Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-433/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı şəhəri Saat 09:45 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı2, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq edərək, xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərər vurmuşdur. Belə ki, o, tanışı Şahid1 tikinti aparılan torpaq sahəsindən oğurluq edilməsi və qonşusu Zərərçəkmiş şəxs1 şübhələnməsi barədə polisə şikayət etməsi ilə bağlı sonuncunun telefonda Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ziddiyyətli münasibətlərə aydınlıq gətirmək üçün 10 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və qeyriləri ilə Şahid7 idarə etdiyi «BMW» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi döngə 1-də yerləşən 6 nömrəli evin qarşısına getmiş və orada yaxın qohumları- atası Zərərçəkmiş şəxs3, qardaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 gözləri qarşısında, sonunculara həmin hərəkətləri ilə əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni, xüsusi amansızlıqla və özünü qeyri-müəyyən şəxslər dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni, xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən qəsdən zərbə endirib ona baş beyinin əzilməsi, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla kifayətlənməyib cinayətkar hərəkətlərini davam etdirərək bir qrup şəxs halında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını, əxlaq nomalarını kobud surətdə pozub, ətrafda yaşayan insanların mənafelərinə açıq-aşkar laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, silah qismində istifadə etdiyi dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 qəsdən vuraraq zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib Zərərçəkmiş şəxs1 əlavə olaraq bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları kimi, Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırı kimi sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs2 isə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol, dirsək, sol əl nahiyəsinin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10.11.2020-ci il tarixdə saat 19:30 radələrində o, qardaşı Pərviz, tanışları Röyal və Mübariz onların yaşadığı mənzildə yemək yeyərkən tanışları Malik qardaşı Pərvizə zəng etmişdir. Pərvizin deməsinə görə Malik ona həyətlərindən taxtalar oğurlandığını, həmin taxtaları həyətə yığmaq üçün kömək lazım olduğunu demişdir. Həm də darvaza var onu qaldırmaq lazımdır. Bundan sonra Elvinə zəng edib onları aparmasını xahiş etmişlər. Elvin idarə etdiyi «BMW» markalı avtomobili ilə gəlmişdir. Avtomobildə onlar 8 nəfər olmuşlar. Avtomobildə o, Pərviz, Malik, Mübariz, Əli, Röyal və Murad getmişlər. Elvin avtomobili evdən bir az aralıda saxlamışdır. Onlar düşüb getmişlər. O, Elvinlə bir kənarda imiş. Adil evdən çıxmışdır. Maliklə Adil nə isə danışmağa başlamışlar. O, kənarda olduğu üçün onların nə danışdıqlarını bilməmişdir. Adil Maliki əli ilə itələmişdir. Adilin əlində heç nə yox imiş. Sonra Malik də ona əl atmağa başlamışdır. Həmin vaxt Mübariz, Əli və Röyal, Murad da Malikin yanında imiş. O, Elvinlə kənarda dayanmışdır. Heç kəslə dava etməmiş və o, heç kəsi vurmamışdır. Qardaşı Pərviz də onların arxasından telefonla danışa-danışa gəlirmiş. O, Adilin yerə yıxılmasını görmüşdür. Orada dava olanda qardaşı Pərviz gəlib onu kənara çəkib maşına tərəfə aparmış və onun bu davada nə işi olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ona görə özünü qismən təqsirli bilir ki, həmin yerə getmiş və bu davanı görmüşdür. Zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, sonradan tanımışdır. Avtomobildə 2 nəfər qabaq oturacaqda, 6 nəfər isə arxada oturmuşlar. Sürücü ilə bir yerdə 8 nəfər olmuşlar. O, avtomobildə heç bir alət görməmşdir. O, davadan sonra Muradın başında xəsarət görmüşdür. Digər şəxslərdə xəsarət görməmişdir. Malik onları dava etmək üçün çağırmamışdır. O, təxminən 3-5 metr aralıda dayanmışdır. Onun əlində armatur olmamış və o, heç kəsi vurmamışdır. Maliki qonşu kimi tanıyır. Kiminsə əlində taxta olduğunu, Adilin yıxılmağını görmüş, ondan sonra aralaşmışdır. Qardaşı gəlib onu oradan aralaşdırmış, onların buraya köməyə gəldiyini, bunların isə dava etdiyini demişdir. Cinayət işinin materialları ilə tanış olmuş, anlayışı olmadığından o, heç yerə şikayət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 174-177 və 2-ci cild 219-221-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Pərviz nə baş verdiyini soruşanda Malik bildirdi ki, bir nəfər onu söymüş və məsələni aydınlaşdırmaq üçün getmək lazımdır. Getməmişdən əvvəl bizim yaşadığımız evin həyətinə gedib, oradan hərəmiz bir və ya iki taxta (lapatka sapı) götürdük. Taxtaları götürməkdə məqsədimiz, dava-dalaş baş verdiyi halda istifadə etmək olmuşdur. ...Biz maşından düşdük və həyətdən götürdüyümüz taxta parçaları ilə piyada Adilgilin evinə doğru getməyə başladıq. Qeyd edim ki, maşını arada saxlamaqda məqsəd, heç kəsin maşını görüb, tanımaması olmuşdur. ...Bu vaxt Adil Malikə təpik atdı və bununlada dava başladı. Dava zamanı tərəflər bir-birini təpik şillə və əllərində olan taxta və dəmir parçaları ilə vururdular. Həmin vaxt mən, Maliklə Adili ayırmaq istəyərkən Adil əlində olan prefaratorun sverlosu ilə mənim başım və çiyin nahiyəmdən 2 dəfə vurdu. Mən Adilin əlindən dəmir parçasını alıb, həmin dəmirlə onun başından vurdum. Adil zərbədən yerə yıxıldı. Bu vaxt Adilin kiçik qardaşı 102 ixdmətinə zəng vururdu. Bundan sonra biz qaçaraq hadisə yerini tərk etdik. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ifadələri oxumadan imza etmişdir. Müstəntiq demişdir ki, oxumağa ehtiyac yoxdur, onun ziyanına heç nə yazılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, zərərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 oğlanlarıdır. Onun Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi döngə 1-də bir neçə torpaq sahəsi var. Həmin torpaq sahəsində 2 evi var. Həmin evlərin birində oğlu Fazil öz ailəsi ilə, 2-ci evdə isə o, arvadı və Adil öz ailəsi ilə yaşayırlar. 10.11.2020-ci ildə arvadı ona bildirmişdir ki, həyətə polis gəlib oğlu Qabili polis bölməsinə aparmışdır. Arvadı qonşuları Malikin evindən taxta oğurlanmasını, buna görə Qabildən şübhələndiklərini demişdir. O, polisə getməmişdir. Axşam Adil və Qabil polis bölməsindən qayıdanda o, evdə olmuşdur. Bir müddət sonra Adil polisdən gələcəklərini və bununla bağlı evin yerini soruşduqlarını bildirmişdir. O, səhər olduğu həyətdə su mühərrikini işlək qoyduğundan, söndürmək üçün öz avtomobili ilə həmin həyətə gedib-qayıtmışdır. Təqribən saat 22 radələrində qayıdarkən evin qarşısına çatanda təxminən 12-15 nəfərin yaxınlaşdığını görmüş, onlar evlərinin qarşısında dayanmışlar. Həmin an oğlanları Qabil, Adil və Fazil darvazanın qarşısında imişlər. Gələnlər onları dövrəyə almışlar. O, narahat olub onlara tərəf yaxınlaşmışdır. Onlardan nə baş verdiyini soruşub mübahisənin sülhlə həll olumasını təklif etmişdir. Eləcə də bildirmişdir ki, nə isə bir problem varsa səhər gəlsinlər. Lakin, onun sözünə heç kim əhəmiyyət verməmiş və gələnlər əyinlərindəki gödəkçələrini açıb bir qismi dəmir armatur, bir qismi taxta, biri isə bıçaq çıxartmışdır. Sonradan adı ona məlum olan Şahid1 oğlu Adilə yaxınlaşıb iki əli ilə yaxasından tutmuş və Adili nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Həmin anda Maliklə gələnlər də oğlanlarına hücum etmişlər. Onlar hərəsi bir neçə nəfər olaraq bölüşmüşlər və eyni vaxda Adilin, Qabilin, Fazilin və bir neçə nəfər isə onun üstünə hücum edib döyməyə başlamışlar. Onun gözünün qarşısında onun balalarını dəmir və taxta parçaları ilə vurmağa başlamışlar. Həmçinin, ona hücum edən şəxslər onu dəmir və taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə, baş nahiyəsinə zərbələr endirməyə başlamışlar. O, onlardan rəhm etmələrini yalvarmışdır. Lakin, həmin oğlanlar onların qışqırıqlarına məhəl qoymadan daha da aqressiv şəkildə onları döyməyə davam etmişlər. Həmin an o, dərk etmişdir ki, həmin şəxslər onları öldürəcəklər və həmin şəxslərdən birinin əlindən dəmir armaturu alıb özünü müdafiə etməyə başlamışdır. Onun əlində armaturu görüb hücum edənlər geriyə çəkilmişlər. Həmin andan istifadə edib oğlanlarına tərəf baxanda Fazilə 7-8 nəfərin hücum edərək onu taxta və dəmir parçaları ilə vurduqlarını, Adilin yerdə uzanmış vəziyyətdə olduğunu, bir neçə nəfərin onu yerdə təpiklə vurmalarını görmüşdür. Qabil Fazilin yanında olduğu üçün, Fazili vuranlar onu da döymüşlər. O, həmin şəxslərin birindən aldığı armaturu onları qorxutmaq üçün fırlatmağa başlamışdır ki, oğlanlarından əl çəksinlər. Bundan sonra hücum edənlər geri çəkilmişlər. Bu vaxt qonşulardan Elnur, Heydər, Allahverdi oraya gəlmişlər. Hücum edənlər getmişlər. Adilin halı pis olduğu üçün onu evə aparmışlar və TTY-a zəng etmişlər. Təcili Tibbi yardım briqadası gələnə kimi Adilin vəziyyəti pisləşdiyindən, məcbur olub onu öz avtomobilində xəstəxanaya aparmışdır. Həmin tarixdə polisə ərizə yazmış, həmçinin oğlu 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Lakin, buna baxmayaraq ağır vəziyyətdə olan X14 yalnız məhkəmə tibbekspertizaya 2020-ci ilin noyabr ayının sonunda göndərilmiş, fakt üzrə cinayət işi isə hadisədən 29 gün sonra, 09 dekabr 2020-ci il tarixdə başlanılmışdır. Onları bir neçə nəfər döyməsinə baxmayaraq, iş üzrə yalnız bir nəfər Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmiş və bir nəfər barəsində cinayət işi məhkəməyə göndərilmiş, əsas cinayətin təşkilatçıları olan sonradan adlarını bildiyi Şahid1, Şahid2 və digər şəxslər cinayət məsuliyyətindən yayınmışlar. Onlara basqın edən şəxslər onların ailə üzvlərinə dəmir və taxta paçaları ilə zərbələr endirmişlər. Qeyd etmək istəyir ki, istintaq orqanına o, 9 ədəd fotoşəkil təqdim etmiş, həmin fotoşəkillərdə onun balalarının döyülmədən sonra aldığı xəsarət izləri əks olunmuş, lakin, müstəntiq həmin fotoşəkilləri qəbul etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ilə barışıq əldə etməmiş, hadisə yerində olan Murad, Malik və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edir. İstintaq orqanı tərəfindən həmin şəxslər onlara tanınmaya təqdim olunmamışlar. Onda olan xəsarətləri ona əvvəl hücum etmiş üç nəfər dəmir armatur, taxta parçaları ilə yetirmişlər. Onların soyadlarını, adlarını bilmir. O, hadisə yerinə çatanda övladlarının əlində dəmir parçası görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, valideynləri və üç qardaşı Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsi döngə 1-də yaşayırlar. Həmin döngədə qardaşı Fazil öz ailəsi ilə 1 evdə, digər evdə isə o, öz ailəsi ilə yaşayırlar. 10.11.2020-ci il tarixdə təxminən saat 14 radələrində onu 14-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlara izah etmişdir ki, qonşuları Şahid1 həyətindən taxta məmulatları oğurlanmış, Malik onlardan şübhələnir. Polis bölməsində taxta oğurluğu ilə maraqlananda o, və qardaşı Qabil taxta oğurluğuna heç bir aidiyyəti olmadığını bildirmişlər. Axşam saat 9 radələrində onları polisdən buraxmışlar. Evə qayıdanda anası, polis evə gəlib Qabili aparandan sonra bir nəfərin həyətə girib nə isə axtarması, hətta evin qapısını açıb girmək istədiyi barədə məlumat vermişdir. Malikin şikayət etdiyi üçün həyətə onun daxil olmasından şübhələnmiş və qonşudan Malikin mobil telefonun nömrəsini alıb zəng etmişdir. Malikdən onların həyətə düşüb-düşməməsini soruşanda, Malik bildirmişdir ki, qardaşı taxtaları oğurladığına görə həyətə daxil olub axtarmışdır. O, Malikə icazəsiz həyətə daxil olduğuna görə irad tutmuşdur. Malik bir daha ona qardaşının oğru olmasını, həyətdən taxtalarını oğurlamasını demişdir. Bu səbəbdən telefonda mübahisəyə başlamış və Malik onu nalayiq söyüşlərlə təhqir etmişdir. Təxminən 15 dəqiqədən sonra onun telefon nömrəsinə zəng gəlmişdir. Cavab verəndə zəng edən ondan evdə olub-olmamağını soruşmuşdur. O, evdə olduğunu bildirəndə həmin şəxs evin yerini soruşmuşdur. O, evin yerini demişdir. Bir müddətdən sonra həmin şəxs evə çatdığını bildirib, darvazanın qarşısında gözlədiyini söyləmişdir. Əvvəl o, sonra qardaşı Fazil evin qarşısına çıxmışlar. O, evin qarşısına çıxanda təxminən 10-15 nəfərin dayandığını, onların bəzilərinin əlində taxta parçası, bəzilərinin əlində dəmir parçası, bir nəfərin əlində isə bıçaq və taxta olmasını görmüşdür. Maliklə gələnlərdən yalnız birini, Röyal adlı şəxsi tanımışdır. Röyal qardaşı Fazillə bir məktəbdə oxumuşdur. Röyal qardaşını tanımışdır. Bu an atası Qadir maşınla gəlmişdir. Qardaşı Qabil də həyətdən çıxmışdır. Şahid1 iki əli ilə onun yaxasından yapışmış və onun ünvanına nalayiq söyuşlər söymüşdür. Bu vaxt atası yaxınlaşıb mübahisənin sülh yolu ilə həll olunmasını təklif etmişdir. O, yaxasından tutan Maliki itələyib özündən uzaqlaşdırmışdır. Onu özündən itələyəndə Malik təpiklə ayağından zərbə vurmuşdur. Sonra həmin 10-15 nəfər şəxs onu, atası Qadiri və qardaşlarını döyməyə başlamışlar. Malikin yanındakı saqqallı sonradan adını bildiyi Şahid2 əlindəki dəmir parçası ilə onun başından və sağ qolundan zərbələr endirmişdir. Malikin o biri tərəfində dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlindəki taxta parçası, ona elə gəlir ki, «bita» ilə onun başına yenə də zərbələr vurmuşdur. İki nəfərin dəmir və taxta parçası ilə onun başına endirilmiş zərbələrin təsirindən gözləri qaralmış, qulaqları tutulmuşdur. O, başını tutub yerə yıxılmışdır. Huşunu tam itirmədiyindən təxminən 2 nəfərin onu təpiklə vurmalarını görmüşdür. Bundan sonra huşunu itirmişdir. Özünə gələndə atasının avtomobilində xəstəxanaya aparıldığını bilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, məhkəmə tibb-ekspertizaya 2020-ci ilin noyabr ayının sonunda göndərilmiş, fakt üzrə cinayət işi isə hadisədən 29 gün sonra, 09 dekabr 2020-ci il tarixdə başlanılmışdır. Onları bir neçə nəfər döyməsinə baxmayaraq, iş üzrə yalnız bir nəfər Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Əsas cinayətin təşkilatçıları olan sonradan adlarını bildiyi Şahid1, Şahid2 və digər şəxslər cinayət məsuliyyətindən yayınmışlar. Onlara hücum edən şəxslər 10-15 nəfər olmuşlar. Sonradan adını bildiyi Şahid2 əlindəki dəmir parçası ilə onun başından və sağ qolundan zərbələr endirmişdir. Dəqiq deyə bilər ki, ilk növbədə Şahid2 dəmir parçası ilə onun baş nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs Coşqunun əlindəki taxta parçası, ona elə gəlir ki, «bita» imiş, onun başına vurmuşdur. Coşqunun əynində qızılı kurtka var imiş. Ona görə bilmişdir ki, onu bita ilə vuran təqsirləndirilən şəxs imiş. O, əlində olan həmin parça ilə onun başına zərbələr vurmuşdur. Orada olanların hər birinin əlində nə isə var imiş. Onlar 4 nəfər olmuşlar. Bir nəfər təqsirləndirilən şəxs onların təkbaşına hamısına bu qədər xəsarət yetirə bilməzmiş. Ordakılar hamısı onlara xəsarət yetirmişdir. Nəyə görəsə istintaq orqanı onları cəlb etməmişdir. İbtidai istintaq orqanı onun ailəsinə basqın edən şəxsləri ona, atasına və qardaşlarına tanınmaya təqdim etməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 46-48-ci vərəqələrində və 1-ci cild 238-242-ci vərəqələrində olan Zərərçəkmiş şəxs1 ifadələrinə və ifadələrin sonunda olan imzalara əsasən Zərərçəkmiş şəxs1 bildimişdir ki, həmin ifadələrdə olan imzalar ona məxsusdur, o, müstəntiqə demişdir ki, ilk növbədə sonradan adını bildiyi Şahid2 əlindəki dəmir parçası ilə onun başından və sağ qolundan zərbələr endirmişdir. Sonra isə Təqsirləndirilən şəxs əlindəki taxta parçası, ona elə gəlir ki, «bita» ilə onun başına yenə də zərbələr vurmuşdur. Lakin, müstəntiq nədənsə Şahid2 əlindəki dəmir parçası ilə onun başından yox, yalnız sağ qolundan zərbələr endirməsini yazmışdır. O, ola bilər ki, həyacanlı olmuş və protokolu tam oxumadan imza etmişdir. Hal-hazırda ilkin ifadəsində olan bu hissəni təsdiq etmir, dəmir parçası ilə başından ona ilkin zərbəni məhz şəxsən Murad vurmuş, sonra isə Coşqun taxta ilə başına vurmuşdur. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadələrinə dəqiqləşdirmələr apararaq aşağıdakıları bildirmişdir: “...Mənim başıma dəmirlə bir dəfə zərbə endirilib, həmin zərbəni Təqsirləndirilən şəxs vurmuşdur. ...İkinci zərbəni metal bita ilə Coşqun başımdan endirdi. Məhz həmin zərbənin təsirindən mənim gözüm qaraldı və yerə yıxıldım. ...Baş beynimin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travmasını mənə Coşqun dəmir parçası ilə (bita) bir dəfə zərbə vurmaqla yetirmişdir. ... “ (cild 3 iş vərəqə 139-141) Zərərçəkmiş şəxs1 ifadələrində olan ziddiyətlər aradan qaldırılması üçün 26 yanvar 2022-ci il tarixdə sonuncu məhkəmə baxışında əlavə olaraq dindirilərək bildirmişdir ki, hadisə zamanı Malikin yanıdakı saqqallı sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlindəki dəmir parçası ilə onun başının sol tərəfindən zərbə vurmuşdur. Zərərçəkmiş şəxs1 26 yanvar 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 atasıdır, digər zərərçəkmiş şəxslər qardaşlarıdır. 10.11.2020-ci ildə günorta vaxtı evin qarajında təsərrüfat işi ilə məşğul olarkən qardaşı Adil ona zəng edib digər qardaşı Qabilin 14-cü Polis bölməsinə aparılmasını, onu da dəvət etdiklərini bildirmişdir. Bir müddət sonra qardaşları gəlmədiyi üçün anası narahat olub xahiş etmişdir ki, polis bölməsinə gedib onların saxlanmasının səbəbini öyrənsin. O, Maştağa qəsəbəsinə 14-cü Polis bölməsinə getmiş və polis əməkdaşı Daşqının xidməti otağının qarşısında Adili görmüşdür. Adil qonşu Malikin Qabilin onun həyətindən taxta oğurlamasına dair şikayət verdiyini, sorğu-sual etmək üçün çağırıldıqlarını bildirmişdir. Qabil izahat verəndən sonra azad buraxılmış və təxminən saat 20:50-də evə qayıtmışlar. Yolda Qabil bildirmişdir ki, həyətdə olarkən Malik polis əməkdaşları ilə gəlib həyətə girmişdir. Evə çatanda isə anası demişdir ki, polislər Qabili aparandan sonra Malik həyətə girmiş və hətta evin giriş qapısının tutacağını dartıb açmağa çalışmışdır. O, ikinci həyətə getmiş və yağış yağdığı üçün həyətdə çoxlu izlər görmüşdür. Malikin onlar olmayanda həyətə girməsini öyrənmək üçün qardaşı Adil qonşudan Malikin telefon nömrəsini öyrənmiş və ona zəng edib ondan həyətə düşübdüşməməsini soruşduqda, onların danışığından başa düşmüşdür ki, Malik ona bildirir ki, yaxşı edib həyətə düşüb və qardaşı ilə telefonda mübahisə etməyə başlamış və birbirlərini nalayiq söyüşlərlə təhqir etmişlər. Təxmiən 5 dəqiqə keçmiş polis əməkdaşı Daşqın Adilə zəng etmiş və qardaşı danışandan sonra bildirmişdir ki, Daşqın Malikə zəng vurmağına görə narazıdır. O, isə Daşqına Malikin həyətə icazəsiz daxil olmasına görə zəng etdiyini demişdir. Daşqın isə heç bir hərəkət etməməyi, özünün Maliklə danışacağını bildirmişdir. Daşqınla danışandan sonra təxminən 10-15 dəqiqə keçmiş Adilin telefonuna yenidən zəng gəlmişdir. Adil telefonda kiməsə evin yerini izah etməyə başlamışdır. Adil bildirmişdir ki, zəng edən Daşqın imiş, evə gəlmək üçün evin yerini soruşurmuş. Təxminən 10 dəqiqədən sonra yenə zəng gəlmiş və zəng edən evin yerini dəqiqləşdirib, çatdığını, küçəyə çıxmağı Adilə demişdir. O, və Adil evin qarşısına çıxanda Qabil də onların arxasınca gəlmişdir. Küçədə əllərində taxta və armatur, beysbol taxtası olan şəxsləri və Maliki görmüşlər. Bu vaxt atası da o biri həyətdən öz avtomobilində yaxınlaşmışdır. İlk olaraq Malik qardaşı Adilə yaxınlaşmış və Adilin yaxasından yapışanda onunla gələnlər hücum etmişlər və taxta, dəmir parçaları ilə vurmağa başlamışlar. Ona əvvəl 5-6 nəfər hücum etmiş, sonra sayları artmışdır. İlk növbədə onlardan biri beysbol taxtası ilə qolundan vurub taxtanı sındırmışdır. Bel nahiyəsindən zərbələr endirilmiş, dəmir parçası ilə də vurmuşlar. Coşqun əlindəki, metaldan olan beysbol aləti ilə arxadan 3-4 dəfə baş nahiyəsinə vurmuşdur. Qalanları bədəninin müxtəlif yerlərinə taxta parçası, armatur və metal boru ilə vururmuşlar. O, qaçıb həyətə daxil olanda onlardan 2-3 nəfər arxasınca həyətə daxil olub zərbə endirmişlər. Bu an qonşular gəlmiş və o, qışqıraraq onlara polisə zəng etmələrini tapşırmışdır. Bu vaxt hücum edənlər qaçıb getmişlər. Onlar qaçandan sonra Adili yerdə yıxılmış vəziyyətdə görmüşdür. Təcili Tibbi yardıma zəng etmişlər, lakin vaxtında gəlmədiyi üçün atasının avtomobilində Adil xəstəxanaya aparılmışdır. O, burun, sağ qulaq, başın arxa hissəsi, sağ ayağı, bel nahiyəsindən, sol əlindən, sol dirsəkdən xəsarətlər almışdır. Hücum edən şəxslərdən ancaq Maliki və bir məktəbdə oxuduğu Röyalı tanımışdır. Mübahisəni Malik başlamışdır. Hücum edənlərin arasında Murad, Elvin də olmuşdur. Digərlərinin adını bilmir. Elvin də onu taxta ilə vurmuşdur. Röyalın dalaşmada iştirak etməsini və onu vurmasını görməmişdir. Ona hücum edəndə, eyni vaxtda qardaşları Qabilə, Adilə və atası Qadirə də hücum etmişlər, onları da döymüşlər. Müstəntiq nədənsə heç bir şəxsləri tanınmaya təqdim etməmiş və yalnız bir nəfəri Təqsirləndirilən şəxs məsuliyyətə cəlb etmiş, digər şəxsləri isə məsuliyyətdən yayındırmışdır. Təqsirləndirilən şəxs ilə barışıq əldə etməmiş, hadisədə olan Murad, Malik və onlara basqın edən digər şəxslərin məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Coşqunun əlində metal və ya taxta beysbol var imiş, həmin beysbolla onu da vurmuşdur. Coşqun qardaşı Adilin də başından beysbolla vurmuşdur. Gələnlər 10-15 nəfər imişlər. Hadisə təxminən saat 22 radələrində olmuş, qaranlıq olsa da, həyətdə 2 projektor yanırmış. Qardaşı Adili Təqsirləndirilən şəxs da vurmuşdur. Tək Təqsirləndirilən şəxs onların hamısına xəsarət yetirə bilməzmiş. Lakin, istintaq orqanı onlara xəsarətlər yetirən digər şəxsləri bu işə cəlb etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 10.11.2020-ci ildə təxminən saat 13 radələrində yaşadığı evə gələndə darvazanın qarşısında polis avtomobilini və iki polis əməkdaşını həyətdə görmüşdür. Polis əməkdaşları oğurluqla əlaqədar həyətə baxmalı olduqlarını bildirmişlər. Həyətə baxmışlar, lakin oğurluq heç bir predmet aşkar etməmişlər. Ona həmçinin bildirmişlər ki, kamera görüntülərinə baxmışlar və qonşunun həyətinə girən şəxsin o, olmağını görüb tanımışlar. Onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ondan izahat alınmışdır. O, oğurluq etmədiyini bildirmişdir. Axşam polis bölməsinə böyük qardaşı Adil gəlmişdir. Polis bölməsindən o, Adillə birlikdə evə qayıtmışdır. Evə qayıdanda qardaşı, anası polisə nə üçün aparıldığını soruşduqda, o, oğurluqla əlaqədar aparıldığını demişdir. Anası bildirmişdir ki, polis əməkdaşları gedəndən sonra qonşu Malik həyətə girib həyəti axtarmış, hətta evin qapısını da yoxlamışdır. Qapı bağlı olduğu üçün evə girməmişdir. Bununla əlaqədar qardaşı Adil qonşu Ramildən Malikin telefon nömrəsini almış və Malikə zəng edib icazəsiz həyətə daxil olmasına görə irad bildirmişdir. Bir müddət keçmiş Adilin telefonuna zəng gəlmiş və zəng edən ondan evin yerini soruşmuşdur. Adil polis əməkdaşı olmasını bilib evin yerini ona bildirmişdir. Bir müddət də keçmiş yenə Adilin telefonuna zəng gəlmiş və zəng edən ona evin qarşısına çıxmasını demişdir. Adil və Fazil həyətdən çıxmışlar. O da onların arxasınca həyətdən çıxmışdır. Evin qarşısında 10-15 nəfərin dayandığını görmüşdür. Həmin şəxslər paltarlarından dəmir, taxta, bıçaq çıxartmışlar. Onlar qardaşlarına və atasına hücum etmişlər və əllərindəki dəmir parçası ilə, taxta ilə vurmağa başlamışlar. O, ayırmaq istəyəndə isə Malik əlində bıçaqla onu hədələmiş və bildirmişdir ki, o, qarışmasın, o, yaxşı oğlandır, qoy dalaşsınlar. Buna baxmayaraq onu da ayaq nahiyəsindən dəmir parçası ilə vurmuşlar. Birdən onlar hadisə yerindən qaçmışlar. Ayağından arxadan vurulduğundan kimin vurmasını bilməmişdir. Hücum edənlərdən biri Adilin baş nahiyəsindən dəmirlə vurmuş və Adil aldığı zərbədən yerə yıxılmışdır. Həmin tarixdə atası polisə ərizə yazmış, həmçinin, 102 xidmətinə zəng vuraraq məlumat verilmişdir. Lakin, buna baxmayaraq ağır vəziyyətdə olan qardaşı X14 yalnız məhkəmə tibb-ekspertizaya 2020-ci ilin noyabr ayının sonunda göndərilmiş, fakt üzrə cinayət işi isə hadisədən 29 gün sonra, yəni 09 dekabr 2020-ci il tarixdə başlanılmışdır. Onları bir neçə nəfər döyməsinə baxmayaraq, iş üzrə yalnız bir nəfər Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir, əsas cinayətin təşkilatçıları olan sonradan adlarını bildiyi Şahid1, Şahid2 və digər şəxslər cinayət məsuliyyətindən yayınmışlar. Onlara basqın edən şəxslər onları dəmir və taxta parçaları ilə zərbələr endirmişlər. Təqsirləndirilən şəxs ilə barışıq əldə etməmiş, hadisə yerində olan Malik və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edir. İstintaq orqanı onları döyən şəxsləri onlara tanınmaya təqdim etməmişdir. Şahid1 əlində bıçaq olmuşdur. Təqsirləndirilən şəxs təkbaşına onların hamısına xəsarət yetirə bilməzmiş. Təqsirləndirilən şəxslə gələn şəxslər də onlara müxtəlif bədən xəsarətləri yetirsələr də, istintaq orqanı onları məsuliyyətə cəlb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs məhlədən tanımışdır. Münasibətləri yaxşı olmuşdur. 10.11.2020-ci il tarixdə saat 19:30 radələrində evdə olarkən Malik zəng edib yaşadıqları evin darvazasının yerdə olduğunu, darvazanı qonşuları Qadirgilin çıxardığını və həmin darvazanı yerinə qoymağa kömək etmək lazım olduğunu bildirmişdir. O, Malikə kömək etmək üçün gələ biləcəyini demiş və Bilgəh qəsəbəsində 11-ci dalana gəlib orada Maliklə görüşüb, dayanacağa qədər piyada getmişlər. Malik ondan xahiş etmişdir ki, Pərvizə zəng edib onu da çağırsın. O, Malikin telefonundan Pərvizə zəng etmiş və ondan xahiş etmişdir ki, Malikgilin darvazasının yerinə qoyulmasında gəlib kömək etsin. Pərviz, Röyal, Coşqun və Mübariz də razılaşmışlar. Pərvizin həyətindən qapını qaldırmaq üçün taxta və dəmir parçaları da götürmüşlər. Həmin vaxt Əli də yaxınlaşmışdır. Kim isə zəng edib Elvini onları avtomobilində aparması üçün çağırtdırmışdır. Elvin avtomobili ilə gəlib onları aparmışdır. Avtmobildə təxminən 7 nəfər imişlər. O, Pərviz, Malik, Coşqun, Mübariz, Əli, Röyal olmuşlar. Elvin isə onları maşınla oraya aparmışdır. Elvin avtomobili Malikin evindən aralıda saxlamışdır. Yolda avtomobildən düşüb təxminən 100-150 metr piyada getmişlər. Onlar darvazanı yerinə qoymağa başlayanda Maliklə Qadir arasında mübahisə başlamışdır. O da onları aralaşdırmaq üçün yaxınlaşıb onlara bildirmişdir ki, qonşudurlar, dava etməsinlər. Bu vaxt onu arxadan kimsə vurmuşdur. O, yerə yıxılmış və bir an huşunu itirmişdir. Hadisə zamanı o, xəsarət almışdır. Malikin də kiməsə “məni kim idi vuran” deməsi səsini eşitmişdir. Hadisə günü oraya dava etmək məqsədi ilə getməmişlər. Malikin xahişi ilə yerdə olan darvazanı yerinə asmaqda kömək etmək məqsədi ilə getmişlər. Maliklə Qadir arasında olan mübahisəni araladırmaq istəyəndə isə onun da başından vurmuşlar, o, yerə yıxılmışdır. Görmüşlər ki, qarşı tərəf üstlərinə gəlir, oradan qaçmışlar. Avtomobili saxladıqları yerə gəlib və avtomobilə oturub evə getmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Malik darvazanı zərərçəkmiş tərəfin çıxardıb yerə qoyduğunu demiş və onlara da həmin darvazının yerinə asılmasında kömək etmək məqsədi ilə çağırmışdır. Qarşı tərəf üstlərinə gəlmiş, onlar da qorxub qaçmışlar. O, bilmir qarşı tərəfdən neçə nəfər var imiş. Onlar 12- 15 nəfər olmamışlar, cəmi 7 nəfər olmuşlar. Onlar darvazanı asmağa başlayanda Maliklə zərərçəkmiş şəxs Qadir onlardan aralanmış, onların mübahisə etdiklərini görmüşlər. Ona görə də onlara yaxınlaşmışlar. Onlar hadisə yerinə davaya getməmişlər. Coşqun davaya meyilli biri olmamışdır. Malikin deməsinə görə qapını zərərçəkmiş şəxs tərəf çıxarıblarmış. Qapı ağır olduğundan köməklik edib yerinə asmaq lazım imiş. Dava olduğundan qapını yerinə asa bilməmişlər. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 105-108, 130-133 və 2-ci cild 3-6-cı vərəqələrində olan ifadələrində Şahid2 aşağıdakıları göstərmişdir: «...10.11.2020-ci il tarixdə saat 19:30 radələrində evdə idim. Malik zəng vurub bildirdi ki, onu söyüblər məsələni aydınlaşdırmaq üçün gedir. Mən Malikə təklif etdim ki, məni də gözləsin birlikdə gedək. Yolda Röyal da bizə qoşulub, bizimlə gəldi. ...Bu vaxt əynində qırmızı kofta olan qardaşlardan biri əlində olan dəmir parçası ilə Maliki vurduğunu gördüm. Bununla da mübahisə və dava-dalaş başladı. Biz qarşılıqlı olaraq dalaşmağa başladıq. Mən də əlimlə onları vururdum. Mən əlimlə onları vuran zaman kişinin əlində olan dəmir yerə düşdü. Mən dəmiri yerdən götürüb, qardaşlardan birinin başından vurdum. Qardaşların atası övladlarından birinə DİN-nin 102 xidmətinə zəng vurmasını tapşırdı. Bu vaxt biz qaçaraq hadisə yerindən uzaqlaşdıq. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, elan olunmuş ifadələrini oxumadan imza etmiş, indi məhkəmədə verdiyi ifadəni təsdiq edir. Müstəntiq nədənsə onların qapını yerinə salmaqları barədə ifadəni yazmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10.11.2020-ci il tarixdə köhnə qonşuları Bilgəh qəsəbəsində yaşayan Pərviz və Təqsirləndirilən şəxs qardaşlarının yaşadığı evdə Laçın rayonunun işğaldan azad olunmasını qeyd etmək üçün oturmuşlar. Orada ondan, Pərviz və Coşqun qardaşlarından başqa Mübariz də olmuşdur. O, pivə içirmiş. Onlar oturub şam edərkən Pərvizə zəng gəlmişdir. Pərviz telefonla danışandan sonra Muradın zəng etməsini, darvazalarının çıxarılmasını bildirmiş və həmin darvazanın yerinə qoyulmasında kömək lazım olduğunu deməsini bildirmişdir. Bundan sonra onlar Malikin xahişi ilə darvazanın yerinə qoyulması üçün kömək etmək məqsədi ilə o, Pərviz, Coşqun və Mübariz Malikin dediyi 11-ci dalana gəlmişlər. Malik və Murad orada imişlər. Bir qədər keçmiş Əli də gəlmişdir. Malik bildirmişdir ki, həyətlərindən oğurluq olmuş, bununla bağlı qonşuları ilə aralarında narazılıq olmuş, qonşuları darvazanı söküb yerə qoymuşlar. Həmin darvazanı yerinə qoymaqda kömək etmək lazımdır. Coşqun tanışı Elvinə zəng edərək avtomobili ilə onları aparmağı xahiş etmişdir. Onlar Elvinin avtomobilinə oturmuşlar, bir qədər keçdikdən sonra Elvin avtomobili saxlamış və piyada təxminən 500-600 metr məsafə qət edib Malikin dediyi evə çatmışlar. O, Fazillə bir məktəbdə oxuduğundan onunla görüşüb söhbət etmişlər. Sonra onlar darvazanı yerinə asmağa başlayarkən Maliklə qonşuları Qadir bir az aralıda mübahisə etməyə başlamışlar. Kimsə Muradı vurmuşdur. Murad başından xəsarət almışdır. Zərərçəkmiş şəxs3 onu vurmaq istəmiş, elə bilmişdir ki, o da dava edir. O, Qadiri qucaqlamış, Qadir onu vurmamışdır. Sonradan bilmişdir ki, Muradı da Zərərçəkmiş şəxs3 vurub xəsarət yetirmişdir. Maliklə zərərçəkmiş şəxslər arasında nə söz-söhbət olmasından onun məlumatı olmamışdır. Onlar hadisə yerinə gedərkən onda və digər şəxslərdə hər hansı bir alət olmamışdır. Onlardan gedənlərdən heç kimin zərərçəkmiş şəxsləri vurmasını görməmişdir. Hadisə vaxtı hava qaranlıq olmuş, lakin işıqlandırma var imiş. Maliklə zərərçəkmiş şəxs Qadir onlardan aralanıb kənarda mübahisə edirmişlər. O, Coşqunun əlində hər hansı bir alət olmasını və kimisə vurmasını görməmişdir. Coşqun davaya meyilli biri olmamışdır. Coşqunun kiminləsə dava etməsini o, görməmişdir. Onlar darvazanı yerinə asmağa başlayanda Maliklə zərərçəkmiş şəxs Qadir mübahisə etməyə başlamış, onlar darvazanı yerinə asa bilməmişlər. Hadisə yerinə o, Pərviz, Malik, Coşqun, Mübariz, Əli, Murad getmişlər. Elvin isə onları maşınla oraya aparmışdır. Təqsirləndirilən şəxsgilin evində oturub yemək yeyərkən o, pivə içmiş, digər şəxslərin içkili olmasını görməmişdir. Sonradan bilmişdir ki, Maliklə qonşuları arasında narazılıq olmuş, Malikgilin həyətindən taxta oğlurlanmasında Malik qonşularını günahlandırmış və bununla bağlı aralarında mübahisə olmuşdur. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 54-57, 135-137 və 2-ci cild 72-75-ci vərəqələrində olan ifadələrində Şahid3 aşağıdakıları göstərmişdir: «...10.11.2020-ci ildə saat 19-30-da işdən evə qayıdanda tanışları Malik və Muradla görüşdüm. Onlardan hara getdiklərini soruşdum. Malik cavab verdi ki, söhbəti düşüb, aydınlaşdırmaq üçün gedirlər. ...Fikriləşdim ki, hər iki tərəfidə tanıdığım üçün məni eşidərlər deyə məndə onlarla getdim. Malik və Muradla söhbətə davam etməyə başladılar. Birdən onlar bir-birləri ilə dalşmağa başladılar. Biz dərhal onların yanına yaxınlaşdıq. Mən dava edən Maliklə Fazilin qardaşını ayrımağa çalışırdım. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, elan olunmuş ifadələrini oxumadan imza etmiş, həmin ifadələri təsdiq etmir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10.11.2020-ci ildə saat 20 radələrində işdən gəldikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Evdə Coşqunun qardaşı Pərviz və tanışları Röyal da var imiş. Birlikdə şam edirmişlər. Röyal pivə içirmiş. Bu zaman Pərvizin telefonuna zəng gəlmişir. Pərviz cavab verib danışandan sonra Muradın onları bayıra çağırdığını bildirmişdir. Evdən çıxanda darvazanın qarşısında Murad və Maliki görmüşlər. Malik qonşuları ilə aralarında yaranmış mübahisə zamanı qonşularının onların darvazalarını çıxarıb yerə qoyduqlarını bildirərək darvazanı yerinə asmağa kömək etməklərini xahiş etmişdir. Onlar razılaşmışlar. Coşqun Elvin adlı tanışına zəng vurub xahiş etmişdir ki, öz avtomobilində gəlib onları aparsın. Bir müddət sonra Elvin «BMV» markalı avtomobildə gəlmişdir. Əli də onunla gəlmişdir. Onlar, yəni, o, Röyal, Pərviz, Malik, Coşqun, Əli, Murad avtomobilə oturub getmişlər. Muradgilin evinə bir az qalmış Elvin avtomobili saxlamışdır. Onlar avtomobildən düşüb piyada hərəkət etmişlər. Darvazanın yanına çatmışlar. Onlar darvazanı yerinə asmaq istəyəndə Malik bir nəfərlə onlardan aralanmış və həmin şəxslə mübahisə etməyə başlamışdır. Onlar Malikgilin arxasınca getmişlər ki, onları aralaşdırsınlar. Sonra orada zərərçəkmiş şəxs Adil və digər zərərçəkmiş şəxsləri də görmüşlər. Sonradan adını bildiyi zərərçəkmiş şəxs Qadir onlara tərəf yaxınlaşmışdır. Qardaşlardan biri Malikə nə üçün özbaşına həyətə daxil olmasına dair irad bildirmişdir. Maliklə Qədir dalaşmağa başlamışlar. Murad Malikin vurulmasını görüb aralamaq üçün onların arasına daxil olsa da, həmin şəxs əlindəki dəmir parçası ilə Muradın baş nahiyəsindən zərbə endirmişdir. Bundan sonra tərəflər arasında dalaşma başlamışdır. Dalaşmada qardaşların atası onu da yumruqla vurmaq istəyəndə onu tutmuş, qardaşlardan biri onu təpiklə vurmuşdur. Ataları həyətə daxil olub dəmir parçası götürmüş, ona yaxınlaşıb zərbə endirəndə əlini qabağa vermiş, zərbə sağ əlinə dəymişdir. Atası onu yenə vurmaq istəyəndə dəmir parçasını atasının əlindən almış və həmin dəmir parçası ilə onun çiyin nahiyəsindən zərbə endirmişdir. Hadisə zamanı kimin nə ilə kimi vurmasını o, dəqiq görməmişdir. Muradın əlində taxta olmuşdur. Murad həmin taxtanı qapını asmaq üçün lazım olacağı məqsədi ilə götürmüşdür. Sonra onlar avtomobilin dayandığı yerə getmişlər. Hadisə zamanı onun 18 yaşı tamam olmuşdur. Hadisə yerinə onlar dava etmək məqsədi ilə getməmişlər. Qapını yerinə asmağa kömək etmək məqsədi ilə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Bilgəh qəsəbəsində atasının mühafizəçi kimi işlədiyi bağda valideynləriylə yaşayır. Maliki Bilgəh qəsəbəsində qonşu kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. 10.11.2020-ci ildə o, qardaşı Coşqun, qonşuları Mübariz və Röyal evdə olarkən saat 21-22 radələrində Malikin nömrəsindən Murad zəng etmişdir. Murad Malikgilin evində olan darvazanı yerinə asmaqda kömək etmək lazım olduğunu bildirmişdir. Bundan sonra onlar, yəni, o, qardaşı Coşqun, Murad, Malik, Coşqun, Əli, Röyal birikdə Elvinin avtomobili ilə Malikin yaşağıdı evin yaxınlığına qədər getmişlər. Elvin yol pis olduğundan evdən bir az aralı maşını saxlamışdır. Onlar maşından düşüb bir az piyada getmişlər. Malikin evinin qarşısına çatmışlar. Darvazanı asmağa başlayanda Malikin bir az aralıda kiminləsə mübahisə etməsini görmüşlər. Adilin əlində dəmir boru parçası, Fazilin əlində isə prefarator oxu var imiş. Ataları bir qədər kənarda avtomobilində imiş. Sonra o, avtomobildən düşmüşdür. Malik qardaşlara yaxınlaşıb niyə onu təhqir etdiklərini soruşmuşdur. O, qardaşlara təklif etmişdir ki, əllərindəki dəmir parçalarını yığışdırsınlar, onlar dalaşmağa gəlməmişlər. Bu an Fazil Maliki itələyib təpiklə zərbə endirmişdir. Bundan sonra tərəflər arasında dalaşma başlamışdır. Zərərçəkmiş şəxslərin əlindəki dəmir parçalarını almağa çalışsalar da, Fazil əlindəki dəmir parçası ilə Muradın baş nahiyəsindən zərbə endirmişdir. Muradın başından qan axmışdır. Zərbədən sonra dalaşanlar aralanmış, bundan istifadə edən qardaşlar və ataları həyətlərinə daxil olub əllərində uzun armatur kəsikləri ilə çıxmışlar və bir-birlərinə polisə zəng et deməyə başlamışlar. Bundan sonra onlar oradan uzaqlaşıb şosseyə tərəf getmişlər. Elvin avtomobillə şosseyə gəlmiç və avtomobilə oturub getmişlər. Dalaşmada kimin hərəkətinin nədən olmasını dəqiq görməmişdir. Elvinin və Coşqunun kənarda dayanmasını görmüş, Coşqunun kimisə dəmir parçası ilə vurmasını görməmişdir. O, dava edənlərə yaxınlaşmış və onlar tərəfdən gələn uşaqları oradan aparmışdır. Coşqunun əlində hər hansı bir alət olmamış və Coşqunun kimisə vurmasını görməmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 19-23-cü vərəqələrində olan ifadəsinə əsasən Şahid5 bildirmişdir ki, elan olunmuş ifadəni qismən təsdiq edir. Onlar darvazanı asmağa kömək etmək məqsədi ilə oraya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, «BMV» markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 10.11.2020-ci ildə saat 21-dən sonra evdə olarkən tanışı Coşqun ona zəng edərək maşınla onu apara biləcəyini soruşmuşdur. O, razılıq vermiş və avtomobillə Coşqunun evinin qarşısına gəlmişdir. Coşqunun evinin qarşısına çatanda Coşqun, Röyal, Pərviz, Malik, Murad, Mübariz və Əlini görmüşdür. Onların hamısını kənddə və məhəllədə yaşayanlar kimi tanıyır. Coşqun onları Malikin təzə evinin qarşısına aparmağını xahiş etmişdir. Onlar avtomobildə 2 nəfər qabaq oturacaqda, 5 nəfər isə arxa oturacaqda yerləşmişlər. Avtomobilin alt hissəsinin dəyməsindən ehtiyat edib avtomobili bir qədər aralı saxlamışdır. Onları gözləməyini xahiş etmişlər. Təxminən 10 dəqiqəyə qədər gözləmişdir. Onların gəlməməsini görüb Malikin evinin qarşısına getmişdir. Çatanda Pərvizin qolunu və qabırğasını tutmasını, Muradın başından qan gəlməsini və tanımadığı bir nəfərin də başını tutduğunu və nalayiq ifadələr işlətməsini, 102 xidmətinə zəng etməsini görmüşdür. Başa düşmüşdür ki, gətirdiyi şəxslər kimlərləsə dalaşmışlar. Onları avtomobilə otuzdurub Coşqunun evinin qarşısına gətirmiş, özü isə evə getmişdir. Coşqun ona əvvəlcədən hara, nə məqsədlə gedəcəklərini bildirməmişdir. Coşqun və onunla olanlar avtomobilə minərkən əllərində taxta və ya başqa predmetlər görməmiş, ola bilər paltarlarının içində olmuşdur. Qayıdanda Malik də o biriləriylə birlikdə gəlmişdir. O, maşını aralıda saxlamış, hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun ailəsi qardaşı Fərid Nəsirov üçün Bilgəh qəsəbəsində torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikdirmişlər. 2020-ci ilin noyabr ayının 10-da səhər 11-12 radələrində həmin torpaq sahəsinə getmiş və həyətdən 12 ədəd taxtaların, 1 ədəd arabanın, 1 ədəd baltanın, 3 ədəd malaçəkənin, laqonda aparatının, 2 ədəd səviyyə ölçən cihazın, 20 metr uzunluğunda su səviyyə ölçənin və müxtəlif ölçülü taxta materiallarının və 10 kisə sementlərinin oğurlanmasını bilmişdir. Dərhal DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Ona sahə inspektoruna müraciət etməyini məsləhət görmüşlər. O da telefonla sahə inspektoru Akifə məlumat vermiş və onunla görüşəndə sahə inspektoru məzuniyyətdə olmasını demişdir. Bu səbəbdən oğurluq barədə digər sahə inspektoru Bəhruza məlumat vermişdir. Bir qədər keçmiş sahə inspektoru Bəhruz müəllim polislə həyətə gəlmişlər. Həyətin 4 tərəfdən 12 daş hündürlüyündə tikilmiş hasarı və dəmir darvazası olsa da, polislər evə baxıb bildirmişlər ki, tikinti başa çatmamış, yaşayış sahəsi hesab edilmir. Bundan sonra o, sahə inspektoru Bəhruzla oğurlanmış əmlakı axtarmağa başlamışlar. Oğurluq barədə biləndən sonra həmin həyətlə üzbəüz yaşayan adını bilmədiyi qonşudan kimin həyətə girməsini soruşanda qonşu bildirmişdir ki, onun da həyətindən Qadirin oğlanları oğurluq etmişlər. O da bu barədə polis əməkdaşlarına demişdir. Axtarış zamanı Zərərçəkmiş şəxs3 parnik quraşdırılmış torpaq sahəsinə daxil olmuşlar. Həyətdə istixananın yanında o, 5X15 ölçülü taxtalardan 6 ədədini tapıb, qonşusu Eynullanın həyətinə yığmışdır ki, 2-ci dəfə oğurlanmasın. Bəhruz Qadirin 2-ci həyətinə gedib baxmağı təklif etmişdir. Birlikdə Qadirin və ailəsinin yaşadığı evə getmişlər. X13 var imiş. Polis əməkdaşları həyətə baxış keçirməyə icazə almışdır. Həmin həyətdə ona məxsus heç bir əşya tapılmamışdır. Polis əməkdaşları Qabili maşına otuzdurub Polis bölməsinə aparmışdır. O, isə evə getmişdir. Bundan sonra onların tikilinin darvazasını söküb yerə qoymuşlar. Həmin gün axşam 9 radələrində ona yenə zəng gəlmişdir. Zəng edən Zərərçəkmiş şəxs3 oğlu Adil olmuşdur. Adil ondan həyətlərinə girib-girməməyini soruşanda polis əməkdaşı ilə həyətə daxil olduğunu demişdir. Bu cavabdan sonra Adil onu nalayiq söyüşlərlə təhqir etmiş və harada olmağını soruşmuşdur. O, Adilin söyüşlərinə evdə olduğu üçün cavab verməmiş və evdə olduğunu bildirmişdir. Bundan sonra saat 20:56-da sahə inspektoruna zəng edib Adilin hərəkətləri barədə məlumat vermişdir. Bəhruz ona telefonu söndürməyi təklif etmiş və səhər aydınlaşdıracağını bildirmişdir. O, gözətçi işlədiyindən telefonu söndürməmişdir. Saat 20:57-də yenə Adil ona zəng etmiş və bir daha onu nalayiq söyüşlərlə təhqir etmiş və hirsli-hirsli onlara gəlməyini tapşırmışdır. Bundan sonra saat 20:58-də o, Murada zəng edib xahiş etmişdir ki, 11-ci dalana gəlsin. Həmçinin də darvazanı söküb yerə qoymalırını və darvazanı yerinə asmaqda kömək etmələrini bildirmişdir. Təxminən 15-20 dəqiqədən sonra Muradla 11-ci dalanda görüşmüşlər. Murada baş verənləri, Adilin onu təhqir etməsini və onu yaşadığı küçəyə çağırmasını demişdir. Bundan sonra saat 21:05-də sahə inspektoru Bəhruza zəng etmiş, Adilin onu təhqir etməsini, onu çağırmasını demişdir. Bəhruz bir daha telefonu söndürməyini tövsiyə etmişdir. Adil telefonla danışarkən eşitdiyi səslərə görə Qadirin oğlanlarının tikilən həyətə daxil olub ziyanverici hərəkətlər etməsini düşünmüş, bu səbəbdən Murada həyətə getməyi təklif etmişdir. Murad onun telefonu ilə saat 21:16-da Pərvizin telefonuna zəng etmiş, Pərvizdən gəlməsini xahiş etmişdir. Yolda 7-ci dalanda tanışı Röyala rast gəlmiş, Röyal da onlarla getmişdir. Tikintisi aparılan evə çatanda Qabili, qardaşları Adili və Fazili görmüşdür. Qardaşlar onu görən kimi Adil və Fazil nalayiq sözlər işlətməyə başlamışlar. Yaxınlaşanda Adilin əlində dəmirdən paslı boru, Fazilin əlində isə preferatorun oxunu görmüşdür. Qabilin əlində heç bir predmet yox imiş. Onlara yaxınlaşıb kimin söyməsini və taxtaları kimin oğurlamasını soruşanda, Adil bir daha onu nalayiq ifadələrlə təhqir etmiş və yaxşı edib söydüyünü və onu yaşamağa qoymayacaqlarını deyərək, əlindəki dəmir parçası ilə ona zərbə endirmək istəyəndə, Qabil araya girib onu çəkdiyi üçün zərbə ona dəyməmişdir. Bu an Adilin atası Qadir öz avtomobili ilə yaxınlaşmışdır. Sonra isə, avtomobildən düşüb əlindəki dəmir parçası ilə onlara hücum edib Muradın başına zərbə endirmişdir. Zərbədən sonra Adil, Fazil də Murada hücum etmişlər və əllərində olan dəmir parçaları ilə Muradı vurmağa başlamışlar. Qabillə birlikdə onları sakitləşdirmək istəmişlər. Qadirin əlindən dəmir parçası düşəndən sonra zərbələrin təsirindən böyrü üstə yerə yıxılmış Murad, həmin borunu götürüb onlara tərəf zərbə yönəltmiş, lakin zərbə heç kimə dəyməmişdir. Muradın əlində olan boru yenidən Qadirin əlinə keçəndə boru ilə onun boyun nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən başı gicəllənmiş, epilepsiya xəstəliyi tutduğundan yerə yıxılıb huşunu itirmişdir. Özünə gələndə bir neçə nəfərin əlləri ilə üz nahiyəsindən ayıltmaq üçün vurduqlarını görmüşdür. Epilepsiya tutanda xəstəliyin əlaməti kimi aclıq yarandığından yerdəki quru çörəyi götürüb ayağa qalxıb yeyə-yeyə evə getmişdir. Huşunu itirdiyi üçün Pərviz, Coşqun, Elvin, Mübarizin hadisə yerinə gəlmələrini görməmişdir. Onda epilepsiya olduğundan huşunu itidiyi üçün hadisə vaxtı olan davanı demək olar ki, təfsilatı ilə görə bilməmişdir. Onda bıçaq olmamışdır. O, huşunu itirəndən sonra nə baş verməsini bilməmişdir. Zərərçəkmiş şəxslər darvazanı açıb yerə qoymuşlar. O, deyə bilməz nə üçün istintaqda verdiyi ifadəsində darvaza barədə yazılmamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 1-ci cild 112-15-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Adil məni yenidən nalayiq ifadələrlə təhqir edib, onunla görüşməyim üçün evlərinin yanına gəlməyimi dedi. Mən Adillə danışığı bitirib, Bilgəh qəsəbəsində yaşayan dostum Murada zəng vurub, söhbətim düşüb, mənə qarşı söyüş söyürlər deyə bildirdim. Təklif etdim ki, məsələni aydınlaşdırmaq üçün mənimlə getsin. O, etiraz etmədi. ...Çatmamışdan əvvəl Adilin mənə zəng vurduğu nömrəyə zəng vurdum. Cavab verən Adilin qardaşı Fazil idi. Ondan qapıya çıxmasını xahiş etdim. ...Adil əlində olan dəmir parçası ilə gəldi. Mən başa düşdüm ki, o, əlində olan dəmir parçası ilə məni vuracaq. Bu səbəbdən də mən təpiklə onun sinəsindən vurdum. …» Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Malik Nəsiov bildirmişdir ki, ifadəni qismən təsdiq edir. O, hazırda düz ifadə verir. İfadəni oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Coşqun Novruzu tanıyır, onunla münasibəti yaxşı olmuşdur. 10.11.2020-ci ildə saat 22 radələrində yaşadığı evin pəncərəsindən baxarkən Malik və Muradın keçdiyini görüb, pəncərəni açıb onlardan siqaret istəmişdir. Malik və Murad ona bayıra çıxmağı demişlər. O, evdən çıxmış və birlikdə Coşqungilin evinə tərəf getmişlər. Murad Pərvizə zəng edib ondan evdən çıxmasını xahiş etmişdir. Pərviz, qardaşı Coşqun, tanışları Röyal və Mübariz Pərvizgildən çıxmışlar. Orada Murad danışmışdır ki, Qadirin oğlanları Malikin evindən oğurluq edib, sonra zəng edib onu təhqir etmişblər. Həmçinin də Malik Qadirin oğlanlarının darvazanı söküb yerə qoyduqlarını, darvazanı yerinə asmağa da kömək lazım olduğunu bildirmişdir. Hamı getməyə razılıq verəndən sonra Coşqun zəng edib Elvindən xahiş etmişdir ki, öz avtomobili ilə gəlib onları aparsın. Bir müddət sonra Elvin avtomobili ilə gəlib onları Malikgilin tikilisinin yaxınlığına aparmışdır. Yol yaxşı olmadığından bir az avtomobili aralıda saxlamış və onlar avtomobildən düşüb bir az piyada getmişlər. Onlar darvazanı yerinə asmağa başlamaq istəyəndə Maliklə zərərçəkmiş şəxslərdən birinin kənara çəkilib mübahisə etdiklərini görmüşlər. Həyətdən 2 qardaş da çıxmışlar. Onların əlində dəmir parçaları olmuşdur. Bu an ataları Qadir də avtomobilində gəlmiş, avtomobildən düşüb nalayiq ifadələr işlədə-işlədə yaxınlaşmışdır. Malik və Murad yaxınlaşanda qardaşlardan Fazil Muradı təpiklə vurmuş, Adil isə Maliki itələmişdir. Qadir yaxınlaşmış və dalaşma başlamışdır. Coşqunun kimisə vurmasını görməmişdir. Coşqunla Elvin avtomaşını park edib arxadan gəlirmişlər. Pərvizin dalaşdığını da o, görməmişdir. Orada polis çağıracaqlarını deyəndə o, və onunla gələnlər oradan aralanmışlar. Yola tərəf gedib Elvinin avtomobilinə oturub çıxıb getmişlər. O, dalaşmada iştirak etməyib kənarda dayanmış, heç kimi vurmamışdır. Qadir onun qolundan vurub xəsarət yetirmişdir. Pərviz və Röyal ancaq dalaşanları ayırmışdır. Malik əks tərəfdən olan qardaşlardan birini Qabili kənara çəkmişdir ki, onu heç kim vurmasın. Dalaşanlara da Qabili vurmamağı tapşırmışdır. Murad baş nahiyəsindən zərbə alandan sonra kənara çəkilmişdir. Onda yırtıq olduğundan, o, kənarda dayanmışdır. Darvazanı yerinə asmaqda o elə də kömək edə bilməyəcəkmiş, çünki, onda yırtıq var, gəlmişdir ki, o da bir az dayaq ola bilər. Elan olunmuş cinayət işinin 2-ci cild 13-17-ci vərəqələrində olan ifadəsinə əsasən Şahid6 bildirmişdir ki, ifadəsini qismən təsdiq edir. Ola bilər ki, elan olunmuş ifadəni oxumadan imza etmişdir. İndi məhkəmədə düz ifadə verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 10.11.2020-ci ildə xidməti ərazisində yaşayan Bilgəh qəsəbə sakini Şahid1 inşa etdiyi evin həyətyanı sahəsində taxta materiallarının və 1 ədəd əl arabasının oğurlanması barədə məlumat vermişdir. Məlumatla əlaqədar bölmənin təhqiqatçısı Samir Abdullayevlə hadisə yerinə getmişlər və yaxın həyətlərə baxış keçirmişlər. Həyətlərin birində Şahid1 6 ədəd taxtaları görmüş, ona məxsus olmasını bildirmiş və həmin taxtalar götürülmüşdür. Qonşularla söhbət zamanı oğurluğun Qadirin övladları tərəfindən olunmasını bildirmişlər. Bu an həmin ailənin üzvü olan Qabilin gəlməsini görmüşlər. Qabildən taxtaların oğurlanmasını soruşduqda, o, məlumatının olmamasını bildirmiş və yaşadığı evə tərəf getmişdir. O da Şahid1la onun arxasınca getmişlər və evin girişində tikinti alətlərinin və bir arabanın olmasını görmüşlər. Şahid1 həmin əl arabasının ona məxsus olmamasını bildirmişdir. Qabil izahat alınması üçün 14-cü Polis bölməsinə dəvət olunmuş və təhqiqatçı tərəfindən izahatı alınmışdır. Həmin gün axşam Şahid1 Qadirgildən onun mobil telefonuna zəng olunmasını və onun həyətində oğurluq etmədikləri halda onlardan şikayət etməsini irad bildirildiyi barədə məlumat vermişdir. O, Malikə şikayətinin təhqiqatda olmasını bildirmişdir. Malik zəng edən şəxsin onu söyməsini və görüşməyi təklif etməsini bildirməmişdir. Taxtalar tapılan həyətin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxs Qədir Rəhimovla hasar qonşusudurlar. 2020-ci ilin noyabr ayının əvvəllərində tarixi xatırlamadığı bir gündə qonşulardan kimsə Qadirgilin evinin qarşısına polislər gəldiyini bildirmişdir. O, qardaşı Elnurla evin qarşısına gəlmişlər. Lakin, onlar oraya gələndə artıq orada heç kəs yox imiş. O, nə baş verməsini soruşmaq üçün Qadirin qapısını döymüşdür. Qadir və oğlu Qabil çölə çıxmışlar. Qadirdən nə baş verdiyini soruşduqda, Qadir bildirmişdir ki, 10-12 nəfər şəxs onları döymüşlər. Təxminən 1-2 saat sonra Qadirin digər oğlu Fazil də gəlmişdir. Onun bədəni üzərində xəsarət izləri var imiş. Dalaşmanın səbəbini, dalaşan şəxslərin kimliyini bilməmişdir. O, hadisəni görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi, polis kapitanı Mövlud Məmmədovun 10 noyabr 2020-ci il tarixli raportundan görünür ki, 10.11.2020-ci il tarixdə, saat 21-51 radələrində DİN-nin 102 xidmətinə vətəndaş Zərərçəkmiş şəxs1 zəng vuraraq Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, S.Vurğun küçəsində adını bilmədiyi qonşusunun 9-10 nəfər şəxsi yığaraq onunla münaqişə etməsi və onu və qardaşını döyməsini bildirmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası X15 xəstənin stasionar tibbi kartından 1937 saylı çıxarışdan (epikriz) görünür ki, xəstə X14 11 noyabr 2020-ci il tarixdə kəskin baş ağrıları, ürəkbulanma, qusma şikayətləri ilə xəstəxanaya daxil olmuş, ona açıq kəllə beyin travması, baş beynin əzilməsi və sıxılması. Sol təpə gicgah nahiyəsində epidural hematoma. Sol təpə gicgah sümüklərin kəllə əsasına keçən xətti sınığı. Sağ beyin yarımkürəsində travmatik SAQ. Cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış vətəndaş Zərərçəkmiş şəxs3 10 noyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 Sabunçu RPİ-nin 14-cü PB-nə ərizə yazaraq 10.11.2020-ci ildə saat 22:00 radələrində yaşadıqları məhəllədə qonşuları olan Malik adlı şəxs öz yaxınları və dostları ilə, təqribən 12-13 nəfərlə həyətlərinə basqın edərək əllərində olan taxtalarla, dəmir alətlərlə onun başından vurduqlarını, oğlu Zərərçəkmiş şəxs2ovun qol və baş nahiyələrinə, digər oğlu A.Rəhimovun sağ və sol qollarına, baş və kürək nahiyəsinə zərbələr vurduqlarını bildirmişdir. Cinayət işinin 1-ci cild 21-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 X15 Sabunçu Rayon Şöbəsinin 14 noyabr 2020-ci il tarixli, 1725 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 alın-təpə, sağ əl, hər iki bud və sağ baldır nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 1-ci cild 23-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 X15 Sabunçu Rayon Şöbəsinin 08 dekabr 2020-ci il tarixli, 1724 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları, sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları; burun nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 30 noyabr 2020-ci il tarixli, 1789 saylı rəyindən görünür ki, vətəndaş X10 baş beyninin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması; bel, sağ said, sol əlin İ barmağının və sağ diz nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 10.11.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə baş beyinin əzilməsi, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə ümuilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 2-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 27 fevral 2021-ci il tarixli, 240 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 63-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 X15 05 mart 2021-ci il tarixli, 02/1724 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları, sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları, burun nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ gicgah nahiyəsinin əzilmiş yarası, ənsə, sol dirsək və sol əl nahiyələrinin dərialtı hematomaları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; sağ kürək, sağ said və sağ diz nahiyələrinin qançırları; burun nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Zərərçəkmiş şəxs2 10.11.2020-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında sol əlin rentgen müayinəsindən keçmiş və həmin əlin sümüklərində patoloji dəyişiklik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 27.11.2020-ci il tarixdə çəkilmiş 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında sol əlin rəqəmsal flüoroqrafiyasının şəkili ekspertizaya təqdim olunmadığından, həmin xəstəxanada qoyulmuş Sol əlin İİ daraq sümüyünün çatı diaqnozu xəsarət kimi məhkəmə-tibbi qiymətləndirmir. Cinayət işinin 1-ci cild 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 05 dekabr 2020-ci il tarixli, 1812 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Şahid1 sağ diz oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən 10.11.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 1-ci cild 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 19 dekabr 2020-ci il tarixli, 1860 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Şahid2 bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 129-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 X15 16 aprel 2021-ci il tarixli, 433 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Şahid6 bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X8 X15 16 aprel 2021-ci il tarixli, 434 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Şahid5 bədənində xəsarət aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 09 yanvar 2021-ci il tarixli, 1056-21 saylı məktubdan görünür ki, 10.11.2020-ci il tarixdə baş vermiş münaqişədə Bilgəh qəsəbəsində yaşayan Şahid1, Şahid3 və Şahid2 başqa Coşqun və Şahid5 qardaşları, Şahid4, Şahid6 və Şahid7 iştirak etmişlər. Həmin şəxslər 14-cü PB-də olarkən dəvət olunmuş Zərərçəkmiş şəxs3, oğlanları Adil və Fazil onları görmüş, dalaşmanın iştirakçıları, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 dəmirlə baş nahiyəsindən xəsarət yetirən şəxs kimi tanımışlar. Cinayət işinin 1-ci cild 244-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından daxil olmuş 29 yanvar 2021-ci il tarixli, 44 nömrəli məktubdan görünür ki, X12 27.11.2020-ci il tarixdə 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinə müraciət etmişdir. Diaqnoz: Sol əlin İİ daraq sümüyünün çatı. Cinayət işinin 2-ci cild 1-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 fevral 2021-ci il tarixli telefona baxış keçirmək barədə protokoldan görünür ki, Şahid1 mobil telefonuna onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 10 noyabr 2020-ci ildə saat 20-58-də Murad adlı abonentə zəng edilmiş, saat 21-07-də Ramin qonşu adlı abonentə, saat 21:11-də Murad adlı abonentə, saat 21:16-da Pərviz adlı abonentə zəng edilmişdir. Cinayət işinin 2-ci cild 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisinin 10.11.2020-ci il tarixli raportundan və vətəndaş Şahid1 ərizəsindən görünür ki, Şahid1 10.11.2020-ci ildə saat 12 radələrində Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsindən 6 ədəd 6 metrlik taxtalar, 1 ədəd əl arabası, elektrik naqili oğurlanmasını bildirmişdir. Cinayət işinin 2-ci cild 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Bilgəh qəsəbəsində yerləşən hasarlanmış daş hasardan ibarət həyətə baxış keçirdikdə, Şahid1 tikinti materiallarının və bir neçə ədəd taxtaların oğurlanmasını bildirmişdir. Cinayət işinin 2-ci cild 120-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 16 noyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, vətəndaş Şahid1 ərizəsi əsasında həyətindən oğurluq olunması ilə bağlı toplanılmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, həmin material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 2-ci cild 185-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, hadisə günü onların həyətinə gələn 12-15 nəfər şəxsin içərisində Coşqunun da olduğunu, o həyətə keçib qapını bağlamaq istəyən zaman Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə (dəmir boru ilə) onun başından zərbə endirdiyini bildirmişdir. Cinayət işinin 3-cü cildin 61-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Şahid2 Fizuli oğlu arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 hadisə günü ona ikinci zərbəni Coşqun tərəfindən onun başına metal bita ilə zərbə endirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 188-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 22 iyun 2021-ci il tarixli sübutların təhlili, bir-birləri ilə müqayisə edilməsi, əmələ hüquqi qiymət verilməsi barədə qərarından görünür ki, Şahid2, Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 əməllərində Azərbaycan Respublikası CM-nin 126.1, 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələrinin tərkibi olmadığından barələrində cinayət təqibinə hissəvi xitam verilmişdir. Cinayət işinin 2-ci cild 222-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 23 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Şahid2, Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 246-265-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X6 tərəfindən 29 iyun 2021-ci ildə tərtib edilmiş və Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 03 iyul 2021-ci il tarixdə təsdiq etdiyi ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham daxilində məhkəmə kollegiyası tərəfindən baxılmış və cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 şifahi vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu - qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərər vurma, yəni onun əməlində həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, cinayət hadisəsinin digər şəxslərin iştirakı ilə törədilməsini göstərmişlər.18 avqust 2021-ci il tarixdə məhkəmə kollegiyası həmin vəsatəti təmin etmiş və Təqsirləndirilən şəxs qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilmişdir. Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X1 qiymətləndirilməsi barədə 10 noyabr 2021-ci il tarixli qərarında belə qənaitə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələrin tərkibi vardır. 04 dekabr 2021-ci il tarixli müstəntiq tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən təsdiq edilmiş ittiham aktında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri etməsi qərara alınmış və cinayət işi 10 dekabr 2021-ci il tarixdə ittiham aktı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2.4-ci maddəsinin tələblərinə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı başqa ittihamın irəli sürülmədiyi hallarda həmin iş müvafiq məhkəməyə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə göndərilir. Bu halda məhkəmə bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərarı ləğv etməklə məhkəmə baxışını təzələyir və baxışın davam etdirilməsi CPM-ndə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası tərəfləri dinləyib 18 avqust 2021-ci il tarixli qərar ləğv edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-433/2022 cinayət işi üzrə məhkəmə baxışını təzələyərək, baxışı həmin mərhələdən davam etdirmişdir. Azərbaycan Respublikasının 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Baxılan iş üzrə məhkəmə prosesində dövlət ittihamçısı, zərərçəkmiş şəxslər yenidən belə bir vəsatət qaldırmamışlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki Şahid2, Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 əməllərinə hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyəti xaricindədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 aprel 2012-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, hadisə baş verən gün davada iştirak etmədiyini, kiməsə xəsarət yetirmədiyini, onun kənarda dayandığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, Şahid5, Şahid1 və Şahid6 ifadə verərək, Təqsirləndirilən şəxs dava vaxtı heç kimi vurmadığını, əlində hər hansı alət olmadığını bildirmişlər. Məhkəmə kollegiyası toplanmış sübutlrı müqayisəli təhlil edib yuxarıda adları qeyd edilən şahidlərin verdikləri ifadələrin yaxın dostluq münasibətlərində olduqları şəxsin – Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün verildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 28 iyul 2021-ci il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs ilə barışıq əldə etmədiklərini bildirmişlər. Lakin, Zərərçəkmiş şəxs1 26 yanvar 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 ambulator məhkəmə psixiatrik ekspertizasının 03 mart 2021-ci il tarixli, 473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadərində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək itidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 1-ci cild 152-153-cü vərəqələrində olan 09 yanvar 2021-ci il tarixli tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 193-195-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 4(008)-16/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli 09 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 3-cü cild 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq Təcridxanasından verilmiş 08 noyabr 2021-ci il tarixli, 120 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci ildə həbs müddəti qurtardığına görə müəssisəs rəisinin protokoluna əsasən həbsdən azad olunmuşdur. Cinayət işinin 3-cü cild 180-181-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 09 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək olan 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci il tarixdən 08 noyabr 2021-ci il tarixədək tutulduğu 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-433/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-433/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver