Məhkəmə qərarları › İş №1(101)-433/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-433/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-433/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Firuddin oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə xx xxxxx 2016-cı il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi dalan 3də ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli xuliqanlıq hərəkətləri edərək həmin küçədən keçən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Firudin oğlunu heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradıb nalayiq sözlərlə söyüş söymüş və üzərində olan, silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs2 sağ bud nahiyəsindən 3 dəfə zərbə endirməklə ona sol sarğıda, sol budda deşilmiş - kəsilmiş yarasından ibarət xəsarət yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa o, xx xxxx 2017-ci il tarixdə saat 20 radələrində adı istintaqa «Elnur» kimi məlum olan şəxslə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yüngül dərəcəli sərxoş vəziyyətində Bakı Metropolitenin “Qara Qarayev” stansiyası yaxınlığından Əmircan qəsəbəsi istiqamətində hərəkət edən «Daewoo» markalı **- XS-*** dövlət nömrə nişanlı 113 saylı marşurut avtobusunun son dayanacağında, yəni Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, 30 saylı ünvanın qarşısında saxlanılmış avtobusun içərisində sürücü Zərərçəkmiş şəxs3 bıçağı silah qismində istifadə etməklə, ona xəsarət yetirəcəyi ilə hədələyərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, sağ gicgah-çənə oynağı nahiyəsinin qançırı, sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdikdən sonra avtobusun ön hissəsində olan 80 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 80 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən quldurluq, yəni silah tətbiq edilməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində ünvan 3 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs1 dayanıb marşrut avtobusunu gözləməsini görüb, üzərində olan bıçağı silah qismində istifadə etməklə ona xəsarət yetirəcəyi ilə hədələyərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək bıçağı Zərərçəkmiş şəxs1 qarın boşluğuna dirəyib sonuncuya məxsus 280 manat dəyərində olan bir ədəd “Samsung” markalı A30 modelli mobil telefon aparatını ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər hərbi cinayətə görə Tərtər hərbi məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuşdur. xx xxxxx 2016cı il tarixdə saat 20 radələrində yaşadığı evdə yemək yemiş və spirtli içki qəbul etmişdir. Sonra evdən çıxıb qohumu Günel adlı qadını qarşılamış, avtobusla yaşadığı evə yola salmaq üçün yaxınlıqda yerləşən marketin yanına getmişdir. O, Güneli yola salıb evə gələn zaman bir nəfər tanımadığı orta yaşlı şəxs ona “Ehtiram sənsən” deyə soruşmuşdur. O da həmin şəxsə Ehtiram olduğunu bildirib onun kim olduğunu soruşmuşdur. Həmin şəxs də Zərərçəkmiş şəxs2 olduğunu deyib, Telman “mən sizin döydüyünüz Rafətin qohumuyam” ifadələrini işlətmişdir. O, Telmana Rafət adlı şəxsi tanımadığını demiş bu zaman Telman heç bir səbəb olmadan onun ünvanına söyüşlər söymüş və əlində olan plasmas butulkanı ona atmışdır. O da Özünü qorumaq üçün kənara çəkilmiş, butulka ona dəyməmiş, sonra Telman onun üzərinə gələrək bir dəfə yumruqla onun üz nahiyəsindən vurmuşdur. O da Telmanı bir dəfə təpiklə vurmuş, lakin Telmana gücünün çatmayacağını görüb butulka ilə bir dəfə Telmanın sağ ayağından vurmuşdur. Bu zaman Rafət, onun qardaşı və atası onun üzərinə gələrək onu yerə yıxaraq döymüş, sonra həmin şəxslər onun yerə yıxılmağını görüb oradan uzaqlaşıb getmişlər. Bundan sonra o, yerdən qalxıb yenidən üzünü yumuş, piyada yaşadığı evə getmiş, evə çatanda bir nəfər tanımadığı, lakin adını orada öyrəndiyi Elvin adlı şəxsin həyətdə dayandığını görmüşdür. O, Elvindən onu dərman alması üçün aptekə aparmasını xahiş etmiş, Elvin də özünə məxsus avtomobillə onu aptekə aparmış və oradan dərman almışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 113 saylı sərnişin avtobusunun sürücüsü kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, lakin Zərərçəkmiş şəxs3 bir dəfə xərcləmək üçün pul almışdır. O, xx xxxx 2017-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə, yəni Əmircan qəsəbəsi, T.Bağırov küçəsi dalan 2 ev 16 ünvanının yaxınlığında olarkən Elnur adlı tanışı ilə Şahmarın 113 saylı sərnişin avtobusunun içində mübahisə etmələrini görmüşdür. Elnurun və Şahmarın yanında tanımadığı bir neçə nəfər şəxslər olmuş, o 113 saylı sərnişin avtobusuna əyləşmiş, avtobusun içərisində Şahlarla Elnurun qarşılıqlı olaraq biri-birilərinin paltarlarından tutaraq sözlə mübahisə etdiklərini görmüşdür. O, Şahlarla Elnura həmin yerdə mübahisə etməmələrini bildirmiş, Şahlar söyüş söydüyü üçün Şahları bir dəfə əlilə vurmuşdur. Bu zaman arxasında dayanan 8 saylı sərnişin avtobusunun sürücüsü saçı tökülmüş bir nəfər şəxs yumruqla arxadan onun başının arxasından vurmuşdur. O, Zərərçəkmiş şəxs3 üzərinə bıçaq çıxarmamış, ondan pul tələb etməmişdir. xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində o, yaşadığı evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yerləşən qəbiristanlığın yanında olan 113 saylı avtobus dayanacağının axırıncı duracağına getməyə başlamışdır. Həmin yerə gedən zaman üzərində adətən gəzdirdiyi qara dəstəkli tiyəsinin üzərində butulka açmaq üçün yeri olan bıçağı götürüb sağ tərəfdən şalvarının arxa hissəsinə kəmərinin altına qoymuşdur. Orada qəbiristanlığın qarşısında tək təxminən 5-10 dəqiqə durduqdan sonra görmüşdür ki, Əli adlı şəxs bir nəfər qızla gəlib orada dayanıbdır. Həmin qızı o tanımış, həmin qız onların qonşuluğunda yaşayan Nərgiz adlı qız olmuşdur. O, həmin şəxslərə bir qədər baxmış, onların birlikdə onun yaşadığı küçəyə tərəf getmələrini görmüşdür. O da həmin şəxslərin arxasınca getmiş, Əli Nərgizi onun yaşadığı evin qapısının qarşısına çatdıqda tək yola salmış, özü isə geri qayıtmışdır. O, 113 saylı avtobusların axırıncı duracağında Əliyə yaxınlaşıb qızı ötürürsənsə qapılarına kimi ötür, onun evinin qapısının qarşısından ötürmə demişdir. Əli də həmin vaxt ona narahat olma bir daha belə bir hərəkət etmərəm demiş, bundan sonra o, Əli ilə orada dayanıb bir qədər söhbət etmişlər. Söhbət zamanı Əlidən telefonunda konturu olub-olmamasını soruşmuş, o da telefonunda konturunun olmadığını demişdir. O da Əliyə onun öz nömrəsi olduğunu, telefondan özünə məxsus nömrəni çıxarıb ona bir günlük telefonun verməsini, istifadə edib səhəri gün saat 15 radələrində evlərinə gətirib qaytaracağını, həmçinin telefonu qaytarmaq üçün evlərini göstərməsini demişdir. O, həmin vaxt fikirləşmişdir ki, evlərində atasının adına olan nömrəni, Əlidən alacağı həmin telefona taxıb istifadə edər. Oradan Əli ilə birlikdə piyada onun yaşadığı evin qarşısına getmiş, dayandıqları yerdən Əlinin evinə təxminən 15 dəqiqəyə çatmışlar. Əli evini ona göstərmiş, mobil telefondan mobil nömrəsini çıxarıb mobil telefonu ona vermiş, lakin o, Əlinin üzərinə bıçaq çıxarmamış, telefonu hədə qorxu yolu ilə tələb etməmişdir. Bundan sonra oradan o, evinə getmiş, evdə atasının adına olan mobil nömrəni telefonun üzərinə taxmış, adını Günel kimi bildiyi qadınla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən dənizkənarı parkda görüşməyə razılaşmışlar. xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində Günellə orada görüşmüş, sonuncu ilə görüşməyə getməmişdən əvvəl evdə spirtli içki olan araq içmişdir. Bir qədər gəzib geri evinə qayıtmış, artıq saat 10:30 radələrində yaşadığı, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evinə çatmışdır. O evə çatanda anası Xatirə ona iki nəfər cavan oğlanın evə gələrək onu soruşduğunu, əlaqə saxlamaq üçün mobil nömrə qoyub getdiklərini bildirmişdir. O da həmin şəxsin Əli olmasını güman etmiş və evdən çıxıb sonuncunun yaşadığı evin qarşısına getmişdir. Evin qapısını döymüş, Əli özü qapını açmış və telefonu Əliyə qaytarmışdır. Həmin vaxtı Əli qardaşının onu axtardığını və bu səbəbdən də sizin evinizə getdiyini dediyi üçün o, oradan 113 saylı avtobusun qəbiristanlığın yanında olan axırıncı duracağına getmiş və orada 4-5 nəfər oğlan olmasını görmüşdür. Həmin şəxslər onu qəbiristanlığın içərisində söhbətə etməyə dəvət etmiş, orada həmin şəxslərin ona yaxın gəlməməsi üçün bıçaq çıxarmış, onlar da bıçağı gördükdə qaçıb getmişlər. xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində yaşadığı evin qarşısında mülki geyimdə bir nəfər şəxs yaxınlaşaraq ona gəl sənlə işim var demiş, Həmin şəxsin polis əməkdaşı olmasını bilməmiş və onunla əlbəyaxa olmuşdur. Belə ki, həmin şəxs onu avtomobilə əyləşdirmək istəmiş, onu tanımadığına görə avtomobilə əyləşmək istəməmişdir. Həmin vaxt ərazinin əməliyyat müvəkkili Semral adlı şəxs gəlmiş, o, mübahisə etdiyi şəxsin də polis əməkdaşı olmasını demişdir. Bundan sonra həmin şəxslə mübahisə etməmiş, Semral üzərində nə varsa çıxarıb təqdim etməyini demiş, bu zaman belində gəzdirdiyi qırmızı, göy və ağ rənglə dəstəyi rənglənmiş bıçağı çıxarıb ona təqdim etmişdir. Bildirmişdir ki, törətdiyi əməldən peşmandır və məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 Yunus oğlu ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsinin axırında qəbiristanlığın yanında 113 nömrəli avtobusun axırıncı duracağında dayanıb avtobus gözləmişdir. Ondan təxminən 20-25 metr kənarda tanımadığı 10-15 nəfər adamlar dayanmış, lakin o dayandığı yerdə isə özündən başqa heç kim olmamışdır. O, orada əlində “Samsung A 30” markalı mobil telefonu tutub dayanmış, həmin vaxtı bir nəfər arıq bədən quruluşuna malik, qarabəniz, qısa boylu bir nəfər 25-30 yaşlarında kişi ona yaxınlaşmış, ondan “sən buraya qız dalınca gəlmisən” deyə soruşmuş, o da həmin şəxsə yalnız avtobusun gəlməsini gözlədiyini demişdir. Bu zaman həmin şəxs sol əlini onun çiyin nahiyəsinə qoymuş, ona qızla görüşə gedəcəyini və telefonun ona lazım olduğunu demişdir. O da həmin şəxsin belində bıçaq olduğunu görmüş, onun hərəkətindən qorxmuş və müqavimət göstərmədən əlində olan özünə məxsus “Samsung” markalı mobil telefonunu ona vermiş, onun sərxoş olmasını da hiss etmişdir. O, həmin şəxsdən qorxub aralanaraq dayanacağa gəlib orada dayanmış avtobusun içərisinə girmiş, avtobusu idarə edən tanımadığı sürücüdən qapıları bağlamasını avtobusu idarə etməsini xahiş etmişdir. Lakin həmin sürücü ona heç bir köməklik etmədən sükan arxasında əyləşməyə davam etmişdir. Həmin şəxsi kənardan tanımadığı bir nəfər şəxs “Ehtiram” deyə bir neçə dəfə çağırmış, lakin o, həmin şəxsə heç bir əhəmiyyət verməmiş, həmin vaxt o bilmişdir ki, onun mobil telefonunu alan şəxsin adı Ehtiramdır. Bundan sonra Ehtiramda onun əyləşdiyi avtobusa daxil olmuş, həmin vaxt sürücünün arxasında olan oturacaqda oturmuş, bundan sonra Ehtiramda gəlib onun yanında dayanmış, bu zaman Ehtiramın belində olan bıçağı görərək daha da qorxmuşdur. Həmin vaxtı Ehtiram ondan avtobusdan düşməyini tələb etmiş, lakin o, onunla razılaşmamış və avtobusdan düşməmişdir. Ehtiram onun mobil telefonunu əynində olan cins şalvarın sol cibinə qoymuş, o da Ehtirama “telefonumu götürmüsən məndən day əl çək mən gedirəm” demiş, lakin Ehtiram isə ona heç yerə getməyəcəyini və avtobusla başqa yerə gedəcəklərini bildirmişdir. Bundan sonra avtobus tərpənib getdikdən bir qədər sonra qarşıda avtobusa sərnişinlər əyləşmiş, bu zaman o bir qədər rahatlaşmışdır. Avtobus bir qədər getdikdən sonra dayanacaqda dayanan zaman o avtobusdan düşmüş, bu zaman Ehtiramda avtobusdan düşdüyü üçün o ondan uzaqlaşmaq istəsə də Ehtiram yanından çəkilməmiş və bir qədər yanaşı piyada yol getmişlər. Onlar bir qədər bir istiqamətdə getdikləri zaman Ehtiram heç nə deməmiş və həmin vaxt küçədə olan mağazanın yanından keçən zaman iki nəfər şəxsə Ehtiram yaxınlaşıb onlarla görüşmüş və onların birindən su almağını istəmişdir. Həmin tanımadığı şəxslərdən biri ona müraciət edərək “Ehtiram pulum yoxdur” demiş, həmin vaxt onun adının Ehtiram olmasından tam əmin olmuşdur. Bundan sonra Ehtiram cibinə qoyduğu bıçağı cibindən çıxardaraq, əlində hərəkət etdirib həmin tanımadığı şəxsə “su al, mənimlə başqa söhbət eləmə” demişdir. Həmin şəxs Ehtiramın əlində bıçağı görüb qorxaraq mağazadan onun üçün su almış, bu zaman o, oradan qaçmağa başlamış və bir qədər qaçdıqdan sonra kənarda gizlənib Ehtiramı izləməyə başlamışdır ki, onun hara getməsini görsün. Ehtiram gedən zaman o da onun xəbəri olmadan arxasınca getmiş, bir qədər getdikdən sonra Ehtiram onu görmüş və ona yaxınlaşmağa başlamışdır. Oradan qaçmağa yer olmadığı üçün o qaça bilməmiş, həmin vaxt Ehtiram demişdir ki, “mənim qızla görüşüm var, evini mənə göstər səhər axşam saat 07 radələrində telefonunu gətirib ya evinin qabağına qoyaram ya da 113 nömrəli avtobusun axırıncı dayanacağında olan köşkə qoyaram”. O, Ehtiramdan qorxduğu üçün məcbur olub ona evini göstərmişdir. Ehtiramdan mobil telefondan özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsini çıxarıb götürməyini xahiş etmiş, belə ki, həmin telefonun bir daha qayıtmayacağını fikirləşmişdir. Ehtiram icazə verdikdən sonra özünə məxsus mobil telefonunda üzərində olan nömrəni çıxarmış və telefonu qaytarıb Ehtirama vermiş, Ehtiram da telefonu götürüb oradan çıxıb getmişdir. Bundan sonra tez yaşadığı evə getmiş, evdə həmin vaxt anası Yelena olmuş, qorxduğu üçün həyəcanlanmış, anası onu gördükdə nə baş verməsini soruşmuş və anasına baş verənlər barədə məlumat vermişdir. Axşam saat 23 radələrində böyük qardaşı işdən gəldikdən sonra o ona da baş verənləri danışmış, həmin günün səhəri gün, yəni xx.xx.2019cu il tarixdə qardaşı Həsrət ilə Ehtiramı tapmaq qərarına gəlmişlər. Qardaşı Həsrət və qardaşının dostu Mehman ilə 113 saylı avtobusun sonuncu duracağına və onun su aldığı mağazanın qarşısına gedərək, Ehtiram barədə maraqlanmışlar, lakin onu tanıyan şəxs olmamışdır. Onlar bir qədər Əmircan qəsəbəsində Ehtiram barədə maraqlanmış və bir nəfər şəxsdən Ehtiramın yaşadığı evi öyrənib, sonra Ehtiramın yaşadığı evə getmişlər. Onlar Ehtiramın yaşadığı evə çatdıqda onu səsləmiş, evdən Ehtiramın anası çıxıb Ehtiramın evdə olmadığını bildirmişdir. Qardaşı Həsrət və qardaşının dostu Mehman ilə 113 saylı avtobusun sonuncu dayanacağına gələn zaman saat 09 radələrində Ehtiram arxadan gəlib onlara yaxınlaşmış və başa düşülməyən sözlər deməyə başlamışdır. Onun özünə məxsus olan mobil telefon həmin vaxt Ehtiramın əlində olmuş və böyük qardaşı Həsrət telefonu görən zaman onun əlindən mobil telefonu çəkib almışdır. Sonra telefonu qardaşı ona vermiş, o da telefonu arxasında dayanmış qardaşının dostu Mehmana vermişdir. X9 əlindən tutmaq istəyərkən sonuncu əlilə arxasından bıçaq çıxarmaq istəmiş, lakin bıçaq şalvarının arxasından sürüşüb ayağına düşmüşdür, bu zaman Ehtiram qaçaraq yaxınlıqda olan qəbiristanlığın mollası oturan otağa girmişdir. Onlar molla oturan otağa tərəf gedən zaman Ehtiram həmin otaqdan çıxaraq qaçmış, onlar Ehtiramın arxasınca getmiş, o, küçənin kənarında olan yaşayış evinin daş hasarının üzərindən həmin evin həyətinə düşmüş və qaçaraq getmişdir. Bundan sonra oradan qardaşının dostu Mehmanın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə haqqında məlumat vermişlər. Hadisə yerinə gələn polis əməkdaşlarına Ehtiramın yaşadığı ünvanı göstərmiş, sonradan onlar molla oturan otağa qayıdıb adını bilmədiyi molladan Ehtiramın onun olduğu otağa nə səbəbə görə daxil olmasını soruşduqda, həmin adını bilmədiyi molla Ehtiram onun oturduğu otağa girib ondan bıçaq istədiyini və onun da ona bıçaq olmadığını dediyini bildirmişdir. Qeyd etmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 Firuddin oğlu ifadəsində göstərdi ki, xx xxxxx 2016-cı il tarixdə saat 19:30 radələrində yaşadığı evdən çıxıb Suraxanı rayonu, Əmircan qəsəbəsində 113 saylı marşurut avtobusun sonuncu dayanacağında yerləşən ərzaq mağazasına gəlmiş və özü üçün siqaret alıb çıxan zaman mağazanın qarşısında iki nəfər tanımadığı şəxsin dayanmasını görmüşdür. Həmin şəxslərin yanından keçib gedən zaman onlardan biri, yəni adının sonradan Ehtiram olduğunu bildiyi şəxs arxadan “fit” çalmışdır. O, dayanıb həmin şəxslərə tərəf baxanda Ehtiram əlilə öz yanına çağırmış, sonuncuya yaxınlaşan zaman soruşmuşdur ki, “nə olub”. Ehtiram isə bildirmişdir ki, “mən səni çağırdım ki”. Bundan sonra Ehtirama “sən məni çağırdın mən də gəldim” ifadələrini işlətmiş, Ehtiramın yanında olan tanımadığı şəxs isə ona “Ehtiram səni çağırmayıb” demişdir. Bu zaman Ehtiram onun ünvanına söyüş söymüş, o ona cavab verməyib geri qayıtmaq istəyəndə Ehtiram şillə ilə bir dəfə onun üz nahiyəsindən vurmuşdur. Bundan sonra o da həmin vaxt bir dəfə yumruqla Ehtiramın üz nahiyəsindən vurmuş, bu zaman Ehtiramın yanında olan tanımadığı şəxs onun sol əlindən tutmuş, həmin şəxsə tərəf baxdıqda o ona “nə üçün sən Ehtiramı vurursan o, səni çağırmamışdır” ifadələrini işlətmişdir. Bu zaman Ehtiram qəflətən özündə olan bıçaqla onun sağ ayağından vurmuş, sonra isə Ehtiramın və sonuncunun yanında olan tanımadığı şəxs oradan qaçıb getmişlər. O, oradan ayrılıb qohumu Azərə zəng vurub bıçaqla vurulduğunu ona bildirmiş, bundan sonra Azər onun yanına gəlmiş və yaşadığı evə aparmışdır. Bundan sonra Azər DİN-nin 102 xidmətinə və təcili tibbi yardım stansiyasına zəng vurmuş, bir müddət keçəndən sonra polis əməkdaşları və təcili yardım stansiyasının həkimləri yaşadığı evə gəlmiş, təcili yardım stansiyasının həkimləri öz avtomobilləri ilə onu 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. O, xəstəxanada əməliyyat olunmuş və bir gün xəstəxanada qalandan sonra yaşadığı evə gəlmişdir. Hadisə vaxt Ehtiramın yanında tanımadığı şəxsdə olmuş, ondan başqa hər hansı bir şəxs olmamış, əvvəllər Ehtiram adlı şəxsi tanımamış və sonuncu ilə heç bir düşmənçiliyi olmamışdır. Ehtiram tərəfindən bıçaqla vurulduqdan sonra Azərə zəng edib bu barədə deyən zaman Azər oğlu Rafətlə yanına gəlməsini görmüş, Azər ona kömək etmiş, Rafət isə yanından keçib Ehtiramın yanına getmişdir. Azərlə birlikdə onların yanına getmiş və Rafətin Ehtiramdan onu kimin vurmasını soruşmuş, bu zaman Ehtiram “hə Telmanı bıçaqla mən vurmuşam” demişdir. Bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar ayından 113 saylı marşurut avtobusunda işləyir. İş fəaliyyəti ondan ibarətdir ki, hər gün qrafikə uyğun olaraq günün müxtəlif saatlarında 113 nömrəli avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan qarajdan təhvil götürüb xətt üzrə hərəkət edir. Həmin avtobusun hərəkət xətti Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsindən Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Qara Qarayev” stansiyasıdır. Avtobusu təhvil almamışdan əvvəl həkim müayinəsindən keçir və avtobusu idarə etmək üçün ona yol vərəqəsi verilir, yol vərəqəsinin müddəti isə bir aydır. xx xxxx 2017ci il tarixdə “Daewo” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı avtobus Bakı Metropolitenin “Qara Qarayev” stansiyası yaxınlığından idarə edib Əmircan qəsəbəsinə gəlmişdir. O, avtobusla orada dayanan zaman tanıdığı Elnur və onun tanışı Ehtiram adlı şəxslər avtobusa əyləşmişdir. Həmin vaxtı sinif yoldaşı və qohumu Saməddin də avtobusda olmuş, o sərnişinlərdən yol haqqı yığmışdır. Elnur avtobusda onun yaxasından tutaraq dartıb avtobusdan düşürmək istəmiş, o, Elnura müqavimət göstərmiş və bildirmişdir ki, “nə sözün var de, mən iş başındayam, avtobusu sürməliyəm”. Elnur ondan yeyib-içmək üçün pul istəmiş, Elnura pulunun olmadığını bildirmiş və avtobusu işə salıb idarə etmək istəyərkən Elnur açarla avtobusun mühərrikini söndürmüşdür. Elnur açarı götürmək istəmiş, lakin ona mane olmuş, bu zaman Elnur təpiklə çiyin, sonra isə yumruqla sifətinə vurmuşdur. Bu zaman sifətini tutmuş, lakin Elnur başından vurmağa başlamış, həmin vaxt orada olan Ehtiram avtobusa daxil olmuş, hər ikisi onun üstünə hücum çəkib yumruq və təpiklə vurub döyməyə başlamışlar. O, Təqsirləndirilən şəxs əlində bıçağın olub-olmadığını görməmiş, Elnur avtobusun ön hissəsinə yığdığı 80 manat pulu götürmüş və qapını açaraq çıxmışdır. Bu zaman 113 saylı avtobusda sürücü işləyən digər sürücü Vüqar Ehtiram tərəfindən döyülməyini görmüş və avtobusa yaxınlaşmış və Ehtiramdan nə üçün onu döymələrini soruşmuşdur. Ehtiram isə ona qarışmamağı və kənara çəkilməyini bildirmiş, bundan sonra Ehtiram avtobusdan düşüb uzaqlaşdıqdan sonra, o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu barədə Suraxanı RPİ-nin 31-ci bölməsinə gedərək ərizə ilə müraciət etmiş, hadisə barədə izahat yazmışdır. Bildirmişdir ki, ona vurulmuş ziyan qismən ödənilmişdir və hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun kiçik qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx xxxx 2019-cu il tarixdə işlədiyi “Azpetrol” yanacaq doldurma məntəqəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən filialında gecə sat 23 radələrində işdən çıxaraq yaşadığı evə gəlmiş, həmin vaxtı kiçik qardaşı baş vermiş hadisə ilə bağlı ona məlumat vermişdir. Həmin şəxsin zahiri görünüşünü, əlamətlərini və adının Ehtiram olduğunu bildirmiş, qardaşı ilə birlikdə həmin şəxsi axtarmaq qərarına gəlmişlər. xx xxxx 2019-cu il tarixdə səhər saat 07:30 radələrində dostu Şahid2 zəng etmiş və qardaşının başına gələn hadisəni danışıb sonuncudan xahiş etmişdir ki, onlarla birlikdə həmin şəxsi axtarıb tapmağa kömək etsin. Bundan sonra o, qardaşı Əli və dostu Mehmanla 113 nömrəli marşrut avtobusunun Əmircan qəsəbəsində, qəbiristanlığın yanında olan sonuncu dayanacağında görüşmüş, orada qardaşı Əli Ehtiram adlı şəxsin hədə-qorxu ilə tanımadığı şəxsə su aldırdığı mağazanı göstərmiş, həmin ərazidə Ehtiram adlı şəxs barədə maraqlanmışlar. Onlar Əmircan qəsəbəsində küçələri bir qədər gəzərək yoldan keçən şəxslərdən Ehtiramın əlamətlərini deyərək tanıyıb-tanımadıqlarını soruşmuş və bir nəfər tanımadığı şəxsdən Ehtiram adlı şəxsin yaşadığı evi öyrənmişlər. Bundan sonra hamısı birlikdə Ehtiramın yaşadığı evə getmiş, Ehtiramın yaşadığı evdə onları sonuncunun anası qarşılamış və Ehtiramın evdə olmadığını demişdir. Bundan sonra onlar 113 saylı avtobusun axırıncı duracağına getmiş və Ehtiram adlı şəxsin oradan keçməsini fikirləşib gözləməyə başlamışlar. Avtobus duracağına çatan zaman Ehtiram da onlar gəldiyi küçə ilə arxadan gələrək onlara yaxınlaşmış, Ehtiram onlara çatan kimi sonuncu ilə söhbət etmək istəmiş, lakin başa düşülməyən sözlər ilə nə isə izah etməyə başlamış, həmin vaxt qardaşı Əlinin mobil telefonu Ehtiramın əlində olmasını görmüşdür. Bu zaman tez telefonu Ehtiramın əlindən dartıb alaraq qardaşına vermiş, qardaşı Əli də telefonu arxada dayanan dostu Mehmana ötürmüşdür. Həmin vaxt Ehtiram sağ əlini belinə tərəf atmış və bıçaq çıxartmaq istədikdə bıçağın belindən şalvarın içi ilə sürüşüb ayağına düşməsini görmüş, bu zaman sonuncunun əlindən tutmaq istədikdə, Ehtiram oradan qaçıb yaxınlıqda olan qəbiristanlığın mollası oturan otağa daxil olmuşdur. Onlar həmin yerə tərəfə gedən zaman Ehtiram oradan çıxıb qaçaraq üzərinə gəlmiş, həmin vaxt üzərində olan bıçağı çıxarmaq istəmiş, lakin bıçağı belindən çıxara bilməmiş və geri qayıdıb əks istiqamətdə qaçmışdır. Bundan sonra onlarda Ehtiramın arxasınca qaçmış, Ehtiram yolun kənarında olan yaşayış evinin daş hasarının üzərinə çıxaraq həmin həyətə düşmüşdür. Onlar həmin həyətin qarşısında dayanıb Ehtiramın qapıdan çıxmasını bir qədər gözləmiş, lakin sonuncu həmin həyətdən digər həyətə keçərək oradan qaçıb getmişdir. Bundan sonra onlar molla oturan otağa qayıdıb Ehtiramın oraya nə səbəbə görə daxil olmasını soruşmuş, həmin şəxs də onlara Ehtiramın tələsik ondan bıçaq istədiyini, o da ona bıçaq vermədiyini bildirmişdir. Bundan sonra qardaşı Əli dostu Mehmanın mobil nömrəsi ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşlarına Ehtiramın yaşadığı evi göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır o, dostu Həsrətin kiçik qardaşıdır və onlarla münasibəti yaxşıdır, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 07:30 radələrində dostu Həsrət ona zəng edərək kiçik qardaşı azyaşlı Əliyə qarşı Əmircan qəsəbəsində, 113 nömrəli avtobusun axırıncı duracağı olan qəbiristanlığın yanında adını Ehtiram kimi bildiyi bir nəfər yaşı 25-30 arası olan kişinin bıçaq çıxarıb qarnına dirəməklə istifadə etdiyi mobil telefonu ələ keçirdiyini bildirmişdir. Həsrət həmin şəxsi tapmaqda onlara kömək etməyini ondan xahiş etmiş, o da dostu Həsrətə köməklik etməyə razılaşmış və onlar 113 nömrəli marşrut avtobusunun Əmircan qəsəbəsində, qəbiristanlığın yanında olan sonuncu dayanacağında görüşmüşlər. Orada Əlinin göstərdiyi yerlərə gedib Ehtiram adlı şəxslə maraqlanmışlar, lakin Ehtiram adlı şəxsə tapa bilməmişlər. Ehtiram adlı şəxsin əlamətləri üzrə bir neçə nəfər şəxsdən onun barəsində maraqlanıb Ehtiramın yaşadığı evi öyrənmişlər. Bundan sonra Əli və Həsrətlə birlikdə Ehtiram adlı şəxsin evinə getmiş və orada onları sonuncunun anası qarşılamışdır. Ehtiramın anası onlara oğlunun evdə olmadığını demiş, Ehtiramın 113 saylı avtobusun sonuncu duracağına gələcəyini fikirləşib oraya getməyə başlamışlar. Avtobus duracağına çatan zaman Ehtiram onların gəldikləri küçə ilə arxadan onlara yaxınlaşmış, Ehtiramla danışmaq istəsələr də o, başa düşülməyən sözlər deməyə başlamışdır. Həsrət Əlinin mobil telefonun Ehtiramın əlində gördükdə telefonu onun əlindən alıb qardaşı Əliyə vermiş, Əli də telefonu ona vermişdir. Həmin vaxt Ehtiram sağ əlini belinə tərəf atmış və bıçaq çıxarmaq istəyəndə bıçağın belindən şalvarın içi ilə sürüşüb ayağına düşməsini görmüşdür. Həsrət Ehtiramın əlindən tutmaq istəyərkən sonuncu qaçıb yaxınlıqda olan qəbiristanlığın mollası oturan otağa daxil olmuşdur. Onlar həmin tərəfə gedən zaman Ehtiram oradan çıxıb qaçaraq üzərlərinə gəlmiş və yenə də belində olan bıçağı çıxarmaq istəyəndə bıçaq belindən çıxmamışdır. Bundan sonra Ehtiram geri dönüb əks istiqamətdə qaçmış, onlar onun arxasınca getmiş, sonuncu yolun kənarında olan yaşayış evinin daş hasarının üzərinə çıxaraq həmin həyətə düşmüş, orada dayanıb Ehtiramın qapıdan çıxmasını bir qədər gözləmişlər, lakin sonuncu həmin həyətdən digər həyətə keçərək oradan qaçıb getmişdir. Bundan sonra onlar molla oturan otağa qayıdıb Ehtiramın nə səbəbə görə otağa daxil olmasını soruşduqda molla həmin şəxsin ondan tələsik bıçaq istədiyini, onun isə ona bıçaq vermədiyin bildirmişdir. Bundan sonra Əli onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar polis əməkdaşlarına Ehtiramın yaşadığı evi göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanımır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2019-cu il tarixdə saat 20:30 radələrində avtomobilini təmir etdirmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsindəki Süleyman adlı şəxsin evində olan avtomobil təmiri sexinə getmişdir. Süleymandan avtomobilin təmiri ilə bağlı maraqlanan zaman alçaq boylu, qarabəniz, arıq bədən quruluşuna malik bir nəfər həyətin dəmir qapısını açaraq içəri daxil olmuşdur. Həmin vaxtı o sərxoş olmuş, ondan spirtli içki iyi gəlməsini hiss etmiş, həmin şəxs sağ əlini arxasına keçirib bıçağı çıxarmasını görmüş, bundan sonra o da Süleyman adlı şəxsin arxa hissəsinə keçmişdir ki, o, ona xəsarət yetirməsin. Həmin şəxs onlar dayanan tərəfə baxaraq “həyətdən çıx çölə səninlə söhbətim var” demiş o da həmin şəxsdən kimə müraciət etdiyini soruşduqda, o, işinin Süleymanla olduğunu bildirmişdir. Həmin şəxs israrla Süleymanın çölə çıxmasını istəmiş, bu zaman Süleyman onun üzərinə gedərək itələyərək qapıdan çölə çıxarmışdır. Həmin şəxs təkrar içəriyə qayıdıb qaçaraq onun üzərinə gələn zaman həyətdə olan avtomobillərin dəmir hissələrinin üstündən keçmək istəyəndə avtomobillərin dəmir hissələrinin üzərinə yıxılmış və qalxıb getmək istəyərkən həyətə tanımadığı şəxs daxil olaraq, onun qaynı kimi özünü təqdim edib həmin şəxsin əlindən tutub dartaraq çölə çıxarmaq istəmişdir. Bu zaman həmin şəxs onu aparmaq istəyən şəxsin əlindən çıxıb ona tərəf gəlmək istəyərkən, təkrar olaraq ayaqları dəmirə dolaşaraq dəmir hissələrinin üzərinə yıxılmışdır. Həmin dəmir hissələrinin üzərinə yıxılarkən baş hissəsindən xəsarət almış, usta ilə həyətə daxil olmuş həmin şəxsin qohumu onu ustanın həyətindən küçəyə çıxarmışdır. Həmin an küçədə səs-küy yarandığını eşitmiş və həyətdən küçəyə çıxdıqda iki nəfər polis zabitinin həmin şəxslə mübahisə etmələrini və əlində olan bıçağı aldıqlarını görmüşdür. Orada olan şəxslərdən nə olmasını soruşduqda məlum olmuşdur ki, həmin şəxsin adı Ehtiramdır və o, polis əməkdaşlarının üzərinə bıçaqla hücum edib onları vurmaq istədiyinə görə polislər onu tutub avtomobilə əyləşdirərək aparmışlar. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2017-ci il tarixdə saat 19 radələrində Əmircan qəsəbəsində yaşadığı məhəllədə olan zaman tanışı Ehtiram ona demişdir ki, gedək avtobusların sonuncu dayanacağına. Ehtiramla razılaşıb həmin yerə getmiş və 113 saylı marşurut avtobusu gəlmiş və avtobusu Şahlar adlı sürücü idarə etmişdir. O, Ehtiramla birlikdə həmin avtobusa daxil olmuş, avtobusda sərnişinlər az olmuş, avtobus sonuncu dayanacağa çatdıqda sərnişinlər düşmüş, avtobusda Şahların 4 nəfər tanışı, sonra Ehtiram, Elnur və sonuncunun iki nəfər tanışı olmuşdur. Sonuncu dayanacaq Şahlar avtobusu saxlamış, bu zaman Elnur ayağa qalxıb Şahlara yaxınlaşmış və sonuncuya irad tutub bildirmişdir ki, “sənə demişik bura kənddir, avtobusa qız mindirib yanında gəzdirmə, hamının anası-bacısı var”. Şahlar da Elnura bir qədər əsəbi halda cavab vermiş və dediyi hərəkəti etməyini demişdir. Bu zaman Elnur Şahları söyərək dizi ilə onun sifətindən vurmuş, həmin vaxt bir nəfər şəxs də Ehtiramın sifətindən vurmuş, sonuncu da onu vuran şəxsi vurmuşdur. Bu zaman Şahlar avtobusu idarə etməyə başlamış və təxminən 30 metr getdikdən sonra saxlamışdır. Avtobusun şitində oturan arıq bədən quruluşlu şəxs və digərləri avtobusdan düşmüş, avtobusda Elnur, Şahlar və Ehtiram qalmışdır. O, avtobusda olan zaman hər hansı bir şəxs Şahlardan pul tələb etməmiş, Ehtiramın Şahlara bıçaq çıxarmasını görməmiş, avtobusdan düşdükdən sonra çıxıb evinə getmiş və dava-dalaşın nə yerdə qalmasını bilməmişdir. Sonradan eşitmişdir ki, Şahlar 31-ci polis bölməsinə şikayət etmiş, Ehtiram və Elnur Şahlara hücum etmiş, sonuncunu Ehtiram bıçaqla hədələmiş və Elnur da 80 manat pulunu götürmüşdür. Həmin hadisənin şahidi olmamış, həmin hadisə zamanı heç kimi vurmamış və xəsarət yetirməmiş, eyni zaman da onu da vuran olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda cənazə yuyan işləyir, iş otağı 113 saylı marşurut avtobusunun sonuncu dayanacağında yerləşir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, xx xxxx 2019-cu il tarixdə iş yerində olan zaman adını sonradan öyrəndiyi üzdən məhəllə adamı kimi tanıdığı Ehtiram adlı cavan oğlan qaçaraq onun iş otağına daxil olmuşdur. Həmin vaxt o otaqdan çöldə olmuş, bunu görən kimi o da otağa daxil olub həmin şəxsi otaqdan çölə çıxarmışdır. Həmin şəxsi çölə çıxardıqdan sonra o qaçmağa başlamış, həmin vaxt üç nəfər şəxs içəri daxil olmuş onlardan biri Əli adlı cavan uşaq yaxınlaşıb Ehtiram adlı şəxsin bıçaq istəməsini soruşmuşdur. Onlara həmin şəxsin nə istəməsini bilmədiyini və otağına qəfil girdiyi üçün oradan çıxarmasını demişdir. Sonradan öyrənmişdir ki, Ehtiram adlı şəxs Əli adlı şəxsə bıçaq dirəyərək mobil telefonunu əlindən almış, həmin hadisəni görməmiş, yaşadığı məhəllədə olan söhbətlərdən eşitmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Firuddin oğlunu tanıyır, Telman bacısının həyat yoldaşının atasıdır. Təqsirləndirilən şəxs da tanıyır, Ehtiramı kənd sakini kimi tanıyır, lakin sonuncu ilə heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxxx 2016-cı il tarixdə Zərərçəkmiş şəxs2 Firuddin oğlu yaşadığı evə qonaq gəlmiş, saat təxminən 17-18 radələrində Telman siqaret almaq üçün mağazaya getdiyini bildirib evdən çıxıb getmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra Telman zəng edərək “məni bıçaqlayıblar” ifadələrini işlətmiş və telefonu söndürmüşdür. Bundan dərhal sonra evdən qaçaraq çölə çıxmış və çölə çıxıb qaçaraq mağazaya tərəf getməyə başlamışdır. Bir qədər getdikdən sonra, yəni 113 saylı marşurut avtobusunun sonuncu dayanacağına çatdıqda Telmanın güclə dayanmasını görmüş və həmin vaxt tanımadığı bir neçə nəfər şəxs Telmanın ətrafında dayanmışlar. Həmin şəxslərdən heç kimi tanımamış, dərhal Telmana yaxınlaşmış o ondan tutaraq ona kömək etməyini istəmişdir. Telmanın qolundan tutduqda onun sol budundan qan axmasını görmüş, həmin vaxt məlum olmuşdur ki, Telmanı kimsə bıçaqla vurmuşdur. Telmandan onu kimin vurmasını soruşduqda, sonuncu demişdir ki, onu vuran şəxsi arxadadır. Ətrafda olan şəxslərdən Telmanı hansı şəxsin vurmasını soruşmuş, bu zaman Ehtiram həmin şəxslərin arasından çıxaraq yaxınlaşmış və Telmanı mən vurmuşam demişdir. Həmin vaxt Ehtiram sərxoş olmuş, ondan spirt iyi gəldiyini hiss etmiş, Ehtiram heç bir səbəb olmadan Telmanın ünvanına söyüşlər söyməyə başlamışdır. O, Ehtiramdan xahiş etmişdir ki, Telmanı söyməsin, bu zaman Ehtiram cibindən bıçaq çıxarıb üzərinə gəlmiş, lakin ətrafda olan şəxslər sonuncunu tutub aparmışdır. Bundan sonra Telmana kömək edib yaşadığı evə gətirmişdir. Yaşadığı evə gəldikdə təcili tibbi yardım stansiyasına zəng edərək həkim çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım stansiyasından həkimlər gəlmiş və Telmanı xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən Trans MMC-də sürücü işləyir. Daewoo markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı marşurut avtobusunu idarə edir, iş fəaliyyəti ondan ibarətdir ki, hər gün qrafikə uyğun olaraq günün müxtəlif saatlarında 113 nömrəli Daewoo markalı 99-XS-84 dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan qarajdan təhvil götürüb xətt üzrə hərəkət edir. Həmin avtomobilin hərəkət xətti Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsindən Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Qara Qarayev” stansiyasıdır. Avtobusu təhvil almamışdan əvvəl həkim müayinəsindən keçmiş və avtobusu idarə etmək üçün yol vərəqəsi verilmişdir. Yol vərəqəsinin müddəti bir aydır, həmin avtobusu ondan başqa heç kim idarə etmir, sərnişinlərin pulunu da özü yığır. Zərərçəkmiş şəxs3 tanıyır, belə ki, sonuncu da başqa 113 nömrəli avtobusu idarə edir. Təqsirləndirilən şəxs tanımır və həmin şəxsi görməmişdir. Lakin sonradan eşitmişdir ki, Ehtiram və Elnur adlı şəxslər Şahların avtobusda üzərinə bıçaq çıxararaq, pul tələb etmişlər, sonuncunu döyərək pulunu ələ keçirib getmişlər. Həmin hadisə zamanı orada olmamış və hadisənin görməmişdir. Lakin Elnur və Ehtiram adlı şəxslər tarixini xatırlamadığı zaman onun yanına gəlmiş, həmin vaxt onlar idarə etdiyi avtobusun içərisində söhbət etmiş, söhbət etdikdən sonra həmin şəxslər çıxıb getmiş, onlar getdikdən sonra avtobusun qabaq hissəsinə qoyduğu 30 manat pulu götürmək istədikdə pulun yerində olmadığını görmüşdür. Pulu olan yerin yanında Elnur adlı şəxs dayanmış, Ehtiram isə bir qədər aralı olmuş, həmin vaxt məlum olmuşdur ki, pulu Elnur avtobusdan düşərkən oğurlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxxxxx 2012ci il tarixdən Daxili İşlər orqanlarında işləyir. Hazırda da Suraxanı RPİ-nin 31-ci PB-də əməliyyatçı vəzifəsindədir və polis leytenantıdır. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində bir nəfər vətəndaşın mobil telefonun cinayət yolu ilə ələ keçirilməsi barədə polis bölməsinə DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında cinayət hadisəsini törətmiş şəxsin müəyyən olunması istiqamətində tərəfindən əməliyyat tədbirləri keçirilməyə başlanılmışdır. Keçirilmiş tədbirlər nəticəsində həmin cinayət hadisəsini törədənin Əmircan qəsəbəsi sakini Ehtiram adlı şəxsin olması müəyyən olunmuşdur. xx xxxx 2019-cu il tarixdə Şahid9la birlikdə Ehtiram adlı şəxsin müəyyən olunması üçün onun yaşadığı evə getməyə başlamışlar. Əmircan qəsəbəsi ərazisində olan avtomobil təmiri sexinin qarşısına çatdıqda Təqsirləndirilən şəxs küçədə səs-küy salmasını görmüş və həmin vaxt saat təxminən 23:30 radələri olmuşdur. Həmin vaxt Semral və o, polis formasında olmuşlar, Semralla birlikdə Ehtiram adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və birlikdə polis bölməsinə getməyi təklif etmişlər. Bu zaman Ehtiram cibindən bıçaq çıxaraq onlarla heç bir yerə getməyəcəyini bildirmiş, onlar Ehtiramın sərxoş olmasını görmüş, belə ki, ondan spirtli içki iyi gəlməsini hiss etmişlər. Semral Ehtirama sakit olmasını və heç bir problem olmayacağını demiş, lakin Ehtiram üzərlərinə gələrək bıçağı onlara doğru hərəkət etdirməyə başlamışdır. Ehtiram onu və Semralı bıçaq, təpik və yumruqla vurmaq istəmiş, lakin onlar Ehtiramı tərksilah etmiş, sonra Ehtirama onlarla bilikdə polis bölməsinə gedəcəyini demişlər. Lakin Ehtiram onlarla razılaşmayaraq bölməyə getməmək üçün onlara müqavimət göstərmiş, Semralla Ehtiramı avtomobilə əyləşdirmiş və sonuncunu 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsinə çatdıqda Ehtiram bölmənin inzibati binasının içərisində divara yaxınlaşaraq başını divara vurmağa başlamış, lakin o və bölmədə olan digər polis əməkdaşları sonuncunu sakitləşdirmişlər. Ehtiramı aidiyyəti üzrə təhvil verdikdən sonra xidməti şəxsi işləri ilə məşğul olmuş, həmin vaxtı xəsarət almamış, Ehtiramı vurmamış, Ehtiram da onları vurmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində Şahid8 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxx 2016-cı il tarixli 332 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Firuddin oğlunun bədənində aşkar edilmiş xəsarətlər-sol sağrıda, sol budda deşilmiş-kəsilmiş yaralar iti uca və kəsici kənara malik alət (alətlər) ola bilsin ki, bıçaq (bıçaqlar) təsirindən törənmişdir, xx.xx.2016-cı il tarixdə müayinə olunan göstərdiyi şəraitdə yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (cild 01, iş vərəqə 212-214) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxx 2017-ci il tarixli 153 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər-sağ almacıq nahiyəsinin şişkinliyi və qançırı, sağ gicgah-çənə oynağı nahiyəsinin qançırı, sağ gözün ağlı qişasının qansızması bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl yaranmışdırlar, qərarda göstərilən xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs3 özü-özünə yetirməsi az inandırıcıdır. (cild 02, iş vərəqə 17-18) İş materiallarında olan xx xxxx 2019-cu il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 31-ci polis bölməsində baxış keçirilən zaman belindən bir ədəd qırmızı, göy və ağ rəngləri olan zavod üslublu, sağ cibindən isə tutacaq yeri qara, digər yeri gümüşü rəngli olan bir ədəd bıçaqlar aşkar edilərək götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vərəqə 60-62) İş materiallarında olan məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 20691 nömrəli rəyindən görünür ki, “1” rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə, “2” rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmir. (cild 02, iş vərəqə 77-78) İş materiallarında olan xx xxxx 2019-cu il tarixli əşyanı tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayət hadisəsini törədən zaman istifadə etdiyi bıçaq və “Samsung” markalı A30 modelli mobil telefon aparatı sonuncuya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 həmin bıçağı və mobil telefonu tanıyaraq göstərmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vərəqə 89- 91) İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 20764 nömrəli rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “SM-A305FN” modelli mobil telefon aparatının satış üçün kompleksləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğu nəzərə alaraq, 2019-cu ilin iyul ayına olan orta bazar qiyməti təxminən 280,00 manat müəyyən edilir.(cild 02, iş vərəqə 81) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019cu il 2308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 147-148) İş materiallarında olan ifadənin yerində yoxlanılması protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində 113 saylı marşurut avtobusunun sonuncu dayanacağında Əli ilə söhbət etdiklərini və bıçağı çıxarıb əlində oynatmasını deyərək hadisə yerini göstərmişdir. (cild 01, iş vərəqə 97-99) İş materiallarında olan ifadənin yerində yoxlanılması protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində 113 saylı marşurut avtobusunun sonuncu dayanacağında baş vermiş dava-dalaş hadisəsinin olduğunu deyərək hadisə yerini göstərmişdir. (cild 01, iş vərəqə 152-153) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq edib, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsində 113 saylı marşurut avtobusunun sonuncu dayanacağında Elnur və Ehtiram tərəfindən döyülməsini, onların pul tələb etməsini, Ehtiramın boğazına bıçaq dirəyək Elnura mane olmamağı üçün müqavimətini qırmasını, sonra Ehtiram başının üstündə durub sol əlilə çiynindən basıb, sağ əlilə bıçağı boğazına dirəyərək nə qədər pulu varsa çıxarıb verməyi tələb etməsini, əks halda bıçağı boğazına soxacağı ilə hədələməsini, Elnur adlı şəxsin avtomobilin ön hissədə olan 80 manat pulu götürərək çıxıb getməsini, göstərmiş, bununla da istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 144-150) İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 Firuddin oğlu ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq edib, xx xxxxx 2016-cı il tarixdə saat 19:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, dalan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onu bıçaqla vurub xəsarət yetirməsini göstərmiş, bununla da istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 göstərdiklərini qismən təkzib etmişdir. (cild 02, iş vərəqə 172-174) İş materiallarında olan xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sultanov X3 Rpi-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman eləcə də müvəqqəsti saxlanma yerində olan zaman ona qarşı heç bir təzyiq göstərilməmiş, heç bir xəsarət yetirilməmişdir. Beləliklə məhkəmə, işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli 1 nömrəli qərarının 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə, özgənin əmlakın talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 18-ci bəndində qeyd edilir ki, şəxs, tövsif edici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox dəfə müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda, cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da, məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 nömrəli qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Plenum qərarının 8-ci bəndində qeyd edilir ki, Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmçinin, həmin Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2011-ci il tarixdə Tərtər hərbi məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. (cild 02, iş vərəqə 198-199) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və onun əməlində residiv halı müəyyən edilmir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Yunus oğlunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Firudin oğlununTəqsirləndirilən şəxs qarşı şikayətlərinin olmamasını və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hallar kimi müəyyən edilsə də məhkəmə həmin halları cəzanı ağırlaşdıran hallar kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə tövsif edildiyindən, yəni onun əməlləri artıq ağırlaşdıran hal kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətlərin təkrar törədilməsi və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halları təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-368/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx xxxxxxxx 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2016-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, məhkəmə iclas zalından azad olunmuşdur. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və xx xxxx 2017-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 02 gün və xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün, ümumilikdə 03 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. (cild 02, iş vərəqə 4-5) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxxxx 2019-cu il tarixli 2662 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (cild 02, iş vərəqə 120-121) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Suraxanı RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş iki ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 4(010)- 88/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və həbs etmənin əvvəli həmin tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 55-56) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına 420 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə 08 il 06 ay müddətəazadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 02 gün və xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün, ümumilikdə 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut –Suraxanı RPİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş iki ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərlə və əlavələrlə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 9 saylı Vəkil bürosunun hesabına 420 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar