Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-432/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən külli miqdarda təmiz çəkiləri 2035 qram və 2680 qram eyni tərkibli olmaqla ümumi çəkisi 4715 qram (4 kiloqram 715 qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla 29 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, YYS-də adsız mərasim evinin arxasına kimi daşımış, həmin gün orada saat 22:14-də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində piyada hərəkət edən zaman sağ əlində saxladığı 01 (bir) ədəd üzərində iki qırmızı rəngli bütöv xətt olan qara rəngli çanta ilə birlikdə saxlanılaraq, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və 30 mart 2024-cü il tarixdə, saat 00:50-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 (bir) ədəd üzərində iki qırmızı rəngli bütöv xətt olan qara rəngli çantanın içərisindən 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünün içərisindən külli miqdarda təmiz çəkiləri 2035 qram və 2680 qram eyni tərkibli olmaqla ümumi çəkisi 4715 qram (4 kiloqram 715 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxlamaqla daşıma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilir ki, güya ondan müəyyən narkotik vasitələr aşkar edilmiş və o, həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmişdir. Bu, tamamilə yalandır, ondan narkotik vasitə aşkar olunmamışdır. O, hadisə günü, yəni 29 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı yerə həqiqətən də narkotik vasitə götürmək üçün getmişdir, o, 2 kiloqram 500 qram narkotik vasitə götürməli imiş. Lakin, o, həmin yerdən heç bir narkotik vasitə götürməmiş, nə də orada narkotik vasitə axtarmamışdır. O, narkotik vasitələri götürmədən geri qayıdan zaman axşam vaxtı idi. Həmin vaxt o, 5-10 nəfərin əllərində dəyənəklə gəldiyini görmüşdür. O, kənddə nəsə hadisə olduğunu fikirləşmişdir. Həmin şəxslər ona yaxınlaşıb polis idarəsinə aparmışlar. Orada narkotik vasitəni təqdim edib ona bildirmişlər ki, “bu, sənindir”. Polis əməkdaşları onu saxlayıb Bakı şəhər Xəzər rayon Polis İdarəsinə apardıqdan sonra orada üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona psixoloji təzyiqlər göstərmişlər. Ona polis əməkdaşları fiziki təzyiq göstərmək istəyən zaman o, məcbur qalıb nakotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitələri götürməyə getməzdən əvvəl özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə telefonla əlaqə saxlamışdır. O, həmin şəxslə əvvəllər bir neçə dəfə danışmışdır. O, həmin şəxslə əvvəllər bir neçə dəfə danışsa da, əvvəllər həmin şəxsdən narkotik vasitə götürməmişdir. O, həmin şəxsdən onun nömrəsini necə tapdığını soruşmamışdır. O özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana istifadə edirmiş. O, saxlanılmamışdan əvvəl narkotik vasitəni götürməyə gedən zaman düşünmüşdür ki, narkotik vasitənin çəkisi 2 kiloqram 500 qram olacaq. Həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə əldə etmək istəyirmiş. Telefonla danışdığı həmin İran vətəndaşı bildirmişdir ki, ona göndərdiyi həmin narkotik vasitəni götürsün və İran vətəndaşının dediyi məkanlara qoysun. Lakin onun fikri həmin narkotik vasitəni götürüb öz şəxsi istifadəsi üçün istifadə etmək imiş. Həmin gün sonradan onun fikri tamamilə dəyişmiş və narkotik vasitəni götürmədən evə qayıtmaq istəmişdir. O, narkotik vasitəni götürəcəyi əraziyə dostu ilə birgə taksi ilə getmişdir. O, dostuna işi olduğunu və onunla gəlməsini bildirmişdir. Taksidən düşəndən sonra narkotik vasitə axtarmamışdır. O, taksidən aralanıb təbii ehtiyacını ödəmək üçün hasarın dibinə keçən zaman görmüşdür ki, polislər üzərinə gəlir. Dostu ondan həmin əraziyə niyə getdiyini və orada nə axtardığını soruşmamışdır. Dostu narkotik vasitə istifadə etmir. İttihamda göstərilən narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun bədənində olan köhnə çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 mart 2024-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 30 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, **********42257 və **********42257 imei kodlu “Samsung Galaxy A52” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrəsi onun istifadəsindədir. 29 mart 2024-cü il tarixdə, saat təxminən 18 radələrində yaşadığı evdə olarkən anket məlumatlarını bilmədiyi, adını “Hadi” bildiyi İran İslam Respublikasının vətəndaşı onun istifadə etdiyi ***-***-**-** mobil telefonunun “vatsap” proqramı ilə onunla danışaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində 01 ədəd çanta qoyacağını bildirmişdir və ondan həmin çantanı götürüb dediyi yerə aparmasını xahiş etmişdir. Buna görə müəyyən məbləğdə pul təklif edəcəyini bildirmiş, lakin konkret nə qədər pul verəcəyini deməmişdir. O, “Hadi” adlı şəxslə razılaşmışdır. Dostu və onunla qonşu qəsəbədə yaşayan Şahid1 xahiş etmişdir ki, onunla birlikdə yol yoldaşı kimi Qala qəsəbəsi ərazisinə getsin. Dostu Şahid1 narkotik vasitə əldə edəcəyi barədə heç bir məlumat verməmişdir. Bu zaman dostu Şahid1la yaşadıqları qəsəbədən çıxaraq 1 manatlıq taksilər ilə Koroğlu metrostansiyasının qarşısına gəlmişlər, orada İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs ona çantanın olduğu yerin ünvanını vatsap nömrəsinə göndərmiş və o, mobil telefonu ilə “Yango” proqramına daxil olaraq taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra sifariş etdiyi taksi, yəni “Honda” markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobil onlara tərəf yaxınlaşmış və onlar həmin avtomobilə əyləşərək qeyd olunan ünvana gəlmişlər. Qeyd olunan ünvan Qala qəsəbəsi ərazisi idi. Taksi sürücüsü onun narkotik vasitə üçün qeyd olunan ünvana gəlməyindən heç bir məlumatı olmamış və gediş haqqını aldıqdan sonra oranı tərk etmişdir. O, avtomobildən düşüb deyilən yerə gedib 01 ədəd qara rəngli çantanı əlinə götürən zaman ani olaraq polis əməkdaşlarının onlara tərəf yaxınlaşmasını görmüşdür və polis əməkdaşları özlərini təqdim edərək dostu Tural ilə birlikdə onları narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. O və dostu Tural polis əməkdaşları ilə birlikdə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə gəlmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Ona təqdim olunmuş vəkillərin siyahısından növbətçi vəkil X3 dövlət vəsaiti hesabına hüquqlarının müdafiəsi üçün seçmişdir. Vəkil Fərman Cəfərov Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə gələrək ona təqdim olunmuş və vəkilin iştirakı ilə şəxsi axarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl bu barədə qərarla tanış edilərək ona əlində, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, sağ əlində olan 01 (bir) ədəd üzərində 2 qırmızı rəngli bütöv xətt olan qara rəngli çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar ot kütləsini çıxarıb təqdim edib masanın üzərinə qoyaraq, həmin narkotik vasitənin adının “nəşə”, yəni marixuana olduğunu bildirərək İran İslam Respublikasının vətəndaşı olan adının “Hadi” olduğunu bildiyi şəxsin ona göndərdiyi, yəni faktiki olaraq ona məxsus əlində olan həmin narkotik vasitəni 29 mart 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində adsız mərasim evinin arxa tərəfində yerdən götürərək kuryer kimi tanımadığı digər şəxsə onun tərəfindən müəyyən məbləğdə pul müqabilində çatdırılması üçün üzərində daşımağını bildirmişdir. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibinə qoyduğu 01 ədəd qara rəngli “Samsung A52” markalı mobil telefonu masanın üzərinə qoyaraq həmin mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Onun təqdim etdiyi 01 (bir) ədəd üzərində 2 qırmızı rəngli bütöv xətt olan çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülüyə baxış keçirilərkən içərisində marixuanaya bənzər spesifik iyə malik ot kütləsi olması müəyyən edilmişdir. Hər iki sellofan torbanın üzərində ağ kağızın üzərinə böyük “G” hərfi yazılmışdır. Onun təqdim etdiyi 01 (bir) ədəd üzərində 2 qırmızı rəngli bütöv xətt olan çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülüdəki kütlə və 01 (bir) ədəd “Samsung A52” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb, möhürlənərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.39-41, 93-95) . Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələrini polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin rəisi vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına və saxlanılan günü Qala qəsəbəsi ərazisində gəlib narkotik vasitəni götürməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəflərindən raport tərtib olunmuş, rəhbərliyə məruzə edilmiş və idarə rəhbərliyinin əmri əsasında doqquz nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Saat təxminən 21 radələrində onlar əməliyyat məlumatında qeyd olunan əraziyə çıxmışlar. Onlar həmin ərazidə iki nəfərin yaxınlaşdığını görmüşlər. Lakin onlarda olan məlumata görə həmin şəxs tək olmalı imiş. Orada darvazası olmayan açıq torpaq sahəsində yarım tikili hasar var idi. Həmin vaxt sonradan adını bildiyi Tural adlı şəxs hasardan çöldə qalmış, Təqsirləndirilən şəxs isə içəri keçmişdir. Təqsirləndirilən şəxs daha sonra içəridən çanta götürüb çıxmışdır. Həmin şəxslər hadisə yerindən uzaqlaşmaq istəyəndə onlar yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olmuş əsaslı məlumatla bağlı saxlanıldıqları bildirilmişdir. Çantanın içərisində nə olduğunu və oraya gəlməkdə məqsədlərinin nə olduğunu soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, çantanın içərisindəki narkotik vasitə olan marixuanadır. Həmçinin yanındakı şəxsin bu işə aidiyyəti olmadığını, sadəcə olaraq həmin şəxsi yoldaş kimi özü ilə gətirdiyini bildirmişdir. Həmin Tural adlı şəxsin davranışından da hiss olunurdu ki, bu işə aidiyyəti yoxdur. Daha sonra onlar həmin şəxsi Xəzər Rayon Polis İdarəsinə aparmışlar və orada üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki çantanın içərisindən iki ədəd qara sellofan torba aşkar olunmuşdur. Həmin bükümlərin içərisində marixuanaya bənzər spesifik iyi olan ot kütləsi aşkarlanmışdır. Təqsirləndirilən şəxs orada da bildirmişdir ki, həmin ot kütləsi narkotik vasitə olan marixuanadır və sosial şəbəkədə tanış olduğu Hadi adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında narkotik vasitəni həmin ərazidən götürüb digər əraziyə yerləşdirməli imiş, bunun müqabilində həmin İran İslam Respublikasının vətəndaşının ona pul verməli imiş. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs həmin yarım tikilinin hasarından içəri keçmiş və içəridən əlində çanta ilə çıxmışdır. Xatırladığı qədər çantanın üzərində iki bütöv xətt var idi. Həmin vaxt Təqsirləndirilən şəxs çantanın içərisində nə olması haqqında sual verilən zaman sonuncu bildirmişdir ki, çantanın içərisində narkotik vasitə olan marixuana var. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı psixoloji və ya digər təzyiqlərə məruz qalması barədə ifadəsində bildirdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və ya fiziki təzyiqlər olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin X1 rəisi vəzifəsində işləyir. Əli adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olduqdan sonra, məlumatda adı keçən əraziyə getmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özü çantanın içərisində onda narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürdüyünü və pul müqabilində harasa qoyacağını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı nə psixoloji, nə fiziki təzyiqlər olmamışdır. İbtidai istintaq zamanı hadisənin üzərindən daha az vaxt keçdiyinə görə verdiyi təfərrüatli ifadələrini təsdiq etdiyini bildirir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə Xəzər rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Cinayət Axtarış Bölməsinin rəisi Şahid2 olmuşdur. Əməliyyat məlumatı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair idi. Daha sonra onlar Qala qəsəbəsi ərazisində əməliyyat tədbiri keçirən zaman müşahidə etmişlər ki, həmin ərazidə adsız mərasim evinin arxasında olan yarımtikiliyə iki nəfər şəxs yaxınlaşmışlar. Həmin şəxslərdən biri çöldə gözləmiş, digəri isə içəri keçmiş, sonra əlində çanta ilə çıxmışdır. Onlar həmin şəxsi saxlamışlar, özlərini təqdim edərək həmin iki nəfər şəxsi polis idarəsinə dəvət etmişlər. İdarədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan iki büküm qara sellofana bükülmüş narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs suallara cavab verən zaman həmin maddələri İran İslam Respublikasının vətədaşından satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlər göstərilməmişdir. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Həsən oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat məlumatı ilə əlaqədar onlar həmin tarixdə Qala qəsəbəsi ərazisində adsız mərasim evinin arxasında yerləşən yarımtikilidə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs saxlayıb, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus çantada iki ədəd qara sollefan torbaya bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlərə yol verilməmişdir. Eyni zamanda ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar axşam saatlarında Qala qəsəbəsi ərazisində yarımtikili sahədən Təqsirləndirilən şəxs adlı şəxs çıxan zaman saxlayıb əlindəki çantanın içərisində nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs çantanın içərisində narkotik vasitə olan marixuana oldğunu bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə aparıb təhvil vermişlər. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əli Təqsirləndirilən şəxsndəki çantadan aşkar edilmiş narkotik vasitəyə bənzər maddənin özünə məxsus olduğunu bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8 Heydər oğlu, Şahid10 eyni məzmunlu ifadə verərək şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 Həsən oğlunun və Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Hadisə günü, yəni 29 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onunla birlikdə Bakı şəhəri, Qala qəsəbəsinə getsin. Onlar həmin yerə çatdıqdan sonra, Təqsirləndirilən şəxs ona təbii ehtiyacını ödəyib qayıdacağını bildirmişdir. Bu zaman təxminən 10 nəfər polis əməkdaşının onlara yaxınlaşdığını görmüşdür. Həmin vaxt o, Əlidən aralıda dayanmışdır. Onları Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə aparmışlar. Orada ayrı-ayrı otaqlarda onların üzərinə şəxsi axtarış keçirilmişdir və üzərlərindən heç nə çıxmamışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə həmkəndlidir, həmçinin onların uzaq qohumluq münasibətləri də var. O, Təqsirləndirilən şəxslə dostdur. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayır. O, polis əməkdaşları tərəfindən saxlanıldıqları yeri tanımır. Hadisə günü Təqsirləndirilən şəxs ona sadəcə bildirmişdir ki, birlikdə Bakı şəhəri, Qala qəsəbəsinə gedib qayıtsınlar. O, Təqsirləndirilən şəxs həmin yerə nə məqsədlə getdiklərini soruşmamışdır. Onlar həmin əraziyə taksi ilə getmişlər. Taksinin pulunu Əli vermişdir. Polis İdarəsində polis əməkdaşları ona bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu bildirmiş və burada ona aidiyyəti olan bir şey yoxdur. O isə nəyin Əliyə məxsus olduğunu soruşmuşdur. Daha sonra digər otağa keçəndə görmüşdür ki, stolda çanta var. Polis əməkdaşları həmin çantanın Əliyə məxsus olduğunu bildirmişlər. O, Əlinin əlində nə hadisə yerinə getdikləri zaman, nə polis əməkdaşları Əliyə yaxınlaşdığı zaman, nə də daha sonra çanta görməmişdir. O, çantanı yalnız Polis İdarəsində görmüşdür. Məhkəmə baxışı zamanı Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı 30 mart 2024-cü il tarixdə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, narkotik vasitə qəbul etmir. 29 mart 2024-cü il tarixdə, saat təxminən 18 radələrində yaşadığı evdə olarkən qonşu qəsəbədə yaşayan dostu Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, yol yoldaşı olaraq onunla birlikdə Bakı şəhəri, Qala qəsəbəsinə getsin. Dostu Təqsirləndirilən şəxs Qala qəsəbəsinə nə üçün getməsi barədə ona məlumat verməmişdir. O, razılaşıb birlikdə Corat qəsəbəsindən birbaşa bir manatlıq taksi ilə Koroğlu metrosunun qarşısına getmişdir. Oradan telefonla taksi sifariş edib dostu Təqsirləndirilən şəxs dediyi ünvana getmişlər. Taksi onları düşürtdükdən sonra geri qayıtmışdır. Həmin vaxt dostu Təqsirləndirilən şəxs sanitar qovşağına getmiş, o isə gəzərək orada yaxınlıqda olan mərasim evinə tərəf getmişdir. Daha sonra çoxsaylı adamların toplaşdığını görüb geri qayıdan zaman mülki formada polis əməkdaşlarının Əlini saxladıqlarını görmüşdür. Həmin vaxt dostu Əlinin əlində bir ədəd qara rəngli çanta var idi. Çantanın içərisində nə olmasını bilmirmiş. O, Əlinin əlində olan çanta barədə Əlidən heç bir söz soruşmamışdır. Polis əməkdaşları Əli ilə birlikdə onları narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə Xəzər RPİ-yə dəvət etmişlər. Onlar Xəzər RPİ-yə getmişlər. Polis idarəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Ona dövlət hesabına hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl qərarla tanış edilərək əlində, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra əlində, üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamışdır. Əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu masanın üzərinə qoyaraq özünə məxsus olmasını bildirmişdir. Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan ziddiyyətli hallara münasibət bildirməsi Şahid1 təklif edilərkən o, məhkəmə iclasında elan olunmuş ifadəsi ilə bağlı göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin həmin ifadənin “polis əməkdaşları Əliyə yaxınlaşan zaman Əlinin əlində çanta olması” ilə bağlı hissəsini təsdiq etmir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlər olmasının şahidi olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin rəisinin 29 mart 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.3). _30 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 30 mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan 01 (bir) ədəd üzərində iki qırmızı rəngli bütöv xətt olan qara rəngli çantanın içərisində olan 02 (iki) ədəd qara rəngli sellofan torbaya bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar ot kütləsini və 01 ədəd qara rəngli “Samsung A52” markalı mobil telefonu çıxarıb təqdim etmiş, həmin maddələrin narkotik vasitə “nəşə” kimi tanıdığı marixuana olduğunu bildirərək həmin çantanı və çantanın içərisində olan 2 ədəd bükülünü İran İslam Respublikasının vətəndaşı olan adını “Hadi” kimi bildiyi şəxsin ona göndərdiyini, həmin narkotik vasitəni 29 mart 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində adsız mərasim evinin arxa tərəfində yerdən götürərək kuryer kimi tanımadığı digər şəxsə müəyyən məbləğdə pul müqabilində çatdırılması üçün üzərində daşımasını bildirmişdir (iş vərəqə: cild İ, səh.36-38, 102). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2024-cü il tarixli, 3-16-16/2-7/507 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “imza Təqsirləndirilən şəxs...” sözləri yazılmış qara rəngli çantada yapışqan lentlə bağlanmış iki ədəd qara rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2035 qram və 2680 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 4715 qramdır (4 kiloqram 715 qram). Tədqiqata təqdim olunmuş iki ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.73-76). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.147-148). _mobil telefona baxış istintaq hərəkətinin əks olunduğu diskə “baxış barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus **********42257 və **********42257 imei kodlu “Samsung Galaxy A52” markalı mobil telefona baxış zamanı mobil telefonun whatsapp mobil tətbiqinə və kontaktlarına baxış keçirilərkən whatsapp mobil tətbiqində Təqsirləndirilən şəxs Hadi adlı şəxslə danışıqları müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.139). _08 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 4714,8 qram narkotik maddə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca təhvil verilmişdir, bundan başqa üç ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Şahid1 barəsində cinayət təqibinə xitam verilmişdir (iş vərəqə: cild İ, səh.161-171). _30 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı vaxdan, yəni 29 mart 2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (iş vərəqə: cild İ, səh.18-19). _Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.100-102). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunub və onun sonuncu məhkumluğundan başqa əvvəlki digər məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Həmin tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 13 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.112-113, 150-160). _Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş mobil telefona “baxış keçirilməsi” istintaq hərəkətinin əks olunduğu disk nümayiş etdirilərkən Təqsirləndirilən şəxs məxsus **********42257 və **********42257 imei kodlu “Samsung Galaxy A52” markalı mobil telefonun whatsapp mobil tətbiqində adını “Hadi” kimi qeyd etdiyi şəxslə danışıqlarının olması, həmin şəxsə aid +98 905 143 4671 saylı mobil nömrədən Təqsirləndirilən şəxs narkotik vasitəni götürəcəyi yerin fotoşəklinin göndərildiyi, fotoşəkildən sonra “Mərasim evi yazılan yerdən girirsən məhlənin içinə, 20 metr qabaqda yolun sağında qaz turbası var, yekə hərflərlə zibil atma sözü ilə üzbəüz boş həyət var, gir həyətə, sol tərəfdə taxtaların üstündədir, götürüb çıxanda mənə xəbər elə” məzmununda mesaj göndərildiyi, bundan başqa “Salam əmi oglu, neylədin o 4 kilo nəyşəni götürdün? Mənə bir cavab ver” məzmunlu mesaj göndərildiyi aşkar edilmişdir. Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxlamaqla daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4 kiloqram 715 qram çəkidə “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin nəinki xeyli, hətta külli miqdar həddindən də dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Polis İdarəsində onun üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs olan çantanın içərisində 02 (iki) ədəd sellofan torbaya bükülmüş 4715 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin vaxt sorğu-sual zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin ona göndərdiyini və müəyyən məbləğdə pul müqabilində başqa şəxsə çatdırılması üçün üzərində daşımasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən hadisə günü həqiqətən də narkotik vasitə götürmək üçün getdiyini, götürmək istədiyi narkotik vasitənin çəkisinin 2 kiloqram 500 qram olmalı olduğunu bildirsə də, o, həmin yerdən heç bir narkotik vasitə götürmədiyini, narkotik vasitələri götürmədən geri qayıtdığını, şəxsi axtarış zamanı ondan heç bir narkotik vasitənin aşkar edilmədiyini, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyini, polis əməkdaşlarının ona psixoloji təzyiqlər göstərdiyindən, həmçinin ona fiziki təzyiq göstərmək istəyən zaman məcbur qalıb nakotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Əvvəla qeyd edilməlidir ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilərkən sorğusual zamanı, sonra verdiyi izahatında və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində o, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və adını “Hadi” kimi bildiyi şəxsin onun istifadə etdiyi ***-***-**-** mobil telefonuna “vatsap” proqramı vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində 01 ədəd çanta qoyacağını bildirdiyini, ondan həmin çantanı götürüb dediyi yerə aparmasını və bunun müqabilində ona müəyyən məbləğdə pul təklif edəcəyini, sonra isə iranlı şəxsin dediyi yerə gedib içərisində narkotik vasitələr olan çantanı götürüb gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş (iş vərəqə: cild İ, səh. 36-38, 39-41, 93-95), o, həmin ifadələrində ona polis əməkdaşları tərəfindən heç bir təsir, təzyiq və ya hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ibtidai istintaq yekunlaşarkən və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən bu barədə protokolu imza etməkdən imtina etsə də, bunun heç bir səbəbini göstərməmiş, həmçinin ona qarşı hansısa qanunsuz hərəkətlərə yol verilməsi barədə hər hansı bir halı göstərməmişdir (iş vərəqə: cild İ, səh.174). Bununla əlaqədar həmçinin məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından təqsirləndirilən şəxsin barəsində tibbi kitabça əldə edilərək məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Təqsirləndirilən şəxsin barəsində tibbi kitabçanın tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçada göstərilmiş sol said, sağ əlin ön səthində, sol diz nahiyədə, sağ ayağın ön səthində köhnə çapıq toxumaları ilə bağlı məhkəmədə Təqsirləndirilən şəxs sual verilərkən bildirmişdir ki, həmin köhnə çapıq toxumalarının hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur və ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmişdir. Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olunarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş 21 oktyabr 2024-cü il tarixli məktubdan, həmçinin “X4 saxlanılan şəxslər barədə tibbi müayinənin keçirilməsinə dair kitab”ın müvafiq səhifəsindən görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onda hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəni məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən və bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı onun təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsini mötəbər sübut növü hesab edərkən işin göstərilən faktiki hallarının cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş və ona məxsus olan “Samsung Galaxy A52” markalı mobil telefonun whatsapp mobil tətbiqində “Hadi” kimi qeyd edilmiş +98 905 143 4671 saylı mobil nömrədən Təqsirləndirilən şəxs narkotik vasitəni götürəcəyi yerin fotoşəklinin, həmin şəxsin narkotik vasitəni yerləşdirdiyi yerin ətraflı izahı barədə mesajın göndərməsini, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə bağlı onların arasında mesaj mətnlərinin müəyyən edilməsi kimi işin hallarını da nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi istintaq hərəkətinin əks olunduğu disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A52” markalı mobil telefonun whatsapp mobil tətbiqində adını “Hadi” kimi qeyd etdiyi şəxslə danışıqlarının olması, həmin şəxsə aid +98 905 143 4671 saylı mobil nömrədən Təqsirləndirilən şəxs narkotik vasitəni götürəcəyi yerin fotoşəklinin göndərildiyi, fotoşəkildən sonra “Mərasim evi yazılan yerdən girirsən məhlənin içinə, 20 metr qabaqda yolun sağında qaz turbası var, yekə hərflərlə zibil atma sözü ilə üzbəüz boş həyət var, gir həyətə, sol tərəfdə taxtaların üstündədir, götürüb çıxanda mənə xəbər elə” məzmununda mesaj göndərildiyi, bundan başqa “Salam əmi oglu, neylədin o 4 kilo nəyşəni götürdün? Mənə bir cavab ver” məzmunlu mesaj göndərildiyi aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Beləliklə də, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın xeyli və külli miqdar həddindən dəfələrlə artıq miqdarda olması, habelə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin narkotik vasitəni götürüb pul qarşılığında başqa şəxsə verməsi üçün daşıması ilə bağlı əvvəlcədən razılıq əldə edilməsinə dair etirafedici ifadələr verməsi və onun həmin ifadələrini təsdiq edən telefonundan yuxarıda göstərilən mesajların aşkar edilməsi kimi işin faktiki halları, cinayət işinə aid yuxarıda göstərilmiş mötəbər sübutlarla birlikdə bir-biri ilə vəhdət təşkil edib elan edilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində ondan heç bir narkotik vasitənin aşkar edilməməsi, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilməsi kimi bildirdiyi inkaredici hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntüsünün əks olunduğu disk, həmin diskə baxış protokolu, təqsirləndirilən şəxsdən aşkar edilmiş telefona baxış keçirilməsinə dair istintaq hərəkətinin protokolu, həmin istintaq hərəkətinin əks olunduğu disk, maddi sübutlar, ekspert rəyi, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün ittiham olunduğu cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi dəlillər cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırılaraq heç bir faktla öz təsdiqini tapmamış, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsinə dair göstərilən mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə eyni zamanda Şahid1 həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdiyi ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Şahid1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş, hadisə vaxtı həqiqətən də Təqsirləndirilən şəxs əlində bir ədəd qara rəngli çanta olduğunu bildirmişdir. Lakin Şahid1 məhkəmə baxışında Təqsirləndirilən şəxs əlində nə hadisə yerinə getdikləri zaman, nə polis əməkdaşları yaxınlaşan zaman, nə də daha sonra çanta görmədiyini, çantanı yalnız Polis İdarəsində gördüyünü bildirmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Şahid1 ifadəsindən göründüyü kimi, o, Təqsirləndirilən şəxslə yaxın münasibətləri olmaqla sonuncunun dostu, həmçinin həmkəndlisidir, eyni zamanda onların uzaq qohumluq münasibətlərinin olduğunu bildirmişdir. Şahid1 hadisə zamanı Təqsirləndirilən şəxs əlində çanta görmədiyinə dair ifadə verməsi açıq məhkəmə baxışında və bütün cinayət prosesi tərəflərinin, həmçinin təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin əleyhinə ifadə verməməsi həmin şahidin təqsirləndirilən Təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaqla cinayət işinin nəticəsində maraqlı olması və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən açıq məhkəmə iclasında bu cür ifadə verməsinin göstərilən halla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidin məhkəmədə ifadəsində göstərdiyi qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun məhkəmədə verdiyi həmin ifadəsini sübut növü kimi qəbul etmir, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut növü kimi qəbul edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edilməlidir ki, onun sonuncu məhkumluğundan başqa, əvvəlki digər məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Onun sonuncu məhkumluğu, yəni Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 13 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanı çəkib qurtardığı 13 avqust 2022-ci il tarixdən altı il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Odur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi onun əməlində cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin təhlükəli residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən cinayətlərin təhlükəli residivinə görə cəza təyin etmənin prinsipləri və digər hallarla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayətə görə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzası çəkməsinə baxmayaraq, yenidən eyni xarakterli cinayət törətməsi kimi işin halını da nəzərə alır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 29 mart 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3418 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 4714,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 4714,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-432/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-432/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver