Məhkəmə qərarları › İş №1(101)-433/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-433/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-433/2025 10.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X27 Arzu qızının sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 26 oktyabr 2000-ci ildə Ağstafa rayonu, Köçvəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçvəlli kəndində faktiki yaşamış və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. O, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 5,049 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 01 may 2024-cü il tarixdə saat 23.05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində 02 may 2024-cü il tarixdə saat 01.25-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun satış məqsədi olmadan əldə etməklə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 5,049 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 may 2024-cü il tarixində ailə üzvləri ilə görüşmək üçün, dostu ilə birlikdə, onun avtomobili ilə Bakıya gəlmişdir. Qaradağ rayonu ərazisində, yol polisi postunun yaxınlığında polis əməkdaşları onları saxlamış, polis əməkdaşları onları saxladıqları zaman dərhal onlara qarşı fiziki zorakılıq tətbiq etməyə başlamışlar. Polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. BMCMİ-nin əməkdaşları ona yaxınlarına zəng edərək, pul istəməsini tələb etmişlər. Polis əməkdaşları onun əmisinə zəng edərək, əmisindən 50.000. Azərbaycan manatı məbləğində pul istəməsini tələb etmişlər. Əmisinin telefon aksesuarları mağazası vardır, həmçinin avtomobil ticarəti ilə məşğul olur. Polis əməkdaşları ondan əmisinin “50 min” pul veribverməyəcəyini soruşmuş, o isə onlara əmisinin nəinki “50 min”, heç “5 manat” belə verməyəcəyini bildirmişdir. Polis əməkdaşları ondan pul ala bilməyəcəklərinin fərqinə vardıqdan sonra, ona narkotik maddə vermişlər və həmin maddəni sağ yan cibinə qoymağı, videoçəkiliş zamanı həmin narkotikin ona məxsus olduğunu deməsini, əks halda dostunu və həyat yoldaşını da onunla birlikdə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirərək onu hədələləmişlər. Daha sonra polis əməkdaşları onu döyməyə başlamışlar, lakin o idmançı olduğu üçün, döyülməyinə bir o qədər əhəmiyyət verməmişdir. O özü də, ailə üzvləri də idmançıdır, xarici ölkələrdə Azərbaycanı təmsil etmişlər. Onun heç bir zaman narkotik maddələr ilə əlaqəsi olmamışdır. Polislər onun istənilən halda tutulacağını bildirmişlər. İndi özü istintaq təcridxanasındadır və ailəsi isə başsız qalıb. Məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç vaxt narkotik maddələrdən istifadə etməmiş, o ekspertizaya aparılmış, lakin ondan analiz götürülməmişdir, həkim isə polis əməkdaşının göstərişi ilə ona tibbi rəy yazmış, o Qaradağ ərazisində saxlanılan zaman üzərini axtarmışlar, lakin heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır, o heç bir şikayət etməmiş, çünki polislər ona əgər baş verənlərlə bağlı hər hansı bir orqana şikayət etsə, o zaman dostunun da cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişlər, məhz bu səbəbdən şikayət etməmişdir, o Ağstafa rayonunda yaşamış, lakin müvəqqəti olaraq Bakı şəhərində Xırdalan şəhərində yaşamışdır, günün hansı saatında polis əməkdaşları tərəfindən saxlanıldıqlarını hazırda xatırlamır, onları yol polisi “ avtomobilin dövlət qeydiyyat nişanının çirklənməsi” bəhanəsi ilə saxlamış, daha sonra əməliyyatçılar onların üzərinə gələrək, onları saxlamışlar, polislər ona narkotik vasitəni təqdim edərək, videoçəkiliş zamanı həmin maddəni zibillikdən tapdığını və 01 ildir narkotik maddə istifadəçisi olmağı barədə ifadə verməyini tələb etmişlər, dindirmə istintaq hərəkətində müdafiəçi ilə təmin olunmuş, polis əməkdaşları ona “əgər həyat yoldaşının da bura gəlməyini istəmirsənsə, o zaman sakit dur” demişlər, o sərbəst güləş ilə məşğul olmuş, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudovun tələbəsi olmuş, əvvəllər narkotik maddə istifadə etməmişdir, son 01 ildir ki, idman ilə məşğul olmuşdur, polis idarəsində olan zaman ona tərkibində qatqı olduğunu düşündüyü su içirtmişlər və daha sonra ekspertiza üçün analiz vermişdir, ona həmin suyu BMCMİ-də vermişlər, onu təxminən 8-9 nəfər polis əməkdaşı BMCMİ-nə gətirmişdir, o videoçəkilişdə iştirak edənləri xatırlamır, həmin polisləri hazırda vizual olaraq gördüyü halda tanıya bilər, Şahid2 onun dostudur, onun 32 yaşı var həm də taksi sürücüsüdür, hər ikisini birlikdə polis əməkdaşları BMCMİ-nə aparmışlar, onları əvvəlcə bir otağa aparmış, polislər ona Çərkəzin də həbs olunmaması üçün, Çərkəzə “mənim Ayazın cibindən çıxan narkotik maddədən xəbərim yoxdur” tipli ifadə verməsini tələb etmişlər, onu isə başqa bir polis əməkdaşı çölə çıxarmışdır, polis əməkdaşı narkotik maddə verərək cibinə qoymağı və videoçəkiliş zamanı çıxararaq, narkotikin ona məxsus olduğunu deməsini tələb etmiş, bütün bunlar Çərkəzin gözü qarşısında baş vermişdir, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq tətbiq olunmuş, xəsarəti olmamış, lakin bir dişi sınmışdır, polis əməkdaşları xəsarətləri barədə hansısa orqana məlumat verdiyi halda onun üçün yaxşı olmayacağı barədə onu təhdid etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən zaman üzərində narkotik vasitə olmaması, habelə polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması,narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmə istintaqında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o arada psixotrop maddə metamfetamindən istifadə etmişdir. 01 may 2024-cü il tarixdə saat 23:05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində tanışı Şahid2 ilə birlikdə Çərkəzin idarə etdiyi “Toyota Corolla” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman dörd nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində adını “patı” kimi bildiyi psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və yanında olan tanışı Şahid2 polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra Şahid2 idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərimdə narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selolofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd “İphone” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməni, hərbi biletini, 03 ədəd plastik pul kartını və telefon adapterini çıxararaq masanın üstünə qoymuşdur. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd büküm zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet və 03 ədəd plastik pul kartı götürülmüş, qara rəngli əl çantası ilə adapter özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o aşkar edilmiş maddənin adını “patı” kimi tanıdığını, həmin maddəni 3 gün əvvəl Ağstafa rayonu ərazisində yerləşən bazarın yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, özünün bir ilə yaxındır narkotik vasitə istifadəçisi olduğunu, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, tanışı Şahid2 üstündə olan maddədən məlumatının olmadığını bildirmişdir. O əlavə olaraq tanışı Şahid2 uzun müddətdir tanıdığını və ailəsi ilə görüşmək üçün Çərkəzlə birlikdə Bakı şəhərinə gəldiyini bildirmişdirm. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Çərkəzə üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarının sağ yan iç cibindən 01 avtomobil açarını, sol yan cibindən 02 ədəd mobil telefonla 80 qəpik pulu masanın üstünə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Şahid2 onun üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını, eləcə də idarə etdiyi “Toyota Corolla” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və ya predmet saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Şahid2 təqdim etdiyi 02 ədəd mobil telefonla 80 qəpik pul və avtomobil açarı özünə geri qaytarılmışdır. Şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O üzərindən psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O bir müddətdir şüşə istifadə etdiyini bildirmişdir. Onun üzərində psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur və onlar birlikdə böyümüşlər. O, Ayazı Ağstafa rayonundan Bakıya, ailəsinin yanına gətirmişdir. Onları Qaradağ rayonu polis postunda saxlamışlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Orada ona bildirmişlər ki, Ayazın üstündən çıxan narkotikdən onun xəbəri yoxdur və bu məsələ haqqında heç bir fikir bildirməsin. Orada əvvəlcə videoçəkilişlə Ayazın üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Ayaz da üzərində heç bir narkotik vasitə olmadığını demişdir. Bu zaman videoçəkiliş dayandırılmış və polislərdən biri dolabdan ağ rəngli, ona tanış olmayan maddəni Ayaza vermişdir. Daha sonra yenidən videoçəkiliş keçirilmiş. Bu zaman Ayaz həmin maddəni çıxarıb təqdim edərək, narkotik vasitə olduğunu və 06 aydır istifadəçisi olduğunu bildirmişdir. Ayaz həmçinin narkotik vasitəni Ağstafa rayonu ərazisindən, asfalt yolun qırağından tapdığını bildirmişdir. Lakin həmin narkotik Ayazın olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o narkotik vasitə istifadəçisi deyil, ona polis idarəsində ciddi bir təzyiq olmamış, polis əməkdaşları ona susmağını və heç bir məsələ haqqında fikir bildirməməyini tapşırmışlar. Polis əməkdaşları ona sadəcə ifadəsinə imza etməsini tapşırmışlar, daha sonra onu azadlığa buraxacaqlarını bildirmişlər, polis əməkdaşları mülki formada olmuşlar, polis əməkdaşları onları saxlayan zaman həmin yerdə onların üzərinə baxış keçirilməmişdir, o onları saxlayan polislərin sayca neçə nəfər olduğunu xatırlamır, onlara saxlanıldıqları zaman heç bir məlumat verilməmiş, yalnız BMCMİ-də saxlanılma səbəblərini öyrənmişlər, onlar polis əməkdaşlarının avtomobili ilə BMCMİ-yə gətirilmişlər, onların avtomobilini isə polislərdən biri sürərək, BMCMİ-nin həyətinə gətirmişdir. İlk vidoeçəkilişdə Ayazın üzərindən heç bir narkotik vasitə aşkar olunmamış, daha sonra otaqda olan dolabdan narkotik götürərək, Ayazın cibinə yerləşdirmişlər, bütün bunlar onun gözləri qarşısında olmuşdur, o ibtidai istintaq zamanı veridyi ifadəsini təsdqi etmir, ona sadəcə həmin ifadəyə imza etməsi taprşılmışdır, daha sonra bunun müqabilində onu azadlığa buraxacaqlarını bildirmişlər, ona ibtidai istintaq zamanı veridyi ifadəsi ilə tanış olmağa şərait yaradılmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 01 may 2024- cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2000-ci il tarixdə Ağstafa rayonu, Köçvəlili kəndində anadan olmuş, Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla Ağstafa rayonu, Köçvəlili kəndində faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 01 may 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili X7, əməliyyat müvəkkili X1, kiçik inspektor X4 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyinə yola düşmüşdür. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 23:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində Təqsirləndirilən şəxs bənzər şəxs yanında olan başqa şəxslə birlikdə “Toyota Corolla” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirmələrini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid2 olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Şahid2lə birlikdə BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs və Şahid2 “Toyota Corolla” markalı **-FV-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 25 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X22 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs ilə müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi, həmçinin Şahid2 üzərində baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid2 buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış, baxış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə xx.xx.2024cü il tarixdə videoçəkiliş apanlmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Daha sonra çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd “İphone” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməsini, hərbi biletini, 03 ədəd bank kartını və telefon adapterini çıxararaq masanın üstünə qoymuşdur. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd büküm zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet və 03 ədəd plastik pul kartı götürülmüş, qara rəngli əl çantası ilə adapter özünə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 01) görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə, saat 23.05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48ci kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib, orada xidməti otaqların birində saat 01.25-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraqəldə etməklə satış məqsədi ilə saxladığı 01 ədəd bükümdə 5,049 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs oğlnun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıması faktına görə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin idarənin rəisinə raportla məruzə edərək etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Ayaz” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotorp maddələrin əldə edərək saxlanması və daşıması bildirilmiş, həmin şəxsin xx.xx.2000-ci ildə Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçvəlli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu bildirmişdir. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 8) görünür ki, xx.xx.2000-ci ildə Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçvəlli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 23.05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində tanışı Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar, saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və çiynindən asdığı qara rəngli çantaya baxış, Şahid2 üstünə, eləcə də idarə etdiyi avtomobilə baxış keçriilməsinə yerində şərait olmadığına görə həmin şəxslərlə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar saxlanıldıqları yerdən sonuncunun idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2000-ci ildə Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçvəlli kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx.xx.2024cü il tarixdə saat 23.05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində tanışı Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudalşdırıldığı vaxtdan, yəni 01 may 2024-cü il tarixdə, saat 23:05 dəqiqədən tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş X20 barəsində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 30-32) görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X10 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli səxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış. baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmiş, daha sonra çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 edad "İphone" markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və hərbi bileti, 03 ədəd plastik pul kartını və telefon adapterini çıxararaq masanın üzərnə qoymuş, bundan sonra ardıcıllıqla həmin əşyalara baxış keçirilməyə başlanılmışdır,ilk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edimişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır,daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet və deməsinə görə tanışı Abdulla Hacıyevə məxsus olan, üzərində 4098 5844 7869 9851, 5239 1517 2050 3336, 5239 1517 8780 9915 rəqəmlər əks olunmuş 03 ədəd plastik pul kartlarına, eləcə də içərisində ***-***-**-** saylı mobil nömrə olan "İphone" markalı mobil telefona baxış keçirilərək həmin sənədlər, 03 ədəd plastik pul kartı və "İphone" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantası ilə adapter onun özünə geri qaytarımışdır, şəxsi axtarış, baxış və götürmə prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən iş üçün əhəmiyyət kəsb edən əlavə əşya və ya predmet aşkar olunmamışdır, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını "patı" kimi tanıdığını, həmin maddəni 3 gün əvvəl Ağstafa rayonu ərazisində yerləşən bazarın yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, özünün bir ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, tanışı Şahid2 onun üstündə olan maddədən məlumatının olmadığını bildirmişdir, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı əlavə olaraq tanışı Şahid2 az yaşlı vaxtlarından tanıdığını, ailəsi ilə görüşmək üçün onunla birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Bakı şəhərinə gəldiyini və tanışı Şahid2 anadangəlmə nitqində qüsur olduğunu bildirmişdir, daha sonra Şahid2 üstünə baxış keçirilmiş, Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibindən 01 avtomobil açarını, sol yan cibindən 02 ədəd mobil telefonla 80 qəpik pulu masanın üstünə qoymaqla təqdim etmişdir, baxış zamanı müəyyən olunmuşdur ki, həmin mobil telefonlardan biri "Honor", digəri isə "Samsung" markalı mobil telefonlardır, baxış zamanı Çərkəz Lezgiyevin üstündən iş üçün əhəmiyyət kəsb eden əlavə eşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı "Honor" markalı mobil telefonda ***-***-**-** ve ***-***-**-** saylı mobil nömrələrin olması, digər mobil telefonda isə mobil nömrənin olmaması, eləcə də həmin mobil telefonun işlək vəziyyətdə olmadığı müəyyən olunmuş, qeyd olunan mobil telefonlarla 80 qepik pul və avtomobil açarı Şahid2 geri qaytarılmış, şifahi sorğu davam etdirilərkən Təqsirləndirilən şəxs dediklərini təsdiqləyərək sonuncunun üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını, eləcə də idarə etdiyi "Toyota Corolla" markalı, **-FV-*** qeydiyyat nişanlı avtomoildə narkotik vasitələr, psoxotrop maddələr, qanunla qadağan olunmuş əşya və ya predmet saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdi, şəxsi axtarış, baxış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır, şəxsi axtarış, baxış və götürmə prosesi 02 may 2024-cü il tarixdə saat 01:47-de başa çatmış, şəxsi axtarış, baxış və götürmə zamanı "SONY" markalı videokameradan istifade edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 34) görünür ki, Şahid2 idarə etdiyi **-FV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə icazə verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 01, iş vərəqə 35) görünür ki, Şahid2 idarə etdiyi “Toyota Coralla” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 01 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23:05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində tanışı X8 ilə birlikdə sonuncunun idarə etdiyi "Toyota Corolla" markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında" 02 may 2024-cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 02 may 2024-cü il tarixdə saat 01:25-də şəxsi axtarış və götürmə, eləcə də onunla birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid2 üstünə baxış prosesi aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üstündən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüş, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddənin adını "patı" kimi tanıdığını, həmin maddəni 3 gün əvvəl Ağstafa rayonu ərazisində yerləşən bazarın yaxınlığında küçədən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üstündə saxladığını, özünün bir ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, tanışı Şahid2 onun üstündə olan maddədən məlumatının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı əlavə olaraq tanışı Şahid2 az yaşlı vaxtlarından tanıdğını, ailəsi ilə görüşmək üçün onunla birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Bakı şəhərinə gəldiyini və tanışı Şahid2 anadangəlmə nitqində qüsur olduğunu bildirmiş, şifahi sorğu zamanı Şahid2 tanışı Təqsirləndirilən şəxs dediklərini təsdiqləyərək sonuncunun üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını, eləcə də idarə etdiyi "Toyota Corolla" markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr,psixotrop maddələr, qanunla qadağan olunmuş əşya ve ya predmet saxlamadığını ve avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra Çərkəz Lezgiyevin idarə etdiyi "Toyota Corolla markalı, **-FV-*** qeydiyyat nişanlı tomobilda narkotik vasitələrin ve psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyətinə malik ola bilacak digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Çərkəz Lezgiyevin razılığı və iştirakı ilə həmin avtmobilə 02 may 2024-cü il tarixdə saat 03:06-da baxış keçirilməyə başlanılmışdır. Çərkəz Lezgiyevin idarə etdiyi Toyota Corolla markalı, **-FV-*** qeydiyyat nişanlı tomobila "Sony" markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi Çarkaz Lezgiyevin özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Çərkəz Lazgiyevə təklif edildi ki, idarə etdiyi Toyota Corolla markalı 7.FV- 458 qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər eşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə teqdim etsin. Bu təklifdən sonra Çərkəz Lezgiyev idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Çərkəz Lezgiyevin idarə etdiyi avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid2 idarə etdiyi Toyota Corolla" markalı, **-FV-*** qeydiyyat nişanlı avtomobillə baxış gecə vaxtı süni işıqlandırma şəraitində keçirilmişdir, baxış keçirilməsi 02 may 2024-cü il tarixdə saat 03:10-da başa çatmışdır, baxış keçirilməsi zamanı "Sony" markalı video kameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib dilmişdir, imzalarla təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid2 üstünə, eləcə də idarət etdiyi “Toyota Coralla” markalı, **-FV-*** qeydiyat nişanlı avtomobilə keçirilən baxış zamanı isə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 3-16-16/2-6/2407 N°-li rəyində (cild 1, iş vərəqə 48-52) göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,049 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-600/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti dörd ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 103) görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxalanılarkən Təqsirləndirilən şəxs götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “İphone” markalı mobil telefn aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 104-105) görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 4,999 qram qalmış psixotorp maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxalanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə125-126) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psxixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 7009 saylı məktubundan (cild 1, iş vərəqə 134) görünür ki, xx.xx.2000-ci ildə Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Köçvəlli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psxixiatriya Xəstəxanasında müalicədə olmamışdır. xx.xx.2024-cü il tarixli Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 140) görünür ki, Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Ağstafa Rayon İcra Hakimiyyətinin 5-33/2-567/2024 saylı məktubu, ona əlavə edilmiş xasiyyətnamə və arayışdan (cild 1, iş vərəqə 142-145) görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu, Köçvəlli kəndində dörd ailə üzvü olan atası X13, anası X15, qardaşları İsmayılov Temraz və İsmayılov Azay ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X14 Publik Hüquqi şəxsinin 241/MEŞ saylı canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə147-149) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət- Sağ əlin İV barmağının sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3- 4 gün əvvələ əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi, dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidı aydınlaşdırıla bilər. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-ın məhkəmə-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli 1580/K nömrəli rəyindən (cild 1, iş vərəqə 151-153) göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfın adlı alkoloidin sintetik analoqu olan heroin və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 may 2024-cü il tarixli 2897 nömrəli rəyindən (cild 01, iş vərəqə 154-155) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), MOP(+) aşkar edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan (cild 1, iş vərəqə 156-166) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin tərkibi olduğundan sonuncunun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham edilməsi və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən " həbs" qətimkan tədbiri seçilməsi nəzərə alınması, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə 02 may 2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi protokolu, 02 may 2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünün əks edildiyi bir ədəd CD disk, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlər Şahid1 Parvin oğlunun, X11, X5, X2 və X6 ifadələri, Azarbaycan Respublikası Ədliyyə Nazirliyi Mahkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 02 may 2024-ci il 3-16-16/2- 6/2407 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 may 2024-cü il tarixli 2897 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE va PAB-in məhkəmə kimyəvi ekspertizasının ekspertizasının 16 may 2024-cü il tarixli 1580/K nömrəli rəyləri işin bütün halları ilə bağlı surətdə qiyətləndirilməklə, bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən cinayət prosesində sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs oglundan götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 4,999qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlamasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınması, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin mənbə xüsusatı ilə ayrıca icraata material ayrılması, Təqsirləndirilən şəxs götürülmüş "İphone" markalı mobil telefon Ayaz mayılovun qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış va götürmə aparılmasının deogörüntülərinin əks edildiyi bir ədəd "CD" disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına tikilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2 və 134.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərar alınmışdır. xx.xx.2025-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-77/2025 saylı məktub və məhkəməyə təqdim edilmiş tibbi kitabçadan görünür ki, İsmayılov X9 daxil olan zaman xəsarət almadığını bildirmiş, ənsə nahiyyəsinin sol yan səthində çapıq toxuması aşkar edilmiş, obyektiv müayinə zamanı şikayəti olmadığını, marixuanadan istifadə etdiyini bildirmiş və ona narkomaniya diaqnozu qoyulmuşdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 01 may 2024-cü il tarixdə saat 23.05-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Qazax yolunun 48-ci kilometrliyində saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində 02 may 2024-cü il tarixdə saat 01.25-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun satış məqsədi olmadan əldə etməklə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar 5,049 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə psixotrop maddə metamfetaminə aidiyyətinin olmamasını, narkotik vasitə istifadə etmədiyini, polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən üzərində ənsə nahiyyəsinin sol yan səthində çapıq toxuması izinin olması müəyyən edilmiş və o obyektiv müayinə zamanı hər hansı şikayəti olmadığını, saxlanılan zaman xəsarət almadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir. Bu araşdırma nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs aid tibbi kitabça məhkəmə istintaqında əldə edilib araşdırılarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçsə də, həmin vaxt o hər hansı şikayəti olmadığını bildirməklə yanaşı, marixuanadan istifadə etməsi barədə də bildirmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Eyni zamanda məhkəmə xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs tibbi kitabçasına baxış keçirilərkən ona narkomaniya diaqnozu qoyulduğu və o narkotik vasitə olan marixuanadan istifadə etməsi barədə bildirməsi müəyyən edilmişdir. Bu araşdırma nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrdən istifadə etməməsi barədə yalan ifadə verməsi təsdiq olunmuşdur Bundan başqa cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək törətmiş olduğu cinayət əməli barədə ətraflı məlumat vermişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması hallarını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Həmçinin məhkəmə cinayət işi üzrə şahid qismində dindirilmiş X3 məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadədən kəskin surətdə fərqlənən ziddiyyətli ifadəsinə tənqidi yanaşaraq onun qeyd etdiyi halları həqiqətə uyğun olmayan, dostu Ayaz İsmaylovu qorumaq və onun məsuliyyətdən yayınmasına kömək məqsədli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Müvafiq qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş psixotrop maddənin çəkisini (nisbətən az olmasını), onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 may 2024-cü il il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsin 2897 nömrəli məcburi-narkoloji ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,999 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,999 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Fərid Namazov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar