlərin düzəldilməsi, tərcüməsi və s. digər işlər üçün 1300 manat xərc çəkmiş, oktyabr ayından sonra isə 2700 manat pul vermişdir. Anası illik ödənişləri ödəmək üçün borc götürmüşdür.
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Yasamal RPİ-nin İŞ) müstəntiqi polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xadimə işlədiyi ünvan 3 ünvanda yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs məxsus yataq otağında olan kamotun içərisindən və qarderob otağında olan dolabdan sonuncuya məxsus ümumilikdə 76.300 (yetmiş altı min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1;).
17. Şahid1 tərəfindən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, o, 2023-cü ilin noyabr-dekabr aylarında yaşadığı mənzilə təmizlikçi kimi gəlmiş Təqsirləndirilən şəxs onun yaşadığı mənzildən qızıl-zinət əşyalarını oğurlayaraq təxminən 100.000 (bir yüz min manat) məbləğində maddi ziyan vurmasını göstərərək həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (Cild 1; i.v. 6;).
18. “Baxış keçirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid1 müraciəti əsasında sonuncunun iştirakı ilə videoçəkiliş aparılmaqla Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə ezam olunmuş təhqiqatçı polis mayoru X8 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin ünvan 4 ünvanında yerləşən evin olması müəyyən edilmişdir. Həmin evin yataq otağındakı şkafın 3 (üç) ədəd paltar qarderobundakı 5 (beş) ədəd qızıl-zinət əşyası olan qutuların içərisindəki qızıl-zinət əşyaları olmadan boş olması müəyyən edilmişdir. Protokolda baxış zamanı “Samsung” markalı mobil telefonla fotoşəkillərin çəkilərək və bir ədəd videoçəkilişin olduğu diskin iş materiallarına əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v.7-12;).
19. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 5 fevral 2024-cü il tarixli qərardan görünür ki, təhqiqatçı P.Y.Cəfərov tərəfindən Şahid1 Qəəm oğlunun müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyatı üzrə Yasamal RPİ-nin İŞ-yə göndərilmişdir(Cild 1; i.v. 23;).
20. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 4 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1; i.v. 32- 33;).
21. “Diskə baxış keçirilməsi haqqında” 4 aprel 2024-cü il tarixli protokoldan görünür ki, “Baxış keçirilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli protokol videoçəkilişlə aparılmış və bir ədəd disk protokola əlavə edilmişdir. Həmin diskdəki videoçəkilişə müstəntiq R.Alıyev tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş 4 aprel 2024-cü il tarixli baxış zamanı, eləcə də məhkəmədə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 yaşadığı mənzildən evdə xadimə işləyən Məlahət adlı qadının evin yataq otağındakı kamotdan və qarderob otağındakı dolabdan qızıl-zinət əşyalarını oğurlaması barədə məlumat verərək həmin əşyaların boş qablarını göstərir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1nın dediklərini təsdiq edərək həmin qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs Balağa qızı tərəfindən oğurlandığını bildirir (Cild 1, i.v.52;)
22. “Əşyaya (sənədə) baxış keçirilməsi haqqında” 4 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə onun təqdim etdiyi oğurlanmış qızıl-zinət əşyalarına aid olan 3 (üç) ədəd sertifikatlara baxış keçirilmişdir. Baxış zamanı üzərində “Cartier” reklam yazısı yazılmış “X04971” “B4051158” seriya nömrəli 1 (bir) ədəd sertifikat, üzərində “Van Cleef” reklam yazısı yazılmış “JB486384” “ARP4KLOO” seriya nömrəli 1 (bir) ədəd sertifikat və üzərində “CHOPARD” reklam yazısı yazılmış “797864-5003” seriya nömrəli 1 (bir) ədəd sertifikat olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs “Cartier” reklam yazısı yazılmış “X04971” “B4051158” seriya nömrəli 1 (bir) ədəd sertifikat bir ədəd “CARTİER” markalı sarı rəngli (rose gold) üzərində “cartier” reklam yazısı olan halqa şəklində qaşı olmayan 750 əyarlı qızıl qadın üzüyünə, üzərində “Van Cleef” reklam yazısı yazılmış “JB486384” “ARP4KLOO” seriya nömrəli 1 (bir) ədəd sertifikat bir ədəd “Van Cleef” markalı sarı rəngli (yellow gold) 750 əyarlı üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan qızıl qadın boyunbağına və üzərində “CHOPARD” reklam yazısı yazılmış “797864-5003” seriya nömrəli 1 (bir) ədəd sertifikat isə bir cüt “CHOPARD” markalı sarı rəngli (rose gold) halqa şəklində üzərində “chopard” reklam yazısı yazılmış hər halqanın içərisində 3 (üç) ədəd halqa fiqurlar olan 750 əyarlı qızıl sırğa, bir ədəd “CHOPARD” markalı sarı rəngli (rose gold) brilliant qaşları olan əl şəklində klonla birlikdə qızıl boyunbağına aid olduğunu bildirmişdir. Baxış keçirilməsi başa çatdıqdan sonra 3 (üç) ədəd sertifikatların surətləri təsdiq edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edilmiş, protokol tərtib olunarkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1; i.v. 44-46; 53;).
23. “Əşyanın götürülməsi haqqında” 4 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi alqı-satqı qəbzlərinin əsli iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1; i.v. 68;).
24. “Əşyaya (sənədə) baxış keçirilməsi və götürülməsi haqqında” 4 aprel 2024-cü il tarixli protokoldan, müvafiq ərizə və qəbzlərdən görünür ki, Şahid2, Təqsirləndirilən şəxs və 2 nəfər hal şahidinin iştirakı ilə Şahid2 təqdim etdiyi qəbzlərə baxış keçirilmişdir. Baxış zamanı 1-ci qəbzdə 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1 (bir) ədəd 750 əyarlı üzüyü 770 (yeddi yüz yetmiş) manata, 2-ci qəbzdə 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid2 1 (bir) ədəd qolbağı 600 (altı yüz) manata, 1 (bir) ədəd üzüyü 270 (iki yüz yetmiş) manata, 3-cü qəbzdə 6 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid2 1 (bir) ədəd sepi 635 (altı yüz otuz beş) manata, 1 (bir) ədəd sepi isə 400 (dörd yüz) manata satması qeyd olunmuşdur. Qəbzlərin alt sağ hissəsində hər iki şəxs öz ad, soyad və imzalarını qeyd etmişdir. Bundan başqa 1 (bir) ədəd kağızda 12 dekabr tarixində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və bir cüt sırğa şəklinin surəti əks olunmuşdur. Şahid2 həmin tarixdə də Təqsirləndirilən şəxs bir cüt sırğa aldığını bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qəbzlərdə və şəkillərdə təsvir olunanları təsdiq etmişdir. Həmin qəbzlər və fotoşəkil əksi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Götürmə aparılarkən texniki vasitələrdən istifadə edilməmişdir. Protokol ucadan oxunmuş, əlavə və düzəliş olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Qeyd edilən qəbzlərə məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı həmin qəbzlərdə alınmış qızıl-zinət əşyalarının ətraflı şəkildə təsvir edilmədiyi (çəkisi, üzərində hər hansı dəyərli qaşların olub-olmaması, markası və sair) müəyyən edilmişdir. Beləliklə, qeyd edilən protokol və ona əlavə edilmiş müvafiq sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurladığı qızıl-zinət əşyalarından: bir ədəd üzərində kiçik ölçülü brilliant qaşları olan təxminən 9 qram çəkidə 750 əyarlı qızıl qadın üzüyü xx.xx.2023-cü il tarixdə 770 manat, bir ədəd təxminən 6-7 qram çəkidə 750 əyarlı qolbaq, bir ədəd üzərində “cartier” reklam yazısı olmaqla halqa şəklində qaşı olmayan 750 əyarlı qızıl üzüyü xx.xx.2023-cü il tarixdə ümumilikdə 870 manat, bir ədəd “Van Cleef’ markalı üzərində klon olan 750 əyarlı olmaqla təxminən 6-7 qram çəkidə qızıl boyunbağ, bir ədəd sadə 750 əyarlı olmaqla təxminən 3-4 qram çəkidə qızıl boyunbağı xx.xx.2023-cü il tarixdə ümumilikdə 1035 manat və bir cüt 750 əyarlı təxminən 9 qram çəkidə “chopard” markalı halqa şəklində qızıl sırğanı isə xx.xx.2023-cü il tarixdə dediyinə görə 900 manat müqabilində Şahid2 satmışdır (Cild 1, i.v. 63-67; 70-71;).
25. “Şübhəli şəxsin tutulması haqqında” 4 aprel 2024-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə saat 18:55-də müstəntiq X11 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1; i.v. 83;).
26. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 5 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham eyni zamanda qohumları tərəfindən bağlanmış müqavilə əsasında müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1; i.v. 102-103;).
27. “Üzləşdirmə” 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Balağa qızı isə Zərərçəkmiş şəxs dedikləri ilə qismən razı olduğunu, həmin qızıllardan bir ədəd “CHOPARD” markalı üzərində “chopard” reklam yazısı olan brilliant qaşlı əl şəklində klonla birlikdə qızıl boyunbağıdan başqa digərlərini oğurladığını, oğurladığı qızılları isə 4500-5000 manata satdığını, Nigarın onun oğurladığı qızılların qiymətini çox artıq yazdığını bildirmişdir (Cild 1, i.v. 115-120;).
28. “Üzləşdirmə” 5 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 121-125;).
29. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 aprel 2024-cü il tarixli, 4(004)-309/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib özünü qismən təqsirli bilərək barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir (Cild 1, i.v. 137-141;).
30. “Əşyanın götürülməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, müstəntiq X11 tərəfindən Şahid3 təqdim etdiyi malların alış aktının əsli iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1; i.v. 162;).
31. “Əşyaya (sənədə) baxış keçirilməsi və götürülməsi haqqında” 13 may 2024-cü il tarixli protokoldan, müvafiq ərizə və malların alış aktından görünür ki, Şahid3, Şahid4 və 2 nəfər hal şahidinin iştirakı ilə Şahid3 tərəfindən təqdim edilməklə götürülmüş, 1 vərəqdə malların alış aktının əslinə baxış keçirilən zaman aktın yuxarı hissəsində “Uzunalov Malxaz” VÖEN №********** alt hissəsində “Malların alış aktı” seriya HDR №094442 12 dekabr 2023-cü il tarixli Şahid4 və AA******* seriya nömrəsi, cədvəlin içərisində “1 (bir) ədəd üzük 3,4 qram çəkidə 220 AZN, öz malımdır, satıram, cavabdeh özüməm” və cədvəlin alt hissəsində Şahid4 və Şahid3 adları, soyadları və imzaları qeyd olunmuşdur. Baxışda iştirak edən Şahid4 və Şahid3 hər ikisi təsdiq edərək imzaları özləri çəkdiyini bildirmişdir. Şahid4 Təqsirləndirilən şəxs aldığı 1 (bir) ədəd üzüyü Şahid3 satdığını təsdiq etmişdir. Malların alış aktının əsli iş üçün sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarına əlavə edilmişdir. Götürmə aparılarkən texniki vasitələrdən istifadə edilməmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə düzəliş olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Beləliklə, baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 Təqsirləndirilən şəxs aldığı sonuncunun zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurladığı qızıl-zinət əşyalarından: bir ədəd üzərində bir ədəd iri ölçüdə və ətrafında kiçik ölçülü altı ədəd qaşları olan təxminən 3,4 qram çəkidə 750 əyarlı qızıl qadın üzüyünü xx.xx.2023-cü il tarixdə 220 manat müqabilində Şahid3 satmışdır (Cild 1, i.v. 160-161; 164-165;).
32. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 20 may 2024-cü il tarixli 1431 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda ittihamla razılaşaraq aşağıdakıları deyir “Maddi ehtiyacım olduğu üçün oğurluq etmişəm. Əməlimdən peşmanam”(Cild 1, i.v. 182-184;).
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə” 5 iyul 2024-cü il tarixli məlumat məktubundan görünür ki, ekspert qarşısında qoyulmuş sualın cavablandırılması üçün qərarda qeyd edilən qızıl-zinət əşyaları təqdim edilmədiyindən tədqiqat aparılması mümkün olmamışdır (Cild 189;).
34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 5 iyul 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 192-193;).
35. “İfadənin yerində yoxlanması haqqında” 5 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs 5 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi müdafiəçilərinin iştirakı ilə yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək təsvir etmiş, eyni zamanda qızıl-zinət əşyalarının bir qismini satdığı yeri – Bakı şəhəri “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında, yəni Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Gold Center” adlı ticarət mərkəzindəki qızıl dükanını göstərərək Zərərçəkmiş şəxs məxsus oğurladığı qızı-zinət əşyalarını həmin dükana satdığını bildirmişdir. Protokolda istintaq hərəkəti zamanı “Redmi” markalı mobil telefondan istifadə edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 1, i.v. 196- 200;).
36. Zərərçəkmiş şəxs 5 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, evində xadimə işləyən Təqsirləndirilən şəxs ona məxsus 76.300 (yetmiş altı min üç yüz) manat dəyərində qızıl-zinət əşyalarını oğurladığını, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyandan 3000 (üç min) manat pul ödəməklə ona dəymiş ziyandan 73.300 (yetmiş üç min üç yüz) manat məbləğində hissəsində qaldığını göstərərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (Cild 1, i.v. 201;).
37. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 5 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları alan Şahid2, Şahid4 və Şahid3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək məqsədilə cinayət işindən material ayrılması, istintaq zamanı Şahid2 tərəfindən təqdim edilməklə götürülmüş 11 noyabr 2023, 25 noyabr 2023 və 6 dekabr 2023-cü il tarixli alqı-satqı qəbzləri, 12 dekabr 2023-cü il tarixdə çəkilmiş fotoşəklin surəti, Şahid3 tərəfindən təqdim edilməklə götürülmüş 12 dekabr 2023-cü il tarixli malların alış aktı, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə götürülmüş üzərində “Cartier” reklam yazısı yazılmış “X04971” “B4051158” seriya nömrəli 1 (bir) ədəd sertifikat, üzərində “Van Cleef” reklam yazısı yazılmış “JB486384” “ARP4KLOO” seriya nömrəli 1 (bir) ədəd sertifikat və üzərində “CHOPARD” reklam yazısı yazılmış “797864-5003” seriya nömrəli 1 (bir) ədəd sertifikat olmaqla ümumilikdə 3 (üç) ədəd sertifikatın surəti iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 202-212;).
38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.A.Alıyev tərəfindən 11 iyul 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 iyul 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 223-233;).
39. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Balağa qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;)
40. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli məlumat məktubundan görünür ki, ekspert qarşısında qoyulmuş sualın cavablandırılması üçün qərarda qeyd edilən istifadədə olmuş brend qızıl zinətəşyalarının yerli internet saytlarında 2023-cü ilin noyabr-dekabr aylarına satışı və qiymətləri barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (Cild 2;).
41. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən və qızıl-zinət əşyalarının bir neçəsinin açıq internet resurslarında olan rəsmi-brendlərə məxsus internet saytlarından əldə olunmuş qiymət cədvəllərinə dair çıxarışlardan görünür ki, zərərçəkmiş şəxsin oğurlanmış qızıl-zinət əşyalarına dair bildirdikləri məbləğ cinayət törədilən tarixdə bazar qiymətlərinə uyğun olmaqla hətta bir sıra hallarda həmin tarixdəki bazar qiymətlərinə münasibətdə daha aşağıdır. Belə ki, zərərçəkmiş şəxsin bildirməsinə və verilmiş ittihama əsasən bir ədəd “BVLGARİ” markalı sarı rəngli (rose gold) üzərində 0,44 karat brilliant qaşları olan 750 əyarlı 20.000 (iyirmi min) manat dəyərində “Ref 356889” seriya nömrəli qızıl qadın üzüyü həmin brendin rəsmi internet səhifəsində 11000 Avro qiymətinə satışa təqdim edilmişdir ki, 1 avronun Azərbaycan manatına 2023-cü ilin noyabr-dekabr aylarında rəsmi məzənnəsinə (1 avro=1,85 manat) uyğunlaşdırıldıqda 11000 avronun 20350 manat olması müəyyən edilir. Eyni ilə zərərçəkmiş şəxsin bildirməsinə və verilmiş ittihama əsasən bir ədəd “Van Cleef’ markalı sarı rəngli (yellow gold) 750 əyarlı 6300 (altı min üç yüz) manat dəyərində üzərində qönçə şəkilli xüsusi şəkildə kəsilmiş formada klon olan “JB486384” “ARP4KLOO” seriya nömrəli qızıl qadın boyunbağı həmin brendin rəsmi internet səhifəsində 4100 Avro qiymətinə satışa təqdim edilmişdir ki, 1 avronun Azərbaycan manatına 2023-cü ilin noyabr-dekabr aylarında rəsmi məzənnəsinə (1 avro=1,85 manat) uyğunlaşdırıldıqda 4100 avronun 7585 manat olması müəyyən edilir (Cild 2;).
42. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və müvafiq şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 27 fevral 20024-cü il təvəllüdlü Şahid7, xx xxxx 2003-cü il təvəllüdlü X4 və xx xxxxxx 2002-ci il təvəllüdlü Şahid6 ibarətdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 177.3.2-ci maddəsinə əsasən CM-in 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş oğurluq əməlləri külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
49. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
50. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
51. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
52. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
53. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 177.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
54. CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını gizli olaraq talamada ifadə olunur. Bu cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə və tamah məqsədi ilə törədilə bilər. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir.
55. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (qərarın 7-ci bəndi). Həmin qərarın 18-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, “Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qeyd edilən qərarın 26-cı bəndinin 3-cü abzasına əsasən oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.
56. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cinayət əməlinin predmeti olan qızıl-zinət əşyalarının ibtidai istintaq orqanı tərəfindən şəxsiyyətləri müəyyən edilməsi mümkün olmayan müxtəlif şəxslər vasitəsilə realizə edilməsi ilə əlaqədar həmin predmetlər aşkar edilə bilinmədiyindən maddi sübut qismində tanınması və bununla əlaqədar müvafiq ekspertiza keçirilərək rəy alınması mümkün olmamışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş məlumatlar və oğurlanmış predmetlərin bir qisminə münasibətdə onların açıq internet resurslarından əldə edilmiş mötəbər qiymətləri ilə müqayisəli şəkildə tədqiq edildikdə (bax hökmün 41-ci bəndinə) zərərçəkmiş şəxsin oğurlanmış qızıl-zinət əşyalarının dəyərinə dair göstərdikləri həmin brend markalara məxsus qızıl-zinət əşyalarının dəyərinə münasibətdə (bazar qiymətlərinə münasibətdə) hətta ittihamda göstərilənlərdən daha aşağı olması nəzərə alınmaqla daha real hesab olunmalıdır. Eyni zamanda, xüsusilə nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxs ibtidai araşdırmanın ilkin mərhələsindən oğurlanmış qızıl-zinət əşyalarını ətraflı şəkildə təsvir etməklə səmimi olaraq onların qiymətini ərinin bildirdiyi kimi daha yuxarı məbləğdə deyil, məhz hazırkı ittihamda göstərilən məbləğlərdə olmasını qeyd etmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs özünə məxsus oğurlanmış qızıl-zinət əşyalarının dəyərini süni şəkildə daha yüksək göstərməyə cəhd etməmiş, həmin qızıl-zinət əşyalarına dair özündə olan məlumatları və müvafiq sənədləri ilk gündən ibtidai araşdırma orqanına təqdim etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən oğurlanmış predmetlərin - qızıl-zinət əşyalarının müəyyən edilmiş dəyərini mübahisələndirmək üçün hər hansı sübut müəyyən edilməmişdir.
57. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin, o cümlədən şahidlər Şahid2 və Şahid3 təkidlə zərərçəkmiş şəxsə məxsus qızıl-zinət əşyalarının dəyərinin ittihamda qeyd olunan məbləğlərdə deyil, daha aşağı dəyərə malik olması, habelə şahidlər Şahid2 və Şahid3 ucuz qiymətə aldıqları həmin qızıl-zinət əşyalarının guya deformasiya olunmuş vəziyyətdə olmaqla brend markalara məxsus olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları təsdiq edəcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla da həmin hal təsdiq olunmadığından həmin ifadələrə tənqidi yanaşılmalıdır. Eyni zamanda, məhkəmə şahidlər Şahid2 və Şahid3 aldıqları qızıl-zinət əşyalarının satış qiymətləri barədə demələrinə görə guya müvafiq qeydiyyat aparmamalarını, o cümlədən onlara satılan qızıl-zinət əşyalarının “əzilmiş”, “cızılmış”, “qaşları qopmuş”, “bahalı və brend markalara bənzəməməsi”, habelə həmin əşyaları dəfələrlə pisləməyə çalışmaqla ucuzlaşdırmağa yönələn cəhdlərini həmin şahidlərin gələcəkdə hər hansı məsuliyyətə cəlb olunmaqdan yayınmaq məqsədi ilə özünümüdafiəsi kimi qiymətləndirməklə onların ifadələrinə bir daha tənqidi yanaşılması qənaətinə gəlir.
58. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində Zərərçəkmiş şəxs məxsus bir ədəd “CHOPARD” markalı üzərində “chopard” reklam yazısı olan brilliant qaşlı əl şəklində klonla birlikdə qızıl boyunbağını oğurlamadığını, məhkəmə istintaqı zamanı isə həmçinin bir tayı olmayan “TİFFANY” markalı sarı rəngli “T” şəkilli qızıl sırğanı oğurlamadığını, ona verilmiş ittiham üzrə oğurladığı qızıl-zinət əşyalarının dəyərinin daha artıq məbləğdə qeyd olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
59. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəməyədək, o cümlədən məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması, üzləşmə protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
60. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
61. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
62. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
63. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
64. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
65. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
66. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
67. Məhkəmə CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (3000 manatın ödənilməsi), CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və 42 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
68. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
69. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
70. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
71. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
72. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
73. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 aprel 2024-cü il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə əvvəli 4 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
74. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəzaya hesablanmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 4 aprel 2024-cü il tarixdən hesablanmalıdır.
75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan Şahid2 tərəfindən təqdim edilməklə götürülmüş 11 noyabr 2023, 25 noyabr 2023 və 6 dekabr 2023-cü il tarixli alqısatqı qəbzləri, 12 dekabr 2023-cü il tarixdə çəkilmiş fotoşəklin surəti, Şahid3 tərəfindən təqdim edilməklə götürülmüş 12 dekabr 2023-cü il tarixli malların alış aktı, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə götürülmüş üzərində “Cartier” reklam yazısı yazılmış “X04971” “B4051158” seriya nömrəli 1 (bir) ədəd sertifikat, üzərində “Van Cleef” reklam yazısı yazılmış “JB486384” “ARP4KLOO” seriya nömrəli 1 (bir) ədəd sertifikat və üzərində “CHOPARD” reklam yazısı yazılmış “797864-5003” seriya nömrəli 1 (bir) ədəd sertifikat olmaqla ümumilikdə 3 (üç) ədəd sertifikatın surəti və 26 yanvar 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır.
76. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
77. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir.
78. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur.
79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 4 aprel 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Şahid2 tərəfindən təqdim edilməklə götürülmüş 11 noyabr 2023, 25 noyabr 2023 və 6 dekabr 2023-cü il tarixli alqı-satqı qəbzləri, 12 dekabr 2023-cü il tarixdə çəkilmiş fotoşəklin surəti, Şahid3 tərəfindən təqdim edilməklə götürülmüş 12 dekabr 2023-cü il tarixli malların alış aktı, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə götürülmüş üzərində “Cartier” reklam yazısı yazılmış “X04971” “B4051158” seriya nömrəli 1 (bir) ədəd sertifikat, üzərində “Van Cleef” reklam yazısı yazılmış “JB486384” “ARP4KLOO” seriya nömrəli 1 (bir) ədəd sertifikat və üzərində “CHOPARD” reklam yazısı yazılmış “797864-5003” seriya nömrəli 1 (bir) ədəd sertifikat olmaqla ümumilikdə 3 (üç) ədəd sertifikatın surəti və 1 (bir) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.